Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-157/2021 21.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs - 26 avqust 1983-cü il tarixdə Qazaxıstan Respublikasının Karakanda vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, “xxxx” QSC-də yol montyoru vəzifəsində işləmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti ev 87, mənzil 56-da qeydiyyatda olmaqla yaşamış, 20 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 dekabr 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, o, 14 dekabr 2020-ci il tarixdə saat 24-dən 15 dekabr 2020-ci il tarixdə saat 05-dək olan müddət ərzində Şahid3 ilə birgə kirayədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 13 nömrəli yaşayış binasının 49 nömrəli mənzilində səs-küy salmaqla və məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmaqla həmin yaşayış binasının 50 nömrəli mənzilində yaşayan qonşusu Zərərçəkmiş şəxs və ailəsinin narahatçılığına səbəb olmuş, o, məişət səs-küyünə qarşı mübarizə qaydalarını pozduğu halda 18 dekabr 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 13 saylı yaşayış binasının qarşısında əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs üstünə hücum çəkərək onun barəsində mənzil sahibinə və polisə şikayət etdiyini bəhanə gətirərək Zərərçəkmiş şəxsla mübahisə etməyə başlayıb hüquqazidd davranışı ilə ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq Zərərçəkmiş şəxs ünvanına ucadan qeyrietik, nalayiq ifadələr səsləndirib ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik etmiş və öz hüquqazidd hərəkətlərini daha qabarıq şəkildə davam etdirərək qəsdən əlindəki silah qismində istifadə olunan bıçaqla döş qəfəs nahiyəsinə zərbə vurub Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının ön səthinin daxili nüfuz etməyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin əvvəlki iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin dekabr ayında tutulmamışdan təxminən 4 ay əvvəl təsadüfi tanış olduğu Şahid3 ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olmaqla Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində nömrəsini bilmədiyi evdə yaşamışdır. Onlar birlikdə narkotik vasitə qəbul edib tez-tez mübahisə etmişlər. Qaldıqları ünvandakı evin divarları çox nazik olduğundan onların mübahisələrinin səsi qonşuluqdan asanlıqla eşidilmişdir. 18 dekabr 2020-ci il tarixdə gecə saatlarında yenə Bəyimlə mübahisə edərkən qonşuları qapını və divarı döydüyü üçün o, əsəbiləşmişdir. Lakin gecə çölə çıxmağına Bəyim icazə verməmişdir. Həmin gün günorta saatlarında Elçin ona zəng edərək pula ehtiyacı olduğunu, istifadəsində olan “Samsung J5” markalı mobil telefonu da bu səbəbdən sata biləcəyini demişdir. O, telefona baxmaq məqsədi ilə Elçini “Qələbə dairəsi”nin yaxınlığına çağırmışdır. O, Elçini 2 ilə yaxındır ki, tanımış, taksi fəaliyyəti ilə məşğul olduğunu bilmiş, Sənan adlı şəxsi isə Elçinin dostu və qohumu kimi tanımışdır. O, telefona baxdıqdan sonra ala biləcəyini deyib, Elçinə yaşadığı binanın blokun qabağında onu gözləməsini bildirib, bloka daxil olmuşdur. Pilləkənləri qalxarkən qonşuluqda yaşayan, sonradan adını bildiyi Zərərçəkmiş şəxs görmüşdür. Nicat ona qonşuluqdakı evdə yaşayıb-yaşamadığını soruşub, ona gecə baş verən səs-küylə bağlı sərt irad tutmağa başlamışdır. O, bundan əsəbləşib aşağıda onu gözləməsini bildirmişdir. Aşağı düşdükdən sonra o, Nicatla mübahisəyə başlamışdır. Mübahisəni davam etdirmək üçün Nicatı yaxınlıqdakı su çəninin arxasına aparmıdşır. Nicat ona davamlı irad tutduğu üçün əsəbləşib Nicata yumruqla zərbə vurmuş, Nicat da ona qarşılıq verərək dava etməyə başlamışdır. Onlar dava edib qurtardıqdan sonra çox əsəbiləşdiyi üçün Elçinin təkidlərinə baxmayaraq üstündə olan çörək bıçağı ilə Nicatın sağ döşünün altından bir ədəd zərbə vurmuşdur. Sonra Nicatın dizlərini tutub, yerə yıxıldığını görərək həyəcanlanıb hadisə yerindən qaçmışdır. Elçin də onun ardınca qaçmağa başlamışdır. Onlar hadisə yerindən bir az aralandıqdan sonra Elçin birlikdə onunla görüşə gəlmiş Sənana zəng edib, hadisə yerində olan “VAZ 2107” markalı ** VJ *** avtomobili sürüb onların yanına gəlməyini demişdir. Sənan həmin avtomobili sürüb onların yanlarına gəlmişdir. O, arxa oturacaqda, Elçin sükan arxasında, Sənan isə qabaq oturacaqda əyləşib, Dərnəgül prospekti ilə Mətbuat prospektinə çıxdıqdan sonra 29 saylı xətt marşrutu ilə hərəkət edən avtobusların axırıncı dayanacağına getmişər. O, orada avtomobildən düşmüş, Elçingil isə hərəkətlərini davam etdirmişlər. Nicata xəsarət yetirdiyi bıçağı hadisədən dərhal sonra su çəninə tərəf atmışdır. Elçinlə Sənan onun Nicatla olan mübahisə və davasına qarışmamış, davada iştirak etməmişlər. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxış edərkən isə, həmin ifadəsindən fərqli olaraq göstərmişdir ki, əgər onun yaşadığı mənzildə səs-küy olmuşdusa, digər qonşular da narazılıq bildirər, şikayət edərdilər, həmçinin Zərərçəkmiş şəxs da gedib polisə şikayət edərdi. Nicatın özü onu bu hadisəyə məcbur etmişdir, belə ki, Nicat ona nalayiq söyüşlər söymüş, üstünə cummuş, onu təhrik etmişdir. Hadisə zamanı onun üzərində, əlində çörək bıçağı olmamış, balaca bir şey olmuşdur. Ola bilsin ki, kəsici-deşici bir şey olmuş, ancaq bıçaq olmamışdır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi ev 13, mənzil 50-də müvəqqəti qeydiyyatda olmaqla 1993-cü ildən faktiki həmin ünvanda yaşamışdır. Qonşuluqdakı 49 nömrəli mənzilin sahibi çoxtan tanıdığı Valeh adlı orta yaşlı kişi olmuşdur. Valeh təxminən 4 il bundan əvvələ qədər həmin mənzilində yaşamış, sonradan həyət evlərinin birinə köçmüşlər. Valehin mənzilinə üç nəfərdən ibarət bir ailə köçmüşdür, onlardan biri orta yaşlı qadın, digəri iki nəfər isə bir cavan oğlan, bir cavan qız olmuşdur. Bir müddət sonra oğlan mənzilə gəlməmiş, həmin oğlanı başqa bir oğlan əvəz etmişdir, həmin şəxsin cavan qızın sevgilisi olduğunu bilmişdir. Sonradan orta yaşlı qadın da artıq mənzili tərk etmişdir, mənzildə yalnız sonradan gələn cavan oğlan və əvvəlcədən gəlmiş cavan qız yaşamışlar. Valehin kirayə verdiyi mənzilin divarı onun ailəsi ilə yaşadığı mənzilin divarı ilə sərhəd olmuş və həmin mənzildə baş verənlər, sanki onun mənzilində baş vermiş kimi hiss edilmiş, yəni qonşu mənzildəki məişət səs-küyü, dava-dalaş, qeyriəxlaqi davranışlar və sair onun mənzilindən aydın eşidilmişdir. O və ailəsi qonşularının bu hərəktlərinə ilk əvvəl biganə qala bilsələr də, sonralar baş verənlərə dözə bilməmişlər. 49 nömrəli mənzildə 14 dekabr 2020-ci il saat 22 radələrindən başlayaraq 15 dekabr 2020-ci il saat 05 radələrinədək qeyri-əxlaqi davranış, məişət səs-küyü davam etmişdir. O, bir neçə dəfə bunun qarşısını almaq istəmiş və bu məqsədlə öz mənzilinin divarını yumruğu ilə bir neçə dəfə vurmuşdur ki, qonşu mənzildəkilər bunu eşidib etdikləri əxlaqsız hərəkətlərə son qoysunlar. Lakin həmin mənzildəkilər buna məhəl qoymamışlar. O, səhərin açılmağını gözləmiş, mənzilin sahibi Valehlə danışıb kirayəşinlərin hərəkətləri barədə onu məlumatlandırmaq, tez bir müddət ərzində onların həmin mənzili tərk etmələrinə nail olmaq qərarına gəlmişdir. Bu məqsədlə 15 dekabr 2020-ci il tarixdə səhər saat 08 radələrində Valehlə mobil telefon vasitəsi ilə danışıb mənzilindəki kirayəşinlər barədə bildiklərini anlatmış və sonuncuların qısa müddət ərzində evi tərk etmələrini istəmişdir. Valeh ona demişdir ki, həmin mənzili üç nəfərdən ibarət bir ailəyə kirayə vermişdir, orada iki sevgilinin qalmasından, onların qeyri-əxlaqi daranışlarından, məişət səs-küyündən xəbərsiz olmuşdur, kirayəşinlərin həmin mənzildə yaşayacağı son gün, yəni mənzili təhvil verəcəkləri gün 2021-ci ilin yanvar ayının 8-də olmuşdur. O da həmin günə az bir vaxt qaldığını nəzərə alıb Valehin dedikləri ilə razılaşmışdır. 18 dekabr 2020-ci il tarixdə saat 18 radələrində işdən evə gəlib yaşadığı binanın pilləkənləri ilə qalxarkən onun bərabərində təxminən 25-26 yaşlarında, üzündə seyrək tükü, sarışın bir cavan oğlanın da yuxarı qalxdığını görmüşdür. O, təxmin etmişdir ki, bu şəxs Valehin mənzilində yaşayan, daima səs-küy salan, qeyri-əxlaqi söyüşlər söyən həmin şəxsdir. Buna görə də o, həmin oğlana sual verib həmin mənzildə qalan oğlan olub-olmadığını soruşmuş, oğlan cavab verib təsdiqləmişdir. O, nəyə görə o gün divarı döyəndə sakit dayanmadığını, qapını döyəndə açmadığını soruşmuş, oğlan cavabında ona “düş aşağı, gəlirəm” demişdir. O, əlindəki zənbilləri evə qoyub aşağı düşmüşdür. Blokun qarşısında həmin şəxsə, yəni sonradan tanıdığı Təqsirləndirilən şəxs o günkü hərəkətləri, davranışları və səs-küyü ilə bağlı irad tutmuşdur. Emin isə ondan özünün polisə şikayət etməyinin səbəbini soruşmüşdür. O, polisə deyil, ev sahibinə şikayət etdiyini, ev sahibi tərəfindən yaxın vaxtlarda evdən çıxarılacağını demişdir. Emin onun qolundan tutub yaşadığı binanın qarşısındakı zibil qutularının olduğu yerə tərəf gəlməyini istəmiş, o da Eminin dediyi yerə getmişdir. Emin həmin yerdə dayanan bir cavan oğlana yaxınlaşıb nəsə demişdir. Eminin yaxınlaşdığı həmin şəxs onu görcək əlini uzatmış, onunla salamlaşıb adını Elçin demişdir. Həmin vaxt Emin onunla mübahisə etməyə başlamış, onu yaxınlıqdakı su çəninin arxasına aparmışdır. Həmin yerə çatar-çatmaz Emin onun sifətinə bir neçə yumruq zərbəsi vurmuş, o da özünü müdafiə məqsədi ilə Eminə qarşılıq vermişdir. Həmin vaxt Elçin başqa bir nəfər şəxslə, yəni sonradan tanıdığı Sənanla birlikdə göy rəngli “VAZ 2107” markalı avtomobilin yanında dayanmışdır. Emin onunla su çəninin arxasında dalaşdıqdan sonra aralaşmış, o, arxasını çevirib getməyə başlayarkən Elçinin “lazım deyil, qoy cibinə, axmaqlıq etmə” sözlərini eşidib arxaya çevrildikdə, Eminin əli ilə bir dəfə sağ döşünün altından vurduğunu görmüşdür. O, bədəninə təmas edən alətin nə olduğunu görməmiş, fikrincə bıçaq olmuşdur. O, xəsarət aldığını ilk əvvəl hiss etməmiş, əlini döşünə saldıqda isə qan izi görmüşdür. Emin, Elçin və Sənan onun xəsarət aldığını görən kimi həmin avtomobilə əyləşib qaçmışlar. Sənan və Elçin hadisə yerində ona hər hansı fiziki zorakılıq etməmişlər. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Qərar qəbul edilərkən göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 18 dekabr 2020-ci il tarixdə o, günorta saatlarında Sənanla bərabər olarkən pula ehtiyacı olmuş, Sənana müraciət etmiş, lakin o, pulunun olmadığını demişdir. O, təxminən iki il əvvəldən tanıdığı Eminlə telefonla əlaqə yaratmış və ondan pul istəmişdir. Eminə demişdir ki, pula ehtiyacı olduğu üçün “Samsung J5” markalı mobil telefonunu da sata bilər. Emin isə telefona baxdıqdan sonra ala biləcəyini demiş və onu “Qələbə dairəsi” adlanan yerə çağırmışdır. O, idarə etdiyi “VAZ 2107” markalı ** VJ *** dövlət nömrə nişanlı avtomobili idarə edərək Eminin dediyi ünvana getmişdir. Avtomobildə onunla birlikdə Sənan da olmuşdur. Eminin dediyi yerdə onunla görüşü saat 17 radələrində baş tutmuşdur. O, Emini də götürüb Sənanla birlikdə onun avtomobilində Eminin Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyası yaxınlığındakı mənzilinin yerləşdiyi binanın qarşısına gəlmişlər. Emin telefonu baxıb bəyəndiyi üçün alacağını, telefona görə ona ödəməli olduğu pulu qeyri-rəsmi münasibətdə olduğu qızla birgə yaşadığı mənzilə girib-çıxdıqdan sonra verəcəyini demişdir. Emin yaşadığı binanın qarşısında maşından düşmüş və binanın blokuna girmişdir. O isə Sənanla birlikdə maşından düşüb binanın qarşısında dayanıb gözləmişlər. Təxminən bir neçə dəqiqə sonra binanın blokundan Emin, daha sonra bir nəfər cavan oğlan çıxmış, o, həmin şəxslərin mübahisə etdiklərini görmüşdür. Emin və həmin oğlan, sonradan tanıdığı Zərərçəkmiş şəxs bir neçə dəqiqə mübahisə etdikdən sonra onlara tərəf gəlmişlər. Emin onların yanlarına çatanda bir qədər sakitləşmişlər. O, əlini uzadıb adını deməklə özünü Nicata təqdim etmiş, Nicat da adını deyib onun əlini sıxmışdır. X6 yenə mübahisə etməyə başlamışdır. O, mübahisənin nə üstündə baş verdiyini bilməmişdir, lakin Nicatın Eminə “sənin söyüş söyməyə haqqın yoxdur, onsuz da burda yaşamayacaqsan” sözlərini dediyini eşitmişdir. Eminlə Nicat mübahisələrinə davam edərək onlardan 2-3 metr aralanıb yaxınlıqdakı su çəninin yanına doğru getmişlər. X7 birbiri ilə əlbəyaxa olmuşlar, o, həmin şəxsləri ayırmağa çalışmış, əsas da Eminin qarşısını kəsmişdir. Bu vaxt Eminin əlində bıçağı görmüş və Nicata tərəf həmlə edəndə qışqıraraq “lazım deyil, qoy cibinə, axmaqlıq eləmə” demişdir. Həmin anda Nicat əyilərək dizini tutmüş, o nə baş verdiyini anlamağa çalışmış, bu vaxt Emin qaçmağa başlamışdır. O da Eminin qaçdığı tərəfə doğru qaçmağa başlamış, Sənan isə yerindən tərpənməmişdir. Onlar hadisə yerindən təxminən 300-400 metr qaçıb dayanmışlar, cəld mobil telefonu ilə Sənana zəng edib maşını idarə etməsini və olduqları yerə qədər gətirməsini demişdir. Sənan maşınla onların yanlarına gəlmiş, o, sükan arxasına keçmiş, Sənan qabaq sağ oturacaqda, Emin isə arxa otracaqda əyləşmişdir. Oradan “Dərnəgül şossesi” ilə “20 Yanvar” dairəsinə, sonra Mətbuat prospekti ilə 29 saylı marşurut xətti üzrə hərəkət edən avtobusların sonuncu dayanacağına getmişlər. Emin avtomobili tərk etmiş, o da Sənanla birlikdə yaşadığı evə getmişdir. O, Zərərçəkmiş şəxs ilə mübahisə etməmiş, onu vurmamış və xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Emini ilk dəfə 18 dekabr 2020-ci il tarixdə saat təxminən 17 radələrində görmüşdür. Həmin gün günorta saatlarında o, Elçinlə görüşmüş, Elçin anasının müalicəsinin sənədlərini bir yerə çatdırmalı olduğunu ona demiş və xahiş etmişdir ki, onunla birgə getsin. O da etiraz etməmiş və Elçinin idarə etdiyi “VAZ 2107” markalı ** VJ *** dövlət nömrə nişanlı avtomobillə onunla birgə getmişdir. Elçin ondan pul istəmiş, o isə pulunun olmadığını demişdir. Elçin tanışı Eminlə telefonla danışıb pula ehtiyacı olduğundan mobil telefonunu satmaq istədiyini demişdir. Emin telefonunun fotoşəkilini çəkib vatsapla ona göndərməsini xahiş etmiş, Elçin də mobili telefonunun şəklini digər telefonu ilə çəkib vatsapla Eminə göndərmişdir. Emin Elçinə zəng edib “Qələbə dairəsi”nə gəlməsini demişdir. Elçin onunla birlikdə həmin ünvana getmiş, Emin orada avtomobilə əyləşib telefonu bəyəndiyini, almaq istədiyini, lakin pulunu birgə yaşadığı qızdan götürüb verəcəyini, bunun üçün “Neftçilər” dairəsi istiqamətində getməli olduqlarını demişdir. Elçin maşını həmin istiqamətdə sürmüşdür. Deyilən ünvana çatdıqda Emin maşından düşüb qarşıdakı yaşayış binasının blokuna girmişdir. O isə Elçinlə maşından düşüb gözləmişdir. Bir neçə dəqiqə sonra Elçinin və Eminin qaçdıqlarını görmüşdür. O, nə baş verdiyini anlamamışdır. Bu vaxt Elçin ona zəng edib maşını hərəkətə gətirib onlar tərəfə sürməsini demişdir. O, Elçinin avtomobilini təxminən 500 metr məsafə idarə edib Elçinlə Eminin olduğu yerə getmişdir. Orada Elçin sükan arxasına keçmiş, o, qabaq sağ oturacaqda, Emin isə arxa oturacaqda əyləşmişdir. Sonra Emini aparıb düşürmüşlər, onunla Elçin birlikdə çıxıb getmişlər. O, Eminlə Nicat adlı şəxsin mübahisə və davasında iştirak etməmiş, Nicata hər hansı qaydada zor tətbiq etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi ev 13, mənzil 49-da müvəqqəti olaraq yaşamışdır. Həmin mənzil Valeh adlı şəxsə məxsus olmuş, o, həmin mənzilə anası Gülbəyim və qardaşı Farizlə birgə köçmüşdür. Təqsirləndirilən şəxs ilə bir ildən artıqdır ki, təsadüfən tanış olmuşlar, Eminlə görüşməyə və hətta ailəsindən gizli yaşamağa başlamışdır. O, uzun müddət olmuşdur ki, narkotik vasitələrdən istifadə etmişdir. Sonralar Eminin də narkotik vasitə qəbul etdiyini bilmiş və hətta onlar bir neçə dəfə birgə narkotik vasitə qəbul etmişlər. Eminin narkotik vasitəni kimdən, necə əldə etdiyini bilməmişdir. Ona isə qəbul etməyi üçün narkotik vasitəni Emin təşkil etmişdir. Eminlə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamışlar, bu münasibətlərindən anası və qardaşı, eləcə də bacıları xəbərsiz olmuşlar, onlar Emini tanısalar da, onunla ciddi münasibət qurduğundan xəbərsiz olmuşlar. Emin dəlisov, söyüş söyən biri olmuşdur. Bərabər olduqları günlərdə aralarında mübahisələr tez-tez baş vermişdir. 14 dekabr 2020-ci il tarixdə axşam saatlarında anasının evdə olmadığı bir vaxtda Emini evinə çağırmış və Emin gecəni onunla bərabər keçirmişdir. Həmin gecə aralarında hər zamankı kimi mübahisə düşmüşdür. O, Eminin səsinin yüksəkdən çıxdığını görüb qonşuların şikayətçi olacaqlarını bilmişdir. Həmin gün divar qonşusu bir neçə dəfə qapını, divarı döyüb Emini çölə çağırmış, o isə Emini bayıra çıxmağa qoymamışdır. Səhəri gün qonşunun ev sahibinə məlumat verdiyini, ev sahibinin də anasına bu haqda dediyini bilmiş və Emini səhər tezdən evdən çıxarmışdır. Anası səhər saatlarında evə gəlmiş, ondan gecə nə baş verdiyini soruşmuş, o da Eminin gecələdiyini gizləyərək səs-küyün başqa səbəbdən yarandığını bildirmişdir. 18 dekabr 2020-ci il tarixdə saat 18 radələrində Emin evə gəlmiş, o da evdə olmuşdur. Emin evə gəlib ona hazırlaşmağını və aşağı düşməyini istəmiş, özü isə evi tərk etmişdir. O, paltarını dəyişmək üçün mənzildə təxminən 10-15 dəqiqə yubanmalı olmuşdur. Sonra evi tərk edib çıxarkən ucadan səs-küy gəldiyini eşitmişdir. Qonşuluqda yaşayan Nicatın arvadı ona arxadan yaxınlaşıb saçını yolmağa başlamış, o isə qışqırmışdır. Nicatın arvadı təpiklə ayağından, əli ilə sifətindən və başından bir neçə dəfə vurmuş və qışqıraraq ərinin bıçaqlandığını, buna onun səbəb olduğunu, ərini bıçaqlayan şəxsin onunla yaşayan şəxs olduğunu bildirmişdir. Başqa qonşular onu həmin qadının əlindən güclə ala bilmişlər. O, evi tərk edib aşağı düşmüş və ağlaya-ağlaya Emini yığmış, Emin isə ona bir daha zəng etməməsini tapşırmış və telefonu söndürmüşdür. Bir gün sonra o, Eminlə görüşə bilmiş, Emin onu hədələyərək polisə yerini deməməsini tapşırmış, əks halda onu öldürəcəyini demişdir. O, qorxusundan Eminin olduğu yer haqqında polisə məlumat verə bilməmişdir. Sonuncu dəfə onu 25-ci Polis şöbəsinə dəvət etdikləri vaxt o, Eminlə bərabər olmuş, həmin vaxt Emin polisə getməyinə icazə vermiş və ona hədə-qorxu gəlib olduğu yer haqda polisə heç bir məlumat verməməyini, adının Elvin olduğu barədə məlumat verməyini tapşırmıdşır. O isə qanundan qorxduğu üçün polisə həqiqəti söyləmək qərarına gəlmiş və bunu etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Rüstəmov küçəsi ev 13, mənzil 49 ona məxsusdur, o, mənzili ayı 200 manata kirayə verməklə ailəsini dolandırmışdır. 2020-ci ilin sentyabr ayının əvvəllərində o, mənzilini Fariz adlı şəxsə ayı 200 manata kirayə vermişdir. Fariz mənzildə anası və bacısı ilə birlikdə yaşamalı olmuşdur. 2020-ci ilin dekabr ayının sonları 25-ci Polis Şöbəsindən ona zəng edərək bildirmişlər ki, evində kirayə qalan qızın qohumları həmin ünvanda qonşusu olan Nicatı küçədə bıçaqla vurmaqla Nicata bədən xəsarəti yetirmişdir. Lakin mübahisənin hansı səbəbə, necə baş verməsini isə bilməmişdir. Hadisədən bir neçə gün əvvəl qonşusu Nicat mənzilini kirayə verdiyi şəxslərin qeyri-əxlaqi davranışından, məişət səs-küyündən şikayətlənmişdir. O, Nicata bildirmişdir ki, artıq həmin şəxslərin evində kirayədə qalmaq müddəti bitmək üzrədir, bir az səbirli olarsa, vaxt tamam olduqda kirayəşinləri mənzilindən çıxardacaqdır. Nicat da onunla razılaşmaqla gözləyəcəyini bildirmişdir. O, mənzilini Bəyim adlı qızın qardaşı Farizə kirayə vermişdir, Bəyimin həmin mənzilə öz sevgilisini gətirməsindən, mənzilində səs-küy yaratmalarından, qonşuların bundan narazı olmasından onun xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayında müddətli hərbi xidmətdən tərxis olunduqdan sonra Bakı şəhəri, Nizami rayonu, metronun “Neftçilər” stansiyasının yaxınlığında ailə üzvləri ilə birlikdə yaşamışdır. O, bacısı Bəyimin telefonunda Emin adlı şəxsin nömrəsinə rast gəldiyi üçün Eminə zəng edərək görüşə çağırmışdır. Telefonla danışanda Emin ona bildirmişdir ki, bacısı Bəyimə qarşı ciddi münasibət bəsləyir və bacısı ilə evlənmək istəyir. O da cavabında görüşərək bu barədə söhbət etmələrini təklif etmişdir. Bundan sonra Eminlə Bakı şəhəri, Xətai rayonu, metronun “Əhmədli” stansiyasının yaxınlığında görüşmüşlər, görüş zamanı Emin ona yenidən bildirmişdir ki, bacısı Bəyimə qarşı ciddi münasibət bəsləyir, onunla evlənmək istəyir, buna görə yaxın vaxtlarda onların evlərinə elçi göndərəcəkdir. Bununla bağlı ailə üzvlərini razı salmaq üçün vaxt lazım olduğunu bildirərək ondan vaxt istəmiş və yaxın vaxtlarda onunla telefon əlaqəsi saxlayacağını demişdir. Bundan sonra vaxt keçmiş, Eminin elçilərindən xəbər gəlmədiyi üçün o, Eminin yalan danışdığını başa düşərək ona zəng vurmaq istədikdə, Eminin istifadəsində olan mobil telefona zəng çatmamışdır. Buna görə Bəyimə bildirmişdir ki, Emindən uzaq olsun və bir də əlaqə saxlamasın. Bəyim də ona bildirmişdir ki, Eminlə əlaqəsi kəsilmişdir və onunla artıq danışmır. Bundan sonra o, bir daha Eminlə əlaqə saxlaya bilməmişdir. Bundan sonra 2020-ci ilin sentyabr ayında o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda anası X2 və bacısı Bəyimlə birlikdə kirayədə yaşamağa başlamışlar. 2020-ci ilin oktyabr ayında o, Abşeron rayonu, Novxanı qəsəbəsində ünvanını dəqiq bilmədiyi yerdə yerləşən parta sexində fəhlə işləməyə başlamışdır. Hər gün işə gedib-gəlmək çətin olduğu üçün digər bacısı Şəfəqin Mehdiabad qəsəbəsində yaşadığı evdə yaşamağa başlamış, arabir anası və bacısını görmək üçün onların yaşadığı evə gəlmişdir. 18 dekabr 2020-ci il tarixdə bacısı Şəfəqin yaşadığı evdə olarkən ev sahibi Valeh ona zəng edərək onların yaşadıqları evdə hadisə olduğunu, qonşuların şkayət etdiyini, onların evinə qonaq gələn Emin adlı şəxsin qonşuları Nicatı bıçaqladığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən X3 məhkəmə iclasında iştirak etmədiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid həmin ifadəsində göstərmişdir ki, o, qonşuluqdakı 49 nömrəli mənzilin sahibi Valeh adlı şəxslə uzun müddətdir ki, tanış olmuşdur. Valeh təxminən 4 il bundan əvvələ qədər həmin mənzildə yaşamış, sonradan həyət evlərinin birinə köçmüşdür. Təxminən 7 ay bundan əvvəl Valeh 49 nömrəli həmin mənzilini 3 nəfərdən ibarət bir ailəyə kirayə vermişdir. Orada orta yaşlı qadının, bir nəfər qız və bir nəfər oğlanın yaşadığını bilmişdir. Aradan xeyli müddət keçmiş mənzilə başqa cavan bir oğlan gəlib-getməyə başlamışdır. Həmin ərəfədə orta yaşlı qadın və onunla bərabər köçmüş digər cavan oğlan mənzili tərk etsələr də, qız həmin mənzildə qalmışdır. Kənardan cavan oğlanın qızın qaldığı həmin mənzilə köçməsindən sonra mənzildə səs-küy, qeyri-əxlaqi davranışlar və sair yaranmağa başlamış, bu isə divar qonşusu olan onları daha çox narahat etmişdir. Bu vəziyyətin ən son pik həddi 14 dekabr 2020-ci il tarixdə saat 22:00 radələrindən 15 dekabr 2020-ci il saat 05:00 radələrinə qədər davam etmişdir. Əri Nicat yaranmış vəziyyəti sakitləşdirmək üçün əvvəlcə divarı yumruğu ilə döyərək, qonşunun davranışlarının qarşısını almağa çalışmış, daha sonra mənzil sahibi Valehlə danışıb, ona iradını bildirmişdir. Bu hadisədən 3 gün sonra, yəni 18 dekabr 2020-ci il tarixdə saat 18:00 radələrində əri mənzilə girmiş, dərhal sonra mənzili tərk edib, binanın qarşısına düşmüşdür. Təxminən 10-15 dəqiqə sonra aşağıdan səs-küy gəlməyə başlamış və qonşulardan kimsə əri Nicatın mübahisə etdiyi şəxs tərəfindən bıçaqla vurulduğunu bildirmişdir. Həmin vaxt əxlaqsız davranışları ilə onların narahatçılığına səbəb olan 49 nömrəli mənzilin sakini cavan qız mənzilin qapısını örtüb çıxıb getmək istəyərkən, o həmin qızı görmüş, ərinin 49 nömrəli mənzilin sakini qızın tanışı tərəfindən bıçaqlandığını sonuncuya bildirdikdə, bu vəziyyətə etiraz edərək bundan məlumatı olmadığını demişdir. Həmin vaxt onların sözlə mübahisələri yaranmışdır. Elə bu əsnada əri Nicat pilləkənlərlə yuxarı qalxıb mənzilə gəlmiş, sonradan kənar şəxslərin köməyi ilə xəstəxanaya çatdırılmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 19 dekabr 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 01 fevral 2021-ci il tarixli 75 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət deşici-kəsici əşyanın (ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 18 dekabr 2020-ci il tarixdə alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddələ pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində alınması mümkündür, şəxsin yıxılaraq, hündürlükdən düşərək qeyd edilən xəsarəti alması inkar olunur. (i.v. 179-180) -Sübutların qiymətləndirilməsi haqqında 12 mart 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər alması cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmiş əməli ilə tam əhatə olunduğundan, onun hərəkətləri əlavə olaraq Azərbaycan Respublikası CM-nin 221.3 və 128-ci maddələrinə tövsif edilməmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər alması zamanı cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən qəsdən adam öldürmə, qəsdən sağlamlığa az ağır zərər vurma və qəsdən sağlamlığa ağır zərər vurmaya yönələn hərəkətlər ifadə olunmadığından və hadisə həmin arzuolunmaz nəticələrlə başa çatmadığından, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 120.2.2, 126.2.4 və ya 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid3 və Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1 və 238.2.1-ci, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri olmadığından onların barəsində həmin xüsusatlar üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. (i.v. 194-215) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 20 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 74) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay 29 gün həddində müəyyən edilməklə, həbsetmənin əvvəli 20 dekabr 2020-ci il tarixdən hesablanmışdır. (i.v. 141-143) -Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş 25 dekabr 2020-ci il tarixli ərizəsindən görünür ki, 18 dekabr 2020-ci il tarixdə baş vermiş hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti, tələbi və iddiası yoxdur və bundan sonra da olmayacaqdır. (i.v. 144) -Hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 06 sentyabr 2020-ci il tarixdən 08 sentyabr 2020-ci il tarixədək tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzaya hesablanmış və üzərində qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkməsinin əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmışdır. Hökmə əsasən Təqsirləndirilən şəxs, 05 sentyabr 2020-ci il tarixdə axşam radələrində Nəsimi rayonu “Papanin” adlanan yerdən şəxsiyyəti məlum olmayan “Pərviz” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,554 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 06 sentyabr 2020-ci il tarixdə saat 20:00-da polis əməkdaşları tərəfindən ünvan 3 ünvanda saxlanılaraq 29-cu PŞ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əyinindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,554 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 1(004)-56/2021 nömrəli məktubundan görünür ki, həmin məhkəmənin 26 fevral 2021-ci il tarixli 1(004)- 56/2021 nömrəli hökmü 04 may 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materialları, verilmiş ittihamla müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini 18 dekabr 2021-ci il tarixdə törətməzdən əvvəl, 05 sentyabr 2021-ci il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edərək özündə saxlamaqla daşımış, 06 sentyabr 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əyinindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,554 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Lakin cinayət işləri üzrə ibtidai istintaq zamanı bu cinayət işləri bir icraatda birləşdirilməmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, məhkum olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə törətdiyi cinayət əməlinə görə ona həmin Məcəllənin 66.5-ci maddəsinin tələbinə əsasən cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cinayətin bilavasitə obyektinin ictimai qayda ilə bağlı münasibətlər təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırkı iş üzrə şübhəli şəxs kimi tutulduğu 20 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir ki, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir; Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmünə əsasən ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, dövlət hesabına dəvət olunmuş vəkil Müdafiəçi1 ibtidai istintaqda və məhkəmənin ilkin mərhələsində, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 50 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin sonrakı mərhələsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi müqavilə əsasında vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir, ona görə həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təyin edilmiş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 20 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmünə əsasən ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmənin ilkin mərhələsində, iş materialları ilə tanış olmaqla birlikdə, 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi1 “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-157/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-157/2021
21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver