Məhkəmə qərarları › İş №1(007)-164/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-164/2022

08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-164/2022 08.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1999-cu il tarixdə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Dövlətyarlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yerləşən 14 saylı Peşə liseyinin yataqxanasında yaşamış, 02 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 avqust 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 228.4-cü maddələri və təqsirləndirilən şəxs - 29 avqust 1991-ci il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Beyləqan şəhəri, M.Əsədov küçəsi ev 12-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 75, mənzil 8-də yaşamış, 02 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 avqust 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qanunsuz olaraq soyuq silah əldə edib, saxlayaraq, daşıyıb gəzdirmiş, bir qrup şəxs halında, silahdan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanliq etmiş və xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 01 avqust 2021-ci il tarixdə saat 00:30 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 2 ünvanında yerləşən “Araz” marketdə olarkən əvvəllər tanıdığı Zərərçəkmiş şəxs həmin marketdə kassa aparatının yanında dayandığını görüb Təqsirləndirilən şəxs2lə bir qrup şəxs halında Zərərçəkmiş şəxs yaxınlaşaraq öz üstünlüyünü nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan sonuncuya narkotik vasitələrin satışı ilə məşğul olmasını irad bildirməklə Təqsirləndirilən şəxs2lə birlikdə zor tətbiq edərək əlləri ilə Zərərçəkmiş şəxs qolundan və boynunun arxa nahiyyəsindən tutaraq marketdən küçəyə çıxarıb ünvan 3 ünvanda yerləşən, ictimai yer olan parka apararaq orada Zərərçəkmiş şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirməsini bəhanə edərək özlərinin şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafdakıların narahatçılığına səbəb olmaqla o, üzərində olan, soyuq silah hesab edilən “Kalaşnikov” konstruksiyalı avtomat silahın komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan süngü bıçağından silah qismində istifadə edərək həmin bıçaqla xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrindən vuraraq sonuncuya həyat üçün təhlükəli olmayan sağlamlığa az ağır zərər vurmaya aid l-ll-lll-İV-V barmaqların açıcı vətərlərinin kəsilməsi ilə müşayiət olunan sağ saidin aşağı 1/3-nin arxa səthinin bir ədəd, sağ saidin orta 1/3-nin arxa səthinin bir ədəd, sol saidin yuxarı 1/3-nin bir ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət, Təqsirləndirilən şəxs2 isə üzərində olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağını silah qismində istifadə edərək həmin bıçaqla Zərərçəkmiş şəxs baş nahiyyəsinə vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol təpə nahiyyəsinin iki ədəd, ənsə nahiyyəsinin bir ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş “Kalaşnikov” konstruksiyalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan süngü bıçağını əldə edərək üzərində saxlamaqla daşımış, 01 avqust 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 00:30 radələrində törətdiyi xuliqanlıq və digər cinayətlərə görə ünvan 4 ünvanında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilib, orada üzərinə keçirilmiş baxış zamanı belindən həmin bir ədəd soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş “Kalaşnikov” konstruksiyalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan süngü bıçağı aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanliq etmişdir. Belə ki, o, 01 avqust 2021-ci il tarixdə saat 00:30 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 2 ünvanında yerləşən “Araz” marketdə olarkən əvvəllər tanıdığı Zərərçəkmiş şəxs həmin marketdə kassa aparatının yanında dayandığını görüb Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs yaxınlaşaraq öz üstünlüyünü nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan sonuncuya narkotik vasitələrin satışı ilə məşğul olmasını irad bildirməklə Təqsirləndirilən şəxs1 ilə birlikdə zor tətbiq edərək əlləri ilə Zərərçəkmiş şəxs qolundan və boynunun arxa nahiyyəsindən tutaraq marketdən küçəyə çıxarıb ünvan 3 ünvanda yerləşən, ictimai yer olan parka apararaq orada Zərərçəkmiş şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirməsini bəhanə edərək özlərinin şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafdakıların narahatçılığına səbəb olmaqla o, üzərində olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağını silah qismində istifadə edərək həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs baş nahiyyəsinə vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol təpə nahiyyəsinin iki ədəd, ənsə nahiyyəsinin bir ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət, Təqsirləndirilən şəxs1 isə xuliqanlıq niyyəti ilə üzərində olan, soyuq silah hesab edilən “Kalaşnikov” konstruksiyalı avtomat silahın komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan süngü bıçağından istifadə edərək həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrindən vuraraq sonuncuya həyat üçün təhlükəli olmayan sağlamlığa az ağır zərər vurmaya aid l-ll-lll-İV-V barmaqların açıcı vətərlərinin kəsilməsi ilə müşayiət olunan sağ saidin aşağı 1/3-nin arxa səthinin bir ədəd, sağ saidin orta 1/3-nin arxa səthinin bir ədəd, sol saidin yuxarı 1/3-nin bir ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 228.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə birlikdə 01 avqust 2021-ci il tarixdə saat 00:30 radələrində ünvan 2 ünvanında yerləşən “Araz” marketdə olduqları vaxt Zərərçəkmiş şəxs görüb onunla salamlaşmış, görüşüb öpüşmüşlər. Sonra söhbət zamanı mübahisə yarandığına görə marketdən bayıra çıxmışlar, binadan bir az aralaşmış, söhbət etmişlər, həmin vaxt Turana narkotik vasitə satmaqla məşğul olduğuna görə irad tutmuşlar. Turan etiraz edərək narkotik vasitə satmadığını bildirmiş, buna görə Səxavətlə birlikdə onu yumruq-təpiklə vurmuşlar. Həmin vaxt səs-küy olmamış, onun və Səxavətin əlində bıçaq olmamış, Turanı bıçaqla vurmamışlar. 2020-ci ilin noyabr ayında ikinci Qarabağ müharibəsi zamanı hərbi qulluqçulara yardım apararkən Füzuli rayonunda tanımadığı hərbçi ona süngü bıçaq hədiyyə etmişdir, həmin bıçaq hadisə vaxtı üzərində və əlində olmamış, maşında olmuşdur. İfadəsi alınarkən təzyiq olunduğuna görə oxumadan imzalamışdır. Zərərçəkmiş şəxs yumruq və təpiklə vurduğuna görə əməlindən peşmandır, artıq azadlığa çıxmaq istəyir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 02 noyabr 2021-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs2lə eyni məhəllədə yaşadıqlarına görə ora gedib gələndə Turanı görüb tanımışdır. 01 avqust 2021-ci il tarixdə saat 00:30 radələrində Səxavətlə birlikdə 6-7 ədəd pivə alıb ünvan 7 ünvanda oturacaqda oturub içmişlər. Pivəni içəndən sonra Səxavətlə birlikdə ünvan 8 ünvanında yerləşən “Araz” marketə gəlmişlər. Marketdən bazarlıq edərkən Zərərçəkmiş şəxs marketin içərisində görmüşdür. Səxavətlə Turan görüşüb bir-birilə söhbət etməyə başlamış, söhbət əsnasında Turanla Səxavət arasında söz mübahisəsi baş vermişdir. O, Turanın baş nahiyyəsindən, Səxavət isə qolundan tutataq Turanı marketdən çölə çıxartmışlar. Turanı marketin qarşı tərəfindəki ağaclığa aparmış, orada Səxavət üzərində olan bıçağın kəsici yeri ilə Turanın başından 2-3 dəfə vuraraq xəsarət yetirmişdir. O, həmin vaxt içkili olduğuna görə üzərində olan “Kalaşnikov” avtomatına məxsus “süngü bıçağı”nın arxası ilə Turanın baş nahiyyəsinə bir dəfə vurmuşdur. Sonra ora tanımadığı adamların toplaşdığını görüb qaçaraq ordan uzaqlaşmışlar. 01 avqust 2021-ci il tarixdə saat 13 radələrində Səxavətlə birlikdə ünvan 4 saylı binanın qarşısında olarkən mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və Turana bədən xəsarəti yetirməklə əlaqədar onları Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsində olarkən üzərində gəzdirdiyi “Kalaşnikov” avtomatına aid süngü aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar edilərək götürülmüş süngünü 2020ci ilin noyabr ayında 2-ci Qarabağ müharibəsi zamanı hərbi qulluqçulara yardım apararkən Füzuli rayonunda tanımadığı hərbiçidən almışdır. Təqsirləndirilən şəxs1 ifadəsinin elan olunmasından sonra həmin ifadəni təsdiq etmədiyini bildirmiş, məhkəmədə verdiyi ifadəsinin əsas kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə birlikdə 01 avqust 2021-ci il tarixdə saat 00:30 radələrində ünvan 2 ünvanında yerləşən “Araz” marketə getmişlər, orada Zərərçəkmiş şəxs ilə rastlaşıb onunla salamlaşmış, görüşüb öpüşmüşlər. Söhbətləri zamanı mübahisələri yarandığına görə marketdən bayıra çıxmışlar, binadan bir az aralaşmışlar. Həmin vaxt Turana narkotik vasitə satmaqla məşğul olduğuna görə irad tutmuşlar. Turan etiraz edərək razılaşmamış, narkotik vasitə satmadığını bildirmişdir. Ona görə Sənanla birlikdə Turanı şillə-təpiklə vurmuşlar. Həmin vaxt onlar bıçaqdan istifadə etməmişlər, əllərində bıçaq olmamış, hadisə zamanı səs-küy yaranmamışdır. Onların yanından gedəndə Turanın üzərində hər hansı xəsarət olmamışdır. Onun alma yeyəndə istifadə etmək üçün mətbəx bıçağı olmuş, həmin bıçaq isə maşında olmuş, hadisə zamanı üzərində olmamışdır. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 03 noyabr 2021-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs yanına gələn narkomanlar blokda və binanın qarşısında olan bisetkada oturaraq narkotik qəbul etmişlər, istifadə etdikləri iynələr mütəmadi olaraq blokun içərisində olmuşdur. O, bu barədə Zərərçəkmiş şəxs dəfələrlə öz haqlı iradını bildirsə də, sonuncu onun iradlarından heç bir nəticə çıxartmamış və öz çirkin əməllərinə davam etmişdir. 01 avqust 2021-ci il tarixində o, Bakı şəhəri, Nizami rayonu ərazisində olan “Dostluq” kafesində Sənan, Turan, Fuad adlı tanışları ilə oturmuş və xeyli miqdarda spirtli içki qəbul etmişlər. 01 avqust 2021-ci il tarixində saat 23 radələrində onlar tanışları ilə kafedən çıxmış, o, Sənanla birlikdə sonuncularla sağollaşdıqdan sonra oradan uzaqlaşmış və Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 55 ünvanında yerləşən “Araz” marketə getmişlər. “Araz” marketdə olan zaman Sənanla birlikdə meyvə satılan hissəyə getmiş, bir qədər bazarlıq etdikdən sonra təsadüfən marketin içərisində Zərərçəkmiş şəxs görmüşdür. Sənanla birlikdə Zərərçəkmiş şəxs yaxınlaşmış, salamlaşdıqdan sonra o, sonuncuya yenidən öz haqlı iradını bildirmiş və onlar söz mübahisəsi etmişlər. Bu zaman o, Sənanla birlikdə Turanın qolundan tutaraq zorla onu marketdən çıxartmış, marketin qarşısında olan yolu keçdikdən sonra parka daxil olmuşlar. Parkda o, Turandan nə üçün narkotik satdığını yenidən soruşduqda, Turan ona narkotik satmadığını və işinin məhkəmədə olduğunu, elə bu səbəbdən bu kimi işlərdən uzaq durduğunu bildirmişdir. Lakin o, Turanın sözlərindən qəzəblənərək yaşadığı ünvandan götürdüyü və öz üzərində gəzdirdiyi mətbəx bıçağını çıxardaraq bıçağın alt hissəsi ilə sonuncunun baş nahiyyəsinə təxminən 2-3 dəfə sərt şəkildə vurmuşdur. O, vurub qutardıqdan sonra tanışı olan Sənan adlı şəxs də üzərində gəzdirdiyi “Kalaşnikov” markalı silahın ehtiyyat hissəsi olan bıçağı çıxardaraq Turanı vurmağa başlamış, lakin o, Sənanın Turanın hansı bədən nahiyyəsindən vurmasını görməmişdir. Bundan sonra isə Sənanla birlikdə məhlələrinə getmişlər. Təqsirləndirilən şəxs2 ifadəsinin elan olunmasından sonra həmin ifadəni təsdiq etmədiyini bildirmiş, məhkəmədə verdiyi ifadəsinin əsas kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 01 avqust 2021-ci il tarixdə saat 00:30 radələrində ünvan 2 ünvanında yerləşən “Araz” marketdə olduğu vaxt tandığı Sənan və Səxavət adlı şəxslər marketə gəlmişlər. Onlar salamlaşmış, görüşüb öpüşmüşlər, sonra marketdən bayıra çıxmışlar, marketin qarşısındakı ağaclıqda əlbəyaxa olmuşlar. Həmin yerdə Sənanla Səxavət onu əlləri ilə vurmuşlar. Hadisə zamanı səs-küy olmamış, hadisəni görən olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327, 329 və 330-cu maddələrinə əsasən onun 21 avqust 2021-ci il tarixdə verdiyi ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, təxminən 15 ilə yaxındır ki, Səxavət və Sənan adlı şəxsləri tanıyır. Həmin şəxslər qonşuluqda yaşayır və aralarında dostluq münasibətləri olmuşdur. 01 avqust 2021-ci il tarixdə saat 00:30 radələrində işdən çıxıb yaşadığı mənzilə gedən zaman yaşadığı ünvanın yaxınlığında yerləşən “Araz” marketə daxil olmuşdur. Marketdə olan zaman o, bir qədər ərzaq götürərək marketin çıxış hissəsində olan kassaya yaxınlaşmış, həmin vaxt orada Sənan və Səxavəti görüb sonuncularla salamlaşdıqdan sonra Səxavət ona “yaxşı gəlmisən” deyərək onun qolundan tutmuş və onu mağazadan çıxarmaq istəmişdir. Bu zaman Sənan da onun digər qolundan tutmuşdur. Sənan və Səxavət ondan fiziki cəhətdən güclü olması səbəbi ilə onu zorla marketdən çıxarmış, marketin qarşısında olan yolu keçirərək parka aparmışlar. Parkın içərisində olan zaman Səxavət ona nə üçün narkotik vasitələr satdığını bildirmiş, o isə Səxavətə narkotik vasitə satmadığını və onun üstünə şər atmalarını, eyni zamanda əgər narkotik satırsa polislərin onu tutacağını demişdir. O, sözünü bitirdiyi vaxt Səxavət cibindən bıçaq çıxararaq ona tərəf tutmuş və onu çiynindən tutaraq yerə itələmişdir. O, yerə yıxılan zaman Səxavət ona yalan danışmamasını və onun narkotik satdığını demişdir. O, yerdən qalxmış və sonunculara yenidən yaxınlaşaraq belə etməmələrini xahiş etmişdir. Lakin Sənan və Səxavət onun xahişinə heç bir məhəl qoymayaraq əllərində olan bıçaqla ona hücum etmişlər. Sənan və Səxavət adlı şəxslər onun baş və qol nahiyyələrinə çoxsaylı zərbələr endirmişlər. O, bıçaqdan özünü qoruyan zaman Sənanın əlində olan bıçaq onun əlini və barmaqlarını kəsmişdir. Bu zaman o, öz müvazinətini itirərək yerə yıxılmışdır. Daha sonra isə həmin şəxslər onun hər yerindən qan axdığını görərək oranı tərk etmişlər. O isə, özünü toplayaraq ayağa qalxmış və Sənan ilə Səxavətin yenidən gəlib ona hücum çəkmələrindən qorxaraq cəld yolu keçib “Araz” marketə qayıtmışdır. Daha sonra yaşadığı ünvana getmiş və oradan isə valideynlərinin köməyi ilə 3 saylı ŞKX-na getmişdir. İlk öncə Təqsirləndirilən şəxs2 onu vurmağa başlamış və əlində olan bıçaqla onun baş nahiyyəsindən bıçaqla xəsarət yetirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs1 onu bıçaqla bədəninin müxtəlif nahiyyələrinə vuraraq xəsarət yetirmişdir. O, bıçaqdan özünü qoruyan zaman Təqsirləndirilən şəxs1 əlində olan bıçaq onun əlini və barmaqlarını kəsmişdir. Zərərçəkmiş şəxs ifadəsinin elan olunmasından sonra bildirmişdir ki, ibtidai istintaq zamanı ifadəni oxumadan imza etmişdir, hazırki ifadəsini təsdiq edir. Bununla yanaşı zərərçəkmiş şəxs sualları cavablandırarkən göstərmişdir ki, tibbi ekspertiza zamanı üzərində aşkar olunmuş xəsarətlər Sənan və Səxavət tərəfindən hadisə yerində ona yetirilmişdir, hadisə yerində həmin şəxslərdən başqa onu vuran şəxs olmamış, başqa yerdə də onu vuraraq xəsarət yetirən olmamışdır. Özü narkotik vasitələrin satılmasında təqsirləndirilərək məsuliyyətə cəlb edilmişdir, hazırda bununla əlaqədar həbsdə saxlanılır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 02 avqust 2021-ci il tarixli qərardan görünür ki, material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) -“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun 01 avqust 2021-ci il tarixli 12988 nömrəli arayışından görünür ki, X6 “Sağ əlin və başın təpə nahiyyəsinin çoxsaylı kəsilmiş, tikilmiş yaraları” diaqnozu ilə daxil olmuşdur. (İ cild i.v. 7) - 01 avqust 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hal şahidlərinin və ekspert-kriminalistin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, hadisə yeri ünvan 9 ünvanın qarşısında yerləşir. Ətrafda 9 mərtəbəli yaşayış binası, binanın qarşısında sakinlər üçün nəzərdə tutulmuş oturacaqlar, müxtəlif növdə ağaclar və yerin asfaltla örtülmüş hissəsində qan izləri vardır. Xəsarət almış Zərərçəkmiş şəxs yaşadığı B.Nuriyev küçəsi 75 saylı binanın 7-ci girişinin 1-ci mərtəbəsində yerləşən pilləkənlərə və 118 saylı mənzilin qarşısına baxış zamanı binanın 7-ci girişində və pilləkənlərdə, həmçinin 118 saylı mənzilin ağ rəngli dəmir materialdan hazırlanmış giriş qapısının üzərində qan ləkələri aşkar edilmişdir. (İ cild i.v. 8-13) - 01 avqust 2021-ci il tarixli protokoldan görünür ki, 01 avqust 2021-ci il tarixdə saat 01:21-də ünvan 9 ünvanın yaxınlığında yerləşən “Araz” marketdə quraşdırılmış müşahidə kameraları ilə qeydə alınmış görüntülərə hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müşahidə kameralarının monitoru açıldıqda 01 avqust 2021-ci il tarixdə saat 01:21-də “Araz” marketin qarşısında markası və dövlət qeydiyyat nişanı görüntüdə dəqiq bilinməyən qara rəngdə avtomobildən 3 nəfər şəxsin düşərək marketə daxil olmaları, bir müddət sonra həmin şəxslərin və əlavə olaraq 1 nəfər şəxsin onlarla birlikdə marketdən saat 01:30-da Zərərçəkmiş şəxs məcbur şəkildə çölə çıxararaq yolun əks tərəfində yerləşən 9 mərtəbəli yaşayış binasının qarşısında olan müxtəlif növdə ağacların qarşısına aparmaları, orada görüntüdən itmələri, saat 01:36-da Zərərçəkmiş şəxs həmin yerdən uzaqlaşaraq “Araz” marketə daxil olan zaman bədəninin müxtəlif nahiyyələrində qan ləkələrinin olması və xəsarət alması aydın görünmüşdür. Görüntülər 1 ədəd CD diskə köçürülərək götürülmüşdür. (İ cild i.v. 14) - 01 avqust 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 ümumi uzunluğu 30 sm, tiyəsinin uzunluğu 16 sm, tutacağının uzunluğu 12 sm, bıçağın üz örtüyü plastmasdan hazırlanmış, uzunluğu 20 sm, ortası gümüşü rəngli bir ədəd bıçaq götürülmüşdür. (İ cild i.v. 16-17) - 01 avqust 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 ümumi uzunluğu 32 sm, tiyəsinin uzunluğu 20 sm, tutacağının uzunluğu 12 sm, bıçaqın dəstəyi plastmast örtükdən hazırlanmış çəhrayı rəngdə olan, tiyəsi dəmir gümüşü metaldan hazırlanmış bir ədəd bıçaq götürülmüşdür. (İ cild i.v. 18-19) - 21 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə ifadənin yerində yoxlanılması zamanı o, ifadəsində bildirdiklərini hadisə yerində əyani olaraq göstərərək təsvir etmişdir. (İ cild i.v. 132-133) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 15 sentyabr 2021-ci il tarixli 3/1431 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. (İ cild i.v. 146-147) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 15 sentyabr 2021-ci il tarixli 3/1418 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş “Kalaşnikov” konstruksiyalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan süngü bıçağıdır, soyuq silah hesab edilir. (İ cild i.v. 149-152) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 19 oktyabr 2021-ci il tarixli 35/751 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs l-ll-lll-İV-V barmaqların açıcı vətərlərinin kəsilməsi ilə müşayiət olunan sağ saidin aşağı 1/3-nin arxa səthinin 1 ədəd, sağ saidin orta 1/3-nin arxa səthinin 1 ədəd, sol saidin yuxarı 1/3-nin 1 ədəd, sol təpə nahiyyəsinin 2 ədəd, ənsə nahiyyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları olmuşdur. Qeyd olunan xəsarətlər iti kənara malik olan əşyanın (əşyaların, ola bilsin bıçağın və avtomaşın süngüsü) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2021-ci il tarixdə alınmaları mümkündür. Dərəcəsinə görə l-ll-lll-İV-V barmaqların açıcı vətərlərinin kəsilməsi ilə müşayiət olunan sağ saidin aşağı 1/3-nin arxa səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, digər xəsarətlər həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyası və xüsusiyyətlərinə istinad edərək demək olar ki, xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də pilləkənlərdən yıxılması nəticəsində törənmələri inkar olunur. (İ cild i.v. 188-190) - 02 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi həmin Məcəllənin 221.3, 127.2.3 və 228.4-cü maddələrinə tövsif edilmişdir. (İ cild i.v. 224-225) - 24 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmiş, ona həmin maddə ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 228.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası CM-nin 29,120-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, X2 24 iyul 2021-ci il tarixdə xəsarət alması faktı üzrə ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəsi ilə ayrıca cinayət işi ayrılaraq icraata qəbul edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş, X1 üzərindən aşkar edilmiş bir ədəd süngü bıçağı və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd mətbəx bıçağı, 01 avqust 2021-ci il tarixli hadisəni özündə əks etdirən bir ədəd CD disk maddi sübut kimi tanınmış, iki ədəd bıçaq maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, bir ədəd CD disk cinayət işinə əlavə edilmiş, 24 iyul 2021-ci il tarixdə X2 xəsarət alması hadisəsini əks etdirən bir ədəd disk Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ayrılacaq cinayət işinə əlavə olunmuş, Təqsirləndirilən şəxs1 bir ədəd süngü bıçağı əldə etdiyi naməlum mənbənin müəyyən edilməsi mümkün olmadığından, cinayət işinin materiallarından naməlum mənbəyə dair material ayrılmış və naməlum mənbənin müəyyən edilməsi məqsədi ilə Nizami RPİ-nin 24-cü PB-nə göndərilmişdir. (İİ cild i.v. 85- 94) - 24 fevral 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən X4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla araşdırılan naməlum şəxslərə dair Azərbaycan Respublikası CM-nin 221.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. (İİ cild i.v. 95-96) -Məhkəmə iclasında cinayət işinə əlavə edilmiş, hadisənin müəyyən fraqmentlərini özündə əks etdirən görüntülərin köçürüldüyü bir ədəd diskə cinayət prosesi iştirakçıları ilə birlikdə baxış keçirilmiş, baxış zamanı təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamda əksini tapan halların təsdiq olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 5-ci bəndinə əsasən məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə, zərərçəkmiş şəxsi, dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 228.4-cü maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 228.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittiham üzrə özlərini təqsirli bilməmələrini onların hüquqları kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onların həmin mövqelərinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxslərin bu mövqeləri əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxslərin və müdafiəçilərinin irəli sürdükləri dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmış, məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla tam təkzib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə tədqiqi ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində xuliqanlıq cinayətinin mühüm elementləri mövcud olmuşdur. Baxmayaraq ki, təqsirləndirilən şəxslər məhkəmə iclasında ibtidai istintaqda verdikləri ifadələrində göstərilənlərdən və faktiki olaraq baş verənlərdən fərqli ifadələr verirlər, onlar 01 avqust 2021-ci il tarixdə saat 00:30 radələrində zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanında yerləşən “Araz” marketdə narkotik vasitələrin satışı ilə məşğul olmasını irad bildirməklə birlikdə zor tətbiq edərək əlləri ilə onun qolundan və boynunun arxa nahiyyəsindən tutaraq marketdən küçəyə çıxarıb ictimai yer olan parka apararaq orada zərərçəkmiş şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirməsini bəhanə edərək özlərinin şəxsiyyətini onun şəxsiyyətinin fövqündə qoymaqla ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafdakıların narahatçılığına səbəb olmaqla Təqsirləndirilən şəxs1 üzərində olan, soyuq silah hesab edilən “Kalaşnikov” konstruksiyalı avtomat silahın komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan süngü bıçağından silah qismində istifadə edərək həmin bıçaqla xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyyələrindən vuraraq sonuncuya həyat üçün təhlükəli olmayan sağlamlığa az ağır zərər vurmaya aid deşilmişkəsilmiş yaralarından ibarət, Təqsirləndirilən şəxs2 isə üzərində olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağını silah qismində istifadə edərək həmin bıçaqla zərərçəkmiş şəxsin baş nahiyyəsinə vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişlər. Məhkəmə iclasında hadisənin müəyyən fraqmentlərini özündə əks etdirən görüntülərin köçürüldüyü bir ədəd diskə cinayət prosesi iştirakçıları ilə birlikdə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, həqiqətən də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 01 avqust 2021-ci il tarixdə saat 00:30 radələrində zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanında yerləşən “Araz” marketdən çıxarmışlar, birlikdə zor tətbiq edərək əlləri ilə onun qolundan və boynunun arxa nahiyyəsindən tutaraq marketdən küçəyə çıxarıb ictimai yer olan parka aparmışlar. Həmin vaxt zərərçəkmiş şəxsin əynində qısaqol köynək olsa da, parkda təqsirləndirilən şəxslər tərəfindən xuliqanlıq hərəkətləri edilərək xəsarət yetirildikdən sonra geri, marketə qayıdarkən köynək zərərçəkmiş şəxsin əynində olmamış, onun başından, əllərindən axan qan əynindəki maykanın üstünə, eləcə də marketin giriş qapısı qarşısında yerə axmışdır. Təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsə zor tətbiq edərək əlləri ilə onun qolundan və boynunun arxa nahiyyəsindən tutaraq marketdən küçəyə çıxarıb ictimai yer olan parka apararkən yanlarında digər şəxslər, hadisənin baş verdiyi dəqiqələrdə ətrafda və başlanğıcından etibarən hadisəni izləyən, eləcə də sonradan səs-küyü eşidib qaçaraq hadisə yerinə gedən şəxslər olmuşdur. Həmin şəxslərin şəxsiyyətləri müəyyən edilə bilməsə də, hadisə yerindən götürülmüş müşahidə kameralarının görüntülərində yuxarıda qeyd olunanlar kifayət qədər öz əksini tapmış, təsdiq olunmuşdur ki, ittiham üzrə baş vermiş hadisə zamanı həqiqətən xuliqanlıq cinayətinin mühüm elementlərini özündə birləşdirən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə təqsirləndirilən şəxslər tərəfindən yol verilmişdir. Ona görə məhkəmə müdafiə tərəfinin təqsirləndirilən şəxslərin əməllərində xuliqanlıq cinayətinin tərkib əlamətlərinin olmaması, onların əməllərinin qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin təsiri altına düşməsi, əməlin CM-nin 221.3-cü maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilməli olması barədə irəli sürdükləri dəlilləri əsassız sayır. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Hansı ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən hadisə zamanı məhz həmin əlamətlərlə müşahidə olunan xuliqanlıq cinayəti törədilmiş, bu zaman silah qismində istifadə olunan bıçaqla zərərçəkmiş şəxsə az ağır dərəcəli bədən xəsarəti yetirilmişdir. Verilmiş ekspertiza rəylərinə əsasən hadisədən sonra təqsirləndirilən şəxslərdən götürülməklə tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, tədqiqata təqdim edilmiş digər bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş “Kalaşnikov” konstruksiyalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan süngü bıçağıdır, soyuq silah hesab edilir. Yəni, hər iki bıçaq bir tərəfi kəsici, ucu deşici xassəyə malik olmuşlar. Zərərçəkmiş şəxsin bədəni üzərində aşkar olunmuş xəsarətlər isə iti kənara malik olan əşyanın (əşyaların, ola bilsin bıçağın və avtomatın süngüsü) təsirindən törənmişlər, xəsarətlərin yetirilmə vaxtı hadisənin baş verdiyi 01 avqust 2021-ci il tarixə uyğun gəlmişdir. Rəylə yanaşı, müşahidə kamerasının görüntülərində də zərərçəkmiş şəxsin hadisə yerində xəsarətlər alması, bədəni üzərində müvafiq nahiyələrdən axan qan izlərinin olması aşkar görünmüşdür. Məhkəmə eyni zamanda Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşmaqla qeyd edir ki, məlumdur ki, həmin şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə digər cinayət işi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur, hazırda həbsdə olmaqla istintaq təcridxanasında saxlanılır, təqsirləndirilən şəxslər də həbsdə olmaqla istintaq təcridxanasında saxlanılırlar, ona görə də onun ibtidai istintaqda verdiyi ifadəsindən fərqli və işin faktiki müəyyən edilmiş halları ilə uyğunluq təşkil etməyən ifadə verməsi bununla əlaqələndirilməlidir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbləri baxımından işin faktiki hallarını, maddi sübut qismində tanınmış hadisənin mühüm anlarını özündə əks etdirən müşahidə kameralarının görüntülərini mötəbər sübut qismində qiymətləndirməklə qəbul edir, toplanmış sübutların təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri edilməsi, bu zaman silah qismində istifadə olunan bıçaq tətbiq edilməsi, eləcə də Təqsirləndirilən şəxs1 tərəfindən soyuq silahdan istifadə edilməklə xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsə az ağır bədən xəsarəti yetirilməsi barədə qənaətə gəlinməsi üçün yetərli olduğunu hesab edir. Bununla yanaşı nəzərə alınmalıdır ki, həmin zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı üzərində aşkar olunmuş xəsarətlərin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən hadisə yerində ona yetirildiyini, başqa şəxslərin onu vuraraq xəsarət yetirmədiyini bildirmişdir. Qeyd olunanları ümumiləşdirərək, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq olaraq 127.2.3, 221.3 və 228.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - bir qrup şəxs tərəfindən və ya təkrar; ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla - üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 228-ci maddəsinin “Qeyd”inə əsasən bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, irəli sürülmüş ittihamda əksini tapmış soyuq silah hesab edilən süngü bıçağı təqsirləndirilən şəxs X5 qanunsuz olaraq əldə edib daşıyaraq gəzdirmiş, həmin əşyanı könüllü surətdə təhvil verməyərək saxlamış, həmin soyuq silahdan istifadə etməklə cinayət əməli törətmiş və polis əməkdaşları tərəfindən 01 avqust 2021-ci il tarixdə sözügedən bıçaq ondan götürülmüşdür. Belə olan halda, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 228-ci maddəsinin “Qeyd”ndə nəzərdə tutulduğu qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 02 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 44) - 02 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 64) - 04 avqust 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 02 avqust 2021-ci il tarixdən hesablanmışdır. (İ cild i.v. 107-110) - 04 avqust 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 02 avqust 2021-ci il tarixdən hesablanmışdır. (İ cild i.v. 111-114) -Beyləqan rayon İHB-nın Beyləqan şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 01 fevral 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İİ cild i.v. 60) -Zərərçəkmiş şəxs 11 yanvar 2022-ci il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisində təsdiqlənmiş ərizəsinin surətindən görünür ki, təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan ödəndiyindən, eləcə də aralarında baş vermiş hadisə ilə bağlı həmin şəxslərin ondan üzrxahlıq etmələrini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlara qarşı heç bir şikayəti, tələbi, iddiası yoxdur, bundan sonra da olmayacaqdır. (İİ cild i.v. 61) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 fevral 2021-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları haqqında məlumat yoxdur. (i.v. 71-74) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 12-ci bəndinə əsasən xuliqanlıq cinayətinin ictimai qaydaya və vətəndaşların rahatlığına qəsd edən, bəzi hallarda silah tətbiq edilməklə digər daha ağır cinayətlərin törədilməsi ilə nəticələnən təhlükəli və geniş yayılmış cinayət olması nəzərə alınmaqla məhkəmələrin diqqəti xuliqanlığa qarşı cəza tətbiqində mövcud nöqsanların aradan qaldırılması zəruriyyətinə cəlb edilmiş, 13-cü bəndi ilə isə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə törətdikləri əməl, eləcə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, onun CM-nin 228.4-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CMnin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CMnin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər törətməsini, cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətin bilavasitə obyektinin ictimai qayda ilə bağlı münasibətlər təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin cəzalar qismən toplanılmaqla təqsirləndirilən şəxsə qəti müddətə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətin bilavasitə obyektinin ictimai qayda ilə bağlı münasibətlər təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslərin hazırkı cinayət işi üzrə 02 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmaları, barələrində həbs qətimkan tədbiri seçildikdən sonra halhazıradək həbsdə qaldıqları nəzərə alınmalı, bu müddət ibtidai həbs müddəti kimi cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmələrinin başlanğıcı həmin tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış əşyaların taleyi həll edilərək məişətdə istifadə olunması nəzərə alınmaqla zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən bir ədəd mətbəx bıçağı Təqsirləndirilən şəxs2 ailə üzvlərinə təhvil verilməli, zavod üsulu ilə istehsal edilmiş “Kalaşnikov” konstruksiyalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən bir ədəd süngü bıçağı isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təһvil verilməli, CPMnin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərcləri təqsirləndirilən şəxsdən müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 127.2.3, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, müstəntiqin və məhkəmənin qərarları əsasında dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 məhkəməyədək icraatın və məhkəmə icraatının müvafiq mərhələlərində iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirsə də, müstəntiq müdafiəçinin hüquqi xidmətlərə görə iştirak etdiyi müddətə və bunun məbləğinə dair arayışı ittiham aktına əlavə etməmişdir, ona görə müdafiəçiyə həmin hissədə əmək haqqının tutulması məsələsi həll edilmir, lakin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə olan müddət 10 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Müdafiəçilər Müdafiəçi3 və Müdafiəçi1 məhkəməyədək icraat və məhkəmə icraatının müvafiq mərhələlərində müqavilə əsasında iştirak edərək təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsini həyata keçirdiklərinə görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqının tutulması məsələsi müzakirə edilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 127.2.3cü maddəsi ilə 02 (iki) il müddətinə, CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə, CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 02 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 02 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 götürülmüş bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən bir ədəd mətbəx bıçağı onun ailə üzvlərinə təhvil verilsin, Təqsirləndirilən şəxs1 götürülmüş zavod üsulu ilə istehsal edilmiş “Kalaşnikov” konstruksiyalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən bir ədəd süngü bıçağı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təһvil verilsin. Məhkəmə məsrəfi olan cəmi 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatının müvafiq mərhələsində 10 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi2 müəyyən edilmiş hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 60 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar