Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-156/2021 11.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Namiq oğlunun, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Şahməddin oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1985-ci ildə Füzuli rayonunun Horadiz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu ödənilmiş, Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 7,421 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlamış, 30 oktyabr 2020-ci il tarixdə saat 13:45 radələrində Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 5-ci PB-nün əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən ünvan 2 ünvanın qarşısında saxlanılıb ünvan 3mi RPİ-nin 24-cü PŞnə gətirilərək orada üzərində şəxsi axtarış aparılan zaman, əlindəki qara rəngli çantanın içərisindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,984 qram, 11 ədəd, ikisi qəzet kağızına, 9 ədədi isə ağ kağıza bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,416 qram, 0,316 qram, 0,240 qram, 0,256 qram, 0,295 qram, 0,403 qram, 0,273 qram, 0,332 qram, 0,261 qram, 0,322 qram, 0,323 qram ümumilikdə təmiz çəkisi 7,421 qram tərkiblərinə görə eyni olan bitki mənşəli kütlələr, tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 27 oktyabr 2020-ci il tarixdə axşam saat 20 radələrində yaşadığı evə gedən zaman “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yarım tikili binanın yaxınlığından keçən zaman iki nəfər şəxs görmüşdür. Həmin şəxslər əllərində qara sellofan yarım tikili binanın içərisinə daxil olmuşlar. Həmin şəxslər binadan çıxdıqda artıq həmin sellofan əllərində olmamışdır. Həmin şəxslər oradan uzaqlaşdıqdan sonra o, yarım tikiliyə daxil olmuş və həmin sellofanın kərpiçin altında olduğunu görüb götürmüşdür. Sellofanın içərisinə baxdıqda narkotik vasitə marixuana olduğunu görmüş və marixuananı özü istifadə etmək məqsədilə götürüb oradan uzaqlaşmışdır. O, sellofanın içərisindəki narkotik vasitəni bükümlərə ayırmamış, narkotik vasitə sellofanın içərisində hansı formada olmuşsa elə saxlamışdır. Həmin narkotik vasitədən bir neçə gün ərzində istifadə etmişdir. 30 oktyabr 2020-ci il tarixdə işə gedən zaman narkotik vasitədən istifadə etmək məqsədilə həmin vaxt narkotik vasitəni də özü ilə götürmüşdür. Yolda iki nəfər polis əməkdaşı yaxınlaşıb özlərini təqdim edərək onu 24-cü Polis Şöbəsinə dəvət etmişlər. Heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində xidməti otaqların birində üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərində qanunsuz əşya olub-olmaması barədə sual vermişlər. O, əlində olan qara rəngli əl çantasının içərisindən 9 ədəd ağ, 2 ədəd isə qəzet kağızına bükülmüş bükümləri və bir ədəd kibrit qutusunu çıxardıb təqdim etmiş, bükümlərin və kibrit qutusunun içərisindəkinin narkotik vasitə marixuana olduğunu bildirmişdir. O, heç vaxt narkotik vasitə satmamış və narkotik vasitə satmaq niyyəti olmamışdır. Məhkəmədən barəsində cəza təyin edilərkən QİÇS xəstəliyinin olmasının, ailə vəziyyətinin, himayəsində 3 azyaşlı uşağının olmasının, əgər o, həbs olunarsa anasına çox pis təsir edəcəyinin, uşaqlarına heç kimin baxmayacağının, ailəsinin məhv olacağının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin X5 X3 polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 30 oktyabr 2020-ci il tarixdə ünvan 5 ünvanın qarşısında polis nəfəri Şahid1 ilə xidmətdə olan zaman bir nəfər şəxsin onları görən zaman özünü şübhəli aparmasını görmüşlər. Dərhal həmin şəxsə yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədi tələb etmişlər. Lakin həmin şəxs verdikləri suallara cavab verməmiş və özünü şübhəli aparmışdır. Həmin şəxsin şəxsiyyətini müəyyən etmək üçün onu Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər, həmin şəxs etiraz etməmişdir. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyənləşdirilmişdir. Xidməti otaqların birində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılmışdır Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər-hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək könüllü olaraq özünə məxsus əl çantasından 11 ədəd büküm və bir ədəd kibrit qutusunu təqdim edərək içərisində narkotik vasitə olduğunu, narkotik vasitəni özünün istifadə etdiyini və həmin narkotik vasitəni “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yarım tikili binanın qarşısında yerdən tapdığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin X5 X3 polis nəfəri Şahid1 Şahid2 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - şəxsi axtarış və götürmə aparılması haqqında 30.10.2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis polkovnikleytenantı X1, Azərbaycan Respublikası DİN-nin X5 X3 polis nəfərləri Şahid2 oğlunun, Şahid1 və müdafiəçi Müdafiəçi iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin X5 Alayının 2-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən 30.10.2020-ci il tarixdə saat 13:45 radələrində Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 86 ünvanında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs barəsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif etmişlər. Təqsirləndirilən şəxs üzərində olan qara rəngli əl çantasından 1 ədəd qırmızı rəngli alışqan, 1 ədəd yaşıl rəngli kauçuk materialına bənzər baş darağı, “Samsung” markalı qara rəngli mobil telefon, 1 ədəd istifadə edilmiş “Winston” siqaret qutusu, 1 ədəd qara rəngli “Montblanc” markalı qol saatı, 55 manat pul, 11 ədəd, ikisi qəzet kağızına, digərləri ağ kağıza bükülmüş bükümlər və bir ədəd kibrit qutusu aşkar olunmuşdur. Həmin bükümlərə və kibrit qutusuna baxış zamanı yaşıl rəngli, ot şəkilli spesifik qoxuya malik, marixuanaya bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs təxminən 6 gün əvvəl həmin vasitələri iki nəfər tanımadığı şəxsin “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığındakı yarımçıq tikiliyə qoyduğunu gördüyünü, narkotik vasitə olduğunu bildiyi üçün özü istifadə etmək məqsədilə oradan götürdüyünü, bir hissəsini istifadə etdiyini, qalan hissəsini özündə saxladığını bildirmişdir. Protokol iştirakçılar tərəfindən imzalanmışdır. - şübhəli şəxsin tutulması barədə 30.10.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının 30.10.2020-ci il tarixli, 7/770 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət... Təqsirləndirilən şəxs” yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi – 3,984 qram, 11 (on bir) ədəd ikisi qəzet kağızına, doqquz ədədi ağ kağıza bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri - 0,416 qram, 0,316 qram, 0,240 qram, 0,256 qram, 0,295 qram, 0,403 qram, 0,273 qram, 0,332 qram, 0,261 qram, 0,322 qram, 0,323 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi 7,421 qramdır. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 31.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə İŞ-nin müstəntiqi C.Əsgərovun vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə 31.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının 07.12.2020-ci il tarixli, 7/829 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. - təqsirləndirilən şəxsə ittiham elan edilməsi barədə 31.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş və təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4-Narkoloji tibbi yoxlamanın 30.12.2020-ci il tarixli, 3575 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - sübutların qiymətləndirilməsi haqqında 15.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 11 ədəd kağız bükümlərdə və 1 ədəd kibrit qutusunda ekspertiza tədqiqatlarından sonra qalıq qalmış, ümumi təmiz çəkisi 6,941 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman çəkilmiş özündə videogörüntüləri əks etdirən bir ədəd “DVD” disk sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 16.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmiş və təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 12.10.2006-cı il təvəllüdlü Novruzlu Murad, 01.01.2008-ci il təvəllüdlü Novruzlu Kəmalə və 18.09.2019-cu il təvəllüdlü Novruzlu Məhəmmədəli adlı 3 uşağı vardır. - 1 saylı Xüsusi Təyinatlı MKTB-nin 12 saylı MKİS tərəfindən verilmiş 601 nömrəli, 16.06.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - 01 ədəd “DVD” diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əlində olan qara rəngli əl çantasından 11 ədəd büküm və 1 ədəd kibrit qutusunu çıxararaq təqdim etmiş, bükümlərdə və kibrit qutusunun içərisində marixuana olduğunu, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığındakı yarım tikili binadan götürdüyünü bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 5-ci PB-nün əməkdaşları tərəfindən 30 oktyabr 2020-ci il tarixdə saat 13:45 radələrində ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasına gətirilmiş və üzərində olan əl çantasının içərisində 1 ədəd kibrit qutusunda və 11 ədəd qəzet və kağız bükümdə qablaşdırılmış 7,421 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin çəkisi, yəni 7,421 qram olması, həmin narkotik vasitənin bölünərək 1 ədəd kibrit qutusunda və 11 ədəd qəzet və kağız bükümdə qablaşdırılması onun həmin narkotik vasitəni satış məqsədilə əldə edərək üzərində saxlamaqla daşımasını təsdiq edir. Təqsirləndirilən şəxs 1 ədəd kibrit qutusunda və 11 ədəd qəzet və kağız bükümdə olan 7,421 qram narkotik vasitəni satış məqsədilə deyil, işə gedən zaman istifadə etmək məqsədilə özü ilə aparmasına dair ifadəsində göstərdiyi xüsusat məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08.04.2021ci il tarixli tələbnamədən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1-131/2002 saylı, 06.06.2002-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 3 il sınaq müddəti müəyyən edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmasını, himayəsində 3 uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CMnin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 30.10.2020-ci il tarixdən 31.10.2020-ci il tarixədək 1 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 11.08.2021-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 6,941 qram narkotik vasitə- qurudulmuş marixuana məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 132,92 (bir yüz otuz iki manat, doxsan iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 30 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30.10.2020-ci il tarixdən 31.10.2020-ci il tarixədək 1 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 6,941 qram narkotik vasitə- qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 132,92 (bir yüz otuz iki manat, doxsan iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs istintaqda 30 saat, məhkəmədə 30 saat, cəmi 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 360 (üç yüz altmış) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-156/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-156/2021
11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver