Məhkəmə qərarları › İş №1(007)-154/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-154/2021

30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-154/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Adıgözəlov Əli Adıgözəl oğlunun, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 4-cü küçə, dalan 5 ünvanında qeydiyyatda olan, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin 17 iyun 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,214.2.1, 29,214.2.3, 228.3, 232.3.1, 279.1, 29,279.2, 32.5, 334.3, 32.5, 338.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində məhkumlara qadağan olunmuş əşyanı özündə saxlamış, gəzdirmiş, daşımış və 27.10.2020-ci il tarixdə saat 16:15 radələrində müalicə olunduğu Penitensiar Xidmətin Müalicə Müəssisəsindən 1 saylı Cəzaçəkmə Müəssisəsinə etapla gətirildikdən sonra üzərinə və şəxsi əşyalarına müəssisə əməkdaşları tərəfindən axtarış-baxış keçirilərkən, ona məxsus əl çantasının içərisində olan “Colgate” diş məcununun daxilində gizlədilmiş vəziyyətdə, “Cəzaçəkmə müəssisələrinin X12” ilə qadağan olunmuş, 18.03.2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxil olunan, çəkisi 0,030 qram çəkidə 3 ədəd bütöv və bir ədəd ½ hissədə ağ rəngli “Zopiklon” həbləri və 2005-ci ilin 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in siyahısına (siyahı İİİ) daxil olan, ümumi 1,534 qram çəkidə çəhrayı rəngli “xxxx” həb qırıqları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 27.10.2020-ci il tarixdə saat 16:15 radələrində Penitensiar Xidmətin Müalicə Müəssisəsindən Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinə etapla gətirildikdən sonra onun üzərinə və şəxsi əşyalarına müəssisə əməkdaşları tərəfindən axtarış-baxış keçirilərkən ona məxsus əl çantasının içərisində olan “Colgate” diş məcununun daxilində gizlədilmiş vəziyyətdə, ümumi miqdarı 3 ədəd bütöv və bir ədəd 2/1 hissə olan ağ rəngli, tərkibində zopiklonun təsir maddəsinin ümumi təmiz çəkisi 0,030 qramdan ibarət həblər, ümumi çəkisi 1,534 qram olan çəhrayı rəngli həb qırıqlarından ibarət kütlənin tərkibində xxxx təsiredici maddəsi olan və kütlənin tərkibində xxxxın ümumi təmiz çəkisi 0,004 qramdan ibarət həblər və tərkibində klozapin təsiredici maddəsi olan, ümumi miqdarı 9 ədəd olan sarı rəngli dərman həbləri aşkar olunaraq götürülmüşdür. “xxxx” (Zolomax) dərmanı ona Müalicə Müəssisəsində təyin olunmuş, həmin həblərin bir neçəsini qəbul etməyərək özündə saxlamış və müəssisədə yerdən tapdığı digər bir neçə dərman həbləri ilə birlikdə tullamaq məqsədi ilə diş məcununun daxilində gizlədərək əl çantasına qoymuş və tullamağı yadından çıxarmışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinin baş inspektoru, rəisin növbə üzrə köməkçisi Şahid1 ifadəsində göstərmişdir ki, 27.10.2020-ci il tarixdə saat 16:15 radələrində məhkum Əliyev X6 Xidmətin Müalicə Müəssisəsindən Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinə etapla gətirildikdən sonra onun üzərinə və şəxsi əşyalarına müəssisə əməkdaşları tərəfindən axtarış-baxış keçirilərkən, məhkum Təqsirləndirilən şəxs məxsus əl çantasının içərisində olan “Colgate” diş məcununun daxilində gizlədilmiş vəziyyətdə dərman həbləri aşkar edilərək götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs həmin dərman həblərinin ona məxsus olduğunu və öz istifadəsi məqsədilə “Colgate” diş məcununun daxilində gizlətdiyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı X5-Nəzarət Şöbəsinin nəzarətçisi Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy taborunun hissə rəisi Şahid9 ifadəsində göstərmişdir ki, məhkum Əliyev X6 Xidmətin Müalicə Müəssisəsindən Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinə etap olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs Müalicə Müəssisəsindən təhvil alarkən axtarış-baxış tam diqqətli, qanun və təlimatla nəzərdə tutulmuş qaydada həyata keçirilmişdir. Məhkum Təqsirləndirilən şəxs üzərində və şəxsi əşyaları arasında qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy taborunun 3-cü konvoy bölüyünün mühafizəçisi Şahid12 və konvoy taborunun arxa xidmətinin məsul icraçısı Şahid11 Şahid9 ilə oxşar məzmunda ifadə vermişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X7-Nəzarət Şöbəsinin nəzarətçisi Şahid5 ifadəsində göstərmişdir ki, məhkum Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 1 saylı X4 Müəssisəsinə 04.08.2020-ci il tarixdə daxil olmuş və 27.10.2020-ci il tarixdə Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinə etap olunmuşdur. Məhkum etap olunarkən onun axtarış-baxışı tam diqqətli, qanun və təlimatla nəzərdə tutulmuş qaydada həyata keçirilmişdir. Məhkum Təqsirləndirilən şəxs üzərində və şəxsi əşyaları arasında qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X7-Nəzarət Şöbəsinin inspektoru Şahid6 və rəisin növbətçi köməkçisi Şahid7 Şahid5 ilə oxşar məzmunda ifadə vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 18.01.2021-ci il tarixli qərardan görünür ki, 12/ƏN-249 saylı material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - 27.10.2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı X2 şöbəsinin inspektoru (əməliyyat müvəkkili) Şahid4, müəssisənin baş inspektoru (rəisin növbə üzrə köməkçisi) Şahid1, Rejim-nəzarət şöbəsinin böyük nəzarətçisi Şahid3, Rejim-nəzarət şöbəsinin nəzarətçisi Şahid2, hal şahidləri məhkum X1, X3 iştirakı ilə məhkum Əliyev X11 Müəssisəsindən etapla müəssisəyə gətirilən zaman üzərinə və şəxsi əşyalarına əməkdaşlar tərəfindən axtarışbaxış tədbiri keçirilmişdir. Axtarış zamanı məhkum Təqsirləndirilən şəxs məxsus əl çantasının içərisində olan “Colgate” diş pastasının içərisində gizlədilmiş vəziyyətdə naməlum dərman həbləri aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddi sübut Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Alınmış 6/2299 saylı, 28.10.2020-ci il tarixli həmin arayışda ümumi çəkisi 1,534 qram olan çəhrayı rəngli həb qırıqlarından ibarət əsas təsiredici maddəsi xxxxdır və həmin kütlənin tərkibində “xxxx – 0,004 qram”, “Zopiklon – 0,030 qram” və “9 ədəd sarı rəngli Klozapin” psixotrop dərman həblərinin olması göstərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 16.12.2020-ci il tarixli, 6/2659 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ilkin tədqiqatın nəticələri nəzərə alınmaqla təqdim edilmiş, üzərində “...Məhkum Təqsirləndirilən şəxs məxsus...” sözləri olan zərfdəki: - ümumi miqdarı 3 ədəd bütöv və bir ədəd ½ hissə olan ağ rəngli həblərin tərkibində zopiklon təsiredici maddəsi vardır və həmin həblərin tərkibində zopiklonun təsir maddəsinin ümumi təmiz çəkisi 0,030 qramdır. Zopiklon 18.03.2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir; - ümumi çəkisi 1,534 qram olan çəhrayı rəngli həb qırıqlarından ibarət kütlənin tərkibində xxxx təsiredici maddəsi vardır və həmin kütlənin tərkibində xxxxın ümumi təmiz çəkisi 0,004 qramdır. xxxx 2005-ci ilin 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in siyahısına (siyahı İİİ) daxildir; - ümumi miqdarı 9 ədəd olan sarı rəngli dərman həblərinin tərkibində klozapin təsiredici maddəsi vardır. Klozapin 2005-ci ilin 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və 18.03.2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X9 Xidmətinin Ruhi xəstəliklər şöbəsinin rəisi, tibb xidməti mayoru Şahid8 və tibb xidmətinin baş həkimi, tibb xidməti polkovnik-leytenantı Nicat Cəlilov tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 1 saylı Cəzaçəkmə Müəssisəsindən “xxxx” diaqnozu ilə Müalicə Müəssisəsinə köçürülmüşdür. O, laborator, instrumental müayinələrdən keçirilmiş, həkimlər tərəfindən konsultasiya olunmuşdur. Müayinə və həkim baxışına əsasən Təqsirləndirilən şəxs “xxxx” diaqnozu müəyyən edilmiş və 07.08.2020-ci il tarixdə Ruhi xəstəliklər şöbəsinə yerləşdirilərək müvafiq müalicə başlanılmışdır. Şöbədə olduğu müddətdə xəstəyə tabletka, Depakin chrono, tabletka Zolomax (Alprozolam), tabletka Zalasta (Olanzepin) təyin edilmişdir. Əlavə olaraq nevroloq tərəfindən capsul Qabaqamma, tabletka Finlepsin təyin edilmişdir. Zopikon (Somnol) və Klozapin (Leponex) Ruhi xəstəliklər şöbəsində digər xəstələrə təyin edilən psixotrop dərman preparatlarına aiddir. - maddi sübut kimi tanımaq haqqında 22.02.2021-ci il tarixli qərardan görünür ki, aşkar edilərək götürülmüş dərman həbləri maddi sübut kimi tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 02.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli, 1(007)-154/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 74.4-cü maddəsinə əsasən cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin X12 ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur. Məhkumlarda, cəzaçəkmə müəssisəsinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilmiş bağlama və banderollarda belə əşyalar aşkar edildikdə həmin əşyalar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29.12.2011-ci il tarixli Kollegiya qərarına 11 saylı əlavəyə əsasən “narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən dərman vasitələri” cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 08.04.2021-ci il tarixli tələbnamədən və Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin 1(091)-05/2009 saylı, 17.06.2009-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,214.2.1, 29,214.2.3, 228.3, 232.3.1, 279.1, 29,279.2, 32.5, 334.3, 32.5, 338.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçildiyi 01.04.2021-ci il tarixə 7 ay 4 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin 1(091)-05/2009 saylı, 17.06.2009cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,214.2.1, 29,214.2.3, 228.3, 232.3.1, 279.1, 29,279.2, 32.5, 334.3, 32.5, 338.1-ci maddələri ilə təqsirli bilinərək təyin edilmiş 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 7 ay 4 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin 17.06.2009-cu il tarixli hökmünə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; cəzaçəkmə müddətinin başlanğıcı barəsində həbs qətimkan tədbirinin seçildiyi vaxtdan, yəni 01.04.2021-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş dərman həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 120 (bir yüz iyirmi) manat (20x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 67-ci maddəsinə əsasən onun barəsində Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin 1(091)- 05/2009 saylı, 17.06.2009-cu il tarixli hökmü ilə təyin olunmuş 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 7 ay 4 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirərək Təqsirləndirilən şəxs qəti cəza - 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01.04.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş dərman həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs oğluna 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar