Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-163/2023 31.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1985-ci ildə Rusiya Federasiyası, Krasnodar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr bazarının yaxınlığında ünvansız evdə kirayədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 06 iyul 2022-ci ildə saat 23 radələrində ünvan 3 ünvanın qarşısında Şahid1 20 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdardan az miqdarda təmiz çəkisi 0,383 qram psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarında təmiz çəkisi 0,081 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 07 iyul 2022-ci ildə saat 13:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 61 nömrəli ünvanın qarşısında özünü şübhəli apardığı üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 6 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,383 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarından az miqdarda təmiz çəkisi 0,081 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 07 iyul 2022-ci il tarixdə Nizami RPİ-də şəxsi axtarış keçirilən zaman üzərində aşkar edilmiş 1 ədəd şəffaf sellofan bükümdə içərisində qəhvəyi rəngli tozşəkill narkotik vasitə hesab edilən heroini və 1 ədəd şəffaf selofan bükümdə kristal şəkilli psixotrop maddə metamfetamini xx.xx.2022-ci il tarixdə Şahid1 sonuncunun yaşadığı ünvan 8 ünvanının qarşısında 20 (iyirmi) manata şəxsi istifadəsi üçün almışdır. Həmin heroini və psixotrop maddəni üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 13:20 radələrində Nizami rayonu, Qara Qarayev prospektində qohumu Şahid3 ilə piyada gəzərkən üç nəfər polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim etmiş, şəxsiyyəti təsdiq edən sənədləri təqdim etməyini xahiş etmişlər. Polis əməkdaşlarına Nizami rayonu, 8-ci km bazarının yaxınlığında kirayədə yaşadıqlarını, şəxsiyyət vəsiqəsinin üzərilərində olmadığını bildirmişlər. Üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğundan polis əməkdaşlarından yayınmaq istəyərkən, polis əməkdaşlarının təklifi ilə Nizami RPİ-nə dəvət gəlmişlər. Polis idarəsində xidməti otaqlardan birində üzərində video çəkilişə şəxsi axtarışa başlamazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini və bir büküm şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamini təqdim etmişdir. Üzəridən aşkar edilən narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin ekspertizaya göndərilməsi üçün onun yanında iştirakı ilə zərfə qablaşdırılaraq möhürlənmişdir, sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, axtarışda iştirak edən şəxslər həmçinin özü protokola imza etmişdir. O, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə gətirilərkən Nizami RPİ-də üstündə şəxsi axtarış aparılarkən ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilmədiyini, 2 ildir narkotik vasitələrdən istifadə etdiyini, üzərində aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni Şahid1dan 20 manat pul verib şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələrin satış ilə məşğul olmadığını, narkotik vasitələr qəbul etməsi barədə heç kimə demədiyini, bundan heç kimin xəbəri olmadığını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-də əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin TŞ-dən daxil olmuş əməliyyat tapşırığına əsasən 07 iyul 2022-ci il tarixdə Nizami RPİ-nin NMB-nin əməkdaşları polis kapitanı Şahid5 və polis leytenantı Şahid4 ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şahid2 Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilmiş və həmin tarixdə saat 18:30-da ünvan 9 ünvanda tərəflərindən saxlanılaraq Nizami RPİ-nə gətirilmişdir. Nizami RPİ-də Şahid2 hüquqları izah edildikdən sonra inzibati otaqların birində video çəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl Şahid2 təklif edilmişdir ki, paltarında, əşyalarında, bədənində narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı maddə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Şahid2 əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selllofana bükümü təqdim edərək bükümdə olan kristalşəkilli maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 06 iyul 2022-ci il tarixdə ünvan 11 ünvanın qarşısında Şahid1 10 manat pul verib öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şahid2 aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan kristalşəkilli psixotrop maddəyə oxşar maddə onun iştirakı ilə zərfə qablaşdırılaraq DİN-nin “Zərflər üçün” 162 saylı möhürü ilə möhürlənmişdir. Şahid2 üzərində şəxsi axtarış aparılarkən iş üçün əhəmiyyət kəsb edən hər hansı maddə və ya əşya müəyyən edilməmişdir. Bundan sonra şəxsi axtarış və götürmə barədə protokol tərtib edilmiş, protokol bütün iştirakçılar həmçinin Şahid2 tərəfindən imzalanmışdır. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid1 07 iyul 2022-ci il tarixdə saat 21 radələrində Nizami rayonu, Ə.Kürçaylı küçəsində müəyyən edilib Nizami RPİ-nə gətirilmişdir. Nizami RPİ-də Şahid1 hüquqları izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl Şahid1 təklif edilmişdir ki, paltarında, əşyalarında, bədənində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı maddə və ya əşya varsa təqdim etsin. Bundan sonra Şahid1 qara rəngli portmanatının içərisindən bir ədəd şəffaf sellofanı təqdim edərək içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Şahid1 başqa hər hansı yerdə narkotik vasitə saxlaması barədə sual verdikdə sonuncu mənzilin qonaq otağında əlavə narkotik vasitə marixuana, psixotrop metamfetamin, narkotik vasitə və psixotrop maddənin miqdarını müəyyən etmək üçün zərgərlik tərəzisi saxladığını bildirmişdir. Bundan sonra Şahid1 yaşadığı ünvan 12 ünvanda axtarış tədbirləri aparmaq üçün sonuncu ilə birlikdə yaşadığı ünvana getmişlər. Şahid1 yaşadığı mənzilin qapısını açıb içəri daxil olduqdan sonra mənzilin qonaq otağında masanın üzərindən 2 ədəd büküm marixuana, 1 büküm heroini, 2 ədəd üzərində narkotik vasitə istifadə edilmiş gümüşü kağızı, bundan başqa həmin qonaq otağında şkafın şüşşəli hissəsini açıb 3 kibrit qutusu marixuananı, həmin şkafdan 1 siqaret qutusunun içərisində 2 büküm marixuana, bir büküm metamfetamin, bir büküm heroin, 1 ədəd şəffaf sellofan bükümdə marixuana həmin şkafın yanındakı şkafdan bir ədəd narkotik vasitələrin çəkisini müəyyən etmək üçün nəzərdə tutulmuş "Aosai” markalı tərəzini təqdim etmişdir. Şahid1 yaşadığı mənzildən götürülmüş maddələr və tərəzi iş üçün əhəmiyyət kəsb etdiyindən tərəflərindən götürülərək qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün“162 saylı möhürü ilə möhürlənmişdir. Şahid1 yaşadığı mənzildə axtarış aparılmış, axtarış zamanı iş üzrə ənəmiyyət kəsb edən başqa heç bir maddə və ya əşya aşkar edilməmişdir. Bundan sonra axtatış götürmə barədə protrokol tərtib edilmişdir. Protokol axtarışda iştirak edən şəxslərə ucadan oxunmuş, axtarışda iştirak etmiş şəxslər tərəfindən, həmçinin Şahid1 tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-də baş əməliyyat müvəkkili Şahid5 və Nizami RPİ-nin NMB-də əməliyyat müvəkkili Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid6 göstərdiklərini təsdiq etmişlər. Şahid9 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində görünür ki, sonradan Təqsirləndirilən şəxs və Şahid3 tanımamış, sonuncularla heç bir münasibəti olmamışdır. O, Nizami RPİ-nin PPXB-nin manqa komandiri vəzifəsində çalışır və polis baş serjantı rütbəsi daşıyır. 07 iyul 2022-ci il tarixdə Nizami RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid8 və Nizami RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid7la birlikdə 2 sektor üzrə xidmət apararkən saat 13:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanının qarşısında iki nəfər şəxsin ətrafa diqqətlə baxaraq gəzdiyini görmüşlər. Onların həmin şəxslərin hər hansı biri cinayəti törədəcəyindən şübhələnərək və həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş, bundan sonra həmin şəxslərə şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər Nizami rayonu 8-ci kilometr bazarının yaxınlığında olan günlük kirayə evlərdə yaşadıqlarını və həmçinin şəxsiyyət vəsiqlərinin üzərilərində olmamasını bildirmişlər. Onlar həmin şəxslərə vermiş olduğu suallara dolğun cavablar vermədiklərindən, müxtəlif bəhanələr gətirərək onlardan yayınmaq istədiklərindən, həmçinin üzərilərində narkotik vasitə istifadəçisində olan əlamətlər olduğundan sonuncuları Nizami RPİ-nə dəvət etmişlər. Nizami RPİ-də tərəflərindən müvafiq raport yazılmışdır. Nizami RPİ-də onlara məlum olmuşdur ki, həmin şəxslərdən biri xx.xx.1985-ci ildə Rusiya Federasiyası Krasnodar şəhərində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 14 ünvanında qeydiyyatda olmaqla Nizami rayonu ərazisində yerləşən 8-ci KM bazarının yaxınlığında günlük kirayə evdə yaşayan Təqsirləndirilən şəxs və digəri Xaçmaz şəhərində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşqul olan, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 14 ünvanında qeydiyyatda olmaqla Nizami rayonu ərazisində yerləşən 8-ci KM bazarının yaxınlığında günlük kirayə evdə yaşayan Şahid3dur. Bundan sonra Nizami RPİ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparılacağı elan edilmiş, videoçəkilişin aparılmasına etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofona bükülmüş qəhvəyi rəngli tozşəkilli narkotik vasitə olan heroinə bənzər maddəni və bir ədəd şəffaf sellofona bükülmüş kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddəni çıxararaq təqdim etmiş və qeyd olunan maddələri 06 iyul 2022-ci il tarixdə Şahid1 Nizami rayonu, Kürçaylı küçəsi, 8 ünvanının qarşısında 20 manata özü istifadəsi üçün aldığını demişdir. Bundan sonra həmin maddələr zərflə yerləşdirilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 162 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra Nizami RPİ-nin xidməti otaqların birində Şahid3 videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparılacağı elan edilmiş, videoçəkilişin aparılmasına etirazının olub-olmaması soruşulmuşdur. Şahid3 heç bir etirazının olmamasını bildirmişdir. Şahid3 üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və predmet müəyyən olunmamışdır. İş materiallarında olan Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı polis mayoru Kənan Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli tozşəkilli, narkotik vasitə olan heroinə bənzər maddəni və 01 ədəd şəffaf sellofana bükülmüş kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər maddəni çıxardaraq təqdim etmiş, bu maddələri xx.xx.2022-ci il tarixdə Şahid1 sonuncunun yaşadığı ünvan 8 ünvanının qarşısında 20 manata öz istifadəsi məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik maddə olan heroinə bənzər maddə və 01 ədəd şəffaf sellofana bükülmüş kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün» 162 saylı möhürü ilə möhürlənərək götürülmüş, şəxsi axtarış zamanı cinayət təqibi üzro sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. İş materiallarında olan 01 avqust 2022-ci il tarixli «Videogörüntüyə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X1 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs axtarış və götürmənin aparılması barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd şəffaf selofan bükümləri təqdim edir. Təqsirləndirilən şəxs birinci bükümdə olan qəhvəyi rəngli tozşəkilli maddənin narkotik vasitə heroin olduğunu, digər bükümdə olan ağ rəngli maddənin isə psixotrop maddə metamfetamin olduğunu,həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 06 iyul 2022-ci il tarixdə Şahid1 20 manat pul müqabilində sonuncunun yaşadığı Nizami rayonu, Ə.Kürçaylı küçəsi 8 ünvanın qarşısında öz şəxsi istifadəsi üçün aldılğını bildirir. Təqsirləndirilən şəxs üstündə axtarış aparılarkən üzərində qanunla qadağan edilmiş heç bir maddə və ya əşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf politilenə bükülmüş qəhvəyi rəngdə, tozşəkilli spesefik iyə malik olan narkotik vasitəyə bənzər maddə və bir ədəd işərisində ağ kristal halında maddə zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 162 saylı möhürü ilə möhürlənib götürülür. İş materiallarında olan cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 16 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından Şahid2 0.373 qram psixotrop maddə metamfetamin aşkar edilməsi faktı üzrə barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi ayrılmış və ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir. ********* saylı cinayət işinin materiallarından zəruri sənədlərin surətləri çıxarılaraq yeni ayrılmış cinayət işinə əlavə edilmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi üzrə keçirilmiş məhkəməkimyəvi ekspertizasının 6/3720 saylı 08 iyul 2022-ci il tarixli rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN-in Zərflər üçün №162» dairəvi möhür əksi, «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə» yazısı imzalar olan kağız zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,081 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd bükümdə təmiz çəkisi 0,383 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahıya əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildirlər. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 21 oktyabr 2022-ci il tarixli 6/5704 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in «Tədqiqat obyekti № 59»-li ştamp əksi olan 3 ədəd paketdəki -vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetamin, Şahid2 üzərindən aşkar edilərək götürülmüş metamfetamin və Şahid1 mənzilindən aşkar edilmiş metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər, -vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroin və Şahid1 mənzilindən aşkar edilərək götürülmüş heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. İlkin tədqiqat zamanı Təqsirləndirilən şəxs götürülmüş heroinin və metamfetaminin təmiz çəkiləri 8 iyul 2022-ci il tarixli 6/3720 saylı, Şahid2 götürülmüş metamfetaminin təmiz çəkisi 8 iyul 2022-ci il tarixli 6/3721 saylı, və Şahid1 mənzilindən aşkar edilmiş heroinlərin və metamfetaminin təmiz çəkiləri 8 iyuul 2022-ci il tarixli 6/3722 saylı ekspert rəylərində göstərilmişdir. Sultan Musayevdən götürülmüş narkotik maddə heroinin 0.02 qram hissəsi tədqiqata sərf edilmiş, 0.313 qram hissəsi qalıq qalmış, psixotrop maddə metamfetaminin isə 0.02 qram hissəsi tədqiqata sərf edilmiş, 0.021 qram hissəsi qalıq qalmışdır. İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 7304 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 16 dekabr 2022-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, iş üzrə təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,081 qram narkotik vasitə heroin və 0,383 qram psixotrop maddə metamfetamin və keçirilmiş şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş 01 ədəd CD disk maddi sübut hesab edilmiş, 01 ədəd CD disk cinayət işinə əlavə edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və tədqiqatdan sonrakı qalıq çəkisi 0,313 qram heroin və 0,021 qram psixotrop maddə metamfetamin Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin Maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 4-cü bəndindən görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 iyul 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, 07 iyul 2022-ci il tarixdə Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı polis mayoru Kənan Əliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 09 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həbsdə saxlanma müddəti cinayət işi üzrə yekun qərar qəbul edilənə qədər müəyyən edilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs həbs edildiyi gündən hesablanmış, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilmiş və qərarın icrası Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 31 may 2023-cü il tarixli, 3-16-17/40/2-2560/2023 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 may 2023cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq, xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07 iyul 2022-ci il tarixdən 09 iyul 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət və məhkəmə icraatı zamanı 28 may 2023-cü il tarixdən 31 avqust 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 03 (üç) gün müddət, ümumilikdə 03 (üç) ay 05 (beş) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93- 1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Habelə, Azərbaycan Respublikası CM-nin 52-1.3.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsini müəyyən edə bilər. Bununla əlaqədar, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və bununla yanaşı, ona təyin edilmiş narkomaniyadan məcburi müalicə kursunu keçmək həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən əlavə vəzifə kimi də onun üzərinə qoyulmalıdır. Habelə, Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.313 qram narkotik vasitə heroin və 0.021 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaitinin-38 manat hissəsi Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 65 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 390 manat (65x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07 iyul 2022-ci il tarixdən 09 iyul 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət və məhkəmə icraatı zamanı 28 may 2023-cü il tarixdən 31 avqust 2023cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 03 (üç) gün müddət, ümumilikdə 03 (üç) ay 05 (beş) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və və narkomaniyadan məcburi müalicə kursunu keçmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və üzərinə narkomaniyadan məcburi müalicə kursunu keçmək vəzifəsinin qoyulması nəzərə alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaitinin-38 manat hissəsi Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.313 qram narkotik vasitə heroin və 0.021 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 65 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 390 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-163/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-163/2023
31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver