Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-140/2022 26.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1989-cu il tarixdə Rusiya Federasiyası, Taqanroq şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 73, mənzil 46-da qeydiyyatda olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 1(007)- 117/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 10 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 7(007)-82/2022 nömrəli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, cəzasının 01 ay 16 gün hissəsi çəkilməmiş qalmış, hazırkı işlə bağlı 26 yanvar 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, törətdiyi digər cinayət əməlinə görə 25 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 fevral 2022-ci il tarixli 4(007)-103/2022 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 noyabr 2021-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 70 nömrəli binanın 3-cü girişinin 2-ci mərtəbəsi ilə 3-cü mərtəbəsinin pilləkənləri arasında olan meydançaya gəlib, Zərərçəkmiş şəxs məxsus, saxlanc yeri hesab edilən, meydançada qaz borusuna qoruyucu zəncirlə kilidlənmiş vəziyyətdə saxlanılan bir ədəd 800 manat dəyərində “Cannondale” markalı, “Trail 6” modelli dəyişən sürətli, tam komplektli 29 ölçülü velosipedin qoruyucu zəncirinin kilidini özü ilə gətirdiyi dəmir parçası ilə sındıraraq gizli olaraq talayıb Zərərçəkmiş şəxs 800 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, pula ehtiyacı olduğundan oğurluq etmək fikrinə gəlmişdir. Bu məqsədlə gecə saatlarında müxtəlif binaların bloklarına daxil olaraq velosiped axtarmışdır. Bu ərəfədə Nizami rayonu R.Rüstəmov küçəsində yerləşən 70 nömrəli binanın 3-cü blokunun 3-cü mərtəbəsində qaz borusuna zəncirlə kilidlənmiş, markasına fikir vermədiyi velosiped aşkar etmişdir. 30 noyabr 2021-ci ıl tarixdə saat 03 radələrində narkotik vasitə almaq üçün pula ehtiyacı olduğundan, həmin velosipedi oğurlamaq fikrinə gəlmişdir. Velosipedin qaz borusuna bərkidildiyi kilidi sındırmaq üçün özü ilə dəmir parçası götürüb həmin binaya getmişdir. Ətrafda heç kəsin olmadığından əmin olduqdan sonra özü ilə gətirdiyi dəmir parçası ilə həmin kilidi sındırıb, velosipedi özü ilə aşağı düşürmüş, sürərək “8-ci km bazarı”na getmişdir. Orada fəhlə işləyən tanımadığı şəxslə söhbət edərkən velosipedi özünkü kimi təqdim edərək onu satmaq istədiyini bildirmişdir. Həmin şəxs velosiped almaq istədiyini bildirərək velosipedin qiyməti ilə maraqlanmışdır. O, velosipedi 100 manata satacağını bildirdikdə, həmin şəxs razılaşmış, cibindən bir ədəd 100 manatlıq əskinası çıxarıb ona vermişdir. Velosipedi həmin şəxsə verib ərazidən uzaqlaşmışdır. 16 dekabr 2021-ci il tarixdə “8-ci km bazarı”nın yaxınlığında olduğu vaxt polis əməkdaşları yaxınlaşaraq onu 24-cü polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman həmin velosipedi oğurladığını səmimi etiraf etmişdir. Verdiyi məlumat əsasında velosipedin yeri aşkar olunaraq sahibinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşman olduğunu, gəncliyini nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ildə internet vasitəsi ilə “Cannondale” markalı, “Trail 6” modelli velosipedi 1400 manata sifariş etmiş və 10 gün sonra sifarişini almışdır. Həmin velosipedi yaşadığı binanın 3-cü blokunun 3-cü mərtəbəsində yerləşən meydançada olan qaz borusuna qabaq təkərindən zənçir və qıfılla bağlayaraq saxlamışdır. 29 noyabr 2021-ci il tarixdə saat 23:30 radələrində evə qayıdanda velosipedi yerində olmuşdur. Lakin 30 noyabr 2021-ci il tarixdə saat 07 radələrində evdən çıxan zaman velosipedin yerində olmadığını və qaz borusu üzərində zəncirin boş sallandığını görmüşdür. Qıfıl isə yerində olmamışdır. Velosipedin oğurlandığını başa düşüb, dərhal 102 xidmətinə məlumat vermişdir. Bir az keçmiş hadisə yerinə polis əməkdaşları gəlib protokol tərtib etmişlər. Velosipedinin oğurlanması nəticəsində ona 800 manat ziyan dəymişdir. Bir neçə gün sonra 24-cü polis şöbəsindən məlumat verilmişdir ki, velosipedi oğurlayan şəxs saxlanılmış, velosipedi tapılmışdır. Polis şöbəsində ona bir neçə velosiped təqdim edilmiş, o, digər velosipedlərin içərisindən özünə məxsus velosipedi tanımışdır. Sonradan velosipedi ona qaytarılmışdır, bununla da ona dəymiş ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid poçt vasitəsi ilə teleqram göndərərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyini, ifadəsini təsdiq etdiyini göstərmişdir. Bununla əlaqədar onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Bakı şəhəri “8-ci km bazarı”nda arabaçı işləyərək pul qazanıb ailəsini dolandırır. 30 noyabr 2021-ci il tarixdə saat 03 radələrində işlədiyi bazarda olan zaman tanımadığı bir şəxs velosiped sürərək ona yaxınlaşmışdır. Bir qədər söhbət etdikdən sonra həmin şəxs xəstə olduğunu, müalicə ounmaq üçün pula ehtiyacı olduğunu, ona görə sürdüyü velosipedi satmaq istədiyini bildirmişdir. Velosipedin qiyməti ilə maraqlanmış, həmin şəxs velosipedi 100 manata satdığını bildirdikdə o, onunla razılaşıb cibində olan bir ədəd 100 manatlıq əskinası çıxarıb ona vermişdir. Həmin şəxs 100 manat pulu ondan alıb, velosipedi ona vermişdir. Bazarda işini yekunlaşdırdıqdan sonra, həmin velosipedi Ucar- Bakı marşurutu üzrə işləyən yük avtomobili ilə Ucar rayonuna göndərmişdir. 16 dekabr 2021-ci il tarixdə Ucar rayonunda olduğu zaman Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsindən zəng olunaraq onun 30 noyabr 2021-ci il tarixdə aldığı velosipedin oğurluq olduğunu bildirib, polis şöbəsinə dəvət etmişlər. Dərhal həmin velosipedi götürüb Bakı şəhərinə gəlmiş və velosipedi polis əməkdaşlarına təhvil vermişdir. Velosipedi alarkən oğuruq olduğunu bilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 22 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 30 noyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 8-9) - 16 dekabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 70 nömrəli evin 3-cü blokunun 2-ci və 3-cü mərtəbələri arasında olan meydançanı təqdim edib, 30 noyabr 2021-ci il tarıxdə saat 03-də velosipedi həmin yerdən oğurladığını bildirmişdir. (i.v. 13-14) - 16 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, X1 ağ rəngli, dayaq hissəsində qırmızı rəngli tros-kilid bağlanmış, alt dayaq hissəsində “Cannondale”, yuxarı dayaq hissəsində “Trail 6” sözləri yazılmış 01 ədəd velosipedi təqdim edərək, 30 noyabr 2021-ci il tarixdə saat 03 radələrində işlədiyi “8-ci km bazarı”nda tanımadığı şəxsdən həmin velosipedi 100 manata aldığını bildirmişdir. (i.v. 17) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 dekabr 2021-ci il tarixli 9/9173 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Cnnondale” markalı, “Trail 6” modelli, dəyişən sürətli, tam komplektli, 29 ölçülü velosipedin istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 750,00 manat müəyyən olunur. (i.v. 28-30) - 21 yanvar 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, X1 ona təqdim edilmiş velosipedlərin içərisindən 2-ci sırada dayanmış özünə məxsus “Cnnondale” markalı, “Trail 6” modelli velosipedi tanımış, o, həmin velosipedi rəngindən, üzərində olan yazılardan tanıdığını bildirmişdir. (i.v. 60-61) - 25 yanvar 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin materialları Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Şahid barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, bir ədəd “Cnnondale” markalı, “Trail 6” modelli, dəyişən sürətli, tam komplektli, 29 ölçülü velosiped maddi sübu kimi tanınmış, məhkəmənin hökmünədək Zərərçəkmiş şəxs təhvil verilmişdir. (i.v. 65-68) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 yanvar 2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 1(007)-117/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 10 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v. 52-53, 61-63) -Bakı şəhər probasiya idarəsinin 06 iyul 2022-ci il tarixli 21-1/3-126576-18 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 1(007)-117/2021 nömrəli hökmü və onun icrası barədə göstəriş 25 may 2021-ci il tarixdə icraata qəbul edilmişdir. Təqsirləndirilən şəxs 07 iyun 2021-ci il tarixdə həmin idarədə qeydiyyata alınmış və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 7(007)-82/2022 nömrəli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 fevral 2022-ci il tarixli 4(007)-103/2022 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 fevral 2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs 12 aprel 2021-ci il tarixli 1(007)-117/2021 nömrəli hökm üzrə cəzasının 08 ay 20 gün hissəsini çəkmiş, 01 ay 16 gün hissəsi çəkilməmiş qalmışdır. - 26 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 88-89) - 27 fevral 2022-ci il tarixli 4(007)-103/2022 nömrəli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 fevral 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 18.4.4 və 83.1-ci maddələrinin tələbləri baxımından qeyd edir ki, yuxarıda istinad olunan hökmlə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduğundan həmin hal residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törətdiyi digər cinayət əməlinə görə barəsində həbs qətimkan tədbiri seçilməklə işin məhkəmə baxışının davam etdiyini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 1(007)-117/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 ay 16 günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı 26 avqust 2022-ci il tarixdən hesablanmalıdır, belə ki, onun 25 fevral 2022-ci il tarixdən həbsdə saxlanılması törətdiyi digər cinayət işi üzrə olduğundan hazırkı cəzanın müddətinə daxil edilə bilməz, eləcə də o, baxılan iş üzrə tutulmamış və həbsdə saxlanılmamışdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, hökmün icrasını təmin etmək məqsədi ilə, hökm qanuni qüvvəyə minənədək, barəsində həbs qətimkan tədbiri seçilsin, onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış velosipedin zərərçəkmiş şəxsə qaytarılaraq istifadəsinə verilməsi nəzərə alınmalıdır; CPMnin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, dövlət hesabına təyin edilmiş vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı dövründə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 40 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 1(007)-117/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) ay 16 (on altı) günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 26 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, hökmün icrasını təmin etmək məqsədi ilə, hökm qanuni qüvvəyə minənədək, barəsində həbs qətimkan tədbiri seçilsin, onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. Maddi sübut qismində tanınmış bir ədəd “Cnnondale” markalı, “Trail 6” modelli, dəyişən sürətli, tam komplektli, 29 ölçülü velosipedin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı ümumilikdə 40 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-140/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-140/2022
26.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver