Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-15/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs1, xx xxxx 1998-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi, ev 4, mənzil 11 ünvanında kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs2, xx xxxxxx 1992-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə, hər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 09 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, ev 46, mənzil 80 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, özgənin əmlakını ələ keçirmə barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında, xx xxxxxx 2018-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs2 əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 ilə ünvan 5 saylı ünvanda, sonuncunun “Mercedes E320” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilində görüşüb Təqsirləndirilən şəxs2 “Samsung S9” markalı mobil telefonunu dəyərindən ucuz qiymətə girova qoyduqlarını, girov pulunu ödəməyəcəyi halda mobil telefonu geri ala bilməyib itirəcəklərini, bunun baş verməməsi üçün nağd pul vəsaitinə ehtiyacları olduğunu bildirib Zərərçəkmiş şəxs1 üzərində nağd pul vəsaitinin olmadığına əmin olduqdan sonra sonuncunun qolundakı gümüşdən olan 01 ədəd qolbağını girov qoyub pul götürməklə əvvəlcə girovda olan özünün “Samsung S9” markalı mobil telefonunu geri alacaqlarına, daha sonra həmin mobil telefonu real qiymətə sataraq Zərərçəkmiş şəxs1 gümüş qolbağısını girovdan çıxarıb geri qaytaracaqlarına dair yalan vəd verib aldadaraq həmin gün saat 18 radələrində qeyd edilən ünvanda olan Zərərçəkmiş şəxs1 məxsus dəyəri 810 (səkkiz yüz on) manat olan 162 qram çəkidə 01 ədəd gümüş qolbağını tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə sonuncudan alıb ələ keçirmiş, daha sonra xx xxxxxx 2018-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs1la təkrar görüşərək götürdükləri həmin qolbağını girovdan çıxara bilmədiklərini deyib inandırmış və 100 manat pul vəsaiti veriləcəyi halda qolbağı girovdan çıxarıb geri qaytaracaqlarına dair yalan vəd verərək ünvan 5 saylı ünvanda olan “Mercedes E320” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda eyni vahid niyyətlə əhatə olunan qəsdlə etibardan suiistifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 100 (bir yüz) manat nağd pul vəsaitini alıb ələ keçirərək, zərərçəkmiş şəxsə ümumilikdə 910 (doqquz yüz on) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, təkrarən, özgənin əmlakını ələ keçirmə barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında, 2018-ci il dekabr ayında Zərərçəkmiş şəxs1 ölkə ərazisində olmadığını, Türkiyə Respublikasına səfərə getdiyini bilib xx xxxxxx 2018-ci il tarixdə saat 20 radələrində sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 ilə ünvan 5 saylı ünvanda yerləşən kafedə görüşüb guya Zərərçəkmiş şəxs1 məxsus gümüş qolbağını geri qaytarmaq üçün bir nəfər tanışına zəng etməli olduğunu, lakin mobil telefonu olmadığını bildirməklə Zərərçəkmiş şəxs2 içərisində 100 (bir yüz) manat dəyərində ***-***-**-** GSM nömrə kartı olan 1300 (min üç yüz) manat dəyərində **********97862 İMEİ kodlu “Samsung A8” markalı 01 ədəd mobil telefonunu danışmaq adı ilə istəyib danışığını bitirdikdən sonra geri qaytaracağına dair yalan vəd verərək etibardan sui-istifadə edib, aldatma yolu ilə alaraq ələ keçirib, Zərərçəkmiş şəxs2 ümumilikdə 1400 (min dörd yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs2 2019-cu ilin mart ayında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə Cəmşid Naxçıvanski küçələrinin kəsişməsində yerləşən «Kolxoz bazarı» adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyaraq gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış «kalaşnikov» konstruksiyalı avtomat odlu silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan və soyuq silah hesab edilən bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan 01 ədəd süngü bıçağını Təqsirləndirilən şəxs2 2019-cu ilin may ayının 22-dən 23-nə keçən gecə alıb əldə edərək əynindəki şalvarın sağ arxa cibində saxlamaqla daşıyaraq gəzdirmiş və keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində xx xxx 2019-cu il tarixdə Bakı şəhəri, Kamil Balakişiyev 25/37 ünvanda yerləşən Bakı şəhəri, Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsində üzərinə keçirilmiş baxış zamanı əynindəki şalvarın sağ arxa cibindən zavod üsulu ilə hazırlanmış «kalaşnikov» konstruksiyalı avtomat odlu silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan və soyuq silah hesab edilən həmin süngü bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 onun dostudur. 2018-ci ilin noyabr ayında, dəqiq tarixini tam xatırlamadığı gündə, onlar Orxanla “Neftçilər” metrostansiyasının yaxınlığında biryerdə olmuşlar. O, Zərərçəkmiş şəxs1 tanımamış, Orxan həmin vaxt, onlara xərclik pul lazım olduğundan Emilə zəng edərək sonuncuya vacib işinin olduğunu demişdir. Həmin vaxt Orxanın Emilə zəng etməsinin səbəbinin pul istəməsi olduğunu bilmiş, Emil Orxanı tanıdığından görüşməyə razılıq vermiş və bundan sonra Orxan, onunla, Emilin hazırda yaşadığı məhəlləyə gedərək Emilə, oturduğu kafedən çıxmasını demişlər. Həmin vaxt Emilin “Mercedes” markalı avtomaşını kafenin yaxınlığında dayanmışdır. Onlar birlikdə Emilə məxsus avtomaşına əyləşmişlər, Emil avtomaşında sükan arxasında, Orxan, qabaq sağ oturacaqda, o isə arxa orta oturacaqda əyləşmişdir. Orxan, Emilə yalandan özünə məxsus “Samsung S9” markalı mobil telefon cihazının lombardda batacağını, ona görə də telefonu çıxarmaq məqsədi ilə onlara 100 manat pul lazım olmasını bildirmişdir. Buna baxmayaraq, nə Orxana nə də ona məxsus telefon olmamış və heç bir telefon lombarda qoymamışlar. Emilə dedikləri bu məlumatlar yalan olmuşdur. Onlar Emilə demişlər ki, 100 manat pul lazımdır ki, “Samsung” markalı mobil telefonu lombarddan çıxarsınlar və satdıqdan sonra pulu qaytarsınlar. Emil pulunun olmamasını bildirmişdir. O, Emilin üzərində pulunun olub-olmamasını bilməmişdir. Orxan Emilə xahiş edərək kömək etməsini istəmiş və pulu yoxdursa, qolunda olan qolbağını verməsini istəyərək, həmin qolbağını lombarda qoyaraq telefonu çıxarıb satdıqdan sonra qolbağını da lombarddan çıxarıb özünə qaytaracağını demişdir. Həmin qolbaq Emilin qolunda olduğundan, Orxan qolbağı görmüş və məhz buna görə Emildən qolbaq istəmişdir. Orxan Emillə çoxdan tanış olduğundan bir biriləri ilə dost münasibətləri ilə danışmışlar və Orxan Emili tanıdığı üçün bu xahişi ondan etmişdir. Orxan Emildən qolbağı verməsini xahiş etdikdə Emil demişdir ki, həmin qolbaq hədiyyədir, verə bilməz, lakin Orxan yenə də Emildən qolbağını verməyi xahiş etdikdə Emil razılaşmış, lakin, həmin qolbağın tez qayıtmalı olduğunu deyərək, həmin gün qayıdacaqsa verə biləcəyini əlavə etmişdir. Orxan da 5-10 dəqiqəlik iş olduğunu, qolbağı girov qoyub telefonu çıxarıb satmağı və sonra qolbağını da çıxarıb özünə qaytaracaqlarını demişdir. Emil Orxana qolbağısını açıb vermiş və oturduğu kafedə qonaqları olduğunu deyərək onları orada gözlədiyini bildirərək çalışdıqları qədər tez işlərini görüb qolbağı qaytarmaqları xahiş etmişdir. Onlar da razılaşaraq qolbağını götürmüşlər və maşından düşərək “Neftçilər” metrostansiyasının yaxınlığında lombarda getmişlər. O, həmin lombardın ünvanını tanımasa da, həmin istiqamətə getdikdə göstərə biləcəyini qeyd etmişdir. Orxan və o, lombarda daxil olaraq bir nəfər orta yaşlı, tanımadığı kişiyə həmin qolbağını təqdim edərək özlərinə aid olduğunu demişlər və 130 manata satmışlar. Həmin qolbağını satan zaman onlardan heç bir sənəd tələb olunmamışdır. Qolbaq gümüşdən olduğu üçün onlardan sənəd tələb edilmədiyini güman etdiyini, qızıl olacağı təqdirdə sənəd tələb olunacağını qeyd etmişdir. Onlar 130 manat pulu aldıqdan sonra həmin pulu özlərinə xərcləmişlər. Zərərçəkmiş şəxs1 onların qayıdacaqlarını düşündüyü üçün və onların həmin qolbağı satdıqlarını bilmədiyi üçün onlardan qolbağ barədə soruşmuş, lakin onlar vaxtı sabahısı günə qədər uzatmışlar. Emil onlardan telefonun çıxıb-çıxmamasını soruşmamış və onlar da bu haqda heçnə deməmişlər. Səhərisi gün Emil onlara zəng etmiş və qolbaq barədə soruşmağa başlayaraq, gözlədiyini demişdir. Onlar da Emilə, görüşüb danışacaqlarını deyərək başlarına iş gəldiyini, qolbağı lombarda girov qoyduqlarını, işin alınmadığını, qolbağı lombarddan çıxarmaq üçün 100 manat pul lazım olduğunu yalandan demişlər və 100 manatlarının da olmadığını bildirmişlər. Emil də qardaşı ilə danışmış və bu barədə demişdir. Bir neçə saat sonra onlar, yəni Orxan, o, Emil və qardaşı, tanımadığı, ilk dəfədir ki gördüyü Talıbla görüşmüşlər. Onlar həmin gün axşam saatlarında görüşdükdə 100 manat pulu Talıb Emilə qolbağını çıxarmaq üçün vermiş və onlar, həmin gün artıq axşam saatları olduğu üçün lombardın sahibi işdə olmadığını, Zabrat yolunda qaldığını özlərindən uydurmuşlar və qolbağı götürmək üçün həmin yerə getmək lazım olduğunu demişlər. Onlar yenə də Emilə məxsus “Mercedes” markalı avtomaşına oturmuş və Zabrat yoluna tərəf getmişlər, orada Ramanı yazılan yerin yaxınlığında avtomaşını Emilə saxlatdırmışlar və Orxanla avtomaşından düşərək xeyli məsafə piyada getmişlər ki, guya lombardın sahibi ilə görüşüb 100 manat pulu verib qolbağı götürəcəklər. Təxminən 5-7 dəqiqəlik piyada yol qət etdikdən sonra qayıtmışlar və avtomaşına oturub Emilə özlərindən uyduraraq, lombardın sahibi ilə görüşdüklərini və 100 manat pulu verdiklərini, lakin lombardın sahibi onlara “bura mənim evimdi, gecə vaxtıdı, burada mən əşya saxlamıram, qolbaq obyektdədir, obyekt də bağlıdır” dediyini bildirmişdir. Zərərçəkmiş şəxs1 işin səhərə qaldığını dedikdə, sonuncu razılaşaraq günorta radələrində gedib götürəcəklərini qeyd etmişdir. Artıq Emilə məxsus qolbaqdan əldə etdikləri 130 manat və əlavə olaraq guya qolbağı çıxarmaq üçün aldıqları 100 manat pul onlarda olmuşdur. Bundan sonra onlar yenə də vaxtı uzatmışlar. Zərərçəkmiş şəxs1 Türkiyyə Cümhuriyyətinə getdiyi üçün onlardan qolbağı və 100 manat pulu almağı Emil qardaşı Talıba tapşırmışdır. O, Bakıxanov qəsəbəsində yaşadığına baxmayaraq, “Neftçilər” metrosu tərəfdə çox tanışı olduğu üçün və Orxanla əvvəllər orada məşqə getdiyi üçün sonuncu ilə çox vaxt məhz həmin ərazidə olmuşdur. Bu hadisədən bir neçə müddət keçdikdən sonra onlar Orxanla “Neftçilər” metrosunun yaxınlığında olmuşlar. Onlar Emilin qardaşı Talıbla 2018-ci ilin dekabr ayında, yəni Emil ilə görüşlərindən 1 ay sonra əlaqə yaradaraq Emilin qolbağı məsələsinə görə görüşmək istədiklərini bildirmişlər. Lakin onların həmin vaxt niyyəti və fikri Emilin qolbaq və pulunu qaytarmaq yox, Talıbı da aldatmaq olmuşdur. Talıbla əlaqə saxladıqda sonuncu işdə olduğunu demiş və axşam saatlarında görüşə biləcəklərini bildirmişdir. Onlar razılaşmışlar və həmin gün saat 19-20 radələrində Talıb yaşadığı məhəlləyə gəlmiş və sonuncunun məhəlləsində yerləşən kafedə oturaraq çay içməyə başlamışlar. Həmin vaxt orada Zərərçəkmiş şəxs2, o və Orxan olmuşlar. Orxab Talıba özündən uyduraraq, Qarayevdə tanışları olduğunu, maşın ilə gələcəyini və qolbağı gətirəcəyini bildirmişlər. Talıba, onlarda kontur olmadığını, sonuncunun telefonu ilə həmin şəxsin harada olmasını soruşmaq üçün zəng etmək lazım olduğunu bildirmişlər. Talıb da onlara demişdir ki, nömrəsi bir tərəfli bağlıdır, onlar da megabaytının olub olmamasını soruşduqda Talıb telefonunda megabaytının olduğunu demişdir. O da telefonu götürərək guya kiminləsə danışdığı kimi özünü aparmış və kafedə şəbəkə tutmadığını deyərək çölə çıxıb danışacağını demişdir. O, məhz çölə çıxmaq üçün şəbəkə (set) tutmadığını bəhanə gətirmişdir. Bununla da Talıb ona telefonu verdikdən sonra o, çölə çıxmışdır. Orxan və Talıb kafedə oturmuşlar, Orxan onun Talıbın telefonunu ələ keçirəcəyini bilmiş, belə ki, o Orxana göz-qaş etməklə işarə etmişdir. Çölə çıxıb telefonla danışmaq görüntüsünü yalandan özündə əks etdirdikən sonra o, yenidən kafeyə qayıtmış və bir neçə dəqiqədən sonra yenidən zəng etmək üçün telefonu Zərərçəkmiş şəxs2 verməsini xahiş etmiş və Talıb ona etiraz etməyərək telefonunu ona vermiş və o, gələcək olan şəxsin qabağına çıxacağını deyərək “Neftçilər” metrostansiyasının yaxınlığında telefon dükanlarına tərəf getmişdir. Orxan Talıbla həmin vaxt kafedə oturmuşlar. O kafedən çıxdıqda Orxan və Talıbın yanında “Neftçilər” metrosunun yaxınlığında yerləşən dayanacağa guya gələcək şəxsin qabağına çıxacağını bildirmiş və Orxan onun nə etmək istədiyini və təxmini harada olacağını başa düşmüş, o, vaxtı uzatmaq üçün üstü örtülü Orxana hara gedəcəyini demiş, “Neftçilər” stansiyasının yanında tanımadığı telefon dükanlarının birinə daxil olmuş və Zərərçəkmiş şəxs2 məxsus telefonu öz telefonu kimi təqdim edərək öz şəxsiyyət vəsiqəsini vermiş və ona telefonun kreditdə olduğu üçün 100 manat pul verə biləcəyini satıcı demişdir. Həmin telefonun kreditdə olmağını o da düşünmüş və satıcı ona bunu dedikdə tam əmin olmuşdur. Məhz buna görə də satıcı, Talıbın mobil telefonunu ondan 100 manat pula almışdır. O da əvvəlcə satıcı ilə razılaşmasa da, sonra razılaşmış və 100 manat pula Talıbın telefonunu öz şəxsiyyət vəsiqəsi ilə sataraq mağazadan çıxmışdır. Mağazadan çıxdıqdan sonra o, biraz kənarda Orxan və Talıbla rastlaşmış və Talıb ona telefonu qaytarmağını demişdir. Talıb telefonunun onun tərəfindən satıldığını bilməmiş və onda olduğunu düşünmüşdür. O, Talıba məxsus mobil telefon nömrəsini mobil telefondan çıxarmış və sonradan zibilliyə tullamışdır. Talıb ondan telefonu istədikdə o, Talıba yalandan, guya oğlanla görüşdüyünü və maşında oturduğundan telefon maşında düşərək orada qaldığını, vacib işi çıxıb getdiyini, həmin şəxslə danışdığını və sonuncunun indi gələcəyini bildimişdir. Bununla da o, vaxtı biraz da uzatmış və Talıba demişdir ki, kafedə gözləsin, onlar Orxanla telefonunu götürüb gələcəklər. Talıb da razılaşaraq kafeyə getmiş, gözlədiyini demiş və evə qayıtmaq istədiyini bildirərək tez gəlmələrini tapşırmışdır. Səhərisi gün Talıb onlarla əlaqə saxlamaq istəsə də onlar Talıbla əlaqədən və görüşdən yayınmışlar. Sonradan Talıbla üz-üzə gəldikdə və sonuncu onlardan telefonu istədikdə onlar səbrli olmağını deyərək telefonu da qolbağı da, pulu da qaytaracaqlarına söz vermişlər, lakin qaytarmamışlar. Həmçinin Təqsirləndirilən şəxs1 verdiyi ifadəsində Şahid1 yaxşı tanıdığını, Orxanla Emil necə tanış idilərsə, o da Süleymanla elə münasibətdə olduğunu qeyd etmişdir. 2019-cu ilin may ayında o, Orxanla birlikdə “Neftçilər” stansiyasında olduğundan Süleymanı görmüş və Orxana, Süleymanı tanıdığını bildirərək sonuncunu çağırmasını istəmişdir. Orxan da Süleymanı çağırmış və o, metronun pilləkənin başında gözləmişdir. Orxan Süleymanı çağırmış və Süleyman yanında tanımadığı, ilk dəfədir ki, gördüyü, adının sonradan Məhəmməd olduğunu bildiyi şəxslə onun olduğu yerə gəlmişlər. Onlar “Neftçilər” stansiyasının çıxışında görüşmüşlər və hal-əhval tutmuşlar. Həmin vaxt orada o, Orxan, Süleyman və sonuncunun dostu Məhəmməd olmuşlar. O, Süleymana yalandan uyduraraq, tanış bir qız olduğunu, yanına getməli olduğunu, cibində pul olmasını istədiyini, özünü ona göstərmək niyyətində olduğunu bildirmişdir. O bu məqamı da Süleymana uyduraraq demişdir ki, pul ala bilsin, həqiqətdə isə belə bir qız olmamış və o, heç kimə pul göstərməyəcəkmiş. O, Süleymandan nə qədər pul götürməyi əvvəlcə düşünməmiş, nə qədər olsaydı o qədər də götürməli olmuşdur. O, Süleymandan üzərində pulun olub-olmamasını soruşduqda, Süleyman niyə yoxdur deyərək pul qabısını açıb 105 manat pulunun olduğunu söyləmiş və işini görüb tez qaytarmağı tapşırmışdır. O da razılaşmış və Süleyman ona 105 manat pulu uzatmışdır. O da pulu götürərək cibinə qoymuş və dayandıqları “Neftçilər” metostansiyasının yaxınlığından təxminən 10 dəqiqə piyada məsafədə getməyə başlamışdır. O da Süleymana birlikdə gedə biləcəklərini demiş və Orxan, Süleyman, Məhəmməd də onun arxası ilə gəlməyə başlamışlar. Həmin yerin ünvanını bilməsə də, həmin istiqamətdə gedəcəyi təqdirdə göstərə biləcəyini qeyd etmişdir. O, orada tanımadığı məhəllə ilə getdikdən sonra bir binanın giriş qapısına, guya qızın yanına gedir kimi daxil olmuşdur. Bu zaman Süleyman da onunla gələcəyini bildirmiş, o isə Süleymana qızla görüşəcəyini söyləyərək Orxanla Məhəmmədin yanında dayanmağını tapşırmışdır. Süleyman da Orxanla Məhəmmədin yanına getmişdir. O da bloka daxil olaraq vaxtı uzatmaq üçün binanın ən sonuncu mərtəbəsinə qalxmışdır. O həmin binada heçkimi tanımamış, lakin Süleymanı aldadıb inandırmaq üçün binaya qalxmış və orada qızla görüşəcəyini təsvir edib vaxtı uzatmağa başlamışdır. 105 manat pul həmin vaxt onun üzərində olmuşdur. O, binanın içərisində siqaret çəkməklə və gözləməklə vaxtını keçirmiş və yavaş-yavaş blokun qarşısına düşmüşdür. Süleyman onu görüb pul haqda soruşduqda o, Süleymana pulun üzərində olduğunu deyib pulu göstərərək 30-40 manat pula ehtiyyacının olduğunu deyib əl borcu kimi Süleymandan istəmişdir. Süleyman da verə biləcəyini demiş və o, Süleymana guya qaytaracağını söz vermişdir. Süleyman ona işə tələsdiyini, həmin gün gecə növbəsi olduğunu bildirmişdir. O da Süleymana “gedim pulu xırdalayım 30-40 manat götürüm və gəlim qaytarım" deyə bildirmişdir. Süleyman da onunla razılaşmış və o, oradan uzaqlaşaraq mağaza tərəfə getməyə başlamışdır. Əslində onun niyyəti Süleymandan 30-40 manat pulu borca götürmək deyil, oradan uzaqlaşmağa nail olmaqla pulun tam hissəsini ələ keçirmək olmuşdur. O da guya üzü mağaza tərəfə getdiyini, Süleyman və Məhəmmədə göstərməklə məhəllədən çıxmış və orada, onu görmədikləri, lakin onun gördüyü yerdə dayanaraq Süleymanla Məhəmmədin tələsdiklərini və gedəcəyini başa düşüb gözləmişdir. Bir müddət orada gözlədikdən və baxdıqdan sonra, Süleymanla Məhəmmədin orada dayanan Orxanla görüşüb çıxıb getdiklərini gördüyünü və sonuncuların getikdən sonra o Orxana səs ilə işarə edərək olduğu yeri bildirmişdir. Orxana yaxınlaşdıqda pulun onda olduğunu deyərək Süleyman və Məhəmmədin gedib getməmələri barədə soruşmuşdur. Orxan da, Süleyman və Məhəmmədin getdiklərini bildirmişdir. O, Orxandan aşağıda Süleymanın nə dediyini və nə söhbət etdiklərini soruşduqda Orxan ona, Süleymanla, sonuncunun onu haradan və neçə müddətdir ki, tanıdığını soruşduğunu bildirmişdir. Beləliklə də 105 manat pulu da Orxanla birlikdə xərcləmişlər. Şahid1 ilə Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında görüşdükdə nə onun nə də ki, Orxanın üzərində bıçaq, deşici kəsici və ya digər alət olmadığını qeyd etmişdir. O, Orxanın üzərində bıçaq olduğunu axırda bildiyini, belə ki, Süleyman və Məhəmməd getdikdən sonra Orxanla söhbət zamanı sonuncunun ona, şalvarını düzəldən zaman bıçağı Süleymanın gördüyünü və Orxandan nə olduğunu soruşduqda, sonuncu əvvəlcə heçnəyin olmadığını desə də, sonradan Süleymana bıçaq olduğunu etiraf edən zaman Süleyman həmin bıçağa baxmaq istədiyini dediyini və Orxan Süleymana bıçağı verdiyini, Süleyman da bıçağa baxdıqdan sonra qaytardığını bildirmişdir. Pulu tanışı Süleymandan o, aldığı üçün, Orxan üçün problem yaranmamasını istədiyi üçün bıçağın onda olduğunu, Orxana ötürdüyünü əvvəlki ifadəsində bildirmişdir. O, Orxanda bıçaq olduğunu gördüyü üçün sonuncudan həmin bıçağı götürmüş, öz üzərində saxlamış və saxlanılan zaman həmin bıçaq onun üzərində aşkar edilmişdir. O, Şahid1 pulu aldadaraq götürdüyü yer «Neftçilər» metrosunun çıxışı olduğunu və orada olan zaman nə o, nə də ki Süleyman, Orxanın üzərində bıçaq olduğunu bilmirmişlər. O, Orxanın üzərində bıçaq olduğunu artıq axırda sonuncunun dediyinə görə bilmiş, o pulu istəyən zaman Orxan heçnə deməmiş, ancaq qulaq asmışdır. Orxan, Zərərçəkmiş şəxs1 qolbağını istəyən zaman Orxanda bıçaq olmadığını, heç bir bıçaq nümayiş etdirmədiyini, Orxan Emil ilə tanış münasibətdə olduğu üçün Orxan Emildən kömək etməsini xahiş etdiyini, Emilin də sərbəst şəkildə qolbağı verərək “işivi gör qaytar” dediyini, o həmin hadisənin canlı şahidi olduğunu və həmin vaxt nə Orxanın nə də ki, onun üzərində bıçaq və ya digər alət olmadığını əminliklə söylədiyini əlavə etmişdir. Sonda Təqsirləndirilən şəxs1, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, 2018-ci ilin noyabr ayında, dəqiq tarixini tam xatırlamadığı gündə, Azərlə «Neftçilər» metrostansiyasının yaxınlığında biryerdə olmuşlar. O, Zərərçəkmiş şəxs1 əvvəllər sonuncunun yaşadığı yerdə kirayə yaşadığı üçün həmin məhəllədən tanımışdır. O, həmin vaxt, onlara xərclik pul lazım olduğundan Emilə zəng etmiş və sonuncuya, vacib işinin olduğunu demişdir. Emil onu tanıdığından görüşməyə razılıq vermiş və bundan sonra Azər, onunla Emilin hazırda yaşadığı məhəlləyə gedərək Emilə, oturduğu kafedən çıxmasını demişlər. Həmin vaxt Emilin “Mercedes” markalı avtomaşını kafenin yaxınlığında dayanmışdır. Onlar birlikdə Emilə məxsus avtomaşına əyləşmiş, Emil avtomaşında sükan arxasında, o qabaq sağ oturacaqda, Azər isə arxa orta oturacaqda əyləşmişlər. O, Emilə yalandan özünə məxsus “Samsung S9” markalı mobil telefon cihazının lombardda batacağını, buna görə də telefonu çıxarmaq məqsədi ilə onlara 100 manat pul lazım olduğunu bildirmişdir. Nə ona, nə də Azərə məxsus telefonları olmamış və heç bir telefonları lombarda qoymamışlar, Emilə dedikləri bu məlumatlar yalan olmuşdur. Onlar Emilə, 100 manat pul lazım olduğunu, “Samsung” markalı mobil telefonu lombarddan çıxardaq və satdıqdan sonra pulu qaytaracaqlarını demişlər. Emil pulunun olmamasını bildirmişdir. Onlar Emilin üzərində pulunun olub-olmamasını bilməmişlər. Onlar Emilə xahiş edərək kömək etməsini istəmişlər və pulu yoxdursa, qolunda olan qolbağını verməsini istəyərək, həmin qolbağı lombarda qoyaraq telefonu çıxarıb satdıqdan sonra qolbağı da lombarddan çıxarıb özünə qaytaracağını demişlər. Həmin qolbaq Emilin qolunda olduğundan, o qolbağı görmüş və məhz buna görə qolbağı istəmişdir. O, Emillə çoxdan tanış olduğundan bir-biriləri ilə dost münasibətləri ilə danışmışlar və buna görə o, Emildən təkidlə xahiş etmişdir. O, Emildən qolbağı verməsini xahiş etdikdə Emil ona demişdir ki, həmin qolbaq hədiyyədir, verə bilməz, lakin o yenə də qolbağı verməyi xahiş etdikdə Emil razılaşmış, lakin, həmin qolbağın tez qayıtmalı olduğunu, bugün qayıdacaqsa verə biləcəyini qeyd etmişdir. O, 5-10 dəqiqəlik iş olduğunu, qolbağı girov qoyub telefonu çıxarıb satacaqlarını və sonra qolbağı da çıxarıb özünə qaytaracaqlarını bildirmişdir. Onların lombarddan çıxarılacaq mobil telefonları olmamışdır. Emil ona qolbağı açıb vermiş və oturduğu kafedə qonaqları olduğunu deyərək onları orada gözlədiyini deyərək çalışdıqları qədər tez işlərini görüb qolbağı qaytarmaqlarını bildirmişdir. Onlar da razılaşaraq qolbağı götürmüşlər və maşından düşərək “Neftçilər” metrostansiyasının yaxınlığında lombarda getmişlər. O və Azər lombarda daxil olaraq bir nəfər orta yaşlı, tanımadığı kişiyə həmin qolbağını təqdim edərək özlərinə aid olduğunu demişlər və 130 manata satmışlar. Həmin qolbağını satan zaman onlardan heç bir sənəd tələb olunmamışdır. Qolbaq gümüşdən olduğu üçün onlardan sənəd istənilmədiyini güman edərək, yəgin ki, qızıl olacağı təqdirdə onlardan sənəd tələb olunacağını qeyd etmişdir. Onlar 130 manat pulu aldıqdan sonra həmin pulu özlərinə xərcləmişlər. Zərərçəkmiş şəxs1 onların qayıdacaqlarını düşündüyü üçün və onların həmin qolbağı satdıqlarını bilmədiyi üçün onlardan qolbağ barədə soruşmuş, lakin onlar vaxtı sabahısı günə qədər uzatmışlar. Emil onlardan telefonun çıxıb-çıxmamasını soruşmamış və onlar da bu haqda heçnə deməmişlər. Səhərisi gün Emil onlara zəng etmiş və qolbaq barədə soruşmağa başlamış, gözlədiyini demişdir. Onlar da görüşüb danışacaqlarını deyərək başlarına iş gəldiyini, qolbağı lombarda girov qoyduqlarını, iş alınmadığını, qolbağı lombarddan çıxarmaq üçün 100 manat pul lazım olduğunu yalandan demişlər və 100 manatlarının da olmadığını bildirmişlər. Emil də qardaşı ilə danışmış və bu barədə demiş, bir neçə saat sonra onlar, yəni o, Azər, Emil və qardaşı Talıbla görüşmüşlər. Həmin gün axşam saatlarında görüşdükdə 100 manat pulu Talıb Emilə qolbağını çıxarmaq üçün vermiş və onlar, həmin gün artıq axşam saatları olduğu üçün lombardın sahibi işdə olmadığını, Zabrat yolunda qaldığını özlərindən uyduraraq qolbağını götürmək üçün həmin yerə getmək lazım olduğunu demişlər. Onlar yenə də Emilə məxsus “Mercedes” markalı avtomaşına oturmuşlar və Zabrat yoluna tərəf getmişlər, orada Ramanı yazılan yerin yaxınlığında avtomaşını Emilə saxlatdırmışlar və Azərlə avtomaşından düşərək xeyli məsafə piyada getmişlər ki, guya lombardın sahibi ilə görüşüb 100 manat pulu verib qolbağı götürəcəklər. Təxminən 5-7 dəqiqəlik piyada yol qət etdikdən sonra qayıtmışlar və avtomaşına oturaraq Emilə özlərindən uyduraraq guya lombardın sahibi ilə görüşdüklərini və 100 manat pulu verdiklərini, lakin lombarın sahibinin onlara “bura mənim evimdi, gecə vaxtıdı, burada mən əşya saxlamıram, qolbaq obyektdədir, obyekt də bağlıdır” deyə demişdir. Zərərçəkmiş şəxs1 işin səhərə qaldığını söyləmişlər, Emil razılaşaraq günorta radələrində gedib götürəcəklərini qeyd etmişdir. Artıq Emilə məxsus qolbaqdan əldə etdikləri 130 manat və əlavə olaraq guya qolbağı çıxarmaq üçün aldıqları 100 manat pul onlarda olmuşdur. Bundan sonra onlar yenə də vaxtı uzatmışlar. Zərərçəkmiş şəxs1 Türkiyyə Cümhuriyyətinə getdiyi üçün onlardan qolbağı və 100 manat pulu almağı Emil qardaşı Talıba tapşırmışdır. Bu hadisədən bir neçə müddət keçdikdən sonra o, Azərlə “Neftçilər” metrosunun yaxınlığında olmuşlar. Onlar Emilin qardaşı Talıbla 2018-ci ilin dekabr ayında, yəni Emil ilə görüşlərindən 1 ay sonra əlaqə yaradaraq Emilin qolbağı məsələsinə görə görüşmək istədiklərini bildirmişlər. Lakin onların həmin vaxt niyyəti və fikri Emilin qolbaq və pulunu qaytarmaq yox, Talıbı da aldatmaq olmuşdur. Talıbla əlaqə saxladıqda sonuncu işdə olduğunu demiş və axşam saatlarında görüşə biləcəyini bildirmişdir. Onlar da razılaşaraq həmin gün saat 19-20 radələrində yaşadığı məhəlləyə gəlmiş və onlar Talıbın məhəlləsində yerləşən kafedə oturaraq çay içməyə başlamışlar. Həmin vaxt orada Zərərçəkmiş şəxs2, o və Azər olmuşlar. O, Talıba özündən uyduraraq tanışlarının Qarayevdə maşın ilə olduğunu, gələcəyini və qolbağı gətirəcəyini demişlər. Onlar Talıba konturlarının olmadığını, onun telefonu ilə tanışlarının harada olmasını dəqiqləşdirmək üçün zəng etmək lazım olduğunu bildirmişlər. Talıb da onlara demişdir ki, nömrəsi bir tərəfli bağlıdır, onlar da megabaytının olub olmamasını soruşduqda olduğunu demişdir. Azər də telefonu götürərək guya kiminləsə danışdığı kimi özünü aparmış və kafedə şəbəkə tutmadığını deyərək çölə çıxıb danışacağını demişdir. Azər məhz çölə çıxmaq üçün şəbəkə (set) tutmadığını bəhanə gətirmişdir. Bununla da Talıb Azərə telefonu verdikdən sonra, sonuncu çölə çıxmışdır. O və Talıb kafedə oturmuşlar, o Azərin, Talıba məxsus telefonunu ələ keçirəcəyini bilmiş, belə ki, Azər ona göz-qaş etməklə işarə etmişdir. Azər çölə çıxıb telefonla danışmaq görüntüsünü yalandan özündə əks etdirdikən sonra yenidən kafeyə qayıtmış, bir neçə dəqiqədən sonra yenidən zəng etmək üçün telefonu Zərərçəkmiş şəxs2 verməsini xahiş etmiş və Talıb ona etiraz etməyərək telefonunu vermiş və Azər, gələcək olan şəxsin qabağına çıxacağını deyərək “Neftçilər” metrostansiyasının yaxınlığında telefon dükanlarına tərəf getmişdir. O Talıbla həmin vaxt kafedə oturmuşdur. Azər kafedən çıxdıqda o və Talıbın yanında “Neftçilər” metrosunun yaxınlığında yerləşən dayanacağa guya gələcək olan şəxsin qabağına çıxacağını bildirmiş və o, Azərin nə etmək istədiyini və təxmini harada olacağını başa düşmüşdür. Bir qədər Talıbla kafedə oturub söhbət edib vaxtı uzatdıqdan sonra Talıb telefonunu geri istəyərək Azərin harada olmasını soruşmuşdur. O da Talıba Azərin çöldə olduğunu bildirməsinə baxmayaraq çıxmaqlarını deyərək oturduqları stoldan durub çölə çıxmışdır. O da arxası ilə çölə çıxdıqda Talıb Azərin orada olmadığını deyərək sonuncunun olduğu yer barədə və telefonu barədə soruşmağa başlamışdır. O da Talıba Azəri birlikdə axtarmaqlarını təklif etmiş və onlar piyada üzü Neftçilər metrostansiyasının yanına getməyə başlamışlar. Neftçilər metrostansiyasına çatdıqda Azərlə rastlaşmışlar və Talıb Azərə telefonu qaytarmağını demişdir. Talıb telefonunun Azər tərəfindən satıldığını bilmirmiş və Azərdə olduğunu düşünürmüş. Talıb Azərdən telefonu istədikdə Azər yalandan, oğlanla görüşdüyünü telefonun maşında oturduğundan maşında düşüb qaldığını, həmin oğlanın da, vacib işi çıxdığını, getdiyini, lakin qayıdacağını bildirmişdir. Onlar vaxtı biraz da uzatmışlar və Azər Talıba kafedə gözləməyini tapşıraraq telefonunu götürüb gələcəklərini demişdir. Talıb da razılaşaraq kafeyə getmiş və gözlədiyini, evə qayıtmaq istədiyini bildirərək tez gəlməklərini tapşırmışdır. Səhərsi gün Talıb onlarla əlaqə saxlamaq istəsə də onlar əlaqədən və görüşdən yayınırmışlarıq. Sonradan Talıbla üz üzə gəldikdə və Talıb onlardan telefonu istədikdə onlar səbrli olmağını deyərək telefonu da qolbağı da, pulu da qaytaracaqlarına söz vermişlər, lakin qaytarmmışlar. Bundan başqa O.S.Cəfərov ifadəsində, Süleymanı tanımadığını, Süleymanı Azərin tanıdığını qeyd etmişdir. 2019-cu ilin may ayında o, Azərlə birlikdə “Neftçilər” stansiyasında olduqlarından Azər Süleymanı görmüş və ona Süleymanı tanıdığını bildirərək Süleymanı çağırmasını istəmişdir. O da Süleymanı çağırmış və Azər metronun pilləkənin başında gözləmişdir. O Süleymanı çağırdıqda Süleyman yanında tanımadığı, adının sonradan Məhəmməd olduğunu bildiyi şəxslə Azərin olduğu yerə gəlmişlər. Onlar “Neftçilər” stansiyasının çıxışında görüşmüşlər və Azərlə hal-əhval tutmağa başlamışlar. Həmin vaxt orada o, Azər, Süleyman və sonuncunun dostu Məhəmməd olmuşlar. Azər Süleymana yalandan uyduraraq, tanış bir qızın olduğunu, yanına getməli olduğunu, cibində pul olmasını istədiyini, özünü qıza göstərmək niyyətində olduğunu demişdir. Azər bu məqamı da Süleymana uyduraraq sonuncudan pul almaq məqsədi ilə demişdir. Həqiqətdə isə belə bir qız olmamışdır. Azər Süleymandan üstündə pul olduğunu soruşmuş, Süleyman da “niyə yoxdur” deyərək pul qabısını açıb 105 manat pulunun olduğunu söyləmiş və “verirəm tez bazar işivi gör qaytar” deyə əlavə etmişdir. Azər də razılaşmış və Süleyman Azərə 105 manat pulu uzatmışdır. Azər də pulu götürərək cibinə qoymuş və dayandıqları Neftçilər metrostansiyasının yaxınlığından təxminən 10 dəqiqə piyada məsafədə getməyə başlamışdır. Azər də Süleymana birlikdə gedə biləcəklərini demiş və o, Süleyman, Məhəmməd də Azərin arxası ilə gəlməyə başlamışlar. Həmin yerin ünvanını bilməsə də, həmin istiqamətdə gedəcəyi təqdirdə göstərə biləcəyini qeyd etmişdir. Azər orada məhəllə ilə getdikdən sonra bir binanın giriş qapısına qızın yanına gedəcəyini göstərmək üçün daxil olmuşdur. Bu zaman Süleyman da Azərlə gələcəyini bildirmiş, sonuncu isə Süleymana qızla görüşəcəyini söyləyərək onunla Məhəmmədin yanında dayanmağını tapşırmışdır. Azər Süleymana, “hara qaçacam ki? binanın bir girişi və çıxışı var, inanmırsan mənə?” demiş, Süleyman da Azərə inandığını deyərək və onunla Məhəmmədin yanına gəlmişdir. Azər də bloka daxil olmuş və vaxtı uzatmaq üçün orada gözləmişdir. O, başa düşmüşdür ki, Azər həmin məhəlləni tanımır və məhz Süleymanı aldatmaq və pulu ələ keçirmək istədiyi üçün bu yola əl atmışdır. O 2019-cu ilin mart ayında «Kolxoz bazarı» adlanan yerdə tanımadığı şəxsdən «kalaşnikov» avtomat odlu silahın komplekt hissəsi olan süngü bıçağını almışdır və hərdən bir üzərində, şalvarı ilə bədəninin arxa hissəsində gəzdirmişdir. Həmin vaxt da bıçaq şalvarının arxa hissəsində, şalvarla bədəninin arasında olmuşdur. Həmin bıçaq da hərdən bir ona mane olduğundan tez-tez şalvarını yuxarı və ya aşağı çəkməklə rahatlığını təmin etmişdir. Növbəti dəfə şalvarını düzəltdikdə Süleyman ona “O belindəki nədir?” deyə sual vermişdir. O əvvəlcə nə olduğunu demək istəməmiş, lakin sonda bıçaq olduğunu bildirmişdir. Süleyman ondan, belinə qoyduğu bıçağı baxmaq üçün istəmişdir, o da arxadan şalvarı ilə bədənimin arasına yerləşdirdiyi bıçağı Süleymana vermişdir. Süleyman bıçağı əlinə götürüb diqqətlə baxmışdır. Daha sonra isə özünə qaytarmışdır. Onların blokun qarşısında Azəri gözləməkləri 10-15 dəqiqə davam etmişdir və Azər blokdan çıxdıqda Süleyman Azəri görüb pul haqda soruşduqda Azər Süleymana pulun üzərində olduğunu deyib pulu göstərərək 30-40 manat pula ehtiyyacı olduğunu deyib borc kimi ondan istəmişdir. Süleyman da verə biləcəyini demişdir və Azər Süleymana guya qaytaracağını söz vermişdir. Süleyman Azərə işə tələsdiyini, həmin gün gecə növbəsi olduğunu demişdir. Azər də Süleymana, pulu xırdalayıb 30-40 manat götürüb gələcəyini demişdir. Süleyman da razılaşmış və Azər oradan uzaqlaşaraq guya mağaza tərəfə getməyə başlamışdır. O yenə də Süleyman və Məhəmmədlə birlikdə orada gözləmişlər, lakin Süleyman və Məhəmməd Azərin gec gələcəyini deyərək işə tələsdiklərini deyib onun yanından uzaqlaşmışlar. Süleyman və Məhəmməd getdikdən sonra Azər ona səs ilə işarə edərək olduğu yeri bildirmişdir. Azərlə orada görüşdükdə sonuncu, pulun onda olduğunu deyərək, Süleymangilinin gedib getməmələri barədə soruşmuş, o da tələsdikləri üçün getdiklərini bildirmişdir. Azər ondan aşağıda Süleymanın ona nə dediyini və nə söhbət etdiklərini soruşduqda o Azərə, Süleymanın onu haradan və neçə müddətdir ki tanıdığını soruşduğunu bildirmişdir. Beləliklə də 105 manat pulu da Azərlə birlikdə xərcləmişlər. Azərin üzərində heç bir alət və predmetin olmadığını, o 2019-cu ilin mart ayında «Kolxoz bazarı» adlanan yerdə tanımadığı şəxsdən «kalaşnikov» avtomat odlu silahın komplekt hissəsi olan süngü bıçağını aldığını və hərdən bir üzərində, daha dəqiq desəm şalvarı ilə bədəninin arxa hissəsində gəzdirmişdir. Həmin vaxt da bıçaq şalvarının arxa hissəsində, şalvarla bədəninin arasında olmuşdur. Lakin həmin bıçağın onun üzərində olduğunu Azər bilməmişdir. Süleyman və Məhəmməd getdikdən sonra Azərlə söhbət zamanı o Azərə, şalvarını düzəldən zaman bıçağı Süleymanın gördüyünü və Süleyman nə olduğunu soruşduqda o əvvəlcə heçnəyin olmadığını desə də sonradan Süleymana bıçaq olduğunu etiraf edən zaman Süleyman həmin bıçağa baxmaq istədiyini dediyini və o Süleymana bıçağı verdiyini, Süleyman da bıçağa baxdıqdan sonra özünə qaytardığını qeyd etmişdir. X6 aldığı üçün, Azər onun üçün problem yaranmamasını istədiyindən üçün bıçağın onda olduğunu, ona ötürdüyünü bildirmişdir. Azər, onda bıçaq olduğunu gördüyü üçün həmin bıçağı götürmüş və öz üzərində saxlamış və saxlanılan zaman həmin bıçaq onun üzərində olmuşdur. Zərərçəkmiş şəxs1 qolbağını istədən zaman, nə onun, nə də ki Azərin üzərində bıçaq olmamışdır. Nə o, nə də ki Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 hər hansı bir üsulla hədə qorxu gəlməmişlər. Sonda Təqsirləndirilən şəxs2, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləri, özlərinin etirafedici ifadələri ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxxx 2020-ci ildə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsindən bildirmişdir ki, o, Təqsirləndirilən şəxs2 2011-ci ildən əvvəllər qonşuluqda yaşayan şəxs kimi tanımışdır. Orxan əvvəllər onun yaşadığı məhəlləyə yaxın məhəllədə yaşamışdır. Orxanla salam-sağol münasibətində olmuş, Orxanın mobil nömrəsini bilsə də, sonuncuya heç vaxt zəng çatmamış, lakin Orxan onun nömrəsini bilmişdir. Onun Orxanla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2017-ci ildə o, işləmək məqsədi ilə Türkiyə Respublikasına gedib-gəlmişdir. 2 aydan bir 2-3 ay müddətinə icazəsi olduğu üçün Türkiyə Respublikasına gedərək orada sənəti üzrə, yəni avtomaşınların əziyinin boyasız çıxarılması işində işləyib qayıtmışdır. xx xxxxxx 2018-ci ildə o, Türkiyə Respublikasından Azərbaycan Respublikasına qayıtmışdır. xx xxxxxx 2018-ci il tarixdə, saat təxminən 17 radələrində ona zəng gəlmişdir. O, nömrəni tanımamış, telefon zənginə cavab verdikdə isə Orxan olduğunu öyrənmiş və Orxan onunla görüşmək istədiyini deyərək, “seryozni söhbətim var” söyləmişdir. O da həmin vaxt, yaşadığı binanın altında yerləşən “Prestij” çay evində oturmuşdur. O, Orxana R.Rüstəmov küçəsində yaşadığı binanın altında olan çay evində olmağını demiş və gəlməsini bildirmişdir. Zəngdən təxminən 10-15 dəqiqə sonra, yenə də tanımadığı başqa nömrədən ona zəng gəlmiş, götürdükdə Orxan olduğunu bilmiş və sonuncu ona çayxananın qapısının qabağında olduğunu demişdir. O da həmin vaxt çayxanada olduğu üçün Orxana çayxanaya gəlməsini və orada oturub çay içərək söhbət edə biləcəklərini desə də, Orxan ona tələsdiyini, getməli olduğunu deyərək çölə çıxmağını istəmişdir. O, etiraz etməyərək oradan durub çayxananın çöl qapısına çıxmışdır. Orada Orxanı və yanında bir nəfər tanımadığı, lakin 1 dəfə Orxanın yanında gördüyü, adının sonradan Azər olduğunu bildiyi şəxsi görmüşdür. O, özünə məxsus avtomaşını çayxanaya yaxın yerdə, yolun kənarında saxlamışdır. Orxan da çöldə olduqları zaman ona məxsus, Qara Qarayev prospekti 74 ünvanının arxasında “Mercedes E320” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomaşında oturmaqlarını təklif etmiş və qapılarını açmağını, 2 dəqiqə söhbət etməyi xahiş etmişdir. Orxan onu hərdən bir həmin avtomaşında gördüyü üçün həmin avtomaşının ona məxsus olduğunu bilmişdir. O da Orxanla razılaşmış və onlar birlikdə, yəni Azər adlı şəxs Orxan və o, yuxarıda qeyd olunan avtomaşına əyləşmişlər. Orxan ön sərnişin oturacağında, o sükanda, Azər də arxa orta oturacaqda oturmuşdur. Onlar əyləşən zaman Orxan pis vəziyyətdə olduğunu, lombardda “Samsung S9+” markalı mobil telefonunu qoyduğunu, çıxartmaq lazım olduğunu, saat 21:00-dək vaxt qaldığını və buna görə də təcili pul lazım olduğunu bildirmişdir. O da Orxana verəcək pulunun olmadığını demiş, lakin Orxan ona qolundaki, gümüşdən hazırlanmış 162 qram çəkisi olan, dəyəri 810 manat olan qolbağını verə biləcəyi barədə soruşmuşdur. Həmin qolbaq ona maddi cəhətdən o qədər də, dəyərli olmasa da, mənəvi cəhətdən çox dəyərli olmuşdur. Orxan həmin qolbağı aparıb lombarda qoymaqla mobil telefonunu çıxarıb satdıqdan sonra qolbağı da lobarddan çıxarıb geri qaytaracağına söz vermişdir. O da Orxana inanaraq qolbağı sağ qolundan çıxarıb Orxana vermişdir. Həm də o, Orxanın üzərində mütamadi olaraq bıçaq gəzdirdiyini, çox nadir hallarda üzərində bıçaq olmadığını eşitdiyindən, 8-ci kilometr qəsəbəsində Orxanın bıçaq gəzdirdiyini hamı bildiyindən, bundan başqa avtomaşında, Orxanla gələn tanımadığı şəxs, arxada oturduğundan o, qorxub çəkinərək qolbağını vermişdir. O, həmin vaxt arxada oturan Azərin nə isə edə biləcəyini güman edib şok vəziyyətində olmuşdur. O, qolbağını verdikdən sonra Orxan ona 1 saatdan sonra gələcəyini və qolbağı qaytaracağnı bildirmişdir. Bir saat keçdikdən sonra o, dəfələrlə Orxanın ona zəng etdiyi, xatırlamadığı nömrəsini yığmış, Orxanla əlaqə saxlaya bilmişdir. Orxan ona bir neçə dəfə, 10 dəqiqə sonra, yarım saat sonra, bir saat sonra çatacaqlarını, yalandan vəd edərək gəlməmişdir. O, həmin vaxt qolbağa görə çox əsəb və stress keçirmişdir. Səhərisi gün, yəni xx xxxxxx 2018-ci il tarixdə, o yenə də Orxanla əlaqə saxlamış və qolbağını nə vaxt qaytaracağını, dünənki gün 1 saatlıq götürdüyünü, lakin hal-hazıra kimi qaytarmadığını dedikdə Orxan ona qolbağının onda olduğunu bildirmişdir. Onlar yenə də “Prestij” çay evində görüşdükdə Orxan yenə də Azərlə birlikdə olmuşdur. Orxan ona məxsus qolbağı lombardda girovluqdan çıxarmaq üçün 100 manat pul lazım olduğunu demiş, o da 100 manat pulu Orxana vermişdir. Orxan and içərək qaytaracağını söz vermişdir. Həmin vaxt Orxan ona qolbağı götürmək üçün lombardın sahibi ilə görüşmək üçün getməyin lazım olduğunu demiş və onlar, ona məxsus avtomaşına oturaraq Zabrat qəsəbəsində tanımadığı bir yerə getdikdə Orxan və Azər avtomaşından düşüb harasa gedib qayıtmışlar və ona qolbağın qaytarılmasının sabaha qaldığını və narahat olmamağını bildirmişdir. O, heç vaxt lombarda qızıl və ya gümüş əşyalarını qoymadığı üçün həmin prossesin necə baş verdiyi haqda məlumatı olmamışdır. O, elə başa düşmüşdür ki, ona məxus qolbağı 100 manat müqabilində girova qoymuşlar və Orxana məxsus mobil telefon da hansısa lombardda 100 manat müqabilində olmuşdur. O, Orxandan özünə məxsus mobil telefonu çıxarıb çıxarmadığını soruşmamışdır, belə ki özünə məxsus qolbaq daha vacib olduğundan digər şeylər haqda fikirləşməmişdir. Həmin qolbaq ona yaxın dostu hədiyyə etdiyindən çox mənəvi dəyəri olmuşdur. Sonradan Orxanın mobil telefonuna zəng çatmamış və o, Orxanla əlaqə saxlaya bilməmişdir. xx xxxxxx 2018-ci il tarixdə Orxan ona zəng edərək Türkiyə Respublikasına getdiyini bildiyini və narahat olmamağını, 100 manat pulu və qolbağı qardaşına çatdıracağını söyləmişdir. O, Orxana gedəcəyi barədə dediyi üçün Orxan bunu bilmişdir. xx xxxxxx 2018-ci il tarixdə o, yenidən Türkiyə Respublikasına getdiyi üçün polis orqanına şikayət edə bilməmişdir. Türkiyə Respublikasında olan zaman qardaşı Talıb ona sosial şəbəkədə özünə məxsus ***-***-**-** saylı telefona zəng etməməyini, daha sonra özü yığıb səbəbini deyəcəyini yazmışdır. Biraz keçdikdən sonra o, Talıbın mesajına baxmayaraq zəng etmiş və mobil telefona zəng çatmamışdır. Biraz sonra Talıb özü ona zəng etmiş və mobil telefonunu yığmamağını demişdir. 2019-cu ilin yanvar aylarında Bakı şəhərinə gəldikdə o, Orxanla Azərin, Talıbın mobil telefonunu, sonuncunu aldadaraq ələ keçirdiyini öyrənmişdir. O, aidiyyəti orqana şikayətini 1 ildən sonra etmişdir, buna səbəb odur ki, o, həmin vaxt 3 aydan bir 10-15 günlük Bakı şəhərinə gəlib-getməyi olmuşdur. Bundan əlavə o, Bakı şəhərinə hər dəfə gəldikdə və Orxanla əlaqə yaratdıqda Orxan ona qolbağı qaytaracağını söz vermiş, lakin qaytarmamışdır. Buna görə də o, çox əsəbləşib stress keçirmiş və DİNnin 102 xidmətinə verdiyi məlumat zamanı hadisə zamanı orada bıçaq olduğunu, ondan alınmış qolbaq və 100 manat üzrə işə daha ciddi baxılaraq ona məxsus əmlakların qaytarılması üçün demişdir. xx xxxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. xx xxxxxxx 2020-ci ildə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Talıb oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. xx xxxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, 2015-2016-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 12 saylı peşə liseyində təhsil almışdır. Təhsil aldığı müddət ərzində Təqsirləndirilən şəxs1 adlı şəxsi həmin peşə liseyindən tanımışdır, liseydən sonra Azəri az görmüşdür. O, 2016-cı ildə təhsilini bitirdikdə “Azərsun Holding” şirkətində nəzarətçi vəzifəsində işləmişdir. Sonra 2019-cu ildən etibarən, “Azərsun Holding” şirkətinin “Al market” mağazalar şəbəkəsində işləyir. “Al market”də işlədiyi müddət ərzində Şahid2 tanımışdır. xx.xx.2019-cu il tarixdə, saat 23:30 radələrində ad günü məclisindən dostu Məhəmmədlə birlikdə çıxıb gecə növbəsinə işə getmək məqsədi ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metropolitenin “Neftçilər” stansiyasına düşmüşlər. Metronun keçidində post terminala pul ödəmək istəyərkən əvvəllər tanımadığı bir şəxs onun adını deyərək arxadan onu çağırmışdır. O da həmin şəxsə doğru baxaraq onu çağırıb-çağırmamağını bildirən zaman sonuncu, onu Azərin çağırdığını demiş və o, kənara baxdıqda orada 12 saylı peşə liseyində birlikdə təhsil aldığı Azəri görmüşdür. O, Məhəmməd, Azər və Orxanla görüşmüşlər və birlikdə “Neftçilər” metrostansiyasının içərisindən orada yerləşən “Rozmari” gül salolunun çıxışına doğru getmişlər. Orada Azər üstündə nə qədər pul olduğunu soruşmuş və demişdir ki, “bir qız var ona pulu göstərib qaytarmalıyam”. Azər ondan konkret məbləğdə pul istəməmişdir, Azər ondan sadəcə pul istəmişdir, o da Azərə üzərində olan bütün pulunu, yəni 105 manat pulu tam vermişdir. Həmin vaxt onlar “Neftçilər” metrosunun çıxışında olmuşlar və pulu da o, Azərə məhz həmin yerdə vermişdir. Pulu verərkən yanında dostu Məhəmməd və Azərin dostu Orxan olmuşdur. Azər ondan pul alarkən bir daha qeyd etmişdir ki, aldığı pulu bir nəfər qıza göstərməlidir ki, həmin qızı Azərdə pul olduğuna inandırsın və niyyəti başa çatdıqdan sonra verdiyi pulu ona geri qaytaracaqdır. Azər pulu ondan alandan sonra onu inandırmaq üçün arxası ilə gəlməsini istəmişdir. O, dostu Məhəmməd, Azərin tanışı Orxanla birlikdə Azərin onları apardığı məhəlləyə doğru sonuncunun arxası ilə getməyə başlamışlar və metronun çıxışından təxminən 5-10 dəqiqə piyada yol getdikdən sonra ünvanı ona hazırda bəlli olmayan binanın qarşısına gəlib çıxmışlar. Azər həmin binanın blokuna daxil olmuş və o da Azərin arxası ilə getmək istəmişdir, həmin vaxt Orxan və Məhəmməd blokun çölündə dayanmışlar. Azər bloka daxil olarkən, onun arxası ilə gəldiyini görüb “Sən gəlmə. Camaatın evində sənin nə işin var?” demiş, ondan çöldə durmağını xahiş etmiş və 5 dəqiqə ərzində geri qayıdacağını bildirmişdir. Azər ona, qızın hansı mərtəbədə yaşadığı haqqında heçnə deməmişdir. Azərin dediyindən və hərəkətlərindən qızın Azərin daxil olduğu blokda olan mənzillərin birində yaşadığını güman etmişdir. Azər bloka girdikdən sonra o, Məhəmməd və Orxanın yanına getmişdir. O, binanın blokunun qarşısında dostu Məhəmməd və Azərin tanışı Orxanla birlikdə Azərin gəlməsini gözləməyə başlamışlar və orada gözləkləri müddət, yəni 10 dəqiqə ərzində, Orxanla söhbət etmişdir. Orxan ondan Azəri nə qədər müddət, haradan tanıdığını soruşmuşdur. O da Orxana Azəri 12 saylı Peşə Liseyindən 3 ildir ki, tanıdığını demişdir. Orxan onun və Məhəmmədin yanında dayanan və söhbət edən müddət ərzində əlini tez-tez kəmərinə ataraq şalvarını düzəltmiş, sanki şalvar elə bil əyninə böyük olmuşdur. Orxan növbəti dəfə şalvarını yenə də yuxarıya doğru çəkib düzəldərkən, o, Orxanın bədəninin açıq qalmış hissəsindən arxadan belinə keçirilmiş bıçağı görmüş və bıçaq olduğunu dəqiqləşdirmək üçün “O belindəki nədir?” deyə sual vermişdir. Orxan əvvəlcə nə olduğunu demək istəməmiş, lakin sonda bıçaq olduğunu təsdiq etmişdir. O da Orxandan belinə qoymuş bıçağı baxmaq üçün istəmiş, Orxan da arxadan şalvarı ilə bədəni arasına yerləşdirdiyi bıçağı ona vermişdir. O bıçağı əlinə götürüb diqqətlə baxmışdır. Həmin bıçaq sonradan ibtidai istintaq zamanı ona tanıma üçün bir neçə bıçaq arasında təqdim edilmiş və o, bıçağı tanımışdır. Bıçağa baxdıqdan sonra bıçağı Orxana qaytarmış və sonuncu yenidən bıçağı bədəni ilə şalvarının altına gizlətmişdir. Bu hadisə təxminən 10 dəqiqə ərzində həmin binanın blokunun qarşısında baş vermişdir və bunu Azər görməmişdir. Sonra Azər blokun içərisindən çıxaraq onlara doğru gəlmiş və o, Azərə verdiyi 105 manat pulu qaytarmağı dedikdə Azər ona, verdiyi pulun bir qismini götürmək istədiyini və yaxınlıqda yerləşən mağazada xırdalayaraq gələcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 onun verdiyi 105 manat puldan 40-50 manat götürmək istədiyini deməsinə baxmayaraq ki, bunu ona əvvəlcədən söyləməmişdir. Bundan sonra Azər onlardan uzaqlaşaraq pulu xırdalayıb gələcəyini söz versə də, 15 dəqiqə gözləməklərinə baxmayaraq gəlməmişdir və bir müddət sonra Orxan da oradan çıxıb getmişdir. O, Azər və Orxanın hara getməsini görməmişdir. O və Məhəmməd həmin gün gecə növbəsinə işə tələsdiklərindən çıxıb getmək məcburiyyətində qalmışlar və o, DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında Şahid1la oxşar məzmunlu ifadə verdi. İş materiallarında olan Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı, polis leytenantı X5 tərəfindən xx xxx 2019-cu il tarixdə tərtib edilmiş baxış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Nizami RPİ-nin 25-ci PŞ-nə şalvarının sağ arxa cibindən 01 ədəd, təxminən 30 sm uzunluğunda bıçaq çıxarıb təqdim etmiş və həmin bıçaq götürülmüşdür. İş materiallarında olan Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X1 tərəfindən xx xxxx 2019-cu il tarixdə tərtib edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus qolbağı ünvan 5 saylı ünvanda sonuncunun idarə etdiyi “Mercedes E320” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomaşında ələ keçirildiyi müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X1 tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ələ keçirilmiş, dəyəri 700 manat təşkil edən “Samsung A8” markalı mobil telefonunun üzərində İMEİ kodu göstərilmiş qutusu fotoşəkili çıxarılaraq toplanmış ilkin araşdırma materialına əlavə edilmişdir. İş materiallarında olan xx xxx 2019-cu il tarixli “əşyanın tanınmaya təqdim edilməsi barədə” protokoldan görünür ki, Şahid1 tanınmaya təqdim edilmiş 04 ədəd bıçaq arasından birinci sıra nömrəsi ilə nömrələnmiş bıçağı göstərməklə tanıyaraq həmin bıçağın Təqsirləndirilən şəxs1 xx xxxx 2019-cu il tarixdə saat 23 radələrində üzərində olduğunu və ona göstərildiyini təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 21853 saylı məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış «Kalaşnikov» konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan süngü bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsi yerində yoxlanılarkən xx xxx 2019-cu il tarixdə Şahid1 105 manat nağd pulu aldığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 70 saylı ünvanının qarşısında, xx xxxxxx 2018-ci il tarixdə isə Zərərçəkmiş şəxs1 məxsus qolbağı ünvan 9 ünvanının qarşısında aldığını əyani şəkildə göstərmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsi yerində yoxlanılarkən xx xxx 2019-cu il tarixdə Şahid1 105 manat nağd pulu aldığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 70 saylı ünvanının qarşısında, xx xxxxxx 2018-ci il tarixdə isə Zərərçəkmiş şəxs1 məxsus qolbağını ünvan 9 ünvanının qarşısında aldığını əyani şəkildə göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 339 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müfəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs1 emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs1 aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 qeyd olunan cinayəti törətdiyi vaxt anlaqlı olmuş və hal-hazırda anlaqlıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi tibbi müalicəyə ehtiyyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 340 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 qeyd olunan cinayəti törətdiyi vaxt anlaqlı olmuş və hal-hazırda anlaqlıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi tibbi müalicəyə ehtiyyacı yoxdur. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 162 qram çəkidə, bir ədəd gümüş qolbağının və 100 manat nağd pulunun ələ keçirilməsi zamanı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərində soyğunçuluq, quldurluq və hədə-qorxu ilə tələb etmə cinayətlərinin tərkib əlamətləri olmadığından, Zərərçəkmiş şəxs1 162 qram çəkidə, bir ədəd gümüş qolbağının və 100 manat nağd pulunun etibardan sui-istifadə və aldatma yolu ilə vahid qəsdlə əhatə olunan niyyətlə dələduzluqla ələ keçirildiyi müəyyən edildiyindən həmin faktlar üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsindən həmin Məcəllənin 178.2.1-ci maddəsi ilə tövsif edilmiş, Zərərçəkmiş şəxs1 162 qram çəkidə, bir ədəd gümüş qolbağının və 100 manat nağd pulunun ələ keçirilməsi faktı üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə başlanılmış cinəyət işinə hissəvi xitam verilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs2 məxsus **********97862 İMEİ kodlu “Samsung A8” markalı 01 ədəd mobil telefonunun və ***-***-**-** GSM nömrəsinin ələ keçirilməsi Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə tövsif edilmiş, Şahid1 məxsus 105 manat nağd pulun ələ keçirilməsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərində soyğunçuluq, quldurluq və hədə-qorxu ilə tələb etmə cinayətlərinin və hər hansı başqa cinayətin tərkib əlamətləri barələrində başlanılmış Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə cinayət təqibinə hissəvi xitam verilmiş, Şahid1 cinayət prossesində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmiş, Təqsirləndirilən şəxs1 aşkar edilmiş zavod üsulu ilə hazırlanmış «kalaşnikov» konstruksiyalı avtomat odlu silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan və soyuq silah hesab edilən bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan 01 ədəd süngü bıçağı iş üçün maddi sübut əhəmiyyət kəsb etdiyindən ********* saylı cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni quvvəyə minmiş təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Bakı şəhəri, Nizami RPİ-nin Maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 228.4-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin dispozisiyasına əsasən, həmin maddəyə görə məsuliyyət qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməklə törədildiyi hallarda cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin dispozisiyasına əsasən, həmin maddəyə görə məsuliyyət, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla törədildiyi hallarda cinayət məsuliyyəti yaradır. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələri ilə verilmiş ittihamın məzmunundan isə görünür ki, Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs2 2019-cu ilin mart ayında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə Cəmşid Naxçıvanski küçələrinin kəsişməsində yerləşən «Kolxoz bazarı» adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyaraq gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış «kalaşnikov» konstruksiyalı avtomat odlu silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan və soyuq silah hesab edilən bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan 01 ədəd süngü bıçağını Təqsirləndirilən şəxs2 2019-cu ilin may ayının 22-dən 23-nə keçən gecə alıb əldə edərək əynindəki şalvarın sağ arxa cibində saxlamaqla daşıyaraq gəzdirmiş və keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində xx xxx 2019-cu il tarixdə Bakı şəhəri, Kamil Balakişiyev 25/37 ünvanda yerləşən Bakı şəhəri, Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsində üzərinə keçirilmiş baxış zamanı əynindəki şalvarın sağ arxa cibindən zavod üsulu ilə hazırlanmış «kalaşnikov» konstruksiyalı avtomat odlu silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan və soyuq silah hesab edilən həmin süngü bıçağı aşkar edilərək götürülmüşdür. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 2005-ci il tarixli, 02 nömrəli Qərarının 4-cü bəndinə əsasən, odlu silahın komplekt hissələri dedikdə, onun funksional təyinatını müəyyən edən hissələr-odlu silahın lüləsi, zərbə, buraxılış (titək), bağlayıcı mexanizmi, baraban (güllə yuvacığı), eləcə də kompleks halında silahdan təyinatı üzrə istifadə etməyə – atəş açmağa imkan verən digər detalları başa düşülür. Lakin, odlu silahın üzərində olsa belə, həmin silahdan təyinatı üzrə atəş açmağa imkan verməyən əşyalar və qurğular (süngü bıçağı, sünbə və s.) Azərbaycan Respublikası CM-nin 228 və 229-cu maddələrində nəzərdə tutulmuş odlu silahın komplekt hissələrinə aid deyillər. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olması barədə hər hansı bir fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. Həmin Məcəllənin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid olan, biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham, ittihamdan xaric edilməli və təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 228.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar olmadığına görə, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəzalar təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və vurulmuş zərəri ödəyərək zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və vurulmuş zərəri ödəyərək zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs2 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə, yenidən qəsdən cinayət törətmiş Təqsirləndirilən şəxs2 qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunduğu Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin böyük ictimai təhlükə törətməyən cinayət olduğunu nəzərə alaraq hesab edir ki, həmin cinayət əməli cinayətin residivi növündə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Belə ki, işdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 həmin hökmlə, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə, hər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 09 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.1-ci maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən onların cəzalarını yüngülləşdirən halların olub, cəzalarını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxslərin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxslər barəsində azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilməli və Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəzalar təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan xx xxx 2019-cu il tarixli tutma protokolundan, xx xxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi barədə xx xxx 2019-cu il qərarından, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə xx xxxxxxxx 2019 və xx xxxxxx 2019-cu il tarixli qərarlarından və qətimkan tədbirinin seçilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxx 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxx 2019-cu il tarixdən hesablanmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qərarları ilə həbsdə saxlama müddəti müvafiq olaraq xx xxxxxx 2019-cu il və xx xxxx 2020-ci il tarixlərədək uzadılmış və xx xxxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan əlavə, iş materiallarında olan xx xxx 2019-cu il tarixli tutma protokolundan, xx xxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi barədə xx xxx 2019-cu il qərarından, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə xx xxxxxxxx 2019 və xx xxxxxx 2019-cu il tarixli qərarlarından və qətimkan tədbirinin seçilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxx 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxx 2019-cu il tarixdən hesablanmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qərarları ilə həbsdə saxlama müddəti müvafiq olaraq xx xxxxxx 2019-cu il və xx xxxx 2020-ci il tarixlərədək uzadılmış və xx xxxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı xx xxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək, 09 ay 23 gün həbsdə olma müddətlərinin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər tutulmaqla, təyin olunmuş cəzalardan çıxılmaqla, onların üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzaları saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. İş materiallarında olan Masallı rayon İcra və Probasiya Şöbəsinin 1544/2018-62-9 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə, hər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 09 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Hökm və hökmün icrası barədə göstəriş xx xxxxxx 2018-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. Hazırda məhkum Təqsirləndirilən şəxs2 barəsində hökm icra olunmamış kimi qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 228.4-cü maddələrində nəzərdə tutulmuş hədd daxilində azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilməli, həmin Məcəllənin 67.1 və 68.3.1-ci maddələrinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 345/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 09 (doqquz) ay müddətinə islah işləri növündə cəza, azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü hesabı ilə 04 (dörd) ay 15 (on beş) gün azadlığın məhdudlaşdırılması növündə cəzaya bərabər tutulmaqla, bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-ballistik ekspertizasının keçirilməsinə xərclənmiş 40 (qırx) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Habelə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs1 aşkar edilmiş zavod üsulu ilə hazırlanmış “kalaşnikov” konstruksiyalı avtomat odlu silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan və soyuq silah hesab edilən bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan 01 ədəd süngü bıçağı- dəyəri olmadığına görə məhv edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 228.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 40 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 40 iş saatı, cəmi 80 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 480 (dörd yüz səksən) manat (80x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi2 dövlət büdcəsi hesabına ödənilməlidir. Eyni zamanda, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 40 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 40 iş saatı, cəmi 80 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 480 (dörd yüz səksən) manat (80x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi1 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 228.4cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə isə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı xx xxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək, 09 ay 23 gün həbsdə saxlanılması nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 228.4cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə isə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı xx xxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək, 09 ay 23 gün həbsdə saxlanılması nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.3.1-ci maddələrinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş islah işləri növündə cəzanın çəkilməmiş 09 (doqquz) ay müddətində hissəsi azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü hesabı ilə 04 (dörd) ay 15 (on beş) gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəzaya bərabər tutulmaqla, bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham, ittihamdan xaric edilsin. İş üzrə məhkəmə-ballistik ekspertizasının keçirilməsinə xərclənmiş 40 (qırx) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs1 aşkar edilmiş zavod üsulu ilə hazırlanmış “kalaşnikov” konstruksiyalı avtomat odlu silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan və soyuq silah hesab edilən bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan 01 ədəd süngü bıçağı- dəyəri olmadığına görə məhv edilsin. Təqsirləndirilən şəxs1 80 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 480 (dörd yüz səksən) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 80 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 480 (dörd yüz səksən) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-15/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-15/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver