Məhkəmə qərarları › İş №1(007)-150/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-150/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-150/2023 04.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirli Aftandil qızının, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi: Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun X4 iştirakları ilə, Təqsirləndirilən şəxs: 09 aprel 1992-ci ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Qadimağa oğlu sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Qadimağa oğlu 29 iyul 2022-ci il tarixdə saat 09 radələrində ünvan 3 ünvanın qarşısında qonşusu Zərərçəkmiş şəxs ona səs-küy salmaqla narahatlıq yaratmasını irad bildirib ünvanına nalayiq sözlər söyləməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı qəsdən əli ilə Zərərçəkmiş şəxs boynunun sol tarafina iki dəfə vurub sonuncuya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid posttravmatik ensefalopatiya ilə fasadlaşan və qabarıq asteno-nevrotik hal ilə müşayiət olunan qapalı kəllə beyin travması naticəsində baş beyin silkələnməsi, boynun qançırı, ənsə nahiyəsinin hematomasından ibarət xəsarətlər yetırərək qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Qadimağa oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs Qadimağa oğlu elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qardaşına məxsus mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onunla eyni binada 8-ci mərtəbədə, 796 saylı mənzildə yaşayır. 29 iyul 2022-ci il tarixdə səhər saat 09 radələrində alış-veriş məqsədilə yaşadığı binanın həyətinə düşmüş, gecə dostu Firuzun ad günündə spirtli içki qəbul etdiyindən həmin vaxt sərxoş vəziyyətdə olmuş, həmin tarixdə sahar saat 05 radələrində yaşadığı ünvana gələrək yatmışdır. Həyətə düşdüyü zaman Zərərçəkmiş şəxs həyətdə binanın mühafizəçisi işləyən Şahid2lə birlikdə dayanmış və onu görüb yüksək səslə onun va ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməyə başlamış, bu vaxt Gülşənin söyüşlərinə dözməyib əsəbləşmiş və Gülşəni sağ əli ilə iki dəfə itələmişdir. Bundan sonra mühafizəçi Əbülfət münaqişənin böyüdüyünü görüb onu ərazidən uzaqlaşdırmışdır. İlk dəfə cinayət törətməsini və himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında 6 ildir ki, ailəsi ilə birlikdə yaşayır. Yaşadığı mənzildən bir mərtəbə yuxarıda, yəni 8-ci mərtəbədə Təqsirləndirilən şəxs yaşayır. 2022-ci ilin iyul ayının 28-dən 29-na keçen gecə saat 01 radələrindən başlayaraq səhər saat 09 radələrinədək Şirinin yaşadığı mənzildə səs-küy olduğundan səhərə kimi narahat olmuşlar va yata bilməmişlər. Tək yaşadığı müddət ərzində, həmçinin ailə üzvləri rayonda olduqları müddət ərzində Şirin daima yaşadığı evə başqa şəxslər gətirmiş, səs-küydən evdə rahat otura bilməmişlər. Həyat yoldaşı ona dəfələrlə bu barədə iradını bildirsə də, heç bir nəticəsi olmamış, Şirin hətta bir dəfə hayat yoldaşını da vurmuşdur. Onun barəsində dəfələrlə DİN-in 102 xidmətinə şikayət etsələr də, Şirin hərəkətlərinə son qoymamışdır. 29 iyul 2022-ci il tarixdə səhər saat 09 radələrində yaşadığı binanın həyətinə düşərək binanın komendantına Şirin barəsində şikayət etmiş və həyətdə oturub Mənzil İstismar İdarəsinin nümayandəsini gözləmişdir ki, Təqsirləndirilən şəxs hərəkətləri barədə şikayət etsin. Bu zaman Təqsirləndirilən şəxs mühafizəçinin otağının yanından keçib binanın həyətinə doğru gəldiyini görmüş və Şirinə səhərə kimi mənzilində səs-küy olduğunu va bu səbəbdən yata bilmədiklərini, narahat olduqlarını deyərək iradını bildirmiş, Şirin isə heç bir söz demədən üzərinə gələrək sillə ilə iki dəfə boynunun sol tərəfinə vurmuş, təpik qaldırıb onu vurmaq istədikdə geri çəkilmiş, təpik ona dəyməmişdir. Həmçinin onu insanların gözü qarşısında nalayiq söyüşlərlə təhqir etmiş, həyat yoldaşına bu barədə deyəcəyini bildirdikdə həyat yoldaşının da ünvanına təhqiramiz sözlər deməyə başlamışdır. Bu zaman hadisə yerində olan binanın mühafizəçisi yaxınlaşaraq Şirini uzaqlaşdırmş, lakin Şirin onun arxasınca təkrar nalayiq ifadələr işlətməyə davam etmişdir. Təqsirləndirilən şəxs nə istintaq dövrü, nə də məhkəmədə ondan üzrdə istəməyib, törətdiyi əməldən peşman olmayıb. Qeyd olunanları nəzərə alaraq məhkəmədən təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş etdi. Məhkəmə istintaqı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun arvadıdır. 29 iyul 2022-ci il tarixdə səhər saat 08:30 radələrində evdən çıxıb iş yerine getmiş, işdə olan zaman arvadı Gülşən onun mobil telefonuna zəng edərək qonşusu Təqsirləndirilən şəxs yaşadıqları binanın həyətində onu söyərək təhqir etdiyini, boynuna iki dəfə sillə ilə vurduqdan sonra zərbənin təsirindən başının gicəlləndiyini, gözlərinin qaraldığını və müvazinətini itirib yerə yıxıldığını bildirmişdir. Dərhal işdən çıxıb evə gəlmiş, lakin Gülşəni evdə görməmiş, qızı Aysun hadisədən sonra polis əməkdaşlarının gəldiyini və anasının onlarla birlikde polis şöbəsinə getdiyini bildirmişdir. Baş vermiş hadisə ilə bağlı bildirdi ki, Təqsirləndirilən şəxs dəfələrlə günün müxtəlif vaxtlarında yaşadığı mənzildə səs-küy salaraq onların rahatlığını pozduğuna görə onun barəsində polis şöbəsinə şikayət etmişlər. Bu səbəbdən Şirinlə aralarında mübahisələri olmuşdur. Onun hərəkətləri barədə yaşadığı binanın komendantına və Mənzil İstismar İdarəsinə dəfələrlə məlumat verilməsinə baxmayaraq Təqsirləndirilən şəxs hərəkətlərinə son qoymamış, əksinə ona irad bildirdikləri zaman təhqiredici ifadələr işlədərək, nalayiq ifadələrlə söymüşdür. Həmçinin qeyd etdi ki, qonşusu Təqsirləndirilən şəxs qeyri-əxlaqi həyat tərzi barədə digər qonşular da məlumatlı olmuş, bu barədə polis şöbəsinə dəfələrlə müraciət edilmiş və polis tərəfindən Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o hərəkətlərinə davam etmişdir. Məhkəmə istintaqı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 137A ünvanında mühafizəçi işləyir. Həmin binada yaşayan Zərərçəkmiş şəxs, həmçinin Təqsirləndirilən şəxs tanıyır. 29 iyul 2022-ci il tarixdə səhər saat 09 radələrində işdə olduğu vaxt Təqsirləndirilən şəxs binadan çıxıb təxminən 50-60 metr aralıda yerləşən mağazanın qarşısında dayandığını, az sonra Zərərçəkmiş şəxs da binadan çıxaraq deyinə-deyinə Şirinin olduğu yerə doğru getdiyinin və ona gecə vaxtı evdə səs-küy yaratması ilə bağlı irad bildirməsinin şahidi olmuşdur. Şirin əsəbi halda Gülşənə yaxınlaşmaq istəyərkən aralarında mübahisə böyüməsin deyə, Şirinin qarşısına keçib onu saxlamış va eyni zamanda Gülşənə də evinə qayıtmasını bildirmişdir. Buna baxmayaraq, Gülşən mübahisəyə davam etmiş, ona görə Şirin Gülşənə yaxınlaşıb əlini onun üzünə qoyub "rədd ol get, sənin ərin nakişidir" ifadəsi işlətmişdir. O, Şirinə iradını bildirərək, söyüş söyməməsini bildirmiş və Şirini oradan kənarlaşdırmışdır. Gülşən isə binanın komendant otağına daxil olub orada qışqıraraq danışmağa davam etmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs və ailəsi arasında əvvəllər dəfələrlə mübahisələr olmuş, aralarında narazılıq vardır. Onların arasında baş verən münaqişə təxminən 2-3 dəqiqə davam etmişdir. Səs-küyə təxminən 4-5 nəfər adam toplaşmışdır. Onların arasında olan münaqişə zamanı Şirinin əlinin Gülşənin üzündə görmüşdür, ancaq ona hansı dərəcədə xəsarət yetirməsini dəqiq görməmişdir. Məhkəmə istintaqı zamanı Nizami rayonu, E.Süİeymanov küçəsi, ev 137A saylı ünvanın həyətində quraşdırılmış videomüşahidə qurğusundan götürülmüş videogörüntülərin əks olunduğu 01 ədəd CD formatlı diskə baxış keçirilmişdir. Videogörüntüdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 09:05 radələrində Zərərçəkmiş şəxs özündən bir neçə metr məsafə aralıda dayanmış Təqsirləndirilən şəxs tərəf baxaraq əl-qol hərəkətləri edir, Təqsirləndirilən şəxs bir neçə saniyə sonra dayandığı yerdən Zərərçəkmiş şəxs üzərinə iti addımlarla gələrək sağ əli ilə sonuncunun sol boyun nahiyəsinə zərbə endirir, zərbə anında binanın mühafizəçisi olduğu ehtimal edilen qara geyimli şəxsin onları ayırması, elə bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə təpiyini qaldırması, lakin zərbə endirmədən ayağını aşağı salması müəyyən edilir. Həmin şəxs Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşdıran zaman Zərərçəkmiş şəxs yenidən Təqsirləndirilən şəxs üzərinə yeriyərək əl-qol hərəkətləri edir, Təqsirləndirilən şəxs arxaya dönür, Zərərçəkmiş şəxs doğru gələrək nəsə deyir və yenidən arxasını çevirərək gedir, bu zaman mühafizəçinin Şirinin yanında olması, onu kənarlaşdırmağa cəhd etməsi müyyən edilir. Zərərçəkmiş şəxs arxasını çevirib asta addımlarla gedən Təqsirləndirilən şəxs üzərinə yenidən addımlamaqla əl-qol hərəkətlərini davam etdirir, bu zaman Təqsirləndirilən şəxs arxaya dönərək əli ilə Zərərçəkmiş şəxs boyun nahiyəsinə yenidən zərbə endirir ve üzünü çevirib uzaqlaşır, Zərərçəkmiş şəxs isə iti addımlarla qayıdır. Baxış zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişənin təxminən 01 dəqiqə müddətdə davam etməsi müəyyən edilir. Məhkəmə-Tibbi Ekspertiza va Pataloji Anatomiya Birliyi X8 daxil olmuş xx.xx.2022-ci il tarixli 663 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs posttravmatik ensefalopatiya ila fəsadlaşan va qabarıq asteno-nevrotik hal ilə müşayiət olunan qapalı kəllə-beyin travması nəticəsində baş beyin silkələnməsi, boynun qançırı, ənsə nahiyəsinin hematoması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür va dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmamış, ona dəymiş zərəri ödəməmişdir. Belə ki, yaratdığı narahatlıqla bağlı zərərçəkmiş şəxs tərəfindən ona irad bildirməsinə qarşılıq olaraq, Təqsirləndirilən şəxs ictimai yerdə zərərçəkmiş şəxsə bir neçə dəfə sillə vurmaqla xəsarət yetirmiş, sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş, həmçinin məhkəmə iclaslarında dəfələrlə təklif edilməsinə baxmayaraq zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi üçün hər hansısa ciddi addım atılmamış, onunla barışıq əldə etməmişdir. Qeyd edilənlər cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun törədilməsi halları və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də daha ciddi cəza təyin edilməlidir. Belə bir vəziyyətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmə ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş üzrə müəyyən edilir ki, təqisrləndirilən şəxslə zərərçəkmiş şəxs arasında barışıq əldə olunmamış, dəymiş ziyan ödənilməmişdir. İş materiallarında olan AZ-İV 001185 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü X1 adında azyaşlı uşağı vardır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan məlumata əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü X3 adında azyaşlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini və himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi hesab edilən ünvan 6 ünvanın həyətində quraşdırılmış videomüşahidə qurğusundan götürülmüş videogörüntülərin əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə ekspertiza xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 04 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış ünvan 6 ünvanın həyətində quraşdırılmış videomüşahidə qurğusundan götürülmüş videogörüntülərin əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş 35 saat hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X6 ödənilmək üçün 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar