Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-165/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən vəkil X2 qızının, təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1991-ci ildə Beyləqan rayonu, Örənqala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Örənqala qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 may 2024-cü il tarixdə saat 13 radələrində texniki cəhətdən saz vəziyyətdə olan baş etibarnamə əsasında idarə etdiyi “BMW 745” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi ilə 20 km/saat sürətlə hərəkətdə olan vaxt Nizami rayonu, Babək prospektinə daxil olub piyada keçidində, yəni Babək prospekti 35 nömrəli ünvanda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni əgər piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalı, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yolu verməli olduğu halda bunu etməyərək, sürücünün hərəkət istiqamətinə görə yolun sağ tərəfindən sol tərəfinə piyada keçidi ilə keçmək istəyən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin ön hissəsi ilə vurmuş, nəticədə Zərərçəkmiş şəxs İİ boyun fəqərəsinin diş çıxıntısının ön səthində sağda xətti sınığı, Vİ döş və İ bel fəqərə cisimlərinin kompression yerinidəyişməyən sınıqları, döş sümüyünün dəstəyinin xətti sınığı, sol incik sümüyü boynunun qapalı az yerdəyişmiş sınığı, sağ ayağın İ barmağının əsas falanqasının yerinidəyişmiş sınığı, baş-beyin silkələnməsi, sol gicgahənsə nahiyəsinin və sağ əlin arxa səthinin sıyrıqları, döş qəfəsinin ön səthinin sağ və sol yuxarı nahiyəsinin, sol çiyin qurşağı nahiyəsinin və sol bazunun yuxarı 1/3-nin bayır səthinin qançırları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəmədə iddia ərizəsi təqdim edərək, cavabdeh Təqsirləndirilən şəxs maddi zərər kimi 20.000 manat və mənəvi zərər kimi 10.000 manat pulun alınaraq ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 may 2024-cü il tarixdə saat 13 radələrində baş etibarnamə əsasında idarə etdiyi “BMW 745” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi ilə Babək prospekti istiqamətinə dönən zaman həmin yol birtərəfli olduğu üçün soldan gələn avtomobilləri gözləmiş, yol boşaldıqdan sonra 20 km/saat sürətlə hərəkətinə davam edən zaman sağda yerləşən piyada zolağında onun hərəkət istiqamətinə görə yolun sağ tərəfindən sol tərəfinə adi yeriş ilə keçmək istəyən piyadanın hərəkət etməsini görmüşdür. O, tormoz edə bilməmiş və idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin piyadanın sol ayaq nahiyəsindən vurmuş, sonra o, idarə etdiyi avtomobili yolun sağ kənarına istiqamətləndirib saxlamış, həmin piyadaya yaxınlaşaraq, ona yardım etmək məqsədi ilə su vermiş, onun səhhətini soruşmuş, sonra X4 zəng edərək məlumat vermiş, bir qədər keçmiş TTY-nin həkimləri gəlib həmin piyadanı X3 aparmışdır. O da həmin xəstəxanaya getmiş, xəstəxanada həmin piyada müayinə olunmuş və bədəninin boyun, sinə və bel nahiyələrindən xəsarət alması məlum olmuş, həmin piyadanın müalicəsi üçün xəstəxana xərclərini ödəmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs- mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 14 may 2024-cü il tarixdə saat 13 radələrində Nizami rayonu, Çobanzadə küçəsində yerləşən piyada keçidini keçmək istəyən zaman sonradan şəxsiyyəti ona Təqsirləndirilən şəxs kimi məlum olmuş şəxs qəflətən idarə etdiyi “BMW 745” markalı avtomobil ilə onu vurduğuna görə yerə yıxılmışdır. Hadisədən sonra sürücü ona yaxınlaşaraq xəstəxanaya aparmaq istəmiş, lakin xəsarətləri çox olduğuna görə ayağa qalxa bilməmiş, sonra Təqsirləndirilən şəxs onun tələbi ilə X4 zəng edərək məlumat vermiş, bir qədər sonra təcili tibbi yardım maşını ilə X3 aparılmışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi və mənəvi ziyanın əvəzi kimi 11.000 manat Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, mülki iddiadan imtina edir. Məhkəmədən cinayət işi üzrə və mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/1546 saylı rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən “BMW 745” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 445 saylı rəyin nəticə hissəsindən görünür ki, vət. Zərərçəkmiş şəxs İİ boyun fəqərəsinin diş çıxıntısının ön səthində sağda xətti sınığı, Vİ döş və İ bel fəqərə cisimlərinin kompression yerinidəyişməyən sınıqları, döş sümüyünün dəstəyinin xətti sınığı, sol incik sümüyü boynunun qapalı az yerdəyişmiş sınığı, sağ ayağın İ barmağın əsas falanqasının yerinidəyişmiş sınığı, baş-beyin silkələnməsi, sol gicgah-ənsə nahiyəsinin və sağ əlin arxa səthinin sıyrıqları, döş qəfəsinin ön səthinin sağ və sol yuxarı nahiyəsinin, sol çiyin qurşağı nahiyəsinin və sol bazunun yuxarı 1/3-nin bayır səthinin qançırları xəsarətləri olmuşdur. Həmin xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-16/2-14573/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə BB 442502 saylı “B1BC1C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “BMW 745” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili maddi sübut kimi tanınmış və sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs - mülki iddiaçı ilə barışmış, ona vurulmuş zərəri tamamilə ödəmişdir və bu barədə zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs ərizə vermişdir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. İşə baxılan zaman Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.21-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut kimi tanınmış “BMW 745” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafelərini pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Azərbaycan Respublikası CPM-nin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiadan imtina edilməsi və mülki iddia üzrə icraata xitam verilməsi barədə ərizə verdiyindən və mülki iddiadan imtina məhkəmə tərəfindən qəbul edildiyindən Azərbaycan Respublikası CPM-nin 186.2-ci maddəsinə əsasən mülki iddia üzrə icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2,193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 25 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat (25x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunsun və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Cinayət işi üzrə maddi sübut olan “BMW 745” minik markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılmış hesab edilsin. İş üzrə məhkəmə məsrəfi olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair mülki iddiası üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmədə 25 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 150 (bir yüz əlli) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-165/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-165/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver