Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-14/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmova Pərvin Nofəl qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs1, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 1(007)-220/2023 saylı hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2, xx xxxxxxxx 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, ünvan 2 ünvanında yaşamış, hazırkı iş üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X28 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 avqust 2021-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən nömrəsiz fərdi evin qarşısına gələrək aralarında olan cinayətkar razılığa əsasən o, niyyətlərinə maneəsiz nail olmaq məqsədi ilə kənar şəxslərin həmin yerə gələcəyi barədə məlumat verməsi və hadisə yerindən dərhal uzaqlaşmaları üçün idarə etdiyi **-KR-*** dövlət qeydiyyat nişanlı “Vaz 2104” markalı avtomobili kənarda saxladıqdan sonra Əlisa Əliyev həmin avtomobildən enərək qeyd edilən ünvanda saxlanılmış, Zərərçəkmiş şəxs5 məxsus **-DY-*** dövlət qeydiyyat nişanlı “Vaz 21074” markalı avtomobilə yaxınlaşıb avtomobilin kilitlənməmiş qapısını açaraq salonundan 01 ədəd 200 manat qiymətində qara rəngli “Pioneer” markalı, “7150 UB" model avtomaqnitafonu gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə ümumilikdə Zərərçəkmiş şəxs5 200 manat məbləğidə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və X22 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 fevral 2022-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi **-EA-*** dövlət qeydiyyat nişanı “Reno Tondor” markalı avtomobillə ünvan 3 ünvanının yaxınlığına gələrək həmin avtomobili kənarda saxladıqdan sonra aralarında olan cinayətkar razılığa əsasən qrupun üzvü Anar Nuriyev niyyətlərinə maneəsiz nail olmaq məqsədi ilə kənar şəxslərin həmin yerə gələcəyi barədə məlumat verməsi və hadisə yerindən dərhal uzaqlaşmaları üçün avtomobildə gözləmiş, o, Təqsirləndirilən şəxs2la birlikdə həmin avtomobildən enərək qeyd edilən ünvanda yerləşən, Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evinə yaxınlaşıb qrupun digər üzvü Təqsirləndirilən şəxs2 evin hasarının yanında dayanmış, o isə hasarır üzərindən aşmaqla qanunsuz olaraq həyətə daxil olduqdan sonra evin plastik pəncərəsini açmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan 01 ədəd 700 manat qiymətində “LG” markalı televizoru, 01 ədəd 100 manat qiymətində "Gorenje” markalı blenderi, 01 ədəd 15 manat qymətində, 2013-cü il istehsalı olan, “Sinbo” markalı “SSİ 2861" model, ağ-bənövşəyi rəngli ütünü, 01 ədəd 100 manat qiymətində elektrikli isidicini gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə ümumilikdə Zərərçəkmiş şəxs6 915 manat məbləğidə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 fevral 2022-ci il tarixdə saat 10 radələrində “2111” adlı taksi şirkətinə zəng etməklə sifariş verdiyi, müştəri qismində əyləşdiyi, Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi **-DB-*** dövlət qeydiyyat nişanlı “Toyota" markalı, “Corolla" modelli avtomobil ilə mənzil başı kimi qeyd etdiyi ünvan 4 ünvanına çatdıqda Zərərçəkmiş şəxs1 qeyd edilən ünvanda market axtarmaq məqsədi ilə avtomobilin yanından uzaqlaşmasından istifadə edərək həmin avtomobilin salonundan içərisində 525 manat pul, 77-DB- 531 dövlət qeydiyyat nişanlı “Toyota” markalı, “Corolla” modelli avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi, Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və 02 manat qiymətində “AzərTürk bank”a aid əmək haqqı kartı olan 15 manat qiymətində pul qabını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 542 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və X22 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 fevral 2022-ci il tarixdə saat 02 radələrində onun idarə etdiyi **-EA-*** dövlət qeydiyyat nişanlı “Reno Tondor” markalı avtomobil ilə ünvan 3 ünvanının yaxınlığına gələrək həmin avtomcbili kənarda saxladıqdan sonra aralarında olan cinayətkar razılığa əsasən qrupun üzvü Anar Nuriyev niyyətlərinə maneəsiz nail olmaq məqsədi ilə kənar şəxslərin həmin yerə gələcəyi barədə məlumat verməsi və hadisə yerindən dərhal uzaqlaşmaları üçün avtomobildə gözləmiş, o, Təqsirləndirilən şəxs1lə birlikdə həmin avtomobildən enərək qeyd edilən ünvanda yerləşən, Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evinə yaxınlaşıb evin hasarının yanında dayanmış, Təqsirləndirilən şəxs1 isə hasarın üzərindən aşmaqla qanunsuz olaraq həyətə daxil olduqdan sonra evin plastik pəncərəsini açmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan 01 ədəd 700 manat qiymətində “LG” markalı televizoru, 01 ədəd 100 manat qiymətində “Gorenje” markalı blenderi, 01 ədəd 15 manat qiymətində, 2013-cü il istehsalı olan, "Sinbo” markalı “SSİ 2861” model, ağ-bənövşəyi rəngli ütünü, 01 ədəd 100 manat qiymətində elektrikli isidicini gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə ümumilikdə Zərərçəkmiş şəxs6 915 manat məbləğidə maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, ona verilmiş ittihamda birinci epizodla, yəni Əlisa ilə oğurluq etməsi ilə bağlı cinayət əməlini törətməmişdir, həmin hissədə ittihamı qəbul etmir. Lakin, digər iki epizodla bağlı özünü təqsirli bilir. Belə ki, 2022-ci ilin fevral ayında tanışları Anar Nuriyev və Təqsirləndirilən şəxs2 ilə birlikdə olarkən pulları az olduğundan onlara oğurluq etmək barədə təklif etmişdir. Belə ki, onlara qonşuluğunda Səbinə adlı qadının evində yaşamadığını, onun evinə gedib oradan müxtəlif əşyalar oğurlayıb satıb pul əldə edə biləcəklərini bildirmişdir. Bundan sonra saat 02 radələrində Şamilin idərə etdiyi avtomobil vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, şəhər şossesində yerləşən Zərərçəkmiş şəxs6 məxsus evin yaxınlığına getmişlər. Avtomobildə bir qədər gözləyib plan qurmuşlar. Belə ki, plana əsasən Anar avtomobildə qalıb ətrafa nəzarət edərək kimsə gəldikdə onlara xəbər etməli, o və Şamil isə evə daxil olmalı imişlər. Beləliklə, o və Şamil avtomobildən düşərək Zərərçəkmiş şəxs6 evinin hasarının yanına getmişlər. O, hasardan aşaraq həyətə daxil olmuş və kilitlənməmiş pəncərədən evə girmişdir. Burada olan "LG" markalı televizoru, blenderi, ütünü və evdə olan radiatoru götürərək evdən çıxarıb, həyətdə ayağının altına taburetka qoyaraq hasarın o tayında gözləyən Şamilə vermişdir. Şamil bunları bir-bir avtomobilə daşımışdır. Sonuncu götürdüyü blenderi isə özü avtomobilə daşımışdır. Bundan sonra Anar avtomobili idarə etmiş və onlar əşyaları sabahısı gün satmaq üçün Şamilin təklifi ilə onun yaşadığı Sumqayıt şəhərinə getmişlər. Saat 5-6 radələrində onlar həmin əşyaları satmaq üçün Bakı şəhəri, Nizami rayonuna qayıtmışlar. Neftçilər metrostansiyasının yaxınlığında olan "Lombard"ın bağlı olduğunu görüb Şamilin telefonu ilə Lombard"ın reklam löhvəsinin üzərində olan nömrəyə zəng etmişdir. Danışdığı şəxsə televizor satmaq barədə təklif etmiş, həmin şəxs onunla razılaşmış və onu məhəllələrinə dəvət etmiş, onlar birlikdə həmin şəxsin yaşadığı məhəlləyə getmişlər. Burada həmin şəxslə söhbəti Şamil etmiş, o və Anar isə avtomobildə əyləşmişmişdir. Həmin şəxs onların üzünü görməmişdir. Şamil televizorun özünə məxsus olduğunu bildirib ona təqribən 350 manata satmışdır. Daha sonra onlar həmin pulu aralarında bölmüşlər. Bundan sonra onlar restoranların birində yemək yeyərək onun (Turalın) evinə getmişlər. Oradan oğurladığı ütünü evə qoymuş, blenderi və radiatoru isə daha sonra özünə məxsus olduğunu bildirib Rəşad adlı tanışına vermişdir. Bundan başqa, 18 fevral 2022-ci il tarixdə saat 10 radələrində pula ehtiyacı olduğu üçün kimisə aldatmağa qərar vermişdir. Belə ki, qurduğu plana əsasən "2111" taksi şirkətinə zəng edib taksi sifariş etmişdir. Bir qədər sonra "Toyota Carolla” markalı markalı avtombobil taksi kimi ona yaxınlaşmışdır. O, həmin taksiyə əyləşdikdən sonra özünü ona polis əməkdaşı kimi təqdim edib gedəcəyi ünvan 6 ünvanında evdən məzuniyyət vərəqəsini götürüb geri qayıdacaqlarını bildirmşdir. Yolda onu aldadaraq öz telefonunun işdə qaldığını bildirmişdir ki, gələcəkdə sürcüdən telefon istədikdə həmin şəxsdə şübhə yaratmasın. Onlar qeyd etdiyi ünvana çatdıqda o, sürücüdən zəng etmək üçün telefonunu istəmiş, sürücü özünə məxsus mobil telefonu ona vermişdir. O, telefonu kiməsə zəng edirmiş kimi qulağına tutub avtomobildən düşmüş, daha sonra sürücü də avtomobildən düşərək marketə gedəcəyini bildirmişdir. Sürücü biraz uzaqlaşmış, sürücünün arxası avtonbilə tərəf olduğundan onu görməyəcəyindən əmin olmuşdur. Ətrafa baxıb ətrfada onu görən heçkimin olmadığını dəqiləşdirdikdən sonra həmin avtomobilin salonunda sürət qutusunun yanında olan pulqabını götürmüş və avtomobili qarşısında saxladıqları binanın birinci girişindən girib ikinci girişindən çıxmış və qaçaraq oradan uzaqlaşmışdır. Yolda pulqabını açıb içərisində 525 manat pul, avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi, bir ədəd bank kartı, sürcüyü məxsus şəxsiyyət və sürücülük vəsiqəsi olduğunu görmüşdür, o bir qədər sonra telefonu Sabunçu qəsəbəsində rastlaşdığı Elçin adlı proqramist tanışına verərək özünə məxsus olduğunu bildirib, şifrəsini qırdırıb format etdirmişdir. Daha sonra telefonu satmaq üçün "Neftçilər” metrostasiyasının yaxınlığına getmiş, burada həmin pulqabını açıb içərisindəki sənədləri bir binanın kənarına qoymuşdur ki, tapan olsa sahibninə təhvil versin. 525 manat pulu isə çıxarıb cibinə qoymuşdur. Şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün ətrafdakı taksafonlardan biri vasitəsi ilə Rauf adlı tanışının xatırlamadığı telefon nömrəsinə zəng edərək şəxsiyyət vəsiqəsini götürüb yanına gəlməsini xahiş etmişdir. Bir qədər sonra Rauf onun yanına gəlmiş və ona özünə məxsus olan telefonu satmaq istədiyini, lakin vəsiqəsi üzərində olmadığı üçün bunu edə bilməyəcəyini bildirib, telefonu satmaqda ona kömək etməsini xahiş etmişdir. Bundan sonra Raufla birikdə “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən telefon dükanlarından birinə girmiş, orada işləyən şəxsə telefonu göstərərək özünə məxsus olan telefonu satmaq istədiyini bildirmişdir. Həmin şəxs ondan vəsiqə tələb etdikdə Rauf öz vəsiqəsini həmin şəxsə göstərmiş və həmin şəxs onlarla razılaşmış və o, telefonu həmin şəxsə 80 manat qarşılığında satmışdır. O, əldə etdiyi pulların bir hissəsini borcu olan adını çəkmək istəmədiyi şəxslərə borcunun müqabilində qaytarmışdır. Bir hissəsini isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bildirmişdir ki, onun niyyəti həmin şəxsin telefonunu aldadaraq ələ keçirmək olmuşdur, lakin həmin şəxs avtomobilin yanından uzaqlaşdıqda onun avtomobilindən pul qabını da götürmüşdür. Sonda Təqsirləndirilən şəxs1, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, təqribən 12 fevral 2022-ci il tarixdə tanışı Anar ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən "Qarabağ" kafesində çay içirmişlər, daha sonra tanışları Tural da onların yanına gəlmişdir. Tural onlardan 95 manat borc pul istəmiş, lakin pulları olmadığını bildirmişlər. Bundan sonra icarə əsasında idarə etdiyi "Reno Tondar" markalı, **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşmişlər. O, sürücü oturacağında, Tural qabaq sərnişin oturacağında, Anar isə arxa sərnişin oturacağında əyləşmişdir. Avtomobildə olduqları zaman Tural demişdir ki, "mənim yaşadığım məhəlləyə doğru avtomobili sür". O da Turalın yaşadığı məhəlləyə doğru avtomobili idarə etdmişdir. Belə ki, Turalın evində əvvəlcədən olduğu üçün Turalın evini tanıyırmış. Turalın yaşadığı məhəlləyə çatdıqları zaman Tural avtomobildən aşağı enmiş və demişdir ki, "məni gözləyin gəlirəm". Bundan sonra Tural avtomobilə qayıtmış və demişdir ki, "bir dənə televizor var, onu götürməyə mənə köməklik et, sabah aparıb lombarda satacam". O da Tural ilə razılaşaraq ona kömək etmək üçün avtomobildən aşağı enmişdir. Bundan sonra Tural evə hasardan aşma üsulu ilə daxil olmuşdur. O elə bilirmiş ki, Turalın hasardan tullanaraq daxil olduğu ev Turalın öz evidir. Bundan sonra Tural hasarın üzərindən qutunun içərisində böyük ölçülü televizoru hasarın üzərindən rahatlıqla ona vermişdir, çünki hasar elədə hündür deyilmiş. O, içərisində televizor olan qutunun qucağına götürərək evin çöl tərəfində olan hasarın küncünə yerə qoymuşdur. Bundan sonra Turalı gözləmiş, Tural əlində sellefon torba olmaqla nasardan aşmış, onlar köməkli şəkildə televizoru götürmüş və avtomobilin içərisində onları gözləyən Anara yaxınlaşmışlar. Turalın əlində olan sellefonda isə blender var imiş. Beləliklə, Turala məxsus televizor və blenderi onun idarə etdiyi avtomobilə yükləmişlər. Bundan sonra o, evə getməli olduğu üçün demişdir ki, "mən təcili evə getməliyəm". Tural ondan xahiş etmişdir ki, “üzərimdə pul yoxdur, televizor və blender qalsın maşında, səhər aparıb bunları satdıqdan sonra sənə benzin pulu verərəm”. O da Anar və Tural ilə birlikdə onun yaşadığı Sumqayıt şəhərində yerləşən evinə getmişlər. Növbəti gün saat 08 radələrində Tural, o və Anar Bakı şəhəri, Nizami rayonunda yerləşən "Neftçilər" metrostansiyanın yaxınlığına getmişlər. O, idarə etdiyim avtomobildə Turalı gözləmişdir. Təxminən beş dəqiqə-sonra Tural gəlib ona demişdir ki, "bir adam var, məhəllədə bizi gözləyir, ora gedək". Bundan sonra televizor alan şəxsin verdiyi istiqamət üzrə onun yaşadığı məhəlləyə getmişlər. Televizor alan şəxs məhəllədə onlarla görüşmüşdür. Tural həmin şəxsə söhbət əsnasında demişdir ki, "özümə məxsus televizoru 400 manata satıram". Sonda həmin şəxslə Tural 380 manat pula razılaşmışlar. Həmin şəxs Turaldan şəxsiyyət vəsiqəsi istəmiş, lakin Turalın üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün ondan xahiş edərək demişdir ki, "Şamil, mənim şəxsiyyət vəsiqəm üzərimdə deyil, sən bu qardaşa öz şəxsiyyət vəsiqəni ver". O da Turalın sözünü yerə salmayaraq şəxsiyyət vəsiqəsini televizor alan şəxsə təqdim etmişdir. Bundan sonra o, Tural və Anar yaxınlıqda olan kafedə yemək yemişlər. Yemək yedikdən sonra Tural hesabı ödəmiş və onlar birlikdə Turalın yaşadığı evə getmişlər. Evdə olduqları zaman Tural cibindən 350 manat pul çıxarmış, o, dərhal Turala demişdir ki, "Tural sənin mənə 30 manat borcun var, bir də ki 15 manat benzinə pul xərcləmişəm, 10 manat pula isə siqaret və su almışam". Bu sözündən sonra Tural masanın üzərinə 200 manat pul ataraq Anar və ona demişdir ki, "buyurun, nə götürürsüz götürün". O, 100 manat pulu masanın üzərindən götürmüş, Anar isə digər 100 manat pulu masanın üzərindən götürmüşdür. Bundan sonra yaşadığı evə getmişdir. O, elə bilmişdir ki, Tural bu televizoru və digər əşyaları öz evindən götürmüşdür. O, Turalın oğurluq etməsini, yalnız tutulduqdan sonra bilmişdir. Sonda Təqsirləndirilən şəxs2, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsiri, Təqsirləndirilən şəxs1 qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, “Baku Bus”-da sürücü kimi işləyir, boş vaxtlarında isə etibarnamə ilə idarə etdiyi “Toyota Corolla" markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə qoşulduğu taksi şirkətləri vasitəsi ilə taksi fəaliyyəti ilə məşğul olur. 18 fevral 2022-ci il tarixdə saat 10 radələrində “2111” adlı taksi şirkətindən Sabunçu rayonu X9rşısından ünvan 7 ünvanına, yəni Sabunçu rayonu X38 şöbəsinin qarşısına sifariş qəbul etmişdir. Təqribən saat 10:05-də əvvəllər tanımadığı həmin müştəri avtomobilin ön sərnişin oturacağına oturmuşdur. Müştəri avtomobilə oturduqdan sonra özünü polis əməkdaşı kimi təqdim etmiş və məzuniyyət sənədini götürmək üçün evə gedib qayıtmalı olduğunu bildirmişdir. Bir qədər məsafə qət etdikdən sonra, həmin şəxs çaşqınlıqla əlini cibinə atıb daha sonra təəssüflə telefonunun işdə qaldığını bildirmişdir. O, həmin şəxsdən geri qayıdıb telefonunu götürməyi istəyib-istəmədiyini soruşduqda, həmin şəxs ehtiyyac olmadığını, onsuzda telefonunun şarjda olduğunu bildirmişdir. Onlar yol boyu onunla ordan burdan söhbət etmişlər, mənzil başına çatdıqda, o, avtomobili binanın qarşısında saxlamışdır. Həmin şəxs ondan sənədi düşürmək üçün evə zəng etmək məqsədi ilə telefonunu xahiş etmişdir, o, telefonunun kodunu açıb həmin şəxsə vermiş, həmin şəxs onun yanında kiməsə zəng etmiş və danışa-danışa avtomobildən yerə düşmüşdür, bu zaman o da avtomobildən düşüb həmin şəxsə marketə dəyib qayıdacağını bildirmişdir. Buna görə de yeriyə-yeriyə ətrafa baxıb market axtarırmış, bu zaman onun arxası avtomobilə tərəf olduğu üçün avtomobili və müştərini görə bilmirmiş. Birdən pulqabını avtomobildə unutduğunu xatırlamışdır. Marketə getdiyi üçün ona pul lazım olacağından pul qabını götürmək üçün geri qayıtmalı imiş. Geriyə baxan zaman həmin şəxsin orada olmadığını görmüşdür. O, dərhal avtomobilə tərəf yaxınlaşmış və avtomcbildə sürət qutusunun yanında qoyduğu pulqabının yerində olmadığını görmüşdür, əvvəlcə pulqabının avtomobilin oturacaqlarının arasına və ya altına düşə biləcəyini düşündüyü üçün həmin yerləri axtarmış lakin tapa bilməmişdir. Bu zaman bu əşyaların həmin şəxs tərəfindən oğurlandığını anlamışdır. İlkin ifadəsində avtomobilinə qayıdıb pulqabının yerində olmadığını gördükdən sonra binanın öndəki girişindən girib arxa girişindən çıxdıqdan sonra Təqsirləndirilən şəxs1 qaçaraq getdiyini bildirmişdi. Bu formada bildirməyinin səbəbi o imiş ki, o, həmin şəxsin öz əməlini etiraf etməyəcəyindən qorxurmuş. Daha sonra onunla üzləşərkən əməlini etiraf etdiyini görüb, hadisələri olduğu kimi danışmışdır. Belə ki, o, Təqsirləndirilən şəxs1 onun avtomobilindən pul qabını götürməsini, qaçmasını görməmişdir. O, özünə məxsus “Samsung A6” markalı telefonu Turalın xahişi ilə zəng etməsi üçün ona verib, özü də market axtarmaq üçün oradan uzaqlaşmışdır. Pulqabının avtomobilin salonunda sürətlər qutusunun yanında unutduğunu xatırlayıb geri qayıtdığında Təqsirləndirilən şəxs1 orada olmadığ nı görmüşdür, avtomobilin salonuna baxan zaman isə pulqabının yerində olmadığını görmüş və sunun Təqsirləndirilən şəxs1 götürdüyünü anlamışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 aprel 2022-ci il tarixli 9/1511 nömrəli rəyi ilə ona məxus “Samsung" markalı, “SM-A600” modelli 16 GB yaddaş tutumlu mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq, 2022-ci ili fevral ayına orta bazar qiyməti 150 manat qiymətləndirilməsinə heç bir etirazı yoxdur.Həmin rəydə qeyd edilənlərlə razıdır. Əlavə olaraq bildirmişdir ki, ona məxsus həmin telefon qaçırılarkən telefonun üzərində 02 manat qiymətində ona məxsus ***-***-**-** nömrəsi var imiş. Bundan başqa ona məxsus oğurlanan pulqabının içərisdəki “Azərturk” bank tərəfindən verilmiş kartın qiyməti 02 manat imiş. Beləliklə, ona 694 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs5 xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın tam ödənilməsini, heç bir şikayətinin və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmiş, işə onun iştirakı olmadan baxılmasını bildirmişdir. Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, hazırda "xxxx" QSC-də növbə rəisi vəzifəsində işləyir. 12 avqust 2021-ci il tarixdə saat 07 radələrində işdən yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində yerləşən nömrəsiz evə gəlmiş və özünə məxsus "VAZ 2107" markalı, **-DY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili yaşadığı evin qarşısında yəni, küçədə saxlamışdır. Yaşadığı məhəllədə heç bir zaman oğurluq hadisəsi olmadığı üçün ona məxsus avtomobili kilidləmədən evə getmişdir. Bir müddət yatdıqdan sonra övladını məktəbdən götürmək üçün yaşadığı evin qarşısına çıxaraq özünə məxsus "VAZ 2107" markalı, **-DY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yaxınlaşmışdır. Avtomobilə əyləşmiş və aşkar etmişdir ki, avtomobildən bir ədəd dəyəri 650 (altı yüz əlli) manat olan "Pioner" markalı maqnitofon naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Lakin, həmin gün polisə şikayət etməmişdir. 23 sentyabr 2021-ci il tarixdə yaşadığı məhəllədə piyada gəzdiyi zaman Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarını görmüş və onlara yaxınlaşaraq demişdir ki, "heç bizim məhəllədə oğurluq hadisəsi baş vermirdi, lakin 12 avqust 2021-ci il tarixdə mənə məxsus avtomobildən maqnitofon oğurlanmışdır." Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları ona demişlər ki, "əgər sizin hər hansı bir şikayətiniz varsa, zəhmət olmasa bu barədə polisə rəsmi olaraq ərizə ilə müraciət edin". O, cavab olaraq demişdir ki, "bəli, mənə məxsus avtomobildən maqnitofonun oğurlanması barədə şikayətim vardır və bu barədə rəsmi olaraq ərizə ilə polisə müraciət etmək istiyərəm". Bundan sonra Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə getmiş və ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs6 xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu, lakin heç bir maddi tələbinin olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və işi ilə əlaqədar, məhkəmə iclaslarında iştirak edə bilmədiyi üçün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Bakı şəhəri, ünvan 10 ünvanda yerləşən evində daimi olaraq yaşamır. Evindən oğurluq baş verməsi ilə bağlı bildirmişdir ki, 13 fevral 2022-ci il tarixdə saat 10 radələrində həmin evə nəzarət etmək üçün baxmağa getdikdə, evin plastik pəncərəsinin aralı olduğunu görmüşdür. Divarın yanında isə kimsə taburetka qoymuşdur. Bu mənzərə onda oğurluq olduğu ilə bağlı şübhə yaratmışdır. O, evin qapısını açaraq evə girmiş, evdə divara quraşdırılmış vəziyyətdə olan 700 manat qiymətində “LG” markalı televizorun, dəhlizdə siyirmədə olan 30 manat qiymətində “Sinbo” markalı ütünün, mətbəxdə olan 100 manat qiymətində “Gorenje" markalı blenderi, bundan qonaq otağında 01 ədəd 100 manat qiymətində elektrikli isidicisinin (radiator) yerində olmadığını görmüşdür və bu barədə polisə məlumat vermişdir. Bildirmişdir ki, hadisə baş verən gündən əvvəl o, həmin evə sonuncu dəfə 6 fevral 2022-ci il tarixdə getmişdir. Buna görə də oğurluğun konkret olaraq hansı tarixdə baş verdiyini bilmir. X3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, fevral ayının sonlarında adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs1 yanında bir şəxslə birlikdə onun işlədiyi Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında yerləşən telefon dükanına gəlmişdir. Tural ona özünə məxsus olan "Samsung A6” markalı mobil telefonu satmaq istədiyini bildirmşdir. O, telefona baxıb həmin telefonu yalnız 80 manata ala biləcəyini dedikdə Tural onunla razılaşmışdır. O, Turaldan şəxsiyyətini müəyyən etmək üçün sənəd göstərməsini tələb etdikdə Tural vəsiqəsinin üstündə olmadığını demiş və onunla birlikdə gəlmiş soyadını xatırlamadığı Rauf adlı şəxsin vəsiqəsini ona göstərmişlər. O, bundan sonra Turala 80 manat verərək telefonu ondan almışdır. O, bildirmişdir ki, həmin telefonun oğurluq olduğunu bilməmişdir. Əgər bilsə idi, mən həmin telefonu almazdı. Hazırda həmin telefon ondadır, onu istintaqa təqdim edə bilər. X4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığında yerləşən tanışı X15 adına olan “Lombard” vardır. Həmin “Lombard"ın giriş hissəsində qoyulmuş ***- ***-**-** nömrəsi onun istifadəsindədir. Təqribən 2022-ci ilin fevral ayının ortalarında səhər saatlarında bir nəfər tanımadığı şəxs ona zəng edərək özünə məxsus olan “LG” markalı televizoru satmaq istədiyini bildirmişdir. Onun həmin vaxt özünə də televizor lazım olduğu üçün həmin şəxsi yaşadığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsinə dəvət etmişdir. Bir müddət sonra “Reno" markalı **-EA-*** nömrəli avtomobil vasitəsi ilə üç nəfər şəxs onun yaşadığı məhəlləyə gəlmişdir. Onların ikisi avtomobildə oturmuş, adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs2 avtomobildən enərək ona yaxınlaşmışdır. Onlar söhbət edərkən, Şamil televizorun özünə məxsus olduğunu, təcili pula ehtiyyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Bundan sonra baqajda olan televizoru ona göstərmişdir. O, Şamilə 320 manat pul verə biləcəyini bildirmiş, Şamil ondan xahiş edərək 20 manat da artıq verməyini istəmişdir. Bundan sonra o, Şamil ilə razılaşıb ona televizora görə 340 manat pul vermişdir. Şamil ona avtombilin baqajında olan Blenderi də göstərib özünə məxsus olduğunu bildirmiş və həmin blenderi də satmaq istədiyini demişdir. Lakin, o, Blenderə ehtiyyacı olmadığını deyib, almaqdan imtina etmişdir. O, həmin televizoru bir müddət işlətdikdən sonra onu satmaq fikrinə düşmüş və Rac adlı tanışına zəng etmiş və televizoru satmaq istədiyini bildirmişdir. Daha sonra Racla görüşüb həmin “LG" markalı televizoru 400 manata Raca satmışdır. O, bildirmişdir ki, televizorun oğurluq olduğunu bilməmişdir, bilsə idi almazdı. Ona verilən avtomobildə olan digər şəxsərlə bağlı nə deyə bilərsiniz sualına cavab olaraq bildirmişdir ki avtomobildə daha iki şəxsin olduğunu görsə də onların üzlərini görməmişdir, onun söhbəti Şamil ilə olmuşdur, Şamil televizorun özünə məxsus olmasına onu inandırmışdır, acınacaqlı şəkildə danışmış bu səbəbdən ondan televizoru almışdır. Ona verilən “Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, siz Tural ilə söhbət etmisiniz və 380 manata razılaşmısınız, lakin Turalın vəsiqəsi üstündə olmadığından Şamilin şəxsiyyət vəsiqəsini sizə təqdim etmişlər. Bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq bildirmişdir ki, “Xeyr, elə olmamışdır. Mənim söhbətim Şamil ilə olmuşdur. O, televizorun özünə məxsus olduğunu bildirmişdir. Mən digər şəxslərlə söhbət etməmişəm" Dindirmə zamanı ona verilən digər bir suala cavab olaraq bildirmişdir ki, televizoru satdığı Rac adlı şəxsin nömrəsi ***-***-**-**-dir, o televizor və ya digər məişət əşyaları alıb satmaqla məşğuldur. X7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, X12 tanıyır. Onunla münasibətləri normaldır. O, televizor və digər məişət əşyalarının səyyari alqı-satqısı ilə məşğul olur, belə ki, həmin əşyaları alıb-satmaqla müəyyən gəlir əldə edir. 2022-ci ilin fevral ayında Elvin Yusubov onunla əlaqə yaradaraq əlində “LG” markalı televizor olduğunu, onu satmaq istədiyini bildirmişdir. Daha sonra Elvinlə görüşüb televizora baxış keçirmiş və Elvinlə 400 manata raazılaşmışdır. Beləcə O, Elvinə 400 manat verməklə həmin "LG” markalı televizoru ondan almışdır. Bundan 10-15 gün sonra isə həmin “LG” markalı televizoru "tap.az" saytı vasitəsi ilə tanımadığı şəxsə 430 manat müqabilində satmışdır. Həmin televizorun oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. Bilsə idi onu almazdı. Dindirmə zamanı ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin televizorun elanını əvvəlki telefonu vasitəsi ilə yerləşdiridiyi üçün elan nömrəsini istintaqa təqdim edə bilmir, həmin elana görə ona zəng gəlmiş, o da zəng edən şəxslə danışıb televizoru ona satmışdır. Həmin şəxsin telefon nömrəsini xatırlamır, adını soyadını bilmir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, ********* nömrəli cinayət işi üzrə X28 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilən üzləşdirmə zamanı X28 ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs1 üzünə deyərək onu ifşa etmişdir. - xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, ********** nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərini onun üzünə qarşı deyərək onun cinayət əməlini ifşa etmişdir. - xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərini qismən təsdiq etmişdir. Belə ki, o ifadəsində ona Təqsirləndirilən şəxs1 ona məxsus pulqabını götürdükdən sonra qaçdığını gördüyünü bildirsə də üzləşmə zamanı Təqsirləndirilən şəxs1 qaçarkən görmədiyim bildirmişdir. - xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işi üzrə X16 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı Elvin Ramazanov ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək onun cinayət əməlini bir daha ifşa etmişdir. - ********* nömrəli cinayət işi üzrə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1, Bakı şəhəri, Nizami rayonunda yerləşən “Neftçilər" metrostansiyasının yaxınlığındakı üzərindək reklam löhvəsində “Lombard ***- ***-**-** Elvin Lombard” yazısı olan mağazanı göstərərək, ünvan 10 ünvanında yerləşən evdən oğurladığı blenderi həmin lombarda satdığını bildirmişdir. - ********* nömrəli cinayət işi üzrə könüllü təqdim edilən əşyanın götürülməsi barədə xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, X2 Əlisa Alim oğlunun ona satdığı 01 ədəd “Pioneer” markalı maqnitafonu istintaqa təqdim etmişdir. - ********* nömrəli cinayət işi üzrə könüllü təqdim edilən əşyanın götürülməsi barədə xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, X2 Əlisa Alim oğlunun ona satdığı 01 ədəd “Pioneer” markalı maqnitafonu istintaqa təqdim etmişdir. - ********* nömrəli cinayət işi üzrə könüllü təqdim etmə, götürmə və sənədə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X13 01 vərəqdən ibarət sənədi təqdim edərək bildirmişdir ki, həmin sənədi ona X28 01 ədəd “Pioneer” markalı maqnitafonu ona satarkən şəxsiyyətinin təsdiq edilməsi üçün təqdim etmişdir. Həmin sənədə baxış zamanı müəyyən edilmişdir ki, həmin sənəd X23 məxsus “C02004684" nömrəli pasportdan çıxarışdır. Həmin sənədin üzərində X20 anket məlumatları qeyd edilmişdir. Həmin sənəd cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən götürüldü. - ********* nömrəli cinayət işi üzrə əşyaya baxış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 01 ədəd “Pioneer” markalı maqnitafona baxış keçirirək bildirmişdir ki, həmin maqnitafon ona məxsus “Vaz 2107” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtombildən oğurlanmış maqnitafondur. - ********* nömrəli cinayət işi üzrə əşyaya baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 bir ədəd “Sinbo" markalı ütüyə baxış keçirərək həmin ütünün onun evindən oğurlanmış ütü ilə eynilik təşkil etdiyini bildirmişdir. - ********* nömrəli cinayət işi üzrə sənədə baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin sənəd iki vərəqdən ibarətdir, ilk vərəqin yuxarı hissəsində “X14 VÖEN №**********, Q.Qarayev 70” yazıları vardır. Baxış zamanı müəyyən edildi ki, həmin sənəd 987368 nömrəli girov biletidir. Girovun qiyməti 250 manatdır, girov verən X24r, onun şəxsiyyət vəsiqəsinin seria və nömrəsi AA 0241167-dir. Girov verilən əşya 01 ədəd A 072 markalı telefondur. Həmin sənədin ikinci vərəqi Girov biletinə əlavə edilmiş müqavilədir. X5 adı qeyd edilmişdir. - ********* nömrəli cinayət işi üzrə sənədə baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin sənəd iki vərəqdən ibarətdir, ilk vərəqin yuxarı hissəsində “X14 VÖEN №**********, Q.Qarayev 70” yazıları vardır. Baxış zamanı müəyyən edildi ki, həmin sənəd 987368 nömrəli girov biletidir. Girovun qiyməti 250 manatdır, girov verən X24r, onun şəxsiyyət vəsiqəsinin seria və nömrəsi AA 0241167-dir. Girov verilən əşya 01 ədəd A 072 markalı telefondur. Həmin sənədin ikinci vərəqi Girov biletinə əlavə edilmiş müqavilədir. X5 adı qeyd edilmişdir. - İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 yanvar 2022-ci il tarixli 9\162 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən bir ədəd qara rəngli “Pioneer” marakalı 7150 UB model avtomaqnitafonun istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin avqust ayına orta bazar qiyməti 200 manat müəyyən olunur. - İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 may 2022-ci il tarixli 9/2622 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədiqiqatına təqdim edilmiş 01 ədəd 2013-cü il istehsalı olan “Sinbo” markalı, “SSİ 2861” model, ağ-bənövşəyi rəngli ütünün istifadədəd olması nəzərə alınmaqla 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 15 manat müəyyən edilir. - Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ərizə ilə müraciət edərək bildirmişdir ki, ona vurulmuş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. - Sübutların qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə X17 götürülmüş 0,994 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqata sərf edildikdən sonra qalan 0,944 qramının maddi sübut kimi tanınmış və məhkəmənin hökmü və ya digər yekun qərarı qanuni qüvvəyə minənədək Nizami RPİ-nin saxlanc yerinə verilmişdir. Cinayət işi üzrə əldə edilmiş “Samsung Galaxy” markalı, “SM- A105F/DS” model mobil telefon, “Samsung Galaxy” markalı, SM-A725F/DS (A72) model mobil telefon, “Samsung" markalı “SM-A600” model mobil telefon, “Sinbo” markalı, “SSİ 2861” model ütü, “Pioneer” markalı 7150 UB model avtomaqnitafon maddi sübut kimi tanınmış və sahiblərinə təhvil verilmişdir. X17 götürülmüş 987368 nömrəli girov bileti və həmin biletə əlavə edilmiş həmin nömrəli müqavilə, X1 olaraq təqdim etdiyi X23 məxsus pasportdan edilmiş 01 ədəd çıxarış maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-14/2023 saylı qərarından görünür ki, təqsirləndirilən şəxslər X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraatın, təqsirləndirilən şəxs X23 dair hissədə ayrıca icraata ayrılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, oğurluq cinayətini törətməməsi barədə Təqsirləndirilən şəxs2 ifadəsi, habelə Təqsirləndirilən şəxs1 ona verilmiş ittihamda birinci epizod üzrə özünü təqsirli bilməməsi ilə bağlı ifadəsi işdə olan sübutlarla, o cümlədən şahid ifadələri ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və həmin ifadələr özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməli qismən etiraf etməsini və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 dəymiş ziyanın ödənilməsini məhkəmə iş üzrə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 noyabr 2023-cü il tarixli tələbnaməsindən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 1(007)-220/2023 saylı hökmündən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 1(007)-220/2023 saylı hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay müddət ona təyin edilmiş cəzadan çıxılmaqla, qəti olaraq 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə məhkəmə istintaqı aparıldığından, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 1(007)-220/2023 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasını çəkməsi üçün cəzaçəkmə müəssisəsinə göndərilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci ildə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətdən imtina edilərək, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, xx.xx.2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci ildə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022ci ildən hesablanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddətinin uzadılması barədə vəsatət təmin edilməmiş və onun barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə, təqsirləndirilən şəxs məhkəmədən gizləndiyinə görə onun barəsində axtarış elan edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami RPİ-dən daxil olmuş məlumatla müəyyən edilmişdir ki, barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışı elan edilmiş Təqsirləndirilən şəxs1, məhkəmənin icraatında olan digər cinayət işi üzrə xx.xx.2022-ci ildə şübhəli şəxs qismində tutulmuş və barəsində xx.xx.2022-ci ildə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 1(007)-220/2023 saylı hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəlki- 1(007)-220/2023 saylı cinayət işi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay müddət, hazırkı cinayət işi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 01 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 gün və xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 ay müddət olmaqla, ümumilikdə 06 (altı) ay 03 (üç) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxs6 dəymiş ziyanın ödənilməsini məhkəmə iş üzrə Təqsirləndirilən şəxs2 cəzasına yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 noyabr 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci ildə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs2 məhkəməyə verilmiş və onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 gün, ümumilikdə 04 (dörd) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzanın çəkilməsi Təqsirləndirilən şəxs2 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməklə, cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2023-cü il tarixdən hesablanmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və hal-hazırda digər cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış “Sinbo” markalı, “SSİ 2861” modelli ütünün və “Pioneer” markalı 7150 UB modelli avtomaqnitafonun ibtidai istintaq zamanı qanuni sahibləri zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, cinayət işi üzrə X17 götürülmüş 0,994 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqata sərf edildikdən sonra qalan 0,944 qramının maddi sübut kimi tanınmış və məhkəmənin hökmü və ya digər yekun qərarı qanuni qüvvəyə minənədək Nizami RPİ-nin saxlanc yerinə verilmişdir. Cinayət işi üzrə əldə edilmiş “Samsung Galaxy” markalı, “SM-A105F/DS” model mobil telefon, “Samsung Galaxy” markalı, SM-A725F/DS (A72) model mobil telefon, “Samsung" markalı “SM-A600” model mobil telefon maddi sübut kimi tanınmış və sahiblərinə təhvil verilmişdir. X17 götürülmüş 987368 nömrəli girov bileti və həmin biletə əlavə edilmiş həmin nömrəli müqavilə, X1 olaraq təqdim etdiyi X23 məxsus pasportdan edilmiş 01 ədəd çıxarış maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, sözügedən maddi sübutların taleyi məsələsinin, X23 dair hissədə cinayət işi ayrıca icraatda ayrıldığından, həmin cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilən zaman müzakirə edilməklə həll edilməli olması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-nin 197-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə 13 yanvar 2022-ci il tarixli və 06 may 2022-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə sərf edilmiş ümumilikdə 100 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 vəkilinin işdə iştirak etdiyi müddət 89 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 534 manat (89x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi4 dövlət büdcəsi hesabına ödənilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs2 vəkilinin işdə iştirak etdiyi müddət 89 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 534 manat (89x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi2 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 1(007)-220/2023 saylı hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəlki- 1(007)-220/2023 saylı cinayət işi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay müddət, hazırkı cinayət işi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 01 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 gün və xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 ay müddət olmaqla, ümumilikdə 06 (altı) ay 03 (üç) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs1 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 07 noyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 gün, ümumilikdə 04 (dörd) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs2 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və hal-hazırda digər cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış “Sinbo” markalı, “SSİ 2861” modelli ütünün və “Pioneer” markalı 7150 UB modelli avtomaqnitafonun ibtidai istintaq zamanı qanuni sahibləri zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınsın. İş üzrə 13 yanvar 2022-ci il tarixli və 06 may 2022-ci il tarixli məhkəməəmtəəşünaslıq ekspertizalarının keçirilməsinə sərf edilmiş ümumilikdə 100 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 89 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 534 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 89 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 534 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-14/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-14/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver