Məhkəmə qərarları › İş №1(007)-149/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-149/2022

07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-149/2022 07.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – mülki iddiaçı - Zərərçəkmiş şəxs1, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – mülki cavabdeh - Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs - mülki cavabdeh xx.xx.1984-cü ildə İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni tikilidə yaşayan, xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 263-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 fevral 2021-ci il tarixdə saat 23:45 radələrində alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, yəni hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edilməsi nəticəsində nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, tanışı Zərərçəkmiş şəxs2 tərəfindən "xxxx" MMC-dən müqavilə və yol vərəqəsi əsasında icarəyə götürülmüş “Hyundai” markalı, “Accent” modelli, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi ilə Çobanzadə küçəsi istiqamətində hərəkətdə olub Nəsimi küçəsi ilə Çobanzadə küçələrinin kəsişməsinə çatdıqda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni yolun hərəkət hissələrinin kəsişmələrində quraşdırılmış 2.4 “yol verin” hərəkət növbəliliyini göstərən üstünlük yol nişanının qarşısında dayanmadan hərəkətini davam etdirmiş və avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan Çobanzadə küçəsi ilə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz” markalı, “C 300 minik” modelli, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsinə vurmuş, nəticədə zərbədən “Mercedes Benz” markalı, “C 300 minik” modelli avtomobil fırlanaraq arxa sağ hissəsi ilə onun idarə etdiyi “Hyundai” markalı, “Accent” modelli avtomobilin sol arxa yan qanad hissəsinə çırpılmış və irəli atılaraq qabağı ilə Çobanzadə küçəsinin sol hissəsində saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus “Lincoln” markalı, “Mercury” modelli, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfinə çırpılaraq dayanmış, nəticədə ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs1 sol incik sümüyünün başaltı yerdəyişməyən sınığı, sol qaşüstü və sağ alın nahiyələrinin əzilmiş yaraları, sol mil-biləyin arxa səthinin qançırları, sol baldırın yuxarı 1/3-nin ön-bayır nahiyəsinin şişkinlik halında əzilməsi və qançırları, sol baldırın yuxarı 1/3-nin ön səthinin və sağ diz nahiyəsinin sıyrıqları, ümumilikdə sağlamlığın uzun müddət ərzində pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri, “Hyundai” markalı, “Accent” modelli, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini olmuş Zərərçəkmiş şəxs2 sağ tərəfli medial topuğun yerdəyişmiş qapalı sınığı, sol əlin İİ barmağının əzilmiş yarası, ümumilikdə sağlamlığın uzun müddət ərzində pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, eləcə də “Mercedes Benz” markalı, “C 300 minik” modelli, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs1 19975 manat, “Lincoln” markalı, “Mercury” modelli, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs3 5000 manat, “Hyundai” markalı, “Accent” modelli, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs4 9764 manat dəyərində maddi ziyan vurulmasına səbəb olmuşdur. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 noyabr 2021-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 114 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus “Şəbnəm” mebel mağazasının pəncərəsinin şüşəsini əli ilə sındıraraq qanunsuz binaya daxil olub həmin mebel mağazasında olan iş otağındakı içərisində 1500 manat pul olan 300 manat dəyərində bir ədəd dəmir seyfi gizli olaraq talayıb ünvan 4n özünə məxsus anbara apararaq orada saxlanc yeri hesab edilən həmin dəmir seyfin qapısını laqonda ilə kəsərək içərisindən 1500 manat pulu götürüb Zərərçəkmiş şəxs5 ümumilikdə 1800 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilməyərək, CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, oğurluq etməmişdir. O, santexnik işləmişdir. “Şəbnəm” mebel salonu yerləşən ərazidəki mağazalarda hər-hansı texniki problem olduqda o, təmir etmişdir. “Şəbnəm” mebel salonunda da texniki iş görmüşdür. Həmin ərazidə ona məxsus kiçik otaq olmuş, alətlərini orada saxlamışdır. Əlindəki kəsik Nizami rayonu, Q.Qarayev prospekti 112 ünvanında yerləşən mənzildə kanalizasiyanı təmir edərkən, boru xətlərini açarkən yaranmışdır. Polis əməkdaşları onu oğurluq hadisəsi baş verən günün səhərisi gün çayxanada saxlamışlar. Polis əməkdaşları onu saxlayan zaman üzərində 580 manat pul olmuşdur. Həmin pul özünə məxsus olmuş, bir gün əvvəl onun kartına köçürülən pul olmuşdur. 24-cü PŞ-də ona təzyiq göstərmişlər. İstintaqda verdiyi ifadəsini müstəntiq dəyişmiş, o, sadəcə imza etmişdir. 2021-ci ilin fevral ayında tanışı Ofeliyanın “rent a car”dan icarəyə götürdüyü “Hyundai” markalı avtomobili Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin vaxt Ofeliya da sərnişin qismində avtomobildə olmuşdur. Yol-nəqliyyat hadisəsinin necə baş verdiyini və hadisədən sonrasını xatırlamır. Əgər barəsində həbslə əlaqədar olmayan cəza təyin edilərsə zərərçəkmiş şəxslərə dəymiş ziyanı hissə-hissə ödəyə bilər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 15 fevral 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin fevral ayında Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi “Texas” şadlıq evinin qarşısında idarə etdiyi “Hyundai Accent” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyi üçün Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsində barəsində Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılmışdır. Həmin yol-nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi avtomobildə olan Ofeliya adlı qadının ayağı sındığı üçün onu müalicə etdirmək üçün xeyli xərci çıxmışdır. O, fəhlə olduğu və günəmuzd işlədiyi üçün maddi vəziyyəti çətin olmuşdur. O, işsiz olduğundan və pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmişdir. 19 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 114 ünvanında yerləşən “Şəbnəm” mebel mağazasının yanından keçən zaman həmin mağazanın şüşəsi çat olduğu üçün həmin şüşəni qırıb oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin şüşənin çat yerindən yumruq vuraraq şüşəni qırmış və şüşəni qıran zaman əli kəsilmişdir. Bundan sonra o, mebel mağazasına daxil olaraq mebel mağazasının arxa tərəfində olan iş otağına daxil olmuşdur. Həmin iş otağının qapısı açıq vəziyyətdə olmuşdur. O, həmin otağa daxil olaraq həmin otaqda stolun yanında təxminən 50 sm hündürlüyündə olan seyf görmüş və həmin seyfi götürərək həmin mebel mağazasının arxa tərəfində olan dəmir qapını açıb oradan seyfi çıxardaraq bayıra qoymuş və qapını bağlayaraq həmin mağazaya daxil olduğu pəncərədən çıxmışdır. Bundan sonra həmin mağaza 9 mərtəbəli binanın altında yerləşdiyi üçün binanın arxa tərəfinə gedərək seyfi götürmüşdür. O, əvvəllər santexnik işlədiyi üçün həmin ərazidəki ev və mağazalarda çox işləmiş və təxminən 3 il əvvəl həmin mebel mağazasında su borusunu dəyişdiyi üçün həmin mağazanın arxa tərəfində qapı olduğunu və qapının içəridən açılıb bağlandığını görmüşdür. O, oğurluq etməyi əvvəlcədən planlaşdırdığı üçün qara rəngli torba götürmüş və seyfi həmin qara torbaya qoyaraq bir qədər məhəllələrin arası ilə düşmüş, təmir alətlərini yığdığı və oğurluq etdiyi ünvanın yaxınlığında yerləşən ünvan 4n özünə məxsus anbara getmiş və orada laqonda ilə həmin seyfin qapısını kəsmişdir. Oğurladığı həmin seyfin içərisindən 1500 manat pul çıxmış və həmin pulları cibinə qoymuşdur. Bundan sonra özünə məxsus anbardan çıxaraq həmin seyfi əlində apara bilməyəcəyini düşünüb B.Nuriyev küçəsində markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksiyə əyləşərək yaşadığı ünvana doğru yola düşmüşdür. Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsindən keçən zaman o, taksi şoferindən xahiş etmişdir ki, avtomobili saxlasın, taksinin yük yerinə qoyduğu qara torbanın içərisində zibil olduğunu demiş və həmin qara torbanı Suraxanı qəsəbəsində yol kənarında ağaclıq yerə tullamışdır. Bundan sonra yaşadığı evə getmiş və oğurladığı pulu öz şəxsi ehtiyaclarına xərcləmiş, həmin puldan 580 manatı üzərində qalmışdır. O, 20 noyabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmuşdur. Zərərçəkmiş şəxs2 2021-ci ilin yanvar ayından tanıyır, normal münasibətləri olmuşdur. Söhbət zamanı Ofeliyadan qonaqlıq verməsini istəmiş, Ofeliya onunla razılaşmış və xx.xx.2021-ci il tarixdə onu Nizami rayon ərazisində yerləşən “Xan Çinar” restoranına dəvət etmişdir. Ofeliya həmin restorana “rent a car”dan icarəyə götürdüyü “Hyundai” markalı, “Accent” modelli, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. O, Ofeliya ilə “Xan Çinar” restoranında yeyib-içmiş, spirtli içki olan araq qəbul etmişlər. Axşam saatlarında restorandan çıxdıqda o, Ofeliyanın qadın olmasını nəzərə alaraq təklif etmişdir ki, hər ikisi spirtli içki olan araq qəbul etdiklərindən o, onun icarəyə götürdüyü “Hyundai” markalı, “Accent” modelli, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etsin və onu evə aparsın. Ofeliya əvvəlcə razılıq vermək istəməsə də çox təkid etdikdən sonra razılaşmışdır. O, sükan arxasında və Ofeliya onun yanında sağ sərnişin oturacağında əyləşmişdir. O, “Hyundai” markalı, “Accent” modelli, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, yola düşərək Nəsimi küçəsi ilə Çobanzadə küçəsi istiqamətinə hərəkətdə olarkən təxminən saat 23:45-də qarşısındakı “yol ver” nişanına məhəl qoymayaraq qəflətən dayanmadan Çobanzadə küçəsinə çıxıb həmin küçə ilə M.Abbasov küçəsi istiqamətinə doğru hərəkətdə olan “Mercedes Benz” markalı, “C 300 minik” modelli, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmış, idarə etdiyi “Hyundai” markalı avtomobilin qabaq hissəsi ilə “Mercedes Benz” markalı avtomobilin qabaq sağ hissəsinə vurmuşdur. Nəticədə zərbədən “Mercedes Benz” markalı avtomobil fırlanaraq arxa sağ hissəsi ilə onun idarə etdiyi “Hyundai” markalı avtomobilin sol arxa yan qanad hissəsinə çırpılmış və rikoşetlə irəli itələnərək qabağı ilə Çobanzadə küçəsinin sol hissəsində saxlanılmış “Lincoln” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfinə çırpılaraq dayanmışdır. Hadisə nəticəsində Ofeliya və “Mercedes Benz” markalı avtomobilin sürücüsü, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 xəsarət almışlar. Avtomobillər əzilmiş vəziyyətə düşmüşdür. Hadisə yerinə polis əməkdaşları gəlmişdir. Ofeliya markasını və dövlət qeydiyyat nişanını bilmədiyi yoldan keçən tanımadığı avtomobilin sürücüsü tərəfindən xəstəxanaya aparılmışdır. Bundan sonra o da onun arxasınca 3 saylı şəhər klinik xəstəxanasına getmişdir. Orada özünü təqdim edib, sürücü olduğunu bildirib, Ofeliyaya tibbi yardım göstərildikdən sonra onu xəstəxanadan çıxarıb evinə aparmışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2020-ci ilin dekabr ayının 20-dən, ad günündən sonra Zaur ondan qonaqlıq verməyini istəmişdir. xx.xx.2021-ci il tarixdə Zaurla “Xan Çinar” restoranında görüşmüşlər. O, restorana “rent a car”dan icarəyə götürdüyü “Hyundai Accent” markalı avtomobillə getmişdir. Zaurla restoranda yemək yeyib spirtli içki qəbul etmişlər. Restorandan çıxdıqda Zaura ya taksi, ya da ki, ayıq sürücü çağırmağı təklif etmiş, Zaur onunla razılaşmamış, avtomobili özünün idarə edəcəyini bildirmişdir. Bununla bağlı Zaurla mübahisə etmişdir. Bundan sonra baş verənləri xatırlamır. O, xəstəxanada ayılmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsində aldığı xəsarətlə əlaqədar əməliyyat olunmuş, Zaur əməliyyat xərclərində ona heç bir köməklik göstərməmişdir. Ona 6000 manat ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 23:30 radələrində idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə Nizami rayonu, Çobanzadə küçəsində hərəkətdə olarkən küçənin kəsişməsində “Hyundai Accent” markalı avtomobil onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə baş verən anı xatırlamır. Onu avtomobildən çıxartdıqları anı xatırlayır. Polis əməkdaşlarının hadisə yerinə gəlməklərini gözləmiş, sonra yaxınları ilə birlikdə xəstəxanaya getmişdir. Yol-nəqliyyat hadisəsi zamanı avtomobili yararsız vəziyyətə düşmüşdür. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən mülki iddianın təmin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısının təqsirləndirilən şəxsə istədiyi cəza ilə razıdır. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 23:30 radələrində Nizami rayonu, Çobanzadə küçəsində ona məxsus “Mercedes Benz C 300” markalı, **- HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etdiyi zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Accent” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun yoluna çıxmış, avtomobilini sağ tərəfdən vurmuş, avtomobili istiqamətini dəyişərək digər bir avtomobilə çırpılmışdır. Hadisə zamanı bədəninin müxtəlif nahiyələrindən xəsarət almış və müayinə üçün “EGE Hospitala” müraciət etmişdir. Klinikada ilkin yardım almış, rentgen müayinəsindən keçmişdir. xx.xx.2021-ci ildə Nizami rayon MTE və PA şöbəsində məhkəmə tibbi müayinədən keçmişdir. Keçirilən ekspertizanın nəticələrinə görə onda sol incik sümüyünün başaltı yerdəyişməyən sınığı, sol qaşüstü və sağ alın nahiyələrinin əzilmiş yaraları, sol mil-biləyin arxa səthinin qançırı, sol baldırın yuxarı 1/3-nin ön-bayır nahiyəsinin şişkinlik halında əzilməsi və qançırı, sol baldırın yuxarı 1/3-nin ön səthinin və sağ diz nahiyəsinin sıyrıqları olmuşdur. Göstərilən xəsarətlərin avtomobil qəzasında olması rəydə öz əksini tapmış və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurma ilə qiymətləndirilmişdir. Aldığı xəsarətlərin müalicəsi zamanı təxminən 1700 manat tibbi xidmətlərə və dərmanlara xərci çıxmışdır. Yol-nəqliyyat hadisəsi zamanı avtomobilinə də ziyan dəymişdir. Belə ki, xx.xx.2021-ci il tarixli ünvan 6 ünvanında yerləşən “Avtomobillərin Texniki Xidmət Mərkəzi”ndə “Qüsur aktı” tərtib edilmişdir. Qüsur aktına əsasən avtomobilinə 19975 manat ziyan dəymişdir. Məhkəmədən Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi zamanı avtomobilinə dəymiş ziyana görə 19975 manatın, sağlamlığına vurulmuş xəsarətin müalicəsinə görə 1700 manatın, ödənilmiş dövlət rüsumuna görə 150 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, yol-nəqliyyat hadisəsi baş verən zaman orada olmamışdır. Özünə məxsus “Lincoln” markalı avtomobili Nizami rayonu, Çobanzadə küçəsinin sol hissəsində saxlamışdır. xx.xx.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən ona avtomobilini saxladığı yolda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar avtomobilinin əzildiyini bildirmişlər. Ona 5000 manat ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti vardır. Məhkəmə baxışında Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 "xxxx" MMC-yə müraciət edərək “Hyundai Accent” markalı avtomobili icarəyə götürmüşdür. xx.xx.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs2 icarəyə verilmiş “Hyundai Accent” markalı avtomobillə yol-nəqliyyat hadisəsinin törədilməsi barədə məlumat verilmişdir. Hadisə nəticəsində ona 9764 manat məbləğində maddi ziyan dəymiş və dəymiş ziyan ödənilməmişdir. İş üzrə Zərərçəkmiş şəxs5 məhkəməyə teleqram vuraraq xəstə və Şəkidə olduğundan məhkəməyə gələ bilməyəcəyini, dəymiş zərərin ödənildiyini, tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs5 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında qeydiyyatdadır və həmin ünvanda ailəsilə birlikdə yaşayır. O, 1995-ci ildən bu günə qədər Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 114 ünvanında yerləşən “Şəbnəm” mebel salonunu icarə müqaviləsi əsasında işlədir. O, hər gün həmin mağazanı saat 09:00-da açır və axşam saat 20:00 radələrinə qədər həmin mağazada olur. Həmin mağazanın arxa tərəfində iş otağı vardır və həmin iş otağında özünə məxsus olan seyf vardır. Həmin seyfdə ona məxsus 1500 manat pul olmuşdur. Onun işlətdiyi mebel mağazasının şüşələri çox böyük olduğu üçün dəmir barmaqlığı olmamışdır. 18 noyabr 2021-ci il tarixdə saat 20:00 radələrində mağazanı bağlayaraq yaşadığı evə getmişdir. 19 noyabr 2021-ci il tarixdə saat 09 radələrində işə gələn zaman Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 114 ünvanında yerləşən “Şəbnəm” mebel salonunun şüşəsinin qırıq olduğunu və həmin mebel salonunun arxa hissəsində yerləşən iş otağının dağınıq vəziyyətdə olduğunu görmüşdür və oğurluq olduğunu gördüyü üçün heç nəyə əl vurmadan DİN-nin 102 Xidmətinə zəng edərək məlumat vermişdir. Mağazaya baxan zaman ona məxsus olan özünün dəyəri 300 manat, içərisində 1500 manat pul olan dəmir seyfin oğurlandığını görmüşdür. Oğurluq edən naməlum şəxsin şüşəni sındırması nəticəsində ona 50 manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1850 manat maddi ziyan dəymişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs1 ona zəng edərək yolnəqliyyat hadisəsinin baş verdiyini və xəsarət aldığını demişdir. O, hadisə yerinə getmiş və DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - maddi sübut kimi tanıma haqqında xx.xx.2021-ci il tarixli qərardan və Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 580 manat pul maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs5 qaytarılmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-380/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - ********* saylı cinayət işinin ********* saylı cinayət işi ilə birləşdirilməsi və tövsif edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* saylı cinayət işinə birləşdirilmiş, ********* saylı cinayət işinin materialları və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair xx.xx.2021-ci il tarixli, 2/2414 saylı protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 02:00-da müayinə olunan Təqsirləndirilən şəxs yüngül dərəcə sərxoş olduğu müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X3 canlı şəxsin ekspertizasına dair xx.xx.2021-ci il tarixli, 157 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 sol incik sümüyünün başaltı yerdəyişməyən sınığı, sol qaşüstü və sağ alın nahiyələrinin əzilmiş yaraları, sol mil-biləyin arxa səthinin qançırı, sol baldırın yuxarı 1/3-nin ön-bayır nahiyəsinin şişkinlik halında əzilməsi və qançırı, sol baldırın yuxarı 1/3-nin ön səthinin və sağ diz nahiyəsinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. - Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 016-31719-1221 nömrəli məktubdan görünür ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək müddətə etibarlı olan) AF 032130 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli, 8/797 saylı rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Hyundai Accent” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “yol verin” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş halda idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Zərərçəkmiş şəxs2 avtomobili sərxoş vəziyyətdə olan sürücü Təqsirləndirilən şəxs idarə etməyə verdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə; - hərəkət üçün təhlükə yaranan anda “Mercedes- Benz C300” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 41,6 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamış və onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. - hərəkət üçün təhlükə yaranan anda “Mercedes-Benz C300” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 41,6 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X3 canlı şəxsin ekspertizasına dair xx.xx.2021-ci il tarixli, 349 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ tərəfli medial topuğun yerdəyişmiş qapalı sınığı, sol əlin İİ barmağının əzilmiş yarası olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X3 canlı şəxsin ekspertizasına dair xx.xx.2021-ci il tarixli, 1018 saylı rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs sağ əlin ovuc səthinin səthi kəsilmiş yarası, sağ əlin arxa səthinin kiçik ölçülü şişkinlik halında əzilməsi, bel nahiyəsi və sağ əlin arxa səthinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlərdən səthi kəsilmiş yara kəsici kənara malik əşyanın, ola bilsin ki, sınmış şüşə qırıntısının, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2021-ci il tarixdə yarana bilər, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 22/134R saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə ünvan 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus “Şəbnəm” mebel mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş 14 ədəd yapışqan lent kəsikləri üzərlərində olan əl izlərindən 03 ədəd əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata vət. Təqsirləndirilən şəxs adına olan əl əksləri (daktiloskopik xəritəsi) müqayisəli tədqiqatın aparılması üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl barmaq izi (ADİS-in məlumat bankına Nizami RPİ-dən daxil olan) xx.xx.1984-cü ildə İsmayıllı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta və adsız barmaqlarının əksi ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 1 ədəd əl-barmaq izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında şəxslərin əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 22/172R saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş Nizami rayonu, Q.Qarayev prospekti 114 ünvanında Zərərçəkmiş şəxs5 məxsus “Şəbnəm” mebel mağazasında oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş parça kəsikləri üzərində olan qan nümunələri Təqsirləndirilən şəxs məxsusdur. - sübutların qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 114 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus “Şəbnəm” mebel mağazasından götürülmüş əl-barmaq izləri maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmiş, qan izləri olan 03 ədəd parça kəsikləri maddi sübut kimi tanınmış və Nizami RPİ-nin MSK-na qəbzlə təhvil verilmişdir. - təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 263-1.1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami RPİ-nin Növbətçi Hissəsinin rəisi Vahid Cəfərov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ********* saylı cinayət işi üzrə içərisində qan izləri olan 03 ədəd parça olan 01 ədəd möhürlənmiş zərfi Nizami RPİ-nin MSK-da saxlamaq üçün təhvil almışdır. - nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində xx.xx.2012-ci il təvəllüdlü Kərimli Yusif və xx.xx.2017-ci təvəllüdlü Kərimli Məlahət adlı iki yetkinlik yaşına çatmayan uşağı vardır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, əməliyyatsorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...” “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, bu kateqoriyadan olan cinayət işləri üzrə təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair 24 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 263-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli insanların həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə yönəldiyi üçün bu cinayətin tərkibinin, xüsusilə də onun subyektinin düzgün müəyyən olunması böyük əhəmiyyət kəsb edir. Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Eyni zamanda, Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə cinayət məsuliyyətinin yaranması insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün bu cinayətlərin əlavə obyekti insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitələrini idarə edən şəxs ola bilər. Bununla yanaşı, Cinayət Məcəlləsinin 263- 1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda pozan nəqliyyat vasitələrini idarə edən şəxsdir. Bu cinayətin digər subyekti isə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 263-1.1-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs mağazaya qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs5 1800 manat məbləğində əmlakını gizli talayaraq oğurlaması və alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda “Hyundai Accent” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid edilmiş bədən xəsarətləri yetirməsi, həmçinin onlara və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 maddi ziyan vurması zərərçəkmiş şəxslərin, şahidin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 263-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs oğurluq etməməsinə dair ifadəsi özünü müdafiə xarakterli, məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında bir-birini tamamlayan tədqiq edilmiş sübutlarla tam təkzib edilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 21-ci bəndində qeyd olunmuşdur ki, bu qəbildən olan işlər üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır cinayət hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, törətdiyi əməli qismən etiraf etməsini, evli olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi hər iki cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18 iyun 2013-cü il tarixli qərarında qərara alınmışdır ki, cinayətlərin (hökmlərin) məcmusuna həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilmiş cinayət daxil olduqda şəxs həm ehtiyatsızlıqdan edilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına, həm də böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin məcmusu üzrə qəti cəza beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə təyin edildikdə, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həm qəsdən, həm ehtiyatsızlıqdan törətdiyi cinayətlərə görə təyin edilmiş qəti cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsinin sanksiyasına əsasən əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.7-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 114 ünvanında yerləşən “Şəbnəm” mebel mağazasından götürülmüş qan izləri olan 3 ədəd parça kəsikləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 114 ünvanında yerləşən “Şəbnəm” mebel mağazasından götürülmüş əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 580 manat pul Zərərçəkmiş şəxs5 qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 263-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs1 avtomobilinə 19975 manat və sağlamlığına vurulmuş xəsarətə görə 1700 manat məbləğində maddi ziyan dəyməsini təqsirləndirilən şəxs mübahisələndirdiyinə görə və sübutlar təqdim edilmədiyindən məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalı və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Eyni zamanda, iş üzrə maddi ziyanı tələb edən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 36 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 216 (iki yüz on altı) manat (36x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzanı qismən, əlavə cəzanı tam toplayaraq Təqsirləndirilən şəxs barəsində qəti olaraq 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası baxılmamış saxlanılsın və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə maddi ziyanı tələb edən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilsin. Cinayət işi üzrə maddi sübut olan 580 manat pul Zərərçəkmiş şəxs5 qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 114 ünvanında yerləşən “Şəbnəm” mebel mağazasından götürülmüş əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 114 ünvanında yerləşən “Şəbnəm” mebel mağazasından götürülmüş qan izləri olan 3 ədəd parça kəsikləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 36 (otuz altı) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 216 (iki yüz on altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar