Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-155/2022 29.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – mülki iddiaçının nümayəndəsi Nümayəndə1 nümayəndəsi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 oğlunun, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.2002-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Sarıcalı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən “Ruslan-93” mağazasının sahibi, fiziki şəxs “X3”nun 12 dekabr 2020-ci il tarixli, 77 nömrəli əmri ilə həmin mağazaya satıcı vəzifəsinə işə qəbul edildikdən sonra 10 fevral 2021-ci il tarixli “əmək müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi barədə” müqavilə ilə həmin mağazada satıcı-kassir vəzifəsinə keçirilib işləyərkən fiziki şəxs “X3” ilə onun arasında bağlanmış həmin tarixli əmək müqaviləsi, tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə və satıcı-kassirin vəzifə təlimatına əsasən, ona inanılıb tapşırılmış maddi qiymətli əmlakın satışından alıcılardan qəbul etdiyi pul vəsaitlərini mağazanın kassasına qoyması və iş növbəsinin sonunda həmin pul vəsaitlərini mağazanın baş kassirinə təqdim etməsinə birbaşa məsuliyyət daşımasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək 2021-ci ilin sentyabr ayının 01-dən oktyabr ayının 22-nə kimi gündəlik olaraq saat 20:00-dan saat 08:00-dək növbədə olub işlədiyi dövr ərzində ünvan 2 ünvanında yerləşən “Ruslan-93” mağazasında satılmış ərzaq və qeyri-ərzaq məhsullarının müqabilində alıcılar tərəfindən nağd qaydada satıcı-kassir kimi ona ödənilmiş pul vəsaitlərini kassaya qoymuş, həmçinin satılmış ərzaq və qeyri-ərzaq məhsullarının satışından 10 fevral 2021-ci il tarixli, 03/1 nömrəli əmrlə ona təhkim olunmuş "POS terminal" vasitəsilə mağazanın "xxxx" ASC-nin Qara Qarayev filialında olan hesabına köçürmə yolu ilə faktiki olaraq cəmi 21527 manat 58 qəpik məbləğində pul vəsaitləri ödənildiyi halda gündəlik yekun ödəniş məbləğini növbənin sonunda xx.xx.2020-ci il tarixli, 39 saylı daxili əmrlə gündəlik kassa hesabatlarının qəbul edilməsi vəzifəsi həvalə edilmiş Şahid1 təqdim etdiyi “Kassirin Hesabatı” adlı gündəlik hesabat sənədlərinin “POS terminal” sözləri yazılmış boş qrafalarında köçürmə yolu ilə ödəniş məbləğlərini bilərəkdən çoxaldaraq xx.xx.2021-ci il tarixdə 997 manat 80 qəpik, xx.xx.2021-ci il tarixdə 919 manat, xx.xx.2021-ci il tarixdə 937 manat 35 qəpik, xx.xx.2021-ci il tarixdə 856 manat 54 qəpik, xx.xx.2021-ci il tarixdə 806 manat 45 qəpik, xx.xx.2021-ci il tarixdə 802 manat 81 qəpik, xx.xx.2021-ci il tarixdə 693 manat, xx.xx.2021-ci il tarixdə 954 manat 30 qəpik, xx.xx.2021ci il tarixdə 1014 manat 76 qəpik, xx.xx.2021-ci il tarixdə 964 manat 25 qəpik, xx.xx.2021ci il tarixdə 792 manat 34 qəpik, xx.xx.2021-ci il tarixdə 976 manat 23 qəpik, xx.xx.2021-ci il tarixdə 1299 manat 91 qəpik, xx.xx.2021-ci il tarixdə 1225 manat 33 qəpik, xx.xx.2021-ci il tarixdə 1380 manat 50 qəpik, xx.xx.2021-ci il tarixdə 1465 manat 88 qəpik, xx.xx.2021-ci il tarixdə 1682 manat 11 qəpik, xx.xx.2021-ci il tarixdə 1725 manat, xx.xx.2021-ci il tarixdə 1904 manat 13 qəpik, xx.xx.2021-ci il tarixdə 1241 manat 70 qəpik, xx.xx.2021-ci il tarixdə 586 manat 25 qəpik, xx.xx.2021-ci il tarixdə 1406 manat 44 qəpik, xx.xx.2021-ci il tarixdə 1482 manat 09 qəpik, xx.xx.2021-ci il tarixdə 1624 manat 21 qəpik, xx.xx.2021-ci il tarixdə 1724 manat 37 qəpik, xx.xx.2021-ci il tarixdə 1083 manat 71 qəpik, xx.xx.2021-ci il tarixdə 1722 manat 49 qəpik, xx.xx.2021-ci il tarixdə 1395 manat 71 qəpik, xx.xx.2021-ci il tarixdə 1548 manat 17 qəpik, xx.xx.2021-ci il tarixdə 1531 manat 15 qəpik, xx.xx.2021-ci il tarixdə 1642 manat 21 qəpik, xx.xx.2021-ci il tarixdə 1644 manat 93 qəpik, xx.xx.2021-ci il tarixdə 1675 manat 38 qəpik, xx.xx.2021-ci il tarixdə 1621 manat 24 qəpik, xx.xx.2021-ci il tarixdə 1768 manat 40 qəpik, xx.xx.2021-ci il tarixdə 1825 manat 52 qəpik, xx.xx.2021-ci il tarixdə 1894 manat 71 qəpik, xx.xx.2021-ci il tarixdə 1726 manat, xx.xx.2021-ci il tarixdə 1991 manat 93 qəpik, xx.xx.2021-ci il tarixdə 1978 manat 61 qəpik olmaqla ümumilikdə isə 55348 manat 29 qəpik məbləğində pul vəsaitlərinin guya köçürmə yolu ilə bank hesabına ödənildiyini göstərərək “POS terminal” vasitəsilə ödəniş hesabına artıq göstərdiyi 33820 manat 71 qəpik məbləğində ona etibar edilmiş özgə əmlakı olan pul vəsaitini mağazanın kassasından nağd qaydada götürərək mənimsəmə yolu ilə talayıb “Ruslan-93” mağazasının sahibi olan fiziki şəxs “X3”na xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, işsiz olduğuna görə 2020-ci ilin dekabr ayında anasının satıcı işlədiyi “Ruslan-93” mağazasına işə daxil olmaq üçün müraciət etmiş, 12 dekabr 2020-ci il tarixdən həmin mağazada satıcı kimi işləməyə başlamışdır. Bir müddət işlədikdən sonra satıcı-kassir vəzifəsinə keçirilmişdir. Satıcı-kassir vəzifəsində 2 ay işləmişdir. O, növbəsinin sonunda alış-veriş qəbzlərini Şahid1 təqdim etmişdir. O, bəzi günlərdə alınan malları kassaya vurmamış, ƏDV qəbzlərini götürmüşdür. O, 35180,73 manat deyil, 7000 manata qədər pul mənimsəmişdir. O, 7000 manat pulu kassadan həm nağd şəkildə, həm də ehtiyacı olduqda mağazadan siqaret və s. götürmüşdür. Ailəsinə məxsus pulu tanışı Sadirə vermişdir. Sadirdən həmin pulu alıb mağazadan götürdüyü 7000 manat puldan 4880 manatı ödəmişdir. Mağazanın rəhbərliyinə bu məsələni öz aralarında həll etməyi təklif etmiş, lakin onlar polisə müraciət etmişlər. 7000 manatdan ödənilməmiş qalan məbləği ödəməyə hazırdır. Məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs – mülki iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, X2 məxsus “Ruslan-93” mağazasına 16 aprel 2016-cı il tarixdə direktor vəzifəsinə təyin edilmişdir. Mağazanın direktoru kimi vəzifəsi mağazada bütün sahələrə nəzarəti həyata keçirməkdən ibarət olmuş, fəaliyyəti mağazada işləyən satıcılar, satıcı-kassirlər, fəhlələr və digər işçilər üzərində, o cümlədən mağazaya mal qəbulu və s. kimi məsələlərə nəzarəti həyata keçirmək olmuşdur. Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr-oktyabr aylarında növbədə olduğu dövrlərdə təqdim etdiyi “Kassirin Hesabatı" adlı sənədlərdə “POS terminal” vasitəsilə ödənilmiş kimi göstərilən məbləğlər əslində bank hesabına ödənilməmişdir. Bu hal mağazanın baş mühasibi Şahid3 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi qəbzləri və bank hesabını yoxladıqda müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs anası Gülayə adlı qadın da həmin mağazada işlədiyindən Təqsirləndirilən şəxs belə bir hərəkət edəcəyini heç kəs düşünməmiş, ona inanmışlar. Təqsirləndirilən şəxs “Kassirin Hesabatı” adlı sənəddə “POS terminal” vasitəsilə ödənilmiş pulları xeyli çox göstərmiş, real ödənişi yazmamış, bunun əvəzində nağd pulla kassaya ödənilmiş pulları kassadan özünə götürmüşdür. Mağazanın rəhbərliyinin dəvət etdiyi müstəqil auditor tərəfindən audit yoxlaması keçirilmiş və Təqsirləndirilən şəxs 01 sentyabr 2021-ci il tarixdən 22 oktyabr 2021-ci il tarixədək olan dövrdə öhdəsində olan 35180,73 manat məbləğində çatışmazlıq təsdiq edilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs – mülki iddiaçının nümayəndəsi Nümayəndə1 nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilməmiş, barışıq əldə edilməsinə cəhd edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq hissi keçirmir. Məhkəmədən Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın verilməsini, mülki iddianın təmin edilərək Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 28940,71 manatın, hüquqi yardıma görə vəkilə ödənilən 260 manatın, dövlət rüsumuna görə ödənilən 179 manatın, cəmi 29379,71 manatın tutularaq zərərçəkmiş şəxs X2 ödənilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Ruslan-93” mağazasına 2020-ci ilin dekabr ayında satıcı vəzifəsinə işə qəbul edilsə də faktiki olaraq vəzifəsi kassirlərin tərtib etdiyi kassa hesabatlarını qəbul edib, həmin hesabatları, çekləri və nağd pul vəsaitlərini baş mühasibə təqdim etməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs Elsəvər oğlu 2020-ci ilin dekabr ayında mağazaya satıcı vəzifəsinə qəbul edilmiş, 2021-ci ilin fevral ayından isə satıcı-kassir vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs satıcı-kassir kimi vəzifəsi məhsulların satışından əldə olunan nağd pul vəsaitlərini kassaya mədaxil etmək, bank kartı vasitəsilə ödənilən məbləğləri isə Təqsirləndirilən şəxs təhkim edilmiş “POS terminal” vasitəsilə mağazanın "xxxx"ın Qara Qarayev filialında olan hesabına yerləşdirməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs mağazada gecə növbəsində işləmiş və iş vaxtı saat 20:00-dan başlayıb, saat 08:00-dək davam etmişdir. 2021-ci ilin oktyabr ayının 21-də mağazanın baş mühasibi Şahid3 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi hesabatlarda olan “POS terminal”ın ödənişləri “POS terminal” çeklərində olan məbləğ ilə eynilik təşkil etmir, yəni çeklər az olmasına baxmayaraq Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən hesabatlarda “POS terminal”ın məbləğləri çox göstərilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb, ondan “POS terminal” çeklərinin harada olmasını soruşduqda, Təqsirləndirilən şəxs ona çeklərin hamısının yerində olduğunu bildirmişdir. Həmin gün Təqsirləndirilən şəxs saat 20:00-dan işə başlamış, Təqsirləndirilən şəxs heç bir söz demədən səhəri gün saat 08:00 radələrinə kimi işləməsinə maneəçilik etməmişlər və səhərisi gün, 22 oktyabr 2021-ci il tarixdə yenə də Təqsirləndirilən şəxs təqdim etdiyi “POS terminal” çeklərinin kassa hesabatında olan “POS terminal” məbləğləri ilə düz gəlmədiyini aşkar etmişlər. Bundan sonra yoxladıqda Təqsirləndirilən şəxs oktyabr ayında 20000 manata yaxın nağd pulu kassaya mədaxil etmədiyini müəyyən etmişlər. O, Təqsirləndirilən şəxs anası Gülayə Həmidovanı çağırıb ona Təqsirləndirilən şəxs etdiyi hərəkətlər barədə məlumat vermiş, anasının yanında Təqsirləndirilən şəxs əvvəlcə etiraf etməsə də, sonradan həmin puldan 6500 manat məbləğdə pulu Şahid6 adlı dostuna saxlamaq üçün verdiyini, Şahid6 yaşadığı evə gedib pulları gətirə biləcəyini bildirmişdir. Mağazanın əməkdaşları Təqsirləndirilən şəxsla birlikdə həmin mənzilə getmişlər, Təqsirləndirilən şəxs 4300 manat pulu alıb onlara vermişdir. Sonra Təqsirləndirilən şəxs cibindən 400 manat pul çıxarıb onlara vermişdir. Şahid6 mağazaya gəldikdə ondan 6500 manat pulun qalanının harada olduğunu soruşduqda cibindən 180 manat pul çıxardıb verərək, həmin puldan 180 manat qaldığını bildirmişdir. Mağazanın rəhbərliyinin dəvət etdiyi müstəqil auditor tərəfindən audit yoxlaması keçirilmiş və Təqsirləndirilən şəxs 01 sentyabr 2021-ci il tarixdən 22 oktyabr 2021-ci il tarixədək olan dövrdə öhdəsində olan 35180,73 manat məbləğində çatışmazlıq təsdiq edilmişdir. “POS terminal” vasitəsilə olan ödənişlərin çekləri ona təqdim edilsə də nəticədə “kassirin hesabatı”nda olan yekun məbləğ həmişə düz alındığına görə o, heç vaxt çekləri toplayıb cəmini hesablamamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 22 iyun 2020-ci il tarixdən “Ruslan-93” mağazasında baş mühasib vəzifəsində işləyir. O, mağazanın fəaliyyətinə dair ildə 4 dəfə olmaqla rüblük hesabatlar hazırlayır və hər ayın əvvəli isə keçən ayın terminal ödənişlərini bankla üzləşmə aparır, yoxlayır. 2021-ci ilin oktyabr ayının “POS terminal”la bank hesabına ödənilmiş pul vəsaitlərinin üzləşməsini aparmaqla yoxlamış, yoxlama zamanı oktyabr ayı ərzində mağazanın satıcı-kassirləri tərəfindən “POS terminal” vasitəsilə satılmış məhsulların müqabilində bank hesabına ödənilmiş pul vəsaitlərinin mağazada olan hesabatla düz gəlmədiyini müəyyən etmişdir. O, sənədləri yoxladıqda 2021-ci ilin sentyabr-oktyabr aylarında Təqsirləndirilən şəxs tərəfindən satılmış məhsulların müqabilində kassaya ödənilmiş pul vəsaitlərinin əksik olduğunu müəyyən etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2020-ci il tarixdən “Ruslan-93” mağazasında satıcı vəzifəsində işləməyə başlamışdır. Sonradan satıcı-kassir vəzifəsinə keçirilmişdir. O, gecə növbəsində işləmişdir. Növbənin sonunda pulları və “kassirin hesabatı” adlanan sənədi Şahid1 təhvil vermişdir. Təqsirləndirilən şəxs mağazada işlədiyi dövrdə tanımış, Mirsadiq də satıcı-kassir vəzifəsində işləmişdir. Mirsadiqlə birlikdə gecə növbəsinə qalmağına baxmayaraq kassalar mağazanın tamam başqa istiqamətlərində yerləşdiyindən gecə növbəsində olarkən Mirsadiqi görməmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən satılmış məhsulların müqabilində kassaya ödənilmiş pul vəsaitlərinin əksik olduğunu öyrənmişlər. Həmin vaxt Şahid5 bildirmişdir ki, Mirsadiq ona mağazanın kassasından 20000 manat pul götürdüyünü demiş, lakin o, Mirsadiqə inanmamış, onunla zarafat etdiyini düşünmüşdür. O, Mirsadiqin kassadan pul götürdüyünü görməmişdir. Mirsadiqin mağazanın kassasından 35000 manat pul götürdüyünü eşitmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “Ruslan-93” mağazasında satıcı-kassir vəzifəsində işləyir. Təqsirləndirilən şəxs mağazada işlədiyi dövrdə tanımış, Mirsadiq də satıcı-kassir vəzifəsində işləmişdir. O, gündüz növbəsində, Mirsadiq isə gecə növbəsində işləmişdir. O, işdə olduğu müddət ərzində Mirsadiqi görməmişdir. Mirsadiqin mağazanın kassasından 35000 manat məbləğində pulu mənimsədiyini eşitmişdir. O, Mirsadiqin kassadan pul götürdüyünü görməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 Yəhya oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Ağdam rayonunun Sarıcalı kəndində onun qonşusu olmuşdur. xx.xx.2021-ci il tarixdə səhər saatlarında Mirsadiq ona zəng edərək harada olduğunu soruşmuş, o, evdə olduğunu demişdir. Mirsadiq onun yaşadığı binanın yanına gəlmiş, həyətdə ona dəqiq miqdarını xatırlamadığı məbləğdə pul verərək, həmin pulun ailəsinə məxsus olduğunu bildirib saxlamağını xahiş etmiş, sonra həmin pulu ondan götürəcəyini demişdir. Həmin gün günorta saatlarında Mirsadiq 2-3 nəfərlə onun yaşadığı mənzilə gəlib ondan saxlamaq üçün verdiyi pulu istəmiş, o da pulu vermişdir. O, Mirsadiqin qardaşı ilə birlikdə onun işlədiyi mağazaya getmişdir. O, Mirsadiqə kömək etmək məqsədi ilə cibində olan 180 manat pulun hamısını mağazanın əməkdaşlarına vermişdir. Mağazada olarkən Mirsadiqin kassadan 10000 manat pul götürdüyünü, sonradan polis şöbəsində isə 20000 manat pul götürdüyünü demişlər. O, Mirsadiqin kassadan 35000 manat pul götürdüyünü müstəntiqin yanında olanda eşitmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, “Ruslan-93” mağazasında satıcı vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs da həmin mağazada kassir-satıcı vəzifəsində işləmişdir. Hər ikisi mağazadə gecə növbəsində işləmişlər. Mirsadiqin tutulduğu günün səhərisi gün ondan izahat almışlar. 1 həftə sonra ona təzyiq göstərməyə başlamışlar ki, guya o, Mirsadiqin pul götürdüyünü bilmişdir. Saat 20:00-da işə gəlmiş, onu 1 saat müdirin otağında saxlamışlar, sonra ona işdən azad olunduğunu bildirmişlər. O, işdən çıxmamaq üçün məcbur olub ərizə yazmışdır ki, guya Mirsadiqin pul götürdüyünü görmüşdür. Bundan sonra işinə davam etmişdir. Bir müddət sonra vəkil gəlmiş, ona ərizə yazmağını demişdir. O, yenidən ərizə yazmış, bu işlə bağlı heç nədən xəbərinin olmadığını, heç nə görmədiyini qeyd etmişdir. Sonra evinə getmişdir. Təxminən 2 saat sonra administrator zəng edərək ona ərizəni düz yazmadığını bildirərək geri çağırmışdır. O, mağazaya getmiş, ona ərizədə “Mirsadiqin pul götürdüyünü gördüyünü, xəbəri olduğunu” yazmağını bildirmişlər. O, yazmaq istəməmiş, yenə onu işdən çıxartmaq istəmişlər. Onun kreditləri olduğundan, əgər işdən çıxsaydı kreditini ödəyə bilməyəcəyi üçün məcbur olub ərizəsində Mirsadiqin 20000 manat pul götürdüyündən xəbəri olduğunu yazmışdır. Mirsadiq kassadan pul götürməsi barədə ona heç nə deməmişdir. Mağazanın sahibi Mirsadiqin tutulduğu gün 7000 manat pul götürdüyünü, səhərisi gün 13000 manat, sonra 22000 manat, daha sonra isə 36000 manat pul götürdüyünü demişdir. Onun pula ehtiyacı olduğundan bir dəfə Mirsadiqə zəng edib borca pul istəmiş, həmin vaxt təsadüfən Mirsadiqin tutulduğu günə düşmüşdür. Mirsadiq telefona cavab verərək pulunun olmadığını deyib telefonu yerə qoymuşdur. O, prokurorluqda ifadə verərkən heç nədən xəbərinin olmadığını bildirmişdir. Prokurorluqda verdiyi ifadəsini oxumuş və özü imzalamışdır, ona təzyiq göstərilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, “Ruslan- 93” ərzaq mağazasının satıcı-kassiri işləmiş Təqsirləndirilən şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə, xeyli miqdarda özgə əmlakının mənimsənilməsi faktı üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq ibtidai istintaqı aparılmışdır. - X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 77 saylı əmrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən “Ruslan-93” marketinə satıcı vəzifəsinə təyin edilmişdir. - 12 dekabr 2020-ci il tarixli, 118 nömrəli əmək müqaviləsindən görünür ki, X3 ilə Təqsirləndirilən şəxs arasında həmin tarixdə Təqsirləndirilən şəxs “Ruslan-93” marketinə satıcı vəzifəsinə qəbul edilməsi ilə əlaqədar müqavilə bağlanmışdır. - X3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 03 saylı əmrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən satıcı kassir vəzifəsinə keçirilmişdir. - X3 və Təqsirləndirilən şəxs arasında bağlanmış 118 saylı əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə və xx.xx.2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilələrdən və əmək müqaviləsinə 1 saylı əlavə olan satıcı-kassirin vəzifə təlimatından görünür ki, Təqsirləndirilən şəxs satıcı-kassir kimi ona etibar edilən maddi dəyərlilərə və habelə edilmiş işlərə qayğı ilə yanaşmaq, eyni zamanda heç bir halda fiziki şəxs "X3"na ziyan gətirməməyi, növbənin sonunda alıcılardan alınan pulları baş kassirə verməyi öhdəsinə götürmüşdür. - “Ruslan-93” mağazasına Təqsirləndirilən şəxs tərəfindən 2021-ci ilin sentyabr ayı ərzində növbədə olduğu günlərdə təqdim edilmiş gündəlik hesabatlara və bank hesabından çıxarışlara dair tərtib olunmuş cədvəldən görünür ki, Təqsirləndirilən şəxs ona təhkim olunmuş “POS terminal” vasitəsilə faktiki olaraq mağazanın bank hesabına 14550 manat 31 qəpik məbləğində pul vəsaiti ödəməsinə baxmayaraq gündəlik tərtib olunmuş “Kassirin Hesabatı” adlı sənədlərdə “POS terminal” vasitəsilə ödənilmiş pul vəsaitlərinin məbləği 14176 manat 76 qəpik məbləğində çoxaldılaraq sentyabr ayı ərzində ümumilikdə 28727 manat 07 qəpik məbləğində pul vəsaitinin bank hesabına ödənilməsi qeyd edilmişdir. - “Ruslan-93” mağazasına Təqsirləndirilən şəxs tərəfindən 2021-ci ilin oktyabr ayı ərzində növbədə olduğu günlərdə təqdim edilmiş gündəlik heabatlara və bank hesabından çıxarışlara dair tərtib olunmuş cədvəldən görünür ki, Təqsirləndirilən şəxs ona təhkim olunmuş “POS terminal” vasitəsilə faktiki olaraq mağazanın bank hesabına 9671 manat 61 qəpik məbləğində pul vəsaiti ödəməsinə baxmayaraq gündəlik tərtib olunmuş “Kassirin Hesabatı” adlı sənədlərdə “POS terminal” vasitəsilə ödənilmiş pul vəsaitlərinin məbləği 21003 manat 97 qəpik məbləğində çoxaldılaraq oktyabr ayı ərzində ümumilikdə 30675 manat 58 qəpik məbləğində pul vəsaitinin bank hesabına ödənilməsi qeyd edilmişdir. - xx.xx.2021-ci il tarixli müstəqil auditorun rəyindən görünür ki, sərbəst auditor tərəfindən aparılmış yoxlama zamanı Təqsirləndirilən şəxs öhdəsində 35180 manat 73 qəpik məbləğində çatışmazlıq aşkar edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq, məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 4/1660-9/8494 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş 10 fevral 2021-ci il tarixli ərzaq məhsullarının satıcı-kassirin vəzifə təlimatı adlı sənəddə (i.v. 53) “Təlimatla tanış oldum və yerinə yetirməyi öhdəmə götürürəm’' qrafasındakı imza, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021 -ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli kassirin hesabatı adlı sənədlərdə “Təhvil verdi” qrafalarındakı imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli kassirin hesabatı adlı sənədlərdə “Təhvil verdi” qrafalarındakı imzalar, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli,xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli kassirin hesabatı adlı sənədlərdə rəqəmlər - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan audit rəyi, marketin post terminal üzrə bank hesabından çıxarış sənədləri, həmçinin xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli,xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli kassirin hesabatı adlı sənədlərdə “Təhvil verdi” qrafalarındakı imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunduğu təqdirdə “Ruslan 93” market üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 33820,17 manat məbləğində müəyyən edilmişdir. - zərərçəkmiş şəxs və onun nümayəndəsinin tanınması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X3 zərərçəkmiş şəxs kimi, “Ruslan 93” mağazasının direktoru Nümayəndə1 isə zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanınmışdır. - Nizami rayon MKTB-nin 50 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Diskə baxış keçirilməsi haqqında 10 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə “Ruslan-93” mağazasından daxil olmuş 1 ədəd CD diskə baxış keçirilərkən həmin diskin içərisində 4 ədəd 1 dəqiqə 22 saniyəlik, 1 dəqiqə 19 saniyəlik, 1 dəqiqə 26 saniyəlik, 47 saniyəlik mağaza tipli obyektin kassasını və digər yerləri əks etdirən daxili müşahidə videokameraları vasitəsilə çəkilmiş görüntülərin olması müəyyən olunmuş. 1 dəqiqə 22 saniyəlik videoya daxil olub baxış keçirilərkən baxış iştirakçısı Təqsirləndirilən şəxs videogörüntünün əvvəllər işlədiyi “Ruslan-93” mağazasının daxili müşahidə videokamerası vasitəsilə çəkilməsini, videogörüntüdə onun satıcı-kassir vəzifəsində işlədiyi “Ruslan-93” mağazasının kassasının qarşısında əyləşməsinin, daha sonra kassadan dəqiq xatırlamadığı məbləğdə pul vəsaitlərini götürüb ətrafda olan şəxslərin görməməsi üçün əlində sıxıb bükməklə cibinə qoymasının əks olunmasını, videogörüntünün 2021-ci ilin oktyabr ayının günlərindən birində, iş növbəsinin sonunda, səhər saatlarında çəkilməsini, digər 1 dəqiqə 19 saniyəlik və 47 saniyəlik videolarda isə videogörüntülərin əvvəllər işlədiyi “Ruslan-93” mağazasının girişini əks etdirən daxili müşahidə videokamerası vasitəsilə 2021-ci ilin oktyabr ayının günlərində, səhər saatlarında, iş növbəsinin bitməsinə təxminən yarım saat qalmış, 07:30 radələrində qeydə alınmasını, həmin videogörüntülərdə gecə növbəsində kassada işlədikdən sonra növbəsinin sonunda kassadan götürüb cibinə qoyduğu, dəqiq məbləğini xatırlamadığı nağd pul vəsaitlərini özünün bank hesabına göndərməsini, 1 dəqiqə 26 saniyəlik videogörüntüdə isə iş növbəsində olduğu zaman müştərilər tərəfindən ərzaq və qeyriərzaq məhsullarının satışından ona ödənilmiş, kassaya qoyduğu nağd pul vəsaitlərini növbəsinin sonunda saydığını, daha sonra həmin pulları saydıqdan sonra isə hazırda xatırlamadığı miqdarda götürüb cibinə qoymasını bildirmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - “Ruslan 93” marketin direktoru Nümayəndə1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ruslan 93” marketdə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi satıcı kassir vəzifəsində işlədiyi müddətdə mənimsədiyi puldan 4880 AZN mağazanın xəzinəsinə qaytarmışdır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satıcı-kassir vəzifəsində işləyərkən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək növbədə olduğu müddətlərdə tərtib edilmiş “Kassirin Hesabatı” adlanan sənədlər, bank hesabından çıxarışlar və 1 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş X2 məxsus 33820,71 manat məbləğində əmlakı mənimsəmə yolu ilə talaması toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək 7000 manat məbləğində əmlakı mənimsəməsinə dair ifadəsi məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Şahid5 məhkəmədə verdiyi ifadəsi Təqsirləndirilən şəxs müdafiə etmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, dəymiş ziyandan 4880 manat ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, törədilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs əlavə cəza - dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021ci il tarixli qərarında Plenum qərara almışdır ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs satıcı-kassir vəzifəsində işləyərkən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək növbədə olduğu müddətlərdə tərtib edilmiş “Kassirin Hesabatı” adlanan sənədlər, bank hesabından çıxarışlar və 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 250 (iki yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, zərərçəkmiş – mülki iddiaçı X3 tərəfindən verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs dəymiş maddi ziyana görə 28940,71 manat, hüquqi yardıma görə vəkilə ödənilən 260 manat, dövlət rüsumuna görə ödənilən 179 manat, cəmi 29379,71 manat tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı X2 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Zərərçəkmiş şəxs – mülki iddiaçı X1 mülki iddiası təmin edilsin və Təqsirləndirilən şəxs 28940,71 manat, hüquqi yardıma görə vəkilə ödənilən 260 manat, dövlət rüsumuna görə ödənilən 179 manat, cəmi 29379,71 manat tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı X2 ödənilsin. Cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs satıcı-kassir vəzifəsində işləyərkən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək növbədə olduğu müddətlərdə tərtib edilmiş “Kassirin Hesabatı” adlanan sənədlər, bank hesabından çıxarışlar və 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 250 (iki yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-155/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-155/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver