Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-153/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi “Yusifbəyli və partnyorları” vəkil bürosunun vəkili Nümayəndə2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X6 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1985-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, işləməyən, məhkumluğu olmayan, İmişli rayonunun Hacırüstəmli kəndində qeydiyyatda olan, 23 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 sentyabr 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə, təqsirləndirilən şəxs xx xxxx 1973-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, üç uşağı olan, işləməyən, məhkumluğu olmayan, Beyləqan şəhəri SMD-42 qəsəbəsində qeydiyyatda olan, 23 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 sentyabr 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 22 sentyabr 2024-cü il tarixdə gecə saat 03 radələrində o, qrup üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 92 ünvanının qarşısına gələrək, orada saxlanılmış Zərərçəkmiş şəxsnə məxsus, 5233 manat dəyərində olan “VAZ” markalı 21043 modelli, **- AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qapısının şüşəsinin nisbətən açıq olan hissəsindən əlini içəri salıb qapının kilidini açdıqdan sonra o, avtomobilin arxa oturacağında, qrup üzvü Təqsirləndirilən şəxs1 isə avtomobilin sükanı arxasına əyləşib mühərriki işə salan kilidin naqillərini yerindən çıxarıb bir-birinə vurmaqla mühərriki işə salaraq avtomobili idarə edib oradan uzaqlaşmaqla birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs MMC-yə 5233 manat məbləğində xeyli miqdarda ziyan vuraraq oğurluq etdikdən sonra sürücülük vəsiqələri olmadığı üçün avtomobili Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 102 ünvanında yerləşən parkın yaxınlığına sürüb orada onları gözləyən, 180 manat müqabilində avtomobili sürücü kimi idarə edib Sabirabad rayonuna aparılmasına razılaşdıqları və əvvəlcədən onların həmin avtomobili gizli talamalarından məlumatı olmayan Şahid2 qeyd edilən “VAZ” markalı 21043 modelli avtomobili idarə etmək üçün təqdim etdikdən sonra o, avtomobilin arxa oturacağında, Təqsirləndirilən şəxs1 sağ qabaq, Şahid2 isə sükan arxasında əyləşib idarə etməklə avtomobili Sabirabad rayonuna apararaq orada rayon sakini Şahid1 satmışlar. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 22 sentyabr 2024-cü il tarixdə gecə saat 03 radələrində o, qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 92 ünvanının qarşısına gələrək, orada saxlanılmış Zərərçəkmiş şəxsnə məxsus, 5233 manat dəyərində olan “VAZ” markalı 21043 modelli **- AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qapısının şüşəsinin nisbətən açıq olan hissəsindən qrup üzvü Təqsirləndirilən şəxs2 əlini içəri salıb qapının kilidini açdıqdan sonra avtomobilin arxa oturacağında, o isə avtomobilin sükanı arxasına əyləşib mühərriki işə salan kilidin naqillərini yerindən çıxarıb bir-birinə vurmaqla mühərriki işə salaraq avtomobili idarə edib oradan uzaqlaşmaqla birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs MMC-yə 5233 manat məbləğində xeyli miqdarda ziyan vuraraq oğurluq etdikdən sonra sürücülük vəsiqələri olmadığı üçün avtomobili Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 102 ünvanında yerləşən parkın yaxınlığına sürüb orada onları gözləyən, 180 manat müqabilində avtomobili sürücü kimi idarə edib Sabirabad rayonuna aparılmasına razılaşdıqları və əvvəlcədən onların həmin avtomobili gizli talamalarından məlumatı olmayan Şahid2 qeyd edilən “VAZ” markalı 21043 modelli avtomobili idarə etmək üçün təqdim etdikdən sonra o, avtomobilin sağ qabaq oturacağında, Təqsirləndirilən şəxs2 arxa oturacaqda, Şahid2 isə sükan arxasında əyləşib idarə etməklə avtomobili Sabirabad rayonuna apararaq orada rayon sakini Şahid1 satmışlar. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayonu “8-ci km bazarı”nda arabaçı işlədiyi üçün 8-ci km qəsəbəsində gündəlik kirayə evlərdə yaşamışdır. Onun kimi gündəlik evlərdə kirayədə yaşayan Təqsirləndirilən şəxs1 həmin müddətdə tanımış və yaxşı ünsiyyətləri olmuşdur. Adətən işdən sonra Natiqlə birlikdə olmuşlar. 21 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində Natiq ilə piyada Nizami rayonu Q.Qarayev prospekti 92 ünvanında olan yaşayış binasının önündən keçərkən məhəllədəki ağacın altında saxlanmış bir ədəd göy rəngli VAZ-21043 markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil diqqətlərini cəlb etmiş və onlar həmin avtomobilə yaxınlaşmışlar. Natiq əli ilə avtomobilin qapısını yoxlamış və avtomobilin qapılarının kilidli olmasını bilmişlər. Natiq qapını yoxladıqdan sonra ona tərəf baxıb, “gəl, bu maşını aparaq” demişdir. O isə, cavabında “camaat baxır, gəl bu tərəfə” demiş və Natiqi oradan uzaqlaşdırmışdır. Oradan uzaqlaşdıqdan sonra o, Natiqə “bu maşını necə aparacayıq, kimə verəcəyik” demişdir. Natiq bunun cavabında, “maşının qapılarını açmaq və mühərriki işə salmaq mənlikdir, maşını mühərriki işlək vəziyyətdə sənə verəcəm” demişdir. Avtomobili oğurladıqdan sonra kimə satacaqları barədə düşünmüş və o, Sabirabad rayonunda yaşayan tanışı Şahid1 zəng vurub, “VAZ markalı maşın gətirsəm, alarsan?” deyə sual vermiş, lakin, telefonda Samirə avtomobilin onun olmadığını, oğurlayacağını deməmişdir. Samirlə telefonla danışdıqdan sonra Natiqə Samirin ona avtomobili almaq üçün razılıq verdiyini demişdir. Natiq ona “daha işimiz düzəldi, maşını verməyə yer də var” demişdir. Həmin gün Natiq ilə spirtli içki içmiş və sərxoş vəziyyətdə olmuşlar, hər ikisinin də sürücülük vəsiqəsi olmamışdır. Ona görə qərara gəlmişlər ki, avtomobili gecə saatlarında oğurlasınlar. Həmin gün axşam saatlarında Natiq ilə birlikdə yenidən bir qədər də spirtli içki qəbul etmişlər. Sonra Natiq ona avtomobili götürməli olduqlarını dedikdə Natiqə izah etmişdir ki, sərxoş haldadır, avtomobili idarə edə bilməyəcəkdir. Natiq onun bu sözündən sonra onun yanından uzaqlaşmış və bir qədər sonra onlarla eyni yataqxanada ayrı otaqda yaşayan Şahlar ilə birlikdə geri qayıtmışdır. Şahlar onların yanına gəldikdə ona avtomobillərinin olduğunu, onları həmin avtomobil ilə Sabirabad rayonuna aparıb-gətirə bilib-bilməyəcəyini soruşmuşlar. Lakin, avtomobil oğurlamaq istədikləri barədə Şahlara həmin vaxt heç nə deməmişlər. Şahlar onları avtomobil ilə Sabirabad rayonuna aparıb-gətirmək üçün 200 manat pul istəmiş, o isə, buna etiraz edib Şahlara 180 manat pul verə biləcəyini demişdir. Şahlarla bu barədə razılaşmış və gecə saatlarında ona xəbər edəcəklərini demişlər. Həmin gecə saat 02 radələrində Natiq və o, avtomobili oğurlamaq üçün yaşadıqları yataqxanadan çıxarkən Natiq Şahları yuxudan oyatmaq üçün onun qaldığı otağa getmişdir. Bir qədər sonra Natiq geri qayıdıb Şahların bir azdan yaxınlıqda olan “Heydər Əliyev adına park”ın yanında gözləyəcəyini, onların avtomobil ilə həmin parkın yanına gedəcəklərini ona demişdir. 22 sentyabr 2024-cü il tarixdə saat 02:30 radələrində Natiq və o, Nizami rayonu Q.Qarayev prospekti, 92 ünvanının yaxınlığına getmişlər. Şahlara isə onları gözləməsini, avtomobili onun yanına gətirəcəklərini bildirmişlər. Natiq avtomobilə yaxınlaşıb qapını açmağa çalışmış, o da Natiqin yanında olmuşdur. Natiq çox çalışsa da, avtomobilin qapısını aça bilməmişdir. Sonradan o, avtomobilə nəzər yetirdikdə ön sağ yan şüşəsinin yarım açıq vəziyyətdə olmasını görmüşdür. Natiqə bu barədə dedikdən sonra özü həmin açıq vəziyyətdə olan şüşədən əlini salaraq avtomobilin əvvəlcə sağ arxa qapısını, sonra avtomobilin salonundan uzanaraq sürücü qapısını da açmışdır. Qapı açıldıqdan sonra Natiq sükan arxasında oturaraq avtomobilin kontakt kabellərini biri-birinə vurmaqla mühərriki işə salmış, o, arxa sərnişin oturacağında oturmuşdur. Natiq avtomobili irəli doğru hərəkət etdirib parkın yanında onları gözləyən Şahların olduğu yerə qədər avtomobili idarə etmişdir. Şahların yanına çatdıqdan sonra Şahlar sükan arxasında, Natiq də ön sağ oturacaqda oturmuşdur. Saat 03 radələrində həmin yerdən birbaşa Sabirabad rayonu istiqamətinə getmişlər. Yola düşərkən də avtomobilin oğurluq olmasını Şahlara deməmişlər. Yolda olarkən Natiq və o, yatmışlar, Şahlar avtomobili idarə etmişdir. Şirvan şəhəri ərazisində çatdıqda avtomobilin yanacağı bitdiyi üçün onlar dayanmalı olmuşlar. Şahlar onları yuxudan oyadıb, yanacağın bitdiyini demişdir. Avtomobilin arxa yük yerinə baxdıqda ehtiyat qabda yanacaq tapmış və həmin yanacağı avtomobilin yanacaq çəninə doldurmuşlar. Şahlar sükan arxasına keçib avtomobili təkrar işə salmaq istədikdə onun normal qaydada açarla deyil, kontakt kabellərinin bir-birinə vurulması nəticəsində işə salınmasını görmüş və şübhələnmişdir. Bu barədə onlara sual verdikdə onlar etiraf etmişlər ki, həmin avtomobili oğurlamışlar. Şahlar buna bir qədər narazılıq etsə də sonradan avtomobili idarə edib yola davam etməyə razılıq vermişdir. Onlar Sabirabad şəhəri İstanbul küçəsində yerləşən Samirin evinə getmişlər. 22 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Samirgilin yaşadığı evin qarşısına çatmışlar. Çatdıqdan sonra Samirə zəng vurub qapıda olduqlarını demişdir. Samir telefonda avtomobili evin həyətinə salmağını demişdir. Avtomobili Samirgilin həyətinə saldıqdan sonra Şahlar həyətdən çıxmış, onunla Natiq və Samir həyətdə qalmışlar. Samir avtomobilə baxış keçirmiş və onu neçəyə satmaq istədiyini soruşduqda, o, 1500 manata avtomobili verə biləcəyini demişdir. Samir avtomobilin sahibi barədə soruşduqda o, avtomobilin oğurluq olduğunu Samirə demişdir. Samir avtomobilin oğurluq olduğunu bildikdən sonra bu təkliflə razılaşmamış və ona 600 verə biləcəyini demişdir. Nəticədə onlar avtomobilin 600 manata Samirə verilməsinə razılaşmışlar. Samir nağd olaraq 500 manat ona pul vermiş, yerdə qalan 100 manatı isə yaxın günlərdə ona göndərəcəyini demişdir. Samirdən pulu aldıqdan sonra avtomobilin qeydiyyat şəhadətnaməsini Samirə vermiş, avtomobilin üzərində olan dövlət qeydiyyat nişanlarını isə çıxararaq özü ilə götürmüşdür. Bundan sonra Natiq və o, Samirin həyətindən çıxıb onları küçədə gözləyən Şahların yanına getmişlər. Samir də onların arxasınca küçəyə çıxmışdır. Şahlar həmin vaxt Samirə baxıb acdığını, yaxınlıqda kafe varsa yemək istədiyini demişdir. Bundan sonra Samir özünün idarə etdiyi VAZ 2106 markalı avtomobil ilə onları Sabirabad şəhərində olan, adını xatırlamadığı bir kafeyə aparmışdır. Orada dördü də kafenin həyətində olan masalardan birinin arxasında oturub yemək yemişlər. Bir ara Samir ayaqyoluna getmək üçün masadan qalxmışdır. Həmin vaxt o, özü ilə götürdüyü dövlət nömrə nişanlarının hər ikisini kafenin yaxınlığından keçən çaya atmışdır. Həmin vaxt onun yanında olan Şahlar və Natiq buna şahid olsalar da Samir bunu görməmişdir. Samir geri qayıtdıqda da onlar bu barədə ona heç nə deməmişlər. Yemək yedikdən sonra kafedən çıxmışlar, üçü də avtovağzala getmiş, taksilərdən biri ilə Bakı şəhərinə qayıtmışlar. Samirdən aldığı 500 manat pulun 180 manatını Şahlara, 100 manatını Natiqə vermiş, qalan məbləği özü üçün xərcləmişdir. 23 sentyabr 2024-cü il tarixdə saat 18 radələrində Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları onu, Natiqi və Şahları Nizami rayonu “8-ci km bazarı”nda saxlayaraq 24-cü polis şöbəsinə aparmışlar. Saxlanılandan sonra onlara məlum olmuşdur ki, Samir də polis əməkdaşları tərəfindən saxlanılmışdır. Maddi imkanı olmadığına görə zərərçəkmişə dəyən ziyanı ödəyə bilməmişdir. Məhkəmədə son sözündə Təqsirləndirilən şəxs2 əməlindən peşman olduğunu, himayəsində iki azyaşlı uşağı olduğunu nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayonu “8-ci km bazarı”nda arabaçı işlədiyi üçün 8-ci km qəsəbəsində gündəlik kirayə evlərdə yaşamışdır. Onunla birlikdə gündəlik evlərdə kirayədə yaşayan Təqsirləndirilən şəxs2 həmin müddətdə tanımış, yaxşı ünsiyyətləri olmuşdur. Adətən işdən sonra Rahimlə birlikdə olmuşlar. 21 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində Rahim ilə piyada Nizami rayonu Q.Qarayev prospekti 92 ünvanında olan yaşayış binasının önündən keçərkən məhəllədəki ağacın altında saxlanmış bir ədəd göy rəngli VAZ-21043 markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil onların diqqətini cəlb etmiş və həmin avtomobilə yaxınlaşmışlar. O, avtomobilin qapılarını yoxlayan zaman qapıların kilidli olduğunu görmüşlər. Lakin, onlar həmin vaxt qərar vermişlər ki, avtomobili gecə saatlarında oradan oğurlayacaqlar. Bundan sonra həmin yerdən uzaqlaşmışlar. Həmin gün Rahim ilə birlikdə nahar edərkən bir qədər spirtli içki qəbul etmişlər, nahar vaxtı avtomobili oğurladıqdan sonra kimə satacaqları barədə düşündükdə Rahim Sabirabad rayonunda yaşayan qohumu Samirə zəng vurub “VAZ markalı maşın gətirsəm, alarsan?” deyə sual vermişdir. Lakin Rahim ilə Samir arasında olan telefon danışığını ətraflı olaraq eşitməmişdir, çünki əllərini yumaq üçün Rahimin yanından müvəqqəti uzaqlaşmışdır. O, geri qayıtdıqda Rahim ona Samirlə artıq telefonda danışıb razılıq aldığını, lakin, avtomobilin oğurluq olmasını Samirə demədiyini bildirmişdir. Həmin gün axşam saatlarında o, Rahim ilə birlikdə yenidən bir qədər də spirtli içki qəbul etdikdən sonra o, Rahimə avtomobili götürməli olduqlarını xatırlatdıqda Rahim ona sərxoş halda avtomobili idarə edib Sabirabad rayonuna Samirin yanına apara bilməyəcəyini demişdir. Rahimin bu sözündən sonra onlarla eyni yataqxanada gündəlik kirayədə yaşayan Şahid2 avtomobili sürməsi barədə kömək istəmək qərarına gəlmiş və yataqxanaya gedib Şahları otağından çağırmışdır. Bir qədər sonra yataqxananın önündə Rahim, Şahlar və o, söhbət etmişlər, söhbət zamanı onlar Şahlara bir avtomobili Sabirabad rayonuna sürərək onlarla birgə gedib-qayıda bilib-bilməyəcəyini soruşmuşlar. Şahlar bu barədə onlara razılıq vermiş və onları avtomobil ilə Sabirabad rayonuna aparıb qayıtmaq üçün 200 manat pul istəmişdir. Rahim ona 180 manat verə biləcəklərini demiş, Şahlardan bu barədə razılıq aldıqdan sonra gecə saatlarında ona xəbər edəcəklərini demişlər. 22 sentyabr 2024-cü il tarixdə saat 02 radələrində o, Şahların olduğu otağa gedərək onu yuxudan oyatmış və getməli olduqlarını demişdir. Həmin vaxt Şahlar yuxulu olduğu üçün çay içib gələcəyini demişdir. Şahlar ilə razılaşmışlar ki, Şahlar onları yaxınlıqda olan “Heydər Əliyev adına park”ın yanında gözləsin, onlar avtomobil ilə həmin parkın yanına gəlsinlər. 22 sentyabr 2024-cü il tarixdə saat 02:30 radələrində Rahim və o, Nizami rayonu Q.Qarayev prospekti 92 ünvanının yaxınlığına getmişlər. O, avtomobilə yaxınlaşıb qapını açmağa çalışmış, Rahim də yanında olmuşdur. Çox çalışsa da avtomobilin qapısını aça bilməmişdir. Sonradan Rahim avtomobilin ön sağ yan şüşəsinin yarım açıq vəziyyətdə olmasını görmüş və bu barədə ona demiş, sonra Rahim həmin açıq vəziyyətdə olan şüşədən əlini salaraq avtomobilin əvvəlcə sağ arxa qapısını açmış, sonra isə, avtomobilin salonundan uzanaraq sürücü qapısını da açmışdır. Qapı açıldıqdan sonra o, sükan arxasında oturaraq avtomobilin kontakt kabellərini bir-birinə vurmaqla mühərriki işə salmış, Rahim arxa sərnişin oturacağında oturmuşdur. O, avtomobili işə saldıqdan sonra irəli doğru hərəkət etdirib parkın yanında onları gözləyən Şahların olduğu yerə qədər avtomobili idarə etmişdir. Şahların yanına çatdıqdan sonra Şahlar sükan arxasında, o isə, ön sağ oturacaqda oturmuşdur. Saat 03 radələrində həmin yerdən birbaşa Sabirabad rayonu istiqamətinə getmişlər. Yola düşərkən də avtomobilin oğurluq olmasını Şahlara deməmişlər. Yolda olarkən Rahim və o, yatmış, Şahlar avtomobili idarə etmişdir. Şirvan şəhəri ərazisində çatdıqda avtomobilin yanacağı bitdiyi üçün onlar dayanmalı olmuşlar. Şahlar onları yuxudan oyadıb yanacağın bitdiyini demişdir. Sonradan onlar avtomobilin arxa yük yerinə baxdıqda ehtiyat qabda yanacaq aşkar edib yanacağı avtomobilin yanacaq çəninə doldurmuşlar. Şahlar sükan arxasına keçib avtomobili təkrar işə salmaq istədikdə onun normal qaydada açarla deyil, kontakt kabellərinin bir-birinə vurulması nəticəsində işə salınmasını görmüş və şübhələnmişdir. Şahlar bu barədə onlara sual verdikdə etiraf etmişlər ki, həmin avtomobili oğurlamışlar. Şahlar buna bir qədər narazılıq etsə də sonradan avtomobili idarə edib yola davam etməyə razılıq vermiş, Sabirabad şəhərində yerləşən Samirin evinə getmişlər. 22 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Samirgilin yaşadığı evin qarşısına çatmışlar, çatdıqdan sonra Rahim Samirə zəng vurub qapıda olduqlarını demişdir. Avtomobili Samirgilin həyətinə saldıqdan sonra Şahlar həyətdən çıxmış, onunla Rahim və Samir həyətdə qalmışlar. Samir avtomobilə baxış keçirmiş və onu neçəyə satmaq istədiyini soruşduqda Rahim 1500 manata avtomobili ona verə biləcəyini demişdir. Samir avtomobilin sahibi barədə soruşduqda Rahim avtomobilin oğurluq olduğunu Samirə demişdir. Samir bunu bildikdən sonra bu təkliflə razılaşmamış və avtomobil üçün onlara 600 verə biləcəyini demişdir. Nəticədə onlar avtomobilin 600 manata Samirə verilməsinə razılaşmışlar. Samir nağd olaraq 500 manat Rahimə pul vermiş, yerdə qalan 100 manatı isə yaxın günlərdə ona göndərəcəyini demişdir. Samirdən pulu aldıqdan sonra Rahim avtomobilin qeydiyyat şəhadətnaməsini Samirə vermiş, avtomobilin üzərində olan dövlət qeydiyyat nişanlarını isə, çıxararaq özü ilə götürmüşdür. Bundan sonra Rahim və o, Samirin həyətindən çıxıb onları küçədə gözləyən Şahların yanına getmişlər. Samir də onların ardınca küçəyə çıxmışdır. Şahlar həmin vaxt Samirə baxıb acdığını, yaxınlıqda kafe varsa yemək yemək istədiyini demişdir. Bundan sonra Samir özünün idarə etdiyi VAZ 2106 markalı avtomobil ilə onları Sabirabad şəhərində olan, adını xatırlamadığı bir kafeyə aparmışdır. Orada onların dördü də kafenin həyətində olan masalardan birinin arxasında oturub yemək yemişlər. Bir ara Samir ayaqyoluna getmək üçün masadan qalxmış, həmin vaxt Rahim özü ilə götürdüyü dövlət nömrə nişanlarının hər ikisini kafenin yaxınlığından keçən çaya atmışdır. Samir geri qayıtdıqda ona bu barədə heç nə deməmişlər. Yemək yedikdən sonra o, Rahim və Şahlar kafedən çıxıb, avtovağzala getmiş, taksilərdən biri ilə Bakı şəhərinə qayıtmışlar. Rahim Samirdən aldığı 500 manat pulun 180 manatını Şahlara, 100 manatını ona vermişdir. 23 sentyabr 2024-cü il tarixdə saat 18 radələrində Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları onu, Rahimi və Şahları Nizami rayonu “8-ci km bazarı”nda saxlayaraq 24-cü polis şöbəsinə aparmışlar. Zərərçəkmişə dəyən ziyanı ödəməyə maddi imkanı olmamışdır. Məhkəmədə son sözündə Təqsirləndirilən şəxs1 əməlindən peşman olduğunu, himayəsində yetkinlik yaşına çatmayan uşağı olduğunu nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 göstərmişdir ki, 22 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 92 ünvanının qarşısında saxlanılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan VAZ markalı 21043 modelli **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil gizli olaraq talanmaqla oğurlanmışdır. İş üzrə təqdim edilən əşyalara baxış keçirilməsi və götürülməsi haqqında 23 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 tərəfindən VAZ markalı 21043 modelli **-AX-*** dövlət nömrə nişanlı avtomobilin sökülmüş hissələri təqdim edilmişdir. Bu hissələr, VAZ markalı 21043 modelli avtomobilin göy rəngli kuza hissəsi, 01 mühərrik, ön və arxa carxlar, 04 ədəd avtomobil təkəri, 01 ədəd sürət ötürücüsü, 01 ədəd starter, 01 ədəd dinamo, 01 ədəd akkumulyator, 02 ədəd ön işıq lampaları, 01 ədəd alın şüşəsi, 01 ədəd yanacaq çəni və ona aid hissələr, 01 ədəd karbürator, 04 ədəd qapı, 01 ədəd ön oturacaq, 01 ədəd şit və ona bağlı elektrik təchizatı hissələri zərərçəkmişin nümayəndəsinə təhvil verilmişdir. Göründüyü kimi həmin əşyaların maddi dəyəri var və həmin hissələrin dəyəri müəyyən edilməli, qəsdən məhv edilmiş avtomobilin ələ keçirilmiş hissələri ekspertə təqdim edilməklə həmin hissələrin istismara yararlı olub-olmaması, əgər yararlıdırsa ammortizasiya vəziyyəti nəzərə alınmaqla faktiki dəyəri müəyyənləşdirilməsinə ehtiyac vardır. Cinayət işinə əlavə edilmiş hissələr istismara yararlı deyildirsə faktiki ələ keçirilmiş hissələrin lom qaydasında qiyməti müəyyənləşdirilməlidir. Nəzərə alınmalıdır ki, cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 oktyabr 2024-cü il tarixli rəyinə əsasən 2006-cı il buraxılışlı VAZ markalı 21043 modelli **-AX-*** dövlət nömrə nişanlı avtomobilin orta bazar qiyməti nəzəri qaydada 5233 manat müəyyən edilmişdir. Eyni zamanda yuxarıda göstərilənlərdən məlumdur ki, oğurlanmış avtomobilin sökülmüş hissələri maddi dəyər təşkil edir. Aydın olur ki, bu hissələrin yararlılığı və dəyəri müəyyən edilərək dəymiş ziyan kimi müəyyənləşdirilmiş 5233 manatdan çıxılma yolu ilə dəymiş ziyanın məbləği dəqiqləşdirilməlidir. Zərərçəkmişin hüquqlarının bərpası o cümlədən, dəymiş ziyanın ödənilməsi ilə mümkündür. Eyni zamanda, zərərçəkmiş şəxs hal-hazıra qədər oğurlanmış avtomobilin sökülmüş hissələrini saxlancda öz hesabına saxlayır. Qeyd etdiklərini, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şikayətçi olduqlarını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayonu “8-ci km bazarı”nda işlədiyi üçün həmin ərazidəki gündəlik kirayə evlərdə yaşamışdır, onun kimi gündəlik evlərdə kirayədə yaşayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2024-cü ilin sentyabr ayından tanımış, onlarla normal ünsiyyətləri olmuşdur. 21 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində o, gündəlik kirayə qaldığı yataqxanadakı otağında istirahət edərkən Natiq onun otağına gəlmiş və onu yataqxananın önünə, həyətə dəvət etmişdir. O, Natiqlə birlikdə yataqxanadan çıxdıqdan sonra bir qədər kənarda dayanan Rahimin yanına yaxınlaşmışlar. Rahim və Natiqlə söhbət edərkən onlar avtomobillərinin olduğunu, özlərinin içkili olmalarını və sürücülük vəsiqələrinin olmadığını demiş, bu səbəbdən onları Sabirabad rayonuna aparmağını istəmişlər. Lakin, avtomobilin kimə məxsus olmasını ona deməmişlər. Onları Sabirabada aparacağına görə nə qədər pul verəcəklərini soruşduqda Rahimlə Natiq onları Sabirabad rayonuna aparıb-gətirmək üçün 150 manat pul verə biləcəklərini demişlər. O isə, 200 manat istədiyini dedikdən sonra ona 180 manat ödəniş etmələrinə Rahimlə razılaşmışlar. Bundan sonra o, Rahim və Natiqə hazırda yorğun olduğunu, bir qədər istirahət edəndən sonra gecə saat 02 radələrində yola çıxa biləcəyini demişdir. Rahim və Natiq onun bu sözü ilə razılaşmışlar, 22 sentyabr 2024-cü il tarixdə saat 02 radələrində Natiq otağına gələrək onu oyatmış və onlarla birlikdə getməyini istəmişdir. O isə, “yuxudan indi qalxmışam, siz gedin, mən bir stəkan çay içim, ondan sonra harada desəz görüşək” demişdir. Onun bu sözündən sonra Natiq ona “biz gedirik, çayını iç, gəl “Heydər Əliyev” adına parkın yaxınlığında bizi gözlə” demişdir. O, bir stəkan çay içdikdən sonra Natiqin dediyi yerə, Nizami rayonu Q.Qarayev prospekti 102 ünvanında yerləşən parkın yaxınlığına gedib onları gözləməyə başlamışdır. Bir qədər sonra Natiq və Rahim göy rəngli VAZ markalı 21043 modelli avtomobil ilə onun olduğu yerdə dayanmışlar. Hava qaranlıq olduğu üçün avtomobilin üzərində olan dövlət nömrə nişanını görə bilməmişdir. Natiq sükan arxasında, Rahim isə avtomobilin arxa oturacağında oturmuşdur. Onun yanına çatdıqda Natiq sükan arxasından düşüb ön sərnişin oturacağında oturmuş, o isə, sükan arxasında oturub avtomobili idarə etmişdir. O, sükan arxasında oturduğu vaxt avtomobil işlək vəziyyətdə olmuşdur. Avtomobil ilə Şirvan şəhəri ərazisinə çatdıqda avtomobilin yanacağı bitdiyi üçün avtomobili yol kənarında saxlamışdır. Həmin vaxt Rahim və Natiq avtomobildə yatmışlar. O, Natiq və Rahimi yuxudan oyatmış və onlara avtomobilin yanacağının bitdiyini demişdir. Rahim ona avtomobilin arxa yük yerində ehtiyat yanacaq olduğunu demiş və avtomobildən düşərək yük yerindən götürdüyü ehtiyat yanacağı yanacaq çəninə tökmüşdür. Bundan sonra o, avtomobili işə salmaq istədikdə avtomobilin açarla deyil, kontakt kabellərinin bir-birinə vurulması ilə işə salınmasını görmüşdür. O, Rahim və Natiqdən avtomobilin oğurluq olub-olmadığını soruşmuş, bundan sonra Rahim və Natiq gülərək avtomobilin oğurluq olmasını ona etiraf etmişlər. O, bunu eşitdikdən sonra onların hər ikisini nalayiq ifadələrlə təhqir edib “məni işə saldınız” demişdir. Onun əsəbləşdiyini görən Natiq “narahat olma, nəsə olsa, mənlikdir” demişdir. Bundan sonra o, daha onlara heç bir etiraz etmədən avtomobili sürərək yoluna davam etmiş, birbaşa Sabirabad rayonunda Rahimin ona göstərdiyi ünvana qədər avtomobili sürüb Rahimin göstərdiyi evin həyətinə salmış, avtomobili həyətdə saxladıqdan sonra həyətdən çıxıb yol kənarında oturmuşdur. Təxminən 20 dəqiqə sonra Natiq və Rahim həyətdən çıxıb ona yaxınlaşmışlar. Rahim ona 180 manat vermiş, pula ehtiyaclarının olduğunu, bu səbəbdən həmin avtomobili satdıqlarını demişdir. Bir qədər sonra avtomobili saxladığı həyətdən çıxan, sonradan adının Samir olduğunu öyrəndiyi şəxs onlara yaxınlaşmış və onları avtovağzala qədər aparmağı təklif etmişdir. Onun sürərək gətirdiyi avtomobil həmin həyətdə qalmış, onlar Samirin idarə etdiyi VAZ 2106 markalı avtomobil ilə Sabirabad rayonunda əvvəlcədən adını və ünvanını dəqiq bilmədiyi restoranların birində birlikdə yemək yemişlər, yemək yedikdən sonra Rahim özü ilə götürdüyü VAZ markalı 21043 modelli avtomobilin üzərindən açdığı iki ədəd avtomobil dövlət nömrə nişanlarını yemək yedikləri restoranın yaxınlığından keçən çaya atmışdır. Rahimin həmin dövlət nömrə nişanlarını çaya atmasına, həmin vaxt onunla yanaşı, onlarla bir stol arxasında yemək yeyən Natiq də şahid olmuşdur. Samir isə həmin vaxt ayaq yoluna getmək üçün stolun arxasından qalxmışdır. Bir qədər sonra onlar restorandan çıxıb Natiq və Rahim ilə birlikdə yaxınlıqda olan avtovağzala qədər piyada getmiş, Bakı şəhərinə gələn taksilərdən biri ilə Bakı şəhərinə qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun ünvan 8 ünvanında özünə məxsus ikinci evi vardır, həmin evin həyətyanı sahəsində o, kənd təsərrüfatı ilə məşğul olur. Kənd təsərrüfatı ilə bağlı gördüyü işlərdə X1 ilə şərikdir, Vüsalə öz qızı Milana ilə birlikdə həmin evdə yaşayır. Vüsalə Məmmədovanın qardaşı Təqsirləndirilən şəxs2 Vüsaləyə görə, təxminən 2 ildir ki, tanıyır. Rahim ara-sıra öz bacısı ilə görüşmək üçün bacısının yaşadığı ona məxsus evə gedib gəlmişdir. 21 sentyabr 2024cü il tarixdə Rahim onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vuraraq VAZ markalı maşın olduğunu, Sabirabada gətirəcəyi təqdirdə maşını alıb ala bilməyəcəyini ondan soruşmuşdur. Lakin həmin avtomobilin kimə məxsus olmasını, haradan əldə etməsi barədə ona bir söz deməmişdir. Rahimə bu barədə razılıq vermiş, lakin ətraflı heç nə danışmamışdır. 22 sentyabr 2024-cü il tarixdə saat 09 radələrində Rahim VAZ markalı 21043 modelli avtomobil ilə ona məxsus Sabirabad şəhəri İstanbul küçəsindəki 224 nömrəli evin qarşısına gəlmişdir. Rahimdən başqa avtomobildə sonradan adını bildiyi əvvəllər tanımadığı Natiq və Şahlar adlı şəxslər də olmuşlar. Rahim ilə söhbət edərkən, Rahim ona başa salmışdır ki, avtomobili Natiqlə birlikdə Bakı şəhərindən oğurluq yolu ilə ələ keçiriblər. Həmin vaxta qədər o, avtomobilin oğurluq olmasından məlumatsız olmuşdur. Qabaqcadan bilsəydi, Rahimə bu əməli törətməsinə imkan verməz, nədə ki, avtomobili onun evinə gətirməsinə icazə verməzdi. Artıq avtomobil onun evinin həyətində olduğu üçün o, Rahim ilə razılaşmışdır. Belə ki, Rahim əvvəlcədən avtomobili ona 1500 manata satmaq istəmiş, lakin oğurluq olduğunu bildikdən sonra avtomobilin 600 manat qarşılığında satışına razılaşmışlar. O, avtomobili almağa görə Şahlara 500 manat vermiş, yerdə qalan 100 manatı da sonradan ödəyəcəyini bildirmişdir. Şahid1 ifadəsində müvafiq ziddiyyətli hal yarandığından suallar verilməsi yolu ilə araşdırma aparılmışdır, hansı ki, şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, avtomobilə görə razılaşdırılmış 500 manat pulu Təqsirləndirilən şəxs2 vermiş, Rahim 500 manatı götürdükdən yerdə qalan 100 manatı da sonradan ödəməyə razılaşmışlar. Bu söhbəti o, Rahimlə edərkən Rahimin yanında gələn Natiq də onların yanında olmuşdur. Şahlar isə həyətin çölündə gözləmişdir. Rahim pulu aldıqdan sonra Natiqlə birlikdə həyəti tərk etmişlər. O, həmin şəxslərin arxasınca çıxdıqda həyətdə Rahimgili gözləyən, onlarla birlikdə Sabirabada gələn əvvəlcədən tanımadığı, sonradan adının Şahlar olduğunu öyrəndiyi şəxs ona tərəf baxıb ac olduğunu demiş, yaxınlıqda məsləhət bildiyi kafe varsa onları ora aparmağını xahiş etmişdir. O, bundan sonra Şahları, Natiqi və Rahimi özünə məxsus VAZ 2106 markalı avtomobil ilə Sabirabad şəhərində olan “Bulaq” adlı restorana aparmışdır. Orada bir qədər yemək yeyib spirtli içki qəbul etdikdən sonra həmin şəxslərin üçü də restorandan çıxıb Bakı şəhərinə qayıtmaq üçün avtovağzala getmişlər. Özü isə evə qayıdaraq Rahimdən aldığı avtomobili hissələrə ayırmaq yolu ilə sökmüşdür ki, həmin avtomobilin hissələrini ayrı-ayrılıqda satsın. Bundan bir qədər sonra evə gələn polis əməkdaşları onu tapmışlar və Rahimdən aldığı avtomobilin oğurluq olmasını deyib onu Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə dəvət etmişlər. O, artıq hər şeyin polis əməkdaşlarına aydın olduğunu başa düşmüşdür. Odur ki, Rahimin ona satdığı avtomobilin hissələrini özünə məxsus Qazel markalı avtomobilə yığıb 24-cü polis şöbəsinə gətirib təhvil vermişdir. Şahid1 ifadəsində yaranmış həmin ziddiyyətin səbəbini izah edə bilməsə də, məhkəmədə toplanaraq tədqiq edilmiş digər sübutlarla şahidin ifadəsində göstərilən xüsusatlar həmin hissədə təkzib olunmuş, öz təsdiqini tapmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, “VAZ” markalı 21043 modelli **- AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin oğurlanması ilə bağlı toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) - 22 sentyabr 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən “VAZ” markalı 21043 modelli **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 92 ünvanının qarşısında yerləşdiyi müəyyən edilmişdir. (İ cild i.v. 6-7) - 23 sentyabr 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, həmin protokol təhqiqatçı tərəfindən Şahid1 iştirakı ilə tərtib edilmişdir, Şahid1 protokol əsasında, 22 sentyabr 2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2 tərəfindən ona Sabirabad rayonunda satılmış VAZ markalı 2104 modelli avtomobilin sökülmüş hissələrini Qazel markalı **-BM-*** dövlət nömrə nişanlı yük avtomobilinin arxa yük yerinə yüklənmiş vəziyyətdə təqdim etmişdir. Təqdim edilən əşyalara baxış zamanı müəyyən olunmuşdur ki, yük avtomobilinin arxa yük yerinə yüklənmiş vəziyyətdə olan, VAZ markalı 2104 markalı avtomobilin göy rəngli kuza hissəsi, 01 ədəd mühərrik, ön və arxa çarxlar, 04 ədəd avtomobil təkəri, 01 ədəd sürət ötürücü, 01 ədəd stater, 01 ədəd dinamo, 01 ədəd akkumulyator, 02 ədəd ön işıq lampaları, 02 ədəd arxa işıq lampaları, 01 ədəd alın şüşəsi, 01 ədəd yanacaq çəni və ona aid hissələr, 01 ədəd karbürator, 04 ədəd qapı, 01 ədəd ön oturacaq, 01 ədəd arxa oturacaq, 01 ədəd şit və ona bağlı elektrik təchizatı vardır. Təqdim olunan avtomobil hissələri yerlərindən söküldüyü üçün avtomobil istifadəyə yararsız vəziyyətdədir. Avtomobilin dövlət nömrə nişanları üzərində yoxdur. Bundan başqa Şahid1 özündə olan VAZ markalı 2104 modelli **-AX-*** dövlət nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini təhqiqata təqdim etmişdir. Təqdim olunan şəhadətnaməyə baxış zamanı müəyyən olunmuşdur ki, həmin şəhadətnamə AA seriyalı, 863585 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”dir. Həmin şəhadətnamə **-AX-*** dövlət nömrə nişanlı VAZ markalı 21043 modelli avtomobilə məxsusdur. Təqdim olunan avtomobil hissələri və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi iş üçün əhəmiyyət kəsb etdiyindən Şahid1 götürülmüşdür. (İ cild i.v. 13, 15) - AA seriyalı, 863585 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21043” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Zərərçəkmiş şəxsdir. (İ cild i.v. 14) -Zərərçəkmiş şəxs 23 sentyabr 2024-cü il tarixli ER19 nömrəli məktubundan görünür ki, 22 sentyabr 2024-cü il tarixdə müəssisəyə məxsus “VAZ 21043” markalı **-AX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin oğurlanması nəticəsində hazırkı bazar qiymətinə uyğun olaraq 6000 manat ziyan dəymişdir. (İ cild i.v. 26) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 oktyabr 2024-cü il tarixli 9/8203 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, anoloji avtomobillərin texniki göstəricilərinə uyğun olaraq, ekspertirza təyini haqqında qərarda qeyd edilən 2006-cı il buraxılışlı VAZ-21043 markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal vəziyyətdə) 2024-cü ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 5233 manat müəyyən edilir. (İ cild i.v. 221-224) - 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə başlanmış cinayət təqibinə xitam verilmiş, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş, ********* nömrəli cinayət işinin materiallarından Şahid1 və Şahid2 əməllərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət işi ayrılaraq icraata qəbul edilmiş, cinayət işi üzrə dəymiş maddi ziyan 5233 manat kimi nəzərə alınmış, VAZ markalı 2104 markalı avtomobilin göy rəngli kuza hissəsi, 01 ədəd mühərrik, ön və arxa çarxlar, 04 ədəd avtomobil təkəri, 01 ədəd sürət ötürücü, 01 ədəd stater, 01 ədəd dinamo, 01 ədəd akkumulyator, 02 ədəd ön işıq lampaları, 02 ədəd arxa işıq lampaları, 01 ədəd alın şüşəsi, 01 ədəd yanacaq çəni və ona aid hissələr, 01 ədəd karbürator, 04 ədəd qapı, 01 ədəd ön oturacaq, 01 ədəd arxa oturacaq, 01 ədəd şit və ona bağlı elektrik təchizatı, VAZ markalı 2104 modelli **-AX-*** dövlət nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi maddi sübut kimi tanınmış və işin məhkəmə həllinə qədər zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə verilməsi nəzərə alınmışdır. (İİ cild i.v. 19-30) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirlilikləri özlərinin etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 23 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 60) - 23 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 83) - 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 23 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 178-179) - 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 23 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 180-181) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Kərimov X9 Rayon Xalq Məhkəməsinin 01 may 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 102-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib, 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 fevral 2006-cı il tarixli qərarı ilə 03 mart 2006-cı il tarixdə 11 ay 22 gün cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş; Beyləqan Rayon Məhkəməsinin 27 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 20% tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya Qərarına əsasən 22 iyun 2016-cı il tarixdə cəzasının qalan hissəsindən azad edilmiş; Beyləqan rayon polis şöbəsinin icraatında olmuş ********* nömrəli cinayət işi üzrə 18 sentyabr 2021-ci il tarixli qərarla barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə (CM-nin 73.2-ci maddəsi) əsasən rədd edilmişdir. (İ cild i.v. 192-194) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 28 dekabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 avqust 2017-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə azad edilmişdir. (İ cild i.v. 195-196) -“Elektron məhkəmə” informasiya sistemində qeydə alınmış məlumatdan görünür ki, X3 15 noyabr 2018-ci il tarixdə, X2 28 dekabr 2019-cu il tarixdə doğulmuşlar. -“Elektron məhkəmə” informasiya sistemində qeydə alınmış məlumatdan görünür ki, X7 17 iyul 1998-ci il tarixdə, X4 02 oktyabr 1999-cu il tarixdə, X5 24 fevral 2008-ci il tarixdə doğulmuşlar. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbi baxımından qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxs hesab edilirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə törətdikləri əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş hüquqi şəxsə məxsus əmlakın (avtomobilin) müvafiq hissələri geri qaytarılsa da, bu, təqsirləndirilən şəxslər tərəfindən və onların öz təşəbbüsü ilə həyata keçirilməmişdir, əmlakı satdıqları şəxs tərəfindən protokol əsasında cinayət təqibi orqanına təqdim edilmişdir. Belə olan halda, həmin hal iş üzrə zərərçəkmişə dəymiş ziyanın qismən ödənilməsi kimi təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai həbs müddətləri cəzaçəkmə müddətinə daxil edilməklə, hər birinin cəzaçəkmə müddətinin başlanğıcı 23 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyan tam ödənilməsə də, tərəflərindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdiyi halda zərərçəkmiş hüquqi şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, nümayəndəsinə bu hüquq izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış müvafiq əşyaların məhkəməyədək icraat zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə təhvil verilməsi nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin müdafiəçilərin xidmətlərini ödəməyə kifayət qədər vəsaitləri olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkillərin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış VAZ markalı 2104 markalı avtomobilin göy rəngli kuza hissəsi, 01 ədəd mühərrik, ön və arxa çarxlar, 04 ədəd avtomobil təkəri, 01 ədəd sürət ötürücü, 01 ədəd stater, 01 ədəd dinamo, 01 ədəd akkumulyator, 02 ədəd ön işıq lampaları, 02 ədəd arxa işıq lampaları, 01 ədəd alın şüşəsi, 01 ədəd yanacaq çəni və ona aid hissələr, 01 ədəd karbürator, 04 ədəd qapı, 01 ədəd ön oturacaq, 01 ədəd arxa oturacaq, 01 ədəd şit və ona bağlı elektrik təchizatının və VAZ markalı 2104 modelli **-AX- *** dövlət nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin məhkəməyədək icraat zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə dəymiş ziyanı tələb etdikləri halda, mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsinə izah edilsin. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı dövründə 35 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən 210 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı dövründə 35 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X8 müvafiq hesablaşma hesabı üzərindən 210 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-153/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-153/2025
19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver