Məhkəmə qərarları › İş №1(007)-141/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-141/2022

28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-141/2022 28.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 oğlunun və X3, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə, təqsirləndirilən şəxs – xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3ömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan cinayətkar plana uyğun olaraq oğurluq cinayətinin törədilməsi və qanunsuz olaraq ələ keçiriləcək əmlakın daşınmasında istifadə ediləcək vasitə əldə etmək üçün Təqsirləndirilən şəxs2, qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Şahid4 taksi xidməti göstərəcəyini bəhanə gətirib etibarnamə əsasında sonuncunun faktiki sərəncamında olan “BMW 318” minik markalı, sedan tipli, **- LT-*** dövlət qeydiyyat nişanlı avtomobili aldıqdan sonra 30 mart 2021-ci il tarixdə saat 24:00 radələrindən 31 mart 2021-ci il tarixdə saat 05:00 radələrinədək olan müddət ərzində onunla birlikdə həmin nəqliyyat vasitəsi ilə əvvəlcə ünvan 4 ünvana gələrək oradan asfalt yol örtüyü üzərində quraşdırılmış ümumi dəyəri 792 (yeddi yüz doxsan iki) manat təşkil edən 05 ədəd, daha sonra eyni vahid niyyətin davamı olaraq ünvan 5 ünvana gələrək oradan asfalt yol örtüyü üzərində quraşdırılmış ümumi dəyəri 158 (yüz əlli səkkiz) manat 40 (qırx) qəpik təşkil edən 01 ədəd Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin Nizami rayon Sukanal İdarəsinə məxsus kanalizasiya quyularının qapaqlarını gizli yolla talayıb oğurluq etməklə zərərçəkmiş şəxsə ümumilikdə 950 (doqquz yüz əlli) manat 40 (qırx) qəpik miqdarda maddi ziyan vurmuş, bundan sonra qrup üzvləri ələ keçirilmiş həmin kanalizasiya quyularının qapaqlarını nəqliyyat vasitəsinin yük yerinə qoyub 31 mart 2021ci il və 01 aprel 2021-ci il tarixlərdə əvvəlcə 05 ədədini Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindəki metal qəbulu məntəqəsində çalışan və qrup üzvlərinin cinayətkar əməllərindən xəbərsiz olan Şahid5, 01 ədədini isə Bakı şəhəri, Sabunçu rayonu, “Mərkəzi Yol” deyilən yerə yaxın ərazidə yerləşən metal qəbul məntəqəsində çalışan qrup üzvlərinin cinayətkar əməllərindən xəbərsiz olan Şahid7 təhvil verərək əldə etdikləri qazancı aralarında bölüşdürmüşlər. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, 0,417 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq, üzərində saxlamış, 09 aprel 2021-ci il tarixdə saat 11:30 radələrində Nizami RPİ-nin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Nizami rayonunun inzibati ərazisində baş vermiş oğurluq faktları ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Y.Saratov 72 B ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 114 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş, orada onun üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan göy rəngli cins şalvarın sol yan cibində olan 1 ədəd şəffaf sellofana bükülmüş halda, içərisində şəxsi istehlak miqdarından artıq miqdarda 0,417 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan cinayətkar plana uyğun olaraq oğurluq cinayətinin törədilməsi və qanunsuz olaraq ələ keçiriləcək əmlakın daşınmasında istifadə ediləcək vasitə əldə etmək üçün o, qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Şahid4 taksi xidməti göstərəcəyini bəhanə gətirib etibarnamə əsasında sonuncunun faktiki sərəncamında olan “BMW 318” minik markalı, sedan tipli, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili aldıqdan sonra 30 mart 2021-ci il tarixdə saat 24:00 radələrindən 31 mart 2021ci il tarixdə saat 05:00 radələrinədək olan müddət ərzində cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1lə birlikdə həmin nəqliyyat vasitəsi ilə əvvəlcə ünvan 4 ünvana gələrək oradan asfalt yol örtüyü üzərində quraşdırılmış ümumi dəyəri 792 (yeddi yüz doxsan iki) manat təşkil edən 05 ədəd, daha sonra eyni vahid niyyətin davamı olaraq ünvan 5 ünvana gələrək oradan asfalt yol örtüyü üzərində quraşdırılmış ümumi dəyəri 158 (yüz əlli səkkiz) manat 40 (qırx) qəpik təşkil edən 01 ədəd Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin Nizami rayon Sukanal İdarəsinə məxsus kanalizasiya quyularının qapaqlarını gizli yolla talayıb oğurluq etməklə zərərçəkmiş şəxsə ümumilikdə 950 (doqquz yüz əlli) manat 40 (qırx) qəpik miqdarda maddi ziyan vurmuş, bundan sonra qrup üzvləri ələ keçirilmiş həmin kanalizasiya quyularının qapaqlarını nəqliyyat vasitəsinin yük yerinə qoyub 31 mart 2021-ci il və 01 aprel 2021-ci il tarixlərdə əvvəlcə 05 ədədini Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindəki metal qəbulu məntəqəsində çalışan və qrup üzvlərinin cinayətkar əməllərindən xəbərsiz olan Şahid5, 01 ədədini isə Bakı şəhəri, Sabunçu rayonu, “Mərkəzi Yol” deyilən yerə yaxın ərazidə yerləşən metal qəbul məntəqəsində çalışan qrup üzvlərinin cinayətkar əməllərindən xəbərsiz olan Şahid7 təhvil verərək əldə etdikləri qazancı aralarında bölüşdürmüşlər. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilərək, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, o, evdə yatan zaman polis əməkdaşları onun yaşadığı mənzilə gəlmişlər, onu yatdığı yerdən götürərək əynində olan alt paltarı ilə bölməyə aparmışlar. Sonradan evdən onun paltarlarını gətirmişlər, polis əməkdaşı geyinməyi üçün paltarlarını ona vermiş, o geyinmişdir. Sonra üzərinə baxış keçirilmiş, üzərindən psixotrop maddə aşkar edilmişdir. Aşkar edilmiş psixotrop maddə ona məxsus deyildir. O, narkotik vasitə istifadəçisi deyildir. Bundan başqa 2021-ci ilin aprel ayında o, tanışı Orxanın idarə etdiyi avtomobillə başqa şəxsdən pul götürməyə getmişdir. Həmin vaxt Orxan onunla taksi sürücüsü kimi getmişdir. O, Keşlə qəsəbəsində dəmir görmüş, Orxana həmin dəmir məmulatını götürməyi təklif etmiş, Orxan razılaşmışdır. Orxanla birlikdə bir dəfə dəmir məmulatı oğurlamışlar. Həmin dəmir məmulatını əlvan metal qəbulu məntəqəsinə tanımadıqları şəxsə 35 manata satmışlar. Əldə etdikləri pulu hərəyə 15 manat olmaqla aralarında bölmüşlər. Oğurluq etdikdən təxminən 5 gün - 1 həftə sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmədən əməlindən peşman olduğunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Lətifxan ona kimdənsə pul götürəcəyini bildirərək taksi kimi onu aparmağını xahiş etmiş, o, razılaşmışdır. Lətifxan ilə birlikdə Keşlə qəsəbəsinə getmişlər, orada dəmir məmulatı görüb onu götürmüşlər. Həmin dəmir məmulatını əlvan metal qəbulu məntəqəsinə 32-33 manata satıb, əldə etdikləri pulu aralarında bölüşdürmüşlər. Dəmir məmulatını götürərkən təhlükəsizlik kamerasına düşmüşdür. Polis əməkdaşları bununla bağlı onu saxlamışlar. Kanalizasiya qapaqları ilə şəklini çəkmişlər, ona narahat olmamasını işin bağlanacağını demişlər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törətməkdə təqsirləri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş Azərbaycan Respublikası Zərərçəkmiş şəxs ASCnin Nizami rayon Sukanal İdarəsinin nümayəndəsi qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, 30 və 31 mart 2021-ci il tarixdə idarəyə məxsus ümumi dəyəri 950,40 manat təşkil edən 06 ədəd kanalizasiya quyularının qapaqları oğurlanmışdır. Bununla bağlı ərazi üzrə polis bölməsinə müraciət etmişlər. Kanalizasiya quyularının qapaqları onlara qaytarılmışdır. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur. Zərərçəkmiş Azərbaycan Respublikası Zərərçəkmiş şəxs ASC-nin Nizami rayon Sukanal İdarəsinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək dəymiş zərərin tam ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmiş, növbəti iclasları onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin sabiq əməliyyat müvəkkili (hazırda Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-də təhqiqatçı işləyən) Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral-mart aylarında su kanalizasiya quyularının qapaqlarının oğurlanması barədə əməliyyat məlumatları daxil olmuşdur. Əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq edən şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs1 Sabunçu rayonu ərazisində yaşadığı müəyyən edilmişdir. Onu yaşadığı binanın qarşısında saxlayaraq polis şöbəsinə dəvət etmişlər. Şöbədə Təqsirləndirilən şəxs1 oğurluq etdiyini etiraf etmişdir. İş üzrə şahid Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əlavəsinin olmadığını bildirmiş, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Nizami rayonu 23-cü Polis Bölməsinin inzibati ərazisində baş vermiş Zərərçəkmiş şəxs ASC-nin Nizami rayon Sukanal İdarəsinə məxsus kanalizasiya quyularının qapaqlarının gizli yolla oğurlanması faktı ilə əlaqədar həmin cinayəti törətməkdə Təqsirləndirilən şəxs1 şübhəli olmuşdur. Təqsirləndirilən şəxs1 həm də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməklə saxlaması və istifadə etməsi barədə onlarda əməliyyat məlumatı olmuşdur. Aldıqları əməliyyat məlumatı ilə təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs1 hər gün narkotik vasitə və psixotrop maddədən istifadə edir, üzərində gəzdirir. Sonuncu dəfə 09 aprel 2021-ci il tarixdə belə bir əməliyyat məlumatı onlara daxil olduğu üçün qərara gəlmişlər ki, əməliyyat keçirərək Təqsirləndirilən şəxs1 saxlasınlar. Bundan sonra o, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid3 və Nizami RPİ-nin 23-cü Polis Bölməsinin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid2 ibarət qrup təşkil olunmuşdur. 09 aprel 2021-ci il tarixdə saat 11:30 radələrində ünvan 9 ünvanının qarşısında Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim edərək, həmin şəxsi Nizami RPİ-nin 23-cü Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsə dövlət hesabına müdafiəçi dəvət edilərək təqdim edilmiş, hüquq və vəzifələri izah olunduqdan sonra həmin şəxs şübhəli şəxs qismində tutulmuşdur. Orada xidməti otaqların birində xx xxxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 10 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 müdafiəçisi 6 saylı vəkil bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl həmin şəxsə təklif edilmişdir ki, əgər üzərində qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Həmin təklifə əsasən Təqsirləndirilən şəxs1 könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş ağ kristal maddəni təqdim edərək həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, həmin psixotrop maddəni bir gün əvvəl sosial şəbəkə vasitəsilə tanış olduğu və adını bilmədiyi bir nəfərdən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı yolu yaxınlığından 15 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 götürülmüş psixotrop maddəyə oxşar maddə zərfə qablaşdırılaraq DİN-nin 163 №-li möhürü ilə möhürlənmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 qarşı heç bir təzyiq olunmamışdır. 09 aprel 2021-ci il tarixdə saat 11:30 radələrində o və Nizami RPİ-nin 23-cü Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və Nizami RPİ-nin 23-cü Polis Bölməsinin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid2 oğurluqda, eləcə də narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs1 yaxınlaşaraq özlərini təqdim edərək polis bölməsinə dəvət edən zaman Təqsirləndirilən şəxs1 ünvan 9 ünvanının qarşısında olmuş və onun əynində göy rəngli cins şalvar, qara rəngli qısaqol köynək və qara rəngli qısaqol gödəkçə olmuşdur. 09 aprel 2021 ci il tarixdə saat 11:30 radələrində o və Nizami RPİ-nin 23-cü Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid3 və Nizami RPİ-nin 23-cü Polis Bölməsinin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid2 oğurluqda şübhəli bilinən Təqsirləndirilən şəxs1 yaxınlaşaraq özlərini təqdim edərək polis bölməsinə dəvət edən zaman həmin şəxsin əynində paltarları olmuş və ətrafda heç kim olmamışdır. Onlar Təqsirləndirilən şəxs1 saxlayan zaman dərhal maşına otuzdurub həmin yerdən uzaqlaşmışlar, kimsə Təqsirləndirilən şəxs1 görübsə də uzaqdan görə bilərdi, çünki yaxınlıqda heç kim olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 üstündə şəxsi axtarış keçirilməmişdən əvvəl özü könüllü olaraq psixotrop maddə olan metamfetamini təqdim etmiş və bu zaman baxışda polis əməkdaşlarından başqa vəkildə iştirak etmişdir. İş üzrə şahid Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin cinayət axtarış üzrə kiçik inspektoru Şahid2 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əlavəsinin olmadığını bildirmiş, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 istintaq zamanı Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İş üzrə Şahid6 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ifadəsinə heç bir əlavəsinin olmadığını bildirmiş, işləri ilə əlaqədar məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid6 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 01 aydır ki, Sabunçu rayonu, “Mərkəzi yol” deyilən yerə yaxın ərazidə yerləşən metal qəbulu məntəqəsini icarə şərtləri əsasında işlədir. Ondan başqa həmin məntəqədə qohumu, bibisinin oğlu Şahid7 da çalışmışdır. Təxminən 01 aydır ki, revmatizm xəstəliyindən əziyyət çəkdiyi üçün metal qəbulu məntəqəsinə gedə bilməmişdir. Hazırda ona məlum olmuşdur ki, Şahid7 metal qəbulu məntəqəsində olduğu zaman ona bəlli olmayan tarixdə və vaxtda tanımadığı şəxsdən şəxsiyyət vəsiqəsi tələb etmədən 01 ədəd kanalizasiya quyusunun qapağını almışdır. O, sağalıb iş yerinə geri qayıdana qədər həmin kanalizasiya quyusunun qapaqları “X11”-yə təhvil verilmədiyindən o, həmin əmlakın dövlət əmlakı olduğunu yəqin edib, əmlakı metal qəbulu məntəqəsindən çıxarıb, Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən həyət evinin həyətinə yerləşdirmişdir. İş üzrə Şahid5 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ifadəsinə heç bir əlavəsinin olmadığını bildirmiş, işləri ilə əlaqədar məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid5 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, təxminən mart ayının ortalarından Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvan olaraq dəqiq xatırlamadığı ünvanda yerləşən metal qəbulu məntəqəsini icarə şərtləri əsasında işlətmişdir. Həmin metal qəbulu məntəqəsinin yaxınlığında “Emin” adlı yeməkxana fəaliyyət göstərmişdir. 31 mart 2021-ci il tarixdə saat 10:00-13:00 arasında şəxsiyyəti ona sonradan bəlli olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tünd göy rəngli, **-LT- *** dövlət qeydiyyat nişanlı avtomobillə çalışdığı dəmir məmulatları məntəqəsinə gəlib, həmin avtomobilin yük yerində olan dəmir məmulatlarını satmaq istədiklərini ona bildirmişlər. O, avtomobilin yük yerində ilk baxışdan üzərində digər tullantı dəmir məmulatlarının olduğunu görüb, zənn etmişdir ki, avtomobilin yük yerində olan bütün məmulatlar tullantı materiallarıdır. Bu səbəbdən də həmin məmulatları götürməyə razılıq vermişdir. Onun dəmir qəbulu üzrə fəaliyyəti yeni başladığından bir çox qaydaları bilməmişdir. Qəbul etdiyi dəmir məmulatlarını ilk öncə diqqətlə yoxlayıb sonra qəbul etməli olduğu halda, məsuliyyətsiz yanaşaraq həmin şəxslərin onu aldadacağını düşünməmişdir. Buna görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobilin yük yerində olan dəmir tullantı materialları kimi gördüyü məmulatları tərəziyə boşaltmışlar. O, üzəri dəmir tullantı ilə örtülmüş, lakin, altında kanalizasiya quyularının dəmirdən olan qapaqlarının olduğunu görməmiş və bu səbəbdən də həmin şəxslərin hərəkətləri onda qeyri-adi şübhə yaratmamışdır. Lakin ümumi qaydalara uyğun olaraq, dəmir qəbulu üzrə əsas şərt kimi həmin şəxslərdən şəxsiyyət vəsiqələrini tələb etmişdir. Şəxslərin hər ikisi üzərlərində heç bir sənəd olmadıqları bildirib, yaxın qohumu olduğunu iddia etdikləri bir qadının şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişlər. Həmin sənədi ona təqdim edən şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dəmir məmulatlarını qəbul edərkən həmin məmulatlar arasında su kanalizasiyasının dəmir qapaqlarının olduğunu görməmişdir. Məmulatlar tərəzidə çəkildikdən sonra həmin şəxslərin özləri tərəzidə çəkilmiş məmulatları ümumi sahəyə aparmışlar. O, bu prossesə də diqqət yetirməmişdir. Təqsirləndirilən şəxs1 yaxın qohumu, arvadı deyə təqdim etdiyi həmin şəxsiyyət vəsiqəsinin surəti 01 aprel 1996-cı il təvəllüdlü X1 məxsus olmuşdur. Həmin gündən bir gün sonra, yəni 01 aprel 2021-ci il tarixdə yenə də eyni saatlarda həmin şəxslər təkrar metal qəbulu məntəqəsinə gəlmişlər. Yenə eyni qaydada, üzəri dəmir tullantıları olan, lakin arasında kanalizasiya dəmir qapaqları olan məmulatları tərəzi üzərinə boşaldıb, oradan da ümumi sahəyə aparmışlar. Həmin ərəfədə dəmir məmulatını gətirən şəxslər avtomobilin yük yerindən məmulatları tərəziyə, oradan da sahəyə apardıqları zaman o, dəmir məmulatı gətirən iri qabaritli yük avtomobili ilə məşğul olduğu üçün həmin şəxslərin hərəkətləri diqqətindən kənarda qalmışdır. 01 gün sonra, yəni 02 aprel 2021-ci il tarixdə polis əməkdaşları onu 23-cü Polis Bölməsinə dəvət edib, vəziyyəti ona izah etmişlər ki, 31 mart və 01 aprel 2021-ci il tarixlərdə ona tullantı dəmir məmulatı adı ilə materiallar vermiş şəxslər Keşlə qəsəbəsi ərazisində kanalizasiya qapaqlarını oğurlamış və ona satmışlar. O, diqqətsizlik göstərdiyini etiraf edib, polis əməkdaşlarına bildirmişdir ki, həmin şəxslərin ona təqdim etdikləri dəmir məmulatları ümumi sahəyə yığılsa da həmin məmulatları digərlərindən ayırd edə bilir və bu məqsədlə polis əməkdaşları ilə birlikdə çalışdığı metal qəbulu məntəqəsinin ümumi sahəsinə getmişlər. Qəbul etdiyi dəmir məmulatlarına baxdıqda görmüşdür ki, tullantı deyə verdikləri dəmir materialların altında ümumilikdə təxminən 5 ədəd dairəvi formalı kanalizasiya qapaqları var. Həmin anda xatırlamışdır ki, bu kanalizasiya qapaqlarını “X11”yə ərintiyə göndərmək istəsə də göndərməmişdir. Dəmir məmulatların qəbulu zamanı o, həmin məmulatların üzərinin tullantı materiallar olduğunu görüb, altının da eyni cür məmulatlar olduğunu düşünərək qəbul etmiş, yəni qəbul etdiyi tullantı məmulatları arasında kanalizasiya qapaqlarının olduğunu görməmiş və bunu ehtimal belə etməmişdir. Şəxsiyyətləri sonradan ona məlum olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iki dəfə metal qəbul etmiş və qəbul etdiyi dəmir məmulatlarına görə ümumilikdə 63 manat pul ödəmişdir. Qəbul etdiyi dəmir məmulatları arasında su kanalizasiya qapaqlarının olduğunu bildiyi ilk andan etibarən həmin materialları könüllü polisə təqdim etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Nizami RPİ-nin 23-cü PB-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin metamfetamini özü istifadə etməsi məqsədi ilə bir gün əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olduğu adını bilmədiyi bir nəfərdən Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı yolu yaxınlığından 15 manata aldığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/1403 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DİN Zərflər üçün № 162” möhür əksi “...Saxlanılan şəxs Təqsirləndirilən şəxs1..” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,417 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - maddi sübut kimi tanıma haqqında xx.xx.2021-ci il tarixli qərardan və Bakı şəhəri Nizami RPİ-nin Növbətçi Hissəsinin rəisi V.Cəfərov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilib götürülmüş təmiz çəkisi – 0,417 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq hissəsi 0,367 qramı Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Nizami RPİ-nin İŞ-nin müstəntiqi Nicat Nayıbovun vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 X7-Narkoloji tibbi yoxlamanın xx.xx.2021-ci il tarixli, 4556 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - ********* saylı cinayət işinin ********* saylı cinayət işi ilə birləşdirilməsi və tövsif edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinə birləşdirilmiş, ********* saylı cinayət işinin materialları və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. - Azərbaycan Respublikası Zərərçəkmiş şəxs ASC-nin Nizami rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, İH 02/2-01-27 nömrəli məktubdan görünür ki, ünvan 12 ünvanda 5 ədəd və Yenikənd küçəsi 14 saylı ünvanda 1 ədəd kanalizasiya quyularının qapaqları oğurlanmışdır. Oğurluq nəticəsində Nizami rayon Sukanal İdarəsinə 950,4 manat ziyan vurulmuşdur. - xx.xx.2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Zərərçəkmiş şəxs ASC-nin Nizami rayon Sukanal İdarəsi zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Nümayəndə zərərçəkmiş Azərbaycan Respublikası Zərərçəkmiş şəxs ASC-nin Nizami rayon Sukanal İdarəsinin nümayəndəsi qismində tanınmışdır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan və zərərçəkmişin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 06 ədəd kanalizasiya quyusunun qapağı maddi sübut kimi tanınmış, məhkəmənin hökmü və yekun qərarı ilə təyinat məsələsi həll edilənədək Zərərçəkmiş şəxs ASC-nin Nizami rayon Sukanal İdarəsinə təhvil verilmişdir. 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə ittiham elan edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2398 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 3ömrəsiz fərdi yaşayış evində yaşayır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-439/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - 01 ədəd “DVD” diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş, içərisində psixotrop maddə olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir... 10. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.... 11. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə - metamfetamini əldə edib saxlaması və qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin 950,40 manat məbləğində əmlakını gizli talayaraq oğurlaması zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs1 üzərində psixotrop maddə olmamasına və bir ədəd dəmir məmulatı oğurlamasına dair ifadəsi özünü müdafiə xarakterli, məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin 950,40 manat məbləğində əmlakını gizli talayaraq oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-61/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmənin müddəti bitdiyindən şöbənin qeydiyyatından çıxarılmış, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi hər iki cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halları, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əmir Bağırov küçəsi, nömrəsiz fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-439/2022 saylı qərarı ilə həbsdə saxlanılması nəzərə alınmalı; Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı; Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,367 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 06 ədəd kanalizasiya quyusunun qapağı zərərçəkmiş Azərbaycan Respublikası Zərərçəkmiş şəxs ASC-nin Nizami rayon Sukanal İdarəsinə qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 109 (bir yüz doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkillərin məhkəmədə iştirak etdikləri müddət 45 (qırx beş) iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla hər birinə 270 (iki yüz yetmiş) manat (45x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçilər Müdafiəçi1 və X6 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs1 qəti cəza – 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-439/2022 saylı qərarı ilə həbsdə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın və cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əmir Bağırov küçəsi, nömrəsiz fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,367 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 06 ədəd kanalizasiya quyusunun qapağı zərərçəkmiş Azərbaycan Respublikası Zərərçəkmiş şəxs ASC-nin Nizami rayon Sukanal İdarəsinə qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 109 (bir yüz doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə məhkəmədə 45 (qırx beş) saat göstərdikləri pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilər Müdafiəçi1 və X6 Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə hər birinə 270 (iki yüz yetmiş) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar