Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-151/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1981-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə 28 mart 2018-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 109 ünvanında yerləşən “Laçın” ticarət mərkəzinin ikinci mərtəbəsində vətəndaş Zərərçəkmiş şəxs4 icarə əsasında fəaliyyət göstərdiyi qadın geyimləri mağazasından sonuncuya məxsus 20 manat dəyərində 1 ədəd əl çantasını və həmin çantanın içərisində olan 1400 manat məbləğində nağd pulu, 2 manat dəyərində hesabat kitabçasını, hər biri 1 manat olmaqla 2 ədəd ev açarını, hər biri 10 manat olmaqla 2 ədəd "xxxx" ASC tərəfindən verilmiş bank kartını gizli olaraq taladıqdan sonra Zərərçəkmiş şəxs4 əmlakını talamağa yönəlmiş niyyəti üzrə cinayət əməllərini davam etdirərək həmin tarixdə Bakı şəhəri, Nizami rayonu, metronun “Neftçilər” stansiyasının çıxışının qarşısında yerləşən bankomata əldə etdiyi Zərərçəkmiş şəxs4 **********776884 saylı plastik bank kartını daxil edərək elektron məlumat daşıyıcısından istifadə etməklə kart hesabından 600 manat pul vəsaitini çıxarıb gizli olaraq talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 2044 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə 29 mart 2018-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında vətəndaş Zərərçəkmiş şəxs3 fəaliyyət göstərdiyi “Amore” geyim mağazasından sonuncuya məxsus içərisində 1000 manat nağd pul, 10 manat dəyərində şəxsiyyət vəsiqəsi olan 20 manat dəyərində yaşıl rəngli 1 ədəd pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1030 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə 01 aprel 2018-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 109 ünvanında yerləşən “Laçın” ticarət mərkəzinin birinci mərtəbəsində vətəndaş X2 fəaliyyət göstərdiyi qadın geyimləri mağazasından sonuncuya məxsus içərisində 750 manat məbləğində nağd pul və hər biri 10 manat olmaqla 2 ədəd bank kartları olan 30 manat dəyərində 1 ədəd pul kisəsini gizli olaraq talayıb zərərçəkmiş şəxs Fərcanə Kərimovaya ümumilikdə 800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə 05 aprel 2018-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 ünvanında yerləşən “Diqlas” ticarət mərkəzində vətəndaş Zərərçəkmiş şəxs2 fəaliyyət göstərdiyi mağazadan sonuncuya məxsus, içərisində 15 manat dəyərində pul qabı, 300 manat məbləğində nağd pul, həmin dövrün məzənnəsi ilə 119 manat olan 70 ABŞ dolları, 200 manat dəyərində kosmetik əşyalar və 1 ədəd 30 manat dəyərində “İphone 7” markalı mobil telefona aid qulaqcıq olan 50 manat dəyərində 1 ədəd əl çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 714 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir, əməlindən peşmandır. Məhkəmədən üç övladını tək böyütməsini nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmədiyinə görə maddi vəziyyəti aşağı olması səbəbindən 2018-ci ilin mart ayının axırlarında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Laçın” ticarət mərkəzindən oğurluq edərək pul əldə etmək qərarına gəlmişdir. Həmin məqsədlə 28 mart 2018-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Laçın” ticarət mərkəzinə gəlmiş və ticarət mərkəzinin ikinci mərtəbəsinə qalxaraq sahibini tanımadığı qadın geyimləri mağazasına daxil olub bir qədər paltarlara baxdıqdan sonra mağazada qadın çantası görüb, həmin çantanı götürərək mağazadan çıxmışdır. Bundan sonra ticarət mərkəzindən bir qədər aralaşıb çantanın içərisinə baxdıqda 650 manat pul və kodu üzərində olan bankomat kartı olduğunu görmüşdür. Daha sonra metronun “Neftçilər” stansiyasına gəlmiş və oğurladığı kartdan istifadə edərək bankomatdan 400 manat pul çıxartmışdır. Bundan sonra oğurladığı çantanı zibilliyə atmış və əldə etdiyi 1050 manat pulu cibinə qoyub metronun “28 may” stansiyasının yaxınlığında kafelərin birində yemək yedikdən sonra səhəri gün yaşadığı Sabirabad rayonuna getmişdir. Oğurluq yolu ilə əldə etdiyi həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir, bundan başqa, 01 aprel 2018-ci il tarixdə Bakı şəhərinə gəlmiş və yenidən oğurluq edərək pul əldə etmək məqsədi ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Laçın” ticarət mərkəzinə gəlib oğurluq etmək üçün əlverişli şəraiti olan mağaza axtarmağa başlamışdır. Həmin günü saat 16 radələrində “Laçın” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən qadın geyimləri mağazasına daxil olub paltarlara baxmağa başlamış, həmin vaxt mağazada başqa bir neçə nəfər alıcının və ağ rəngli stolun üstündə pul qabı olduğunu görüb həmin pul qabının içərisində pul olduğunu düşünərək imkan tapıb pul qabını oğurlamaq qərarına gəlmişdir. Satıcının başının müştəriyə qarışıq olmasından istifadə edərək həmin pul qabını götürüb sakitcə mağazadan çıxmışdır. Bundan sonra ticarət mərkəzindən bir qədər aralaşıb pul qabının içərisində 750 manat pul, bankomat kartları və kağızlar olduğunu görmüşdür. 750 manat pulu cibinə qoyub, bankomat kartları və kağızları isə yolun kənarında olan zibil qabına atmışdır. Oğurluq yolu ilə əldə etdiyi 750 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 05 aprel 2018-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Diqlas” ticarət mərkəzinə gəlmiş və həmin mağazadan da içərisində 10 manat olan bir ədəd çantanı oğurlamışdır. Oğurluq yolu ilə əldə etdiyi həmin pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx.xx.2018-ci il tarixdə yaşadığı Sabirabad rayonundan Bakı şəhərinə iş axtarmaq məqsədi ilə gəlmiş və bir neçə gün sonra pula ehtiyacı olduğundan, özünə iş tapa bilmədiyinə görə oğurluq etmək qərarına gəlmişdir. Oğurluq etmək üçün hara gedəcəyini əvvəl bilməsə də sonradan rahat oğurluq etmək üçün adamların çox olduğu yerə, yəni “20 Yanvar” adlanan yerə getmişdir. “20 Yanvar” dairəsinin yaxınlığında “Amore" adlanan qadın geyim mağazasını görüb, oğurluq məqsədi ilə həmin mağazaya müştəri qismində daxil olmuşdur. Mağazaya daxil olduqda əvvəlcə içəriyə diqqətlə baxaraq qiymətli əşya və pul axtarmış, həmin vaxt “Amore” qadın geyim mağazasının içində yerləşən piştaxtanın üzərində bir ədəd yaşıl rəngdə pul kisəsinin olduğunu görmüşdür. Lakin satıcı içəridə olduğuna görə satıcının mağazanı tərk etməyini gözləmək qərarına gələrək mağazadan çölə çıxmışdır. 15 dəqiqə sonra satıcı qadın mağazadan çıxaraq bir qədər uzaqlaşdıqdan sonra dərhal “Amore” qadın geyim mağazasına daxil olub həmin yaşıl rəngdə satıcı qadına məxsus pul kisəsini götürərək oradan uzaqlaşmışdır. Oğurluq edən zaman ətrafda heç kim olmamışdır. “Amore” adlanan mağazadan uzaqlaşdıqdan sonra oğurladığı pul kisəsinin içinə baxmaq üçün metronun “20 Yanvar” stansiyasının yaxınlığında dayanıb pul kisəsinin içinə baxdıqda orada 1000 manat məbləğdə nağd pul və bir ədəd satıcı qadına məxsus şəxsiyyət vəsiqəsini aşkar etmişdir. 1000 manat nağd pulu götürüb əynində olan gödəkcəsinin cibinə qoymuş, şəxsiyyət vəsiqəsini isə pul kisəsi ilə birlikdə metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən yadında qalmayan küçənin birində atmışdır. ***-***-**-** saylı mobil nömrə qardaşı Turalın istifadəsində olmuş, istintaqın ilk mərhələsində müstəntiq ondan nömrəsini və əlaqə yaratmaq üçün əlavə nömrə istədiyindən o, qardaşının istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni də vermişdir. Göstərilən cinayət hadisələri zamanı istifadəsində yalnız ***-***-**-** saylı mobil nömrə olmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə verərək bildirmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, “Diqlas” ticarət mərkəzində 141 saylı mağazada satıcı işləmişdir. xx.xx.2018-ci ildə mağazada olarkən saat 16 radələrində içərisində bahalı kosmetika, qadın ətri, içərisində 300 manat pul, 70 ABŞ dolları və metro kartı olan qırmızı pul qabı ilə birlikdə əl çantasının yerində olmadığını aşkar etmişdir. Bir qədər axtardıqdan sonra qeyd etdiyi əşyalarının oğurlandığını başa düşmüşdür. Daha sonra ticarət mərkəzində quraşdırılmış kameralar vasitəsi ilə çantanı əlində qara torba olan cavan oğlanın torbaya qoyub oğurladığını müəyyən etmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə məlumat vermişdir. Pul qabını oğurlayan şəxsin hazırda Təqsirləndirilən şəxs olduğunu bilir. 300 manat, 70 ABŞ dolları Azərbaycan manatına nisbətdə 119 manat, çantasının qiyməti 50 manat, pul qabının qiyməti 15 manat, kosmetika və ətir 200 manat, 30 manata aldığı “İpone 7”-yə məxsus qulaqcıq olmaqla ümumilkdə ona 714 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs onun 10 manat olan bir ədəd çantasını oğurlamasına dair yalan ifadə vermiş, oğurlanmış pul və digər əşyalar onun dediyi kimidir. Məhkəmə baxışında ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X5 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Laçın” ticarət mərkəzinin birinci mərtəbəsində qadın geyimləri mağazasında işləmişdir. 01 aprel 2018-ci il tarixdə saat 16 radələrində mağazada alıcıları qarşılayarkən özünə məxsus pul qabı mağazadakı stolun üstündə olmuşdur. Bir qədər sonra baxdıqda stolun üstündə olan pul qabını yerində aşkar etmədikdə naməlum şəxs tərəfindən oğurlandığını başa düşmüşdür. Həmin səbəbdən Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gedib hadisə barədə məlumat verərək ərizə yazmışdır. Pul qabının içərisində 750 manat pul, bank kartları və vergi ödəyicisi olmasına dair VÖEN-i olmuşdur. Hadisədən sonra oğurlanmış kartlarını bağlatdırmış, pul qabını oğurlayan şəxsin hazırda Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Qeyd etmişdir ki, iki ədəd bank kartlarının hər biri 10 manat olmuş, 1 ədəd pul kisəsi 30 manat dəyərində olmuş, vergi ödəyicisi olmağına dair VÖEN-i pulsuz olaraq almışdır. Ümumilikdə ona 800 manat maddi ziyan dəymişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Laçın” ticarət mərkəzinin ikinci mərtəbəsində qadın geyimləri mağazasını icarə əsasında işlətmiş, 28 mart 2018-ci il tarixdə saat 19 radələrində mağazada alıcıları qarşılayarkən özünə məxsus əl çantası vitrində olan paltarların arxasında olmuş, mağazada olan müştəriləri yola saldıqdan sonra əl çantasının yerində olmadığını aşkar etdikdə naməlum şəxs tərəfindən oğurlandığını başa düşmüş, ona görə də Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gedib hadisə barədə məlumat vermiş və ərizə yazmışdır. Əl çantasının içərisində 1400 manat pul, 2 ədəd "xxxx" tərəfindən verilmiş təqaüd kartları, mənzilinin 2 ədəd açarları, vergi ödəyicisi olmasına dair VÖEN-i və hesabat kitabı olmuşdur. Bankdan ona təqaüd kartında olan 600 manat pullarının çıxarılması barədə məlumat verilmişdir. Hadisə vaxtı pul qabını oğurlayan şəxsi görməsə də sonradan istintaq zamanı oğrunun Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Bank kartından 600 manat pul çıxarılmış, 2 ədəd bank kartının hər birinin qiyməti 10 manat, vergi ödəyicisi olmasına dair VÖEN kartına görə pul ödəmədiyi üçün ona maddi ziyan dəyməmiş, hesabat kitabçası dəftər şəklində olduğu üçün qiyməti 2 manatdır, 2 ədəd açarının hər birinin qiyməti 1 manat, əl çantasının qiyməti isə 20 manat olmuşdur. Ona ümumilikdə 2044 manat məbləğində maddi ziyan dəymiş, oğurlanmış 6762-6111-0477-6884 saylı "xxxx" tərəfindən verilmiş kart ona, digər təqaüd kartı isə əri X1 məxsus olmaqla "xxxx" tərəfindən verilmişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ilin sentyabr ayının 28-dən Bakı şəhəri, Nəsimi rayonu, metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən “Amore” adlanan qadın geyim mağazasında satıcı işləyirmiş. İşlədiyi mağazanı gündəlik olaraq səhər saat 10:00 radələrində açıb, axşam saat 18:30 radələrində bağlayıb ailəsi ilə birlikdə yaşadığı evə gedirmiş. xx.xx.2018-ci il tarixdə səhər saat 10:00 radələrində həmişəki kimi işlədiyi mağazaya gəlib işinə başlamışdır. Həmin günü saat 11:00 radələrində işlədiyi mağazada olan zaman bir nəfər tanımadığı kişi müştəri qismində mağazaya gəlib paltarlara baxıb getmişdir. Bundan sonra o, işlədiyi mağazadan bir neçə dəqiqəlik çölə çıxmış və geri qayıdan zaman, müştəri qismində gəlib orada paltarlara baxan şəxsin qaçaraq mağazadan uzaqlaşdığını görsə də nə baş verdiyini anlamamışdır. İşlədiyi mağazaya çatdıqda içəridə yerləşən piştaxtanın üzərinə qoyduğu özünə məxsus yaşıl rəngdə 1 ədəd içərisində 1000 manat nağd pul və AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi olan pul kisəsinin yerində olmadığını aşkar etdikdə bir az əvvəl müştəri qismində işlədiyi mağazaya gələn şəxs tərəfindən oğurlandığını başa düşüb DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Qeyd etmişdir ki, oğurlanmış pul kisəsinin içərisində 1000 manat pul və özünə məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi olmuşdur. Pul kisəsini hadisədən 1 il əvvəl 25 manata almış, şəxsiyyət vəsiqəsinin qiyməti isə 10 manat olmuşdur. Hadisə nəticəsində ona 1030 manat maddi ziyan dəymişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, X5 zərərçəkmiş şəxs qismində tanınmışdır. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-93/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasına dair müstəntiqin vəsatəti təmin olunmamışdır. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. - xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü Zəhra adlı övladı vardır. - cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 –ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir. -təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: 2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...” Məhkəmə baxışında dövlət ittihamçısı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 1030 manat məbləğində, X3 800 manat məbləğində, Zərərçəkmiş şəxs2 714 manat məbləğində ziyan vurmaqla oğurluq etməsinə dair epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət təqibindən imtina etmiş, təqsirləndirilən şəxsin barəsində CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət təqibinin davam etdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 314.2-ci maddəsində göstərilir ki, məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.1-ci maddəsinin tələbindən aydın olur ki, dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişatında təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, dövlət ittihamçısı ittihamdan qismən imtina etdiyindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi xaric edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin bank hesabına müdaxilə edərək elektron məlumat daşıyıcısından istifadə etməklə əmlakını gizli talayaraq oğurluq etməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci ildə cəriməni tam ödəmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək 5 ay 2 gün həbsdə saxlanılmasının bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət cəmi 34 iş saatı müddətinə bərabər olmaqla, 25 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat (25x6) məbləğində, 9 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 99 (doxsan doqquz) manat (9x11) məbləğində, cəmi 249 (iki yüz qırx doqquz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək 5 ay 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 1(bir) il 7(yeddi) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs 34 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 249 (iki yüz qırx doqquz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-151/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-151/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver