Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-147/2024 26.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1978-ci il tarixdə Qazaxıstan Respublikası, Çimkənd vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, üç uşağı olan, Azərbaycan Respublikası DİN-in X8 Alayının Maddi-texniki təminat xidmətlərinin Təminat bölüyünün polis nəfəri-sürücüsü vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, M.H.Kazımov küçəsi ev 32C-də qeydiyyatda olmaqla yaşamış, 19 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 sentyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X8 Alayının Madditexniki təminat xidmətlərin Təminat bölüyünün polis nəfəri-sürücüsü vəzifəsində xidmət edərkən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə əvvəldən tanıdığı Zərərçəkmiş şəxs2 polis orqanlarında yüksək vəzifəli şəxslərlə əlaqələrinin olmasını bildirib öz qulluq mövqeyindən istifadə etməklə etibarını qazanıb heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs2 "xxxx" MMC-nin əməkdaşlarının qanunsuz hərəkətləri barədə şikayəti əsasında Bakı şəhəri Nərimanov rayon polis idarəsinin istintaq şöbəsində toplanmış araşdırma materialı üzrə cinayət işi başlatdıracağına dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla 2021-ci ilin avqust ayında ünvan 1 ünvanda yerləşən “2 Beer” restoranında Zərərçəkmiş şəxs2 sonuncunun bacısı Zərərçəkmiş şəxs1 iştirakı ilə 12000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vuraraq ədləduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə əvvəldən tanıdığı Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 22/10 ünvanında yerləşən “Avto Baku” avtomobil salonunda satışa qoyulmuş **-PZ-*** nömrəli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “S- 300” markalı minik avtomobilini göstərərək həmin avtomobili 10000 manata alıb baha qiymətə satmaqla 3000-5000 manat arası gəlir əldə edəcəklərinə yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə həmin avtomobilin alışı üçün 2022-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs2 qeyd edilən avtosalonda 10000 manat nağd pul vəsaitini alıb ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan sonra, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə əvvəldən tanıdığı Zərərçəkmiş şəxs1 Bahadir qızına Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 22/10 ünvanında yerləşən “Avto Baku” avtomobil salonunda satışa qoyulmuş “Hundai Santafe” markal avtomobili göstərərək guya dostunun avtomobili olduğunu və həmin avtomobili 15000 manata alıb, baha qiymətə satmaqla 3000-5000 manat arası gəlir əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə həmin avtomobilin alışı adı ilə 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs1 qeyd edilən avtosalonda 15000 manat nağd pul vəsaitini alıb ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Daxili İşlər Nazirliyinin X8 Alayının komandiri Zaur Abdullayevin sürücüsü işləmiş, X3 əmri ilə işdə verdiyi kobud nöqsanlara görə 2023-cü ilin mart ayının 2-də polis orqanlarından xaric edilmişdir. Zərərçəkmiş şəxs1 2015-ci ildən X8 Alayında işləyən zaman tanımışdır, Aynurə orada polis serjantı rütbəsində, polis nəfəri vəzifəsində çalışmışdır. Aynurənin özü də problemli əməkdaş olduğuna görə daxili işlər orqanlarından xaric edilmişdir. Afaqı Aynurənin bacısı kimi tanımış, onunla da münasibəti yaxşı olmuşdur. Onlar dost kimi olmuşlar. Şahid1 tələbəçilik vaxtından tanıyır, münasibətləri yaxın olmuşdur. Nərimanov RPİ-nin Elnur adlı müstəntiqinin sadəcə həmin vəzifədə işlədiyini bilmiş, onunla heç bir əlaqəsi olmamış, onu təxminən 3-4 il əvvəl bir dəfə görmüşdür. Arif təsadüfən, əvvəlcədən planlaşdırmadan Elnuru ona göstərərək tanışı olduğunu demişdir. 2021-ci ilin avqust ayında Xətai rayonunda yerləşən “2 Beer” restoranında olarkən Aynurə ona bacısı Afaqa Nərimanov rayonunda Sahil adlı şəxsin pul atdığını bildirərək ondan kömək istəmiş, o da Aynura bir tanışının olduğunu, həmin tanışının Nərimanov polis idarəsində əlaqələrinin olduğunu və həmin əlaqələr vasitəsilə cinayət işi başlada biləcəyini demişdir. O, bunu dedikdə Arifi nəzərdə tutmuşdur. Bundan sonra o, Arifə telefonla yığaraq onu “2 Beer” restoranına dəvət etmiş, bir qədər sonra Arif həmin restorana gəlmiş, dördü birlikdə otutub söhbət etmişlər. X12 Nərimanov RPİ-də Elnur adlı müstəntiqin olduğunu, cinayət işi başlada biləcəyini bildirmiş, lakin pul barədə söhbət etməmiş, bundan sonra sağollaşmışlar. Təxminən 20 gün sonra, yəni 2021-ci ilin avqust ayında 4-ü yenidən Xətai rayonunda yerləşən “2 Beer” restoranında görüşmüşlər və orada Aynur Arifə 10000 manat pulu sayaraq vermişdir. Bundan sonra X4 RPİ-nin müstəntiqi Elnura 10000 manatı verəcəyini, sonuncunun da cinayət işi başlayacağını bildirmişdir. Həmin pul vəsaitindən ona heç nə çatmamışdır. Həmin 10000 manat pulu Arif aldıqdan sonra çıxıb getmişdir. Bundan sonra 2022-ci ilin iyul ayında Sahib adlı dostunun Bakı şəhəri Nizami rayonunda yerləşən “Avto Baku” maşın salonu olmuşdur. O, Sahiblə dost olduğu üçün həmin salona getmişdir. Teztez dostunun avtosalonuna getdiyi üçün tanışları ucuz qiymətə maşın düşdükcə ona demişlər. Namiq adlı tanışı da salonda tanışı Mahir adlı şəxsin 10000 manata kreditlə satışı həyata keçirilən “Hundai Santafe” avtomobilini satmaq istədiyini demişdir. O, Namiqə həmin adamı salona çağırmasını, öz tanışı Aynurəyə də bu haqda məlumat verəcəyini demişdir. O, Aynurəyə maşın haqda danışdıqdan sonra Aynurə avtomobilə baxmağa razı olmuş və həmin gün gəlib salonda maşına baxmışdır. Bundan başqa o, Aynurəyə lizinqdə 3500 manat ilkin ödənişli “Chevrolet Cruze” markalı avtomobili olduğunu, hər ikisini ucuz qiymətə alıb sata biləcəklərini bildirmişdir. Aynurə daha öncə özü onlara bu haqda bildirərək avtomobil almaq istədiyini demişdir. Mahir “Hyundai Santafe”ni avtosalona qoyduqdan sonra avtomobilin 14000 manata satılacağını demiş, o da həmin vaxt Aynurədən 13500 manat pulu həmin salonda almışdır. Pulun 10000 manatına “Hyundai Santafe”, qalan 3500 manatına isə “Chevrolet Cruze” almaq üçün pulu həmin salonda almışdır. Məqsəd hər iki avtomobili baha qiymətə satıb gəlir əldə etmək olmuşdur. Həmin vaxt salonda işləyən Namiqə Aynurənin pulunun onda olduğunu, avtomobilin 10000 manata satılacağı halda həmin avtomobili ala biləcəklərini demişdir. Həmin adam avtomobili 10000 manata satmağa razı olmadığına görə o, Aynurədən aldığı 13500 manatı ona həmin gün salonda qaytarmışdır. O, Aynurəyə pulu qaytaran zaman orada yalnız ikisi olmuşlar. Həmin vaxt “Chevrolet Cruze” markalı avtomobili də almaqdan daşınmışdır. Daha sonra 2022-ci ilin avqust ayında gündüz saatlarında yenidən Sahib adlı dostunun Bakı şəhəri Nizami rayonunda yerləşən “Avto Baku” avtomobil salonunda Aynurə ilə bir yerdə olmuşdur. Aynurə onunla dost kimi olduğu üçün yanında olmuşdur. Orada olan zaman ona maşın alveri ilə məşğul olan tanışları tərəfindən “S Class” markalı 2010-cu il modelli avtomobilin “əlimyandı”da 10000 manata satıldığı deyilmişdir. O da Aynurəyə belə bir təklifin olduğunu, 10000 manata həmin maşını alıb 3-5 min manat bahasına satıb gəlir əldə edə biləcəyini bildirmiş, Aynurəyə onun təklifi maraqlı gəlmişdir. Həmin gün axşam saatlarında Aynurə ilə Nizami rayonunda yerləşən “Avto Baku” avtosalonunda görüşmüş və orada Aynurə ona 8500 manat nağd pul vermişdir. Çünki o, avtomobilin sahibi ilə danışaraq həmin avtomobilin qiymətində 1500 manat endirim etdirmiş, bu barədə Aynurəyə də demişdir. O, həmin avtomobili adını xatırlamadığı lizinq şirkətindən almışdır. Həmin avtomobili Mehrab adlı şəxs 12500 manata almışdır. Avtomobil lizinqdə olmuşdur. Aldığı pulun 3600 manatını kreditə ödədikdən sonra avtomobilə görə 500 manat salona vermişdir. Həmin puldan yerdə 8400 manat qalmışdır. Qeyd olunan pula görə Afaq ona zəng edərək avtomobilin pulunun ona çatmalı olduğunu bildirmişdir. Buna görə o, Aynurə ilə danışaraq bacısının avtomobilin pulunu istədiyini demiş, Aynurə ona həmin pulu bacısına verməyini, pulun bacısı Afaqın pulu olduğunu demişdir. Pulu o, Aynurədən alsa da, Afaqın pulu olduğunu sonradan bilmişdir. 5400 manat pulu Afaqa həmin “Avto Baku” salonunda vermişdir. Yerdə qalan 3000 manatı isə Afaq ona dostu Rəmziyə verməsini demişdir. Həmin vaxt Rəmzinin anası əməliyyat edildiyi üçün Rəmzi ondan pul istəmişdir. Bu hadisədən Afaqın da məlumatı olmuşdur. O, həmin pulu Afaqdan borca istəmişdir. Afaq da buna razı olmuşdur. Ondan əvvəl isə 2022-ci ilin sentyabr ayında o, Afaqdan 2000 manat pulu borca almışdır. Buna görə onun Afaqa 5000 manat borcu qalmışdır. Afaqın borcundan o, 600 manat pulu Ədalətə vermişdir, belə ki, Ədalət Afaqın evinin damını vurduğu üçün Afaqın Ədalətə borcu olmuşdur. Ona görə onun Afaqa cəmi 4400 manat borcu qalmışdır. Həmin borcu isə maddi imkanı olmadığına görə qaytara bilməmişdir. Aynurə bacısı Afaq üçün cinayət işinin başlatdırılması üçün kömək istədikdə onun ağlına Arif gəlmiş, bu səbəbdən də Ariflə onları əlaqələndirmişdir. X2 o tanış etdiyi üçün həmin görüşdə iştirak etmiş, başqa bir məqsədi olmamışdır. 2021-ci ilin avqust ayında Xətai rayonunda yerləşən “2 Beer” restoranında bacısı Aynurəyə sayması üçün 12000 manat pul verməsi, Aynurənin də həmin pulu saydıqdan sonra ona verməsi, buna Arifin də şahid olması barədə Afaqın ifadəsində bildirdikləri doğru deyil, həmin pul 12000 manat yox, 10000 manat olmuş və qeyd olunan pul vəsaiti ona yox, Aynurə tərəfindən əlbəəl Arifə verilmişdir. Ola bilsin ki, həmin vaxt Afaq pulu Aynurəyə sayması üçün vermişdir. 2021-ci ilin avqust ayında Xətai rayonunda yerləşən “2 Beer” restoranında bacısı Afaqın 12000 manat pulu sayması üçün Aynurəyə verməsi, Aynurənin həmin pulu saydıqdan sonra Nərimanov RPİ-də Elnur adlı müstəntiqə cinayət işi başlatdırmaq üçün onun alması, buna Arifin də şahid olması barədə Aynurənin ifadəsində göstərdikləri doğru deyil, həmin pul qeyd etdiyi kimi 10000 manat olmaqla Aynurə tərəfindən ona yox, Nərimanov RPİ-nin müstəntiqi Elnura cinayət işinin başladılması üçün Arifə verilmişdir. Zərərçəkmiş şəxs2 "xxxx" MMC-dən şikayəti əsasında aparılmış araşdırma zamanı kimsə tərəfindən hər hansı xahişin olunmaması, cinayət işinin başlatdırılması üçün hər hansı məbləğdə pul alınmasından xəbərinin olmaması barədə müstəntiq Elnurun ifadəsində göstərdikləri ilə bağlı qeyd edir ki, pulu Arif aldığı üçün ola bilsin ki, o, pulu həmin müstəntiqə verməmişdir. Bundan başqa Aynurə ondan tikinti şirkəti ilə bağlı deyil, Sahil adlı şəxsin bacısı Afaqa pul atması ilə bağlı köməklik istəmişdir. Tikinti şirkəti ilə bağlı ona müraciət olunmamışdır. O, Aynurə və Afaq bacılarından pulu alıb qaytarmışdır, amma niyə şikayət etdiklərini bilmir, bu işlər onların öz qurmalarıdır. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs o, bacısı Aynurəyə görə tanımışdır. 2021ci ilin ortalarında Aynurə ilə “Bravo” marketdə olarkən Elçini təsadüfən görmüşdür. Aynurə ilə Elçin bir-birilərini tanıdığı üçün görüşüb salamlaşmışlar, həmin vaxt bacısı Elçinlə də onu tanış etmiş, Elçini ilk dəfə həmin vaxt görmüşdür. Həm bacısı, həm Elçin əvvəllər polis əməkdaşı kimi işləmişlər. X11 Nazirliyinin X8 Alayının komandiri Zaur Abdullayevin sürücüsü işləmiş, buna görə də o, Elçini səlahiyyətli, işgörən şəxs kimi tanımışdır. O, 2019-cu ildə özünə Sabunçu rayonu, Bilgəh qəsəbəsində 6 sot torpaq içərisində ev inşa etdirmək istəmiş, bunun üçün "xxxx" tikinti şirkəti ilə müqavilə bağlamışdır. Həmin şirkət Mərdan adlı şəxsə məxsus olmuşdur. Həmin tikinti şirkəti ilə bağladığı müqaviləyə görə şirkət ona torpağın içərisində ev inşa etdirməli idi. Lakin tikinti şirkəti bir müddət tikinti apardıqdan sonra o, tikinti şirkətinə ödədiyi pulların tikinti şirkəti tərəfindən mənimsənildiyini və tikintinin düzgün aparılmadığını müəyyən etmişdir. Bundan sonra o, tikinti şirkətindən şikayət etmək niyyətinə gəlmiş, bunun üçün Aynurə ilə məsləhətələşərək 2022-ci ilin iyul ayında ərizə ilə Nərimanov rayon polis idarəsinə müraciət etmiş, ərizəsini müraciətlər üçün olan qutuya atmışdır. Şikayət etdikdən sonra Nərimanov RPİ-nin Elnur adlı müstəntiqi ona telefonla yığaraq izahatını almışdır. Bundan bir neçə gün sonra o, Aynurə ilə danışan vaxt həmin şikayətlə bağlı söhbət etmişlər, o, pulunun geri qayıtması ilə bağlı məsləhət aldıqda Aynurə ona bir neçə ay bundan öncə gördüyü Elçin adlı polis əməkdaşının geniş əlaqələrinin olduğunu demişdir. Elçin Aynurəyə özünün çoxsaylı tanışlarının və geniş əlaqələrinin olmasına inandırmışdır. Bundan sonra Aynurə 2021-ci ilin avqust ayının əvvəllərində Elçinə “WhatsApp” proqramı vasitəsilə telefonla yığaraq bu barədə məsləhət almış, Elçin də Nərimanov rayon polis idarəsində tanışı olduğunu, cinayət işi başlada biləcəyini və bunun müqabilində 12000 manat verməli olduğunu bildirərək ətraflı üz-üzə görüşüb danışmalarını demişdir. Onlar da “2 Beer” restoranında oturmağı qərarlaşdırmışlar. Üz-üzə görüşməyi Elçin təklif etsə də, məhz həmin restoranda onunla bacısı çox oturduqları üçün onlar qeyd olunan restoranda oturmağı təklif etmişlər. 2021-ci ilin avqust ayının əvvəllərində “2 Beer” restoranında görüşən zaman Elçin yanında Arif adlı dostu ilə gəlmişdir. Elçin onlara əvvəlcədən Arifi görüşə gətirəcəyi barədə heç nə deməmişdir. Sadəcə, restoranda əyləşən zaman bacısı ilə ona Arifin dostu olduğunu, sonuncunun sadəcə onlarla oturub yeyib-içmək məqsədilə gətirdiyini demişdir. O, Arifi bundan əvvəl bir dəfə də təsadüfən Elçinin yanında avtomobildə 5 dəqiqəlik görmüşdür. Həmin vaxt Elçin təsadüfən bacısı ilə rastlaşmış və o, həmin vaxt bacısı ilə birlikdə olmuşdur. Arif də Elçinin yanında olmuşdur. “2 Beer” restoranında olarkən Elçindən qeyd olunan tikinti şirkəti ilə bağlı bir daha o, köməklik istədikdə Elçin ona narahat olmamağım, geniş əlaqələrinin olduğunu, Nərimanov RPİ-də tanışlarının olduğunu demişdir. Elçin konkret olaraq Nərimanov RPİ-də hansı tanışının olmasını deməmişdir. O, bundan sonra Elnur adlı müstəntiqin onun izahatını aldığını bildirən zaman Elçin Elnuru da tanıdığını və cinayət işi başlada biləcəyini demişdir. O da Elçinin əvvəlcədən deməsi ilə üstündə gətirdiyi 12000 manat pulu çıxarıb əvvəlcə sayması üçün bacısı Aynurəyə verib demişdir ki, sayıb Elçinə versin, Aynurə də həmin pulu sayıb onun yanında Elçinə uzadaraq vermişdir. Arif isə sadəcə oturub çörək yemiş və onların arasında baş verən söhbətə qarışmamışdır. O, Aynurəyə pulu saymaq üçün verəndə də, Aynurə pulu Elçinə uzadan zaman da bunu Arif görmüş, lakin Arif pulun məbləği barədə məlumatsız olmuşdur. Elçin ona həmin pulun Elnur adlı müstəntiqə və prokurorluğa çatacağını demişdir. Lakin prokurorluqda pulu konkret olaraq kimə verəcəyini deməmişdir. O, pulu verdikdən sonra Elçinlə ara-sıra əlaqə saxlayan zaman Elçin ona narahat olmamağını, cinayət işi başladacığını, pulunu qaytartdıracağını demiş, o da Elçinin polis əməkdaşı olduğunu bilib, səlahiyyətli şəxs bilərək onun sözünə inanmışdır. Aralarında bu cür söhbətlər təxminən 1 ilə yaxın davam etmiş, Elçin hər dəfə müxtəlif bəhanələr gətirərək cinayət işi başlada biləcəyini demişdir. O da düşünmüşdür ki, Elçin belə deyirsə, belə də olmalıdır, bu proses 1 il çəkməlidir. O, Elçinlə danışan zaman onunla dəqiqləşdirmə apararaq pulu dəqiq Elnura verdiyini soruşmuş, Elçin isə ona həmin pulun Elnura və prokurorluğa çatdığını demişdir. Daha sonra 2022-ci ilin oktyabr ayında Elçinlə növbəti telefon danışıqları zamanı Elçin ona avtomobil alqı-satqısı işində yaxşı pul olduğunu, bu işdən yaxşı gəlir götürə biləcəklərini demişdir. Həmin vaxt Elçinə inanaraq onu bu işləri bilən adam kimi tanımışdır. Sonra Elçin bacısı Aynurə ilə münasibəti yaxşı olduğu üçün Aynurəni Babək prospektində yerləşən “Avto Baku” avtomobil salonuna çağıraraq orada olan “Mercedes S” class markalı avtomobilini ona göstərərək həmin avtomobilin vəziyyəti barədə ona məlumat verməsini demişdir. Aynurə də bu barədə gəlib evdə ona bildirmiş, o da bacısının sözüylə həmin salona bacısı ilə birlikdə gedərək orada maşını öz gözü ilə görmüşdür. Maşın “Mercedes S class” markalı, ağ rəngdə olmuşdur. Elçin ona həmin maşını 10000 manata alıb, qısa müddətdə 13000-15000 manat arası rahat satacağını və gəlir əldə edəcəklərini demişdir. Elçinin təklifini maraqlı gördüyü üçün elə orada öz avtomobilində, salonun qarşısında, bacısı Aynurənin yanında 10000 manat nağd pulu çıxarıb Elçinə vermişdir. Elçin həmin avtomobili 10000 manat alıb baha qiymətə satacağını və ona da verdiyi puldan əlavə yaxşı gəlir verəcəyini demişdir. Həmin vaxt 2022-ci ilin oktyabr ayı olmuşdur. Sonradan Elçin həmin pulun üzərindən ona yalnız 3000 manat pul qaytarmış, geridə qalan pulu da sonra verəcəyini demişdir. Elçin ona həmin avtomobili hansı qiymətə satdığını deməmişdir. Bundan başqa Elçini tanıdığı müddət ərzində Elçin ondan əlavə olaraq uşağının təhsil haqqı üçün 2000 manat, bir dəfə isə toya gedən zaman 400 manat borca pul almışdır. O, həmin pulları da Elçindən borc kimi tələb edir. Avtomobil məsələsində onu aldatdığını və pulunu ələ keçirdiyini bildikdən sonra, artıq tam əmin olmuşdur ki, Elçin ilkin olaraq ondan aldığı 12000 manatı da aldadıb almışdır və Nərimanov rayon polis idarəsində onun şikayəti əsasında cinayət işi başlanılmayacaqdır. Bunu bilindən sonra o, artıq pulunu Elçindən tələb etməyə başlamışdır. Elçin də ona müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmışdır. Bundan başqa Elçin Aynurəni də aldadaraq avtomobil alqısatqısı adı ilə onun 15000 manat pulunu ələ keçirmişdir. Bu məsələni Aynurə özü yaxşı bilir. Elçin özünü təmizə çıxarmaq, məsuliyyətdən yayınmaq üçün ifadəsində “2 Beer” restoranında görüş zamanı 12000 manat pulu onun deyil, bacısı Aynurənin Şahid1 verdiyini göstərmişdir. Nərimanov rayon polis idarəsində onun şikayəti əsasında cinayət işi başlanılması üçün bütün danışıqları Elçinlə onun özü aparmış və bunun müqabilində 12000 manat pulu da o Elçinə bacısının iştirakı ilə vermişdir. Restoranda həmin pulu Elçinə verməmişdən əvvəl bacısına sayması üçün vermiş, sonra da bacısı onun yanında pulu Elçinə uzadıb vermişdir. Arifin bu işə heç bir aidiyyəti yoxdur. Arif ümumiyyətlə, bu işdə olmamış və orada onların söhbətlərinə qarışmamışdır. Arif həmin restorana Elçinin dostu kimi gəlmişdir. Elçin də bu müddət ərzində Arifin bu işə hər hansı bir formada aidiyyəti olması barədə ona və Aynurəyə heç bir söz deməmişdir. O, artıq şikayət edəndən sonra Elçin qəsdən öz əməllərini Arifin üstünə yıxmışdır. İlk dəfə Elçinə 12000 manat pulu verən zaman onun yanında yalnız Aynurə, Elçinin yanında isə Şahid1 olmuşdur. Elçin ondan cinayət işi başlatmaq adı ilə aldığı 12000 manat puldan Arifə hər hansı məbləğdə pul verdiyini deməmiş, onun özü də belə bir halın şahidi olmamışdır. Ümumiyyətlə, Arifin bu işə heç bir aidiyyəti yoxdur. Elçin də ona həmin vaxtlarda bu barədə heç bir söz deməmişdir. O, çox sonralar, yəni Elçinin onu aldatdığını bildikdən sonra müstəntiq Elnurla bu barədə danışaraq Elçinin Elnura verilməsi üçün ondan 12000 manat aldığını, lakin cinayət işi başlanmadığını bildirdikdə, Elnur Elçinin ona müraciət etmədiyini, heç bir məbləğdə pul verilmədiyini, bu işdən xəbərsiz olduğunu, şikayəti əsasında onun obyektiv araşdırma apararaq rədd qərarını qəbul etdiyini deyib, Elçinin barəsində dərhal prokurorluğa şikayət etməyini ona tövsiyə etmişdir. Elçin əvvəllər istintaqa verdiyi ifadəsində ona cəmi 5000 manat borcu olmasını doğru deməmişdir, Elçin onu aldadaraq ümumilikdə 22000 manat pulunu ələ keçirmiş, bacısı Aynurəni də aldadıb onun 15000 manat pulunu almışdır. Bunlardan başqa Elçin əlavə olaraq borc kimi ondan 2400 manat da almışdır. Təqsirləndirilən şəxs ilə aralarında üzləşdirilm keçirilərkən o, Nərimanov RPİyə verdiyi şikayəti ilə əlaqədar cinayət işi başlanılması və bundan başqa avtomobil alınması adı ilə Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq pullarının ələ keçirilməsi barədə ətraflı bildirmişdir. Elçin 10000 manat puldan 5000 manatını ona qaytarıb, qalan 5000 manatı və 12000 manat pulu isə qaytarmayıb, ona görə təqsirləndirilən şəxsdən şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, əvvəllər Nizami RPİ-nin 23-cü polis bölməsində yetkinlik yaşına çatmayanların işləri üzrə polis inspektoru olmuşdur. Təqsirləndirilən şəxs Əlkram oğlunu polis əməkdaşı kimi tanımışdır, belə ki, Elçin də onun kimi polis əməkdaşı olmuş, Daxili İşlər Nazirliyinin X8 Alayında komandirin sürücüsü olmuşdur. Bundan əlavə Elçin onun işlədiyi ərazidə, yəni Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yaşadığına görə Elçini, onun arvadı Səkinəni tanımış, onların evlərinə gedib gəlmişdir. Elçin və o, sonradan polis orqanlarından xaric edilmişlər. Bundan sonra Elçin avtomobil alqı-satqısı ilə məşğul olmuşdur və o, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə daxili işlər orqanlarından xaric edilmişdir. Elçini əvvəldən tanıdığına görə onda Elçinə qarşı inam, etibar yaranmış və o, Elçinə həm əvvəl polis əməkdaşı olduğuna görə, həm də ailəsini tanıdığına görə güvənmişdir. Bu səbəbə görə öz bacısı Zərərçəkmiş şəxs2 da Elçinlə o, tanış etmişdir. Lakin Elçin həm onu, həm də bacısını aldadaraq onların əmlakını ələ keçirmişdir. Belə ki, Elçin ilk dəfə bacısı Afaqa özünün Nərimanov RPİ-də işləyən müstəntiq Elnur müəllimi tanıdığını, onların ortaq tanışlarının olduğunu bildirərək, bacısının "xxxx" MMC-nin əməkdaşlarının qanunsuz hərəkətləri barədə şikayəti əsasında Bakı şəhəri Nərimanov rayon polis idarəsinin istintaq şöbəsində toplanmış araşdırma materialı üzrə cinayət işi başlatdıracağını deyərək ünvan 1 ünvanda yerləşən “2 Beer” restoranında bacısından 12000 manat məbləğində nağd pul almışdır. Həmin vaxt Afaq onunla məsləhətləşmişdir. X14 Abdullayevin sürücüsü işlədiyinə görə Elçinin bacısına köməklik göstərə biləcəyinə inanmışdır. Beləliklə, onun istiqamətləndirməsi ilə bacısı Elçinlə görüşmüş, ona həmin tikinti şirkətindən şikayət edərək cinayət işi başlanılmasında köməklik göstərə biləcəyi barədə danışmışdır. Elçin ona bu söhbətdən bir müddət sonra cinayət işi başlanılması üçün 12000 manat pul verməli olduğunu demişdir. Elçin həmin pulun polisin müstəntiqinə və prokurorluğa veriləcəyini demişdir. O, 2021-ci ilin avqust ayının əvvəllərində Afaqla birlikdə, Elçinlə Xətai rayonunda, “2 Beer” restoranında görüşmüşlər. Həmin vaxt söhbətdə Arif adlı şəxs də olmuş, Arif də Elçinin tanışı kimi həmin yerə gəlmişdir. Orada Elçin onlara tikinti şirkətinin ofisinin yerləşdiyi və onun tikinti şirkətinə pullar verdiyi Nərimanov rayonunda, prokurorluqda yaxşı tanışları olmasını bildirmişdir. Öncədən razılığa gəldiklərinə görə Afaq pulu sayaraq ona vermiş, o da həmin pulu Afaqın iştirakı ilə Elçinə vermişdir. Elçin bundan sonra dəfələrlə onlara müxtəlif yalanlar danışmış, cinayət işi başlatdıracağına dair yalan vədlər vermişdir. Elçinin onları aldatması uzun müddət davam etmiş, Elçin həmin vaxt polis əməkdaşı olduğuna görə ona inanmışlar. Onlar çox sonra Afaqın şikayəti üzrə Nərimanov rayon polis idarəsinin istintaq bölməsində toplanmış material üzrə cinayət işinin başladılmasının rədd edilməsini öyrənmişlər. Həmin ərəfədə Elçin Afaqdan borclar almış, bacısı və o, Elçinə etibar etmişlər. Elçin 2022-ci ilin oktyabr ayında Afaqdan 10000 manat pulu da “Mercedess S Class” markalı avtomobilin alınması üçün almış, bu məsələdə də Afaqı aldatmışdır. Elçin Afaqa 2022-ci ilin oktyabr ayında Nizami rayonu, Babək prospekti 22/10 ünvanında yerləşən “Avto Baku” avtomobil salonunun qarşısındakı “Mercedess S Class” avtomobili göstərib həmin avtomobili ucuz qiymətə alıb, baha qiymətə sata biləcəklərini bildirmişdir. Elçinin sözlərinə əsasən Afaq həmin avtomobili 10000 manata aldıqdan sonra 13000-15000 manata sataraq gəlir əldə edəcəkdi. Lakin həmin vaxt Elçin Afaqı yenə aldadaraq avtomobilin pulundan ona cəmi 3000 manat məbləğində pul vermişdir. Bundan əlavə Elçin ondan uşağının təhsil haqqı adı ilə 2000 manat, dostu Rəmzinin anasının əməliyyatı adı ilə 3000 manat pul almışdır. Həmin ərəfələrdə Elçinlə özü işlədiyinə görə onun özü də Elçinə inanmışdır. Elçin ona Nizami rayonu, Babək prospekti 22/10 ünvanında yerləşən “Avto Baku” avtomobil salonunun qarşısında Namiq adlı tanışına məxsus “Hundai Santafe” markal avtomobili göstərərək guya həmin avtomobili 15000 manata alıb avtosalona qoymaqla baha qiymətə satıb 3000-5000 manat arası gəlir əldə edəcəklərini demişdir. Buna görə o, Elçinə həmin avtosalonun qarşısında 15000 manat pul vermişdir. Onun Elçinə pul verməsini Namiq adlı Keşlə sakini görmüşdür. Elçinin həm onu, həm də bacısını aldatmasını çox sonralar başa düşmüş, buna görə də Elçindən pullarını tələb etmişdir. Bununla bağlı müvafiq səs yazılarını istintaqa təqdim etmişdir, iş materiallarında vardır. O, həmçinin Elçinin evinə gedərək arvadı Səkinə ilə də danışmış və onlardan pulları tələb etmişdir. Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən Təqsirləndirilən şəxs bacısının şikayəti əsasında Nərimanov RPİdə cinayət işi başlatdıracağı və avtomobillər alıb baha qiymətə satmaqla gəlir əldə edəcəkləri adı ilə bacısı Zərərçəkmiş şəxs2 və ondan ayrı-ayrılıqda pul vəsaitləri alıb ələ keçirməsi barədə ətraflı bildirmişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəmədiyinə görə ondan şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tələbəçilik vaxtından, Təbriz küçəsindən tanımışdır. Onların münasibətləri normal olmuş, Elçinin sayəsində Afaq və Aynur bacılarını tanımışdır. Elçinin polis əməkdaşı olduğunu bilmişdir. Tanış olduqdan sonra Aynurun da polis əməkdaşı olduğunu və Elçinlə münasibətlərinin oradan başladığını bilmişdir. Bundan başqa Nərimanov rayon polis idarəsində Elnur adlı müstəntiqin də işlədiyini bilmiş, lakin onunla heç bir əlaqəsi olmamış, sadəcə üzdən bir-birilərini tanımışlar. Elçinlə bir dəfə avtomobildə olan zaman sonuncunun tanışları olan Afaq və Aynur ilə təsadüfən 5 dəqiqəlik görmüş və onları Elçinin tanışları kimi tanımışdır. 2021-ci ilin yay aylarında Elçin ona Afaq və Aynurə ilə Xətai rayonunda yerləşən “2 Beer” restoranında görüşəcəyini, istəyirsə onun da gələ biləcəyini demişdir. O da Elçinlə münasibəti normal olduğundan, başqa bir işi olmadığından xanımlarla oturub yeyib-içəcəyini düşünüb Elçinlə bir yerdə həmin restorana getmişdir. Həmin gün restoranda oturan zaman Elçin Aynurə və sonuncunun bacısı Afaq ilə çox mehriban danışmış, aralarında gedən söhbət zamanı Afaq hansısa tikinti şirkətindən şikayət etmişdir. Lakin onların söhbətləri öz aralarında olduğu üçün o, həmin danışıqlara fikir verməmişdir. Restoranda həmin vaxt Afaq sumkasından məbləğini bilmədiyi sayda pul çıxarıb Elçinə verməsi üçün bacısı Aynurəyə vermiş və Aynurə də Afaqın yanında pulu Elçinə uzatmış, Elçin də həmin pulu götürmüşdür. Pulun nə səbəbə görə Afaq tərəfindən Elçinə verilməsini ilkin olaraq bilməmiş və bu məsələyə də qarışmamışdır. Elçinin orada Afaqa sonuncuya kömək edəcəyini deməsi yadındadır. Lakin köməyin nədən ibarət olmasını orada bilməmişdir. Həmin görüşdən bir neçə gün sonra Elçin ona Nərimanov rayon polis idarəsinin Elnur adlı müstəntiqi ilə görüşmək istədiyini bildirmişdir. Elçin onun Elnur adlı müstəntiqlə yaxın olmasa da, onu tanıdığını bilmişdir. O, Elçindən nə səbəbə görə Elnurla görüşmək istədiyini soruşduqda, Elçin tanışı Afaqın şikayətini Nərimanov rayon polis idarəsində Elnurun araşdırdığını və sonuncuya sualı olduğu üçün görüşmək istədiyini demişdir. O isə Elnurun Nərimanov rayon polis idarəsində müstəntiq işlədiyini, onun yaxşı insan, savadlı olduğunu eşitdiyi üçün, Elçinə gedib, rahatlıqla Elnurla görüşüb suallarını sonuncuya verə biləcəyini demişdir. X5 görüşübgörüşməməsi barədə heç bir məlumatı yoxdur. Bir müddət sonra Afaq və Aynurə ilə növbəti dəfə görüşəndə bilmişdir ki, hansısa bir tikinti şirkəti Afaqdan bağ tikintisi üçün pul almış, lakin bağı tikməmiş və Afaq da həmin şirkətin işçilərindən şikayətçi olmuş, Nərimanov RPİ-də Afaqın şikayəti ilə araşdırma aparılmış, Elçin də restoranda aldığı pulu Nərimanov RPİ-də cinayət işi başladıracağı adı ilə Afaqdan almış, lakin heç bir köməklik göstərməmişdir. Sonradan bilmişdir ki, Afaq bu məsələ ilə bağlı Elçindən şikayət etmişdir. Təqsirləndirilən şəxs ifadəsində Aynurəyə Nərimanov polis idarəsində əlaqələrinin olduğunu və həmin əlaqələr vasitəsilə cinayət işi başlada biləcəyini dedikdə onu nəzərdə tutduğunu, bundan sonra telefonla yığaraq onu “2 Beer” restoranına dəvət etdiyini, bir qədər sonra onun həmin restorana gəlib, orada Afaqa Nərimanov RPİ-də Elnur adlı müstəntiqin olduğunu, cinayət işi başlada biləcəyini bildirməsi yalandır. Təqsirləndirilən şəxs doğruları danışmır. Həqiqəti ifadəsində qeyd etmişdir. Qeyd etdiklərini üzləşmə zamanı da Elçinin üzünə qarşı bildirmişdir. Elçin məsuliyyətdən yayınmaq üçün belə demişdir. Cinayət işi başladılması ilə bağlı Nərimanov RPİ-nin müstəntiqi Elnurla danışıq aparmağı barədə nə Aynurə ilə, nədə ki, bacısı Afaqla aralarında ümumiyyətlə heç bir söhbət olmamışdır. Onun Aynurə və Afaqla aralarında Elnur adlı müstəntiqə 10000 manat verilməsi ilə bağlı bir söhbət olmamışdır, o, istər Aynurədən, istərsə də Afaqdan Nərimanov RPİ-nin Elnur adlı müstəntiqinə verilməsi üçün heç bir pul almamışdır. Elçin özünü məsuliyyətdən qurtarmaq üçün belə ifadə vermişdir. Restoranda Elçin özü Afaqın verdiyi pulu bacısı Aynurədən almışdır. Ola bilər ki, həmin vaxt onu da restorana dəvət etmişdir ki, həmin məsələni onun üstünə atsın. Lakin o, restorana Elçinin dəvəti ilə gedəndə heç bilməmişdir ki, sonuncunun Afaq və Aynurə bacıları ilə belə bir söhbəti var. Elçin ifadəsində pulu onun aldığı üçün ola bilsin ki, pulu Elnur adlı müstəntiqə vermədiyini, bundan başqa Aynurənin Elçinə tikinti şirkəti ilə bağlı deyil, Sahib adlı şəxsin bacısı Afaqa pul atması ilə bağlı köməklik istəməsi bağlı müraciət etdiyini, tikinti şirkəti ilə bağlı Elçinə müraciət olunmadığını qeyd etməsi barədə, ümumiyyətlə məlumatsızdır. Elçinin özündən belə bir şeyləri haradan uydurduğunu bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2001-ci ildən 2019-cu ilə kimi Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində baş gizir kimi xidmət etmişdir. Həmin qurumdan təqaüdə çıxdıqdan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır, Elçin onun kimi avtomobil alqı-satqısı ilə məşğul olan şəxs olmuşdur. Elçin bununla yanaşı Daxili İşlər Nazirliyinin X8 Alayında komandirin sürücüsü olmuşdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə X11 orqanlarından xaric edilmişdir. Həmin vaxt özü avtomobil alqı-satqısı işi ilə məşğul olduğu üçün Elçinlə tez-tez söhbət etmişdir. Elçin həm onun işlədiyi “099” adlı salona, həm də həmin salonun yaxınlığındakı “Avto Baku” salonuna gəlmişdir. Həmin salonu Sahib adlı şəxs işlətmişdir. O, Elçinin tanışı Aynurəni də Elçinə görə tanımışdır. Söhbət zamanı Aynurənin Elçinə güvəndiyini, inandığını görmüşdür. Aynurə 15000 manatı verdikdən sonra tez-tez avtosalona gəlmişdir. 2022-ci ilin avqust ayında onun işlədiyi avtosalonun yanındakı “Avto Baku” salonunda o, Aynurənin Elçinə 15000 manat pul verdiyini görmüşdür. Elçin həmin pulu Aynurədən iş görmək adı ilə almışdır. Elçin Aynurəyə hansısa avtomobili alıb, baha qiymətə satacağını və avtomobilin satışından müvafiq qazanc götürəcəyini demişdir. Buna görə Aynurə Elçinə etibar edib inanaraq pul vermişdir. O, həmin pul verilən gün ərzində salonda olmuşdur. Aynurə həmin pulu verdikdən sonra salondan getmişdir. Aynurədən bir müddət sonra isə Elçin getmişdir. O, həmin şəxslərin heç birini həmin gün salonda təkrar görməmişdir. Aynurənin Elçinə verdiyi pulun 15000 manat olduğunu o, Elçin həmin pulu saydığına görə bilir. Həmin vaxt salonda onlardan başqa kimsə söhbəti bilən, görən olmamışdır. Həmin vaxt axşam olmuşdur. Elçin onun özündən də avtomobil almaq adı ilə 2022-ci ildə hissə-hissə olmaq şərti ilə işlədikləri avtosalonda 5000 manat pul almışdır. Elçin onun pulunu da qaytarmamışdır. Bu hadisələrdən sonra o, Elçinin hamının etibarından sui-istifadə edib avtomobil almaq adı ilə pul aldığını bilmişdir. Elçin həmin vaxt polis əməkdaşı işlədiyinə görə hamı güvənib inanmışdır. O, Elçinin 15000 manat pulu alan günü salonda Aynurəyə qaytarmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Nərimanov ryon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qiyabi olaraq tanımışdır. X11 Nazirliyinin X8 Alayında sürücü işləmiş, daha sonra işdə verdiyi kobud nöqsanlara görə X3 əmri ilə polis orqanlarından xaric edilmişdir. Zərərçəkmiş şəxs2 o, vətəndaş kimi tanımış, həmin şəxsin şikayəti əsasında araşdırma aparmışdır. Afaq "xxxx" MMC-nin əməkdaşlarının qanunsuz hərəkətləri barədə şikayət etmiş, onun tərəfindən müvafiq şikayət əsasında araşdırma aparılmışdır. Həmin şikayət əsasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında müvafiq qərar qəbul edilmiş, həmin qərar bir dəfə prosessual qaydada ləğv edilmiş, daha sonra ətraflı araşdırıldıqdan sonra yenidən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərar prosessual qaydada yoxlandıqdan sonra qüvvəsində qalmışdır. Onun qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti həm Afaqa, həm Mərdan adlı şəxsə verilmiş, qərardan şikayət etmə hüquqları izah edilmişdir. Qərarın qanuniliyi və əsaslılığı Nərimanov rayon prokurorluğunda yoxlandıqdan sonra qüvvədə qalmışdır. Afaqın "xxxx" MMC-nin əməkdaşlarının qanunsuz hərəkətləri barədə şikayəti əsasında onun tərəfindən Nərimanov rayon polis idarəsinin istintaq şöbəsində toplanmış araşdırma materialı üzrə Elçinin cinayət işi başlatdıracağına dair Afaqa vəd verib bu adla 2021-ci ilin avqust ayında Afaqdan ünvan 1 ünvanda yerləşən “2 Beer” restoranında 12000 manat nağd pul vəsati alması barədə hər hansı bir məlumatı yoxdur. O, Elçin ilə bu barədə danışmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 iştirakı mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, ondan bir dəfə lizinqdə olan avtomobil almışdır. Elçinin əvvəllər polis işlədiyini sonradan bilmişdir. O, 2022-ci ilin oktyabr ayında “Turbo az” saytında lizinqdə maşın elanı gördüyü üçün Elçinə zəng edib həmin avtomobili almaq istədiyini bildirmişdir. “Mercedess S class” markalı avtomobilini bəyəndiyi üçün o, həmin avtomobilin satıldığı Bakı şəhəri, Babək prospektində yerləşən avtomobil salonuna getmişdir. Avtomobili görüb bəyəndiyi üçün avtomobilin sahibi Elçinlə görüşmüşdür. Həmin vaxt Elçinin yanında qısa boylu, qısa saçlı bir qadın olmuşdur. Elçin qadından avtomobilə aid sənədləri götürmüşdür. Avtomobilin 3 ay lizinqini Elçinin ödəməsi şərti ilə o, 13500 manata almaq istədiyini bildirmişdir. Buna görə də Elçinə 500 manat beh vermişdir. Onlar razılaşdıqdan sonra o, maşını yoxlatmaq üçün avtotəmir sexinə aparmışdır. Orada avtomobilə baxdıqdan sonra təxminən avtomobilin 1000 manat xərci olduğunu bildirmişlər. Buna görə o, Elçinə 12500 manat pul verə biləcəyini demişdir. Həmin pulun içində avtomobilin 3 ay lizinq pulu da olmuşdur. Həmin 3 ay lizinq pulu Elçin tərəfindən gecikdirilmişdir. Ona görə o, avtomobili almaq üçün Elçinə əvvəl verdiyi 500 manat behdən sonra təxminən 7500 manat pulu salonda vermişdir. O, lizinq pulundan əlavə təxminən 1000 manat pulu da belə saxlamışdır. Onun Elçinə verdiyi pulun bir qismini Elçin həmin qısa saçlı qadına vermişdir. Həmin vaxt Elçin yerdə qalan pulu ondan istədikdə o, avtomobilin 3 aylıq lizinqinin 3600 manat etdiyini, həmin pulu ancaq lizinq ödəniləcək yerdə verəcəyini demişdir. O, Elçinin həmin qadına nə qədər pul verdiyini bilmir. Həmin vaxt onlar bu barədə razılaşdıqdan sonra səhər lizinq şirkətinə getmişlər. O, orada Elçinə 3600 manat pulu lizinqə ödəməsi üçün vermişdir. Bundan əlavə avtomobilin yerdə qalan 900 manatını da o, Elçinə əlbəəl vermişdir. O, ümumilikdə Elçinə avtomobilə görə 12500 manat pul vermişdir. Elçin həmin pulu lizinqə ödədikdən sonra onun qardaşı X1 ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında 19 oktyabr 2022-ci il tarixli MLİZ-00083-055/19A/2 saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. O, ümumilikdə 33 ay həmin lizinq müqaviləsi üzrə pulu ödədikdən sonra avtomobili qardaşının adına keçirəcəkdir. Hazırda həmin müqavilə üzrə 13 ay lizinq ödəmişdir. O, avtomobili aldıqdan bir müddət sonra Elçin ona avtomobilin illik kasko sığortasının özü tərəfindən 3 ay ərzində ödəniləcəyini desə də sonradan Elçinin həmin pulu ödəmədiyini bilmişdir. Buna görə Elçini axtarmışdır. Həmin vaxt o, Aynur adlı qadınla danışan zaman Aynur Elçinin ona qarşı dələduzluq etdiyini və pullarını ələ keçirdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında gəlməmiş, poçt vasitəsi ilə göndərdiyi teleqramında səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini göstərmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. O, Elçinlə 08 fevral 2001-ci il tarixdə ailə həyatı qurmuşdur, birgə nikahdan 3 övladı var. Elçin əvvəllər Daxili İşlər Nazirliyində X8 Alayının komandiri Zaur Abdullayevin sürücüsü işləmiş, 2023-cü ilin mart ayının 2-də polis orqanlarından xaric edilmişdir. Zərərçəkmiş şəxs1 o, Elçinə görə tanımışdır. Aynurə əvvəllər polis əməkdaşı olmaqla onların yaşadıqları ərazinin uşaq inspektoru olmuşdur. Ona görə onun ailə üzvlərinin hamısını tanımışdır. Zərərçəkmiş şəxs2 isə tanımamışdır. Bildiyi qədəri ilə Afaq Aynurənin bacısı olmuşdur. O, Elçinin Aynurə və Afaq ilə hər hansı pul haqq-hesabının olub-olmamasını əvvəllər bilməmişdir. Lakin Aynurə bir dəfə onun qapısına gələrək Elçin tərəfindən aldadıldığını, Elçinin 15000 manat pul verməli olduğunu bildirmişdir. Aynurə eyni zamanda Elçinin Afaqı da aldatdığını, bu səbəbdən də pul verməli olduğunu demişdir. X10 pulunun maraqlı olmadığını, özünün pulunu tələb etdiyini bildirmişdir. Aynurə onu əvvəldən tanıdığına görə qapısına gələrək onunla bu məzmunda söhbətlər etmişdir. Elçin əvvəllər polis əməkdaşı olduğuna görə əvvəllər imkanı olmuş, sonradan polis orqanlarından çıxdıqdan sonra imkanı yaxşı olmamışdır. O, hətta sonralar Aynurənin şikayəti əsasında Elçinin polis orqanlarından xaric edildiyini bilmişdir. Buna görə də Elçin avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. Elçinin dostunun avtomobil salonu olmuş və Elçin həmin yerə gedib gəlmişdir. Onun Zərərçəkmiş şəxs2 "xxxx" MMC-nin əməkdaşlarının qanunsuz hərəkətləri barədə şikayəti əsasında Bakı şəhəri Nərimanov rayon polis idarəsinin istintaq şöbəsində toplanmış araşdırma materialı üzrə cinayət işi başlatdıcağına dair Elçinin vəd verib bu adla 2021-ci ilin avqust ayında Afaqdan ünvan 1 ünvanda yerləşən “2 Beer” restoranında 12000 manat nağd pul vəsaiti alması barədə heç bir məlumatı yoxdur, Aynurənin Elçinə verdiyi 15000 manat pulu Elnarə adlı şəxsə veribverməməsini dəqiq bilmir. Elçinin Aynurədən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 22/10 ünvanında yerləşən “Avto Baku” avtomobil salonunda satışa qoyulmuş “Hundai Santafe” markal avtomobili göstərərək dostunun avtomobili olduğunu və həmin avtomobili 15000 manata alıb, baha qiymətə satmaqla 3000-5000 manat arası gəlir əldə edəcəklərinə dair yalan vəd verib 2022-ci ilin dekabr ayında Aynurədən həmin avtosalonda 15000 manat pul alması barədə heç bir məlumatı yoxdur. Sadəcə olaraq Aynurə onun qapısına gələrək bir dəfə Elçinin 15000 manat pul verməli olduğunu demişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyrindən istifadə edərək Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 etibarından suiistifadə etməklə xeyli miqdarda əmlaklarını ələ keçirməklə təkrar dələduzluq etməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1-2) - 20 may 2023-cü il tarixli protokoldan və ona əlavə edilən Zərərçəkmiş şəxs1 təqdim etdiyi, 01 ədəd diskə köçürülmüş “WhatsApp” proqramı vasitəsilə qeydə alınmış yazışmalara dair məlumatlardan görünür ki, Afaq və Zərərçəkmiş şəxs1lar tərəfindən Təqsirləndirilən şəxs onlardan pul almasını təsdiq edən məzmunda səsli mesajlar göndərmişlər. (i.v. 47-52) -Daxili İşlər Nazirliyinin X8 Alayının 04 avqust 2023-cü il tarixli 3-13-34/2-7709/23 nömrəli məktubundan və ona əlavə edilən 04 mart 2023-cü il tarixli 3-13-38/Ə (ş/h)86/2023 nömrəli əmrdən çıxarışdan görünür ki, polis baş serjantı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in X8 Alayının Maddi-texniki təminat xidmətlərinin Təminat bölüyünün polis nəfəri-sürücüsü vəzifəsindən (Daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduğuna görə; DİO əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) xaric edilmişdir. (i.v. 64-65) -Bakı şəhəri Nərimanov rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi Şahid3 tərəfindən qəbul edilmiş 13 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Bahadur qızının Mərdan adlı şəxsin onu ev tikdirəcəyini vəd edib aldadaraq ümumilikdə 150000 manat məbləğində pulunu ələ keçirməsi barədə müraciəti əsasında araşdırma aparılmış və tərəflər arasında münasibətlərin mülki qanunvericilik əsasında tənzimlənməli olduğundan mülki münasibətlərdən irəli gələn öhtəliklərin yerinə yetirilməsi məhkəmə qarşısınqda iddia qaldırılmaqla həll edilməli olduğuna əsaslanmaqla həmin qərarla toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. (i.v. 130-135) - 19 oktyabr 2022-ci il tarixli MLİZ-00083-05/19A/2 nömrəli lizinq müqaviləsindən görünür ki, ağ mirvari rəngli “Mercedez Benz S300” markalı 1 ədəd minik avtomobili balansa qəbul edilməklə X1 ilə "xxxx" QSC arasında lizinq müqaviləsi bağlanmışdır. (i.v. 193-199) - 25 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, cinayət işi üzrə Nərimanov RPİ-nin müstəntiqi Şahid3 əməlində hər hansı cinayət tərkibi olmadığından onun barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. (i.v. 274-288) - 18 dekabr 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakları ilə hadisə yerlərinə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, baxış keçirilən yer ünvan 3 ünvanında yerləşən “2 Beer” restoranıdır. Baxış iştirakçısı Zərərçəkmiş şəxs2 “2 Beer” restoranını göstərərək Təqsirləndirilən şəxs cinayət işinin başladılması üçün 12000 manat pulu həmin ünvanda verdiyini bildirmişdir. Daha sonra baxış iştirakçısı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 22/10 ünvanında yerləşən, köhnə adla “Avto Baku”, hazırkı adı ilə “Avto Star” mağazasının qarşısına gedilmiş, qeyd olunan mağazanın qarşısında Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs “Mercedes S300” markalı minik avtomobilinin ucuz qiymətə alıb baha qiymətə satmaq adı ilə 10000 manat nağd pul vəsaitini verdiyi yeri göstərmişdir. Bundan sonra baxış iştirakçısı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs “Hyundai Santafe” markalı avtomobili ucuz qiymətə alıb baha qiymətə satmaq üçün 15000 manat pul verdiyi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 22/10 ünvanında yerləşən “Avto Baku” mağazasının qarşısını əli ilə göstərərək qeyd olunan pul vəsaitini həmin mağazada verdiyini bildirmişdir. (i.v. 380-383) - 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs ifadələrində Zərərçəkmiş şəxs1 tərəfindən 12000 deyil, 10000 manat pul vəsaitinin ona yox, Şahid1 verilməsi, həmin pulun aqibəti barədə məlumatının olmaması, pulun Aynurə tərəfindən Şahid1 Nərimanov RPİ-nin Elnur adlı müstəntiqinə cinayət işinin başladılması üçün verilməsi, avtomobil alqı-satqısı üçün isə Zərərçəkmiş şəxs1 aldığı pul vəsaitlərini Aynurə və Zərərçəkmiş şəxs2lara qaytarması barədə ifadələrində göstərdiyi xüsusatlar məsuliyyətini yüngülləşdirmək məqsədilə öz müdafiəsi üçün gətirdiyi dəlil kimi qiymətləndirilmiş, iş üzrə Şahid1 Zərərçəkmiş şəxs2 əmlakının ələ keçirilməsində iştirakı müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən barəsində cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin hissədə Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş, Zərərçəkmiş şəxs2 Bahdur qızı rüşvət vermə haqqında dövlət orqanına könüllü məlumat verməklə əməlində Azərbaycan Respublikası CM-nin 29,312.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi Təqsirləndirilən şəxs ondan əlavə olaraq 2400 manat məbləğində pul vəsaitini borc alması barədə xüsusatlar üzrə Təqsirləndirilən şəxs əməlində cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin hissədə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilmiş və Zərərçəkmiş şəxs2 borcunu tələb etməsi barədə xüsusatlar üzrə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, iş üzrə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 səsli mesajları yazılmış 1 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işində saxlanılmışdır. (i.v. 401-424) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarın 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmin Qərarın 4-cü bəndi ilə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, təqsirləndirilən şəxsin niyyəti əmlakları (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin pullarının əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxslərə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmış, lakin toplanaraq tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və müdafiəçisinin, təqsirləndirilən şəxsin əməlində dələduzluq cinayətinin tərkibinin olmaması, təqsirləndirilən şəxsə ittiham olunduğu əməllər üzrə bəraət verilməli olması barədə məhkəmədə etdikləri çıxışa münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddələrlə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir. Digər yandan, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsləri aldadaraq onların pullarını əvəzsiz və qanunsuz olaraq ələ keçirməyə yönəlmiş niyyəti onlara qarşı dələduzluq cinayətini törətməzdən əvvəl yaranmış və həmin niyyəti həyata keçirmək üçün onlara polis orqanlarında yüksək vəzifəli şəxslərlə əlaqələrinin olması və s. barədə yalan məlumatlar vermiş, niyyətinə nail olmaq üçün zərərçəkmiş şəxslərin iradəsinə məhz aldatma yolu ilə təsir göstərmişdir. Hansı ki, bu hal, özgə pullarını ələ keçirməyin üsulu olmaqla bu hərəkətləri etməkdə təqsirləndirilən şəxsin niyyəti məhz zərərçəkmiş şəxsləri aldatmaqla pullarını ələ keçirməyə yönəlmişdir. Ona görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - təkrar; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməlləri nəticəsində zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tamamilə ödəməmiş, zərərçəkmiş şəxslərlə barışmamış, bundan irəli gələrək cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 19 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 119-120) - 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay 24 gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 162-165) -Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 07 avqust 2011-ci il tarixdə doğulmuşdur. (i.v. 183) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını və iş üzrə zərərçəkmiş şəxslərdən birinə qismən ödəniş etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə əsaslar yoxdur. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarına əsasən “...müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xüsusi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CM-in 46-cı maddəsinə istinad edilməlidir...” Məhkəmə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmasa da, törədilmiş cinayətin xarakteri əsas götürülməklə, təqsirləndirilən şəxsə əlavə cəza qismində dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənilməsə də, ziyanın xeyirlərinə tutulması ilə bağlı onları tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; içərisində səsli mesajların olduğu 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış, içərisində səsli mesajlar olan 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə dəymiş ziyanı tələb etdikləri halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ iş üzrə zərərçəkmiş şəxslərə izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-147/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-147/2024
26.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver