Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-151/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmova Pərvin Nofəl qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1993-cü ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,484 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 29 sentyabr 2022-ci il tarixdə saat 19:15 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 54A ünvanının qarşısında Azərbaycan Respublikası DİN-in Əlahiddə ÇPA-nın 5-ci Patrul bölüyünün əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-yə gətirilmiş və şöbədə üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,484 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, 3 ildir ki, narkotik vasitə istifadə etmiş və narkotik vasitəni Bakı şəhərinin müxtəlif yerlərindən tanımadığı şəxslərdən almışdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində üzdən tanıdığı və adını bilmədiyi şəxsdən istifadəsi üçün 35 manat verərək bir ədəd bükümdə narkotik vasitə heroin alaraq cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 54A ünvanının qarşısında olan zaman iki nəfər polis əməkdaşı yaxınlaşıb özlərini təqdim edərək ona şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyi bildirmişlər. Onun üzərində narkotik vasitə olduğundan o, polis əməkdaşlarının suallarına həyəcanlı şəkildə cavab verərək onlardan yayınmağa çalışmışdır. Polis əməkdaşları ondan narkotik vasitə istifadə edib-etməməyini soruşduqda, o, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Bu zaman polis əməkdaşları onu 24-cü PŞ-nə dəvət etmişlər. O, da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə 24-cü PŞ-nə gəlmişdir. Polis əməkdaşları xidməti otaqların birində vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O, üzərində şəxsi axtarış keçirilərkən vəkilin iştitakına ehtiyac olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməsinə başlanmışdır. Videoçəkiliş zamanı polis əməkdaşları özlərini təqdim etdikdən sonra ona özünü təqdim etməyini bildirmişlər. O, özünü təqdim etdikdən sonra ona hüquq və vəzifələri izah olunarkən onun yenidən videoçəkilişlə və vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçiriləcəyinə etirazının olub-olmaması soruşulmuşdur. O, heç bir etirazının olmadığını bildirmişdir. Polis əməkdaşı üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyini bildirdi. O da əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli, toz halında narkotik vasitə olan heroini, həmin şalvarın sağ yan cibindən “İphone 6S” və “KGTGL” markalı mobil telefonları və əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən ümumvətəndaş pasportunu təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşı üzərindən aşkar olunan şəffaf sellofana bükülmüş, qəhvəyi rəngli maddənin nə olduğunu, kimdən və hansı qiymətə aldığını soruşduqda, o, həmin maddənin narkotik vasitə heroin olduğunu, Əhmədli qəsəbəsində üzdən tanıdığı şəxsdən 35 manata aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunan narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış və möhürlənib ekspertizaya göndərilmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 Alayının 5-ci Polis Bölməsinin polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, 29 sentyabr 2022ci il tarixdə saat 19 radələrində Nizami rayonunda, inzibati ərazidə xidmətdə olarkən ünvan 5 ünvanın yaxınlığında bir nəfər şəxsi təsadüfən görmüşlər. Həmin şəxs onları görən zaman iti addımlarla oradan uzaqlaşmağa cəhd etmişdir. Hiss olunmuşdur ki, həmin şəxs nədənsə narahat və təlaş içində olmuşdur. Bu meyar onların diqqətini çəkdiyi üçün həmin vaxt onunla birlikdə xidmətdə olan iş yoldaşı X3 Alayının 5-ci Polis Bölməsinin polis nəfəri Şahid2 ilə birlikdə qeyd etdiyi şəxsə yaxınlaşmış, özlərini təqdim etmiş, ondan da özünü təqdim etməsini, şəxsiyyətini təsdiq edən sənədi verməsini tələb etmiş və burada nə etdiyini soruşmuşlar. Onlar həmin şəxslə ünsiyyətdə olan zaman həmin şəxs çox həyəcanlanmış, özünü şübhəli aparmış, həmçinin də suallarına qeyri-adekvat cavab vermişdir. Onlar onun bu cür davranışlarından narkotik vasitələrin təsiri altında olmasından şübhələnmişlər. Ondan narkotik vasitə qəbul edib-etmədiyini soruşmuşlar. Həmin şəxs də səmimi etiraf edərək narkotik vasitə aludəçisi olduğunu bildirmişdir. Buna görə də onlar həmin şəxsi narkotik vasitələrin daşınmasında və istifadəsində şübhəli şəxs qismində onlarla birlikdə Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. Həmin şəxs də dəvəti qəbul edərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Şöbəyə gəldikdən sonra həmin şəxsin xx.xx.1993-cü il təvəllüdlü, Ağstafa rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, ünvan 7nda yaşayan Təqsirləndirilən şəxs olduğu məyyən edilmişdir. Xidməti otaqların birində 24-cü Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Hüseyn Quliyev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək hüquqlarının müdafiə olunması üçün dövlət hesabına vəkil dəvət olunmasını xahiş etmişdir. Bu zaman Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri 6 saylı Vəkil bürosundan dövlət hesabına vəkil dəvət olunmuşdur. Vəkil tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılması bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən vəkilin iştirakına ehtiyacı olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra vəkilin iştirakı olmadan videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunarkən yenidən vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd “İphone 6S” və “KGTGL” markalı mobil telefon aparatlarını, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən özünə məxsus ümumvətəndaşlıq pasportunu və həmin şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükülünü təqdim etmişdir. Həmin bükülüyə baxış keçirilərkən bükümün içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik olan maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin “Kakos” kimi tanıdığı narkotik vasitə olduğunu və onu 29 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 15 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd içərisində narkotik vasitəyə bənzər maddələr olan büküm təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 164 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 Alayının 5-ci Polis Bölməsinin polis nəfəri, polis serjantı Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 29 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında və 30 sentyabr 2022-ci il tarixli DVD diskə baxış keçirilməsi barədə protokollardan görünür ki, 29 sentyabr 2022-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Hüseyn Quliyev tərəfindən polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zamanı ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “İphone 6S” və “KGTGL” markalı mobil telefon aparatlarını, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən özünə məxsus ümumvətəndaşlıq pasportunu və həmin şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükülünü təqdim edir. Həmin bükülüyə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik olan maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin maddəni 29 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 35 manat müqabilində aldığını bildirmişdir. Daha sonra aşkar olunmuş ümumilikdə 01 ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə qablaşdırılaraq 01 ədəd kağız zərfə qoyulur və üzəri DİN-in “Zəflər üçün” 164 saylı möhürü ilə möhürlənir. Bundan sonra Təqsirləndirilən şəxs nüzərindən dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 30 sentyabr 2022-ci il tarixli 6/5618 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N164” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,484 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına “Siyahı İ) daxildir. Həmin maddənin 0.05 qram hissəsi tədqiqata sərf edilmiş, 1.434 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 02 dekabr 2022-ci il tarixli 7307 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 10 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1.484 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra təmiz çəkisi 1.434 qram narkotik vasitə heroinin möhürlənmiş zərfdə qablaşdırılmış vəziyyətdə Nizami RPİnin MSK-na təhvil verilməsinin nəzərə alınması, bir ədəd DVD diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 4-cü bəndindən görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan əlavə, iş materiallarında olan 29 sentyabr 2022-ci il tarixli tutma protokolundan, vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 01 oktyabr 2022ci il tarixli qərardan və qətimkan tədbirinin seçilməsi haqqında 01 oktyabr 2022-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs, 29 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 oktyabr 2022-ci tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilmiş və 01 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək tutulduğu 02 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93- 1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 1.434 qram olan narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 55 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 65 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 390 manat (65x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 29 sentyabr 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 1.434 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 65 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 390 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-151/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-151/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver