Məhkəmə qərarları › İş №1(007)-14/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-14/2025

19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-14/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-14/2025 xx.xx.2025 BAKİ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2, onun nümayəndəsi “AS Leqal” vəkil bürosunun vəkili Nümayəndə3, Zərərçəkmiş şəxs3, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 ASC-nin nümayəndəsi “BM Morrison partnyorları” vəkil bürosunun vəkili X4, zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi-fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə4, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Hümbətov və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1991-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, fərdi qaydada işləyən, Kürdəmir şəhəri Koroğlu küçəsi ev 9-da qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri, “Kristal Abşeron 2”, ev 6, mənzil 82-də yaşayan, əvvəllər məhkum olunmamış, 17 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 avqust 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 09 yanvar 2025-ci il tarixdə haqqında axtarış elan olunmuş, qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 21 yanvar 2025ci il tarixdə həbs edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3, 178.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq dələduzluq etmiş, ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən zədələməklə zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan, o cümlədən ümumi təhlükəli üsulla və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, tamah niyyəti ilə xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xarici ölkələrdən hərrac üsulu ilə ucuz qiymətə minik avtomobillərinin alınması və həmin nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilərək baha qiymətə satılması işi ilə məşğul olması barədə Zərərçəkmiş şəxs2 danışıb özünü işgüzar və etibarlı şəxs kimi təqdim edərək inamını qazandıqdan sonra cinayətinin realizəsini asanlaşdırmaq üçün 2022-ci ilin noyabr ayının əvvəllərində aralarında baş tutan görüşdə internet üzərindən aparılan onlayn hərrac zamanı guya 2016-cı il buraxılışlı “Mercedes Benz GL450” markalı minik avtomobilini orta bazar dəyərindən qat-qat ucuz qiymətə, yəni cəmi 8500 (səkkiz min beş yüz) ABŞ dollarına almağa müvəffəq olduğunu, 800-900 ABŞ dolları təşkil edən hərrac faizi və əlavə yol xərcləri hesablanmaqla ümumilikdə 12000 (on iki min) ABŞ dolları məbləğində pul veriləcəyi təqdirdə həmin avtomobili sonuncu üçün 45-60 gün ərzində tam təhlükəsiz şəkildə ilk əvvəl X3 gəmi ilə Gürcüstanın Poti şəhər limanına, oradan isə xüsusi yük avtomobillərinin vasitəsi ilə Bakı şəhərinə gətizdirəcəyi barədə Zərərçəkmiş şəxs2 yalan vəd verib aldatmaqla pulun təcili olaraq zəruri hesaba köçürülməli olduğunu bildirib 11 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus 10800 ABŞ dolları, 17 noyabr 2022-ci il tarixdə isə 1200 ABŞ dolları olmaqla ümumilikdə 12000 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri Nərimanov rayonu, F.Xoyski prospekti, 106 ünvanında yerləşən “Gənclik filialı”nın vasitəsi ilə AZ47TURA******************** nömrəli hesabdan Gürcüstan Tbilisi şəhəri, Qaqarin küçəsi, 29a ünvanında yerləşən “Bank of Georgia” bankının GE26BG**********705548 benefisiar hesabına göndərilməsini təşkil etsə də, verdiyi vədə əməl etməyib avtomobilin gətirilməsini təmin etməyərək Zərərçəkmiş şəxs2 mülkiyyətindən ibarət Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 20400 (iyirmi min dörd yüz) manat təşkil edən 12000 (on iki min) ABŞ dolları məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2022-ci ilin dekabr ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs2 iki gün ərzində qaytaracağı şərti ilə borc qismində aldığı 6000 ABŞ dollarının yarısını 10 gün sonra qaytarmış olsa da, qalan 3000 ABŞ dollarını vəd etdiyi vaxtda qaytarmadığı üçün 17 dekabr 2022-ci il tarixdə saat 01 radələrində qalıq borcla bağlı Zərərçəkmiş şəxs2 tərəfindən “WhatsApp” ani mesajlaşma-mübadilə sistemi vasitəsi ilə ona göndərilən növbəti mesajlara hər hansı əsaslı səbəb olmadan qərəzli və aqressiv cavablar verib münasibətləri gərginləşdirməklə yaranmış mübahisəyə görüşərək aydınlıq gətirilməsi üçün həmin vaxt dostları ilə birlikdə istirahət etdiyi “Ozan” restoranının virtual ünvan xəritəsini internet üzərindən Zərərçəkmiş şəxs2 göndərdikdən bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs2 zəng edib görüşə gələcəyi təqdirdə sağlamlığına zərər vuracağı, avtomobilinin üzərindən keçəcəyi barədə nalayiq ifadələrin müşayiəti ilə hədə-qorxu gəlmiş, bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs2 özünə məxsus olan “Porsche Cayenne GTS Coupe” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə razılaşdırılmış görüş nöqtəsinə çatdıqda isə orada olan Şahid4 münaqişənin qarşısını almaq, habelə onun söydüyü ağır küçə söyüşləri və təhdidlərinə görə üzrxahlıq etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 kənara çəkib avtomobilinə əyləşdirdikdən və bir neçə dəqiqə ərzində söhbət etdikdən sonra sonuncunun münaqişə ilə bağlı oraya gəlmiş dostu Zərərçəkmiş şəxs3 ilə birlikdə oradan uzaqlaşmalarına nail olsa da, o, görüş öncəsi mobil telefonda danışarkən görüşə gələcəyi halda Zərərçəkmiş şəxs2 sağlamlığına zərər vurmayan və avtomobillə üzərindən keçməyən şəxsin ünvanına söydüyü söyüşlərinin özünə aid olacağını, nəticə etibarı ilə bu söyüşlərin şahidi olan dostlarının yanında rüsvay olacağını cüzi səbəb kimi qəbul edib şəxsiyyətinə sığışdırmayaraq guya “sözündə bütövlüyünü” və söyüş qəbul etmədiyini hamıya nümayiş etdirmək məqsədi, yəni xuliqanlıq niyyəti ilə alkoqol sərxoşluğu vəziyyətində idarə etmə hüququ olmadan idarə etdiyi Zərərçəkmiş şəxs4 Açıq Səhmdar Cəmiyyətinə məxsus olan “Mercedes Benz GL500” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sükanı arxasına keçib Bakı şəhəri Nizami rayonu Babək prospekti boyunca Yusif Səfərov küçəsi istiqamətində yüksək sürətlə hərəkətə başlamaqla qərəzli münasibət bəslədiyi Zərərçəkmiş şəxs2 tərəfindən idarə edilən “Porsche Cayenne GTS Coupe” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı şəhəri Nizami rayonu, ünvan 2 ünvanında yerləşən “Embawood” mebel mağazasının qarşısına qədər təqib edərək saat 01:47-də işıqforun hərəkəti qadağan edən qırmızı işığında idarə etdiyi avtomobilin qabaq hissəsini yolun hərəkət hissəsində digər avtomobillərlə yanaşı dayanmış Zərərçəkmiş şəxs2 məxsus avtomobilin arxa hissəsi ilə toqquşdurub ümumi təhlükəli üsulla hər iki nəqliyyat vasitəsini və zərbənin təsiri nəticəsində əks istiqamətli hərəkət yollarını ortadan ayıran səkinin üzərində quraşdırılmış işıqforu qəsdən zədələyib “Porsche Cayenne GTS Coupe” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 külli miqdarda 200000 (iki yüz min) manat məbləğində, “Mercedes Benz GL500” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs4 Açıq Səhmdar Cəmiyyətinə xeyli miqdarda 24350 (iyirmi dörd min üç yüz əlli) manat məbləğində, işıqforun mülkiyyətçisi Daxili İşlər Nazirliyinin X1 Mərkəzinə xeyli miqdarda 5008,25 (beş min səkkiz manat iyirmi beş qəpik) manat məbləğində maddi ziyan, o cümlədən Zərərçəkmiş şəxs2 döş qəfəsinin ön səthinin döş sümüyü proeksiyasının qançırı ilə müşayiət olunan döş sümüyünün cisminin yerdəyişmiş sınığı, ənsə nahiyəsinin sıyrıqla müşayiət olunan şişkinlik halında əzilməsi, sol bazunun bayır səthinin hematoması kimi və Zərərçəkmiş şəxs3 sağ ayağının birinci barmağının dırnaq falanqasının cüzi yerdəyişmiş sınığı, sol gicgah nahiyəsinin şişkinlik halında əzilməsi kimi dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ümumi təhlükəli üsulla qəsdən sağlamlıqlarına az ağır zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3, 178.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 tərəfindən mülki iddia verilmiş, mülki iddia məhkəmənin icraatına qəbul edilməklə Zərərçəkmiş şəxs2 mülki iddiaçı, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışlar. Qeyd olunan mülki iddiaya əsasən maddi ziyana görə 220400 manat məbləğində pulun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən mülki iddia verilmiş, mülki iddia məhkəmənin icraatına qəbul edilməklə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi mülki iddiaçı, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışlar. Qeyd olunan mülki iddiaya əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus işıqfor nöqtəsində dəymiş ziyana görə 5008,25 manat məbləğində pulun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ödənilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, Dilsuz onun tanışıdır, onunla normal münasibətləri olub. O, maşın alqı-satqısı ilə məşğuldur, Dilsuza Gürcüstan Respublikasından maşın gətirməli olmuşdur. Lakin sonra işlər gözlədiyi kimi getməmiş, Gürcüstan Respublikasında yerləşən şirkətlə əlaqədar maşın gəlib çıxmamışdır. Dilsuz tez-tez ona zəng vurub, ya da yazaraq maşın məsələsinin nə yerdə olduğunu soruşmuşdur. Bir dəfə o, dostları ilə restoranda olan vaxt Dilsuz zəng etmiş, ona olan borcunu istəmişdir. Həmin vaxt içkili olmuş, Dilsuza şəhərdən aralıda olduğunu demişdir. Sonra görüşməyi təklif etmişdir. Lakin Dilsuz demişdir ki, olduğu yerin istiqamətini göndərsin, oraya gələcək. Bundan bir az sonra Dilsuz gəlmişdir. Orada onun tanışları olmuşdur. Onlarla birlikdə Dilsuzla danışmışlar. X23 Abbasovla birlikdə çıxıb getmişdir. O, Dilsuzun pulunu geri qaytarmaq üçün onun arxasınca getmişdir. Onun məqsədi qəsdən Dilsuzun maşınını vurmaq olmamışdır, sadəcə içkili olduğu üçün ehtiyatsızlıqdan Dilsuzun maşınını vurmuşdur. Bu əməlindən peşmandır. Dilsuzun maşınınına və digər zərər dəymiş obyektlərə vurduğu zərəri ödəməyə hazırdır. Təqsirləndirilən şəxs sualları cavablandırarkən göstərmişdir ki, Dilsuz ona demişdir ki, olduğu yerin istiqamətini göndərsin, oraya gəlsin. O, Abşeron rayonu Xırdalan şəhərində yaşayır, Yasamal rayonunda yerləşən ofisi var, ofisinə getmək üçün də restorana gedən yoldan istifadə edir. Onun Dilsuzu vurmaq niyyəti olsa idi, Dilsuzla restoranda normal danışmazdı, əgər vurmaq niyyəti olsaydı stolun üstündə bıçaq var idi, onunla Dilsuzu vurardı. Restoranda Dilsuza deməmişdir ki, “burdayam, gəl”. O, Dilsuza demişdir ki, “hazırda şəhərdən aralıyam”. Dilsuza şəhərdən aralıda olduğunu deyərkən ona söyüş söyməmişdir. Dilsuzla danışıb qutarandan sonra o, çıxıb getmişdir. Bundan sonra baxmışdır ki, maşınının açarı yoxdur, uşaqlara demişdir ki, “maşının açarını verin, ofisdə 800 dollar var, 100 dollar da üzərimdə var, aparıb Dilsuza verərəm”. Açarı götürmüş, Elminlə birlikdə maşına doğru getmişdir. Elminə demişdir ki, “sən də içkilisən, mən də içkiliyəm, elə qoy mən sürüm”. Dilsuza yolda gedərkən zəng vurmuş ola bilər. Dilsuza o səs yazılarındakı sözləri barışıq olması üçün demişdir. Səs yazılarındakı etirafları barışıq olsun deyə demişdir, Dilsuzu qəsdən vurmamışdır. O, Dilsuza demişdir ki, onu qəsdən vurmayıb, olubdur, qəzadır. Dilsuza sonradan yazmışdır ki, onu bilə-bilə vurmamışdır. Dilsuza “səni maşının kənarından vurmuşam” demiş, səsini Dilsuz yazmışdır. Barışıq əldə edə bilmək üçün o sözləri demişdir. Dilsuzun sifariş verdiyi maşını gətirə bilməmişdir. Dəfələrlə Dilsuzun rekvizitlərini istəmiş, demişdir ki, bir dollar hesabı versin, Gürcüstan Respublikasından maşını göndərəcək şirkət pulu verəcək. O, əmlaka qəsdən yox, ehtiyatsızlıqdan ziyan vurmuşdur. Zərərçəkmiş şəxs4 ilə danışmışdır, maşını versinlər ona, o, təmir edəcəkdir. Məhkəmədə son sözündə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə əməllərini tamamilə etiraf edərək əməllərindən peşman olduğunu göstərmiş, himayəsində azyaşlı uşağı olduğunu və zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəyərək onlarla barışıq əldə etdiyini nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, dostu Şahid6 Etibar oğlunun vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. İlkin özü də əslən Kürdəmirdəndir və Arazla qohumluq əlaqələri vardır. Arazla yaxın və səmimi münasibətləri olmuşdur. Digər ortaq tanışları olduğuna görə Arazla tez-tez şəhər ərazisində görüşüb vaxtlarını birgə keçirmişlər. Arazla hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Araz xarici ölkələrdən Azərbaycana avtomobillərin gətizdirilməsi və satışı işi ilə məşğul olmuşdur. Araz bu işi dəfələrlə onun yanında tərifləyərək bu işin yaxşı gəlirli bir iş olmasını, avtomobilin markasından və buraxılış ilindən asılı olaraq onu gətizdirib bir neçə ay ərzində böyük qazanc əldə etməyin mümkün olduğunu demişdir. Araz dəfələrlə ona öz telefonunda X6 məxsus sosial internet şəbəkəsində müxtəlif saytlarda keçirilən hərrac proseslərini göstərib izah etmişdir ki, həmin hərrac yolu ilə avtomobili çox ucuz qiymətə alıb Bakıya gətizdirmək, burada isə bahasına satıb qazanc əldə etmək mümkündür. O da hər dəfə bu barədə Arazdan maraqlansa da, başqa işləri olduğu üçün bu sahəyə baş qoşmamışdır. Buna baxmayaraq istər Araz özü, istərsə də ortaq dostları olan Rövşən və İlkin dəfələrlə ona təklif ediblər ki, o da Arazın vasitəsi ilə xaricdən Bakıya avtomobil gətirib satışını etsin. O, həmin ərəfədə Arazı özünə dost bilib, onun gördüyü işin etibarlı olmasını, yaxşı qazanc gətirməsini zənn edib qərara gəlmişdir ki, o da xaricdən avtomobil gətirsin. Ona görə 2022-ci ilin noyabr ayının əvvəllərində Araz yanına gələrək hərrac yolu ilə 2015-ci il buraxılışlı “Mercedes Benz GL 450” markalı avtomobili 8500 ABŞ dollarına aldığını deyib, 800-900 ABŞ dolları hərrac faizi və əlavə yol xərcləri hesablanmaqla 12000 ABŞ dolları pul verəcəyi təqdirdə avtomobilin Amerikadan Bakıya gətizdirilməsini təşkil edəcəyini bildirmişdir. O isə yalnız gömrük xərclərini özü qarşılayacaqdı. Başqa dostları ilə də Arazın ona danışdığı bu məsələni maraqlanmış və onlar da ona bir ağızdan bildirmişlər ki, həqiqətən də Araz avtomobili həmin qiymətə hərracda qazana bilibsə avtomobili almağa dəyər. Çünki Bakıda həmin avtomobili satdıqdan sonra 7-8 min ABŞ dolları qazanc əldə etmək olar. Arazın ona bu təklifi barədə ortaq dostları Rövşənin və İlkinin də xəbəri olmuşdur. O isə, sərfəli bir iş olduğu üçün həmin avtomobili almağa razı olmuşdur. Araz bildirmişdir ki, avtomobil Amerikadan çıxıb gəmi ilə Gürcüstanın Poti şəhərinə, oradan isə xüsusi yük avtomobilləri ilə Bakı şəhərinə gətirilir və maksimum 45-60 gün ərzində avtomobil Bakıda olduğu üçün həmin müddət ərzində avtomobil ona təhvil veriləcəkdir. Araz çox arxayın şəkildə onunla danışıb istər Amerikada, istər Gürcüstanda yaxın tanışlarının olduğunu, dəfələrlə bu işləri görüb artıq professionallaşdığını, yükdaşıma şirkətinin əməkdaşları ilə də əlaqələrinin olduğunu, hamı ilə dost olduğunu, heç bir problemin olmayacağını, avtomobili ona tam təhlükəsiz şəkildə təhvil verəcəyini bildirmişdir. O da Arazın sözlərinə inanmışdır. Araz ona müxtəlif avtomobillərin fotoşəkillərini, onların gəmiyə, yük avtomobillərinə yüklənməsi, o cümlədən daşınması videolarını göstərmiş və bu proseslərin içində olduğunu, narahat olmağı üçün heç bir əsas olmadığını izah etməyə çalışmışdır. Arazla olan səmimi dostluq münasibətlərinə şübhə etmədiyi üçün onun dediklərinə əməl edib avtomobili almağa razılıq vermişdir. Araz onu tələsdirməyə başlamışdır ki, təcili avtomobilin pulunu onun deyəcəyi koda ödəmək lazımdır ki, avtomobil sistemdən çıxarılmasın. Çünki avtomobili hərracda qazandıqdan sonra 3-5 gün ərzində pulu ödənilməsə Araz cərimə olunacaq və avtomobil Arazın hesabından çıxarılaraq yenidən hərraca veriləcəkdir. Ona görə 2022-ci ilin noyabr ayında ortalarında o, iki dəfə "xxxx"ın X28 küçəsində yerləşən Nərimanov filialına gedərək orada birinci dəfəsində 10800 ABŞ dolları, ikinci dəfəsində isə 1200 ABŞ dolları olmaqla ümumilikdə 12000 ABŞ dolları məbləğində pulu onun dediyi virtual ünvana və koda göndərmişdir. Həmin ödəmə qəbzlərini ərizəsinə əlavə etmişdir. Qəbzlərin surətini “WhatsApp” vasitəsi ilə Araz da yollamış və Araz ona “xeyirli olsun” demişdir. “Copart” adlı internet səhifəsinin linkini Araz ona atmışdır ki, həmin avtomobilin həqiqətən də hərracda qazanıldığını görsün. O isə, pul göndərdiyi günün axşamı həmin sayta girmiş və saytda 3 günə avtomobilin yenidən hərraca çıxarılacağına dair xəbərdarlıq xarakterli yazı görmüşdür. Bu barədə Araza narazılığını da bildirmişdir. Lakin Araz yenə də ona demişdir ki, “narahat olma, maşın mənlikdir, mən Arazam, maşını mən almışam.” O isə, başqa tanışları ilə də bu barədə danışıb soruşmuşdur. Onlar demişlər ki, avtomobilin pulu ödənilibsə o, heç vaxt sayt tərəfindən yenidən hərraca çıxarıla bilməz. Buna baxmayaraq Araz yenidən onu əmin etməyə çalışmışdır ki, boş söhbətdir, sistemdə səhvlik olub, avtomobil formal olaraq hərraca çıxarılacaq, şirkətlə artıq danışmışdır və hər şey həllini tapacaqdır. O da gözləməyə qərara vermişdir. Lakin bir neçə gün sonra o, saytda şəxsən özü də izləmişdir ki, guya ona məxsus olan avtomobil yenidən hərraca çıxarılmış və tanımadığı gürcüstanlı bir şəxs tərəfindən həmin avtomobil 10000 ABŞ dolları pul müqabilində qazanılmışdır. Narahat olduğu üçün Araza bu barədə demiş və avtomobilə görə əlavə pul verməyəcəyini bildirmişdir. Araz isə, bildirmişdir ki, “narahat olma, həmin gürcüstanlı mənim adamımdır, əlavə pul verməyə ehtiyac yoxdur, avtomobil formal olaraq yenidən satışa çıxıb və avtomobil bizə aiddir.” Təxminən 5-6 gün sonra Araz “WhatsApp” vasitəsi ilə ona link (virtual ünvan) yollamışdır. Həmin linkdə avtomobilin ban nömrəsi, konteyner nömrəsi və avtomobilin izlənməsi xəritəsi olmuşdur. Araz bildirmişdir ki, avtomobil gəlib Bakıya çıxana kimi onu izləyə bilər. 2022-ci ilin dekabr ayının sonlarına kimi o, avtomobili həmin link vasitəsi ilə izləmişdir. 2022-ci ilin dekabr ayının əvvəllərində Araz onun yanında olarkən bildirmişdir ki, özü üçün də “Mercedes-Benz GL” markalı avtomobil almışdır. Həmin avtomobili öz adına sənədləşdirməsi üçün Araz ondan iki günlük borc kimi 6000 ABŞ dolları ona pul verməyini istəmişdir. O da Arazla dost olduğu üçün buna etiraz etməmiş və yaşadığı ünvan 3 ünvanının qarşısında Araza 6000 ABŞ dolları pul vermişdir. Həmin pulu soyadını və ata adını xatırlamadığı “Əli” adlı dostunun yanında onun idarə etdiyi avtomobilin içərisində Araza vermişdir. Əli “rentakar” fəaliyyəti, yəni avtomobil icarəsi ilə məşğul olduğundan və buna görə də hər dəfə bir avtomobillə yanına gəldiyindən pulu məhz hansı avtomobilin içərisində Araza verdiyini xatırlamır. “Əli” adlı dostu həmin vaxt yanında olsa da, pulu Araza borc kimi verdiyini bilməmişdir. Hətta pulu Araza verəndə gülərək zarafatla ona demişdir ki, “qaytaranda köhnə yox, təzə dollarnan qaytararsan.” Çünki Araz xahiş etmişdir ki, ondan borca pul almasını heç kim bilməsin”. Ona görə də bu barədə Əliyə danışmamışdır. Araz avtomobil satışı ilə məşğul olduğu üçün tez-tez özündə olan manatı ABŞ dollarına çevirmək üçün pul istəmişdir. Ona görə onun Araza ABŞ dolları ilə pul verməyi Əliyə şübhəli gəlməmiş və ondan Araza verdiyi pul barədə başqa heç nə soruşmamışdır. Lakin Araz ona söz verdiyi iki gün müddəti ərzində pulunu qaytarmamışdır. Təxminən 10 gün sonra Araz borcundan ona 3000 ABŞ dolları pul qaytarsa da, qalan 3000 ABŞ dolları pul verməmişdir. Ona görə Arazdan pulunu geri tələb etməyə başlamışdır. Araz onun yanında cibindən müxtəlif məbləğlərdə pullar çıxardıb ona göstərsə də, pulu qaytarmamış və ondan əlavə vaxt istəmişdir. Araza yazdığı mesajlara isə cavab vermədiyi üçün o, daha da əsəbləşmişdir. Sonuncu dəfə 16 dekabr 2022-ci il tarixdə günorta saatlarında Araza “WhatsApp” vasitəsi ilə mesaj yazaraq borca verdiyi pulunu geri qaytarmasını istəmişdir. Araz isə, ona gah cavab vermiş, gah da cavab verməmiş, xətdə (“onlayn”) olduğunu görsə də, mesajlarına cavab verməmişdir. O isə, yenidən ondan tələb etmişdir ki, pulunu versin. 17 dekabr 2022ci il tarixə keçən gecə dostu İlkinlə birlikdə olan vaxt yenidən Araza pulu qaytarması ilə bağlı mesaj yazmışdır. Araz isə, onunla normal tərzdə deyil, qərəzli şəkildə danışmağa başlamış və pula görə ona zəng etməməyini bildirmişdir. Halbuki, Araz heç vaxt onunla o tərzdə danışmamışdır. Araza zəng etsə də telefon zənglərinə cavab verməmişdir. Bir neçə cəhdindən sonra nəhayət onunla “WhatsApp” vasitəsi ilə danışa bilmişdir. Danışıq zamanı Arazın içkili, yəni sərxoş olduğunu başa düşmüşdür. O, Arazdan pulu tələb edərək onunla görüşmək istədiyini deyib olduğu yeri ona bildirməsini xahiş etmişdir. Araz isə, əsəbləşərək ona bildirmişdir ki, “gəl Dadaşın obyektinə, gəl g*tünü dağıdım”. O, Araza cavab olaraq oraya gələcəyini bildirmişdir. Araz da ona demişdir ki, “var-yoxunu s**im, arvadını s**m bıçaqla səni deşəcəyəm, maşınla üstündən keçəcəyəm”. O da Araza demişdir ki, “səbrli ol gəlirəm”. O, Araza mesaj da yazaraq demişdir ki, olduğu yeri ona desin. Araz da ona həmin yerin konumunu (virtual xəritəsini) yollamışdır. “Dadaş” adlı şəxs Arazın dostudur və eşitdiyinə görə onun Suraxanı rayonu ərazisində restoranı vardır. Həmin restoranın yeri təqribi yadında idi. Həmin vaxt yanında olan dostu İlkin onunla birlikdə oraya getmək istəsə də, o, buna razı olmayaraq idarə etdiyi “Porsche Cayenne GTS Coupe” markalı **- VZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə əyləşərək gecə saatlarında yola düşmüşdür. Həmin vaxt təxminən saat 01:05 radələri olmuşdur. O, yolda olan vaxt Araz ona geri zəng edərək oraya gəlməməyini demişdir. O isə, artıq yolda olduğunu və gələcəyini bildirmişdir. Bundan sonra Araz ona, “Gəlirsən də hə?! Gəl. Gəlməyənin də varyoxunu s**im. Sən bura gəlsən sənin qarnını deşib maşınla üstündən keçməyənin varyoxunu, arvadını s**im” sözlərini demişdir. O, Araza bildirmişdir ki, “söyüş söymə Araz, səbrli ol gəlirəm.” Araz heç vaxt onunla belə bir tonda və söyüşlərlə danışmadığı, bu cür münasibət göstərmədiyi üçün fikirləşmişdir ki, yəqin qızların ətrafındadır və dostlarının yanında özünü göstərmək üçün mənimlə bu cür danışır. O, Arazla telefon əlaqəsini kəsdikdən sonra Araz yenidən dayanmadan ona zəng etsə də, ona cavab verməmişdir. Bir neçə dəqiqə sonra artıq Bakı şəhəri Babək prospektində, Günəşli qəsəbəsinə gedən yolun üzərində yolun sağ tərəfindən yerləşən “Baku Medical” adlı xəstəxananın yanından keçmişdir. Həmin vaxt Araz yenidən zəng etmiş və o, həmin zəngə cavab vermişdir. Danışıq zamanı Araz ondan gəlib-gəlmədiyimi soruşmuşdur. O isə, ona artıq az qaldığını və çatdığını demişdir. Bundan sonra Araz yanında olan şəxslərə “çatır bura, var-yoxunu s****ərəm kimsə mənim qabağımı kəssə haa” sözlərini demişdir. O da dərhal onunla telefon əlaqəsini kəsib yoluna davam etmişdir. Təxminən 1-2 dəqiqə sonra ona dostu Zərərçəkmiş şəxs3 zəng edərək harada olduğunu soruşmuş və digər dostu İlkinlə birlikdə onun yanına gələcəklərini bildirmiş, xahiş etmişdir ki, onları gözləsin. O isə, artıq ünvana çatdığını ona deyib telefon əlaqəsini kəsmişdir. Xəritə əsasında “Ozan” adlı restoranın qarşısına gəlib çataraq avtomobili saxlamış və düşmüşdür. Görmüşdür ki, Araz yanındakı təxminən 5-7 nəfər şəxslə restoranın qarşısında, həyətdə dayanmışdır. Onlara yaxınlaşanda Arazın söyüşlər söyməsini eşitmişdir. Həmin vaxt Araz hələ ki, onu görməmişdir. İlk əvvəl elə fikirləşmişdir ki, Araz onun ünvanıma söyüşlər söyür. Həyətə girəndə isə görmüşdür ki, Araz dostu Elmirin ünvanına ağır küçə söyüşləri söyərək avtomobilinin açarını ondan almaq istəyir. Elmir isə açarı vermirdi. Onlara yaxınlaşıb Arazla və onun yanında olan şəxslərlə salamlaşmışdır. Araz onu görən kimi söyüşlərini dayandıraraq gözünün içinə baxmayıb başını aşağı salmışdır. O da demişdir ki, “açarı neynirsən?! gəlmişəm də burdayam.” Araz isə, ona ümumiyyətlə bir cavab verməmişdir. Bu vaxt kənardan hündür boylu, dolu bədən quruluşlu, gözlərini tez-tez qırpması ilə yadında qalan şəxs yaxınlaşaraq onunla da görüşmüş və adının “Anar” olmasını deyərək söhbət etmək üçün birlikdə kənara çəkilmələrini xahiş etmişdir. Sonra Anarla birlikdə restoranın həyətindən piyada yola doğru kənarlaşmışlar. Anar ondan xahiş etmişdir ki, avtomobildə başqa adam yoxdursa avtomobilə əyləşib söhbət etsinlər. Anara demişdir ki, “Araz gəlib üstümdən keçəcək?!” O isə demişdir ki, “Araz içkilidir fikir vermə, mən polis işçisiyəm, mənə hörmət et, oturub söhbət edək?!” Anarın sözünü yerə salmayaraq birlikdə öz avtomobilində əyləşmişlər. Anar ondan xahiş etmişdir ki, avtomobili bir qədər irəliyə sürsün və yerlərində dayanmasınlar. O, buna etiraz etməyib avtomobilii restorandan təxminən 1 kilometr aralıya qədər hərəkət etdirib yolun kənarında saxlamışdır. Söhbət zamanı “Anar” adlı həmin şəxs məclisi özünün təşkil etdiyini, Arazın içkili olduğunu bildirib onun yerinə ondan üzr istədiyini, Arazın səhv etdiyini demişdir. Anar bildirmişdir ki, özü qəsdən onu restoranın yanından uzaqlaşdırmışdır ki, Araz onun çıxıb getdiyini zənn etsin. Çünki Araz içkilidir və uşaqların yanında söyüş söyüb ki, onun avtomobilinin üstündən keçəcək, uşaqlar da onu güclə saxlayıblar. Anar həmçinin xahiş etmişdir ki, oradan getsin, belə ki, səhər özü Arazın qulağından tutaraq onun yanına gətirəcək və Araz özü də ondan işlətdiyi ifadələrə görə üzr istəyəcəkdir. Anarla bu mövzuda təxminən 10-15 dəqiqə ərzində söhbət etmişlər. Hətta həmin ərəfədə yolda olan dostu Rövşən də onun avtomobilini görüb dayanaraq onlara yaxınlaşanda uzaqdan yanında Arazın əyləşdiyini zənn edərək onları tənbeh etmək istəmişdir. O, Rövşənə demişdir ki, yanındakı Araz deyil, “Anar” adlı adamdır. Anarla bir neçə dəqiqə ərzində söhbət etdikdən sonra Anar dönə-dönə ondan xahiş etmişdir ki, orada qalmayaraq dostu Rövşənlə birlikdə çıxıb getsin, səhər bu məsələyə aydınlıq gətiriləcəkdir. O da davamlı xahişlərdən sonra razı olmuş, Anara onu geri restorana aparıb düşürməyi təklif etmiş, lakin Anar buna ehtiyac olmadığını, özünün piyada ora qayıdacağını ona deyib bir daha xahiş etmişdir ki, çıxıb getsin. Rövşən avtomobilinə əyləşdikdən sonra o, yola düşüb 40-60 km/saat sürətlə hərəkət etməyə başlamışdır. Yolda olan vaxt Rövşənə demişdir ki, “ən yaxşısı avtomobili aparıb qaraja qoyaq, çünki Araz içkilidir, gəlib işlədiyi obyektin qabağında da olsa avtomobilini vuracaq”. Ona görə yaşadığı ev istiqamətində hərəkət etməyi nəzərdə tutmuşdur. Bir neçə dəqiqə keçməmiş ki, görmüşdür Araz ona zəng edir. Telefon zənginə cavab verəndə Araz harada olduğunu soruşmuş, o isə, artıq çıxıb getdiyini bildirəndə Araz ona “konumunu at” sözlərini demişdir. O, telefon əlaqəsini kəsmişdir ki, söhbət uzanmasın. Bundan sonra Araz ona “at” mesajını yazmışdır. O, bu mesaja əhəmiyyət verməmişdir. Bundan sonra Araz yenidən ona zəng edərək demişdir ki, olduğu yerin xəritəsini ona yollasın. O da “indi atacağam” sözünü dediyi anda yanında olan Rövşən dartaraq mobil telefonunu əlindən almış və özünün Arazla danışacağını bildirmişdir. Bir neçə saniyə ərzində Rövşən özü Arazla danışmışdır. O, eşitmişdir ki, Araz telefonda söyüşlər söyür. Lakin kimin ünvanına və nə ilə bağlı söyüşlər söyməsini bilməmişdir. Danışığın sonunda Rövşən Araza demişdir ki, “Sən artıq çaşdın. Mən indi Dilsuzu aparıb evinə düşürdüm, səninlə özüm görüşəcəyəm, görüm nə demək istəyirsən.” Həmin telefon danışığı yekunlaşmamış o, avtomobili ilə Babək prospektində yerləşən “Embawood” mebel evinin qarşısındakı işıqforun qırmızı işığında dayandığı vaxt qəfildən avtomobilin arxa tərəfindən güclü zərbə hiss etmişdir. Həmin zərbənin təsirindən avtomobili yolun sol tərəfində olan işıqfora çırpılaraq həmin işıqforu sındırmış, avtomobilinin qabaq hissəsi isə yolun əks hərəkət hissəsinə keçib dayanmışdır. O, başa düşmüşdür ki, bunu edən Arazdır. Hadisə ani baş verdiyi üçün özünü itirmiş və bədənində ağırlar hiss etməyə başlamışdır. Görmüşdür ki, yanında olan dostu Rövşən xırıldayaraq özündən gedib. Avtomobili tərk edib ona yaxınlaşaraq hadisə yerinə yığışmış tanımadığı adamların köməkliyi ilə Rövşəni huşuna gətirməyə çalışmışdır. Orada olan adamlardan biri təcili-tibbi yardım xidmətinə də zəng etmişdir. Avtomobildən düşəndə həm də görmüşdür ki, avtomobilini arxadan vuran həqiqətən də “Mercedes-Benz GL” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Arazın özüdür. Həmin vaxt Arazın Elmir adlı dostu da yanında olmuşdur. Başı Rövşənə qarışdığı üçün Araza yaxınlaşmamışdır. Çox keçməmiş hadisə yerinə polis əməkldaşları da gəlmişlər. Eyni vaxtda atası Şahid2 da ona zəng etmişdi və o, başına gələn hadisə barədə qısaca danışmışdır. Bir neçə dəqiqə sonra hələ hadisə yerində olan vaxt atası dostu Asəflə birlikdə oraya gəlmişdir. Hadisə yerinə gəlmiş “Kənan” adlı təhqiqatçıya yaxınlaşıb hadisənin Araz tərəfindən qəsdən törədildiyini izah edib düzgün araşdırılmasını xahiş etmişdir. Dostu Rövşən aşkar xəsarət aldığı üçün təcili tibbi yardım avtomobili ilə xəstəxanaya getmiş, o isə, ağrılarına əhəmiyyət vermədiyi üçün əvvəlcə heç bir xəstəxanaya müraciət etməmişdir. Hadisə yerinə bir neçə dəqiqə sonra Anar adlı həmin polis əməkdaşı da gəlmişdir. O, Anara barmaq silkələyərək demişdir ki, “sən məni qəsdən yola saldın ki, Araz məni arxadan gəlib vursun?” Bunun ardınca söyüş söymək istəyəndə Anar onu dayandırmış və demişdir ki, “Söyüş söymə, mən bilmirdim belə olacaq. Mən bilirəm o, səni qəsdən vurub, harda nə demək lazımdırsa mən təsdiq edəcəyəm.” Həmin gün o, sərxoşluq müayinəsindən keçirildikdən sonra evinə yollanmışdır. Hadisədən bir neçə gün sonra sinə nahiyəsində ağrıları şiddətləndiyi üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına müraciət etmişdir. Orada məlum olmuşdur ki, döş qəfəsində sınıq vardır. Bundan başqa əlavə edir ki, Araz onun avtomobilini qəsdən vuraraq əzmişdir. Bunu hadisə sonrası özü də təsdiq etmişdir. Belə ki, onun “Elmir” adlı dostu ona və Rövşənə danışmışdır ki, Araz məclisdə olan vaxt dostlarının yanında onu vurmayana söyüş söydüyü üçün, söyüşünü “yeməməkdən” ötrü onu vurmuşdur. Bu barədə Araz özü də danışmışdır. Elmir həmçinin danışmışdır ki, o, Arazın avtomobilinin açarlarını vermədiyi vaxt Araz ona demişdir ki, əgər açarı verməsə başqa avtomobillə də olsa onun avtomobilini vuracaqdır. Həm də Araz Elmirə demişdir ki, “onu vurmayana söyüş söymüşəm, məni peysər çıxartmaq istəyirsən?!” Elmir də artıq boğaza yığıldığı üçün həmin gecə o, oradan çıxıb getdikdən sonra avtomobilin açarını Araza vermiş, Araz da yüksək sürətlə hərəkət edib ona çataraq arxadan avtomobilini qəsdən vurmuşdur. Nəticədə guya Araz söyüşünü “yeməmiş” və dediyini etmişdir. Bundan başqa Araz hadisədən bir müddət sonra hansısa vəkillə məsləhətləşdikdən sonra ortaq dostlarına tapşırmışdır ki, hadisədən məlumatlı olanlar avtomobilinin qəsdən vurulması barədə heç yanda bir söz danışmasınlar və soruşan olsa bundan xəbərsiz olduqlarını desinlər. O, bu barədə eşidəndən sonra təsirlənmiş və Araza söz göndərmişdir ki, onu qəsdən vurması ilə bağlı 10 nəfər oğlanın yanında söyüş qoyar, o, həqiqəti bildiyi üçün həmin söyüşün altından çıxa bilməz və rüsvay olar, əgər kişidirsə düzünü danışsın. Bundan sonra Araz onunla görüşmək istədiyini demiş və o, dostları İlkin və Babəklə birlikdə Arazla öz işlətdiyi “Labirint” adlı çay evində görüşmüşdür. Araz həmin görüşdə hamının yanında özü də etiraf etmişdir ki, söyüşü “yeməməkdən” ötrü onu “bakavoydan”, yəni yandan vurmaq və avtomobildən düşüb ondan borca aldığı pulu üzünə çırpmaq istəyirdi. Dostu Zərərçəkmiş şəxs3 ilk əvvəl Nizami rayon polis idarəsində aparılan araşdırma zamanı hadisə barədə düzgün izahat versə də, sonradan izahatını dəyişmişdir. Əvvəlcə bunun səbəbini bilməsə də, sonradan məlum olmuşdur ki, Arazın Rövşənə də 30000 manat məbləğində pul borcu vardır və Araz ona demişdir ki, əgər bu işlə bağlı gedib izahatını dəyişməsə və buna görə həbs olunsa heç kimə pul qaytarmayacaqdır. Ona görə Rövşən pulunu itirməmək üçün Arazın vəkilinin təşkilatçılığı ilə bu dəfə Nizami rayon polis idarəsinə yalan izahat vermişdir. Atası Heydər bu məsələ ilə bağlı Rövşənlə mobil telefonda danışmış və Rövşən pula görə belə hərəkət etdiyini etiraf etmişdir. Bildirir ki, Arazın avtomobilini qəsdən vurmasını və Rövşənin yalan izahat verməsini təsdiq edən səs yazıları vardır. Həmin səs yazılarını diskə köçürdüb izahatına əlavə etmişdir. Bir daha bildirir ki, Araz məsuliyyətdən yayınmaq üçün guya onun avtomobilini qəsdən vurmadığını hər yanda deyir. Əlavə etmişdir ki, 23 dekabr 2022-ci il tarixdə Arazla mübahisəli olduğu üçün o, Rövşənin vasitəsi ilə ona söz göndərmişdir ki, avtomobil 2-3 günə gəlib Gürcüstana çıxacaqdır. Ona görə avtomobili Gürcüstanda təhvil alıb idarə edərək Bakıya gətizdirməsi üçün iki nəfər sürücünün adına etibarnamə vermək lazımdır ki, növbəli şəkildə həmin sürücülər avtomobili sürüb gətirsinlər. Rövşən “WhatsApp” vasitəsi ilə ona şəxsən tanımadığı iki nəfər gürcü ad soyadlı şəxslərin şəxsiyyət vəsiqələrinin fotoşəkilini yollamış və o, həmin gün 48 saylı notariat ofisində həmin sürücülərin adına rus dilində etibarnamə vermişdir. Həmin etibarnamənin surətini ərizəsinə əlavə etmişdir. Etibarnaməni Arazın dostu Talehə vermişdir ki, aparıb Araza versin. Lakin Arazın həmin etibarnaməni hara və kimə göndərməsini bilməmişdir. Araz 27 dekabr 2022-ci il tarixdə avtomobilin Gürcüstana çatdığını bildirmiş və “Yeni il” bayramına görə 5-6 gün yubanma olacağını demişdir. 04 yanvar 2023-cü il tarixdə o, linkə daxil olanda aşkar etmişdir ki, avtomobilin yerləşdiyi konteynerin artıq açılması barədə bildiriş vardır. Bu barədə İlkinə zəng edərək bildirmiş, İlkin isə Arazla danışıb xəbər edəcəyini demişdir. Araz ona söz göndərmişdir ki, bildiriş boş şeydir və konteyner həqiqətən açıldığı zaman ona mesaj gələcəkdir və mesaj gəldiyi zaman 3 gün ərzində avtomobili Potidəki limandan çıxarmalıdır. Lakin 5-10 gün sonra da Araz eyni sözləri demişdir. Hər dəfə Araza öz narazılığını bildirmişdir. Araz isə “Lion” şirkətinin daşınma prosesində problem olduğunu, ona görə də avtomobilin hələ də oradan çıxmadığını demişdir. Lakin Araz günü-günə sataraq dediyinə əməl etməmiş, hər dəfə bir bəhanə danışmışdır. Danışıqların əksəriyyətini o, İlkinin vasitəsi ilə Arazla etmişdir. Çünki aralarında baş vermiş münaqişəyə görə özü Arazla çox ünsiyyət saxlamamışdır. 2023-cü ilin fevral ayının əvvllərində artıq Arazın bəhanələrindən bezdiyi üçün qərara gəlmişdir ki, özü də bu məsələni araşdırsın. Ona görə internetdən avtomobillərin yükdaşıması (transfer) işi ilə məşğul olan “Lion” şirkətinin Azərbaycandakı nümayənədliyinin ünvanını taparaq Babək prospektində, “İstiqbal” mebel salonunun yaxınlığında yerləşən ofisinə getmişdir. Orada onu şirkətin əməkdaşı olan cavan bir oğlan qarşılamışdır. Həmin şəxsdən qarşılaşdığı problem barədə soruşmuş, həmin əməkdaşa ödəmə qəbzlərini göstərmişdir. O isə öz sistemlərinə baxaraq ona demişdir ki, 04 yanvar 2023-cü il tarixdə avtomobil konteynerdən çıxmışdır. Qeyd edilən əməkdaşa rus dilində verdiyi etibarnaməni də göstərmişdir. Onu dinlədikdən sonra həmin şəxs bildirmişdir ki: “Allaha dua et ki, avtomobil sənin adına gəlmiş olsun, sən çıx get, 1 saata mən hər şeyi dəqiqləşdirib sənə deyəcəyəm.” O da şirkətdən çıxıb getmişdir. Təxminən 1 saat sonra adını bilmədiyi şirkətin əməkdaşı ona zəng edərək bir daha demişdir ki, avtomobili 04 yanvar 2023-cü il tarixdə “Laşa” və ya “Laxa” adlı bir nəfər gürcüstanlı limandan təhvil almışdır, rus dilində verdiyi etibarnamə boş şeydir, heç bir əhəmiyyət kəsb etmir, avtomobilin ona heç bir aidiyyəti yoxdur və onu aldadıblar. O da dərhal İlkinə zəng edib bildirmişdir ki, Arazla bir daha danışıb avtomobilinin aqibətini soruşsun. Özü qəsdən şirkətin əməkdaşının ona dediklərini İlkinə danışmamışdır ki, həqiqəti öyrənsin və Arazın yalan danışdığına əmin olsun. İlkin isə Arazla danışdıqdan sonra ona demişdir ki, Araz narahat olmamağı, bir neçə gün ərzində avtomobilin Poti şəhərində limandan çıxacağını bildirmişdir. O da İlkinə demişdir ki, artıq hər şeyi bilir, avtomobili başqa bir adam tərəfindən limandan götürülmüşdür. Bundan sonra da Araz müxtəlif bəhanələr gətirib onu aldatmışdır. Beləliklə pul vermiş olsa da, avtomobil gətirilməmişdir. Lakin sonradan Araz İlkinə məxsus mobil telefonla ona səsli mesaj yollayaraq guya kimsə tərəfindən aldadıldığını, avtomobilin başqa adama verildiyini, bundan xəbərininin olmadığını, onluq bir şey olmadığını demişdir. O isə, Araza inanmamış və uzun müddət ərzində həqiqəti bilə-bilə ona yalandan gah konteynerin açılmaması, gah şirkətdə daşınmada problem olması, gah bayrama görə məsələnin uzanması barədə danışdığı yalanları onun üzünə vurmuşdur. Zərərçəkmiş şəxs əlavə sualları cavablandırarkən göstərmişdir ki, restorandan çıxmışlar, 10-15 dəqiqə sonra Araz gəlib onu vurmuşdur. Həmin restorana ancaq düzünə istiqamət olmuş, buna görə Araz asanlıqla gəlib onu tapmışdır. Hadisədən sonra Arazla görüşmüşdür, Araz dayısı və dayısı oğlu ilə birlikdə onun işlətdiyi məkana gəlmişdir. Araz həmin gün “hər şeyi boynuma alıram, dostlarım o açarı mənə vaxtında versə idi, hadisə belə olmayacaqdı” demişdir. Maşınla bağlı pulu Arazın göndərdiyi hesaba ödəmişdir. Rövşən ona zəng vurmuş, demişdi ki, maşını Gürcüstan Respublikasından götürüb Azərbaycan Respublikasına gətirmək üçün iki nəfərə etibarnamə vermək lazımdır, o da demişdir ki, kim lazımdırsa ona etibarnamə versin və gedib Rövşəngilin dediyi 2 nəfərə etibarnamə vermişdir. Maşının vurulması hadisəsi dekabrda olub, həmin vaxt Arazın bildirdiyinə görə maşın yolda olmuşdur, Arazla danışanda demişdir ki, maşının onların mübahisəsinə dəxli yoxdur, maşını yoldadır, gələcək. O, istintaqa verdiyi ifadəsində də bildirmişdir ki, Arazla birlikdə maşın sifariş etmişlər. Anar onu restorandan çıxartmış, “gəl, xahiş edirəm, çıxaq, mənim məclisimdir, problem olmasın” demişdir, Anarla birlikdə 1 km uzağa getmişlər. Araz Anarla onu söhbət edəndə görə bilməzdi. Anar mənə deməyib ki, gəl aralıqda söhbət edək, Araz elə bilsin ki, guya mən getmişdir. Araz ondan yerini soruşub, ona yazıb ki, “istiqamət” göndər, lakin o, “istiqamət” göndərməmişdir. Rövşən telefonu əlindən almışdır ki, Araza “istiqamət” göndərməsin. Araz yazışanda ona söyüş söyməmiş, bir dəfə telefonda söymüşdür. Həmçinin Araz demişdir ki, “bu pula görə bir daha məni yığma, sabah göndərəcəyəm.” Təqsirləndirilən şəxs “Porsche” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qəsdən vurmaqla ona 200.000 manat zərər vurub, həmçinin ona yeni avtomobil gətirəcəyini deyərək onu aldadıb, 20.400 manat pulunu alıb, geri qaytarmayıb, təqsirləndiriən şəxsdən şikayətçidir. O, Araza 20.400 manat pul vermişdi ki, ona maşın gətirtsin, bunun üzərindən çox vaxt keçmiş, lakin Araz nə maşını gətirmiş, nə də pulunu qaytarmayıb onu aldatmışdır. Araza dəfələrlə pulunu qaytarması üçün müraciət etmiş, bu zaman mübahisələrimiz olmuşdur. Sonuncu dəfə Araza zəng vurmuş, telefonda danışmışlar, həmin vaxt Araz söyüş qoymuş, o da Araza olduğu yerin məkanını göndərməsini demiş, sonra Arazın göndəriyi məkana getmişdir. Araz onu söyməmiş, söyüş qoymuşdur. O, restorana getdiyi üçün söyüşlər Arazın üstünə qalmışdır. Araz söyüş sahibi olmamaq üçün gəlib onu vurmuşdur. Araz onu qəsdən vurmuşdur, Arazın özü barışıq üçün gələndə onu qəsdən vurduğunu etriaf etmişdir. 26 fevral 2025-ci il tarixdə Bakı şəhəri 36 saylı notariat ofisində təsdiqlənərək məhkəməyə təqdim olunan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə aralarında olan münaqişə həll olunub, ona dəymiş maddi ziyan tam olaraq ödənilib, onunla barışmışlar. Ona qarşı heç bir iddiası və maddi tələbi yoxdur, gələcəkdə də olmayacaq. Bundan başqa, 26 fevral 2025-ci il tarixdə Zərərçəkmiş şəxs2 məhkəmə iclas zalında şəxsən yazaraq məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs tərəfindən hər bir epizod üzrə ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı mülki iddiasından imtina etdiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onun həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs2 ilə münasibəti var. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Baş vermiş hadisənin üzərindən xeyli keçib, həmin hadisə zamanı huşunu itirmişdir. Ona görə hadisəni təfərrüatlı xatırlamır. Arazla Dilsuzun mübahisəsi başlayan vaxt o, başqa yerdə olmuşdur. Şahid6 ona zəng vurmuş, ondan harada olduğunu soruşmuş, o da “Gənclik” metrostansiyası yaxınlığında dostunu maşından düşürdüyünü demişdir. İlkin ona “Dilsuz gedib Arazla görüşsün, gəlirsənsə gəl, biz də gedək” demişdir. O, İlkindən nə məsələ olduğunu soruşduqda pul məsələsi olduğunu demişdir. İlkin maşınsız olduğundan “gəl məni də götür, birlikdə gedək” demişdir. İlkini də götürmüş, ilk öncə yolda Dilsuza zəng etmiş və demişdir ki, Araz içkilidir, buna görə də getməsin, o, çatanadək onlar görüşməsinlər. Onun maşınını İlkin sürmüşdür. Dilsuzun maşınını yol kənarında görmüş və yanına getmişdir. Yaxınlaşıb bilmişdir ki, Araz deyil, Dilsuzun yanındakı şəxs Arazın dostu Anardır. Dilsuzdan nə danışdıqlarını soruşmuşdur. Bu zaman Dilsuza zəng gəlmiş, o, Dilsuzun əlindən telefonu almış və Arazla danışmaq üçün nə söylədiyini öyrənmək istəmişdir. Birdən özünü Sabunçu xəstəxanasında tapmışdır. Başı şüşəyə dəymiş, huşu gedib-gəlmişdir. Yaddaşında unutqanlıq yaranmış və ayağı rentgenə çəkilmişdir. Həmin vaxtlar bir müddət yaddaş zəifliyi yaşamışdır. Şahid sualları cavablandırarkən göstərmişdir ki, onun Təqsirləndirilən şəxs barədə şikayəti yoxdur. Onun Arazla birlikdə maşın alqısatqısı ilə bağlı işi olub. Dilsuzun maşın gətirməsi məsələsindən məlumatı olmuşdur. Arada Araz, o, Dilsuz bir yerdə otururdular. Araz maşınların şəkillərini ona göstərmişdir. İlkin Arazın içkili olduğunu bildirmiş və ondan müdaxilə etməyini istəmişdir. Dilsuz yolda ona demişdir ki, Araz ondan müəyyən məbləğdə pul alıb, bir hissəsini qaytarıb, digər hissəsi isə qalır. Arazın Dilsuza “gəlməsən maşınını əzəcəyəm” deməsi barədə heç bir məlumatı yoxdur, çünki orada olmamışdır. O, bu məsələyə dair məlumatı Arazdan deyil, Dilsuzdan almışdır. Qəzadan sonra yaddaşında problemlər yaranıb, Arazın maşını vurmaq barədə nə isə deyib-demədiyini xatırlamır. Ona nə qədər zərər dəyib, bilmir, çünki həkim deyil, həmçinin şikayətçi olmadığını da qeyd etmişdir. Hadisədən sonra sərbəst hərəkət edə bilməmişdir, barmağı sınmışdır. Yaddaşında zəifliklər yaranıb. Baş Polis İdarəsində ifadə vermişdir, amma Nizami rayon polis idarəsində ifadə verməmişdir. İlk olaraq Dilsuz “Ozan” restoranına çatmışdır. O, elə düşünmüşdür ki, Arazla Dilsuz maşındadır, amma sonra Dilsuzun maşınına tərəf gedəndə görmüşdür ki, maşındakı Anardır. Dilsuz Anarı restorana aparmamış, Anar özü getmişdir. Dilsuzla Araz arasındakı telefon danışığını eşitməmiş və şahid olmamışdır. Onlar arasındakı mübahisələr olanda o, “Gənclik”də olmuş, İlkin ona zəng vurduqdan sonra “Ozan” restoranına getmişdir. Arazın Dilsuzu “Ozan” restoranında təhqir etməsini eşitməmişdir və Arazın Dilsuza söyüş qoyması barədə məlumatı yoxdur. Arazla onun arasında 12.000 manat söhbəti olub, sonra qaytarıb. Həmin pul məsələsindən sonra da Arazla maşın alqı-satqıları olub. Onun elə bir qorxusu olmayıb ki, Araz onun pulunu qaytarmaz. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışı iclasında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 329 və 330-cu maddələrinin tələblərinə uyğun olaraq onun 28 avqust 2023-cü il tarixdə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 təxminən 10 il öncə dostu Şahid6 vasitəsi ilə tanımış, yaxın və səmimi dostluq münasibətləri yaranmış, dəfələrlə bir-birinin evində qonaq olmuşlar. Təqsirləndirilən şəxs isə təxminən 2 ildir ki, eyni ilə dostu İlkinin vasitəsi ilə tanımışdır. Arazla dəfələrlə oturub çörək yemiş, bir yerdə birgə iş də görmüş, avtomobil ehtiyat hissələrinin alqı-satqısı ilə birgə məşğul olmuşlar. Ona görə də istər Arazla, istərsə də Dilsuzla ədavəti və düşmənçiliyi olmamışdır. 16 dekabr 2022-ci il tarixdən 17 dekabr 2022-ci il tarixə keçən gecə o, dostu Tahirlə birlikdə Bakı şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Terras” çay evində olmuşdur. Tahiri “Atatürk” parkında düşürdüb evə getmək istəyərkən istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə dostu İlkin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng etmişdir. İlkin ona demişdir ki, Dilsuz Araza borca pul verib və həmin borcun geri qaytarılmaması ilə bağlı aralarında söz-söhbət olduğu üçün Dilsuz obyektdən çıxaraq Arazın yanına Günəşliyə gedir, Araz isə içkilidir. İlkin demişdir ki, Dilsuzla birlikdə oraya getmək istəsə də, Dilsuz buna razı olmayaraq tək getmişdir. İlkin, Arazla Dilsuzun arasındakı söz-söhbətin böyüməməsi üçün ondan xahiş etmişdir ki, aralarında yaşca böyük bir dost kimi Dilsuzun yanına getsin. O da İlkinə bildirmişdir ki, gözləsin, gəlib sonuncunu götürər və birlikdə Dilsuzun yanına gedərlər. Bir neçə dəqiqə sonra o, İlkini Nərimanov rayonu ərazisində yerləşən “Labirint” çay evindən götürmüşdür. O, İlkinə demişdir ki, avtomobili idarə etsin, o özü isə oturub yol boyu Dilsuzla danışsın ki, Dilsuz artıq-əskik hərəkət etməsin. İlkin ona məxsus “Hyundai İ-30” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sükanı arxasında əyləşmiş, o isə sərnişin oturacağına əyləşmişdir. Onlar yola düşdükdən sonra o, Dilsuza zəng edərək nə baş verdiyini, nəyə görə Arazın yanına getdiyini soruşmuşdur. Dilsuz isə bildirmişdir ki, Arazla aralarında pul haqq-hesabı var, borca pul verib, Araz pulu qaytarmır, zənglərə, mesajlara cavab vermir, həmin məsələ ilə bağlı Arazın olduğu “Ozan” restoranına gedir. O, həmin borc məsələsini nəyə görə ona demədiyini Dilsuzdan soruşmuş, Dilsuz isə cavab vermişdir ki, bu barədə onun bilməyini istəmədiyi üçün heç nə deməmişdir. O, Dilsuzdan xahiş etmişdir ki, restorana onsuz getməsin və gözləyib birlikdə getsinlər, belə ki, özü də yoldadır. Dilsuz isə artıq az qaldığını, restorana çatdığını deyərək onun gəlməyinə ehtiyac olmadığını bildirmişdir. O isə buna baxmayaraq yoluna davam etmiş və Günəşli qəsəbəsində yerləşən “Ozan” restoranına çatmağına 300-400 metr qalmış görmüşdür ki, Dilsuza məxsus “Porsche” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında dayanmışdır. O, İlkinə demişdir ki, avtomobili saxlasın, özü isə irəlidən dönüb qayıtsın. İlkin avtomobili saxlamış və o, avtomobildən düşüb piyada Dilsuza məxsus avtomobilə doğru yaxınlaşanda salonda Dilsuzla Arazın əyləşib söhbət etdiyini zənn etdiyi üçün “ayıb deyil, yekə kişisiz, utanmırsız” sözlərini deməyə başlamışdır. Dilsuz isə ona işarə edib bildirmişdir ki, yanındakı Araz deyil, “Anar” adlı şəxsdir. O, Anarı tanısa da, ümumiyyətlə münasibəti olmamışdır. O, kənarda, avtomobilin yanında dayanmış və Dilsuz Anarla bir neçə dəqiqə ərzində söhbət etdikdən sonra Anar avtomobildən düşmüşdür. Dilsuz Anarı aparıb restorana düşürməyi təklif etsə də, Anar buna razılaşmamış və “siz gedin” deyib özü piyada restorana qayıdacağını bildirmişdir. Bundan sonra o, Dilsuzun avtomobilində, qabaq sərnişin oturacağında əyləşmiş və onlar yola düşmüşlər. O, avtomobilə oturan kimi aralarında olan mübahisə böyüməsin, dava-dalaşa çevrilməsin deyə Dilsuza Arazın içkili olmasını deyib xahiş etməyə başlamışdır ki, “sür çıxaq gedək”. O, qorxmuşdur ki, Dilsuz birdən fikrini dəyişib restorana qayıtmaq istəyər. Ona görə də dayanmadan Dilsuzdan xahiş etmişdir ki, yola çıxsınlar. Dilsuz da ona qulaq asıb yola düşmüşdür. Onlar birgə hərəkətə başlayıb üzü Babək prospekti istiqamətində gəlmişlər. Həmin ərəfədə isə Araz Dilsuza zəng etməyə başlamışdır. Danışıq zamanı Araz təkid edib Dilsuza demişdir ki, “konum at, yerini denən, gəlirəm ora”. O, Dilsuzun əsəbləşdiyini görüb Arazla mübahisəsinin böyüməsindən ehtiyat etdiyi üçün mobil telefonunu Dilsuzun əlindən alaraq danışığı özü Arazla davam etdirmişdir. O, Araza demişdir ki, Dilsuzu düşürdüb xəbər edəcək, harada lazımdırsa ikilikdə görüşərlər. Həmin anda Babək prospektində yerləşən “Embawood” mebel evinin qarşısındakı svetoforun qırmızı işığı yandığı üçün Dilsuz avtomobili saxlamışdır. Elə bu sözü demişdi ki, o, zərbə hiss etmişdir. Həmin zərbədən sonra isə huşunu itirmiş və Sabunçu xəstəxanasına aparılmışdır. Həmin xəstəxanada həkim müayinəsindən keçdikdən sonra dostları onu evinə gətirmişlər. Aldığı xəsarətlərlə bağlı bir neçə gün sonra tibbi ekspertizadan da keçmişdir. Hadisə günü Arazın Dilsuza söyüş söyməsi və ya görüşməyənə söyüş qoyması barədə məlumatı olmamışdır. O hadisədən sonra Bakı şəhəri Nizami rayon polis idarəsində təhqiqatçıya izahat versə də, hadisə sonrası özünə tam gəlmədiyi üçün çapla yazılmış həmin izahatı oxumadan qol çəkmişdir. Sonradan Araz ona sual vermişdir ki, “sən izahatında demisən ki, mən Dilsuza demişəm maşınla sənin üzərindən keçərəm?” O isə demişdir “yox”. Çünki əslində də o elə bir izahat verməmişdir. Ona görə də Araz ona bildirmişdir ki, gedib polisdə düzgün izahat versin. Bundan sonra Araz ona çapla yazılmış ərizəni vermişdir. O, həmin ərizəni oxuyub ərizəyə imza etmişdir. Daha sonra onu Nizami rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi idarəyə dəvət etmiş və o, ikinci dəfə izahat vermişdir. Həmin çapla yazılmış ərizənin kim tərəfindən yazılmasını bilmir. O, Təqsirləndirilən şəxs ilə birlikdə X3 avtomobil sifariş verib gətirərək satışını etmiş, bununla bağlı iş birlikləri olmuşdur. Bu iş birliyi ilə əlaqədar Arazın ona 12000 manat borcu olmuş, Araz həmin pulu artıq ona qaytarmışdır. Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Səddam Hüseynə 10 yanvar 2023-cü il tarixdə verdiyi izahatı oxuyub-oxumaması, həmin izahatda olan imzaların ona məxsus olub-olmaması, qeyd edilən izahatda göstərilənləri təsdiq edibetməməsi ilə bağlı verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 göstərmişdir ki, həmin izahatı verdikdən sonra o, izahatla tanış olmuşdur. Həmin izahatda olan imzalar ona məxsus olmuş və orada göstərilənləri təsdiq etmişdir. 10 yanvar 2023-cü il tarixdə Nizami RPİ-nin istintaq şöbəsində müstəntiqə verdiyi izahatda hadisə günü yolda olarkən Arazla görüşə gedən Dilsuza bir neçə dəfə zəng edərək geri qayıtmasını xahiş etdiyini, Dilsuzun isə Arazın söyüş söydüyünə görə oraya getməli olduğunu ona bildirməsini göstərdiyi halda, sonrakı ifadəsində hadisə günü Arazın Dilsuza söyüş söyməsi və ya görüşməyənə söyüş qoyması barədə məlumatının olmadığını deməsi barədə göstərdiklərinin ziddiyyət təşkil etməsi ilə bağlı verilən suala cavab olaraq Zərərçəkmiş şəxs3 hər şeyi xatırlayaraq göstərmişdir ki, Dilsuz həqiqətən də Arazın söyüş söydüyünü və buna görə də oraya getməli olduğunu ona demişdir. 10 yanvar 2023-cü il tarixdə Nizami RPİ-nin istintaq şöbəsində müstəntiqə verdiyi izahatda Dilsuzla birlikdə restoranın qarşısından çıxıb yolda olarkən Dilsuzun Arazla mobil telefonda danışması, bundan sonra isə Dilsuz avtomobilini qaraja qoymaq istəməsi və Arazın gəlib Dilsuzun avtomobilini vurmaq istədiyini ona bildirməsi ilə bağlı verilən suala cavab olaraq Zərərçəkmiş şəxs3 göstərmişdir ki, düzünə qalsa həmin gün Dilsuzun Araz haqqında ona bu sözləri dediyini xatırlamamışdır. Müstəntiqin yanında izahatı verən zaman Dilsuz da otaqda olmuşdur. O, izahat verəndə Dilsuz ona xatırladıb demişdir ki, hadisə günü avtomobildə olanda ona bu sözləri demişdir. O da buna etiraz etməyib izahatında bu cür yazılmasına razılıq vermişdir. Əslində isə hadisə sonrası başından zədə aldığı üçün müəyyən şeyləri unutmuşdur. Ona görə də hadisə günü Arazın gəlib Dilsuzu vurmaq istədiyini sonuncunun ona deməsini xatırlamamışdır. 17 dekabr 2022-ci il tarixdə baş vermiş hadisədən sonra Zərərçəkmiş şəxs2 atası Şahid2la telefonda danışıb-danışmaması, müsbət halda həmin telefon danışığının nə barədə olması barədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 göstərmişdir ki, o hadisədən sonra Dilsuzun atası Heydər müəllimlə telefonda danışmışdır. Heydər mövcud vəziyyətdən narazı olmuş və iddia etmişdir ki, o, həqiqəti bildiyi halda gedib polisdə düzgün izahat verməmişdir. O da Heydərə izah etmişdir ki, hadisəni xatırlamamış və bildiklərini polisdə danışmışdır. İstintaq materiallarına əlavə edilmiş “CD- R” diskin yaddaşında Şahid2la olan danışığı ilə bağlı verilən suala cavab olaraq Zərərçəkmiş şəxs3 göstərmişdir ki, həqiqətən də hadisədən sonra Heydər müəllimlə aralarında həmin danışıq baş tutmuş və orada səslənən səslərdən biri ona məxsus olmuşdur. Həmin danışıq zamanı onun tərəfindən səslənən ifadələri təsdiq etmişdir. O, Arazdan şikayət etmək istəməmişdir. Çünki Arazdan həmin vaxt maşın işinə görə 30000 manat pul almalı olmuşdur. Ehtiyat etmişdir ki, şikayət etsə Araz pulu qaytarmaz. Bu barədə Araz ona özü bir söz deməsə də, o, elə fikirləşmişdir. Sonradan həmin vəsait hissə-hissə olaraq ona ödənilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 üçün X3 avtomobil sifariş verməsi barədə məlumatının olub-olmaması ilə bağlı verilən suala cavab olaraq Zərərçəkmiş şəxs3 göstərmişdir ki, Təqsirləndirilən şəxs ABŞ-dan auksion yolu ilə ölkəyə avtomobil gətirib satışı işi ilə məşğul olmuşdur. O da Araza bu işlərində köməklik göstərmişdir. Belə ki, ölkəyə gətirilmiş avtomobillər üçün ehtiyat hissələrinin alınması, təmirinin təşkil olunmasını o etmişdir. Bu işdə qazanc əldə edildiyini Dilsuz da bilmişdir. Ona görə də söhbətlərinin birində Dilsuz ona demişdir ki, “maya” qiymətinə avtomobil gətirilməsində köməklik göstərsin. O da bu barədə Araza demiş və Araz buna etiraz etməmişdir. Araz internetdə “Mercedes Benz GL” markalı avtomobili Dilsuza göstərib sərfəli qiymətə olduğunu demişdir. Dilsuz da bank vasitəsi ilə pulu kiminsə adına göndərmişdir. Araz sifariş verilmiş avtomobilin xaricdən Azərbaycana gətirilməsi işini “Lion” və “Qafqaz” şirkətlərinin vasitəsi ilə həyata keçirmişdir. Bir müddət sonra isə Dilsuz üçün sifariş verilmiş avtomobil Amerikadan Gürcüstana gəlib çıxsa da, tamam başqa bir adam avtomobili götürüb aparmışdır. Bundan sonra Arazla Dilsuzun arasında narazılıqlar olmuşdur. O özü də Arazın üstünə gedərək tələb etmişdir ki, ya Dilsuza söz verilən avtomobili versin, ya da ödədiyi pulu qaytarsın. Araz isə deyirdi ki, problem onluq deyil və şirkətin günahı ucbatından avtomobil əldən çıxmışdır. Zərərçəkmiş şəxs3 elan olunmuş ifadəsi ilə bağlı göstərmişdir ki, ifadəsində bir-iki məqam var ki, onları təsdiq etmir, müstəntiqin yazdığı ifadəni oxumadan imzalamışdır. O, Heydər müəllimlə danışanda ona deməmişdir ki, Arazın pulunu qaytarmamasından qorxur. Onun iki mobil nömrəsi var, siyahıdakı nömrə onun nömrəsidir. O, xəstəxanada ayılmışdır, sonra hadisə ilə bağlı nə bilirsə ifadəsində demişdir. Dilsuz ona demişdir ki, Araz onun maşınını vurmuşdur. Söyüş söymək söhbətlərini isə eşitməmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 ASC-nin nümayəndəsi X9 göstərmişdir ki, 08 dekabr 2022-ci il tarixdə X11 Zərərçəkmiş şəxs4 ASCyə müraciət edərək “Mercedes Benz GL500” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili üçün lizinq müqaviləsi əsasında pul ayrılmasını xahiş etmişdir. Bununla bağlı razılıq əldə edildikdən sonra müvafiq sənədləşmələr aparılmaqla həmin avtomobil X29 orqanında aparılmış rəsmi alqı-satqı əsasında şirkətin mülkiyyətinə keçirilmiş və alqısatqıdan sonra avtomobilə **-AX-*** dövlət qeydiyyat nişanı verilmişdir. Bundan sonra İlkin Ağalarova illik 23% şərti ilə 48000 manat məbləğində lizinq ayrılmış və 36 ay müddətində aylıq 1858,07 manat olmaqla hissəli ödəniş cədvəli tərtib edilmişdir. Lizinq müqaviləsi bağlanılarkən İlkin Ağalarovun qardaşı Təqsirləndirilən şəxs zamin qismində iştirak etmişdir. Həmin avtomobilin idarə edilməsi ilə bağlı isə X11 ilə yanaşı qardaşı Təqsirləndirilən şəxs da müvafiq etibarnamə verilmişdir. 08 dekabr 2022-ci il tarixdə avtomobil İlkin Ağalarova təhvil verildikdən təxminən 10-15 gün sonra isə şirkətə məlumat verilmişdir ki, avtomobil qəzaya uğramışdır. Lakin hadisə zamanı avtomobili İlkin deyil, qardaşı Təqsirləndirilən şəxs idarə etmişdir. Həmin dövrdən sonra İlkin Ağalar tərəfindən şirkətə müqavilədə nəzərdə tutulan aylıq pul ödənişləri olunmamışdır. Ona görə lizinqə verilmiş avtomobilin geri qaytarılmasını tələb edirlər. 25 fevral 2025-ci il tarixdə Zərərçəkmiş şəxs4 ASC-dən elektron qaydada məhkəməyə daxil olmuş ərizədə (imzalayan şəxs baş direktor X14) göstərilmişdir ki, cinayət işi üzrə şikayətləri yoxdur, lakin onlara dəymiş zərər ödənilməmişdir, həmin zərərin ödənilməsindən imtina etmirlər, zərərin ödənilməsini tələb edirlər. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi Nümayəndə4 göstərmişdir ki, 17 dekabr 2022-ci il tarixdə “Mercedes Benz GL500” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü “Porsche Cayenne GTS Coupe” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhəri Nizami rayonu, ünvan 2 ünvanında yerləşən “Embawood” mebel mağazasının qarşısına qədər təqib edərək saat 01:47-də işıqforun hərəkəti qadağan edən qırmızı işığında idarə etdiyi avtomobilin qabaq hissəsini yolun hərəkət hissəsində digər avtomobillərlə yanaşı dayanmış həmin avtomobilin arxa hissəsi ilə toqquşdurub hər iki nəqliyyat vasitəsini və zərbənin təsiri nəticəsində əks istiqamətli hərəkət yollarını ortadan ayıran səkinin üzərində quraşdırılmış işıqforu qəsdən zədələyib işıqforun mülkiyyətçisi Daxili İşlər Nazirliyinin X1 Mərkəzinə xeyli miqdarda, 5008,25 manat məbləğində maddi ziyan vurmuşdur. “Mercedes Benz GL500” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili idarə etmiş Təqsirləndirilən şəxs dəymiş maddi ziyanı ödəmədiyindən ona qarşı mülki iddia qaldırmışlar. 17 fevral 2025-ci il tarixdə həmin mülki iddiaçının nümayəndəsi Nümayəndə4 adından elektron qaydada məhkəməyə daxil olmuş və eləcə də sonradan ayrıca təqdim edilmiş imza və möhürlü ərizələrdə göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus işıqfora dəymiş 5008,25 manat maddi ziyan tam həcmdə təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı hər hansı tələb və şikayətləri yoxdur. Belə olan halda, tərəflə aralarında mübahisə qalmadığından dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddiadan imtina edirlər və iddianın baxılmamış saxlanılmasını xahiş edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı İlkinə görə tanımışdır. Arazın qardaşı İlkin Kürdəmir şəhərində avtomobil təkərlərinin satışı ilə məşğuldur. Araz isə avtomobil ticarəti ilə məşğul olur. Onların heç biri ilə ədavəti və düşmənçiliyi olmamışdır. Arazla dostluq münasibətləri vardır. “Dilsuz” adlı şəxsi isə hadisədən öncə ümumiyyətlə tanımamışdır. O, bir az əvvəl özü üçün Arazın vasitəsi ilə X3 “Kia Optima” markalı avtomobil sifariş vermiş, ona görə onunla tez-tez telefonda danışmışdır. Məzuniyyətdə olduğu üçün 16 dekabr 2022-ci il tarixdə gecə saatlarında dostu Araza zəng edərək avtomobilin nə vaxt gəlib çıxması məsələsini müzakirə etmək üçün görüşmək istədiyini ona bildirmişdir. Araz da buna etiraz etmədiyi üçün onunla Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən “Ozan” kafesində görüşməyə qərar vermişlər. Həmin gün dekabr ayının 17-nə keçən gecə tanışı olan X2 mülkiyyətində olan “Hyundai İX-35” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə tək Arazın olduğu restorana yollanmışdır. Hadisə günü o, restorana gəlib çıxanda görmüşdür ki, restoranın kabinet otağında Araz və onun Elmir adlı dostu vardır. Üçlükdə oturub söhbət etmişlər, özü də Araz və Elmirlə birlikdə 50 qram spirtli içki qəbul etmişdir. Kabinetdə olanda görmüşdür ki, Araz əsəbi halda kiminləsə mobil telefonda yazışır, arada kabinetdən çıxıb kiminləsə bilmədiyi mövzuda danışaraq geri qayıdır və əsəbi halda oturur. O, Arazdan nə baş verməsini soruşmuş, Araz bildirmişdir ki, bir nəfər adama borcu var, həmin adam yoldadır gəlir, onun məsələsinə qarışmasınlar. Nəyə görə belə deməsini soruşsa da, Araz cavab verməmişdir. Bir neçə dəqiqə sonra isə Araz qəfildən idarə etdiyi avtomobilin açarını əlinə götürüb avtomobillə bir qədər irəliyə getməli olduğunu, borc yiyəsi ilə görüşməli olduğunu bildirmişdir. Onlar Araza demişlər ki, içkili olduğuna görə avtomobili sürməsin. Lakin Araz sözlərinə məhəl qoymayıb həyətə çıxaraq avtomobilə oturmuşdur. O, restoranın həyətində dayanmışdı, Elmir isə Arazla birlikdə avtomobilə oturduqdan sonra Arazın avtomobilinin açarını götürüb avtomobildən düşmüşdür. Araz da onun ardınca avtomobildən düşüb Elmirdən tələb etmişdir ki, açarı qaytarsın. Elmir isə açarı qaytarmamışdır. Elə bununla bağlı Elmir və Araz söhbət edən zaman əvvəllər tanımadığı həmin vaxt görüb tanıdığı “Dilsuz” adlı şəxs qara rəngli “Porsche” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə oraya gəldi. Dilsuz avtomobildən düşüb onlara yaxınlaşmış və əl verib hamısı ilə salamlaşmışdır. Dilsuz Araza “səni bir dəqiqə qırağa olar?” deyə soruşmuş, o isə həmin anda söhbətə müdaxilə edib Dilsuzdan xahiş etmişdir ki, onunla birlikdə kənara çəkilsin. Dilsuz buna etiraz etmədiyi üçün onunla birlikdə bir qədər kənara çəkilib Dilsuza məxsus avtomobilə əyləşmişlər. Həmin vaxt restoranın həyətinə ofisiantlar və digər tanımadığı adamlar yığışıb baxdığı üçün Dilsuzdan xahiş etmişdir ki, avtomobili bir qədər irəliyə sürsün. Dilsuz da sözümə əsasən avtomobili xeyli irəli sürüb yolun kənarında saxlamışdır. Avtomobilin içərisində polis əməkdaşı olduğumu deyib, Arazla arasındakı problemin nədən ibarət olduğunu dəqiqliyi ilə bilmədiyini, eşitdiyinə görə aralarında borc məsələsinin olduğunu, hər bir halda Arazın əvəzinə ondan üzr istədiyini, Arazın içkili olduğunu, səhəri gün görüşüb ayıq başa məsələni həll edə biləcəklərini bildirmişdir. Ona görə Arazla Dilsuzun arasındakı mübahisənin böyüməməsi üçün Dilsuzdan xahiş etmişdir ki, çıxıb getsin. Həmin ərəfədə Dilsuzun adını bilmədiyi dostu da yanlarına gələrək avtomobilə əyləşmişdir. Dilsuz onun xahişini yerə salmayaraq dostu ilə birlikdə çıxıb getmişər. Dilsuzla təxminən 15 dəqiqə ərzində avtomobilin içərisində söhbət etdikdən sonra avtomobildən düşüb piyada oradan restorana qayıtmışdır. Restorana çatanda görmüşdür ki, Araz və Elmir avtomobillə birlikdə orada yoxdurlar. O, ofisiantdan onların hara getməsini soruşmuşdur. Ofisiant isə onların avtomobilə minib harasa getdiklərini ona demişdir. O, siqareti təzə yandırıb restoranın qarşısında dayanaraq çəkmişdir ki, 3-5 dəqiqə sonra ona Elmir zəng etmiş və bildirmişdir ki, Araz Babək prospektində hadisə törədib. O da restorana gəldiyi “Hyundai İX-35” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hadisə yerinə getmişdir. Orada görmüşdür ki, Araza məxsus “Mercedes-Benz GL” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil və Dilsuza məxsus “Porsche” markalı avtomobil zədələnmiş vəziyyətdədir. O, hadisə yerində ilk gördüyü Elmirdən nə baş verdiyini soruşmuşdur. Elmir bildirmişdir ki, “svetoforun qırmızı işığında Araz gəlib Dilsuzun avtomobilnə girdi.” O, Arazın harada olmasını Elmirdən soruşanda Elmir Arazın aralaşaraq harasa getdiyini demişdir. Mobil telefonla Araza zəng edib harada olduğunu soruşmuş, Araz kənarda olduğunu, içkili olduğu üçün sürücünü dəyişəcəyini, yəni guya hadisə anında avtomobilində özünün yox, başqa adamın olmasını təşkil etmək istədiyini bildirmişdir. Araza bildirmişdir ki, belə etmək olmaz və düzünü demək lazımdır, hadisə yerinə yaxınlaşıb onun idarə etdiyi avtomobildə əyləşərək gözləsin. Bundan sonra o, hadisə yerinə gəlmiş adını bilmədiyi polis zabitinə yaxınlaşaraq “Mercedes-Benz GL” markalı avtomobilinin sürücüsünün adının “Araz” olduğunu bildirərək Arazın avtomobildə əyləşdiyini bildirmişdir. Bunun ardınca həmin polis əməkdaşı Araza yaxınlaşaraq onunla söhbət etmiş və polis əməkdaşının tələbi ilə onunla birlikdə o, Arazı sərxoşluq müayinəsindən keçirməyə aparmışdır. Yolda olan vaxt, yəni sərxoşluq müayinəsindən keçməyə gedərkən Arazdan hadisənin necə baş verdiyini soruşmuş, Araz isə halsız, keyimiş vəziyyətdə avtomobildə oturub “birdən oldu” cavabını vermişdir. Yol boyu o, Araza başqa sual verməmişdir. Araz sərxoşluq müayinəsindən keçdikdən sonra o, adını bilmədiyi dayısı oğluna məxsus avtomobillə çıxıb getmiş, özü isə idarə etdiyi avtomobillə yeznəsinin Bakıxanov qəsəbəsində yaşadığı evə gedib orada qalmışdır. Sonra baş verənlərdən xəbərim olmamışdır. Arazla mobil telefonda danışarkən törətdiyi hadisəni necə yoluna qoyacağını ondan soruşmuş, Araz isə ona demişdir ki, Dilsuzun avtomobilini əzik vəziyyətdə özünə götürüb sığorta vasitəsi ilə düzəltdirəcək, Dilsuzun özünə isə eyni avtomobildən alıb verəcəkdir. Şahid sualları cavablandırarkən göstərmişdir ki, Dilsuz restorana tək gəlmiş, gəlib hamı ilə salamlaşmışdır. Sonra o, Dilsuzla oturub maşına getmişdir. Arazla Dilsuzun arasında pul söhbəti olmuş, mübahisə etmişlər. Dilsuzu sakitləşdirmək üçün demişdir ki, Araz onun üçün də maşın gətirir, amma zənglərinə cavab vermir. Özü restorana qayıdanda orada heç kəs olmamışdır. Sonra Araz zəng vurmuşdur ki, hadisə törətmişdir. Ona Elmin demişdir ki, Arazın Dilsuza pul borcu var. Hadisə yerində Dilsuz ona “Gördün? Araz gəldi mənim maşınımı vurdu” demişdir, amma ona nə cavab verdiyi bilmir. Ona demişlər ki, başqa sürücü gələcək, yerləri dəyişəcək. O da özünün yalan danışmayacağını demişdir. Restoranda olarkən Arazla Dilsuzun sözünün tərs düşdüyünü görüb Dilsuzu oradan kənarlaşdırmışdır. O, Dilsuza “mənim məclisimdə söyüşlərə cavab vermədiyin üçün çox sağ ol” deməmişdir. O, həmin şəxslərin bir-birini nalayiq ifadələrlə söyməsinə şahid olmamış, Arazın Dilsuza “səni ayaqlayaram, maşınla üzərindən keçərəm” deməsini eşitməmişdir. Dilsuz onunla söhbət etdikdən sonra çıxıb gedərkən Araz onun getdiyini görə bilərdi. Ona demişlər ki, Arazın əvəzinə başqa bir adamı sürücü kim qoymaq istəyirlər, guya maşını idarə edən Araz olmayıb. O da demişdir ki, “mənlik deyil, məndən nə soruşsalar, onu deyəcəm, başqa adam olub deməyəcəm”. Araz Dilsuzun maşını düzəltdirəcəyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun Zərərçəkmiş şəxs2 ilə dostluq münasibətləri vardır. Ara-sıra görüşmək üçün Dilsuzun işlətdiyi “Labirint” adlı çay evinə gedib-gəlir. Dilsuzun “Araz” adlı dostunu yaxından tanımasa da, bir neçə dəfə onu Dilsuzun yanında görmüş, bilmişdir ki, Araz avtomobil satışı ilə məşğuldur. Arazla hər-hansı ədavəti və düşmənçiliyi yoxdur. 17 dekabr 2022-ci il tarixdə dostlarından eşitmişdir ki, Araz gecə içkili vəziyyətdə Dilsuzun avtomobilini arxadan qəsdən vurub əzmişdir. Dilsuzun, həmçinin ortaq tanışları Rövşənin, İlkinin və digər şəxslərin iştirakı ilə baş tutan görüşlərdə də bu mövzularda söhbətlər olmuş və Arazın söydüyü söyüşə görə qəsdən Dilsuzun avtomobilini vurmasını eşitmişdir. Bu barədə Dilsuz özü də Arazla telefonda danışıb müzakirə edərkən şəxsən eşitmişdir. Lakin sonradan ona xəbər çatmışdır ki, hadisə ilə bağlı polisdə aparılan araşdırma vaxtı Araz həqiqəti öz xeyirinə dəyişərək yalandan izahatında yazıb ki, guya Dilsuzun avtomobilini vurmaq istəmirdi və hadisə ehtiyatsızlıqdan baş verib. Araz hadisənin şahidi olan adamlara da təzyiq edərək bu cür izahat vermələrini tələb etmişdir. Araz Dilsuzdan xahiş etmişdir ki, şikayətindən əl çəksin, onun pulunu polislərə, məhkəmələrə xərclətdirməsin, razılaşaraq ortaq məxrəcə gəlsin. Araz Dilsuza deyirdi ki, hadisədən xəbərdar olan bütün uşaqlarla dostdur və birgə iş görürlər, onsuz da həmin uşaqlar onun izahatına uyğun izahat verəcəklər. Araz yalan danışdığına görə Dilsuz ona söz göndərmişdir ki, qəsdən vurulması ilə bağlı 10 nəfər oğlanın yanında söyüş qoyar və Araz həqiqəti bildiyi üçün həmin söyüşün altından çıxa bilməz və rüsvay olar, əgər kişidirsə düzünü danışsın. Bundan sonra Araz Dilsuzla görüşmək istədiyini və bu barədə öz aralarında söhbət etmək istədiyini bildirmişdir. Araz faktiki olaraq açıq-aşkar şəkildə həqiqəti danıb yalanlar danışdığı üçün o, Dilsuza təklif etmişdir ki, əgər belədirsə Arazla baş tutacaq səmimi görüşdə danışıqlarını səsini qeydə alsınlar. Dilsuz bu hərəkətin ona yaraşmadığını deyib razı olmasa da, o, bir dost kimi həqiqətin üzə çıxması məqsədi ilə səs yazmağa qərar vermişdir. 2022-ci ilin dekabr ayının sonlarında “Labirint” kafesində baş tutan görüşdə Araz, Dilsuz, İlkin və o, iştirak etmişdir. O, istifadəmdə olan “Samsung Galaxy A51” markalı mobil telefonunun səs yazan proqramını qoşaraq səsləri yazmağa başlamışdır. Araz həmin görüşdə hamının yanında özü də səmimi olaraq etiraf etmişdir ki, hadisə günü söyüşü “yeməməkdən” ötrü Dilsuzun avtomobilini “bakavoydan”, yəni yandan vurmaq və avtomobildən düşüb Dilsuzdan borca aldığı pulu üzünə çırpmaq istəmişdir. Araz demişdir ki, söydüyü söyüşə görə bunu etməli idi, içkili idi, əgər bunu etməsəydi öz ətrafı ona pis baxacaqdı. Şahid sualları cavablandırarkən göstərmişdir ki, hadisə olan gün o, restoranda və ya hadisə yerində olmamışdır. Dilsuz maşın sifariş verəndə orada olmuşdur. Qəzadan sonra İlkinlə Araz gəlmiş, guya barışığa gəlmişlər. Araz demişdir ki, “hadisədi olub, səhvdi, etmişəm”. Araz bununla maşını qəsdən vurduğunu qəbul etmişdir. İlk başda isə Araz danmış, Dilsuzu vurmaq istəmədiyini demişdir. Araz görüş vaxtı demişdir ki, “mən söyüş söymüşdüm, ona görə məcbur Dilsuzu qorxutmalı idim”. Araz təklikdə hadisəni qəbul edirdi, deyirdi ki, “hadisədi olub, barışıq edək”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun oğludur. Dilsuz Nərimanov rayonu ərazisində yerləşən “Labirint” adlı çay evini işlədir, ona görə bəzi hallarda o, işi ilə əlaqədar evə gecə saatlarında gəlir. 17 dekabr 2022-ci il tarixdə yaşadığı evdə olan vaxt, saat artıq 01-02 radələri olsa da, Dilsuz evə gəlib çıxmadığı üçün narahat olmuş və harada olmasını, nə işlə məşğul olmasını öyrənmək üçün yoldaşına məxsus mobil telefonla Dilsuzun istifadəsində olan mobil telefon nömrəsinə zəng etmişdir. Dilsuz zəngə cavab verərək Babək prospektində olduğunu və başına hadisə gəldiyini bildirmişdir. Ondan nə hadisəsi baş verdiyini soruşduqda Dilsuz bildirmişdir ki, “Araz” adlı dostu ilə söz mübahisəsi etmiş, Araz dostlarının yanında oğlunun avtomobilini vurmayana söyüş qoymuş, daha sonra isə həmin söyüşə görə dostlarının yanında pərt olmasın deyə həqiqətən də oğlunun bahalı avtomobilini arxadan qəsdən vuraraq əzmişdir. O, hadisə barədə oğlundan məlumat alan kimi dostu Şahid7 xəbər vermişdir ki, onu gəlib götürsün və onunla birlikdə hadisə yerinə getsin. Bir neçə dəqiqə sonra Asəf idarə etdiyi “Mercedes” markalı avtomobili ilə gəlib onu evdən götürmüş və birlikdə hadisə yerinə yollanmışlar. Hadisə yerinə çatanda görmüşdür ki, orada çoxlu sayda adamlar yığışıb. Oğluna məxsus “Porsche” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil zərbənin təsirindən yolun əks tərəfinə meyillənmiş vəziyyətdə dayanmışdı, “Araz” adlı şəxsə məxsus “Mercedes-Benz GL” markalı avtomobil isə yolun sağ tərəfində, səkinin üzərinə çıxmışdır. Hadisə yerində olan polis əməkdaşları hadisəni törədən “Araz” adlı şəxsi öz xidməti avtomobillərinə əyləşdirdikləri üçün onunla ünsiyyətdə ola bilməmişdir. Hadisə yerinin qarşısında dayanan zaman ətrafda olan tanımadığı şəxslərdən biri ona yaxınlaşmış və özünün də hadisə anında svetoforun qırmızı işığında dayandığını, ona görə hadisəni gördüyünü bildirmişdir. Adını bilmədiyi həmin adam həmçinin bildirmişdir ki, hadisədən bir neçə dəqiqə sonra “Mercedes-Benz GL” markalı avtomobildən düşən şəxs ona yaxınlaşaraq sərxoş olduğunu deyib pul qarşılığında sükan arxasına əyləşməyini ondan xahiş edərək narahat olmamağı və məsələni yoluna qoyacağını bildirmişdir. O isə buna razı olmadığını demişdir. Qeyd edilən adam danışmışdır ki, “Mercedes-Benz GL” markalı avtomobilin sürücüsü elə gəldiyi sürətlə onun oğlunun avtomobilinə çırpılmışdır. O, həmin şəxsin əhəmiyyətli məlumatlara sahib olmasını görüb lazım gələrsə bu barədə polisdə izahat verə bilib-bilməyəcəyini soruşmuş, həmin adam isə heç bir problem olmadığını, harada lazımdırsa gördüyü hadisə və ona olunan qanunsuz təkliflər barədə izahat verə biləcəyini ona deyərək ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etdiyini ona bildirmişdir. O, həmin mobil telefon nömrəsini telefonunun yaddaşına yazaraq həmin adama minnətdarlığını bildirmişdir. Dilsuz hadisə vaxtı yanında “Rövşən” adlı dostunun olduğunu, Rövşənin xəstəxanaya aparıldığını bildirmişdir. O da elə hadisə yerindən birbaşa xəstəxanaya, Rövşənə baş çəkməyə getmişdir. Dilsuz isə sərxoşluq müayinəsindən keçmək üçün yola çıxmışdır. Sonradan oğluna hadisə yerində tanış olduğu şəxsə edilən “təklif” barədə demişdir. “Araz” adlı şəxs söydüyü söyüşə görə oğlunun avtomobilini qərəzli şəkildə vurub əzməsinə baxmayaraq o, kiminləsə məsləhətləşərək hamının yanında söz-söhbət yaymağa başlamışdır ki, gah içkili olduğu üçün yolu görməyib, gah tormozu tutmayıb, gah sürətli hərəkət etdiyi üçün idarəetməni itirib və nəticədə oğlunun maşınını ehtiyatısızlıqdan vurub. Məsələ bundadır ki, hadisənin birbaşa şahidi olan və münaqişədən xəbərdar olan oğlunun dostu Rövşən ilk əvvəl polisdə həqiqəti danışıb düzgün izahat versə də, sonradan Arazla vəkilinin təzyiqləri və diktələri ilə polisə ikinci dəfə izahat verib yalan danışmağa başlamışdır. Bu məsələni araşdıranda isə məlum olmuşdur ki, Rövşən Araza borc pul vermiş, Araz isə bu işə görə həbs olunacağı halda borcunu qaytarmayacağını Rövşənə deyərək izahatını dəyişməsini ondan tələb etmişdir. Bu məsələ ilə bağlı Rövşənlə mobil telefonda danışmış və Rövşən özü pula görə belə hərəkət etdiyini ona etiraf etmişdir. O da həmin danışığın səsini yazaraq özündə saxlamışdır. Bundan başqa, Araz Dilsuz üçün X3 “Mercedes Benz GL” markalı avtomobil gətirməyə söz vermişdir. O, bütün baş verənləri oğlundan eşidib bilmişdir. Hər dəfə gedən prosesləri Dilsuz ona danışdığı üçün bu barədə məlumatlıdır. Araz onun bilmədiyi internet saytında keçirilən auksion, yəni hərracda iştirak edib ucuz qiymətə yaxşı avtomobil almağın mümkün olduğunu oğluna danışıb özünə inandırmışdır. Ona görə oğlu Arazın təkifi ilə razılaşıb iki dəfəyə bank vasitəsi ilə Arazın dediyi ünvana cəmi 12000 ABŞ dolları məbləğində pul göndərmişdir. Araz demişdir ki, qısa zamanda hərracda udulan avtomobil gəmi ilə Gürcütsanın Poti şəhərində yerləşən dəniz limanına gətiriləcək. Oradan isə avtomobil gürcü sürücülər tərəfindən idarə edilərək Bakıya çatdırılacaqdır. Hətta oğlu Arazın dediyi iki nəfər adlarını xatırlamadığı gürcü ad soyadlı şəxslərin adına notariat etibarnamə də vermişdir. Oğlu avtomobilin gətizdirilməsi üçün Arazın bütün dediklərini etsə də, Araz onu aldatmışdır. Belə ki, avtomobil həqiqətən də Gürcüstana gəlib çatmış, orada isə tamam başqa bir adam tərəfindən götürülüb aparılmış və Bakıya çatdırılmamışdır. Dilsuz bu məsələni beynəlxalq yükdaşıma işi ilə məşğul olan şirkətin əməkdaşı ilə də danışaraq dəqiqləşdirmiş, həmin əməkdaş hərracda udulmuş avtomobilin oğluna heç bir aidiyyəti olmadığını demişdir. Araz uzun müddət ərzində müxtəlif yalanlar danışaraq əvvəlcə avtomobilin Potidəki limanda ilişib qaldığını və konteynerin açılmadığını, daha sonradan yükdaşıma şirkətində problem olduğunu, avtomobilin tezliklə Bakıya gəlib çıxacağını, hər şeyin həll olunacağını Dilsuza desə də, sonradan etiraf etmişdir ki, avtomobil başqa bir adama verilmişdir. Araz bildirmişdir ki, guya bu məsələlərdən xəbəri yoxdur, onun məlumatı olmadan bu proseslər baş tutmuşdur və guya özü də aldadılmışdır. Bu yolla Araz oğluna maddi zərər vurmuşdur. Şahid əlavə sualları cavablandırarkən göstərmişdir ki, o, Araza xəbər yollamışdır ki, bu qədər maşın vurublar, hadisə törədiblər, niyə səsləri çıxmır, sonra Araz dayısı və əmisi ilə gəlmiş, demişlər ki, dəymiş ziyanı ödəyəcəyəklər. Sonra demişlər ki, vəkil tutublar, ödəniş olmayacaq. Onlarla danışığa gələndə Arazın özü hər şeyi etiraf etmişdir. Araz söydüyü söyüşü yeməmək üçün gəlib Dilsuzu vurmuşdur. O, hadisə yerinə gələndə Arazı orada görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, “Mercedes Benz C 180” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili sənədlə qardaşına məxsus olsa da, etibarnamə əsasında o, idarə edir. Ara-sıra vaxt etdikcə əlavə qazanc əldə etmək məqsədi ilə həmin avtomobillə taksi kimi işləyir. 17 dekabr 2022-ci il tarixdə təxminən saat 01-02 radələrində idarə etdiyim həmin avtomobillə Babək prospekti boyunca üzü “Avtomobil bazarı” istiqamətində hərəkət etmişdir. Babək prospektində yerləşən “Embawood” mebel mağazasının qarşısında olan işıqforun qırmızı işığı yandığı üçün avtomobili saxlamışdır. O, yolun birinci hərəkət zolağında, yəni ən sol hissədə yerləşən zolaqda avtomobili saxlamış, işıqfor sol tərəfdən düz qarşısında olmuşdur. Eyni zamanda yolun əks tərəfindən hərəkətdə olan avtomobillər üçün də işıqforun qırmızı işığı yandığından onlar da dayanmışlar. İşıqforun işarəsini gözlədiyi vaxt ətrafa baxanda görmüşdür ki, yolun əks tərəfində qara rəngli, yeni buraxışılı “Porsche” markalı avtomobil də dayanmışdır. Həmin avtomobil də onun kimi öz yolunun birinci hərəkət zolağında dayanmışdır. Gecə radələri olduğu üçün küçədə avtomobil az olmuşdur. Bir neçə saniyə sonra isə görmüşdür ki, yolun əks tərəfindən Babək prospekti boyunca ağ rəngli, hündür tipli avtomobil çox yüksək sürətlə gəlir. Həmin avtomobil işıqforun qırmızı işığında dayanan qara rəngli “Porsche” markalı avtomobillə eyni zolaqda hərəkət edib getdikcə ona yaxınlaşsa da, sürətini azaltmamışdır. O, həmin avtomobili idarə edən şəxsin avtomobili saxlaya bilməyəcəyini açıq-aşkar başa düşüb dərhal öz avtomobilini hərəkətə gətirərək bir qədər irəli sürmüşdür. Yəni, gözləməmişdir ki, işıqforda yaşıl işıq yansın və bundan sonra hərəkətə gəlsin. Qaydanı pozmağa məcbur olub qırmızı işıqda hərəkətə başlamışdır. Çünki qarşısında işıqfor var idi və ehtimal etmişdir ki, ağ rəngli hündür avtomobilin sürücüsü sürətini azaltmasa mütləq “Porsche” markalı avtomobillə güclü toqquşma baş verəcək və “Porsche” markalı avomobillə onun avtomobili arasında məsafə az olduğuna görə toqquşmanın təsirindən ya “Porsche” markalı avtomobil, ya da işıqfor qırılıb üzərinə düşə bilər. Avtomobilini bir neçə metr irəliyə hərəkət etdirdikdən sonra görmüşdür ki, həqiqətən də yüksək sürətlə hərəkətdə olan ağ rəngli, hündür tipli avtomobil elə gəldiyi sürətlə də “Porshce” markalı avtomobilə arxadan çırpılmışdır. Zərbənin təsiri elə möhkəm olmuşdur ki, “Porsche” markalı avtomobil sol tərəfindəki işıqforun dirəyini qıraraq yerə salmış, özü isə az qala yolun əks tərəfinə çıxmışdır. O, dərhal avtomobilini yolun sağ kənarında saxlayıb avtomobili tərk edərək hadisə yerinə yaxınlaşmışdır. Birinci “Porsche” markalı avtomobilə yaxınlaşmış və görmüşdür ki, adını bilmədiyi sürücü özündə olsa da, onun yanında olan sərnişinin huşu yerində deyil. Digər avtomobil isə ağ rəngli “Mercedes Benz GL” markalı avtomobil olmuşdur. Bir neçə dəqiqə sonra o, həmin avtomobilə də yaxınlaşmış və görmüşdür ki, avtomobilin adını bilmədiyi sürücüsü də avtomobildən düşüb axsayaraq gəzir. Yanında isə artıq oraya gəlmiş 2-3 nəfər tanışı olmuşdur. Həmin adamlar sürücünü “Araz” deyə çağırırmış, ona kömək etmək istəmişlər. O, başa düşmüşdür ki, adamı adla çağırırlarsa deməli tanışları və ya dostlardır. Həmin sürücüyə yaxınlaşaraq kömək etmək məqsədi ilə nəyəsə ehtiyacının olub-olmamasını soruşmuşdur. Bu vaxt sürücünün yanında olan dostlarından biri, qara saqqallı, təxminən 25-30 yaşlı, 170-175 sm boylu, qaraşın bir nəfər şəxs qəfildən ona təklif etmişdir ki, hadisə törədən “Mercedes Benz GL” markalı avtomobilin sürücüsünün yerinə o, sükana otursun. Yəni, guya hadisəni həmin sürücü yox, o, törətmiş kimi olsun. O isə, buna qəti olaraq yox cavabını vermişdir. Bundan sonra həmin adamlardan uzaqlaşmışdır. Hadisə yerində olan vaxt oraya “Porsche” markalı avtomobilin sürücüsünün adını bilmədiyi atası da gəlmiş, ona “sükanı dəyişdirmə” barədə olunan təklif haqqında həmin kişiyə də danışmışdır ki, işlərini bərk tutsunlar və “Mercedes Benz GL” markalı avtomobilin sürücüsündən ehtiyatlı olsunlar. Həmin kişi lazım gələrsə bu təklif barədə polisdə izahat verə bilib-bilməyəcəyini soruşmuş, o da haqq-ədalət tərəfində olduğu üçün harada lazımdırsa düzgün sözü danışmaqdan çəkinmədiyini bildirmişdir. Ona görə hətta istifadəsində olan mobil telefon nömrəsini də həmin kişiyə vermişdir ki, əgər izahat verməyi lazım olarsa bu barədə ona xəbər verilsin. Şahid əlavə sualları cavablandırarkən göstərmişdir ki, “Mercedes Benz GL” markalı avtomobilin sürətində azalma olmamış, gəldiyi sürətlə də “Porsche” markalı avtomobilə çırpılmışdır. Hadisə yerindəki tanımadığı şəxslər “sükan arxasına sən keç, qəzanı öz üzərinə götür, biz sənə pul verək” demişlər, lakin o, qəbul etməmişdir. Hadisə zamanı o, hər iki maşına köməklik etmişdir, kömək etmək üçün gedəndə Arazın yanında heç kim olmamışdır. Ona sükan arxasına keçmə təklifini Araz etməmişdir. Araz maşından özü düşməmiş, o, köməklik etmişdir. Arazın sürəti yüksək olmuş, lakin nə qədər olduğunu deyə bilmir. Dilsuzun maşını ilə onun maşını arasında 2-3 metr olmuş, Araz gəldiyi kimi də Dilsuzun maşınını vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Şahid2 onun dostudur. 17 dekabr 2022-ci il tarixdə gecə saat 02 radələrində yaşadığım evdə olan zaman Heydər ona mobil telefonla zəng edərək övladı Dilsuzun dostu ilə mübahisə etdiyini, Babək prospektində olarkən avtomobilinin dostu tərəfindən əzildiyini, Dilsuzun xəsarət aldığını bildirmiş, ondan xahiş etmişdir ki, birlikdə hadisə yerinə gedərək nə baş verdiyini öyrənsinlər. O, etiraz etməyib özünə məxsus “Mercedes Benz E 200” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə evdən çıxıb Heydərin yaşadığı ünvana getmiş və oradan Heydəri götürüb birlikdə hadisə yerinə yollanmışlar. Bir neçə dəqiqə sonra hadisə yerinə çatmışlar və görmüşlər ki, Dilsuzun “Araz” adlı dostu idarə etdiyi “Mercedes Benz GL” markalı avtomobillə Dilsuzun “Porsche” markalı avtomobilini arxadan vurmuş və nəticədə hər iki avtomobil zədələnmiş, üstəlik yolun ortasındakı svetofor da sınaraq yerə aşmışdır. Hadisə yerinə çatanda artıq polis əməkdaşları orada olmuş və araşdırma aparmışlar. Onlar hadisə yerində olan zaman əvvəllər tanımadığı və heç vaxt görmədiyi bir nəfər taksi sürücüsü Heydərlə ona yaxınlaşaraq bildirmişdir ki, toqquşma hadisəsindən sonra “Mercedes Benz” markalı avtomobilin sürücüsünün dostlarından biri ona yaxınlaşaraq sürücünü dəyişməyi təklif etmişdir. Yəni, guya elə səhnə yaratsınlar ki, hadisəni həmin taksi sürücüsü törətmişdir. Lakin qeyd edilən sürücü buna razılıq verməmişdir. Həmin şəxs Heydərə öz mobil telefon nömrəsini verərək bu barədə istənilən yerdə izahat verə biləcəyini bildirmişdir. Heydər də sürücünün mobil telefon nömrəsini götürərək özündə saxlamışdır. Sürücü demişdir ki, həmin adamı aradan çıxardıb qaçırtmışlar, o, ayaqda zorla dayanmışdır. Taksi sürücüsü onlara “orada mənə dedilər ki, sən keç sükanın arxasına, sənə nə lazımdırsa köməklik edəcəyik, mən razı olmadım” demişdir. O, yola baxmış və sürücüdən soruşmuşdur ki, yolda tormuz xətti yoxdur, sürücü demişdir ki, həmin maşın gəldiyi sürətlə bu biri maşını vurmuşdur. Sonra o, Arazın dostlarından soruşmuşdur ki, bu maşının açarını niyə Araza veriblər, onlar bildirmişlər ki, Araz söyüş söymüş, onlar da maşının açarını məcbur qalıb vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Arazı tanıyır, belə ki, Arazın qardaşı onun dostudur, bu səbəbdən onun da Arazla tanışlığı var. Hadisənin baş verdiyi gün Arazgillə restoranda oturub yeyib-içmişlər. Araza zəng gəlmiş, telefonda danışmışdır. Bundan sonra Dilsuz gəlmişdir. Onun Dilsuzla əvvəlcədən tanışlığı olmamışdır. Araz və Dilsuzun arasında nə söz-söhbət olub, bitib bilmir. Həmin gün o, içkili olmuşdur. Araz və Dilsuzun arasında sözlü mübahisə yaranmışdır. Araz Dilsuza demişdir ki, pulunu verəcək. Pulun həmin vaxt Arazda olub-olmamasını bilmir. Bundan sonra Anar və Dilsuz birlikdə restorandan çıxıb getmişlər, Anar mübahisənin böyüməməsi üçün Dilsuzu götürüb çıxmışdır. Təxminən 3-5 dəqiqə sonra Anar qayıtmışdır. O, Anarın qayıtdığını görmüşdür, amma Arazın görüb-görmədiyini bilmir. X24 arxasınca getmişdir. O da Araz içkili və əsəbi olduğu üçün onu tək qoymamış, Arazla birlikdə getmişdir. Araz maşını sürətli sürmüşdür. Bu vaxt o, Araza demişdir ki, içkilidir, maşını yavaş sürsün. Sonra birdən hadisə baş vermiş, ayılmışdır ki, qəza olub. Özü də sərxoş olduğu üçün hadisəni tam xatırlamır. Hadisədən sonra şok vəziyyətində olmuşdur. Qəza olandan sonra Dilsuzu görmüş, Dilsuz Araza “bu günü həyatının sonu say” demişdir. Maşından düşəndən sonra Arazı yerdə uzatmışlar. Şahid sualları cavablandırarkən göstərmişdir ki, Arazın maşınının açarını o, cibinə qoymuşdur. Bunu ona görə etmişdir ki, Araz içkili olmuşdur, o vəziyyətdə maşını götürüb idarə etməsin. Araz ona demişdir ki, Dilsuzun pulunu qaytaracaq, açarı versin, gedib pulu qaytarsın. Amma həmin vaxt Arazda pul olubolmamasını bilmir. O, Araza demişdir ki, əgər pul verməyə gedirsə, o da gəlib yanında otursun. Restorandan hesabı ödəməyib çıxmışlar, amma hesabı Anar da ödəyib çıxmış ola bilər, tam xatırlamır. Arazla restorandan çıxıb getmişlər ki, Dilsuzun pulunu versinlər. Yəqin ki, Araz Dilsuzun ünvanını tanıyardı, o, başqa nə deyə bilər. Araz Dilsuzun pulunu vermək üçün onun kafesinə getmək istəmişdir. O, Arazın Dilsuzu söyməsini, Dilsuza “səni bıçaqlayaram, maşınla üstündən keçərəm” deməsini eşitməmişdir. Hadisə vaxtı yol yağışlı olmamışdır. O, Dilsuzun maşınını tanımamış, maşının nömrəsini də bilməmişdir. O, bilmir ki, Araz Dilsuzun maşınını qəsdən vurub, yoxsa ehtiyatsızlıqdan. Araz ona “Dilsuzu vurmağa gedirəm” deməmiş, onun pulunu qaytarmağa getdiyini demişdir. Maşında olanda Araz çox sürətli sürmüş, o, nə qədər qışqırmışdır ki, “Araz ehtiyatlı ol”, Araz sürətini azaltmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamış, o, poçt vasitəsi ilə göndərdiyi teleqramında səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini göstərmişdir. Bununla əlaqədar onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq olunmuşdur. Şahid sözügedən ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 uzun müddət ərzində tanımış, Dilsuzla qonşuluqda, eyni məhəllədə yaşamış və bu zəmində tanış olmuşlar. O, uzun müddət ərzində Kürdəmir şəhərində yaşamış, Təqsirləndirilən şəxs da əslən Kürdəmir rayonundan olmuşdur. Təxminən 3-4 ildir ki, Arazla səmimi və yaxın münasibətləri olmuşdur. Arazla uzaqdan qohumluq əlaqələri də vardır. Təxminən 1 ildən bir qədər artıq müddətdir ki, o, avtomobil ticarəti ilə məşğul olur. Sərfəli təklifdən asılı olaraq avtomobili gah şəhərin özündən alıb satmış, gah da xaricdən auksion (hərrac) vasitəsi ilə alıb Azərbaycana gətizdirərək satışını həyata keçirmişdir. Araz da avtomobil ticarəti ilə məşğul olsa da, bu işində Arazla hər hansı bağlılığı, əlaqəsi, şərikliyi, bu və ya digər formalı iş birliyi olmamışdır. O, müstəqil olaraq öz alverini edib pulunu qazanmışdır, Araz isə ayırca öz işi ilə məşğul olmuşdur. İstər Dilsuzla, istərsə də Arazla hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. 16 dekabr 2022-ci il tarixdən 17 dekabr 2022-ci il tarixə keçən gecə o, Dilsuzla birlikdə sonuncunun işlətdiyi Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Labirint” kafesində oturmuşlar. Həmin vaxt Dilsuz Arazla mobil telefonda mesajlaşmışdır. Arazın Dilsuza pul borcu olduğu üçün Dilsuz həmin pulu Arazdan tələb etmişdir. Dəqiqələr ərzində yazışan Dilsuzun getgedə daha da əsəbləşməsini, özündən çıxmasını görmüşdür. X25 konkret olaraq nə danışmasını və hansı sözdən əsəbləşməsini ona deməmişdir. Dilsuz Araza mesaj yazaraq olduğu yerin xəritəsini yollamasını tələb etmiş, Araz da həmin yerin xəritəsini Dilsuza yollamışdır. Bir neçə dəqiqədən sonra isə Dilsuz ayağa qalxıb “mən Arazla görüşməyə gedirəm” sözlərini demişdir. O, bu vaxtı hara getmək istədiyini Arazdan soruşanda Dilsuz Arazla görüşə gedəcəyini demişdir. O, Dilsuzun həyəcanlı və əsəbi olmasını, özündə olmadığını görüb Dilsuzdan xahiş etmişdir ki, birlikdə gedib Arazla görüşsünlər. X19 arasındakı mübahisənin böyüməsini istəməmişdir. Lakin Dilsuz buna qəti etiraz edib Arazla təkbətək görüşəcəyini deyərək kafedən çıxmışdır. Dilsuz özünə məxsus “Porsche Cayenne” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə minərək yola düşmüşdür. Həmin vaxt ona məxsus “Chevrolet Cruze” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili nasaz olduğu üçün o, öz avtomobilinə minib Dilsuzu təqib edə bilməmişdir. O, Dilsuzla Araza görə narahat olduğuna görə istifadəsində olan mobil telefon nömrəsindən hamının ortaq dostu olan Zərərçəkmiş şəxs3 zəng edərək demişdir ki, Dilsuzla Araz sözləşiblər və Dilsuz əsəbləşərək kafedən çıxıb Arazın olduğu yerə gedir. Ona görə də aralarında yaşca böyük olan dost kimi Rövşəndən xahiş etmişdir ki, Dilsuzla danışıb həmin yerə getsin ki, onları sakitləşdirib aralarında dava düşməsinin qarşısını alsın. Rövşən isə buna etiraz etməyərək gəlib onu da götürəcəyini və birlikdə Dilsuzla Arazın yanına gedəcəklərini bildirmişdir. Ona görə o da “Labirint” kafesində qalıb Rövşəni gözləmişdir. Təxminən 10-15 dəqiqə sonra Rövşən gəlib çıxmış və idarə etdiyi “Hyundai i- 30” markalı avtomobilinin açarlarını ona verib bildirmişdir ki, avtomobili o idarə etsin. Yolda olan vaxt Rövşən Dilsuza zəng edib Arazın içkili olduğunu deyərək sonuncu ilə görüşməsinin qarşısını almaq istəsə də, buna nail olmamışdır. Rövşən Dilsuzdan xahiş etmişdir ki, gözləsin, birlikdə Arazın yanına getsinlər. Lakin Dilsuz buna etiraz edərək artıq çatmağa az qaldığını və Arazla görüşəcəyini bildirmişdir. Təxminən 15 dəqiqə sonra o, Rövşənin göstərdiyi yolla hərəkətdə olan vaxt Dilsuzun avtomobilini yolun kənarında dayanmış vəziyyətdə görmüşlər. O, avtomobili saxlamış və Rövşən avtomobildən enib piyada Arazın yanına gedəcəyini ona demiş, ondan da xahiş etmişdir ki, irəlidən dönüb yolun əks tərəfinə keçib gəlsin. Rövşən avtomobildən düşdükdən sonra o, avtomobillə xeyli irəliyə doğru hərəkət edib qarşısına çıxan ilk geriyə dönmə yerindən avtomobili döndərərək Dilsuzun avtomobili olan yerə çatmışdır. Geriyə dönmə üçün yer xeyli aralıda olduğundan və yolda avtomobili saxlayıb şəxsi işləri ilə əlaqədar mobil telefonla danışdığına görə 3-5 dəqiqə sonra həmin yerə çatmışdır. Həmin yerə çatana yaxın Rövşən ona zəng edərək bildirmişdir ki, artıq Dilsuzla birlikdə çıxıb Babək prospekti boyunca şəhər istiqamətində gedirlər. O da mübahisənin bitməsini zənn edib tələsmədən Rövşənə məxsus avtomobillə Babək prospektinə çıxmışdır. Avtomobillə Babək prospektində hərəkətdə olan vaxt görmüşdür ki, işıqforun yanında, dəqiq yadında qalmayan yerdə Dilsuza məxsus avtomobillə Araza məxsus ağ rəngli “Mercedes-Benz GL” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil hər ikisi bərk əzilmiş vəziyyətdədirlər. O, dərhal avtomobili saxlayıb enmiş və görmüşdür ki, Dilsuzun avtomobilində olmuş Rövşən özündə deyil. Dilsuz isə ona “gördün də, maşınımı vurdu” sözlərini demişdir. O, Arazın kənarda axsayaraq addımlamasını görsə də, başı telefon zənglərinə qarışdığı üçün Araza yaxınlaşmamışdır. Bir qədər sonra hadisə yerində olan təcili tibbi yardım xidmətinin əməkdaşları Rövşəni xəstəxanaya aparmışlar. Hadisə yerinə Dilsuzun atası, atasının dostu “Asəf” və Arazın “Anar” adlı dostu da gəlmişdir. Dilsuz, atasının dostu Asifə məxsus avtomobillə çıxıb getmişlər. O da Rövşənə məxsus avtomobillə hadisə yerindən çıxıb “Labirint” kafesinə getmişdir. Orada bir neçə dəqiqə ərzində Dilsuzun atasıgillə oturduqdan sonra öz avtomobilinə minib evə qayıtmışdır. Hadisədən təxminən 15-20 gün sonra, bəlkə də bir qədər çox, Araz Dilsuzla mobil telefonda danışaraq qərara gəlmişlər ki, baş vermiş hadisə ilə bağlı görüşüb söhbət etsinlər. Dilsuzun işlətdiyi “Labirint” kafesində baş tutan həmin görüşdə Dilsuz, Araz, o və “Babək” adlı ortaq tanışı iştirak etmişdir. Görüşdə Araz dəymiş ziyanın bir qismini ödəyib, qalan hissəsini notarial qaydada borc müqaviləsi əsasında hissə-hissə Dilsuza ödəməyi təklif etmişdir. X26 yalançı adam olduğunu deyib inanmadığını, bir müddət sonra pul verməyə davam etməyəcəyini Araza demişdir. Əlqərəz həmin görüşdə Arazla Dilsuzun arasında dəymiş zərərin ödənilməsi ilə bağlı razılıq əldə olunmamışdır. O, həm Arazın, həm də Dilsuzun dostu kimi ortalıqda gəzən söhbətlərdən eşitmişdir ki, Araz Dilsuzdan 12000 (on iki min) ABŞ dolları pul alaraq ABŞ-dan auksion yolu ilə “Mercedes-Benz GL” markalı avtomobil almışdır. Həmin avtomobil Gürcüstana gəlməli, oradan isə Azərbaycana gətirilməli idi. Qeyd edilən avtomobil hələ ki, Azərbaycana gəlib çıxmamışdır. O, avtomobilin gətirilməsi prosesində heç cür iştirak etməmişdir. O özü Dilsuza heç vaxt təklif etməmişdir ki, Arazın vasitəsi ilə ölkəyə avtomobil gətirib satışını həyata keçirsin. Arazla Dilsuz özləri öz aralarında bu məsələləri həll ediblər. Arazın Dilsuz üçün sifariş verdiyi avtomobil Gürcüstanda tamam başqa bir adam tərəfindən götürülüb və ölkəyə gəlib çıxmamışdır. Dilsuzun xərclədiyi pul isə balansda qalmışdır. Araz sonra ona demişdir ki, avtomobili sən demə Arazın səhifəsindən istifadə edən “Lion” şirkətinin meneceri qazanmışdır. Həmin əməkdaş isə başqa bir adamdan artıq məbləğdə pul alaraq avtomobili həmin adama satmışdır. Şirkətin əməkdaşının adını və soyadını isə o, bilməmişdir. 17 dekabr 2022-ci il tarixli hadisədən sonra iştirak etdiyi görüş zamanı onun Zərərçəkmiş şəxs2 “Elmin trezvıy olsa idi Araza açar verməzdi” ifadəsini işlətməsi, hadisə günü Təqsirləndirilən şəxs başqa maşınla restorandan getmək təklif olunsa da, Arazın təkid edib öz avtomobilini istəməsi, Arazın Babək prospekti boyunca çox yüksək sürətlə hərəkətdə olduğunu göstərməsi ilə bağlı qeydə alınan səs yazısına aydınlıq gətirilməsi barədə verilən suala cavab olaraq Şahid6 göstərmişdir ki, həmin səs yazısında qeydə alınan səs onun səsidir. Dilsuzla arasında həqiqətən də bu danışıq olmuşdur. Orada dediyi “Elmin trezvıy olsa idi Araza açar verməzdi” və digər ifadələri kimlərdənsə eşidib Dilsuza demişdir, yəni ortada gəzən söhbətlərdən bunu bilmişdir. Səs yazılarına keçirilmiş baxış zamanı müəyyən edilən Zərərçəkmiş şəxs2 məxsus avtomobil Təqsirləndirilən şəxs tərəfindən zədələndikdən sonrakı ərəfələrdə həqiqətən də onun Arazla apardığı danışıq zamanı Arazın “bakavoydan vurmaq” ifadəsini işlətməsini etiraf etməsi, sonradan isə hamı üstünə düşdüyü üçün həmin ifadənin işlədilməsini təkzib etməsi, Zərərçəkmiş şəxs2 təkidindən sonra qeyd edilən məsələni yalnız öz aralarında etiraf edə biləcəyini bildirməsi barədə xüsusatlara dair verilən suala cavab olaraq Şahid6 göstərmişdir ki, həmin səs yazısında qeydə alınan səs onun səsidir. Dilsuzla onun arasında həqiqətən də bu danışıq olmuşdur. Ona “bakavoydan vurmaq” söhbətini həqiqətən də Araz demişdir. Sadəcə Araz, başqa mənada bu sözü demişdir. Yəni, Araz demək istəmişdir ki, “əgər Dilsuzu qəsdən vurası olsaydım elə bakavoydan vurardım da niyə ölümünə vururdum ki”. Bu üsulla Araz izah etmək istəmişdir ki, Dilsuzu qəsdən vurmamışdır. O da Arazın bu sözünü Dilsuza demişdir. Bu sözdən sonra bütün söhbətlər və problemlər qıraqda qalmış və hamı “bakavoydan vurmaq” söhbətinin üstünə düşmüşdür. Belə olan halda nəyə görə səs yazısı zamanı bu halları yalnız Zərərçəkmiş şəxs2la öz aralarında etiraf edə biləcəyini bildirməsi, əksinə Arazın həmin ifadəni başqa mənada deməsini Dilsuza izah etməməsi barədə verilən suala Şahid6 “Bilmirəm. Mən buna nə cavab verim ki, yadımda deyil.” cavabını vermişdir. Təqdim olunan səs yazılarında onun Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs “bakavoydan vurmaq” ifadəsinin müzakirəsini apararkən avtomobilin açarının vaxtında Təqsirləndirilən şəxs veriləcəyi halda “heç olmasa bir dənə belə böyrünə sürtərdi” sözlərini deməklə bir daha hadisənin Araz tərəfindən qəsdən törədilməsini və Arazın bu fikrinin əvvəlcədən olmasını təsdiq etməsi barədə verilən suala cavab olaraq Şahid6 göstərmişdir ki, həmin səs yazısında qeydə alınan səs onun səsidir. Dilsuzla onun arasında həqiqətən də bu danışıq olmuşdur. O, Zərərçəkmiş şəxs2la sadəcə öz aralarında bunu müzakirə etmişdir. Bu suala başqa əlavəsinin olmadığını bildirmişdir. Təqdim olunan səs yazılarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 avtomobilini “bakavoydan” vurmaq istəməsi barədə ona danışdıqdan və o da öz növbənizdə bu məsələni digər şəxslərə dedikdən sonra həmin adamların ona “pis gözlə” baxmağa başlamasını, qarşılaşdığı münasibət xoşuna gəlmədiyi üçün dediklərindən dönməyə qərar verməsini, Arazın telefonla Dilsuza zəng edərək “var-yoxunu si***m bura gəlməsən, sənin üstündən keçməyən belə-belə olsun” ifadələrini işlətməsini, bütün bunlardan xəbərdar olduğu halda sadəcə dustağının olmaması üçün, ünvanına söyüşlərin söyülməməsi üçün başqa yerdə bu barədə demədiyini etiraf etməsi barədə verilən suallara cavab olaraq Şahid6 göstərmişdir ki, həmin səs yazısında qeydə alınan səs onun səsidir. Dilsuzla onun arasında həqiqətən də bu danışıq olmuşdur. Dilsuzun avtomobilinin üzərindən keçəcəyi barədə Arazın Dilsuzu hədələməsini Dilsuz özü ona danışmışdır. Yəni, o, hadisədən sonra bunu Dilsuzdan eşidib bilmişdir. Sadəcə Dilsuzun ona dediklərini səs yazısında təkrarlamışdır. Dilsuz ona demişdir ki, bütün bunları polisə verəcəyi izahatında da yazsın. O isə demişdir ki, dustağının olmasını, yəni onun izahatına görə kiminsə tutulmağını istəmir. Təqdim olunan səs yazılarında Zərərçəkmiş şəxs2 düzgün danışmağı ona təklif edib özü barəsində “kiməsə şər atmıram ki?” sualını verərkən onun “aysağol, aysağol” ifadələrini işlətməsi, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı düzgün hərəkət etmədiyi halda (sonuncunu şərlədiyi halda) danışıq zamanı nəyə görə Dilsuzun yalan danışmasını sonuncunun üzünə qarşı bildirməməsi ilə bağlı verilən suala cavab olaraq Şahid6 göstərmişdir ki, həmin səs yazısında qeydə alınan səs onun səsidir. Dilsuzla onun arasında həqiqətən də bu danışıq olmuşdur. Zərərçəkmiş şəxs2la aralarındakı söhbət uzanmasın deyə sonuncunun dediklərini söz əsnasında dil vərdişi kimi təsdiq etmiş və başqa cür irad tutmamışdır. Təqdim olunan səs yazılarında Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla görüşüb restorandan çıxdıqdan və “məşədi” ləqəbli Zərərçəkmiş şəxs3 da götürüb birlikdə yolda hərəkətdə olan zaman onun telefonla Rövşənə zəng edib Arazın onları təqib etdiyini xəbərdarlıq edərək, “Maşınınızı vurar, bir yerdə saxlayın maşını. Çıxdı bu burdan” ifadələrini işlətməsi ilə bağlı verilən suala cavab olaraq Şahid6 göstərmişdir ki, həmin səs yazısında qeydə alınan səs onun səsidir. Dilsuzla onun arasında həqiqətən də bu danışıq olmuşdur. O, həqiqətən də Rövşənə telefonla zəng edib danışmışdır. “Maşınınızı vurar, bir yerdə saxlayın maşını. Çıxdı bu burdan” ifadələrini işlətməyi isə yadına gəlməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 16 fevral 2023-cü il tarixli qərardan görünür ki, özgənin əmlakını qəsdən zədələməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurma faktına görə Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) - 17 dekabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən hadisə yerinə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri Nizami rayonu, ünvan 5 ünvanının qarşısında yerləşdiyi müəyyən edilmişdir. (İ cild i.v. 3-13) -“Sərxoşluq vəziyətinin tibbi müayinəsi”nə dair 17 dekabr 2022-ci il tarixli 2/41390 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:05-də tibbi müayinəsi aparılarkən onun alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. (İ cild i.v. 15) - AE seriyalı, 137521 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Porsche Cayenne GTS Coupe” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Zərərçəkmiş şəxs2dur. (İ cild i.v. 18) - BB seriyalı, 333836 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz GL500” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Zərərçəkmiş şəxs4 Açıq Səhmdar Cəmiyyətidir. (İ cild i.v. 33) -Zərərçəkmiş şəxs4 Açıq Səhmdar Cəmiyyəti tərəfindən 09 dekabr 2022-ci il tarixdə verilmiş və 08 yanvar 2023-cü il tarixədək qüvvədə olan etibarnamənin surətindən görünür ki, “Mercedes Benz GL500” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması Təqsirləndirilən şəxs etibar edilmişdir. (İ cild i.v. 40) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsin Nizami rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 23 dekabr 2022-ci il tarixli 1169 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlər - sağ ayaq birinci barmağın dırnaq falanqasının cüzi yerdəyişmiş sınığı; sol gicgah nahiyəsinin şişkinlik halında əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə sərnişin qismində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yaranmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. (İ cild i.v. 44-46) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsin Nizami rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 23 dekabr 2022-ci il tarixli 1170 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər - döş qəfəsinin ön səthinin döş sümüyü proeksiyasının qançırı ilə müşayiət olunan döş sümüyünün cisminin yerdəyişmiş sınığı; ənsə nahiyəsinin sıyrıqla müşayiət olunan şişkinlik halında əzilməsi; sol bazunun bayır səthinin hematoması - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə sürücü qismində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yaranmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. (İ cild i.v. 48-50) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsin Nizami rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 29 dekabr 2022-ci il tarixli 1189 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs almış olduğu - sağ aşıq baldır oynağının incik sümüyünün bayır topuğunun sınığı - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə sürücü qismində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yaranması istisna olunmur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (İ cild i.v. 133-135) -“Köçürmə haqqında ərizə”lərdən, “Cari hesaba mədaxil qəbzləri”ndən, sifariş edilmiş avtomobilin guya Gürcüstandan Azərbaycan Respublikasına idarə edilərək gətirilməsinə cavabdeh olan sürücülər “Tsıvtsıvadze Marekı” və “Kvatıdze Tornıke” adlı Gürcüstan vətəndaşlarına Bakı şəhəri 48 saylı notariat ofisində verilmiş 23 dekabr 2022-ci il tarixli etibarnamənin tərcümə və təsdiq edilmiş surətlərindən görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən 11 noyabr 2022-ci il tarixdə 10800 ABŞ dolları, 17 noyabr 2022-ci il tarixdə isə 1200 ABŞ dolları olmaqla ümumilikdə 12000 ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri Nərimanov rayonu, F.Xoyski prospekti, 106 ünvanında yerləşən “Gənclik filialı”nın vasitəsi ilə AZ47TURA******************** nömrəli hesabdan Gürcüstan, Tbilisi şəhəri, Qaqarin küçəsi, 29A ünvanında yerləşən “Bank of Georgia” bankının GE26BG**********705548 benefisiar hesabına göndərilmişdir. (İ cild i.v. 157-161) - 14 fevral 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən Zərərçəkmiş şəxs2 məxsus “Porsche Cayenne GTS Coupe” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə baxış keçirilmiş və məlum olmuşdur ki, avtomobilin qabaq sol farası, buferi, sol qabaq qanadı, sol tərəfdə olan hər iki qapı, arxa baqaj qapısı, baqaj yük yeri, səsboğucu, arxa bufer, arxa faraların hər ikisi, arxa sağ qanad, arxa qapı sıradan çıxmış vəziyyətdədir, qabaq şüşə çatlamış, qabaq təkərlər boşalmışdır. (İ cild i.v. 162-171) - 14 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istintaq orqanına təqdim etdiyi 03 ədəd “CD-R” diskə müstəntiq tərəfindən zərərçəkmiş şəxsin və nümayəndəsinin iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, disklərin birinin üzərində “Araz Maşıın ABŞ”, digərinin üzərində “İlkin”, üçüncüsünün üzərində isə “Rövşən Məşədi” kimi əlyazma qeydləri mövcuddur. Üzərində “Araz Maşıın ABŞ” qeydi olan “CD-R” diskə keçirilmiş baxış zamanı X3 avtomobilin sifariş verilməsi ilə bağlı danışıqların aparılması, Zərərçəkmiş şəxs2 bu məqsədlə pulu müvafiq hesaba göndərməsi üçün Təqsirləndirilən şəxs tərəfindən banka yönləndirilməsi, sonuncunun Zərərçəkmiş şəxs2 məsləhətlər verməsi, Zərərçəkmiş şəxs2 banka gedərək pulu göndərməsini təsdiq etməsi, Zərərçəkmiş şəxs2 1200 ABŞ dollarını manat şəklində ödəmək istəməsi barədə Təqsirləndirilən şəxs məlumat verməsi, Təqsirləndirilən şəxs buna etiraz etməməsi ilə bağlı tərəflərin səsli mesajları müəyyən edilmişdir. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 arasında səsli danışıq qeydə alınmış və həmin danışıq zamanı Təqsirləndirilən şəxs aralarındakı münasibətlərin avtomobilin gətirilməsi məsələsinə aidiyyətinin olmadığını, avtomobili gətirərək gömrükdə təhvil verəcəyini, ürəyində şübhə saxlamamasını, kişi kimi düşmənçilik etdiyini Zərərçəkmiş şəxs2 bildirmişdir. Zərərçəkmiş şəxs2 nəyinsə görsənmədiyini Təqsirləndirilən şəxs bildirdikdə sonuncu altı-bazar günlərində peykin işləmədiyini, açılanda başqa cür olduğunu, birinci gün bunun açıqlamasını verəcəyini, menecerlə də danışdıracağını Zərərçəkmiş şəxs2 demişdir. Bundan başqa növbəti səs parçasında Təqsirləndirilən şəxs sifariş edilərək alınmış avtomobilin yenidən hərrraca çıxarılmasını özü də təsdiq etmiş, buna baxmayaraq həmin avtomobili artıq özünün aldığını bildirsə də, axırınıcı məbləği ödəyərək 8500-ə yenidən alacağını qeyd etmiş, 1000 dollar fərq yarandığını, lakin avtomobilin bu qiymətə dəydiyini söyləmişdir. Təqsirləndirilən şəxs avtomobilin sistemdə öz adına olduğunu, sadəcə sistemdə “aşibka” yarandığını, Gürcüstandakı hansısa qızın və dillerin səhv etdiyini, qızı da oğlanı da söydüyünü, onlardan avtomobili tələb etdiyini qeyd etmişdir. Digər səs parçasında Təqsirləndirilən şəxs özünü təqdim edərək Zərərçəkmiş şəxs2 səsli mesaj yollayaraq “Lion”un işçiləri ilə danışdığını, sonuncunun pulunun qaytarılması üçün onlara şərt qoyduğunu, pulun alınacağını, bunun üçün nə lazımdırsa olunacağını, “GL” alacaqlarını, almayacaqları halda bazar qiymətinə pulu alacağını, aralarındakı problemin bu məsələyə aidiyyətinin olmadığını, bunu əvvəldən dediyini, “GL”in Gürcüstanda olduğunu, oradan kənara çıxmadığını qeyd etmişdir. Bundan başqa “CD-R” diskin yaddaşında olan yazışmalardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan +**********05 saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs2 mesaj yazaraq etibarnamə yazılıb verilməsini Dilsuza bildirmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs göndərdiyi mesajında yanvar ayından etibarən maşının açılmaması ilə bağlı sonuncunun yalan vədlərinə inanıb gözlədiyini, əslində isə maşının ötən ay “lasha garibashvili” tərəfindən portdan götürülməsini öyrəndiyini Təqsirləndirilən şəxs irad tutmuş, Araz isə cavab mesajında bunun mümkün olmadığını, səhər danışıb xəbər verəcəyini, avtomobilə cavabdeh olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yazdığı növbəti mesajlarında başını itirdiyini, oyuna düşdüyünü qeyd edərək həmin adamı (adını qeyd etməmişdir) tapacağını, onlardan 12000 alacağını, qalanını da özü qoyacağını vəd etmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 göndərdiyi növbəti mesajlarında qeyd etmişdir ki, həmin şəxslərdən pulu geri göndərmələrini xahiş etmiş, lakin həmin adamlar artıq avtomobilin onlarda olduğunu və aldıqlarını bildirmişlər. Üzərində “İlkin” qeydi olan “CD-R” diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 avtomobil sifariş verilməsi barədə Şahid6 da məlumatı olmuş, danışıqların əksər hissəsini Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla məhz Şahid6 vasitəsi ilə aparmış, aralarında bu mövzuda müzakirələr olmuş, sifariş olunan avtomobilin gəlib çıxmaması, Arazın telefon zənglərinə cavab verməməsi, yalan vədlər verməsi, Zərərçəkmiş şəxs2 artıq bu məsələlərdən bezməsi, daha sonradan sifariş verilmiş avtomobillərin artıq Bakıya çatdığı halda ona söz verilmiş avtomobilin gəlib çıxmadığı üçün gileylənməsi, artıq heç kimə inanmadığını bildirməsi aşkar edilmişdir. Bundan başqa səs parçalarına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Şahid6 xarici pasport və şəxsiyyət vəsiqəsinin fotoşəkil olan hissələrinin fotosunun ona göndərilməsini Zərərçəkmiş şəxs2 istəyərək həmin məlumatları Araza yollayacağını bildirmişdir. Dilsuz davamlı olaraq bir neçə səs parçasında avtomobilin gətirilməsi məsələsinin uzandığını, söz verilən vaxtdan daha çox müddət keçdiyini, başqa avtomobillərin vaxtında gətirilməyinə baxmayaraq onun üçün gəlməli olan avtomobilin gecikdirilməsini bildirmişdir. Bundan başqa növbəti səs parçasında Zərərçəkmiş şəxs2 avtomobilinin portdan götürülüb aparılması barədə aldığı məlumat barədə Şahid6 da xəbər verib bu müddət ərzində Təqsirləndirilən şəxs avtomobillərin guya açılmaması, ilişib qalması barədə ona yalanlar danışmasını demişdir. Şahid6 cavab mesajında bu barədə Arazla danışdığını, sonuncunun sözünə əsasən avtomobilin oradan götürülüb sənədlər hazır olana qədər “stayankaya” yerləşdirildiyini, sənədlər gəlib çıxandan sonra avtomobilin də gələcəyini, özgə adamın avtomobili götürməyə etibarnaməsinin olmadığını, nəticə etibarı ilə Arazın sözünə görə hər şeyin qaydasında olduğunu bildirmişdir. Üzərində “Rövşən Məşədi” qeydi olan “CD-R” diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 üçün sifariş verilmiş avtomobilin sürülərək gətirilməsi üçün iki nəfər “Tsıvtsıvadze Marekı” və “Kvatıdze Tornıke” adlı Gürcüstan vətəndaşları olan sürücülərə notariat ofisində rus dilinə tərcümə olunmuş etibarnamənin verilməsi məqsədi ilə həmin şəxsin şəxsiyyətlərini təsdiq edən sənədlərin surətini Zərərçəkmiş şəxs2 göndərmiş və qeyd edilənləri səsli mesaj şəklində sonuncuya yollamışdır. (İ cild i.v. 172-175) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 fevral 2023-cü il tarixli 9/348 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş “Avto təmir MMC” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən 2020-ci il buraxılışlı “Porsche Cayenne GTS Coupe” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 80%-nin yararsız (sürət qutusu, most, razdatka, elektron sistemi, motor, arxa alt hissə, səsboğucu və s.) vəziyyətdə olduğu və 20%-nin qismən yararlı olması müəyyən edilir. Təxminən 80%-i sıradan çıxmış avtomobilin təmir-bərpası rentabelli hesab edilmir. Qeyd edilir ki, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 250000,00 (iki yüz əlli min) manat olmuş 2020-ci il buraxılışlı “Porsche Cayenne GTS Coupe” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 80%-nin sıradan çıxması nəzərə alınmaqla həmin avtomobilə dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla 2022-ci ilin dekabr ayına təxminən 20000,00 (250000-20%) iki yüz min manat müəyyən edilir. (İ cild i.v. 176-179) - 01 mart 2023-cü il tarixli protokoldan görünür ki, 17 dekabr 2022-ci il tarixdə baş vermiş cinayət hadisəsinin araşdırılması ilə bağlı müvafiq sorğu əsasında Daxili İşlər Nazirliyinin X7 Xidmətindən götürülmüş 01 ədəd “DVD-R” diskə müstəntiq tərəfindən baxış keçirilmiş və məlum olmuşdur ki, diskin yaddaşında aşağıdakı 04 ədəd videogörüntü faylları mövcuddur: TŞ4-010 1-2022-12-17_01h 45min00s000 ms; TŞ4-010 2-2022-12- 17_01h 45min00s000 ms; TŞ4-010 3-2022-12-17_01h 45min00s000 ms. Birinci videogörüntüyə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, 430 MB yaddaş həcmli videoçarx Bakı şəhəri Nizami rayonu Babək prospekti 428 ünvanında yerləşən DİN-in X7 Xidmətinə aid stasionar tipli, obyektivi fırlanan videomüşahidə kamerası tərəfindən qeydə alınmaqla 15 dəqiqə 01 saniyə ərzində davam etmişdir. Videomüşahidə kamerası Babək prospektində nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan iki tərəfli hərəkət yolunu, habelə yolun sağ hərəkət hissəsinə bitişik yol kənarında yerləşən avtomobil dayanacağını qeydə almışdır. Videogörüntüyə keçirilən baxış zamanı hadisə nöqtəsinin videomüşahidə kamerasının izləmə bucağından kənarda yerləşməsi, daha dəqiq deyilsə yol kənarında olan ağac budaqlarının kameranın qarşını kəsdiyi üçün məhdud görsənmə şəraiti yaratması müəyyən edildiyindən “Porsche Cayenne GTS Coupe” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Mercedes Benz GL500” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin toqquşma anını qeydə almaq mümkün olmasa da, videoçarxın 07:15-ci saniyəsində xüsusi sayrışan işıq cihazları quraşdırılmış operativ nəqliyyat vasitələrinin hadisə yerinə toplaşması və videogörüntünün sonunadək orada dayanmaları məlum olmuşdur. İkinci videogörüntüyə keçirilən baxış zamanı məlum olmuşdur ki, 569 MB yaddaş həcmli videoçarx DİN-in X7 Xidmətinə aid stasionar tipli, tərpənməz videomüşahidə kamerası tərəfindən qeydə alınmaqla 14 dəqiqə 59 saniyə ərzində davam etmişdir. Həmin videogörüntünü qeydə alan videomüşahidə kamerası yerləşmə nöqtəsinə görə avtomobillərin toqquşma anını qeydə almaq imkanında olmasa da, baxış zamanı 17 dekabr 2022-ci il tarixdə saat 01:47:01-də Zərərçəkmiş şəxs2 məxsus qara rəngli “Porsche Cayenne GTS Coupe” markalı avtomobilin Babək prospektində dörd zolaqlı yolun soldan ikinci zolağı boyunca “Arzu” şadlıq sarayının qarşısından keçib şəhərin mərkəzi istiqamətində hərəkətdə olması, bir neçə saniyə sonra isə saat 01:47:21-də Təqsirləndirilən şəxs məxsus “Mercedes Benz GL500” markalı **-AX- *** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə eyni ilə dörd zolaqlı yolun soldan ikinci zolağı boyunca hərəkətdə olması müəyyən edilmişdir. Bundan sonra saat 01:52:07də, 01:55:37-də, 01:55:59-da və 01:58:20-də xüsusi sayrışan işıq cihazları quraşdırılmış polis avtopatrul avtomobillərinin, saat 01:58:54-də isə təcili-tibbi yardım stansiyasına məxsus operativ nəqliyyat vasitəsinin hadisə yeri istiqamətində hərəkət etmələri qeydə alınmışdır. Üçüncü videogörüntüyə keçirilən baxış zamanı məlum olmuşdur ki, 572 MB yaddaş həcmli videoçarx DİN-in X7 Xidmətinə aid stasionar tipli, tərpənməz videomüşahidə kamerası tərəfindən başqa rakursdan qeydə alınmaqla 14 dəqiqə 59 saniyə ərzində davam etmişdir. Həmin videogörüntünü qeydə alan videomüşahidə kamerası yerləşmə nöqtəsinə görə avtomobillərin toqquşma anını qeydə almaq imkanında olmasa da, baxış zamanı 17 dekabr 2022-ci il tarixdə saat 01:47:05-də Zərərçəkmiş şəxs2 məxsus qara rəngli “Porsche Cayenne GTS Coupe” markalı avtomobilin Babək prospektində dörd zolaqlı yolun soldan ikinci zolağı boyunca “Şahzadə” şadlıq sarayının qarşısından keçib şəhərin mərkəzi istiqamətində hərəkətdə olması, bir neçə saniyə sonra isə saat 01:47:25-də Təqsirləndirilən şəxs məxsus “Mercedes Benz GL500” markalı **-AX- *** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə eyni ilə dörd zolaqlı yolun soldan ikinci zolağı boyunca hərəkətdə olması müəyyən edilmişdir. (İ cild i.v. 243-244) - 11 mart 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 istintaq orqanına təqdim etdiyi 02 ədəd “CD-R” diskə müstəntiq tərəfindən həmin zərərçəkmiş şəxsin və nümayəndəsi Nümayəndə3 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, bir “CD-R” diskin üzərində qırmızı rəngli qələmlə “1” rəqəmi, digər “CD-R” diskin üzərində isə eyni tipli qələmlə “2” rəqəmi qeyd edilmişdir. “1” rəqəmi ilə qeyd edilmiş “CD-R” diskin yaddaşında 12 ədəd MP4 formatlı səs parçaları mövcud olmuşdur. Həmin səs parçalarının adları, yaddaş həcmləri və davamiyyət müddətləri aşağıdakı kimi qeydə alınmışdır:

1. WhatsApp Audio 2023-01-12 at 09.49.27 (01), 140 KB, 18 saniyə;

2. WhatsApp Audio 2023-01-12 at 09.49.27 (02), 88 KB, 11 saniyə;

3. WhatsApp Audio 2023-01-12 at 09.49.27 (03), 140 KB, 17 saniyə;

4. WhatsApp Audio 2023-01-12 at 09.49.27 36 KB, 04 saniyə;

5. WhatsApp Audio 2023-01-12 at 09.49.28 (01), 44 KB, 05 saniyə;

6. WhatsApp Audio 2023-01-12 at 09.49.28 (02), 44 KB, 05 saniyə;

7. WhatsApp Audio 2023-01-12 at 09.49.28 (03), 80 KB, 10 saniyə;

8. WhatsApp Audio 2023-01-12 at 09.49.28 (04), 552 KB, 01 dəqiqə 09 saniyə;

9. WhatsApp Audio 2023-01-12 at 09.49.28 236 KB, 29 saniyə;

10. WhatsApp Audio 2023-01-12 at 09.49.29 (01), 144 KB, 18 saniyə;

11. WhatsApp Audio 2023-01-12 at 09.49.29 (02), 120 KB, 15 saniyə;

12. WhatsApp Audio 2023-01-12 at 09.49.29 128KB, 16 saniyə. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 göstərmişdir ki, qeyd edilən “CD-R” diskdə yerləşən səs parçaları 17 dekabr 2022-ci il tarixdə onun avtomobilini qəsdən zədələmiş Təqsirləndirilən şəxs ilə hadisədən sonra apardığı danışıqlar, habelə atası Şahid2 ilə Zərərçəkmiş şəxs3 arasında baş tutmuş telefon danışığı zamanı qeydə alınan səslərin istintaq orqanı üçün əhəmiyyətli hesab etdiyi epizodik parçalarından ibarətdir. Səs parçaları barədə dinləmə aparılarkən Zərərçəkmiş şəxs2 səsləri qeydə alınmış tanıdığı şəxslərin adlarını göstərdiyi üçün bu barədə protokolda dəqiq qeydiyyat aparılmışdır: Qeyd: Diktorların anlaşılmayan ifadələri “...”, nalayiq ifadələri “***”, bitmiş fikri ifadə etməyən ifadələri isə “///” işarələri ilə protokolda göstərilmişdir. ♫ WhatsApp Audio 2023-01-12 at 09.49.27 (01) Dilsuz: Elədim, nəysə dalını getməyək. Araz: Aəə onu mən sənin lobuva da deməsəm, onu mən sabahı sənə dedizdirmişəm biləsən. Demisən İlkin? Ona. Sonra səni bakavoyda vurmaq istəyirdim. Prosta .... Dilsuz: Amma sonra da İlkinə, sən zəng vurdun, İlkin gəldi ki, uy blya *** bunun içini vuran/// ♫ WhatsApp Audio 2023-01-12 at 09.49.27 (02) Dilsuz: Səni /// Araz: On üç min vəkilə verdim? Dilsuz: Sən istəyirsən yüz min ver ee vəkilə. O sənin şəxsi işindi. Araz:... Dilsuz: Səni bura dədəm çağırdı da. Gördün dədəm çağırdı burda dədəm sənə böyüklük elədi. ♫ WhatsApp Audio 2023-01-12 at 09.49.27 (03) Dilsuz: Danarsan Araz: İlkin sənə sabahısı dedi ki, Araz deyir belə-belə də, yəni onun gəlib böyründən vurmaq istəyirdim, bakavoyundan. Belə bir iş /// Dilsuz: Bəs mən də ona görə bölmədə dedim ki, yəni bu gəlib özü deyəcək hər şeyi. Bunu şişirtməyi, dalınca qaçmağı bu şeyə ehtiyac olmayacaq. Araz: Bilirsən bir dənə şikayətlə altmış min manat getdi, yetmiş /// ♫ WhatsApp Audio 2023-01-12 at 09.49.27 Dilsuz: Söyüşü yeməməyə görə gəldin vurdun. Araz: Yeməməyə görə sənin bakavoyuvu vuracaqdım var-yoxunu *** ♫ WhatsApp Audio 2023-01-12 at 09.49.28 (01) Dilsuz: Sən orda prosto söyüşü yeməməyə görə gəldin vurdun Araz: Yeməməyə görə sənin bakavoyuvu vuracaqdım var-yoxunu *** ♫ WhatsApp Audio 2023-01-12 at 09.49.28 (02) Dilsuz: Sən orda prosto söyüşü yeməməyə görə gəldin vurdun. Araz: Yeməməyə görə sənin bakavoyuvu vuracaqdım var-yoxunu *** ♫ WhatsApp Audio 2023-01-12 at 09.49.28 (03) Dilsuz: Söyüş söymüşəm yeməməyə görə gəldim. Araz: A kişi mənim üçün bilirsən nə idi ?! Gəlim burda bir dənə ... “tak”, taqqıldadım. ... pulları çırpam üzüvə, çıxam gedəm ki /// Dilsuz: Niyə? ♫ WhatsApp Audio 2023-01-12 at 09.49.28 (04) Dilsuz: Gəlib o söyüşü yeməməyə görə vuranı. Sən deyirsən ki, yox onu eləməmişəm. Mən də deyirəm ki, yaxşı bugünkü gün sən qanundan çəkindinsə ki, qanunda misalçun qəsd sözü olmasın ki, mən qəsdən vurmuşam. Bə sənin yanında olan beş dənə oğlan Anardı, Elmirdi, Dadaşdı nə bilim o birisi bilmirəm. Onların yanında beş aydan sonra necə baxarsan. Deyəcək qaqa oldu keçdi də, Dilsuzu vurdun, *** dağıtdın, pulunu verdin, vermədin, məhkəməyə qaldı, bu qaldı o öz yerində. Söyüş söydün, bə Dima da, qorxmursan ki, iki dənə oğlanın yanında oturub deyər ki, məni qəsdən vurub dananın belə-belə. Onda nətər olacaq?! Bax onda gəlib düşmənçiliyə çıxacaq. Araz: Mən onda sənə sözümü dedim. Sözümü sənə, sabah səhər-səhər İlkin sənə demişdi. Sabahı. Dilsuz: Yoo, İlkin də səhərisi gün gəldi ki, “mən demirəm elə”. Araz: ... İlkinin üstünə çox düşdülər. O sözün üstünə çox düşdülər. Dilsuz: Mən günü bu gün də onsuz, mənim tək şahidi İlkindi. Belə baxma, mən İlkinlə axıra qədər gedəcəyəm. İlkin istəyir izahatını versin, istəyir verməsin. Araz: Sənin orda şahid də olsa, mahid də olsa, qəsdən də vurmuş sübut elətdirsən, on dənə yalançı şahidlə, doğurçu şahidlə də Dilsuz, mənim srokum yoxdu. Mənim pulumu xərclətmə ona-buna. Gəl o *** qoy /// Dilsuz: Sənə dedilər də /// ♫ WhatsApp Audio 2023-01-12 at 09.49.28 Rövşən: Deyir ki, sən getdin məndən ş /// Heydər: Sənə nə verəsidi o? Rövşən: Mənə sonra deyəcək ki, bəs sən getdin məndən şikayət elədin, mən də pulu hardan verim. Heydər: Nətər yəni pulları. Sən şikayət eləyirsən?! Olandı bu, faktdı. Səni vseravno yanlış cinayət verdiyinə görə səni çağırıb orda cəzalandırarlar. Elə şey olar. Sənə demirlər ki, get şikayət elə. Sənətin /// ekspertiza keçməlisən sən. Rövşən: Başa düşdüm, gedirəm. Prosta mən deyirəm ki, elə olsun mənə ziyan dəyməsin, mən otuz min pul alacam. ♫ WhatsApp Audio 2023-01-12 at 09.49.29 (01) Dilsuz: Mən bilmirdim sən içkilisən. Mən ora çatanda məşədi dedi mənə. Araz: Lap içkili deyiləm. Dilsuz: Girdim neylədim sənə? Araz: Yoldaşsan, biri od olanda, biri köz olar. Dilsuz: Elədim də, sənin söyüşünün qabağında abratka vermədim. Araz: Gəlmə dəə g***ıllax. Dilsuz: Abratka vermədim. Dedim həm söyüş yeyərsən, ya da qayıdıb mənim ünvanıma söyərsən. Ondan sonra /// ♫ WhatsApp Audio 2023-01-12 at 09.49.29 (02) Dilsuz: Söyüş söysəydim deyərdin ay gij*** gəldin bura dostlarımın yanında ləzzət eləmədi mənə. Sən nə bilirsən o stolda oturan oğlan kimlərdi, onların yanında mənə al atdın, söyüş söydün. Gördün ki, bir kəlmə də demədim. Bir dənə deyəndə ki, maşının açarını ver, dedim neynirsən açarı burdayam. Anar çıxdı. ♫ WhatsApp Audio 2023-01-12 at 09.49.29 Dilsuz: Qayıtdı ki, oturaq beş dəqiqə maşına, dedim Anar /// Amma məni orda Anar səhv elədi çıxartdı. Anar məni çıxartdı və avariyadan sonra Anara dedim ki, Anar sən məni çıxartdın ki, dal *** qayıtdı ki, qaqa mənim ünvanınma söyüş söymə mən kişiyəm. O bir dənə kostyumlu uşaq var e /// “2” rəqəmi ilə qeyd edilmiş “CD-R” diskin yaddaşında 01 (bir) ədəd “WhatsApp Audio 2023-01-19 at 17.40.41” adlı, MP4 formatlı, 15,5 MB yaddaş həcmli və 33 dəqiqə 37 saniyə ərzində davam edən bir ədəd səs yazısı faylı mövcuddur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 göstərmişdir ki, qeyd edilən “CD-R” diskdə yerləşən səs yazısı 17 dekabr 2022-ci il tarixdə onun avtomobilini qəsdən zədələmiş Təqsirləndirilən şəxs ilə hadisədən sonra baş tutmuş görüş zamanı qeydə alınan danışıqların istintaq orqanı üçün əhəmiyyətli hesab etdiyi hissəsidir. Baxış zamanı təqdim olunmuş səs yazısının 02:07-ci dəqiqəsinə qədər olan müddət ərzində səsyazma aparılan sahədə musiqi sədaları, səsküy, istintaq əhəmiyyəti kəsb etməyən danışıqlar müşahidə olunmuşdur. Həmin ərəfədən sonra aparılan danışıqlar isə aşağıdakı məzmunda və ardıcıllıqla davam etmişdir: Dilsuz: Demisən ki, Dilsuz haqqında çox şeyi bilmirsən. Ölüm də olsa, itim də olsa mən bunu sənə deyəcəm. Sonra bir dəfə də demisən ki, sən bilmirsən ay dayı Dilsuz altı min dolları mənə nəyə görə verib nəyə görə qalmalı idi. Onun səbəbi var, ölüm də olsa deyəcəm. Araz: Yox yox, onların xəbəri yoxdu, elə deməmişəm. Gözlə mən sənə deyəcəm. Dilsuz: Bilirsən nəyi demək istəyirəm. Hadisədi olub. Qəsdən vurmusan, belə vurmusan. Onu inşaAllah sən burda deməklə mən burda deməklə olmur ki, indi sübuta yetirəcək sübuta yetirəcək, yetirilməyəcək o heç nə. Amma bu ikinci versiyada olan işdə yəni mən avariyanın səhərisi günü məni müstəntiq çağıranda o işığa and olsun müstəntiq oturdu mənlə danışdı ki, bəs Araz gəlib hadisənin necə olduğunu deyəcək? Dedim mən tanıdığım qədər Araz heç vaxt gəlib danmayacaq. Ən çox da niyə o sözü mən dedim çünki tezdən İlkinlə danışanda İlkin qayıtdı ki, Araz məni yığıb deyir “qaqa mən niyə belə elədim. Mənim Dimaynan düşməçiliyim yoxdur, mən özümü bağışlaya bilmirəm ki, mən durduğu yerdə camaatı niyə belə vəziyyətə saldım. Özüm nə vəziyyətdəyəm.” Mən dedim yəqin bilirsən necədi bu hadisədə Araz, üç cür versiya var. Bir versiya səhərisi, ya bir-iki gün sonra gəlib deyə bilərdin ki, qaqa oğlanıq da içkiliydim, söyüşü yemədim elədim. Araz: Mən onun sabahısı sənə dedim. Dilsuz: İstəyirsən get məni tutdur, öldür. Mən kişiyəm, mən danmıram. Söyüşü yeməməyə görə elədim. Düzdü belə istəmirdim, amma belə alındı. Araz: Fakt elə oldu aa sən öl. Dilsuz: Deyərdim ki, Araz, kişi kimi boynuna aldığına, sənlə mən kişi kimi mübarizə aparacam. Nə polisi, nə bir şeylik. Yəni mənə dəymiş zərər onsuz da öz yerində. Onun polisə aidiyyəti yoxdu. Ya deyə bilərdin ki, qaqaş vurmuşam, zor s***mişəm, yüzdü? Ala blya iki yüz. Götürürsən götür, götürmürsən onsuz da mən bunu xərcləyəcəm, kayfımı tutacam içəridə. Ya üçüncü versiya var idi, deyərdin vurmuşam qaqaş zor s***mişəm, g***ün var polislə yox e, kişi deyilsən, gəl mənlə axıra kimi kişi kimi get onda mən qaçıb polisin qucağında otursaydım mən özüm-özümü bağışlamazdım ki, yəni /// prosto sonra bu hərəkət i plus sonra papamnan bu hərəkət, Allaha and olsun mən yaraşdırmadım. İ plus o gün Talehnən sporlaşdım. Dedim Taleh ... dedim sən buna necə göz yumursan ki, Mahir gəlib deyir ki, qaqa Arazı çox yükləmə Araz deyir ki, mən qəsdən vurmamışam, nə də söyüş söyməmişəm telefonda. Dedim onda elə çıxır ki, mən qəh***yəm də, bu vəziyyətdən çıxmaqdan ötəri Arazın boynuna şər atıram. Mənim yerimdə sənsən. Araz: Qaqa mən hamıya da sözümü demişəm. Dilsuz: Bax o işığa and olsun bir oğlan demir. Araz: Niyə demirlər?! Dilsuz: Deyir ki, Araz deyir ki, mən pul verməyə getmişəm. Bax o işığa and olsun. Araz: Niyə demirlər qaqa, niyəsini sənə deyim? Dilsuz: Dedim qaqaş onda elə çıxır mən qəh***yəm də, Araza şər atıram?! Araz: Niyəsini sənə deyim? Onlar bura gəlirlər ki, bu məsələ həlli yolunu tapsın. Dilsuz: Kim gəlir? Araz: Hamısı. Dilsuz: Nə bilirsən nə gəlib deyir. Araz: ... Dilsuz: Nə deyiblər? O gün Mahir gəldi mənə belə eləyir, dedi Araz deyir ki, “yüz min manat pul verirəm getsin şikayətini götürsün.” Dedim bu dəqiqə verir? Dedi yox. Deyir getsin şikayətini götürsün dala ... müqavilə bağlayarıq dedim yox. Dedim bax sən Mahir, Araz demir beş ay, Araz demir bir il?! İki il verirəm amma sənlə. Arazın yerinə gedək mənlə müqavilə bağla, sənin gözünün qabağında gedib Arazın şikayətini götürməsəm məndən nakişi adam yoxdu. Qayıtdı ki, mən nə s***rəm e, mən nə s***rəm. Dedim bə yaxşı Arazın sözünü gəlib mənə deyirsən düzdü?! Bə yaxşı niyə o hərəkəti eləmirsən. Araz: Rövşən bu gün sənə deyib bir həftəyə mən atveçatam altmış mini gətirəm verəm? Dilsuz: Yox. Araz: Nətər olur Mahir də təsdiq eləyir, Əli də təsdiq eləyir, Taleh də təsdiq eləyir. Taleh olmayıb. Mahirlə Əli nətər təsdiq eləyir ... Dilsuz: Mənə heç bir oğlan demədi. Mənə bir kəlmə /// sənə yığıblar da qardaşım. Yığdı Mahir qayıtdı ki, Dilsuz deyir ki, üç versiyam var. Ya 180 min versin maşını da verirəm ona, demir porşe servisdən onsuz maşını alaram, ala bilərəm mənim vəkilim deyib. Dedim 180 mini versin mənə. Mən də kişi kimi gedirəm dururam Arazın yanında, heç bilməsinlər ki, maşını mən Araza vermişəm, mən Arazın yerinə özüm /// çünki maşın mənimdir axı, bu dəqiqə vəziyyətdə mən Araza versəm deyəcəklər “bilirsən nə var?!” get si***ir burdan, burda al pulu burdan da deyirsən pul al.” Araz: İndi porşe servis nə deyir? Dilsuz: Porşe servis deyir get g***tünə sox maşını. Araz: Niyə g***tünə sox?! Dilsuz: Nətər yəni deyir arxadan vurulub, sən remen taxmırsan, səni saxlayıb deyənə, sənə əlavə zərər vurmamaqdan ötəri paduşka açılmayıb. Süni intellekt söhbəti var da, süni intellekt var deyir. Araz: Nətər yəni süni intellekt? Dilsuz: Süni intellekt deyir qarşısını alırdı ki, yəni paduşkanın açılmağı sənə əks zərbə eləyə bilərdi. Araz: Bə Rövşən remeni var idi? Dilsuz: Rövşən remen taxmayıb ona görə, çünki mən maşını alanda mənə birinci gündən /// Araz: Yox e remeni taxırsan açmır, taxmırsan açmır. Elə şey olur? Dilsuz: Yox, qabağdakı deyir oturanı remen taxılmayıbsa /// remen orda bloklanıb ki, boşdu. Remen bloklanıb axı məndə də, Rövşəndə də. Sıxıb. Sıxıb da yəni ki, boşdu, tərəziyə verib ki, adam yoxdu sıxıbdı. O da nəzərə alıb ki, qabaqda adam yoxdu deyənə açılmayıb. ... da deyir sənin qabaqdan elə güclü zərbən yoxdu. Arxadı /// Araz: Yaxşı, arxadan kimsə gəlsin 200-nən vursun məni, şar açılmayacaq? Dilsuz: Remen taxsa açılacaq, taxmasa yox. Araz: Taxmışdın da niyə açılmadı. Dilsuz: Arxada, arxada. İlkin: Arxada olmayıb axı. Dilsuz: Məndəki süni intellekt qabağını alıbdı zərbənin ki, bu bunu tutubdu. Bə mənim sinəmi nə qırıbdı. O remen qırıb da, sıxıb. İntellekt sıxıb ki, bu uje zərərsizləşib. Paduşkanın açılmağı bunu əks zərbə eləyib burnunu qıra bilər. Araz: Sən onu niyə vermədin Avropa məhkəməsinə? Dilsuz: Avropa məhkəməsinə vermək asandı?! Avropa məhkəməsinə verirsən, düşürsən Azərbaycanın qara siyahısına. Azərbaycanı cərimə eləyirlər, düşürsən qara siyahıya. Araz: Ver mənə, mən verim məhkəməyə. Qoy düşsün qara siyahıya. Dilsuz: Yəni mənim bugünkü gün davam maşındı, maşın gedib mənim üçün, yəni mən Allahıma şükür eləyirəm bu gün. Prosto mən sənə bir dənə söz demək istəyirəm ki, sənlə mən düşmənçilik eləməmişəm. Nə də ki, sənin ünvanına bu günə kimi, deyərəm e g***ıllax gəldi vurdu, amma Araza var-yox, arvad, uşaq /// Araz: Demisən məhkəmədə pis söyüş söyəcəm? Dilsuz: Yox. Gözlə, demişəm hə. Demişəm ki, Araz bugünkü gün mənə gəlib kişi kimi desəydi ki, qardaş, mən söyüşü yeməməyə görə, oğlanıq, vurmuşam, amma Dima səni s***ərəm mən bunu boynuma aldığım halda mənə söyüş söysən, yəni sənnən sonra biz bu maşın s***imə də deyil, düzələcək-düzəlməyəcək, bir oğlan kimi, amma sən də misal üçün gəlib demirsən, mən də demişəm ki, beş gün, o gün qaqaşın adı nə idi?! Rauf da, Raufun yanında da dedim, dedim qaqa bugünkü gün beş gün-üç aydan sonra bu söhbət ort-basdır olacaq ya sənin xeyirinə, ya mənim xeyirimə. Amma sənin ətrafında olan oğlanlar gec-tez sənə deyəcək ki, qardaş, oturmuşduq, bizim yanımızda olmuşdu söyüş, eləmişdin, söyüşü yemədin, bomba kimi. Axırda niyə dandın? Ona sən necə baxarsan dedim. Araz: Qaqaş mən həmin gün, sabahısı İlkinə də demişdim. Dilsuz: Bax mən misal üçün Elmirdi, Anardı bax o işığa and olsun onların ünvanına bircə kəlmə söyüş söyməmişəm, nə də söymərəm. O vaxt ki, mən sabah Elmirlə Anarla söhbət eləyərəm, çünki məni o obyektdən Anar çıxartdı, Anar çıxardanda mənə qayıtdı ki, “mən Arazın yerinə səndən üzr istəyirəm, pox yemişəm, sənin kişiliyinə görə çıxdım qabağa ki, Araz sənə söyüş söyəndə sən ona abarotka vermədin. Dedim bir, mən Arazla düşmən deyiləm, iki, Araz orda mənə deyərdi ki, gəlirəm sənin üstündən keçməyəni beləbelə eləyəcəm, mən ona niyə abarotka vermədim?! çörək kəsmişik. Araz: Niyə gəldin də? Dilsuz: Gözlə, çünki dedin gəlməsən sənin var-yoxunu s***im. Araz: Mən sənə gəlməyənin var-yoxunu s***im deməmişəm. Dilsuz: Bax o işığa and olsun deyirəm, o işığa and olsun. Araz: Nə vaxt çıxardırsan danışıqları? Dilsuz: Hə? Araz: Danışıqları nə vaxt çıxardırsan? Dilsuz: Danışıqları indi mən cinayət işini gözləyirəm də. Cinayət işini başlamalıdı, cinayət işi başlayanda onu çıxaracaqlar yenə. Yenə də deyirəm Araz mən Anar qayıtdı ki, “sağol, sənin kişiliyini mən onda gördüm ki, abarotka vermədin”. Dedim abarotkanı bir mən ona görə vermədim ki, yoldaşıq, iki də ki, Araz həyatı boyu mənə o cürə danışmayıb /// Araz: Niyə dirənmişdin ki, gəlirəm ora? Dilsuz: Mənə, mənə başqa cür söyüş söyər, onda aramızda başqa şey olar. Bu da qayıtdı ki, “mənə sənin, mən kişiliyini onda görürəm ki, sən içəri girəndə nə bizə, nə Araza, nə kiməsə lişniy hərəkət eləmədin, girdin salam verdin, bu mənim üçün böyük şeydi, səndən ona görə üzr istəyirəm.” Ona görə mən deyirəm ki, Anarla mən həyatı boyu söyüş söymərəm. O halda ki, Anar sabah gəlib mənlə oturar, o söhbətləri danarsa. (səs yazısı dayanmış və bir neçə saniyə sonra davam etmişdir.) Araz: Belə-belə də yəni onu gəlib böyründən vurmaq istəyirdim, bakavoyu. Belə bir şey olub. Dilsuz: Bəs mən də bölmədə dedim ki, yəni bu gəlib özü deyəcək hər şeyi. Bunu şişirtməyi, dalınca qaçmağı bu şeyə ehtiyac olmayacaq. Araz: Bilirsən bir dənə şikayətlə altmış min manat getdi, yetmiş /// Dilsuz: Yox. Araz: Verərdim sənə də g***ıllax. Dilsuz: Sən nətər verəcəydin. Araz: Nətər verəcəydim, on beş min vəkilə verdim?! Dilsuz: Sən istəyirsən yüz min ver ee vəkilə. O sənin şəxsi işindi. Araz: ... Dilsuz: Səni bura dədəm çağırdı da. Gördün dədəm çağırdı burda dədəm sənə böyüklük elədi. Bəs sən mənə səs atırsan ki, deyirsən ki, sən izahat yazandan 15 dəqiqə sonra mənim xəbərim olub. Sən bura gələndə 10-15 dəqiqə keçmişdi də, sənin xəbərin olardı da. Mən sənin /// bəli, burda sənlə söhbət edib, sonra gedib yazsaydım ərizə, mən sənlə söhbəti iki gün sonra eləmişəm. Araz: Yox, sən qəzanın sabhısı, sabah səhər-səhəri onun yarısı, on tamamda olmusan bölmənin qabağında. Düzdü qaqaş? Dilsuz: Yox, səhərisi gün yox. Araz: Qəzanın səhərisi günü. Dilsuz: Yox, yox, yox, yox, birsigün olub, o olub. Araz: Onda mənə müstəntiq deyir bax tarixə. 19-u idi, 19-u. Mən 19-u gün axşam səninlə görüşdüm. Atan, sən, mən. Dilsuz: Yox sən mənlə görüşdün, ayın 20-si idi. Araz: Ay qaqaş bu gün qəza oldu, bu gecə qəza oldu, sabah yox birsigün axşam atanla burda görüşdüm. Dilsuz: Qəza oldu 16-sından 17-sinə keçən gecə. Araz: 18-i, bax elə bil ki, indi qəza olub sabah gündüz yox, birsigün saat 5:00-da burda görüşdük. Dilsuz: Yox. Qəza oldu, 17-si günü gəlmədin. 18-i günü gəlmədin, 19-u sən gəldin, iki gün sonra. Araz: Qaqaş 17-sindən 18-nə keçən gecə avariya olub. Dilsuz: Yox, 16-sından 17-sinə keçən gecə. Araz: Yəni ki, bir gün mən arada gəlmədim. Dilsuz: Yox, yəni nəyi deyirəm. Bura yəni papam sənlə danışdı, dedi “eybi yox, hətta mən borc müqaviləsini özüm pul taparam qoyaram.” Niyə dedi çünki “cavansız, sabah ortada kimlərsə söz aparıb gətirər, başqa bir nüanslar olmasın deyənə.” Mən atamla küsdüm də özü bilir kişi. Mən özümü bağışlaya bilmədim ki, atam niyə barışıq elan elədi. O vaxtıydı. Araz: Niyə? Ölümünə vurmuşdum səni? Öldürmək məqsədim var idi ... /// Dilsuz: O vaxt barışığa gedərdik ki, Araz deyərdi ki, qardaş içkiliydim qurban olum, söyüşü yeməməyə görə elədim. Nəysə dalını getməyək /// Araz: Aəə onu mən sənin lobuva da deməsəm, onu mən sabahı sənə dedizdirmişəm biləsən. Demisən İlkin? Ona. Sonra səni bakavoyda vurmaq istəyirdim. Prosta ... Dilsuz: Amma sonra da İlkinə, sən zəng vurdun, İlkin gəldi ki, uy blya *** bunun içini vuran qalıb qıraqda, vurulan qalıb qıraqda hansı qəh***di blya gedib mənim sözümü kiməsə-necəsə çatdırır. Araz: Yo İlkinə deməmişəm q***bə sözünü. Dilsuz: İlkin yox e, İlkin deyir ki, hansı qəh***di burdan söz daşıyır. Burdan söz daşıyan hansı qəh***di. Vuran qalıb qırsaqda, vurulan qalıb qıraqda məni deyirlər. Ki, Arazın danışdığını niyə gedib demisən, niyə demisən. İlkin: Yox e, o “bakavoy” söhbəti gördüm ictimailəşir. Hərə bir tərəfdən düşüb üstümə. Dilsuz: Mən də İlkinə dedim ki, İlkin mənim buda tək şahidim sənsən. Araz burda belə danır. İlkin: Bilmirsən nədi, yəni imenni bu böyrünə vurmaq söhbəti, deyirəm açar vaxtında verilsəydi ... /// Araz: Bu mənim namusuma toxunmayıb, var-yoxumu söyməyib. Nəbilim o orda bu boyda söhbət olub. Sənin özün başın ... /// Dilsuz: Yox, sən mənim kişiliyimi gördün də, telefonda söyüşlər, kişisən, kişi oğlusan da, dedim (səs yazısı dayanmış və bir neçə saniyə sonra davam etmişdir.) Dilsuz: Hara gedirsən. Dedim məşədi uje gecdi. Var-yoxunu s***im mənə deyir, gəlməsən var-yoxunu s***im. Dedi “onda beş dəqiqə yuban gəlirəm.” Dedim məşədi mən öldürməyə getmirəm e, çatdım. Çatanda gördüm sən söyüş söyürsən, Allah haqqı elə bildim məni söyürsən. Girdim içəri, gördüm Elmin durub. Elmirə deyirsən ki, “açarı ver, açarı verməyənin var-yoxunu s***im.” Araz: ... axıra kimi söyməmişəm. Dilsuz: Var-yoxunu s***im açarı ver. Gördüm sən də məni gördün. Gördüm belə durdun sən. Gördüm ki, sənin də fısın yatdı. Mən də dedim ki, bu yaradı da, qaş qanamır /// Anar dedi olar çölə? Dedim niyə olmur ki. Mən gəlmişdim sənlə gö***baş eləməyə, dalaşmağa elə cumardımada?! Mən qorxsaydım səkkiz nəfərin içinə niyə getdim girdim. /// day gördüm sən sakitlədin, Anar da çıxdı dedi qurban olum minək, dedim minək. Mən Anar çıxdım getdim və mən hətta nəyə görə düşündüm ki, sən həmin dəqiqə dalımca gəlməzsən, çünki 10 dəqiqə 15 dəqiqə mən Anarla durub söhbət elədim. Mən də gördüm ki, sən Elminin yanında Elmin açarı vermədi, 15 dəqiqə mən durmuşam orda məşədi gəldi, sən mənə yığanda dedim Araz sabah danışarıq. Araz: Oğraşdı açarı versəydilər belə olmazdı. Dilsuz: Qurana and olsun deyirəm yolda prosta məşədinin yaddaşı yoxdu, yolda məşədiyə dedim ki, qaqa sən öl o gəlib bizi vuracaq. Bu yolda yox aa, deyirəm nə vaxtsa açarı alıb gələcək, maşını aparıb obyektə qoymayaq. Dedi obyektə qoyaq, qayıtdı ki, day o qədər də olmaz. İndi iş orasıdı ki, bu gij***ax ya özünü qoyub gij***axlığa ki, mənim yaddaşım gedib, ya da ki, doğrudan huşu gedibdir. Mən bilirdim ki, sən gəlib vurassan, çünki sənə qayıtdım ki, Araz açarı neynirsən burdayam. Onda elə dalından çıxdı ki, Anar. Dedim Dilsuz. Dedi olar bir dənə bayıra? Dedim hə. Dedi maşında neçə nəfərsiz? Dedim mən düşmən qapısına gəlməmişəm e “talpaynan” gəlim, tək gəlmişəm. Dedi ona görə demirəm, maşına oturmaq istəyirəm, olar? İlkin: Yox e hara aparırsan, gid***lax oturun kabinetdə söhbətinizi eləyin, yoluna qoyun da. Dilsuz: Yox, ... uzatdı ki, bə bu açarı niyə istəyir, mən gəldim bunun qapısı açıq idi. Araz: Sən bilirsən ki, mən ömür boyu sənə elə danışmaram. Uşaq deyilsən ki, sən mənlə elə danışırsan ... /// Dilsuz: Mən sənə düşmənçilik eləməmişəm, qəh***lik eləməmişəm, ya əksinə nəysə. Araz: Deyən adam o sözü deyər də. Dilsuz: Bude, İlkin dedi gəlim? Dedim yox qaqa tək gedirəm. Mən sənə orda qırğına, davaya gəlmirdim ki. Gəldim ki, görəm nə məsələdi /// (səs yazısı dayanmış və bir saniyə sonra davam etmişdir.) Dilsuz: Sən söyüşü yeməməyə görə gəldin /// Araz: Yeməməyə görə sənin bakavoyunu vuracaqdım var-yoxunu s***im. Dilsuz: Mən demirəm ki, bilə-bilə gəldin ortadan ölümünə vurdun yox. Amma iş oldu ki, qurban olum Allaha elə elədi ki, belə oldu. Araz: Belə oldu, bəli. Dilsuz: Çünki sən məni vurub, çıxıb getsəydin mən də düşəcəydim sənin dalınca. Onda bilirsən nə olacaqdı, şouproqram. Ona görə Allah belə elədi ki, sən də getdin s***dirdin qaldın orda, mən də s***dirdim qaldım burda. Onu Allah elədi ki, bu söhbət maşınlara getdi, maşınlara getdi. Amma sən gəlib məni böyürdən vursaydın, fikirləşirsən məni böyürdən gəldin vurdun getdin, elə mən də oturacaqdım ki, şükür Allaha böyrüm getdi. Mən sənin dalınca gələcəydim. Orda nə şouproqram düşəcəydi, nə söyüşlər olacaqdı, nə əl-qol atacaqadız, nə olacaqdı onu bir Allah bilir. Onu Allah aldı qabağımızı. Allah aldı ki, elə bil ki, mən bunun g***ünü dağıtmışdım /// Araz: Dilsuz səs yazılır? Dilsuz: Sən öl heç nəyim yoxdur. Nə səs yazım var, nə bir şeyim var. Bax onsuz sənin, onsuz da qaqa sən burda mənə desən də, deməsən də mən sənə ona deməmişəm ki, etiraf eləyəsən-etiraf eləməyəsən. Onsuz da gec-tez etiraf olunacaq. Mənə bir dənə abidnıy o gəlir ki, İlkin gəlir misal üçün deyir qaqa Araz deyir ki, mən pul verməliydim. Deyirəm İlkin onda mən q***əyəm də, bu insan yıxılıb, bu insana şər atıram. Mahir gəlir. O gün İlhamla dalaşdım mən ki, dedim sən o sözlə nə demək istəyirsən. Demək istəyirsən ki, onda Araz düzdü mən q***bə kimi bu vəziyyətdən çıxmaqdan ötəri /// Araz: ... mən səhv eləmişəm. Sənə orda deyən olub onu? Dilsuz: Yox, Talehə dünən dedim, sən dedim məni tanıyırsan da 40 ildir deyirsən. Sənlə dedim Araz, dedi var-yoxuna lənət Araz məndən ehtiyat eləyir, mənlə heç nə danışmır, mənə deyir ki, mən pul verməyə gedirdim. Amma prosto Talehi dünən s***lədim, Taleh mənə səhər səs yazıb qoydu ki /// ... Araz: Mən yenə İlkinlə gələndə də dedim ki, dedim İlkin, Dilsuz mənim namusuma da toxunmayıb, mənə var-yox söyüşü söyməmişdik bir-birimizə ki, bu şeyi gətirib bu yerə çıxardaq. Dilsuz: Onun da səbəbkarı mənəm Allah haqqı, Allah haqqı mən uddum yolda. İlkinə mən dedim ki, İlkin mən həyatı boyu mənim kimi ağızdan ... insan nəyə görə sakit durdum, o sürətdə abarotka vermədim, hələ də bilmirəm. Araz: Sənin özünə söyməmişəm ax mən. Dilsuz: Yox, sən deyəndə ki, səni belə-belə eləyəcəm mən deyərdim eləməyənin mən də s***im. Onda uje başqa şey olardı, deyərdin səni də s***im, bunu da s***im. Bax ora girəndə də mən sənə o şəraiti yaratsaydım, sən əl atsaydın deyərdim ə, sən söyüş söymüşdün elə görüm. Deyərdin ki, mən içkiliydim bilmirdim, uje burda bildin də. Amma niyə hərəkəti elədin. Gördün mən necə gəldim “kulturna”. Araz: Qulaq as qaqa. Biz nə düşmənik, nə də düşmən g***tünü cırmaqla da indidən belə düşmən olmayacıq. Dilsuz: Sənin sözün, o sözü deməyin mənə ləzzət eləmir axı ki, ona denən ki, söyüş söymək, birdən mənə söyüş söyər, eşitmişəm /// Araz: Yox, mənə atan dedi ki, məhkəmədə belə bir söyüş söyəcəm. Dilsuz: Yox, məhkəmə ... mən onu ona görə dedim ki, sən biri var ki, vurmusan kişi kimi deyirsən ki, qaqaş mən nə qanundan qorxuram nə bu birisindən qorxuram, vurmuşam söyüşü yemirəm. S***ərəm səni də ki, mənim ünvanıma /// bəli, sən deyirsən ki, misal üçün mən söyüş söyməmişəm telefonda, nə də ki ... mən də deyirəm ki, qardaş yaxşı, sən məni qəsdən vurmamısan, nə də telefonda mənə söyüş söyməmisən. Araz: Telefonda söyməmişəm mən səni. Dilsuz: Yox məni yox e, yəni səni belə eləyəcəyimi deyəni dananı, telefonda və qəsdən gəlib o söyüşü yeməməyə görə vuranı. Sən deyirsən ki, yox onu eləməmişəm. Mən də deyirəm ki, yaxşı bugünkü gün sən qanundan çəkindinsə ki, qanunda misalçun qəsd sözü olmasın ki, mən qəsdən vurmuşam. Bə sənin yanında olan beş dənə oğlan Anardı, Elmirdi, Dadaşdı nə bilim o birisi bilmirəm. Onların yanında beş aydan sonra necə baxarsan. Deyəcək qaqa oldu keçdi də, Dilsuzu vurdun, s***in, dağıtdın, pulunu verdin, vermədin, məhkəməyə qaldı, bu qaldı o öz yerində. Söyüş söydün, bə Dima da, qorxmursan ki, iki dənə oğlanın yanında oturar deyər ki, məni qəsdən vurub dananın beləbelə. Onda nətər olacaq?! Bax onda gəlib düşmənçiliyə çıxacaq. Araz: Mən onda sənə sözümü dedim. Sözümü sənə, sabah səhər-səhər İlkin demişdi. Sabahı. Dilsuz: Yoo, İlkin də səhərisi gün gəldi ki, “mən demirəm elə”. Araz: ... İlkinin üstünə çox düşdülər. O sözün üstünə çox düşdülər. Dilsuz: Mən günü bu gün də onsuz, mənim tək şahidim İlkindi. Belə baxma, mən İlkinlə axıra qədər gedəcəyəm. İlkin istəyir izahatını versin, istəyir verməsin. Araz: Sənin orda şahid də olsa, mahid də olsa, qəsdən də vurmuş sübut elətdirsən, on dənə yalançı şahidlə, doğurçu şahidlə də Dilsuz, mənim srokum yoxdu. Mənim pulumu xərclətmə ona-buna. Gəl o *** qoy /// Dilsuz: Sənə dedilər də, sənə papam dedi də. Araz: Yüz min dollarım var mənim Dilsuz? ... nətər verim. Dilsuz: Mahirə dedim də. Mahirə dedim də. Dedim yüz min dollar deyil ?! Yüz min dolları versin maşını mənim. Yüz min dolları bu dəqiqə verməsin, razıyam. Amma mən Arazla konrtakta-montrakta getmirəm. Gəlməmisən söhbət eləməyə? Deyirəm onda nə s***irsən mənim yanımda. Araz: O niyə s***irir burda?! Sabah sənin İlkinlə aranızda iraq-iraq nəsə problem olsa, mən gəlib İlkinə deyərəm ki, qulaq as /// Dilsuz: Elə olmaz. Otuzdurar ikisini də, canı yanan oğlan. İkisini də otuzdurar bura İlkini də Arazı da otuzdurar. Deyər bir dəqiqə baxın, mən polis-molis hərləmirəm. Bugünkü hərəkət sabah mənə də ola bilər. İlkin, kişi kimi denən, s***ərəm sənin ağzını səhv desən, Araz sən də həmçinin. Olub? Vurmusan? Bomba kimi. Bizim burda söhbətimizə kimsə şahidlik edə bilməz. Olub? İlkin səndən artıq dərəcədə xahiş eləyirəm kişi kimi boynuna alır da. Yox düşmənçiliyin varsa, düşmənçilik polislə olmur. Get polisdən işini götür. Get Arazla dur axıra kimi, durmasan q***bəsən. Araz deyir ki, qaqaş mən vurmuşam söyüşü yeməməyə görə. Qardaş istəyirən məni tutdur, nə eləyirsən elə mən vurmuşam. Sabah si***ərəm səni İlkin mənim ünvanıma söyüş söydürəsən. Amma Araz deyir ki, yox, uşaqlar deyir ki, mən pul verməyə gedirdim. Onda nə qalır, İlkin qə***bə qalır da ortada. Araz: Onu bilirsən niyə deyirlər? Dilsuz: Qalır yoxsa yox İlkin ? Araz: Qulaq as, qulaq as. Onu sənə hamı gəlir deyir ki, dillənməyəsən. Dilsuz: Allah haqqı mənə heç bir oğlan demir. Heç bir oğlan gəlib mənə demir. Mən həm də məşədiyə dedim, dedim məşədi sən öl mən 180 minin üstündən xətt çəkərdim Araz mənə deyərdi ki, qardaş söyüşü yeməməyə görə vurmuşam, oğlanıq, kişiyik. Sabah sənin də /// Araz: O sənə deyilib. Dilsuz: Allaha and olsun heç biri deməyib. İlkin: Nəysə də, nəysə. Dilsuz: Heç bir oğlan deməyib, İlkin dedi, İlkin də səhərisi gün ... qaçdı getdi, küsdü. Araz: O sözü sənə mən deyəcəkdim Dilsuz. Mən o izahatı gördüm Dilsuz. Dilsuz: İzahata bir dənə bax. Araz: Rövşənin izahatını gördüm mən ... Rövşən bilirsən nə izahat verib? Dilsuz: O boş şeydi. İstintaq başlayanda təzədən yazılır. O material toplanasıdı. Araz bax sən bura gəlmisən düzdü? Bax burdan çıxırsan, İlkinin maşınıyla gəlirəm daldan sizin üstünüzdən vururam. Sonra deyirəm ki, var-yoxunu s***im elə mən evimə gedirdim bu gij***ax maşının tormozu tutmadı. İnanarsan? Buna özünü inandıra bilərsən? Kişiliydən danışıram e mən. Araz: ... mən səni servisə aparmışdım yadındadı? Kağızlar da durur telefonda. Mersedesdəydi ... sənə atıblar. Karobka dəyişməlidi, nə dəyişməlidi, apornular yonulmalıdı, nakladkaların hamısı dəyişməlidi, bir o. Bir də ... yanında video çıxıb. Görüşürük sən Anarla gedirsən, mən də Elminlə girirəm qol-qola, Elmin qoluma girir çəkir qırağa... Birdə ki, Dilsuz başına dönüm sənin, luboy bir avtoqəza bahalı maşın əzilə ... yiyəsi o iddia irəli sürür. Yəni itoaq mən sənə fakt ... Dilsuz: Yox nə veriləcək, nə verilməyəcək nu qanun bilir. Mən vermirəm. Amma yenə deyirəm Araz biri var ki, sən doğrudan da biz yolda sürərdik ya təsadüfən olardı. Mən bugünkü gün sənin boynuna şər atsaydım, ən azından İlkin o birisi gün gələrdi deyərdi ki, ay gij***ax bu gün namaz əhlisən, sən kimisə şərləyirsən kişiliyin olsun. Yəni İlkin bilir ki, mən kiminsə bircə manatına ehtiyacım olmayıb. Sən özün məni az tanıyırsan? Və yaxud da, amma mənə yer eləyən odu ki, hamı gəlib mənə deyir ki, qaqa yükləyirsən uşağı. Araz: Yükləyirsən niyə deyir, yəni ki, onun darta bilmədiyi yükü verirsən. Dilsuz: Mən də dediyim kimi darta bilmədiyi yükü verirsən, qardaş bu insan gətirdi mənə ziyan vurdu. Gətirdin mənim qabağıma qoydun ki, ala, 50 min-60 min, 40 mini də sonra verəcəm, maşın da sənin öz xoşun, istəyirsən satarsan, istəyirsən köməklik eləyib yığdıraram, mən sənə şey eləmədim? Keçmədim? Araz: O gün məni Mahirlə mikrofona qoyanda niyə 60 min dollar yox, dedin 100 min. Dilsuz: 60 min dollara nə dedi Mahir. Araz: Dedin yox e mənə gəlsin 100 min dollar versin. Dilsuz: Nə dedi mənə? Dedi 60 min dollar verirəm, getsin polisdən şikayətini götürsün, tər-təmiz olsun, 3 ay-5 aydan sonra mən ona pul verəcəm. Araz: Yox. Dilsuz: Bax o işığa and olsun. Araz: 3 ay-5 ay dedim mənə vaxt versin, 20 min-25 min düzəldib verirəm. Dilsuz mənim bu xəstəlik ... bax o gün var aa, əmioğlu Allahımıza and olsun. Maşını aparmışdım, aparırdım servisə, Mersedes servisə, 40 min manat servisə xərc çıxacaqdı?! mən onu 10 min manata düzəltdirə bildim, 30 min burdan qabağam. 5 min bura alacaqdı?! 3 min Rövşənə alacaqdım?! 5 min icbari alacaqdım?! 60 min elədi ?! Nəqədər dollar eləyir, 40 min dollar. 100 min dollar da qoyacaqdım da üstünə, satacaqdım. Satacaqdım servisdən çıxan kimi. ... Başlığı deyil 12 min dollar?! 12 min dollar, 8 min dollar da üstünə ... evimi satacaqdım. Dilsuz: Sənin sözünü gəlib deyən oğlan, mən onlara dedim. Dedim ... /// İlkin: ... yoxsa sən görəcəydin ki, şikayət gedir ... hə uje vsyo ... Araz: Şikayət gedəndən sonra əlimdə idi də o pullar hamısı mənim ... aformit olunmurdu da ... Dilsuz: Araz sənin maşının lizinqdədi.Sənin kaskon lizinqə verəcək, sənə verməyəcək. Araz: Lizinqə s***imi yeyir verir. Dilsuz: Niyə ki, lizinq sənə pul verir. Araz: Lizinq bilirsən orda nətər şərtdi? Lizinq deyir ki, bax qardaş apar sığortaya, nə qədər yazacağam, 40 min manat. Ala maşını apar, pulu istəmirik, pul sənindi. Üç ay da kredit problemi var. Ala 40 min manat bu cieli ideal vəziyyətdə elə, təmir elə. Klient düşərsə baxaq 40 minə okey verək get 40 minini götür. Ya da deyir maşını düzəltdirib verirsənsə 45 alacıq sığortadan maşını düzəltdirəcik verəcik sənə. Dilsuz: O nüansları sən fikirləşməliydin. Araz: ... Dilsuz: Burda danışdıq. Bax bir dənə gözlə də. Burda danışdın papamnan. Sən axşamı papama yığardın /// Rövşənə bilirsən /// Bir kəlmə, bir dənə söz deyirəm. Papama yığardın ki, Heydər əmi biz sənlə danışdıq, gözəl, sabah 10-da biz sənlə getməliyik notariusa. Amma Heydər əmi burda bir nüans çıxdı. Heydər əmi deyir nə nüans çıxdı. Bəs Dilsuzun orda şikayəti var. Papam deyir o olmalıdı idi də. Deyirəm gedək notariusda qol çək, mən səhərisi günü o şikayəti geri götürməsəm on dənə oğlanın içində deyərdin ki, Heydər əmi mənə variant işlətdi. Sən Heydər əmiyə neynəməlisən. Səndən getsin şikayəti götürsün dala ortada bir şey yox. Səhərisi gün denən ki, ay Heydər əmi ağlına var idi çəkməzdin. Sən həmin gün dedin ki, mən burdan dururam gedirəm pulu göndərirəm. Həmin günü üç gün-dörd gün sonra Talehi yığdım, Taleh deyir mən filan yerdən götürürəm, filan yerdən götürürəm, qapı-qapı yığıram. Taleh gətirdi 1800 dollar bir verdi, 2040 manat bir verdi. Dedim bə yaxşı Arazın sözünü mənə deyirsiz ki, Araz deyir üstümdəydi pul verəcəydim. Deyir hə, mənə də maraqlı qaldı. Dedim bəs nətər oğlansız on dənə oğlan oturub söhbət eləyə bilmir, məsəl üçün Anarıdı, Elmiridi ... Araz: Yığım Anara desə ki, pulu mən yeznəmdən alıb gətirdim sənə, onda nətər olacaq Dilsuz? Dilsuz: Nəyi? Araz: Vatsapda da yazmamısan. Dilsuz: Nəyi ee? Araz: 3 min dolları, həmin gecə Dilsuz: Həmin gecə səhərisi gəlmişdin niyə vermədin? Araz: Səhərisi günü cibimdə 3 min dollarla gələcəkdim burda? Dilsuz: Yaxşı ondan üç gün sonra niyə ... /// Araz: Sən niyə üç gün sonra /// gəldim, sabahısı Taleh dalınca gəlmədi, birsigün pulu verim də. Dollar dalınca getmişdim ora... dolları... İlkin: Görürsən. Araz: S***imi yeyir, s***imi yeyir mənim. (Bu anda görüş iştirakçılarının bir neçəsi eyni anda söhbət etdikləri üçün deyilən sözlərin cümlədaxili mahiyyətini anlamaq mümkün olmamışdır.) Dilsuz: Sənlə düşmənçiliyim o vaxt olardı ki, sən deyərdin ki, vurmuşam, zor s**mişəm. G***tdü oğlansan get işini polisdən çək mənlə dadiba get. Deyərdim ki, bax bu insan deyir... Araz: Mənim nə boyda boyum var ki, Dilsuz neujeli g***ün çatmır, Dilsuz mənlə düşmənçiliyin var ?! G***tün çatır gəl qoy məni maşına apar qəbiristanlıqda beşini sən mənə vur, birini mən sənə leşimi at. Mən də sənə deyim kişidi ... Dilsuz: Maşınıma görə? Araz: Maşınıva görə yox. Dilsuz: Sən mənə gəlib demədin axı vurmuşam, bəli qəsdən vurmuşam. (səs yazısı dayanmış və bir saniyə sonra davam etmişdir.) Araz: A kişi mənim üçün bilirsən nə idi ?! Gəlim burda bir dənə ... “tak”, taqqıldadım. ... pulları çırpam üzüvə, çıxam gedəm ki ... tezdəndən dirənməz /// gij*** Dilsuz: Niyə? Qə***əlik eləmişdim sənə? Gəldim ki, Araz bu nə danışıqdı mənlə danışırsan. Araz: Sən yazdın mənə ki, çatdır da bu gün. Nətər yazmışam. Allaha şükür burdadı da. Gəl bura İkin. De, de buradadı gör nə yazdım. Gəl bura İlkin. Bir dənə gözlə Arazın nömrəsini tapım. ... yazdım yenə oxudu cavab vermədi. Yazdım ki, bu gün gətir bağla, daha bu söhbəti bağlayaq. Daha mən bezdim, hər gün sabah, sabah, sabah sözünü eşitməkdən. Araz girdi cavab yazmadı. Bax, Allaha şükür ki... Araz: Guya o səsi mən nə vaxt atmışam. Onda yer səs-küylü idi. Dilsuz: Sən mənə bir kəlmə atardın ki, qaqa yeyib-içirəm deyənə s***mə beynimi yaza bilmirəm. Amma sən onlaynsan. Araz: Sən mənə yazmısan on ikiyə qalmış. Dilsuz: Yox e sənə mən görə neçədə yazmışam. Araz: İkiyə beş dəqiqə işləmiş yazdım ki, bu gün qıraqdayam, aralıdayam. Sabah ... o pulu göndərəcəm sənə, yaxşı qaqaş ... Dilsuz: Sənə deyirəm aa Araz: Mənə zəng eləyirdin də ... zəng eləyirdin. Dilsuz: Hə də yaxşı zəng vurdum, götür telefonu adboy verirsən. Dedim yerini mənə de. Sonra dedin ki, mənim yerimi deyirsən, gəl ağzını s***im filan yerdəyəm Dadaşın yanındayam. Araz: Sən mənə gecəylə yazırasan ki /// Dilsuz: Mən sənə gecəylə yazıram? Neçə gündü sən mənə pul verməliydin Araz? Araz: Dollar tapa bilmirdim də gij***ax. Dilsuz: ...mənə şəkil atmışdın ki... mən sənin dalınca... nə də ki, mən girib ora sənin dostlarının yanında, sənin yanında, dostlarının yanında sənə əl atıb, söyüş söysəydim deyərdin ay gij***ax gəldin bura dostlarımın yanında ləzzət eləmədi mənə sən nə bilirsən o stolda oturan oğlan kimlərdi. Gördün ki, bir kəlmə də demədim. Bir dənə deyəndə ki, maşının açarını ver, dedim neynirsən açarı burdayam. Anar çıxdı. Dilsuz: Girdim neylədim sənə? Araz: Yoldaşsan, biri od olanda, biri köz olar. Dilsuz: Elədim də, sənin söyüşünün qabağında abratka vermədim. Araz: Gəlmə dəə g***ıllax. Dilsuz: Abratka vermədim. Dedim həm söyüş yeyərsən, ya da qayıdıb mənim ünvanıma söyərsən. Ondan sonra /// Araz: Gəlirdin ki ora gəlim səni vurmayım söyüş söyüm? Dilsuz: Mənim niyyətim o idi sənlə oturam maşına beş dəqiqə deyim Anar/// Araz: Dilsuz olar ? ... /// Dilsuz: Amma məni Anar orda səhv elədi çıxartdı. Anar məni çıxartdı və avariyadan sonra Anara dedim ki, Anar sən məni çıxartdın ki, dal /// qayıtdı ki, qaqa mənim ünvanıma söyüş söymə mən kişiyəm. O bir dənə kostyumlu uşaq var e sənlə gələn, hələ orda gəlib papama deyir ki, aaa Araz deyil ee, dedim gəlib səni s***ərəm burda matışkalıq eləmə. Sonra gəldi ki, bağışla qaqa vAllah bilmədim. Dedim bilmədin şeyə niyə gedib girirsən ortaya. Ora Anar gəldi. Anar dedi ki, qaqa mən kişiyəm, sənlə nə söhbət eləmişəm ömrümün axıra kimi danmıram onu, içkilidi nədi söyüş söyməyəydi. Dedim yaxşı. Mən ona görə Anarın Elminin ünvanına bir kəlmə söyüş söyməmişəm. Demişəm ki, Elminnən Anara /// Araz: Dayanan yerdə məni niyə söyürdün? Məleykənin yanında Dilsuz: Sənə nə dedim, dedim qurban olum otura maşına /// gözlə bir dəqiqə, dədəm səni ... otur s***dir get sabah səninlə ... Araz: Mən getmişdim. 3 dənə-4 dənə oğlan yığılmışdı başına danışırdın. Niyə orda söyüş söyürdün? Dilsuz: Mən söyüş söyməmişəm. Araz: Allah haqqı üç dəfə söymüsən. Dilsuz: Mən sənin özünə söydüm. Araz:... dedi ki, sən saqqallı oğlanın maşınını vurmusan? Dedim hə. Dedi söyüş söyür. Dilsuz: Sənin dostların ... biri mənə deyərdi ki, gij***ax niyə söyüş söyürsən. Araz: Orda dost görür axı sənin maşının qəza olub ... axı. Gij***ax mən sənə demişəm Dilsuz səni belə-belə olasan. Dilsuz: Kişi işi deyil arxadan elə vəziyyətdə vurasan. Onu Allah elədi ki, sən məni vurub keçmədin. Vurub keçsəydin, mən də sənin dalınca, durmayacaqdım ki, mən də gəlib səni ortadan qoyacaqdım. Ya düşüb bir-birimə soxacaqdıq ... ondan sonra bilirsən nə olacaqdı. Ya bu gün sənin qırxın idi, yə mənim qırxım idi. Onu Allah elədi. İstintaq hərəkətinin iştirakçısı olan Zərərçəkmiş şəxs2 əlavə olaraq göstərmişdir ki, səs yazılarında “Dima” kimi göstərilən şəxs o özüdür. Belə ki, dostları və tanışları onu “Dima” ləqəbi ilə çağırırlar. Bundan başqa o göstərmişdir ki, səs parçalarında “məşədi” kimi qeyd edilən şəxs isə dostu Zərərçəkmiş şəxs3dur. Rövşən Məşhəd şəhərində ziyarətdə olduğu üçün dostları və tanışları onu “məşədi” deyərək çağırırlar. (İİ cild i.v. 50- 65) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsi tərəfindən 17 dekabr 2022-ci il tarixdə tərtib edilən aktdan görünür ki, Bakı şəhəri Nizami rayonu Babək prospekti “Embawood” adlı mağazanın qarşısında quraşdırılmış svetofor baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yararsız hala salınmışdır. Svetofora texniki baxış keçirilərək 5008,25 manat məbləğində maddi ziyanın vurulması müəyyən edilmişdir. (İİ cild i.v. 80-81) - 28 mart 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 istintaq orqanına təqdim etdiyi 01 ədəd “CD-R” diskə müstəntiq tərəfindən həmin zərərçəkmiş şəxsin və nümayəndəsi Nümayəndə3 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, təqdim edilən “CD-R” diskin yaddaşında 01 ədəd “WhatsApp Audio 2023-03-18 at 15.01.21” adlı, MP4 formatlı, 3,90 MB yaddaş həcmli və 08 dəqiqə 26 saniyə ərzində davam edən bir ədəd səs yazısı faylı mövcuddur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 17 dekabr 2022-ci il tarixli hadisədən sonra baş tutmuş görüş zamanı Təqsirləndirilən şəxs onun avtomobilini qəsdən və qərəzli olaraq zədələməsini həm açıq-aşkar, həm də dolayı şəkildə hamının yanında etiraf etmiş olsa da, həmin görüşdən bir neçə gün sonra Araz başqa bəhanələrlə ona zəng edib danışıq zamanı söz arasında əvvəl dediklərini də təkzib və təhrif etməyə, öz maraqlarına uyğun şəkildə danışmağa çalışmışdır. Ona görə də bu halların gələcəkdə özünə qarşı istifadə olunmaması üçün Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla arasında aparılmış danışığı qeydə alaraq tədqiq olunması üçün istintaq orqanına təqdim etmişdir. Təqdim olunmuş səs yazısı barəsində müfəssəl dinləmə aparıldıqdan sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs2 zəng edərək sifariş verilən “GL” markalı avtomobilin, borc məsələsinin, onların arasındakı digər mübahisəli hadisəyə aidiyyətinin olmadığını bildirmiş, onu menecerlə danışdıracağını və gömrük orqanının həyətində avtomobili ona təhvil verəcəyini vəd edərək, ürəyində cüzi belə olsa buna şübhəsinin qalmamasını ona demişdir. Bundan başqa aralarında baş vermiş münaqişənin faktiki halları ilə bağlı yalan danışan şəxslərin (Anar və Elmin) ünvanına söyüş söyəcəyi barədə Zərərçəkmiş şəxs2 söz göndərməsinə irad bildirən Təqsirləndirilən şəxs danışıq zamanı həmin söyüş məsələsinin bağlanmasını və bir daha təkrarlanmamasını xahiş edərək əks halda qan düşəcəyini deyib bu hallara aydınlıq gətirilməsi üçün Anar və Elmirin iştirakı ilə birlikdə görüşməyi təklif etmişdir. Eyni söhbətin davamında avtomobilinin qəsdən vurulması mövzusunda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs təkrarən dediyi sözlər ilk əvvəl sonuncu tərəfindən qəti təkzib və ya inkarla qarşılanmayaraq “sənə sözümü demişəm”, “sənə nə lazım idisə mən hamısını demişəm”, “İlkin də sənə vaxtında deyib sözümü” ifadələri ilə cavablandırılsa da, bir qədər sonra guya hadisə anında avtomobilləri arasında cəmi 1 metr məsafə qalarkən qarşısındakı avtomobilin Zərərçəkmiş şəxs2 məxsus avtomobil olmasını gördüyünü bildirmişdir. (İİ cild i.v. 130-131) - 28 mart 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 istintaq orqanına təqdim etdiyi 02 ədəd “CD-R” diskə müstəntiq tərəfindən həmin zərərçəkmiş şəxsin və nümayəndəsi Nümayəndə3 iştirakları ilə baxış keçirilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 göstərmişdir ki, qeyd edilən “CD-R” disklərdə yerləşən səs parçaları 17 dekabr 2022-ci il tarixdə avtomobili Təqsirləndirilən şəxs tərəfindən qəsdən zədələndikdən sonra hadisənin həqiqi mahiyyəti və faktiki hallar barədə məlumatlı olan, lakin sonradan müəyyən maraqları səbəbindən həqiqəti polisdən gizlətməyə çalışan dostları Zərərçəkmiş şəxs3 və Şahid6 ilə apardığı danışıqlardan ibarətdir. Səs parçaları barədə dinləmə aparılarkən Zərərçəkmiş şəxs2 səsləri qeydə alınmış tanıdığı şəxslərin adlarını göstərdiyi üçün bu barədə protokolda dəqiq qeydiyyat aparılmışdır. Qeyd: Diktorların nalayiq ifadələri “***” işarəsi ilə protokolda göstərilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, üzərində qara rəngli qələmlə, əlyazma üsulu ilə “İLKİN ETİRAF” yazısı olan birinci “CD-R” diskdə Zərərçəkmiş şəxs2la Şahid6 apardığı danışıqlara aid 06 ədəd səs yazısı faylları mövcuddur. “CD-R” diskə baxış zamanı müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar aşağıdakı kimi olmuşdur: Səs yazısından görünür ki, Şahid6 iştirak etdiyi görüş zamanı: “Elmin trezvıy olsa idi Araza açar verməzdi” ifadəsini işlətmiş, hadisə günü Təqsirləndirilən şəxs başqa maşınla restorandan getmək təklif olunsa da, Arazın özünün təkid edib öz avtomobilini istədiyini, Arazın Babək prospekti boyunca çox yüksək sürətlə hərəkətdə olmasını göstərmişdir. Səs yazısından görünür ki, Zərərçəkmiş şəxs2 məxsus avtomobil Təqsirləndirilən şəxs tərəfindən zədələndikdən sonrakı ərəfələrdə həqiqətən də Arazla apardığı danışıq zamanı Arazın “bakavoydan vurmaq” ifadəsini işlətməsini Şahid6 söhbət zamanı etiraf etmiş, sonradan isə “hamı onun üstünə düşdüyü üçün” həmin ifadənin işlədilməsini təkzib etmişdir. Baxış zamanı müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 təkidindən sonra İlkin qeyd edilən məsələni yalnız öz aralarında etiraf edə biləcəyini göstərmişdir. Danışıq zamanı Təqsirləndirilən şəxs “bakavoydan vurmaq” ifadəsinin müzakirəsi aparılarkən Şahid6 avtomobilin açarının vaxtında Təqsirləndirilən şəxs veriləcəyi halda “heç olmasa bir dənə belə böyrünə sürtərdi” deməklə bir daha hadisənin Araz tərəfindən qəsdən törədilməsini və Arazın bu fikrinin əvvəlcədən olmasını həqiqətən də hadisədən sonra İlkinə bildirməsini təsdiq etmişdir. Danışıq zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 telefonda mübahisə etdikdən və münaqişə ilə bağlı görüşdükdən, habelə Dilsuz görüş yerini tərk etdikdən sonra İlkin özü də oraya gedərək Arazla görüşmüşdür. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 avtomobilini “bakavoydan” vurmaq istəməsi barədə Şahid6 danışdıqdan və sonuncu da öz növbəsində bu məsələni digər şəxslərə dedikdən sonra həmin adamlar İlkinə “pis gözlə” baxmağa başlamış, qarşılaşdığı münasibət İlkinə xoş gəlmədiyi üçün dediklərindən dönməyə qərar vermişdir. Səs yazısı zamanı İlkin də təsdiq etmişdir ki, Araz telefonla Dilsuza zəng edərək “var-yoxunu si***m bura gəlməsən, sənin üstündən keçməyən belə-belə olsun” ifadələrini işlətmişdir. İlkin bütün bunlardan xəbərdar olduğunu sadəcə dustağının olmaması üçün, ünvanına söyüşlərin söyülməməsi üçün bunları başqa yerdə demədəyini etiraf etmişdir. Səs yazısından görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla görüşüb restorandan çıxdıqdan və “məşədi” ləqəbli Zərərçəkmiş şəxs3 da götürüb birlikdə yolda hərəkətdə olan zaman İlkin telefonla Rövşənə zəng etmiş və Arazın onları təqib etdiyini xəbərdarlıq edərək: “Maşınınızı vurar, bir yerdə saxlayın maşını. Çıxdı bu burdan” ifadələrini işlətmişdir. Şahid6 özü səs yazısında həmin halları könüllü etiraf edib, Rövşənlə arasında bu telefon danışığının həqiqətən də baş tutmasını Allaha and içərək təsdiq etmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, üzərində qara rəngli qələmlə, əlyazma üsulu ilə “ROVŞƏN ETİRAF” yazısı olan digər (ikinci) “CD-R” diskdə isə Zərərçəkmiş şəxs2la Zərərçəkmiş şəxs3 apardığı danışıqlara aid 08 ədəd səs yazısı faylları mövcuddur. Həmin “CD-R” diskə baxış zamanı müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar aşağıdakı kimi olmuşdur: Dilsuz: Elmin sənin yanında nə dedi? Dedi ki, mənə dedi ki, bu açarı verməsə gedib qarajdan götürüb onsuz da vuracam. Elmin hər şeyi dedi. Hər şeydən xəbərdarsan da sən? Rövşən: Hə dedi, hə. Dilsuz: Hə. Dedi də bunu da. İndi bunu da bilirsən ki, bu nədi. Rövşən: Belə deyir, sonra belə deyir. Zərərçəkmiş şəxs2la danışıq zamanı Zərərçəkmiş şəxs3 Bakı şəhəri Nizami rayon polis idarəsində izahat verdikdən sonra öz adından həmin polis orqanına teleqram (ərizə) ünvanlandığını, həmin teleqramdan xəbərinin belə olmadığını, öz adından ərizə yazmağa vəkilə icazə vermədiyini, həmin sənədi özünün yazmadığını, bu məsələni Arazın özü ilə görüşüb müzakirə etdiyini, birinci dəfə Nizami RPİ-də verdiyi izahatı oxuduğunu etiraf etmişdir. Zərərçəkmiş şəxs2la danışıq zamanı Zərərçəkmiş şəxs3 Arazla danışaraq hər şeyi etiraf etməsini ona təklif etdiyini, özünün bu məsələdə neytral qalmaq istədiyini bildirmiş, Arazla iş gördüyünü, çörək kəsdiyini, alverinin olduğunu, evinə gedib-gəldiyini, ona görə də arada pis vəziyyətdə qalmaq istəmədiyini demişdir. Həmçinin gələcəkdə izahat verəcəyi, şahidlik edəcəyi, bununla da Təqsirləndirilən şəxs tutduracağı halda başqalarının yanında “opravdaniya” verə bilməyəcəyini, onsuz da bunun Araza sübut edilməsinin mümkün olmamasını göstərmişdir. Rövşən: Mən olanı danmıram ki, necə var deyirəm də. Özüvə gəlib deyib bilmirsən? Dilsuz: Bilmirəm. Bəs sizi deyir. Bəs siz bilmirsiz deyir? Vurduğunu danır. Qə***lik eləyir danır. Rövşən: Öz aramızda hər şeyi bilirik də. Dilsuz: Bəs sizin yoldaşılığınız, dostluğunuz bura kimidi? X22 üstün tutursunuz da. Rövşə: Yoo. Dilsuz: Araz dediyini danır. Rövşən: Mən onunla çörək kəsib iş işləmişəm. Mənim ora yazmağım düz gəlmir. Rövşən: Sənin haqqın var abijenni düşmək. Çünki sənə etirafı birinci o elədi. Dedi sənə danışdı. Hamısını etiraf elədi. Heç mən bilmədiklərimi o dedi sənə. Dilsuz: Papam niyə küsüb səndən. Deyir məşədiyə sual verirəm ki, məşədi sən bilmirsən ki, bu oğraş qəsdən vurubdu? Deyir deyir ki, “yox Heydər əmi bilmirəm”. Rövşən: Yox e dedi ki, deyib sənə? Dedim ki, mənə deməyib də. Dilsuz: Yox e dedi sən indi bilmirsən? Polisin sualını sənə verdi. Deyir bilmirsən qəsdən vurubdu? Deyirsən ki, “yo bilmirəm”. Ondan lap dəli oldu ki, “noldu ə bu, mən də polisəm? Məndən də çəkinir?” Rövşən: Açığı mən fikirləşdim ki, kimsə olar yanında.Telefonla danışırdı mənimlə. Ona görə şey eləmədim. Səs yazısından görünür ki, Zərərçəkmiş şəxs3 hadisə ilə bağlı Nizami rayon polis idarəsində ilk dəfə verdiyi izahatı dəyişdikdən sonra Zərərçəkmiş şəxs2 atası Şahid2la telefonda danışdığı zaman, sonuncu ona irad tutaraq Dilsuzla dostluğunu 30000 pula satdığını demişdir. O isə dostunu pula satmadığını, pula tüpürdüyünü, sadəcə adının bədnam çıxacağını, adının “işverən”, “üzəduran” çıxacağından ehtiyat etdiyini bildirmişdir. Səs yazısından görünür ki, hadisədə haqsız olan Təqsirləndirilən şəxs tərəfinin saxlanması ilə bağlı davam edən söhbətdə Zərərçəkmiş şəxs3 danışıq zamanı Arazdan “haqq-hesabını” geri almaq mövzusunu açanda Zərərçəkmiş şəxs2 cavab olaraq bəs dostunu 30000 pula satmadığı barədə bir qədər əvvəl danışdığını yadına salaraq demək ki, bu məsələdə maddi marağının olduğunu, həqiqətən də pula satıldığını və dediklərinin ziddiyyət təşkil etdiyini Rövşənin nəzərinə çatdırmışdır. Zərərçəkmiş şəxs3 isə pula satılmaqdan da vacib şeylər olduğunu və Təqsirləndirilən şəxsla iş gördüyünü, münasibət olduğunu bildirmişdir. Səs parçasının 02:17-02:19-cu saniyələrində isə qarşılaşdığı bütün çətinliklərə baxmayaraq sonda onsuz da Zərərçəkmiş şəxs2 düz tərəf olduğunu Zərərçəkmiş şəxs3 etiraf etmişdir. Səs yazısından görünür ki, Dilsuza məxsus avtomobili zədələyib zərər vurduğu halda arsızcasına və sırtıqcasına özünə avtomobil paketi yığdıran Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 tənbeh etmiş, həmin paketə sərf edilən pulu (iki paçka) dəymiş ziyanın qarşılanması üçün Dilsuza verilməli olduğunu bildirmiş, bundan sonra o özü də gedib Arazın əvəzində Dilsuzun atasına yalvaracağını demişdir. Bundan başqa Zərərçəkmiş şəxs2la apardığı danışığın davamında Zərərçəkmiş şəxs3 bir daha Arazla arasında olan 30000 pul məsələsini xatırlatmış, həmin puluna görə narahat olduğunu bildirmişdir. (İİ cild i.v. 135-138) - 09 iyun 2023-cü il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən hadisə günü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz GL 500” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə Məhkəmə-Ekspertiza Mərkəzinin ekspertlərinin iştirakı ilə baxış keçirilmişdir. İstintaq hərəkətinin keçirilməsi zamanı ilkin olaraq avtomobilin baş tormoz silindirinin tormoz mayesinin qabına baxış keçirilmiş və həmin qabda mayenin norma səviyyəsində olması müəyyən edilmişdir. Bundan sonra avtomobilin təkərləri sökülərək tormoz qəliblərinə və tormoz barabanlarına baxış keçirilmiş, qəlib və barabanların normal vəziyyətdə olması müəyyən edilmişdir. Bundan sonra avtomobilin tormoz pedalı basılmış və pedal basılarkən tormoz qəliblərinin barabanlara sıxılması, habelə avtomobilin təkərlərinə gedən tormoz şlanqlarından və birləşmələrindən tormoz mayesinin kənara çıxmaması müəyyən edilmişdir. Bundan sonra isə təkərlər yerinə bağlanmış və tormoz pedalı basılmışdır. Tormoz pedalı basılarkən bütün təkərlərin blokirovka olunması, yəni bütün təkərlərdə tormozlamanın baş verməsi müəyyən edilmişdir. Bu hərəkətlər bir neçə dəfə təkrarlanmışdır. Hər dəfə tormoz pedalı basılarkən bütün təkərlərdə tormozlamanın baş verməsi müəyyən edilmişdir. Bunun ardınca yenidən tormoz mayesinin qabına baxış keçirilmiş və tormoz mayesinin qabında mayenin səviyyəsinin azalmaması müəyyən edilmişdir. Beləliklə də baxış zamanı avtomobilin tormoz sisteminin işlək vəziyyətdə olması müəyyən edilmişdir. (İİİ cild i.v. 119-120) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 iyun 2023-cü il tarixli 9/3338 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında olan məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Mercedes Benz GL500” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 24350,0 müəyyən edilir. (İİİ cild i.v. 146-151) - 05 dekabr 2022-ci il tarixli 338/22 nömrəli daxili maliyyə lizinq müqaviləsindən görünür ki, “Mercedes Benz GL500” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Zərərçəkmiş şəxs4 Açıq Səhmdar Cəmiyyəti tərəfindən 36 ay müddətinə X8 lizinqə verilmişdir. (İİİ cild i.v. 161-166) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03 iyul 2023-cü il tarixli 8/1331 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, baxışa təqdim olunmuş “Mercedes Benz GL500” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz sistemi texniki cəhətdən saz vəziyyətdə olmuşdur. (İİİ cild i.v. 173-176) - 17 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3, 178.2.4, 186.2.1 və 186.2.2-ci maddələrinə tövsif edilmişdir. (İİİ cild i.v. 212-213) - 23 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, məhkəmə qərarı əsasında "xxxx" MMC-dən götürülmüş telefonla aparılan danışıqlara və ötürülən məlumatlara müstəntiq tərəfindən baxış keçirilmiş və məlum olmuşdur ki, təqdim olunan diskdə “14815xx.xx.2023” adlı zip formatlı proqram təminatı sistemi, həmin sistemin içərisində isə Şahid6 istifadəsində olmuş +**********07 saylı və Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********05 saylı mobil telefon nömrələri ilə tədqiq edilən dövr ərzində aparılmış danışıqlar, sms yazışmaları, həmin nömrələrin qoşulduğu ötürücü anten şamlarına dair məlumatlar mövcuddur. Məlum olmuşdur ki, iş üzrə Şahid6 istifadəsində olmuş +**********07 saylı mobil telefon nömrəsi cinayət təqibinin faktiki hallarına uyğun olaraq 17 dekabr 2022-ci il tarixdə saat 00:10-da, 01:12-də, 01:15-də, 01:16-da, 01:17-də, 01:18-də “UBBK4891C/UBBK4891 Pekin Restaurant/” Bakı şəhəri, Nərimanov rayonu, Y.Vəzirov küçəsi 106” /Narimanov/ (40.410xx/xx.86872)” ötürücü anten şamının, saat 01:21-də “UBBK5691E/UBBK5691 Aliyar Agayev kuc19/ “Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 26” /Narimanov/ (40.407xx/xx.87557)” ötürücü anten şamının, saat 01:31-də “24UBBK0607E/UBBK0607 Orion_Kafe/” Bakı şəhəri, Xətai rayonu, 1733-cü keçid, Sarayevo küçəsi, 38 saylı kimyəvi təmizləmə məntəqəsinin damı” /Khatai/ (40.386xx/xx.96516)” ötürücü anten şamının, saat 01:34-də “LBBK1095O1/LBBK1095 Neapol Dairesi/” Bakı şəhəri, Xətai ray, Neapol dairəsi 24” /Khatai/ (40.381xx/xx.96449)” ötürücü anten şamının, saat 01:41-də “UBBK4105A/UBBK4105 GARAJ_ETRAF/” Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi, 2942 D məhəlləsi” /Khatai/ (40.37xx/xx.9686)” ötürücü anten şamının, saat 01:51-də “UBBK3061B/UBBK3061 Babek-1/” Bakı şəhəri, Nizami rayonu, Nəvai kuçəsi 5” /Khatai/ (40.394xx/xx.92197)” ötürücü anten şamının əhatə dairəsinə olmuşdur. Bundan başqa baxış zamanı 17 dekabr 2022-ci il tarixdə Şahid6 istifadəsində olan +**********07 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********05 saylı mobil telefon nömrəsi arasında danışıqların qeydə alınması müəyyən edilmişdir. (İV cild i.v. 44) - 23 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, məhkəmə qərarı əsasında "xxxx" MMC-dən götürülmüş telefonla aparılan danışıqlara və ötürülən məlumatlara müstəntiq tərəfindən baxış keçirilmiş və baxış zamanı Şahid4 istifadəsində olmuş +**********33 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********05 və +**********30 saylı mobil telefon nömrələri arasında aşağıdakı məzmunda istintaq əhəmiyyətli mesajlar aşkar edilmişdir: xx/xx/2020, 12:38:28, +**********33, +**********05, Araz senol sen temiz hormetsiik edirsen uje conecem tel cvb ver ya zng vur mene xx/xx/2020, 12:51:32, +**********30, +**********33, Saad 2 tamamda pul catacag elimen onda yigacam)))) xx/xx/2020, 13:19:52, +**********33, +**********30, Araz yezneme vermeliyem masini dunen aksinle daniwmiwam sen naxarmaqdi xx/xx/2020, 13:20:44, +**********33, +**********30, Ele veziyet yaradaram sen mene zir zir zng vurarsan si***ilmiw tel cvb verde seherde tezden getmisen bakiya xx/xx/2020, 15:12:06, +**********30, +**********33, Qaqa senol pulu gotururem xx/xx/2020, 19:01:17, +**********33, +**********30, Araz varyoxun s**** g***dilah olmuwam tel cvb ver xx/xx/2020, 19:09:21, +**********30, +**********33, Qaqa tural kankret si***ne sariyib yene qaldi birinci gune ozunde bidene ona zeng ele tapwirki o icin si***yim seneti nolara duzeltdaaaa varyoxun si*** 3000 pulum qalibe ortada xx/xx/2020, 19:31:25, +**********33, +**********30, Hecer oxlu turali desense turali soyduresen pisat mene araz mene zng vur xx/xx/2020, 19:33:58, +**********33, +**********30, Men o pulu miletin axzinin suyun goture goture tapmiwam ne zaybat elemisen sen yaxwi azar telesme biraz xx/xx/2020, 19:39:15, +**********30, +**********33, Gozde zeng vuracam ne gotu cirirsane gijdillag hamida vezyet pisdida sabah geller rayona ovrawdi ya turala veren allah yada mene varyoxun si*** 6000 puku colden yiga bilmirem sikkm onin icin altimin mawininda satram xx/xx/2020, 16:02:12, +**********30, +**********33, Ograwdi ozumu asacame varyoxun si*** bezmiwem canjmnan xx/xx/2020, 12:06:19, +**********33, +**********05, Acdaaaa bu telnu esebimden patlayira basin qacib seninnnn Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********05 saylı mobil telefon nömrəsi üzərindən tədqiq edilən dövr ərzində aşağıdakı məzmunda olan istintaq əhəmiyyətli və onun şəxsiyyətini səciyyələndirən sms yazışmaları həyata keçirilmişdir: xx/xx/2022, 15:29:34, +**********34, +**********05, Təqsirləndirilən şəxs BOKT İNTERNATİONAL kredit borcunuz 66 gün gecikmədə olduğuna görə **-VS-*** qeydiyyatlı nəqliyyat vasitəsinə verilən etibarnamə ləğv olunmuşdur və nəqliyyat vasitəsinin müvəqqəti dayanacağa qoyulması ilə bağlı DYP-ə müraciət olunub. xx/xx/2022, 17:45:07, **********70, +**********05, Nece masin ucun vurulub? xx/xx/2022, 17:56:49, **********70, +**********05, Qaqa ygarsan mene xx/xx/2022, 18:06:09, +**********05, **********70, 4 bes edecey xx/xx/2022, 18:12:52, **********70, +**********05, Qaqa nece masina 3 masina 3 cu masinin invoysun atmamisan cruz atmisan mene xx/xx/2022, 21:14:48, **********70, +**********05, Qaqa senin zeng vurmagin ne cetin oldu xx/xx/2022, 08:54:32, **********70, +**********05, Qaqa invoysdari at indiden xx/xx/2022, 14:48:46, +**********33, +**********05, qardaş kargoya pulu vermeliyem saat 5 kimi köçürmesek senin gülün gelen deyil xx/xx/2022, 15:22:47, +**********49, +**********05, Pirusun yiyesi hardadi denen gelsinde camahat gozliyir axi xx/xx/2022, 01:57:29, +**********49, +**********05, Araz burda stayankadayam bidene telefonu aç xx/xx/2022, 02:09:45, +**********05, +**********33, qaqa qoy buları sıkdır edım yıgacam xx/xx/2022, 02:10:39, +**********49, +**********05, Olar mawni hara apariblar? xx/xx/2022, 16:28:18, +**********44, +**********05, Necenci seferdi bele eleyirsen, sene zen eleyen ogras olar. xx/xx/2022, 15:11:29, +**********95, +**********05, Hörmətli müştəri, xahiş olunur lombard borcunuzu odəyəsiniz. Ödəniş Lombarda yaxınlaşaraq və ya MilliÖn aparatı vasitəsi ilə həyata keçirə bilərsiniz. (Lakin terminalla odenisde Komissiya tutulur!) xx/xx/2022, 23:44:31, +**********44, +**********05, Araz evvel gozduye bilirdiy basa duse bilirdiy seni indi sen bizi bawa duwki bize pul lazimdi tecili gozduye bilmiriy yolunu tapib hell elemey lazimdi qaqa xx/xx/2022, 22:35:36, +**********44, +**********05, Araz yeke oglansan gelmsem nerimanovdayam teli ac xx/xx/2022, 23:01:19, +**********44, +**********05, Araz gelirem mehlevize xx/xx/2022, 10:11:55, +**********74, +**********05, Salam qardas görüşək baximda masina xx/xx/2022, 10:20:48, +**********05, +**********74, salam qardaw ptirablem yoxdu xx/xx/2022, 19:16:28, +**********05, +**********11, dede gomrukdeyem cıxım yıgacam xx/xx/2022, 16:09:53, +**********11, +**********05, Sen cani mene Tez yiq bir soz de bawimi xarab edibki pulumu verin men indiye mawin almiwdim xx/xx/2022, 11:56:34, +**********95, +**********05, Hormetli muwteri Girovunuz sistemden cixarildi, batdi! Lombard N1 xx/xx/2022, 00:26:23, +**********05, +**********44, qaqa vallah auksıondayam telden vıfı oturmuwem bıdefe acsam zengın poxu cıxacag 17 deqe qalıb xx/xx/2022, 15:29:44, +**********13, +**********05, Araz men burdayam meyvelide sende gomrukdesen bilirem gel bunu kecirdek getsin. iwimi gucumu atib gelmiwem bura. xx/xx/2022, 15:36:45, +**********13, +**********05, 350 manat puldan otru brat bawima 1 hefdedi oyun acirsan xx/xx/2022, 15:58:21, +**********05, +**********13, ay qaqaw bawqa yerdeyem bugune alınmır xx/xx/2022, 15:58:36, +**********05, +**********13, pulumda yoxdu olanda xeber edecem gelersen xx/xx/2022, 15:59:11, +**********33, +**********05, Araz mezelenirsen menle. men neynemeliyem indi bu si***miwin nomresin al qoyda usdune.b ele wey olur? xx/xx/2022, 16:03:44, +**********17, +**********05, Niye telefonu acmirsan xx/xx/2022, 16:04:25, +**********17, +**********05, Masin orda pulda cibinde niye menim isimi lengidirsen xx/xx/2022, 22:13:04, +**********44, +**********05, Salam araz senin bize pull vermek fikrin yoxdur meni yig xx/xx/2022, 22:14:04, +**********44, +**********05, Masinin cermesin odeyirsiz odeye bilmirsense satin pull odeyin yada aparib kredite salaq xx/xx/2022, 22:51:16, +**********07, +**********05, Araz cvb vermirsen yene mawini sabah cixardaqda cruzu. Sentyabr mektebe uwaq yola salmaliyiq neter eliyek. Dilenek? (Təqsirləndirilən şəxs bu mesaj göndərən +**********07 saylı mobil telefon nömrəsi Şahid6 məxsusdur.) xx/xx/2022, 23:05:34, +**********44, +**********05, Salam araz sen gedin pullu odemek lazimdi bizi piss vezyetde qoymusan sabah 7 min duzelt verek xx/xx/2022, 23:05:48, +**********44, +**********05, Sozverdin emel edmek lazimdir xx/xx/2022, 15:41:12, +**********19, +**********05, Bir kelme bugun vurursan meni niye aladirsan basim condu duz elemirsen xx/xx/2022, 17:08:48, +**********05, +**********13, elwen bugun deqiq hell edecem qardaw xx/xx/2022, 16:04:52, +**********44, +**********05, Soz vermisdin 5000 mini ode uge 11 min oldu xx/xx/2022, 10:38:30, +**********95, +**********05, Hormetli muwteri Girovunuz sistemden cixarildi,batdi . Lombard N1 xx/xx/2022, 20:13:39, +**********49, +**********05, Araz mənə niye cavab vermirsən bu nə deməkdir bele çıxır ki maşını mənə itələdin de sen maşını sabah evakuatornan gorana aparıram ayibdey yaşına başına hörmət qoy ya maşını qaytar yada pulun ver duzetirim xx/xx/2022, 17:43:53, +**********44, +**********05, Telefonu goturde men colde gozdeyirem seni xx/xx/2022, 18:20:25, +**********44, +**********05, Bizi saymisan sabah masina hebs verdirecek arvad getizdirecik masini hebsinde pullun sen odeyeveksen deyim bil xx/xx/2022, 18:22:03, +**********44, +**********05, Basqa yoll qalmadi se bizi coxx doladin buqeder dozduk arvad pullun isteyir xx/xx/2022, 16:36:52, +**********49, +**********05, Araz vallah senin fikirin nedi bilmirem bazar günü gelecem pulu götürmeye sen mənə 10 15 günə gəlib pulu götürərsən demisdin xx/xx/2022, 16:37:59, +**********49, +**********05, Telefonda cavab vermirsən özünü kim hiss edirsen bilmirem xx/xx/2022, 17:09:29, +**********05, +**********49, nızamde bolmedeyem acca sebırlı ol xx/xx/2022, 17:10:40, +**********49, +**********05, Neçənci bolmedi xx/xx/2022, 01:24:17, +**********05, +**********44, qaqa sicirtmiwam bunulari ujey yalvarillar mene deyiller gel dediyu denen xx/xx/2022, 18:39:11, +**********05, +**********98, vekilnenem nese vacib sozun yoxdusa 1 saada yig xx/xx/2023, 11:38:30, +**********19, +**********05, Meni niye aladırsan xx/xx/2023, 14:43:53, +**********19, +**********05, Noldu xx/xx/2023, 15:40:10, +**********19, +**********05, Sen canın vur vıqar zeng vuranda utanıram xx/xx/2023, 19:26:13, +**********19, +**********05, Niye bele edirsen xx/xx/2023, 20:08:18, +**********19, +**********05, Seni namusuna and verem bu gece vur xx/xx/2023, 22:05:22, +**********19, +**********05, Bir oglun varda onun canına and verem xx/xx/2023, 23:50:24, +**********19, +**********05, Mene niye cavab vermirsen xx/xx/2023, 00:00:58, +**********19, +**********05, Atan yasdayam meni niye aladırsan sene ayıb olsun xx/xx/2023, 00:07:55, +**********19, +**********05, Seher eve qaynıma zeng vuracaqlar gene aylem deyecek sen vuqarın canı vur xx/xx/2023, 00:22:57, +**********19, +**********05, İmkan verme seher qehbeler zeng vura vıcdanın olsun xx/xx/2023, 20:43:13, +**********19, +**********05, Seni andı verem evdekılerın qıldıxı namaza seni and verem tek oglunun cana bugun vur meni pis veziyete qoyma allahın varsa xx/xx/2023, 23:47:57, +**********19, +**********05, Kişiliyin varsa bu gece vur meni pis veziyete qoyma xx/xx/2023, 16:27:01, +**********19, +**********05, Kişi ol mamusuna and verem xx/xx/2023, 14:16:12, +**********19, +**********05, Ne mesawıma ne sesime cavab vermirsen seher vur bırıncı gunu evıme zeng vurulmasın ele bılem qeyretın yol vermez xx/xx/2023, 17:09:02, +**********40, +**********05, Məni cin atina mindirmə blokdan çixart araz xx/xx/2023, 17:14:17, +**********40, +**********05, Orucu tut ama Allahsizliğ et səni tutmuyacam güya məni blok edində xx/xx/2023, 16:06:20, +**********40, +**********05, Araz məni blokdan çixart Az şərəfsizliy et Vallahidə billahidə sənə istəmirəm pislik edəm xx/xx/2023, 19:15:31, +**********74, +**********05, Telfona cavab ver caqal gorum kime nifret edirsen sen hayasiz adam xx/xx/2023, 19:16:27, +**********74, +**********05, Kimivi oldurmusem nifret edirsen ele bilirsen meni mehv edib xosbext olasan Səni tutduğun orucluğ ayina Allaha tapsiram Baxış zamanı əmlakın qəsdən zədələnməsi faktı üzrə cinayət hadisəsinin baş verdiyi 17 dekabr 2022-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********05 saylı mobil telefon nömrəsi ilə iş üzrə Zərərçəkmiş şəxs2 istifadəsində olan +**********99 saylı mobil telefon nömrəsi arasında tərəflər arasındakı mübahisədən, görüş sövdələşməsindən, qərəzin yaranmasından, Təqsirləndirilən şəxs təhdid və hədələrindən ibarət olması təsdiq olunan və cinayət işinin faktiki hallarına tamamilə uyğun gələn telefon zənglərinin baş tutması müəyyən edilmişdir: +**********05 +**********99 2022-12-17 01:04:46 40 san +**********05 +**********99 2022-12-17 01:12:20 16 +**********05 +**********99 2022-12-17 01:13:51 32 +**********05 +**********99 2022-12-17 01:14:51 56 +**********05 +**********99 2022-12-17 01:23:24 7 +**********05 +**********99 2022-12-17 01:41:26 15 +**********05 +**********99 2022-12-17 01:42:49 212 +**********05 +**********99 2022-12-17 01:46:54 225 Bundan başqa baxış zamanı müəyyən edilmişdir ki, cinayət işinin faktiki hallarına uyğun olaraq əmlakın qəsdən zədələnməsi hadisəsinin baş verdiyi 17 dekabr 2022-ci il tarixdə saat 00:59-dan etibarən Təqsirləndirilən şəxs ilk əvvəl həqiqətən də Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində (iş materiallarına əsasən qeyd edilən ərazidəki “Ozan” restoranında), bir müddət sonra isə saat 01:46-dan etibarən avtomobillərin toqquşduğu Babək prospektində (iş materiallarına əsasən Babək prospektindəki “Embawood” mebel mağazasının qarşısında) olması və onun istifadəsində olan mobil telefon nömrəsinin qeyd edilən ünvanlarda yerləşən ötürücü anten şamlarının əhatə dairəsində yerləşmişdir:

Arayan Aranan Tarix, vaxt və danışıq müddəti Ötürücü anten şamının (saniyə) ünvanı +**********47 +**********05 xx.xx.2022 108 ARANANİN Yeni Gunashli qes,"D" 0:59 CELL İD-si NO-lu Yashayish Massivi +**********05 +**********99 xx.xx.2022 40 ARAYANİN Yeni Gunashli qes,"D" 1:04 CELL İD-si NO-lu Yashayish Massivi +**********25 +**********05 xx.xx.2022 24 ARAYANİN 9mkr,Mircalal kuc 1:09 CELL İD-si +**********25 +**********05 xx.xx.2022 24 ARANANİN Yeni Guneshli qes., "AB" 1:09 CELL İD-si yashayish sahesi +**********07 +**********05 xx.xx.2022 83 ARANANİN Semed bey Mehmandarov 1:10 CELL İD-si kuc +**********05 +**********99 xx.xx.2022 16 ARAYANİN Baki sh., Suraxani r-nu, 1:12 CELL İD-si Y.Guneshli qes.,AB y/m. +**********05 +**********99 xx.xx.2022 32 ARAYANİN Baki sh., Suraxani r-nu, 1:13 CELL İD-si Y.Guneshli qes.,AB y/m. +**********05 +**********99 xx.xx.2022 56 ARAYANİN Baki sh., Suraxani r-nu, 1:14 CELL İD-si Y.Guneshli qes.,AB y/m. +**********66 +**********05 xx.xx.2022 37 ARANANİN Gunesli 1:15 CELL İD-si qes,Mehmandarov kuc. Qaraj +**********66 +**********05 xx.xx.2022 9 ARANANİN Gunesli 1:18 CELL İD-si qes,Mehmandarov kuc. Qaraj +**********05 +**********66 xx.xx.2022 70 ARAYANİN Gunesli 1:19 CELL İD-si qes,Mehmandarov kuc. Qaraj +**********05 +**********07 xx.xx.2022 41 ARAYANİN Gunesli 1:21 CELL İD-si qes,Mehmandarov kuc. Qaraj +**********47 +**********05 xx.xx.2022 20 ARANANİN Gunesli 1:22 CELL İD-si qes,Mehmandarov kuc. Qaraj +**********05 +**********99 xx.xx.2022 7 ARAYANİN Gunesli 1:23 CELL İD-si qes,Mehmandarov kuc. Qaraj +**********05 +**********36 xx.xx.2022 28 ARANANİN Gunesli 1:32 CELL İD-si qes,Mehmandarov kuc. Qaraj +**********05 +**********36 xx.xx.2022 28 ARAYANİN Baki sh., Xetai r-nu, 1:32 CELL İD-si Guneshli qes-si, Mehmandarov kuc. +**********05 +**********99 xx.xx.2022 15 ARAYANİN Gunesli 1:41 CELL İD-si qes,Mehmandarov kuc. Qaraj +**********05 +**********99 xx.xx.2022 212 ARAYANİN G.Shixlinski kuc 1:42 CELL İD-si 23"ROYA" Mini-Market +**********05 +**********99 xx.xx.2022 225 ARAYANİN Babek pr., M.Aliyev kuc. 1:46 CELL İD-si kesishmesi, "Qebele" kafe +**********17 +**********05 xx.xx.2022 45 ARANANİN Kachalov kuc 1:51 CELL İD-si +**********64 +**********05 xx.xx.2022 15 ARANANİN Kachalov kuc 1:56 CELL İD-si +**********05 +**********07 xx.xx.2022 36 ARAYANİN Kachalov kuc 1:57 CELL İD-si +**********05 +**********36 xx.xx.2022 9 ARANANİN Babek pr 1:58 CELL İD-si +**********05 +**********36 xx.xx.2022 9 ARAYANİN Kachalov kuc 1:58 CELL İD-si +**********05 +**********36 xx.xx.2022 19 ARAYANİN Kachalov kuc 2:02 CELL İD-si +**********05 +**********36 xx.xx.2022 18 ARANANİN Nizami r-nu, Babek pr, 2:02 CELL İD-si X30 +**********05 +**********22 xx.xx.2022 44 ARAYANİN Kachalov kuc 2:03 CELL İD-si +**********05 +**********22 xx.xx.2022 44 ARANANİN Samaxi r-nu,Sehriyar 2:03 CELL İD-si +**********05 +**********21 xx.xx.2022 24 ARAYANİN Babek pr 2:04 CELL İD-si +**********17 +**********05 xx.xx.2022 42 ARANANİN Kachalov kuc 2:05 CELL İD-si +**********13 +**********05 xx.xx.2022 97 ARANANİN Kachalov kuc 2:06 CELL İD-si +**********22 +**********05 xx.xx.2022 15 ARANANİN Babek pr 2:08 CELL İD-si +**********05 +**********22 xx.xx.2022 26 ARAYANİN Kachalov kuc 2:12 CELL İD-si +**********05 +**********22 xx.xx.2022 26 ARANANİN Samaxi r-nu,Sehriyar 2:12 CELL İD-si +**********64 +**********05 xx.xx.2022 31 ARANANİN Baki sh. Babek pr. Keshle 2:12 CELL İD-si qes. +**********05 +**********00 xx.xx.2022 50 ARAYANİN Baki sh. Babek pr. Keshle 2:17 CELL İD-si qes. +**********05 +**********13 xx.xx.2022 92 ARAYANİN Kachalov kuc 2:18 CELL İD-si +**********25 +**********05 xx.xx.2022 27 ARANANİN Baki sh. Babek pr. Keshle 2:20 CELL İD-si qes.

Bundan başqa diskə keçirilmiş baxış zamanı cinayət işinin faktiki hallarına uyğun olaraq 17 dekabr 2022-ci il tarixli hadisə günü istər restoranda, istərsə də avtomobildə olarkən Təqsirləndirilən şəxs bilavasitə yanında olmuş Şahid1 istifadəsində olan +**********36 saylı mobil telefon nömrəsinin həmin gün saat 01:32-dən başlayaraq restoranın yerləşdiyi Günəşli qəsəbəsi ərazisində, saat 01:58-dən etibarən isə avtomobillərin toqquşduğu Babək prospektində yerləşən ötürücü anten şamlarının əhatə dairəsində yerləşməsi müəyyən edilmişdir: Arayan Aranan Tarix, vaxt və danışıq müddəti Ötürücü anten şamının (saniyə) ünvanı +**********0 +**********36 xx.xx.202 28 ARANANİ Gunesli 5 2 1:32 N CELL qes,Mehmandarov kuc. İD-si Qaraj +**********1 +**********36 xx.xx.202 34 ARANANİ Gunesli 3 2 1:41 N CELL qes,Mehmandarov kuc. İD-si Qaraj +**********6 +**********36 xx.xx.202 36 ARANANİ Xocali kuc 7 2 1:44 N CELL İD-si +**********1 +**********36 xx.xx.202 21 ARANANİ Babek pr 3 2 1:53 N CELL İD-si +**********0 +**********36 xx.xx.202 9 ARANANİ Babek pr 5 2 1:58 N CELL İD-si +**********1 +**********36 xx.xx.202 10 ARANANİ Babek pr 3 2 2:00 N CELL İD-si +**********0 +**********36 xx.xx.202 18 ARANANİ Nizami r-nu, Babek pr, 5 2 2:02 N CELL X30 İD-si

Həmçinin diskə baxış zamanı müəyyən edilmişdir ki, cinayət işinin faktiki hallarına uyğun olaraq 17 dekabr 2022-ci il tarixli hadisə günü istər restoranda, istərsə də avtomobillərin toqquşduğu hadisə yerində Təqsirləndirilən şəxs bilavasitə yanında olmuş və iş üzrə şahid qismində dindirilmiş Şahid4 istifadəsində olan +**********33 saylı mobil telefon nömrəsi həmin gün saat 01:35-dən başlayaraq restoranın yerləşdiyi Günəşli qəsəbəsi ərazisində, saat 03:01-dən etibarən isə avtomobillərin toqquşduğu Babək prospektində yerləşən ötürücü anten şamlarının əhatə dairəsində yerləşmişdir:

Arayan Aranan Tarix, vaxt və danışıq müddəti Ötürücü anten (saniyə) şamının ünvanı +**********00 +**********33 xx.xx.2022 16 ARANANİN Asif Meheremov 21:59 CELL İD-si kuc,Memmed Cefer kuc +**********60 +**********33 xx.xx.2022 7 ARANANİN Guneshli 1:35 CELL İD-si +**********60 +**********33 xx.xx.2022 6 ARAYANİN Gunesli 1:35 CELL İD-si qes,Mehmandarov kuc. Qaraj +**********44 +**********33 xx.xx.2022 44 ARANANİN Kachalov kuc 2:58 CELL İD-si +**********06 +**********33 xx.xx.2022 15 ARAYANİN Babek pr.,Kesle qes 3:01 CELL İD-si +**********06 +**********33 xx.xx.2022 15 ARANANİN Babek pr.,Kesle qes 3:01 CELL İD-si

Bundan başqa baxış zamanı müəyyən edilmişdir ki, cinayət işinin faktiki hallarına uyğun olaraq iş üzrə Zərərçəkmiş şəxs3 17 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 arasında Günəşli qəsəbəsində fəaliyyət göstərən “Ozan” restoranında baş tutması nəzərdə tutulan görüş yerinə getməzdən onun istifadəsində olan +**********85 saylı mobil telefon nömrəsi həqiqətən də saat 00:59-da həqiqətən də 9-cu mikrorayon Mircəlal küçəsində yerləşən ötürücü anten şamının əhatə dairəsində olmuşdur. (İV cild i.v. 55-62) 23 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, məhkəmə qərarı əsasında "xxxx" MMC-dən götürülmüş telefonla aparılan danışıqlara və ötürülən məlumatlara müstəntiq tərəfindən baxış keçirilmiş və məlum olmuşdur ki, iş üzrə şahid qismində dindirilmiş Şahid2 istifadəsində olan +**********77 saylı mobil telefon nömrəsi ilə 17 dekabr 2022-ci il tarixli hadisənin bilavasitə şahidi olmuş Şahid5 istifadəsində olan +**********48 saylı mobil telefon nömrəsi arasında ilk telefon danışığı (ümumiyyətlə ilk əlaqə) həqiqətən də 10 yanvar 2023-cü il tarixdə saat 19:14-də qeydə alınmış və həmin danışıq cəmi 67 saniyə ərzində davam etmişdir. Tədqiq edilən dövr ərzində qeyd edilən gündən əvvəl tərəflər arasında heç vaxt mobil telefon əlaqəsi baş tutmamışdır. Baxışla həmçinin müəyyən edilmişdir ki, cinayət işinin faktiki hallarına uyğun olaraq hadisə günü, yəni 17 dekabr 2022-ci il tarixdə hadisənin bilavasitə şahidi olmuş Şahid5 istifadəsində olan +**********48 saylı mobil telefon nömrəsi ilk əvvəl saat 01:41-də “LBBK2477O3/LBBK2477 Azeri Gaz/” Bakı şəhəri, Yusif Səfərov küçəsi, ev 25, mənzil 4” /Khatai/ (40.38xx/xx.86312)” ünvanında yerləşən ötürücü anten şamının əhatə dairəsində olmuş, bununla da Şahid5 həmin ərəfədə şəhərin mərkəzi istiqamətindən gəldiyinə işarə etmişdir. Bunun ardınca isə həmin saat radələrində Şahid5 istifadəsində olan mobil telefon nömrəsi hadisə yerinin yaxınlığında yerləşən “LBBK3061O7/LBBK3061 Babek- 1/” Bakı şəhəri, Nizami rayonu, Babək Prospekti 13” /Khatai/ (40.394xx/xx.92197)” ünvanındakı ötürücü anten şamına qoşulmuş və saat 02:42-dək eyni ötürücü anten şamının əhatə dairəsində olduqdan sonra Qaraçuxur qəsəbəsi istiqamətində hərəkətini davam etdirmişdir. İş üzrə dindirilmiş Zərərçəkmiş şəxs3 istifadəsində olan +**********66 saylı mobil telefon nömrəsi cinayət işinin faktiki hallarına uiyğun olaraq 16 dekabr 2022-ci il tarixdə saat 22:30-dan başlayaraq “LBBK1075O4/LBBK1075 Tarlan Restoran/” Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 115A” /Binagadi/ (40.418xx/xx.81047)” ünvanında yerləşən ötürücü anten şamının əhatə dairəsində olmuşdur. Həmin mobil telefon nömrəsi 17 dekabr 2022-ci il tarixdə saat 00:51-də, saat 00:53-də, saat 00:57-də, saat 00:59-da, saat 01:00-da, “LBBK3061O7/LBBK3061 Babek-1/” Bakı şəhəri, Nizami rayonu, Babək Prospekti 13” /Khatai/ (40.394xx/xx.92197)” ünvanında yerləşən ötürücü anten şamının, saat 01:17-də Zərərçəkmiş şəxs2 istifadəsində olan +**********99 saylı mobil telefon nömrəsi ilə əlaqə qurarkən isə “UBBK4291B/UBBK4291 Ataturk Pine tree/” Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, Atatürk parkı” /Narimanov/ (40.411xx/xx.84717)” ünvanındakı ötürücü anten şamının əhatə dairəsində olmuşdur. Bundan başqa Şahid6 istifadəsində olan +**********07 saylı mobil telefon nömrəsindən 17 dekabr 2022-ci il tarixdə saat 01:18-də Zərərçəkmiş şəxs3 istifadəsində olan +**********66 saylı mobil telefon nömrəsinə zəng edərkən sonuncun mobil telefon nömrəsi “UBBK5405F/UBBK5405 Avtoservis/” Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, məhəllə 1963” /Narimanov/ (40.407xx/xx.86433)” ünvanındakı ötürücü anten şamının əhatə dairəsində olmuşdur. 17 dekabr 2022-ci il tarixdə saat 01:41-də isə Zərərçəkmiş şəxs3 istifadəsində olan mobil telefon nömrəsi “LBBK2487O3/LBBK2487 Sami Petrol/” Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 33” /Surakhany/ (40.390xx/xx.96708)” ünvanındakı ötürücü anten şamının əhatə dairəsində olmuşdur. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, cinayət işinin faktiki hallarına uyğun olaraq 16 dekabr 2022-ci il tarixdə saat 22:44-də Şahid4 istifadəsində olan +**********13 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********05 saylı mobil telefon nömrəsi arasında telefon danışığı baş tutmuşdur. Həmin gün saat 22:45-də Şahid4 mobil telefon nömrəsi “LBBK4001O3/LBBK4001 Guneshli V Massivi/” Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli V” /Surakhany/ (40.380xx/xx.97945)” ünvanındakı, saat 23:01-də “LBBK3885O1/LBBK3885 Mocuze/” Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2942-ci məhəllə” /Khatai/ (40.375xx/xx.96789)” ünvanındakı ötürücü anten şamlarının əhatə dairəsində olmuşdur. 17 dekabr 2022-ci il tarixdə saat 02:40-dan saat 03:01-dək olan müddət ərzində isə Şahid4 istifadəsində olan mobil telefon nömrəsi gah “LBBK3061O7/LBBK3061 Babek-1/” Bakı şəhəri, Nizami rayonu, Babək Prospekti 13” /Khatai/ (40.394xx/xx.92197)”, gah “LBBK0097O1/LBBK0097 Babek/” Bakı şəhəri, Babək prospekti 41Q” /Khatai/ (40.391xx/xx.90533)”, gah da “LBBK2230O3/LBBK2230 Babek pr 42/” Bakı şəhəri, Nizami rayonu, Babək Prospekti, Oqtay Vəliyev, ev 9” /Khatai/ (40.39xx/xx.91258)” ünvanlarında, yəni hadisə yerinin yaxınlığında yerləşən ötürücü anten şamlarının əhatə dairəsində olmuşdur. (İV cild i.v. 63-64) - 02 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3, 178.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətinin tərkib əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsi ilə cinayət təqibinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə Zərərçəkmiş şəxs2 qarşı törətdiyi dələduzluq əməlləri vahid cinayətkar niyyətlə əhatə olunduğundan müstəqil cinayət faktları hesab edilməmiş və onun əməlinin Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin təsiri altına düşməməsi nəzərə alınmış, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs X3 hərrac yolu ilə sərfəli qiymətə avtomobil qazanıb ölkəyə gətirilməsini təşkil edəcəyi barədə Zərərçəkmiş şəxs2 yalan vəd verib xeyli miqdarda pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsi epizodunda Şahid6 və X5 tamah niyyətindən irəli gələrək Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmələri və bir qrup şəxs halında özgə əmlakını talamalarına işarə edən kifayət qədər mötəbər sübutlar məcmusu olmadığından barələrində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Zərərçəkmiş şəxs2 məxsus əmlakın dələduzluqla ələ keçirilməsi epizodu üzrə “Tsıvtsıvadze Marekı” və “Kvatıdze Tornıke” adlı Gürcüstan vətəndaşlarının və şəxsiyyətləri istintaqla araşdırılan qeyrilərinin Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətmələrinə işarə edən kifayət qədər sübutlar məcmusu olmasa da, qeyd olunan xüsusatlarla bağlı cinayət işindən ayrıca icraata material ayrılmış və həmin şəxslərin barəsində araşdırma davam etdirilmiş, Təqsirləndirilən şəxs Ağallar oğlunun 17 dekabr 2022-ci il tarixdə ümumi təhlükəli üsulla törətdiyi cinayət əməlləri nəticəsində özgələri ilə yanaşı öz sağlamlığına da az ağır zərər vurması epizodunda cinayət tərkibi olmadığı üçün həmin fakt üzrə cinayət təqibinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, cinayət işi üzrə əhəmiyyət kəsb edən hallardan xəbərdar olduğu üçün şahid qismində dindirilməsi məqsədi ilə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə çağırılmış Şahid1 22 noyabr 2023-cü il tarixdə şahid qismində ifadə verməkdən imtina etməsi barədə ərizəsinin və bununla bağlı tərtib olunmuş müvafiq protokolun araşdırma aparılması və Şahid1 əməlinə hüquqi qiymət verilməsi üçün Bakı şəhər prokurorluğuna göndərilməsi nəzərə alınmış, iş üzrə şahid qismində dindirilmiş Şahid5 idarə etdiyi mexaniki nəqliyyat vasitəsi ilə 17 dekabr 2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri Nizami rayonu Babək prospektindəki mübahisəli yol şəraitində sağlamlığını və əmlakını qorxu altına alan təhlükə qarşısında işıqforun qadağanedici işarəsini pozaraq hərəkətini davam etdirməsi son zərurət vəziyyəti kimi qiymətləndirilmiş və onun əməli inzibati xəta hesab olunmamış, cinayət işi üzrə Təqsirləndirilən şəxs 17 dekabr 2022-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyinə görə onun əməlində Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması müəyyən edildiyindən qəbul edilmiş qərarın surəti barəsində həmin maddə ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün aidiyyəti üzrə Bakı şəhər Baş Polis İdarəsinin X29 idarəsinə göndərilmiş, aparılmış istintaq zamanı 17 dekabr 2022ci il tarixli hadisə günü Zərərçəkmiş şəxs2 “Porsche Cayenne GTS Coupe” markalı **-VZ- *** dövlət qeydiyyat nişanlı avtomobili, Təqsirləndirilən şəxs isə “Mercedes Benz GL 500” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən mobil telefonlarını əldə saxlamaqla ondan istifadə etdiklərinə görə əməllərində Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması müəyyən edildiyindən qəbul edilmiş qərarın surəti barələrində həmin maddə ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün aidiyyəti üzrə Bakı şəhər Baş Polis İdarəsinin X29 İdarəsinə göndərilmiş, toplanmış istintaq materialları ilə “Mercedes Benz GL 500” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə sahiblik hüququ olan Zərərçəkmiş şəxs4 ASC tərəfindən 09 dekabr 2022-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsini idarə etmək üçün 08 yanvar 2023-cü il tarixədək hüquqi qüvvəsi olan etibarnamə verilməsi müəyyən edildiyindən həmin hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə Bakı şəhər Baş Polis İdarəsinin X29 İdarəsinə göndərilmiş, “Porsche Cayenne GTS Coupe” markalı **-VZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan və digər hallarla bağlı Zərərçəkmiş şəxs2 (fiziki şəxsin) müraciəti əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 28 dekabr 2022-ci il tarixli 248 nömrəli “ekspert rəyi” Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında hazırlanmadığı üçün həmin “ekspert rəyi” etibarsız hesab edilmiş və iş üzrə obyektiv həqiqətin müyyən edilməsinə xidmət edən mötəbər sübutların siyahısından xaric edilmiş, istintaq zamanı Zərərçəkmiş şəxs2 cinayət prosesini həyata keçirən orqana təqdim etdiyi və yaddaşında 17 dekabr 2022-ci il tarixli cinayət hadisəsinin həqiqəti mahiyyəti və faktiki halları barədə məlumatlı olan, lakin sonradan müəyyən maraqları səbəbindən həqiqəti hamıdan gizlətməyə çalışan Zərərçəkmiş şəxs3 və Şahid6 səsli danışıqları mövcud olan 02 ədəd “CD-R” disk iş üzrə tam, hərtərəfli və obyektiv istintaqın aparılmasına və Təqsirləndirilən şəxs elan edilmiş ittihamda onun bilavasitə təqsirliliyinə dəlalət etdiyi üçün həmin disklər maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmış, istintaq zamanı Zərərçəkmiş şəxs2 cinayət prosesini həyata keçirən orqana təqdim etdiyi və yaddaşında 17 dekabr 2022-ci il tarixli cinayət hadisəsindən sonra avtomobilini qəsdən zədələmiş Təqsirləndirilən şəxs ilə apardığı danışıqlar, habelə atası Şahid2 ilə Zərərçəkmiş şəxs3 arasında baş tutmuş telefon danışığı zamanı qeydə alınan səs parçalarının mövcud olduğu 02 ədəd “CD-R” disk ittihamın düzgün həllinə xidmət göstərməklə yanaşı Təqsirləndirilən şəxs faktiki olaraq qəsdən törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, cinayət məsuliyyətdən yayınmaq üçün qəsdən törətdiyi əməli “ehtiyatsızlıqdan baş vermiş hadisə” kimi qələmə verməsini açıq-aşkar müəyyən etməyə imkan verdiyindən həmin disklər maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmış, istintaq zamanı Zərərçəkmiş şəxs2 cinayət prosesini həyata keçirən orqana təqdim etdiyi və yaddaşında 17 dekabr 2022-ci il tarixli cinayət hadisəsini qəsdən törətməsini görüş zamanı etiraf etdiyi halda, bir neçə gün sonra başqa bəhanələrlə ona zəng edib danışıq zamanı söz arasında əvvəl dediklərini də təkzib və təhrif etməyə, öz maraqlarına uyğun şəkildə danışmağa çalışan Təqsirləndirilən şəxs səs yazıları mövcud olan 01 ədəd “CD-R” disk təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən mühüm halları, cinayətkar niyyətini, yalanlarını, cinayət məsuliyyətdən yayınmaq istifadə etdiyi üsulları müəyyən etməyə imkan verdiyindən və mühüm sübutetmə əhəmiyyəti daşıdığından həmin disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmış, istintaq zamanı Zərərçəkmiş şəxs2 cinayət prosesini həyata keçirən orqana təqdim etdiyi və yaddaşında pulunun etibardan sui-istifadə etmə və aldatma yolu ilə Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsi faktı üzrə sonuncunun, o cümlədən Şahid6 və Zərərçəkmiş şəxs3 səs yazıları, habelə fotoçıxarışlar mövcud olan 03 ədəd “CD-R” disk Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi özünə inandırmaq, özü barəsində etibarlı şəxs təəssüratı yaratmaq məqsədi ilə işlətdiyi ifadələrini, cinayətinin törədilmə üsulunu, cinayətkar maraqları naminə verdiyi müxtəlif yalan vədlərini, həmin vədlərin Zərərçəkmiş şəxs2 tərəfindən aşkar olunmasını, pulun geri tələb edilməsini və digər mühüm halları müəyyən etməyə imkan verdiyindən həmin disklər maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmış, Daxili İşlər Nazirliyinin X7 Xidmətindən götürülmüş 01 ədəd “DVD-R” disk 17 dekabr 2022-ci il tarixli cinayət hadisəsini dolayı yolla müəyyən etməyə, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin hər birinin idarə etdiyi nəqliyyat vasitələrinin trayektoriyasını, hərəkət istiqamətlərini, cinayət işinin faktiki halları ilə uyğunluğunu və digər mühüm əhəmiyyət kəsb edən halları müəyyən etməyə imkan verdiyindən həmin disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarları əsasında "xxxx", "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərindən götürülmüş ümumilikdə 03 ədəd “CD- R” disklər yaddaşındakı məlumatlara görə 17 dekabr 2022-ci il tarixli cinayət hadisəsini törətmiş Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2, habelə hadisənin digər şahidlərinin təqibi aparılan cinayət əməli ilə bağlılığını, obyektiv həqiqəti, hadisələrin ardıcıllığını, cinayət işinin faktiki hallarını, Təqsirləndirilən şəxs ona elan edilən ittihamda bilavasitə təqsirliliyini sübut etməklə yanaşı, sonuncunun kriminal davranış xəttini və onun şəxsiyyətini xarakterizə edən digər mühüm halları müəyyən etməyə imkan verdiyindən qeyd edilən disklər maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs yalan vədlərinə görə Zərərçəkmiş şəxs2 tərəfindən 11 noyabr 2022-ci il tarixdə 10800 ABŞ dolları, 17 noyabr 2022-ci il tarixdə isə 1200 ABŞ dolları olmaqla ümumilikdə 12000 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri Nərimanov rayonu, F.Xoyski prospekti, 106 ünvanında yerləşən “Gənclik filialı”nın vasitəsi ilə AZ47TURA******************** nömrəli hesabdan Gürcüstan, Tbilisi şəhəri, Qaqarin küçəsi, 29A ünvanında yerləşən “Bank of Georgia” bankının GE26BG**********705548 benefisiar hesabına göndərilməsini təsdiq edən 02 vərəqdən ibarət “Köçürmə haqqında ərizə”, 02 ədəd vərəqdən ibarət “Cari hesaba mədaxil qəbzi” sənədləri, habelə sifariş edilmiş avtomobilin guya Gürcüstandan Azərbaycan Respublikasına idarə edilərək gətirilməsinə cavabdeh olan sürücülər “Tsıvtsıvadze Marekı” və “Kvatıdze Tornıke” adlı Gürcüstan vətəndaşlarına Bakı şəhəri 48 saylı notariat ofisində verilmiş 23 dekabr 2022-ci il tarixli etibarnamənin tərcümə və təsdiq edilmiş surəti iş üzrə mühüm sübutetmə əhəmiyyətinə malik olmaqla Təqsirləndirilən şəxs elan edilmiş ittihamda onun bilavasitə təqsirliliyinə işarə etdiyi üçün həmin sənədlər maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmış, 17 dekabr 2022-ci il tarixli hadisə günü aralarında toqquşma baş vermiş Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz GL 500” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs2 idarə etdiyi “Porsche Cayenne GTS Coupe” markalı 10- VZ-500 dövlət qeydiyyat nişanlı minik avtomobilləri üzərlərində cinayət izlərini daşımaqla iş üzrə obyektiv həqiqəti və işin faktiki hallarını müəyyən etməyə, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri təkzib etməyə imkan verdiyindən həmin avtomobillər maddi sübut hesab edilmiş, 17 dekabr 2022-ci il tarixli hadisə ilə bağlı Bakı şəhəri Nizami rayon polis idarəsində araşdırma aparılarkən Təqsirləndirilən şəxs öz cinayətini pərdələmək və törətdiyi ictimai təhlükəli əməllərə gələcəkdə “ehtiyatsızlıqdan baş vermiş yol-nəqliyyat hadisəsi” səciyyəsi vermək məqsədi ilə hadisədən sonra düşünülmüş şəkildə Zərərçəkmiş şəxs2 “WhatsApp” ani mesajlaşma və mübadilə sistemi üzərindən guya hadisəni qəsdən törətmədiyinə işarə edən mesajlar yazaraq həmin mesajların fotoçıxarışını guya öz təqsirsizliyini sübuta yetirmək məqsədi ilə polis orqanına təqdim etsə də, həmin mesajların tərəflər arasındakı mübahisənin və cinayət hadisəsinin həqiqi mahiyyətindən uzaq olması, habelə zərərçəkmiş şəxsə məxsus avtomobilin Təqsirləndirilən şəxs tərəfindən qəsdən zədələnməsi toplanmış istintaq materialları ilə tamamilə sübuta yetirildiyi üçün həmin mesaj çıxarışları təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlil hesab edilərək sübutların siyahısından xaric edilmiş, Təqsirləndirilən şəxs 22 dekabr 2022-ci il tarixli izahatına əlavə edərək “X13” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 29 noyabr 2022-ci il tarixdə verilməsini iddia etdiyi “avtomobilin qüsur və çatışmazlıqlarına” dair sənədin fotoçıxarışı heç bir mötəbər hüquqi əsasa sahib olmadığından və toplanmış istintaq materialları ilə mətnində həqiqətəuyğun olmayan məlumatları əks etdirməsi müəyyən edildiyindən iş materiallarına əlavə edilmiş həmin sənəd təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlil hesab edilərək sübutarın siyahısından xaric edilmiş, iş üzrə Təqsirləndirilən şəxs araşdırma zamanı verdiyi izahatlarda və ibtidai istintaq dövründə cinayət prosesini həyata keçirən orqana ünvanladığı ərizələrdə 17 dekabr 2022-ci il tarixdə istirahət etdiyi restorandan zərərçəkmiş şəxsi təqib etmək məqsədi ilə deyil, məhz sonuncuya olan pul borcunu ödəmək üçün yaşadığı evə gedib pul götürməkdən ötrü çıxması, zərərçəkmiş şəxsin avtomobilini qəsdən zədələməməsi, həmin hadisənin sərxoş və gecə saatları olduğu üçün yolu görməməsi ilə, habelə avtomobilin tormoz sistemində olan nasazlıqla əlaqədar ehtiyatsızlıqdan baş verməsi barədə öz müdafiəsi üçün gətirdiyi dəlillər cinayət işinin faktiki hallarına uyğun olmamaqla təsdiqini tapmadığından sübut hesab edilməmişdir. (İV cild i.v. 73-127) -Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunaraq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 sentyabr 2024-cü il tarixli 9/6972 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən 2020-ci il buraxılışlı “Porsche Cayenne GTS Coupe” markalı 10-VZ-5Q0 dövlət qeydiyyat nişanlı avtomobilin 80%-nin yararsız (sürət qutusu, most, razdatka, elektron sistemi, motor, arxa alt hissə, səsboğucu və s.) vəziyyətdə olduğu və 20%-nin qismən yararlı olması müəyyən edilir. Təxminən 80%-i sıradan çıxmış avtomobilin təmirbərpası rentabelli hesab edilmir. Qeyd edilir ki, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 250000,00 manat olmuş 2020-ci il buraxılışlı “Porsche Cayenne GTS Coupe” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 80%-nin sıradan çıxması nəzərə alınmaqla həmin avtomobilə dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla 2022-ci ilin dekabr ayına təxminən 200000,00 (250000-20%) manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən 2013-cü il buraxılışlı “Mercedes Benz GL500” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 24360,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 21030,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 3330,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 17894,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 14564,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 3330,00 manat. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, istər məhkəmə icraatında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 127.2.3, 178.2.4, 186.2.1 və 186.2.2-ci maddələrinin dispoziyalarında nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3, 178.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin prosesin gedişi boyu hazırkı iş üzrə mübahisələndirdiyi, iş üzrə bəraət hökmünün çıxarılmalı olmasına əsas verən hallar kimi irəli sürdüyü dəlillər aşağıdakılardan ibarət olmuşdur: 1. Dələduzluq cinayətinin başa çatması üçün şəxsin özgə əmlakını ələ keçirməsi başa çatmalı, yəni şəxs əmlaka istədiyi surətdə sərəncam verdikdən sonra cinayət başa çatmalıdır. Lakin hazırkı işdə Təqsirləndirilən şəxs ümumiyyətlə əmlak ələ keçirməmişdir; 2. Təqsirləndirilən şəxs əməlindən hər hansı cinayət əməli olmamış, sadəcə ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Zərərçəkmiş şəxs2 avtomobilinə zərər vurulmuşdur. Bu fakt isə cinayət məsuliyyəti deyil, mülki-hüquqi məsuliyyət yaratmaqdadır. 3. Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsini qəsdən törətməmiş, qəza ehtiyatsızlıq səbəbindən baş vermişdir. Hətta Təqsirləndirilən şəxs həmin avtomobilin Zərərçəkmiş şəxs2 məxsus olmasını çox sonradan öyrənmiş, hadisə baş verdiyi an həmin avtomobilin ona məxsus olmasından xəbərdar belə olmamışdır. Həmçinin qəza nəticəsində Təqsirləndirilən şəxs özü ciddi xəsarət almış, ayağı sınmışdır. Əgər həqiqətən hadisə qəsdən törədilsə idi, Təqsirləndirilən şəxs belə ciddi xəsarət almaz, qeyri-ixtiyari şəkildə reflektiv olaraq özünü geriyə çəkər, eyni zamanda öz istiqamətini yox, sərnişin tərəfi vurmuş olardı. Əgər müvafiq ekspertiza keçiriləcəyi təqdirdə qeyd etdiyi xüsusat öz təsdiqini tapacaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarın 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Məhkəmədə toplanaraq tədqiq olunan sübutlarla öz təsdiqini tamışdır ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə xeyli miqdarda özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xarici ölkələrdən hərrac üsulu ilə ucuz qiymətə minik avtomobillərinin alınması və həmin nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilərək baha qiymətə satılması işi ilə məşğul olması barədə Zərərçəkmiş şəxs2 danışıb özünü işgüzar və etibarlı şəxs kimi təqdim edərək inamını qazandıqdan sonra cinayətinin realizəsini asanlaşdırmaq üçün 2022-ci ilin noyabr ayının əvvəllərində aralarında baş tutan görüşdə internet üzərindən aparılan onlayn hərrac zamanı guya 2016-cı il buraxılışlı “Mercedes Benz GL450” markalı minik avtomobilini orta bazar dəyərindən qat-qat ucuz qiymətə, yəni cəmi 8500 ABŞ dollarına almağa müvəffəq olduğunu, 800-900 ABŞ dolları təşkil edən hərrac faizi və əlavə yol xərcləri hesablanmaqla ümumilikdə 12000 ABŞ dolları məbləğində pul veriləcəyi təqdirdə həmin avtomobili sonuncu üçün 45-60 gün ərzində tam təhlükəsiz şəkildə ilk əvvəl X3 gəmi ilə Gürcüstanın Poti şəhər limanına, oradan isə xüsusi yük avtomobillərinin vasitəsi ilə Bakı şəhərinə gətizdirəcəyi barədə Zərərçəkmiş şəxs2 yalan vəd verib aldatmaqla pulun təcili olaraq zəruri hesaba köçürülməli olduğunu bildirib 11 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus 10800 ABŞ dolları, 17 noyabr 2022-ci il tarixdə isə 1200 ABŞ dolları olmaqla ümumilikdə 12000 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" AS-nin Bakı şəhəri Nərimanov rayonu, F.Xoyski prospekti, 106 ünvanında yerləşən “Gənclik filialı”nın vasitəsi ilə AZ47TURA******************** nömrəli hesabdan Gürcüstan Tbilisi şəhəri, Qaqarin küçəsi, 29a ünvanında yerləşən “Bank of Georgia” bankının GE26BG**********705548 benefisiar hesabına göndərilməsini təşkil etsə də, verdiyi vədə əməl etməyib avtomobilin gətirilməsini təmin etməyərək Zərərçəkmiş şəxs2 mülkiyyətindən ibarət Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 20400 manat təşkil edən 12000 ABŞ dolları məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxs də öz əmlakını (pulunu) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, təqsirləndirilən şəxsin niyyəti əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, Zərərçəkmiş şəxs2 münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Bundan başqa, cinayət qanunvericiliyinə görə, Cinayət Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını məhv etməklə və ya zədələməklə mülkiyyət münasibətlərinə qəsd edir, ona ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Digər tərəfdən, bu əməllərin ümumi təhlükəli üsullarla törədilməsi insanların sağlamlığını, həyatını və qanunla qorunan digər dəyərləri də təhlükə altına alır. Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı hüquqi nəticəyə gəlinməsi üçün hər hansı hüquqi əsas yoxdur, həmin cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədə: əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasma özünə- güvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onlar, görmür (cinayətkarcasma etinasızlıq). Halbuki, Təqsirləndirilən şəxs aralarında olan borc məsələsi ilə bağlı Zərərçəkmiş şəxs2 ilə 17 dekabr 2022-ci il tarixdə mesaj yazışmaları zamanı hər hansı əsaslı səbəb olmadan qərəzli və aqressiv cavablar verib münasibətləri gərginləşdirməklə yaranmış mübahisəyə görüşərək aydınlıq gətirilməsi üçün həmin vaxt dostları ilə birlikdə istirahət etdiyi restoranın virtual ünvan xəritəsini internet üzərindən Zərərçəkmiş şəxs2 göndərdikdən bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs2 zəng edib görüşə gələcəyi təqdirdə sağlamlığına zərər vuracağı, avtomobilinin üzərindən keçəcəyi barədə nalayiq ifadələrin müşayiəti ilə hədə-qorxu gəlmiş, bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs2 özünə məxsus olan “Porsche Cayenne GTS Coupe” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə razılaşdırılmış görüş nöqtəsinə çatdıqda isə orada olan Şahid4 münaqişənin qarşısını almaq, habelə onun söydüyü ağır küçə söyüşləri və təhdidlərinə görə üzrxahlıq etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 kənara çəkib avtomobilinə əyləşdirdikdən və bir neçə dəqiqə ərzində söhbət etdikdən sonra sonuncunun münaqişə ilə bağlı oraya gəlmiş dostu Zərərçəkmiş şəxs3 ilə birlikdə oradan uzaqlaşmalarına nail olsa da, o, görüş öncəsi mobil telefonda danışarkən görüşə gələcəyi halda Zərərçəkmiş şəxs2 sağlamlığına zərər vurmayan və avtomobillə üzərindən keçməyən şəxsin ünvanına söydüyü söyüşlərinin özünə aid olacağını, nəticə etibarı ilə bu söyüşlərin şahidi olan dostlarının yanında rüsvay olacağını cüzi səbəb kimi qəbul edib şəxsiyyətinə sığışdırmayaraq guya “sözündə bütövlüyünü” və söyüş qəbul etmədiyini hamıya nümayiş etdirmək məqsədi, yəni xuliqanlıq niyyəti ilə alkoqol sərxoşluğu vəziyyətində idarə etmə hüququ olmadan idarə etdiyi Zərərçəkmiş şəxs4 ASC-yə məxsus “Mercedes Benz GL500” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sükanı arxasına keçib Bakı şəhəri Nizami rayonu Babək prospekti boyunca Yusif Səfərov küçəsi istiqamətində yüksək sürətlə hərəkətə başlamaqla qərəzli münasibət bəslədiyi Zərərçəkmiş şəxs2 tərəfindən idarə edilən “Porsche Cayenne GTS Coupe” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı şəhəri Nizami rayonu, ünvan 2 ünvanında yerləşən “Embawood” mebel mağazasının qarşısına qədər təqib edərək saat 01:47-də işıqforun hərəkəti qadağan edən qırmızı işığında idarə etdiyi avtomobilin qabaq hissəsini yolun hərəkət hissəsində digər avtomobillərlə yanaşı dayanmış Zərərçəkmiş şəxs2 məxsus avtomobilin arxa hissəsi ilə toqquşdurub ümumi təhlükəli üsulla hər iki nəqliyyat vasitəsini və zərbənin təsiri nəticəsində əks istiqamətli hərəkət yollarını ortadan ayıran səkinin üzərində quraşdırılmış işıqforu qəsdən zədələyib “Porsche Cayenne GTS Coupe” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 külli miqdarda 200000 manat məbləğində, “Mercedes Benz GL500” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs4 ASC-yə xeyli miqdarda 24350 manat məbləğində, işıqforun mülkiyyətçisi Daxili İşlər Nazirliyinin X1 Mərkəzinə xeyli miqdarda 5008,25 manat məbləğində maddi ziyan, o cümlədən Zərərçəkmiş şəxs2 döş qəfəsinin ön səthinin döş sümüyü proeksiyasının qançırı ilə müşayiət olunan döş sümüyünün cisminin yerdəyişmiş sınığı, ənsə nahiyəsinin sıyrıqla müşayiət olunan şişkinlik halında əzilməsi, sol bazunun bayır səthinin hematoması kimi və Zərərçəkmiş şəxs3 sağ ayağının birinci barmağının dırnaq falanqasının cüzi yerdəyişmiş sınığı, sol gicgah nahiyəsinin şişkinlik halında əzilməsi kimi dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ümumi təhlükəli üsulla qəsdən sağlamlıqlarına az ağır zərər vurmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qeyd olunan əməlləri ilə özgə əmlaklarını zədələməklə mülkiyyət münasibətlərinə qəsd etmiş, onlara ciddi ziyan vurmuş, nəticə etibarı ilə vətəndaş Zərərçəkmiş şəxs2, hüquqi şəxslər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Zərərçəkmiş şəxs4 ASC onlara məxsus əmlaklardan təyinatı üzrə istifadə etməkdən məhrum olmuşlar, həmçinin, bu əməlin ümumi təhlükəli üsulla törədilməsi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 sağlamlıqlarını, həyatlarını təhlükə altına almışdır. İş üzrə həmin zərərçəkmiş şəxslərə dair məhkəmə-tibbi ekspertizasının rəyləri, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 aldıqları xəsarətlərin ağırlıq dərəcəsi, təqsirləndirilən şəxsin aldığı xəsarətin dərəcəsi ilə müqayisə və ya müəyyən olunmur, iş üzrə verilmiş məhkəmə-tibbi ekspertiza rəyləri zərərçəkmiş şəxslərin bilavasitə məhkəmətibbi ekspertizası, tibbi sənədlərdən alınan məlumatlar, qərarda qoyulmuş suallar əsasında verilmiş, müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ümumi təhlükəli üsulla qəsdən sağlamlıqlarına az ağır zərər vurulmuşdur. Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs olmaqla, onun baş vermiş hadisə zamanı bədən xəsarət alması və ya aldığı bədən xəsarətinin ağırlıq dərəcəsi verilmiş ittihama hər hansı formada təsir göstərmir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 5-ci bəndinə əsasən məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Məhkəmə qeyd edir ki, baxılan iş üzrə cinayət əməlinin baş verdiyi anda Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi onun təhlükəli davranışında özünü biruzə vermişdir, zərərəçəkmiş şəxs həmin münaqişənin təşəbbüskarı olmamışdır. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, təkzibolunmaz sübutlarla müəyyən edilmişdir ki, həmin dəlillərin hüquqi əsası yoxdur, Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddələrlə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisələri baş vermişdir; əməllərdə cinayət tərkibi vardır; cinayətlərin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisələrində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Xüsusilə nəzərə alınmalıdır ki, müdafiəçinin məhkəmə çıxışında qeyd etdiklərindən fərqli olaraq, son sözlə çıxışı zamanı Təqsirləndirilən şəxs əməllərini tamamilə etiraf edib peşman olduğunu bəyan etmiş, Zərərçəkmiş şəxs3 ilə daha əvvəl barışıq əldə etməsindən başqa, artıq iş üzrə digər zərərçəkmiş şəxslərlə tamamilə barışıq əldə etmişdir. Belə ki, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə dəymiş maddi ziyan ödənildiyinə görə həmin zərərçəkmiş şəxs tərəfindən mülki iddiadan imtina edilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbin olmaması ilə bağlı ərizə verilmişdir, eyni zamanda Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan ödənildiyinə görə həmin zərərçəkmiş şəxs öz mülki iddiasından imtina etmiş, təqsirləndirilən şəxslə barışdığı, ona qarşı şikayət və tələbin olmaması ilə bağlı ərizə verilmişdir, digər zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 ASC tərəfindən, dəymiş zərər ödənilməsə də, təqsirləndirilən şəxsə qarşı şikayətin olmaması barədə ərizə verilmişdir. Təqsirləndirilən şəxs isə əməllərindən peşman olduğunu və iş üzrə müvafiq yüngülləşdirici halları nəzərə almaqla ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 127.2.3, 178.2.4, 186.2.1 və 186.2.2-ci maddələrinin sanksiyaları həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 186.2.1 və 186.2.2-ci maddələrinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə - zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə; yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanı ödəyib onunla barışıq əldə etsə də, bundan irəli gələrək sonrakı hərəkət qismində cinayət nəticəsində vurulmuş həmin ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir, hansı ki, təqsirləndirilən şəxsin vəsatəti əsasında bu məqsədlə məhkəmə iclası dəfələrlə təxirə salınmışdır. Həmçinin təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxslərdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus əmlakı qəsdən zədələyib vurduğu xeyli miqdarda maddi ziyanı ödəyib barışıq əldə etsə də, digər zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 ASC-lə barışıq əldə etsə də, dəymiş ziyanı ödəməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində müəyyən edilən qaydada CM-nin 178.2.4 və 186.2.1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə əlavə olaraq qeyd edir ki, ibtidai istintaq zamanı məhkəməəmtəəşünaslıq ekspertizasının 05 iyun 2023-cü il tarixli 9/3338 nömrəli rəyinə uyğun olaraq “Mercedes Benz GL500” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 24350,0 müəyyən edilmiş və əmlakın qəsdən zədələnməsi nəticəsində zərərçəkmiş hüquqi şəxsə həmin məbləğdə maddi ziyan vurulması ilə bağlı təqsirləndirilən şəxsə ittiham verilmişdir. Lakin məhkəmə baxışı zamanı təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 sentyabr 2024-cü il tarixli rəyində bu məbləğ 24360,0 manat kimi müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarını, əhəmiyyətli olmasa da təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə məbləğin artması ilə nəticələndiyindən ziyanın məbləğinin ilkin rəylə müəyyən edildiyi 24350,0 manat kimi qəbul edilməli olduğu qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 yanvar 2023-cü il və 01 mart 2023-tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (İ cild i.v. 90, i.v. 253) - 17 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İİİ cild i.v. 218) - 19 avqust 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhər prokurorunun müavini tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. (İİİ cild i.v. 248-251) - 19 avqust 2023-cü il tarixli qərarından görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İV cild i.v. 1) - 09 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərini pozduğu, üzürlü səbəblər olmadan məhkəməyə gəlməyərək gizləndiyi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən onun haqqında axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami rayon polis idarəsinin 22 yanvar 2025-ci il tarixli 52/22349/25 nömrəli və 3 saylı istintaq təcridxanasının 22 yanvar 2025-ci il tarixli 3-16-17/42/2- 319/2025 nömrəli məktublarından görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 21 yanvar 2025-ci il tarixdə tutularaq saxlanılması üçün aidiyyəti üzrə təhvil verilmişdir. -“Elektron məhkəmə” informasiya sistemində qeydə alınmış məlumatdan görünür ki, X16 29 noyabr 2019-cu il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3, 178.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə törətdiyi əməllər, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını və zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanları ödəyərək onlarla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməllərini etiraf edib səmimi peşmanlığını bildirməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olduğu qeyd edilmiş, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Məhkəmələrə tövsiyə edilmişdir ki, həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməlləri törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin (himayəsində olan yetkinlik yaşına çatmayan uşağının) həyat şəraitinə təsirini nəzərə alır, təqsirləndirilən şəxsin təyin olunacaq cəzanı çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gələrək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə, təyin olunması nəzərdə tutulan, təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsini məqsədəuyğun hesab edir, belə qənaətə gəlir ki, bu, cəzanın məqsədini təmin edir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini, onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 127.2.3, 178.2.4, 186.2.1 və 186.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəzaların qismən toplanması yolu ilə qəti müddətə cəza təyin edilməli, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmalı, sınaq müddəti ərzində davranışı üzərində nəzarətin həyata keçirilməsi daimi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməli, üzərinə müvafiq vəzifələr qoyulmalı, təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndinə əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddətlər ona təyin ediləcək qəti cəza müddətinə hesablanmamalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunması nəzərdə tutulduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan məsələlərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin dispoziyasında əlavə cəza nəzərdə tutulmamışdır; onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas olacaq hallar müəyyən edilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış “CD-R”, “DVD-R” disklər və müvafiq sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, nəqliyyat vasitələrinin aidiyyəti üzrə təhvil verilməsi nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 186.1 və 186.2-ci maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə qeyd edir ki, məlumdur ki, iş üzrə Zərərçəkmiş şəxs2 maddi ziyana görə 220400 manat məbləğində pulun, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi maddi ziyana görə 5008,25 manat məbləğində pulun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq həmin mülki iddiaçılara ödənilməsinə dair ayrılıqda mülki iddialar vermişlər. Hansı ki, məhkəmə baxışının sonrakı mərhələsində, məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək mülki iddiaçılar maddi ziyanın ödənilməsi əsası ilə iddialarından imtina etmişlər. Belə olan halda, məhkəmə bu mülki iddialardan imtinanın digər şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmadığını, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, iş üzrə icraata mülki iddialara dair hissədə xitam verilməli və bunun mülki iddiaçıları cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum etdiyi izah edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. İş materialları ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 mülki iddia verərkən 511 manat məbləğində dövlət rüsumu ödəmişdir ("xxxx" ASC, mədaxil qəbzi **********, xx.xx.2024). Məhkəmə mülki iddiaya dair hissədə işin icraatına xitam verildiyini nəzərə alaraq və qanunvericiliyin tələbinə uyğun olaraq, belə hesab edir ki, qeyd olunan dövlət rüsumu dövlət büdcəsindən tamamilə onu ödəyən şəxsə qaytarılmalıdır. Bundan başqa, məhkəmə diqqətə çatdırır ki, cinayət işi üzrə digər Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslə barışmış, ona qarşı hər hansı tələb irəli sürməmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 ASC-nin cinayət işi üzrə təqsirləndirilən şəxsə qarşı şikayəti olmasa da, dəymiş zərərin ödənilməsini tələb etmişlər, lakin bununla bağlı tərəflərindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPMnin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb edən həmin zərərçəkmiş hüquqi şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, onlara bu hüquqları izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3, 178.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə əlavə olaraq qeyd edir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3, 178.2.4, 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 127.2.3-cü maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 178.2.4-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə, barəsində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Zərərçəkmiş şəxs2 mülki iddiadan imtinası qəbul edilsin, maddi ziyana görə 220400 manat məbləğində pulun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi ilə bağlı mülki iddiaya dair hissədə icraata xitam verilsin. Mülki iddianın verilməsinə görə ödənilmiş 511 manat məbləğində dövlət rüsumu "xxxx" ASC, mədaxil qəbzi **********, xx.xx.2024) dövlət rüsumu dövlət büdcəsindən tamamilə Zərərçəkmiş şəxs2 qaytarılsın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mülki iddiadan imtinası qəbul edilsin, maddi ziyana görə 5008,25 manat məbləğində pulun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ödənilməsi ilə bağlı mülki iddiaya dair hissədə icraata xitam verilsin. İş üzrə dəymiş ziyanı tələb etdikləri halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ iş üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 ASC-yə izah edilsin. Maddi sübut qismində tanınmış, məhkəmə qərarı əsasında "xxxx" MMC-dən götürülmüş 03 ədəd “CD-R” disk, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 08 ədəd “CD-R” disk, Daxili İşlər Nazirliyinin X7 Xidmətindən götürülmüş 01 ədəd “DVD-R” disk, 02 vərəq “Köçürmə haqqında ərizə”, 02 vərəq “Cari hesaba mədaxil qəbzi” sənədləri, “Tsıvtsıvadze Marekı” və “Kvatıdze Tornıke” adlı Gürcüstan vətəndaşlarına Bakı şəhəri 48 saylı notariat ofisində verilmiş 23 dekabr 2022-ci il tarixli etibarnamənin tərcümə və təsdiq edilmiş surətləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. “Mercedes Benz GL 500” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Zərərçəkmiş şəxs4 ASC-yə, “Porsche Cayenne GTS Coupe” markalı **-VZ- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan cəmi 430 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar