Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-150/2024 14.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərzadə Fərid Bəşir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, müdafiəçilər – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – mülki cavabdehxx xxxxxxx 1968-ci ildə Füzuli rayonu, Kərimbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2vanında yaşamış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 32.4, 312.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, CM-nin 66.3-cü maddəsi hökmdən xaric edilmiş, CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 04 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib müvafiq bal toplayaraq, müəllimə kimi təyinatı Quba rayonu, Qırız kəndinə verilmiş övladı Şahid2 təyinatını Bakı şəhərində yerləşən orta məktəblərdən birinə dəyişdirəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə edib bu adla 24 avqust 2022-ci il tarixdə yaşadığı ünvan 2vanında Zərərçəkmiş şəxs 10.000 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia təqdim edərək, təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs 10.000 manat məbləğində əsas ziyanın, 1700 manat məbləğində inflyasiyanın, 1700 manat məbləğində əmanət faizinin, 1000 manat müalicə xərclərinin, 3000 manat mənəvi ziyanın, 400 manat məhkəmə və digər xərclərin, cəmi 17800 manatın tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə qismən təqsirli bilib, mülki iddianı qismən etiraf edərək ifadəsində göstərmişdir ki, onun pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs 10.000 manat borc almış, öz ehtiyaclarına xərcləmişdir. Həmin pulu da, 5-6 aya qaytaracağını bildirmişdir. Lakin 3-4 ay keçməmiş Zərərçəkmiş şəxs ondan şikayət edərək, pulun geri qaytarılmasını tələb etmişdir. Həmin ərəfədə isə o, həbs olunmuş və götürdüyü pulu geri qaytara bilməmişdir. Hal-hazırda da, borcu olmasını inkar etmir, azadlığa çıxacağı təqdirdə borcunu tam olaraq ödəyəcəkdir. Mülki iddia ilə bağlı, aldığı 10.000 manat borcun tutulmasına etiraz etmir, lakin qalan hissədə iddianı qəbul etmir. Bir daha Zərərçəkmiş şəxs borc olaraq 10.000 manat aldığını bildirib, hər hansı bir cinayət əməlini törətmədiyi qeyd edərək, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 və 244-cü maddələri ilə məhkum olunmuş, hazırda da Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cəza çəkir. Zərərçəkmiş şəxs tanıyır, onun uzaq qohumudur, normal münasibəti olmuş, əvvəllər Afaqla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 2022-ci ilin avqust ayında Zərərçəkmiş şəxs ona qızı Şahid2 Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək, müvafiq bal toplamasına görə müəllimə kimi təyinatının Quba rayonu, Qırız kəndinə verilməsini, lakin qızının təyinatını Bakı şəhərinə dəyişmək istəməsini bildirmişdir. Buna görə də o, Afaqa yalandan guya Təhsil Nazirliyində tanışının olmasını və 10.000 manat məbləğində qızı Arzunun təyinatını Bakı şəhərinə dəyişə biləcəyini bildirmişdir. Lakin onun nə Təhsil Nazirliyində, nə də bu işi görə biləcək belə bir tanışı olmamışdır. Onun məqsədi Zərərçəkmiş şəxs inandırıb aldadaraq, pulunu ələ keçirmək olmuşdur. 24 avqust 2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 18, mənzil 7-də olan vaxtı Zərərçəkmiş şəxs əri Şahid1 ilə birlikdə yaşadığı mənzilə gəlmişlər. Həmin vaxtı Zərərçəkmiş şəxs əri Şahid1 iştirakı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəllimə kimi Quba rayonu, Qırız kəndinə təyinatı verilmiş qızı Şahid2 təyinatının Bakı şəhərində yerləşən orta məktəblərdən birinə dəyişdirəcəyi məqsədi ilə 10.000 manat pulu ona vermişdir. O, pulu alandan sonra onlara bir ay müddətinə işi həll edəcəyini bildirmiş, lakin heç bir iş görməmiş və pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Belə ki, onun qeyd olunan işi görmək səlahiyyəti və bu işi görə biləcək heç bir tanışı olmamışdır. Onun məqsədi və niyyəti Zərərçəkmiş şəxs aldatmaq olmuş və bu niyyətini də həyata keçirtmişdir. Sonra Zərərçəkmiş şəxs pulunu tələb etməsinə görə Afaqı aldadaraq, pulu qısa müddət ərzində qaytaracağına söz vermiş, lakin pulu qaytara bilməmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun Azərbaycan Respublikası Təhsil Nazirliyində heç bir tanışı yoxdur. O, Zərərçəkmiş şəxs aldadıb ələ keçirdiyi puldan heç kimə verməmiş və həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs – mülki cavabdeh qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, qızı Şahid2 2018-ci ildə Dillər Universitetini bitirmiş və həmin vaxtdan bir neçə dəfə ixtisas imtahanı verərək müəllimliyə qəbul olunsa da rayonlara təyinat verildiyinə görə imtina etmişdir. 2022-ci ildə yenə imtahan vermiş və bu dəfə də Quba rayonu Qırız kəndinə təklif olunduğundan imtina etmişdir. Tək qızının tanımadığı rayona getməsinə valideynləri olaraq razı olmamış, buna görə də Bakı şəhərində işə düzəlmək üçün yollar axtarmışlar. Bu barədə uzaq qohumu Təqsirləndirilən şəxs ilə danışdıqda Maral bildirmişdir ki, Təhsil Nazirliyində tanışı var, danışıb qızının təyinatını Bakı şəhərinə dəyişdirə bilər. Bundan sonra 2022-ci ilin avqust ayında Maral ona zəng edib bildirmişdir ki, həmin adamla danışıb razılaşıb və bu iş üçün 10.000 manat pul lazımdır. Onlar da razılaşıb 10.000 manat pul düzəldərək həyat yoldaşı Ehtibarla birlikdə 2022-ci il avqustun 24-də Maralın yaşadığı ünvana getmiş və yaşadığı mənzildə həmin məbləğdə pulu Marala vermişdir. Maral 1 ay müddətində qızının təyinatını Bakı şəhərinə düzəldəcəyini bildirmişdir. Lakin aylar keçmiş, heç bir iş düzəlməmişdir. O, Maraldan pulunu tələb etdikdə isə müxtəlif bəhanələrlə hazırki vaxtadək pulunu qaytarmamışdır. Bundan sonra polisə şikayət etmişdir. İstintaq zamanı Maral 5000 manatı qaytarıb, qalanını sonradan qaytaracağını söyləsə də, nə 5000 manatı qaytarmamış, nə də ki, qalanını. Hətta müstəntiqin yanında olan zaman, müstəntiq onları müqavilə bağlaması üçün notariat ofisinə göndərmişdir. Müstəntiq demişdir ki, “əlində sənədin olsun, qaça bilməsin”. Onlar Suraxanı rayonunda olan notariat ofisinə getmişlər, notariat ofisində qanunda belə bir halın olmadığı onlara bildirilmişdir. Bundan sonra onlar müstəntiqin yanına qayıtmışlar. Onun Maral ilə qərəzçiliyi yoxdur, Maralın anası mütəmadi olaraq ona zəng edərək qarğışlar edir. Onun Maralla olan danışıqlarına dair səs yazıları var. Maralın tutulmasında o, günahkar deyil, Maral başqa işə görə tutulmuşdur. Məhkəmədən mülki iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşı, Şahid2 isə onun qızıdır. X4 Universitetində təhsilini başa vurduqdan sonra imtahan verərək Quba rayonu, Qırız kəndində yerləşən məktəbə müəllimə düzəlmişdir. Qızı Arzu evin tək övladı olduğu üçün qərara gəlmişlər ki, iş yerini Bakı şəhərinə dəyişdirsinlər. Həyat yoldaşı Afaq bu məqsədlə Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs Təhsil Nazirliyində tanışlarının olduğunu və həmin şəxslərin vasitəsilə Arzunun iş yerini 10.000 manata Bakı şəhərinə dəyişdirə biləcəyinə vəd vermişdir. 24 avqust 2022-ci il tarixdə o, həyat yoldaşı Afaq ilə birlikdə Maralın yaşadığı ünvan 2vanına getmişdir. Həmin evdə Afaq onun yanında 10.000 manat pulu qızı Arzunun iş yerini Bakı şəhərinə dəyişdirməsi üçün əlbəəl Marala vermişdir. Maral pulu qəbul edib saydıqdan sonra 1 ay ərzində qızının işini həll edəcəyinə bir daha vəd vermişdir. Marala verilən pul həyat yoldaşı Afaqa məxsus olmuşdur. Maral pulu aldıqdan sonra vədinə əməl etməyərək Afaqa qarşı xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Dillər Universitetində təhsilini başa vurduqdan sonra imtahan verərək Quba rayonu, Qırız kəndində yerləşən məktəbə müəllimə kimi işə düzəlmişdir. O, evin tək övladı olduğu üçün valideynləri qərara gəlmişlər ki, onun iş yerini Bakı şəhərinə dəyişdirsinlər. Anası Afaq bu məqsədlə Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq ona məlumat vermişdir. Təqsirləndirilən şəxs Təhsil Nazirliyində tanışlarının olduğunu və həmin şəxslərin vasitəsilə onun iş yerini 10.000 manata Bakı şəhərinə dəyişdirə biləcəyinə vəd vermişdir. 24 avqust 2022-ci il tarixdə atası Ehtibar və anası Afaq, birlikdə Maralın yaşadığı ünvana getmişlər, orada anası 10.000 manat pulu onun iş yerini Bakı şəhərinə dəyişdirməsi üçün Marala vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işi başlanaraq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Xəlil Atakişiyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ləğv edilmiş, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını ələ keçirib maddi ziyan vurması faktı üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış, cinayət işi istintaq aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi hökmdən xaric edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 04 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-150/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. - Zərərçəkmiş şəxs təqdim etdiyi diskdə olan zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında olan və onlara məxsus olmasını təkzib etmədikləri səs yazılarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs işin düzəlməsi üçün borc alıb ona verdiyi pulun qaytarılmasını tələb edir, Təqsirləndirilən şəxs isə pulu qaytaracağını, məsələni də həll edəcəyini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə cinayət təqibi ilə bağlı əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxs – mülki iddiaçının və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə təqsirləndirilən şəxs – mülki cavabdehin istintaq zamanı verdiyi ifadəni mötəbər sübut kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxs – mülki cavabdehin verilmiş ittihamda təqsirli olması məsələsini müəyyən edərkən cinayət işinin materiallarında olan izahatına, istintaq zamanı vəkilin iştirakı ilə dindirilməsi barədə protokollara, səs yazılarına istinad edir və belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs – mülki cavabdehin hazırda məhkəmə istintaqı zamanı verdiyi ifadə mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə qeyd olunan mövqeyini Azərbaycan Respublikası CPM-nin 144, 145.1 və 145.2-ci maddələrinə istinad etməklə əsaslandırır. Təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatlar məhkəmədə tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi özünü müdafiə xarakterli, məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı deyil, ibtidai istintaq zamanı verdiyi ifadəni mötəbər sübut növü kimi qəbul edərkən nəzərə alır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş üzrə toplanılmış digər sübutlarla qarşılıqlı müqayisə edilən zaman verilmiş ittihamın mahiyyətini təsdiq edir və mötəbərliliyi şübhə doğurmur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Xəlilova X2 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli hökm dəyişdirilmiş, üzərində 5000 manat cərimə cəzası saxlanılmış, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 32.4, 312.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, CM-nin 66.3-cü maddəsi hökmdən xaric edilmiş, CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 04 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs qadın olmasını, yaşını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilindiyi əməli Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən əvvəllər Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(106)-103/2023 saylı hökmü ilə təyin edilmiş 1 il 4 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20 və 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı əvvəlki hökm üzrə cəzaçəkmə müddətinin başlanğıcından, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs dəymiş ziyana görə 10000 (on min) manat, ödənilmiş dövlət rüsumuna görə 146 (bir yüz qırx altı) manat, vəkilə ödənilmiş xidmət haqqına görə 131 (bir yüz otuz bir) manat, poçt xidməti üçün ödənilmiş 2,34 (iki manat otuz dörd qəpik) manat, mənəvi ziyana görə 500 (beş yüz) manat, cəmi 10779,34 (on min yeddi yüz yetmiş doqquz manat otuz dörd qəpik) manat tutularaq zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Qalan hissədə mülki iddia təmin edilməməlidir. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 (bir yüz səksən) manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi1 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən barəsində Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 01 il 04 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza - 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs dəymiş ziyana görə 10000 (on min) manat, ödənilmiş dövlət rüsumuna görə 146 (bir yüz qırx altı) manat, vəkilə ödənilmiş xidmət haqqına görə 131 (bir yüz otuz bir) manat, poçt xidməti üçün ödənilmiş 2,34 (iki manat otuz dörd qəpik) manat, mənəvi ziyana görə 500 (beş yüz) manat, cəmi 10779,34 (on min yeddi yüz yetmiş doqquz manat otuz dörd qəpik) manat tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Qalan hissədə mülki iddia təmin edilməsin. Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi1 180 (bir yüz səksən) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-150/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-150/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver