Məhkəmə qərarları › İş №1(007)-157/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-157/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-157/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərzadə Fərid Bəşir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının, təqsirləndirilən şəxs – XXX Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərində 2 il çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmiş, həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: XXX Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 noyabr 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 61C nömrəli ünvanda yerləşən “X2” Ticarət Mərkəzinə müştəri kimi daxil olaraq, Ticarət Mərkəzinin soyunub-geyinmə otağında olan müştəri Zərərçəkmiş şəxs digər geyim əşyasını götürmək üçün soyunub-geyinmə otağından çıxmasından istifadə edərək, soyunub-geyinmə otağına daxil olub, oradan sonuncuya məxsus, içərisində müxtəlif bank kartları olan 20 manat dəyərində çəhrayı rəngli pul kisəsini, üzərində hər birinin qiyməti ayrı-ayrılıqda 5 manat olmaqla 10 manat dəyərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan 749 manat 99 qəpik manat dəyərində **********25653 və **********45669 İMEİ kodlu “Honor” markalı, “X9A” modelli mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 779 manat 99 qəpik (yeddi yüz yetmiş doqquz manat doxsan doqquz qəpik) maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Qara Qarayev prospektində yerləşən “X2” univermağa getmiş, orada qadın paltarlarına baxdıqdan sonra görmüşdür ki, zərərçəkmiş şəxs paltardəyişəmə otağına keçmiş və sonradan əlində paltarlarla çıxmışdır. Pul kisəsi əlində olmadığından o, dərhal paltardəyişmə otağına keçmiş və görmüşdür ki, pul kisəsi və mobil telofon piştaxtanın üzərindədir. O, dərhal hər ikisini götürmüş və pul kisəsini gödəkçəsinin altında gizlətdikdən sonra bayıra çıxaraq həmin mobil telefonun üzərində olan nömrələri çıxarıb hazırda xatırlamadığı yerdə atmışdır. Sonra “Qara Qarayev” metrosunun yaxınlığında yerləşən mobil telefonların alqı-satqı mağazasına gedərək həmin mobil telefonu 150 manata satmış və oradan çıxıb sərnişin avtobusu ilə Mərdəkan qəsəbəsinə getmişdir. Pul kisəsini, kartlar və şəxsiyyət vəsiqələrini Polis Şöbəsinin yaxınlığında yerə ataraq evə getmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. Əməlindən cox peşmandır, iki övladını tək böyüdür, bir daha belə hallar olmayacaqdır. Məhkəmədən “epilepsiya” xəstəsi olmasını, övladlarını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. XXX Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, onunla barışdığını və ona qarşı şikayətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs istintaq zamanı ifadə verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 17:57 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 61C ünvanında yerləşən “X2” Ticarət Mərkəzində olduğu zaman yeni paltarlar almaq üçün həmin mağazanın içərisində olan paltar dəyişmə yerinə girərək orada paltarını dəyişdirmiş və özünə məxsus olan pul kisəsini və “Honor X9A” markalı mobil telefonunu orada saxlayaraq satıcıya müraciət etmək üçün paltar dəyişmə otağından çıxmışdır. Təxminən iki dəqiqədən sonra geri qayıdandan sonra pul kisəsinin və mobil telefonunun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək və Bakı şəhəri Nizami RPl-nin 25-ci Polis Şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Ona məxsus 20 manat dəyərində olan çəhrayı rəngli pul kisəsinin içərisində xx.xx.2008-ci il təvəllüdlü qızı X1 məxsus şəxsiyyət vəsiqəsi, özünə məxsus şəxsiyyət vəsiqəsi, Humanitar Fənlər təmaüllü məktəblitsey tərəfindən ona verilmiş, maaş kartı olan, içərisində heç bir məbləğdə pul olmayan "xxxx" ASC-yə aid bank kartı, içərisində 170 manat pul olan "xxxx" ASC-yə aid kart, sosial yardım idarəsindən ona verilmiş, içərisində heç bir məbləğdə pul olmayan "xxxx" ASC-yə aid kart, Statistika İdarəsi tərəfindən ona verilmiş, içərisində heç bir məbləğdə pul olmayan "xxxx" ASC-yə aid kart, “Azərsu” kartı, və “Azəriqaz” kartı olmuşdur. Həmçinin 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə, 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 749.99 manat olan “Honor X9A” markalı mobil telefonu da oğurlanmışdır. Ona məxsus mobil telefonda olan mobil nömrələrin üzərində danışıq vəsaiti olmamışdır. Həmçinin bank kartlarına hər-hansı bir formada müdaxilə olunmamış və pul çıxarılmamışdır. Həmin bank kartları, “Azərsu” kartı, “Azəriqaz” kartı və şəxsiyyət vəsiqələri zədələnməmiş və maddi ziyan vurulmamışdır. Həmçinin bank kartları, kommlunal kartlar və şəxsiyyət vəsiqələrinə görə ona maddi ziyan dəyməmişdir. Sonradan ona məlum olmuşdur ki, onun əmlakları polis şöbəsində adını öyrəndiyi XXX Təqsirləndirilən şəxs tərəfindən gizli yolla oğurlanmışdır. Əlavə olaraq bildirmişdir ki, 06 noyabr 2023-cü il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən onun pul kisəsi və daxilindəki bütün kartlar, o cümlədən şəxsiyyət vəsiqələri ona geri qaytarılmışdır. Onun əmlaklarının gizli yolla oğurlanması nəticəsində ona ümumilikdə 779,99 manat maddi ziyan vurulmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, XXX Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, XXX Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı MSY-dən azad edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, XXX Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmiş, həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, XXX Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. - xx.xx.2022-ci il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, XXX Təqsirləndirilən şəxs 26 №-li Şəhər Xəstəxanasında “Dissosiativ-konversion pozuntu” diaqnozu ilə qeydiyyatdadır. - elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, XXX Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü və xx.xx.2012-ci il təvəllüdlü iki övladı vardır. - Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş XXX Təqsirləndirilən şəxs tərəfindən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsi çəkilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin XXX Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin əmlakını gizli talayaraq oğurluq etməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla XXX Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. XXX Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən XXX Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı Şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının heç bir hissəsi onun tərəfindən çəkilməmişdir. Göründüyü kimi azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş XXX Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir və üzərində 2 il çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin tələbləri baxımından qeyd edir ki, yuxarıda istinad olunan hökmlə XXX Təqsirləndirilən şəxsu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduğundan həmin hal residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə XXX Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını, xəstəliyini, övladlarını tək böyütməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı XXX Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müyyən edilmədi. Məhkəmə XXX Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirmək yolu ilə XXX Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən XXX Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, cəmi 1 ay 28 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, XXX Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.20 və 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal azad edilməli; XXX Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 38 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 228 (iki yüz iyirmi səkkiz) manat (38x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 67-ci maddəsinə əsasən barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-187/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirərək XXX Təqsirləndirilən şəxs qəti cəza - 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən XXX Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, cəmi 1 ay 28 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 2 (iki) il 2 (iki) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. XXX Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. XXX Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. XXX Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. XXX Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs 38 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 228 (iki yüz iyirmi səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar