Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-16/2022 15.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 Şahin oğlunun, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs13 Ramis oğlunun və Zərərçəkmiş şəxs15, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı-Zərərçəkmiş şəxs17 MMC-nin nümayəndəsi X17, təqsirləndirilən şəxs, mülki cavabdeh-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 2002-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Nərimanov rayonu, T.Zərərçəkmiş şəxs10 küçəsi ev 9-da qeydiyyatda olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 1(007)- 66/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(005)-39/2021 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti olaraq 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 02 mart 2021-ci il tarixdən hesablanmış, hazırkı işlə bağlı 09 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 yanvar 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməklə baxılan işlə bağlı həmin Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq saxlanc yerinə və ya yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 oktyabr 2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs6 icarə əsasında işlətdiyi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10C ünvanında yerləşən “Ali studio” uşaq gözəllik salonunun giriş qapısının kilidini qıraraq qanunsuz binaya daxil olub salondan Zərərçəkmiş şəxs6 məxsus 15 manat dəyərində ***-***-**-** GSM nömrəsi ilə işləyən 200 manat dəyərində “İphone 5” markalı mobil telefonu və 2000 manat nağd pulu gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 2215 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 28 noyabr 2019-cu il tarixdə saat 02 radələrində Şahid3 işlətdiyi ünvan 1 ünvanda yerləşən “Elegance” qadın gözəllik salonunun qapısını özləri ilə gətirdiyi kənar əşya ilə açma yolu ilə birlikdə qanunsuz binaya daxil olub salondan saç ustası işləyən X18 aid iş masasının siyirtməsindən 280 manat, saç ustası işləyən Zərərçəkmiş şəxs9 aid iş masasının siyirtməsindən 130 manat nağd pulları və saç ustası işləyən Zərərçəkmiş şəxs7 aid iş masasının siyirtməsindən **********17091, **********17099 imei kodlu 50 manat dəyərində ***-***-**-** nömrəsi ilə işləyən 1 ədəd 600 manat dəyərində “Samsunq A7” markalı mobil telefonu gizli olaraq talayıb əldə eldikləri əmlakı öz aralarında bölməklə zərərçəkmiş şəxslər İlahə Həsənovaya 280 manat, Zərərçəkmiş şəxs9 130 manat və Zərərçəkmiş şəxs7 650 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X13 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 14 fevral 2020-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs5 icarə əsasında işlətdiyi ünvan 2 ünvanda yerləşən “Eliza” qadın gözəllik salonunun giriş qapısının kilidini sındıraraq birlikdə qanunsuz binaya daxil olub salondan Zərərçəkmiş şəxs5 məxsus 500 manat dəyərində “Samsung A3” markalı mobil telefonu və 1800 manat nağd pulu gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə ümumilikdə zərərçəkmiş şəxsə 2300 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 06 may 2020-ci il tarixdə saat 04:57 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 ünvanında yerləşən “Sharnel” gözəllik salonuna qapısını özü ilə gətirdiyi vintaçanla açaraq birlikdə qanunsuz binaya daxil olub salondan saxlanc yeri hesab olunan kassa aparatından 490 manat nağd pulu gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə zərərçəkmişə 490 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 06 may 2020-ci il tarixdə saat 05:30 radələrində Türkiyə Cümhuriyyətinin vətəndaşı Zərərçəkmiş şəxs4 məxsus ünvan 3 ünvanında yerləşən “Ankara Studio” bərbərxanasının qapısını özü ilə gətirdiyi vintaçanla açaraq birlikdə qanunsuz binaya daxil olub oradan saxlanc yeri hesab olunan kassa aparatından 240 manat nağd pulu gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə zərərçəkmiş şəxsə 240 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X24 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 05 sentyabr 2020-ci il tarixdə saat 04:30 radələrində Zərərçəkmiş şəxs11 məxsus ünvan 4 ünvanda yerləşən “Beauttech” gözəllik salonunun giriş qapısını özü ilə gətirdiyi vintaçanla açaraq birlikdə qanunsuz binaya daxil olub oradan Zərərçəkmiş şəxs11 məxsus 20 manat dəyərində ***-***-**-** GSM nömrəsi ilə işləyən 340 manat dəyərində “Redmi Note 8” markalı mobil telefon aparatını, 400 manat məbləğində nağd pulu və 150 manat dəyərində 01 ədəd gümüşü kişi boyunbağısını gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə ümumilikdə zərərçəkmiş şəxsə 910 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 sentyabr 2020-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi 185 ünvanında yerləşən Zərərçəkmiş şəxs11 məxsus “Beauttech” gözəllik salonunun plastik qapısını əlində olan vintaçanla açaraq qanunsuz binaya daxil olub oradan Zərərçəkmiş şəxs11 məxsus 40 manat dəyərində ***-***-**-** GSM nömrəsi ilə işləyən 300 manat dəyərində bir ədəd “Samsung J3” markalı mobil telefonu və 20 manat dəyərində ***-***-**-** GSM nömrəsi ilə işləyən bir ədəd 350 manat dəyərində “Xiomi Note 9” markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 710 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 sentyabr 2020-ci il tarixdə saat 04:19 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 4A ünvanında yerləşən Zərərçəkmiş şəxs16 icarəyə götürüb işlətdiyi “Face Up” gözəllik salonunun plastik pəncərəsini özü ilə gətirdiyi vintaçanla açaraq qanunsuz binaya daxil olub salondan Zərərçəkmiş şəxs16 məxsus 10 manat dəyərində ***-***-**-** nömrə ilə işləyən 200 manat dəyərində bir ədəd “Xiomi” markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş şəxsə 210 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X24 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 15 sentyabr 2020-ci il tarixdə saat 05:54 radələrində Zərərçəkmiş şəxs15 icarə əsasında işlətdiyi Bakı şəhəri, Yasamal rayonu, Müdafiəçi küçəsi 154 saylı ünvanda yerləşən “Moskva məhsulları” adlı mağazanın qapısını özləri ilə gətirdiyi vintaçanla açaraq birlikdə qanunsuz mağazaya daxil olub oradan saxlanc yeri hesab olunan kassa aparatının altındakı siyirtmədən 1400 manat nağd pul və 200 manat dəyərində “İphone 6” markalı mobil telefon aparatını gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə ümumilikdə zərərçəkmiş şəxsə 1600 manat dəyərində maddi diyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X24 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 20 sentyabr 2020-ci il tarixdə saat 04:30 radələrində Zərərçəkmiş şəxs14 icarə əsasında işlətdiyi ünvan 6 ünvanda yerləşən avtomobil ehtiyyat hissələrinin satışı mağazasının qapısını özləri ilə gətirdiyi vintaçanla açaraq birlikdə qanunsuz mağazaya daxil olub oradan saxlanc yeri hesab olunan kassadan Zərərçəkmiş şəxs14 məxsus 1321 manat nağd pulu gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə ümumilikdə zərərçəkmiş şəxsə 1321 manat dəyərində maddi diyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X24 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 24 sentyabr 2020-ci il tarixdə saat 04:57-də Zərərçəkmiş şəxs10 müdiri olduğu ünvan 7 ünvanda yerləşən “ERA kimyəvi təmizləmə” şirkətinin şüşə konstruksiyalı pəncərəsini aralayıb birlikdə qanunsuz binaya daxil olaraq şirkətin içərisində təmizləmə otaqlarından birində şkafın içərisində olan pul qabından 100 manat məbləğində nağd pul, müdir otağında olan 1 ədəd “Junema” markalı, içərisində 3400 manat məbləğində nağd pulu və 1 ədəd şirkətin möhürü olan 400 manat dəyərində dəmir materialdan ibarət seyfi və masanın üzərində olan saxlanc yeri hesab olunan kassa aparatından 350 manat məbləğində nağd pulu gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə zərərçəkmiş şəxsə ümumilikdə 4250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X25 və X24 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 16 noyabr 2020-ci il tarixdə saat 07 radələrində ünvan 8 ünvanında yerləşən, Zərərçəkmiş şəxs2 işlətdiyi “Belnatur” estetik klinikasının qapısını özləri ilə gətirdikləri vintaçanla sındırmaq yolu ilə açıb birlikdə qanunsuz binaya daxil olub klinikadan saxlanc yeri hesab olunan seyfdən 1500 manat nağd pulu gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə ümumilikdə zərərçəkmiş şəxsə 1500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X24 və şəxsiyyəti istintaqa məlum olmayan Zahid adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 30 noyabr 2020-ci il tarixdə saat 06:30 radələrində ünvan 9 ünvanda yerləşən Zərərçəkmiş şəxs12 məxsus “Fleur” gözəllik salonunun giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açıb qanunsuz binaya daxil olub salonda olan dolabın içərisindən 600 manat nağd pulu gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə zərərçəkmiş şəxsə 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X24 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 02 dekabr 2020-ci il tarixdə saat 05:30-da ünvan 10 ünvanda yerləşən Zərərçəkmiş şəxs17 MMC-yə məxsus olan “SCOOP” qadın geyim dükanının şüşə konstruksiyalı qapısını üzərində olan vintaçanla açıb qanunsuz mağazaya daxil olaraq oradan kassa aparatının qoyulduğu masanın dolabına qoyulan həmin dövrə görə mili manat məzənnəsi ilə 1190 manat dəyərində 700 ABŞ dolları və 1406 manat məbləğində nagd pul, həmin masanın üzərində 400 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 1 ədəd 169 manat dəyərində “Nokia” markalı, “TA-1029” (2) modelli mobil telefon aparatını gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə ümumilikdə Zərərçəkmiş şəxs17 MMC-yə 3165 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X22 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 10 dekabr 2020-ci il tarixdə saat 02:40-da Zərərçəkmiş şəxs13 Ramis oğlunun icarə əsasında işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən şirniyyat mağazasının qapısını açmaq yolu ilə qanunsuz mağazaya daxil olub oradan Zərərçəkmiş şəxs13 məxsus bir ədəd 400 manat dəyərində 4 kanallı “Newtech” markalı “AHD- 9004PTS” modeli DVR aparatı və 500 manat nağd pulu gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə ümumilikdə zərərçəkmiş şəxsə 900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X25 və X24 ilə qabaqcadan əlbir olar bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 31 dekabr 2020-ci il tarixdə saat 07 radələrində ünvan 11 ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 işlətdiyi “Mini market” adlı mağazaya qapını sındırmaq yolu ilə birlikdə qanunsuz daxil olaraq mağazadan ümumi dəyəri 45,60 manat olan 12 ədəd “Sobrania ağ qalın” markalı siqaret, ümumi dəyəri 38 manat olan 10 ədəd “Sobrania göy qalın” markalı siqaret, ümumi dəyəri 57 manat olan 15 ədəd “Sobrania ağ nazik” markalı siqaret, ümumi dəyəri 49,40 manat olan 13 ədəd “Sobrania göy nazik” markalı siqaret, ümumi dəyəri 54 manat olan 15 ədəd “Kent 4 qalın” markalı siqaret, ümumi dəyəri 72 manat olan 20 ədəd “Kent 4 nazik” markalı siqaret, ümumi dəyəri 42,20 manat olan 12 ədəd “Kent 8 qalın” markalı siqaret, ümumi dəyəri 47,60 manat olan 14 ədəd “Vinston nazik” markalı siqaret, ümumi dəyəri 54.40 manat olan 16 ədəd “Vinston Konpakt” markal siqaret, ümumi dəyəri 43 manat olan 20 ədəd “Palmal boz nazik” markalı siqaret, ümumi dəyəri 36 manat olan 15 ədod “Palmal mentol” markalı siqaret, ümumi dəyəri 48 manat olan 20 ədəd “Vinçestr boz nazik” markalı siqaret, ümumi dəyəri 40,80 manat olan 17 ədəd “Vinçestr kompakt” markalı siqaret, ümumi dəyəri 43,20 manat olan 18 ədəd “Vinçestr qalın” markalı siqaret, ümumi dəyəri 45,60 manat olan 19 ədəd “Vinçestr göy nazik” markalı siqaret, ümumi dəyəri 38,40 manat olan 16 ədəd “Rotmans boz” markalı siqaret, ümumi dəyəri 45,60 manat olan 19 ədəd “Rotmans göy” markalı siqaret, ümumi dəyəri 33,60 manat olan 14 ədəd “Rotmans mentol” markalı siqaret, ümumi dəyəri 34,20 manat olan 19 ədəd “Arqo göy qalın” markalı siqaret, ümumi dəyəri 39,60 manat olan 18 ədəd “Vest qalın” markalı siqaret, ümumi dəyəri 42 manat olan 21 ədəd “Maqna ağ” markalı siqaret, ümumi dəyəri 34 manat olan 17 ədəd “Maqna qara” markalı siqaret, ümumi dəyəri 32 manat olan 16 ədəd “Maqna boz” markalı siqaret, ümumi dəyəri 44 manat olan 22 ədəd “Vant qara” markalı siqaret, ümumi dəyəri 38 manat olan 19 ədəd “Vant boz” markalı siqaret, ümumi dəyəri 32,30 manat olan “Vikeroy qara” markalı siqaret, ümumi dəyəri 36,10 manat olan 19 ədəd “Vikeroy boz” markalı siqaret, ümumi dəyəri 32,40 manat olan 18 ədəd “Arqo nazik” markalı siqaret, mağazanın içərisində yerləşən tumbanın üzərində olan kiçik karopkadan 150 manat (qəpiklərlə), 85 manat nağd pul, ümumi dəyəri 36 manat olan 36 ədəd “Snickers” markalı şokolad, ümumi dəyəri 48 manat olan 48 ədəd “Baunti” markalı şokolad, ümumi dəyəri 42 manat olan 42 ədəd “Mars” markalı şokolad, ümumi dəyəri 44 manat olan 44 ədəd “Tviks” markalı şokolad, ümumi dəyəri 25,50 manat olan 3 ədəd “Final” markalı yağ, ümumi dəyəri 4,50 manat olan 3 ədəd “Final” markalı ketçup, ümumi dəyəri 3 manat olan 2 ədəd “Final” markalı mayonezi gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə ümumilikdə zərərçəkmiş şəxsə 1643 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər də oğurluq etmişdir və bu əməllərinə görə məsuliyyətə cəlb olunmuşdur. Eyni zamanda 2019-cu ilin oktyabr ayının sonlarında oğurluq etmək məqsədilə Xətai rayonu Babək prospektinin ərazisinə getmiş və orada olan “Ali Studio”dan oğurluq etmək qərarına gəlmişdir. Ətrafda heç kimin olmamasından istifadə edərək özündə olan vintaçanla obyektin qapısını açaraq studiyaya daxil olub 1 ədəd “İphone 5S” markalı mobil telefon aparatı və 1000 manata yaxın pul taparaq oğurlamış və oranı tərk etmişdir. Mobil telefon istifadəyə yararsız olduğundan onu atmış, pulları isə özünə sərf etmişdir. 28 noyabr 2019-cu il tarixə keçən gecə saat 02 radələrində X12 ilə birlikdə Xətai rayonu, M.Rüstəmov küçəsində yerləşən bir qadın gözəllik salonuna getmişlər. Orada Rəhman özündə olan vintaçanla qapını açmlş və salona daxil olmuşlar. Salonu axtardıqları vaxt o, şkafın siyirməsindən 100 manat pul və “Samsunq A7” markalı telefonu götürmüşdür. Rəhmanın oradan başqa nə götürməsi ona məlum olmamışdır. Oğurluqda əldə etdiyi pulu tam şəkildə Rəhmanla bölmüşlər, yaxalanacağından qorxaraq telefonu gecə zibil qutusuna tullamışdır. 14 fevral 2020-ci il tarixdə gecə saatlarında X13 ilə birlikdə Bakı şəhəri Xətai rayonu ərazisində gəzişib oğurluq etməyə mağaza və ya başqa obyekt axtarmışlar. Həmin gün saat 04 radələrində Hüseynlə birlikdə ünvan 12 ünvanda “Eliza” qadın gözəllik salonunun olduğunu görüb oradan oğurluq etmək qərarına gəlmişlər. O, gözəllik salonunun giriş qapısının kilidini üzərində olan dəmir parçası ilə qırmış və gözəllik salonuna daxil olmuşlar, Hüseynlə birlikdə salonda pul və ya dəyərli əşya axtarmağa başlamışlar. O, otaqların birini axtardıqda orada olan masanın siyirməsində 1800 manat pulun olduğunu görüb götürmüşdür. Hüseyn isə digər otaqda olan dolabın siyirməsindən “Samsung A3” markalı mobil telefon oğurladığını ona bildirmişdir. Bundan sonra gözəllik salonunu tərk edib oradan uzaqlaşmışlar, “Eliza” gözəllik salonundan oğurladığı 1800 manat puldan 200 manatını Hüseynə vermiş, qalan pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. “Samsung A3” markalı mobil telefonu Hüseyn özündə saxlamışdır. 06 may 2020-ci il tarixdə gecə saat 04 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində dostu Rəhman Dadaşzadə ilə gəzişmişlər, Fəzail Bayramov küçəsində yerləşən “Sharnel” adlı gözəllik salonu onların diqqətlərini çəkmiş, həmin gözəllik salonundan oğurluq etmək qərarına gəlmişlər. Aydın üzərində olan vintaçanla gözəllik solununun qapısını aralamağa başlamışdır. O da qapını var gücü ilə içəri doğru itələyərək qapını açmışdır. Gözəllik salonun içərisinə daxil olub içəridə qapı ilə üzbə-üz olan müştəriləri qəbul etmək üçün olan “reception” kimi istifadə edilən yerdə olan çəkməcədən 490 manat manat pul götürmüşlər. Bundan sonra gözəllik salonunda nə qədər axtarış etsələr də başqa qiymətli əşya və ya pul tapa bilməmiş və ordan qaçaraq uzaqlaşmışlar. Əldə etdikləri pulu hərəyə 245 manat olmaqla aralarında bölmüşlər. Puldan ona düşən hissəsini öz ehtiyacları üçün xərcləmişdir. “Sharnel” gözəllik salonundan oğurluq edib çıxıdıqdan sonra saat 05 radələrində həmin küçədə yerləşən “Ankara Studio” adlı bərbərxana diqqətlərini çəkmişdir. Onlar həmin bərbərxanadan oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra o, üzərində olan vintaçanla bərbərxananın giriş qapısını aralamağa başlamışdır. Rəhman da qapını var gücü ilə içəri doğru itləyərək qapını açmışlar. Rəhmanla birlikdə bərbərxananın içərisinə daxil olub qapı ilə üzbə-üz olan müştəriləri qəbul etmək üçün olan “reception” kimi istifadə edilən hissədə olan kassadan 240 manat manat pul götürmüşlər. Bundan sonra Rəhmanla birlikdə bərbərxanada nə qədər axtarış etsələr də başqa qiymətli əşya və ya pul tapa bilməmişlər, qapıdan çıxaraq oradan uzaqlaşmışlar. Əldə etdikləri pulu hərəyə 120 manat olmaqla aralarında bölmüşlər. Puldan ona düşən hissəsini öz ehtiyacları üçün xərcləmişdir. 05 sentyabr 2020-ci il tarixdə tanışı Cavidlə Əhmədli qəsəbəsində yerləşən “MCDonalds”ın qarşısında görüşmüşlər. Orada aralarında oğurluq etmək barədə söhbət edib birlikdə razılığa gəlmiş, daha sonra isə onlar birlikdə “Tarqovu” deyilən ərazidə gəzib oğurluq etmək üçün obyekt axtarmağa başlamışlar. Onlar ara küçələrlə gəzib saat 04:30 radələrində ünvan 4 ünvanda yerləşən “Büauttech” adlı gözəllik salonunun giriş qapısının qarşısına gəlmiş, həmin ünvanda üzərində olan vintaçanla qapını aralayıb gözəllik salonuna daxil olmuş, həmin salondan bir ədəd “Redmi Note 8” markalı mobil telefon aparatını, kassada olan 400 manat məbləğində nəğd pulu və bir ədəd gümüşü kişi boyunbağısını oğurlamışlar. Mağazanı tərk etdikdən sonra 400 manat pulu öz aralarında bölmüşlər, mobil telefon aparatı ilə boyunbağı isə Caviddə qalmışdır. 07 sentyabr 2020-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Yasamal rayonu “Statistika dairəsi” adlanan yerdən üzü aşağı gedən zaman xəstəxana ilə üzbə-üz gözəllik salonunun olduğunu görüb ora girmək qərarına gəlmişdir. Giriş qapısının qarşısına gələrək plastik qapını üzərində olan vintaçanla açmış və gözəllik salonuna daxil olmuş, giriş hissədə olan masanın üzərindəki bir ədəd “Samsung” və bir ədəd “Xiomi” markalı mobil telefonu götürmüşdür. Bundan sonra gözəllik salonunun digər otaqlarını gəzmiş, lakin heç bir qiymətli əşya və pul tapa bilməmiş, oradan çıxıb getmişdir. Mobil telefonları səhəri gün Bakı şəhəri, Nəsimi rayonu “28 May” ərazisində Səməd Vurğun parkında tanımadığı şəxsə 200 manata satmışdır. Əldə etdiyi pulu müxtəlif kafe və restoranlarda xərcləmişdir. 12 sentyabr 2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 4A ünvanının qarşısından keçərkən orada yerləşən gözəllik salonundan oğurluq etmək qərarına gəlmiş və üzərində olan vintaçanla salonun qarşısında olan pəncərəni açaraq salona daxil olmuş, salonu özündə olan telefonun işığı ilə axtararaq bir ədəd mobil telefon aparatı tapıb həmin telefon aparatını oğurlamış və sonradan mobil telefon aparatının nasaz olmasını aşkar etdiyindən zibil qutusuna atmışdır. 15 sentyabr 2020-ci il tarixdə gecə saatlarında tanışı Cavidlə birlikdə Yasamal rayonu “Qış parkı” və ona yaxın ərazilərdə gəzişmişlər. Həmin tarixdə saat 05 radələrində Cavidlə “Qış parkı” ilə üzbə-üz yolun kənarında yerləşən “Moskva məhsulları” adlanan mağazanın yanından keçərkən oradan oğurluq etmək qərarına gəlmişlər. Ətrafda insan olmadığını gördükdən sonra özündə olan vintaçanla mağazanın qapısını aralayıb qapını açmış, ikisi də içəri daxil olmuşlar. O, Cavidlə birlikdə dərhal kassa kimi istifadə edilən masaya yaxınlaşmış və masanın siyirtmələrini axtarmağa başlamış, orada olan kağızları və sənədləri yerə tökmüşlər. Həmin masanın yuxarı birinci siyirtməsində 1100 manat pul aşkar etmiş və həmin pulu Cavidə götürərək axtarmağı davam etmişlər. Cavid isə bir ədəd “İphone 6” markalı mobil telefonu aşkar edib cibinə qoymuşdur. Bundan sonra mağazadan başqa heç bir qiymətli əşya aşkar etmədiklərinə görə Cavidlə birlikdə çıxıb getmişlər. Əldə etdiyi pulu Cavidlə bərabər bölmüş, həmin pulu öz ehtiyaclarına xərcləmişdir. 20 sentyabr 2020-ci il tarixdə saat 04:30 radələrində tanışı Cavidlə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən avtomobil ehtiyyat hissələrinin satışı mağazasına qapısını üzərində olan vinlaçanla açaraq ora daxil olmuşlar, mağazadan 1321 manat pul taparaq oğurlamış və pulu öz aralarında bölmüşlər. 24 sentyabr 2020-ci il tarixdə saat 03 radələrində Hövsan qəsəbəsində tanışı Cavidlə birlikdə olan zaman oğurluq etmək qərarına gəlmişlər və yol kənarı ilə gedən zaman yoldan keçən “Mercedes” markalı taksi sürücüsünü görüb əl edib saxlatmış, Bakı şəhəri, Nəsimi rayonu ərazisinə sürməsini istəmişlər. Taksi sürücüsü onları aparıb Nəsimi rayonu ərazisinə giriş etdikdə avtomobili hara sürəcəyini soruşmuş, o, “Koala park” tərəfə sürməsini bildirmiş, həmin ünvanın qarşısına çatdıqda isə işıqfordan sola dönməsini istəmişdir. İşqıfordan təxminən 150-200 metr sonra isə taksi sürücüsünə avtomobili sola döndərib saxlamasını və onları 10-15 dəqiqə gözləməsini bildirmişlər. Taksi sürücüsü bir az düşündükdən sonra razılıq vermişdir. Onlar avtomobildən düşdükdən sonra yol kənarı ilə gedən zaman “Era” adlı kimyəvi təmizləmə şirkəti görmüşlər. O, üzərində gəzdirdiyi təxminən uzunluğu 15-20 sm olan dəmir parçasını çıxarmış və giriş qapısının arasına salaraq aralamağa başlamışdır. Giriş qapısını bir az araladıqdan sonra özü, ardınca Cavid içəri daxil olmuşlar və oranı axtarmağa başlamışlar. Cavid şkafda bir ədəd pul kisəsi tapmış və bildirdiyinə görə içərisindən 100 manat pul götürmüşdür. O da həmin vaxt kimyəvi təmizləmə şirkətinin içərisini axtararaq daha böyük dəyəri olan bir şey, pul və ya qiymətli əşya axtarmışdır. Şirkətin içərisində olan zaman yoldan avtomobil keçdiyi üçün avtomobilin işıqları şirkətin içərisinə də düşdüyündən görsənməmək üçün yerə uzanmışlar. Orada o, bir otağa daxil olmuş, otaqdakı iş stolunun arxasında şkaf olmuşdur. Şkafın şüşəli qapısından içərisində seyfə oxşar dəmir görmüşdür. Şüşədən olan qapısını açan zaman gördüyü şeyin həqiqətən də seyf olduğunu müəyyən etmişdir. O, seyfi silkələməyə başlamışdır ki, içərisində nələr olmasını bilsin. Bundan sonra o, həmin seyfi də götürüb kimyəvi təmizləmə şirkətinin digər qapısından çıxmaq istəmişdir. Həmin vaxt Cavid də yanında olmuşdur. Onlar nə qədər güc etsələr də həmin şüşə konstruksiyalı giriş qapısını aça bilməmişlər. Geri qapıdıb əvvəlki giriş qapısından çıxmağı qərara almışlar. Geri qayıdan zaman da bir ədəd qara rəngli sellofan torba götürüb seyfi həmin sellofanın içərisinə qoymuşlar ki, sonradan heç kim onlardan şübhələnməsin. İçəri daxil olduqları giriş qapısından çıxaraq həmin ərazidən uzaqlaşmış və taksi sürücüsünü saxlatdırdığı yerə tərəf getməyə başlamışlar. Avtomobilə əyləşərək taksi sürücüsünə Nizami rayonu, NZS qəsəbəsinə sürməsini bildirmişdir. Taksi sürücüsü pulunu istədikdə getdikləri ünvana çatdıqda pulu verəcəklərini bildirmişlər. Yolda Cavidlə o, oğurluq barədə hər hansı bir söhbət etməmişlər. Nizami rayonu, NZS qəsəbəsinə çatdıqda taksi sürücüsü avtomobili hara sürəcəyini soruşmuş, onlar avtomobili qabağa sürüb yol kənarında saxlamasını bildirmişlər. Avtomobildə olan zaman sürücüyə bildirmişlər ki, onları yenə 10-15 dəqiqə gözləyəcəkdir. Avtomobilin sürücüsü bir az fikirləşdikdən sonra razılıq vermişdir. Onlar da avtomobildən düşmüş və taksi sürücüsünün görə biləcəyi ərazidən uzaqlaşmışlar. Xeyli getdikdən sonra yol kənarında olan zibil qutularından birinin yanında daş görmüş, həmin daşın yanına gəlib seyfin qapısını sındırmağa başlamışlar. Seyfin qapısını sındırdıqda görmüşlər ki, içərisində 1 ədəd möhür, açarlar və pul vardır. Onlar pulu götürmüşlər, seyfi isə içindəkilərlə birlikdə zibil qutusunun yaxınlığına qoymuşlar. Pulu saydıqda müəyyən etmişlər ki, seyfin içərisindən çıxan pul 3400 manatdır. Cavid demişdir ki, o, seyfi aşkar edib tapıb götürən zaman özü də “Era” kimyəvi təmizləmə şirkətinin ikinci giriş qapısının yan tərəfdə olan kassa aparatını açıb içərisindən 235 manat pul götürmüşdür. O, həmin puldan öz payına 1900 manat pul götürmüş, qalan pulu isə Cavid götürmüşdür. Pulları böldükdən sonra ayrılmışlar və o, səhər saatlarından başlayaraq həmin pulu xərcləməyə başlamışdır. 16 noyabr 2020-ci il tarixində saat 04 radələrində tanışları Ata və Cavidlə birlikdə Nizami rayonu, Şərifii küçəsi ilə oğurluq etmək niyyəti ilə gəzişən zaman orada “Belnatur” estetik klinikasını görüb həmin klinikadan oğurluq etmək qəprarına gəlmişlər, klinikanın qapısını özlərində olan vintaçanla açaraq klinikaya daxil olub oranı axtarmağa başlamışlar, klinikada seyf olduğunu görüb onu açaraq oradan pul oğurlamışlar, başqa heç nə tapmadıqları üçün oradan çıxıb getmişlər. Yolda oğurladıqları pula baxdıqda 1500 manat olmasını bilmişlər. X35 hərəsinə 200 manat verərək qalan 1100 manat pulu özünə götürmüş və həmin pulu öz ehtiyaclarına xərcləmişdir. 30 noyabr 2020-ci il tarixdə səhərə yaxın tanışları Cavid və Zahidlə birlikdə oğurluq etmək məqsədilə ünvan 13 ünvanda “Fleur” gözəllik salonu yerləşmiş, həmin vaxt isə saat 06:30 radələri olmuşdur. Onlar əvvəlcə ətrafa baxmışlar, onları heç kimin görmədiyinə əmin olduqdan əvvəlcə qapını itələmiş, sonra qapının alüminium çərçivəsinin aşağı hissəsini dəmirlə əyərək qapını aralayıb möhkəm itələmişdir. Qapı açıldıqdan sonra hər üçü salona daxil olmuşlar, giriş hissədə olan masanın aşağısında yeləşən şkafın içərisini axtarmışlar. Şkafda olan 600 manat nağd pulu götürüb salonu tərk etmişlər. Pulu götürdüklərinə görə digər otaqları axtarmamışlar, oradan uzaqlaşdıqdan sonra pulu üç yerə bölmüşlər. O, özünə götürdüyü 200 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 01 dekabr 2020-ci il tarixdə komendant saatı ilə əlaqədar getməyə yerləri olmadığından məcbur olub “28 May” metrostansiyasının yaxınlığında binaların birinin blokuna girib orada gecələmişlər. 02 dekabr 2020-ci il tarixdə səhər saat 05:30 radələrində oradan çıxıb Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Tarqovı” adlanan yerə getmişlər. Orada məhlələrin arasında bir qədər gəzib dolaşaraq oğurluq etmək üçün obyekt və ya dükan axtarmağa başlamışlar. Cavidlə bir qədər gəzdikdən sonra “Ssoop” adlı geyim dükanının qarşısına gəlmişlər, dükanın giriş qapıları şüşə konstruksiyadan ibarət olmuşdur. Cavid ətrafa nəzarət etməyə başlamış, o isə üzərində olan vintaçanı çıxarıb dükanın şüşədən olan giriş qapısının qıfılının altına müdaxilə etmiş, Cavid həmin qapını bir qədər qaldırdıqdan sonra qapı açılmışdır. Əvvəl Cavid, ardınca isə o, dükana girmişlər, dükanın içərisində bir neçə atdım atdıqdan sonra təhlükəsizlik sistemi işə düşüb səs salmağa başlamışdır. Cavid bir qədər irəli gedib kassa aparatının qoyulduğu masaya yaxmlaşıb oraya baxış keçirmiş, bir qədər baxdıqdan sonra Cavid masanın dolabını açıb orada olan nagd pulları götürmüşdür. O isə Cavidin arxasınca gəlib masanın üstündə olan ağ rəngli mobil telefon aparatını götürmüşdür. Bundan sonra Cavidlə dükandan çıxıb “Dəniz kanarı” milli park istiqamətinə qaçmışlar. Bir qədər oradan uzaqlaşdıqdan sonra oğurluq zamanı əldə etdikləri pulları saydıqda orada 600 ABŞ dolları və 900 manata yaxın bir məbləğin olduğunu görmüşlər. O, oğurladığı mobil telefona baxdıqda həmin telefonun üzərində bir ədəd GSM kartı olan ağ rəngli “Nokia 2” markalı mobil telefon aparatı olduğunu müəyyən etmişdir. Cavidlə birlikdə həmin məbləği öz ehtiyaclarına və borclarına xərcləmişlər. Oğurladıqları pullardan cəmi 200 ABŞ dolları qalmışdır. 03 dekabr 2020-ci il tarixdə axşam saatlarında Suraxanı rayonu, Hövsan qəsəbəsində Cavidlə birlikdə söhbət edərkən onları polis əməkdaşları saxlayaraq Səbail RPİ-nin 9-cu PB-nə aparmışlar. Polis bölməsində oğurluq etdiklərini etiraf etmişlər. Bundan sonra, 09 dekabr 2020-ci il tarixdə Hövsan qəsəbəsində olarkən tanışı Cavidə lombarda borcu olduğunu bildirmişdir. Bu zaman Cavid ona gedib oğurluq etmələrini təklif etmişdir. 10 dekabr 2020-ci il tarixdə saat 02 radələrində qardaşı Emingildən Hövsan qəsəbəsi ərazisinə çıxmışlar. Yolla gedərkən təxminən saat 02:40 radələrində “Sweet home” adlı şirniyyat dükanına rast gəlmişlər. Bu zaman Cavid həmin şirniyyat dükanına girmələrini təklif etmişdir. Cavid evdən çıxarkən özü ilə vintaçan götürmüşdür. Cibindən vintaçanı çıxarmış şüşə qapını qaldırmışdır. Qapının kilidi açılmış və onlar içəri daxil olmuşlar. Vitrinin arxa tərəfinə keçmiş və vitrinin arxa tərəfində yerləşən bağlı yerlərin qapısını açaraq baxmağa başlamışlar. Soıııa içəri tərəfə keçmişlər. Həmin otaqda soyuducunun üzərində yerləşən kamera yaddaş qurğusunu götürmüş, sonra oradan çıxaraq uzaqlaşmışlar. 31 dekabr 2020-ci il tarixində saat 6-7 radələrində tanışları Ata və Cavidlə birlikdə Xətai rayonu, “Əhmədli” metrostansiyasının yaxınlığında görüşmüşlər. Bir az söhbət etdikdən sonra birlikdə Nizami rayonu, Çobanzadə küçəsi 53 ünvanında yerləşən mağazanın yaxınlığına gəlmişlər. Orada olan zaman Ata onlara mağazaya daxil olaraq oradan oğurluq etmələrini demişdir. Ətrafa baxış keçirtmişlər, heç kəsin olmadığına əmin olduqdan sonra Cavid üzərində olan vintaçanla Ata ilə birlikdə həmin mağazanın qapısını açaraq içəri daxil olmuşlar. Bir neçə saniyədən sonra o,da onların arxasınca mağazaya daxil olmuş, mağazanın içərisində olan sellafon torbalardan götürərək mağazanın kassa hisssəsində olan piştaxtadakı siqaretləri onların içərisinə yığmağa başlamışlar. Təxminən 20 dəqiqə ərzində ümumilikdə 78 qutu müxtəlif növ siqaretləri torbaya qoymuşlar. Sonra Cavid piştaxtanın üzərində olan karopkanın içərisindəki qəpikləri yığmağa başlamışdır. Bir qədər mağazanın içərisində axtarış etdikdən sonra həmin karopkanın içərisində olan 20 manat pulu da götürərək mağazanı tərk etmişlər. Mağazadan çıxdıqdan sonra Əhmədli qəsəbəsində yerləşən məscidin yaxınlığına gedərək oğurladıqları əşyaları gizlədərək öz evlərinə getmişlər. 31 dekabr 2020-ci il tarixdə saat 14-15 radələrində Cavid və Ata ilə birlikdə yenidən həmin məscidin yaxınlığında görüşmüşlər, mağazadan oğurladıqları pulu və siqaretləri gizlətdikləri yerdən götürərək Əhmədli qəsəbəsində yerləşən müxtəlif kiçik mağazalara 10-10 ədəd olmaqla satmağa başlamışlar. Qəpikləri isə “Yeni il” bayramı ərəfəsi olduğu üçün birlikdə xərcləmişlər. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, əməllərindən səmimi peşmandır, yetkinlik yaşına çatmadığına görə səhvən bu əməllərə yol vermişdir. Barəsində aşağı həddə, yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 14 ünvanında yerləşən “Mini market” adlı mağazanı icarəyə işlədir. 30 dekabr 2020-ci il tarixində saat 22 radələrində mağazanı bağlayaraq yaşadığı ünvana getmişdir. 31 dekabr 2020-ci il tarixdə saat 08:30-da yaşadığı ünvandan çıxaraq mağazaya getmiş və mağazanın giriş hissəsində yerləşən plastik qapının açıq olmasını görmüşdür. Mağazaya daxil olduqdan sonra orada olan əmlaklarının dağınıq olmasını görmüş və mağazaya naməlum şəxs və ya şəxslərin daxil olaraq oğurluq etmələrini başa düşmüşdür. Dərhal DİN-nin 102 zəng xidmətinə baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Mağazanın qapısını sındırmaq yolu ilə daxil olan naməlum şəxs və ya şəxslər oradan ümumilikdə dəyəri 45,60 olan 12 ədəd “Sobrania ağ qalın” markalı siqaret, ümumilikdə dəyəri 38 manat olan 10 ədəd “Sobrania göy qalın” markalı siqaret, ümumilikdə dəyəri 57 manat olan 15 ədəd “Sobrania ağ nazik” markalı siqaret, ümumilikdə dəyəri 49,40 manat olan 13 ədəd “Sobranie göy nazik” markalı siqaret, ümumilikdə dəyəri 54 manat olan 15 ədəd “Kent 4 qalın” markalı siqaret, ümumilikdə dəyəri 72 manat olan 20 ədəd “Kent 4 nazik” markalı siqaret, ümumilikdə dəyəri 42,20 manat olan 12 ədəd “Kent 8 qalın” markalı siqaret, ümumilikdə dəyəri 47,60 manat olan 14 ədəd “Vinston nazik” markalı siqaret, ümumilikdə dəyəri 54,40 manat olan 16 ədəd “Vinston Konpakt” markal siqaret, ümumilikdə dəyəri 48 manat olan 20 ədəd “Palmal boz nazik” markalı siqaret, ümumilikdə dəyəri 36 manat olan 15 ədəd “Palmal mentol” markalı siqaret, ümumilikdə dəyəri 48 manat olan 20 ədəd “Vinçestr boz nazik” markalı siqaret, ümumilikdə dəyəri 40,80 manat olan 17 ədəd “Vinçestr kompakt” markalı siqaret, ümumilikdə dəyəri 43,20 manat olan 18 ədəd “Vinçestr qalın” markalı siqaret, ümumilikdə dəyəri 45,60 manat olan 19 ədəd “Vinçestr göy nazik” markalı siqaret, ümumilikdə dəyəri 38,40 manat olan 16 ədəd “Rotmans boz” markalı siqaret, ümumilikdə dəyəri 45,60 manat olan 19 ədəd “Rotmans göy” markalı siqaret, ümumilikdə dəyəri 33,60 manat olan 14 ədəd “Rotmans mentol” markalı siqaret, ümumilikdə dəyəri 34,20 manat olan 19 ədəd “Arqo göy qalın” markalı siqaret, ümumilikdə dəyəri 39,60 manat olan 18 ədəd “Vest qalın” markalı siqaret, ümumilikdə dəyəri 42 manat olan 21 ədəd “Maqna ağ” markalı siqaret, ümumilikdə dəyəri 34 manat olan 17 ədəd “Maqna qara” markalı siqaret, ümumilikdə dəyər 132 manat olan 16 ədəd “Maqna boz” markalı siqaret, ümumilikdə dəyəri 44 manat olan 22 ədəd “Vant qara” markalı siqaret, ümumilikdə dəyəri 38 manat olan 19 ədəd “Vant boz” markalı siqaret, ümumilikdə dəyəri 32,30 olan “Vikeroy qara” markalı siqaret, ümumilikdə dəyəri 36,10 manat olan 19 ədəd “Vikeroy boz” markalı siqaret, ümumilikdə dəyəri 32,40 manat olan 18 ədəd “Arqo nazik” markalı siqaret, mağazanın içərisində yerləşən tumbanın üzərində olan kiçik karopkadan 150 manat (qəpiklərlə), 85 manat nağd pul, ümumilikdə dəyəri 36 manat olan 36 ədəd “Snickers” markalı şokolad, ümumilikdə dəyəri 48 manat olan 48 ədəd “Baunti” markalı şokolad, ümumilikdə dəyəri 47 manat olan 47 ədəd “Mars” markalı şokolad, ümumilikdə dəyəri 44 manat olan 44 ədəd “Tviks” markalı şokolad, ümumilikdə dəyəri 25,50 manat olan 3 ədəd “Final” markalı yağ, ümumilikdə dəyəri 4,50 manat olan 3 ədəd “Final” markalı ketçup, ümumilikdə dəyəri 3 manat olan 2 ədəd “Final” markalı mayonez oğurlayaraq ona cəmi 1643 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs qarşı şikayətçidir, maddi ziyanın ödənilməsini tələb edir. Qanuna uyğun qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 25 ünvanda yerləşən “Belnatur” estetik klinikasını icarə ilə işlətmişdir. 16 noyabr 2020-ci il tarixdə yaşadığı ünvanda olan zaman klinikada işçi olan Cihad zəng edərək klinikadan oğurluq edilməsini bildirmişdir. O, klinikaya gəldikdə oradakı seyfdən 1500 manat pulun oğurlanmasını aşkar etmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs qarşı şikayətçi deyil, maddi ziyanın ödənilməsini tələb etmir. Qanuna uyğun qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, N.Əliyev küçəsi 31 ünvanında yerləşən “Eliza” gözəllik salonunu icarəyə götürərək işlədir. Hər ayın 16-da ödəniş vaxtı olduğu üçün ayın əvvəlindən icarə haqqı olan 1800 manat pulu yığaraq iş otağında portmanatın içərisinə qoymuşdur. 13 fevral 2020-ci il tarixdə saat 18 radələrində salonu bağlayaraq evə getmiş, 14 fevral 2020-ci il tarixdə saat 14 radələrində iş yerinə gələrək qapını açmaq istəyərkən qapının açıq olmasını görmüşdür. Nəzər yetirdikdə alt hissəsindən müdaxilə olunmaqla qapının açılmasını görmüş və oğurluq edilməsini başa düşmüşdür. Bundan sonra salona nəzər saldıqda 1800 manat pulunun və 500 manat dəyərində üzərində mobil telefon nömrəsi olmayan “Samsung Galaxy A3” markalı mobil telefon aparatının oğurlanmasını aşkar etmiş və hadisə barədə polisə ərizə vermişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs qarşı şikayətçi deyil, maddi ziyanın ödənilməsini tələb etmir. Qanuna uyğun qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 24 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 61 ünvanında yerləşən, ona məxsus “ERA kimyəvi təmizləmə” şirkətinə gələn işçisi Vəli Həsənov görmüşdür ki, şüşə pəncərələr açıqdır. İşçisi dərhal ona zəng vuraraq şirkətdən oğurluq hadisəsinin baş verməsi barədə məlumat vermişdir. O da dərhal bu barədə polisə zəng vuraraq məlumat vermişdir. Şirkətə yaxınlaşdıqda həqiqətən də şüşə pəncərənin aralı oduğunu müəyyən etmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Şirkətin daxilində təmizləmə otaqlarından birində şkafın içərisində olan pul qabından 100 manat məbləğində nağd pulun, müdir otağında olan 1 ədəd “Junema” markalı, içərisində 3400 manat məbləğində nağd pulun, 1 ədəd şirkətin möhürü olan 400 manat dəyərində dəmir materialdan ibarət seyfin və masanın üzərində olan saxlanc yeri hesab olunan kassa aparatından 350 manat məbləğində nağd pulun oğurlandığını müəyyən etmişdir. Şirkətin daxilində və bayırda quraşdırılmış müşahidə kameralarına baxış keçirildikdə məlum olmuşdur ki, iki nəfər naməlum şəxs 24 sentyabr 2020-ci il tarixdə gecə saat 04:57-də daxil olurlar, təxminən 12 dəqiqə sonra saat 05:09-da birinin əlində şirkətdən oğurladığı ona məxsus seyflə tərk edirlər. Şirkətdən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 4250 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs qarşı şikayətçidir, maddi ziyanın ödənilməsini tələb edir. Qanuna uyğun qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, 05 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 17 ünvanında yerləşən, işlətdiyi “Beauttech” gözəllik salonuna gələrkən aşkar etmişdir ki, naməlum şəxslər salonun giriş qapısını aralayaraq oraya daxil olmuş və salondan ona məxsus 01 ədəd “Redmi Note 8” markalı mobil telefon aparatını, 400 manat məbləğində nağd pulu və 01 ədəd gümüşü kişi boyunbağısını oğurlamışlar. Hadisə nəticəsində ona 910 manat maddi ziyan dəymişdir. Belə ki, üzərində 20 manat dəyərində ***-***-**-** GSM nömrəsi ilə işləyən “Redmi Note 8” markalı mobil telefon aparatını 340 manata, 01 ədəd kişi boyunbağısını 150 manata almışdır, oğurlanmış 400 manat nağd pulla birlikdə dəymiş maddi ziyan 910 manat təşkil edir. Bundan sonra hadisə barədə DİNin 102 zəng mərkəzinə zəng vurub məlumat vermiş, hadisəni əks etdirən bir ədəd diski polislərə təhvil vermişdir. Bundan başqa, ünvan 15 ünvanında yerləşən, inzibatçı işlədiyi “Beauttech” gözəllik salonunu 06 sentyabr 2020-ci ii tarixdə saat 20 radələrində bağlayıb yaşadığı evə getmiş, 07 sentyabr 2020-ci il tarixdə saat 08:45 radələrində həmin salona gələrkən qapının sınmış vəziyyətdə olduğunu aşkar etmişdir. İçəri daxil olmadan baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra o da içəri daxil olmuş və özünə məxsus masanın üzərində 40 manat dəyərində ***-***-**-** GSM nömrəsi ilə işləyən 300 manat dəyərində bir ədəd “Samsung J3” markalı mobil telefonun və 20 manat dəyərində ***-***-**-** GSM nömrəsi ilə işləyən bir ədəd 350 manat dəyərində “Xiomi Note 9” markalı mobil telefonunun oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 710 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs qarşı şikayətçidir, maddi ziyanın ödənilməsini tələb edir. Qanuna uyğun qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 Ramis oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən şirniyyat evini icarə əsasında işlədir. 09 dekabr 2020ci il tarixdə işçiləri ilə birlikdə iş saatı bitdikdən sonra mağazanı bağlayaraq evə getmiş, 10 dekabr 2020-ci il tarixdə saat 06 radələrində mağazaya gəldikdə qapının açıq vəziyyətdə olduğunu, mağazada vitrinlərin üzərində olan 400 manat dəyərində kameranın yaddaş qutusunun və vitrinin aşağı hissəsində olan özünə məxsus 500 manat pulunun oğurlanmasını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 900 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs qarşı şikayətçi deyil, maddi ziyanın ödənilməsini tələb etmir. Qanuna uyğun qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Müdafiəçi küçəsi 154 ünvanında “Moskva məhsulları” adlanan mağaza açmışdır. Həmin mağazada Moskva şəhərindən gələn məhsulların satışı ilə məşğul olur. 14 sentyabr 2020-ci il tarixdə saat 23:00-da hər zaman olduğu kimi mağazanı bağlayıb evə getmişdir. 15 sentyabr 2020-ci il tarixdə saat 07 radələrində mağazanın yerini kirayə vermiş Samir ona zəng edib bildirmişdir ki, mağazanın qapısı açıq vəziyyətdədir. O, dərhal mağazaya getmiş, ora çatanda görmüşdür ki, qapı açıq vəziyyətdədir, mağazanın içərisində giriş qapısının yanında olan, kassa kimi istifadə etdiyi masanın siyirtmələri açıq vəziyyətdədir, orada olan sənədlər yerə dağıdılmışdır. O, dərhal masanın biıinci siyirtməsinə baxmış və orada saxladığı 1400 manat nağd pulun və 1 ədəd üzərində nömrə olmayan 200 manat dəyərində “İphone 6” markalı mobil telefonun yerində olmadığını görmüşdür. Bundan sonra oğurluq hadisəsi ilə bağlı 26-cı polis bölməsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs qarşı şikayətçidir, maddi ziyanın ödənilməsini tələb edir. Qanuna uyğun qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs17 MMC-nin nümayəndəsi X29 göstərmişdir ki, Zərərçəkmiş şəxs17 MMC-yə məxsus olan “Scoop” qadın geyim dükanı ünvan 10 ünvanda yerləşir. 02 dekabr 2020-ci il tarixdə saat 05:30-da həmin geyim mağazasından oğurluq edilmişdir. Oğurluq zamanı mağazada kassa aparatının qoyulduğu masanın dolabına qoyulan 700 ABŞ dolları və 1406 manat məbləğində nagd pul, həmin masanın üzərində olan 2019-cu ilin son aylarında 169 manata alınmış “Nokia 2” markalı mobil telefon aparatı oğurlanmışdır. Aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs həmin cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdiyi müəyyən olunmuşdur. Görülmüş tədbirlər nəticəsində mobil telefon aparatı və 840 manat pul qaytarılmış, ziyanın qalan 1756 manat hissəsi ödənilməmişdir. 1756 manat məbləğində maddi ziyanın və 30 manat dövlət rüsumunun tutulması barədə mülki iddia qaldırmışlar. Həmin mülki iddianın təmin olunmasını, təqsirləndirilən şəxsin barəsində isə törətdiyi cinayətə görə qanuni qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmiş, Təqsirləndirilən şəxs qarşı iddia və tələbi olmadığını göstərmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, “Sharnel” gözəllik salonun sahibəsidir və həmçinin gözəllik salonunda işçilərin işlərinə nəzarət edir. 05 may 2020-ci il tarixdə axşam saat 21 radələrində “Sharnel” gözəllik salonunu bağlayaraq yaşadığı mənzilə getmişdir. Səhəri gün, yəni 06 may 2020-ci il tarixdə səhər saat 09 radələrində gözəllik salonuna gələndə salonun giriş qapısının açıq olduğunu görmüşdür. İlk öncə zənn etmişdir ki, salonu təmizləməyə gələn xadimə bərbərxananın içərisində olduğu üçün giriş qapısı açıqdır. Lakin içəri daxil olduqdan sonra xadiməni səsləsə də, onun bərbərxanada olmadığını görmüşdür. Bundan sonra salona nəzər salanda içəridə müştərilərin qəbulu üçün nəzərdə tutulmuş reception kimi fəaliyyət göstərən masanın arxasında olan kassanın ağzının açıq olduğunu görmüş, kassaya nəzər salan zaman görmüşdür ki, kassanın içərəsində 490 manat pul oğurlanmışdır. Baş vermiş hadisə ilə bağlı DİN-in 102 zəng xidmətinə zəng edərək məlumat vermişdir. Verdiyi məlumat əsasında hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmiş, Təqsirləndirilən şəxs qarşı şikayəti olmadığını göstərmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, 1996-cı ildən Bakı şəhərində yaşayır və bərbərliklə məşğuldur. Son 3 ilə yaxın müddətdir ki, ünvan 3 ünvanında yerləşən “Ankara Studio”nun sahibidir və həmçinin özü orada bərbər kimi fəaliyyət göstərir. 05 may 2020-ci il tarixdə axşam saat 19 radələrində “Ankara Studio”nu bağlayaraq yaşadığı mənzilə getmişdir. Səhəri gün, yəni 06 may 2020-ci il tarixdə səhər saat 09 radələrində işə gələn zaman ona məlum olmuşdur ki, bərbərxananın giriş qapısı açıqdır. İlk öncə elə zənn etmişdir ki, bərbərxananı təmizləməyə gələn xadimə bərbərxananın içərisində olduğu üçün giriş qapısı açıqdır. Lakin içəri daxil olduqdan sonra xadiməni səsləsə də, onun bərbərxanada olmadığını görmüşdür. Bundan sonra bərbərxanaya nəzər salanda içəridə müştərilərin qəbulu üçün nəzərdə tutulmuş reception kimi fəaliyyət göstərən masanın arxasında olan kassanın ağzının açıq olduğunu görmüş, kassaya baxanda onun içərəsindəki 240 manat pulun oğurlandığını bilmişdir. Bundan sonra baş vermiş hadisə ilə bağlı DİN-in 102 zəng xidmətinə zəng edərək məlumat vermişdir. Verdiyi məlumat əsasında hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmiş, Təqsirləndirilən şəxs qarşı tələbi və şikayəti olmadığını göstərmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, 28 oktyabr 2019-cu il tarixdə saat 19 radələrində “Ali Studio” uşaq salonunun qapısını bağlayaraq evə getmişdir. 29 oktyabr 2019-cu il tarixdə saat 08 radələrində iş yerinə gəlmək istəyən zaman salonda işləyən Coşqun Nuruşov zəng edərək salonun qapısının açıq vəziyyətdə olmasını bildirdiyindən o, salona gəldikdə kassada olan 2000 manat pulunun, üzərində 15 manat dəyərində ***-***-**-** mobil nömrəsi olan 1 ədəd 200 manat dəyərində “İphone 5S” markal mobil telefon aparatının oğurlanmasını aşkar etmişdir. Hadisə nəticəsində ona 2215 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmiş, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, dəymiş ziyanı ondan tələb etdiyini göstərmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən “Eleganse” gözəllik salonunda saç ustası olaraq çalışır. 28 noyabr 2019-cu il tarixdə saat 08:30 da işə gəldikdə ona məlum olmuşdur ki, 2 nəfər naməlum şəxs gözəllik salonuna qanunsuz olaraq giriş qapısından daxil olmaqla ona məxsus şkafın gözlüyündə olan təxminən bir il öncə aldığı üzərində 50 manat dəyərində ***-***-**-** nömrəsi olan 600 manat dəyərində “Samsung A7” markalı **********17091 və **********17099 imei kodlu mobil telefonunu oğurlamışlar. Onlar salona gələnədək Şahid3 oğurluq faktını aşkar etdiyindən özü DİN-in 102 xidmətinə bu barədə məlumat vermiş, 34-cü PŞ-in əməkdaşları gəlib hadisə barədə sənədləşmə aparmışlar. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X27 ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmiş, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, dəymiş ziyanı ondan tələb etdiyini göstərmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, Xətai rayonu, M.Rüstəmov küçəsi 21A saylı ünvanda yerləşən “Eleganse” gözəllik salonunda saç ustası kimi çalışır. 28 noyabr 2019-cu il tarixdə saat 08:30-da işə gəldikdə ona məlum olmuşdur ki, 2 nəfər naməlum şəxs gözəllik salonuna qanunsuz olaraq giriş qapısından daxil olmaqla ona məxsus şkafın gözlüyündə olan 280 manat nağd pulunu oğurlamışlar. Onlar salona gələnədək Şahid3 oğurluq faktını aşkar etdiyindən özü DİN-in 102 xidmətinə bu barədə məlumat vermiş və 34-cü PŞ-nin əməkdaşları gəlib hadisə barədə sənədləşmə aparmışlar. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmiş, Təqsirləndirilən şəxs qarşı şikayəti olmadığını göstərmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, Xətai rayonu, M.Rüstəmov küçəsi 21A saylı ünvanda yerləşən “Elegance” gözəllik salonunda saç ustası olaraq çalışır. 28 noyabr 2019-cu il tarixdə saat 08:30-da işə gəldikdə ona məlum olmuşdur ki, 2 nəfər naməlum şəxs gözəllik salonuna qanunsuz olaraq giriş qapısından daxil olmaqla ona məxsus şkafın gözlüyündə olan 130 manat nağd pulunu oğurlamışlar. Eyni zamanda onlar salona gələnədək Şahid3 oğurluq faktını aşkar etdiyindən özü DİN-in 102 xidmətinə bu barədə məlumat vermiş və 34-cü PŞnin əməkdaşları gəlib hadisə barədə sənədşəlınə aparmışlar. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmiş, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını göstərmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, o, ünvan 9 ünvanda yerləşən “Fleur” gözəllik salonunu işlədir. 06 noyabr 2020-ci il tarixdə saat 08:30 radələrində həmin gözəllik salonuna gələrək qapını açmaq istəyəndə qapının aşağı hissəsinin əyilməsini görüb mağazaya kənar şəxsin daxil olmasını başa düşmüş və mağazaya baxış keçirərkən dolabda olan 600 manat nağd pulun oğurlanmasını aşkar etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmiş, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, dəymiş ziyanı ondan tələb etdiyini göstərmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda yerləşən avtomobil ehtiyat hissələri mağazasını işlədir. 20 sentyabr 2020-ci il tarixdə saat 09 10 radələrində mağazaya gələn zaman giriş qapısının açıq vəziyyətdə olmasını görmüş, mağazaya nəzər saldıqda kassada olan 1321 manat pulun yerində olmamasını aşkar etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmiş, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını, dəymiş ziyanı tələb etmədiyini göstərmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun ayından ünvan 16 ünvanda yerləşən “Face Up” gözəllik salonunu icarəyə götürüb işlədir. Salon hər gün saat 10-dan saat 19-dək fəaliyyət göstərir. X23 hər gün saat 07-də salona gələrək təmizlik işlərini aparır. 12 sentyabr 2020-ci il tarixdə saat 07.25-də Kifayət Məmmədova ona zəng edərək salona gələn zaman əşyaların dağınıq vəziyyətdə olmasını görməsini, qapıların sındırılmış vəziyyətdə olmasını, birinci mərtəbədə olan pəncərənin açıq vəziyyətdə olmasını və seyf kimi istifadə olunan şkafın qapısının açıq vəziyyətdə olmasını bildirmişdir. Saat 07:40-da o, salona gəlmiş və mağazadan üzərində 10 manat dəyərində ***-***-**-** mobil telefon nömrəsi olan 200 manat dəyərində “Xiomi” markalı mobil telefon aparatının oğurlanmasını aşkar etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 17 ünvanında yerləşən “Elegance” gözəllik salonunda işləyir. Həmin salonda ondan başqa bir neçə nəfər də qadın ustalar fəaliyyət göstərir. 27 noyabr 2019-cu il tarixdə saat 22 radələrində salonu özü bağlamaqla evinə getmişdir. 28 noyabr 2019-cu il tarixdə saat 08:10-da salona gəldikdə ümumi giriş qapısının açıq olmasını, naməlum şəxsin salona qanunsuz olaraq daxil olmaqla salonda olan işçilərə aid şkafların içərisindən birindən 280 manat, birindən 30 manat, birindən 130 manat və digər şkafdan isə 600 manat dəyərində “Samsung A7” markalı mobil telefonun oğurlanmasını aşkar etmişdir. Belə olduğunu gördükdən sonra o, dərhal DİN-nin 102 xidmətinə oğurluq barəsində məlumat vermiş, sonra 34-cü PŞ-in əməkdaşları tərəfindən oğurluq barədə ərizəsi alınmışdır. Baş vermiş oğurluq nəticəsində onun özünə aid hər hansı bir əmlakı oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 oğlunun məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından onun istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, 10 may 2013-cü il tarixdən satış meneceri işlədiyi Zərərçəkmiş şəxs17 MMC-yə məxsus olan “Scoop” qadın geyim dükanı ünvan 18 ünvanda yerləşir. 02 dekabr 2020-ci il tarixdə saat 07:15 radələrində ona şirkətin ofisindən zəng vurub məlumat vermişlər ki, həmin mağazanın giriş qapılarından biri açıqdır. O, dərhal mağazaya getmiş, mağazada əvəzedici kassir işləyən Rüstəm ona məlumat vermişdir ki, işlədikləri dükanın şüşə konstruksiyalı giriş qapısını naməlum şəxslər açıb qanunsuz olaraq oraya daxil olub kassa aparatının qoyulduğu masanın dolabına onun tərəfindən qoyulmuş pulları oğurlamışlar. O, Rüstəmlə birlikdə dükana ilkin baxış keçirmiş, müəyyən olunmuşdur ki, masanın dolabına qoyulan pul vəsaitindən başqa həmin masanın üzərində olan tərəflərindən daimi istifadə olan bir ədəd ***-***-**-** saylı GSM kartı ilə işləyən “Nokia 2” markalı mobil telefon da oğurlanmışdır. Geyim dükanına ətraflı baxdıqdan sonra müəyyən etmişdir ki, kassa aparatının qoyulduğu masanın dolabına qoyulan 700 ABŞ dolları və 1406 manat məbləğində nagd pul və həmin masanın üzərində olan 2019-cu ilin son aylarında 169 manata alınmış “Nokia 2” markalı mobil telefon aparatı da oğurlanmışdır. Baş vermiş oğurluq hadisə nəticəsində Zərərçəkmiş şəxs17 MMC-yə ümumilikdə 3165 manat məbləğində maddi ziyan dəymişdir. Dükanda quraşdırılmış təhlükəsizlik kamerasına baxdıqda iki nəfər kişi cinsinə mənsub olan şəxslərin dükanın şüşə konstruksiyalı qapısını açıb 02 dekabr 2020-ci il tarixdə saat 06:16-da oraya daxil olmaları və 06:17-də bayıra çıxmaları əks olunmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 31 dekabr 2020-ci il tarixli qərardan görünür ki, ünvan 19 ünvanında yerləşən mağazadan oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) - 31 dekabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 5-7) - 31 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş oğurluq hadisəsini özündə əks etdirən 1 ədəd CD diskə baxış keçirilməklə götürmə aparılmış, baxış zamanı üç nəfər kişi cinsli şəxsin küçədə söhbət etməklə ətrafa baxmaları, daha sonra həmin şəxslərdən ikisinin mağazaya yaxınlaşmaları, birinin isə kənara çəkilməsi, bir neçə saniyə sonra həmin şəxsin də mağazaya daxil olması, bundan sonra hər üç şəxsin əllərində paketlərə yığılmış əşyalarla birlikdə mağazanı tərk etmələri müəyyən edilmişdir. (İ cild i.v. 18) - 09 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş oğurluq hadisəsini özündə əks etdirən 1 ədəd CD diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin oğurluq hadisəsinin 31 dekabr 2020-ci il tarixdə tanışları Cavid və Ata ilə birlikdə törətdikləri oğurluq hadisəsi olmasını, görüntüdə olan şəxslərin özünün, Cavid və Ala adlı şəxslərin olmalarını, ilk mağazaya daxil olan şəxslərin Cavid və Ata adlı şəxslərin olmasını, əvvəl kənara çəkilən və daha sonra mağazaya daxil olan şəxsin özünün olmasını bildirmişdir. (İ cild i.v. 24) - 09 yanvar 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (İ cild i.v. 25-26) - 09 yanvar 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, oğurluq hadisəsinin baş verdiyi ünvan 19 ünvanını əyani olaraq göstərib, tanışları Ata və Cavid adlı şəxslərlə birlikdə oğurluq əməlini hansı qaydada törətdiklərini ifadəsində göstərilən qaydada izah etmişdir. (İ cild i.v. 28-30) - 15 dekabr 2020-ci il tarixli qərardan görünür ki, ünvan 20 ünvanında yerləşən “Belnatur” estetik mərkəzindən oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 130) - 15 yanvar 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, işdə ********* nömrəsi saxlanılmışdır. (İ cild i.v. 129) - 16 noyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2, ekspert-kriminalistin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 131-142) -Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 17 noyabr 2020-ci il tarixli 011-11071-1220 nömrəli məktubundan görünür ki, 16 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 25 ünvanında yerləşən estetik klinikasında baş vermiş oğurluq faktı üzrə hadisə yerindən götürülmüş əl izləri KTİ-in ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edildikdə, əl izlərindən 01 ədədi xx xxxxxx 2002-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağının əksi ilə eynilik təşkil etmişdir. (İ cild i.v. 159-161) - 30 yanvar 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi üçün istintaq aidiyyəti üzrə göndərilmişdir. (İ cild i.v. 166-169) - 04 fevral 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, işdə ********* nömrəsi saxlanılmışdır. (İ cild i.v. 164) - 07 may 2020-ci il tarixli qərardan görünür ki, ünvan 3 ünvanında yerləşən “Sharnel” gözəllik salonundan oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 170) - 06 may 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3, ekspert-kriminalisitin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 175-178) -Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 19 may 2020-ci il tarixli 011-5468-1220 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs3 işlətdiyi “Sharnel” gözəllik salonunda baş vermiş oğurluq faktı üzrə hadisə yerindən götürülmüş əl izləri KTİ-in ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edildikdə, əl izlərindən 02 ədədi 24.06.2002-ci il təvəllüdlü Yardımlı rayonunda anadan olmuş X1 əlinin ovuc əksi ilə, 02 ədədi isə xx.xx.2002-ci il tarixdə Rusiyada anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovcunun və sol əlinin şəhadət barmağının əksi ilə eynilik təşkil edir. (İ cild i.v. 223-225) - 07 may 2020-ci il tarixli qərardan görünür ki, ünvan 3 ünvanında yerləşən “Ankara Studio” bərbərxanasından oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 228) - 07 may 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş, işdə ********* nömrəsi saxlanılmış, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (İ cild i.v. 226) - 06 may 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs4, ekspert-kriminalisitin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 234-237) - 07 may 2020-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən “Ankara Studio” marketin daxilində quraşdırılmış müşahidə kameralarının görüntülərindən götürülərək köçürülmüş bir ədəd “CD-R” diskə baxış keçirilərkən diskdə olan “1_01_R_**********00” adlı faylda iş üçün əhəmiyyət kəsb edən görüntü aşkar olunmamış, “2_01_R_**********00” adlı fayla baxış keçirilərkən saat 05:01:05-də iki nəfər şəxsin bərbərxananın qapısına naməlum əşya ilə müdaxilə etməklə, qapını sıxma yolu ilə açaraq içəri qanunsuz daxil olmaları, saat 05:05:15-də həmin qapıdan çıxaraq hadisə yerini tərk etmələri müşahidə olunmuş, “3_01_R_**********00” adlı fayla baxış keçirilərkən saat 0:58:06-da iki nəfər şəxsin bərbərxananın qapısına naməlum əşya ilə müdaxilə etməsi və qapını sıxma yolu ilə açaraq içəri qanunsuz daxil olmaları, iki nəfər şəxsin bərbərxananın içərisində gəzərək axtarış apardıqları və saat saat 05:05:15-də həmin qapıdan çıxaraq hadisə yerini tərk etmələri müşahidə olunmuşdur. (İ cild i.v. 239) - 19 fevral 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Əliyev küçəsi 31 ünvanında yerləşən “Eliza” gözəllik salonundan oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İİ cild i.v. 49) - 19 may 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, işdə ********* nömrəsi saxlanılmışdır. (İİ cild i.v. 44) - 14 fevral 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs5, ekspert-kriminalistin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İİ cild i.v. 52-59) -Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 26 fevral 2020-ci il tarixli 011-2237-1220 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs5 işlətdiyi gözəllik salonunda baş vermiş oğurluq faktı üzrə hadisə yerindən götürülmüş əl izləri KTİ-in ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edildikdə, əl izlərindən 03 ədədi 14.09.1999-cu il təvəllüdlü Yardımlı rayonunda anadan olmuş X3 əlinin ovuc əksi ilə ilə eynilik təşkil edir. (İİ cild i.v. 77-78) - 10 mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, qanuni nümayəndəsinin və müdafiəçisinin iştirakları ilə CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, iki nəfər “Eliza” gözəllik salonunun giriş qapısının kilidini qıraraq içəri daxil olur. Bundan sonra həmin şəxslərdən biri salonun digər otağına keçir, digər şəxs isə giriş qapısına daxil olan kimi 1-ci otaqda dolabı axtarır. Həmin 2 nəfər şəxs oğurluq etdikdən sonra gözəllik salonunu tərk edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs gözəllik salonundan oğurluq edən şəxsin o və dostu X13 olmasını bildirmişdir. (İİ cild i.v. 107) - 22 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10C ünvanında yerləşən “Ali studio” uşaq salonundan oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İİ cild i.v. 114) - 16 mart 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, işdə ********* nömrəsi saxlanılmışdır. (İİ cild i.v. 110-111) - 29 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İİ cild i.v. 121) -Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 07 noyabr 2019-cu il tarixli 011-9978-1219 nömrəli məktubundan görünür ki, 29.10.2019-cu il tarixdə “Ali Studio”da baş vermiş oğurluq faktı üzrə hadisə yerindən götürülmüş əl izləri KTİ-in ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edildikdə, əl izlərindən 02 ədədi 27.11.2022-ci il tarixdə Rusiyada anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovcunun və böyük barmağı ilə eynilik təşkil edir. (İİ cild i.v. 130-131) - 10 mart 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, qanuni nümayəndəsinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, oğurluq hadisəsinin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10C ünvanını əyani olaraq göstərib, oğurluq əməlini hansı qaydada törətdiyini ifadəsində göstərilən qaydada izah etmişdir. (İİ cild i.v. 152) - 26 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 21A ünvanında yerləşən “Elegance” qadın gözəllik salonundan oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İİ cild i.v. 202) - 19 fevral 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, işdə ********* nömrəsi saxlanılmışdır. (İİ cild i.v. 200) - 28 noyabr 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Şahid3, ekspert-kriminalistin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İİ cild i.v. 213-216) - 30 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, “Elegance” qadın gözəllik salonundan oğurluq hadisəsini özündə əks etdirən 1 ədəd CD diskə baxış zamanı 28 noyabr 2019-cu il tarixdə saat 01:51 radələrində iki nəfər naməlum şəxsin salona qapıdan daxil olub salonda oğurluq etdikdən sonra çıxıb getdikləri müəyyən edilmişdir. (İİ cild i.v. 221) -Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmədaktiloskopik ekspertizasının 20 iyul 2020-ci il tarixli 20/354R nömrəli rəyindən görünür ki, 07.05.2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən vət. Zərərçəkmiş şəxs3 işlədiyi “Sharnel” qadın gözəllik salonunda baş vermiş oğurluq faktı üzrə 15 ədəd yapışqan lent kəsiklərin üzərində olan 02 ədəd əl-barmaq və 03 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əlbarmaq və 03 ədəd ovuc izlərindən 02 ədədi ovuc izi (ADİS-in məlumat bankına Xətai RPİ-dən daxil olan) 24.06.2002-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş X4 əlinin ovuc əksi ilə (02 dəfə), digər 01 ədəd əl-barmaq və 01 ədəd ovuc izləri isə (ADİS-in məlumat bankına Xətai RPİ, Suraxanı RPİ və Sabunçu RPİ-dən daxil olan) xx.xx.2002-ci il tarixdə Rusiyada anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağının və ovucunun əksi ilə eynilik müəyyən edilmişdir. Qalan 01 ədəd əl-barmaq izi isə ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən X8, X28 və X7 əl-barmaq əksləri ilə eynilik təşkil etməmişdir. 14.02.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, N.Əliyev küçəsi 31 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 icarə əsasında işlətdiyi “Elza” qadın gözəllik salonunda üzrə 11 ədəd yapışqan lent kəsikləri üzərində olan 03 ədəd əl-barmaq və 01 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl-barmaq və 01 ədəd ovuc izləri (ADİS-in məlumat bankına Nəsimi RPİ və Xətai RPİ-dən daxil olan) 14.09.1999-cu il tarixdə Yardımlı rayonunda anadan olmuş X3 və sol əllərinin böyük barmaqlarının və sağ əlinin ovucunun əksi ilə eynilik müəyyən edilmişdir. Qalan 01 ədəd əl-barmaq izi isə ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən X8, Təqsirləndirilən şəxs və X7 əl-barmaq əksləri ilə eynilik təşkil etməmişdir. 29.10.2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, ünvan 21 ünvanda yerləşən X10 icarə əsasında işlətdiyi “Ali Studio” uşaq gözəllik salonunda baş vermiş oğurluq faktı üzrə 17 ədəd şəffaf yapışqan lent kəsiklərin üzərlərində olan 06 ədəd əlbarmaq və 01 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 06 ədəd əl-barmaq və 01 ədəd ovuc izlərindən 01 ədəd əl barmaq və 01 ədəd ovuc izi (ADİS-in məlumat bankına Xətai RPİ-dən, Nərimanov RPİdən, Nəsimi RPİ-dən, Yasamal RPİ-dən, YYCMTM-dən və Gəncə ŞBPİ-dən daxil olan) xx.xx.2002-ci il tarixdə Rusiyada anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağının və ovucunun əksləri ilə eynilik müəyyən edilmişdir. Qalan 05 ədəd əl-barmaq izi isə ADİS-in məlumat bankında olan şəxslərin, o, cümlədən X8, Təqsirləndirilən şəxs və X7 əl-barmaq əksləri ilə eynilik təşkil etməmişdir. (İİİ cild i.v. 125-146) - 24 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 61 ünvanında yerləşən “Era kimyəvi təmizləmə” şiekətindən oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İİİ cild i.v. 214) - 24 sentyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs10 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İİİ cild i.v. 218-224) - 28 sentyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, qanuni nümayəndəsinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, 24 sentyabr 2020-ci il tarixdə oğurluq hadisəsinin baş verdiyi Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 61 ünvanını əyani olaraq göstərib, Cavid adlı tanışı ilə oğurluq əməlini hansı qaydada törətdiklərini ifadəsində göstərilən qaydada izah etmişdir. (İİİ cild i.v. 249- 256) -Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 30 sentyabr 2020-ci il tarixli 011-9449-1220 nömrəli məktubundan görünür ki, 24.09.2020-ci il tarixdə “Era” quru təmizləmə ofisində baş vermiş oğurluq faktı üzrə hadisə yerindən götürülmüş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edildikdə, əl izlərindən 03 ədədi (Xətai RPİ-dən ADİS məlumat bankına daxil olan) 30.07.2003-cü ildə Gəncə şəhərində anadan olmuş X6 əlinin orta (02 dəfə) və adsız barmağının əksləri ilə, 05 ədədi isə xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc (02 dəfə), sol əlinin şəhadət, orta və adsız (02 dəfə) barmaqlarının əksləri ilə eynilik təşkil edir. (İV cild i.v. 28-29) - 05 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 17 ünvanında yerləşən “Beauttech” gözəllik salonundan oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (V cild i.v. 9) - 25 yanvar 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, işdə ********* nömrəsi saxlanılmışdır. (V cild i.v. 2-5) - 05 sentyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs11, ekspert-kriminalistin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (V cild i.v. 13-28) -Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 14 sentyabr 2020-ci il tarixli 011-8953-1220 nömrəli məktubundan görünür ki, 05.09.2020-ci il tarixdə ünvan 22 ünvanda yerləşən Zərərçəkmiş şəxs11 işlətdiyi “Beauttech” gözəllik salonunda baş vermiş oğurluq faktı üzrə hadisə yerindən götürülmüş əl izləri KTİ-in ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edildikdə, əl izlərindən 02 ədədi xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc (02 dəfə) əksi ilə eynilik təşkil edir. (V cild i.v. 43-44) - 29 sentyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, qanuni nümayəndəsinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, 05 sentyabr 2020-ci il tarixdə oğurluq hadisəsinin baş verdiyi Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 17 ünvanını əyani olaraq göstərib, Cavid adlı tanışı ilə oğurluq əməlini hansı qaydada törətdiklərini ifadəsində göstərilən qaydada izah etmişdir. (V cild i.v. 61-66) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 oktyabr 2020-ci il tarixli 9/3926 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, qərarın təsviri hissəsində göstərilən 1 ədəd “Xiaomi” markalı, “Redmi Note 8” modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 180,00 manat müəyyən olunur . (V cild i.v. 69-72) - 23 yanvar 2021-ci il tarixli protokodan görünür ki, bir ədəd CD diskə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə baxış keçirilmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin diskdə olan görüntülərin Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 17 ünvanında yerləşən gözəllik salonundan oğurluq hadisəsi törədilərkən çəkilmiş görüntü olmasını və həmin görüntüdə olan şəxslərin onunla Cavid adlı tanışının olmasını bildirmişdir. (V cild i.v. 130) - 02 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi 160 ünvanında yerləşən “Fleur” gözəllik salonundan oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (V cild i.v. 144) - 25 yanvar 2021-ci il tarixli qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, işdə ********* nömrəsi saxlanılmışdır. (V cild i.v. 138-140) - 30 noyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs12 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (V cild i.v. 147-151) -Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 08 dekabr 2020-ci il tarixli 011-11684-1220 nömrəli məktubundan görünür ki, 30.11.2020-ci il tarixdə ünvan 9 ünvanda yerləşən Zərərçəkmiş şəxs12 işlətdiyi “Fleur” gözəllik salonunda baş vermiş oğurluq faktı üzrə hadisə yerindən götürülmüş əl izləri KTİ-in ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edildikdə, əl izlərindən 02 ədədi xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovucunun və sol əlinin böyük barmağının əksi ilə eynilik təşkil edir. (V cild i.v. 172- 173) - 23 yanvar 2021-ci il tarixli protokodan görünür ki, bir ədəd CD diskə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə baxış keçirilmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin diskdə olan görüntülərin Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi 160 ünvanında yerləşən gözəllik salonundan oğurluq hadisəsi törədilərkən çəkilmiş görüntü olmasını və həmin görüntüdə olan şəxslərin onunla Cavid və Zahid adlı tanışlarının olmasını bildirmişdir. (V cild i.v. 212) - 25 yanvar 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, 30 noyabr 2020ci il tarixdə oğurluq hadisəsinin baş verdiyi Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi 160 ünvanını əyani olaraq göstərib, Cavid və Zahid adlı tanışları ilə oğurluq əməlini hansı qaydada törətdiklərini ifadəsində göstərilən qaydada izah etmişdir. (V cild i.v. 213-215) - 10 dekabr 2020-ci il, 11 dekabr 2020-ci il və 03 mart 2021-ci il tarixli qərarlardan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən mağazadan oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, həmin cinayət işi ********* nömrəli cinayət işinə, ********* nömrəli cinayət işi isə ********* nömrəli cinayət işinə birləşdirilmiş, işdə ********* nömrəsi saxlanılmışdır. (Vİ cild i.v. 22, 68-69, 72) - 10 dekabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs13 Ramis oğlunun və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (Vİ cild i.v. 76-81) - 10 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və X22 oğurladıqları 1 ədəd “Nevtech” markalı kamera aparatını gizlətdikləri yerdən götürərək polis əməkdaşlarına təqdim etmişlər. (Vİ cild i.v. 95) - 02 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsi 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs17 MMC-yə məxsus “Scoop” qadın geyim dükanından oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (Vİ cild i.v. 219) - 14 yanvar 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, işdə ********* nömrəsi saxlanılmışdır. (Vİ cild i.v. 214-215) - 02 dekabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs17 MMC-nin nümayəndəsi Şahid1, ekspert-kriminalistin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (Vİ cild i.v. 222-229) - 04 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, X24 dostu Təqsirləndirilən şəxs ilə birlikdə 02 dekabr 2020-ci il tarixdə “Scoop” qadın geyimi dükanından oğurladıqları 1 ədəd “Nokia” markalı mobil telefon aparatını və 200 ABŞ dolları pulu könüllü olaraq təqdim etmişdir. (Vİ cild i.v. 256) - 04 dekabr 2020-ci il tarixli qərardan görünür ki, bir ədəd qıfıl, bir ədəd açar və bir ədəd ***-***-**-** saylı GSM kartı olan “Nokia 2” markalı mobil telefon aparatı maddi sübut qismində tanınmışlar. (Vİ cild i.v. 259) - 04 dekabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, 02 dekabr 2020-ci il tarixdə oğurluq hadisəsinin baş verdiyi Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsi 2 ünvanını əyani olaraq göstərib, Cavid adlı tanışı ilə oğurluq əməlini hansı qaydada törətdiklərini ifadəsində göstərilən qaydada izah etmişdir. (Vİİ cild i.v. 17-21) - 04 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsi 2 ünvanında yerləşən “Scoop” qadın geyimi dükanına 02 dekabr 2020-ci il tarixdə saat 06:16:42-də orta boylu, əyinlərində gödəkçə olan, arıq bədən quruluşlu iki nəfər kişi cinsinə mənsub olan şəxslər giriş qapısını açıb daxil olurlar, 06:17:19-da isə oradan çıxıb gedirlər. Görüntülərə baxşdı iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, oğurluq üçün mağazaya daxil olan şəxslərdən biri onun özü, digəri isə dostu X20r. (Vİİ cild i.v. 24) - 10 dekabr 2020-ci il tarixli protokoldan və 29 dekabr 2021-ci il tarixli qəbzdən görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs17 MMC-yə məxsus “Scoop” qadın geyimi dükanına vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə 500 manat nağd pul X15 anası tərəfindən ödənilmişdir. Həmin məbləğdə pul, üzərində ***-***-**-** saylı GSM kartı olan “Nokia 2” markalı mobil telefon aparatı, 200 ABŞ dolları pul, bir ədəd qıfıl və bir ədəd açar Zərərçəkmiş şəxs17 MMC-nin nümayənəsi tərəfindən qəbul edilmişdir. (Vİİ cild i.v. 120, 132) -Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 08 dekabr 2020-ci il tarixli 011-11681-1220 nömrəli məktubundan görünür ki, 02.12.2020-ci il tarixdə ünvan 10 ünvanda yerləşən “Scoop” mağazasında baş vermiş oğurluq faktı üzrə hadisə yerindən götürülmüş əl izləri KTİ-in ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edildikdə, əl izlərindən 02 ədədi xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük və şəhadət barmaqları ilə eynilik təşkil edir. (Vİİ cild i.v. 129-130) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-trasoloji ekspertizasının 05 yanvar 2021-ci il tarixli 3/2033 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilən qıfılın silindrik mexanizmi texniki cəhətdən sazdır və istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş silindrik mexanizmin səthində, açar yuvalarının kənarlarında və daxili detalları üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Həmin silindrik mexanizmin konstruksiyasını nəzərə almaqla onun ştat açarına uyğunlaşdırılmış açarla və ya alət ilə, o cümlədən kənar predmetlə (məs. kilidaçanla) izqoymadan açılması mümkündür. (Vİİ cild i.v. 139-142) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-trasoloji ekspertizasının 08 yanvar 2021-ci il tarixli 9/5501 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Çində istehsal edilmiş “Nokia” markalı, “TA-1029” (2) model mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən akssesuarların olmaması, işlənmə dərəcəsi nəzərə alınmaqla olan orta bazar qiyməti təxminən 120,00 manat, ***- ***-**-** saylı GSM mobil nömrə 4,00 manat müəyyən edilir. (Vİİ cild i.v. 143-147) - 06 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, ünvan 23 ünvanında yerləşən avtomobil ehtiyat hissələri satışı mağazasından oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (Vİİ cild i.v. 159) - 05 mart 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, işdə ********* nömrəsi saxlanılmışdır. (Vİİ cild i.v. 155) - 20 sentyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs14 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (Vİİ cild i.v. 168-171) - 20 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs14 iştirakı ilə təqdim edilmiş bir ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı 20 sentyabr 2020-ci il tarixdə iki nəfər şəxsin “General Motors” avtomobil ehtiyat hissələrinin satışı mağazasına daxil olaraq oradan kassadan pul oğurlayaraq hadisə yerini tərk etdikləri müəyyən olunmuşdur. (Vİİ cild i.v. 172) - 24 noyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, qanuni nümayəndəsinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, 20 sentyabr 2020-ci il tarixdə oğurluq hadisəsinin baş verdiyi Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 19/69 ünvanını əyani olaraq göstərib, Cavid adlı tanışı ilə oğurluq əməlini hansı qaydada törətdiklərini ifadəsində göstərilən qaydada izah etmişdir. (Vİİ cild i.v. 198-202) - 15 mart 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, işdə ********* nömrəsi saxlanılmışdır. (Vİİ cild i.v. 248) - 01 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Müdafiəçi küçəsi 154 ünvanında yerləşən “Moskva məhsulları” mağazasından oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (Vİİİ cild i.v. 1) - 15 sentyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs15, ekspert-kriminalistin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (Vİİİ cild i.v. 6-8) - 01 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, qanuni nümayəndəsinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, 15 sentyabr 2020-ci il tarixdə oğurluq hadisəsinin baş verdiyi Bakı şəhəri, Yasamal rayonu, Müdafiəçi küçəsi 154 ünvanını əyani olaraq göstərib, Cavid adlı tanışı ilə oğurluq əməlini hansı qaydada törətdiklərini ifadəsində göstərilən qaydada izah etmişdir. (Vİİİ cild i.v. 28) - 01 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, bir ədəd DVD-R diskdə olan görüntülərə Təqsirləndirilən şəxs və qanuni nümayəndəsinin iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı bir nəfər ağ rəngli köynəkdə və bir nəfər göy rəngli köynəkdə olan şəxslərin 15 sentyabr 2020-ci il tarixdə saat 05:54-də Bakı şəhəri, Yasamal rayonu, Müdafiəçi küçəsi 154 ünvanında yerləşən mağazaya daxil olaraq mağazada olan siyirmələri axtarmağa başladıqları, siyirmədən nağd pul əskinazları və 1 ədəd mobil telefon aparatına bənzər əşyanı götürmələri öz əksini tapmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə olan ağ rəngli köynəkdə olan şəxsin özünün, yanındakı göy rəngli köynəkdə olan şəxsin isə tanışı X24 olmasını bildirmişdir. (Vİİİ cild i.v. 29) - 22 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 4A ünvanında yerləşən “Face Up” gözəllik salonundan oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (Vİİİ cild i.v. 57) - 14 dekabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, işdə ********* nömrəsi saxlanılmışdır. (Vİİİ cild i.v. 54) - 12 sentyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs16, ekspert-kriminalistin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (Vİİİ cild i.v. 63-67) - 30 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, bir ədəd diskə baxış zamanı 12 sentyabr 2020-ci il tarixdə 1 nəfər cavan oğlanın “Face Up” gözəllik salonuna daxil olaraq oradan masanın üzərində olan bir ədəd mobil telefonu oğurlayaraq hadisə yerini tərk etdiyi müəyyən olunmuşdur. (Vİİİ cild i.v. 132) - 30 sentyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, qanuni nümayəndəsinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, 12 sentyabr 2020-ci il tarixdə oğurluq hadisəsinin baş verdiyi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 4A ünvanını əyani olaraq göstərib, oğurluq əməlini hansı qaydada törətdiyini ifadəsində göstərilən qaydada izah etmişdir. (Vİİİ cild i.v. 144-148) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-daktiloskopik ekspertizasının 05 noyabr 2020-ci il tarixli 3/1234 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ünvan 16 ünvanda yerləşən gözəllik salonundan götürülmüş və tədqiqata təqdim edilmiş 7 saylı daktilonetin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağından, 9,10 saylı daktilonetin səthindəki əl-barmaq izləri onun sol əlinin böyük barmağından, 13a saylı daktilolentin səthindəki əl-barmaq izi onun sol əlinin adsız barmağından, 27a saylı daktilolentin səthindəki əl-barmaq izi onun sol əlinin adsız barmağından, 27b saylı daktilonentin səthindəki əl-barmaq izi onun sol əlinin orta barmağından, 33 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sol əlinin adsız barmağından, 23, 28, 29 daktilolentlərin səthindəki ovuc izləri isə onu sol ovucundan toxunma nəticəsində qalmışdır. (Vİİİ cild i.v. 193-199) -Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 21 sentyabr 2020-ci il tarixli 011-9175-1220 nömrəli məktubundan görünür ki, 12.09.2020-ci il tarixdə ünvan 16 ünvanda yerləşən gözəllik salonundan baş vermiş oğurluq faktı üzrə hadisə yerindən götürülmüş əl izləri KTİ-in ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edildikdə, əl izlərindən 09 ədədi xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi (02 dəfə) böyük (02 dəfə), orta (02 dəfə), adsız (03 dəfə) barmaqlarının əksləri ilə eynilik təşkil edir. (Vİİİ cild i.v. 200-201) - 14 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi 185 ünvanında yerləşən “Beauttech” gözəllik salonundan oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (Vİİİ cild i.v. 209) - 23 dekabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, işdə ********* nömrəsi saxlanılmışdır. (Vİİİ cild i.v. 204-205) -Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 10 sentyabr 2020-ci il tarixli 011-8886-1220 nömrəli məktubundan görünür ki, 07.09.2020-ci il tarixdə ünvan 25 ünvanda yerləşən gözəllik salonundan baş vermiş oğurluq faktı üzrə hadisə yerindən götürülmüş əl izləri KTİ-in ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edildikdə, əl izlərindən 01 ədədi xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağı ilə eynilik təşkil etmişdir. (Vİİİ cild i.v. 217-218) - 30 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Akif oğluna Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Zərərçəkmiş şəxs1 Şahin oğluna məxsus ünvan 26 ünvanda yerləşən mağazadan oğurluq edilməsi faktı üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 170-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, ünvan 7 ünvanda yerləşən “ERA kimyəvi təmizləmə” şirkətindən oğurluq edilməsi zamanı şirkətin qapısına 200 manat maddi ziyan yetirilməsi faktı üzrə X24 və Təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, 12 sentyabr 2020-ci il tarixdə saat 04:19 radələrində X9 ünvan 16 ünvanda yerləşən gözəllik salonundan oğurluq edilməsi zamanı salonun qapılarına 1000 manat maddi ziyan yetirilməsi faktı üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, 20 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs14 ünvan 27 ünvanda yerləşən avtomobillərin ehtiyyat hissələrinin satışı mağazasından oğurluq edilməsi zamanı mağazanın qapılarına 300 manat maddi ziyan yetirilməsi faktı üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, 16 noyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 ünvan 28 ünvanda yerləşən estetik klinikasından oğurluq edilməsi zamanı mağazanın qapılarına 450 manat maddi ziyan yetirilməsi faktı üzrə Təqsirləndirilən şəxs, X25 və X15 barələrində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs1 Şahin oğluna məxsus ünvan 26 ünvanda yerləşən mağazadan oğurluq edilməsi görüntüsünü özündə əks etdirən 1 ədəd CD disk, ünvan 3 ünvanında yerləşən “Ankara Studio” marketin daxilində quraşdırılmış müşahidə kameralarının görüntülərindən köçürülərək götürülmüş 01 ədəd CD disk, 28 noyabr 2019-cu il tarixdə ünvan 1 ünvandan törədilmiş oğurluq hadisəsini özündə əks etdirən 1 ədəd CD disk, ünvan 22 ünvanda yerləşən gözəllik salonundan törədilmiş oğurluq hadisəsini özündə əks etdirən 1 ədəd CD disk, ünvan 10 ünvanda yerləşən mağazadan oğurluq hadisəsini özündə əks etdirən 1 ədəd CD disk, Bakı şəhəri, Yasamal rayonu, Müdafiəçi küçəsi 154 saylı ünvanda yerləşən mağazadan törədilmiş oğurluq hadisəsini özündə əks etdirən 1 ədəd CD disk, ünvan 16 ünvanda yerləşən “Face Up” gözəllik salonundan törədilmiş oğurluq hadisəsini özündə əks etdirən 1 ədəd CD disk, ünvan 27 ünvanda yerləşən avtomobil ehtiyyat hissələri satışı mağazasından törədilmiş oğurluq hadisəsini özündə əks etdirən 1 ədəd CD disk, Azərbaycan Respublikası DİN-in KTİ-nin 011-5468-1220 nömrəli 19.05.2020-ci il tarixli, 011-2237-1220 nömrəli 26.02.2020-ci il tarixli, 011-9978-1219 nömrəli 07.11.2019-cu il tarixli, 011-9449-1220 nömrəli 30.09.2020-ci il tarixli, 011-8953-1220 nömrəli 14.09.2020-ci il tarixli, 011-11684-1220 nömrəli 08.12.2020-ci il tarixli, 011-11681-1220 nömrəli 08.12.2020-ci il tarixli, 011-8886-1220 nömrəli 10.09.2020-ci il tarixli, 011-9175-1220 nömrəli 21.09.2020-ci il tarixli, 011-11071-1220 nömrəli 17.11.2020-ci il tarixli məktubları, 1 ədəd 4 kanallı “Newtech” markalı “AHD-9004PTS” modelli DVR aparatı, 1 ədəd “Samsung A10” markalı mobil telefon aparatı, 1 ədəd Səbail rayonu, Z.Tağıyev küçəsi 2 saylı ünvandan götürülmüş qıfıl mexanizmi, 1 ədəd ***-***-**-** mobil telefon nömrəsi və 1 ədəd “Nokia” markalı “TA-1029” (2) modelli mobil telefon aparatı maddi sübut kimi tanınmış, 28 noyabr 2019-cu il tarixdə X2 işlətdiyi ünvan 29 ünvanda yerləşən köşkdən 6000 manat dəyərində siqaretlərin oğurlanması faktı üzrə 26 dekabr 2019-cu il tarixdə Xətai RPİ-nin İŞ-si tərəfindən başlanılmış ********* saylı, 11 iyun 2020-ci il tarixdə ünvan 30 ünvanda yerləşən “Memi” mağazasından oğurluq edilməsi faktı üzrə 21 iyun 2020-ci il tarixdə Nəsimi RPİ-nin İŞ-si tərəfindən başlanılmış ********* sayı altında təqsirləndirilən şəxs X8 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi ayrılaraq icraata qəbul edilmiş, olduğu yer müəyyən edilərək barəsində zəruri istintaq hərəkətlərinin aparılması mümkün olmadığından təqsirləndirilən şəxs X7 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yeni cinayət işi ayrılaraq icraata qəbul edilmiş, keçirilmiş istintaq əməliyyat tədbirlərinə baxmayaraq təqsirləndirilən şəxslər X25 və X15 olduğu yerin müəyyən edilərək barəsində zəruri istintaq hərəkətlərinin aparılması mümkün olmadığından təqsirləndirilən şəxslər X16 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, X15 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə yeni cinayət işi ayrılaraq icraata qəbul edilmiş, ********* saylı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs və X15 barələrində Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə olan ********* saylı cinayət işi ayrılmış və ibtidai istintaqı davam etdirilməsi üçün Suraxanı RPİ-nin İŞ-nə göndərilmişdir. (İX cild i.v. 56-92) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, hadisə yerlərinə baxış, ifadələrin yerində yoxlanılması protokolları, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; təkrar; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 09 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 41) - 11 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay 22 gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 09 yanvar 2021-ci il tarixdən hesablanmışdır. (İ cild i.v. 68-70) - 04 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (Vİİ cild i.v. 58) - 05 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual prokuror tərəfindən imtina edilmişdir. (Vİİ cild i.v. 84-85) - 05 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti tutulmaqdan azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (Vİİ cild i.v. 87-89) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamələrdən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 1(007)-66/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(005)-39/2021 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, cəzaçəkmə müddətinin başlanğıcı 02 mart 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materialları, verilmiş ittihamla müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməllərini törətdikdən sonra, hazırkı hökm çıxarılmazdan əvvəl, digər cinayət əməllərinə görə müvafiq məhkəmə hökmləri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qəti cəzanın təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli, 4 nömrəli Qərarının 11-ci bəndində əsasən məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islahvə yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Həmin Qərarın 12-ci bəndinə əsasən cinayət qanununun eyni maddəsi ilə tövsif olunan cinayətlərdən bir qismi yetkinlik yaşına çatanadək, digər qismi isə yetkinlik yaşına çatdıqdan sonra törədildikdə həmin maddə ilə cəza ümumi əsaslarla, yəni xüsusi normalara istinad edilmədən təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxslərin bəzilərinin Təqsirləndirilən şəxs qarşı şikayət və maddi tələblərinin olmamasını Azərbaycan Respublikası CM-nin 9.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, baxmayaraq ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi ittiham üzrə cinayət əməllərini bir qismini törədərkən yetkinlik yaşına çatmamış olmuşdur, yuxarıda istinad edilən 30 iyun 2008-ci il tarixli Plenum Qərarında müəyyən edilənlər baxımından həmin hal təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını və onun azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təqsirləndirilən şəxsin hazırkı işlə bağlı 04 dekabr 2020-ci il tarixdən 05 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 dekabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 09 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, digər hökmlərlə müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış CD disklər, DİN-in KTİ-nin məktubları cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, 1 ədəd 4 kanallı “Newtech” markalı “AHD-9004PTS” modelli DVR aparatının, 1 ədəd “Samsung A10” markalı mobil telefon aparatının, 1 ədəd Səbail rayonu, Z.Tağıyev küçəsi 2 saylı ünvandan götürülmüş qıfıl mexanizminin, 1 ədəd ***-***-**-** mobil telefon nömrəsinin və 1 ədəd “Nokia” markalı “TA-1029” (2) modelli mobil telefon aparatının məhkəməyədək icraat zamanı müvafiq olaraq zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Əlavə olaraq məhkəmə nəzərə alır ki, Zərərçəkmiş şəxs11 məxsus gözəllik salonundan edilmiş oğurluq epizodu üzrə Təqsirləndirilən şəxs ilə yanaşı X24, Zərərçəkmiş şəxs17 MMC-yə məxsus “Scoop” mağazasından edilmiş oğurluq epizodu üzrə Təqsirləndirilən şəxs ilə yanaşı X24 da təqsirləndirilən şəxs qismində cəlb edilmişdir, Zərərçəkmiş şəxs16 məxsus gözəllik salonundan edilmiş oğurluq epizodu üzrə isə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir, ona görə də müvafiq olaraq 50 manat, 64 manat, 50 manat ekspertiza xərclərinin yarısı, digər 227,16 manat ekspertiza xərcinin isə hamısı CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi qismində Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, ekspertiza xərclərinin qalan hissəsinin taleyi isə X15 barəsindəki cinayət işi üzrə öz həllini tapmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cinayət işi məhkəmənin icraatında olduğu müddətdə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs17 MMC mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki cavabdeh Təqsirləndirilən şəxs “1756 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun tutulması”nı xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia CPM-nin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll edilir; 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər; 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini, mənəvi ziyanın ödənilməsini tələb edə bilər; 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X24 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 02 dekabr 2020-ci il tarixdə saat 05:30-da ünvan 10 ünvanda yerləşən Zərərçəkmiş şəxs17 MMC-yə məxsus olan “SCOOP” qadın geyim dükanının şüşə konstruksiyalı qapısını üzərində olan vintaçanla açıb qanunsuz mağazaya daxil olaraq oradan kassa aparatının qoyulduğu masanın dolabına qoyulan həmin dövrə görə mili manat məzənnəsi ilə 1190 manat dəyərində 700 ABŞ dolları və 1406 manat məbləğində nagd pul, həmin masanın üzərində 400 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 1 ədəd 169 manat dəyərində “Nokia” markalı, “TA-1029” (2) modelli mobil telefon aparatını gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə ümumilikdə Zərərçəkmiş şəxs17 MMC-yə 3165 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göründüyü kimi, maddi ziyanın yetiriməsinə səbəb olmuş cinayət əməlinə görə Təqsirləndirilən şəxs ilə yanaşı, X24 da təqsirləndirilən şəxs qismində cəlb edilmişdir, yalnız keçirilmiş istintaq əməliyyat tədbirlərinə baxmayaraq təqsirləndirilən şəxs X15 olduğu yerin müəyyən edilərək barəsində zəruri istintaq hərəkətlərinin aparılması mümkün olmadığından onun barəsində yeni cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. Yəni, maddi ziyanın vurulmasında təqsirkar olan digər şəxsin məsuliyyət məsələsi hazırkı halda həllini tapmamışdır. Ona görə də dəymiş maddi ziyanın yalnız bir təqsirləndirilən şəxsdən tələb edilməsi, məhkəmə tərəfindən isə yalnız Təqsirləndirilən şəxs münasibətdə mülki iddia ilə bağlı məsələni ayrılıqda həll etməsi qanunvericiliyin tələblərinə ziddir. Bununla yanaşı, verilmiş ittihama görə zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 3165 manat maddi ziyan dəysə də, mülki iddiada maddi ziyanın məbləği düzgün göstərilməmişdir, ödənilən və ödənilməyən rəqəmlər arasında ziddiyyətli fərqlər vardır, tələb konkret deyildir. Qanunla müəyyən edilmiş qaydada işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmaq üçün vaxt verilərək müvafiq şərait yaradılmasına və edilmiş təkliflərə baxmayaraq, müəyyən edilmiş müddətdə mülki iddiaçı tərəfindən həmin nöqsanlar aradan qaldırılmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs17 MMCnin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı “1756 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair mülki iddiası baxılmamış saxlanılmalı, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddianın sonradan mülki mühakimə icraatı qaydasında verilə bilməsi mülki iddiaçıya izah edilməlidir. Eyni zamanda, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış fiziki şəxslərdən bəzilərinə vurulmuş maddi ziyan ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən zərərçəkmiş fiziki şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, müstəntiqin qərarı əsasında dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirsə də, müstəntiq müdafiəçinin hüquqi xidmətlərə görə iştirak etdiyi müddətə və bunun məbləğinə dair arayışı ittiham aktına əlavə etməmiş, eləcə də müdafiəçinin özü tərəfindən həmin dövr üçün hesabat arayışı təqdim edilməmişdir, ona görə müdafiəçiyə həmin hissədə əmək haqqının tutulması məsələsi həll edilmir. Həmin vəkil məhkəmənin qərarı əsasında məhkəmə icraatı zamanı iştirak edərək iş materialları ilə tanış olmaqla birlikdə təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, həmin müddət 30 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 dekabr 2020-ci il tarixdən 05 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 1(007)-66/2021 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 09 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 08 ədəd CD disk, Azərbaycan Respublikası DİN-in KTİ-nin 011-5468-1220 nömrəli 19.05.2020-ci il tarixli, 011-2237-1220 nömrəli 26.02.2020ci il tarixli, 011-9978-1219 nömrəli 07.11.2019-cu il tarixli, 011-9449-1220 nömrəli 30.09.2020-ci il tarixli, 011-8953-1220 nömrəli 14.09.2020-ci il tarixli, 011-11684-1220 nömrəli 08.12.2020-ci il tarixli, 011-11681-1220 nömrəli 08.12.2020-ci il tarixli, 011-8886- 1220 nömrəli 10.09.2020-ci il tarixli, 011-9175-1220 nömrəli 21.09.2020-ci il tarixli, 011- 11071-1220 nömrəli 17.11.2020-ci il tarixli məktubları cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, 1 ədəd 4 kanallı “Newtech” markalı “AHD-9004PTS” modelli DVR aparatının, 1 ədəd “Samsung A10” markalı mobil telefon aparatının, 1 ədəd Səbail rayonu, Z.Tağıyev küçəsi 2 saylı ünvandan götürülmüş qıfıl mexanizminin, 1 ədəd ***-***-**-** mobil telefon nömrəsinin və 1 ədəd “Nokia” markalı “TA-1029” (2) modelli mobil telefon aparatının məhkəməyədək icraat zamanı müvafiq olaraq zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi hesab olunan ekspertiza xərcinin 309,16 manat hissəsi Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi oğıluna müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs17 MMC-nin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı “1756 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair mülki iddiası baxılmamış saxlanılsın, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddianın sonradan mülki mühakimə icraatı qaydasında verilə bilməsi mülki iddiaçıya izah edilsin. Eyni zamanda, iş üzrə maddi ziyanı tələb edən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-16/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-16/2022
15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver