Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-165/2024 27.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Lamiy Natiq qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili X36 iştirakları ilə, Təqsirləndirilən şəxs, 26 avqust 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(008)-582/2022 saylı hökmü ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-1302/2024 saylı qərarı nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə, qəti olaraq 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi döngə 5, ev 6, mənzil 14-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 144-də yerləşən nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talayaraq təkrar oğurluq etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib, daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X33 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 avqust 2021-ci il tarixdə saat 09 radələrində X15 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gələrək aralarında olan cinayətkar razılığa əsasən Tural Babayevin niyyətlərinə maneəsiz nail olmaq məqsədi ilə kənar şəxslərin həmin yerə gələcəyi barədə məlumat verməsi və hadisə yerindən dərhal uzaqlaşmaları üçün idarə etdiyi **-KR-*** dövlət qeydiyyat nişanlı “Vaz 2104” markalı avtomobili kənarda saxlamasından sonra o, həmin avtomaşından enərək qeyd edilən ünvanda saxlanılmış, X20 məxsus **-DY-*** dövlət qeydiyyat nişanlı “Vaz 21074” markalı avtomobilə yaxınlaşıb avtomobilin kilitlənməmiş qapısını açaraq salonundan 01 ədəd 200 manat qiymətində qara rəngli “Pioneer” markalı, “7150UB" model avtomaqnitafonu gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə ümumilikdə zərərçəkmiş şəxs Teymur Nəsirova 200 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 yanvar 2022-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanda saxlanılmış, X34 etibarnamə əsasında idarə etdiyi **-LY-*** dövlət qeydiyyat nişanlı “Vaz 2107" markalı avtomobilin qapısı özündə olan “Vaz” markalı avtomobil açarı ilə açaraq avtomobilin salonundan 01 ədəd 550 manat qiymətində "Pioneer 7150" markalı avtomaqnitafonu gizli olaraq talayıb zərərçəkmiş şəxs Bəyaz Əsədova 550 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 yanvar 2022-ci il tarixdə saat 04 radələrində ünvan 2 ünvanda saxlanılmış, X16 məxsus **-VJ-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobilin kilitlənməmiş qapısını açaraq salonundan ön oturacaqların arasında olan Nəsimi Abdullayevə məxsus üzərində 01 ədəd 02 manat qiymətində ***-***-**-** GSM nömrəsi ilə işləyən 700 manat qiymətində “Samsung Galaxy” markalı, “SM-A725F/DS (A72)” modelli telefonu və X21 məxsus 01 ədəd 02 manat qiymətində ***-***-**-** və 02 manat qiymətində ***-***-**-** GSM nömrələri ilə işləyən 110 manat qiymətində “Samsung Galaxy” markalı, “SM-A105F/DS" modelli telefonu gizli olaraq talayıb Nəsimi Abdullayevə 702 manat məbləğində, Cəlal Əliyevə isə 114 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,994 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 22 yanvar 2022-ci il tarixdə saat 17:50 radələrində Nizami RPİ-nin 24-cü Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanının qarşısında rayon ərazisində baş vermiş oğurluq cinayətlərini törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında yerləşən Nizami RPİ-nin 24-cü Polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 0,994 qram olan ağ kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, X25 tanıyır, onunla münasibətləri normaldır. Onunla heç bir ədavəti yoxdur. 12 avqust 2021-ci il tarixdə saat 09 radələrində Tural ilə görüşüb həmin gün istirahət etmək qərarına gəlmişlər, belə ki, onunla dənizə getməyi planlaşdırmışlar. Lakin həmin vaxt pulları az olduğundan o, Turala Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yaşayan xalasıgilə gedib xalasından borc pul almağı təklif etmişdir. Bundan sonra onlar Turalın idarə etdiyi “Vaz 21042 markalı avtomobil ilə həmin qəsəbəyə getmişlər. Ora çatdıqda evlərin birinin qarşısında küçədə qara rəngli “Vaz 2107" markalı avtomobil görmüşdür. Ətrafa baxıb heç kim olmadığını gördükdən sonra Turala həmin avtomobildən oğurluq etməyi təklif etmiş, Tural onunla razılaşmışdır. Beləcə aralarında olan razılıq əsasında Tural idarə etdiyi avtomobildə qalaraq avtomobili işlək vəziyyətdə saxlayıb eyni zamanda da ətrafa nəzarət etməli, ətrafdan onun oğurluq etdiyimi görə biləcək kimsə gəldikdə siqnal verərək ona məlumat verməli imiş. Belə də olmuşdur, Tural ətrafa nəzarət etmək üçün avtomobildə qalmış, o isə avtomobildən düşərək həmin “Vaz 2107” markalı avtomobilə yaxınlaşaraq şüşədən içəri baxarkən avtomobildə quraşdırılmış vəziyyətdə “Pioneer” markalı maqnitafon olduğunu görmüşdür, avtomobilin əlcəyinə əlimi atıb çəkdidə qapı açılmış və o, həmin avtomobilin salonunda quraşdırılmış maqnitafonu çıxarıb götürərək Turalın idarə etdiyi avtomobilə oturmuşdur. Tural dərhal avtomobili idarə etmiş və onlar oradan maqnitafonu satmaq üçün Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığına gəlmişlər, o, burada olan avtomobil avadanlıqları dükanından birinə maqnitafonun özünə məxsus olduğunu bildirib 150 manat qarşılığında satmışdır. Daha sonra həmin pulun 20 manatını Turala vermiş, geri qalan hissəsini isə birlikdə xərcləmişlər. O, bu oğurluğu Tural Babayev ilə birlikdə etmidir. Bundan başqa xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 24 ünvanında, küçədə dayanmış vəziyyətdə olan “Vaz 2107” markalı avtomobil onun diqqətini çəkmişdir. Kənarda durub onu görə biləcək heçkimin olmadığını dəqiqləşdirdikdən sonra həmin avtomobili özündə olan “Vaz” markalı avtomobil açarı ilə açaraq avtomobilin salonuna daxil olmuş və avtomobilin salonunda quraşdırılmış maqnitafonu sökərək avtomobili tərk etmişdir. Növbəti günlərdə maqnitafonu Sabunçu rayonu, Bakıxanov küçəsində maqnitafon satışı ilə məşğul olan şəxsə özünə məxsus olduğunu bildirib 100 manat qarşılığında satmış, əldə etdiyi pul ilə şəxsi ehtiyyaclarını qarşılamışdır. Onda olan “Vaz” markalı avtomobil açarını daha sonra itirdiyi üçün istintaqa təqdim edə bilmir. xx.xx.2022-ci il tarixdə psixotrop maddə almaq üçün pul əldə etmək məqsədi ilə oğurluq etmək fikrinə düşmüş, həmin gün saat 04 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 24 ünvanında “Ford Transit” markalı avtomobilin dayanmış vəziyyətdə olduğunu görmüş, bir qədər müşahidə aparıb onu görən kiminsə olmadığını dəqiqləşdirdikdən sonra həmin avtomobilin qapısını açmağa cəhd edərkən qapının kilitli olmadığını müəyyən etmiş, avtomobilin salonuna daxil olaraq ön oturacaqların arasında iki ədəd mobil telefon olduğunu görmüş, həmin mobil telefonları götürərək oradan uzaqlaşmışdır. Həmin gün, yəni 20 yanvar 2022-ci ildə həmin telefonlardan birini “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Lombard"a girov qoyaraq oradan 250 manat pul almışdır. Bundan başqa şalvarının cibində saxladığı xx.xx.2022-ci il tarixdə “Ford Tranzit" markalı avtomobildən oğurladığı 01 ədəd “Samsung A 10” markalı mobil telefonu və həmin avtomobildən oğurladığı “Samsung A72" markalı mobil telefonu Lombarda girov kimi qoymağı barədə sənədi və özünə məxsus 01 ədəd “Samsung duas” markalı telefonu təqdim etmişdir. O, Sabunçu qəsəbəsində “Vaz 2107” markalı avtomobildən maqnitafon oğurluğunu tanışı Tural Babayev ilə birlikdə etmiş, qalan oğurluqları isə tək etmişdir. Bundan əlavə o, özünü sadəcə CM-nin oğurluqda təqsirli bilir, CM-nin 234.1-ci maddəsi ilə isə özünü təqsirli bilmir. O, həmin cinayəti törətməmişdir, narkotiki onun üstünə bilmədən qoyublar. Sonda Təqsirləndirilən şəxs, CM-nin 234.1-ci maddəsi ilə ona bəraət verilməsini, CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə isə zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs X34 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2022-ci il taixdə səhər saatlarında avtomobilini Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 24-də, küçədə saxlayıb qapılarını kilitləyib evinə getmişdir. Həmin gün evə piyada getdiyi üçün avtomobilə baxmamışdır. Növbəti gün səhər-səhər avtomobilinə baxan zaman qapısı bağlı olsa da kilitlənmədiyi diqqətini çəkmişdir, avtomobilə əyləşib baxarkən avtomobilin salonunda quraşdırılmış “Pioneer 7150" markalı maqnitafonun yerində olmadığını görmüşdür. Beləliklə, həmin maqnitafonun oğurlandığı ona məlum olmuşdur. O, bu barədə əvvəlcə polisə məlumat verməsə də daha sonra bu barədə ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, “Pioneer 7150” markalı maqnitafonunun oğurlanması nəticəsində ona 550 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs X15 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, hazırda "xxxx" QSC-də növbə rəisi vəzifəsində işləyir. 12 avqust 2021 -ci il tarixdə saat 07 radələrində işdən yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində yerləşən nömrəsiz evə gəlmiş və özünə məxsus "VAZ 2107” markalı, **-DY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili yaşadığı evin qarşısında yəni, küçədə saxlamışdır. Yaşadığı məhəllədə heç bir zaman oğurluq hadisəsi olmadığı üçün ona məxsus avtomobili kilidləmədən evə getmişdir. Bir müddət yatdıqdan sonra övladını məktəbdən götürmək üçün yaşadığı evin qarşısına çıxaraq özünə rnəxsus "VAZ 2107" markalı, **-DY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yaxınlaşmışdır. Avtomobilə əyləşmiş və aşkar etmişdir ki, avtomobildən bir ədəd dəyəri 650 (altı yüz əlli) manat olan "Pioner" markalı maqnitofon naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Lakin, həmin gün polisə şikayət etməmişdir. 23 sentyabr 2021-ci il tarixdə yaşadığı məhəllədə piyada gəzdiyi zaman Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarını görmüş və onlara yaxınlaşaraq demişdir ki, "heç bizim məhəllədə oğurluq hadisəsi baş vermirdi, lakin 12 avqust 2021-ci il tarixdə mənə məxsus avtomobildən maqnitofon oğurlanmışdır.” Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları ona demişlər ki, "əgər sizin hər hansı bir şikayətiniz varsa, zəhmət olmasa bu barədə polisə rəsmi olaraq ərizə ilə müraciət edin”. O, cavab olaraq demişdir ki, "bəli, mənə məxsus avtomobildən maqnitofonun oğurlanması barədə şikayətim vardır və bu barədə rəsmi olaraq ərizə ilə polisə müraciət etmək istiyərəm". Bundan sonra Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə getmiş və ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs X8 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, “Ford Transit” markalı, **-VJ-*** nömrəli avtomobillə göyərti daşıyıb mağazalara paylamaqla ailəsini və özünü dolandırır. xx.xx.2022-ci il tarixdə 04 radələrindən onunla birlikdə işləyən X29 ilə birlikdə, idarə etdiyi “Ford Transit" markalı, **- VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə daşıdıqları göyərtiləri Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 24-də yerləşən “İsalı” marketə vermək üçün avtomobildən düşmüş və göyərtiləri avtomobildən götürərək birlikdə marketə daxil olmuşlar. Bu zaman tez qayıdacaqları üçün avtomobilin qapılarını örtsə də kilitləməmişdir. Təqribən 2 dəqiqədən sonra avtomobilə qayıtdıqda qabaq sərnişin oturacağının üzərində saxladığıqları ona məxsus 1100 manat dəyərində "Samsung A 72” markalı mobil telefonun və Cəlal Əliyevə məxsus “Samsung A10" markalı mobil telefonun yerində olmadığını müşahidə etmişlər. Bu zaman telefonların oğurlandığını başa düşmüşlər, lakin telefonları olmadığından dərhal polisə məlumat verə bilməmişlər. Təqribən bir saatdan sonra bir tanışının telefonu vasitəsi ilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş vermiş cinayətlə bağlı məlumat vermişlər. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 mart 2022-ci il tarixli 9/969 nömrəli rəyi ilə ona məxsus “Samsung Galaxy” markalı, SM-A72/DS (A72) model, istifadə olunmuş mobil telefonun 2022-ci ilin yanvar ayında orta bazar qiymətinin 700 manat kimi qiymətləndirilməsi ilə razıdır, həmin rəydə qeyd edilənlərin əsas götürülməsinə heç bir etirazı yoxdur. Ona məxsus “Samsung A72” markalı mobil telefon oğurlanarkən telefonun üzərində ona məxsus 02 manat qiymətində ***-***-**-** nömrəsi olmuşdur. Beləliklə, cinayət nəticəsində ona 702 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs X17 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, tanışı Nəsimi Abdullayev ilə birlikdə “Ford Transit" markalı, **-VJ-*** nömrəli avtomobillə göyərti daşıyıb mağazalara paylamaqla müəyyən gəlir əldə edirlər. xx.xx.2022-ci il tarixdə 04 radələrində Nəsimi Abdullayev ilə birlikdə Nəsiminin idarə etdiyi “Ford Transit” markalı, “**-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə daşıdıqları göyərtiləri Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 24-də yerləşən “İsalı” marketə vermək üçün avtombildən düşmüş və göyərtiləri avtomobildən götürərək birlikdə marketə daxil olmuşlar. Təqribən 2 dəqiqədən sonra avtomobilə qayıtdıqda qabaq sərnişin oturacağının üzərində saxladıqları ona məxsus “Samsung A 10” markalı mobil telefonun və Nəsimi Abdullayevə məxsus “Samsung A72” markalı mobil telefonun yerində olmadığını müşahidə etmişlər. Bu zaman telefonların oğurlandığını başa düşmüş, lakin telefonları olmadığından dərhal polisə məlumat verə bilməmişlər. Təqribən bir saatdan sonra polisə məlumat vermişlər. X4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsində avtomobillər üçün nəzərdə tutulan avadanlıqlar satılan dükan işlədir, burada həmin avadanlıqların həm satışı həm də alışı ilə məşğul olur. Təqribən 2022-ci il yanvar ayının sonlarında adı ona sonradan məlum olan, Təqsirləndirilən şəxs onun işlətdiyi dükana gələrək ona “Pioneer" markalı maqnitofonu təklif edərək özünə məxsus olduğunu bildirib satmaq istədiyini demişdir. O, həmin maqnitafonu 150 manat ödəyərək Əlisadan almışdır. Əlisanın üzərində gətirdiyi xarici pasportun surətin çıxarıb özündə saxlamışdır. Bildirmişdir ki, o, həmin maqnitafonun oğurluq yolu ilə əldə edildiyini bilmirmiş, bilsə İdi onu almazdı və bu barədə polisə məlumat verərdi. O, daha sonra həmin maqnitafonun tanımadığı şəxsə 200 manat qarşılığında satdığı üçün maqnitafonu istintaqa təqdim etməyi mümkün deyildir. X5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 70-də ünvanında “Lombard" fəaliyyət ilə məşğuldur (VÖEN **********). Burada fəaliyyətləri qızıl, telefon və ya digər qiymətli əşyaları girov kimi qəbul etmək, onun müqabilində həmin şəxsə müəyyən miqdarda pul ödəmək və müəyyən şərtlərlə müqavilə baclamaqdan ibarətdir. 20 yanvar 2021-ci il tarixdə adı ona sonradan məlum olan Əliyev X37 gələrək **********09057/01, **********09057/01 İMEİ kodlu “Samsung A 72" markalı mobil telefonu təqdim edərək özünə məxsus olduğunu deyib girov qoymaq istədiyini bildirmişdir. O da işçilərə göstəriş verib həmin girovu təhvil almalarını bildirmişdir. Bununun müqabilində Təqsirləndirilən şəxs 250 manat pul ödənilmiş və əsas borcu ödəyənə qədər Lombarca hər ay 50 manat pul ödəyəcəyi ilə bağlı müqavilə imzalanmışdır. O, həmin telefonu istintaqa təqdim edə bilər. Təqsirləndirilən şəxs telefonu Lombarda qoyarkən özünə məxsus olduğunu bildirmişdir. X3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov keçəsi 17-də yerləşən dükanda işləyir. Burada müxtəlif avtomobil avadanlıqlarının alqı-satqısı ilə meşğul olur. 2021-ci ilin sentyabr ayında adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs onun dükanına gələrək özünə məxsus olan “7150” model “Pioneer" markalı maqnitafonu satmaq istədiyini bildirmişdir. Bundan sonra o, Əlisanın təqdim etdiyi maqnitafonun qarşılığında ona 150 manat ödəmişdir. Həmin maqnitafonu istintaqa təqdim edə bilər. Cinayət işi üzrə şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru X22 ifadəsindən görünür ki, 20 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 24 saylı binanın yaxınlığında X16 məxsus “Ford Transit” markalı avtomobildən telefon oğurlanması ilə bağlı daxil olmuş müraciət əsasında müxtəlif tədbirlər keçirilmişdir. Bu tədbirlər zamanı müəyyən olmuşdur ki, qeyd edilən oğurluqda narkotik vasitə aludəçisi kimi tanınan 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs şübhəlidir. Bundan sonra Nizami RPl-nin əməliyyat müvəkkili Nurlan Həşimov ilə birlikdə Təqsirləndirilən şəxs axtarmağa başlamışlar. 22 yanvar 2022-ci il tarixdə saat 17:50 radələrində daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs ünvan 8 ünvanda yerləşən binanın qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs onları görən zaman qaçmağa cəhd etmiş, onlar Əlisanın bu cəhdinin qarşısını alıb onu saxlamış, bu zaman Təqsirləndirilən şəxs onlara üzərində “şüşə”, yəni psixotrop maddə metamfetamin olduğunu, onu buraxmaqlarını bir daha narkotik və ya psixotrop maddədən istifadə etməyəcəyini bildirmişdir. Lakin, onlar Əlisanı üzərində olması ehtimal edilən narkotik və ya psixotrop maddələri, həmçinin qanunla qadağan edilmiş digər əşyaları cibindən atmasın deyə tam göz nəzarətində Nizami RPl-nin 24-cü PŞ-yə gətirmiş və aidiyyəti üzrə məlumat vermişlər. Bundan sonra şöbənin baş təhqiqatçısı, polis mayoru Nəriman Əzizov tərəfindən onun və şöbənin əməliyyat müvəkkili İlqar Məmmədovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs oğurluq etməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğu izah edilmişdir. Bundan sonra üzərində qanunla qadağan edilmiş əşya,maddə və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 02 ədəd telefon, iki vərəqdən ibarət girov sənədi və 01 ədəd içərisində psixotrop maddə metamfetamin olduğunu bildirdiyi bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi “Samsung A10” markalı mobil telefonu “Ford Transit” markalı avtomobildən oğruladığı 02 ədəd telefondan biri olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 vərəqdən ibarət sənədlə bağlı bildirmişdir ki, həmin sənəd “Ford Transit" markalı avtomobildən oğurladığı digər telefonu lombarda qoyması ilə əlaqdar lombardan aldığı qəbzdir. Daha sonra 01 ədəd sadə telefonla bağlı bildirmidir ki, həmin telefon onun özünə məxsusdur və işlək vəziyyətdə deyil. Bundan başqa Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetamin olduğunu bildirdiyi 01 ədəd bükümü tanımadığı şəxsdən 10 manat qarşılığında aldığını bildirmişdir. Həmin bükümə təhqiqatçı tərəfindən baxış keçirimiş və zərfə qoyularaq möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş başqa əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokol iştirakçılara ucadan oxunmuş, doğru olduğu üçün imzası ilə təsdiq etmişdir. Dindirmə zamanı ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini hardan əldə etməsi ona məlum deyildir. Onun törətdiyi oğurluq cinayətlərində hər-hansıı bir şəxslə əlbir olub-olmaması barədə bildirmişdir ki, onda olan məlumata görə Təqsirləndirilən şəxs 20 yanvar 2022-ci il tarixdə “Ford Tranzit" markalı avtomobildən təkbaşına oğurluq etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı X11 şahid Mətləb Umudov ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 26 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı Nəriman Əzizov tərəfindən həmin şöbənin əməkdaşları X11 və X22 iştirakı ilə videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona edilmiş təklif əsasında əynində olan gödəkçənin cibindən özünə məxsus bir ədəd "Samsung” markalı mobil telefonu, əynində olan cins şalvarın arxa sağ cibindən “Ford Tranzit” markalı avtombildən oğurladığını bildirdiyi 01 ədəd "Samsung” markalı mobil telefonu, əynində olan cins şalvarın sol yan cibindən 02 vərəqdən ibarət Lombard tərəfindən verilmiş girov kağızı olduğunu bildirdiyi sənədi, əynində olan cins şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olduğunu bildirdiyi 01 ədəd bükümü təqdim etmişdir. O, bildirmişdir ki, Lombard tərəfindən verilmiş girov kağızı onun “Ford Tranzit" markalı avtomobildən oğurladığı “Samsung A72" markalı telefonu Lombarda girov qoyması ilə əlaqədar Lombard tərəfindən ona verilmiş sənəddir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetamin olduğunu bildirdiyi 01 ədəd bükümə təhqiqatçı tərəfindən baxış keçirilir və zərfə qoyulmaqla möhürlənir. Onun üzərindən aşkar edilmiş 02 ədəd mobil telefon və 02 vərəqdən ibarət girov kağızı iş üçün əhəmiyyətli olduğu üçün götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşakr edilməmişdir. - ********* nömrəli cinayət işi üzrə könüllü təqdim edilən əşyanın götürülməsi barədə protokoldan görünür ki, X6 Əlisa Alim oğlunun ona satdığı 01 ədəd “Pioneer” markalı maqnitafonu istintaqa təqdim etmişdir. - ********* nömrəli cinayət işi üzrə könüllü təqdim etmə və götürmə barədə protokoldan görünür ki, X1 olaraq təqdim etdiyi 01 ədəd “Samsung A 72" markalı mobil telefon sübut əhəmiyyətli olduğu üçün götürülmüşdür. - ********* nömrəli cinayət işi üzrə könüllü təqdim etmə, götürmə və sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X26 01 vərəqdən ibarət sənədi təqdim edərək bildirmişdir ki, həmin sənədi ona Təqsirləndirilən şəxs 01 ədəd “Pioneer" markalı maqnitafonu ona satarkən şəxsiyyətinin təsdiq edilməsi üçün təqdim etmişdir. Həmin sənədə baxış zamanı müəyyən edilmişdir ki, bəmin sənəd Təqsirləndirilən şəxs məxsus “C02004684” nömrəli pasportdan çıxarışdır. Həmin sənədin üzərində Təqsirləndirilən şəxs anket məlumatları qeyd edilmişdir. Həmin sənəd cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. - ********* nömrəli cinayət işi üzrə əşyaya baxış keçirilməsi barədə protokoldan görünür ki, X30 01 ədəd “Pioneer” markalı maqnitafona baxış keçirirək bildirmişdir ki, həmin maqnitafon ona məxsus “Vaz 2107” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlanmış maqnitafondur. - ********* nömrəli cinayət işi üzrə əşyaya baxış keçirilməsi barədə protokoldan görünür ki, X29 01 ədəd “Samsung A10” markalı mobil telofana baxış keçirərək həmin telefonun 20 yanvar 2022-ci il tarixdə oğurlanmış ona məxsus telefon olmasını bildirmişdir. - ********* nömrəli cinayət işi üzrə əşyaya baxış keçirilməsi barədə protokoldan görünür ki, X27 01 ədəd “Samsung A72" markalı mobil telefona baxış keçirib, onun fərdi xüsusiyyətlərini nəzərdən etdikdən sonra bildirmişdir ki, həmin telefon ona 20 yanvar 2022-ci il tarixdə tarixdə oğurlanmış ona məxsus olan telefondur. - ********* nömrəli cinayət işi üzrə sənədə baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin sənəd iki vərəqdən ibarətidir. İlk vərqin yuxarı hissəsində “X28 VÖEN №**********, Q.Qarayev 70” yazıları vardır. Baxış zamanı müəyyən edildi ki, həmin sənəd 987368 nömrəli girov biletidir. Girovun qiyməti 250 manatdır, girov verən Təqsirləndirilən şəxsdur, onun şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA 0241167-dir. Girov verilən əşya 01 ədəd A 072 markalı telefondur. Həmin sənədin ikinci vərəqi Girov biletinə əlavə edilmiş müqavilədir. Burada Təqsirləndirilən şəxs adı qeyd edilmişdir. - İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 yanvar 2022-ci il tarixli, 6/434 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş “...Təqsirləndirilən şəxs götürülmüş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,994 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin maddənin 0,05 qram hissəsi tədqiqata sərf edilmiş, 0,944 qram hissəsi qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 81 manat təşkil etmişdir. - İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 628 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. - İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 mart 2022-ci il tarixli 9/969 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 810 manat müəyyən edilir. O cümlədən: ekspertizaya təqdim edilmiş 01 ədəd Hindistanda istehsal edilmiş, qara rəngli “Samsung Galaxy” markalı, “SM-A105F/DS" model ekranı sınmamışdan əvvəl normal vəziyyətdə mobil telefon 110 manatdır, ekspertizaya təqdim edilmiş 01 ədəd “Samsung Galaxy" markalı, SM-A725F/DS (A72) model, istifadədə olmuş, normal vəziyyətdə mobil telefon- 700 manatdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. - İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 yanvar 2022-ci il tarixli 9\162 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən bir ədəd qara rəngli “Pioneer” marakalı 7150 UB model avtomaqnitafonun istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin avqust ayına orta bazar qiyməti 200 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. - Sübutların qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan və cinayət işi materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş 0,994 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqata sərf edildikdən sonra qalan 0,944 qramının maddi sübut kimi tanınmış və məhkəmənin hökmü və ya digər yekun qərarı qanuni qüvvəyə minənədək Nizami RPİ-nin saxlanc yerində saxlanılır. Cinayət işi üzrə əldə edilmiş “Samsung Galaxy” markalı, “SM-A105F/DS” model mobil telefon, “Samsung Galaxy” markalı, SM-A725F/DS (A72) model mobil telefon, “Pioneer marakalı 7150 UB model avtomaqnitafon maddi sübut kimi tanınmış və sahiblərinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs götürülmüş 987368 nömrəli girov bileti və həmin biletə əlavə edilmiş həmin nömrəli müqavilə, X2 olaraq təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus pasportdan edilmiş 01 ədəd çıxarış maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk sübut növü kimi qiymətləndirilmiş və cinayət işi materiallarına əlavə edilmişdir. - Zərərçəkmiş şəxsin Teymur Nəsirovun ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, şikayət və tələbinin olmadığını, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-14/2023 saylı qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, X24 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraatın, Təqsirləndirilən şəxs dair hissədə ayrıca icraata ayrılması qərara alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-14/2023 saylı hökmünün surətindən görünür ki, X33 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, CM-nin 66.5 və 69.3-cü maddələri tətbiq edilməklə qəti olaraq 03 (üç) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, X31 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə sərf edilmiş ümumilikdə 100 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər X19 və X14 müştərək qaydada tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi və narkotik maddənin bilmədən üzərinə qoyulması barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə törətdiyi cinayət əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərlə razılıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bu yerdə qeyd edilməlidir ki, müstəntiq tərəfindən ittiham aktında Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinə münasibətdə həmin əməli CM-nin 61.1.1-ci maddəsinə əsasən ağırlaşdıran hal kimi göstərilsə də, məhkəmə araşdırması zamanı belə hal müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(007)-39/2022 saylı hökmündən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(008)- 582/2022 saylı hökmündən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)-1302/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(007)-39/2022 saylı hökmü ilə, CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. 2) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(008)-582/2022 saylı hökmü ilə, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)-1302/2024 saylı qərarı ilə, apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(008)-582/2022 saylı hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunan 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası, ona Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(007)-39/2022 saylı hökmü ilə təyin edilmiş 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi ilə qismən toplanılmaqla, qəti olaraq üzərində 02 il 03 ay müddətinə azadlıqdan məhrum cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx.xx.2022-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəzalar təyin edildiyi təqdirdə təmin edilə bilər. İş materialları ilə müəyyən olunur ki, hazırkı iş üzrə məhkəmə istintaqı aparıldığından, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(008)-582/2022 saylı hökmü ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)-1302/2024 saylı qərarı nəzərə alınmaqla, ona qəti olaraq təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkməsi üçün cəzaçəkmə müəssisəsinə göndərilməmiş, həmin müddətdə o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılmış, buna görə də həmin cəza çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(008)-582/2022 saylı hökmü ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)-1302/2024 saylı qərarı nəzərə alınmaqla qəti olaraq təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Sabunçu rayon prokurorunun xx.xx.2021-ci il tarixdə həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 01 gün müddət ona təyin ediləcək qəti cəzadan çıxılmalıdır. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilməklə həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti uzadılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə məhkəməyə verilməsi, işin məhkəmə baxışına təyin edilməsi və təqsirləndirilən şəxsin barəsində xx.xx.2022-ci il tarixdə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə mindiyi günədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının və məhkəməəmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 181 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalı və bu zaman ekspertiza xərcinin 100 manat hissəsinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)- 14/2023 saylı hökmü ilə tutulması nəzərə alınmalı, CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış xalis çəkisi 0.944 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 987368 nömrəli girov bileti və həmin biletə əlavə edilmiş həmin nömrəli müqavilə, X2 olaraq təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus pasportdan edilmiş 01 ədəd çıxarış cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış “Samsung Galaxy” markalı, “SM-A105F/DS” model mobil telefonun, “Samsung Galaxy” markalı, SM-A725F/DS (A72) model mobil telefonun və “Pioneer” markalı, “7150UB” model avtomaqnitafonun ibtidai istintaq zamanı zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 27 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 162 manat (27x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə və Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün qəti olaraq, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(008)-582/2022 saylı hökmü ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)- 1302/2024 saylı qərarı nəzərə alınmaqla təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Samsung Galaxy” markalı, “SM-A105F/DS” model mobil telefonun, “Samsung Galaxy” markalı, SM-A725F/DS (A72) model mobil telefonun və “Pioneer” markalı, “7150UB” model avtomaqnitafonun ibtidai istintaq zamanı zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan 0,944 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 987368 nömrəli girov bileti və həmin biletə əlavə edilmiş həmin nömrəli müqavilə, X2 olaraq təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus pasportdan edilmiş 01 ədəd çıxarış cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq və materialların məhkəmə ekspertizalarının keçirilməsinə sərf edilmiş ekspertiza xərcinin 181 manat hissəsi məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs 27 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 162 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-165/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-165/2024
27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver