Məhkəmə qərarları › İş №1(007)-15/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-15/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-15/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Məhərrəm oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1999-cu ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayında sosial şəbəkə vasitəsilə tanış olduğu “Rza” adı ilə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun sosial şəbəkə vasitəsilə nömrəsini göndərdiyi elektron kart hesabına 100 manat pul köçürməklə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən Abşeron rayonu Qobu qəsəbəsi ərazisində təyin edilmiş yerə qoyulmuş ümumi təmiz çəkisi 0,550 qram narkotik vasitə heroini və ümumi təmiz çəkisi 0,274 qram psixotrop maddə metamfetamini götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, satış məqsədi ilə əldə etdiyi həmin narkotik vasitə heroinin 0,374 qram hissəsini 11 aprel 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Afrodita” Şadlıq Sarayının qarşısında tanışı Şahid3 20 manat pul müqabilində satmış, bundan sonra cinayətkar niyyətini davam etdirərək vahid niyyətlə əhatə olunan qəsdlə satış məqsədi ilə əldə etdiyi həmin psixotrop maddə metamfetaminin 0,085 qram hissəsini 12 aprel 2023-cü il tarixdə saat 13:45 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesində yerləşən "xxxx" MMC-nin qarşısında qohumu Şahid4 7 manat pul müqabilində satmış, 12 aprel 2023-cü il tarixdə saat 12 radələrində Nizami RPİ-nin X1 əməkdaşları tərəfindən Şahid3 ünvan 4 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nizami RPİ-nə gətirilərək orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən onun satdığı, 01 ədəd sellofan bağlamada təmiz çəkisi 0,374 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 aprel 2023-cü il tarixdə saat 14 radələrində o, Şahid4 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesində yerləşən "xxxx" MMC-nin qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 7 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinə gətirilmiş, orada Şahid4nun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan ağ rəngli cins şalvarının sağ yan cibindən onun satdığı, 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,085 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə Şahid3 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən, 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0.176 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə Şahid4 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə eynilik təşkil edən 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,189 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və əynində olan tünd göy rəngli cins şalvarının arxa sağ cibindən üzərində narkotik vasitə heroin izləri olan kiçik ölçülü gümüşü rəngdə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisələr ittiham aktında yazıldığı kimi olmamışdır. Həmin vaxtı orada olmamış və Cavidanla tutulmamışdır. Deyirlər ki, Maisə mal satmışdır, lakin Maisə heç nə verməmiş və mal satmamışdır. Həmin vaxt və həmin saatda işdə olmuş, həmin gün Cavidanla görüşməmişdir. Onun üzərində elektron tərəzi, narkotik vasitə, metamfetamin olmamışdır. İstintaqda ona təzyiq olduğu üçün elə ifadə vermişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsində göstərmişdir ki, təxminən 5 il olar ki, o, narkotik vasitə olan heroin qəbul edir. 12 aprel 2023-cü il tarixdə günorta saat təxminən 12 radələrində bibisi oğlu Cavidan öz mobil telefonu (+99***-***-**-**) ilə onun mobil telefonuna (+99455- 993-07-01) zəng vuraraq ondan metamfetamin istəmiş, o, Cavidana bildirmişdir ki, Zığ şossesində işlədiyi "xxxx" MMC-dədir və metamfetamin vardır. Saat təxminən 13:45 radələrində Cavidan onun işlədiyi "xxxx" MMC-nin qarşısına gələrək ona zəng vuraraq bildirmişdir ki, iş yerinin qabağındadır. O, "xxxx" MMC-nin qarşısına çıxmış Cavidanla görüşmüş, Cavidan ona 7 manat pul vermiş, o üstündə saxladığı psixotrop maddə olan ağ polietilen sellofana bükülmüş bir bükümü Cavidana vermişdir. Cavidan həmin psixotrop maddə olan metamfetamini cibinə qoyduqdan sonra söhbət edən zaman üç nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərinin polis əməkdaşı olduqlarını təqdim edərək onu və Cavidanı Nizami RPİ-nə dəvət etmişlər, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Nizami rayon Polis İdarəsinə gəlmişlər. Polis İdarəsində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılaraq onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları ona üzərində qeyri-qanuni hər hansı bir əşya varsa könüllü təqdim etməyi bildirmiş, o da əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ şəffaf sellofana bükülmüş ağ kristal halında olan maddəni və bir ədəd ağ sellofana bükülmüş tünd qəhvəyi rəngli maddəni polis əməkdaşlarına təqdim edərək bildirmişdir ki, bir bükümdə olan ağ kristal halında maddə psixotrop maddə metamfetamindir, bir bükümdə olan tünd qəhvəyi maddə isə narkotik vasitə olan heroindir. Bundan əlavə əynində olan şalvarının arxa sağ cibində olan kiçik ölçülü gümüşü rəngli elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar olunaraq götürülmüş heroini və metamfetamini “İstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi adının Rza olduğunu bildirdiyi şəxsin kart hesabına 100 manat pul göndərdikdən sonra həmin şəxs narkotik vasitəni Qobu qəsəbəsi yaxınlığında olan yerə qoyduraraq şəklini ona göndərmiş, o, həmin heroini və metamfetamini götürərək tərəzidə çəkərək bükümlərə bölmüşdür. Həmin maddələr polis əməkdaşlarının iştirakı ilə qablaşdırılaraq möhürlənmişdir. Bundan əlavə 1 gün əvvəl Xətai rayonu ərazisində yerləşən “Afrodita” Şadlıq Sarayının qarşısında Mais adlı şəxslə görüşərək ona 20 (iyirmi) manata narkotik vasitə olan heroin satmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç yerdə narkotik vasitə saxlamır. İran vətəndaşı olan Rza adlı şəxsdən üç dəfə narkotik vasitə olan heroin və metamfetamin almışdır. Həmin narkotik vasitələri nə edəcəyini onunla bölüşməmiş və məsləhət almamış sadəcə narkotik vasitə və psixotrop maddə sifariş etmişdir. Qeyd etdiyi kimi, Rza adlı şəxsdən 3 dəfə narkotik vasitə və psixotrop maddə əldə etmişdir. Sonuncu dəfə, yəni 2023-cü ilin aprel ayının əvvəlində Rzadan aldığı narkotik vasitə və psixotrop maddənin bir qismini pul müqabilində Maisə və bibisi oğlu Cavidana satmış, qalan hissəsini isə özündə saxlamışdır. Tutulan zaman həmin qalıq hissə üzərindən aşkar edilmişdir. Əlavə olaraq bildirmişdir ki, Rzadan 2022-ci ilin dekabr ayında və 2023-cü ilin fevral ayının əvvəllərində narkotik vasitə və psixotrop maddəni almış və onları üzdən tanıdığı şəxslərə və adının Rəhim olduğunu bildiyi şəxsə satmış, bir qismini isə özü istifadə etmişdir. Rəhimin və digər şəxslərin anket məlumatlarını bilmir. X3 şəxsiyyətini təsdiq edən portal sənədindəki fotoşəkli təqdim edilərək həmin şəxsin onun narkotik və ya psixotrop maddə satdığı Rəhim adlı şəxs olub-olmamağı ilə bağlı bildirmişdir ki, fotoşəkildəki X4 tanıyır və həmin şəxsə əvvəllər narkotik vasitə satdığını bildirsə də, lakin sonuncuya 2023-cü ilin yanvar ayında narkotik vasitə heroin və ya psixotrop maddə satmadığını göstərmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nın NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, müstəntiq tərəfindən cinayət işi üzrə verilmiş əməliyyat tapşırığının icrası ona həvalə edilmişdir. Əməliyyat tapşırığında Bakı şəhər sakini “Ruslan” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və onun müəyyən edilməsi göstərilmişdir. Əməliyyat qrupu yaradılmış, 12 aprel 2023-cü il tarixdə saat 14 radələrində əməliyyat qrupunun üzvü, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid5lə birlikdə Suraxanı rayonu Zığ şossesi "xxxx" ММС-nin qarşısında Təqsirləndirilən şəxs ilə rastlaşaraq onu və onun yanında olan daha bir şübhəli şəxsi Nizami RPİ-nə dəvət etmişlər. Polis İdarəsində həmin digər şəxsin Şahid4 olması müəyyən olunmuşdur. Hər iki şəxsin üzərində şəxsi axtarış aparılması zərurəti yarandığından, bu barədə dərhal raport yazıb İdarə rəisinə məruzə etmiş, İdarə rəhbərliyi tərəfindən prosessual hərəkətlərin keçirilməsi baş təhqiqatçı Mehrac Niftəliyevə həvalə edilmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra idarəyə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində əvvəl Şahid4 üzərində şəxsi axtarış aparılmış, Şahid4 üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Şahid4 əynindəki ağ rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılıb baxıldıqda içərisində ağ rəngli kristalşəkilli maddə olduğu aşkar edilmişdir. Şahid4 həmin maddənin metamfetamin olduğunu və həmin metamfetamini qohumu Ruslandan 7 manata aldığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Şahid4 təqdim etdiyi bir ədəd bükümdə olan həmin maddə kağız zərfə qablaşdırılıb, möhürlənərək götürülmüş, şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə olunmuş, görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Bundan sonra eyni qayda ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə onun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf bükümdə ağ rəngli kristalşəkilli maddə və 1 ədəd bükümdə tünd qəhvəyi rəngli maddələri çıxarıb təqdim edib içərisində metamfetamin və heroin olduğunu bildirmişdir. Bundan əlavə o, əynindəki şalvarın arxa sağ cibindən kiçik ölçülü gümüşü rəngli elektron tərəzini də çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin metamfetamini və heroini sosial şəbəkə vasitəsi ilə tanış olduğu özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Rza adlı şəxsdən əldə etdiyini, yəni maddələrin Qobu qəsəbəsi yaxınlığında olduğu yerin şəklini ona göndərdiyini və həmin yerdən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik maddələrdən həm özü istifadə etdiyini və satışı ilə məşğul olduğunu etiraf etmişdir. Həmçinin onunla birlikdə gətirdikləri Cavidana bir büküm psixotrop maddəni 7 manata satdığını, bundan başqa 1 gün əvvəl Mais adlı şəxsə 1 büküm heroini 20 manata satdığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nın NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Bakı şəhəri, Nizami RPİ-nın CA üzrə kiçik inspektor, polis baş serjantı Şahid5 Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və heç bir əlavəsinin olmadığını bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid3 istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, təxminən 2 il olar ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri müxtəlif yerlərdə tanımadığı şəxslərdən alır. Təqsirləndirilən şəxs təxminən 1 il olar ki, tanıyır, məhəllə uşaqlarının yanında görüb tanış olmuşdur. Sonradan ona məlum olmuşdur ki, o da narkotik vasitə aludəçisidir. 11 aprel 2023-cü il tarixdə təxminən 15 radələrində narkotik vasitə əldə etmək məqsədi ilə Ruslana zəng vurmuş və ondan narkotik vasitə olubolmadığını soruşmuşdur. O da bildirmişdir ki, heroin vardır və onun harda olduğunu soruşub Xətai rayonu “Afrodita” restoranının yaxınlığında görüşmüşlər. Ruslana 20 manat pul vermiş, o, isə sellofana bükülmüş bir bükümü vermiş və bildirmişdir ki, 0,5 qram heroindır. Həmin heroinin təxminən yarısını falqada çəkmək yolu ilə qəbul etmiş, yarısını isə özündə saxlamışdır kı, sonra istifadə edər. 12 aprel 2023-cü ildə saat 16 radələrində Nizami rayonu, Q.Qarayev prospektində “Çiçək yağışı” gül mağazasının qarşısında olarkən iki nəfər nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı olduqlarını təqdim edərək onu Nizami RPİ-nə dəvət etmişlər və birlikdə Nizami rayon Polis İdarəsinə gəlmişlər. Polis İdarəsində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılaraq üzərinə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları ona üzərində qeyri-qanuni hər hansı bir əşya varsa könüllü təqdim etməyi bildirmişlər. O da əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli heroini polis əməkdaşlarına təqdim edərək bildirmişdir ki, bükümdəki maddə heroindir. Həmin heroin polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulub möhürlənmiş, o və digər iştirakçılar zərfin üzərini və tərtib edilmiş protokolu imzalamıışlar. Sorğu zamanı həmçinin bildirmişdir ki, həmin heroini 1 gün əvvəl Təqsirləndirilən şəxs 20 manata almış, bir hissəsini isə istifadə etmişdir. Sonradan bilmişdir ki, Ruslanı da tutublar. Əvvəllər Ruslandan narkotik maddələr almamış, ancaq bilirmiş ki, o, narkotik vasitələr qəbul edir. Özü heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsi barədə heç bir məlumatı yoxdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-468/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Şahid3 Azərbaycan Resbublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkəmə iclasında verdiyi ifadəsində üzərində aşkar olunmuş narkotik vasitəheroini “Afrodita” restoranının qarşısında Ruslan adlı tanışından 20 manata aldığını bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş və barəsində məcburi gətirilmə haqqında qərar çıxarılmış Şahid4 məhkəmə iclasında iştirakı təmin edilməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. Təqsirləndirilən şəxs heç vaxt ona narkotik satmayıb, verməyib. xx.xx.2023-cü il tarixdə o, Ruslanla danışaraq satmağa sep gətirəcəyini demiş, o da razılaşmışdır. O, sepləri təhvil vermək üçün Ruslanın işlədiyi Zığ şossesində yerləşən "xxxx"un qarajının qarşısına gedərək Ruslanı gözləyərkən Nizami rayon Polis İdarəsinin əməliyyatçıları xx.xx.2023-cü il tarixdə təxminən saat 12:00-13:00 radələrində birinci Ruslanı, sonra isə onu saxlamışlar. Yəni Ruslan heç onun yanına gələ bilməmişdir. Ruslanı tutub onun yanına gətirmişlər, daha sonra isə onu saxlamışlar. Bunu həmin ərazidəki kameralardan da müşahidə etmək olar. Həmin vaxt onun üstündə narkotik olmayıb. Narkotiki Polis İdarəsində onun cibinə qoymuşlar. Polis İdarəsində ona zor tətbiq edildiyi üçün qorxusundan onlar nə tapşırmışdılarsa ifadədə onu yazmışdır. Onun başqa çarəsi olmamışdır. Əslində Ruslan ona narkotik vasitə satmamışdır. O, yenidən döyülməkdən və şərlənməkdən qorxduğu üçün məhkəməyə gələ bilmir. Xahiş edir ki, bunlar nəzərə alınsın. Şahid4 istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, təxminən 1 il olar ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri müxtəlif yerlərdə tanımadığı şəxslərdən alır. Təqsirləndirilən şəxs onun dayısı oğludur. Ona məlumdur ki, o da narkotik vasitə aludəçisidir. 12 aprel 2023-cü il tarixdə bəhanə ilə işdən icazə almış, saat 12 radələrində narkotik vasitə əldə etmək məqsədi ilə dayısı oğlu Ruslana zəng vurub ondan narkotik vasitə olub-olmadığını soruşmuş, o da bildirmişdir ki, metamfetamin vardır və həmin vaxt iş yerində, yəni Zığ şossesində işlədiyi "xxxx" MMCdədir. O, Zabratdan onun işlədiyi yerə gəlmiş və Ruslan iş yerinin qarşısına çıxmışdır. O, Ruslana 7 manat pul vermiş, o isə psixotrop maddə olan ağ sellofana bükülmüş bir bükümü vermişdir. O, metamfetamini cibinə qoyduqdan sonra söhbət edən zaman üç nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşı olduqlarını təqdim edərək onu və Ruslanı Nizami RPİ-nə dəvət etmişlər, polis əməkdaşları ilə birlikdə Nizami rayon Polis İdarəsinə gəlmişlər. Polis İdarəsində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılaraq onun və Ruslanın üzərinə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları ona üzərində qeyri-qanuni hər hansı bir əşya varsa könüllü təqdim etməyi bildirmişlər. O da Ruslandan aldığı içərisində az miqdarda metamfetamin olan sellofan bükümü çıxarıb təqdim etmişdir. Ruslanın və onun üzərindən aşkar olunaraq götürülmüş bükümlər polis əməkdaşlarının iştirakı ilə qablaşdırılaraq möhürlənmişdir. O, Ruslan və polis əməkdaşları protokolu və möhürlənmiş zərfləri öz imzaları ilə təsdiq etmişlər. Əvvəllər Ruslandan narkotik maddələr almamış, ancaq bilirmişdir ki, o narkotik vasitələr qəbul edir. Özü heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamış, Təqsirləndirilən şəxs başqa şəxslərə narkotik vasitə satması barədə heç bir məlumatı yoxdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(007)-4274/2023 saylı tarixli qərarından görünür ki, Şahid4 Azərbaycan Resbublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmiş, məhkəmə iclasında verdiyi izahatında üzərində aşkar olunmuş psixotrop maddə-metamfetamini Təqsirləndirilən şəxs 7 manata aldığını bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə, şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş ağ kristal halında spesifik iyə məxsus olan maddəni və 1 ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli spesifik iyə məxsus olan maddəni, arxa sağ cibindən kiçik ölçülü gümüşü rəngli elektron tərəzini təqdim edərək bükümlərdə metamfetamin və heroin olduğunu, həmin heroini və metamfetamini “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi adının Rza olduğunu bildirdiyi şəxsin kart hesabına pul göndərərək əldə etdiyini, narkotik vasitə olan heroini özü qəbul etdiyini, metamfetamin və heroinin satışı ilə məşğul olduğunu, bibisi oğlu Şahid4 7 manat müqabilində bir büküm psixotrop maddə olan metamfetamin verdiyini, həmçinin xx.xx.2023-cü il tarixdə Xətai rayonu ərazisində Mais adlı şəxsə 20 manat müqabilində bir büküm heroin verdiyini bildirmişdir. - şübhəli şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2173 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 162” dairəvi möhür əksi olan, “saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,189 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,176 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzidə narkotik olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,189 qram metamfetamin və Şahid4nun üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,085 qram metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. - əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi-axtarış zamanı görüntünün əks olunduğu bir ədəd “CD” disk maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(007)-179/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2408 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi № 65” dairəvi möhür əksləri olan iki ədəd kağız paketdə 6/2171...13 aprel 2023-cü il sözləri ,soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 0,324 qram heroin ilə üzərində “6/2173.. 13 aprel 2023-cü il...” sözləri qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 0,146 qram heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. - əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,176 qram narkotik vasitə heroin və 0,189 qram psixotrop maddə-metamfetamin, bir ədəd elektron tərəzi maddi sübut qismində tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0,159 qram psixotrop maddəmetamfetamin, 0,116 qram heroin və bir ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5-Narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 3618 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - 01 ədəd “CD” diskə köçürülmüş videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd şəffaf sellofana bükülmüş maddəni, arxa sağ cibindən kiçik ölçülü gümüşü rəngli elektron tərəzini təqdim edərək bükümlərdə metamfetamin və heroin olduğunu, həmin heroini və metamfetamini “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi adının Rza olduğunu bildirdiyi şəxsin kart hesabına pul göndərərək əldə etdiyini, narkotik vasitə olan heroini özü qəbul etdiyini, metamfetamin və heroinin satışı ilə məşğul olduğunu, bibisi oğlu Şahid4 7 manat müqabilində bir büküm psixotrop maddə olan metamfetamin verdiyini, həmçinin xx.xx.2023-cü il tarixdə Xətai rayonu ərazisində Mais adlı şəxsə 20 manat müqabilində bir büküm heroin verdiyini bildirmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkar olunmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 aprel 2023-cü il tarixdə saat 14 radələrində Şahid4 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesində yerləşən "xxxx" MMC-nin qarşısında şübhəli şəxs qismində saxlanılaraq Nizami rayon Polis İdarəsinə gətirilmiş, şəxsi axtarış zamanı Şahid4 üzərindən aşkar olunmuş psixotrop maddə-metamfetamin ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən bir ədəd bükümdə təmiz çəkisi 0,189 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və Şahid3 üzərində aşkar edilmiş narkotik vasitə-heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən bir ədəd bükümdə təmiz çəkisi 0,176 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Şahid4 istintaqda və Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair məhkəmə iclasında verdiyi izahatında üzərində aşkar olunmuş psixotrop maddə-metamfetamini Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Şahid3 da istintaqda və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair məhkəmə iclasında verdiyi ifadəsində üzərində aşkar olunmuş narkotik vasitə heroini Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Şahid4 məhkəməyə təqdim etdiyi ərizəsi sübut kimi qəbul olunmur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə-heroin, psixotrop maddə-metamfetamin , elektron tərəzi aşkar olunmamasına və heç kimə narkotik vasitə, psixotrop maddə satmamasına dair ifadəsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 12.04..2023-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,159 qram psixotrop maddə-metamfetamin, 0,116 qram narkotik vasitə-heroin və bir ədəd elektron tərəzi məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 130 (bir yüz otuz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,159 qram psixotrop maddə-metamfetamin, 0,116 qram narkotik vasitə-heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 130 (bir yüz otuz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar