Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-156/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, zərərçəkmiş hüquqi şəxs - Zərərçəkmiş şəxs3 2 saylı X1 nümayəndəsi Nümayəndə1, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı - “xxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi Nümayəndə2, təqsirləndirilən şəxs, mülki cavabdeh - Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1984-cü il tarixdə Balakən rayonunun Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Balakən rayonunun Mahamalar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 37, mənzil 54-də yaşayan, xx xxxxxx 2019-cu il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx xxxxxxx 2019-cu il tarixdə saat 05:20 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, “xxxxxxxxxxxxxxxxxx” məhdud məsuliyyətli cəmiyyətinə (MMC) məxsus “London Taxı TX4” minik markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev prospekti ilə “Madonna” dairəsi istiqamətindən “Ay İşığı” dairəsi istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə riayət etməyərək idarə etdiyi “London Taxı TX4” minik markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobili sürücü Şahid tərəfindən yolun kənarında saxlanılmış “SOCAR” şirkətinə məxsus, “UAZ 39094 Yük Sərnişin” markalı ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə vurmuş, nəticədə ehtiyatsızlıqdan özünün idarə etdiyi avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 sağ əlin İİ daraq sümüyünün əsasının yerdəyişmiş ikili qapalı sınığı, burun sümüyünün sınığı, alnın dərialtı hematoması və sıyrığı, sağ diz oynağının sıyrığı, sol baldırın əzilmişsıyrılmış yarası, sağ budun qançırı ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, həmçinin hadisə vaxtı “UAZ 39094 Yük Sərnişin” markalı ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə “SOCAR” şirkətinə ümumilikdə 3000 manat, “London Taxı TX4” minik markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə “xxxxxxxxxxxxxxxxxx” MMC-yə ümumilikdə 6986 manat dəyərində maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxxxxxxxxxx” MMC Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək, təqsirləndirilən şəxsdən 6986 manat məbləğində pulun MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, “xxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus ** TH *** dövlət qeydiyyat nişanlı “London Taxi” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx xxxxxxx 2019-cu il tarixdə saat 5 radələrində əvvəllər tanımadığı, adının Zərərçəkmiş şəxs1 olduğunu sonradan öyrəndiyi müştərini “Koroğlu” metrostansiyasının qarşısından maşına mindirib “Nargilə” dairəsi kimi tanıdığı ünvana aparmaq istəmişdir. Zərərçəkmiş şəxs1 avtomobilin salonunda əyləşmişdir. “Koroğlu” körpüsünü keçib “Madonna” dairəsi istiqamətindən M.Əliyev küçəsi ilə “Ay İşığı” dairəsi istiqamətində hərəkət etməyə başlamışdır. Təxminən 150 metr məsafə getmişdir. Avtomobili təxminən 50-60 km/saat sürətlə hərəkət etdirən vaxt sükan əlindən qaçmış, o, sükanı düzəltməyə çalışsa da bacara bilməmiş və idarəetməni itirərək yolun sağ tərəfində dayanmış ** JJ *** dövlət qeydiyyat nişanlı “UAZ” markalı avtomobilə çırpılmışdır. Hadisə nəticəsində avtomobildə olan müştəri Zərərçəkmiş şəxs1 xəsarət almışdır. O, dərhal maşından düşmüş, Bakirə yaxınlaşmış və tərpənməməsini, təcili tibbi yardımın gəlməsini gözləməsini demişdir. Bundan sonra təcili tibbi yardıma zəng etmiş, təcili tibbi yardım işçiləri gələndə onlarla birlikdə Bakiri maşına əyləşdirib 3 saylı ŞKX-na yola salmışdır. Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəmiş, həmin zərərçəkmiş şəxs onunla barışmışdır, ona qarşı heç bir tələbi, şikayəti və iddiası yoxdur. Zərərçəkmiş şəxs SOCAR tərəfindən də ona qarşı şikyaət və tələb olmamış, ziyanın sığorta şirkəti tərəfindən ödəniləcəyi bildirilmişdir. Zərərçəkmiş şəxs “xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş mülki iddianı isə qismən qəbul edir, MMC-yə maddi zərər dəydiyini etiraf edir, lakin hesab edir ki, bu maddi zərər düzgün hesablanmamışdır, tələb olunan məbləğ şişirdilmişdir. Mülki iddianın rədd olunmasını, Zərərçəkmiş şəxs1lə barışmasını nəzərə alaraq, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə səhər saat 5 radələrində telefonla taksi sifariş vermiş və sifarişi ilə “Koroğlu” metrostansiyasının qarşısına gəlmiş “xxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus ** TH *** dövlət qeydiyyat nişanlı “London Taxi” markalı avtomobilə arxa sağ tərəfdən əyləşmiş və sürücüdən onu Xətai rayonu ərazisində yerləşən “Nargilə” dairəsi istiqamətində aparmasını xahiş etmişdir. Avtomobil hərəkətə başlamış və “Koroğlu” metrostansiyasının yaxınlığındakı körpünü enib “Madonna” dairəsinə daxil olmuş, dairədən çıxıb M.Əliyev küçəsi ilə “Ay İşığı” dairəsi istiqamətində hərəkət etməyə başlamışdır. Təxminən 150 metr məsafə getdikdən sonra ona məlum olmayan səbəbdən sürücü, sonradan adını bildiyi Təqsirləndirilən şəxs avtomobilin idarə etməsini itirmiş və əyləcə basmadan, gəldiyi sürətlə yolun sağ tərəf kənarında dayanmış ** JJ *** dövlət qeydiyyat nişanlı “UAZ” markalı avtomobilə arxadan çırpılmışdır. Hadisə nəticəsində o, ayağından, burnundan və əlindən xəsarət almışdır. Təqsirləndirilən şəxs dərhal avtomobildən düşmüş və telefonla zəng vurub təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardım briqadası gəlmiş, sürücünün köməkliyi ilə onu təcili tibbi yardım avtomobilinə mindirib 3 saylı ŞKX-na aparmışlar. Sonradan Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəmişdir, ona görə onunla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 2 saylı X1 nümayəndəsi Nümayəndə1 göstərmişdir ki, ** JJ *** dövlət nömrə nişanlı “UAZ 39094 Yük Sərnişin” markalı avtomobil 2 saylı X1 balansında Heydər Əliyev adına Neft Emalı zavodunda xidmət göstərən avtomobildir. Həmin avtomobil sürücü Şahid təhkim olunmuşdur. xx xxxxxxx 2019-cu il tarixdə saat 05:20 radələrində həmin avtomobil Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yolun kənarında dayanmış vəziyyətdə olduğu vaxt ** TH *** dövlət nömrə nişanlı “London Taxı TX4 Minik” markalı avtomobil departamentə məxsus avtomobilə çırpılmış, nəticədə departamentin balansında olan ** JJ *** dövlət nömrə nişanlı “UAZ 39094 Yük Sərnişin” markalı avtomobilə 3000 manat maddi ziyan dəymişdir. Həmin ziyan müvafiq sığorta şirkəti tərəfindən ödəniləcəkdir, Təqsirləndirilən şəxs qarşı iddiaları və tələbləri yoxdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı “xxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi Nümayəndə2 göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə “xxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus ** TH *** dövlət qeydiyyat nişanlı “London Taxi” markalı avtomobili idarə edən sürücü Təqsirləndirilən şəxs həmin gün saat 5 radələrində Nizami rayonu, M.Əliyev küçəsində idarəetməni itirib, yolun sağ tərəfində dayanmış ** JJ *** dövlət qeydiyyat nişanlı “UAZ 39094” markalı avtomobilə arxadan çırpılaraq yolnəqliyyat hadisəsi törətmişdir. Baş vermiş hadisə nəticəsində avtomobildə olan sərnişin xəsarət almış və hər iki avtomobil əzilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “xxxxxxxxxxxxxxxxxx” MMC-yə ümumilikdə 6986 manat maddi ziyan dəymişdir. Həmin ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş, buna görə ona qarşı mülki iddia qaldırmışlar. “xxxxxxxxxxxx” MMC şirkəti tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli təmir aktı ilə müəyyən edilmiş məbləğin əsas götürülərək mülki iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, 2019-cu ilin avqust ayından “SOCAR”ın 2 saylı X2 Nəqliyyat Departamentində sürücü vəzifəsində işləyir. Ona idarə etmək üçün ** JJ *** dövlət qeydiyyat nişanlı “UAZ 39094” markalı avtomobil təhkim olunmuşdur. xx xxxxxxx 2019-cu il tarixdə saat 19 radələrində işini qurtarmış və avtomobildə gecə vaxtı yaranmış nasazlıq ucbatından avtomobili M.Əliyev küçəsində, “SOCAR”a məxsus zavodun qarşısından keçən küçədə yolun tam kənarına çəkib saxlayaraq evinə getmişdir ki, səhər açılanda gəlib nasazlığı aradan qaldırıb maşını aparar. Saat 08 radələrində idarədən ona zəng edib bildirmişlər ki, ** JJ *** dövlət qeydiyyat nişanlı “UAZ 39094” markalı avtomobili vurmuşlar. Araşdırma zamanı məlum olmuşdur ki, ** TH *** dövlət qeydiyyat nişanlı “London Taxi” markalı avtomobili idarə edən sürücü Təqsirləndirilən şəxs idarəetməni itirərək həmin hadisəni törətmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -“Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair xx xxxxxxx 2020-ci il tarixli 2/6400 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə keçirilən müayinəsi zamanı ayıq olduğu müəyyən edilmişdir. (i.v. 18) - AC seriyalı, 483077 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “London Taxı TX4” minik markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsusdur. (i.v. 21) -**********8 nömrəli yol vərəqəsindən görünür ki, “xxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus “London Taxı TX4” minik markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək Təqsirləndirilən şəxs sərəncamına verilmişdir. (i.v. 22) - AC seriyalı, 452811 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “UAZ 39094 Yük Sərnişin” markalı ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət X6 İdarəsinə məxsusdur. (i.v. 34) -071268 nömrəli yol vərəqəsindən görünür ki, Azərbaycan Respublikası Dövlət X6 İdarəsinə məxsus “UAZ 39094 Yük Sərnişin” markalı ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxxx 2019-cu il tarixdə saat 09:00-dan saat 18:00-dək Şahid sərəncamına verilmişdir. (i.v. 35) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 Nizami rayon şöbəsinin xx xxxxxx 2019-cu il tarixli 1016 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ əlin İİ daraq sümüyünün əsasının yerdəyişmiş ikili qapalı sınığı, burun sümüyünün sınığı, alnın dərialtı hematoması və sıyrığı, sağ diz oynağının sıyrığı, sol baldırın əzilmiş-sıyrılmış yarası, sağ budun qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür, dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddirlər. (i.v. 38-39) -“X8” şirkəti tərəfindən tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli aktın surətindən görünür ki, “UAZ 39094 Yük Sərnişin” markalı ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3000 manat məbləğində müəyyən olunmuşdur. (i.v. 42) -“xxxxxxxxxxxx” MMC şirkəti tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli təmir aktının surətindən görünür ki, “London Taxı TX4 minik” markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6986 manat müəyyən olunmuşdur. (i.v. 46) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 30961 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, “London Taxı TX4” markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “UAZ 39094” markalı ** JJ *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şahid hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. (i.v. 50-53) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 54) -Baş Dövlət X7 Qeydiyyat-İmtahan İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 016-3434- 1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır, o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. (i.v. 86) -Zərərçəkmiş hüquqi şəxs - Zərərçəkmiş şəxs3 2 saylı X1 xx xxxxxxx 2020-ci il tarixli SQ-01-06/195 nömrəli məktubundan görünür ki, “UAZ 39094” markalı ** JJ *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan aidiyyəti sığorta şirkəti tərəfindən 3000 manat dəyərləndirilmişdir və bu məbləğin ayrılması nəzərdə tutulmuşdur. Yol-nəqliyyat hadisəsini törətmiş Təqsirləndirilən şəxs qarşı iddiaları və tələbləri yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs sağlamlığına az ağır zərər vurulmuş Zərərçəkmiş şəxs1 ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir, belə olan halda CM-nin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə uyğun olaraq onun cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yaranmışdır. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə qeyd edir ki, işə baxılarkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işinin icraatına xitam verilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş digər məsələləri həll edərək qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu maddi ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır, o cümlədən zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 2 saylı X3 də məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, avtomobilə dəymiş ziyanın sığorta şirkəti tərəfindən ayrılacağı, təqsirləndirilən şəxsə qarşı iddia və tələblərinin olmaması barədə rəsmi məktub vermişdir. Digər zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxxxxxxxxxx” MMC isə MMC-yə dəymiş 6986 manat məbləğində maddi zərərin tutulması ilə bağlı mülki iddia vermişdir. Məhkəmə qeyd edir ki, mülki iddiada tələb edilən 6986 manat məbləğində maddi zərərin əsasını “xxxxxxxxxxxx” MMC şirkəti tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli təmir aktı təşkil edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs, mülki iddiaçı Təqsirləndirilən şəxs mülki iddianı qismən qəbul edərək istinad edilən təmir aktını, ziyanın aktla müəyyən edilmiş məbləğini mübahisələndirmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli Qərarının 17-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu maddələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına fiziki, əmlaklarına isə maddi zərər vurulmuş bütün şəxslər zərər çəkmiş şəxs qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87-ci maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Həmin Qərarın 26-cı bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində zərər çəkmiş şəxsin müalicə olunmasına və tibb müəssisəsində saxlanılmasına, əmlakına vurulmuş zərərin aradan qaldırılmasına, ölmüş zərərçəkmişin dəfn olunmasına sərf olunmuş xərclərin məbləği iş üzrə toplanılmış sübutlar (ekspertiza rəyləri, tibbi sənədlər, aktlar, arayışlar və digər sənədlər) əsasında müəyyən olunmalıdır. Məhkəmə əvvəlcə bir məsələni qeyd etməyi zəruri hesab edir ki, avtomobili idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və CMnin 263-cü maddəsinin qeydində nəzərdə tutulduğu qaydada, sağlamlığına zərər vurulmuş zərərçəkmiş şəxs ona dəymiş ziyan tamamilə ödənildikdə və təqsirləndirilən şəxslə barışdıqda təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Zərərçəkmiş şəxsin əmlakının zədələnməsi və ya məhv edilməsi isə, Ali Məhkəmənin Plenumunun istinad edilən qərarına uyğun olaraq, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində əksini tapır və belə zərər dəymiş şəxs də zərərçəkmiş şəxs qismində tanınır. Lakin yol hərəkəti qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsə yalnız maddi zərər dəydikdə, bu, cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə səbəb olur, yəni təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi məhz zərərçəkmiş fiziki şəxsin sağlamlığına az ağır zərər vurulması ilə bağlı olmuşdur. Bu baxımdan, məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanın ödənilməməsi təqsirləndirilən şəxsin yuxarıda qeyd edilən qaydada və əsaslarla cinayət məsuliyyətindən azad edilməsinə və iş üzrə icraata xitam verilməsinə maneə olmamışdır. Verilmiş mülki iddiaya gəldikdə, baxmayaraq ki, verilmiş ittihamda da zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanın məbləği 6986 manat kimi qeyd olunmuşdur, ibtidai istintaq orqanı “xxxxxxxxxxxx” MMC şirkəti tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli təmir aktına istinad etmiş, lakin iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edərək belə ekspertiza keçirməmişdir. Məhkəmə baxışı zamanı isə təqsirləndirilən şəxs həmin təmir aktını mübahisələndirsə də, o və zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçının nümayəndəsi ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verməmişlər, məhkəmə isə irəli sürülən ittihamın mahiyyətinə təsir göstərmədiyinə, eləcə də, mülki iddianın mülki mühakimə icraatı qaydasında verilməsinin mümkünlüyü prinsipindən yanaşaraq və cinayət işinə baxılmasının uzanmaması üçün öz təşəbbüsü ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etməmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi zərərin məbləği mülki cavabdeh tərəfindən mübahisələndirildiyi, maddi zərərin məbləğini müəyyən edən mötəbər sübut hesab olunacaq ekspertiza rəyi olmadığı üçün mülki iddia üzrə mahiyyəti üzrə həll edilə bilməz, mülki iddia baxılmamış saxlanılmaqla, zərərçəkmiş hüquqi şəxsə təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaq zamanı və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 50 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Mülki iddiaçı “xxxxxxxxxxxxxxxxxx” MMC-nin mülki iddiası baxılmamış saxlanılsın və MMC-nin Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.W.İ.RT.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-156/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-156/2020
21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver