Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-161/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri ünvan 1 ünvanda yaşayan, 14 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 avqust 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 avqust 2024-cü il tarixdə saat 01 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus mağazanın giriş qapısını əvvəlcədən özü ilə gətirdiyi dəmir parçası ilə açaraq mağazaya qanunsuz daxil olub mağazanın piştaxtasından bir ədədinin qiyməti 3 manat 24 qəpik olmaqla ümumi dəyəri 51 manat 84 qəpik olan 16 ədəd “Kent HD 8 Futura” markalı, bir ədədinin qiyməti 3 manat 09 qəpik olmaqla ümumi dəyəri 37 manat 08 qəpik olan 12 ədəd “Winston XS silver” markalı, bir ədədinin qiyməti 2 manat 79 qəpik olmaqla ümumi dəyəri 30 manat 69 qəpik olan 11 ədəd “LD CLUB Platinium LSS” markalı, bir ədədinin qiyməti 3 manat 47 qəpik olmaqla ümumi dəyəri 83 manat 28 qəpik olan 24 ədəd “Sabronie” markalı, bir ədədinin qiyməti 3 manat 24 qəpik olmaqla ümumi dəyəri 100 manat 44 qəpik olan 31 ədəd “Kent Nanotek İNFN 0,1” markalı, bir ədədinin qiyməti 3 manat 24 qəpik olmaqla ümumi dəyəri 42 manat 12 qəpik olan 13 ədəd “Kent Nanotek İNFN 0,4” markalı, bir ədədinin qiyməti 3 manat 10 qəpik olmaqla ümumi dəyəri 40 manat 30 qəpik olan 13 ədəd “Winston XS Style silver” markalı, bir ədədinin qiyməti 3 manat 47 qəpik olmaqla ümumi dəyəri 83 manat 28 qəpik olan olan 24 ədəd “X6” markalı, bir ədədinin qiyməti 3 manat 47 qəpik olmaqla ümumi dəyəri 69 manat 40 qəpik olan olan 20 ədəd “X8” markalı, bir ədədinin qiyməti 2 manat 63 qəpik olmaqla ümumi dəyəri 34 manat 19 qəpik olan 13 ədəd “LD X10” markalı, bir ədədinin qiyməti 2 manat 40 qəpik olmaqla ümumi dəyəri 31 manat 20 qəpik olan 13 ədəd “X9” markalı, bir ədədinin qiyməti 2 manat 36 qəpik olmaqla ümumi dəyəri 51 manat 92 qəpik olan 22 ədəd “X7” markalı, bir ədədinin qiyməti 3 manat 24 qəpik olmaqla ümumi dəyəri 106 manat 92 qəpik olan 33 ədəd “Kent Fell” markalı, bir ədədinin qiyməti 3 manat 28 qəpik olmaqla ümumi dəyəri 3 manat 20 qəpik olan 01 ədəd “X4” markalı, bir ədədinin qiyməti 1 manat 86 qəpik olmaqla ümumi dəyəri 3 manat 72 qəpik olan 02 ədəd “Argo KS Blue” markalı, bir ədədinin qiyməti 3 manat 47 qəpik olmaqla ümumi dəyəri 24 manat 29 qəpik olan 07 ədəd “X3” markalı, bir ədədinin qiyməti 3 manat 08 qəpik olmaqla ümumi dəyəri 24 manat 64 qəpik olan 08 ədəd “Winston X Style Caster” markalı, bir ədədinin qiyməti 3 manat 47 qəpik olmaqla ümumi dəyəri 65 manat 93 qəpik olan 19 ədəd “Sobranie KS Caster” markalı siqaretləri gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə 884 manat 52 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləməmiş, “AzPulmat” və “Manato” kredit təşkilatlarına kredit borcları olmuş, uzun müddət kreditlərini ödəyə bilmədiyindən narahatlıq keçirmişdir. 09 avqust 2024-cü il tarixdə yaşadığı ünvanın yaxınlığında, ünvan 3 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxsdən oğurluq etmək qərarına gəlmişdir. Özünə məxsus qış papağını kəsərək maska düzəltmiş, evdə olan fəhlə əlcəklərini otağında saxlayaraq axşam radələrində oğurluq etməyi planlaşdırmışdır. 10 avqust 2024cü il tarixdə saat 01:30 radələrində qara rəngli çantasını götürmüş və yaşadığı evdən çıxaraq piyada şəkildə mağazaya gedən zaman yolun kənarından dəmir parçası tapmışdır. Mağazaya yaxınlaşanda fəhlə əlcəklərini və əvvəlcədən hazırladığı papağı taxmışdır. Ətrafa baxıb heç kimin olmadığından əmin olduqdan sonra mağazanın şüşədən olan avtomatik açılıb bağlanan qapısına yoldan taparaq üzərində saxladığı dəmir parçasını salmış və qapını aralamışdır. Mağazaya daxil olduqdan sonra girişdən solda yerləşən kassanı açmış, lakin kassada pul olmadığını görmüşdür. Kassanın arxasındakı piştaxtada olan siqaretləri özü ilə gətirdiyi çiyin çantasına yığmış, daha sonra mağazadan 2 ədəd sellofan torba götürmüş və həmin torbalara piştaxtaya yığılmış halda olan siqaretləri blok halında və tək-tək yığmışdır. Daha sonra mağazanı tərk edərək yaşadığı evin yaxınlığında söküntülər olan açıq ərazidə yerləşən həyətə getmişdir. Orada olan zaman götürdüyü siqaretlərin çox olduğunu görüb onları satmağın çətin olacağını düşündüyündən “Sobranie” markalı siqaretləri həmin siqaretlərdən ayırmış, oğurladığı qalan siqaretləri, oğurluq zamanı istifadə etdiyi maskanı və əlcəyi həyətdə yandırmışdır. Digər siqaretləri isə qara rəngli çiyin çantasına yığaraq orada gizlətmişdir. 10 avqust 2024cü il tarixdə günorta radələrində eyni məktəbdə oxuduqlarından tanıdığı və marketdə işlədiyini bildiyi Tamerlan adlı tanışına zəng edərək onda satmaq üçün siqaretlər olduğunu və maya dəyərindən ucuz qiymətə həmin siqaretləri satdığını demişdir. Tamerlan da işlədiyi mağazanın sahibi ilə məsləhətləşəcəyini bildirmişdir. Tamerlan təxminən yarım saat sonra yenidən ona zəng etmiş və siqaretləri gətirməyini ona demişdir. Həmin gün saat 16 radələrində oğurladığı siqaretləri gizlətdiyi yerə getmiş, orada çantadan bir blok halında olan 10 ədəd “Sobranie Compact” markalı siqaretləri şəxsi istifadəsi üçün götürüb orada gizlətmiş, qalıq siqaretləri isə çantada götürərək “Əhmədli” metrostansiyasının yaxınlığında fəaliyyət göstərən Tamerlanın işlədiyi “Aslan” marketə getmişdir. Orada görüşdükdə Tamerlan ondan siqaretləri haradan əldə etdiyini soruşmuş, o da əvvəl köşkdə işlədiyini, həmin köşkün bağlandığını və hazırda siqaretləri dəyərindən ucuz qiymətə satdığını bildirmişdir. Siqaretləri yığdığı çantanı Tamerlana vermiş, Tamerlan siqaretləri saymış və çantada 50 ədəd “Sobranie” siqareti olduğunu ona bildirmişdir. Bir ədədini 4 manatdan hesablayaraq Tamerlan ona 200 manat pul vermiş, o da həmin 200 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. 10 ədəd blok halında olan siqaretləri gizlətdiyi yerdən sonra götürərək çantaya yığmış, çantanı isə yaşadığı evdə otağına qoymuşdur. 14 avqust 2024-cü il tarixdə polis əməkdaşları onu saxladıqdan sonra o, içərisində bir blok siqaret olan çantanı polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş hüquqi şəxsə vurduğu maddi ziyanı ödəyərək barışıq əldə etdiyini, əməlindən səmimi peşman olduğunu nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X2 göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən, Zərərçəkmiş şəxs MMC-yə aid mağazanın direktoru Nümayəndə 10 avqust 2024-cü il tarixdə saat 08 radələrində mağazaya gəldikdə şüşədən olan avtomotik açılıb-bağlanan qapısının açıq halda olduğunu görmüşdür. O, mağazaya daxil olan zaman mağazada kassanın arxasındakı piştaxtaya yığılmış halda olan siqaretlərin oğurlanmasını aşkarlamışdır. Mağazada hesabat həyata keçirdikdən sonra mağazadan bir ədədinin qiyməti 3 manat 24 qəpik olmaqla ümumi dəyəri 51 manat 84 qəpik olan 16 ədəd “Kent HD 8 Futura” markalı, bir ədədinin qiyməti 3 manat 09 qəpik olmaqla ümumi dəyəri 37 manat 08 qəpik olan 12 ədəd “Winston XS silver” markalı, bir ədədinin qiyməti 2 manat 79 qəpik olmaqla ümumi dəyəri 30 manat 69 qəpik olan 11 ədəd “LD CLUB Platinium LSS” markalı, bir ədədinin qiyməti 3 manat 47 qəpik olmaqla ümumi dəyəri 83 manat 28 qəpik olan 24 ədəd “Sabronie” markalı, bir ədədinin qiyməti 3 manat 24 qəpik olmaqla ümumi dəyəri 100 manat 44 qəpik olan 31 ədəd “Kent Nanotek İNFN 0,1” markalı, bir ədədinin qiyməti 3 manat 24 qəpik olmaqla ümumi dəyəri 42 manat 12 qəpik olan 13 ədəd “Kent Nanotek İNFN 0,4” markalı, bir ədədinin qiyməti 3 manat 10 qəpik olmaqla ümumi dəyəri 40 manat 30 qəpik olan 13 ədəd “Winston XS Style silver” markalı, bir ədədinin qiyməti 3 manat 47 qəpik olmaqla ümumi dəyəri 83 manat 28 qəpik olan olan 24 ədəd “X6” markalı, bir ədədinin qiyməti 3 manat 47 qəpik olmaqla ümumi dəyəri 69 manat 40 qəpik olan olan 20 ədəd “X8” markalı, bir ədədinin qiyməti 2 manat 63 qəpik olmaqla ümumi dəyəri 34 manat 19 qəpik olan 13 ədəd “LD X10” markalı, bir ədədinin qiyməti 2 manat 40 qəpik olmaqla ümumi dəyəri 31 manat 20 qəpik olan 13 ədəd “X9” markalı, bir ədədinin qiyməti 2 manat 36 qəpik olmaqla ümumi dəyəri 51 manat 92 qəpik olan 22 ədəd “X7” markalı, bir ədədinin qiyməti 3 manat 24 qəpik olmaqla ümumi dəyəri 106 manat 92 qəpik olan 33 ədəd “Kent Fell” markalı, bir ədədinin qiyməti 3 manat 28 qəpik olmaqla ümumi dəyəri 3 manat 20 qəpik olan 01 ədəd “X4” markalı, bir ədədinin qiyməti 1 manat 86 qəpik olmaqla ümumi dəyəri 3 manat 72 qəpik olan 02 ədəd “Argo KS Blue” markalı, bir ədədinin qiyməti 3 manat 47 qəpik olmaqla ümumi dəyəri 24 manat 29 qəpik olan 07 ədəd “X3” markalı, bir ədədinin qiyməti 3 manat 08 qəpik olmaqla ümumi dəyəri 24 manat 64 qəpik olan 08 ədəd “Winston X Style Caster” markalı, bir ədədinin qiyməti 3 manat 47 qəpik olmaqla ümumi dəyəri 65 manat 93 qəpik olan 19 ədəd “Sobranie KS Caster” markalı siqaretləri siqaretlərin oğurlandığını, bununla da mağazaya ümumilikdə 884 manat 52 qəpik maddi ziyan dəydiyini aşkarlamışdır. Daha sonra o, DİN-in 102-Xidmətinə zəng edərək məlumat vermiş, kamera görüntülərinə baxan zaman üzündə maska olan bir nəfər şəxsin mağazaya daxil olaraq oğurluq etməsini görmüşdür. Hazırda hüquqi şəxsə vurulmuş maddi ziyanın əvəzi tam olaraq ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayətləri və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 3 il olar ki, o, Bakı şəhəri Xətai rayonu, “Əhmədli” metrostansiyasının yaxınlığında fəaliyyət göstərən “Aslan” marketdə satıcı olaraq işləyir. Təqsirləndirilən şəxs eyni məktəbdən oxuduqlarından tanıyır. Onun əvvəllər köşkdə işlədiyini bilmişdir. 10 avqust 2024-cü il tarixdə Rüfət ona zəng edərək onda siqaretlər olduğunu və həmin siqaretləri satmaq istədiyini bildirmişdir. O, Rüfətin əvvəllər köşk işlətdiyini bildiyindən siqaretlərin ona məxsus olduğunu düşünüb siqaretləri gətirməsini və siqaretləri alacağını demişdir. Həmin gün saat 16 radələrində Rüfət əlində olan sellofan torba ilə mağazaya gəlmiş, torbanı ona vermişdir. O, baxan zaman siqaretlərin “Sobranie” markalı olduqlarını və tək-tək halında torbaya yığıldığını görmüşdür. Həmin siqaretləri haradan əldə etməsini soruşduqda, Rüfət əvvəl işlədiyi köşk bağlandığından ona məxsus olan siqaretləri satdığını demişdir. O, siqaretləri sayaraq 50 ədəd olduğunu aşkarlamış, sonra həmin siqaretlərin bir ədədini şirkətdən 4 manat 20 qəpiyə aldığını, onun gətirdiyi siqaretlərdən bir ədədini 4 manatdan ondan alacağını Rüfətə demişdir. Rüfətlə razılaşmış, 50 ədəd siqaret qarşılığında Rüfətə 200 manat pul vermişdir. Sonra Rüfətdən aldığı siqaretləri piştaxtaya qoyaraq satmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 14 avqust 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 10 avqust 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən şikayət vermiş Nümayəndə və hal şahidlərinin iştirakları ilə oğurluq hadisəsinin baş verdiyi yerə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri ünvan 4 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs MMC-yə aid mağazadır. (i.v. 8-11) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 sentyabr 2024-cü il tarixli 9/7142 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “X3” markalı siqaretin 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 4,50 manat müəyyən edilir. (i.v. 105-106) -10 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 23cü PB-nin təhqiqatçısı tərəfindən Nümayəndə təqdim etdiyi 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı videogörüntüdə naməlum şəxsin ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxsə ön qapıdan daxil olması, həmin naməlum şəxsin üzərində, yəni baş nahiyyəsində qara parçadan maska, əlində narıncı rəngli rezin əlcək və bel nahiyyəsində qara rəngli idman çantası olduğu öz əksini tapmışdır. Həmin naməlum şəxs obyektin ön giriş qapısından içəri daxil olaraq, marketdən fərqli-fərqli markalı siqaret qutularını üzərində olan qara rəngli idman çantasına və sellofan torbaya yığmışdır. (i.v. 14) - 14 avqust 2024-cü il tarixli protokollardan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd içərisində 10 ədəd siqaret qutusu olan bağlamanı və 01 ədəd üzərində “Sport” yazısı olan qara rəngli idman çantasını könüllü olaraq təqdim etmiş, həmin əşyalar təhqiqatçı tərəfindən ondan götürülmüşdür. (i.v. 21-23) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 sentyabr 2024-cü il tarixli 9/7142 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “X3” markalı siqaretin 2024-cü ilin avqust ayına orta bazar qiyməti təxminən 4,50 manat müəyyən edilir. (i.v. 104-106) - 12 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda oğurlanmış əmlakın dəyəri zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsində göstərdiyi məbləğdə əks edilməsi nəzərə alınmış, Şahid əməlində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsinin cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən barəsində cinayət təqibinin başlanması rədd edilmiş, ünvan 2 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxsdə təhlükəsizlik kamerasından götürülmüş video görüntünü özündə əks etdirən 01 ədəd CD formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “Sport” yazılan qara rəngli idman çantası və 01 ədəd içərisində 10 siqaret qutusu olan bağlama cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, üzərində “Sport” yazısı olan qara rəngli idman çantasının Təqsirləndirilən şəxs, 01 ədəd içərisində 10 ədəd siqaret qutusu olan bağlamanın zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təqdim edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 116-123) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 14 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 43-44) - 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuş və onun Nizami RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (i.v. 85-87) - 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 88-90) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 101) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanı ödəməklə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 14 avqust 2024-cü il tarixdən 16 avqust 2024-cü il tarixədək olan müddətdə şübhəli şəxs qismində tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, həmin 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış üzərində “Sport” yazısı olan qara rəngli idman çantanın Təqsirləndirilən şəxs və 01 ədəd içərisində 10 ədəd siqaret qutusu olan bağlamanın zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə məhkəməyədək icraat zamanı qaytarılması nəzərə alınmalı, Zərərçəkmiş şəxs MMC-nin təhlükəsizlik kamerasından götürülmüş videogörüntünü özündə əks etdirən 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanaraq – 18 saat 6 manatdan, 9 saat 11 manatdan olmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 14 avqust 2024-cü il tarixdən 16 avqust 2024cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış üzərində “Sport” yazısı olan qara rəngli idman çantasının Təqsirləndirilən şəxs, 01 ədəd içərisində 10 ədəd siqaret qutusu olan bağlamanın zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə məhkəməyədək icraat zamanı qaytarılması nəzərə alınsın, Zərərçəkmiş şəxs MMC-nin təhlükəsizlik kamerasından götürülmüş videogörüntünü özündə əks ətdirən 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 207 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-161/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-161/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver