Məhkəmə qərarları › İş №1(007)-143/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-143/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-143/2023 01.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1988-ci il tarixdə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üç uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Hökməli qəsəbəsi, S.Vurğun küçəsində qeydiyyatda olan, həmin küçədə nömrəsiz fərdi evdə yaşayan, 22 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 sentyabr 2022-ci il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 07 iyun 2022-ci il tarixdə saat 13 radələrində ünvan 1 ünvanında yerləşən adsız avtoservisin qarajında X10 ilə, sonuncunun 06 iyun 2022-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində, küçədə onun 2015-ci il təvəllüdlü övladı X1 tək olmasını görüb sonuncuya yardım etmək üçün idarə etdiyi “Toyota Prius” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşməyini təklif etdiyini bəhanə edərək mübahisə edib heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Səməd Fərəcovun şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ictimai yer olan həmin avtoservisin qarajında digər şəxslərin narahatçılığına və avtoservisin iş fəaliyyətinin pozulmasına səbəb olmaqla qəsdən yumruqla bir neçə dəfə Səməd Fərəcovun üz və sinə nahiyələrindən vuraraq yerə yıxmaqla sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid burun sümüklərinin yerdəyişməyən sınığı, sol gözətrafı nahiyənin hematoması, üst dodağın selikli qişasının qansızması, sağ çiyin qurşağının, hər iki bazunun qançırından, alnın, döş qəfəsinin sıyrıqlarından ibarət xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 iyun 2022-ci il tarixdə axşam saatlarında yaşadığı Abşeron rayonu, S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evində olduğu vaxt anası Ulduz Qurbanova ona öz nəvəsi, yəni onun 25 dekabr 2015-ci il təvəllüdlü oğlu Yusifin günorta saatlarında hazırlığa gedərkən bir avtomobilin Yusifin qarşısında saxladığını, avtomobilin sürücüsünün Yusifi avtomobilə əyləşdirmək istədiyini demişdir. Bundan sonra o, Yusiflə söhbət etmişdir. Yusif ona həmin avtomobilin sürücüsünün ondan hara getdiyini soruşduğunu, onun hazırlığa getdiyini dediyini, daha sonra sürücünün onu hazırlığa apara biləcəyini dediyini, onun istəmədiyini dediyini və həmin vaxt nənəsinin onu yanına çağırdığını, buna görə nənəsinin yanına getdiyini bildirmişdir. Bu hadisə ilə bağlı o, yaşadığı evin qapısında olan müşahidə kamerasına baxmış və həmin avtomobilin “Toyota Prius” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu görmüşdür. 07 iyun 2022-ci il tarixdə səhər saatlarında ünvan 2 ünvanında yerləşən avtoservisin həyətyanı sahəsində olarkən həmin avtomobilin orada olduğunu görüb avtomobilin sürücüsünün kim olduğunu oradakı şəxslərdən maraqlanmışdır. Həmin vaxt adının Səməd olduğunu öyrəndiyi şəxs səslənərək avtomobilin ona məxsus olduğunu demişdir. O, sonradan tanıdığı X10 ilə söhbət etmək üçün onu qaraja dəvət etmişdir. Səmədlə söhbət edərkən orada Ağakərim və tanımadığı bir neçə nəfər şəxs olmuşdur. O, Səmədə oğlu Yusifi avtomobilinə əyləşdirmək istəməkdə məqsədinin nə olduğunu soruşduqda Səməd ona həmin vaxt uşağının yaxınlığında it olduğunu, uşağının itdən qorxaraq ağladığını və buna görə itdən qorumaq üçün onu avtomobilinə əyləşdirmək istədiyini demişdir. O isə Səmədin yalan dediyini, həmin vaxt orada it olmadığını, uşağının ağlamadığını bildiyi üçün, həmçinin Səmədin uşağı qaçırmaq istədiyini düşünüb əsəbləşmiş və Səmədin üz, sinə nahiyələrindən bir neçə dəfə yumruqla vurmuşdur. Onun vurduğu zərbələrin təsirindən Səməd yerə yıxılmışdır. Həmin vaxt kənardan onları ayırmağa bir neçə nəfər şəxs gəlmişdir. O, Səmədi vurduqdan sonra onu oradan uzaqlaşdırmışlar, o, bir neçə dəqiqə kənarda dayanmış və Səmədin özünə gəlməsini gözləmişdir. Bundan sonra Səməd öz avtomobili ilə, o da öz avtomobili ilə 24-cü polis şöbəsinə gedərək hadisə barədə məlumat vermişlər. O, Səmədə xəsarət yetirərkən hər hansı alət və ya predmetdən istifadə etməmiş, onu yalnız yumruqla vurmuşdur. Hazırda zərərçəkmiş şəxs X6 vurduğu maddi ziyanı ödəmiş, aralarında barışıq əldə edilmişdir, əməlindən səmimi peşmandır. Həmin halı, himayəsində azyaşlı uşağı olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, taksi fəaliyyəti ilə məşğul olur. 2022-ci ilin yanvar ayından Ağəkərim adlı şəxsdən “Toyota Prius” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürərək həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 06 iyun 2022-ci il tarixdə təxminən saat 13 radələrində o, Nizami rayonu, B.Çobanzadə küçəsi, 75 ünvanında yerləşən avtoservisdə olmuşdur. Ağakərim də orada olmuşdur. Həmin vaxt bir nəfər şəxs, sonradan tanıdığı Təqsirləndirilən şəxs ucadan “Toyota Prius” markalı **-DS- *** dövlət qeydiyyat nişanlı avtomobilin kimə məxsus olduğunu soruşmuşdur. O da həmin avtomobili idarə etdiyini demişdir. Ruslan onunla söhbət etmək istədiyini demişdir. O da Ruslana kim olduğunu, nəyə görə onunla söhbət etmək istədiyini soruşduqda Ruslan hər şeyi deyəcəyini ona bildirmişdir. Bundan sonra Ruslanın təklifi ilə avtoservisdə olan qarajların birinə daxil olmuşlar. Həmin vaxt orada Ağakərim, o və Ruslandan başqa bir neçə tanımadığı şəxslər də olmuşlar. Ruslan ona bir gün əvvəl Hökməli qəsəbəsində, “beton yol” adlanan yerdə yoldan azyaşlı uşaq götürüb-götürmədiyini soruşmuşdur. O, Ruslana bir gün əvvəl avtomobili ilə gedərkən çiynində məktəbli çantası olan bir uşağın yaxınlığında it olduğunu və uşağın ağladığını gördüyünü, uşağın itə görə ağladığını düşünüb avtomobili uşağın yanında saxladığını, avtomobilin içərisindən uşağa əgər yolun digər tərəfinə gedirsə onu da aparmasını dediyini, həmin vaxt uşağın arxa tərəfindən bir qadının uşağa səsləndiyini, uşağln da həmin qadının yanına getdikdən sonra özünün oradan uzaqlaşdığını demişdir. O, bunları dedikdən sonra Ruslan ona yalan dediyini bildirmiş və üz, sinə nahiyələrinıııdən bir neçə dəfə yumruqla vurmuşdur. O, zərbələrin təsirindən yerə yıxılmışdır. Həmin vaxt kənardan onları ayırmağa bir neçə nəfər şəxs gəlmiş və həmin şəxslər onu Ruslandan ayırmışlar. Bir neçə dəqiqə sonra o, yerdən qalxmış və 24-cü polis şöbəsinə gedərək baş vermiş hadisə barədə məlumat vermişlər. Hadisə zamanı onu yalnız Təqsirləndirilən şəxs döymüşdür. Lakin döyülən zaman yaxınlıqda olan şəxslər Ruslanın onu döydüyünü görüb onu dərhal ayırmağa çalışmamışlar. Sonradan ora gələn şəxslər onları ayırmışlar. Buna görə o, əvvəlcədən yanlarında olan şəxslərə qarşı əsəbi olmuş və buna görə 3-4 nəfərin onu döydüyünü bildirmişdir. Mübahisə zamanı o, Təqsirləndirilən şəxs xəsarət yetirməmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən avtomobillərə texniki xidmət mərkəzində avtomobillərə nəzarət funksiyasını yerinə yetirir. Avtoservisdə bir neçə qaraj vardır və həmin qarajların hər birində avtomobillərə ayrı-ayrı sahələr üzrə texniki xidmət göstərilir. 07 iyun 2022-ci il tarixdə avtoservisdə olduğu zaman sonradan adını Ruslan olduğunu öyrəndiyi şəxsin sonradan adının Səməd olduğunu öyrəndiyi şəxslə birlikdə qarajların birinə daxil olduqlarını görmüş və o da həmin qaraja daxil olmuşdur. Qarajda olarkən Ruslan Səmədə 06 iyun 2022-ci il tarixdə “Toyota Prius” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili onun sürüb-sürmədiyini soruşmuşdur. Səməd də Ruslana həmin avtomobili onun sürdüyünü bildirmişdir. X14 həmin gün Abşeron rayonu, Hökməli qəsəbəsi, S.Vurğun küçəsində oğlu Yusifin qabağını kəsməkdə məqsədinin nə olduğunu soruşmuşdur. Səməd də Ruslana həmin vaxt uşağının qarşısında it olduğunu və onun da uşağın itdən qorxub ağladığını görərək avtomobili uşağın yanında saxladığını demişdir. Bundan X14 yalan dediyini demiş və yumruqla Səmədin üz və sinə nahiyəsindən vurmuşdur. Səməd yerə yıxılandan sonra o, Ruslanı Səməddən ayırmışdır. Həmçinin digər şəxslər də kənardan gələrək Ruslanı Səməddən ayırmağa kömək etmişlər. Orada olan şəxslərdən bəziləri Səmədə su vermişlər və kömək etmişlər. Bir az sonra Ruslan və Səməd oradan uzaqlaşmışlar. Baş vermiş hadisə zamanı yalnız Təqsirləndirilən şəxs Səməd Fərəcovu döymüşdür. Orada olan şəxslərdən hər hansı biri Səmədi vurmamış və başqa yolla ona xəsarət yetirməmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 07 iyun 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, zərərçəkmiş şəxs X3 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs X6 xəsarət yetirdiyi yerin ünvan 1 ünvanında yerləşən adsız avtoservisin qarajı olması müəyyən edilmişdir. (i.v. 7-8) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 14 dekabr 2022-ci il tarixli 23/462 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, X4 burun sümüklərinin yerdəyişməyən sınığı, sol gözətrafı nahiyənin hematoması, üst dodağın selikli qişasının qansızması, sağ çiyin qurşağının, hər iki bazunun qançırıları, alnın, döş qəfəsinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür, bürün sümüklərinin yerdəyişməyən sınığı və sol gözətrafı nahiyənin hematoması dərəcələrinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər xəsarətlər hər biri ayr-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (i.v. 110-112) - 19 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, X3 əməlində Azərbaycan Respublikası CM-nin 29,144-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 114-120) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etiraf ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 22 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həmin tarixdə tutulmuşdur. (i.v. 34-35) - 24 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 66- 67) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 103) -İşdə olan sənədlərdən görünür ki, X2 20 mart 2013-cü il tarixdə, X7 25 dekabr 2015-ci il tarixdə, X8 19 iyul 2019-cu il tarixdə doğulmuşlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Eləcə də, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 23 mart 2004-cü il tarixli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 22 sentyabr 2022-ci il tarixdən 24 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, həmin 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə islah işləri cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalı, cəzanın icrası yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş polisin nəzaərti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxs X10 məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin ona vurduğu ziyanı ödədiyinə və barışdıqlarına dair ərizə vermişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 18 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin, o, cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 22 sentyabr 2022-ci il tarixdən 24 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla təyin olunmuş islah işləri cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq hər ay qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla, 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzaərti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 18 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 108 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar