Məhkəmə qərarları › İş №1(007)-16/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-16/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-16/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Məhərrəmova Pərvin Nofəl qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1965-ci ildə Ağsu rayonu, Ləngəbiz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Meşə Məcəlləsinin 7-ci maddəsinə əsasən məhdud istifadəli yaşıllıqlar olduğundan meşə fonduna daxil olmayan yaşıllığa aid diametri 6 sm olan 2 ədəd, 14 sm olan 1 ədəd, 20 sm olan 4 ədəd, 21 sm olan 2 ədəd, 25 sm olan 2 ədəd, 34 sm olan 2 ədəd, 40 sm olan 1 ədəd, 42 sm olan 1 ədəd olmaqla ümumilikdə 15 ədəd köküstə yaş «Ayland» növlü ağaclar olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmaqla xx.xx.2011-ci il tarixli nömrəli **********16-12301 reyestr nömrəsi ilə Şahid3 istifadəsinə verilmiş dövlət mülkiyyətində olan 0.4387 ha torpaq sahəsini avtomobillərin dayanacağı kimi istifadə edib gəlir əldə etmək üçün Şahid3 ilə torpaq sahəsinin icarəyə götürülməsi barədə şifahi razılığa gələrək 13 yanvar 2022-ci il tarixdə saat 13 radələrində həmin ərazidə olan 11 ədəd köküstə yaş «Ayland» növlü ağacları özünə məxsus əl mişarı vasitəsi ilə dibindən kəsdikdən sonra “Şaqman” markalı yük avtomobilinin sürücüsü Şahid4 istifadəsində olan +**********16 nömrəli mobil telefon vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu “Maşın bazarı” adlanan ərazidə traktor sürücüsü kimi fəaliyyət göstərən Şahid1 istifadəsində olan +**********36 nömrəli mobil telefona zəng edib əlaqə saxlamaqla sonuncunu idarə eldiyi “Terex 820" markalı traktorla ünvan 4 ünvanında təmizlik işləri aparmaq adı ilə həmin əraziyə dəvət edərək guya həmin torpaq sahəsində olan ağacların kəsilməsinə dövlət orqanlarından rəsmi icazə alması barədə Şahid1 yalan məlumat verib aldadaraq əvvəlcədən onun tərəfindən mişar vasitəsi ilə kəsilən ağacların köklərini traktorla torpaqdan qoparıb çıxarmağı və köküstə yaş olan «Ayland» növlü digər 4 ədəd ağacları isə traktor vasitəsi ilə qırılaraq məhv edilməsi barədə göstəriş verməklə 13 yanvar 2022-ci il tarixdə saat 15 radələrində həmin ağacların da traktor vasitəsi ilə qırılıb, kökündən çıxarılmasına nail olmuş, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə tamah məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq ümumi dəyəri 21.020 manat olan diametri 6 sm olan 2 ədəd, 14 sm olan 1 ədəd, 20 sm olan 4 ədəd, 21 sm olan 2 ədəd, 25 sm olan 2 ədəd, 34 sm olan 2 ədəd, 40 sm olan 1 ədəd, 42 sm olan 1 ədəd olmaqla cəmi 15 ədəd köküstə yaş «Ayland» növlü ağacdan qanunvericilikdə müəyyən edilmiş əsaslar olmadan qanunsuz olaraq mişarlama, qırma və kökündən çıxarma üsulu ilə qəsdən kəsərək məhv etməklə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 21.020 manat məbləğində külli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, 13 yanvar 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən ərazidə 7 ədəd köküstə ağacları kəsmişdir. Həmin vaxt o, qeyd olunan bitkilərin ağac deyil, kol olduğunu zənn etmişdir. Bundan başqa, ittihamda göstərilən məbləğlə razı deyil. Çünki ittihamda onun 15 ədəd ağac kəsdiyi göstərilmişdir. O, bununla bağlı şahidləri məhkəməyə dəvət etmiş, həmin sayda ağacları kəsməsi məhkəmədə sübuta yetirilməmişdir. Həmçinin, ekspert rəyi ilə də sübuta yetmişdir ki, onun dövlətə vurduğu ziyan ittihamda göstərilmiş həddə deyil. Buna görə də, ziyanın həddi nəzərə alınmaqla, cinayət əməlinin daha yüngül maddə tövsif edilməsini və barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsinin deyil, 259.1-ci maddəsinin tərkibini yaradır və onun Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Nümayəndə2 bildirdi ki, o, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/5219 saylı rəyi ilə tanış olmuşdur. Belə ki, ekspert rəyində qeyd olunan zərərçəkmiş şəxsə dəymiş 6420 manat ziyanın məbləği ilə razıdırlar, həmin məbləği qəbul edirlər. Buna görə də, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş 8.000 manat pul vəsaitinin dəymiş ziyanın həcminə müvafiq olaraq 6420 manat hissəsinin mütləq şəkildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Sonda Nümayəndə2, təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda istifadəsində “Terex 820” markalı traktor var. xx.xx.2022-ci il tarixdə günorta radələrində əvvəllər tanıdığı “Şaqman” avtomobili sürücüsü İlham adlı şəxs onun yanına gələrək tanışına təmizlik işləri görmək üçün traktor lazım olduğunu bildirərək telefonunu ona təqdim etdi. O, İlhamın mobil telefonu ilə adını sonradan bildiyi Ayəddin adlı şəxslə danışan zaman sonuncu ona özünə məxsus ərazidə traktorla təmizlik işləri görmək lazım olduğunu bildirib aralarında qiymət barədə razılıq əldə olunandan sonra “Şaqman” sürücüsü və kömək etmək üçün oğlu Əmrahla birlikdə “Yeni Təkər Bazarı” adlanan yerin yanında yerləşən, təxminən 6 sot olan hasarlanmış əraziyə gəlmiş və orada Ayəddin adlı şəxs onları qarşılamış və ona ərazidə olan zibil yığılan yerləri göstərərək həmin yerləri təmizləməyi tapşırmışdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində o, traktorla girişdən sol divarın dibində olan zibilləri yığmağa başlamış, həmin gün ərazidə 3-4 «Şaqman» avtomobilində yük daşındı, axşam saat 19 radələrində Ayəddinin tapşırığı ilə o və «Şaqman» sürücüsü işi dayandırıb, növbəti gün davam etdirməli olmuşlar. Növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində «Şaqman» sürücüsü İlham yenidən onun traktorla dayandığı əraziyə gələrək Ayəddinin torpaq sahəsində təmizlik işlərini davam etdirmək lazım olduğunu bildirdiyi üçün o, İlhamla birlikdə həmin əraziyə getmişdir. Ayəddin həmin vaxt orada idi və onlara işlərini davam etdirməyi tapşırmışdır. O, zibil yığılan yerləri nəzərdən keçirəndə zibillər yığılan yerlərdə Ayland növlü ağaclar olduğundan Ayəddinə həmin ağaclar olan yerdə traktor işləyə bilməyəcəyini, traktor həmin ərazidə işləsə ağaclar zədələnə biləcəyini demiş, həmin vaxt Ayəddin ona həmin ağacları da kökündən çıxarmağını tapşırmış, bu zaman Ayəddinə həmin ağacların yaşıllıq olduğunu, məhv edilməsinin qanunsuz olduğunu bildirsə də, Ayəddin ona işini görməyini, özünün həmin ağaclarının kəsilməsi ilə əlaqədar müvafiq icra hakimiyyətindən icazə aldığını, ərazidə olan zibilləri yükləyən zaman həmin ağacları kökündən çıxarmasını, kəsilmiş ağacların köklərini də kürüyərək torpaqdan çıxarmağını və avtomobilə yükləməyini tapşırmışdır. O, həmin ərazidə işləməyə başlayan zaman orada şam ağaclarının yanında yerdən hündürlüyü 5-10 sm olan Ayland ağacının kötüyü, bir mərtəbəli yarımçıq tikilinin yanındakı divarın dibində təxminən 6-7 ədəd təqribi 6-12 sm diametri olan köküstü yaş Ayland ağacı, sanitar qovşağının yanında diametri 25-30 sm olan 3-4 ədəd yeni kəsilmiş yerdən hündürlüyü 5-15 sm olan Ayland ağacının kötüyü, sanitar qovşağının arxasında 2-3 ədəd köküstə yaş Ayland ağacı, girişdən sağda quyunun yanında təxminən hündürlüyü 3-4 metr olan 2 ədəd Ayland ağacı olmuş, bundan başqa girişdən düzünə divarın yanında 3-4 həmişə yaşıl şam ağacı var idi, eyni zamanda xx.xx.2022-ci il tarixdə ərazidə olan zaman zibil yığılan yerlərdə, yəni sanitar qovşağının arxasında və şam ağaclarının yaxınlığında əvvəlcədən qırılmış və kəsilmiş Ayland ağacının budaqları və gövdələri var idi. Bundan sonra o, həmin ərazidə işləməyə başlamış, zibilləri «Şaqman» avtomobilinə yükləyərkən traktorun qarşısına çıxan müxtəlif diametrli Ayland növlü ağacları və təzəlikcə kəsilmiş Ayland ağaclarının kəsilmiş köklərini çıxararaq “Şaqman" avtomobilinə yükləmiş, o sanitar qovşağın arxasında toplanmış 2- 3 metr zibilləri traktor vasitəsi ilə Şaqman avtomobilinə yükləyən zaman orada zibillərin altından 4-5 ədəd diametri təxminən 25-40 sm olan 2-3 metr uzunluğunda yenicə kəsilmiş ağac gövdələri görmüş, bu barədə Ayəddinə bildirmişdir. Ayəddin ona zibilliyin içində nə varsa hamısını avtomobilə yükləməyini tapşırmış, o da həmin ağac kötüklərini İlhamın göndərdiyi adını bilmədiyi digər «Şaqman» avtomobilinə yükləmiş, bir qədər sonra saat 15 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gələrək Ayəddinə qanunsuz ağac kəsdiyini, işi dayandırmalarını bildirmişdir. Bu zaman Ayəddin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına bir dəqiqə gözləmələrini bildirərək mobil telefon vasitəsi ilə kiməsə zəng etdi, bundan sonra baş verən hadisələr barədə məlumatı olmamışdır. Bundan başqa qeyd etmək istəyir ki, o, Ayəddin adlı şəxsin xahişi ilə həmin əraziyə gələrək işləmişdir, ərazidə qeyd olunan Ayland növlü ağacların bir hissəsi mişarla kəsilib, həmin ağaclar yəqin ki ərazinin sahibi Ayəddin tərəfindən kəsilmişdir, çünki Ayəddin ərazidə işləyən zaman ona həmin ağacların kötüklərini də traktor vasitəsi ilə götürərək kökündən çıxarmağını və ərazini təmizləməyini tapşırmışdır. Həmin ərazidə təmizlik işləri aparan zaman onun yanında oğlu Əmrah olub, oğlu Əmrah Ayəddinin ona ağacların qırılması və kökündən çıxarılması barədə bildirdikdə oğlu bunun şahidi olub, Ayəddin ona zibilləri yığanda ağacları da qırmağı və avtomobilə yükləməyi barədə bildirən zaman o, Ayəddinə həmin ağacların məhv edilməsinin qanunsuz olduğunu bildirərək müvafiq icra hakimiyyətindən icazəsi olub-olmadığını soruşmuş, Ayəddin həmin ağacları özünün göstərişi əsasında kəsildiyini, narahat olmamağını, işimi görməyini, Ayland növlü ağacların əhəmiyyətsiz ağaclar olduğunu bildirmişdir. Həmin ağacların kəsilməsi barədə hər-hansı məsuliyyət daşımayacağı Ayəddin tərəfindən ona deyilib. Ayəddin özü ona təkidlə narahat olmamağı bildirərək zibillərlə birlikdə ərazidə olan ağacları da qıraraq avtomobilə yükləməyini bildirib. Ayəddin iş görülən zaman orada olub və onlara nəzarət edib, bütün ağacları yalnız Ayəddinin göstərişi ilə qırıb kəsərək avtomobilə yükləmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2013-cü il tarixdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunda baş məsləhətçi-müfəttişi vəzifəsində işləyir, vəzifəsi xidməti ərazidə ətraf mühitin qorunmasına və müvafiq qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət etməkdən, baş vermiş pozuntuların yerində araşdırılmasından, nazirliyə daxil olmuş ərizə və şikayətlərin araşdırılmasından ibarətdir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin xx.xx.2022-ci il tarixli BD-008 nömrəli sərəncamına əsasən Bakı şəhəri ərazisində reydlər keçirilərkən xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən dövlət mülkiyyətində olan hasarlanmış torpaq sahəsində qanunsuz ağaç kəsmə faktı aşkar olunmuşdur. Belə ki, daxil olmuş məlumat əsasında o, dərhal iş yoldaşı 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş mütəxəssisi Şahid7 ilə birlikdə qeyd olunan əraziyə gəlmişdir. Həmin vaxt qeyd olunan ərazidə 1 ədəd ağ rəngli traktor var idi. Onlar həmin əraziyə yaxınlaşan zaman özünü qeyd olunan torpaq sahəsinin sahibi kimi tanıdan adını sonradan bildiyi Ayəddin adlı şəxs həmin torpaq sahəsinə nəzarət etdiyini, orada olan traktorun özünün göstərişi ilə həmin əraziyə gələrək işlədiyini bildirdi. Qeyd olunan əraziyə ilkin baxış zamanı orada müxtəlif diametrli Ayland növlü ağacların kəsilmiş gövdələri, traktor vasitəsi ilə çıxarılmış gövdəsindən ayrılmış köküstə yaş ağacların kökləri, qırılmış, kəsilmiş Ayland ağaclarının budaqları olmuş, bu barədə Təqsirləndirilən şəxs soruşulduqda Ayəddin ona və Şahid7 ərazidə olan ağacların onun göstərişi ilə məhv edildiyini və traktor sürücüsünün onun göstərişi ilə həmin ağacların bəzilərini qıraraq məhv etdiyini etiraf etdi. Tərəfindən qeyd olunan ağacların kəsilməsi barədə X7 Agentliyinin müvafiq rəyinin olub-olmaması barədə Təqsirləndirilən şəxs soruşulduqda, Ayəddin qeyd olunan ağacların kəsilməsi ilə bağlı müvafiq icra hakimiyyətindən icazəsi olmadığını bildirmiş, həmin ağacların əhəmiyyətsiz ağaclar olduğunu düşündüyü üçün ağacları kəsdiyini demişdir. Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydası" ilə tənzimləndiyindən və həmin qaydalar meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən etdiyindən qeyd edilən torpaq sahəsi də dövlət mülkiyyətində olmaqla fiziki şəxsin istifadəsində olduğu üçün həmin torpaq sahəsində yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla yerli icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilməli idi. Həmin vaxt Təqsirləndirilən şəxs qeyd olunan ağacların kəsilməsinin qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olması izah edildi və Təqsirləndirilən şəxs özünün iştirakı ilə əraziyə baxış keçirilərək ərazidə kəsilmiş və qırılmış köküstə yaş Ayland ağaclarının sayı və diametrləri müvafiq qaydada müəyyən olunaraq 66264 nömrəli akt tərtib olundu, Təqsirləndirilən şəxs həmin aktı imzalaması təklif edilsə də, sonuncu səbəb göstərmədən qeyd olunan aktı imzalamaqdan imtina etdi. Baxış zamanı ünvan 3 ünvanında 15 ədəd ayland (2 ədəd diametri 6 sm, 1 ədəd diametri 14 sm, 4 ədəd diametri 20 sm, 2 ədəd diametri 21 sm, 2 ədəd diametri 25 sm, 2 ədəd diametri 34 sm, 1 ədəd diametri 40 sm, 1 ədəd diametri 42 sm) ağacları X7 Agentliyinin müvafiq rəyi olmadan qanunsuz olaraq kəsilməsi məlum oldu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 nömrəli qərarına əsasən təbiətə dəymiş ziyan hesablanmış və ümumilikdə 21020 manat olduğu müəyyən edilmişdir. 13 yanvar 2022-ci il tarixdə o, Şahid7 ilə birlikdə qeyd edilən əraziyə gələn zaman Ayəddin İsmaylıov da orada idi, traktor sürücüsünə həmin ərazidə olan işini dayandımağı, qanunsuz ağacların kəsilməsi ilə əlaqədar əraziyə baxış keçirəcəyini bildirən zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq həmin şəxslərin özünün göstərişi ilə orada işlədiyini, qeyd olunan torpaq sahəsinin ona məxsus olduğunu bildirdi. Ərazidə qırılmış kəsilmiş Ayland ağaclarını müşahidə etdikləri üçün Ayəddin İsmayılodan soruşuduqda Ayəddin ona və Şahid7 ağacları ərazini təmizləmək məqsədilə özünün kəsdiyini, traktor sürücüsünə göstəriş verərək kəsilmiş ağacların köklərini torpaq çıxartdığını bildirdi. Həmin vaxt Ayəddindən qeyd olunan torpaq sahəsinin mülkiyyətçisi barədə sənədlər və ağacların kəsilməsi ilə əlaqədar müvafiq icra hakimiyyətindən icazə sənədi tələb olundu, Ayəddin bu zaman icazəsinin olmadığını bildirərək istifadəsinə olan mobil telefon vasitəsi ilə tanımadığı bir şəxslə əlaqə saxlayaraq ərazidə olan ağacları kəsməsi ilə əlaqədar problem yarandığını, Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının əraziyə gəldiyini, torpaq sahəsinin sənədlərini istədiklərini bildirdi. Həmin şəxs Ayəddinə ağac kəsməsi ilə bağlı göstəriş vermədiyini bildirən zaman Ayəddin telefonda danışdığı şəxsə narahat olmamasını, həmin ağacları kəsməsi ilə əlaqədar yaranan problemi özünün yoluna qoyacağını bildirdi. Bir qədər sonra Ayəddin ona və Şahid7 qeyd edilən torpaq sahəsinin çıxarışı telefonundan təqdim etdi. Onlar həmin çıxarışa baxan zaman həmin torpaq sahəsinin dövlət mülkiyyətində olduğu onlara məlum oldu. Təqsirləndirilən şəxs özünün iştirakı ilə qeyd olunan ərazidə kəsilmiş ağac gövdələrinə və traktor vasitəsi ilə çıxarılmış Ayland ağaclarına baxış keçirildi, müvafiq qaydada sayı və ölçüləri müəyyən edilərək akt tərtib olundu, aktda əks olunan göstəricilər yəni, ağacların sayı və diametrlərinin ölçüləri Ayəddinin özünün iştirakı ilə aparıldı, həmin vaxt orada əraziyə girişdən sağda yerləşən quyunun yanında 2 ədəd, girişdən axırda yerləşən bir mərtəbəli tikilinin solunda bir ədəd Aylaııd ağacının torpaqdan çıxarılmış kötüyü, sağında geniş ərazidə təqribən 7-8 ədəd müxtəlif diametrli Ayland ağacının kötükləri və gövdələri, torpaq sahəsində olan sanitar qovşağın ətrafında 2-3 ədəd müxtəlif diametrli ayland ağacı, 2-3 ədəd Ayland ağacı isə torpaq sahəsinin ortasında yerləşən quyunun ətrafında idi. Qeyd edilən ağacların ölçülərinin şəkilləri Ayəddinin özünün iştirakı ilə baxış keçirilərək çəkilmiş, həmin prosesdə Ayəddin iştirak etmiş, müəyyən edilən ölçülər aşkar olunduğu qaydada düzgün olaraq akta əlavə olunmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəmə iclasında Şahid6 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, qeyd olunan ərazi ilə üzbəüz avtomobil dayanacağı yerləşir və həmin dayanacaqda gözətçi işləyir. Həmin ərazidə təxminən 6-7 ədəd ağac olmuşdur və həmin sayda ağac kəsilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, qeyd olunan ərazidə traktorla işləyən zaman ərazidə xatırladığı qədərilə maksimum 7-8 ədəd ağac ola bilərdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında 30 mart 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi Bakı şəhəri, Nizami rayonunda yerləşən “Yeni Təkər bazarı" adlanan yer ilə “X11” adlanan avtomobil satış mərkəzinin arasında yerləşən ətrafı tikinti kərpici ilə hasarlanmış torpaq sahəsidir. Həmin topraq sahəsinin girişində ağ rəngli 2 taylı dəmir darvaza vardır və açıq vəziyyətdədir. Torpaq sahəsinin ölçüləri sağ divardan başlayaraq 60m, 57m, 52m, 33 metrdir. Girişdən düzünə 5 ədəd şam ağacı vardır. Şam ağaclarının yanında ölçüləri 6.9x6.9 metr olan 1 mərtəbəli köhnə tikili vardır. Giriş qapısından sağ tərəfdə müxtəlif ölçülü bitişik tikilmiş təxminən 0.6 ha torpaq sahəsinin üzərində daşınmaz əmlak vardır. Qeyd olunan tikililərin giriş qapıları torpaq sahəsinin avtomobil yolu istiqamətindədir. Ərazidə məişət tullantılarının və avtomobil ehtiyyat hissələrinin qalıqları vardır. 1 mərtəbəli tikilidən 25 metr sağda sanitar qovşaq vardır. Həmin əraziyə baxış zamanı ağacların çıxarıldığı və qırıldığı yerlərdə ağacların kök qalıqları və kökündən qoparılması nəticəsində yaranmış çuxurlar olması müəyyən edilmişdir. - 04 may 2022-ci il tarixli götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində gətirdiyi ağ rəngli paketdən çıxararaq təqdim etdiyi əl mişarına baxış zamanı həmin mişarın gümüşü rəngli olmaqla kəsici hissəsi qismən paslanması və həmin hissədə iti dişləri olması, mişarın uc hissəsində deşiklər olması, mişarın tutacağının qara gümüşü rəngli, tutacağı 3 ədəd şrupla kəsici hissəyə birləşdirilməsi, mişarın uzunluğu 30 sm, dişləri 0.3 sm olması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 13 yanvar 2022-ci il tarixdə ünvan 3 ünvanında təqdim etdiyi mişar vasitəsi ilə Ayland növlü ağacları kəsərək kökündən ayırmışdır. Tədim edilən həmin mişar iş üzrə əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada götürülmüşdür. - 17 mart 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 məxsus “Terex-820” markalı traktor həmin ünvanda yerləşən “Azqaz" yanacaq qazı doldurma məntəqəsinin qarşısında Babək prospektində yolun hərəkət hissəsinin kənarındadır. Qeyd olunan traktor ağ-qara rənglidir. Traktorun dövlət qeydiyyat nişanı bərkidilən yerində 10-V-934 yazılatı əks olunmuşdur. Həmin traktor özüvükləyib boşaldan traktor növünə aiddir. Traktorun qabaq hissəsində “Terex” yazıları vardır, ağ rənglidir, gövdə hissəsi, yəni sürücünün oturulması üçün nəzərdə tutulan kabinka qara rənglidir. 4 Təkərlidir, qabaq 2 təkəri 12.8 ölçüdə, arxa təkərləri isə 19 ölçüdədir. Traktor 3 hissədən ibarətdir. Qabaq hissəsində yükləyici qurğu vardır. Həmin qurğunun eni 2 metrdir, tulumu 1 kub/metrdir. Həmin qurğu yükləmə funksiyasını daşıyır. Traktorun arxa hissəsində qazıcı qurğu vardır. Həmin qurğunun eni 65 smdir, tutumu 0.25 kub/m-dir. Qazıcı qurğunu traktora birləşdirən qolu ağ rənglidir. Açılıqda 4 metr uzunluqdadır. Qolun üzərində “820” yazıları yazılmışdır. Baxış iştirakçısı Şahid1 baxış zamanı bildirdi ki, 12 və 13 yanvar tarixlərdə ona məxsus həmin traktor vasitəsi ilə ünvan 7 ünvanında işləmişdir. Təqsirləndirilən şəxs göstərişi ilə gövdəsindən mişarla kəsilən ağac köklərini traktorun yükləyici hissəsi ilə kürüyərək “Şaqman” avtomobilinə yükləmiş, 4 ədəd xırda diametrli ayland ağaclarını isə Ayəddinin göstərişi ilə traktorun yükləyici hissəsi ilə qıraraq məhv etmişdir. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 aprel 2022-ci il tarixli, 9/1901 nömrəli rəyindən görünür ki, 2 ədəd diametri 6 sm olan, 1 ədəd diametri 14 sm olan, 4 ədəd diametri 20 sm olan, 2 ədəd diametri 21 sm olan, 2 ədəd diametri 25 sm olan, 2 ədəd diametri 34 sm olan, 1 ədəd diametri 40 sm olan, 1 ədəd diametri 42 sm olan olmaqla ümumilikdə 15 ədəd köküstə yaş olan Ayland növlü ağaclarının kəsilməsi ilə təbiətə dəymiş ziyanın ümumi məbləği 21020 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli **********16-12301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportundan görünür ki, Şahid3 istifadəsinə verilmiş ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin tikinti altı sahəsi 0.06396 ha, digər sahələr 0.37474 ha olmaqla faktiki sahəsi 0.4387 ha-dır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 13 aprel 2022-ci il tarixli **********91 saylı məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 520.4 kv.m olan əmlak kompleksi kimi müəssisə 004511 nömrəli xx.xx.2005-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadtnaməyə əsasən xx.xx.2011-ci il tarixdə X6 adına qeydiyyatdan keçmiş, xx.xx.2011-ci il tarixli 4Ə-07-710 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə xx.xx.2011-ci il tarixdə Şahid3 adına qeydiyyatdan keçmişdir. Həmin məktuba əlavə edilmiş ******* saylı çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən Şahid3 istifadəsinə verilmiş torpaq sahəsi dövlət mülkiyyətindədir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı məsləhətçi müfəttişi Şahid6 və baş mütəxəssisi Şahid7 tərəfindən tərtib edilmiş 14 yanvar 2022-ci il tarixli, 66264 nömrəli akt ilə 2 ədəd diametri 6 sm olan, 1 ədəd diametri 14 sm olan, 4 ədəd diametri 20 sm olan, 2 ədəd diametri 21 sm olan, 2 ədəd diametri 25 sm olan, 2 ədəd diametri 34 sm olan, 1 ədəd diametri 40 sm olan, 1 ədəd diametri 42 sm olan olmaqla ümumilikdə 15 ədəd köküstə yaş olan Aylaııd növlü ağaclarının kəsilməsi faktı təsdiqlənmiş və fakt üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər öz əksini tapmışdır. Qeyd olunan akta əlavə edilmiş dəymiş X3ndən görünür ki, 2 ədəd diametri 6 sm olan, 1 ədəd diametri 14 sm olan, 4 ədəd diametri 20 sm olan, 2 ədəd diametri 21 sm olan, 2 ədəd diametri 25 sm olan, 2 ədəd diametri 34 sm olan, 1 ədəd diametri 40 sm olan, 1 ədəd diametri 42 sm olan olmaqla ümumilikdə 15 ədəd köküstə yaş olan Aylaııd növlü ağaclarının kəsilməsi ilə təbiətə dəymiş ziyanın ümumi məbləği 21020 manatdır. - Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmaqla götürülmüş, ağacların kəsilməsi cinayətində alət kimi istifadə edilmiş bir ədəd əl mişarı maddi sübut qismində tanınmış və Bakı şəhəri. Nizami rayon prokurorluğunun maddi sübutların saxlanc otağına təhvil verilmişdir. - 26 aprel 2022-ci il tarixli TT**********848800 nömrəli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğunun bank hesabına vurulmuş ziyanın bir hissəsi olan 8.000 (səkkiz min) manat pul vəsaiti ödənilmişdir. - Məhkəmənin qərardadı əsasında təyin edilmiş təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/5219 nömrəli rəyindən görünür ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 66264 №-li akta əlavə edilmiş “X3”ndə göstərilənlərə və AR-nın Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən köküstə yaş olmaqla müxtəlif diametrli ümumilikdə 15 ədəd yaş köküstə Ayland ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 21020,00 manat müəyyən edilir. Həmin ağacların ayrıayrılıqda adları, diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan (cild-ll) şahidlər X2 və X1 ifadələrində göstərilənlərə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən köküstə yaş olmaqla, müxtəlif diametrli, ümumilikdə 7 ədəd yaş köküstə Ayland ağaclarının qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 6420,00 manat müəyyən edilir. Həmin ağacların ayrı-ayrılıqda adları, diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd edilən qanunsuz kəsilmiş ağacların sayında və diametrində dəyişiklik olduğu halda müəyyən edilmiş ziyanın miqdarında dəyişiklik olması istisna edilmir. Beləliklə, məhkəmə istintaqı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamla razılaşmır və qeyd edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurması məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən, onun əməli müvafiq olaraq həmin Məcəllənin 259.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsinin dispozisiyasına əsasən, həmin əmələ görə məsuliyyət meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) külli miqdarda ziyan vurduqda yaranır. Həmin Məcəllənin 259.1-ci maddəsinə əsasən həmin əmələ görə məsuliyyət meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 259.2.4-cü maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Meşə Məcəlləsinin 7-ci maddəsinə əsasən məhdud istifadəli yaşıllıqlar olduğundan meşə fonduna daxil olmayan yaşıllığa aid diametri 6 sm olan 2 ədəd, 14 sm olan 1 ədəd, 20 sm olan 4 ədəd, 21 sm olan 2 ədəd, 25 sm olan 2 ədəd, 34 sm olan 2 ədəd, 40 sm olan 1 ədəd, 42 sm olan 1 ədəd olmaqla ümumilikdə 15 ədəd köküstə yaş «Ayland» növlü ağaclar olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmaqla xx.xx.2011-ci il tarixli nömrəli **********16-12301 reyestr nömrəsi ilə Şahid3 istifadəsinə verilmiş dövlət mülkiyyətində olan 0.4387 ha torpaq sahəsini avtomobillərin dayanacağı kimi istifadə edib gəlir əldə etmək üçün Şahid3 ilə torpaq sahəsinin icarəyə götürülməsi barədə şifahi razılığa gələrək 13 yanvar 2022-ci il tarixdə saat 13 radələrində həmin ərazidə olan 11 ədəd köküstə yaş «Ayland» növlü ağacları özünə məxsus əl mişarı vasitəsi ilə dibindən kəsdikdən sonra “Şaqman” markalı yük avtomobilinin sürücüsü Şahid4 istifadəsində olan +**********16 nömrəli mobil telefon vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu “Maşın bazarı” adlanan ərazidə traktor sürücüsü kimi fəaliyyət göstərən Şahid1 istifadəsində olan +**********36 nömrəli mobil telefona zəng edib əlaqə saxlamaqla sonuncunu idarə eldiyi “Terex 820" markalı traktorla ünvan 4 ünvanında təmizlik işləri aparmaq adı ilə həmin əraziyə dəvət edərək guya həmin torpaq sahəsində olan ağacların kəsilməsinə dövlət orqanlarından rəsmi icazə alması barədə Şahid1 yalan məlumat verib aldadaraq əvvəlcədən onun tərəfindən mişar vasitəsi ilə kəsilən ağacların köklərini traktorla torpaqdan qoparıb çıxarmağı və köküstə yaş olan «Ayland» növlü digər 4 ədəd ağacları isə traktor vasitəsi ilə qırılaraq məhv edilməsi barədə göstəriş verməklə 13 yanvar 2022-ci il tarixdə saat 15 radələrində həmin ağacların da traktor vasitəsi ilə qırılıb, kökündən çıxarılmasına nail olmuş, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə tamah məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq ümumi dəyəri 21.020 manat olan diametri 6 sm olan 2 ədəd, 14 sm olan 1 ədəd, 20 sm olan 4 ədəd, 21 sm olan 2 ədəd, 25 sm olan 2 ədəd, 34 sm olan 2 ədəd, 40 sm olan 1 ədəd, 42 sm olan 1 ədəd olmaqla cəmi 15 ədəd köküstə yaş «Ayland» növlü ağacdan qanunvericilikdə müəyyən edilmiş əsaslar olmadan qanunsuz olaraq mişarlama, qırma və kökündən çıxarma üsulu ilə qəsdən kəsərək məhv etməklə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 21.020 manat məbləğində külli miqdarda ziyan vurmuşdur. Məhkəmə araşdırması zamanı isə müəyyən olundu ki, Təqsirləndirilən şəxs tərəfindən yuxarıda qeyd olunan ərazidə 15 ədəd deyil, 7 ədəd köküstə yaş “Ayland” növlü ağac məhv edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/5219 nömrəli rəyi ilə, köküstə yaş olmaqla, müxtəlif diametrli, ümumilikdə 7 ədəd yaş köküstə Ayland ağaclarının qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 6420,00 manat müəyyən edilmişdir. Dəymiş ziyanın məbləği ilə zərərçəkmiş şəxsin nümayəndəsi də məhkəmə iclasında razı olduqlarını və həmin məbləğin təqsirləndirilən şəxs tərəfindən depozit hesaba qoyulmuş vəsait hesabına ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 28.2-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 145.3-cü maddəsinin tələblərinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.3 və 349.4-cü maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1, 349.5.2 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində 20020 manat məbləğində ziyan vurması faktı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir edir ki, ibtidai istintaq dövründə istintaq orqanı tərəfindən təqdim edilmiş materiallar əsasında verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən fərqli olaraq məhkəmə istintaqı zamanı əldə edilmiş xx.xx.2023-cü il tarixli, 9/5219 nömrəli ekspert rəyində işin faktiki hallarına uyğun daha geniş və ətraflı tədqiqat aparılmış, qoyulmuş suallar dəqiq cavablandırılmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı iş üzrə Məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/5219 nömrəli ekspert rəyi işin faktiki hallarına uyğun olduğu üçün mötəbər sübut növü kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsində deyilir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcüd olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İstər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 259.2.4cü maddəsinin dispoziyasında nəzərdə tutulan əməldə onun təqsirli olması sübuta yetməmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmə yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Ona görə də, məhkəmə ibtidai istintaq həyata keçirən müstəntiq tərəfindən yalnız həmin mülahizə əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə ittiham verilməsini Azərbaycan Respublikası CPM-nin 8.0.2, 9.1.2, 9.1.3, 10.1, 10.5, 11.1, 12.1, 12.3. 21.1,21.2, 21.3, 28.1, 28.2-ci maddələrinin tələbləri baxımından əsassız hesab edir. Bununla belə, təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsinin təsiri altına düşdüyündən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli həmin maddə ilə tövsif olunmalıdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Cinayətin tamah məqsədilə törədilməsini məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onların barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, təqsirləndirilən şəxsə cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində cərimə növündə cəza təyin edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, cinayətin aləti olan 01 ədəd əl mişarı məhv edilməlidir. Bundan başqa, iş materiallarında olan cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi haqqında Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqinin xx.xx.2022ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş 8000 (səkkiz min) manatın iş üzrə vurulmuş ziyanın ödənişi kimi nəzərə alınması və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılması qərara alınmışdır. İşdə olan 26 aprel 2022-ci il tarixli TT**********848800 nömrəli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğunun bank hesabına vurulmuş ziyanın bir hissəsi olan 8.000 (səkkiz min) manat pul vəsaiti ödənilmişdir. Məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxsə dəymiş ziyanın məbləğinin ekspert rəyində göstərilmiş qaydada 6420 manat olması sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəmə iclasında bu barədə xahişi və dəymiş ziyanın məbləği ilə razı olması barədə göstərdikləri də nəzərə alınmaqla, Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılan 8.000 manat pul vəsaitinin dəymiş ziyanın məbləği həddində 6420 manat hissəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bank hesabına köçürülməli, qalan 1580 manat hissəsi isə həmin pul vəsaitinin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı “Femida” vəkil bürosunun vəkili Müdafiəçi müqavilə əsasında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmişdir, ona görə CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsindən həmin Məcəllənin 259.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5500 (beş min beş yüz) manat miqdarında cərimə növündə cəza təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, cinayətin aləti olan 01 ədəd əl mişarı məhv edilsin. Azərbaycan Respublikası Baş Prokurorluğunun AZ31CTRE******************** saylı depozit hesabında saxlanılan və Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin- 6.420 (altı min dörd yüz iyirmi) manat hissəsi zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bank hesabına köçürülsün, qalan 1.580 (min beş yüz səksən) manat hissəsi isə qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar