Məhkəmə qərarları › İş №1(007)-166/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-166/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-166/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Əlibala oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx.xx.1987-ci il tarixdə il tarixdə Ermənistan Respublikası, Masis rayonu, Sarvanlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramanıda ünvansız fərdi evdə yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:24 radələrində ofisant işlədiyi ünvan 3 ünvanında yerləşən “Meredian” şadlıq sarayında onunla birlikdə həmin şadlıq sarayında ofisant işləyən Zərərçəkmiş şəxs ilə toy məclisindən əvvəl ofisantların təlimatı zamanı sonuncunun arxasında dayandığı üçün Zərərçəkmiş şəxs onunla mübahisə edib ünvanına nalayiq sözlər söyləməsi, daha sonra şüşə stəkanı sındırıb onun üzərinə hücum etməsi və həmin şüşə parçası ilə qardaşı Şahid1 ayaq nahiyəsindən xəsarət yetirməsi səbəbindən əsəbləşib qisas almaq məqsədilə qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir neçə dəfə yumruqla vurub sonuncuya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid burnun şişkinlik halında əzilməsi, burun sümüyünü yerdəyişən sınığı, sağ gözətrafı nahiyənin qançırı və sıyrığı, alnın, sağ gözün bayır bucağı nahiyəsinin qançırlarından ibarət xəsarət yetirərək qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 2022-ci ilin yanvar ayından ünvan 4 ünvanında yerləşən “Meredian” şadlıq sarayında ofisant işləyir. Onunla bir yerdə qardaşı Şahid1 və əmisi oğlu Şahid2 də eyni vaxtdan həmin şadlıq sarayında ofisant kimi işə başlamışlar. O, işə düzələn zaman ərizəçi Zərərçəkmiş şəxs həmin restoranda artıq işləmişdir. xx.xx.2022-ci il tarixdə saat 17:24 radələrində şadlıq sarayında toy məclisinə hazırlıq işləri ilə bağlı nəzarətçi bütün ofisantları iki sıraya düzərək təlimatlar vermiş, həmin vaxt onun əynindəki köynək ütüsüz olduğu üçün Vüsalın arxa tərəfində dayandığından Vüsal ona irad bildirərək arxasında dayanmamasını söyləmiş, o da Vüsala sakit durmasını, nəzarətçi onun köynəyinin səliqəsiz olmasını görməməsini demişdir. Çünki, belə problemləri adətən ofisantlar öz aralarında həll edirlər. Həmin vaxt Vüsal arxaya dönərək onunla mübahisə etməyə başlamış, o bir daha Vüsala demişdir ki, təlimat başa çatdıqdan sonra söhbət etsin. Həmin vaxt Vüsal sıradan çıxıb mətbəx tərəfə yollanmış və söhbət etmək üçün onu arxası ilə çağırmışdır. Lakin həmin vaxt o, Vüsalın niyətini başa düşüb sıradan çıxmamışdır. Vüsal mətbəxin qarşısında olan yeməkləri daşımaq üçün nəzərdə tutulan arabanın üzərindən bakal götürüb divara vuraraq sındırmış və yerdən sınmış bakalı götürüb onun üzərinə gəlmişdir. Vüsal sol əli ilə onun yaxasından tutub sağ əlindəki sınmış bakal ilə onu vurmağa cəhd edib demişdir ki, “səni doğrayacam". O başını kənara çəkərək Vüsalın zərbəsindən yayınmış, həmin vaxt ətrafdakılar, o cümlədən onun qardaşı Akif və əmisi oğlu Mirzə, başqa ofisiantlar, nəzarətçi adminstrator Vüsalı sakitləşdirib Vüsalın əlindən bakalı almağa çalışmışlar. Dartışma zamanı Vüsal müvazinətini itirib arxası üstə yerə yıxılmış, lakin buna baxmayaraq əlindəki bakalı vermək istəməmişdir. Həmin vaxt onun qardaşı Akif ayağına nə isə batdığını söyləmiş, o da Vüsalın sınmış bakal ilə qardaşını vurduğunu düşünmüşdür. Odur ki, o dözməyib yerdə Vüsalın sifət nahiyəsindən bir neçə dəfə yumruqla vurmuş, yalnız bundan sonra çətinliklə də olsa, bakalı Vüsalın əlindən almışlar. Hazırki vaxtadək Vüsalın əlindəki bakalı kimin aldığını xatırlamır. Vüsal yerdən qalxıb ayağa durmuş və Vüsal adlı adminstrator Vüsalın qoluna girib zaldan foye istiqamətinə ötürmüşdür. Həmin vaxt Vüsal onun ünvanına nəlayiq ifadələr işlədərək arxasında adamlarının olduğunu və həmin adamların vasitəsi ilə onun başına oyun gətizdirəcəyi ilə hədələmişdir. Sonra Vüsal bir daha onun ünvanına söyüş söymüşdür. O əsəbiləşib Vüsala arxadan yaxınlaşıb bir dəfə yumruqla sifətindən vurmuş, sonra ətrafdakı iş yoldaşları onları sakitləşdirib ayırmışlar. Vüsalı ondan başqa kimsə vuramamış, o, özü də Vüsalı yalnız qardaşının sınmış bakal ilə vurulduğunu eşitdikdən sonra vurmuşdur. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs Əlibala oğlu öz ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdən “Meredian” şadlıq sarayında ofisant işləyir. xx.xx.2022-ci il tarixdə saat 17:24 radələrində işdə olan zaman həmin gün toy məclisinə hazırlıqla əlaqədar nəzarətçi ofisantları sıraya düzərək təlimatlar verdiyi vaxt adını Asif kimi tanıdığı iş yoldaşı onun arxasında dayanmış, o, Asifdən arxasında dayanmamasını xahiş etsə də, Asif ona bir söz deməmiş, lakin Asifin onun arxasında dayanmasının paltarının səliqəsiz olması ilə bağlı olduğunu bilmişdir. Hər bir halda Asifə demişdir ki, arxasında dayanmasın. Həmin vaxt Asif aqressiv şəkildə onun qolunu itələyib demişdir ki, irəli baxsın. O, əvvəllər İİ Qarabağ müharibəsində vuruşduğundan və həmin vaxt psixoloji sarsıntılar yaşadığından arxasında kimsə dayana zaman özünü pis hiss etdiyindən o sırada yerini dəyişmək istəmiş, lakin Asif buna imkan verməyərək ona demişdir ki, çıx çölə səninlə söhbət edək. O, Asifin yaxın qohumlarının da şadlıq sarayında ofisant işləməsini bildiyi üçün bərk əsəbiləşmiş və birbaşa mətbəx tərəfə gedib orada arabanın üzərindən bakalı götürüb divara vuraraq sındırmış və sınmış bakalı əlinə götürüb Asifin üzərinə getmiş, Asifin yaxasından tutaraq ondan uzaq olmasını tələb etmişdir. Sonradan baş verənləri xatırlamasa da, arxası üstə yerdə olan zaman onun sifət və bədəninin müxtəlif nahiyələrinə zərbələr yetirilmişdir. Sonradan kənarda olan iş yoldaşları köməyə gələrək onları ayırmışlar. Əvvəl hesab etmişdir ki, onu vuran şəxs Təqsirləndirilən şəxs qardaşı Akifdir. Lakin sonradan ona məlum olmuşdur ki, onu yerdə olan zaman sifət nahiyəsindən yumruqla vuran və sonradan o, hadisə yerindən uzaqlaşan zaman arxa tərəfindən gəlib yumruqla sifətindən vuran şəxs Təqsirləndirilən şəxsdir. Hadisə vaxtı “Meredian” şadlıq sarayında ofisant işləyən Təqsirləndirilən şəxs ilə aralarında baş verən mübahisədə o, Təqsirləndirilən şəxs ilə yaxalaşan zaman onu yumruqla Şahid1 vurmuşdur, o yerdə olan zaman isə Akif, Mirzə və Asif hər biri onu yumruqla vurmuşlar. O, ayaq üstə qalxdıqdan sonra Akif yenidən ona hücum edərək onu yumruqla vuraraq demişdir ki, “kimə istəyirsən şikayət et”. Bundan sonra adminsrator onu zaldan bayıra çıxarmış, həmin vaxt Akif, Mirzə və Asif saraydan kənarda dayanıb onu döymək istəmişlər. Akif, Mirzə və Asifin məqsədi planlı şəkildə onu öldürmək olmuş, hadisədən sonra o, uzun müddət işsiz olmuşdur, səhhəti ilə əlaqdar işləyib dolana bilməmişdir və daimi yaşadığı Ağcabədi rayon xəstəxanasında bir ay müddətində psixoloq tərəfindən müalicə olunmuşdur. Kimsə onu vəziyyəti ilə maraqlanmamış və ona maddi yardım edilməmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir, ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, 2022-ci ilin əvvəllərindən “Meredian” şadlıq sarayında ofisant işləyir. Onunla bir yerdə qardaşı Təqsirləndirilən şəxs və qohumu Şahid2 də eyni vaxtdan həmin şadlıq sarayında ofisant kimi işləyir. xx.xx.2022-ci il tarixdə şadlıq sarayında keçiriləcək toy məclsinə hazırlıqla bağlı həmin gün saat 17:24 radələrində nəzarətçi-adminsrator bütün ofisantları, o cümlədən onları iki sıraya düzərək təlimatlar vermiş, həmən vaxt Zərərçəkmiş şəxs 1-ci sırada, arxasında 2-ci sırada isə Təqsirləndirilən şəxs olmuşdur. Vüsal dönüb Asif arxasında dayanmamasını irad bildirmişdir. Asif köynəyinin səliqəsiz olduğunu söyləmiş, lakin Vüsal sakitləşməyib bir daha Asif tərəfə dönərək Asifdən tələb etmişdir ki, arxasında dayanmasın. Asif onu sakitləşdirmək istəyən zaman Vüsal sıradan çıxıb mətbəx tərəfə yollanmış və söhbət etmək üçün Asifi bayıra çağırmışdır. Onlar Asifi saxlayıb imkan verməmişlər ki, getsin. Vüsal zalın çıxışında olan arabanın üzərindən bakal götürüb divara vuraraq sındırmış və yerdən sınmış bakalı götürüb Asifin üzərinə hücum etmişdir. Vüsal Asifə yaxınlaşıb bir əli ilə yaxasından tutub, sınmış bakal ilə Asifi vurmağa çalışmış, Asif sifətini kənara çəkdiyi üçün bakal ona dəyməmişdir. Vüsal ikinci dəfə bakal ilə Asifi vurmağa cəhd edən zaman o, əli ilə Vüsalın bakal olan əlinin biləyindən tutmuş və bakalı əlindən almağa çalışmışdır. Həmin vaxt başqa ofisantlar da bakalı Vüsalın əlindən almağa çalışmışlar. Dartışma zamanı Vüsal müvazinətını itirib arxası üstə yerə yıxılmış, lakin yenə əlindəki bakalı buraxmamışdır. Vüsal yerə yıxılan zaman əlindəki bakal onun sol diz nahiyəsinə batmışdır. O, əvvəl hiss etməmiş, lakin sonrada ağrını hiss edib bakalın onun dizinə batdığını demişdir. Həmin vaxt ofisantların böyük əksəriyyəti bakalı Vüsalın əlindən almağa çalışmışlar, buna baxmayaraq Vüsal əlindəki bakalı vermək istəməmişdir. Vüsalın yaxasından tutan Asif onun xəsarət almasını eşidib yumruqla Vüsalın sifət nahiyəsindən vurmuşdur. Sonra çətinliklə də olsa, bakalı Vüsalın əlindən almışlar. Vüsal yerdən qalxıb ayağa durmuş, sonra adminsrator Vüsalın qoluna girib zaldan foye istiqamətinə ötürən zaman Vüsal Asifin ünvanına nəlayiq söyüşlər söymüşdür. Asif söyüşdən əsəbiləşib arxadan Vüsala yaxınlaşaraq yumruqla sifətindən bir dəfə vurmuşdur. Bundan sonra onları ayırıb sakitləşdirmişlər. Zərərçəkmiş şəxs yalnız Asif vurmuş, başqa kimsə vurmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində bildirmişdir ki, İİ Qarabağ müharibəsi veteranı, həm də qazidir. 2022-ci ilin əvvəllərindən “Meredian” şadlıq sarayında ofisant işləyir. Həmin vaxtdan onunla bir yerdə Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və digər ofisiantlar da işləmişlər. xx.xx.2022-ci il tarixdə şadlıq sarayında toya hazırlıq olduğu üçün həmin gün saat 17:24 radələrində işdə nəzarətçi bütün ofisantları iki sıraya düzərək təlimat keçirən vaxt Zərərçəkmiş şəxs 1ci sırada, onun arxasında 2-ci sırada isə Təqsirləndirilən şəxs dayanmışdır. X4 irad bildirmişdir ki, onun arxasında dayanmasın. Asif ona bildirmişdir ki, köynəyi səliqəsiz olduğundan onun arxasında dayanmışdır. Lakin Vüsal sakitləşməyib bir daha Asif tərəfə dönərək arxasında dayanmamasını tələb etmişdir. Asif onu sakitləşdirmək istəyən zaman Vüsal sıradan çıxıb mətbəx tərəfə yollanmış və söhbət etmək üçün Asifi bayıra çağırmışdır. Onlar Asifi saxlayıb getməsinə imkan verməmişlər, lakin Vüsal zalın çıxışında olan arabanın üzərindən bakal götürüb divarara vuraraq sındırmış və yerdən sınmış bakalı götürüb Asifin üzərinə hücum etmiş, Asifə yaxınlaşıb bir əli ilə onun yaxasından tutub, sınmış bakal ilə Asifi vuracağı ilə hədələmişdir. O və ofisantların böyük əksəriyyəti Vüsalın qarşısını alıb bakalı əlindən almağa çalışmışlar. Dartışma zamanı Vüsal müvazinətini itirib arxası üstə yerə yıxılmış, lakin buna baxmayaraq əlindəki bakalı verməmişdir. Həmin vaxt Asifin qardaşı Akif ayağına nə isə batdığını demiş, Vüsalın bilərəkdən sınmış bakal ilə Akifi vurduğunu düşünərək, Asif yerdə yaxasından tutduğu Vüsalın sifət nahiyəsindən yumruqla vurmuşdur. Sonra çətinliklə də olsa bakalı Vüsalın əlindən almışlar. Vüsal ayağa qalxmış, adminstrator Vüsalın qoluna girib zaldan foye istiqamətinə gedən zaman, Vüsal Asifin ünvanına nalayiq ifadələr işlətmişdir. Asif söyüşdən əsəbiləşib arxadan Vüsala yaxınlaşaraq, yumruqla sifətindən bir dəfə vurmuş, bundan sonra onları sakitləşdirib ayırmışlar. Həmin hadisədən 10 gün əvvəl Vüsal ilə onun arasında da sadə bir məsələ ilə bağlı sözlə mübahisə olmuş, həmin vaxt da Vüsal masanın üzərindən bakal götürüb onun üzərinə hücum etmişdir. Lakin o, səbrli davranıb Vüsala baş qoşmamış və hadisə barədə şikayət etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Kamera görüntülərinin əks olunduğu 01 ədəd diskə baxış keçirilən zaman, xx.xx.2022-ci il tarixdə saat 17:24 radələrində “Meredian” şadlıq sarayında ofisiantlarla təlimat keçirilən zaman ofisiantlardan ikisinin bir-birilə mübahisə etməsi, əynində jilet olanın ağ köynəklinin yaxasından tutması, ağ köynəklinin yerdə olana əl və ayaqla zərbələr endirməsi, digər ofisiantlar tərəfindən aralaşdırıldıqdan sonra ağ köynəkli ofisiantın arxadan jiletdə olan ofisianta yaxınlaşaraq yumruqla üz nahiyəsinə vurması aşkar olunmuşdur. Baxış zamanı jiletdə olanın Zərərçəkmiş şəxs, ağ köynəkdə olanın isə Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2022-ci il tarixli, 659 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Əlibala oğlunbda burunun şişkinlik halında əzilməsi burun sümüyünün yerdəyişən sınığı, sağ gözətrafı nahiyənin qançırı və sıyrığı, alının, sağ gözün bayır bucağı nahiyəsinin qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törətnmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumillikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs Məmməd oğlu tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixi tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 07.11,2016-cı il tarixdə Bakı şəhəri, Nizami rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublkası CMnin 178.1 -ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Beləliklə o, hazırkı cinayət əməlini əvvəlki cinayət əməli üzrə məhkumluğu ödənildikdən sonra törətmişdir. Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinin tələbinə əsasən, eyni məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada ödənilmiş və götürülmüş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan AZ-İİ 975044, AZ-İİİ 266203, AZ-İV 437825 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladı var. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış xx.xx.2022-ci il tarixdə, saat 17:24 radələrində ünvan 5 ünvanında yerləşən “Meredian” şadlıq sarayında baş vermiş hadisənin videogörüntülərinin olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış baş vermiş hadisənin videogörüntülərinin olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar