Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-162/2022 08.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 2001-ci il tarixdə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonunun Bəyimsarov kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 116, mənzil 139-da yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirməklə qaçırmışdır. Belə ki, o, 19 fevral 2022-ci il tarixdə saat 22:20 radələrində talama məqsədi olmadan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 9 ünvanında yerləşən “Ruslan 93” adlı marketin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus “VAZ 21061” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəfdən açıq olan qapısını açıb, işlək vəziyyətdə olan avtomobilin sükanı arxasına əyləşərək, avtomobili hərəkətə gətirib qanunsuz ələ keçirməklə qaçırmışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək əməlini etiraf etmiş, bununla yanaşı polislərin Zərərçəkmiş şəxs məxsus olan avtomobili aşkar edərək onun özünə qaytardıqlarını, avtomobili qaçıran zaman ona hər hansı maddi zərər vurmadığını, hazırda zərərçəkmiş şəxsin onunla barışdığını göstərmiş, bununla əlaqədar barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təəfindən qaçırılmış avtomobilinin polislər tərəfindən aşkar olunaraq özünə qaytarıldığını, hadisə nəticəsində ona hər hansı maddi zərər yetirilmədiyini, təqsirləndirilən şəxsə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 19 fevral 2022-ci il ərizədən və 20 fevral 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ona məxsus “VAZ 21061” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirilməklə qaçırılması barədə müraciətinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı açılmışdır. (i.v. 1) - 20 fevral 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, “VAZ 21061” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində üzü “20 Yanvar” metrostansiyası istiqamətində A.Mustafayev küçəsi, 129 ünvanında aşkar edilmiş, baxış zamanı avtomobildən hər hansı əşya, pul, sənəd, detal və hissənin oğurlanmaması, avtomobilin üzərində zədə və pozuntu işlərinin olmaması müəyyən edilmişdir. (i.v. 14-17) - 20 fevral 2022-ci il tarixli qərardan və qəbzdən görünür ki, “VAZ 21061” markalı **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmış və məhkəmə baxışınadək saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. (i.v. 22-23) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 32) - 14 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177 və 185.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi olmadığından barəsində həmin maddələrlə cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 58-61) Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Həmin maddənin tələbinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət işinin materiallarını tədqiq edib və proses iştirakçılarını dinləyərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir, belə olan halda Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yaranmışdır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, barəsində olan işin icraatına xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş digər məsələləri həll edərək qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, ona vurduğu maddi ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış “VAZ 21061” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qərar əsasında dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi işdə iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirsə də, təhqiqatçı müdafiəçinin hüquqi xidmətlərə görə iştirak etdiyi müddətə və bunun məbləğinə dair arayışı yekun protokola əlavə etməmiş, eləcə də müdafiəçinin özü tərəfindən həmin dövr və məhkəmə icraatı mərhələsi üçün hesabat arayışı təqdim edilməmişdir, ona görə müdafiəçiyə əmək haqqının tutulması məsələsi hazırkı qərarla həll edilmir. Şərh olunanlara olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan işin icraatına xitam verilsin. Maddi sübut qismində tanınmış “VAZ 21061” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-162/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-162/2022
08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver