Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-145/2022 01.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X8 Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X1, Təqsirləndirilən şəxs, Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxxx 1963-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 24 sentyabr 2021-ci il tarixdə saat 16:30 radələrində özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Q.Sadıq küçəsində avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yolda idarə edərkən, həmin küçədə 4 saylı ünvanın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, hərəkət hissəsinin sağ kənarında dayanmış piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafə saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli olması barədə tələblərə əməl elməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbləri pozub, yolun sağ hissəsində dayanmış xx.xx.2011-ci il təvvəllüdlü yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs sağ ayağının baldır sümüklərinin aşağı hissəsinin üzərindən avtomobilin sağ arxa təkəri ilə keçərək, hərəkətini davam etdirib yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs ehtiyyalsızlıqdan sağ baldır sümüklərinin aşağı 1/3-nin yerdəyişən, qapalı sınıqları ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 24 sentyabr 2021-ci il tarixdə saat 16:30 radələrində yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətdikdən sonra “Yol hərərkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmuş, yəni yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs ilk tibbi yardım göstərməsi üçün mümkün olan tədbirləri görməli, təcili tibbi yardım avtomobili çağırmalı, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli xəsarətlər aldığı hallarda yaxınlıqdakı tibbi müəssisəyə aparmalı və həmin müəssisədə şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməklə, özünün soyadını, adını, atasının adını və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını bildiıməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının gəlməsini gözləməli olduğu halda bunlara riayət etməyərək yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək 24 sentyabr 2021-ci il tarixdə təxminən saat 16:30 radələrində o, ünvan 2 ünvanın qarşısında avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yolda dayanmış yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs yanından idarə etdiyi “Mercedes Benz” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə keçib gedərkən avtomobilin sağ təkəri ilə onun sağ ayağının üzərindən keçməsini bilməmiş, eləcədə heç bir qadının avtomobilini vuraraq ona uşağı vurması səbəbindən avtomobilin saxlanılmasını tələb etməsini görmədiyini bildirdi. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs cinayət işi üzrə oğluna vurulmuş maddi və mənəvi zərərə görə 3000 manat pulu qəbul etməklə Təqsirləndirilən şəxs barəsində hazırda heç bir tələb və şikayətinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını əlaəqli şəkildə tədqiq edərək qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd olunan sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş yetkinlik yaşına çalmamış Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, anket məlumatında göstərilən ünvanda vaildeynləri ilə birlikdə yaşayır. 227 saylı tam orta məktəbin 4-cü sinif şagirdidir. Yaşadığı ünvan 4 ünvanı dostu Sərxən Xanalizadənin yaşadığı Q.Sadıq küçəsi 7 ünvanın yaxınlığında yerləşir. 24 sentyabr 2021-ci il tarixdə o və Sərxan dərsdən evə gəlib yemək yedikdən sonra Sərxan onların evinin qarşısına gəlmiş və onlar orada oynayarkən evin qarşısında olan avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yolda qara rəngli “Mercedes” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil tanımadığı siirücii tərəfindən idarə edilərək hərəkətdə olmasını Sərxan ilə birlikdə görüb yolun sağ kənarına çəkilmişlər ki, həmin avtomobillə sürücü onları vurmasın. Belə ki, Sərxan hərəkətdə olan avtomobilin sağ tərəfində üzü yola doğru istiqamətdə və o, avtomobilin sağ tərəfində arxası yola doğru üzü Sərxana tərəf istiqamətə dayanmışdır. Həmin qara rəngli “Mercedes” markalı dövlət qeydiyyat nişanlı avtomobil normal sürət ilə onların yanından keçib getmiş və arxası ilə hərəkətdə olan tanımadığı sürücünün yüksək sürətlə idarə etdiyi göy rəngli “Mercedes Benz” markalı qeydiyyat nişanını görmədiyi avtomobillə sağa döndükdən sonra sürücü hərəkətdə olarkən avtomobilin arxa sağ təkəri ilə onun sağ ayağının baldır sümüklərinin üzərinə çıxaraq hərəkətini davam etdirmiş, o, ayağından bərk ağrılar hiss etmiş və sürücüyə baxdıqda onun sifət görüntüsünü və ağ saçlarını görmüşdür. Həmin sürücü avtomobili saxlamadan hərəkətini davam etdirən zaman orada olan bir nəfər tanımadığı qadın onun avtomobilinə vuraraq saxla uşaq vurdun deyə qışqırmışdır. Lakin sürücü avtomobili saxlamamış və avtomobilini idarə edərək oradan uzalqaşmışdır. Bundan sonra o, xəsarətlər aldığı üçün qonşular oraya toplaşmış və sonra sifət və saç əlamətlərindən tanıdığı həmin avtomobillə ayağının üzərindən keçən sürücü bir müddət vaxt keçdikdən sonra piyada onların yanına gələrək onun aldığı xəsarətlə və hadisə haqqında maraqlanmışdır. Sonra isə hadisə yerinə polis əməkdaşları gəlib müvafiq sənədləşdirmə aparmışlar və onu babası Şahid3 xəstəxanaya aparmışdır. Xəstəxanada həkimlər ona tibbi yardım göstərmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Nizam oğlu onun nəvəsidir, o, 227 saylı tam orta məktəbin 4-cü sinif şagirdidir. Cinayət işinin mahiyyəti üzrə bildirir ki, 24 sentyabr 2021-ci il tarixdə nəvəsi Zərərçəkmiş şəxs təhsil aldığı məktəbdən dərsdən evə gəlib yemək yedikdən sonra onunla həmişə bir yerdə evin həyətində oynayan dostu X4 onların evinin həyətinə gəlmiş və onlar ikisi bir yerdə evin qarşısında olan avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yolda oynamağa davam etmişlər. Həmin ərəfədə o, evdə idi, lakin təxminən saat 16:30 radələrində həyətdən səs küy gəlməsini eşidib avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yola çıxdıqda nəvəsi Zərərçəkmiş şəxs sağ ayağından xəsarət almış vəziyyətdə olmuşdur və onun ətrafına şəxslər toplaşmışdır. Bir qədər vaxt keçdikdən sonra oraya Keşlə qəsəbəsi sakini kimi tanıdığı Təqsirləndirilən şəxs piyada gəlmiş və nəvəsi Cavidanın almış olduğu xəsarətlər barədə maraqlanmağa başlamışdır. Sonra isə hadisə yerinə polis əməkdaşları gəlib müvafiq sənədləşdirmə aparmışlar və o, nəvəsi Cavidanı tibbi yardım alması üçün xəstəxanaya aparmışdır. Xəstəxanada həkimlər ona tibbi yardım göstərmişlər. Bundan sonra ona məlum olmuşdur ki, həmin gün saat 16:30 radələrində nəvəsi Cavidan və onun dostu Sərxan evin qarşısında olan avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yolda oynayarkən qara rəngli “Mercedes” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil tanımadıqları sürücü tərəfindən idarə edilərək hərəkətdə olmuş, bunu görən Cavidan və Sərxan ilə birlikdə görüb yolun sağ kənarına çəkilmişlər ki, həmin avtomobillə sürücü onları vurmasın. Belə ki, Sərxan hərəkətdə olan avtomobilin sağ tərəfində üzü yola doğru istiqamətdə və Cavidan avtomobilin sağ tərəfində arxası yola doğru üzü Sərxana tərəf istiqamətə dayanmışdır. Həmin qara rəngli “Mercedes” markalı dövlət qeydiyyat nişanlı avtomobil normal sürət ilə onların yanından keçib getmiş və arxası ilə hərəkətdə olan Keşlə sakini Təqsirləndirilən şəxs tərəfindən yüksək sürətlə idarəedilən göy rəngli “Mercedes Benz” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə sağa döndükdən sonra Zaur hərəkətdə olarkən avtomobilin arxa sağ təkəri ilə Cavidanın sağ ayağının baldır sümüklərinin üzərinə çıxaraq hərəkətini davam etdirmiş, Cavidan qışqıraraq ayağından bərk ağrılar hiss etdiyini bildirmiş və Sərxan sürücüyə baxdıqda Zaurun sifət görüntüsünü və ağ saçlarını görmüşdür. Zaur avtomobili saxlamadan hərəkətini davam etdirən vaxt orada olan bir nəfər tanımadığı qadın onun avtomobilinə vurmaqla avtomobilini saxlamasını tələb etmişdir. X15 avtomobili saxlamamış və avtomobilini idarə edərək oradan uzalqaşmışdır. O, avtomobilini kəndarda saxlayıb piyada olaraq yol-nəqliyyat hadisəsi törətdiyi yerə gəldikdən sonra Cavidan və Sərxan onu tanıyaraq az öncə idarə etdiyi “Mercedes Benz” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ təkəri ilə Cavidanın sağ ayağının üzərindən keçib gedən şəxs olmasını bilmişlər. Hətta sonradan Təqsirləndirilən şəxs özü bu barədə ona etiraf edərək idarə etdiyi avtomobilin sağ arxa təkəri ilə nəvəsi Cavidanın sağ ayağının üzərindən keçdiyini bildirib, buna görə peşman olmasını və ondan üzr istəməsini demişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan, əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, ünvan 4 ünvanda vurulmuş piyada yolun sağ hərəkət hissəsində dayanmış və sürücü avtomobilin arxa sağ tərəfi ilə onun ayağının üzərindən keçmişdir. Hadisə yerinin yaxın ətrafında heç bir kamera qurğusu və TŞ kameraları yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli (nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında) protokoldan görünür ki, “Mercedes” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil sedan tiplidir, göy rənglidir, alt hissəsində gümüşü rəngli kantlar vardır, texniki cəhətdən saz vəziyyətdə, işıqlandırma, mühərrik, əyləc və idarəetmə sistemlərində heç bir nasazlıq yoxdur, təkərləri saz vəziyyətdədir, avtomobilin heç bir hissəsində mexaniki təsirdən deformasiya zədələri və ya belə zədələrin yeni təmir olunması yerləri müşahidə olunmur. İş materiallarında olan Azerbaycan Respublikası Nizami rayon polis idarəsi tərəfindən alınmış xx.xx.2021-ci il tarixli 087-36461-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs AF 027745 nömrəli «B» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququndan məhrum olunması ilə bağlı hər hansı məlumat Mərkəzi İnformasiya sistemində qeydə alınmamışdır. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X7 X13 məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 859 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ baldır sümüklərinin aşağı 1/3-nin yerdəyişən qapalı sınıqları olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə piyada qismində baş vermişyol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin ayağı üzərindən keçməsi nəticəsində yarana bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli 8/3217 nömrəli rəyindən görünür ki, “Mercedes Benz” markalı ** BN *** dövlət qeydiyyat nişanlı vtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlar xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş şəxsin tanınmaya təqdim edilməsi haqqında protokollardan və fotoşəkillərdən görünür ki, tanıyan şəxlər yetkinlik yaşına çatmayan X6 və Zərərçəkmiş şəxs sonuncuya qarşı yol-nəqliyyat hadisəsini törətmiş şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişlər. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməklə, həmin hissədə cinayət təqibinə xitam verilmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri iş üzrə toplanmış sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən etmir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və cəzanı yüngülləşdirən halları nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməklə azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi 45 saat, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 270 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X3 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə və 73-cü maddəsini, həmçinin Azərbaycan Respublikası CPM-nin 43, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Q.Sadıq küçəsi, ev 18 ünvanını hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Təqsirləndirilən şəxs 45 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 270 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-145/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-145/2022
01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver