Məhkəmə qərarları › İş №1(007)-152/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-152/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-152/2025 06.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 1,742 qram psixotrop maddə-metamfetamini əldə edib yaşadığı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 3, 17 nömrəli mənzilə daşıyaraq həmin psixotrop maddələri hissələrə bölüb 02 ədəd büküm olmaqla 0,327 qram və 0,384 qram üzərində, 03 ədəd büküm olmaqla 0,355 qram, 0,297 qram və 0,379 qramı isə yaşadığı mənzildə saxlamış, 20 iyul 2024-cü il tarixdə, saat 10:20 radələrində ünvan 3 ünvanın qarşısında şəxsi marağı üçün 0,327 qram tanışı Şahid4 satmış, iş üzrə təqsirləndirilən şəxs Şahid4 ifadəsində üzərində aşkar edilən psixotrop maddə metamfetamini tanışı Rəhim adlı şəxsdən aldığını bildirməsinə görə iş üzrə verilmiş əməliyyat tapşırığına əsasən 12 avqust 2024-cü il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri Nizami RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nizami RPİ-yə gətirilərək orada üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,384 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq Bakı şəhəri Nizami RPİ-nin əməkdaşları tərəfindən 12 avqust 2024-cü il tarixdə, saat 14:50 radələrində onun razılığı və iştirakı ilə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 3, 17 nömrəli mənzilə baxış keçirilərkən eyvanda daşın üzərində mücrü qabın içərisində 01 ədəd “Rothmans" markalı siqaret qutusunda saxladığı 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,355 qram, 0,379 qram və 0,297 qram olmaqla, ümumi təmiz çəkisi 1,031 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç kimə narkotik vasitə, psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxslə birlikdə narkotik vasitə almışlar və birlikdə istifadə etmişlər. Onun psixi xəstəliyi olduğundan narkotik vasitə istifadə edir. O, Rəhimə narkotik vasitə satmamışdır. Özünü satışla təqsirli bilmir. Rəhim onun uşaqlıq dostunun qaynıdır. Rəhim istintaqda yalan ifadə vermişdir. 15 ildir ki, Rəhimi tanıyır, 2-3 il olar ki, birlikdə narkotik vasitə istifadə edirlər. Lazım olanda bir-birilərinə narkotik vasitə verirlər. 20 manat o, qoymuşdur, 10 manat da Rəhim qoymuş, narkotik vasitə almışlar. Onu yaşadığı mənzildən tutub aparmışlar. Rəhimlə saat 12-də görüşmüşlər, həmin gün 1-in yarısında Rəhimi tutmuşlar. 25 gündən sonra isə onu tutmuşlar. Azyaşlı qardaşının da qorxudan dili tutulmuşdur. Onun evindən aşkar edilmiş 3 büküm psixotrop maddə ona məxsus olmuşdur. Saxlanılan vaxt üzərində narkotik vasitə, psixotrop maddə olmamışdır. Polis İdarəsində olanda polislər onun cibinə bir büküm psixotrop maddə qoymuşlar. Yaşadığı evdən aşkar edilmiş 3 büküm psixotrop maddə metamfetamini 3 günlük istifadə etmək məqsədilə əldə etmişdir. Həmin 3 büküm psixotrop maddəni zakladka yolu ilə almışdır. Psixotrop maddəni gedib özü götürmüş, sonra isə Rəhimə də vermişdir. Polislər ona qarşı təzyiq göstərməmişlər. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 3 ildir ki, metamfetamin kimi tanıdığı psixotrop maddə istifadə edir. Adətən o, həmin psixotrop maddəni Bakı şəhərinin müxtəlif ərazilərində tanımadığı müxtəlif şəxslərdən şəxsi istifadəsi üçün alıb, qəbul etmişdir. Lakin son bir ildə o, “instagram” sosial şəbəkəsində tanış olduğu və özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Rasim” adlı şəxsdən online əldə etmişdir. Belə ki, 19 iyul 2024-cü il tarixdə gecə saatlarında “instagram” sosial şəbəkəsində tanış olduğu “Rasim” kimi özünü təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə sosial şəbəkədə yazışarkən sonuncu ona alacağı psixotrop maddənin qoyulduğu ərazinin bilmədiyi İran İslam Respublikasına aid “WhatsApp” nömrəsindən şəklini çəkib, onun istifadəsində olan (055) ***-**-** “WhatsApp” nömrəsinə göndərdiyi üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivinə gedib, ünvanı dəqiq bilmədiyi yaşayış evinin qarşısındakı daşın altından axtarıb tapmış və ətrafına boylanaraq yaxınlıqda heç kəsin olmadığına əmin olduqdan sonra onu daşın altından götürüb, üzərində gizlədərək yaşadığı ünvana gəlmişdir. Əldə etdiyi həmin metamfetaminin bir qismini yaşadığı evdə, digər qismini isə şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Lakin o, həmin gündən bəri istifadə etməmişdir. Onun üzərində və evdə psixotrop maddə hesab etdiyi metamfetamin bükümlərini gizlətməyindən heç kəsin xəbəri olmamışdır. O, əldə etdiyi həmin psixotrop maddənin müqabilində “M10” vasitəsilə 40 manat pul ödəmişdir. Nəhayət, 12 avqust 2024-cü il tarixdə saat 12 radələrində o, yaşadığı Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, ev 3 ünvanının qarşısında olduğu vaxt iki nəfər mülki geyimli, kişi cinsli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və Nizami rayon Polis İdarəsinə getməyi təklif etmişlər. Həmin vaxt onun üzərində psixotrop maddə kimi tanıdığı metamfetamin olsa da, şübhə doğurmasın deyə o, həmin polis əməkdaşları ilə birlikdə Nizami rayon Polis İdarəsinə gəlmişdir. RPİ-nin inzibati binasında şəxsiyyəti tam dəqiqləşdirildikdən sonra polis əməkdaşları tərəfindən polis idarəsinin xidməti otaqlarından birinə aparılmışdır. Orada ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlamaqda şübhəli olduğu bildirilib barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar qəbul edilmiş və ona hüquqlarının müdafiəsi üçün vəkil siyahısı təqdim edilmişdir. Dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı onun üzərində axtarış aparılacağını, videoçəkiliş vasitəsi ilə lentə alınacağını və üzərində qanunsuz olaraq narkotik vasitə və ya əşya varsa, təqdim etməyini bildirmişdir. O, da üzərində saxladığı psixotrop maddə hesab etdiyi metamfetaminı gizlətməyin mənasız olduğunu, axtarış zamanı tapılacağını başa düşdüyündən əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümü, həmin şalvarın sol yan cibindən isə 01 ədəd qara rəngli “Samsung DUOS” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyub bildirmişdir ki, bir ədəd bükümdə olan maddə metamfetamin kimi tanıdığı psixotrop maddədir, bir gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin ərazisində “Rasim” adlı İran İslam Respublikası vətəndaşından zakladka yolu ilə şəxsi istifadəsi üçün əldə edib, üzərində saxlamışdır. Təqdim etdiyi bir ədəd büküm açılmış və həmin bükümün içərisində ağ rəngli maddə aşkarlanmışdır. Üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmişdir. Lakin üzərindən psixotrop maddədən başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra bir ədəd həmin büküm polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş və bununla bağlı protokol tərtib olunmuşdur. Zərfin üzəri və tərtib olunmuş protokol onun və iştirakçılar tərəfindən doğru olduğu üçün imzalanmışdır. Bütün bunlardan başqa təhqiqatçı onun üzərindən aşkar edilən psixotrop maddədən başqa yaşadığı ünvanda və ya başqa yerdə qanunla dövriyyəsi qadağan edilən hər hansısa əşya, predmet saxlayıb-saxlamamağını ondan soruşduqda o, bunu gizlətməyinin mənasız olduğunu hesab etdiyi üçün hal-hazırda yaşadığı ünvanda, yəni ünvan 7ə psixotrop maddə kimi tanıdığı metamfetamini gizlətdiyini bildirmişdir. Bir sözlə, onun bunu gizlətməyinin mənasız olduğunu, hər bir halda evinə polislər axtarış keçirib, həmin gizlətdiyi metamfetaminin tapılacağını düşündüyü üçün o, etiraf etmişdir. Bundan sonra Nizami rayon Polis İdarəsinin inzibati binasından çıxıb onlar birlikdə yaşadığı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 3, mənzil 17 ünvanına gəlmişlər. Orada baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri izah olunaraq, vəkilin iştirakı ilə videoçəkilişlə baxış keçirilməsi ilə bağlı etirazının olub-olmaması soruşulduqda, etirazının olmadığını bildirmişdir. Onlar içəri mənzilə daxil olmuşlar. Polis əməkdaşı ondan psixotrop maddələri gizlətdiyi yeri soruşduqda, o, eyvanda daşdan olan yarımçıq hörgünün üzərindəki mücrünü göstərmişdir. Polis əməkdaşı tərəfindən mücrü açılaraq 01 ədəd “Rothmans” markalı siqaret qutusu aşkar edilmişdir. Həmin siqaret qutusunun içərisindən də 03 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Hər üç büküm açıldıqda isə bükümlərin içərisində ağ rəngli kristal şəklində maddə aşkarlanmışdır. Polis əməkdaşı tərəfindən sorğu-sual edilərkən o, mənzilindən aşkar edilən həmin bükümləri də bir gün əvvəl Maştağa qəsəbəsində “Rasim” kimi özünü təqdim edən İran İslam Respublikası vətəndaşından zakladka yolu ilə əldə edərək bir qismini üzərində, digərlərini isə yaşadığı bu evdə gizlədərək saxladığını bildirmişdir. Baxış zamanı içərisində psixotrop maddə kimi tanıdığı metamfetamin olan 03 ədəd bükümdən başqa hər hansısa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra həmin bükümlər polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş və bununla bağlı protokol tərtib olunmuşdur. Zərfin üzəri və tərtib olunmuş protokol onun və iştirakçılar tərəfindən doğru olduğu üçün imzalanmışdır. Sorğu-sual edilərkən Təqsirləndirilən şəxs əlavə olaraq onu da bildirmişdir ki, onun “instagram” sosial şəbəkəsində tanış olduğu, hansı ki, “Rasim” kimi özünü təqdim edən həmin şəxslə onun arasında narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə bağlı heç bir razılıq olmamışdır. O, narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Şahid4 yalan danışmışdır. O, həmin psixotrop maddəni Şahid4 bəxşiş kimi vermişdir. Belə ki, o, Təqsirləndirilən şəxs əsgər yoldaşının xalası oğlu kimi tanımışdır. Ona yaşadığı ünvana gəlməmişdən qabaq mobil telefonla zəng edərək telefonda kefinin yaxşı olmadığını bildirib, ondan mal istəmişdir. Ona görə də o, Təqsirləndirilən şəxs həmin metamfetamini bir dəfə istifadə üçün pay vermiş və o, Rəhimlə bir dəfə görüşmüşdür. O, Şahid4, özünün üzərindən və yaşadığı evdən aşkar edilən psixotrop maddə metamfetaminləri “instagram” sosial şəbəkəsində tanış olduğu “Rasim” kimi təqdim edən şəxsdən əldə etmişdir. Fikrini düzgün ifadə edə bilmədiyi üçün o, videogörüntüdə və izahatında üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş bükümlərdə olan psixotrop maddə metamfetaminləri tutulmamışdan bir gün əvvəl, yəni 11 avqust 2024-cü il tarixdə əldə etdiyini göstərsə də, lakin üzərindən, yaşadığı mənzildən aşkar edilən və bəxşiş kimi Şahid4 verdiyi psixotrop maddəni 2024-cü ilin iyul ayında əldə etmişdir. Lazım olanda öz istifadəsi üçün bir-iki dəfə üzərindən götürmüşdür. Evdə saxladığının da üzərindən o, bir büküm götürmüşdür. O, polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. Həmçinin Təqsirləndirilən şəxs qismində əlavə dindirilən zaman sorğu-sual edilərkən ifadəsində bildirmişdir ki, Şahid4 yalan danışır. Onların aralarında pul söhbəti olmayıb. Onlar narkotik maddəni bir yerdə əldə edib, qəbul etmişlər. 10 manat Şahid4, 30 manat da o, pul qoyub ümumilikdə 40 manata onlıne əldə etdikləri narkotik maddəni 20 iyul 2024-cü il tarixdə, saat 10:20 radələrində onun yaşadığı ünvanda Təqsirləndirilən şəxs öz payını götürüb çıxıb getmişdir. Bu zaman da Təqsirləndirilən şəxs onların yaşadığı binanın həyətində polis əməkdaşı tərəfindən tutulmuşdur. Rəhimin üzərindən aşkar edilən psixotrop maddə öz payı olub. O, Şahid4 hansısa məbləğdə pul müqabilində psixotrop maddə və ya narkotik vasitə verməmişdir. O, bəxşiş sözünün mənasını başa düşmədiyi üçün ifadələrində bu cür göstərmişdir. Lakin Şahid4 öz payını 20 iyul 2024-cü il tarixdə saat 10:20 radələrində yaşadığı evin həyətində o, Rəhimə vermişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsində istintaqı aparılan cinayət işi ilə əlaqədar olaraq müstəntiqin X3 daxil olmuş əməliyyat tapşırığının icrası ilə əlaqədar onlar tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 12.08 2024-cü il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi ev 3 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Saxlanılarkən Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra saxlanılmasının səbəbi izah edilmişdir. İnzibati binada Təqsirləndirilən şəxs şəxsiyyəti tam dəqiqləşdirildikdən sonra xidməti otaqlardan birində müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi, əldə edilməsi, saxlaması və daşıması qadağan edilmiş əşyanın olduğu halda onları təqdim etməyi təklif etdikdə, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli polietilen bükümü və həmin şalvarın sol yan cibindən 01 ədəd “Samsung Duos” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda bükümdə ağ rəngli kristallik maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümdəki maddənin psixotrop maddə metamfetamin olduğunu, bir gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində “Rasim” adlı İran İslam Respublikasının vətəndaşından zakladka yolu ilə şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmişdir. Baş təhqiqatçı Emil Hacıyev tərəfindən başqa harada psixotrop maddə saxlayıb-saxlamaması barədə sorğu-sual edildikdə Təqsirləndirilən şəxs yaşadığı evdə də psixotrop maddə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd polietilen büküm kağızdan olan zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra 12 avqust 2024-cü il tarixdə, saat 14:50 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanında olarkən həmin mənzilə baxış keçirilməzdən əvvəl baş təhqiqatçı, polis polkovnik-leytenantı Emil Hacıyev tərəfindən ayrı-ayrılıqda təqdim olunmuşlar və həmin mənzilə gəlməklərinin səbəbi bildirilmişdir. Sonra 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən sözügedən mənzildə olan zaman şübhəli Təqsirləndirilən şəxs baxış və götürmə istintaq hərəkəti aparılmamışdan əvvəl psixotrop maddəni saxladığı ehtimal olunan yeri göstərməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin qonaq otağının eyvanına doğru gedərək eyvana daxil olduqda sağ tərəfdə daşın üzərində öz əli ilə içərisində psixotrop maddə saxladığı mücrü qabı göstərərkən həmin mücrü qab baş təhqiqatçı Emil Hacıyev tərəfindən açılmış, qabın içərisində “Rothmans” markalı siqaret qutusu aşkar edilərək götürülmüşdür. Həmin siqaret qutusu baş təhqiqatçı Emil Hacıyev tərəfindən açılarkən qutunun içərisindən 03 ədəd şəffaf rəngli polietilen büküm aşkar edilmişdir. Həmin bükümlər də ayrı-ayrılıqda açıldıqda içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Hər üç büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılmışdır. Sorğu-sual edilərkən şübhəli Təqsirləndirilən şəxs evindən aşkar edilən həmin bükümlərdə psixotrop maddə-metamfetamin olduğunu, onları da Bakı şəhəri, Nizami rayonu, Maştağa qəsəbəsinin ərazisində “Rasim" adlı İran İslam Respublikasının vətəndaşından zakladka yolu ilə əldə edərək, bir qismini üzərində, digərlərini isə yaşadığı ünvanda saxladığını bildirmişdir. Baxış zamanı evdə başqa iş üçün əhəmiyyət kəsb edə biləcək qanunla qadağan edilmiş digər əşya aşkar edilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs pul ilə narkotik vasitə, psixotrop maddə almamışdır. Təqsirləndirilən şəxs zəng edərək istifadə etmək üçün nəyisə varmı soruşduqda, o da cavabında vardır demişdir. Bundan sonra gedib Təqsirləndirilən şəxs bir büküm psixotrop maddə götürmüş, qayıdanda polislər onu saxlamışlar. Polislər ona demişlər ki, “Rövşəni düşürt aşağı sonra səni buraxaq get”. O, qorxusundan polislərə demişdir ki, psixotrop maddəni Rəhimdən pul ilə almışdır. Lakin o, həmin psixotrop maddəni pul ilə almamışdır, heç bir ödəniş də etməmişdir. Həmin vaxt pulu olmadığına görə Rəhimdən istifadə etmək üçün psixotrop maddə istəmişdir. Polis Şöbəsində onu məcbur etmişlər ki, üzərindən aşkar olunmuş psixotrop maddəni Təqsirləndirilən şəxs aldığını bildirsin. Azərbaycan Respublikası CPM-nin 329-cu maddəsinə əsasən Şahid4 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs Şahid4 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid4 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 20 iyul 2024-cü il tarixdə saat 10:20 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 3 ünvanında Rəhim adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul müqabilində bir büküm metamfetamin kimi tanıdığı psixotrop maddəni alıb əynində olan mavi rəngli şalvarın sağ yan cibinə qoyaraq piyada yoluna davam etməyə başlamışdır. 10 dəqiqə keçmişdir ki, həmin gün saat 10:30 radələrində elə ünvan 10 ünvanında iki nəfər mülki geyimli, kişi cinsli şəxs ona yaxınlaşmış və onu saxlayıb, özlərini Nizamı RPİ-nin X1 əməkdaşları kimi təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanıldığını və birlikdə Nizami rayon Polis İdarəsinə getməli olduğunu bildirmişlər. O, etiraz etməyib, həmin polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə gəlmişdir. Nizami RPİ-nin inzibati binasında onun şəxsiyyəti tam dəqiqləşdirildikdən sonra polis əməkdaşları tərəfindən o, polis idarəsinin xidməti otaqlarından birinə aparılmışdır. Orada ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlamaqda şübhəli olduğu bildirilib barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar qəbul edilmiş və ona hüquqlarının müdafiəsi üçün vəkil siyahısı təqdim edilmişdir. Dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı onun üzərində axtarış aparılacağını, videoçəkiliş vasitəsi ilə lentə alınacağını və üzərində qanunsuz olaraq narkotik vasitə və ya əşya varsa, təqdim etməyini bildirmişdir. O, da üzərində saxladığı “patı”nı gizlətməyinin mənasız olduğunu, axtarış zamanı tapılacağını başa düşdüyündən əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü, həmin şalvarın sol yan cibindən isə “Honor” markalı mobil telefonu çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, bir ədəd bükümdə olan maddə metamfetamin kimi tanıdığı psixotrop maddədir, 20 iyul 2024-cü il tarixdə, saat 10:20 radələrində ünvan 10 ünvanında “Rəhim” kimi çoxdan tanıdığı, lakin konkret olaraq şəxsiyyəti ona məlum olmayan şəxsdən öz istifadəsi üçün 10 manata almışdır. Onun təqdim etdiyi bir ədəd büküm açılmış və həmin bükümün içərisində ağ rəngli kristallik maddə aşkarlanmışdır. Onun üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmişdir. Lakin üzərindən narkotik maddədən başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra bir ədəd həmin büküm polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş və bununla bağlı protokol tərtib olunmuşdur. Zərfin üzəri və tərtib olunmuş protokol onun və iştirakçılar tərəfindən doğru olduğu üçün imzalanmışdır. Sorğu-sual edilərkən Şahid4 əlavə olaraq onu da bildirmişdir ki, üzərində aşkar edilən psixotrop maddəni satan şəxsi çoxdan “Rəhim” kimi tanıyaraq ünvan 10 ünvanında yaşadığını ehtimal etsə də, lakin həmin şəxsin konkret olaraq kimliyi və ev ünvanı ona məlum olmamışdır. O, ikinci dəfədir ki, “Rəhim” kimi çoxdan tanıdığı həmin şəxsdən öz şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamin almışdır. Əvvəllər ona psixotrop maddə satan şəxslərin barəsində onun məlumatı olmamışdır. Adətən o, psixotrop maddəni alan zaman üzdən narkotik istifadəçisinə bənzəyən şəxslərə yaxınlaşıb üzərində ona satması üçün “patı” olub-olmamasını soruşmuş, olduğu təqdirdə istifadəsi üçün almışdır. Məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, birlikdə yaşayırlar. 12 avqust 2024-cü il tarixdə günorta vaxtı evdə olan zaman qapı döyülmüş və evə 8 nəfər polis əməkdaşı daxil olmuşdur. Rəhimə demişlər ki, guya o bir nəfər şəxslə mübahisə etmiş və onu polisə aparmalıdırlar. Rəhim isə heç kimlə mübahisə etmədiyini bildirmişdir. Lakin onlar aparmalı olduqlarını bildirdikdə Rəhim razılaşıb onlarla getmişdir. Bir saatdan sonra Rəhimi evə gətirmişlər. Ona da əvvəlcədən demişlər ki, onlar qapını döyəndə açsın, çəkiliş olacaq. Evdə çəkiliş olmuşdur. Rəhim balkonda nəsə çıxardıb onlara vermişdir. Ondan əvvəl də polislər evə gəlmişdilər, sonra çəkiliş üçün təkrar gəlmişlər. 14 yaşlı övladı çox qorxmuşdur. O, polis əməkdaşlarını mənzildə müşayiət edə bilməmişdir. Birinci dəfə gələndə polislər icazə almadan mənzilə daxil olmuşdular. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin materialından başqa cinayət işinin ayrılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində ayrıca icraata cinayət işi ayrılmışdır. - şübhəli şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə həmin tarixdə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və kompakt diskə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli polietilen bükümü, bundan başqa həmin şalvarın sol yan cibində saxladığı 01 ədəd “Samsung" markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisinə baxış keçirilərkən ağ rəngli kristal halında psixotrop maddəyə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümdəki maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin bükümdəki maddəni bir gün qabaq Maştağa qəsəbəsində “Rasim” adlı İran islam Respublikasının vətəndaşından zakladka yolu ilə şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını, həmçinin yaşadığı evdə də psixotrop maddənin olduğunu bildirmişdir. - yaşayış evinə baxış keçirilməsi və götürülmə barədə xx.xx.2024-cü il tarixli protokoldan və kompakt diskə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana, yəni ünvan 11dən saat 15:03-dək olan müddətdə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə baxış keçirilməsinə dair etirazının olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirildikdə müəyyən edilmişdir ki, həmin ev ünvan 12 ünvan olmaqla, 5 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşir. Evə daxil olduqda dəhlizdən solda mətbəx, düzünə qonaq otağı, qonaq otağından isə yataq otağına giriş vardır. Qonaq otağının solunda eyvan yerləşir. Eyvana daxil olduqda sağda daşın üzərində mücrü müşahidə edilmişdir. Həmin mücrü qabın içində “Rothmans” markalı siqaret qutusu aşkar edilmişdir. Həmin siqaret qutusunun içərisində 03 ədəd şəffaf polietilen büküm aşkar edilmişdir. Həmin bükümləri açıb hər birinin içərisinə baxış keçirildikdə hər birinin içərisində ağ rəngli kristal halında, psixotrop maddəyə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs evindən aşkar olunan bükümlərdəki maddələrin psixotrop maddəmetamfetamın olduğunu, həmin bükümlərdəki maddələri Maştağa qəsəbəsində “Rasim” adlı İran İslam Respublikasının vətəndaşından zakladka yolu ilə əldə edərək bir qismini üzərində, digərlərini isə yaşadığı ünvanda saxladığını bildirmişdir. Baxış zamanı evdə bundan başqa iş üçün əhəmiyyət kəsb edən və qanunla qadağan edilmiş digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar edilmiş maddələr maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-6/4106 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “üzərindən aşkar edilən (imza) Təqsirləndirilən şəxs...” sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,384 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə və üzərində "... yaşadığı ünvana baxış (imza) R. Əliyev...” sözləri olan 2 №-li zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,355 qram; 0,379 qram; 0,297 qram; ümumi təmiz çəkisi 1,031 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələrin kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir və metamfetaminin ümumi təmiz çəkisi 1,415 qramdır. - cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - maddi sübut kimi tanıma barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılarkən çəkilmiş videogörüntünün olduğu bir ədəd kompakt disk maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)-223/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. - maddi sübut kimi tanıma barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 3, mənzil 17-yə baxış keçirilərkən çəkilmiş videogörüntünün olduğu bir ədəd kompakt disk maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilmişdir. - maddi sübut kimi tanıma barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 0,384 qram, yaşadığı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 3, 17 nömrəli mənzildən mücrü qabın içərisində 01 ədəd "Rothmans” markalı siqaret qutusunda saxladığı 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,355 qram, 0,379 qram və 0,297 qram olmaqla, ümumi təmiz çəkisi 1,415 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut qismində tanınmış və tədqiqatdan sonra qalıq 1,215 qram çəkidə psixotrop maddə metamfetaminin Bakı şəhəri Nizami rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X6-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 6022 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 03 sentyabr 2024-cü il tarixli, 2550 nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda şizofreniya paranoid forma xroniki psixi xəstəliyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda onda qeyd olunan “Şizofreniya paranoid forma” xroniki psixi xəstəliyin remissiya mərhələsində olmuşdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda şizofreniya paranoid forma, remissiya vəziyyəti xroniki psixi xəstəliyi aşkar olunur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-6/4783 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs “imza” Şahid4, iştirak etdilər, “imza” Şahid1, “imza” Şahid2, Müdafiəçi “imza” Müdafiəçi1, Qablaşdırdı: “imza” M.Niftəliyev” yazıları qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,227 qram olan psixotrop maddə metamfetaminlə üzərində “üzərindən aşkar edilən (imza) Təqsirləndirilən şəxs..” sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,359 qram olan psixotrop maddə metamfetamin və üzərində “...yaşadığı ünvana baxış (imza) Təqsirləndirilən şəxs...” sözləri 2 №-li zərfdəki 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,956 qram olan psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində psixotrop maddə-metamfetamin olmamasına, Şahid4 psixotrop maddə- metamfetamin satmamasına dair ifadəsində göstərdiyi xüsusatlar tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Şahid4 və X2 ifadəsi Təqsirləndirilən şəxs müdafiə etmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, xroniki psixi xəstəliyinin olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 1,215 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 2 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan xx.xx.2024-cü il tarixli ekspertiza tədqiqatı üzrə 81 manat, xx.xx.2024-cü il tarixli ekspertiza tədqiqatı üzrə 81 manatın yarısı olmaqla (yarısının digər təqsirləndirilən şəxsdən tutulması barədə hökm vardır) 121,50 (bir yüz iyirmi bir manat əlli qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 1,215 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 2 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 121,50 ((bir yüz iyirmi bir manat əlli qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar