Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-143/2021 29.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi-X1, zərərçəkmiş hüquqi şəxs-Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi X7, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1977-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Kürdəmir şəhəri, S.Vurğun küçəsi ev 14-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yaşayan, 11 fevral 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 20 sentyabr 2020-ci il tarixdə saat 04 radələrində ayıq vəziyyətdə, texniki cəhətdən saz vəziyyətdə olan, Zərərçəkmiş şəxs2 MMC-yə məxsus etibarnamə ilə idarə etdiyi “Ravon R4 LT2” markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobillə şəhər mərkəzindən Bakı Metropoliteninin “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olan zaman Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 115 ünvanının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni sürücü hərəkətin instensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməsi, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməsi barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, avtomobilinin qabaq sol hissəsi ilə yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs1 vuraraq, ehtiyatsızlıqdan ona canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sidik kisəsinin travmatik cırılması, sol peritonarxası nahiyənin geniş sahəli hematoması, sol böyrək və böyrək ətrafı yumşaq toxumasının qansızması, sol dirsək sümüyünün qəlpəli yerdəyişən tam sınığı, sol təpə nahiyəsinin, sol bazunun arxa-bayır nahiyəsinin, sol dirsək nahiyəsinin, sol saidin arxa səthinin əzilmiş yaraları, alnın sağ və sol nahiyələrinin qançırları və sıyrıqları, burnun uc nahiyəsinin sıyrığı, sağ yanaq və çənə nahiyəsinin qançırları, döş qəfəsinin sol arxa səthinin, sol bazunun arxa-bayır nahiyəsinin, sol dirsək nahiyəsinin, sol saidin arxa səthinin əzilmiş yaraları, sol bel nahiyəsinin qınçır və sıyrıqları, sağ baldırın ön səthinin, sağ baldırın arxa-iç səthinin, sağ iç topuq nahiyəsinin, sol bayır topuq nahiyəsinin, sol budun arxa bayır nahiyəsinin, sol baldırın bayır səthinin sıyrıqları xəsarətləri yetirmiş, bu xəsarətlərdən gövdənin küt travması nəticəsində çanağın daxili üzvlərinin travmatik cırılması və daxili qanaxması nəticəsində yaranmış travmatik şok Zərərçəkmiş şəxs1 ölümünə səbəb olmuş və “Ravon R4 LT2” markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs2 MMC-yə ümumilikdə 3666 manat ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2004-cü ildən taksi fəaliyyəti ilə məşğul olur. 2020-ci ilin yanvar ayında taksi fəaliyyəti ilə məşğul olmaq üçün “Chevralet” avtosalondan lizinq müqaviləsi ilə özünə “Ravon R4 LT” markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. 20 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən X5 səfirliyinin yanından Xəzər rayonu, Türkan qəsəbəsinə sifariş qəbul edərək həmin ünvana getmişdir. Orada üç nəfər tanımadığı şəxsi avtomobilə götürüb göstərilən istiqamətində hərəkət etməyə başlamışdır. 20 sentyabr 2020-ci il tarixdə saat 04 radələrində şəhərin mərkəzindən Bakı Metropoliteninin “Koroğlu” stansiyası istiqamətinə 80-85 km/saat sürətlə hərəkət edən zaman Nizami rayonu, Heydər Əliyev prospekti, 115 ünvanında avtomobildən qabaqda 10-12 metr məsafədə bir nəfər tanımadığı şəxsin yolu sağa baxabaxa, həmin istiqamətdə yüngül qaçışla çıxmasını görmüşdür. Hadisə ani zamanda olduğu üçün əyləci basmaq imkanı olmamışdır. Eyni zamanda yolun sağında yol ayrıcı olduğundan avtomobili sağa çəkmək imkanı olmamış, həmin sürətlə də piyadanı avtomobilinin qabaq sağ tərəfi ilə vurmuşdur. Bundan sonra avtomobili 20-25 metr irəlidə “Koroğlu” metrostansiyası istiqamətində yolun sağ hissəsində saxlamışdır. Maşınında əyləşən sərnişinlərlə birlikdə piyadanın yerdə uzanıqlı vəziyyətdə hərəkətsiz olduğu yerə yaxınlaşmışdır. O, yanında olan sərnişinlərə xəsarət almış piyadaya yaxınlaşmamalarını və toxunmamalarını bildirmiş, dərhal təcili tibbi yardıma və DİN-nin “102” zəng mərkəzinə baş vermiş hadisə haqqında məlumat vermişdir. Bir qədər keçmiş hadisə yerinə Nizami RPİ-nin əməkdaşları gəlmişlər. Lakin ibtidai istintaq zamanı piyadanın ayağını yolun hərəkət hissəsinə qoyduğu vaxtdan hadisənin baş verməsi vaxtınadək nə qədər vaxt keçməsi və onun hadisənin qarşısını almağa imkanının olub-olmaması müəyyən edilməmişdir. Hesab edir ki, hadisə onun təqsiri üzündən baş verməmişdir. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X2 göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma övladı olmuşdur. Elvin Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən kisə zavodunda sürücü işləmiş, özünün isə “VAZ 2107” markalı ** KZ *** dövlət qeydiyyat nişanlı avtomobili olmuş və onu idarə etmişdir. 19 sentyabr 2020-ci il tarixdə saat 20 radələrində Elvin özünə məxsus avtomobili işlədiyi zavodun yaxınlığında saxlamış və zavoda məxsus “Hyunday Elantra” markalı avtomobillə Xəzər rayonu, Şüvəlan qəsəbəsinə iş yerinə gəlib onu işdən evə aparmışdır. İşdən yorğun gəldiyi üçün şam yeməyi yeyib yatmağa hazırlaşmışdır. Həmin gün saat 23 radələrinə qədər Elvin evdə olmuşdur. O, yatandan sonra Elvin zavoda məxsus avtomobili Keşlə qəsəbəsində yerləşən iş yerinə aparıb qoyaraq öz avtomobili ilə Mərdəkan qəsəbəsinə qayıtmaq məqsədilə evdən getmişdir. Həmin gün səhər saatlarına qədər Elvin evə gəlməmişdir. 20 sentyabr 2020-ci il tarixdə saat 06:30 radələrində evlərinin qapısı döyülmüş, qapını açanda dostlarını görmüşdür. X12 rayonu, Heydər Əliyev prospektində avtomobilin vurması nəticəsində yaralanması barədə məlumat vermişlər və onun Nizami rayonunda yerləşən xəstəxanada olmasını demişlər. O, Elvinin dostları ilə xəstəxanaya getmiş, lakin xəstəxananın həyətinə daxil olduqda oranın Məhkəmə Tibbi Ekspertiza və X6 Nizami rayon şöbəsi olduğunu görəndə bilmişdir ki, Elvin avtomobillə vurulması nəticəsində dünyasını dəyişmişdir. Sonradan məlum olmuşdur ki, 20 sentyabr 2020-ci il tarixdə saat 04:00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon R4 LT2” markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhər mərkəzindən Nizami rayonu “Koroğlu” metrostansiyası istiqamətində Heydər Əliyev prospekti, 115 ünvanında hərəkətdə olan zaman piyada keçidinin altında yolu həmin istiqamətdə sağ hissəsindən sol hissəsinə keçən oğlu Elvini vurması nəticəsində Elvin hadisə yerində ölmüşdür. Hazırda hadisəni törətmiş Təqsirləndirilən şəxs ilə barışmışlar və ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Bu hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs qarşı heç bir iddia, tələb və şikayəti yoxdur. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi X11 göstərmişdir ki, 08 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış nəqliyyat vasitəsinin müddətli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətçi Zərərçəkmiş şəxs2 MMC tərəfindən Təqsirləndirilən şəxs “Ravon R4” markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmək hüququ verilmişdir. 20 sentyabr 2020-ci il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs ayıq vəziyyətdə texniki cəhətdən saz vəziyyətdə olan Zərərçəkmiş şəxs2 MMC-yə məxsus və etibarnamə ilə idarə etdiyi həmin avtomobillə şəhər mərkəzindən Bakı Metropoliteninin “Koroğlu” stansiyası istiqamətində hərəkət etmiş, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 115 ünvanının qarşısına çatdıqda piyada keçidinin altında yolu həmin istiqamətdə sağ hissəsindən sol hissəsinə keçən piyada Zərərçəkmiş şəxs1 vurması nəticəsində sonuncu hadisə yerində ölmüşdür. Hadisədən sonra avtomobilə baxış keçirilmiş, avtomobilin qabaq alın şüşəsinin sındığı və qabaq kapot hissəsinin zədələnməsi müəyyən olunmuşdur. Avtomobilin ön hissəsinin əzilməsi nəticəsində MMC-yə 3666 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı avtomobil maddi sübut kimi tanınmış və MMC-yə qaytarılmışdır, eləcə də nəqliyyat vasitəsinə dəymiş zərər sığorta şirkəti tərəfindən ödənilmişdir, MMC-nin X8 qarşı heç bir şikayəti və tələbi yoxdur. Qeyt etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 20 sentyabr 2020-ci il tarixdə yaxın dostu rəhmətə getdiyi üçün dostları Şahid1 və Şahid2 ilə Nəsimi rayonu, Azadlıq prospektində yerləşən X5 səfirliyinin yanından Xəzər rayonu, Türkan qəsəbəsinə taksi sifariş etmişlər. Bir qədər keçmiş sonradan adını bildiyi Təqsirləndirilən şəxs “Ravon R4 LT” markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin ünvana yaxınlaşmışdır. Onlar taksiyə əyləşib sifariş verdiyi ünvana doğru hərəkət etməyə başlamışlar. O, avtomobilin qabaq sağ tərəfində əyləşmiş, dostları Fazil və Ramil isə arxa oturacaqda əyləşmişlər. 20 sentyabr 2020-ci il tarixdə saat 04 radələrində Heydər Əliyev mərkəzindən üzü “Koroğlu” metrostansiyası istiqamətinə hərəkətdə olan zaman “Ravon R4 LT” markalı ** PG *** dövlət nömrə nişanlı avtomobil naməlum şəxsi vurmuşdur. Həmin vaxt sürücü Təqsirləndirilən şəxs dərhal narahat halda avtomobili 20-25 metr sonra “Koroğlu” metrostansiyası istiqmətində yolun sağ hissəsində saxlamışdır. Bundan sonra onlar avtomobildən duşub avtomobilin vurduğu şəxs istiqamətinə qaçmışlar. Hadisə yerinə yaxınlaşanda yerdə naməlum şəxsin uzanmış vəziyyətdə baş nahiyəsindən qan axmasını görmüşdür. Həmin şəxsə yaxınlaşanda o, artıq dünyasını dəyişmişdir. Sürücü Namiq onlara naməlum şəxsə toxunmamağı bildirmişdir. Bundan sonra Namiq dərhal təcili tibbi yardıma və DiN-nin 102 zəng mərkəzinə baş vermiş hadisə haqqında məlumat vermişdir. Bir qədər keçmiş hadisə yerinə Nizami RPİ-nin əməkdaşları gəlmişlər. Piyadanın yolu keçməsini o, görməmişdir, bunu yalnız dostu Nurəddin görmüşdür. Belə ki, avtomobil hərəkətdə olan zaman o, mobil telefonuna baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2, Şahid3la eyni məzmunlu ifadələr vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 20 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi faktına görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -“Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 20 sentyabr 2020-ci il tarixli 2/15117 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 05:20-də keçirilən müayinəsi zamanı onun ayıq olduğu müəyyən edilmişdir. (i.v. 25) - AD seriyalı, 745667 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ravon R4 LT2” markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 MMC-dir. (i.v. 27) - 20 sentyabr 2020-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, bu zaman o, 20 sentyabr 2020-ci il tarixdə saat 04 radələrində ünvan 4 ünvanın qarşısından keçən avtomobil yolunda idarə etdiyi “Ravon R4 LT2” markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobillə piyada keçidinin altında Zərərçəkmiş şəxs1 vurduğunu deyərək hadisə yerini göstərmişdir. (i.v. 36- 39) -Baş Dövlət Yol Polisi İdarəsinin 25 sentyabr 2020-ci il tarixli 016-91632-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2014-cü il tarixdə AE seriyalı, 955032 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. (i.v. 61) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 19 oktyabr 2020-ci il tarixli 128 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, X3 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: sidik kisəsinin travmatik cırılması, sol peritonarxası nahiyyənin geniş sahəli hematoması, sol böyrək və böyrəkətrafı yumşaq toxumasının qansızması, sol dirsək sümüyünün qəlpəli yerinidəyişən tam sınığı, sol təpə nahiyəsinin, sol bazunun arxa-bayır nahiyəsinin, sol dirsək nahiyəsinin, sol saidin arxa səthinin əzilmiş yaraları, alnın sağ və sol nahiyyələrinin qançırlar və sıyrıqları, burnun uc nahiyəsinin sıyrığı, sağ yanaq və çənə nahiyəsinin qançırları, döş qəfəsinin sol arxa səthinin, sol bazunun arxa-bayır nahiyəsinin, sol dirsək nahiyəsinin, sol saidin arxa səthinin əzilmiş yaraları, sol bel nahiyəsinin qınçır və sıyrıqları, sağ baldırın ön səthinin, sağ baldırın arxa-iç səthinin, sağ iç topuq nahiyəsinin, sol bayır topuq nahiyəsinin, sol budun arxa-bayır nahiyəsinin, sol baldırın bayır səthinin sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 20.09.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi, yəni hərəkətdə olan avtomobilin qabarıq hissəsi ilə piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəsi vardır. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq güman elmək olar ki, yol nəqliyyat hadisəsi zamanı ilkin zərbə onun sol yan tərəfdən olmuşdur. Zərərçəkmiş şəxs1 ölümünə səbəb gövdənin küt travması nəticəsində çanağın daxili üzvlərinin travmatik cırılması və daxili qanaxması nəticəsində yaranmış travmatik şok olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 4-6 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon. 1.4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (i.v. 65-68) - 22 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə CD diskə baxış zamanı müəyyən edilmişdir ki, 20 sentyabr 2020-ci il tarixdə saat 04 radələrində sürücü Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi “Ravon R4 LT2” markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhər mərkəzindən Nizami rayonu, “Koroğlu” metrostansiyası istiqamətində Heydər Əliyev prospekti, 115 ünvanında hərəkətdə olan zaman piyada keçidinin altında yolu həmin istiqamətdə sağ hissəsindən sol hissəsinə 4 metr məsafədə keçən Zərərçəkmiş şəxs1 vurmuşdur. (i.v. 70) - 22 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmışdır. (i.v 71) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 noyabr 2020-ci il tarixli 8/1935 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən, Ravon R4 LT2 markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 79-82) - 04 dekabr 2020-ci il tarixli protokoldan, sxemdən və fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə onun ifadəsinin yerində yoxlanılması zamanı piyadanın vurulduğu yerin yolun sağ tərəfində dayanmış “VAZ 2107” markalı avtomobildən düşən Zərərçəkmiş şəxs1 piyada hərəkətə başladığı yerdən, yolun əks tərəfində yerləşən “Asan” inzibati binası istiqamətində yolun hərəkət hissəsinə doğru ölçülmüş, avtomobillə piyadanın vurulma yerinə qədər məsafənin 14 metr 50 santimetr təşkil etdiyi müəyyən olunmuşdur. Sürücü Təqsirləndirilən şəxs piyadanın 14 metr 50 santimetr məsafəni qət etdikdən sonra avtomobillə vurduğunu bildirmişdir. Həmin yerdə köməkçi və əsas yolun hərəkət hissəsinin eninin hər birinin 12 metr, yolu hərəkət hissəsinə ayıran səkinin isə 1 metr təşkil etdiyi, ölçmə zamanı piyada Zərərçəkmiş şəxs1 yolu tam qət etməsinə 8 metr 50 santimetr məsafənin qalması müəyyənləşdirilmişdir. (i.v. 90-92) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 fevral 2021-ci il tarixli 8/32-4/13 nömrəli kompleks məhkəmə-avtotexniki və video texniki ekspertizasına dair rəyin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “ZYKLEN” markalı diskdə qeydə alınmış videoyazıya görə Ravon R4 LT2 markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilin rəyin tədqiqi hissəsində göstərilən məsafədə orta sürəti vor=88 km/saat olmuşdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd “ZYKLEN” markalı diskdə qeydə alınmış videoyazıya görə piyada Zərərçəkmiş şəxs1 ayağını ayırıcı zolağın üzərinə qoymağa başladığı andan vurulma anına kimi keçən zaman müddəti ∆t =3.2 san təşkil edir. Ravon R4 LT2 markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 107-113) -Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş 27 yanvar 2021-ci il tarixli qüsur aktından görünür ki, “Ravon R4 LT2” markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs2 MMC-yə dəymiş maddi ziyanın məbləği ümumilikdə 3666 manat məbləğində müəyyən edilmişdir. (i.v. 115) - 10 fevral 2021-ci il tarixli qəbzdən görünür ki, “Ravon R4 LT2” markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 MMC-ninnümayəndəsi Nümayəndə tərəfindən təhvil alınmışdır. (i.v. 127) -Sübutların qiymətləndirilməsi haqqında 22 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs idarə etdiyi və Zərərçəkmiş şəxs1 vurduğu “Ravon R4 LT2” markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut qismində tanınmış və sahibinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 163-169) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsin hüquqi varisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz, ona qarşı irəli sürülmüş ittihamın əsaslı olması məhkəmə iclasında təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Namə oğlu baş vermiş cinayət əməlinə görə özünü təqsirli bilməyib, ona bəraət verilməsini xahiş etsə də, məhkəmə iclasında müəyyən edildi ki, o, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu - atası X2 ilə razılıq əldə edərək ona maddi ziyan qismində ödəniş etmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs və müdafiəçisinin, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayətprosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 49) -Zərərçəkmiş şəxsin hüquqi varisi X1 ibtidai istintaq zamanı və məhkəməyə təqdim etdiyi ərizələrdən görünür ki, 20 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında Təqsirləndirilən şəxs idarə etdiyi ** PG *** dövlət nömrə nişanlı Ravon markalı avtomaşınla törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində oğlu Zərərçəkmiş şəxs1 vəfat etmişdir. Hazırda hadisəni törətmiş Təqsirləndirilən şəxs ilə barışmışlar və ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Bu hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs qarşı heç bir iddia, tələb və şikayəti yoxdur. Başlanmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. (i.v 98) - 11 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 155-156) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edərək ona maddi ziyan qismində ödəniş etməsini, habelə zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanın ödənilməsini, ona qarşı şikayət və tələbin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.1 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.10-59.1.14-cü maddələrinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas olacaq hallar müəyyən edilməmişdir; zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, ** PG *** dövlət qeydiyyat nişanlı “Ravon R4 LT2” markalı avtomobilin ibtidai istintaq zamanı mülkiyyətçi Zərərçəkmiş şəxs2 MMC-yə qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, işin məhkəməyədək icraatı dövründə Təqsirləndirilən şəxs dövlət hesabına vəkil təyin edilmiş, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 həmin icraatda iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmişdir. İş materiallarına əsasən vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 45 iş saatı olmuşdur, Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla həmin müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bundan başqa işin məhkəmə icraatı dövründə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 müqavilə əsasında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmişdir, ona görə CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət işinin saxlanılma müddətində iş materiallarında saxlanılsın, ** PG *** dövlət qeydiyyat nişanlı “Ravon R4 LT2” markalı avtomobilin ibtidai istintaq zamanı mülkiyyətçi Zərərçəkmiş şəxs2 MMC-yə qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi hesab olunan cəmi 300 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. İşin məhkəməyədək icraatı dövründə vəkil Müdafiəçi1 iş materialları ilə tanış olmaqla birlikdə Təqsirləndirilən şəxs 45 saat göstərdiyi pulsuz hüquqi yardıma görə 270 manat əmək haqqı "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, SWİFT.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-143/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-143/2021
29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver