Məhkəmə qərarları › İş №1(007)-15/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-15/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-15/2023 20.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18 və Zərərçəkmiş şəxs19, zərərçəkmiş şəxs, mülki cavabdeh Zərərçəkmiş şəxs3, onun nümayəndəsi və vəkili- Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs X15 və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, “Bakı şəhər Təcili və X29 Stansiyası” X85 səyyar həkim vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 17-da qeydiyyatda olmaqla yaşayan, 18 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 oktyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, 01 mart 2022ci il tarixdə həmin qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və müddəti həbsdə saxlama müddətinin uzadıldığı 02 may 2022-ci il tarixədək müəyyən edilmiş, 02 may 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1981-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran şəhər Təhsil Şöbəsində metodist vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, ev 20-də qeydiyyatda olmaqla yaşamış, 15 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 mart 2021-ci il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 18 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 noyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - X15 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs14 övladı X16 iqtisadçı ixtisasına uyğun hər hansı bir quruma işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 14000 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs14 04 aprel 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 121 nömrəli evin 90 nömrəli mənzilində 3500 manat nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs14 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs15 Azərbaycan Respublikası Prezident Administrasiyasında nəqliyyat xidmətində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 20500 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs15 06 iyun 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 121 nömrəli evin 90 nömrəli mənzilində 17000 manat, 2019-cu ilin iyul ayının əvvəllərində ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs15 arvadı Şahid15 3500 manat, ümumilikdə isə 20500 manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs15 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı X52 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs3 övladı Şahid10 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 50000 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs3 13 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 121 nömrəli evin 90 nömrəli mənzilində 40000 manat nağd pul vəsaitini alıb ələ keçirib qrupun digər üzvü Zenur Həsənovla aralarında bölərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı X34 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs1 qohumu X24 Tovuz şəhərində yerləşən orta məktəblərdən birinə müəllim vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 15000 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs1 17 avqust 2020-ci il tarixdə ünvan 2 ünvanın qarşısında 15000 manat nağd pul vəsaitini alıb ələ keçirib qrupun digər üzvü Ramal Mirzəzadə ilə aralarında bölərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs19 övladı X17 hər hansı bir quruma işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 8000 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs19 2020-ci ilin iyul ayının ortalarında ünvan 3 ünvanın qarşısında 6000 manat, 01 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 121 nömrəli evin 90 nömrəli mənzilində 2000 manat, ümumilikdə isə 8000 manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs19 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı X34 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs10 övladı Şahid16 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbə ibtidai sinif müəlliməsi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 15000 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs10 09 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 121 nömrəli evin 90 nömrəli mənzilində 15000 manat nağd pul vəsaitini alıb ələ keçirib qrupun digər üzvü Ramal Mirzəzadə ilə aralarında bölərək Zərərçəkmiş şəxs10 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı X34 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Səbail rayonunda yerləşən 7 saylı tam orta məktəbə direktor vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 10000 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs8 övladı Şahid11 24 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Sadıxcan küçəsi 1K nömrəli evin qarşısında 10000 manat nağd pul vəsaitini alıb ələ keçirib qrupun digər üzvü Ramal Mirzəzadə ilə aralarında bölərək Zərərçəkmiş şəxs8 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 Bakı şəhərində yerləşən hər hansı bir musiqi məktəbinə müdir vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 50000 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs4 03 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən X65 adına Milli Oftalmologiya Mərkəzinin qarşısında 15000 manat, 05 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 121 nömrəli evin 90 nömrəli mənzilində 35000 manat, ümumilikdə isə 50000 manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, 01 avqust 1990-cı il tarixdən 15 sentyabr 2021-ci il tarixədək “Bakı şəhəri Təcili və X29 Stansiyası” X85 səyyar həkim vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı X34 ilə qabqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs6 Təcili X47 sürücü vəzifəsinə, arvadı Şahid2 isə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən hər hansı bir uşaq bağçasına müəllimə vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 11000 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs6 21 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 121 nömrəli evin 90 nömrəli mənzilində 8000 manat, 24 fevral 2021-ci il tarixdə ünvan 4 ünvanın qarşısında 3000 manat, ümumilikdə isə 11000 manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirib qrupun digər üzvü Ramal Mirzəzadə ilə aralarında bölərək Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı X34 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs17 qohumu X25 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Lənkəran rayon şöbəsinə hər hansı bir vəzifəyə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 14000 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından suiistifadə edərək bu adla Zərərçəkmiş şəxs17 17 mart 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 121 nömrəli evin 90 nömrəli mənzilində 14000 manat nağd pul vəsaitini alıb ələ keçirib qrupun digər üzvü Ramal Mirzəzadə ilə aralarında bölərək Zərərçəkmiş şəxs17 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs11 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində hər hansı bir vəzifəyə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 15000 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs11 2021-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu “İnşaatçılar” metrostansiyasının yaxınlığında 7000 manat, 19 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 121 nömrəli evin 90 nömrəli mənzilində 8000 manat, ümumilikdə isə 15000 manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs11 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 “X55” şirkətində hər hansı bir vəzifəyə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 20000 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs5 onun cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid1 vasitəsilə 04 may 2021-ci il tarixdə ünvan 5 ünvanda 20000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 övladı Aytəkin Ayvazovanı Bakı şəhərində yerləşən hər hansı bir uşaq bağçasına müdirə vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 40000 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs2 2021-ci ilin may ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 121 nömrəli evin 90 nömrəli mənzilində 40000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, 01 avqust 1990-cı il tarixdən 15 sentyabr 2021-ci il tarixədək “Bakı şəhəri Təcili və X29 Stansiyası” X85 səyyar həkim vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs18 Təcili X38 sanitar vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 5000 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından suiistifadə edərək bu adla Zərərçəkmiş şəxs18 2021-ci ilin iyun ayının əvvəllərində ünvan 6 ünvanda 5000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs18 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, 01 avqust 1990-cı il tarixdən 15 sentyabr 2021-ci il tarixədək “Bakı şəhəri Təcili və X29 Stansiyası” X85 səyyar həkim vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs13 övladı X40 Təcili X47 sürücü vəzifəsinə, qohumları Vüsalə Əliyeva və sonuncunun əri Elbrus Əliyevi isə Təcili X47 sanitar vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 20000 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs13 2021-ci ilin aprel ayının əvvəllərində ünvan 6 ünvanda 10000 manat, 19 iyul 2021ci il tarixdə həmin ünvanda 10000 manat, ümumilikdə 20000 manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs13 20000 manat miqdarında xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 96 nömrəli uşaq bağçasına müdirə vəzifəsinə, sonuncunun övladı X11 isə ingilis dili üzrə “İELTS” imtahanlarından keçiriləcəyinə və Nüsrət İsmayılovu Azərbaycan Respublikası Vergilər Nazirliyində təhqiqatçı vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya ümumilikdə 38000 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs7 2021-ci ilin iyun ayında ünvan 7 ünvanda 20000 manat, 05 iyul 2021-ci il tarixdə ünvan 7 ünvanda 10000 manat, 14 avqust 2021-ci il tarixdə həmin ünvanda 8000 manat, ümumilikdə 38000 manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 38000 manat miqdarında xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs16 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təchizat Şöbəsinə tədarükçü vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 10000 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs16 2021-ci ilin avqust ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 121 nömrəli evin 90 nömrəli mənzilində 10000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs16 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, 01 avqust 1990-cı il tarixdən 15 sentyabr 2021-ci il tarixədək “Bakı şəhəri Təcili və X29 Stansiyası” X85 səyyar həkim vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs9 övladı X26 Şəmkir Şəhər Xəstəxanasına həkim vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 10000 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs9 25 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, “Qoşa Zapravka” deyilən ərazidə yerləşən binanın qarşısında 10000 manat nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 10000 manat miqdarında xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, 01 avqust 1990-cı il tarixdən 15 sentyabr 2021-ci il tarixədək “Bakı şəhəri Təcili və X29 Stansiyası” X85 səyyar həkim vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs12 3 saylı Şəhər Klinik Xəstəxanasının doğum şöbəsində tibb bacısı vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 5000 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs12 15 oktyabr 2021-ci il tarixdə ünvan 8 ünvanın qarşısında 5000 manat nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs12 5000 manat miqdarında ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. X34 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, 02 fevral 2009-cu il tarixdən 02 dekabr 2019-cu il tarixədək Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Şəhər Təhsil Şöbəsində metodist vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs20 arvadı X5 Lənkəran rayonu, Veravul kənd orta məktəbində müəllim vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 2000 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs20 2019-cu ilin iyun ayında Lənkəran şəhəri, Müzəffər Nəsirli küçəsində yerləşən çay evində 2000 manat nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs20 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 02 fevral 2009-cu il tarixdən 02 dekabr 2019-cu il tarixədək Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Şəhər Təhsil Şöbəsində metodist vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs22 övladı X61 Lənkəran şəhərində yerləşən orta məktəblərin birinə müəllim vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 1500 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla onun cinayətkar niyyətindən xəbərsiz olan şəxsiyyəti istintaqa Fuad adı ilə məlum olan şəxs vasitəsilə Zərərçəkmiş şəxs22 12 iyul 2019-cu il tarixdə Lənkəran şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Azerfon” mağazasının qarşısında 1500 manat nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs22 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 02 fevral 2009-cu il tarixdən 02 dekabr 2019-cu il tarixədək Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Şəhər Təhsil Şöbəsində metodist vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs21 arvadı X41 Lənkəran şəhərində yerləşən orta məktəblərin birinə müəllim vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 2800 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs21 26 sentyabr 2019-cu il tarixdə Lənkəran şəhərində "xxxx" ASC-nin Lənkəran rayon filialının yaxınlığında 1300 manat, 02 oktyabr 2019-cu il tarixdə Lənkəran şəhəri, Heydər Əliyev prospektində yerləşən “Ziyalılar Evi” adlı binanın qarşısında onun cinayətkar niyyətindən xəbərsiz olan şəxsiyyəti istintaqa Fuad adı ilə məlum olan şəxs vasitəsilə 1500 manat, ümumilikdə 2800 manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs21 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs1 qohumu X24 Tovuz şəhərində yerləşən orta məktəblərdən birinə müəllim vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 15000 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək aralarında olan razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 bu adla Zərərçəkmiş şəxs1 17 avqust 2020-ci il tarixdə ünvan 2 ünvanın qarşısında 15000 manat nağd pul vəsaitini alıb ələ keçirib öz aralarında bölərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs10 övladı Şahid16 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbə ibtidai sinif müəlliməsi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 15000 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək aralarında olan razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 bu adla Zərərçəkmiş şəxs10 09 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 121 nömrəli evin 90 nömrəli mənzilində 15000 manat nağd pul vəsaitini alıb ələ keçirib öz aralarında bölərək Zərərçəkmiş şəxs10 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Səbail rayonunda yerləşən 7 saylı tam orta məktəbə direktor vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 10000 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək aralarında olan razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 bu adla Zərərçəkmiş şəxs8 övladı Şahid11 24 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Sadıxcan küçəsi 1K nömrəli evin qarşısında 10000 manat nağd pul vəsaitini alıb ələ keçirib öz aralarında bölərək Zərərçəkmiş şəxs8 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs6 Təcili X47 sürücü vəzifəsinə, arvadı Şahid2 isə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən hər hansı bir uşaq bağçasına müəllimə vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 11000 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək aralarında olan razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 bu adla Zərərçəkmiş şəxs6 21 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 121 nömrəli evin 90 nömrəli mənzilində 8000 manat, 24 fevral 2021-ci il tarixdə ünvan 4 ünvanın qarşısında 3000 manat, ümumilikdə isə 11000 manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirib öz aralarında bölərək Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs17 qohumu X25 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Lənkəran rayon şöbəsinə hər hansı bir vəzifəyə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 14000 manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək aralarında olan razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 bu adla Zərərçəkmiş şəxs17 17 mart 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 121 nömrəli evin 90 nömrəli mənzilində 14000 manat nağd pul vəsaitini alıb ələ keçirib öz aralarında bölərək Zərərçəkmiş şəxs17 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bu hərəkətləri ilə X34 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə icraatı zamanı zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs1 (o cümlədən barəsində ayrıca icraata cinayət işi ayrılmış təqsirləndirilən şəxs X35) qarşı mülki iddia vermiş, mülki iddia məhkəmənin icraatına qəbul edilmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, verilmiş ittihamdan da məlum olduğu kimi, dələduzluq yolu ilə onu aldadaraq pulunu ələ keçirən şəxslər Təqsirləndirilən şəxs1 və X36r. Bu səbəbdən o, hazırda ona vurulmuş ziyanın ödənilməsini hər iki şəxsdən tələb edir. İstintaqın gəldiyi nəticədən məlum olur ki, ona 40000 manat maddi zərər vurulmuşdur, lakin vurulmuş maddi ziyandan hissə-hissə olmaqla ümumilikdə 22000 manat pul Təqsirləndirilən şəxs1 tərəfindən ona geri ödənildiyinə görə hazırda ona ödənilməmiş maddi ziyanın məbləği 18000 manat təşkil edir. Qeyd olunanlara əsasən onun cinayət işi üzrə mülki iddiaçı kimi tanınmasını, ona vurulmuş 40000 manat məbləğində maddi ziyanın ödənilməmiş hissəsi olan 18000 manat məbləğində pulun, habelə mülki iddia üçün ödənilən 145 manat məbləğində dövlət rüsumunun mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və X19 alınaraq ona ödənilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və mülki iddianı qismən qəbul edərək ifadəsində göstərmişdir ki, ali təhsilini Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsində almışdır. 1990-cı ildə həmin təhsil ocağının məzunu olmuş, həmin vaxtdan Təcili X38 həkim vəzifəsində işləmişdir. Zenur Həsənovun arvadı Elnurə müəllimə işlədiyindən onunla ortaq tanışlarının hesabına tanışlığı yaranmışdır. Aralarında olan söhbətlər zamanı qiyabi olaraq Elnurənin əri Zenuru da tanımışdır. Həm də həmin şəxslər onunla qonşu binada yaşamışlar. Zenur 2019-cu ilin iyun ayının təxminən 7-8-də onun yaşadığı ünvana gəlmiş, həmin vaxt hal-hazırda şəxsiyyəti barədə məlumatlar yadında qalmayan bir nəfər şəxs onun istifadəsində olan mobil nömrəyə zəng vuraraq bitum lazım olduğunu bidirmişdir. O, belə bir tanışının olmadığını demək istədikdə Zenur əli ilə işarə edərək tanışı olduğunu bildirmiş, odur ki, o, həmin şəxsə məlumat verəcəyini qeyd etmişdir. Sonra telefonu söndürməklə Zenurdan həmin şəxsin kim olduğunu maraqlandıqda Zenur həmin şəxsin İran İslam Respublikasının vətəndaşı olan Muhəmməd olduğunu və dayısının neft naziri olduğunu qeyd etmişdir. Elə onun yanından da Zenur həmin Muhəmməd adlı şəxsə zəng vuraraq Azərbaycan Respublikasına bitum göndərə biləcəyi ilə maraqlanmış, Muhəmməd də göndərə biləcəyini bildirmişdir. Odur ki, Muhəmmədlə danışdıqdan sonra Zenur bu işin həll olunması üçün İrana getməli olduğunu bildirmiş, lakin bu bitum məsələsində ticarət əlaqələrinin qurulması üçün həmin biznesə bank qarant durmalı olmuşdur. Zenur həmin işin həll oluna biləcəyini ona bildirmişdir. Belə ki, Zenur "xxxx"da işləyən tanışı vasitəsilə həmin bankdan qarant ala biləcəyini qeyd etmişdir. Bir neçə gündən sonra Zenur bankdan həmin qarant sənədini götürməsi barədə ona məlumat vermiş, lakin İrana getmək üçün pulu olmadığından ona pul verməsini xahiş etmişdir. Həmin ərəfədə pulu az olduğunu, lakin işə düzəlmək üçün ona müraciət edən şəxslərin olduğunu, onların pulunu aldatmaqla ələ keçirib Zenura verə biləcəyini qeyd etmişdir. Belə ki, həmin ərəfədə artıq Zərərçəkmiş şəxs14 qızının işə düzəlməsi üçün 3500 manat pul alıb aldatmaqla ələ keçirmiş, lakin həmin miqdarda pul kifayət etməmişdir. Odur ki, həmin ərəfədə Zərərçəkmiş şəxs15 ona müraciət edərək işə düzəlməsi ilə bağlı yaşadığı ünvanda 17000 manat pul vermişdir. Həmin puldan 6000 manatını ilkin olaraq Zenura vermiş və həmin pulu verdikdə də bir daha bildirmişdir ki, verdiyi pul Hüseyn adlı şəxsin və Gülnaz adlı şəxsin qızının işə düzəlməsi ilə bağlı həmin şəxsləri aldadaraq ələ keçirdiyi puldur. Pulu götürdükdən sonra Zenur onun yaşadığı ünvanı tərk edib İran İslam Respublikasına gedəcəyini bildirmişdir. Zenur sonradan İrandan Muhəmmədin nömrəsi ilə onunla əlaqə saxlamış və orada danışıqlar apardığını qeyd etmişdir. Sonradan isə həmin bank sənədinin düzgün olmadığını bildirməklə hələ İranda qalacağını qeyd etmişdir. Zenurun İranda harada qalması barədə dəqiq məlumatı olmamış, lakin Zenur orada qaldığı müddət ərzində ondan əlavə olaraq pul istədiyindən Zenurun adına olan "xxxx" kartına müxtəlif tarixlərdə və məbləğdə pullar göndərmişdir. Həmin göndərdiyi pulların əksini tapdığı çeklərin surətini ərizəsinə əlavə etmişdir. Həmçinin həmin göndərdiyi pullar 2019-2020-ci illər ərzində olmuşdur. Zenur İranda 4-5 ay qalsa da orada həmin proseslər baş tutmadığından, yəni bank sənədləri və “Milen Company” şirkətinin sənədlərini orada təqdim etsələr də, bank sənədinin saxta olması barədə İranda məlumat olduğunan Bakıya qayıtmışdır. Zenur Bakıda həmin bank sənədinin düzəlməsindən sonra həmin Muhəmməd adlı şəxslə əlaqə saxlamış və onları Bakıya dəvət etmişdir. Həmin İrandan gələn şəxslər 5 nəfər tərkibdən ibarət olmaqla Bakı şəhərinə gəlmişlər və onlar üçün Əhməd Rəcəbli küçəsində yerləşən “Piano” otelində 5 otaq tutmuşlar. Həmin otelin gündəlik bir otağı üçün 80 manat, digər 4 otağının hər biri üçün 60 manat ödəmişlər. O, həmin otelin ödənişi kimi ilkin olaraq 4000 manat pul vermişdir. Pulun az bir hissəsini də Zenurun sonradan ona dediyinə görə o, ödəmişdir. Bundan sonra tərəflər arasında razılıq əldə olunmuş və müvafiq müqavilələr bağlanmışdır. İranlıların Bakıda olan sonuncu günləri ərəfəsində onlar İrandan bitum gəmiyə yükləndikdən 72 saat ərzində bankın pulu köçürməsini xahiş etmişlər. Bank isə həmin bitumun Azərbaycan Respublikasına gətirildikdən sonra pulunun ödənəcəyini bildirmişdir. Odur ki, tərəflər arasında yenidən razılıq pozulduğundan Muhəmməd bu formada işin təşkilini Rusiya Federasiyasının “Rosneft” şirkəti ilə etməyi təklif etmişdir. Həmin işi kimin görəcəyi dəqiq olaraq ona məlum olmamışdır. Bundan sonra 28 günün tamamında həmin İran vətəndaşları Muhəmməd adlı şəxs ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarını tərk etmişlər. Zenur isə Rusiya Federasiyasına tək gedəcəyini və bu işi orada yekunlaşdıracağını qeyd etmişdir. Həmin vaxt artıq onun da pulu tükənmiş, odur ki, Zenura bir nəfər şəxsi işə düzəldə biləcəyi ilə bağlı aldadacağını və həmin puldan da ona verəcəyini bildirmişdir. Zenur da onunla razılaşmışdır. Odur ki, 2020ci ilin fevral ayında Zərərçəkmiş şəxs3 qızını Xarici İşlər Nazirliyinə işə düzəldə biləcəyi ilə bağlı aldadıb Zərərçəkmiş şəxs3 40000 manat nağd pul vəsaitini yaşadığı ünvanda ələ keçirmişdir. Sonradan həmin pul vəsaitindən də Zenurla aralarında olan öncədən razılığa əsasən Rusiya Federasiyasına getdikdən sonra kart hesabına köçürtmüşdür. Zenur Moskva şəhərində təxminən 8 ay ərzində qaldığı müddətdə həmin müqavilənin həll olunacağını bildirmiş və hər danışıqları zamanı Zenur ona həmin aldadaraq ələ keçirdiyi puldan davamlı olaraq göndərməyi bildirmişdir. Lakin yekun olaraq müxtəlif bəhanələr gətirərək işin həll olunmadığını qeyd etmişdir. Sonradan Zenurun Bakı şəhərinə qayıtdığını eşidib öz yaşadığı ünvana çağırmışdır. Həmin zaman mənzildə o, tək olmuş və Zenurdan bitumla bağlı planlaşdırdıqları işin alınmaması səbəbindən xərclənmiş pul vəsaitinin özünün də bildiyi kimi müxtəlif şəxslərdən aldadaraq ələ keçirdiyini və bu planın hər ikisi tərəfindən düşünüldüyünü qeyd edib, pulla bağlı problem yarandığından həmin pul vəsaitini həmin şəxslərə geri qaytarmalı olduqlarını bildirmişdir. Sonrakı günlərdə ara-sıra əlaqə saxlasalar da Zenur pulu geri qaytarmaqdan boyun qaçırmışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 ümumi tanışları vasitəsilə tanımışdır. 2020-ci ilin iyul ayının sonlarında Samir onunla əlaqə saxlayaraq qaynı Şahid17 arvadı X20 Tovuz şəhərində yerləşən məktəblərdən birinə riyaziyyat müəllimi vəzifəsinə düzəlmək istədiyini bildirmişdir. O da tanışı Ramalla danışaraq belə bir şəxs olduğunu, onu aldadaraq pulunu ələ keçirə biləcəklərini bildirmişdir. Ramal da həmin şəxslə danışıb etibarını qazanacağını qeyd etmiş və belə olduqda həmin şəxsdən pul vəsaiti ələ keçirə biləcəklərini qət etmişlər. Samir onunla əlaqə saxlayaraq həmin işin düzəlməsi üçün nə qədər pul vəsaiti lazım olduğunu soruşduqda o, həmin işin həll edilməsi üçün 15000 manat lazım olduğunu bildirmişdir. Samir onunla həmin hissədə razılaşaraq 17 avqust 2020-ci il tarixdə öncədən razılaşdıqları kimi Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26 saylı ünvana gəlməsini xahiş etmişdir. Həmin vaxt onun işləri olduğundan hal-hazırda şəxsiyyətini xatırlamadığı taksi sürücüsünə həmin ünvana getməklə veriləcək pul vəsaitini oradan götürüb ona çatdırmağı xahiş etmişdir. Odur ki, taksi sürücüsü həmin ünvana çatdıqdan sonra Samir onunla əlaqə saxlayıb pulu verib-verməməyi dəqiqləşdirmiş və o, Samirdən pulu həmin şəxsə verməyi xahiş etmişdir. Sonradan həmin sürücü pulu ona yaşadığı ünvana çatdırmışdır. O, həmin miqdarda pul vəsaitini götürüb işin yaxın zamanlarda həll olunacağını bildirmişdir. O, Ramalla əlaqə saxlayaraq pul vəsaitini götürdüyünü bildirmişdir. Ramal növbəti gün onun yaşadığı ünvana gəlmiş və o, həmin puldan 2000 manat pulu Ramala vermişdir. Ramal isə öz növbəsində ara-sıra Samir ilə əlaqə saxlayaraq işin yaxın zamanlarda həll olunacağı barədə yalan vədlər vermişdir. Lakin işin həll olunmadığını sonradan görən Samir pulu geri istəməyə başlamış, odur ki, o da 2021-ci ilin sentyabr ayınadək hissə-hissə olmaqla Samirə 6000 manat pulu geri qaytarmışdır. Qalan məbləğin digər hissəsini isə öz şəxsi tələbatları üçün xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs19 ümumi tanışları vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs19 ilə söhbətləri zamanı qızı X12 işsiz olduğunu bildirmişdir. Belə ki, onun qızı Müstəqil Azərbaycan Universitetinin jurnalistika fakültəsini bitirib müxtəlif qəzetlərdə operator kimi fəaliyyət göstərmişdir, sonradan isə öz ərizəsi ilə iş yerindən çıxmış və Svetlana qızının hər hansı bir quruma işə düzəlmək istədiyini bildirmişdir. O da həmin şəxsi aldadaraq pulunu ələ keçirə biləcəyini düşünmüşdür. Odur ki, həmin işi həll edə biləcəyini qeyd etmişdir. O, qızını hər hansı bir quruma işə qəbul etdirə biləcəyini bildirmişdir. Həmin işin düzəlməsi üçün 6000 manat lazım olduğunu bildirmişdir. Svetlana həmin pulu qısa bir zamanda ona çatdıra biləcəyini qeyd etmişdir. Belə olan halda onlar öncədən razılaşdıqdan sonra 2020-ci ilin iyul ayının ortalarında Svetlananın yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi hissə 9921, yataqxana, ev 1A saylı ünvanın qarşısında görüşmüşlər. Həmin ünvana markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə getmişdir. Lakin o, həmin şəxslə tək taksidən aralıda görüşmüşdür. Svetlana yaşadığı ünvanın qarşısında onunla bir qədər söhbət edib onunla razılaşdıqları məbləği ona təqdim etmişdir. Pul vəsaiti 100 manatlıq əsginaslardan ibarət olmuşdur. O, pulu saydıqdan sonra qızının qısa zaman ərzində işə çıxacağını bildirmişdir. Bir müddət sonra ona yenidən pul vəsaiti lazım olduğundan Svetlana ilə əlaqə saxlayaraq qızının işinin həll olunduğunu, lakin əmrinin verilməsi üçün əlavə olaraq 2000 manat lazım olduğunu qeyd etmiş, Svetlana isə ondan bir daha əmin olmaq üçün həmin pulu verdikdən sonra işin həll olunacağını dəqiqləşdirdikdə o, əmin olmağını, işin həll olunacağını qeyd etmişdir. 01 oktyabr 2020-ci il tarixdə onun yaşadığı ünvan 10 ünvanda görüşmüşlər. Həmin vaxt Svetlana mənzilə tək gəlmişdir. Svetlananı qonaq otağına dəvət etmiş və orada olan masanın arxasında əyləşmişlər. Onlar bir qədər söhbət edib çay içdikdən sonra həmin şəxslə razılaşdığı məbləği oturduqları masanın arxasında ona təqdim etmişdir. Pul vəsaiti 100 manatlıq əskinaslardan ibarət olmuşdur. Ona pulu saymağını bildirdikdə o, pulu saymadan düz olacağını qeyd edib pulu kənara qoymuş və yaxın vaxtlarda artıq qızının işlə təmin olunacağını bildirmişdir. Bundan sonra Svetlana mənzili tərk etmişdir. Onda olan məbləği öz şəxsi tələbatları üçün xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs10 onunla qohumluq əlaqəsi olmuşdur. 2020-ci ilin yadında qalmayan tarixində Güllübəyim onunla əlaqə saxlayaraq qızı X31 qəsəbəsində 1 nömrəli tam orta məktəbə ibtidai sinif müəlliməsi vəzifəsinə düzəlmək istədiyini bildirmişdir. O da tanışı Ramalla danışaraq belə bir şəxs olduğunu, onu aldadaraq pulunu ələ keçirə biləcəklərini bildirmişdir. Ramal da Güllübəyimlə danışıb etibarını qazanacağını qeyd etmiş və belə olduqda Güllübəyimdən pul vəsaiti ələ keçirə biləcəklərinə qət etmişlər. Güllübəyim onunla əlaqə saxlayaraq həmin işin düzəlməsi üçün nə qədər pul vəsaiti lazım olduğunu soruşduqda o, həmin işin həll edilməsi üçün 15000 manat lazım olduğunu bildirmişdir. Güllübəyim onunla həmin hissədə razılaşmış, 09 oktyabr 2020-ci il tarixdə öncədən razılaşdıqları kimi Güllübəyim onun yaşadığı Binəqədi rayonu, Mir Cəlal küçəsi 121 nömrəli evin 90 nömrəli mənzilinə gəlmiş və mənzildə olarkən həmin miqdarda pul vəsaitini ona qonaq otağındakı masanın arxasında vermişdir. O, həmin miqdarda pul vəsaitini götürüb işin yaxın zamanlarda həll olunacağını bildirmişdir. Güllübəyim mənzili tərk edərək getdikdən sonra o, Ramalla əlaqə saxlayaraq pul vəsaitini götürdüyünü bildirmişdir. Ramal növbəti gün onun yaşadığı ünvana gəlmiş və o, həmin puldan 2000 manat pulu Ramala vermişdir. Ramal isə öz növbəsində ara-sıra Güllübəyim ilə əlaqə saxlayaraq işin yaxın zamanlarda həll olunacağı barədə yalan vədlər vermişdir. Onda qalan məbləğin digər hissəsini isə öz şəxsi tələbatları üçün xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs8 adlı şəxsi Fikrət adlı tanışının hesabına tanımışdır. Belə ki, onlar tanış olduqdan sonra Zərərçəkmiş şəxs8 təhsil sahəsində işləmiş olduğunu bildirmiş, lakin hazırda işsiz olduğundan Səbail rayonunda yerləşən 7 saylı tam orta məktəbə direktor vəzifəsinə işə düzəlmək istədiyini demişdir. O da tanışı Ramalla danışaraq belə bir şəxs olduğunu, Zərərçəkmiş şəxs8 aldadaraq pulunu ələ keçirə biləcəklərini bildirmişdir. Ramal da Zərərçəkmiş şəxs8 ilə danışıb etibarını qazanacağını qeyd etmiş və belə olduqda sonuncudan pul vəsaiti ələ keçirə biləcəklərini qət etmişlər. Almaz onunla əlaqə saxlayaraq həmin işin düzəlməsi üçün nə qədər pul vəsaiti lazım olduğunu soruşduqda o, həmin işin həll edilməsi üçün 50000 manat lazım olduğunu bildirmişdir. Almaz onunla həmin hissədə razılaşaraq ilkin olaraq 10000 manat verəcəyini, pulun qalan hissəsini isə əmr verildikdən sonra verəcəyini bildirmişdir. 24 dekabr 2020-ci il tarixdə öncədən razılaşdıqları kimi o, taksi ilə Almazın yaşadığı ünvanın yaxınlığına ünvan 11rkən həmin miqdarda pul vəsaitini Almazın Nihat adlı oğlu həmin yerə yaxınlaşaraq ona vermişdir. O, həmin miqdarda pul vəsaitini götürüb işin yaxın zamanlarda həll olunacağını Nihata bildirmişdir. Pulu götürdükdən sonra o, Ramalla əlaqə saxlayaraq pul vəsaitini götürdüyünü bildirmişdir. Ramal növbəti gün onun yaşadığı ünvana gəlmiş və o, həmin puldan 5000 manatını Ramala vermişdir. Ramal isə öz növbəsində ara-sıra Almaz ilə əlaqə saxlayaraq işin yaxın zamanlarda həll olunacağı barədə yalan vədlər vermişdir. Özündə qalan məbləğin digər hissəsini isə öz şəxsi tələbatları üçün xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 adlı şəxsi ümumi tanışları hesabına tanımışdır. Rafiz onunla əlaqə saxlayaraq yaşadığı ünvana gəldikdən sonra Bakı şəhərində yerləşən hər hansı bir musiqi məktəbinə müdir vəzifəsinə işə düzəlmək istədiyini bildirmişdir. O da Rafizi aldadaraq pulunu ələ keçirə biləcəyini düşünmüşdür. Odur ki, həmin işi həll edə biləcəyini qeyd etmişdir. Rafiz həmin işin həll olunması üçün nə qədər pul lazım olduğu ilə maraqlandıqda o, işin həlli üçün ümumilikdə 50000 manat lazım olduğunu bildirmişdir. Rafiz ona həmin miqdarda pulu iki dəfəyə verə biləcəyini qeyd etmişdir. Aralarında olan razılığa əsasən 03 fevral 2021-ci il tarixdə Binəqədi rayonu ərazisində yerləşən X65 adına Milli Oftalmologiya Mərkəzinin qarşısında Rafizlə görüşüb orada ondan ilkin olaraq 15000 manat pul vəsaitini almışdır. Həmin tarixdən iki gün sonra, yəni 05 fevral 2021-ci il tarixdə Rafiz razılaşdığı kimi onun yaşadığı Binəqədi rayonu, Mir Cəlal küçəsi 121 nömrəli evin 90 nömrəli mənzilinə gəlmiş və mənzildə olarkən 35000 manat miqdarda pul vəsaitini ona qonaq otağındakı masanın arxasında vermişdir. O, həmin miqdarda pul vəsaitini götürüb işin yaxın zamanlarda həll olunacağını bildirmişdir. Əldə etdiyi pul vəsaitini öz şəxsi tələbatları üçün xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs6 adlı şəxsi ümumi tanışları vasitəsilə tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs6 Təcili X47 sürücü və arvadı Şahid2 Nərimanov rayonu ərazisində yerləşən hər hansı bir uşaq bağçasına müəllimə vəzifəsinə işə düzəlməsi üçün ona müraciət etmişdir. O da tanışı Ramalla danışaraq Zərərçəkmiş şəxs6 barəsində məlumat vermiş, sonuncunu aldadaraq pulunu ələ keçirə biləcəklərini bildirmişdir. Ramal da Zərərçəkmiş şəxs6la danışıb etibarını qazanacağını qeyd etmiş və belə olduqda həmin şəxsdən pul vəsaiti ələ keçirə biləcəklərini qət etmişlər. İsmayıl onunla əlaqə saxlayaraq həmin işin düzəlməsi üçün nə qədər pul vəsaiti lazım olduğunu soruşduqda o, sürücü qismində işə düzəlməsi üçün 3000 manat, arvadı Nərminin işinin həll edilməsi üçün 8000 manat lazım olduğunu bildirmişdir. İsmayıl onunla razılaşaraq həmin miqdarda pul vəsaitini verə biləcəyini qeyd etmişdir. Odur ki, razılaşdıqları kimi 21 fevral 2021-ci il tarixdə İsmayıl onun yaşadığı Binəqədi rayonu, Mir Cəlal küçəsi 121 nömrəli evin 90 nömrəli mənzilinə gəlmiş və mənzildə olarkən 8000 manat miqdarda pul vəsaitini İsmayıl ona qonaq otağındakı masanın arxasında vermişdir. Bundan sonra 24 fevral 2021-ci il tarixdə razılıqları əsasında o, taksi ilə İsmayılın yaşadığı ünvan 4 binanın qarşısına getmiş və orada İsmayıl ona yaxınlaşaraq 3000 manat pul vəsaitini vermişdir. O, həmin miqdarda pul vəsaitini götürüb işin yaxın zamanlarda həll olunacağını bildirmişdir. Pulu götürdükdən sonra o, Ramalla əlaqə saxlayaraq pul vəsaitini götürdüyünü bildirmişdir. Ramal növbəti gün onun yaşadığı ünvana gəlmiş və həmin puldan 2000 manat pulu Ramala vermişdir. Ramal isə öz növbəsində ara-sıra İsmayıl ilə əlaqə saxlayaraq işin yaxın zamanlarda həll olunacağı barədə yalan vədlər vermişdir. Özündə qalan məbləğin digər hissəsini isə öz şəxsi tələbatları üçün xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs17 ilə ümumi tanışları vasitəsilə tanış olmuşdur. Fərasət onunla görüş zamanı qohumu X37 Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Lənkəran rayon şöbəsinə işə qəbul etdirmək istədiyini bildirmişdir. O da tanışı Ramalla danışaraq belə bir şəxs olduğunu, onu aldadaraq pulunu ələ keçirə biləcəklərini bildirmişdir. Ramal da Zərərçəkmiş şəxs17la danışıb etibarını qazanacağını qeyd etmiş və belə olduqda sonuncudan pul vəsaiti ələ keçirə biləcəklərini qət etmişlər. Fərasət onunla əlaqə saxlayaraq həmin işin düzəlməsi üçün nə qədər pul vəsaiti lazım olduğunu soruşduqda o, 14000 manat lazım olduğunu bildirmişdir. Fərasət onunla razılaşaraq həmin miqdarda pul vəsaitini verə biləcəyini qeyd etmişdir. Odur ki, razılaşdıqları kimi 17 mart 2021-ci il tarixdə Fərasət onun yaşadığı Binəqədi rayonu, Mir Cəlal küçəsi 121 nömrəli evin 90 nömrəli mənzilinə gəlmiş və mənzildə olarkən 14000 manat miqdarda pul vəsaitini ona qonaq otağındakı masanın arxasında vermişdir. O, həmin miqdarda pul vəsaitini götürüb işin yaxın zamanlarda həll olunacağını bildirmişdir. Pulu götürdükdən sonra Ramalla əlaqə saxlayaraq pul vəsaitini götürdüyünü demişdir. Ramal növbəti gün onun yaşadığı ünvana gəlmiş və həmin puldan 2000 manat pulu Ramala vermişdir. Ramal isə öz növbəsində ara-sıra Fərasət ilə əlaqə saxlayaraq işin yaxın zamanlarda həll olunacağı barədə yalan vədlər vermişdir. Özündə qalan məbləğin digər hissəsini isə öz şəxsi tələbatları üçün xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs13 X32 işlədiyi dövrdə tanımışdır. Natəvan ilə Qaradağ rayonunda yerləşən X32 görüşü zamanı sonuncu oğlu X79 Yardım Stansiyasına sürücü vəzifəsinə işə qəbul etdirmək istədiyini bildirmişdir. O da Natəvanı aldadaraq pulunu ələ keçirə biləcəyini düşünmüşdür. Odur ki, həmin işi həll edə biləcəyini qeyd etmişdir. Natəvan həmin işin həll olunması üçün nə qədər pul lazım olduğunu maraqlandıqda işin həlli üçün ümumilikdə 10000 manat lazım olduğunu bildirmişdir. Aralarında olan razılığa əsasən 2021-ci ilin aprel ayının ilk ongünlüyündə Natəvanın yaşadığı Qaradağ rayonu, massiv 1A, ev 6 saylı ünvana getmiş və evdə olarkən 10000 manat miqdarda pul vəsaitini Natəvan ona mətbəxdə masanın arxasında vermişdir. O, həmin miqdarda pul vəsaitini götürüb işin yaxın zamanlarda həll olunacağını bildirmişdir. Bundan başqa Natəvan tanışı Zərərçəkmiş şəxs18 Təcili X47 sanitar vəzifəsinə işə düzəlmək istədiyini bildirmişdir. O da Natəvanı aldadaraq pulunu ələ keçirə biləcəyini düşünmüşdür. Odur ki, həmin işi həll edə biləcəyini qeyd etmişdir. Belə ki, 2021-ci ilin iyun ayının ilk on günlüyündə Natəvanın yaşadığı Qaradağ rayonu, massiv 1A, ev 6 saylı ünvana getmiş və evdə olarkən 5000 manat miqdarda pul vəsaitini Natəvan ona mətbəxdə masanın arxasında vermişdir. O, həmin miqdarda pul vəsaitini götürüb işin yaxın zamanlarda həll olunacağını bildirmişdir. Bundan başqa Natəvan qohumu olan şəxsin Təcili X47 sanitar vəzifəsinə işə düzəlmək istədiyini bildirmişdir. O da Natəvanı aldadaraq pulunu ələ keçirə biləcəyini düşünmüşdür. Odur ki, həmin işi həll edə biləcəyini qeyd etmişdir. Belə ki, 19 iyul 2021-ci il tarixdə Natəvanın yaşadığı Qaradağ rayonu, massiv 1A, ev 6 saylı ünvana getmiş və evdə olarkən 10000 manat miqdarda pul vəsaitini Natəvan ona mətbəxdə masanın arxasında vermişdir. Natəvanın oğlunun işinin uzanması ilə bağlı ona narazı müraciətindən sonra, 2021-ci ilin yay aylarında Natəvandan aldığı 10000 manat puldan 3000 manat nağd pul vəsaitini geri qaytarmışdır. Bundan başqa Zərərçəkmiş şəxs11 onunla qohumluq əlaqəsi vardır. 2021-ci ilin aprel ayının əvvəllərində Vüqar onunla əlaqə saxlayaraq Kənd Təsərrüfatı Nazirliyinə hər hansı bir vəzifəyə düzəlmək istədiyini bildirmişdir. O da Vüqarı aldadaraq pulunu ələ keçirə biləcəyini düşünmüşdür. Vüqar onunla əlaqə saxlayaraq həmin işin düzəlməsi üçün nə qədər pul vəsaiti lazım olduğunu soruşduqda o, həmin işin həll edilməsi üçün 15000 manat lazım olduğunu bildirmişdir. Vüqar onunla həmin hissədə razılaşaraq 2021-ci ilin aprel ayının əvvəllərində Yasamal rayonu “İnşaatçılar” metrostansiyasının yaxınlığında görüşməyə razılaşmışlar və həmin razılıq əsasında orada görüşdükdə Vüqar yanında atası İlqarla gəlmiş və həmin ünvanda 7000 manat nağd pul vəsaitini ona vermişlər. Pulun qalan hissəsini isə qısa zamanda çatdıracaqlarını qeyd etmişlər. Bundan sonra razılaşdıqları kimi 19 aprel 2021-ci il tarixdə Vüqar onun yaşadığı Binəqədi rayonu, Mir Cəlal küçəsi 121 nömrəli evin 90 nömrəli mənzilinə gəlmiş və mənzildə olarkən həmin miqdarda pul vəsaitini ona qonaq otağındakı masanın arxasında vermişdir. Həmin miqdarda pul vəsaitini götürüb Vüqara işin yaxın zamanlarda həll olunacağını bildirmişdir. Lakin həmin tarixdən bir müddət sonra işin həll olunmadığını görüb Vüqar ona zəng etdikdə, səhv etmirsə 2021-ci ilin sentyabr ayının ortasında Vüqarla görüşərək ələ keçirdiyi pul vəsaitinin 2500 manatını geri qaytarmışdır. Qalan məbləğin digər hissəsini isə öz şəxsi tələbatları üçün xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs5 Şahid1 vasitəsilə tanımışdır. 2021-ci ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs5 onunla əlaqə saxlayaraq “X55” şirkətinə hər hansı bir vəzifəyə düzəlmək istədiyini bildirmişdir. O da Tərlanı aldadaraq pulunu ələ keçirə biləcəyini düşünmüşdür. Tərlan ailə üzvləri ilə birlikdə onunla əlaqə saxlayaraq həmin işin düzəlməsi üçün nə qədər pul vəsaiti lazım olduğunu soruşduqda o, həmin işin həll edilməsi üçün 20000 manat lazım olduğunu bildirmişdir. Tərlan onunla həmin hissədə razılaşaraq Ucara dəvət etmişdir. 04 may 2021-ci il tarixdə ünvan 13 ünvanda görüşdükdə Tərlan ailə üzvlərinin əhatəsində masanın arxasında 20000 manat pul vəsaitini masanın üzərinə qoymaqla ona təqdim etmiş, həmin vaxt yanında tanışı Şahid1 da olmuşdur. Həmin miqdarda pul vəsaitini götürüb işin yaxın zamanlarda həll olunacağını bildirmişdir. Lakin həmin tarixdən bir müddət sonra işin həll olunmadığını görüb Tərlan ona zəng etdikdə səhv etmirsə 2021-ci ilin yay aylarında onun yaşadığı ünvanda görüşərək ələ keçirdiyi pul vəsaitinin 14000 manatını geri qaytarmışdır. Qalan məbləğin digər hissəsini isə öz şəxsi tələbatları üçün xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 ümumi tanışları vasitəsilə tanımışdır. 2021-ci ilin may ayının ortalarında Səmədağa onunla əlaqə saxlayaraq oğlu Yusifin hakim təyin olunmasını istədiyini, oğlunun həmin ərəfədə hakim təyin olunmaqla bağlı test imtahanından keçmiş olduğunu bildirmişdir. O da Səmədağanı aldadaraq pulunu ələ keçirə biləcəyini düşünmüşdür. Səmədağa onunla əlaqə saxlayaraq həmin işin düzəlməsi üçün nə qədər pul vəsaiti lazım olduğunu soruşduqda o, həmin işin həll edilməsi üçün 40000 manat lazım olduğunu bildirmişdir. Səmədağa onunla həmin hissədə razılaşaraq 2021-ci ilin may ayının sonlarında onun yaşadığı Binəqədi rayonu, Mir Cəlal küçəsi 121 nömrəli evin 90 nömrəli mənzilinə gəlmiş və mənzildə olarkən həmin miqdarda pul vəsaitini ona qonaq otağındakı masanın arxasında vermişdir. O, həmin miqdarda pul vəsaitini götürüb işin imtahan mərhələləri keçdikcə həll olunacağını bildirmişdir. Lakin həmin tarixdən bir müddət sonra işin həll olunmadığını görüb Səmədağa ona zəng etdikdə, səhv etmirsə 2021-ci ilin iyul ayının ortasında görüşərək ələ keçirdiyi pul vəsaitinin 20000 manatını geri qaytarmışdır. Qalan məbləğin digər hissəsini isə öz şəxsi tələbatları üçün xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs7 həkim kimi tanımışdır. Hal-hazırda yadında qalmayan tarixdə Ətrabə onunla əlaqə saxlayaraq hər hansı bir poliklinikaya həkim vəzifəsinə işə düzəlmək istədiyini bildirmiş, o, Ətrabə ilə söhbət zamanı həmin iş üçün 20000 manat lazım olduğunu demişdir. Lakin sonradan işə düzəlmə prosesi uzandığından Ətrabə ondan vermiş olduğu pulu geri istəmiş və o, Ətrabəyə 15000 manat pul vəsaitini geri qaytarmışdır. Sonradan isə Ətrabə onunla əlaqə saxlayaraq Nəsimi rayonu ərazisində yerləşən 96 nömrəli uşaq bağçasına müdirə vəzifəsinə işə düzəlmək istədiyini, oğlu Nüsrət İsmayılovun ingilis dili üzrə “İELTS” imtahanlarından keçirilməsinə, həmçinin Vergilər Nazirliyinə təhqiqatçı vəzifəsinə işə qəbul olunmasını istədiyini bildirmişdir. O da Ətrabəni aldadaraq pulunu ələ keçirə biləcəyini düşünmüşdür. Ətrabə onunla əlaqə saxlayaraq həmin işin düzəlməsi üçün nə qədər pul vəsaiti lazım olduğunu soruşduqda o, bağça müdirəsi işinin həll edilməsi üçün 20000 manat lazım olduğunu, Ətrabənin 5000 manatı özündə olduğundan 15000 manat verməli olacağını, Nüsrət İsmayılovun ingilis dili üzrə “İELTS” imtahanlarından keçirilməsinə görə 10000 manat, Vergilər Nazirliyinə təhqiqatçı vəzifəsinə işə qəbul olunması üçün isə 8000 manat lazım olduğunu bildirmişdir. Ətrabə onunla razılaşdıqdan sonra sonuncunun yaşaşdığı ünvanda 2021-ci ilin iyun ayında 15000 manat, 05 iyul 2021-ci il tarixdə həmin ünvanda 10000 manat, 14 avqust 2021-ci il tarixdə isə 8000 manat pul vəsaitini alıb ələ keçirmişdir. Həmin miqdarda pul vəsaitini götürüb işin yaxın zamanlarda həll olunacağını bildirmişdir. Həmin pul vəsaitlərini öz şəxsi tələbatları üçün xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs16 ümumi tanışları vasitəsilə tanımışdır. Həmin şəxs işə düzəlməklə bağlı ona hər hansı bir miqdarda pul verməmişdir. Yusifdən guya ondan Müdafiə Nazirliyinin Təchizat Şöbəsinə tədarükçü vəzifəsinə işə düzəlməsi ilə bağlı 10000 manat pul vəsaiti alması tam yalandır, belə bir hadisə olmamışdır. Həmin şəxs onun mənzilini tanımışdır, hətta mənzilində bir dəfə qonaq qismində iştirak etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs9 ümumi tanışları vasitəsilə tanımışdır, 2021-ci ilin sentyabr ayının ortalarında Arzu onunla əlaqə saxlayaraq oğlu X57 Şəhər Xəstəxanasına həkim vəzifəsinə düzəltmək istədiyini bildirmişdir. O da Arzunu aldadaraq pulunu ələ keçirə biləcəyini düşünmüşdür. Arzu onunla əlaqə saxlayaraq həmin işin düzəlməsi üçün nə qədər pul vəsaiti lazım olduğunu soruşduqda o, həmin işin həll edilməsi üçün 10000 manat lazım olduğunu bildirmişdir. Arzu onunla həmin hissədə razılaşaraq 25 sentyabr 2021-ci il tarixdə Binəqədi rayonu, “Qoşa Zapravka” deyilən ərazidə yerləşən binanın qarşısında görüşməyə razılaşmışlar və həmin razılıq əsasında orada görüşdükdə Arzu yanında oğlu Uranla gəlmişdir. Arzugil həmin ünvanda 10000 manat nağd pul vəsaitini ona vermişlər. O, həmin miqdarda pul vəsaitini götürüb işin yaxın zamanlarda həll olunacağını bildirmiş, lakin həmin miqdarda pul vəsaitini öz şəxsi tələbatları üçün xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs12 Nurəddin adlı tanışının vasitəsilə tanımışdır, 2021-ci ilin oktyabr ayının əvvəllərində Fatimə onunla əlaqə saxlayaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına tibb bacısı vəzifəsinə düzəlmək istədiyini bildirmişdir. O da Fatiməni aldadaraq pulunu ələ keçirə biləcəyimi düşünmüşdür. Fatimə onunla əlaqə saxlayaraq həmin işin düzəlməsi üçün nə qədər pul vəsaiti lazım olduğunu soruşduqda o, həmin işin həll edilməsi üçün 5000 manat lazım olduğunu bildirmişdir. Fatimə onunla həmin hissədə razılaşaraq 15 oktyabr 2021-ci il tarixdə Nizami rayonu “Koroğlu” metrostansiyasının yaxınlığında, Heydər Əliyev prospekti 119 saylı ünvanın qarşısında görüşməyə razılaşmış və həmin razılıq əsasında orada görüşdükdə yanında bir nəfər qadın olan Fatimə 5000 manat nağd pul vəsaitini ona vermişdir. O, həmin miqdarda pul vəsaitini götürüb işin yaxın zamanlarda həll olunacağını bildirmişdir. Lakin həmin pul vəsaitini öz şəxsi tələbatları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs1 daha sonra ifadəsində göstərmişdir ki, əməlindən səmimi peşmançılıq hissləri keçirir, zərərçəkmiş şəxslərə vurduğu maddi ziyandan ifadəsində göstərdiyi kimi müəyyən ödənişlər etmişdir, qalan ziyanı da tamamilə ödəmək fikrindədir, lakin bunun üçün azadlıqda olmalıdır, ziyanı ödəmək üçün yaxın adamları ilə birlikdə çalışır. Zərərçəkmiş şəxs3 dəymiş ziyan isə tam olaraq ondan tutula bilməz, həm də nəzərə alınmalıdır ki, ümumi 40000 manatın 22000 manatını o, tək ödəmişdir. Bundan başqa, onun hazırda 58 yaşı var, səhhətində ciddi problemlər yaranmışdır, həbsdə olduğu müddətdə istintaq təcridxanasından müalicə müəssisəsinə köçürülmüşdür, müalicə alsa da, cərrahiyyə əməliyyatına ehtiyac vardır. Qeyd etdiklərini, habelə qadın olmasını, ittiham olunduğu maddələrdə həbslə bağlı olmayan cəzaların da olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X34 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran rayon sakinləri Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs22 və Zərərçəkmiş şəxs21 tanımış, onlarla ədavət və ya düşmənçiliyi olmamışdır. Lənkəran şəhər Təhsil Şöbəsində psixoloq-metodist vəzifəsində çalışmış, vəzifə bölgüsündə rayonun ümumi təhsil məktəblərində psixoloji xidmət sahəsində metodik rəhbərlik həyata keçirmiş və 01 dekabr 2019-cu il tarixədə öz istəyi ilə ərizə yazaraq 02 dekabr 2019-cu il tarixdə işdən azad olunmuşdur. Onun kimisə işə götürmək və ya işdən azad etmək kimi səlahiyyətləri olmamışdır. Son zamanlar borcları çox olmuş və həmin borcları ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs20 2018-ci ildən tanımışdır. Lənkəran şəhərində oturub həmsöhbət olan zaman Fuad arvadını Lənkəran rayonu Veravul kənd orta məktəbində işə düzəltmək istədiyini söyləmişdir. Həmin vaxt o, fikirləşmişdir ki, Zərərçəkmiş şəxs20 arvadını işə düzəldəcəyi barədə söz verib ondan 2000 manat məbləğində pul alıb borclarından qaytarsın, sonra isə Fuadın pulunu qaytarar. Ona görə də Zərərçəkmiş şəxs20 arvadını müəllimə kimi yox, laborant kimi Veravul kənd məktəbinə düzəldə biləcəyini və bunun üçün 2000 manat pul lazım olduğunu demişdir. Fuad da onunla razılaşıb həmin pulun nəyə lazım olduğunu soruşanda o, Fuadı aldadaraq Bakı şəhərinə gedib-gələcəyini, pulun müəyyən sənədlərin toplanmasına və dövlət rüsumlarına xərclənəcəyini bildirib həmin pulu iki dəfəyə verə biləcəyini də demişdir. Onlar razılaşmışlar ki, bir neçə gündən sonra Lənkəran şəhəri, M.Nəsirli küçəsində yerləşən çay evlərinin birində görüşsünlər və Fuad ona 1000 manat pulu versin. Razılaşdıqları kimi dəqiq tarixi yadında qalmayan vaxtda, təxminən 2018-ci ilin yanvar ayında Fuadla Lənkəran şəhəri, M.Nəsirli küçəsində yerləşən çay evlərinin birində görüşmüşlər. Həmin vaxt Fuadın yanında sonradan adını bildiyi qaynatası Məhərrəm adlı şəxs də olmuşdur. Orada Fuad ona 1000 manat pulu vermişdir. Bir neçə gün sonra onlar yenə həmin çayxanada görüşmüşlər və Fuad yenə qaynatası Məhərrəmin yanında ona 1000 manat pul vermişdir. O, Fuaddan 2000 manat pulu aldıqdan sonra həmin pulla borclarından ödəmişdir. Sonralar isə Fuad ona mütəmadi olaraq zəng vuraraq pulunu tələb etdiyindən Fuadın pulunu qaytarmışdır. Lakin yenə də borcları olduğundan Fuaddan təkrarən həmin pulu geri almaq qərarına gəlmişdir. Ona görə təxminən 2019-cu ilin iyun ayında Fuada zəng vurub Bakı şəhərinə getdiyini, arvadının işinin düzəldiyini və 2000 manat pul lazım olduğunu demişdir. Fuad da ona inanıb onunla həmin gün yenə Lənkəran şəhəri, M.Nəsirli küçəsində yerləşən çay evlərinin birində görüşərək 2000 manat pulu vermişdir. O, həmin pulu da alıb borclarının bir qismini ödəmişdir. Bundan başqa təxminən 2019-cu ilin iyul ayının ortalarında işlədiyi Lənkəran rayon Təhsil Şöbəsində olduğu zaman Zərərçəkmiş şəxs22 bir nəfər tanımadığı qadınla birlikdə işlədiyi yerə gəlib onunla görüşmüşdür. Söhbət zamanı Aynur oğlunu Lənkəran şəhərində yerləşən məktəblərin birində müəllim kimi işə düzəltdirmək istədiyini bildirmişdir. Borcları çox olduğundan və maddi vəziyyəti yaxşı olmadığına görə Aynuru aldadaraq ondan müəyyən məbləğdə pul alıb imkanı yaxşı olduğu vaxtda isə qaytarmağı düşünmüş və buna görə Aynura oğlunun işini düzəldə biləcəyini demişdir. Həmçinin Aynura oğlunun məsələsini həll etmək üçün yol xərclərinə və rüsumlara pul lazım olacağını desə də, əvvəlcə hansı məbləğdə pul lazım olacağını deməmişdir. Xatırladığı qədəri ilə Aynurun deməsinə görə oğlu 10 iyul 2019-cu il tarixdə ingillis dili ixtisası üzrə imtahan vermişdir, buna görə Aynuru inandırmaq üçün onunla əlaqə saxlayıb oğlunun nə qədər bal topladığını soruşmuşdur. Aynur da oğlunun 26 bal topladığını və birinci mərhələdən keçmədiyini demişdir. Səhəri gün, yəni 11 iyul 2019-cu il tarixdə yenə Aynurla əlaqə saxlayıb ona gecikdiyini və digər uşaqların pulunu götürərək işlərini düzəltməyə getdiyini demişdir. Əslində isə elə bir iş görməmiş, məqsədi Aynuru inandırmaq olmuşdur. Arabir Aynur ilə əlaqə saxlayıb onu aldadaraq Təhsil Nazirliyində tanışının olduğunu və onların işini danışıb düzəldəcəyini demişdir. Əslində isə Təhsil Nazirliyində elə bir tanışı olmamışdır. Aynura oğlunu işə düzəltmək üçün 2000 manat pul lazım olduğunu desə də Aynur həmin məbləğdə pula imkanının çatmadığını deyəndə o, Aynura 1500 manat düzəltməsini demiş və Aynur da onunla razılaşmışdır. 12 iyul 2019-cu il tarixdə Aynur ona zəng vuraraq pulu düzəltdiyini və işlədiyi Lənkəran şəhərində yerləşən “Azərfon”un mağazasında olduğunu bildirmişdir. Həmin vaxt onun işi olduğundan taksi sürücüsü kimi tanıdığı, idarə etdiyi avtomobilin markasını və nömrəsini xatırlamadığı, Fuad adlı Lənkəran rayon sakininə Aynurun olduğu yeri bildirib onun yanına getməsini və Aynurda olan əmanəti alıb ona gətirməsini demişdir. Sonra isə bu barədə Aynura bildirib Fuad adlı taksi sürücüsünün mobil telefon nömrəsini vermişdir. Fuad da gedib Aynurdan 1500 manat məbləğində pulu götürərək gətirib ona vermişdir. Fuada həmin pulu Aynurdan hansı məqsədlə aldığını deməmişdir. Aynurdan aldığı pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs21 2019-cu ilin sentyabr ayının sonlarında, dəqiq xatırlamadığı tarixdə ona zəng vurub arvadını işə düzəltməkdə köməklik göstərməsini xahiş etmişdir. O da Fəridlə buna görə görüşmək qərarına gəlmiş və Fəridlə 22 sentyabr 2019-cu il tarixdə Lənkəran şəhərində "xxxx" ASC-nin Lənkəran rayon filialının yanında, Lənkəran şəhər Təhsil Şöbəsinin əvvəllər yerləşdiyi inzibati binanın qarşısında saat 15 radələrində görüşmüşdür. Həmin vaxt Fəridin yanında tanımadığı bir nəfər qadın və bir nəfər kişi olmuşdur. Söhbət zamanı Fəridə arvadı Arzu Abbasovanı 2019-cu ilin oktyabr ayının sonunadək Lənkəran rayonunda evlərinə yaxın yerləşən məktəblərin birinə Lənkəran şəhər Təhsil Şöbəsinin müdiri Aslan müəllimin vasitəsi ilə informatika müəlliməsi kimi işə düzəldə biləcəyini demişdir. Onları inandırmaq üçün Aslan müəllimin adını çəkmişdir. Sonra isə Fəridə arvadını müəllimə kimi işə düzəltmək üçün müvafiq sənədlərin toplanmasına və bəzi dövlət rüsumlarına, eləcə də özünün yol xərclərinə görə 3000 manat xərclənəcəyini demiş və həmin pulu Fəriddən istəmişdir. Fərid isə həmin məbləğdə pulunun olmadığını demişdir. O da Fəridə 2800 manat verməsini demiş və razılaşmışlar. 26 sentyabr 2019-cu il tarixdə təxminən saat 16 radələrində Fərid ona zəng vuraraq pulun bir hissəsini düzəltdiyini və görüşüb vermək istədiyini demişdir. O da Fəridlə Lənkəran şəhərində "xxxx" ASC-nin Lənkəran rayon filialının yanında Lənkəran şəhər Təhsil Şöbəsinin əvvəllər yerləşdiyi inzibati binanın qarşısında görüşmüşdür. Fərid ona arvadının işini düzəltməsi üçün razılaşdıqları 2800 manat pulun 1300 manatını vermiş və qalan 1500 manatını yaxın günlərdə verəcəyini demişdir. 02 oktyabr 2019-cu il tarixdə saat 14 radələrində Fərid ona zəng vuraraq qalan 1500 manat pulu da düzəltdiyini və görüşüb vermək istədiyini demişdir. Həmin vaxt işi olduğundan Fəridlə görüşə bilməmiş və üzdən tanıdığı, lakin adını xatırlamadığı taksi sürücüsünə Fəridin olduğu yeri deyərək gedib ondan pulu götürməsini demişdir. Həmin taksi sürücüsü də gedərək Fəriddən pulu götürüb gətirərək ona vermişdir. O, Fəridə zəng vurub pulu götürdüyünü bildirmişdir. Fəriddən aldığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Düşünmüşdür ki, borclarını ödəsin, sonra Fəridin pulunu qaytarar. Lakin sonradan Fəridin pulunu qaytara bilmədiyindən Fərid dəfələrlə ona zəng vurub pulu istəmişdir. O, Fəriddən hər dəfə vaxt istəmişdir ki, pulunu düzəldib qaytarsın. Təqsirləndirilən şəxs1 isə ümumi tanışları vasitəsilə tanımışdır. Təranə ilə münasibətləri normal olmuşdur. Heç bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs1 ilə tanış olduqdan sonra Təranə ona işə düzətmək adı ilə müxtəlif şəxslərdən pul alaraq ələ keçirdiyini demiş, bu hissədə ona köməklik etməsini xahiş etmişdir. Həmin vaxt pula ehtiyacı olduğundan və müxtəlif şəxslərə borcu yarandığından Təranə ilə razılaşmışdır. Bu məqsədlə Təranə ona ara-sıra müxtəlif məbləğlərdə pul vermiş və o, telefonla həmin pul vermiş şəxslər və ya onların qohumları ilə işə düzəlmə ilə bağlı söhbət aparmış və yaxın zamanlarda işlərinin həll olunacağını bildirmişdir. Belə ki, Təranəyə qohumu X58 şəhərində yerləşən orta məktəbə müəllimə vəzifəsinə işə düzəlmək üçün 15000 manat verən Zərərçəkmiş şəxs1 qaynı Şahid17 ilə telefonla danışaraq işin yaxın zamanda həll olunacağına əmin etmişdir. Bundan başqa Təranənin ona deməsi əsasında Zərərçəkmiş şəxs10 qızı Ayselin Mehdiabad qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbə ibtidai sinif müəlliməsi vəzifəsinə işə düzəlməsi üçün Güllübəyimdən 15000 manat pul almış və ondan Güllübəyimlə danışıb işin yaxın zamanda həll olacağına əmin etməyi xahiş etmişdir. O da Aysel ilə ara-sıra əlaqə saxlayıb məsləhətlər verməklə işin həll olunacağını bildirmiş, sonuncu dəfə danışdıqda isə Təranənin ona pulu tam olaraq vermədiyindən işin həll olunmadığını bildirmişdir. Həmçinin Təranə ona Zərərçəkmiş şəxs8 7 saylı tam orta məktəbə direktor vəzifəsinə işə düzəlməsi üçün 10000 manat pul verdiyini bildirmiş, həmin ərəfədə də Təranə ona 5000 manat pul vermişdir. O, Zərərçəkmiş şəxs8 ilə telefonla danışdıqda 5000 manat pulun özündə olmasını, işinin yaxın zamanda həll olunacağını, odur ki, heç bir narahatçılığa ehtiyac olmadığını bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs6 arvadı Şahid2 da uşaq bağçasına müəllimə vəzifəsinə işə düzəlməsi üçün İsmayıldan 8000 manat alması barədə Təranə ona məlumat vermişdir. O, Zərərçəkmiş şəxs6la danışdıqda işin yaxın zamanlarda həll olunacağını bildirsə də, sonuncu zənglərdə işin uzanması ilə bağlı narazılıq yaranmış, o, Təranənin pulu tam olaraq verməməsini bəhanə kimi gətirdikdə İsmayıl vermiş olduğu pulu geri istəmişdir. Bununla bağlı İsmayıl ilə “Memar Əcəmi” metrostansiyasının yaxınlığında görüşərək özünə çatmış olan 2900 manat nağd pul vəsaitini İsmayıla vermişdir. Tam xatırlamasa da, Təranə ona ara-sıra pul vermiş, telefonla isə müxtəlif şəxslərlə danışmışdır. Ola bilsin ki, həmin şəxslərdən biri Zərərçəkmiş şəxs17 olmuşdur. Təqsirləndirilən şəxs1 ona müxtəlif məbləğlərdə pul vermiş, ən çox verdiyi 5000 manat olmuş və həmin pulu yaranmış borclarının ödənilməsinə vermişdir. Təqsirləndirilən şəxs X34 daha sonra ifadəsində göstərmişdir ki, əməlindən səmimi peşmançılıq hissləri keçirir, zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanın bir qismini ödəmişdir. Qeyd etdiklərini, ailə vəziyyətini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 hazırda yadında qalmasa da, hansısa tanışının vasitəsilə tanımışdır. Sonradan isə Təranənin həkim olması barədə məlumat əldə etmişdir. 2020-ci ilin iyul ayında Tovuz rayonunda qaynının yaşadığı ünvanda qonaq olarkən qaynı Şahid17 arvadı X24 tanışlarının vasitəsilə Tovuz şəhər məktəblərinə riyaziyyat müəllimi vəzifəsinə qəbul etdirməyinə köməklik göstərməyini xahiş etmişdir. Bakı şəhərinə qayıtdıqdan sonra təsadüfən mobil telefonunda Təranə “işə düzəldən” adı ilə qeyd etdiyi ***-***-**-** mobil nömrəsinə zəng edib Binəqədi rayonu, Mir Cəlal küçəsi, “Tərlan” şadlıq evinin yaxınlığında görüşüb qaynının həyat yoldaşının işə düzəlməsinə köməklik göstərməsini xahiş etmişdir. Qısa müddət keçmiş Təqsirləndirilən şəxs1 ona zəng edib qaynı İsrafilin arvadını 15000 manat pulun müqabilində Tovuz şəhərində məktəbə riyaziyyat müəlliməsi təyin etdirəcəyinə vəd vermişdir. Bu barədə İsrafilə zəng edib məlumat verdikdə razılaşaraq hazırda 15000 manat pulu olmadığına görə xahiş etmişdir ki, həmin məbləğdə pulu o, Təqsirləndirilən şəxs1 versin. O, Təqsirləndirilən şəxs1 zəng edib 15000 manatı harada ona verəcəyi barədə maraqlandıqda yaxın tanışını göndərəcəyini bildirmişdir. Təxminən 30 dəqiqə keçmiş, yəni 17 avqust 2020-ci il tarixdə tanımadığı kişi gəlib 15000 manatı ondan ünvan 15 ünvanında almışdır. Həmin vaxt o, təkrarən Təqsirləndirilən şəxs1 zəng edib həmin şəxslə danışdırdıqdan sonra pulu vermişdir. Lakin Təqsirləndirilən şəxs1 pulu aldıqdan xeyli müddət keçsə də vədinə əməl etmədiyinə görə İsrafil də Təqsirləndirilən şəxs1 ilə dəfələrlə əlaqə yaratmış, həmin vaxtlar Ramal adlı şəxs ***-***-**-** mobil nömrəsindən İsrafilə zəng edib işin həll ediləcəyinə vədlər vermişdir. Aldadıldıqlarını bildikdən sonra Təqsirləndirilən şəxs1 15000 manatı qaytarmasını tələb etmişdir və 2021-ci ilin sentyabrınadək Təqsirləndirilən şəxs1 ona hissə-hissə 6000 manat qaytarmış, 9000 manatı isə qısa müddətdə qaytaracağına vəd vermişdir. Lakin sonradan Təqsirləndirilən şəxs1 telefon zənglərinə cavab vermədiyinə görə tanışı Ramala zəng etdikdə Təqsirləndirilən şəxs1 həbs olunduğunu bildirmişdir. Qaynı Şahid17 arvadının işə düzəlməsi üçün Təqsirləndirilən şəxs1 verdiyi 15000 manat özünə məxsus olmuşdur. Hazıradək qalan 9000 manat pul ona qaytarılmamışdır, ona görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X13 şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, adını çəkmək istəmədiyi tanışının vasitəsi ilə həkim işləyən Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Tanışlıq zamanı üçdörd dəfə görüşmüşlər. Görüş zamanı Təranə ona bildirmişdir ki, Xarici İşlər Nazirliyində tanışları var, adamı olsa ora düzəldə bilər. Qızı Fidan da Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirmişdir. Ona görə Təranədən qızı X86 Nazirliyinə hər hansısa bir vəzifəyə işə düzəldə biləcəyini soruşmuş, Təranə də ona demişdir ki, Xarici İşlər Nazirliyinin protokol şöbəsinə mütəxəssis kimi işə düzəldə bilər. Amma bunun üçün 50000 manat pul lazım olmasını bildirmişdir. Təranə ona pulu verəndən 2 ay sonra işin alınacağını 100 faizlə vəd vermişdir. Buna görə o, 13 fevral 2020-ci il tarixdə Təranənin yaşadığı evdə onun özünə 40000 manat vermiş, işə düzələndən sonra da 10000 manat verəcəyini bildirmişdir. 2 ay keçəndən sonra Təranəyə zəng vurmuş, lakin Təranə nə işi düzəltmiş, nə də pulu qaytarmışdır. Sonra da pandemiya başlamış, Təranə müxtəlif bəhanələr gətirmiş, pulu Zenur adlı şəxsə verdiyini bildirmişdir. Bir ilin tamamında artıq Təranəyə pulu qaytarmasını demiş, Təranə də hissə-hissə 22000 manatı geri qaytarmışdır. Amma bu günə qədər 18000 manat ziyanı qalmışdır. Qalan 18000 manat pul ona qaytarılmadığına görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X19 şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, qızı X48 rayonunda yerləşən 161 saylı uşaq bağçasında işləyir. Oğlu Yusifin qayınanası X87 rayonu Mərkəzi Xəstəxanasında iş yoldaşı olan həkim Şahid1 vasitəsi ilə tanış olduğu Təqsirləndirilən şəxs1 ilə söhbət əsnasında qızı Aytəkini hər hansı bir uşaq bağçasına müdir vəzifəsinə işə düzəldə biləcəyini bildirmişdir. 04 may 2021-ci il tarixdə Yusifin bacanağı Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs1 onu işə düzəltmək üçün 20000 manat pulu Ucar rayonunda vermişdir. Onlara Təqsirləndirilən şəxs1 bir çox şəxsi işə düzəltdiyini dediklərinə görə o da 2021-ci ilin may ayının sonlarında Təqsirləndirilən şəxs1 onun yaşadığı ünvan 16 ünvanda 40000 manat pulu qızı Aytəkini bağça müdiri vəzifəsinə düzəltmək üçün vermişdir. Lakin Təranə onu aldadaraq qızını işə düzəltməmiş və ona qarşı dələduzluq etmişdir. O, qızının işini həll etmədiyini görüb Təqsirləndirilən şəxs1 ilə 31 iyul 2021-ci il tarixdə yaşadığı ünvan 16 ünvanda görüşmüşdür. Təranənin yanında X75 da olmuşdur. Təranə ilə Məcid hər ikisi yazılı şəkildə yazı yazaraq onlardan almış olduqları pulları 10 avqust 2021-ci il tarixdə geri qaytaracaqlarını bildirmiş və imza ataraq təsdiq etmişlər. O, Təranənin ondan aldığı 40000 manat pulu geri qaytarmadığını gördükdən sonra 10 avqust 2021-ci il tarixdə polisə müraciət etmişdir. Ona dəymiş ziyan indiyədək ödənilmədiyinə görə Təqsirləndirilən şəxs1 şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə təxminən 2021-ci ilin yanvar ayında tanış olmuşdur. İş yerini dəyişmək istədiyindən bununla bağlı tanışlarından maraqlanmışdır. Hazırda xatırlamadığı tanışlarından biri onu Təranə ilə tanış etmiş və Təranənin ona köməklik göstərə biləcəyini demişdir. Təranənin bir neçə şəxsin işə düzəlməsində köməklik göstərdiyini eşitdiyindən onunla söhbət zamanı iş yerini dəyişmək istədiyini bildirmişdir. Təranə də ona bu məsələdə köməklik göstərə biləcəyini demişdir. Təranədən onu hansı işə düzəldə biləcəyini soruşanda Təranə onu Bakı Humanitar Kollecinə müdir vəzifəsinə düzəlməkdə köməklik göstərə biləcəyini və buna görə də 50000 manat pul lazım olduğunu demişdir. Təranə ona özünü nüfuzlu şəxs kimi tanıtdıraraq yüksək vəzifədə işləyən tanışlarının olduğunu, əvvəllər də bir neçə nəfər şəxsin müxtəlif işlərə düzəlməsində köməklik göstərdiyini bildirmişdir. O da Təranəyə inandığından onunla razılaşmışdır. Lakin həmin vaxt pulu olmadığından Təranəyə pulu düzəltdikdən sonra məlumat verəcəyini demişdir. 03 fevral 2021-ci il tarixdə işə düzəlməsində köməklik göstərməsi üçün razılaşdıqları kimi Təranəyə verməli olduğu 50000 manat məbləğində pulun 15000 manatını düzəltdiyindən zəng vuraraq bu barədə Təranəyə məlumat vermişdir. Təranə də onunla Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Zərifə Əliyeva adına göz xəstəxanasının yanında görüşmüş və o, 15000 manat məbləğində pulu Təranəyə vermişdir. Təxminən 2 gün sonra, yəni 05 fevral 2021-ci il tarixdə qalan 35000 manat pulu da düzəltdiyindən yenə Təranəyə zəng vuraraq bu barədə demişdir. Təranə də ona yaşadığı ünvan 17 ünvanına gəlməsini demişdir. O, Təranənin yaşadığı evə gedərək orada 35000 manat pulu Təranəyə vermişdir. Təranə pulu aldıqdan sonra 1-2 ay ərzində onun işini düzəldəcəyinə vəd vermişdir. Lakin Təranənin dediyi vaxt gəlib çatmasına baxmayaraq işinin düzəlmədiyini görüb ondan pulunu tələb etməyə başlamışdır. Təranə isə yenə ona yalan vədlər verərək aldatmağa başlamış və pulunu qaytarmamışdır. Təranəyə ilk dəfə 15000 manat pulu verən zaman onun yanında heç kim olmamış, Təranə isə sürücüsü olduğunu bildirdiyi tanımadığı bir nəfər şəxslə birlikdə gəlmişdir. 35000 manat məbləğində pulu Təranəyə yaşadığı evdə verən zaman isə onların yanında başqa heç kim olmamışdır. Ona dəymiş 50000 manat məbləğində ziyan indiyədək ödənilmədiyinə görə Təqsirləndirilən şəxs1 şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Arif oğlu ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayından heç bir yerdə işləmədiyinə görə maddi vəziyyəti yaxşı olmamışdır, özünə iş axtararkən qayınanası bildirmişdir ki, Şahid1 tanışı iş tapmaqda ona köməklik göstərə bilər. O da Şahid1 ilə əlaqə saxlamış, o, bildirmişdir ki, Təqsirləndirilən şəxs1 adlı şəxs onu “X55” adlı şirkətə işə düzəldə bilər. Bir müddət Şahid1 ilə əlaqə saxladıqdan sonra o, bildirmişdir ki, həmin şirkətə işə düzəlməsi üçün onun tanışı Təqsirləndirilən şəxs1 20000 manat pul verməlidir. O, Təranə ilə razılaşmış və 20000 manat pulu verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs1 tanışı Şahid1 pulu tam almamış onlarla görüşməyəcəyini demişdir. 04 may 2021-ci il tarixdə saat 20 radələrində Şahid1 Ucar rayonunda yaşayan qayınanası X7 yaşadığı evdə 20000 manat pulu onu işə düzəltmək adı ilə vermişdir. Elə həmin gün Şahid1 onu Təqsirləndirilən şəxs1 ilə tanış etmişdir. Belə ki, Təranə qayınanasının yaşadığı evə gələrək onlarla tanış olmuşdur. Lakin sonradan onun işi düzəlmədiyindən Şahid1 ona verdiyi 20000 manat pulu tələb etmişdir. Təranə isə bildirmişdir ki, pulu Təqsirləndirilən şəxs1 vermişdir, Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlayıb onlardan aldığı pulu 10 avqust 2021-ci il tarixdə qaytaracaqdır. O, 20000 manat pulunun geri qaytarılmadığını gördükdən sonra polisə müraciət etmək qərarına gəlmişdir. Ona dəymiş ziyan indiyədək ödənilmədiyinə görə Təqsirləndirilən şəxs1 şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Nərmin Masazır qəsəbəsində yerləşən 3 nömrəli orta məktəbdə müəllimə işləyir. Onlar evdə belə qərara gəlmişlər ki, Nərmini Nərimanov rayonunda yerləşən uşaq evinə müəllimə kimi yerdəyişmə etsinlər və bunun üçün adam axtarmağa başlamışlar. O zaman yadlarına rəhmətlik qayınatasının tanışı Təranə adlı şəxs düşmüşdür, belə ki, onlar Təranəni iş düzəldən biri kimi tanımışlar. Təranənin ***-***- **-** telefon nömrəsini tapmış və onunla əlaqə saxlamışlar. Təranə onlara bildirmişdir ki, o, həyat yoldaşı Nərmini 8000 manata Nərimanov rayonunda yerləşən uşaq bağçasına müəllimə kimi yerdəyişmə edə bilər. O da Təranə ilə razılaşmışdır. Ondan sonra 21 fevral 2021-ci il tarixdə saat təxminən 22:00 radələrində o, Nərminlə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 16 ünvana getmişlər. Orada söhbət etdikdən sonra Təranə ona söz vermişdir ki, Nərmini Nərimanov rayonu ərazisində yerləşən uşaq evinə müəllimə kimi təxminən bir ay ərzində yerdəyişmə edəcəkdir. O da Təranəyə inanıb Nərminin yanında 8000 manat pulu çıxarıb Təranəyə vermiş, sonra oradan çıxıb getmişlər. 24 fevral 2021-ci il tarixdə Təranə Nərminə zəng vuraraq bildirmişdir ki, onun üçün də təcili yardımda sürücü işi var və düzəldə bilər. Nərmin bu barədə ona bildirmiş və o da Təranə ilə əlaqə saxlamışdır. Təranə ona bildirmişdir ki, bu iş üçün 3000 manat pul lazımdır, işsiz olduğu üçün Təranəyə inanıb onunla razılaşmışdır. Həmin tarixdə saat təxminən 23 radələrində Təranə yaşıl rəngli, sürücüsünün adı təxminən Fuad adlı şəxsin “Mersedes” markalı avtomobili ilə onun yaşadığı evə gəlmiş, o, yenə Nərminin yanında 3000 manat pulu Təranəyə onu təcili yardımda sürücü işinə düzəltmək üçün vermişdir. Təranə də vəd vermişdir ki, tezliklə onun işini düzəldəcək və çıxıb getmişdir. Ondan sonra onlar Təranənin onlara vəd etdiyi vaxta kimi gözləmişlər, lakin işin alınmadığını görüb Təranə ilə əlaqə saxlayıb işi soruşduqda, o, bu gün-sabah deyərək vaxtı uzatmışdır. Nəhayət o, işin düzəlmədiyini görüb Təranədən pulunu tələb etməyə başlamışdır. Təranə də darıxmamasını, əgər istəyirsə Təhsil Nazirliyində işləyən Ramal adlı şəxsin nömrəsini verə biləcəyini, özünün ondan soruşmasını bildirmişdir. O da Təranədən Ramal adlı şəxsin ***- ***-**-** mobil telefon nömrəsini almışdır. Nərmin həmin nömrə ilə əlaqə saxlamış, özünü Ramal kimi təqdim edən şəxs bildirmişdir ki, “darıxma, müqavilə bağlanılıb, təxminən 2021-ci ilin dekabr ayına kimi iş düzələcək”. Onlar da inanıb gözləməyə başlamışlar, lakin sonradan işin uzandığını görüb Ramala zəng vuraraq pullarını tələb etmişlər. Ramalda bildirmişdir ki, Təranə ona pulun hamısını vermədiyi üçün müqavilə ləğv olunmuşdur, Təranə pulun hamısını verdiyi təqdirdə müqavilə yenidən bərpa olunacaqdır. X71 nə qədər pul verməsini soruşduqda Ramal bildirmişdir ki, Təranə ona həmin işə görə 2900 manat pul vermişdir. Onda o, Ramala bildirmişdir ki, işi istəmir, Ramal da bildirmişdir ki, bir-iki günə onun pulunu qaytaracaqdır. Təxminən bir neçə gün sonra o, Ramalla “Memar Əcəmi” metrostansiyasının yanında görüşmüş və Ramal ona 2900 manat pul verib bildirmişdir ki, Təranə ona həmin işdən cəmi 2900 manat pul vermişdir. Bundan sonra o, Təranədən pulunu tələb etməyə başlamış, Təranə hissə-hissə, təxminən 3 ay ərzində onu işə düzəltməl üçün verdiyi 3000 manat pulu ona qaytarmışdır. Lakin Nərminin pulunu qaytarmayaraq işin tezliklə düzələcəyini bildirmişdir. Lakin sonradan nə qədər əlaqə saxlamaq istəsələr də Təranənin telefonu söndürülmüşdür. Ona dəymiş ümumi 11000 manat ziyanın 2900 manatını Ramal, 3000 manatını Təranə qaytarmış, qalan ziyan ödənilməmişdir. Ona görə hər iki təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X53 ifadəsində göstərmişdir ki, o, uzun illər tibb sahəsində işləmişdir, işlədiyi müddətdə Təqsirləndirilən şəxs1 tanımışdır. Təqsirləndirilən şəxs1 Pirallahı qəsəbəsində yerləşən 18 saylı təcili X38 həkim işləmişdir. 07 noyabr 2019-cu il tarixdə o, işdən ayrılmış, tibb sahəsində yeni bir işə düzəlmək istəmişdir. Təranə bunu bilib yuxarı vəzifədə işləyən tanışlarının vasitəsi ilə onu hər hansı tibb müəssisəsinə həkim vəzifəsinə işə düzəldə biləcəyini bildirmişdir. Lakin həmin şəxsin kim olması və hansı vəzifədə işləməsi barədə ona heç bir məlumat verməmişdir. Təranə bu iş üçün ondan 40000 manat pul istəmişdir. O, 2019-cu ilin dekabr ayında yaşadığı ünvan 18 ünvanında Təranəyə övladlarının iştirakı ilə ilk əvvəl 20000 manat pul vermişdir. Təxminən 10 gün sonra Təranə zəng edərək qalan pulu da çatdırmalı olduqlarını bildirmişdir. Hətta danışıq zamanı Təranə ona bildirmişdir ki, 15000 manat versə də olar, çünki 5000 manat pul bu işi gördüyü üçün Təranəyə çatmalı olan puldur. Təranə bu pulu ona keçdiyini və verməməsini bildirmişdir. O, yenə yaşadığı evdə övladlarının yanında Təranəyə əlavə olaraq 15000 manat pul vermişdir. Təxminən 3 ay müddət keçməsinə baxmayaraq Təranənin vəd etdiyi iş alınmadığı üçün o, Təranədən verdiyi pulu qaytarmasını tələb etmişdir. Təranə 3 ay müddətinə ona 30000 manat pul qaytarmış, ona 5000 manat verəcəyi qalmışdır. 2021-ci ilin təxminən iyun ayında Təranə ona zəng edərək onu bağça müdürəsi vəzifəsinə düzəldə biləcəyini bildirmiş, bu iş üçün ondan 20000 manat pul istəmişdir. O da Təranə ilə razılaşaraq yaşadığı evdə ona 15000 manat pul vermişdir. Təranənin ona 5000 manat verəcəyi olduğu üçün qalan pulu da özünün pulun üzərinə qoymasını demişdir. Təranə ona bildirmişdir ki, onun işini avqust ayının 5-nə kimi düzələcəkdir. Lakin göstərilən müddət çatsa da Təranənin vəd etdiyi iş alınmamışdır. Təranədən işin niyə görə alınmadığını soruşduqda o, narahat olmamasını, işin tezliklə alınacağını bildirmişdir. Buna görə o, Təranəyə inanaraq gözləməyə başlamışdır. Təranə bu müddət ərzində onun oğlu X8 universiteti qurtardığını və işə qəbul olmaq istədiyini bilib ondan oğlunun Vergilər Nazirliyinə işə qəbulu üçün 20000 manat pul istəmişdir. O da Təranəyə bildirmişdir ki, işin əvvəlində 10000 manat, iş düzəldikdən sonra isə qalan 10000 manat veriləcəkdir. Təranə onunla razılaşdığı üçün o, yaşadığı evdə Təranəyə 10000 manat pul vermişdir. Həmin müddətdə oğlunun “İELTS” imtahanlarından keçməsi ilə əlaqədar Təranəyə müraciət etdikdə o, bu işi də həll edə biləcəyini bildirmişdir. Bu məqsədlə yaşadığı ünvanda Təranəyə 8000 manat pul vermişdir. Bununla da, yuxarıda qeyd olunan işləri görməsi üçün o, Təranəyə ümumilikdə 38000 manat pul vermişdir. Lakin Təranə onu aldadaraq verdiyi vədə əməl etməmişdir. O, Təranəyə bütün pulları yaşadığı ünvan 19 ünvanında vermişdir. Ona dəymiş ziyan indiyədək ödənilmədiyinə görə Təqsirləndirilən şəxs1 şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2000-2003-cü illərdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Zəkalar liseyi”ndə dil-ədəbiyyat müəlliməsi, bundan sonra 2004-2021-ci illərdə Xətai rayonu ərazisində yerləşən “Heydər Əliyev” adına liseydə direktor müavini vəzifəsində, 2012-2016-cı illərdə Xətai rayonu ərazisində yerləşən 86 saylı orta məktəbdə direktor vəzifəsində işləmişdir. Sonradan müqaviləsi bitdiyindən işdən çıxmışdır. 2018-ci ilin ortalarında, yəni Xətai rayonu ərazisində yerləşən “Heydər Əliyev” adına liseydə direktor müavini vəzifəsində işlədiyi dövrlərdə direktoru olmuş Şahid8 onun yenidən işə bərpa olunmaq istədiyini bildiyindən köməklik məqsədi ilə ona bir nəfər Təranə adlı qadının olduğunu və Təranənin ona köməklik göstərə biləcəyini bildirmişdir. O da Fikrət müəllimlə razılaşmiş və Təranə adlı qadınla görüşmək istədiyini bildirmişdir. Həmin günlərin birində Fikrət müəllimlə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı Binəqədi rayonu, 9-cu MKR-da yerləşən evinə getmişlər. Orada o, Təqsirləndirilən şəxs1 ilə tanış olmuş və Təranə ona Pirallahı rayonu ərazisində yerləşən təcili X38 həkim işlədiyini, əvvəllər isə müəllimə, direktor müavini və direktor vəzifəsində işlədiyini, yenidən yaşadığı Xətai və ya Nizami rayonu ərazilərində orta məktəblərdən birinə direktor vəzifəsinə işə düzəlmək istədiyini bildirmişdir. Təranə onu da bildirmişdir ki, yuxarı vəzifələrdə işləyən tanışlarının vasitəsi ilə onu 30.000-50.000 manat pul müqabilində direktor vəzifəsinə düzəldə bilər. Bunun üçün ilkin olaraq beh kimi müəyyən məbləğ pul verməlidir və qısa müddət ərzində onu direktor vəzifəsinə düzəldəcəkdir. Ona görə də o, üzərində olan 5000 ABŞ dolları pulu Təranəyə onun yaşadığı 9-cu MKR-da yerləşən evində vermişdir. Bundan sonra o, hər dəfə Təranədən işin nə yerdə olduğunu soruşanda Təranə müxtəlif bəhanələr gətirərək işi uzatmişdir. Bir ilin tamamında o, işin düzəlmədiyini görüb Təranədən pulunu geri istəmişdir. Təranə də təxminən bir neçə günə onun verdiyi 5000 ABŞ dolları pulu ona geri qaytarmışdır. Bundan sonra arabir Təqsirləndirilən şəxs1 ona istifadəsində olan mobil telefon vasitəsi ilə zəng vuraraq danışmişdır. Ona işə düzəlmək istəyib-istəmədiyini soruşmuş, o da hər dəfə Təranəyə işə düzəlmək istəmədiyini bildirmişdir. 2020-ci il dekabr ayının ortalarında Təqsirləndirilən şəxs1 ona zəng vuraraq Səbail rayonu 7 saylı orta məktəbdə direktor vəzifəsi yerinin boş olduğunu və onu həmin işə düzəldə biləcəyini bildirmişdir. Hətta əlavə olaraq onu da demişdir ki, həmin yerə düzəlmək istəyən çoxlu sayda adam vardır. Lakin onun işə düzəlmək istəmədiyini görüb Təranə onu inandırmaq üçün bildirmişdir ki, yuxarı vəzifədə işləyən Ramal adlı şəxs var, Ramal onu həmin işə 1 ay ərzində düzəldə bilər. Həmin iş üçün Təranə ondan 50000 manat pul istəmişdir və onu yenidən inandırmaq üçün bildirmişdir ki, Ramal müəllimin mobil telefon nömrəsini ona verəcək və o, özü zəng vurub onunla danışa bilər. O da Təranənin sözündən sonra ona inanmış və onunla razılaşmışdır. Təranə ona ilkin olaraq lazım olan sənədlərin kserosurətlərini və pulun yarısını verməsini demişdir. O, Təranəyə hazırda onda 10000 manat pul olduğunu, iş düzələnə yaxın qalan pulu verəcəyini bildirmişdir. Bundan sonra Təranə ona Ramal adlı şəxsin istifadəsində olan ***-***-**-** nömrəsini vermişdir. O da Təranəyə inanmışdır. 24 dekabr 2020-ci il tarixdə Təranə ona zəng vuraraq sənədləri və pulu götürmək istədiyini bildirmişdir. O, Təranəyə hazırda Türkiyə Respublikasında olduğunu, oğlu X42 vasitəsi ilə pulu və sənədlərin kserosurətlərini ona çatdıracağını bildirmişdir. Bundan sonra oğlu Nihada zəng vurmuş və Təranənin yaşadıqları evin qarşısına gələcəyini, onunla görüşüb 10000 manat pul və sənədlərin surətlərini ona verməsini bildirmişdir. Sonradan Təranə ona zəng vuraraq oğlu Nihaddan pulu və sənədləri götürdüyünü bildirmişdir. Hətta Təranə onunla danışdıqda ona bildirmişdir ki, Ramal müəllim onun verdiyi pulu götürməmişdir, ona görə məcbur olub özündən həmin pulun üzərinə 8000 manat pul da qoyub Ramal müəllimə onun işinin düzəlməsi üçün vermişdir. O, Təranyə bildirmişdir ki, Türkiyədən gəlib həmin pulu qaytarar. Bir ay keçdikdən sonra Təranəyə zəng vuraraq işin nə yerdə olmasını soruşmuş, Təranə tezliklə düzələcəyini bildirmişdir. Bundan sonra o, dəfələrlə Təranəyə zəng vurub işini soruşanda o, Ramalı ona yönəldərək özü söhbətdən yayınmışdır. Həmin dəqiqə də Ramal ona zəng vuraraq darıxmamasını, sənədlərin artıq içəri verildiyini və tezliklə imza olunacağını bildirmişdir. Lakin vaxt uzanmış, iş düzəlməmişdir. Ona görə artıq aldandığını başa düşüb Təranəyə zəng vuraraq pulunu tələb etməyə başlamışdır. Təranə də ona bu gün-sabah deyə vaxtı uzatmışdır. Bundan sonra o, Təranəyə zəng vuranda artıq telefonlarına cavab vermədiyini görüb Ramalın istifadəsində olan mobil telefon nömrəsinə zəng vurub pulunu tələb etməyə başlamış və Ramala bildirmişdir ki, onlarda 18000 manat pulu var, iş düzəlmirsə pulu qaytarsınlar. Ramal isə ona bildirmişdir ki, 18000 nədir, Təranə ona cəmi 5000 manat pul vermişdir. Həmin vaxt ona Təranə zəng vurmuş və ona 18000 deyil, 10000 manat pul verdiyini, həmin pulun da 5000 manatını Ramala verdiyini bildirmişdir. O, Təranəyə artıq işi istəmədiyini deyib pulunu qaytarmasını tələb etmişdir. Təranə tezliklə pulunu qaytaracağını bildirsə də qaytarmamışdır. Bundan sonra o eşitmişdir ki, Təqsirləndirilən şəxs1 digər şəxslərə qarşı da dələduzluq etdiyinə görə Binəqədi polisi tərəfindən tutulmuşdur. Ona görə həmin idarəyə gedərək Təqsirləndirilən şəxs1 barəsində şikayət ərizəsi vermişdir. Ona dəymiş 10000 manat ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X13 şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 həyat yoldaşı Yaşarın əmisi qızıdır. Söhbət zamanı Təranə və qardaşı Musa həyat yoldaşı Yaşara qızı Ayseli işə düzəltmək barədə təklif etmişlər. Qızı işsiz olduğuna görə həyat yoldaşı buna sevinmişdir və ona bu barədə dedikdə, o Təranəyə zəng vurub qızının işə düzəlmə məsələsi ilə bağlı maraqlanmışdır. O, Təranəyə qızının 2020-ci ilin yay aylarında ibtidai sinif müəlliməsi üçün keçirilən imtahanlarda iştirak etdiyini, lakin vakant yer olmadığına görə işə düzələ bilmədiyini bildirmişdir. Söhbət zamanı Təranə ona yuxarı vəzifələrdə yaxşı tanışlarının olduğunu, həmin şəxslərin vasitəsi ilə Ayseli yaşadığı Mehdiabad qəsəbəsində yerləşən 1 nömrəli məktəbə ibtidai sinif müəlliməsi kimi işə düzəldə biləcəyini bildirmişdir. O, Təranədən hansı məbləğ qarşılığında bu işi düzüb-qoşa biləcəyini soruşduqda, o, 15000 manata bu məsələni həll edə biləcəyini bildirmişdir. Bu barədə qızı Aysellə danışmış, bir az fikirləşdikdən sonra Təranə ilə razılaşmışdır. Beləliklə, 09 oktyabr 2020-ci il tarixdə Aysellə Təranənin yaşadığı ünvana getmişlər. Təranə və qızı Nərgiz həmin vaxt evdə olmuşlar. Orada 15000 manat pulu sayaraq Təranəyə vermişdir. Təranə pulu aldıqdan sonra ona narahat olmamasını, artıq Aysellə məsələləri başladacağını bildirmişdir. Bir neçə dəfə Təranədən məsələni kimin həll edəcəyini soruşmuş, lakin Təranə ona heç bir ad çəkməmiş və yalnız onu tanıdığını bildirmişdir. Təranə pulu aldıqdan sonra ən azı iki ay ərzində Ayselin məktəbə əmrinin veriləcəyini və işə çıxacağını bildirmişdir. Lakin aradan 2 ay keçməsinə baxmayaraq Təranəyə zəng vuran zaman o, hər dəfə müxtəlif bəhanələr gətirərək məsələni həll edəcəyini bildirmişdir. 2021-ci ilin fevral ayında Təranə Ayselə “watsapp” proqramı vasitəsi ilə qızının anket məlumatları olan bir cədvəl göndərmiş və həmin cədvəl ilə məsələnin artıq sonu olduğunu, qısa zamanda həll olunacağını bildirmişdir. Ondan sonra onlar Təranəyə yenidən inanmışlar. Lakin hər dəfə Təranədən bu barədə soruşduqda narahat olmamalarını, yaxın vaxtlarda məsələnin həll olunacağını deyib onları aldatmışdır. Ondan sonra Aysel Ramal adlı şəxslə əlaqə saxlamış və onunla məsələ ilə bağlı maraqlandıqda, X66 işini həll edəcəyini, onun bütün sənədləri topladığını, lakin yekun olaraq Təranənin gətirib pulu vermədiyini, bu səbəbdən işlərinin həll olunmadığını bildirmişdir. Ondan sonra o və Aysel Təranə ilə əlaqə saxlayb bu barədə onunla maraqlandıqda o, Ramalın yalan danışdığını bildirmiş və məsuliyyəti üzərindən atmaq istəmişdir. Onlar Təranədən pulu geri istədikdə o, yaxın vaxtlarda pulu geri alıb qaytaracağına söz vermişdir. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq Təranə onları aldatmış və pullarını geyri qaytarmamışdır. Bundan başqa, Təranə 2021-ci ilin aprel ayında qardaşı oğlu Vüqarı da Kənd Təsərüffatı Nazirliyinə işə düzəlmək üçün 15000 manat pul almış, lakin onu da aldatmışdır. Ona dəymiş 15000 manat ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X13 şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 bibisi Güllübəyimin qohumudur, onunla əvvəllər heç bir tanışlığı olmamışdır. 2020-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 bibisindən onun qızını işə düzəltməyə görə pul almışdır. Təranə əvvəllər bir-iki ay gözləmələrini desə də sonradan iş uzanmışdır. Təranə aprel ayında bir çıxarış göndərmiş, həmin çıxarışı o, görüb tanış olmuş və onda maraq yaranmışdır. Atası İlqar vasitəsi ilə Təranə ilə əlaqə saxlayıb onu da işə düzəldə biləcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs1 onu 15000 manat müqabilində Kənd Təsərüffatı Nazirliyində işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra o, pul axtarmış və tapdıqdan sonra pulun 7000 manatını 2021ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrosunun çıxışında atası ilə birlikdə Təqsirləndirilən şəxs1 ilə görüşərək ona vermişdir. Bundan sonra Təranə onun işi ilə bağlı məsələlərə başlayacağına söz vermiş, pulun qalanını sonra alacağını bildirmişdir. 19 aprel 2021-ci il tarixdə Təranə ona “watsapp” vasitəsi ilə zəng vuraraq pulun qalanını ondan istəmişdir. O da Təranədən məsələnin nə yerdə olmasını soruşduqda, Təranə işə qəbulu ilə bağlı müvafiq şəxslərlə görüşdüyünü, yaxın vaxtlarda işinin həll olunacağını bildirmiş və pulun qalan hissəsini tezliklə çatdırmasını bildirmişdir. Bundan sonra o, 8000 manat pulu atası İlqarla birlikdə Təranənin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR-da yerləşən “Sonalar” restoranının qarşısında yerləşən binadakı evində Təranəyə vermişdir. Təranə ondan pulu alıb təxminən 1 ay ərzində işə qəbulu ilə bağlı əmrin olacağını demişdir. Həmin vaxtdan 1 ay keçdikdən sonra o, Təranə ilə əlaqə saxlayıb işi ilə maraqlandıqda, Təranə müxtəlif bəhanələr gətirərək onu aldatmağa başlamışdır. O da Təranənin onu aldatdığını başa düşüb pulunu tələb etməyə başlamışdır. Lakin Təranə pulu artıq həmin şəxsə verdiyini, heç bir problem olmadığını və pulu alıb geri qaytaracağını bildirmişdir. Sonradan Təranə ilə əlaqə saxladıqda o, zənglərə cavab verməyərək telefonu söndürmüşdür. Ona dəymiş 15000 manat ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs1 şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Nurəddin adlı şəxsin vasitəsi ilə tanımışdir. Belə ki, o, Bakı şəhər, Nəsimi rayonu, 2 saylı X6 tibb bacısı işlədiyindən yaşadığı Binə qəsəbəsindən uzaq olduğu üçün evdə belə qərara gəlmişlər ki, o, işini Sabunçu rayon Xəstəxanasının doğum şöbəsinə keçirsin. Təxminən 2021-ci ilin avqust ayının əvvəllərində onu işə düzəldə bilən tanış adam axtarmağa başlamışlar. Həyat yoldaşı Arifin əmisi oğlu Nurlan söhbət əsnasında bildirmişdir ki, Nurəddin adlı şəxs var, o, köməklik edə bilər və Nurəddinin ***-***-**-** mobil telefon nömrəsini həyat yoldaşına vermişdir. Arif Nurəddin adlı şəxsə zəng vurub danışmış, Nurəddin bildirmişdir ki, Təqsirləndirilən şəxs1 adlı şəxs var, o, işi düzəldə bilər və Təranənin ***-***-**-** mobil telefon nömrəsini vermişdir. O, həmin telefon nömrəsi ilə əlaqə saxlamış, dəstəyi götürən və özünü Təranə kimi təqdim edən xanıma öz işini dəyişmək istədiyini bildirmişdir. Təranə bildirmişdir ki, onu Sabunçu rayon xəstəxanasının doğum şöbəsinə 8000 manat pula düzəldə bilər. Təranəyə evdə həyat yoldaşıyla danışıb ona xəbər verəcəyini bildirmişdir. Ariflə bu barədə danışmış, Arif həmin işin 8000 manata olması ilə razılaşmamışdır. Ondan sonra Təranə ona zəng vurub maraqlandıqda o, Təranəyə bildirmişdir ki, həyat yoldaşı həmin məbləğə razı deyildir. Təranə ona bildirmişdir ki, onu həmin işə 6000 manata düzəldə bilər. Arifə bu barədə bildirmiş, razılaşdıqlarına görə bu pulu axtarmağa başlamışlar. Təxminən 2021-ci ilin sentyabr ayında atası Əli yaşadığı Ağdaş rayonunda banklardan birindən öz adına 3000 manat kredit pul götürüb ona vermiş, bibisi Şahid6 da ona kömək məqsədi ilə Bakı şəhərində yerləşən “YapıKredi Bank”ın Nərimanov filialından öz adına 2000 manat kredit pul götürərək ona vermişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs1 ona zəng vuraraq işin nə yerdə olması barədə soruşmuşdur. O isə Təranəyə əllərində cəmi 5000 manat pul olduğunu bildirmişdir. Təranə bildirmişdir ki, eybi yoxdur, nə varsa versinlər, 1000 manat da sonra verərlər. Bu barədə Arifə bildirmiş, lakin Arif nədənsə razı olmamışdır. Təranə yenidən onunla telefon əlaqəsi saxladıqda o, Təranəyə həyat yoldaşı Arifin razı olmadığını bildirmişdir. Təranə isə bildirmişdir ki, evə gəlmək istəyir ki, həyat yoldaşını razı salsın. O da Təranə ilə razılaşmışdır. 10 oktyabr 2021-ci il tarixdə Təranə onun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə Südçülük sovxozunda yerləşən evə gəlmişdir. Həmin vaxt evdə o, həyat yoldaşı Arif və bibisi Pakizə olmuşdur. Təranə həyat yoldaşı ilə danışmış, işi tezliklə düzəldəcəyini, 5000 manat əvvəldən, iş düzələndən sonra isə 1000 manatı verəcəklərini bildirmişdir. Bundan sonra Arif Təranə ilə razılaşmışdır. Lakin həmin gün onlar Təranəyə pul verməmişlər, Təranə çıxıb getmişdir. 14 oktyabr 2021-ci il tarixdə axşam saatlarında Təranə ona zəng vurub bildirmişdir ki, artıq o, işi danışıb, yer hazırdır və pulu vermək lazımdır. Onlar belə qərara gəlmişlər ki, səhəri gün görüşüb pulu verərlər. 15 oktyabr 2021-ci il tarixdə saat 13 radələrində o, bibisi Pakizə ilə Bakı şəhəri, “Koroğlu” metrostansiyasının yaxınlığında üzü şəhərə gedən istiqamətdə Təqsirləndirilən şəxs1 ilə görüşmüşlər. Təranə həmin vaxt açıq boz rəngli “Mercedes” markalı dövlət nömrə nişanının axırı “521” olan avtomobildə gəlmişdir. Sürücü 50-55 yaşlarında, dolu bədən quruluşlu, az saçlı olmuşdur. Təranə avtomobildən düşmüş və o, Sabunçu rayon Xəstəxanasının doğum şöbəsinə işə düzəltməsi üçün bibisi Pakizənin yanında 5000 manat pulu Təranəyə vermişdir. Təranə ona söz vermişdir ki, təxminən 5-6 günə onun işini düzəldəcəkdir, ondan sonra onlar ayrılmışlar. Təxminən 5 gün keçmiş Təranənin istifadəsində olan mobil telefon nömrəsinə zəng vurmuş, lakin ona zəng çatmamışdır. Bundan sonra o, Təranənin Binəqədi polisi tərəfindən dələduzluq əməllərinə görə tutulduğunu bilmiş və onun haqqında o da şikayət vermişdir. Ona dəymiş 5000 manat ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs1 şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, 9 saylı Təcili X38 sanitar vəzifəsində işləyərək ailəsini dolandırmış, həmin vəzifədə 2019-cu ilin noyabr ayından işə başlamışdır. Təqsirləndirilən şəxs1 həkim olaraq rəfiqəsinin iş yoldaşı kimi 10 ildir ki, qiyabi olaraq tanımışdır. Özü təcili yardımda fəaliyyətə başladıqdan sonra Təranəni orada görüb üzbəüz tanış olmuş və münasibətləri normal olmuşdur. Söhbətləri zamanı Təranə onun oğlu barədə maraqlandıqda oğlunun ali təhsilli olmasına baxmayaraq iş tapa bilmədiyini danışmışdır. O, həmçinin oğlunun hərbi xidmətdə olmadığını bildirdikdə Təranə bunun problem olmadığını qeyd etmiş, oğlu Orxanı Təcili X38 aylıq məvacibi 900 manata yaxın olan sürücü vəzifəsinə işə qəbul etdirə biləcəyini, həmin işin düzəlməsi üçün 10000 manat lazım olduğunu demişdir. O, həmin pulu qısa bir zamanda Təranəyə çatdıra biləcəyini demişdir. Sonradan onlar öncədən razılaşaraq 2021-ci ilin aprel ayının ilk ongünlüyündə onun yaşadığı Qaradağ rayonu, massiv 1A, ev 6 saylı ünvanda Təranə ilə görüşmüşlər. Həmin vaxt mənzildə o, tək olmuş, Təranə də mənzilə tək gəlmişdir. Təranə mənzilə daxil olduqdan sonra onlar bir qədər söhbət etmişlər, sonra Təranə ilə razılaşdıqları məbləği oturduqları masanın arxasında Təranəyə təqdim etmişdir. Təranə pulu saydıqdan sonra ona oğlunun qısa zaman ərzində işə çıxacağını bildirmişdir. Bundan sonra ara-sıra əlaqə saxladıqda Təranə işin həll olacağını bildirmişdir. Bundan başqa qızı Tünzalənin əri Qurbanəlinin xalası qızı X43 və onun əri X72 X38 sanitar vəzifəsində işə düzəlməsi üçün Təranə ilə əlaqə saxladıqda həmin işi də həll edə biləcəyini, həmin iş üçün 10000 manat lazım olduğunu bildirmiş və 19 iyul 2021-ci il tarixdə onun yaşadığı Qaradağ rayonu, massiv 1A, ev 6 saylı ünvanda görüşmüşlər. Həmin vaxt o, mənzildə tək olmuş, Təqsirləndirilən şəxs1 da mənzilə tək daxil olmuşdur. Təranə mənzilə daxil olduqdan sonra elə giriş qapısının yanında vaxtı az olduğundan razılaşdıqları 10000 manat pulu Təranəyə təqdim etmişdir. Ona qohum olan həmin şəxslər maddi cəhətdən imkansız olduqlarından Təranəyə verdiyi 10000 manat pul onun özünə məxsus olmuşdur, həmin şəxslər işə düzəldikdən sonra onların əvəzinə verdiyi 10000 manat pulu ona geri qaytarmalı olmuşlar. Həmin yerdə Təranə pulu sayaraq ondan götürmüşdür. Təranə həmin işi də qısa zamanda həll edəcəyini qeyd etmişdir. Sonradan Təranənin istifadəsində olan mobil nömrəyə zəng vurduqda zənglərinə cavab verməməyə başlamış, odur ki, artıq Təranənin onun etibarından sui-istifadə etdiyini və onu aldatdığını düşünmüşdür. Təranə işi həll etmədiyindən və pulunu geri ala bilmədiyindən DİN-nin “102 xidməti”nə məlumat vermiş və 10-cu polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Ona dəymiş 20000 manat ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs1 şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, 2018-ci ilədək "xxxx" ASC-də yanacaq xidmətində mütəxəssis vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs1 qohumu Zərərçəkmiş şəxs14 vasitəsilə tanımış, onunla münasibətləri normal olmuşdur. Söhbətləri zamanı Təranəyə ali təhsilli olmasına baxmayaraq iş tapa bilmədiyini bildirmişdir. Təranə isə onu öz iqtisadçı ixtisasına uyğun X14 Xidmətinə işə qəbul etdirə biləcəyini, bunun üçün 20500 manat lazım olduğunu bildirmişdir. O, həmin pulun tam olaraq olmadığını, ilkin olaraq 17000 manat pul verə biləcəyini, qalan 3500 manat pulu isə bir qədər sonra verə biləcəyini bildirmişdir. Belə olan halda onlar öncədən razılaşdıqdan sonra 03 iyun 2019-cu il tarixdə Təranənin yaşadığı ünvan 10 ünvanda görüşmüşlər. Həmin vaxt Təranə mənzildə tək olmuşdur, o isə arvadı Şahid15 ilə birlikdə getmişdir. Təranənin yaşadığı mənzilə daxil olduqdan sonra qonaq otağında masanın arxasında əyləşmişlər. Bir qədər söhbət edib çay içdikdən sonra Təranə ilə razılaşdıqları məbləği oturduqları masanın arxasında Təranəyə təqdim etmişdir. Təranəyə pulu saymasını dedikdə o, pulu sayıb düz olduğunu qeyd etmişdir. Həmin gündən sonra Təranə pulun qalan hissəsini yaxın bir vaxtda verməsini istəmişdir ki, işi tez həllini tapsın. O da Təranənin belə israr etməsindən sonra 2019-cu ilin iyul ayının ilk on günlüyündə arvadı Şahid15 Təranə ilə görüşüb ona verməli olduğu 3500 manat pulu verməsini xahiş etmişdir. Arvadı Aysel də Təranə ilə həmin tarixdə “Heydər Əliyev” prospektində yerləşən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasının yaxınlığında görüşüb həmin miqdarda pulu ona vermişdir. Ondan sonra Təranə ilə əlaqə saxladıqda o, qısa zaman ərzində işə çıxacağını bildirmişdir. Lakin sonradan Təranə telefonu söndürmüş, ara-sıra telefona zəng çatsa da cavab verməmişdir. Təranə işi həll etmədiyindən və pulunu geri ala bilmədiyindən onun barəsində şikayət vermişdir. Ona dəymiş 20500 manat ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs1 şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, o, 2012-ci ilədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Layihələrin Təşkili Mərkəzinin baş mütəxəssisi vəzifəsində fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs1 Yasamal rayonu ərazisində yerləşən özəl klinikaların birində terapevt həkim kimi fəaliyyət göstərən, əvvəllər tanıdığı və müalicəsi ilə məşğul olan Samir həkimin hesabına tanımışdır. Samirlə söhbətləri zamanı təqaüddə olduğunu bildiyindən Təranə adlı şəxsin onu işə düzəldə biləcəyini qeyd etmişdir. 2021-ci ilin avqust ayının ortalarında Təranə ilə Təranənin yaşadığı Binəqədi rayonu, M.Cəlal küçəsi ev 121 saylı binanın qarşısında görüşüb onun 90 saylı mənzilinə liftlə qalxmışlar. Mənzilə daxil olduqda Təranə onu qonaq otağına dəvət etmiş, masanın arxasında oturub çay içərək ümumi mövzulardan danışmağa başlamışlar. Həmin vaxt onlara çayı Təranənin qızı gətirmişdir və otaqdan çıxmışdır. Sonra Təranə onun hansı işə düzəlmək istədiyi ilə maraqlandıqda o, Müdafiə Nazirliyinin Təchizat Şöbəsinə tədarükçü vəzifəsinə işə düzəlmək istədiyini bildirmişdir. Təranə bu işi həll edə biləcəyini qeyd etmiş və bunun üçün 40000 manat pul lazım olduğunu bildirdikdə o, həmin miqdarda pulu olmadığını demişdir. Odur ki, Təranə həmin işi ona xatir 10000 manata həll edə biləcəyini bildirmişdir. Onlar həmin məbləğlə razılaşmışlar, 2021-ci ilin avqust ayının son ongünlüyündə öncədən razılaşdırdıqları kimi Təranənin yaşadığı ünvanda görüşmüşlər. Həmin vaxt mənzildə Təranə qızı ilə birlikdə olmuş, o isə tək getmişdir. Təranənin yaşadığı mənzildə qonaq otağında oturmuşlar, Təranənin qızı onlara çay gətirmişdir. Onlar bir qədər söhbət etdikdən sonra Təranə ilə razılaşdıqları məbləği sayaraq oturduqları masanın arxasında ona təqdim etmişdir. Təranə pulu aldıqdan sonra 01 sentyabrdan işə çıxacağını bildirmişdir. Bundan sonra o, mənzili tərk etmişdir. Sonra Təranə ilə ara-sıra əlaqə saxladıqda Təranə işin həll olunacağını bildirmişdir. Lakin sonradan Təranə telefonu söndürmüş, ara-sıra zəng çatsa da telefona cavab verməmişdir. Odur ki, Təranə işi həll etmədiyindən və pulunu geri ala bilmədiyindən onun barəsində şikayət vermişdir. Ona dəymiş 10000 manat ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs1 şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, 1997-ci ildən Sədərək ticarət mərkəzində bərbər fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmışdır. Təqsirləndirilən şəxs1 bacısı oğlu Emilin nişanında tanımış, onunla münasibətləri normal olmuşdur. X73 Fövqəladə Hallar Nazirliyinə işə düzəlməsi ilə bağlı ona müraciət etmiş və həmin işdə ona köməklik etməsini xahiş etmişdir. Belə ki, Rüsvət hərbi xidməti başa vurduqdan sonra FHN-də işə düzəlmək istəmişdir. Bu barədə maraqlandıqda Təqsirləndirilən şəxs1 Rüsvətin istəyi əsasında onu Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Lənkəran rayon şöbəsinə işə qəbul etdirə biləcəyini, həmin işin düzəlməsi üçün 14000 manat lazım olduğunu bildirmişdir. O, həmin pulu qısa zaman ərzində Təranəyə çatdıracağını bildirmişdir. Onlar öncədən razılaşdıqdan sonra 17 mart 2021-ci il tarixdə Təranənin yaşadığı ünvan 10 ünvanda görüşmüşlər. Həmin vaxt Təranə mənzildə tək olmuş, o da mənzilə tək getmişdir. Təranənin yaşadığı mənzilə daxil olduqdan sonra Təranə onu qonaq otağına dəvət etmiş və orada olan masanın arxasında əyləşmişlər. Bir qədər söhbət edib çay içdikdən sonra Təranə ilə razılaşdıqları məbləği oturduqları masanın arxasında Təranəyə təqdim etmişdir. Təranə pulu sayıb düz olduğunu qeyd etmişdir. Sonra Təranə ilə ara-sıra əlaqə saxladıqda Təranə işin həll olunacağını bildirmişdir. Hətta bir dəfə Ramal adlı şəxs telefonla əlaqə saxlayaraq işin yaxın zamanlarda həll olunacağını ona bildirmiş, o isə artıq Təranəyə inanmadığını deyib verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Qohumları rayonda yaşadıqlarından və Bakı şəhərinə gəlməklə bağlı çətinliklər olduğundan, işə qəbulla bağlı məsələnin Təranə tərəfindən həll olunacağına əmin olduğundan Rüsvətin atası Cahil pul vəsaitini öz cibindən verməsini, işə qəbulla bağlı məsələ həllini tapdıqdan sonra pulu gətirib Bakı şəhərində ona verəcəyini demişdir. Buna görə özündə həmin məbləğdə pul vəsaiti olduğundan Cahilin fikri ilə razılaşmış və onun sözü ilə Təqsirləndirilən şəxs1 həmin miqdarda pul vəsaitini vermişdir. Sonradan işə qəbulla bağlı məsələ həllini tapmadığından artıq Cahildən hər hansı bir miqdarda pul istəməmiş, bu məsələ ilə bağlı zərər onun özünə dəymişdir. Bundan başqa əmisi oğlu X44 həmin ərəfələrdə onunla əlaqə saxlayaraq Xızı rayonu ərazisində 70-80 baş mal-qara saxladığını, həmin mal-qara üçün ferma tikmək və onların sayını bir qədər də artırmaq istədiyini bildirmişdir. Bunun üçün bankdan böyük məbləğdə, təxminən 800000 manat kredit götürmək istədiyini, bu sahədə ona kömək edə biləcək tanışının olub-olmamasını maraqlanmışdır. O, maraqlandıqdan sonra Sahilə xəbər edəcəyini demişdir. Təxminən 2021-ci ilin aprel ayının əvvəllərində o, Təranə ilə əlaqə saxlayaraq Sahilin kredit götürmək istəməsi barədə məlumat vermiş və kömək edə biləcək tanışlarının olub-olmaması ilə maraqlanmışdır. Təranə həmin gündən bir-iki gün sonra onunla əlaqə saxlayaraq Zenur adlı tanışının olduğunu, həmin şəxsin bankdan kredit götürməklə bağlı ona köməklik edə biləcəyini demişdir. Sonra onlar Təranə vasitəsilə həmin Zenur adlı şəxslə danışıb sonuncunun təyin etdiyi yerə, yəni “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən “BTB Bank”a getmişlər. Orada Zenurla görüşdükdə sonuncu onlara mal-qaranın say hesabını dedikdən sonra bank tərəfindən yalnız 300000 manat pul vəsaitinin ayrıla biləcəyini, həmçinin həmin pul vəsaitinin bankdan ayrılması üçün ona “şapka” verməli olduqlarını qeyd etmişdir. O, Zenurdan “şapka”nın hansı miqdaqrda olmasını soruşduqda, Zenur “yekunda ortaq məxrəcə gələrik” deyə cavab vermişdir. Bundan sonra əmisi oğlu həmin məbləğin istədiyi qədər olmadığını bildirib bir qədər düşündükdən sonra Zenura məlumat verəcəklərini bildirmiş və onlar həmin bankdan ayrılmışlar. Bir neçə gün sonra əmisi oğlu həmin məbləğlə razılaşdığını deyib Zenurla əlaqə saxlamağı ondan xahiş etmişdir. O isə Təranə ilə əlaqə saxlamış, Təranə həmin şəxsin, yəni Zenurun Respublika hüdudlarından kənarda olmasını qeyd etmişdir. Həmin Zenur adlı şəxs “whatsapp” proqramı vasitəsilə bir dəfə onunla əlaqə saxlayaraq Təranənin dediyi kimi Respublikada olmadığını bildirmişdir. Odur ki, Zenurla görüşə bilmədiyindən bu barədə əmisi oğluna dedikdə əmisi oğlu artıq bu fikirdən daşındığını demişdir. Ona dəymiş 14000 manat ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X13 şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, rəfiqəsi Zərərçəkmiş şəxs13 vasitəsi ilə Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, Təranə onu işə düzəltməyə söz vermişdir. Təranə onu Təcili X38 sanitar vəzifəsinə işə düzəldəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 onu işə düzəldəcəyi barədə etibarını qazandıqdan sonra 2021-ci ilin iyun ayının ilk ongünlüyündə rəfiqəsi Zərərçəkmiş şəxs13 yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1 ünvanında 5000 manat pulu Təranəyə vermişdir. Təqsirləndirilən şəxs1 həmin pulu ondan aldıqdan sonra onu 20 gün müddətində təcili yardımda işə düzəldəcəyinə dair vəd vermişdir. Lakin bu söhbətin üzərindən uzun müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs1 onu işə düzəltməmiş və onun etibarından sui-istifadə edərək dələduzluq yolu ilə aldığı 5000 manat pulu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs1 ondan başqa rəfiqəsi Zərərçəkmiş şəxs13 10000 manat, Natəvanın qohumlarının işə düzəlməsi ilə bağlı isə 10000 manat pul almışdır. 5000 manat pulu Təranəyə verən zaman onun yanında Zərərçəkmiş şəxs13 olmuşdur. Təranəyə pulu verdikdən sonra Təranə ondan sənəd tələb etməmişdir. Ona dəymiş 5000 manat ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs1 şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, ali təhsilini Naxçıvan Dövlət Universitetində almış, həmin Universitetin filologiya fakültəsini bitirmişdir. Sonuncu iş yerinə qədər Bakı Birləşmiş Ali Komandanlıq Məktəbinin Təlim proseslərini təmin etmə taborunda tibb məntəqəsində feldşer olaraq gizir rütbəsi ilə xidmət etmişdir. Sonradan xəstəliyi ilə əlaqədar təqaüdə çıxdığından Respublika Klinik Uşaq Xəstəxanasında texnik vəzifəsində fəaliyyət göstərərək ailəsini dolandırmışdır. Ümumi tanışları vasitəsilə Təqsirləndirilən şəxs1 adlı şəxsi tanımışdır. Təranə ilə münasibətləri normal olmuşdur. Həmin ərəfələrdə qızı X27 işsiz olmuşdur. Belə ki, qızı Müstəqil Azərbaycan Universitetinin jurnalistika fakültəsini bitirib müxtəlif qəzetlərdə operator kimi fəaliyyət göstərmiş, sonradan isə öz ərizəsi ilə iş yerindən çıxmışdır. Odur ki, qızına hər hansı bir iş tapmaq istəmişdir. Təranə ilə söhbətləri zamanı Təranə onun qızı barədə maraqlandıqda qızının ali təhsilli olmasına baxmayaraq iş tapa bilmədiyini bildirmişdir. Təranə onun qızını hər hansı bir quruma işə qəbul etdirə biləcəyini və həmin işin düzəlməsi üçün 6000 manat lazım olduğunu bildirmişdir. O, həmin pulu qısa bir zamanda Təranəyə çatdıra biləcəyini qeyd etmişdir. Belə olan halda onlar öncədən razılaşdıqdan sonra 2020-ci ilin iyul ayının ortalarında onun yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi hissə 9921, yataqxana, ev 1A saylı ünvanın qarşısında Təranə ilə görüşmüşlər. Orada bir qədər söhbət etdikdən sonra razılaşdıqları məbləği Təranəyə təqdim etmişdir. Təranə pulu saydıqdan sonra ona qızının qısa zaman ərzində işə çıxacağını bildirmişdir. Bundan sonra o, Təranə ilə ara-sıra əlaqə saxladıqda Təranə işin həll olacağını bildirmişdir. Bir müddət sonra Təranə onunla əlaqə saxlayaraq qızının əmrinin verilməsi üçün əlavə olaraq 2000 manat lazım olduğunu qeyd etmiş, o isə Təranədən bir daha əmin olmaq üçün həmin pulu verdikdən sonra işin həll olunacağını dəqiqləşdirdikdə Təranə ona əmin olmasını, işin həll olunacağını demişdir. O, hətta Təranəyə işin əgər həll olunmayacağı təqdirdə pulunu geri qaytarmasını bildirsə də Təranə onu bir daha əmin etmişdir ki, iş tam olaraq həllini tapacaq və qızı yaxın zamanlarda işə çıxa biləcək. Həmin danışıqları zamanı Təranə qızının hansı işlə təmin olunacağı barədə konkret fikir söyləməmiş, yalnız onun ürəyincə olacaq işlə təmin edəcəyini qeyd etmişdir. Odur ki, 01 oktyabr 2020-ci il tarixdə Təranənin yaşadığı ünvan 10 ünvanda onunla görüşmüş, həmin vaxt mənzildə Təranənin qızı da olmuş, o isə mənzilə tək getmişdir. Təranənin yaşadığı mənzilə daxil olduqdan sonra qonaq otağında masanın arxasında əyləşmişlər. Bir qədər söhbət edib çay içdikdən sonra Təranə ilə razılaşdığı məbləği oturduqları masanın arxasında Təranəyə təqdim etmişdir. Təranəyə pulu saymasını bildirdikdə o, pulu saymadan düz olacağını qeyd edib pulu kənara qoymuş və yaxın vaxtlarda artıq qızının işlə təmin olunacağını bildirmişdir. Bundan sonra o, mənzili tərk etmişdir. Lakin həmin pulu verdikdən sonra Təranə zənglərinə ya cavab verməmiş, ya da müxtəlif bəhanələr gətirməyə başlamışdır. Sonradan isə Təranədən ümumiyyətlə zəng kəsilmiş və onun həbs olunması barədə məlumat əldə etmişdir. Ona dəymiş 8000 manat ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs1 şikayətçidir, pulunu tələb edir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs1 şikayətçi olduğunu, ona vurduğu 10000 manat ziyanı tələb etdiyini göstərmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla əlaqədar onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 iş yoldaşı Qərənfilin vasitəsi ilə tanımışdır. Belə ki, Qərənfilin uşaqları ali təhsilli olmuş və özlərinə iş axtarmışlar. Onun da oğlu X2 Tibb Universitetini bitirdiyindən o da oğluna iş axtarmışdır. Söhbət əsnasında o, Qərənfilə bildirmişdir ki, həmin Təranə adlı qadının telefon nömrəsini ona versin, o, Təranə ilə oğlu barəsində danışsın, bəlkə oğlunu xəstəxanalardan birinə həkim işinə düzəldə bildi. Təxminən 2-3 il əvvəl o, Təranə adlı qadının istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng vurub danışmış və oğlunu işə düzəltmək istədiyini bildirmişdir. Təranə də ona bu işi görə biləcəyini və oğlu Uranı yaşadıqları Şəmkir şəhərində xəstəxanaların birində həkim işinə düzəldəcəyinə söz vermişdir. Lakin sonradan bütün dünyaya yayılmış pandemiya ilə əlaqədar onun Təranə ilə söhbətləri alınmamışdır. Təranə dəfələrlə ona zəng vurub oğlunu işə düzəltmək üçün ondan pul istəsə də o, razı olmamışdır. 2021-ci ilin avqust ayında o, Təranə ilə telefon əlaqəsi saxlamış, Təranə oğlu Uranı həkim işinə düzəltmək üçün ondan 10000 manat pul istəmişdir. O da Təranə ilə razılaşmış və pulu düzəldən kimi ona xəbər verəcəyini bildirmişdir. 24 sentyabr 2021-ci il tarixdə Təranə ilə əlaqə saxlamış və 10000 manat pulu düzəltdiyini ona bildirmişdir. Təranə də ona Bakı şəhəri, Binəqədi rayonu ərazisində görüşmələrini təklif etmişdir. O, Təranə ilə razılaşmış, 25 sentyabr 2021-ci il tarixdə oğlu Uran Fərmanzadə ilə birlikdə yaşadıqları Şəmkir rayonundan Bakı şəhərinə gəlmişlər, saat 20:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Qoşa Zapravka” deyilən yerin arxasındakı binaların həyətində Təqsirləndirilən şəxs1 ilə görüşmüşlər və o, orada Təranəyə 10000 manat pul vermişdir. Təranə də ona söz vermişdir ki, oğlu X57 şəhər Xəstəxanasında həkim vəzifəsinə düzəldəcəkdir. O da Təranəyə inanmışdır. Ondan sonra onlar çıxıb getmişlər. Təxminən bir həftə sonra o, görmüşdür ki, Təranənin dediyi yerə başqa həkim götürmüşlər. Təranə ilə əlaqə saxlamış, Təranə ona bildirmişdir ki, ola bilməz, Təranəyə inad etdikdən sonra Təranə demişdir ki, maraqlanıb onunla əlaqə saxlayacaqdır. Ondan sonra o, dəfələrlə Təranə ilə əlaqə saxlamış, əgər düzəlmirsə pulunu qaytarmasını tələb etmişdir. Lakin Təranə bu gün-sabah deyərək vaxtı uzatmışdır. 18 oktyabr 2021-ci il tarixdə o, Təranənin istifadəsində olan mobil telefon nömrəsinə zəng vurmuşdur, lakin Təranəyə zəng çatmamışdır. Ondan sonra o, Təqsirləndirilən şəxs1 onu aldadıb pulunu ələ keçirdiyini başa düşərək polisə şikayət etmək qərarına gəlmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs1 ona vurduğu maddi ziyanı ödəmədiyini göstərmiş, pulunun qaytarılmasına kömək edilməsini və təqsirləndirilən şəxsin həbs olunmasını xahiş etmişdir. Bununla əlaqədar onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, 2020-ci ilədək 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydiyyat şöbəsində həkim vəzifəsində fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs1 X91da həkim olaraq işlədiyi vaxtdan tanımışdır. Təranə ilə münasibətləri normal olmuşdur. Söhbətləri zamanı Təranə övladları barədə maraqlandıqda o, qızının ali təhsilli olmasına baxmayaraq iş tapa bilmədiyini bildirmişdir. Təranə isə qızı 1994-cü il təvəllüdlü X16 öz iqtisadçı ixtisasına uyğun hər hansı bir quruma işə qəbul etdirə biləcəyini, həmin işin düzəlməsi üçün 14000 manat lazım olduğunu bildirmişdir. O, həmin məbləğdə pulun olmadığını, ilkin olaraq 3500 manat pul verə biləcəyini, iş düzəldikdən sonra pulun qalan hissəsini verə biləcəyini qeyd etmişdir. Belə olan halda onlar öncədən razılaşdıqdan sonra 04 aprel 2019-cu il tarixdə Təranənin yaşadığı ünvan 10 ünvanda görüşmüşlər. Həmin vaxt mənzildə Təranə olmuş, o da mənzilə tək daxil olmuşdur. Təranənin yaşadığı mənzilə daxil olduqdan sonra onu qonaq otağına dəvət etmiş, orada olan masanın arxasında əyləşmişlər. Bir qədər söhbət edib Təranə ilə razılaşdıqları məbləği oturduqları masanın arxasında ona təqdim etmişdir. Pul vəsaiti müxtəlif əskinaslardan ibarət olmuşdur. Təranəyə pulu saymasını bildirdikdə o, ayıb söhbət olduğunu, ona inandığını qeyd etmiş, sonra qızının maksimum 6 ay ərzində işə çıxacağını bildirmişdir. Ondan sonra o, mənzili tərk etmişdir. Sonra Təranə ilə ara-sıra əlaqə saxladıqda Təranə işin həll olacağını bildirmişdir. Lakin sonradan isə telefonu söndürmüş, ara-sıra telefona zəng vurduqda zəng çatsa da telefona cavab verməmişdir. Odur ki, Təranə işi həll etmədiyindən və pulunu geri ala bilmədiyindən pul ödənilən və Təranə ilə söhbətləri olan tarixdən çox müddət keçəndən sonra DİN-nin rəhbərliyinə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 poçt vasitəsi ilə göndərdiyi teleqramında təqsirləndirilən şəxs X15 ona vurduğu ziyanı ödədiyini, ondan şikayətçi olmadığını, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla əlaqədar onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, arvadı X9 2019-cu ilin təxminən oktyabr ayına kimi X50 Mərkəzində müəllimə işləmişdir. Uşaqları körpə olduğuna görə Əsmərin Lənkəran şəhərinə gedib-gəlməsi çətin olduğundan çalışmışdır ki, Əsməri yaşadıqları Veravul kəndində olan məktəbə müəllimə düzəltsin. Bu barədə bir neçə yerə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Sonradan isə eşitmişdir ki, Lənkəran şəhər təhsil şöbəsində Ramal adlı şəxs vardır, o, bu işdə ona kömək edə bilər. Eşitdiyinə görə, Ramal təhsil şöbəsində psixoloq vəzifəsində işləmişdir. Təxminən 2018-ci ilin əvvəllərində Ramalın telefon nömrəsini tapıb ona zəng edərək arvadı Əsmərin yaşadıqları kənddə olan məktəblərin birində işə düzəlməsini istədiyini bildirmişdir. Ramal ilə razılaşıb Lənkəran şəhərində yerləşən çayxanaların birində görüşmüşlər. Ramaldan xahiş etmişdir ki, arvadını müəllimə kimi Veravul kənd məktəbinə işə düzəltsin. Lakin Ramal arvadının müəllimə kimi yox, laborant kimi işə düzəlməsində köməklik göstərə biləcəyini demişdir. Sonra isə Ramal ona arvadının işə düzəlməsi üçün müvafiq sənədlərin toplanmasına və bəzi dövlət rüsumlarına 2000 manat pul lazım olacağını demiş və əlavə olaraq bildirmişdir ki, əvvəlcə ona 1000 manat verər, qalan 1000 manatı isə işin düzəlməyinə bir neçə gün qalmış verər. Həmin vaxt onun üzərində pul olmadığından Ramal ilə razılaşmışlar ki, bir neçə gündən sonra yenə həmin çayxanada görüşsünlər və Ramala 1000 manat pulu versin. O, bu barədə qaynatası Şahid12 da məlumat vermişdir. Bu söhbətdən bir neçə gün sonra qaynatası Şahid12la birlikdə Lənkəran şəhəri, Müzəffər Nəsirli küçəsində yerləşən çay evinin birində Ramal Mirzəzadə ilə görüşmüş və orada qaynatasının yanında Ramala 1000 manat pulu vermişdir. Təxminən 2018-ci ilin sentyabr ayında yenə qaynatası ilə birlikdə Ramal ilə həmin çay evində görüşüb ona 1000 manat pulu da vermişdir. Ramal pulu ondan aldıqdan sonra 2018-2019-cu tədris ilində artıq arvadının yaşadıqları Veravul kənd məktəbində işləyəcəyini demişdir. 2018-2019-cu ilin tədris ili başlansa da Ramal onun işini düzəltməmişdir. O, Ramaldan arvadının işi barədə maraqlandıqda hər dəfə Ramal müxtəlif bəhanələr gətirərək işin düzələcəyini demişdir. 2019-cu ili aprel-may aylarında Ramal onunla Lənkəran şəhərində görüşərək verdiyi 2000 manat pulu ona bütöv şəkildə qaytarmış və işin alınmadığını demişdir. Təxminən 2019-cu ilin iyun ayında Ramal ona zəng edib bildirmişdir ki, Bakı şəhərinə gedir, 2000 manat pulu ona versin, arvadının işini düzəltmişdir. O, Ramala inanıb onunla həmin gün yenə Lənkəran şəhəri, Müzəffər Nəsirli küçəsində yerləşən çay evinin birində görüşərək 2000 manat pul vermişdir. Ramal pulu ondan alıb bildirmişdir ki, həyat yoldaşının işi düzələcəkdir. Bundan təxminən bir ay keçəndən sonra, tədris ilinin başlanmasına az qalmış Ramal ona zəng edərək işin düzəldiyini, sentyabrın 15-dən həyat yoldaşının Veravul kənd məktəbində işləyəcəyini demişdir. Ramalın vəd verdiyi vaxtdan keçdiyinə görə o, Ramalın sözlərinə inanmamış və təhsil şöbəsinə gedib orada Ramal ilə görüşmüşdür. Ramal isə ona kağız verərək arvadı X4 Veravul kənd 1 nömrəli tam orta məktəbində əvəzsiz-müddətsiz bir oklad laborant vəzifəsinə təyin olunduğunu demişdir. Həmin kağızı oxuyanda isə orada Ramalın dediklərinin yazıldığını görmüşdür. Həmin vaxt Ramal ona demişdir ki, arvadı çalışsın 10- 15 gün işə çıxmasın, arvadını kənddə tikilən, evlərinə daha yaxın olan 2 nömrəli məktəbə yerdəyişmə edəcəkdir. Ona görə də onun tapşırığına əsasən həyat yoldaşı işə getməmişdir. Buna baxmayaraq, Ramal sözünə əməl etməmişdir. Artıq başa düşmüşdür ki, Ramal onu aldadır. Ramaldan dəfələrlə pulunu tələb etsə də, hər dəfə Ramal ondan möhlət istəmiş, müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Sonralar isə Ramal onun telefon zənglərinə cavab verməmiş və nəhayət Ramala zəng çatmamışdır. O da məcbur olub bu barədə ərizə ilə Lənkəran ŞRPŞ-yə müraciət etmişdir. Ramalın kimisə işə düzəltmək səlahiyyətinin olub-olmamasını bilməmişdir, lakin hesab etmişdir ki, əgər təhsil şöbəsində işləyirsə, deməli, belə bir imkanı vardır. Ramal təhsil şöbəsində işlədiyindən və Ramala verməli olduğu 2000 manat pulu müəyyən sənədlərin toplanmasına, dövlət rüsumlarına xərclənəcəyini dediyindən Ramalın sözlərinə inanıb 2000 manatı Ramala vermişdir. Ramal arvadının işə düzəlməsində köməklik göstərməsi üçün ondan almış olduğu 2000 manat puldan kiməsə verəcəyi barədə heç bir söz deməmişdir. Ramal onu inandıraraq demişdir ki, özünün bu işlərdən başı çıxır və arvadının yaşadıqları Veravul kəndində işə düzəlməsi üçün ona köməklik göstərə bilər. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 poçt vasitəsi ilə göndərdiyi teleqramında təqsirləndirilən şəxs X15 ona vurduğu ziyanı ödədiyini göstərmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla əlaqədar onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, X21 tanımış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. Həyat yoldaşı X10 rayon kollecini informatika müəllimliyi ixtisası üzrə bitirmişdir. 2019-cu ilin iyul ayında həyat yoldaşı Arzu Abbasova Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbul imtahanını vermiş, lakin həmin imtahanda az bal topladığına görə işə qəbul oluna bilməmişdir. Sonralar eşitmişdir ki, Lənkəran şəhər Təhsil Şöbəsində işləyən Ramal Mizəzadə arvadının işə düzəlməsində köməklik göstərə bilər. O, bu barədə söhbət zamanı tanışı, Lənkəran şəhər sakini Şahin İbrahimova demiş və Şahin 2019-cu ilin sentyabr ayının sonlarında, dəqiq xatırlamadığı tarixdə Ramalın ***-***-**-** saylı mobil telefon nömrəsini öyrənib ona demişdir. Bundan sonra o, Ramalın həmin nömrəsinə zəng etmiş və sonuncu ilə telefonla danışıb arvadının işə düzəlməsində köməklik etməsini xahiş etmişdir. Onlar görüşmək qərarına gəlmişlər və 22 sentyabr 2019-cu il tarixdə Lənkəran şəhərində "xxxx" ASC-nin Lənkəran rayon filialının yanında, Lənkəran şəhər Təhsil Şöbəsinin əvvəllər yerləşdiyi inzibati binanın qarşısında saat 15 radələrində görüşmüşlər. Ramal Mizəzadə ilə görüşərkən orada onunla birlikdə tanışı Şahin İbrahimov və qaynanası Aynaz Əzizova da olmuşlar. Orada Ramal ona bildirmişdir ki, arvadı Arzu Abbasovanı 2019-cu ilin oktyabr ayının sonunadək Lənkəran rayonunda evlərinə yaxın yerləşən məktəblərin birinə Lənkəran şəhər Təhsil Şöbəsinin müdiri Aslanın vasitəsi ilə informatika müəlliməsi kimi işə düzəldəcəkdir. Hətta Ramal öz mobil telefonunda xeyli şəxsin adlarının siyahısını göstərərək onları işə düzəltdiyini bildirmiş və o da Ramala inanmışdır. Ramal ona arvadının informatika müəllimi vəzifəsində işə düzəlməsi üçün müvafiq sənədlərin toplanmasına və bəzi dövlət rüsumlarına, eləcə də özünün yol xərclərinə görə 3000 manat xərclənəcəyini bildirib həmin pulu ondan istəmişdir. O, müəllim işləsə də imtahandan kəsilmədiyi üçün heç bir yerə hər hansı məbləğdə pul ödəməmiş, ona görə elə bilmişdir ki, həqiqətən də imtahandan kəsilən şəxslər əlavə rüsum ödəməlidirlər. Həmçinin Ramal təhsil şöbəsində işlədiyinə görə ona inanıb etibar etmişdir. Lakin həmin məbləğdə pulu olmadığından Ramala 3000 manat məbləğində pula imkanının çatmadığını demişdir. Ramal isə həmin puldan 200 manat keçə biləcəyini, yəni arvadını 2800 manat məbləğində pula işə düzəldə biləcəyini demişdir. O isə Ramala həmin 2800 manat pulu kredit götürüb verəcəyini bildirmişdir. Ramal arvadının işə düzəlmə məsələsi düzəlmədiyi halda pulunu, bundan başqa dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. 26 sentyabr 2020-ci il tarixdə o, qardaşı Elçinin toy mərasimi ilə bağlı aldıqları qızılları dostu Şahin İbrahimovun iştirakı ilə Lənkəran şəhərində yerləşən “Para Bokt” adlanan "xxxx" QSC-də girov qoyaraq 1400 manat məbləğində kredit götürmüşdür. Həmin tarixdə, yəni 26 sentyabr 2019-cu il tarixdə təxminən saat 16 radələrində qabaqcadan razılığa gəldiyi Ramal Mizəzadəyə zəng vurmuş və tanışı Şahinlə birlikdə həmin tarixdə saat 16 radələrində Lənkəran şəhərində "xxxx" ASC-nin Lənkəran rayon filialının yanında Lənkəran şəhər təhsil şöbəsinin əvvəllər yerləşdiyi inzibati binanın qarşısında Ramal ilə görüşüb ona 1300 manat pul vermiş və qalan 1500 manat pulu yaxın günlərdə verəcəyini bildirmişdir. Bundan sonra 02 oktyabr 2019-cu il tarixdə dostu Şahinin iştirakı ilə Lənkəran şəhərində “Ata Bank”ın Lənkəran filialı ilə üzbəüz yerləşən "xxxx" MMC-yə kredit götürmək üçün müraciət etmiş və həmin kredit təşkilatına qardaşının qalıq qızıllarını girov qoyaraq 1500 manat məbləğində pul vəsaitini kreditə götürmüşdür. Bundan sonra Ramala zəng vurub bu barədə demiş, Ramal isə ona bildirmişdir ki, bir oğlan onu qarşılayacaq, həmin 1500 manat məbləğində pulu həmin şəxsə verər. 02 oktyabr 2019-cu il tarixdə saat 14 radələrində Lənkəran şəhərində “H.Əliyev” adına parkın yaxınlığında yerləşən “Ziyalılar evi” adlanan binanın qarşısında tanımadığı və adını bilmədiyi şəxs onunla birlikdə dayanmış tanışı Şahinə yaxınlaşmış və həmin şəxs Ramal tərəfindən göndərildiyini, ona pul çatacağını bildirmişdir. O da adını bilmədiyi həmin şəxsə Ramala verməsi üçün 1500 manat məbləğində pulu vermişdir. Bir neçə dəqiqə sonra isə Ramal ona zəng vurub pulun ona çatdığını demişdir. Ramalın ona vəd verdiyi vaxtdan keçməsinə baxmayaraq arvadını işə düzəltməmiş, sonuncudan bu barədə maraqlanıb pulunu tələb etməyə başlayanda isə Ramal telefon vasitəsi ilə müxtəlif bəhanələr gətirməyə, yenə də yalan vədlər verməyə başlamış və qısa müddət ərzində pulu qaytaracağını bildirmişdir. 26 dekabr 2019-cu il tarixdə o, Bakı şəhərinə əmisi nəvəsinə baş çəkməyə Neyrocərrahiyyə xəstəxanasına getmişdir. Bakı şəhərində olarkən Ramalın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə yenidən zəng etmiş, Ramal ona bildirmişdir ki, onu Lənkəran şəhər təhsil şöbəsindən işdən çıxarmışlar, halhazırda işsizdir. Həmin gün Ramal ilə Bakı şəhərində həmin xəstəxananın yaxınlığında yerləşən çay evlərinin birində görüşmüş və Ramal ona Bakı şəhərində kafelərin birində mühafizəçi işlədiyini bildirmişdir. O, Ramaldan pulunu qaytarmasını tələb etməyə başlayanda sonuncu yenə də ondan 2020-ci ilin yanvar ayının 10-dək vaxt istəmiş və həmin tarixədək onun 2800 manat pulunu qaytaracağını bildirmişdir. Bundan başqa Ramal bildirmişdir ki, Lənkəran şəhər Təhsil Şöbəsinin müdiri Aslan müəllim istəsə onun pulunu qaytara bilər. Ramalın dediyi vaxt gəlib çatsa da pulunu qaytarmadığını görüb Ramaldan pulunu qaytarmasını tələb edərək götürdüyü kreditin vaxtının çatdığını bildirmişdir. Ramal ona poçt vasitəsi ilə Lənkəran şəhər poçt şöbəsinə "xxxx" QSC-yə olan borcunun bir aylıq kredit ödənişi olan 122 manat pulu göndərmişdir. Daha sonra 2020-ci ilin yanvar ayının 10dan 2020-ci ilin fevral ayının 21-dək o, Lənkəran şəhər Təhsil Şöbəsinə dostu Şahin İbrahimovla gedərək Ramal Mirzəzadənin ondan pul aldığını təhsil şöbəsinin müdiri Aslan müəllimə və müavini Güloğlan müəllimə bildirmişdir. O, özü Aslan müəllimlə görüşməsə də Şahin onunla görüşərək bu barədə danışmışdır. Aslan müəllim isə Şahinə məsələ ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. 2020-ci ilin fevral ayının dəqiq xatırlamadığı tarixində o, Güloğlan müəllimin qəbulunda olarkən Güloğlan müəllim Ramal Mirzəzadə ilə pulun qaytarılması barədə danışacağını və X59 müəllimin adını məsələdə hallandırdığını Aslan müəllimin özünə deyəcəyini bildirmişdir. Eyni zamanda o, Ramal ilə telefonla danışaraq pulunu tələb etmiş, Ramal isə hər dəfə onu aldadaraq qısa müddət ərzində pulunu qaytaracağını demişdir. Sonralar isə Ramalın mobil telefon nömrələrinə zəng çatmamışdır. Ramal onun pulunu qaytarmadığına görə o, Lənkəran rayon prokurorluğuna müraciət etmişdir. Ümumilikdə 2800 manat məbləğində pulu Ramala arvadı X60 şəhərində yerləşən məktəblərin birinə müəllimə kimi işə düzəltməkdə köməklik göstərməsi üçün vermişdir. Ramal onu aldadaraq pulunu qaytarmamışdır. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs X13 şikayətçi olduğunu, ona vurduğu 1500 manat ziyanı tələb etdiyini, istintaqda verdiyi ifadəni təsdiq etdiyini göstərmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla əlaqədar onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, X21 tanımış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. X99 1998-ci ildə hərbi xidmətdə olarkən xəstələnərək vəfat etmişdir. Onların bu evlilikdən Ülvi adlı bir oğlu vardır. Ülvi Təfəkkür Universitetində ingilis dili filologiyasından ali təhsil alıb təhsilini başa vurandan sonra hərbi xidmətə getmiş və xidməti başa vurandan sonra qayıdıb evlərinə gəlmişdir. Ülvi 2019-cu ilin iyul ayında müəllim işləmək üçün sənədlərini komissiyaya təqdim etmişdir. Qəbul sənədlərində səhvən ingilis dili əvəzinə Azərbaycan dili ixtisası seçdiyindən Bakı şəhərindən ona zəng edib ixtisası səhv yazdığına görə imtahana girmək istəmədiyini bildirmişdir. Oğlu Ülvinin zəngindən sonra onu hazırlaşdırmış müəllimlərdən bu barədə soruşmuş və onlar demişlər ki, Lənkəran şəhərinin təhsil şöbəsində Ramal adlı şəxs vardır, bu işləri düzəldə bilər. O da rəfiqəsi Validə ilə birlikdə 2019-cu ilin iyul ayının ortalarında Lənkəran rayon təhsil şöbəsinə gedib orada Ramal ilə görüşmüşdür. Həmin vaxt Ramalın yanında daha bir nəfər adını bilmədiyi xanım olmuşdur. O, Ramala nə ilə bağlı gəldiyini demiş, Ramal da ona işini düzəldəcəyini bildirmişdir. Ramaldan bununla bağlı nə lazım olduğunu soruşanda sonuncu ona Ülvi imtahanı verib qurtardıqdan sonra məlumat verməsini istəmişdir. Həmçinin Ramal ona bildirmişdir ki, oğlunun məsələsini həll etmək üçün yol xərclərinə və rüsumlara pul lazım olacaqdır, lakin hansı məbləğdə pul lazım olacağını deməmişdir. Ülvi 10 iyul 2019-cu il tarixdə ingillis dili ixtisası üzrə imtahan vermiş və 26 bal toplamışdır. Topladığı bal az olduğundan birinci mərhələdən keçməmişdir. Elə həmin gün onun mobil nömrəsinə Ramalın istifadə etdiyi ***-***-**-** vatsap nömrəsindən mesaj gəlmişdir. Ramal mesajda onun oğlunun nə qədər bal toplaması barədə soruşmuş, o da Ramala vatsapla 26 bal topladığını yazmışdır. 11 iyul 2019-cu il tarixdə Ramal yenə də ona vatsapla onun gecikdiyini, artıq Bakı şəhərində olduğunu, digər uşaqların pulunu götürərək işlərini düzəltməyə getdiyini yazmışdır. Lakin Ramal kimdən və nə qədər pul aldığı barədə ona heç bir söz deməmişdir. Sonradan Ramal ona həm vatsapla yazaraq, həm də zəng edərək demişdir ki, narahat olmasın, vəziyyətini danışmışdır, işləri alınacaq. O da sevinərək Ramala inanmış və ona yazmışdır ki, oğlunun işinin düzəlməsi üçün nə qədər pul lazımdır. Ramal da ona telefonda pul söhbəti etməməyi demişdir. Sonra vatsapda yazmışdır ki, 2 kilo da ola bilər, 3 kilo da ola bilər, 4 kilo da ola bilər, ona görə də sabah saat 11-ə kimi əlaqə saxlayarıq, sabaha hazır olun. Sonra bir daha Ramal ona yazmışdır ki, Təhsil Nazirliyində iş düzəldənlə danışmış, işi düzəldən şəxs də ona 2000 manat pul lazım olacağını demişdir. Lakin Ramal ona Təhsil Nazirliyində oğlunun işini kiminlə danışması barədə bir söz deməmişdir. O isə Ramala həmin məbləğdə pulunun olmadığını deyəndə Ramal ona 1500 manat düzəltməsini, oğlunun diplomunun və şəxsiyyət vəsiqəsinin surətini ona göndərməsini demişdir. Bundan sonra o, Ramal ilə razılaşmışdır. Özünün pulu olmadığına görə Rusiyada yaşayan Akifə adlı rəfiqəsi ilə vatsapla danışaraq vəziyyətini demiş və ondan 1500 manat borc pul istəmişdir. Akifə də ona Lənkəran rayonunda yaşayan bacısının əri İxtiyardan 1500 manat pul göndərəcəyini demişdir. Həmin gün, yəni 11 iyul 2019-cu il tarixdə axşamtərəfi İxtiyar onun işlədiyi, Lənkəran şəhərində yerləşən “Azərfon”un mikrorayonda yerləşən mağazasına gəlmiş və ona 1500 manat pul verərək çıxıb getmişdir. O, pulu alandan sonra zəng edib bu barədə Ramala bildirmişdir. Ramal da ona demişdir ki, Fuad adlı bir nəfər şəxsi onun işlədiyi yerə göndərəcək və o da həmin pulu Fuada verər. Sonra Ramal ona Fuadın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini demişdir. 12 iyul 2019-cu il tarixdə Fuad tək onun işlədiyi yerə gəlmiş və o, 1500 manat pulu Fuada vermişdir. Fuada 1500 manat pul verməsini heç kim görməmişdir. Fuad pulu götürüb çıxıb getdikdən sonra Ramal ilə əlaqə saxlayıb Fuada pulu verdiyini demiş və Ramaldan işinin alınmadığı halda necə olacağını soruşmuşdur. Ramal isə ona əgər işi alınmasa pulunu qaytaracağını demişdir. 2019-cu ilin sentyabr ayında ona məlum olmuşdur ki, oğlu Ülvinin işi alınmamışdır. O, Ramal ilə telefon əlaqəsi saxlayıb bu barədə ondan soruşmuş, Ramal da ona cavab vermişdir ki, narahat olmasın, sentyabr ayında alınmayıb, oktyabrın 1-i oğlu işdə olacaqdır. O da Ramalın dediyi vaxtı gözləmiş, lakin Ramalın dediyi vaxtdan keçməsinə baxmayaraq işinin alınmadığını görüb 2019-cu ilin dekabr ayında Ramaldan verdiyi 1500 manat pulu istəmişdir. Ramal da ona pulu qaytaracağına söz vermişdir. Sonra qardaşı Əlvan 2020-ci ilin fevral ayında Ramalla telefonla danışmış və pulu qaytarmasını tələb etmişdir. Ramal isə yenə də müxtəlif bəhanələr gətirərək pulu qaytaracağına vəd vermişdir. Daha sonra Ramalın mobil nömrəsinə zəng çatmamışdır. Bundan sonra o, qərara gəlmişdir ki, bu barədə Lənkəran rayon prokurorluğuna yazılı surətdə müraciət etsin. Ramala 1500 manat məbləğində pulu verməkdə məqsədi oğlu Ülvini Lənkəran şəhərində yerləşən məktəblərin birinə müəllim kimi işə düzəltməkdə köməklik göstərməsi üçün olmuşdur. Həmin pulu birbaşa Ramala verməsə də Ramalın göndərdiyi Fuad adlı şəxsə 12 iyul 2019-cu il tarixdə işlədiyi Lənkəran şəhərində yerləşən “Azərfon”un mikrorayonda yerləşən mağazasında vermişdir. Fuad da həmin pulu Ramala vermiş və Ramal bu barədə özü ona demişdir. Ramala 1500 manat məbləğində pulu verən zaman sonuncunun Lənkəran rayon təhsil şöbəsində işlədiyini bilmiş, lakin hansı vəzifədə işlədiyini, kimisə işə düzəltmək barədə səlahiyyətinin olub-olmamasını bilməmişdir. Ramal ona Təhsil Nazirliyində tanışının olduğunu və bu işdə köməklik göstərəcəyini desə də həmin şəxsin adını, soyadını və onun barəsində digər məlumatları deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, “X67” MMC-də direktor vəzifəsində işləmişdir. ***-***-**-** saylı nömrə onun adına olmuş, bir müddət qabaq həmin nömrəni Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən telefon mağazasından şəxsiyyət vəsiqəsini təqdim etməklə 5 manata almışdır. Lakin həmin nömrəni həmşəhərlisi, əslən Lənkəran şəhərindən olan Ramal Mirzəzadə üçün almışdır. Belə ki, Ramal Mirzəzadə həmin müddətdə ***-***-**-** nömrəsini işlətmiş, söhbət əsnasında Ramal ona bildirmişdir ki, onu Lənkəran şəhərindən qeyri-rəsmi münasibətdə olduğu bir xanım narahat etdiyi üçün mobil telefon nömrəsini dəyişmək istəyir, lakin şəxsiyyət vəsiqəsini itirdiyindən özünə nömrə ala bilməmişdir. Ona görə də Ramal ondan xahiş etmişdir ki, onun üçün hər hansı bir nömrə alsın. O da Ramalla uşaqlıqdan bir yerdə böyüdüklərindən və dost olduqları üçün Ramalın xahişini qəbul edib yuxarıda göstərilən nömrəni öz adına, yəni şəxsiyyət vəsiqəsini təqdim etməklə alıb həmin gün Ramala vermişdir. Ramal da köhnə nömrəsini çıxarıb ona aldığı nömrəni mobil telefonuna taxaraq istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs1 adlı qadını tanımamış, onunla heç bir əlaqəsi olmamışdır. Almaz Əsədova adlı qadını tanımamış, onunla heç bir əlaqəsi olmamışdır. Ramal təxminən 2-3 il əvvəl Lənkəran şəhər təhsil sistemində işləmiş və sonradan işdən çıxarılmışdır. Bildiyinə görə o, işdə verdiyi nöqsanlara görə işdən çıxarılmışdır. Lakin dəqiq məlumatı olmamış və sonradan da cinayət əməli törədibtörətməməsi barədə heç nə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 1992-ci ildən 2004-cü ilədək Xətai rayonunda yerləşən 287 nömrəli “Zəkalar Liseyi”nin direktoru olmuşdur. Həmin dövr ərzində Zərərçəkmiş şəxs8 həmin liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində işləmişdir. 2004-cü ildə Təhsil Nazirliyinin əmrinə əsasən Xətai rayonu ərazisində yeni açılmış “Heydər Əliyev” adına liseyə direktor vəzifəsinə təyin olunmuşdur. Həmin liseydə işləyərkən müəllim kimi öz işinin öhdəsindən layiqincə gələn Zərərçəkmiş şəxs8 onun təqdimatı əsasında liseyə təmayül üzrə müavin vəzifəsinə təyin edilmişdir. Zərərçəkmiş şəxs8 ilə münasibətləri normal olmuş, hər hansı bir ədavətləri olmamışdır. Sonradan Zərərçəkmiş şəxs8 müavinlər arasında seçildiyindən onu 86 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin etmişlər. Təhsil Nazirliyində baş verən kadr dəyişikliyindən sonra vəzifəsindən azad edilmişdir. Bundan sonra Almaz ilə ara-sıra danışıqları zamanı o, yenidən direktor vəzifəsinə təyin olunmaq istədiyini və bunun üçün hər hansı bir tanışın olub-olmadığını ondan maraqlanmışdır. O isə həmin vəzifəyə təyin olunmağın özünün də bildiyi kimi imtahan yolu ilə olduğunu qeyd etmişdir. 2018-ci ilin yadında qalmayan ayında Almaz çox israr etdiyindən o, Almaza ətrafından eşitdiyi bu işdə köməklik edə biləcək Təqsirləndirilən şəxs1 adlı şəxsin olduğunu bildirmişdir. Onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 ilə hər hansı bir yaxınlığı və şəxsi münasibəti olmamış, həmçinin onun vasitəsi ilə hər hansı bir şəxsin işə düzəlməsinin real olaraq şahidi olmamışdır. Bundan sonra Almazla həmin şəxsin arasında nə söhbət olması barədə məlumatı olmamışdır. Sonradan Almaz onunla söhbət zamanı həmin Təranə adlı şəxsin onu direktor vəzifəsinə işə düzəltməyə görə 10000 manat pulunu alaraq ələ keçirdiyini bildirmişdir. O da Almaza bununla bağlı polisə müraciət etməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 zərərçəkmiş şəxs (həyat yoldaşı) Zərərçəkmiş şəxs6 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 zərərçəkmiş şəxs (həyat yoldaşı) Zərərçəkmiş şəxs12 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 zərərçəkmiş şəxs (qardaşı qızı) Zərərçəkmiş şəxs12 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 zərərçəkmiş şəxs (anası) Zərərçəkmiş şəxs3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 zərərçəkmiş şəxs (həyat yoldaşı) Zərərçəkmiş şəxs15 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 zərərçəkmiş şəxs (anası) Zərərçəkmiş şəxs10 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş bəzi şahidlərin iştirakının təmin edilməsi mümkün olmadığından, eləcə də onların ərizə və teleqramla müraciət etmələri nəzərə alıanaraq, onların həmin dövrdə verdikləri ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid1 sözügedən ifadəsində göstərmişdir ki, Ucar rayon Mərkəzi Xəstəxanada həkim işləmişdir. Təqsirləndirilən şəxs1 həkim kimi konfransda tanımış, Təqsirləndirilən şəxs1 Pirallahı rayonunda yerləşən TTYS-da həkim işləmişdir. Təxminən 2021-ci ilin aprel ayının ortalarında həkim yoldaşı Elmira Musayeva ona bildirmişdir ki, ona Təqsirləndirilən şəxs1 mobil nömrəsi lazımdır. Onların Təqsirləndirilən şəxs1 ilə nəsə aralarında razılaşmaları olmuşdur. O, Elmiradan Təranənin nömrəsini nəyə görə istəməsini soruşmuşdur. Elmira da ona demişdir ki, Təranə onun yeznəsi Tərlanı işə düzəldəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs1 ilə Elmira Musayeva arasında ondan qabaq da tanışlıq münasibətləri olmuşdur. Elmira ondan 2021-ci ilin may ayında xahiş etmişdir ki, 20000 manatı versin Təranəyə, o da demişdir ki, özü versin. Elmira isə rayondan çıxdıqlarını və pulu Təqsirləndirilən şəxs1 verməsini demiş, Elmira ilə razılaşıb pulu alaraq Təranəyə Elmiranın verdiyi pulun onda olduğunu demiş və Təranə də gələrək pulu ondan götürmüşdür. O, Elmiraya zəng vurub pulu Təranəyə verdiyini demiş, Elmira da hələ evdə olduqlarını, çıxmadıqlarını demişdir. O isə Elmiraya çıxmadıqları halda pulu götürüb gətirib özlərinə verəcəyini, özünün Təranəyə verməsini demişdir. Elmira da onunla razılaşmışdır. O və Təqsirləndirilən şəxs1 birlikdə Elmiragilə getmişlər. Orada pulu Elmiraya vermiş, Elmira pulu Təranəyə özü vermişdir. Bundan başqa onun baş verənlərdən xəbəri olmamışdır. Şahid4 sözügedən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən bir il olar ki, 18 saylı TTYS-da həkim kimi tanımışdır. O, hər gün Təranəni işdən sonra yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi ev 121 ünvanına aparıb düşürmüşdür. Təqsirləndirilən şəxs1 ilə münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. X34 həmkəndlisidir, rayonda qonşuluqda yaşamışlar. O, Bakı şəhərinə köçəndən sonra Ramalı görməmişdir. Ramal Lənkəran şəhərində Təhsil şöbəsində işləmişdir. Ramal ona zəng vuraraq Bakı şəhərinə köçdüyünü və orada işə düzəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 işdən evə gətirərkən Ramalla telefonda danışanda Təranə söhbət əsnasında Ramalın təhsil şöbəsində işlədiyini bilib ondan Ramalın mobil telefon nömrəsini istəmişdir ki, tanışını işə düzəltmək istəyir. O da Təranəyə Ramalın mobil telefon nömrəsini vermiş, sonradan onlar görüşüb özləri əlaqə saxlamışlar. Şahid X1 ifadəsində göstərmişdir ki, özü hal-hazırda təqaüdçüdür, əvvəllər Pirallahı rayon İcra Hakimiyyətində icra nümayəndəsi vəzifəsində işlədiyi dövrdə hansısa bir işlə bağlı Təqsirləndirilən şəxs1 tanımışdır. Təqsirləndirilən şəxs1 həmin ərazidə təcili X38 həkim işləmişdir. 2021-ci ilin yay aylarında o, Moskvadan qayıdandan sonra dostu Nurlan ona zəng edərək əmisi oğlu Arifin yoldaşını işlədiyi yerdən yaşadığı ünvanın yaxınlığında yerləşən xəstəxanaya tibb bacısı vəzifəsinə yerdəyişməsi üçün köməklik etmək lazım olduğunu bildirmişdir. O da məsləhət üçün Pirallahı Təcili X38 işləmiş Təranə həkimi məsləhət görmüşdür. Təranə həkimin nömrəsini dostu Nurlana vermişdir ki, əmisi oğlu Arifə versin ki, bu işdə köməklik etsin. Sonradan ona məlum olmuşdur ki, Təranə həkim yalançıdır və o, bu barədə Nurlana bildirmişdir ki, qohumuna desin ki, Təranə ilə iş görməsinlər. Lakin sonradan nə olması barədə məlumatı olmamışdır. Şahid9 sözügedən ifadəsində göstərmişdir ki, 05 may 2018-ci il tarixdə “X39” MMCni təsis etmişdir. 2019-cu ilin yay aylarında Cəmil adlı tanışı ilə birlikdə 3-cü mikrorayon ərazisində yerləşən çay evlərinin birində oturub söhbət edərkən o, Cəmilə dizel yanacağı və bitum məhsuluna ehtiyacı olan Niderland vətəndaşı Aleksandr Braun adlı müştərinin olduğunu bildirmişdir. Cəmil Zenur adlı tanışının olduğunu, onun İran İslam Respublikasından dizel yanacağı və bitum məhsulu verə biləcəyini qeyd etmişdir. O, belə olan təqdirdə həmin şəxslə əlaqə yaradıb bu işi həll etməsini xahiş etmişdir. Bir neçə gün sonra Cəmil ona zəng edib X95 Respublikasında olduğunu və həmin məhsulların satıcısının yanına getdiyini bildirmişdir. Bu danışıqlar ərəfəsində Təranə adlı şəxs onu axtararaq Zenurun tanışı olduğunu, onun alıcısının nə qədər real olmasını soruşduqda o “sizin satıcınız nə qədər realdırsa, mənim alıcım da o qədər realdır” deyə cavab vermişdir. Bu müddət ərzində nə Cəmil, nə də ki, Təranə Zenurun mobil nömrəsini ona verməmişlər ki, o, Zenurla birbaşa əlaqə yaratsın. Həmin müddət ərzində Zenur Cəmil vasitəsilə onunla əlaqə yaradaraq bankdan zaminlik məktubunun alınmalı olduğunu bildirmişdir. Zenurun deməsi əsasında o, "xxxx" ASC-nə gedərək orada Sahib Daşdəmirov ilə tanış olmuş və həmin şəxs ilk olaraq onun təsis etdiyi MMC üçün zaminlik məktubu vermişdir. Həmin məktubu o, Cəmilin vasitəsilə Zenura göndərmişdir. Bir müddət sonra Cəmil işin perspektivsiz olduğunu görüb Zenurun nömrəsini ona verməklə özü kənara çəkilmişdir. Hətta zəng edərək “bu işin xeyri də, ziyanı da sizindir” deyə bildirmişdir. O, Zenurla birbaşa əlaqə yaradarkən Zenur telefonda ona İran İslam Respublikasının vətəndaşı Muhəmməd adlı şəxsi təqdim etmişdir. Həmin şəxsin dayısının İranda deputat olmasını, odur ki, onları orada heç kimin aldada bilməməsini qeyd etmişdir. Bir müddət sonra “whatsapp” proqramı vasitəsilə İranda olarkən ona “Qazpromneft”in müqaviləsini göndərmişdir. Müqavilənin şərtinə uyğun olaraq onlar Muhəmmədə bank qarantiyası verməli idilər. O, Azərbaycan Respublikasında bir neçə banklardan həmin qarantiya ilə bağlı maraqlansa da, heç bir bankda bu məsələ həllini tapmamışdır. Belə ki, həmin müqavilə ilə bağlı bank real olan pul vəsaitini öz hesabından dondurmaqla kənara qoymalı idi. Bunu isə ilk öncə Zenurun deməsi əsasında "xxxx" ASC-dən almış olduğu məktubdan fərqli olaraq heç bir bank icra etmək iqtidarında olmamışdır. Çünki "xxxx" ASC vermiş olduğu məktubda məbləğ milyonlarla görsənsə də yalnız kağız üzərində olmuş, bu qarantiyada isə məbləğ real pul vəsaiti olmalı olmuşdur. Odur ki, Azərbaycan Respublikasında belə bank tapa bilmədiyindən Türkiyə banklarına müraciət etməli olmuşdur. O, Türkiyənin İstanbul şəhərinə gedərək orada yerləşən “HSBC İstanbul” bankının idarə heyətinin sədri Lütfi bəyə yaxınlaşmaqla telefonda ona Zenur tərəfindən göndərilmiş müqaviləni kağız üzərinə çıxarıb ona təqdim etmişdir. Lütfi bəy isə həmin müqaviləni araşdırmaqla müqavilənin saxta olmasını bildirmişdir. Odur ki, həmin Lütfi bəyin yanında da utanc hissi yaşamaqla yenidən Azərbaycan Respublikasına qayıtmışdır. Azərbaycana qayıtdıqdan sonra o, Zenur ilə danışıb həmin müqavilənin saxta olmasını bildirdikdə Muhəmməd adlı şəxs buna etiraz edərək müqavilənin niyə onun tərəfindən ona-buna yayılmasını bildirmişdir. O isə bank qarantiyası almaq üçün Türkiyəyə getməli olduğunu bildirmişdir. Sonra Zenur Azərbaycana qayıtmış və yaxın vaxtda həqiqi müqavilə olacağına söz vermişdir. 2019-cu ilin oktyabr ayının son ongünlüyündə Zenur və Muhəmməd onunla əlaqə saxlayaraq X68 adlı şəxsi xəttə qoşmuşlar və həmin şəxsin onlarla birlikdə yaxın zamanda Azərbaycana gələcəyini bildirmişlər. Həmçinin Zenur onunla əlavə olaraq danışıb həmin İrandan və ABŞ-dan gələn şəxsləri Azərbaycanda öz şəxsi vəsaitləri hesabına saxlamalı olduğlarını bildirmişdir. O, vəsaiti olmadığını bildirdikdə Zenur Təranə xanıma müraciət etmişdir. Təranə xanım isə onun müşahidələri əsasında Zenura kifayət qədər pul vəsaiti vermişdir. Həmin İrandan gələn şəxslər X89, Cavad Quluzadə, Verya və ABŞ-dan gələn isə Fariborz Aframian idi. Həmin şəxsləri Bakı şəhərində yerləşən “Piano” otelində yerləşdirmişlər. Həmin ərəfədə Zenurun özündə hər hansı bir miqdarda pul vəsaiti olmamış, hətta Zenura siqareti də o, öz pulu ilə almışdır. Onların hərəkəti üçün Zenurun avtomobilinə benzini isə Təranə öz cibindən təşkil etmişdir. Həmin ərəfədə otelin konfrans zalında həmin şəxslərlə təntənəli şəkildə müqavilə bağlanıb mərasim keçirilmişdir. Bundan sonra həmin şəxslər Azərbaycan Respublikasını tərk etmişlər, həmçinin söz vermişlər ki, malın mövcudluğu barədə sənədlər bir həftə ərzində Bakıya göndəriləcəkdir. Burada bağlanan müqavilələr həmin İrandan gələn şəxslərin deməsi əsasında Kameruna göndərilməli idi. Odur ki, elə həmin şəxslər Azərbaycanda olarkən “DHL” poçt xidməti vasitəsilə həmin müqavilələrin əslləri Kameruna göndərilmişdir. Həmin şəxslər İrana getdikdən təxminən 10-15 gün sonra malın mövcudluğu haqqında sənədlər göndərilmişdir. Həmin sənədləri telefondan kağıza çıxartdıqda onların elə tərtibi zamanı fotoşopdan istifadə olunduğu, rus dilində qrammatik səhvlərlə yazıldığı aşkar göründüyündən saxta olması ona məlum olmuşdur. Bundan sonra Zenurla onun arasında çox böyük narazılıq yaranmışdır. Bundan sonra Zenur hadisələrin belə cərəyan etdiyini görüb Rusiya Federasiyasının Moskva şəhərində Cinayət-Axtarış İdarəsində məsul vəzifədə işləyən yüksək rütbəli İlqar adında tanışı olduğunu, həmin şəxsin “Rosneft”in İdarə heyətinin sədri İqor Seçin ilə qonşu və yaxın dost olduğunu söyləmişdir. O, Zenurun belə söhbətindən sonra Təranəyə onun xroniki oliqofreniyadan əziyyət çəkdiyini, “özündən uydurmağa və yalan danışmağa meylli şəxs olduğunu” bildirmişdir. Təranə isə ona inanmamışdır. Zenur Rusiyaya getməmişdən öncə öz adına “X51 Trade” MMC təsis etmişdir. Həmin MMC-nin hərfləri Zenurun ailə üzvlərinin adlarının baş hərflərinin birləşməsindən ibarət olmuşdur. Rusiyaya getməmişdən öncə Zenur öz təsis etdiyi MMC-nin adına "xxxx" ASC-dən yenidən tanışı olan Sahib Daşdəmirovun vasitəsilə 30.000.000 ABŞ dolları dəyərində zaminlik məktubu almışdır. Bundan sonra Zenur Rusiya Federasiyasına getmişdir ki, İqor Seçin ilə görüşüb oradan dizel və bitum məsələsini həll etsin. Hətta oradan “Rosneft”in binasının yaxınlığından ona “whatsapp” proqramı vasitəsilə geolakasiya da atmışdır. O isə Zenur Rusiyada olduğu ərəfədə Təranə xanıma bir neçə dəfə xəbərdarlıq etmişdir ki, Zenur hər hansı bir iş görməyəcək. Zenur bir neçə ay Rusiya Federasiyasında qalsa da hər hansı bir nəticə əldə edə bilməmişdir. Şahid13 sözügedən ifadəsində göstərmişdir ki, 24 noyabr 2018-ci il tarixdən 03 mart 2020-ci il tarixədək Lənkəran rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləmişdir. Lənkəran rayon sakini, vaxtilə təhsil şöbəsində işləmiş X21 tanımış, onunla ədavət və ya ziddiyyəti olmamışdır. Ramal onun təhsil şöbəsinin müdiri vəzifəsində işlədiyi vaxtdan daha əvvəl, yəni təxminən 10-15 il əvvəl işə götürülmüşdür. Ramal təhsil şöbəsində psixoloq vəzifəsində işləmiş, kompüter texnikasından başı çıxdığı üçün həmin işlə məşğul olmuşdur. Ramalın işə münasibəti ilə əlaqədar təhsil şöbəsinin müdiri kimi onun heç bir vaxt narazılığı olmamışdır. Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs21 və Zərərçəkmiş şəxs20 tanımamış, Ramalın həmin şəxslərdən işə düzəltmək adı ilə pul alıbalmamasından əvvəllər heç bir məlumatı olmamışdır. 01 dekabr 2019-cu ildə şöbə üzrə verilmiş əmrlə Ramal öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Təhsil Nazirliyinin işə qəbul haqqında qaydalarına əsasən təhsil müəssisələrinə müəllimlərin qəbulu birmənalı şəkildə proqram təminatı tətbiq edilməklə Təhsil Nazirliyinin özü tərəfindən həyata keçirilmişdir. Ramalın hər hansı bir şəxsi təhsil şöbəsinə, yaxud hər hansı təhsil müəssisəsinə işə qəbul etməyə heç bir səlahiyyəti olmamışdır. Vəzifə təlimatına uyğun olaraq təhsil şöbəsinin psixoloqunun vəzifəsinə məktəb psixoloqları ilə iş və psixoloji yardım göstərilməsi daxil olmuşdur. Ümumiyyətlə, Ramal Mirzəzadənin işə düzəlmək üçün söz verdiyi şəxsləri hansı qaydada və kimin və ya kimlərin vasitəsilə işə düzəldəcəyindən də əvvəlcədən heç bir məlumatı olmamışdır. Tarix dəqiq yadında qalmasa da Şahin İbrahimov onun yanına gələrək Ramal Mirzəzadənin qanunsuz əməlləri barədə danışmışdır. Onun da bu məsələlərdən Şahin ona danışdıqdan sonra məlumatı olmuşdur. X96 Abbasovun arvadını işə düzəltmək üçün sonuncudan pul almasından məlumatı olmadığından Şahinə eləcə də demişdir. X33 rayon sakinləri Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs21 və Zərərçəkmiş şəxs20 yaxın qohumlarını işə düzəltmək adı ilə onlardan pul alması barədə heç vaxt məlumatı olmamış, Ramal bu barədə ona bildirməmiş və ya bununla bağlı hər hansı məbləğdə pul verməmişdir. Təhsil şöbəsinin müdiri vəzifəsində işlədiyi dövrdə müavini olmuş Şahid14 da hansısa şəxsi işə düzəltməklə bağlı heç bir səlahiyyəti olmamışdır. Ramal Mirzəzadənin işə düzəltməklə bağlı Şahid14la hər hansı bir əlaqəsinin olub-olmamasından da heç bir məlumatı olmamışdır. Şahid14 sözügedən ifadəsində göstərmişdir ki, Lənkəran rayon Təhsil Şöbəsinin müdir müavini vəzifəsində işləmişdir. X21 tanımış, onunla ədavət və ya ziddiyyəti olmamışdır. Ramal Mirzəzadə onun işlədiyi təhsil şöbəsində psixoloq vəzifəsində işləmiş, kompüter texnikasından başı çıxdığı üçün həmin işlə məşğul olmuşdur. 01 dekabr 2019-cu il tarixdə Ramal öz istəyi ilə işdən azad olunmuşdur. Zərərçəkmiş şəxs22 və Zərərçəkmiş şəxs20 tanımamış, onlarla heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs21 isə tanımışdır, belə ki təxminən 2020-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs21 onun xidməti otağına gələrək ona bildirmişdir ki, təhsil şöbəsində işləmiş Ramal Mirzəzadə ondan həyat yoldaşını müəllim kimi işə düzəltmək adı ilə pul almışdır. Hazırda həmin pulun hansı məbləğdə olması barədə Zərərçəkmiş şəxs21 ona bildirib-bildirməməsi yadında qalmamışdır. Eyni zamanda Zərərçəkmiş şəxs21 bildirmişdir ki, Ramal ondan pul alsa da, hazıradək işi düzəlməmiş, aldığı pulu da qaytamamışdır. O, həmin məsələni aydınlaşdırmaq üçün Ramal Mirzəzadənin hazırda xatırlamadığı mobil nömrəsinə zəng etmiş, lakin telefona cavab verən olmamışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs21 demişdir ki, getsin, araşdırıb məlumat verəcəkdir. Sonrakı gün Ramalla danışmış və məsələni ona bildirmişdir. Ramal da ona demişdir ki, Fəriddən pulu borca götürmüşdür, təxminən 10 günə pulu qaytaracaqdır. O, bir az da Ramalı danlamışdır ki, onun bu hərəkətləri təhsil işçisinə yaraşmayan hərəkətlərdir. Bundan sonra Zərərçəkmiş şəxs21 zəng vurub Ramalla aralarında olan söhbət barədə məlumat vermişdir. Fərid ondan soruşmuşdur ki, əgər Ramal pulu verməsə nə etsin, o da cavab vermişdir ki, orqanlara müraciət etsin. Bundan sonra Zərərçəkmiş şəxs21 onun yanına gəlməmiş, o da Fəridlə görüşməmişdir. Ramalla da nə telefon əlaqəsi, nə də şəxsi görüşləri olmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs21 da ona nəticəsi barədə heç bir söz deməmiş, o da belə hesab etmişdir ki, onlar öz aralarında məsələni həll etmişlər. Zərərçəkmiş şəxs21 onun yanına gələrək Ramal Mirzəzadənin ondan arvadını işə düzəldəcəyi adı ilə pul aldığını deyənə kimi onun bu məsələdən heç bir məlumatı olmamışdır. Onun hansısa şəxsi işə düzəltmək səlahiyyəti yoxdur, bu səlahiyyət birbaşa Təhsil Nazirliyinə məxsusdur. Ramal Mirzəzadənin işə düzəltməklə bağlı Aslan müəllimlə hər hansı bir əlaqəsinin olubolmamasından da heç bir məlumatı olmamışdır. Şahid11 sözügedən ifadəsinin elan olunub tədqiq edilməsi zamanı zərərçəkmiş şəxs (anası) Zərərçəkmiş şəxs8 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. Şahid12 sözügedən ifadəsinin elan olunub tədqiq edilməsi zamanı zərərçəkmiş şəxs (qızının əri) Zərərçəkmiş şəxs20 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. Şahid17 sözügedən ifadəsinin elan olunub tədqiq edilməsi zamanı zərərçəkmiş şəxs (bacısının həyat yoldaşı) Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. Şahid18 sözügedən ifadəsinin elan olunub tədqiq edilməsi zamanı zərərçəkmiş şəxs (oğlu) Zərərçəkmiş şəxs11 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 23 fevral 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin İŞ-də fakta görə Təqsirləndirilən şəxs1 və X34 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) - 02 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin İŞdə fakta görə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 34) - 23 fevral 2022-ci il tarixli qərardan görünür ki, aidiyyəti üzrə göndərilmiş ********* nömrəli cinayət işi Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin icraatında olan ********* nömrəli cinayət işinə birləşdirilmiş, ********* nömrəli cinayət işi üzrə cinayət əməli və iş üzrə toplanmış materiallar Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (İ cild i.v. 29-31) - 19 noyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən Zərərçəkmiş şəxs9 təqdim etdiyi “whatsapp” mesajlarına onun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin “whatsapp” danışıqları siyahısı 21 vərəqədən ibarət fotocədvəldə əks olunmuşdur. Həmin fotoşəkillərin yuxarı hissəsində “X100” sözü qeyd olunmuşdur. Baxış zamanı Zərərçəkmiş şəxs9 yaşıl rəngli yazıların onun tərəfindən, ağ rəngli yazıların isə Təqsirləndirilən şəxs1 tərəfindən yazıldığını bildirmişdir. Həmin mesajlarının məzmunu ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs9, Təqsirləndirilən şəxs1 10000 manat pul vermiş, sonuncu isə həmin pulu qaytarmamışdır. (İİ cild i.v. 49-69, 81) - 19 noyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən Zərərçəkmiş şəxs9 təqdim etdiyi 01 ədəd CD diskə onun iştirakı ilə baxış keçirilmişdir. Həmin diskin içərisində daxil olduqda içərisində 35 ədəd ümumilikdə səs yazısı fayllarının olması müəyyən olunmuşdur. AUD-20211016-WA0067 nömrəli səs yazısını dinlədikdə Zərərçəkmiş şəxs9 həmin səsin özünə məxsus olduğunu və Təqsirləndirilən şəxs1 ilə “whatsapp” vasitəsi ilə danışdığını bildirmişdir. Həmin səs yazısında Zərərçəkmiş şəxs9 bildirir ki, “Təranə xanım birdə axşamınız xeyir. Yəni mən burdakı abu-havaya görə narahat eləyirəm sizi. Yəni burda həmin o, Ayaz doktor dediyim bunun böyür, baş, ətraf, bütün hamısı deyir uje vsyo Ayaz doktordu, Ayaz doktor olacaq. Düzdü əmr verilməyib, amma Ayaz doktor olacaq. Buna görə də narahat oluram, ona görə sizi tez-tez narahat edirəm”. Səs yazısına qulaq asdıqdan sonra Zərərçəkmiş şəxs9 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 oğlu Uranı həkim kimi işə düzəltməsi üçün pul verdiyindən və həmin xəstəxanaya Ayaz adlı həkimin təyin olunduğunu eşitdiyinə görə bu barədə Təqsirləndirilən şəxs1 ilə danışmışdır. AUD-20211016-WA0068 faylı dinlədikdə bir nəfər qadının “Onu müvəqqəti otuzdurublar, dəqiq öyrənin sonra mənə deyin, mən bilirəm, müvəqqəti, müvəqqəti. Daimi deyil o” dediyi eşidilmişdir. Zərərçəkmiş şəxs9 bildirmişdir ki, həmin qadın Təqsirləndirilən şəxs1dır və onu aldadaraq Ayaz adlı həkimin həmin işə müvəqqəti olaraq düzəldiyini demişdir. (İİ cild i.v. 82) - 20 noyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X15 cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (İİ cild i.v. 86) - 17 noyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən Zərərçəkmiş şəxs11 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Zərərçəkmiş şəxs11 sonuncu dəfə 19 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Əli qızına pulu verdiyi yeri göstərmişdir. Həmin yer ünvan 21 ünvanda yerləşən Təqsirləndirilən şəxs1 yaşadığı 9 mərtəbəli binadır. Baxış zamanı Zərərçəkmiş şəxs11 bildirmişdir ki, 19 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Əli qızına pulu sonuncunun yaşadığı həmin binadakı mənzilində vermişdir. (İİ cild i.v. 135-137) - 23 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən Zərərçəkmiş şəxs11 təqdim etdiyi bir ədəd CD diskə baxış keçirilmişdir. Həmin diskin içərisində daxil olduqda içərisində 14 ədəd səs yazısı və 12 ədəd fotoşəkil fayllarının olması müəyyən olunmuşdur. “WhatsApp Audio 2021-12-08 at 15.59.04 (2)” kimi qeyd olunmuş səs yazısını dinlədikdə qadın cinsli bir şəxsin “nə danışıram rahat yat, neylə, deyiremde çox yekə danışırsan, sən mənim uşağım yaşındasan məndə uşaq deyiləm səninçün. Puldu götürülüb veriləcək, qurtarsın bu söhbət” dediyi eşidilmişdir. Həmin səsi dinlədikdə Zərərçəkmiş şəxs11 bildirmişdir ki, diskin içərisindəki səs yazıları, eləcə də fotoşəkillərdə əks olunmuş vatsap mesajları onunla Təqsirləndirilən şəxs1 arasında aparılmışdır, həmin səs yazıları Təqsirləndirilən şəxs1 məxsusdur. (İİ cild i.v. 158) - 23 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən Zərərçəkmiş şəxs12 təqdim etdiyi bir ədəd CD diskə baxış keçirilmişdir. Həmin diskin içərisində daxil olduqda içərisində 14 ədəd səs yazısı fayllarının olması müəyyən olunmuşdur. AUD-20211022-WA0005 kimi qeyd olunmuş səs yazısını dinlədikdə 1-ci qadın cinsli şəxs “alo”, 2-ci qadın cinsli şəxs “alo salam”, 1-ci şəxs “salam”, 2-ci şəxs “bağışlayın Təranə xanımdı”, 1-ci şəxs “bəli buyurun”, 2-ci şəxs “Təranə xanım nömrənizi yoldaşım Nurəddin müəllimdən alıb”, 2-ci şəxs “hə hə buyurun, bildim, bildim. Sizdə votsapp var?”, 2-ci şəxs “bəli”, 1-ci şəxs “bu nömrədədi, adınız nə idi”, 2-ci şəxs “adım Fatimə” deyir. Bundan sonra Təranə və Fatimə arasında sonuncunun işə düzəlmə məsələsi ilə bağlı söhbətlər aparılır, Təranə Fatiməyə 8000 mindən aşağı işinin düzəlməyəcəyini deyir və sonda onlar 7000 manatla razılaşırlar. Baxış zamanı Zərərçəkmiş şəxs12 bildirmişdir ki, digər səs Təqsirləndirilən şəxs1 məxsusdur. AUD- 20211123-WA0013, AUD-20211124-WA0005 və digər səs yazılarında da Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs12 arasında sonuncunun işə düzəlmə məsələsi ilə, Təqsirləndirilən şəxs1 vermiş olduğu 5000 manat məbləğində pul barədə danışılır. (İİ cild i.v. 173) - 26 noyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs12 göstərmiş olduğu kordinatlar və göstərdiyi yol ilə Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında üzü şəhərə gedən istiqamətdə yolun kənarına gəlinmişdir. Həmin yerdə Zərərçəkmiş şəxs12 hadisə yerini əyani olaraq göstərmiş və ifadəsi ilə eyni məzmunlu izahat verərək hadisəni təsvir etmişdir. (İİ cild i.v. 186-188) - 28 fevral 2022-ci il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskə Təqsirləndirilən şəxs1 Famiul qızının və müdafiəçisinin iştirakları ilə baxış keçirilmişdir. “505536584-k.m.” kimi qeyd olunmuş fayla baxış keçirilərkən Təqsirləndirilən şəxs1 şəxsi istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin onun öz adına sənədləşdirildiyi, sonuncunun həmin nömrə vasitəsi ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** saylı, Zərərçəkmiş şəxs6 məxsus ***-***-**-** saylı, Zərərçəkmiş şəxs16 məxsus ***-***-**-** saylı, Zərərçəkmiş şəxs4 məxsus ***-***-**-**, ***-***-**-** saylı, Zərərçəkmiş şəxs19 məxsus ***-***-**-** saylı, Zərərçəkmiş şəxs17 məxsus ***-***-**-** saylı, Zərərçəkmiş şəxs13 məxsus ***-***- **-**, ***-***-**-**, ***-***-**-** saylı, Zərərçəkmiş şəxs7 məxsus ***-***-**-**, ***-***-**-** saylı və təqsirləndirilən şəxs X35 məxsus ***-***-**-** saylı mobil telefon nömrələri ilə arlarında telefon danışıqları və SMS mətnlərinin olması müəyyən olunmuşdur. (İV cild i.v. 219) - 01 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Lənkəran rayon prokurorluğunda fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aidiyyəti üzrə Lənkəran şəhər rayon polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir. (V cild i.v. 37-38) - 01 aprel 2022-ci il tarixli qərardan görünür ki, aidiyyəti üzrə göndərilmiş ********* nömrəli cinayət işi Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin icraatında olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq ********* nömrə ilə davam etdirilmişdir. (V cild i.v. 33-35) - 15 mart 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, prokuror köməkçisi tərəfindən Zərərçəkmiş şəxs21 məxsus bir ədəd “Xiomi Redmi” markalı arxası boz, ekran hissəsi qara sensorlu olan mobil telefona baxış keçirilmişdir. Mobil telefonun “whatsapp” proqramında “X90” adı ilə telefonun yaddaşında qeyd olunmuş ***-***-**-** saylı mobil telefon nömrəsi aşkar olunmuşdur. Həmin nömrə ilə “whatsapp” vasitəsi ilə yazışmaların 21 dekabr 2019-cu il tarixdən etibarən başladığı, yazışmalarda Zərərçəkmiş şəxs21 Ramal Mirzəzadədən pulunu tələb etməsi, sonuncunun isə vədlər verərək pulu qaytaracağını bildirməsi müəyyən olunmuş, həmçinin fotoşəkillərdə Ramal Mirzəzadəyə pulun verilməsi anı əks olunmuşdur. (V cild i.v. 75-133) -Lənkəran şəhər Təhsil Şöbəsinin 16 mart 2020-ci il tarixli məktubundan görünür ki, ali təhsilli X34 02 fevral 2009-cu il tarixdən 02 dekabr 2019-cu il tarixədək şəhər təhsil şöbəsinin metodisti vəzifəsində çalışmışdır. Vəzifə bölgüsündə ona rayonun ümumtəhsil məktəblərində psixoloji xidmət sahəsinə metodik rəhbərlik tapşırılmışdır. (V cild i.v. 136) -“Bakı şəhər Təcili və X29 Stansiyası” publik hüquqi şəxsin 14 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 01 avqust 1990-cı il tarixdən 15 sentyabr 2021-ci il tarixədək Bakı şəhər Təcili və X3 səyyar həkim vəzifəsində çalışmışdır. 01 yanvar 2021-ci il tarixdən 15 sentyabr 2021-ci il tarixə qədər işə davamiyyət cədvəli və xasiyyətnamə məktuba əlavə edilmişdir. Təcili və X29 üzrə həkim vəzifəsinin vəzifə funksiyalarında vətəndaşların işə qəbulu ilə bağlı heç bir vəzifə funksiyası (səlahiyyəti) mövcud deyildir. (Vİ cild i.v. 77-93) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 02 mart 2022-ci il tarixli 528 nömrəli rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimentalpsixoloji müayinə gedişində əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs1 halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 eqosetrizm, məsuliyyətsizlik, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, nümayişkəranəlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanlarına görə etdiyi əməlləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. (Vİ cild i.v. 131-133) - 07 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və X15 ictimai təhlükəli əməllərinin Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilməsi doğru hesab edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrlə nəzərdə tutulan ittihamın elan edilməsi haqqında 03 may 2022-ci il tarixli, X15 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrlə nəzərdə tutulan ittihamın elan edilməsi haqqında 04 may 2022-ci il tarixli qərarlar qanuni və əsaslı olduqları üçün dəyişdirilmədən qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs1, X34 və X28 barələrində Azərbaycan Respublikası CM-nin 310-cu maddəsinin bütün tərkib əlamətləri üzrə, həmçinin CM-nin 32.4,312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs22 və Zərərçəkmiş şəxs21 əməllərində Azərbaycan Respublikası CM-nin 29,312-ci maddəsində göstərilən rüşvət verməyə cəhd cinayətinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla barələrində cinayət təqibi üzrə icraatın başlanması rədd edilmiş, Şahid1, Şahid8 və X22 barələrində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin bütün tərkib əlamətləri üzrə cinayət təqibinin başlanması rədd edilmiş, 23 noyabr 2021-ci il tarixli protokol əsasında Zərərçəkmiş şəxs12, 23 noyabr 2021-ci il tarixli protokol əsasında Zərərçəkmiş şəxs11, 19 noyabr 2021-ci il tarixli protokol əsasında Zərərçəkmiş şəxs9 götürülmüş 03 ədəd CD disk, "xxxx" MMC-dən məhkəmə qərarı əsasında telefon danışıqlarının ələ keçirilməsinə dair götürülmüş 01 ədəd CD disk maddi sübut hesab edilmiş, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək cinayət işinə əlavə edilməsi nəzərə alınmış, X52 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 194.1-ci maddələri ilə başqa cinayət işi ayrıca icraata ayırılmış, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət təqibi üzrə icraatın başlanması rədd edilmişdir. (İV cild i.v. 187-237) - 07 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və X15 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair istintaqı aparılmış ********* nömrəli cinayət işinin materiallarından X52 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 194.1-ci maddələri ilə başqa, ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış, icraata qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır. (Vİ cild i.v. 238-239) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, zərərçəkmiş şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və X15 Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirlilikləri özlərinin etirafedici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və X15 əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 4-cü bəndi ilə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Təqsirləndirilən şəxs1 və X15 barələrindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, onlar dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişlər, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, təqsirləndirilən şəxslərin niyyəti əmlakları (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin pullarının əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə onlar həmin zərərçəkmiş şəxslərə münasibətdə bu məqsəd və niyyətlərinə çatmışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Təkrar oğurluqdan əvvəl törədilmiş ilkin əməl üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin keçməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranmasını istisna edir. Həmin Qərardan görünür ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Həmin Qərarda göstərilmişdir ki, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə həmin halları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumunun istinad olunan Qərarı ilə gəlinmiş hüquqi mövqe baxımından və istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs14 məxsus 3500 manat pul vəsaitini 04 aprel 2019-cu il tarixdə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə törətdiyi dələduzluq cinayəti üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edildiyindən, onun əməli təkrarlıq əlaməti üzrə tövsif edilə bilməz, ona görə cinayət işi üzrə icraata həmin epizoda dair hissədə xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, cinayət işinin icraatına həmin epizod üzrə xitam verilməsi Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinin ümumi tövsifinə təsir etmir, bundan başqa, təqsirləndirilən şəxs X34 Zərərçəkmiş şəxs20 məxsus 2000 manat pulu 2019-cu ilin iyun ayında, Zərərçəkmiş şəxs22 məxsus 1500 manat pulu 12 iyul 2019-cu il tarixdə, Zərərçəkmiş şəxs21 məxsus 2800 manat pulu sonuncu dəfə 02 oktyabr 2019-cu il tarixdə olmaqla öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq cinayətlərini törətdiyindən həmin epizodlar üzrə cinayət işinin icraatına yuxarıda qeyd olunan əsaslarla xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bununla da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X15 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; təkrar; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X34 təqsirləndirildikləri dələduzluq əməlləri nəticəsində zərərçəkmiş şəxslərə vurduqları maddi ziyanı tamamilə ödəməmiş, zərərçəkmiş şəxslərlə barışmamış, bundan irəli gələrək cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişlər. Belə olan halda, təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilmələri üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 18 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs1 həmin tarixdə könüllü olaraq Bakı şəhəri Binəqədi RPİ-nin istintaq şöbəsinə gedib özünü təqdim etmişdir. (İ cild i.v. 102) - 18 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 110-111) - 20 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay 14 gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 18 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. (İ cild i.v. 138-143) - 18 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, X34 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs kimi həmin tarixdə tutulmuşdur. (İİ cild i.v. 29) - 20 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən X34 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti istintaq müddətinin sonuna, 02 yanvar 2022-ci il tarixədək müəyyən edilmiş, həbsetmənin əvvəli 18 noyabr 2021-ci il tarixdən hesablanmışdır. (İİ cild i.v. 106-110) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu haqqında məlumat yoxdur. (İİ cild i.v. 40-41) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, X15 məhkumluğu haqqında məlumat yoxdur. (İİ cild i.v. 213) - 01 mart 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti növbəti dəfə 02 ay, 02 mart 2022-ci il tarixdən 02 may 2022-ci il tarixədək uzadılmış və həmin müddət ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. (İV cild i.v. 220-222) - 15 mart 2021-ci il tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilmiş X34 həmin tarixdə könüllü olaraq Lənkəran ŞRPŞ-nin istintaq bölməsinə gedib özünü təqdim etmiş və o, tutulmuşdur. (Vİ cild i.v. 8) - 16 mart 2021-ci il tarixli qərardan görünür ki, X34 haqqında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Lənkəran ŞRPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. (Vİ cild i.v. 36-37) -“Bakı şəhər Təcili və X29 Stansiyası” publik hüquqi şəxsin baş direktoru tərəfindən 14 aprel 2022-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 işlədiyi dövrdə özünü savadlı və bacarıqlı işçi kimi göstərmiş, xəstə və zərərçəkmişlərə tibbi yardım göstərərkən əsl peşəkarlıq nümayiş etdirmiş və onlara qayğı ilə yanaşmışdır. İşlədiyi müddət ərzində xəstələrin özü və qohumları tərəfindən onun ünvanına yalnız minnətdarlıq və xoş sözlər söylənmişdir. O, iş yoldaşları ilə səmimi və mehriban münasibət qura bilmiş, onların böyük hörmətini qazanmışdır. (Vİ cild i.v. 78) - 02 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 haqqında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (Vİ cild i.v. 135-139) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X15 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə törətdikləri əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X15 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X15 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X15 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə X23 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 18 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra həmin tarixdən 02 may 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu ümumilikdə 06 ay 14 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Cinayət işinin materiallarından görünür ki, X34 15 mart 2021-ci il tarixdə saat 10:30da tutulmuş, 16 mart 2021-ci il tarixdə saat 10:30-dan saat 11:20-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra onun barəsində qətimkan tədbirinin seçilməsi məsələsi həll edilənədək tutmada qalmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin tutmada qalması bir gündən artıq davam etdiyindən, o cümlədən təqsirləndirilən şəxsin mənafeyinə uyğun olaraq, onun tutulma müddəti 02 gün hesablanmalıdır. Bununla da, məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə, CM-nin 69.3-cü maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs X15 hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı sonuncu dəfə 18 noyabr 2021-ci il tarixdə tutulduğu vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X34 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Penitensiar Xidmətin Bakı istintaq təcridxanası müəyyən edilməli, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olan X15 isə barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarına əsasən “...müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xüsusi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CM-in 46-cı maddəsinə istinad edilməlidir...” Məhkəmə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və X15 təqsirləndirildikləri Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmasa da, törədilmiş cinayətin xarakteri əsas götürülməklə, təqsirləndirilən şəxslərə əlavə cəza qismində dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia məsələsinə ayrıca qiymət veriləcəkdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 04 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və X15 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə mülki iddianın həlli ilə bağlı məsələlər üzrə qeyd edir ki, iş üzrə zərərçəkmiş şəxslərdən yalnız Zərərçəkmiş şəxs3 məhkəmə baxışı zamanı mülki iddia vermiş, ona vurulmuş 40000 manat məbləğində maddi ziyanın ödənilməmiş hissəsi olan 18000 manat məbləğində pulun, habelə mülki iddia üçün ödənilən 145 manat məbləğində dövlət rüsumunun mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və X19 alınaraq ona ödənilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs1 etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı X52 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs3 13 fevral 2020-ci il tarixdə 40000 manat nağd pul vəsaitini alıb ələ keçirib qrupun digər üzvü Zenur Həsənovla aralarında bölərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etməsi, bununla da mülki iddianın faktiki olaraq əsaslı olması tam sübuta yetirilmişdir. Sonradan həmin məbləğin 22000 manat hissəsi Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs3 ödənilsə də, qalan 18000 manat hissə ödənilməmişdir. Nəzərə alınmalıdır ki, mülki cavabdeh Təqsirləndirilən şəxs1 mülki iddianı etiraf edərək qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarının 69-cu bəndinə əsasən iştirakçılıqla törədilmiş cinayətlər nəticəsində vurulmuş maddi ziyan cinayətin iştirakçılarından Mülki Məcəllənin 1113-cü maddəsinə əsasən müştərək qaydada və yaxud mülki iddiaçının vəsatəti ilə və onun mənafeyi üçün hər bir iştirakçıdan məhkəmə tərəfindən müəyyən edilmiş hissələr (paylar) üzrə tutula bilər. Bir neçə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş mülki iddia (mülki iddialar) təmin edildiyi halda ittiham hökmünün nəticəvi hissəsində hansı hissənin (konkret məbləğin) müştərək, hansı məbləğlərin isə hər bir təqsirləndirilən şəxsdən paylar üzrə, eləcə də hansı mülki iddiaçının xeyrinə tutulması göstərilməlidir. Həmin Qərarın 70-ci bəndinə əsasən birgə maddi ziyanın vurulması ilə əlaqədar olan cinayət işlərində iştirakçılarından biri (bir neçəsi) haqqında cinayət təqibi üzrə icraat ayrılmışsa və yaxud bəzi iştirakçılar haqqında cinayət təqibinə bəraətverici sayılmayan əsaslarla xitam verilmişsə, məhkəmə mülki iddia üzrə maddi ziyanın ödənilməsi vəzifəsini tamamilə barəsində cinayət işinə baxılan təqsirləndirilən şəxsin üzərinə qoyur və eyni zamanda təqsirkara barəsində cinayət təqibinə xitam verilmiş şəxsə qarşı mülki mühakimə icraatı qaydasında maddi ziyanın müştərək qaydada ödənilməsi haqqında iddia qaldırmaq hüququnu izah edir. Ayrılmış icraat üzrə təqsirləndirilən şəxsin (şəxslərin) barəsində cinayət işinə baxıldıqda məhkəmə verilmiş mülki iddia ilə əlaqədar onun (onların) üzərinə vurulmuş maddi ziyanı əvvəlki hökmə əsasən məhkum edilmiş (barəsində mülki iddia həll edilmiş) şəxslə müştərək qaydada ödəmək vəzifəsini qoya bilər. Məlum olduğu kimi, ibtidai istintaq orqanının 07 may 2022-ci il tarixli qərarına əsasən hazırda baxılan cinayət işinin materiallarından X52 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 194.1-ci maddələri ilə başqa cinayət işi ayrıca icraata ayrılmış, icraata qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır, ona görə o, hazırkı cinayət işi ilə birlikdə baxılan mülki iddia üzrə cavabdeh hesab oluna, pul vəsaitinin mülki cavabdeh Təqsirləndirilən şəxs1 ilə ondan müştərək qaydada tutulması məsələsi həll edilə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, mülki iddia qismən, yalnız Təqsirləndirilən şəxs1 münasibətdə təmin edilməli, maddi ziyan qismində 18000 manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs1 alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilməli, Təqsirləndirilən şəxs1, mülki iddia üzrə təmin edilmiş həmin pul məbləğinin yarı hissəsinin X19 onun xeyrinə tutulması ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia qaldıra bilmək hüququ izah edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən məhkəməyə iddia ərizəsi verilərkən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün müvafiq qaydada hesablanmaqla ödənilmiş 145 manat məbləğində dövlət rüsumunun əvəzi mülki cavabdehdən mülki iddiaçının xeyrinə alınmalıdır. Məhkəmə diqqətə çatdırır ki, cinayət işi üzrə digər zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməsə də (və ya tam ödənilməsə də), onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb edən həmin zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin müdafiəçilərin xidmətlərini ödəməyə kifayət qədər vəsaitləri olmadığından vəkillərin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə iştirak etdikləri müddət üçün (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatına 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.3, 43.3, 46.2, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs14 məxsus 3500 manat nağd pul vəsaitini 04 aprel 2019-cu il tarixdə alıb ələ keçirərək həmin şəxsə maddi ziyan vurmaqla dələduzluq etməsinə dair epizod üzrə hissədə cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 18 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra həmin tarixdən 02 may 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu ümumilikdə 06 (altı) ay 14 (on dörd) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il 05 (beş) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanası müəyyən edilsin. X34 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X15 15 mart 2021-ci il tarixdən 16 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X34 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18 noyabr 2021-ci il tarixdən hesablansın. X15 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 04 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Maddi ziyan qismində 18000 (on səkkiz min) manat məbləğində və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 145 (bir yüz qırx beş) manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs1 alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilsin. Təqsirləndirilən şəxs1, mülki iddia üzrə təmin edilmiş 18000 (on səkkiz min) manat pul məbləğinin yarı hissəsinin X19 onun xeyrinə tutulması ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia qaldıra bilmək hüququ izah edilsin. İş üzrə dəymiş ziyanı tələb edən zərərçəkmiş şəxslərə, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı dövründə 85 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən 510 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. X23 məhkəmə icraatı dövründə 80 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 müvafiq hesablaşma hesabı üzərindən 480 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar