Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-141/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi – mülki iddiaçı - X15 oğlunun, müdafiəçi - Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 05:55 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-21901” markalı, **- VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə olmadan Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə şəhərin mərkəz istiqamətindən “X12 Aeroportuna” doğru saatda 80 km sürətlə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bu tələblərə əməl etməyərək həmin qaydaları pozmaqla Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 1029 ünvanında yerləşən metronun “Koroğlu” stansiyasının qarşısında idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə yolu soldan sağa keçən piyada 1950-ci il təvəllüdlü X4 vuraraq Museyib Əhmədova dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan iki tərəfli ağciyərlərin atelektazı ilə ağırlaşan hemopnevmotoraks, qaraciyərin sağ payının travmatik cırılması, sağ böyrəyin travmatik parçalanması, sağ tərəfli peritonarxası sahənin hematoması, sağ incik sümüyünün qapalı sınığı, baş beyin silkələnməsi, sağ qaşın əzilmiş yarası xəsarətləri yetirmişdir ki, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlığından X8 almış olduğu gövdənin (döş qəfəsinin və qarın nahiyəsi) küt travması nəticəsində yaranmış daxili orqanların zədələnməsi fonunda poliorqan çatmamazlığı kimi xəsarətlər Museyib Əhmədovun xx.xx.2020-ci il tarixdə saat 09:45-də 3 saylı X9 ölümünə səbəb olmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 05:50 radələrində “Koroğlu” metrostansiyasının qarşı tərəfindən keçən əsas yol ilə Heydər Əliyev adına X13 doğru idarə etdiyi “VAZ-21901” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla təxminən saatda 80 km sürətlə hərəkət etmişdir. Həmin yolun “Koroğlu körpüsü” adlanan hissəsində körpünün altına çatmağa az qalmış, avtomobilin ön tərəfindən təxminən 10 metr qarşı tərəfdə piyada Museyib Əhmədovun yolun solundan sağına doğru iti addımlarla yolu keçdiyini və onun yolun hərəkət zolağında yolun eyni istiqamətdə olan yardımçı yol ilə əsas yolun arasındakı düz xəttin üstünə çatdığını görmüşdür. Əyləci basaraq avtomobilin sürətini saatda 60-70 km sürətə qədər azaldıb avtomobili sağa doğru hərəkət etdirməsinə baxmayaraq piyada Museyib Əhmədovu avtomaşının qabaq sol hissəsi ilə vurmuş, piyada zərbənin təsirindən atılmış və piyadanın əlində olan çanta avtomaşının qabaq şüşəsinin sol hissəsinə dəymişdir. O, avtomaşından düşüb piyadanı avtomaşınına qoyaraq onu 3 saylı X11 aparmışdır. Yas mərasiminə 3000 manat, xəstəxanaya isə 3500-4000 manat xərc çəkmişdir. Bu gün zərərçəkmiş şəxsin hüquqi varisinə 2000 manat pul verməyi təklif edir, 3000 manatı isə xx.xx.2021-ci il tarixə kimi ödəyəcəkdir, hətta bu barədə müqavilə də bağlamağa razıdır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi – mülki iddiaçı X10 izahatında bildirmişdir ki, X8 onun atasıdır. O, xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında polis əməkdaşlarından sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21901” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində atasını vurduğunu eşitmişdir. Məlumatı aldıqdan sonra o, xəstəxanaya getmiş və həqiqətən atasının həmin avtomobil tərəfindən vurulduğunu və sürücünün atasını avtomobillə xəstəxanaya gətirdiyini öyrənmişdir. Atası xəstəxananın reanimasiya şöbəsində olduğundan atasını görə bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə atası almış olduğu ağır xəsarətlərdən 3 saylı ŞKX-da vəfat etmişdir. Təqsirləndirilən şəxs yas mərasiminə 3000 manat xərc çəkmişdir. Təqsirləndirilən şəxs xəstəxanaya 3500-4000 manat xərc çəkdiyini bildirsə də o, qədər xərc çəkməmiş, uzağı 2200-2500 manat arası xərc çəkmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs təklifi ilə razı deyildir. Dövlət ittihamçısının təqsirləndirilən şəxsə istədiyi cəza ilə razıdır və məhkəmədən mülki iddiasının təmin edilməsini, həkimlərə və yas mərasiminə çəkilən xərc olaraq 10000 manat, ona vurulan mənəvi ziyanın əvəzi olaraq 50000 manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul olunması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixli, HK-1/38 saylı material üzrə fakta görə Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - cinayət işinin tövsif edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsindən həmin Məcəllənin 263.2-ci maddəsinə tövsif edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 meyitin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 22 saylı rəyin nəticə hissəsindən görünür ki, 3 nömrəli ŞKX-nın tərtib etdiyi C 288 saylı stasionar xəstənin tibbi kartasındakı məlumata əsasən X8 həmin xəstəxanaya xx.xx.2020-ci il tarxdə saat 06:30-da “Qapalı kəllə beyin travması. Baş beyin silkələnməsi. Döş qəfəsinin küt travması. Sağ tərəfli incik sümüyünün aşağı 1/3-nin qapalı sınığı” diaqnozu ilə daxil olmuşdur. Həmin tarixdə ümumi narkoz altında təcili qaydada “hər iki plevra boşluğunun Bülau üsulu ilə drenə edilməsi, laporatomiya, qaraciyər yarasının tikilməsi, sağ tərəfli nekrektomiya, bitişmələrin ayrılması, qarın boşluğunun sanasiya və drenə edilməsi” əməliyyatı icra edilmiş, aparılan müalicə və reanimasion tədbirlərə baxmayaraq xx.xx.2020-ci il tarixdə saat 09:45-də bioloji ölüm baş vermişdir. X2 iki tərəfli ağciyərlərin atelektazı ilə ağırlaşan hemopnevmotoraks, qaraciyərin sağ payının travmatik cırılması, sağ böyrəyin travmatik parçalanması, sağ tərəfli peritonarxası sahənin hematoması, sağ incik sümüyünün qapalı sınığı, baş beyin silkələnməsi, sağ qaşın əzilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlər həyatidir, şəxsin 3 saylı ŞKX-na daxil olmasından az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində yarana bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyır və baş vermiş ölümlə səbəbli əlaqəlidir. Yuxarıda göstərilən xəsarətlərdən başqa M.H.Əhmədovun meyitinin üzərində boyunun yarası-traxeostomik boru yeri, döş qəfəsinin hər iki tərəfin yaraları - drenaj boru yerləri, qarnın ön divarının yaraları-(laporasentez, Koxer kəsiyi və drenaj yeri) cərrahi əməliyyat yerləri, hər iki dirsək çuxurun və əlin arxa səthinin nöqtə şəkilli yaraları (iynə yerləri), bunlar da göstərilmiş tibbi yardım izləri sayıla bilərlər. Bundan başqa büzdüm nahiyəsinin yarası trofik yataq yarasıdır, hansı ki, şəxsin uzun müddət arxası üstə uzanıqlı vəziyyətdə olması nəticəsində əmələ gəlmişlər. X3 ölümünə səbəb almış olduğu gövdənin (döş qəfəsi və qarın nahiyəsi) küt travması nəticəsində yaranmış daxili orqanların zədələnməsi fonunda poliorqan çatmamazlığı olmuşdur. Ölüm xx.xx.2020-ci il tarixdə saat 09:45-də 3 saylı ŞKX-da baş vermişdir, bu da meyitdə gedən ilkin əlamətlərdə öz əksini tapır. M.H.Əhmədovun uzun müddət xəstəxanada qaldığını nəzərə alıb qan etil spirtinin təyini üçün götürülməmişdir. Xəstəlik tarixlərində şəxsin içkili olub-olmaması barədə heç bir qeyd aparılmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 5504 saylı rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “VAZ-21901” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 3051 saylı rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxx” MMC servis mərkəzinin, xx.xx.2020-ci il tarixli, 04 №-li nöqsan aktı məlumatlarına əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2013cü il buraxılışlı “Lada Granta” markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 905,00 manat müəyyən edilir. - zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X8 zərərçəkmiş şəxs qismində tanınmışdır. - hüquqi varis qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X10 iş üzrə zərərçəkmiş şəxs X3 hüquqi varisi kimi tanınmışdır. - “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2020-ci il tarixli, 1/202 saylı aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 12:15-də müayinə olunan Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən olunmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 016-10983-1220 nömrəli məktubdan görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə AD 157141 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. - maddi sübut kimi tanıma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-in Təhlükəsiz Şəhər Xidmətinin “TŞ 4-200” nömrəli videomüşahidə qurğusunun 2-ci və 3-cü kameraları ilə qeydə alınmış piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri olan bir ədəd “CD” disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, bu kateqoriyadan olan cinayət işləri üzrə təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması nəticəsində zərərçəkmiş şəxs X5 canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilmiş bədən xəsarəti yetirməsi və zərərçəkmiş şəxsin aldığı xəsarətlərdən ölməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir və Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 nömrəli Qərarının 21-ci bəndində qeyd olunmuşdur ki, bu qəbildən olan işlər üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun ilk dəfə cinayət törətməsini, cinayətin obyektini yol hərəkəti və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirlər. Ona görə də Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyasına əsasən əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikasının CPM-nin 346.1.20 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 170 (bir yüz yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Zərərçəkmiş şəxsin hüquqi varisi – mülki iddiaçı X10 həkimlərə və yas mərasiminə 10000 manat xərc çəkməsini və 50000 manat mənəvi ziyan dəyməsini təsdiq edən sübutlar təqdim etmədiyindən məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalı və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 170 (bir yüz yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi – mülki iddiaçı X6 mülki iddiası baxılmamış saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-141/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-141/2020
02.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver