Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-146/2020 03.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclası katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı - Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, nümayəndəsi - “LCG” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, müdafiəçisi - Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Azərbaycan Dövlət X3 2-ci kurs tələbəsi, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 77, mənzil 3-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx xxxxx 2020-ci il tarixdə barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, yetkinlik yaşına satmadığı dövrdə, xx xxx 2019-cu il tarixdə saat 18 radələrində, yetkinlik yaşına çatmayan tanışı Zərərçəkmiş şəxs digər tanışları ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 89 ünvanının yaxınlığında yerləşən oturacaqda əyləşib söhbət etdiyi vaxt onlara yaxınlaşaraq hər biri ilə əl verib salamlaşarkən Zərərçəkmiş şəxs hamı ilə tək-tək görüşməməsi və ümumi salam verib keçməsi barədə ona irad bildirməsinə görə yumruqla Zərərçəkmiş şəxs ağız nahiyəsindən qəsdən vuraraq ona alt dodağın selikli qişasının əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qanuni nümayəndəsinin və müdafiəçisinin iştirakı ilə dindirilərkən, özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs Nizami rayonu 210 nömrəli orta məktəbdə təhsil aldığı müddətdə, təxminən 2 ildən artıq olar ki, tanımışdır. Murad ondan aşağı sinifdə oxumuşdur. Hadisə baş verənədək onların arasında düşmənçilik və ya ədavət olmamışdır. xx xxx 2019-cu il tarixdə saat 18 radəlarində evdən çıxıb yaxınlıqda yerləşən obyektdə kitabın surətini çıxarmaq üçün getmişdir. Yaşadığı binanın həyətində yerləşən çardaqda təxminən 10-dan çox uşaq oturduğunu görmüşdür. Uşaqların içərisində tanıdığı 2-3 nəfər olduğundan yaxınlaşıb, bir-bir əl verib salamlaşmağa başlamışdır. O, həmin şəxslərlə salamlaşan zaman kənardakı oturacaqda oturan Murad yüksək səslə ona qarşı söyüş söyərək irad bildirmişdir ki, nə üçün hamı ilə bir-bir görüşür, ümumi salam verib, getsin. O, bu sözlərin ona aid olub-olmadığını dəqiqləşdirmək üçün ona sual verəndə, Murad onunla olduğunu deyərək ayağa durmuş, ona “sən bilirsən mən kiməm?” deyərək sual vermişdir. Ardınca da Murad şalvarın ya arxa cibindən, ya da belinin kəmər hissəsindən bıçaq çıxarmış, bıçağı sağ əlində tutaraq onun üzərinə gəlmişdir. Həmin vaxt ətrafda olan uşaqlar onu əhatəyə almışlar. Murad ona yaxınlaşaraq bir dəfə altdan yuxarıya doğru, daha sonra yuxarıdan aşağıya doğru bıçağı istiqamətləndirmişdir ki, onu vursun. O, geri çəkilərək özünü müdafiə etməyə çalışmışdır. Arxadan bilmədiyi bir şəxs onu Muradın üzərinə tərəf itələmiş, həmin anda Murad bıçağı sağdan sola tərəf zərblə gətirərək onun bədəninə tərəf istiqamətləndirmişdir. O, bədənini geriyə çəkmişdir ki, bıçaq ona dəyməsin. Lakin həmin anda bıçaq onun sağ qolunun iç tərəfinə, yəni bükəcək hissəyə dəymişdir. Nəticədə qolundan qan gəlmişdir. Münaqişə zamanı o, Muradı özündən kənarlaşdırmaq üçün ona tərəf bir yumruq atmış, əli Muradın ağız nahiyyəsində dəymişdir. Bundan sonra ətrafda olan uşaqlar araya girib, Muradı tutaraq onu aralamış və sakitləşdirmişlər. O, yaxınlıqda olan subaşına gedərək qolunda olan qanı yumuşdur. Uşaqlardan Kamran adlı biri ona yara bandı və bint gətirmiş, o, öz yarasını bağlamışdır. Hadisə Muradın təqsiri üzündən baş vermis, onun Muradla mübahisə etmək, onu vurmaq niyyəti və fikri olmamışdır, Murad ona həmin sözləri deməsə, uşaqlarla görüşüb öz yoluna davam edəcəkdi. Ona görə hesab edir ki, tərəfindən xuliqanlıq əməlinə yol verilməmişdir. Həmçinin, aralarında baş vermiş mübahisə kənar şəxslərin diqqətini cəlb etməmiş, onlara kənar şəxs yaxınlaşmamışdır. Lakin Muradı yumruqla vuraraq ona yüngül xəsarət yetirdiyinə görə əməlindən səmimi peşmandır, hazırda Muradla barışmışlar. Qeyd edilənləri nəzərə alaraq, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin və nümayəndəsinin (vəkil) iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oxuduğu orta məktəbdən tanımışdır, münasibətləri həmişə yaxşı olmuşdur. xx xxx 2019-cu il tarixdə saat 17 radələrində yaşadığı binanın yaxınlığında, Nizami rayonu, Q.Qarayev prospekti 89 ünvanında tanıdığı uşaqlarla birlikdə “besedka”da əyləşib söhbət etdiyi vaxt Tamerlan onların yanına gəlmiş və hər kəslə bir-bir əl verib görüşmüşdür. Uşaqlardan xatırlamadığı kimsə zarafatca Tamerlana nə üçün bir-bir əl verib hamı ilə görüşdüyünü, ümumi salam verməyin kifayət etdiyini demişdir. O da bu sözə qatılmış və Tamerlana zarafat edərək “düz deyirlər də ala, ümumi salam versən, bəs edər” demişdir. Bundan sonra Tamerlan digər uşaqların sözünə deyil, onun sözünə cavab olaraq “mənə deyirsən?” soruşmuş, o da Tamerlana “hə” cavabı vermişdir. O, həmin vaxt oturaq vəziyyətdə olmuşdur. Tamerlan onun cavabından sonra üzərinə gəlmişdir. O, ayağa qalxmaq istəyəndə Tamerlan yumruqla onun ağzından vurmuşdur. Nəticədə ağzından qan axmışdır. Bundan sonra ətrafda olan uşaqlar Tamerlanı tutmuşlar. Bu zaman o, ayağa durmuş, üzərinə dartındığı üçün Tamerlanı tutanlara onu buraxmalarını demişdir. Uşaqlar Tamerlanı buraxmış və Tamerlan yenidən onun üzərinə gəlmişdir. O, Tamerlanın qarın nahiyəsindən təpiklə vurmuşdur. Tamerlan onun zərbəsindən sonra geriyə gedərək “besedka”nın üzərinə yıxılmış və qolu dəmirə dəymişdir. Tamerlan yenidən onun üzərinə gəlmişdir. Bu zaman o, Tamerlanın sağ qolundan qan axdığını görmüş və ona bu barədə demişdir. Onlar yaxınlıqda olan su kranının yanına getmişlər, orada Tamerlan qolunun qanını, o isə, ağzının qanını yumuşdur. Uşaqların alıb gətirdiyi yara bandı ilə Tamerlanın yarasını bağlamışlar. Hadisə yerində yalnız özləri olmuş, mübahisə kiminsə diqqətini cəlb etməmiş, onlara yaxxınlaşan olmamışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir, onlar barışmışlar, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə4 iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, xx xxx 2019-cu il tarixdə ünvan 2 ünvanının qarşısında uşaqlıqdan tanıdığı uşaqlarla oturmuşdur. Həmin binaların qarşısında meydança və stadion olduğu üçün hər gün uşaqlıq illərindən tanıdığı uşaqlarla orada oturub söhbət edərək vaxt keçirmişdir. Saat təxminən 18 radələrində həmin meydança və stadionun yanında yerləşən binaların birində yaşayan tanışlıq münasibəti olduğu Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq hamı ilə bir-bir əl verib görüşmüşdür. Həmin vaxt Murad Tamerlana hamı ilə birdəfəlik görüşməyi təklif etmişdir. Tamerlan Murada qarşı nalayiq ifadə işlədərək onu təhqir etmiş, sonra üzərinə hücum edərək Muradın ağzından yumruqla vurmuşdur. Murad da Tamerlanı təpiklə vurmuş və Tamerlan orada yerləşən besedkanın dəmirlərinə dəymişdir. Bu zaman Tamerlan yenidən Muradın üzərinə gəlmək istədikdə onlar Tamerlanın qolundan qan axdığını görmüş və münaqişəyə son qoymuşlar. Bundan sonra Tamerlanın qolundan qanı təmizləmiş və qoluna sarğı çəkmişdir. Məhkəmə iclasında Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, tanışı Eldəniz Məmmədova stomatoloji kabinetdə dişlərə breket və ya plastinkanın qoyulması ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs də dişlərinə breket qoyduğu üçün tanımışdır. Təxminən xx xxx 2019-cu il tarixdə Eldəniz onu yenidən dəvət etmişdir ki, 2018-ci ilin noyabr ayında dişlərinə breket qoyduqları Muradın breketləri sınmışdır, onu düzəltmək lazımdır. O, Eldənizin dəvəti ilə stomatoloji kabinetə gedərək Muradın dişini müayinə etmiş və görmüşdür ki, təxminən 6-7 breket yoxdur. O, həmin breketləri yenidən yerinə qoyaraq bərpa etmişdir. Muradın dişlərini təmir edən zaman onun alt dodağının iç tərəfdən təxminən orta hissəsində yara olduğunu görmüş, Muraddan soruşan zaman o, bir nəfər şəxslə dava etdiyini, dodağından yumruq zərbəsi dəydiyini, bu səbəbdən də breketlərin sındığını və dodağının yaralandığını demişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. (İ cild i.v. 1-2) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və X7 rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair xx xxxxxxxx 2019-cu il tarixli 921 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs alt dodağın selikli qişasının əzilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (İ cild i.v. 82-83) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X2 Kompleks Ambulator Məhkəmə-psixiatrik və məhkəmə-psixioloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2578 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və halhazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəliyin və kəmağıllığın əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməli törədilən anda öz hərəkətlərini ölçüb-biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən hallar barədə istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmur. İntellektual-mnestik imkanları normaya uyğun olduğundan o, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimlənək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri, və intellektual imkanları nəzərə alınmaqla, o, qərarın təsviri hissəsində göstərilən hadisənin xarakter və mənasını anlamaq qabiliyyətinə malikdir. Onda təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa patoloji meyillilik əlamətləri müşahidə edilmədi. (İ cild i.v. 176-179) -Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İİ cild i.v. 87-88) -Qətimkan tədbiri seçmək haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir (İİ cild i.v. 113) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur (İ cild i.v. 172). Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla razılaşmır və qeyd edir ki, təqsirləndirilən şəxsin hərəkətlərində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq cinayətinin tərkib əlamətləri olmadığından, onun əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif oluna bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, xx xxx 2019-cu il tarixdə saat 18 radələrində ünvan 3 ünvanında, ictimai yerdə yerləşən oturacaqda xx xxxxxx 2003-cü il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs tanışları ilə əyləşib söhbət edən zaman onlara yaxınlaşaraq hər biri ilə əl verib salamlaşarkən Zərərçəkmiş şəxs hamı ilə tək-tək görüşməməsi və ümumi salam verib keçməsi barədə ona irad bildirməsini bəhanə edib mübahisə yaratmaqla heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərarətlərlə özünü ətrafdakıların fövqündə qoyaraq qərəzli hərəkətlərlə ətrafdakı şəxslərin istirahətinə biganə yanaşaraq, davranış qaydalarını pozub eqoizm nümayiş etdirməklə yumruqla Zərərçəkmiş şəxs ağız nahiyəsindən qəsdən vuraraq sonuncuya alt dodağın selikli qişasının əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında isə müəyyən olunmuşdur ki, ümumiyyətlə, təqsirləndirilən şəxsin xuliqanlıq etmək niyyəti olmamış, o, cinayət əməlini şəxsi münasibətlər zəminində, həmyaşıd şəxslərin bir-biri ilə görüşməsi zamanı, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və dalaşma gedişində, ümumilikdə zərərçəkmiş şəxsin münaqişə yaradan hərəkətlərinin təsiri, qarşılıqlı münasibətlərin pozulması nəticəsində törətmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış xx xxx 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2004-cü il tarixli 1 nömrəli Qərarında da göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Həmin Qərarda həmçinin göstərilmişdir ki, eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Bununla da, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud pozması və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə yol verməsi, ictimai qaydaya zərər vurması, ümumiyyətlə onun belə bir niyyətinin olması məhkəmə iclasında sübut olunmamışdır. Bundan başqa, hadisə vaxtı hadisə yerində kənar şəxslərin olması ibtidai istintaqda olduğu kimi məhkəmə tədqiqi zamanı da sübut olunmamışdır. İttiham tərəfi Təqsirləndirilən şəxs ictimai qaydanı pozmasına istinad etsə də, ibtidai istintaq orqanı tərəfindən konkret olaraq həmin vaxt hadisə yerində cəmiyyətin, yəni kənar şəxslərin olması (kənar şəxslərin xeyli, az olması), hansı kənar şəxslərin olması, mübahisənin aradan qaldırılması məqsədi ilə hər hansı bir şəxsin hadisəyə müdaxilə etməsi müəyyən edilməmiş, əgər kənar şəxs olmuşsa da, həmin şəxslərin ifadələri alınmamış, şahidlər siyahısında göstərilməmişdir. Bu da, dolayı yolla hadisənin baş verdiyi yerdə kənar şəxslərin olmasını, təqsirləndirilən şəxsin cəmiyyətə qarşı hörmətsizlik ifadə etməsi, ictimai qaydanı pozması əlamətlərini istisna edir. Məhkəmə tədqiqi zamanı da hadisənin baş verdiyi vaxt hadisə yerinə başqa şəxsin yaxınlaşmaması, ümumiyyətlə kənar şəxslərin olmaması müəyyən olunmuşdur. Bununla da, hazırkı iş üzrə təqsirləndirilən şəxsin ictimai qaydanı kobud pozması və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə yol verməsi, ictimai qaydaya zərər vurması məhkəmə iclasında sübut olunmamışdır. Ona görə də, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə ittiham verilməsi açıq-aşkar əsassız olmuşdur və məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində onun təqsirliliyi sübut olunmur. Məhkəmə tədqiqi zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsi ilə təqsirli olmasını təsdiq edən hər hansı başqa sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmə yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Ona görə məhkəmə ibtidai istintaq həyata keçirən müstəntiq tərəfindən yalnız mülahizə əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə ittiham verilməsini Azərbaycan Respublikası CPM-nin 8.0.2, 9.1.2, 9.1.3, 10.1, 10.5, 11.1, 12.1, 12.3. 21.1,21.2, 21.3, 28.1, 28.2-ci maddələrinin tələbləri baxımından əsassız hesab edir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin təsiri altına düşdüyündən, onun əməli həmin maddə ilə tövsif olunmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi və müdafiəçisisi, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə artıq barışdıqlarını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim etmiş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişlər. Eyni zamanda, Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin və nümayəndəsinin (vəkilin) iştirakı ilə məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə yazılı müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həminşəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili Müdafiəçi məhkəmə iclaslarına buraxılmışdır, ona görə məhkəmə iclasında təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə həmin müdafiəçiyə görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Lakin ibtidai istintaqda təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi X5 iştirak etmişdir, həmin müdafiəçinin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 15 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə dəvət olunmuş müdafiəçi X4 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 90 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və digər məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin, zərərçəkmiş şəxslə barışması nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən haqqında Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs 15 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X4 “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 90 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-146/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-146/2020
03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver