Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-163/2021 10.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Namiq oğlunun, zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi – Nümayəndə, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs ünvan 2 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs (MMC) 05 sentyabr 2018-ci il tarixli, **********-2018 nömrəli əmri ilə satış təmsilçisi vəzifəsinə qəbul edilib işləyərkən, MMC ilə onun arasında bağlanmış həmin tarixli, 0000028/2018 nömrəli əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə əsasən, ona inanılıb tapşırılmış maddi qiymətli əmlakı satış üçün götürməsi, daşıması və gündəlik satışdan topladığı pulu təhtəl hesabla MMC-nin xəzinəsinə təhvil verib üzləşmə aparması səlahiyyətlərinə malik olmasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək 05 sentyabr 2018-ci il tarixdən 10 dekabr 2019-cu il tarixədək olan işlədiyi dövr ərzində Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi X2 təhvil-təslim aktları ilə 15.561 manat 14 qəpik dəyərində, MMC-nin ünvan 2 ünvanında yerləşən anbarından isə verdiyi sifarişlər əsasında qaimələr ilə 267.378 manat 81 qəpik dəyərində şirniyyat məhsullarını satış üçün qəbul etmiş, həmin məhsulların ticarət obyektlərində satışından əldə eldiyi 203.828 manat 39 qəpik məbləğində satış pulunu MMC-nin xəzinəsinə, 37.264 manat 60 qəpik MMC-nin bank hesabına ödəmiş, satılmamış və istifadə müddəti keçmiş 6.610 manat 07 qəpik dəyərində məhsulları MMC-nin anbarına qaytarmış, 6.999 manat 69 qəpik dəyərində məhsul qiymət fərqinə görə öhdəsindən azaldılmış, 18 noyabr 2018-ci il tarixli təhvil-təslim aktları əsasında 1.346 manat 76 qəpik dəyərində ticarət obyektlərində öhdəsində olan məhsulları MMC-nin satış təmsilçisi X6, 05 dekabr 2018-ci il tarixli təhviltəslim aktı əsasında 2.475 manat 76 qəpik dəyərində ticarət obyektlərində öhdəsində olan məhsulları MMC-nin satış təmsilçisi X3, 22 oktyabr 2019-cu il tarixli təhvil-təslim aktları əsasında 15.685 manat 53 qəpik dəyərində ticarət obyektlərində öhdəsində olan məhsulları MMC-nin satış təmsilçisi X1 təhvil vermiş, MMC-yə məxsus özgənin əmlakı olan 8.729 manat 15 qəpik məbləğində pul vəsaitini isə mənimsəmə yolu ilə talayıb Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin 05 sentyabr 2018-ci il tarixli əmri ilə satış təmsilçisi vəzifəsinə təyin edilmiş, onunla həmin tarixdə əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Vəzifəsi MMC-nin anbarından qəbul etdiyi şirniyyat məhsullarını özü tapdığı və ona MMC tərəfindən təhkim olunmuş ticarət obyektlərinə aparıb təhvil verməkdən ibarət olmuşdur. Sifarişi terminal vasitəsilə MMC-nin anbarına verdikdən sonra qaimələr tərtib olunmuş, həmin məhsulları günəmuzd sürücülər qaimələr əsasında ona təhkim olunmuş ticarət obyektlərinə aparıb çatdırmış, bundan sonra satış pullarını mağazalardan özü toplayıb MMC-nin xəzinəsinə və bank hesabına ödəmişdir. Satışdan topladığı pulları tam ödəmədiyinə görə öhdəsində 8.729 manat 15 qəpik məbləğində çatışmazlıq əmələ gəlmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmədən qeyd olunanları və himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs oğlunun qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsndə satış təmsilçisi işlədiyi dövr ərzində MMC-nin satış təmsilçisi X2 təhvil-təslim aktları ilə 15.561 manat 14 qəpik dəyərində, MMC-nin anbarından isə verdiyi sifarişlər əsasında qaimələr ilə 267.378 manat 81 qəpik dəyərində şirniyyat məhsullarını satış üçün qəbul etmiş, həmin məhsulların ticarət obyektlərində satışından əldə etdiyi 203.828 manat 39 qəpik məbləğində satış pulunu MMC-nin xəzinəsinə, 37.264 manat 60 qəpik MMC-nin bank hesabına ödəmiş, satılmamış və istifadə müddəti keçmiş 6.610 manat 07 qəpik dəyərində məhsulları MMC-nin anbarına qaytarmış, 6.999 manat 69 qəpik dəyərində məhsul qiymət fərqinə görə öhdəsindən azaldılmış, ticarət obyektlərində öhdəsində olan ümumilikdə 19.508 manat 05 qəpik dəyərində məhsulları MMC-nin digər satıştəmsilçilərinə təhvil vermiş, 8.729 manat 15 qəpik məbləğində pul vəsaitini isə mənimsəmə yolu ilə talayıb Zərərçəkmiş şəxs MMC-yə maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə dəymiş ziyanı tamamilə ödəmiş, Zərərçəkmiş şəxs MMC ilə Təqsirləndirilən şəxs arasında barışıq olmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs MMC-nin baş mühasibi Şahid2 ifadəsində göstərmişdir ki, MMC-nin fəaliyyəti müxtəlif növ konditer məhsullarının satışı ilə məşğul olmaqdan ibarətdir. Məhsullar ticarət obyektlərinə maddi məsul şəxslər olan sürücü-ekspeditorlar və satış təmsilçiləri vasitəsi ilə çatdırılır. Təqsirləndirilən şəxs MMC-nin 05 sentyabr 2018-ci il tarixli əmri ilə satış təmsilçisi vəzifəsinə qəbul edilmiş və həmin tarixdə MMC ilə onun arasında əmək və tam fərdi maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. 2019-cu ilin oktyabr ayında məlum olmuşdur ki, Təqsirləndirilən şəxs öhdəsində satış pulundan çatışmazlıq vardır. Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X8 tərəfindən audit yoxlaması keçirilmiş və bu barədə 14 aprel 2020-ci il tarixli audit aktı və rəyi tərtib edilmişdir. Audit yoxlaması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi müddətdə Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi X2 təhvil-təslim aktları ilə 15.561 manat 14 qəpik dəyərində, MMC-nin anbarından verdiyi sifarişlər əsasında qaimələr ilə 267.378 manat 81 qəpik dəyərində şirniyyat məhsullarını satış üçün qəbul etmiş, həmin məhsulların ticarət obyektlərində satışından əldə etdiyi 203.828 manat 39 qəpik məbləğində satış pulunu MMC-nin xəzinəsinə, 37.264 manat 60 qəpik MMC-nin bank hesabına ödəmiş, satılmamış və istifadə müddəti keçmiş 6.610 manat 07 qəpik dəyərində məhsulları MMC-nin anbarına qaytarmış, 6.999 manat 69 qəpik dəyərində məhsul qiymət fərqinə görə öhdəsindən azaldılmış, ticarət obyektlərində öhdəsində olan ümumilikdə 19.508 manat 05 qəpik dəyərində məhsulları MMC-nin digər satış təmsilçilərinə təhvil vermiş, Təqsirləndirilən şəxs öhdəsində 8.729 manat 15 qəpik məbləğində pul vəsaitinin çatışmazlığı vardır. İş üzrə şahid Zərərçəkmiş şəxs MMC-nin direktoru Şahid1, anbardarı Şahid4 Maur oğlu, auditoru Şahid3 məhkəməyə ərizə ilə müraciət edərək cinayət işi üzrə istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini və məhkəmə prosesini onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Şahidlər Şahid1, Şahid4 və Şahid3 istintaq zamanı Şahid2 ilə oxşar məzmunda ifadə vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması haqqında 09.03.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçiləri tərəfindən qulluq mövqeyindən istifadə edilməklə, xeyli miqdarda özgə əmlakının mənimsənilməsi faktları üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. - 14 aprel 2020-ci il tarixli audit prosedurlarının aparılmasına dair aktdan və həmin tarixli 14/06 nömrəli audit rəyindən görünür ki, sərbəst auditor tərəfindən keçirilmiş audit yoxlaması zamanı Təqsirləndirilən şəxs öhdəsində 10.12.2019-cu il tarixə 8.729 manat 15 qəpik məbləğində çatışmazlıq aşkar edilmişdir. - Zərərçəkmiş şəxs MMC-nin 05 sentyabr 2018-ci il tarixli, **********-2018 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. -Zərərçəkmiş şəxs MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 05.09.2018-ci il tarixli, 0000028/2018 nömrəli əmək müqaviləsindən və tam maddi məsuliyyət haqqında əlavə müqavilədən görünür ki, Təqsirləndirilən şəxs müəssisənin anbarından satılması nəzərdə tutulan bütün mövcud malları və məhsulları qəbul etdikdən sonra onların dəyərlərinin müəssisənin xəzinəsinə ödənilməsi ilə əlaqədar tam məsuliyyət daşımağı, işdən çıxdığı təqdirdə anbardan qəbul etdiyi malın və məhsulların dəyərlərini ödəməyi, çatışmayan hissəsi olduqda isə müəyyən olunmuş qaydada mal şəklində (natural) anbara qaytarmağı və s. öz üzərinə öhdəlik götürmüşdür. - Zərərçəkmiş şəxs MMC-nin 01 oktyabr 2019-cu il tarixli, **********-2019 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işdən kənarlaşdırılaraq müəssisənin sərəncamına çıxarılmış, 04 may 2020-ci il tarixli, **********-2020 nömrəli əmrlə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad olunmuş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. - zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin tanınması haqqında 19.03.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC zərərçəkmiş kimi, Nümayəndə zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi kimi tanınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 19 mart 2021-ci il tarixli, 4/274 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs MMC arasında olan 05 sentyabr 2018-ci il tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilədə “İşçi” qrafasındakı imza, 05 sentyabr 2018-ci il tarixli tam maddi məsuliyyət haqqında əlavə müqavilədə “Satış təmsilçisi (ekspeditor)” qrafasındakı imza, 05 sentyabr 2018-ci il tarixli satış təmsilçisinin vəzifə təlimatında “Şöbəsinin satış təmsilçisi” qrafasındakı imza, 0000028/2018 nömrəli əmək müqaviləsində (kontrakt) “İşçi” və 11.2-ci bəndindən aşağıda “İmzası” qrafalarındakı imzalar və 22 oktyabr 2019-cu il tarixli təhvil-təslim aktlarında “Təhvil verdi” qrafalardakı imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibat ekspertizasının 26.02.2021-ci il tarixli, 9/802 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs MMC-nin sürücü-ekspeditoru Təqsirləndirilən şəxs 8729,15 manat satış pulu çatışmazlığı olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs MMC-nin sürücü-ekspeditoru Təqsirləndirilən şəxs öhdəsində yaranmış çatışmazlığın əmələ gəlmə səbəbi toplanmış satış pulunun kassaya tam təhvil verilmədiyindən ibarətdir. - sübutların qiymətləndirilməsi haqqında 19.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim aktları və ödəniş qəbzləri maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi haqqında 19.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 21.11.2014-cü il təvəllüdlü X11 oğlu adlı bir azyaşlı uşağı vardır. - Bakı şəhəri Sabunçu rayon İHB-nin Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 11.02.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14.04.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. - Zərərçəkmiş şəxs MMC-nin direktoru Şahid1 tərəfindən verilmiş 03.06.2021-ci il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi işləmiş Təqsirləndirilən şəxs şirkətə vurduğu 8729.15 manat məbləğində maddi ziyanı Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə tamamilə ödəmişdir, Zərərçəkmiş şəxs MMC ilə Təqsirləndirilən şəxs arasında barışıq olmuşdur. Zərərçəkmiş şəxs MMC-nin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. - 07.06.2021-ci il tarixli, 21169 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 2183 manat dövlət büdcəsinə ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə baxışı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, Zərərçəkmiş şəxs MMC-yə dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına, ona dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikasının CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim aktları və ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 404 (dörd yüz dörd) manat ekspertiza xərcinin yarısının digər təqsirləndirilən şəxs X5 tutulmalı olması nəzərə alınaraq (1(007)-222/21 nömrəli cinayət işi) 202 (iki yüz iki) manatı Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 20 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı, cəmi 40 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 240 (iki yüz qırx) manat (40x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi oğluna dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 305, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim aktları və ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 404 (dörd yüz dörd) manat ekspertiza xərcinin 202 (iki yüz iki) manatı Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna 240 (iki yüz qırx) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-163/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-163/2021
10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver