Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-145/2021 11.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi – X1, müdafiəçilər - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 oğlunun və Müdafiəçi2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Çingiz oğlunun iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.2003-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə, təqsirləndirilən şəxs – xx.xx.1996-cı ildə Naxçıvan MR-nın Şərur rayonunun Oğlanqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Oğlanqala kəndində qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Çingiz oğlunun Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 özgənin əmlakını açıq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs təşkil etmiş, o, həmin məqsədlə bir neçə gün Zərərçəkmiş şəxs uzaqdan təqib edərək sonuncunun yaşadığı mənzili tərk etdiyi vaxtı, mənzilindən iş yerinə qədər piyada hərəkət etdiyi marşrutu dəqiqləşdirdikdən sonra cinayətkar planını reallaşdırmaq üçün 22 dekabr 2020-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs piyada hərəkət etdiyi marşrutun üzərində yerləşən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti “8-ci kilometr Kolxoz bazarı” istiqamətli yolda cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1la görüşüb Zərərçəkmiş şəxs gəlişini gözləmiş, aralarında olan cinayətkar plana uyğun hərəkət edən o, həmin gün saat 05:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 85 saylı yaşayış binasının qarşısında Zərərçəkmiş şəxsla görüşüb söhbət edərək “8-ci kilometr Kolxoz bazarı” istiqamətində piyada hərəkət etməklə sonuncunun diqqətini yayındıraraq əlverişli məqamda əli ilə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 işarə vermiş, onun işarəsi və tapşırığı ilə Təqsirləndirilən şəxs1, qeyd edilən ünvanda və tarixdə arxadan Zərərçəkmiş şəxs yaxınlaşmaqla əynindəki gödəkçəsinin kapuşonunu üzünə salaraq sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə yerə yıxmış, o, yaranmış anı fürsət bilib Zərərçəkmiş şəxs əlindən içərisində dəyəri 500 (beş yüz) manat təşkil edən **********23552 imei kodlu “Samsung A31” markalı 01 ədəd mobil telefon, dəyəri 6 (altı) manat təşkil edən 01 ədəd həmin telefona məxsus kabura, mobil telefonun içərisində dəyəri 5 (beş) manat təşkil edən ***-**-** Azercell GSM nömrə, 90 (doxsan) manat nağd pul vəsaiti və dəyəri 50 (əlli) qəpik təşkil edən yarım çörək və iki dilim şirniyyatdan ibarət ərzaq məhsulu olan sellofan torbanı alıb açıq yolla talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 601 (altı yüz bir) manat 50 (əlli) qəpik miqdarda maddi ziyan vurmaqla soyğunçuluq etmiş, cinayətkar planın davamı olaraq Təqsirləndirilən şəxs1, AA******* seriyalı şəxsiyyət vəsiqəsini 22 dekabr 2020-ci il tarixdə lombard fəaliyyəti ilə məşğul olan “Lombard Gold” müəssisəsində girov qoyub orada çalışan və cinayətkar niyyətdən xəbərsiz olan X2 036262 seriyalı girov bileti əsasında 120 (yüz iyirmi) manat nağd pul vəsaitini istehlak krediti şəklində almaqla həmin vəsaiti onunla arasında bərabər şəkildə bölmüşdür. Təqsirləndirilən şəxs1 özgənin əmlakını açıq talama məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs2 həmin məqsədlə bir neçə gün Zərərçəkmiş şəxs uzaqdan təqib edərək sonuncunun yaşadığı mənzili tərk etdiyi vaxtı, mənzilindən iş yerinə qədər piyada hərəkət etdiyi marşrutu dəqiqləşdirdikdən sonra cinayətkar planını reallaşdırmaq üçün 22 dekabr 2020-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs piyada hərəkət etdiyi marşrutun üzərində yerləşən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti “8-ci kilometr Kolxoz bazarı” istiqamətli yolda onunla görüşüb Zərərçəkmiş şəxs gəlişini gözləmiş, aralarında olan cinayətkar plana uyğun hərəkət edən Təqsirləndirilən şəxs2, həmin gün saat 05:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 85 saylı yaşayış binasının qarşısında Zərərçəkmiş şəxsla görüşüb söhbət edərək “8-ci kilometr Kolxoz bazarı” istiqamətində piyada hərəkət etməklə sonuncunun diqqətini yayındıraraq əlverişli məqamda əli ilə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 işarə vermiş, Təqsirləndirilən şəxs2 işarəsi və tapşırığı ilə o, qeyd edilən ünvanda və tarixdə arxadan Zərərçəkmiş şəxs yaxınlaşmaqla əynindəki gödəkçəsinin kapuşonunu üzünə salaraq sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə yerə yıxmış, Təqsirləndirilən şəxs2 yaranmış anı fürsət bilib Zərərçəkmiş şəxs əlindən içərisində dəyəri 500 (beş yüz) manat təşkil edən **********23552 imei kodlu, “Samsung A31” markalı 01 ədəd mobil telefon, dəyəri 6 (altı) manat təşkil edən 01 ədəd həmin telefona məxsus kabura, mobil telefonun içərisində dəyəri 5 (beş) manat təşkil edən ***-**-** Azercell GSM nömrə, 90 (doxsan) manat nağd pul vəsaiti və dəyəri 50 (əlli) qəpik təşkil edən yarım çörək və iki dilim şirniyyatdan ibarət ərzaq məhsulu olan sellofan torbanı alıb açıq yolla talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 601 (altı yüz bir) manat 50 (əlli) qəpik miqdarda maddi ziyan vurmaqla soyğunçuluq etmiş, cinayətkar planın davamı olaraq o, AA******* seriyalı şəxsiyyət vəsiqəsini 22 dekabr 2020-ci il tarixdə lombard fəaliyyəti ilə məşğul olan “Lombard Gold” müəssisəsində girov qoyub orada çalışan və cinayətkar niyyətdən xəbərsiz olan X2 036262 seriyalı girov bileti əsasında 120 (yüz iyirmi) manat nağd pul vəsaitini istehlak krediti şəklində almaqla həmin vəsaiti Təqsirləndirilən şəxs2 ilə arasında bərabər şəkildə bölmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 180.2.1və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski 61 ünvanında yerləşən “Kolxoz” bazarında fəhlə arabaçı kimi çalışmışdır. Çalışdığı müddətdə orada özünə çoxlu dost və tanışlar tapmışdır. Onlardan biri bazarda onunla eyni işi görən Təqsirləndirilən şəxs1, digəri isə göyərti dəstələməklə həmin məhsulların satışını aparan şəxslərə köməklik göstərən Şahid1 olmuşdur. Hadisədən təxminən 01 ay öncə bazarda onunla eyni işi görən fəhlə arabaçı kimi çalışan Vüqar adlı şəxsdən “Samsung A3” markalı mobil telefonu nisyə, yəni nağd ödənişsiz qaydada pulunu hissə-hissə ödəmək şərti ilə götürmüşdür. Mobil telefonu ona Vüqar satsa da hissə-hissə ödənişləri telefonun həqiqi sahibinə göndərməli olmuşdur. O, telefonun pullarını hissə-hissə ödəsə də 50 manat borcu qalmışdır. Sonuncu dəfə Vüqarla görüşərkən pulu ən qısa vaxtda verəcəyinə söz vermiş, hətta Vüqarı inandırmaq üçün ağır söyüşlər söyüb, pulu verməyəcəyi təqdirdə həmin söyüşlərin sahibi olacağını demişdir. Ölkədə hökm sürən pandemiya ilə əlaqədar bazarda işsizlik hökm sürdüyündən borclu qaldığı 50 manat pulu ödəyə bilməyəcəyini düşünüb, cinayət etmək və bu yolla pul əldə etmək fikrinə düşmüşdür. Bu fikri həmyaşıdı Şahid1 ilə və ondan təxminən 7 yaş böyük olan Təqsirləndirilən şəxs1 ilə bölüşmüşdür. Cinayəti kimə qarşı törədəcəyini düşünərkən qərara gəlmişdir ki, bazarda limon satışı ilə məşğul olan, əslən cənub bölgəsindən olan Rafiq adlı şəxsin yeni aldığı “Samsung A31” markalı mobil telefonunu götürüb qaçıb satmaqla borcunu ödəsin. İlk öncə bu niyyətini reallaşdırmaq üçün Rafiqin bazardan çıxıb, günün hansı saatlarında, yaşadığı mənzilə hansı yolla hərəkət etdiyini və mənzilindən işə gəldiyini müşahidə etmişdir. 03 gün müşahidə apardıqdan sonra Rafiqin evdən çıxış və bazardan çıxış saatlarını və piyada hərəkət etdiyi marşrutu dəqiqləşdirmişdir. Cinayətkar niyyətini reallaşdırmaq üçün fikrini əvvəlcədən bölüşdüyü cinayət qrupun üzvləri olan dostları Dilqəm və Vahidə cinayəti kimə qarşı törədəcəyini və həmin şəxsi 03 gün müşahidə etdiyini, bazardan evinə və evindən bazara günün hansı saatlarında və hansı yolla izlədiyini demişdir. Bu məqsədlə 22 dekabr 2020-ci il tarixdə, yəni həftənin 1-ci günü ünvan 5 ünvandakı mənzildə gecələmişlər. Səhər hər üçü Nizami rayonu, Q.Qarayev prospektində Rafiqin piyada gəlişini gözləmişlər. Uzaqdan Rafiqin gəldiyini görüb Dilqəmə və Vahidə aralı durmalarını tapşırmışdır. Əvvəlcədən qurduqları plana görə Rafiqi tanıdığı üçün özünü ona göstərməli, özünü gördükdən sonra ələ keçirəcəyi telefonun Rafiqin üzərində olub- olmadığını dəqiqləşdirmək üçün telefonundan kiməsə zəng etmək istəyini bildirməli idi. Rafiq ona yaxınlaşıb salamlaşmaqla orada kimi və nəyə görə gözlədiyini, bayaq yanında dayanan şəxslərin kimliyini soruşmuşdur. Rafiqin fikrini yayındırıb, sualları yarımçıq cavablandırmış və üzərində telefon olub-olmadığını dəqiqləşdirmək üçün zəng etmək məqsədi ilə Rafiqdən telefonunu istəmişdir. Rafiq isə əlində tutduğu sellofan torbanı göstərib telefonun içində söndürülmüş vəziyyətdə olduğunu bildirmiş, yandırmaq istəmədiyi üçün ona verməmişdir. Telefonu Rafiqdən istəyərkən əslində məqsədi danışmaq deyil, həmin telefonun Rafiqin üzərində olub-olmamasını dəqiqləşdirmək olmuşdur. Rafiqin üzərində telefon olduğuna əmin olduqdan sonra sonuncu ilə piyada, çiyin-çiyinə 200-300 metr məhəllələrin içi ilə hərəkət etməklə ara-sıra arxaya çönüb Dilqəmlə Vahidin hərəkətlərini müşahidə etmişdir. Rafiq artıq onun hərəkətlərindən şübhələnməyə başlamış və arxasınca düşən şəxslərin bayaq onunla bərabər olan şəxslər olduğunu bildirmişdir. O, vəziyyətin bu cür davam etməyəcəyini görüb, ilk yaranmış fürsətdə Dilqəmə və Vahidə əli ilə işarə vermişdir. Dilqəm onun işarəsi ilə hərəkətə keçib Rafiqə arxadan yaxınlaşmış, Vahid isə yerindən tərpənməməklə Rafiqə tərəf gəlməmişdir. Dilqəm Rafiqin əynindəki kurtkanın kapuşonunu Rafiqin üzünə çəkib sağ əli ilə onun sifətini bağlayaraq özünə tərəf çəkmiş və nəticədə Rafiq arxası üstə yerə yıxılmışdır. Özü isə bunu fürsət bilib, içərisində mobil telefon olan sellofan torbanı götürüb qaçmışdır. Özünün qaçdığını görüb, onunla eyni istiqamətdə Vahid və Dilqəm də qaçmağa başlamışdır. Bir az aralandıqdan sonra arxaya çönüb baxdıqda Rafiqin onları təqib etdiyini görmüşlər, özləri qaçaraq məhəllələrin arası ilə gedib gözdən itmişlər. Vahid cinayətdə onlarla birgə iştirak edəcəyini, ələ keçirdikləri əmlakı satdıqdan sonra bərabər böləcəyini əvvəlcə bilib onlarla razılaşsa da lakin, cinayət törədilmə anında bundan imtina etmişdir. Belə ki, Vahid Dilqəmlə birlikdə Rafiqə arxadan yaxınlaşıb onu hərəkətsiz vəziyyətdə saxlamalı olduğu halda bunu etməməklə yanaşı ümumiyyətlə Rafiqə tərəf gəlməmişdir. Sadəcə Rafiq onları təqib edərkən Vahid onlarla birgə hadisə yerindən uzaqlaşaraq qaçmışdır. Onlar cinayət yerindon uzaqlaşdıqdan sonra bərabər evə gəlmişlər. Vahid bu hadisədə iştirak etmək istəmədiyini və hətta telefon satışından heç bir pul götürməyəcəyini bildirmişdir. Bundan sonra özü və Dilqəm səhərin tam açılmağını gözləyib, “Neftçilər” metrostansiyasının yaxınlığında lombard fəaliyyəti göstərən Ceyhun adlı şəxsə Dilqəmin şəxsiyyət vəsiqəsi ilə 120 manata telefonu girov qoymuşlar. Telefonu Ceyhun adlı şəxsə girov qoyarkən özü yetkinlik yaşına çatmadığı üçün telefonu Dilqəmin girov qoyduğu kimi sənədləşdirmişdir. Lombard çalışanı Ceyhuna 24 dekabr 2020-ci il tarixində 144 manat ödəyib telefonu girovdan çıxaracaqlarını bildirib oradan getmişlər. Sonra bu pulu Dilqəmlə yarı-yarıya bölüşüb xərcləmişlər. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Vahid və Elvin birlikdə gəzən zaman Elvin Rafiqə zəng etmişdir. Elvin Rafiqlə görüşə gedən zaman onların da gəlməyini bildirmişdir. O və Vahid kənarda dayanmış, Elvin Rafiqə yaxınlaşmışdır. Elvin Rafiqdən borc pul istəmiş, Rafiq pul verməmişdir. X7 telefonunu istəyərək telefonu lombarda girov qoyub pul götürəcəyini, həftənin cümə günü telefonu lombarddan çıxardıb ona qaytaracağını bildirmişdir. Rafiq Elvinlə razılaşmamışdır. Bundan sonra Elvin Rafiqin əlindəki sellofan torbanı dartıb almış, bu zaman hər ikisi yerə yıxılmışdır. Elvin sellofan torbanı götürüb oradan qaçmışdır. O da Elvinin qaçdığını görüb qaçmışdır. Elvinlə birlikdə Rafiqə məxsus mobil telefonu lombarda girov qoymağa getmişdir. Elvin yetkinlik yaşına çatmadığından telefonu onun şəxsiyyət vəsiqəsi əsasında lombarda girov qoymuşlar. Telefonu verib 120 manat pul almışlar. O, pul istədiyindən Elvin həmin puldan ona 60 manat pul vermişdir. O, soyğunçuluq etməmiş, zərərçəkmiş şəxsə qarşı hər hansı bir zor tətbiq etməmişdir. İstintaq zamanı o, ifadəsini vermiş, polis əməkdaşı yazmışdır. Sonra ifadəsini oxumağa ona şərait yaradılmamışdır. Əməlindən çox peşmandır. Məhkəmədən ona ən aşağı həddə cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd edilən əməli törətməkdə təqsirləri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu “8-ci km” bazarında limon satır. 22 dekabr 2020-ci il tarixdə saat 05:00 radələrində kirayədə qaldığı ünvandan çıxmış və saat 05:30 radələrində “Diqlas” ticarət mərkəzinin yan tərəfi ilə “8-ci km” bazarına tərəf gələrkən bazarda arabaçı işləyən Elvin əlindəki fanarla üzünə işıq tutmuşdur. O, Elvinə yaxınlaşıb nə üçün belə etdiyini, yanındakı digər iki nəfər şəxsin kim olduğunu soruşmuş, lakin həmin şəxs ona cavab verməmişdir. Elvin danışmaq üçün ondan telefonunu istəmişdir. O, isə telefonu sönülü olduğundan verməmişdir. Sonra Elvin onunla birlikdə məhəllənin içi ilə hərəkət emiş, digər 2 nəfər isə arxadan onları təqib edərək gəlmişlər. Bazara çatmağına 3-4 dəqiqə qalmış arabalar yerləşən yerdə həmin 2 nəfərdən biri arxadan qəfil yaxınlaşıb “kapuşon”unu başına keçirərək, əli ilə ağzını bağlayıb boğazından tutmuş, qolundan tutub onu yerə yıxmışdır. O, yerə yıxıldıqdan sonra əlində tutduğu içərisində mobil telefon, çörək, şirniyyat olan şəffaf sellofanın içərisini kiminsə axtardığını hiss etmişdir. Onun əlindəki sellofan torbanı içərisindəkilərlə birlikdə götürüb qaçmışlar. Həmin şəxslərin getdiklərindən tam əmin olduqdan sonra ayağa durmuş, ətrafa nəzər salmış, nə mobil telefonu, nə də sellofan torbanı tapmamışdır. Daha sonra bu barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilmişdir, şikayəti yoxdur. Təqsirləndirilən şəxslərin tutulmasını istəmir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul olunması haqqında 25.12.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs oğlunun müraciəti əsasında toplanmış materiala əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 25.12.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs oğlu zərərçəkmiş şəxs kimi tanınmışdır. - şübhəli şəxsin tutulması barədə 25.12.2020-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şübhəli şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında 25.12.2020-ci il tarixli qərardan görünür ki, X3 şübhəli şəxs yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi qismində təyin edilmişdir. - şübhəli şəxsin tutulması barədə 25.12.2020-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında 27.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında 27.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında 27.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında 27.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin tətbiqi ilə bağlı saxlanıldığı müvəqqəti saxlama yerindən azad olunması haqqında 27.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 müvəqqəti saxlama yerindən azad olunmuşdur. - təqsirləndirilən şəxsin barəsində yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbirinin tətbiqi ilə bağlı saxlanıldığı müvəqqəti saxlama yerindən azad olunması haqqında 27.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 müvəqqəti saxlama yerindən azad olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 canlı şəxsin ekspertizasına dair 26.12. 2020-ci il tarixli, 992 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs oğlunun bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. - əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında 08.01.2021-ci il tarixli qərardan görünür ki, **********23552 imei kodlu, “Samsung A31” markalı 01 ədəd telefon, mobil telefonun girova qoyulması ilə bağlı 036262 nömrəli girov bileti kötüyü və Təqsirləndirilən şəxs1 Çingiz oğluna məxsus şəxsiyyət vəsiqəsinin kserosurəti cinayət işi üzrə maddi sübut hesab edilmiş, 036262 nömrəli girov bileti kötüyü və Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsinin kserosurəti cinayət işinin materiallarında saxlanılmış, “Samsung A31” markalı, **********23552 imei kodlu mobil telefon Zərərçəkmiş şəxs qaytarılmışdır. - sübutların qiymətləndirilməsi barədə 03.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsindən həmin Məcəllənin 180.2.1 və 180.2.4-cü maddələrinə tövsif edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 04.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 05.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Çingiz oğlu Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 05.04.2021-ci il tarixli tələbnamələrdən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Çingiz oğlunun məhkumluğu barədə məlumat yoxdur. - Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Onlara qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: ”…3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər... 4. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır...
7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir... 10. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.... 11. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli, məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını, yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 25.12.2020-ci il tarixdən 27.12.2020-ci il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə münasibətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınan yuxarıda sadalanmış halların məcmusunu rəhbər tutaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, habelə cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini təmin etmək üçün Təqsirləndirilən şəxs2 cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs2 sınaq müddəti müəyyən edilməli və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 25.12.2020-ci il tarixdən 27.12.2020-ci il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 11.08.2021-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan “Samsung A31” markalı, **********23552 imei kodlu mobil telefon Zərərçəkmiş şəxs qaytarılmış hesab hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 036262 nömrəli girov bileti kötüyü və Təqsirləndirilən şəxs1 Çingiz oğluna məxsus şəxsiyyət vəsiqəsinin kserosurəti cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Çingiz oğlunun Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkillərin ibtidai istintaqda iştirak etdikləri müddət 42 iş saatı və məhkəmədə iştirak etdikləri müddət 30 iş saatı, cəmi 72 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla hər birinə 432 (dörd yüz otuz iki) manat (72x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 25.12.2020-ci il tarixdən 27.12.2020-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri üzrə Probasiya idarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Çingiz oğlunun 25.12.2020-ci il tarixdən 27.12.2020-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 Çingiz oğlu təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Çingiz oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 Çingiz oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Çingiz oğlunun həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Cinayət işi üzrə maddi sübut olan 036262 nömrəli girov bileti kötüyü və Təqsirləndirilən şəxs1 Çingiz oğluna məxsus şəxsiyyət vəsiqəsinin kserosurəti cinayət işinin materiallarında saxlanılsın, “Samsung A31” markalı, **********23552 imei kodlu mobil telefon Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Çingiz oğluna hər birinə istintaqda 42 saat, məhkəmədə 30 saat, cəmi 72 saat göstərdikləri pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilər Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə hər birinə 432 (dörd yüz otuz iki) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən Mətanət Hacıyeva