Məhkəmə qərarları › İş №1(007)-144/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-144/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-144/2022 20.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 12 saylı Yataqxanada qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsi, nömrəsiz evdə yaşayan, barəsində “ev dustağlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 dekabr 2021-ci il tarixdə sosial şəbəkə vasitəsi ilə əlaqə yaratdığı istintaqa məlum olmayan şəxsdən 46 manata satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 0,656 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üç ədəd qara rəngli sellofan bükümlərdə ayrı-ayrılqıda təmiz çəkiləri 0,643 qram, 0,644 qram və 0,329 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq etibarnamə əsasında idarə etdiyi “Kia Rio” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön panelində olan əlcək bölməsində (bardaçokda) saxlamış və 05 dekabr 2021-ci il tarixdə saat 04:10-da Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 27 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq həmin tarixdə qeyd edilən ünvanda saat 05:20 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia Rio” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış və götürmə keçirilən zaman, avtomobilin ön panelində olan əlcək bölməsində (bardaçokda) saxlayıb daşıdığı, qızılı rəngli metaldan hazırlanaraq üzərində “ESSE” yazılmış siqaret qabının içərisindən bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 0,656 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üç ədəd qara rəngli sellofan bükümlərdə ayrı-ayrılqıda təmiz çəkiləri 0,643 qram, 0,644 qram, 0,329 qram və ümumi təmiz çəkisi 1,616 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər "şüşə" kimi tanıdığı psixotrop maddə metamfetamindən və narkotik vasitə heroindən istifadə etmişdir. Psixotrop maddə metamfetamini və narkotik vasitə heroini tapmaq çətinləşdiyinə və onların satış qiyməti qalxdığına görə, 03 dekabr 2021-ci il tarixdə saat 11 radələrində «Online» qaydada «instagram» səhifəsində tanımadığı şəxslə danışarkən sonuncu satmaq istədiyi "şüşə" kimi tanıdığı psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin hamısını götürdüyü təqdirdə ucuz qiymətə verəcəyini bildirmişdir. 4 bükümü 46 manata razılaşıb həmin şəxsin verdiyi hesab nömrəsinə pulu göndərdikdən sonra, həmin şəxs ona Masazır qəsəbəsində psixotrop maddəni və narkotik vasitəni qoyduğu yeri demişdir. Həmin gün həmin yerə gedib 04 ədəd qara sellofan bükümündə olan narkotik vasitə heroini və “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamini götürmüş və etibarnamə əsasında idarə etdiyi “Kia Rio” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön panelində olan əlcək bölməsində (bardaçokda) olan “ESSE” siqaret qabına qoymuşdur. xx.xx.2021-ci il tarixdə təxminən saat 03:30 radələrində ünvan 2 ünvanın yaxınlığında avtomobilin akkumulyatoru nasaz olduğu üçün işə salmaq məqsədilə zəng edib qohumu Şahid6 köməyə çağırmışdır. Sonuncu gəlmiş və onlar avtomobili itələyib işə salmaq istəyərkən, saat 04:10 radələrində polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş və şübhəli olduqlarını bildirib polis şöbəsinə dəvət etmişlər. Xidməti otaqların birində hüquqları izah edilmiş, müdafiəçi dəvət olunmuş, üzərində axtarış keçiriləcəyi izah edilmiş və videoçəkilişlə şəxsi axtarış keçirilərkən üzərində qeyri-qanuni əşyalar olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Üzərində qeyri-qanuni əşya olmadığını, lakin idarə etdiyi avtomobildə narkotik vasitə olduğunu polis əməkdaşlarına etiraf etmişdir. Polis əməkdaşlarının iştirakı ilə avtomobildə axtarış keçirilərək ön panelin əlcək bölməsində (bardaçokda) olan “ESSE” siqaret qaabında saxladığı 4 ədəd bükümdə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən qanuna zidd hərəkətlərə məruz qalmamış və törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin Post Patrul Xidməti Bölüyündə polis nəfərləri, polis baş serjantı rütbəsində xidmət edir. 05 dekabr 2021-ci il tarixdə saat 04:10 radələrində polis əməkdaşları ilə ərazidə xidmət apararkən Nizami rayonu, Q.Qarayev prospekti, 27 ünvanın yaxınlığında iki nəfər şəxsin mühərriki söndürülmüş vəziyyətdə olan “Kia Rio” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili itələdiklərini görmüşlər. Ərazidə baş vermiş oğurluqlarla bağlı profilaktik tədbirlər aparıldığı və hadisənin gecə vaxtı olduğunu nəzərə alaraq həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxslər özlərini şübhəli apardıqlarına görə onları ərazi aidiyyətinə görə Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. PŞ-də həmin şəxslərin şəxsiyyəti müəyyən olunaraq Təqsirləndirilən şəxs və Şahid6 olduqları müəyyən edilmişdir. Daha sonra müdafiəçi dəvət olunaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində və avtomobilində axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər-hansı qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuş və sonuncu üzərində qanunla qadağan olmuş əşya olmadığını, lakin avtomobilin bardaçokunda narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra iştirakçılar tərəfindən Q,Qarayev prospekti, 27 ünvanın yaxınlığında saxlanılmış “Kia Rio” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış və götürmə aparılmışdır. Axtarış zamanı avtomobilin bordaçok hissəsində 04 ədəd qara rəngli selolan bükümdə naməlum maddə, üzərində “ESSE” sözü yazılmış qızıl rəngli metal qutuda aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş əşyalar qablaşdırılmış və möhürlənərək götürülmüş, axtarış və götürmə ilə bağlı tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Sonradan Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,656 qram olan psixotrop maddə metamfetamin, üç ədəd bükümlərdə ayrı-ayrılqıda təmiz çəkiləri 0,643 qram, 0,644 qram, 0,329 qram və ümumi təmiz çəkisi 1,616 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin olduğu ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid3 işin faktiki hallarına və Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4, Şahid5, Şahid1, Şahid7 və Şahid6 vermiş olduqları ifadələri məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuşdur. İşdə olan 05 dekabr 2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 04:10-da polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİ-nin 25-ci PŞnə gətirilmişdir. İşdə olan 05 dekabr 2021-cu il tarixli axtarış və götürmə haqqında protokollardan və ona əlavə edilimiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 0,656 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üç ədəd qara rəngli sellofan bükümlərdə ayrı-ayrılqıda təmiz çəkiləri 0,643 qram, 0,644 qram və 0,329 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin etibarnamə əsasında idarə etdiyi ”Kia Rio” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön panelində olan əlcək bölməsindən (bardaçokda) aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-kimyəvi (materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi”) ekspertizasının 05 dekabr 2021 -ci il tarixli 6/5382 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,656 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digə: üç ədəd bükümlərdə ayrı-ayrılqıda təmiz çəkiləri 0,643 qram, 0,644 qram, 0,329 qram, ümumi təmiz çəkisi 1,616 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə narkotik vasitə heroindir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 24 dekabr 2021-ci il tarixli 5280 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabiodlərin qəbulu NARKOMANİYA xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinenasiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 24 yanvar 2022-ci il tarixli “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olmuş heç bir əşyanın olmadığını, lakin avtomobilin bardaçokunda narkotik vasitənin olduğunu, özünün narkotik vasitə istifadəçisi olduğunu və avtomobilində olan bu vasitənin sosial şəbəkə vasitəsi ilə əlaqə yaratdığı istintaqa məlum olmayan şəxsdən 46 manata aldığını etiraf etmişdir. 05 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 27 ünvanın yaxınlığında saxlanılan Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi “Kia Rio” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış və götürmə keçirilən zaman, avtomobilin ön panelində olan əlcək bölməsində (bardaçokda) qızılı rəngli metaldan lıazırlınaraq üzərində “ESSE” yazılmış siqaret qabının içərisindən bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 0,656 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üç ədəd qara rəngli sellofan bükümlərdə ayrı-ayrılqıda təmiz çəkiləri 0,643 qram, 0,644 qram, 0,329 qram və ümumi təmiz çəkisi 1,616 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşdə olan 25 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 0,656 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üç ədəd qara rəngli sellofan bükümlərdə ayrı-aynlqıda təmiz çəkiləri 0,643 qram, 0,644 qram, 0,329 qram və ümumi təmiz çəkisi 1,616 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd «DVD» diski cinayət işi üzrə maddi sübut kimi tanınmış, 02 ədəd «DVD» diski cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin 0,606 qram və narkotik vasitə heroinin 1,496 qram qalığı saxlanılması üçün Nizami RPİ-nin MSSK-nə təhvil verilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş qızılı rəngli metaldan hazırlınaraq üzərində “ESSE” yazılmış siqaret qabı Təqsirləndirilən şəxs qaytarılmışdır. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş, üzərində “PSC..TARE..LİGHT” sözləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etmədiyi üçün maddi sübut kimi tanınmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 31 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla tprədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 05 dekabr 2021-ci il tarixdən 31 dekabr 2021-ci tarixədək həbsdə saxlanıldığı, 31 dekabr 2021-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı müddət onun cəza müddətinə hesablanmalıdır. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan 0,606 qram psixotrop maddə metamfetamin və 1,496 qram narkotik vasitə heroin məhv edilməli, 02 ədəd «DVD» diski cinayət işində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş və üzərində “PSC..TARE..LİGHT” sözləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, vəkilin məhkəmədə iştirak etdiyi 95 saat Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 570 manat (95x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 0,606 qram psixotrop maddə metamfetamin və 1,496 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübutlar - 02 ədəd «DVD» disk cinayət işində saxlanılsın. Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan və üzərində “PSC..TARE..LİGHT” sözləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs 95 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 570 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar