Məhkəmə qərarları › İş №1(007)-155/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-155/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-155/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, bir uşağı olan, işləməyən, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 7, mənzil 43-də qeydiyyatda olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 1(007)-18/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmin hökm üzrə cəzasından çəkməmiş, hazırkı işlə bağlı 01 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 oktyabr 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 20 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 oktyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmiş, bundan başqa qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində və 13 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən binanın zirzəmisinin pəncərəsinin açıq olmasından istifadə edib qanunsuz olaraq saxlanc yerinə pəncərədən daxil olub zirzəmidə saxlanılan Zərərçəkmiş şəxs1 məxsus 20 manat dəyərində 1 ədəd şüşə meyvə qabı, 15 manat dəyərində 1 ədəd gümüşü rəngli “Nikai” markalı, “NH777B” model blendr, hər birinin dəyəri 2,50 manat olmaqla ümumilikdə 15 manat dəyərində 6 ədəd üzərində “Pardis Porcelain” yazıları olan, kənarları naxışlı boşqablar, hər birinin dəyəri 4 manat olmaqla ümumilikdə 24 manat dəyərində 6 ədəd üzərində markalanma yazıları olmayan, ağ rəngli dərin boşqablar, 40 manat dəyərində 13 ədəd üzərində “Dostum” yazıları olan, kənar hissəsində naxış olan, kvadrat formalı, müxtəlif ölçülü ağ rəngli boşqab dəsti, 150 manat dəyərində üzərində “İnci Porcelain” yazıları olan, kənarları naxışlı, müxtəlif ölçüdə, ağ rəngli 62 ədəd çay-yemək dəsti, hər birinin dəyəri 25 manat olmaqla ümumilikdə 50 manat dəyərində 2 ədəd üzərində markalanma yazıları olmayan, gümüşü rəngli qablar, 10 manat dəyərində 1 ədəd hündürlüyü 17 sm, ağız hissəsinin diametri 16,5 sm olan saxsı qab, 15 manat dəyərində 1 ədəd “Wolf” markalı, “WF-463” modelli qozçəkən aparat, 5 manat dəyərində 1 ədəd böyük ölçülü xörək qaşığı, 15 manat dəyərində 1 ədəd böyük ölçülü kəfkir, 5 manat dəyərində 1 ədəd kiçik ölçülü kəfkir, 2 manat dəyərində 1 ədəd kartof əzən, 2 manat dəyərində 2 ədəd taxta qulplu qabıq soymaq üçün istifadə edilən bıçaq, 30 manat dəyərində 1 ədəd 1,65x2, 10 sm ölçüdə sarı rəngli yorğan və 25 manat dəyərində 1 ədəd 1,60x2, 05 sm ölçüdə sarı rəngli yorğanı vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 423 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 sentyabr 2022-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 82-də yerləşən yataqxananın 17 saylı otağının giriş qapısının yaxınlığında yerləşən sanitar qovşağının qapısının kilidinin açıq olmasından istifadə edərək həmin qapını açıb qanunsuz olaraq saxlanc yerinə daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus 60 manat dəyərində 1 ədəd qara rəngli kişi gödəkçəsi, 50 manat dəyərində 1 ədəd qara rəngli dəri qadın gödəkçəsi, 30 manat dəyərində 1 ədəd açıq qəhvəyi rəngli qadın qolsuz gödəkçəsi, 25 manat dəyərində 1 ədəd qadın jileti, hər birinin dəyəri 22 manat olmaqla ümumilikdə 44 manat dəyərində 2 cüt idman ayaqqabısı, 15 manat dəyərində 1 ədəd qadın xalatı, 25 manat dəyərində 1 dəst qadın idman paltarı, hər birinin dəyəri 55 manat olmaqla ümumilikdə 110 manat dəyərində 2 dəst məktəbli paltarı, 30 manat dəyərində 1 ədəd qara rəngli uşaq gödəkçəsi, 20 manat dəyərində 1 cüt uşaq ayaqqabısı, 25 manat dəyərində 1 ədəd qara rəngli uşaq gödəkçəsi, 18 manat dəyərində 1 ədəd ağ rəngli yay uşaq şalvarı, 15 manat dəyərində 1 ədəd çəhrayı rəngli qısaqol uşaq köynəyi, hər birinin dəyəri 15 manat olmaqla ümumilikdə 30 manat dəyərində 2 dəst uşaq ev paltarı, hər birinin dəyəri 5 manat olmaqla ümumilikdə 10 manat dəyərində 2 ədəd əl-üz dəsmalı, hər birinin dəyəri 15 manat olmaqla ümumilikdə 30 manat dəyərində 2 ədəd yataq örtüyü dəsti, dəyəri 45 manat olan 1 ədəd yataq taxtının örtüyü və hər birinin dəyəri 5 manat olmaqla ümumilikdə 10 manat dəyərində 2 ədəd şampunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 592 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 01 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,596 qram olan narkotik vasitə heroini 20 manat ödəməklə əldə edib üzərində saxlamaqla daşımış, 01 oktyabr 2022-ci il tarixdə saat 17:55 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 92A ünvanının qarşısında Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən oğurluq cinayətini törətməkdə şübhəli bilindiyi üçün saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilib polis şöbəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 1,596 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, 19 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində internet üzərindən, onlayn şəkildə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin kart hesabına 10 manat ödəməklə qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,962 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 20 oktyabr 2022-ci il tarixdə saat 10:30 radələrində Nizami RPİ-nin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı ünvan 5 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 6 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci polis şöbəsinə gətirilib xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,962 qram olan, tünd qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərində qeydiyyatda olsa da, Bakı şəhəri, Xətai rayonu, metronun “Əhmədli” stansiyasının yaxınlığında, dəqiq ünvanını bilmədiyi yerdə tanışının evində yaşamışdır. Rəsmi nikah bağlamadan iki dəfə ailə həyatı qurmuş, hər nikahdan bir uşaq dünyaya gətirmişdir. Uşaqlardan biri anası ilə birlikdə Sumqayıt şəhərində qeydiyyatda olduğu ünvanda yaşayır, bir uşağı isə atası ilə birlikdə Bakı şəhərində yaşamış, sonra həmin həyat yoldaşı həbs olunmuş, uşaq keçmiş ərinin ailə üzvləri ilə yaşamışdır, onlarla və həmin uşağı ilə heç bir əlaqəsi yoxdur. Özü heç bir yerdə işləməmiş, təxminən 3-4 il əvvəldən başlayaraq narkotik vasitədən, o cümlədən “kakos” adlandırılan narkotik vasitədən istifadə etmiş, narkotiki inyeksiya yolu ilə damarına yeritməklə qəbul etmişdir. 10 sentyabr 2022-ci il tarixdə saat təxminən 10 radələrində Nizami rayonu ərazisində yerləşən, ünvanını sonradan dəqiq bildiyi Nizami rayonu, C.ünvan 12 gəlib zirzəminin olub-olmadığına baxmışdır. Binada zirzəminin olduğunu görmüş və zirzəminin pəncərəsinin açıq olmasından istifadə edib içəri daxil olmuşdur. Zirzəmidə olan məişət avadanlıqlarını oğurlayıb oranı tərk etmişdir. Bir neçə gün keçmiş, yəni 13 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində yenidən eyni zirzəmiyə pəncərədən daxil olaraq orada olan digər məişət əşyalarını oğurlamışdır. İki dəfə olmaqla zirzəmiyə daxil olub oradan ümumilikdə 02 ədəd dəmir meyvə qabı, 01 ədəd şüşə meyvə qabı, 13 ədəd üzərində naxış olan şüşə stəkanlar, 39 ədəd böyük və kiçik həcmli üzərində naxış olan şüşə boşqab və yemək qabları, 01 ədəd üzərində naxış olan şüşə çaydan, 01 ədəd üzərində naxış olan şəkər tozu qabı, 01 ədəd üzərində naxış olan şüşə duz qabı, 05 ədəd üzəri bəzəkli kiçik həcmli şüşə qaşıq, 01 ədəd üzəri bəzəkli böyük həcmli şüşə qaşıq, 02 ədəd böyük həcmli dəmir qaşıq və 03 ədəd mətbəxdə istifadə edilən dəmir taxta quplu alətlər, 02 ədəd yorğan, 25 ədəd boşqab, 01 ədəd mikser, 01 ədəd saxsı qab və 01 ədəd ət çəkən maşını oğurlamışdır. Həmin əşyaları o, iki dəfəyə, 10 sentyabr 2022-ci il və 13 sentyabr 2022-ci il tarixlərdə oğurlamışdır. Oğurladığı əşyaları əvvəlcədən tanıdığı Baxtilə adlı qadının işlətdiyi “8-ci km bazarı”nda yerləşən kafeyə aparmışdır. Baxtiləyə həmin əşyaların özünə məxsus olduğunu və satdığını bildirmiş, 25 ədəd boşqabı, 01 ədəd mikseri, 01 ədəd saxsı qabı və 01 ədəd ət çəkən maşını 40 manata X1. Meyvə qabını adını sonradan bildiyi Şahid4 5 manata satmışdır. Adını sonradan bildiyi Şahid2 30 manata yorğan, 3 manata meyvə qabı, adını sonradan bildiyi Şahid5 ümumillikdə 30 manata 13 ədəd üzəri naxış olan şüşə stəkanlar, 39 ədəd böyük və kiçik həcmli üzərində naxış olan şüşə boşqab və yemək qabları, 01 ədəd üzərində naxış olan şüşə çaydan, 01 ədəd üzərində naxış olan şəkər tozu qabı, 01 ədəd üzərində naxış olan şüşə duz qabı, 05 ədəd üzəri bəzəkli kiçik həcmli şüşə qaşıq, 01 ədəd üzəri bəzəkli böyük həcmli şüşə qaşıq, 02 ədəd böyük həcmli dəmir qaşıq və 03 ədəd mətbəxdə istifadə edilən taxta quplu alətləri satmışdır. 24 sentyabr 2022-ci il tarixdə səhər saat 06 radələrində narkotik vasitə qəbul etmək üçün ünanını sonradan dəqiq bildiyi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 82-də yerləşən yataqxanaya daxil olmuşdur. Həmin yataqxananın 3cü mərtəbəsində olarkən dəhlizdə plastik qapı görmüşdür. Qapının arxasında dayanıb bir qədər ətrafa göz gəzdirmiş, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra oğurluq etmək məqsədilə qapını itələyib açmışdır. Qapını açdıqdan sonra orada olan hamamın içərisində müxtəlif geyim əşyaları olduğunu görmüşdür. Hamama daxil olub orada olan kişi və qadın gödəkçələri, müxtəlif qadın, kişi və uşaq geyim paltarları, ayaqqabılar, əl-üz dəsmalları və yataq örtüklərini götürüb hamamı tərk etmişdir. Oğurladığı əşyaları “8-ci km bazarı”nda əlində gəzdirərək tanımadığı şəxslərə ucuz qiymətə satmışdır. Oğurladığı əşyaları satarkən alıcılara həmin əşyaların özünə və övladlarına məxsus olduğunu, təcili olaraq pula ehtiyacı olduğundan satdığını bildirmişdir. Narkotik vasitə aludəçisi olduğundan oğurladığı əşyaların satışından əldə etdiyi pula narkotik vasitə alaraq özü qəbul etmiş, pulun qalanına isə müxtəlif yeyinti məhsulları almışdır. 01 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində Yasamal rayonu ərazisində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pul müqabilində “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin almış, heroinin bir qismini istifadə etdikdən sonra qalan hissəsini özündə saxlamışdır. Həmin gün saat 17-18 radələrində dəqiq ünvanını sonradan bildiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 92A ünvanının qarşısında olan zaman mülki geyimdə olan bir şəxs ona yaxınlaşaraq özünü polis əməkdaşı kimi təqdim etmiş, onun oğurluq cinayətini törətməkdə və narkotik vasitələrin istifadə və daşınmasında şübhəli bilindiyini bildirərək onu polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsində otaqların birində olarkən ona hüquq və vəzifələri izah olunmuş, həmçinin hüquqlarını müdafiə etmək üçün vəkil də dəvət olunmuşdur. Həmin otaqda hər kəsin iştirakı ilə ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəki qara rəngli şalvarın sağ yan cibində olan 01 ədəd sellofan bükümü təqdim edərək həmin bükülünün içərisində olan maddənin narkotik vasitə kimi tanınan “kakos” olduğunu qeyd etmişdir. Həmin narkotik vasitə ekspertiza mərkəzinə göndərilməsindən ötrü boş zərfdə qablaşdırılıb möhürlənmişdir. Zərfə o və prosesdə iştirak edən şəxslər imza çəkmiş və həmin proses zamanı video çəkiliş aparılmışdır. Bundan sonra cinayət işi başlanmış və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək buraxılmışdır. 19 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində internet üzərindən tanımadığı xarici nömrənin hesabına 10 manat pul ödədikdən sonra onun “WhatsApp” nömrəsinə zəng olunmuş və ona bildirilən yerdən, yəni Nizami rayonu, “8-ci km” parkında olan ağacın alt hissəsində qoyulmuş bir büküm “kakos” kimi tanıdığı narkotik vasitə olan heroini götürmüşdür. Narkotikin bir qismini istifadə etdikdən sonra qalan hissəsini özündə saxlamışdır. 20 oktyabr 2022-ci il tarixdə saat 10:30-da dəqiq ünvanını sonradan bildiyi ünvan 14a olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və onun narkotik vasitələrin istifadə və daşınmasında şübhəli bilindiyini bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində otaqların birində olarkən ona hüquq və vəzifələri izah olunmuş, həmçinin hüquqlarını müdafiə etmək üçün vəkil də dəvət olunmuşdur. Həmin otaqda hər kəsin iştirakı ilə ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Buna görə o, əynindəki qara rəngli şalvarın sağ yan cibində 01 ədəd sellofan bükümü təqdim edərək həmin bükülünün içərisində olan maddənin narkotik vasitə kimi tanınan “kakos” olduğunu qeyd etmişdir. Ona məxsus narkotik vasitə ekspertiza mərkəzinə göndərilməsindən ötrü boş zərfə qablaşdırılıb möhürlənmişdir. Həmin zərfə o və prosesdə iştirak edən şəxslər imza çəkmişlər və bu proses zamanı video çəkiliş aparılmışdır. O, narkotik vasitə aludəçisi olduğundan tez-tez ağrıları olmuşdur. Heç bir yerdə işləmədiyindən narkotik vasitə almaq üçün pul əldə etmək üçün oğurluq etmişdir. Oğurluq etdiyi əşyaların satışından əldə etdiyi pulun bir qisminə də şəxsi istifadəsi üçün narkotik vasitə alıb qəbul etmişdir. Cinayət hadisələrini törədən zaman tək olmuş və onun yanında heç kim olmamışdır. X5, Şahid4, Şahid2 və Şahid5 satdığı əşyaların oğurluq olduğunu deməmişdir. Həmin əşyaların özünə məxsus olduğunu, təcili pul lazım olduğundan ucuz qiymətə satdığını bildirmişdir. 3-4 ildir narkotik maddələrin aludəçisi olduğundan mütamadi olaraq narkotik maddələr qəbul etmişdir və üzərindən aşkar olunmuş narkotik vasitələr ona məxsus olmuşdur. Onları öz istifadəsi üçün almış, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona heç bir zor tətbiq edilməmişdir. Polislər onu saxlayarkən özü də heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq törətdiyi əməllərdən səmimi peşman olduğunu göstərmiş, azyaşlı uşağı olduğunu, gəncliyini nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, əvvəllər yaşadığı Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81 ünvanında yerləşən zirzəmini binanın komendantından alaraq həmin zirzəmini saxlanc yeri kimi istifadə etmişdir. Zirzəminin həyət tərəfdən olan giriş qapısı bağlı, kilidli olmuş, eyni zamanda binanın arxa tərəfinə baxan pəncərəsi də bağlı olmuşdur. 30 sentyabr 2022ci il tarixdə saat təxminən 15 radələrində zirzəminin pəncərəsinin açıq olduğunu görmüş, zirzəmiyə baxış keçirdikdə orada müvəqqəti olaraq saxladığı müxtəlif məişət əşyalarının, yəni 02 ədəd dəmir meyvə qabın, 01 ədəd şüşə meyvə qabın, 13 ədəd üzərində naxış olan şüşə stəkanların, 39 ədəd böyük və kiçik həcmli üzərində naxış olan şüşə boşqab və yemək qablarının, 01 ədəd üzərində naxış olan şüşə çaydanın, 01 ədəd üzərində naxış olan şəkər tozu qabının, 01 ədəd üzərində naxış olan şüşə duz qabının, 05 ədəd üzəri bəzəkli kiçik həcmli şüşə qaşığın, 01 ədəd üzəri bəzəkli böyük həcmli şüşə qaşığın, 02 ədəd böyük həcmli dəmir qaşığın və 03 ədəd mətbəxdə istifadə edilən dəmir taxta qulplu alətlərin, 02 ədəd yorğanın, 25 ədəd boşqabın, 01 ədəd mikserin, 01 ədəd saxsı qabın və 01 ədəd ət çəkən maşının oğurladığını aşkar etmişdir. Hadisə barədə DİN-nin 102 mərkəzi zəng xidmətinə məlumat vermiş, sonra isə Nizami RPİ-nin 24-cü polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polislərin araşdırması zamanı bir neçə şəxs gətirib oğurluq etmiş şəxsdən aldıqları həmin əşyaları 24-cü polis şöbəsinə təhvil verəndə polis şöbəsində görmüş və həmin əşyaların ona məxsus olduğunu qeyd etmişdir. Baş vermiş oğlurluq hadisəsi nəticəsində ona ümumilikdə 2500 manat maddi ziyan dəymişdir, lakin məhkəməəmtəəşünaslıq ekspertizasının 01 noyabr 2022-ci il tarixli 9/7188 saylı ekspert rəyinə əsasən zirzəmisindən oğurlanmış 16 adda ev əşyalarının ümumilikdə dəyərinin 423 manat müəyyən edilməsi ilə razı olmuş, etirazı olmamışdır. Ona vurulmuş maddi ziyan ödənilməsə də, Təqsirləndirilən şəxs qadın olmasını nəzərə alaraq, ona qarşı şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 82-də yerləşən beşmərtəbəli yataqxananın 3-cü mərtəbəsində 17 saylı iki otaqlı mənzildə ailəsi ilə birlikdə yaşayır. Mənzilin giriş qapısının qarşısındakı dəhlizdə olan hamamı təmir etdirib istifadə edirlər. Hamamın qapısı daxili kilidlə bağlanır. Adətən həmin kilidi bağlı saxlayırlar, hamama digər şəxs daxil olmur. 24 sentyabr 2022-ci il tarixdə səhər saat 06:20-də əlüzünü yumaq üçün hamama getdikdə hamamın giriş qapısının açıq olduğunu görmüşdür. Bu zaman qapını axşam kilidləmədiklərini düşünmüşdür. Hamama daxil olduqda orada olan əşyaların dağınıq olduğunu, geyim əşyalarının yerə atıldığını görmüşdür. Dərhal həyat yoldaşı Səmayəni çağırmışdır. Səmayə hamama gəldikdə axşam saatlarında hamamda olarkən geyim əşyalarını səliqə ilə yığdığını, həmin əşyaların dağınıq olmasından məlumatı olmadığını bildirmişdir. Hamama ətraflı baxış keçirdikdə oradan ona məxsus olan 60 manat dəyərində 1 ədəd qara rəngli təzə gödəkçənin, Səmayəyə məxsus 50 manat dəyərində 1 ədəd qara rəngli dəri gödəkçənin, 30 manat dəyərində 1 ədəd açıq qəhvəyi rəngli qadın qolsuz gödəkçənin, 25 manat dəyərində 1 ədəd qadın jiletinin, hər birinin dəyəri 22 manat olan 2 cüt idman ayaqqabısının, 15 manat dəyərində 1 ədəd qadın xalatının, 25 manat dəyərində 1 dəst qadın idman paltarının, övladları üçün alınmış hər birinin dəyəri 55 manat olan 2 dəst məktəbli paltarının, 30 manat dəyərində 1 ədəd qara rəngli uşaq gödəkçəsinin, 20 manat dəyərində 1 cüt uşaq ayaqqabısının, 25 manat dəyərində 1 ədəd qara rəngli uşaq gödəkçəsinin, 18 manat dəyərində 1 ədəd ağ rəngli yay uşaq şalvarının, 15 manat dəyərində 1 ədəd çəhrayı rəngli qısaqol uşaq köynəyinin, hər birinin dəyəri 15 manat olan 2 dəst uşaq ev paltarının, hər birinin dəyəri 5 manat olan 2 ədəd əl-üz dəsmalının, hər birinin dəyəri 15 manat olan 2 ədəd yataq örtüyü dəstinin, dəyəri 45 manat olan 1 ədəd yataq taxtının örtüyünün və hər birinin dəyəri 5 manat olan 2 ədəd şampunun yerində olmadığını müəyyən etmişlər. Bu zaman hamamdan oğurluq olduğunu anlamışlar. Hadisə barədə DİN-nin 102 mərkəzi zəng xidmətinə məlumat vermiş, sonra hadisə ilə bağlı Nizami RPİ-nin 24-cü polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Oğurlanmış əşyalar onun tərəfindən alındığından baş vermiş oğlurluq hadisəsi nəticəsində ona ümumimlikdə 592 manat maddi ziyan dəymişdir. Həmin ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir, ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Nizami rayonu ərazisində yerləşən “8-ci km bazarı”ndakı kafedə fərdi olaraq ticarətlə məşğul olur. 2022-ci ilin sentyabr ayının əvvəllərində, təxminən ayın 13-15-i arası, yəni məktəblər açılmamış əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi qadın onlara yaxınlaşıb müxtəlif məişət əşyalarını satdığını bildirmişdir. O və birlikdə işlədiyi Şahid2 həmin qabları almaqdan imtina etmişlər. Zülfiyyə maddi çətinlikləri olduğundan övladını məktəbə yola salmaq üçün zəruri məktəb ləvazimatları ala bilmədiyini, məcbur olub özünə məxsus cehizlik qabları dəyərindən ucuz qiymətə satmaq qərarına gəldiyini bildirmişdir. Bu sözlərdən sonra o və Mahirə həmin əşyalardan bir qismini almaq qərarına gəlmişlər. O, 25 ədəd boşqab, 1 ədəd ətçəkən maşın, 1 ədəd mikser və 1 ədəd də saxsı piti qabını ümumilikdə 40 manata almışdır. Mahirə isə Zülfiyyənin satdığı 2 ədəd yorğanı 30 manata almağa razılaşmışdır. Zülfiyyədən aldığı qabları kafedə qoymuşdur. 01 oktyabr 2022-ci il tarixdə onu Nizami RPİ-nin 24-cü polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən Zülfiyyənin ona satdığı 25 ədəd boşqab, 1 ədəd ətçəkən maşın, 1 ədəd mikser və bir ədəd də saxsı piti qabını oğurluq yolu ilə əldə etdiyini öyrənmişdir. Araşdırma zamanı həmin əşyaların işlədiyi kafedə olduğunu bildirmiş və könüllü olaraq onları polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin təhqiqatçısı Şahid6 ifadəsində göstərmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs1 əmlakının gizli olaraq talanması faktı ilə əlaqədar Nizami RPİ-nin 24-cü PŞ-nə müraciəti əsasında əməliyyat müvəkkili Şahid7 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. 01 oktyabr 2022-ci il tarixdə saat 17:55-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 92A ünvanının qarşısında Şahid7 tərəfindən saxlanılmış və 24-cü PŞ-nə gətirilmişdir. Saxlanılan Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilən zaman Nizami rayonu ərazisində oğurluq cinayəti törətdiyini etiraf etmiş, habelə narkotik aludəçisi olduğunu, oğurluq əməlini narkotik vasitələr almaq üçün törətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra 24-cü polis şöbəsinin inzibati binasındakı xidməti otaqda videoçəkilişdən istifadə olunmaqla onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Onun tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 01 oktyabr 2022-ci il tarixdə Yasamal rayonu ərazisində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pul müqabilində əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sellofan bükümün içərisinə baxış keçirildikdə bükümün içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Aşkar olunmuş 1 ədəd bükümdəki narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid7 ifadəsində göstərmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs1 əmlakının gizli olaraq talanması faktı ilə əlaqədar Nizami RPİ-nin 24-cü polis şöbəsinə müraciəti əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlinin Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. 01 oktyabr 2022-ci il tarixdə saat 17:55-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 92A ünvanının qarşısında tərəfindən saxlanılmışdır. Saxlanılan Təqsirləndirilən şəxs polis şöbəsinə aparan zaman o, Nizami rayonu ərazisində oğurluq cinayəti törətdiyini etiraf edərək narkotik aludəçisi olduğunu, oğurluq əməlini narkotik vasitələr almaq üçün törətdiyini bildirmişdir. Polis şöbəsinin inzibati binasındakı xidməti otaqda videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 01 oktyabr 2022-ci il tarixdə Yasamal rayonu ərazisində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pul müqabilində əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sellofan bükümün içərisinə baxış keçirildikdə bükümün içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Həmin narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Qeyd olunan proseslər 24-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Fərid Mustafayev tərəfindən aparılan videoçəkilişlə qeydə alınmışdır. Tərəflərindən həyata keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs özünü səmimi apararaq əməllərini etiraf etmiş, həmin şəxsə qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili X6 həmin şahidlərlə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid10 ifadəsində göstərmişdir ki, 20 oktyabr 2022-ci il tarixdə Nizami RPİ-nin 25-ci polis şöbəsinə Nizami rayonu ərazisində təxminən 28 yaşlarında, orta boylu, arıq bədən quruluşlu, “Zülfiyyə” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra “Zülfiyyə” adlı şəxsin olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Rəhbərlik tərəfindən verilmiş əmrə əsasən əməliyyat qrupu yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. 20 oktyabr 2022-ci il tarixdə “Zülfiyyə” adlı şəxsin olması ehtimal edilən ünvan 5 ünvanının yaxınlığına yollanmışdır. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. Saat 10:30 radələrində qeyd olunan ünvanın qarşısında özünü şübhəli aparan, xarici görünüşcə “Zülfiyyə” adlı şəxsə oxşar bir şəxsin piyada gəldiyi müəyyən edilmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və hava şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 25-ci polis şöbəsinə aparılmışdır. Polis şöbəsinin inzibati binasının xidməti otaqlarının birində videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bundan əvvəl o, bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu, adını və anket məlumatlarını bilmədiyi şəxsin bank kartının hesabına 19 oktyabr 2022-ci il tarixdə internet vasitəsilə 10 manat ödəniş etdikdən sonra həmin şəxsin ona yerini bildirdiyi Nizami rayonu, “8-ci km” adalan ərazidə yerləşən parkdakı ağacın altından götürdüyünü və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sellofan bükümün içərisinə baxış keçirildikdə bükümün içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Aşkar olunmuş 1 ədəd bükümdəki narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bakı şəhəri Nizami RPİ-nin PPXB-nün polis nəfəri Şahid11 tərəfindən onun üzərində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Qeyd olunan proseslər 25-ci PŞ-nin CA üzrə kiçik inspektoru Şahid9 tərəfindən aparılan vidoçəkilişlə qeydə alınmışdır. Tərəflərindən həyata keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs özünü səmimi apararaq əməlini etiraf etmiş, həmin şəxsə qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid9 və Bakı şəhəri Nizami RPİ-nin PPXB-nün polis nəfəri Şahid11, Şahid10 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid4 və Şahid5 məhkəmə iclasında iştiraklarının təmin edilməsi mümkün olmadığından onların həmin dövrdə verdikləri ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid1 sözügedən ifadəsində göstərmişdir ki, qardaşı Fəda Nizami rayonu ərazisində yerləşən “8-ci km bazarı”nda fərdi olaraq ticarətlə məşğul olur. O da arabir Fədanın yanına gedib-gəlmişdir. 2022-ci ilin sentyabr ayının təxminən 13-də qardaşı Fəda rayonda olan hüzr mərasiminə getdiyindən o, müvəqqəti olaraq Fədanı əvəz etmişdir. Həmin gün mağazada qonşuluqda işləyən Adilə adlı qadınla mağazanın qarşısında dayandıqları zaman əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi qadın onlara yaxınlışıb müxtəlif məişət əşyalarını, yəni 2 ədəd böyük ölçülü meyvə qabı və 1 ədəd nisbətən kiçik ölçülü meyvə qabını satdığını bildirmişdir. O və Adilə həmin qabları almaqdan imtina etmişlər. Bir qədər keçmiş Zülfiyyə yenidən onlara yaxınlaşıb evində balalarının ac olduğunu, çörək pulu olmadığını, təklif etdiyi əşyaların özünə məxsus olduğunu, balalarına çörək almaq məcburiyyətindən həmin qabları dəyərindən ucuz qiymətə satdığını demişdir. Bu sözlərdən sonra Adilə Zülfiyyənin satdığı 2 ədəd böyük ölçülü meyvə qabını almağa razılaşmışdır. Bundan sonra Zülfiyyə digər 1 ədəd kiçik ölçülü meyvə qabını ona təklif etmişdir. O da Zülfiyyəyə yazığı gəldiyindən həmin qabı 3 manata almağa razılaşmışdır. Qabı alıb mağazaya qoymuşdur. Bir neçə gün sonra Zülfiyyədən aldığı qabı götürüb evə aparmışdır. 02 oktyabr 2022-ci il tarixdə onu Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsində olarkən Zülfiyyənin ona satdığı 1 ədəd meyvə qabını cinayət yolu ilə əldə etdiyini öyrənmişdir. Araşdırma zamanı həmin qabın onda olduğunu bildirmiş və könüllü olaraq gətirib polis əməkdaşlarına təhvil vermişdir. Şahid2 sözügedən ifadəsində göstərmişdir ki, Nizami rayonu ərazisində yerləşən “8-ci km bazarı”ndakı kafedə fərdi olaraq ticarətlə məşğul olur. 2022-ci ilin sentyabr ayının əvvəllərində, təxminən 13-15-i arası, yəni məktəblər açılmamış əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi qadın onlara yaxınlışıb müxtəlif məişət əşyalarını satdığını bildirmişdir. O və birlikdə işlədiyi X5 həmin qabları almaqdan imtina etmişlər. Zülfiyyə maddi çətinlikləri olduğundan övladını məktəbə yola salmaq üçün zəruri məktəb ləvazimatları ala bilmədiyini, məcbur olub özünə məxsus cehizlik qabları dəyərindən ucuz qiymətə satmaq qərarına gəldiyini bildirmişdir. Bu sözlərdən sonra o və Baxtilə həmin əşyalardan bir qismini almaq qərarına gəlmişlər. Baxtilə 25 ədəd boşqab, 1 ədəd ətçəkən maşın, 1 ədəd mikser və bir ədəd də saxsı piti qabını ümumilikdə 40 manata almışdır. O isə Zülfiyyənin satdığı 2 ədəd yorğanı 30 manata almağa razılaşmışdır. Zülfiyyədən aldığı yorğanları kirayə yaşadığı evə aparmışdır. 01 oktyabr 2022-ci il tarixdə onu Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsində olarkən Zülfiyyənin ona satmış olduğu 2 ədəd yorğanları cinayət yolu ilə əldə etdiyini öyrənmişdir. Araşdırma zamanı həmin yorğanların kirayə yaşadığı evdə olduğunu bildirmiş və könüllü olaraq gətirib polis əməkdaşlarına təhvil vermişdir. Şahid4 oğlu sözügedən ifadəsində göstərmişdir ki, 1996-cı ildən Nizami rayonu ərazisində yerləşən “8-ci km bazarı”ndakı köşkdə pendir satışı ilə məşğul olur. 2022-ci ilin sentyabr ayının əvvəllərində, təxminən 13-15-i arası, yəni məktəblər açılmamış əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi qadın bazara, onun işlədiyi köşkün yaxınlığına gəlib müxtəlif məişət əşyalarını satdığını bildirmişdir. O, həmin məişət əşyalarına ehtiyacı olmadığını bildirmiş və həmin qabları almaqdan imtina etmişdir. Zülfiyyə maddi çətinlikləri olduğundan övladını məktəbə yola salmaq üçün zəruri məktəb ləvazimatları ala bilmədiyini, məcbur olub özünə məxsus cehizlik qabları dəyərindən ucuz qiymətə satmaq qərarına gəldiyini bildirmişdir. Bu sözlərdən sonra o, Zülfiyyəyə inanıb 5 manat pul verərək iki ədəd dəmir meyvə qablarını almışdır. Zülfiyyədən aldığı qabları kirayə yaşadığı evə aparmışdır. 01 oktyabr 2022-ci il tarixdə onu Nizami RPİ-nin 24-cü PŞnə dəvət etmişlər. Polis şöbəsində olarkən Zülfiyyənin ona satmış olduğu 2 ədəd dəmir meyvə qabını cinayət yolu ilə əldə etdiyini öyrənmişdir. Araşdırma zamanı həmin əşyaların kirayə yaşadığı evdə olduğunu bildirmiş və könüllü olaraq gətirib polis əməkdaşlarına təhvil vermişdir. Şahid5 sözügedən ifadəsində göstərmişdir ki, Nizami rayonu ərazisində yerləşən “8-ci km bazarı”nda fərdi olaraq ticarətlə məşğul olur. 2022-ci ilin sentyabr ayının əvvəllərində, yəni məktəblər açılmamış əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi qadın ona yaxınlışıb öz cehizliyi olan müxtəlif məişət əşyalarını səhhəti ilə əlaqədar pula ehtiyacı oduğundan satdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs 30 manat pul verərək 13 ədəd üzərində bəzək naxışları olan şüşə stəkanlar, ümumilikdə 39 ədəd böyük və kiçik həcmli üzərində bəzək naxışları olan şüşə boşqablar və yemək qabları, 01 ədəd üzərində bəzək naxışları olan şüşə çaydan, 01 ədəd üzərində bəzək naxışları olan şəkər tozu qabı, 01 ədəd şüşədən hazırlanmış üzərində bəzək naxışları olan duz qabı, 05 ədəd üzəri bəzəkli kiçik həcmli şüşə qaşıq, 01 ədəd böyük həcmli üzəri bəzəkli şüşə qaşıq, 02 ədəd böyük həcmli dəmir qaşıq və 03 ədəd mətbəxdə istifadə edilən dəmir taxta qulplu alətləri almışdır. Zülfiyyədən aldığı əşyaları yaşadığı evə aparmışdır. 01 oktyabr 2022-ci il tarixdə onu Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsində olarkən Zülfiyyənin ona satmış olduğu əşyaları cinayət yolu ilə əldə etdiyini öyrənmişdir. Araşdırma zamanı həmin əşyaların kirayə yaşadığı evdə olduğunu bildirmiş və könüllü olaraq gətirib polis əməkdaşlarına təhvil vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 21 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) - 20 oktyabr 2022-ci il və 19 dekabr 2022-ci il tarixli protokollardan görünür ki, 20 oktyabr 2022-ci il tarixdə saat 10:30 radələrində Nizami RPİ-nin 25-ci PŞ-nin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ünvan 5 ünvanının qarşısında saxlanılaraq PŞ-nə gətirilmişdir. Həmin tarixli qərara əsasən 25-ci PŞ-nin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Bundan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə içərisində qəhvəyi rəngdə spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddəni təqdim edərək həmin maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni onlayn olaraq 19 oktyabr 2022-ci il tarixdə tanımadığı şəxsdən Nizami rayonu, “8-ci km”-də yerləşən parkdan 10 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş bir ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videoçəkilişin köçürüldüyü diskə 19 dekabr 2022-ci il tarixdə hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı yuxarıda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (İ cild i.v. 33-34, İİ cild i.v. 52) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 21 oktyabr 2022-ci il tarixli 6/6103 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəyə bənzər maddə” sözləri, soyad və imzalar qeyd edilmiş 01 ədəd kağız zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,962 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,962 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,912 qram qalıq qalmışdır. (İ cild i.v. 41-44) - 02 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 87) - 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqı aparılan ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, işdə ********* nömrəsi saxlanılmışdır. (İ cild i.v. 83-84) - 01 oktyabr 2022-ci il və 19 dekyabr 2022-ci il tarixli protokollardan görünür ki, 01 oktyabr 2022-ci il tarixdə saat 18:10 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 92A ünvanının qarşısında saxlanılaraq PŞ-nə gətirilmişdir. Həmin tarixli qərara əsasən 24-cü PŞ-nin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Bundan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddəni təqdim edərək həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin maddəni 01 oktyabr 2022-ci il tarixdə Yasamal rayonu ərazisində 20 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş bir ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videoçəkilişin köçürüldüyü diskə 19 dekabr 2022-ci il tarixdə hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı yuxarıda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (İ cild i.v. 112-113, İİ cild i.v. 51) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 02 oktyabr 2022-ci il tarixli 6/5665 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 1,596 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 1,596 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 1,546 qram qalıq qalmışdır. (İ cild i.v. 120-123) - 03 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 şikayət ərizəsi əsasında toplanmış material ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İ cild i.v. 135) - 30 sentyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 140-144) - 01 oktyabr 2022-ci il tarixli protokollardan və fotocədvəldən görünür ki, Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd şüşədən hazırlanmış meyvə qabı Şahid1, 13 ədəd üzərində bəzək naxışları olan şüşə stəkanlar, 39 ədəd böyük və kiçik həcmli üzərində bəzək naxışları olan şüşə boşqablar və yemək qabları, 01 ədəd üzərində bəzək naxışları olan şüşə çaydan, 01 ədəd üzərində bəzək naxışları olan şəkər tozu qabı, 01 ədəd şüşədən hazırlanmış üzərində bəzək naxışları olan duz qabı, 05 ədəd üzəri bəzəkli kiçik həcmli şüşə qaşıq, 01 ədəd böyük həcmli üzəri bəzəkli şüşə qaşıq, 02 ədəd böyük həcmli dəmir qaşıq və 03 ədəd mətbəxdə istifadə edilən dəmir taxta qulplu alətlər Şahid5, 02 ədəd metaldan hazırlanmış meyvə qabı Şahid4, 25 ədəd boşqab, 01 ədəd mikser, 01 ədəd ətçəkən maşın, 01 ədəd saxsı qab X2, 02 ədəd yorğan Şahid2 götürülmüşdür. (İ cild i.v. 149-150, 153-155, 158-159, 162-164, 167-168) - 04 oktyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Muradova X4 Coşqun Mudafət oğlunun saxlanc yeri kimi istifadə etdiyi zirzəmidən oğurluğu hansı qaydada həyata keçirdiyini yerində əyani olaraq göstərmiş və ifadəsində qeyd edilənləri bir daha izah etmişdir. (İ cild i.v. 223-226) - 26 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 şikayət ərizəsi əsasında toplanmış material ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İİ cild i.v. 14) - 24 sentyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İİ cild i.v. 24-25) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəəşünaslıq ekspertizasının 01 noyabr 2022-ci il tarixli 9/7188 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd şüşə meyvə qabı 20 manat, 1 ədəd gümüşü rəngli “Nikai” markalı, “NH777B” model blendr 15 manat, 6 ədəd üzərində “Pardis Porcelain” yazıları olan, kənarları naxışlı boşqablar biri 2,50 manat olmaqla ümumilikdə 15 manat, 6 ədəd üzərində markalanma yazıları olmayan, ağ rəngli dərin boşqablar biri 4 manat olmaqla ümumilikdə 24 manat, 13 ədəd üzərində “Dostum” yazıları olan, kənar hissəsində naxış olan, kvadrat formalı, müxtəlif ölçülü ağ rəngli boşqab dəsti 40 manat, üzərində “İnci Porcelain” yazıları olan, kənarları naxışlı, müxtəlif ölçüdə, ağ rəngli 62 ədəd çay-yemək dəsti 150 manat, 2 ədəd üzərində markalanma yazıları olmayan, gümüşü rəngli qabların üzərində istismar xarakterli qüsurların (cızıqlar, erroziya izləri və s.) olması nəzərə alınmaqla biri 25 manat olmaqla ümumilikdə 50 manat, 1 ədəd hündürlüyü 17 sm, ağız hissəsinin diametri 16,5 sm olan saxsı qab 10 manat, 1 ədəd “Wolf” markalı, “WF-463” modelli qozçəkən aparat 15 manat, 1 ədəd böyük ölçülü xörək qaşığı 5 manat, 1 ədəd böyük ölçülü kəfkir 15 manat, 1 ədəd kiçik ölçülü kəfkir 5 manat, 1 ədəd kartof əzən 2 manat, 2 ədəd taxta qulplu qabıq soymaq üçün istifadə edilən bıçaq 2 manat, 1 ədəd 1,65x2, 10 sm ölçüdə sarı rəngli yorğan 30 manat, 1 ədəd 1,60x2, 05 sm ölçüdə sarı rəngli yorğan 25 manat olmaqla ümumilikdə 16 adda malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 423.00 manat müəyyən olunur. (İİ cild i.v. 45-48) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 23 avqust 2022-ci il tarixli 4683 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild i.v. 53-54) - 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan yenidən ittiham elan olunmuş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin aparılması rədd edilmiş, Zərərçəkmiş şəxs1 məxsus əşyaların oğurlanması epizodu üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin aparılması rədd edilmiş, Şahid1, Şahid2, X5, Şahid4 və Şahid5 barələrində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,596 qram olan heroin maddi sübut kimi tanınmış, tədqiqata 0,05 qram sərf edildikdən sonra 1,546 qram heroinin qalığı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,962 qram olan heroin maddi sübut kimi tanınmış, tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,912 qram heroinin qalığı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs ünvan 15 ünvanının zirzəmisindən oğuradığı 1 ədəd şüşə meyvə qabı, 1 ədəd gümüşü rəngli “Nikai” markalı, “NH7775” model blendr, 6 ədəd üzərində “Pardis Porcelain” yazıları olan, kənarları naxışlı boşqablar, 6 ədəd üzərində markalanma yazıları olmayan, ağ rəngli dərin boşqab dəsti, 13 ədəd üzərində “Dostum” yazıları olan, kənar hissəsində naxış olan, kvadrat formalı, müxtəlif ölçülü ağ rəngli boşqab dəsti, üzərində “İnci Porcelain” yazıları olan, kənarları naxışlı, müxtəlif ölçüdə, ağ rəngli 62 ədəd çay-yemək dəsti, 2 ədəd üzərində markalanma yazıları olmayan, gümüşü rəngli qablar, 1 ədəd hündürlüyü 17 sm, ağız hissəsinin diametri 16,5 sm olan saxsı qab, 1 ədəd “Wolf” markalı, “WF-463” modelli qozçəkən aparat, 1 ədəd böyük ölçülü xörək qaşığı, 1 ədəd böyük ölçülü kəfkir, 1 ədəd kiçik ölçülü kəfkir, 1 ədəd kartof əzən, 2 ədəd taxta qulplu qabıq soymaq üçün istifadə edilən bıçaq, 1 ədəd 1,65x2, 10 sm ölçüdə və 1 ədəd 1,60x2, 05 sm ölçüdə sarı rəngli yorğanlar maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onların təyinatı məsələsi həll edilənədək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmiş, 01 oktyabr 2022-ci il və 20 oktyabr 2022-ci il tarixlərdə Nizami RPİ-nin 24cü PŞ-nin və 25-ci PŞ-nin inzibati binalarında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişlərin görüntüləri əks olunmuş 2 ədəd DVD disk sübut növü kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs əldə etdiyi şəxslərin şəxsiyyətinin və narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi məqsədilə ********* nömrəli cinayət işinin materiallarından ayrıca material ayrılmış və araşdırma aparılması üçün Nizami RPİ-nin 25-ci PŞ-nə göndərilməsi məqsədilə Nizami rayon prokurorluğuna təqdim olunmuşdur. (İİ cild i.v. 69-88) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrar; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 20 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 21) - 22 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. (İ cild i.v. 79-80) - 01 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 101) - 03 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatətinin və onunla bağlı prokurorun təqdimatının təmin olunmasından imtina edilmiş və o, məhkəmə iclas zalında dərhal azad olunmuşdur. (İ cild i.v. 191-196) - 03 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ cild i.v. 197-198) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 dekabr 2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 fevral 2023cü il tarixli 1(007)-18/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (İİ cild i.v. 55-56) -Göstərişin surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki 02 fevral 2023-cü il tarixli 1(007)-18/2023 nömrəli hökmü qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. -“Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2014-cü il təvəllüdlü X9 adlı uşağı vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını və iş üzrə bir zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təkrarən törətməsini həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən onun cəzanı ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən qeyd edilən cəzalar qismən toplanılmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş və hazırkı işlə bağlı istintaq təcridxanasında saxlanıldığından çəkilməmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəzanı hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı sonuncu dəfə 20 oktyabr 2022-ci il tarixdə tutulduğu vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, bir zərərçəkmiş şəxs ona dəymiş ziyan ödənilməsə də təqsirləndirilən şəxsə qarşı şikayəti olmamış, dəymiş ziyan ödənilməmiş və şikayətçi olan digər zərərçəkmiş şəxs tərəfindən isə məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdiyi halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra narkotik vasitələrin qalıq hissəsi məhv olunmalı, 02 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, aşkar olunmuş müvafiq əşyaların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 28 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 1(007)-18/2023 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş və çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəzanı hazırki hökmlə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 01 oktyabr 2022-ci il tarixdən 03 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 20 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatlarından sonra qalıq çəkiləri 0,912 qram və 1,546 qram olan narkotik vasitə heroinlər məhv edilsin, 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, aşkar olunmuş müvafiq əşyaların məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan cəmi 223 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 28 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi 168 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdiyi halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar