Məhkəmə qərarları › İş №1(007)-146/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-146/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-146/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1989-cu il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvəllər məhkum olunmamış, Zərərçəkmiş şəxsndə (MMC) satış nümayəndəsi vəzifəsində işləmiş, Bakı şəhəri Xətai rayonu R.Məmmədov küçəsi, ev 16, mənzil 12-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təsbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-də xx.xx.2021-ci il tarixli əmək müqaviləsi əsasında Kommersiya departamenti /Bakı üzrə satış şöbəsi/ satış nümayəndəsi vəzifəsinə işə qəbul edilib işləyərkən cəmiyyətlə onun arasında bağlanmış xx.xx.2021-ci i tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə və eyni tarixli vəzifə təlimatına əsasən ona inanılıb tapşırılmış MMC-yə məxsus maddi qiymətli əmlakın satışından əldə edilən pul vəsaitini cəmiyyətin xəzinəsinə vaxtında tam həcmdə ödənilməsinə birbaşa məsuliyyət daşımasına baxmayaraq öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəldilmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək 14 mart 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr ərzində Zərərçəkmiş şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən anbarından post terminal vasitəsilə elektron qaydada faktiki mövcud olmayan “X14” adı ilə qeyd etdiyi satış məntəqəsinə guya satmaq adı ilə çatdırılması barədə sifariş verib vəzifəli şəxs kimi informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etmiş və onun sifarişi əsasında cəmiyyətin ekspeditoru Şahid3 tərəfindən həmin dövrdə satış məntəqəsinə çatdırılıb təhvil verilməsi üçün Zərərçəkmiş şəxs MMC-yə məxsus xx.xx.2022-ci il tarixli 692562, xx.xx.2022-ci il tarixli 692595, xx.xx.2022-ci il tarixli 738135, xx.xx.2022-ci il tarixli 738184, xx.xx.2022-ci il tarixli 738193, xx.xx.2022-ci il tarixli 735165, xx.xx.2022-ci il tarixli 740352, xx.xx.2022-ci il tarixli 740393, xx.xx.2022-ci il tarixli 632109, xx.xx.2022-ci il tarixli 632145, xx.xx.2022-ci il tarixli 734270, xx.xx.2022-ci il tarixli 632379, xx.xx.2022-ci il tarixli 632200, xx.xx.2022-ci il tarixli 632455, xx.xx.2022-ci il tarixli 632710, xx.xx.2022-ci il tarixli 632760, xx.xx.2022-ci il tarixli 632792, xx.xx.2022-ci il tarixli 831864, xx.xx.2022-ci il tarixli 831886, xx.xx.2022-ci il tarixli 829295, xx.xx.2022-ci il tarixli 830891, xx.xx.2022-ci il tarixli 838658 nömrəli malların təhvil-qəbul aktları tərtib edilərək cəmi 59.900 manat məbləğində toyuq məhsulu cəmiyyətin anbarından Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə aparıldıqdan sonra, həmin qəsəbədə yaşayan və onun cinayətkar niyyətindən xəbərsiz olan tanışı «Ford Tranzit» markalı yük avtomobilinin sürücü Şahid1 xahiş edib təqdim olunan malların təhvil-qəbul aktlarının “Təhvil aldım Vüsal» yazılmış qrafalarına imza etdirməklə rəsmi sənəd olan malların təhvil-qəbul aktlarına bilə-bilə yalan məlumatlar daxil etdirmiş və onun xahişi əsasında toyuq məhsulları Şahid1 tərəfindən idarə edilən «Ford Tranzit» markalı avtomobildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov 3 ünvanında fəaliyyət göstərən mağazaya çatdırıldıqdan sonra o, göstərilən dövr ərzində həmin mağazada malların satışından əldə etdiyi cəmi 59.900 manat məbləğində nağd pul vəsaitindən 19.700 manat məbləğini hissə-hissə «X14» adı kimi göstərdiyi satış məntəqənin adından Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə mədaxil etmiş, qalan pul vəsaitini isə tamah məqsədilə xəzinəyə mədaxil etməyib vahid niyyətlə əhatə olunan qəsdlə öz qulluq mövqeyindən istifadə etməklə vəzifəli şəxs kimi informasiya resurslarına və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı edərək ona etibar edilmiş 40.200 manat məbləğində özgə əmlakını mənimsəməklə talayıb Zərərçəkmiş şəxs MMC- yə xeyli miqdarda ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, 26 may 2021-ci il ci il tarixdən Zərərçəkmiş şəxs MMC-də satış nümayəndəsi kimi işləməyə başlamışdır. Zərərçəkmiş şəxs MMC "xxxx" brendi altında quş əti istehsalı və satışını həyata keçirən şirkətdir. Şirkətin 800-ə yaxın əməkdaşı var. Onunla həmin cəmiyyət arasında əmək müqaviləsi, tam maddi məsul şəxs olması haqda müqavilə bağlanmış, vəzifə təlimatı izah edilmişdir. Əmək müqaviləsi, tam maddi məsuliyyət haqqındakı müqavilə və vəzifə təlimatında olan imzalar ona məxsusdur. Zərərçəkmiş şəxs MMC-də satış nümayəndəsi kimi vəzifəsi satış planına əsasən sifarişləri toplamaq, şirkətin müəyyən etdiyi marşrut və təhkim olunduğu ərazi üzrə hərəkət etmək, maddi vəsaitin qayıtmağını təşkil etmək və s. olmuşdur. Müştərilərin terminal üzərindəki sifarişlərini, yəni cəmiyyətə məxsus toyuq məhsullarını cəmiyyətin ünvan 1 ünvanında yerləşən inzibati binasında rəsmişləşdirir, mal çatdıranlar isə həmin ünvandakı anbardan malları özləri götürərək müvafiq ünvanlara çatdırmışlar. Şirkətdə olan iş prinsipinə əsasən şirkətdəki sifarişləri satış nümayəndələri götürmüşdür. Bundan əlavə satış məntəqlərindən məhsulların pullarını yığmaq da onların səlahiyyət bölgüsünə aid olmuşdur. Müştərilərin böyük qismini əsasən marketlərdən, digər satış obyektlərdən tapmışdır. Onların içində müştərilərin böyük əksəriyyətini görmüşdür. 2022-ci ilin mart-aprel aylarında pula ehtiyacı olduğu üçün xəyali “X14” satış məntəqəsi kimi terminal üzərində qeyd etdiyi satış məntəqəsi yaratmış, həmin məntəqənin sahibi haqda məlumatları şirkətin Taleh adlı bölgə müdirinə təqdim etmişdir. 2 gün sonra Taleh müəllim ona terminal üzərində Vüsalın adının açıldığını, ona da mal yazacağını demiş, 14 mart 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi terminal üzərindən “X14” məntəqəsinə mal sifariş vermiş, öz tanışı olan və əvvəllər çörək zavodunda bir yerdə işləmiş Səxavət adlı şəxsin işsiz olduğunu, Binə qəsəsində yaşadığını və özünə məxsus «Ford» markalı yük avtomobili idarə etdiyini bildiyi üçün sifarişi əsasında mallar Binə qəsəbəsinə aparılarkən orada mal aparan şəxslərdən malı qəbul etməyini və aktlara qol çəkib həmin sənədlə birlikdə malları öz avtomobilinə yükləməklə aparıb onun dediyi Bakıxanov qəsəbəsində yerləşən mağazaya boşaldaraq sənədini mağazaya verməyi və buna görə onun özünə şirkətdən bonus veriləcəyini, Səxavətə isə hər yük daşımaya görə ona 50 manat ödəyəcəyini demişdir. Vüsal adlı şəxsin özünün mövcud olmadığını Səxavətə deməmiş, Səxavəti inandırmışdır ki, bu məsələ qanunidir. Səxavət Vüsalın Bakıxanov qəsəbəsindəki mağaza ilə əlaqəli şəxs olduğunu düşünmüşdür. Faktiki olaraq malları özünün əvvəldən danışdığı Eşqin adı ilə tanıdığı X3 Bakıxanovdakı mağazasında çatdıraraq malların pulunu təhvil götürmüşdür. Pulların bir qismini isə onunla bir şirkətdə işləmiş ekspeditor yoldaşı Elvin Məmmədzadədən mağazadan götürüb ona çatırmasını xahiş etmişdir. Ona görə ki, iş yerində Elvin ilə aralarında olan söhbət zamanı sonuncunun da Bakıxanovda yerləşən həmin mağazaya şirkətdən mal verdiyini təsadüfən bilmiş və Elvindən mağazadan özünün verdiyi malın pulunu götürərkən onunda pulunu Eşqindən götürməsini xahiş etmiş və bu barədə Eşqinin özünə də zəng edib xahiş etmişdir ki, onun malının pulunu iş yoldaşı Elvinə versin. Elvin də onun xahişini yerinə yetirib, bir neçə dəfə mağazaya gedəndə onun da pulunu götürüb ona çatırmışdır. Buna görə də Elvinə hər-hansı bir mələğdə pul verməmiş, Elvin həmin pulun şirkətin xəzinəsinə ödəyəcəyini bilmiş və onun həmin pulu mənimsəməsindən məlumatı olmamışdır. İlk vaxtlarda Səxavət Binə qəsəbəsindən şirkətin ekspeditorundan malı qəbul edərkən ona təqdim edilən təhvil-qəbul aktına nə səbəbə görə imza etməli olduğunu ondan soruşmuş, o isə Səxavəti aldadaraq demişdir ki, şirkətin qaydasıdır, bu qanuni bir məsələdir, malı mağazaya aparırsa akta imza etməlidir və Səxavətə başa salmışdır ki, hansı qaydada Vüsal sözünü yazıb qarşısından imza etsin. Səxavət də ona inanaraq həmin aktlara Vüsal sözü yazıb imza etmişdir. Ona görə də şirkətin malların təhvil qəbul aktlarına mal çatdıranla Səxavət özü imza etmişdir. Səxavət malları “Binə Elite adlı ticarət nöqtəsinin” yaxınlığında özünə məxsus «Ford» markalı yük maşını ilə qəbul edir, oradan Bakıxanov qəsəbəsi «Sərhan» marketin yanındakı toyuq dükanına təhvil vermişdir. Ümumilikdə 59.900 manat dəyərində məhsulun sifarişini vermiş, malın satışından aldığı puldan 19700 manat məbləğində pulu şirkətə ödəmiş, yerdə qalan məbləği isə öz ehtiyaclarına xərcləmişdir. İstintaq dövründə şirkətə vurmuş olduğu ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxs MMC- Malların təhvil-qəbul aktl yazılan müxtəlif seriyalı 22 ədəd mühasibatlıq sənədi sayılan aktlara əsasən ümumilikdə 59.900 manat dəyərində məhsulu sifariş vermiş, həmin pullardan 19700 manatını şirkətə ödəmiş, 40200 manatını öz ehtiyaclarına xərcləmiş, lakin istintaq dövründə isə həmin 40200 manat ziyanı şirkətə ödəmiş, törətdiyi cinayət əməlindən tanışı Səxavətin, satış təmsilçisi Elvinin və Eşqin adı ilə tanıdığı X3 xəbəri olmamışdır. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMCnin nümayəndəsi kimi dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs MMCdə hüquqşünas, 2021-ci ildən isə cəmiyyətin hüquq şöbəsinin müdiri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs MMC- Mərcan brendi altında quş əti istehsalı və satışını həyata keçirən şirkətdir, şirkətin 800-ə yaxın əməkdaşı var. Cəmiyyətin hüquqi ünvanı ünvan 3əliyev küçəsi 1 ünvanında yerləşir, şirkətə aid rəhbər işçilər, satış təmsilçiləri və digər işçilər Bakı şəhəri Nizami rayonundakı ünvanda fəaliyyət göstərir, şirkətin yalnız istehsalatı, yəni quş əti yetişdirməsi və kəsimi Ucar rayonunda, məhsulların bazara paylanması, məhsullara görə ödənilmə isə Bakı şəhəri Nizami rayonunda aparlır. Təqsirləndirilən şəxs şirkətin satış nümayəndəsi vəzifəsində işləmişdir. Anbar və ofis eyni ünvanda yerləşdiyindən onunla normal iş yoldaşı münasibəti olmuşdur. Nurlan 14 mart 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi terminal üzərindən “X14” satış məntəqəsini göstərərək həmin ünvana müxtəlif toyuq məhsullarını çatdırmağı qeyd etmişdir. Həmin Vüsal adlı şəxsə şirkətə məxsus 59.900 manat dəyərində toyuq məhsulları 14 mart 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə təhvil-qəbul aktı ilə təhvil verilmişdir. Təqsirləndirilən şəxs ilk vaxtlarda guya “X14” satış məntəqəsindən təhvil aldığı 19700 manat məbləğində pulu şirkətin kassasına təhvil versə də, sonradan pulları gecikdirməyə başlamışdır. Bununla bağlı şirkətdə araşdırma aparılmış, araşdırma zamanı əslində Vüsal adlı şəxsin faktiki olmadığını, Nurlanın tanışı Səxavətin Nurlan tərəfindən Vüsal kimi təqdim edildiyini öyrənmişlər. Baş verən hüquq pozuntusu ilə bağlı şirkət tərəfindən Nizami rayon prokruroluğuna rəsmi müraciət də edilmişdir. Əlavə olaraq Zərərçəkmiş şəxs MMC-nin direktoru Pərviz Hacıyev məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-yə dəymiş zərərin tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin sentyabr ayından Zərərçəkmiş şəxs MMC-də bölgə müdiri vəzifəsində işləyir. Şirkətin hüquqi ünvanı və anbarı Nizami rayonu, Əli Vəliyev küçəsi 1 ünvanında yerləşir. Təqsirləndirilən şəxs şirkətin satış nümayəndəsi işləməklə iş yoldaşı olmuş, onunla normal iş yoldaşı münasibəti olmuşdur. Digər satış nümayəndələri kimi Nurlanın da satış əməliyyatlarına nəzarət emişdir. Nurlan xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi terminal üzərindən “X14” satış məntəqəsini göstərərək həmin ünvana müxtəlif toyuq məhsullarını çatdırmağı qeyd etmiş, eyni zamanda o, Vüsal adlı şəxsə aid məlumatları verərək məlumatların həmin mağazaya aid olduğunu bildirmişdir. Həmin Vüsal adlı şəxsin şirkətinə məxsus 59.900 manat dəyərində toyuq məhsulları xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi təhvil-qəbul aktı ilə təhvil verilmişdir. Nurlan onlara “X14” satış məntəqəsinin “Elite” adlı ticarət nöqtəsinin yaxınlığında yerləşən anbar olduğunu demiş, məhsul çatdıran isə məhsulu hər dəfəsində ora aparıb təhvil vermiş, ayın 5-i və 20-i tarixləri şirkətdə satış məntəqlərinə çatdırılan məhsulların pullarının yığım tarixləri olmuş, bu tarixlərdə satış nümayəndələri göstərdikləri satış məntəqlərindən pulları götürərək şirkətin kassasına təhvil vermişdir. Təqsirləndirilən şəxs ilk vaxtlarda “X14” satış məntəqəsindən təhvil aldığı 19700 manat məbləğində pulu şirkətin kassasına təhvil versə də, sonradan pulları gecikdirməyə başlamış, belə olanda Nurlandan təkidlə həmin satış məntəqəsinin təmsilçisi ilə onu görüşdürməyini israr etmiş, Nurlan məsələni uzatmağa çalışmış, Nurlandan həmin şəxsin nömrəsini istədikdə Nurlan sonradan adının Səxavət olduğunu bildiyi Vüsal adlı şəxsin ***-***-**-** nömrəli telefonunu verərək həmin şəxsin guya “X14” satış məntəqəsinin təmsilçisi Vüsal olduğunu demişdir. 2022-ci ilin aprel ayında özünə məxsus ***-***-**-** nömrəli mobil telefon ilə Vüsal adlı şəxsin ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək onun ödənişinin hansı səbəbdən gecikdiyini, onunla görüşmək istədiyini demiş, həmin şəxs 2 günə ödəniş edəcəyini, rayonda olduğunu, problem olmadığını bildirmişdir. O daha sonra başqa nömrələrdən yenidən Şahid1 ***-***- **-** nömrəli mobil telefonunu yığmış, həmin şəxs telefonda adının Vüsal olmadığını, Səxavət olduğunu, Nurlanın onu problemə saldığını, Vüsal adından danışmağı da Nurlanın dediyini bildirmişdir. Sonradan şirkətdəki Anar adlı şəxslə birlikdə Səxavəti şirkətə dəvət edib onunla söhbət etmiş, Nurlan və Səxavət iş yoldaşı olduğunu, əvvəllər bir yerdə işlədiklərini öyrənmişlər. Səxavət özü onlara hər şeyi danışacağını deyib Nurlanın etdiyi işlərdən xəbəri olmadığını, yalnız sürücü kimi malları ünvana çatdırdığını, buna görə 50 manat daşınma üçün pul verdiyini də bildirmişdir. Bundan sonra şirkət rəhbərliyinə müraciət etmiş, şirkətdə müvafiq audit yoxlaması təyin edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində göstərmişdir ki, Mərcan brendi altında quş əti istehsalı və satışını həyata keçirən Zərərçəkmiş şəxs MMC- də satış müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs şirkətin satış nümayəndəsi işləməklə iş yoldaşı olmuş, onunla normal iş yoldaşı münasibəti olmuşdur. Nurlan 14 mart 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi terminal üzərindən “X14” satış məntəqəsini göstərərək həmin ünvana müxtəlif toyuq məhsullarını çatdırmağı qeyd etmiş, Vüsal adlı şəxsə şirkətə məxsus 59.900 manat dəyərində toyuq məhsulları 14 mart 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə təhvil-qəbul aktı ilə təhvil verilmişdir. Təqsirləndirilən şəxs ilk vaxtlarda guya “X14” satış məntəqəsindən təhvil aldığı 19700 manat məbləğində pulu şirkətin kassasına təhvil versə də, sonradan pulları gecikdirməyə başladığından bununla bağlı şirkətdə araşdırma aparılmış, araşdırma zamanı əslində Vüsal adlı şəxsin faktiki olmadığı, Nurlanın tanışı Səxavətin Nurlan tərəfindən Vüsal kimi təqdim edildiyini öyrənmişlər. Baş verən hüquq pozuntusu ilə bağlı şirkət tərəfindən Nizami rayon prokruroluğuna rəsmi müraciət də edilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş X5 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu Binə Sovxozda kirayədə yaşayır. “Nömrə 1” Çörək zavodunda sürücü vəzifəsində işləmiş, hal-hazırda işsizdir. Təqsirləndirilən şəxs da həmin zavodda işləyən zaman tanımış, Nurlanla təxminən 3 il eyni zavodda işləmişlər. Nurlan “Nömrə 1” Çörək zavodunda qaraj müdiri, o isə sürücü vəzifəsində işləmişdir. Bir yerdə işləyib ayrıldıqdan sonra Nurlanı görməmişdir. Bu ilin mart ayında Nurlan onu həyətdə marketdə görəndə ondan nə iş gördüyünü soruşmuş, o isə boş, bekar olduğunu demişdir. Bir müddət sonra Nurlan onu yenidən yığaraq ona iş tapdığını demiş, Nurlanla evin yaxınlığında görüşüb danışarkən sonuncu Zərərçəkmiş şəxs MMC-də satış nümayəndəsi kimi işlədiyini, həmin şirkətin Mərcan toyuqlarının istehsalını həyata keçirdiyini, şirkətdə hər şey rəsmi qaydada qaimə fakturalarla olduğunu bildirmişdir. Söhbət əsnasında Nurlan ona iş verə biləcəyini deyib Binə qəsəbəsində “Vüsal” adlı şəxsin adına kompaniya ilə toyuq məhsullarını çıxardacağını və o yalnız Binə qəsəbəsində malları şirkətin rəsmi işçisindən götürüb Bakıxanov qəsəbəsinə, onun dediyi mağazaya aparmalı, hər yük daşımaya görə 50 manat pul qazanacaqdır. Nurlan şirkətin ancaq rəsmi işlədiyini, bütün hər şeyin qaimə faktura ilə olduğunu bildirib malları avtomobilinə yükləyərkən qaimə fakturaya imza edib sənədlə birlikdə mağazaya verməli olduğunu, həmin qaimənin telefonla fotoşəkilini çəkib ona göndərməli olduğunu demişdir. Bakıxanov qəsəbəsindəki mağazanın da Vüsal adlı şəxslə əlaqəli olduğunu bildirmişdir. Nurlanın sözlərinə inanıb razılıq vermiş, bu qaydada xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi şirkətdən malı Binə qəsəbəsinə gətirən Şahid3 alıb öz avtomobilinə yükləyərək “X14” məntəqəsi yazılan qəbzlərə Vüsal sözünü yazaraq imza çəkib malları götürmüşdür. Anar isə şirkətin loqolu emblemli maşını ilə gəlmişdir. Hər dəfə malı Anardan götürdükdən sonra qəbzə imza çəkərək, qəbzin şəklini Nurlana atmış, Nurlan isə ona 50 manat pul atmışdır. Nurlanla arasında olan «Watsap» yazışmalarında həmin söhbətlərin məzmunu görünür. Nurlan 10 dəfə həmin malı götürüb Bakıxanov qəsəbəsinə apardıqdan sonra 10 reysə görə 500 manat pul atmışdır. Malları Bakıxanov qəsəbəsi Möcüzə, Sərhan marketin yanındakı toyuq dükanına təhvil vermiş, orada malları ondan Eşqin adlı şəxs götürmüşdür. Özü heç vaxt Vüsal adlı şəxsi görməmiş, onu tanımamışdır. Həmçinin toyuq məhsullarını daşımağa görə müvafiq ödənişləri də Nurlan özü vermişdir. Sonradan Nurlanın işlədiyi şirkətlə problemi olduğunu, ondan da istifadə etdiyini öyrənmişdir. Nurlan onun ********** nömrəsini işlədiyi şirkətin rəhbər şəxslərinə verərək onlar zəng vuranda onlarla Vüsal adı ilə danışmağı xahiş etmiş, bunun səbəbini soruşduqda Nurlan Vüsalın pulları gecikdirdiyini, qısa zamanda pulları ödəyəciyini, ona görə də problem olmadığını, əks təqdirdə işlədiyi şirkətdə ona problem yaranacağını demişdir. Nurlanın sözlərinə inanıb şirkətdən zəng edən Nurlanın müdiri Şahid2lə Vüsal adından cəmi 1 dəfə danışmış, sonradan Nurlandan şübhələnmiş və Nurlanın işlədiyi şirkətə qarşı düz hərəkətetmədiyini və aldatdığını bildikdən sonra özü könüllü olaraq şeyi olduğu kimi Taleh müəllimə demişdir. Bununla bağlı şirkətdəki şəxslər də məlumatlı olmuşdur. Ona təqdim olunan üzərinə Zərərçəkmiş şəxs MMC-nin malların təhvil-qəbul aktı yazılan müxtəlif seriyalı 22 ədəd mühasibatlıq sənədi sayılan aktlardakı təhvil aldım Vüsal və sözün qarşısındakı imzalar ona məxsusdur, həmin sözləri və imzanı Nurlanın sözlərinə əsasən, qanuni olduğunu hesab edib çəkmiş, həmin sənədlərə əsasən ümumilikdə 59.900 manat dəyərində məhsulu Nurlanın sözlərinə əsasən təhvil alıb Bakıxanov qəsəbəsinə Eşqin adlı şəxsin mağazasına idarə etdiyi avtomobilində daşımışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində Şahid1 göstərdiklərini təsdiq edərək əlavə olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Təqsirləndirilən şəxs terminal üzərindən “X14” satış məntəqəsinə sifariş verdiyi 59.900 manat dəyərində toyuq məhsullarını xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi təhvil-qəbul aktı ilə Binə qəsəbəsində təhvil vermiş, həmin məhsulları orada özünü Vüsal kimi təqdim edən «Ford» markalı avtomobili sürən şəxs götürmüşdür. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1905; 9/9312 saylı ekspert rəyinə əsasən məhkəməmühasibatlıq ekspertizası üzrə - Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 40.200 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizası üzrə - ekspertizaya təqdim edilmiş, xx.xx.2022ci il tarixli 692562, xx.xx.2022-ci il tarixli 692595, xx.xx.2022-ci il tarixli 738135, xx.xx.2022ci il tarixli 738184, xx.xx.2022-ci il tarixli 738193, xx.xx.2022-ci il tarixli 735165, xx.xx.2022ci il tarixli 740352, xx.xx.2022-ci il tarixli 740393, xx.xx.2022-ci il tarixli 632109, xx.xx.2022ci il tarixli 632145, xx.xx.2022-ci il tarixli 734270, xx.xx.2022-ci il tarixli 632379, xx.xx.2022ci il tarixli 632200, xx.xx.2022-ci il tarixli 632455, xx.xx.2022-ci il tarixli 632710, xx.xx.2022ci il tarixli 632760, xx.xx.2022-ci il tarixli 632792, xx.xx.2022-ci il tarixli 831864, xx.xx.2022ci il tarixli 831886, xx.xx.2022-ci il tarixli 829295, xx.xx.2022-ci il tarixli 830891, xx.xx.2022ci il tarixli 838658 nömrəli malların təhvil-qəbul aktlarının surətlərindəki “Təhvil verdim» qrafasının qarşısındakı Şahid3 sözü və imzalar Şahid3 tərəfindən, “Təhvil aldım» qrafasının qarşısındakı Vüsal sözü Şahid1 tərəfindən icra edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs Kommersiya departamenti / Bakı üzrə satış şöbəsi /satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmiş, cəmiyyətlə onun arasında xx.xx.2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və eyni tarixli vəzifə təlimatı ona izah edilmişdir. xx.xx.2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Təqsirləndirilən şəxs ona inanılıb tapşırılmış MMC-yə məxsus maddi, qiymətli əmlakın satışından əldə edilən pul vəsaitini cəmiyyətin xəzinəsinə vaxtında tam həcmdə ödənilməsinə birbaşa məsuliyyət daşıyır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 179.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın, 313-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan isə islah işləri növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Həmçinin məhkəmə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən iş üzrə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəliliyini, onun əsas etibarı ilə qulluq mövqeyinə görə ona olan inamdan istifadə edərək cinayət törətməsini nəzərə alaraq onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmasının saxlanılmasını qeyri-mümkün hesab edir və ona təqsirli bilindiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmasa da, həmin maddə ilə cəza təyin edərkən barəsində müəyyən müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarına olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan AZ-İİİ 664446, AZ-İV 544815 seriyalı doğum haqqında şəhadətnamələrin surətinə əsasən X4 xx.xx.2016-cı il və xx.xx.2021-ci il təvəllüdlü uşaqları vardır. İş materiallarında olan zərərçəkmiş şəxsin direktoru Pərviz Hacıyev tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-yə dəymiş zərər tam ödənilmiş, qeyd olunan səbəbdən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə dövlət və ya yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə və CM-nin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək islah işləri növündə cəzalar təyin edilməlidir. Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən islah işləri cəzasının 02 günü azadlığın məhdudlaşdırılması cəzasının 01 gününə bərabər tutulmaqla azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 23 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs satış təmsilçisi vəzifəsində işləyərkən sifarişləri əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək 02 il müddətinə dövlət, bələdiyyə, yerli özünü idarə etmə, kommersiya və özəl qurumlarda maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 il 06 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən təyin edilmiş islah işləri cəzasının 02 günü azadlığın məhdudlaşdırılması cəzasının 01 gününə bərabər tutulmaqla, 02 il müddətinə islah işləri cəzası 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il müddətinə dövlət, bələdiyyə, yerli özünü idarə etmə, kommersiya və özəl qurumlarda maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 250 manat (iki yüz əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs satış təmsilçisi vəzifəsində işləyərkən sifarişləri əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 234 (iki yüz otuz dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar