Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-166/2020 28.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1993-cü ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən qazancından 15 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 8 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəzasını tam çəkdiyindən xx.xx.2019-cu il tarixdə məhkumların qeydiyyatı kitabından çıxarılmış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 5 saylı yaşayış binasının həyətində saxlanılmış Zərərçəkmiş şəxs məxsus 7000 manat dəyərində “Vaz 2107” markalı, **-GB-*** dövlət nömrə nişanlı avtomobilin mühərrikini işə salıb idarə etməklə hadisə yerindən uzaqlaşaraq Cəlilabad rayonuna aparmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğlurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, 2019-cu il dekabr ayının 15-nə keçən gecə “Qara Qarayev” metrostansiyası yaxınlığında gecə yarıyadək kompüter zalında oyun oynamışdır. Sonra maddi imkanı olmadığından satıb pul əldə etmək üçün sovet istehsalı olan avtomobil qaçırtmaq istəmişdir. O, piyada “Xalqlar Dostluğu” metrostansiyası tərəfə binaların arası ilə gedərək “Vaz 2107” markalı avtomobil axtarmışdır. 5 mərtəbəli yaşayış binasının həyətində ağacların altında ağ rəngli, **-GB-*** dövlət qeydiyyat nişanlı, təzə vəziyyətdə heç bir zədəsi olmayan avtomobil olduğunu görərək həmin avtomobilə yaxınlaşmış və qapılarını açmaq istəyərkən avtomobilin arxa qapısının açıq olduğunu görmüşdür. O, avtomobilə minib avtomobilin sükanının açar yerinin naqillərini çıxarıb bir-birinə birləşdirib mühərriki işə salıb sürərək Cəlilabad rayonuna getmişdir. O, avtomobilin qabaq və arxa nömrələrini açıb xatırlamadığı yerdə tullamışdır. İki gün sonra avtomobili satmaq üçün Məhəmməd adlı şəxslə danışmış və Məhəmmədə avtomaşının bankda kreditdə olduğunu bildirmişdir. O, Məhəmmədə avtomobilini 4000 manata satmağa, Məhəmmədin 2000 manat verməyi, qalan 2000 manatı avtomobilin nömrəsini və sənədlərini gətirəndən sonra verməyi barədə razılaşmışlar. Məhəmməd ona 2000 manat pul vermis, o da avtomobili Məhəmmədə verərək avtomobilin açarlarını itirdiyini və naqilləri birləşdirib işə salmağını demişdir. Məhəmmədin avtomaşının oğurluq olmasından məlumatı olmamışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış, heç bir şikayəti və tələbi yoxdur. Növbəti prosesləri onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, onun öz adına ağ rəngli, 2009-cu il buraxılışlı, **-GB-*** dövlət nömrə nişanlı,“Vaz 2107” markalı saz vəziyyətdə avtomobili olmuşdur. Avtomobili ancaq özü idarə etmişdir. O, avtomobilini axşamlar yaşadığı Nizami rayonu, B.Nuriyev küçəsi, ev 5, mənzil 17-də yaşadığı ünvanda binanın həyətində saxlamışdır. Gecələr avtomobillərə orada yaşayan Qarabağ əlili Eldəniz adlı şəxs nəzarət etmişdir. O, xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində avtomobilini yaşadığı binanın həyətində ağacların altında saxlamış, avtomobilin qapılarını pultla bağlamış və evə getmişdir. O, gecə avtomobilin yerində olub-olmadığına baxmamışdır. xx xxxxxx 2019-cu il tarixdə səhər saat 09 radələrində evdən çıxıb avtomobili saxladığı yerə gəldikdə avtomobilin yerində olmadığını görüb avtomobillərə nəzarət edən Eldənizin budkasına gəldikdə onun budkada yatmasını görmüş və ona avtomobilinin yerində olmadığını bildirmişdir. Eldəniz onunla budkadan çıxıb avtomobilin yerində olmadığını görmüş və onun avtomobilini kimin sürüb aparmasını görmədiyini bildirmişdir. Onun avtomobili çox saz vəziyyətdə olmuş və ona 6500 manat dəyərində ziyan dəymişdir. Avtomobilin ban və mühərrik nömrəsi özünün zavod istehsalı olmuşdur. Avtomobilini təzəliklə rənglətdirmiş və avtomobilinin heç bir xüsusi əlaməti cızıq və əzik yeri olmamışdır. O, xx xxxx 2020-ci il tarixdə avtomobilinin Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını öyrənmişdir. Təqsirləndirilən şəxs “VAZ 2107” markalı avtomobilinin **-GB-*** dövlət nömrə nişanını xatırlamadığı yerdə avtomobilin üzərindən çıxarıb tullamaqla ona 200 manat ziyan vurmuşdur. İş üzrə Şahid2 məhkəməyə ərizə ilə müraciət edərək istintaq orqanında verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, cinayət işinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid2 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 4 ilə yaxın müddətdir ki, müxtəlif markalı avtomobillərin alqı-satqısı ilə məşğul olmuşdur. O, 10 ilə yaxındır ki, Cəlilabadlı Təqsirləndirilən şəxs ilə şəxsi münasibəti olmuşdur. Təxminən 2019-cu ilin dekabr ayının axırlarında Mustafa ona Bakıdan bankda kreditdə olan “VAZ 2107” markalı avtomobil gətirdiyini və həmin avtomobili 4000 manata satdığını bildirmişdir. O, avtomobilə baxan vaxt Mustafa avtomobilin sənədlərinin, dövlət qeydiyyat nömrəsinin bankda olduğunu və ilkin 2000 manat verəcəyi təqdirdə avtomobilin sənədlərini və nömrəsini gətirdikdən sonra qalan 2000 manatı verəcəyini bildirmişdir. O, 2000 manata həmin avtomobili Mustafadan almış və öz həyətlərinə gətirmişdir. Mustafa ona avtomobilin açarlarını itirdiyini və avtomobilin naqillərini birləşdirməklə işə sala biləcəyini bildirmişdir. O, avtomobili alandan 2-3 gün keçdikdən sonra Mustafanın xatırlamadığı mobil nömrəsinə zəng etsə də Mustafa zənglərinə cavab verməmişdir. O, 2020-ci ilin fevral ayının əvvəllərində Mustafa ilə “whatsapp” vasitəsi ilə danışan vaxt ondan avtomobilin sənədlərini niyə vermədiyini soruşduqda Mustafa bildirmişdir ki, avtomobilin hələ sənədləri hazır deyil. O, avtomobili Mustafadan alan vaxt avtomobilin nömrəsinin bankda olduğunu bildirmişdir. xx.xx.2020-ci il tarixdə ona Cəlilabad Rayon Polis Şöbəsinin polis əməkdaşları sürdüyü avtomobilin oğurluq olduğunu və Mustafanın tutulduğunu bildirmişlər. O da “VAZ 2107” markalı avtomobili polislərə təhvil vermişdir. Mustafa da ona 2000 manatı qaytarmışdır. Mustafa ona həmin avtomobilin oğurluq olduğunu bildirməmişdir. O, həmin avtomobilin xarici görünüşündə və ban nömrəsində heç bir dəyişiklik etməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - cinayət işinin və əməlin tövsif olunması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsindən həmin Məcəllənin 177.2.4-cü maddəsinə tövsif olunmuşdur. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Fuad Bağırovun vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/849 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, respublikada şəhərində yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə etməklə qərarda göstərilən 2009-cu il buraxılışlı, ağ rəngli, normal vəziyyətdə olan “VAZ 2107” markalı avtomobilin normal vəziyyətdə 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 7000 manat müəyyən olunur. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan və xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, sahibi Zərərçəkmiş şəxs qaytarılmış “VAZ 2107” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır. - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus 7000 manat dəyərində “Vaz 2107” markalı, **-GB-*** dövlət nömrə nişanlı avtomobili gizli talayaraq ələ keçirməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığına görə Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-355/2018 nömrəli, xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən qazancından 15 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 8 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Cəlilabad rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 27/2020-30-1 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təyin olunmuş 8 ay 24 gün islah işləri cəzasını iş yeri üzrə tam olaraq çəkdiyindən o, xx.xx.2019-cu il tarixdə məhkumların qeydiyyatı kitabından çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən bir il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən az ağır cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivini yaratmır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan “VAZ 2107” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 10 iş saatı müddətinə bərabər olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 60 (altmış) manat (10x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X2 dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan “VAZ 2107” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 60 (altmış) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-166/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-166/2020
28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver