Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-156/2022 24.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Nizami rayonu, M.Ağayev küçəsi, ev 38-də qeydiyyatda olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 1(007)-321/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.3cü maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökm üzrə cəzasından çəkməmiş, hazırkı işlə bağlı 25 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 noyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin əldə edərək üstündə saxlayaraq daşımışdır. Belə ki, o, 25 noyabr 2021-ci il tarixdə saat 15 radələrində tanışı Şahid1 qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, bir bükümdə 0,405 qram çəkidə psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 25 noyabr 2021-ci il tarixdə saat 19:40 radələrində ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən 23-cü PB-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan mavi rəngli cins şalvarının sağ cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş halda 0,405 qram çəkidə ağ rəngli kristallik formada maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs eyni zamanda Azərbaycan Respublikası CM-nin 29,234.1-ci maddəsi ilə verilmiş ittihama görə, o, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, psixotrop maddə olan metamfetamin əldə etməyə cəhd etmiş, yəni 25 noyabr 2021-ci il tarixdə əvvəllər tanıdığı istintaqa şəxsiyyəti “İbrahim” adı ilə məlum olan şəxs onun istifadəsində olan mobil telefona zəng edərək psixotrop maddə olan metamfetamin əldə etməsinə köməklik göstərməsini xahiş etdikdən sonra, qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmək məqsədilə sonuncu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında psixotrop maddələrin satışı ilə məşğul olan Şahid1 ilə telefonla danışıb psixotrop maddə almaq barədə razılaşdıqdan sonra Şahid1 məxsus **********651293 nömrəli plastik elektron kartın nömrəsini “İbrahim” adlı şəxsə pul köçürtmək üçün vermiş və sonuncu həmin karta 25 manat pul köçürməsini bildirdikdən sonra həmin tarixdə saat 18 radələrində Şahid1 bir bükümdə, 0,336 qram çəkidə psixotrop maddə olan metamfetamini onun tərəfindən götürülməsi üçün yaşadığı ünvan 3 ünvanının qarşısında olan köşkdə gizlədərək bu barədə ona məlumat vermiş, lakin həmin gün saat 19:10 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən şübhəli şəxs kimi tutulduğundan və həmin tarixdə polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin psixotrop maddə gizlədildiyi yerdən aşkar edilib götürüldüyündən iradəsindən asılı olmayan səbəblərə görə cinayətin törədilməsinə yönəldilmiş qəsdən edilən əməlini başa çatdıra bilməmiş və qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdardan artıq miqdarda psixotrop maddə əldə etməyə cəhd etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli 1(007)-156/2022 nömrəli qərarı ilə, dövlət ittihamçısı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 29,234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibindən imtina etdiyindən, cinayət işi üzrə icraata həmin hissədə xitam verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrin istifadəsi ilə məşğul olmuş, narkotik vasitə və psixotrop maddələri bədənində olan dözülməz ağrılara görə qəbul etmişdir. Şahid1 tanıyır, Şahindən dəfələrlə müxtəlif vaxtlarda metamfetamin almışdır. 25 noyabr 2021-ci tarixdə saat təxminən 19 radələrində yaşadığı ünvan 4 ünvanının qarşısında mülki formada bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini Nizami RPİ-nin 23-cü polis bölməsinin əməkdaşları kimi təqdim edərək onu şübhəli şəxs qismində 23-cü PB-nə dəvət etmişlər. 23-cü PB-də xidməti otaqların birində onun üzərinə baxış keçiriləcəyi bildirilmiş və üzərində qanunsuz nəsə varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, könüllü olaraq əynində olan mavi cins şalvarın qabaq sağ cibində saxladığı bir ədəd siqaretin kağızına bükülmüş bir büküm narkotik vasitə olan metamfetamini polis əməkdaşlarına təqdim etmiş, bildirmişdir ki, təqdim etdiyi həmin bir büküm metamfetamini 25 noyabr 2021-ci il tarixdə günorta saatlarında tanışı Şahid1 25 manat nağd pul verərək almışdır. Çox vaxtlar o, narkotik vasitəni Şahindən almışdır. Bundan başqa 25 noyabr 2021-ci il tarixdə tanışı İbrahim ona zəng edərək ondan narkotik vasitə olub-olmadığını soruşmuşdur. O isə, özündə narkotik vasitə olmadığını bidirmiş və İbrahimə təklif etmişdir ki, Şahindən narkotik vasitə ala bilər, bunun üçün Şahinin kartına 25 manat məbləğində pul göndərmək lazımdır. İbrahim onunla razılaşdıqda o, Şahinə məxsus 4169 7385 7065 1293 nömrəli kart hesabını ona demişdir. Bir qədər sonra İbrahim ona zəng edərək dediyi həmin kart hesabına 25 manat məbləğində pul köçürtdüyünü bildirmişdir. O da Şahinlə əlaqə saxlayaraq ona məxsus kart hesabına 25 manat pul göndərdiyini demişdir. Şahin isə ona 25 manat pulun onun hesabına köçürüldüyünü təsdiq etmiş və ona görə də bir büküm narkotik vasitə olan metamfetamini yaşadığı evin qarşısında olan balaca köşkün içərisinə qoyacağını bildirmişdir. Onun bu barədə könüllü məlumat verməsindən sonra polislər həmin yerdə olan narkotik vasitəni götürmüşlər. Təqsirləndirilən şəxs ifadəsində daha sonra əməlindən səmimi peşman olduğunu, gəncliyini nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 25 noyabr 2021-ci il tarixdə 23-cü PB-nə daxil olmuş əməliyyat məlumatında ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik maddələrin saxlanması və daşınması ilə məşğul olması göstərilmişdir. Eyni zamanda daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs Keşlə qəsəbəsi, M.Ağayev küçəsi, 38/1 ünvanında olacağı və üzərində narkotik maddə saxlaması bildirilmişdir. Bundan sonra dərhal 23-cü PB-nin rəisinə daxil olmuş məlumat əsasında raportla məruzə etmiş, həmin gün PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvvəkili Şahid2 ilə birlikdə əməliyyat qrupunun təşkil edilməsi barədə protokol tərtib edilmişdir. 25 noyabr 2021-ci il tarixdə saat 19:10 radələrində Keşlə qəsəbəsi, M.Ağayev küçəsi, 38/1 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim etmiş, ona narkotik vasitənin qanunsuz istifadəsində şübhəli bilindiyi tərəfindən bildirilmiş və onu 23-cü PB-nə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən olunduqdan sonra təhqiqatçı tərəfindən barəsində axtarış və götürmə aparılacağı bildirilmiş, hüquq və vəzifələri izah oldunduqdan sonra paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan mavi cins şalvarın qabaq sağ cibində saxladığı bir ədəd siqaretin kağızına bükülmüş bir büküm narkotik vasitə olan metamfetamini könüllü olaraq təqdim etmiş, sorğu zamanı həmin narkotik vasitəni Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, 15/7 ünvanında yaşayan tanışı Şahid1 25 noyabr 2021-ci il tarixdə günorta saatlarında 25 manata aldığını, narkotik vasitəni çox vaxtlar Şahindən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, 25 noyabr 2021-ci il tarixdə tanışı “İbrahim” adlı şəxs ona zəng edərək ondan narkotik vasitə olub-olmadığını soruşmuşdur. O, isə özündə narkotik vasitə olmadığını bildirmiş və “İbrahim”ə təklif etmişdir ki, Şahindən narkotik vasitə ala bilər, bunun üçün Şahinin elektron pul kartına 25 manat məbləğində pul göndərmək lazımdır. İbrahim onunla razılaşmış, o da Şahinə məxsus 4169 7385 7065 1293 nömrəli kart hesabını İbrahimə demişdir. Bir qədər sonra “İbrahim” Ağazamana zəng edərək həmin 4169 7385 7065 1293 nömrəli kart hesabına 25 manat məbləğində pul köçürtdüyünü demişdir. Ağazaman isə Şahinlə əlaqə saxlamış, həmin kart hesabına 25 manat pul göndərdiyini demişdir. Şahin isə Ağazamana 25 manat pulun onun hesabına köçürüldüyünü, ona görə də bir büküm narkotik vasitə olan metamfetamini yaşadığı evin qarşısında olan balaca köşkün içərisinə qoyacağını bildirmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirləri nəticəsində 25 noyabr 2021-ci il tarixdə yaşadığı ünvanın yaxınlığında Şahid1 yaxınlaşaraq ona özlərini təqdim etmiş, onun narkotik vasitənin qanunsuz istifadəsində şübhəli bilindiyi tərəflərindən bildirilərək ona hüquq və vəzifələri izah edildikdən sonra onu 23-cü PB-nə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Şahid1 olduğu müəyyən olunduqdan sonra təhqiqatçı Elnur Əvəzli tərəfindən barəsində axtarış və götürmənin aparıldığı şəxs Şahid1 hüquq və vəzifələri ilə tanış edilmiş, sonra onun paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Şahid1 könüllü olaraq əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, boz rəngli cins şalvarının sağ yan cibindən isə ağ rəngli “vinston” markalı siqaret qutusunun içərisindən 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş psixotrop maddə hesab edilən metamfetamini polis əməkdaşına təqdim edərək bildirmişdir ki, həmin psixotrop maddə olan metamfetamini şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı “Məmməd” adlı şəxsdən satış məqsədi ilə almışdır. Həmin psixotrop maddə olan metamfetamini Ağazaman adlı şəxsə 25 manata satmışdır. Eyni zamanda 25 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək elektron plastik kart hesabına 25 manat pul yüklədiyini bildirmiş və əvəzində psixotrop maddə olan metamfetamin istəmişdir. Həqiqətən də kartına 25 manat yüklənməsinə əmin olduqdan sonra yaşadığı Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, 15/7 ünvanında olan köşkün içərisində boş qutuya psixotrop maddə metamfetamin qoymasını bildirmişdir. Bundan sonra Şahid1 ilə birlikdə ünvan 5 ünvanın qarşısında olan köşkü göstərib Ağazamana satmaq istədiyi bir büküm psixotrop maddə olan metamfetamini köşkün içərisində qoyduğu yeri əyani olaraq göstərmişdir. Bundan sonra bir bükümdə olan psixotrop maddə olan metamfetamini və bir ədəd kağız zərfdə qablaşdıraraq möhürlənib ekspertiza mərkəzinə göndərmək məqsədi ilə götürülmüşdür. Əlavə sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində ilkin əməliyyat məlumatında onun özü üçün psixotrop maddə əldə etməsi barədə məlumat olmuş, onun “İbrahim” adlı şəxsin Şahid1 narkotik vasitə əldə etmək istəməsi, “İbrahim” adlı şəxsin narkotik vasitə üçün Şahid1 kart hesabına pul köçürməsi, bunun müqabilində Şahid1 yaşadığı ünvanın yaxınlığında olan köşkün içərisində boş qutuya psixotrop maddə metamfetamin qoyması və bu barədə ona bildirməsi haqda məlumatı onlara Təqsirləndirilən şəxs vermişdir. Onlarda belə məlumat əvvəlcədən olmadığından da əvvəlcədən də bununla bağlı əməliyyat tədbiri planlaşdırmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid2, Şahid3la eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid1 sözügedən ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Onunla münasibətləri yaxşı olmuşdur. Ağazaman narkotik vasitələrin istehlakı ilə məşğul olduğu üçün ona hər dəfə psixotrop naddə olan metamfetamin satmışdır. O, bundan başqa tanımadığı adamlara da psixotrop maddə olan metamfetamin satmışdır. Belə ki, ona məxsus **********651293 bank kartına 25 manat pul göndərilir və əvəzində isə o, psixotrop maddə olan metamfetamini müxtəlif ünvanlarda qoyaraq müştərilərinə həmin yerin votçapla şəkilini çəkib atmışdır. xx.xx.2021ci il tarixdə saat təxminən 20:30 radələrində yaşadığı ünvanın qarşısında Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmişdir. Polis bölməsində xidməti otaqların birində üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla bağlı ona hüquq və vəzifələri elan olunmuşdur. Eyni zamanda ona təklif olunmuşdur ki, üzərində hər hansı bir predmet və qanunla qadağan olunmuş əşya varsa könüllü təhvil versin. O da könüllü olaraq əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, boz rəngli cins şalvarının sağ yan cibindən isə ağ rəngli “vinston” markalı siqaret qutusunun içərisindən 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş psixotrop maddə hesab edilən metamfetamini polis əməkdaşına təqdim etmişdir. Həmin narkotik vasitəni karta nağd pul köçürməklə İranda yaşayan “Məmməd” adlı şəxsdən almışdır. Belə ki, “Məmməd” adlı şəxsin ona verdiyi bank hesabına pul köçürmələrindən sonra tanımadığı şəxslər “Keşlə” qəsəbəsində olan müxtəlif yerlərə atmışlar. Ona isə həmin narkotik vasitəni atdıqları yerin şəkilləri votçap vasitəsi ilə göndərilmiş və o da götürmüş, öz növbəsində həmin narkotikin bir hissəsini tanışlarına eyni qaydada karta pul köçürməklə satmışdır. 25 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə olan metamfetamin istəmişdir. O da Ağazamandan 25 manat nağd pul alaraq ona bir büküm narkotik vasitə metamfetamin vermişdir. Bundan başqa həmin gün Ağazaman onunla telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, həmin kart hesabına 25 manat pul köçürmüşdür. O, Ağazamana karta pul yükləndiyini bildirərək ona bir büküm psixotrop maddə olan metamfetamini yaşadığı evin qarşısında olan köşkün içərisində boş qutuya qoyacağını bildirmişdir. O, psixotrop maddələrin satışını **********651293 nömrəli “Kapital bank”a məxsus kart vasitəsi ilə həyata keçirmişdir. Belə ki, həmin kart hesabına müxtəlif vaxtlarda pul göndərilmiş, o isə, psixotrop maddə və narkotik vasitələri müxtəlif yerlərdə gizlətmişdir. Həmin yerin şəkilini isə müştərilərə votçap vasitəsi ilə göndərmişdir. O, bir neçə dəfə Ağazamana karta pul köçürmə yolu ilə metamfetamin satmışdır. Ağazamandan başqa şəxslərə də narkotik vasitə satmışdır. 25 noyabr 2021-ci il tarixdə onun kart hesabına 25 manat pul göndərilmişdir. Bir az keçmiş Ağazaman ona zəng etmiş və pulun karta yüklənib- yüklənmədiyini soruşduqda o, yükləndiyini bildirmişdir. Bundan sonra Ağazaman ondan psixotrop maddə olan metamfetamin istədikdə o, Ağazamana psixotrop maddə olan metamfetamini Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, 15/7 ünvanının qarşısında olan köşkə qoyacağını bildirmişdir. Bundan başqa heç bir yerdə psixotrop maddə gizlətməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 26 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 25 noyabr 2021-ci il və 01 fevral 2022-ci il tarixli protokollardan görünür ki, polis əməkdaşları tərəfindən, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərində həmin tarixdə saat 19:55-də 23-cü polis bölməsinin inzibati binasında şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, həmin vaxt o, könüllü olaraq əynində olan mavi cins şalvarın qabaq sağ cibində saxladığı bir ədəd siqaretin kağızına bükülmüş bir büküm narkotik vasitə olan metamfetamini könüllü olaraq polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi narkotik vasitəni 25 noyabr 2021-ci il tarixdə tanışı Şahid1 günorta saatlarında 25 manata ona nağd pul verərək bir büküm metamfetamini aldığını bildirmişdir. Bundan başqa tanışı “İbrahim” adlı şəxs ona zəng edərək narkotik maddə metafetamin istəmiş, o, pulu olmadığını bildirmiş, Şahinin ona verdiyi bank kartının nömrəsini İbrahimə vermiş, İbrahim də öz növbəsində metafetamin almaq üçün Şahin adlı şəxsin bank kartına 25 manat pul köçürmüşdür. O, Şahin adlı şəxsə zəng edərək 25 manat pulun hesabına köçüb-köçmədiyini soruşduqda, Şahin adlı şəxs pulun köçdüyünü bildirmiş və bir büküm narkotik vasitə olan metamfetamini öz evinin qarşısındakı köşkə qoyacağını demişdir. Videogörüntülərə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə baxış zamanı 25 noyabr 2021-ci il tarixli protokolda qeyd edilənlərin öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 31-32, 233) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 noyabr 2021-ci il tarixli 6/5258 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqat obyekti üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 163” dairəvi möhür əksləri olan “İştirakçılar ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,405 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,405 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,355 qram qalıq qalmışdır. (i.v. 39-41) - 25 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, saxlanılan şəxs Şahid1, 25 noyabr 2021-ci il tarixdə narkotik maddə metamfetamini Ağazaman adlı şəxsə satmaq üçün danışıb razılaşdıqları kimi qoyduğu yeri göstərməsi təklif edildikdə, o, yaşadığı evin qarşısında, ünvan 8 ünvanın qarşısında olan köşkü göstərib bildirmişdir ki, Ağazaman adlı şəxsə satmaq istədiyi və qoyduğu bir büküm narkotik maddə metamfetamin həmin köşkün içərisindədir. Köşkə birlikdə baxış keçirilmiş və Şahid1 özü bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisindəki maddə narkotik vasitə metamfetamindir. Həmin aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. (i.v. 73) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 07 dekabr 2021-ci il tarixli 4942 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 150-151) - 25 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskdə olan telefon danışıqlarına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin CD diskdə Təqsirləndirilən şəxs məxsus “**********47 SMS_Tarixçesi **********80508_559254”, “**********47 SMS_Tarixçesi **********80511_559254” **********47SMS_Tarixçesi **********80521_559254”, “**********47SMS_Tarixçesi **********80526 559254” Zənglərin detallaşması **********2162956, Zənglərin Məxsusluq tarixçəsi 202201, Zənglərin Məxsusluq tarixçəsi 202201 faylları mövcuddur. Baxış zamanı “**********47 SMS_Tarixçesi **********80508_559254” adlı fayl açılarkən xx-xx-2021-ci il tarixdə 04:10:07-də Təqsirləndirilən şəxs məxsus **********47 nömrəli mobil telefondan **********75 nömrəsinə “Qom”, xx-xx-2021 04:10:12-də Təqsirləndirilən şəxs məxsus **********47 nömrəli mobil telefondan **********75 “Pp lazimdi”, xx-xx-2021-ci il tarixdə 04:10:33-da Təqsirləndirilən şəxs məxsus **********47 nömrəli mobil telefondan **********75 nömrəsinə “10 luq 03 emele geler”, xx-xx-2021-ci il tarixdə 21:23:07 Təqsirləndirilən şəxs məxsus **********47 nömrəli mobil telefondan **********75 nömrəsinə “Qom yari duzub qowmaq olar”, xx-xx-2021-ci il tarixdə 21:23:17-də Təqsirləndirilən şəxs məxsus **********47 nömrəli mobil telefondan **********75 nömrəsinə “Bir soz de”, xx.xx.2021-ci il tarixdə saat 02:06:06-da “qaqa nese yeni fikirleşme o kgmanin qeyretini sikim başqa seye göre eden kişi kimi 25 vur pati yari verim”, xx.xx.2021-ci il tarixdə saat 04:10:33-da “10 luq 03 emele geler” mətnli yazışmaların aparılması müəyyən edilmişdir. (i.v. 217) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 02 fevral 2022-ci il tarixli 6/545 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 1 nömrəli zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,165 qram, 1,198 qram, ümumi təmiz çəkisi 0,363 qram metamfetaminlər bir-biri ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. 1 nömrəli zərfdə iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,363 qram metamfetaminlər ilə 2 nömrəli zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,286 qram maddə metamfetamin və 3 nömrəli zərfdə olan bir ədəd bükümdə təmiz çəkisi 0,355 qram metamfetaminlər bir-biri ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Qeyd: metamfetaminin təmiz çəkisi (1 nömrəli zərf) 0,363 qram olmuş, tədqiqata 0,08 qram sərf edilmiş, 0,283 qram qalıq qalmışdır; metamfetaminin təmiz çəkisi (2 nömrəli zərf) 0,286 qram olmuş, tədqiqata 0,04 qram sərf edilmiş, 0,246 qram qalıq qalmışdır; metamfetaminin təmiz çəkisi (3 nömrəli zərf) 0,355 qram olmuş, tədqiqata 0,04 qram sərf edilmiş, 0,315 qram qalıq qalmışdır. (i.v. 299-242) - 02 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1 və 29,234.1-ci maddələrinə tövsif edilərək həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində Azərbaycan Respublikası CMnin 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibi üzrə icraatın başlanması rədd edilmiş, ********* nömrəli cinayət işindən təqsirləndirilən şəxs Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və 29,234.4.2-ci maddələri ********* nömrəli, istintaqa şəxsiyyəti məlum olmayan “İbrahim” adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29,234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işləri ayrılmış, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd zərfdə təmiz çəkisi 0,405 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,315 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair videoçəkiliş olan bir ədəd disk, "xxxx" MMC-dən daxil olan bir ədəd disk maddi sübut kimi tanınmış, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək psixotrop maddə metamfetamin saxlanmasından ötrü Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, iki ədəd disk isə cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v. 244-254) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertizaların rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 25 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 21) - 28 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 25 noyabr 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 136-138) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 dekabr 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 1(007)-321/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v. 160-161, 225-230) -Bakı şəhər probasiya idarəsinin 19 aprel 2022-ci il tarixli 21-1/3-2091-16 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 1(007)-321/2021 nömrəli hökmünün icrası barədə göstəriş 28 dekabr 2021-ci il tarixdə Bakı şəhər probasiya idarəsinin icraatına daxil olmuş, məhkumun yerini müəyyən etmək üçün aparılmış ilkin tədbirlər zamanı məlum olmuşdur ki, məhkum Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 noyabr 2021-ci il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində olan 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, onun barəsindəki 16 noyabr 2021-ci il tarixli hökm qanuni qüvvəyə minmədən, 25 noyabr 2021ci il tarixdə hazırkı cinayət işi üzrə əməli törətdiyindən cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməlidir. Bununla da, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 1(007)-321/2021 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş və çəkilməmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəzanı hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 25 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 0,315 qram psixotrop maddə metamfetamin məhv olunmalı; maddi sübut olan iki ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, dövlət hesabına təyin edilmiş vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı dövründə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 69 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 1(007)- 321/2021 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş və çəkilməmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəzanı hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış iki ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,315 qram psixotrop maddə metamfetamin məhv edilsin. Məhkəmə məsrəfi olan 91,76 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı dövründə, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 69 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 414 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-156/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-156/2022
24.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver