Məhkəmə qərarları › İş №1(007)-166/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-166/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-166/2025 06.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Sabunçu rayonu, ünvan 1 ünvanda yaşamış, 15 may 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 05 mart 2025-ci il tarixdə haqqında axtarış elan olunmuş, qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 14 iyun 2025-ci il tarixdə həbs edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib ziyan vurmaqla dələduzluq etmiş və hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırladaraq bilə-bilə saxta sənəddən istifadə etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə heç bir səlahiyyətləri olmadığı halda Zərərçəkmiş şəxs Ağim oğlunu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək adı ilə yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə əvvəllər bu məqsədlə Zərərçəkmiş şəxs tanışı Şahid1 vasitəsi ilə Şahid3 vermiş olduğu vəsaitdən sonuncunun tələbi ilə Şahid3 tərəfindən 2022-ci ilin payız ayında Bakı şəhəri Yasamal rayonu, X9 küçəsi, 162 nömrəli ünvanda yerləşən “Kapital Bank”ın Yasamal filialının qarşısında yerləşən terminaldan ona məxsus "xxxx"a aid 4098 58** **** 8696 nömrəli kart hesabına hissə-hissə köçürülmüş 2000 manat, daha sonra 2022-ci ilin payız ayında ünvan 4 ünvanda yerləşən “Moskva” univermağının qarşısında olan terminaldan ona məxsus "xxxx"a aid 4098 58** **** 8696 nömrəli kart hesabına hissə-hissə köçürülmüş 1500 manat, 01 mart 2023-cü il tarixdə saat 21:31-də Bakı şəhəri Nizami rayonu, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən “Naxçıvan” kafesində əvvəllər bu məqsədlə Şahid1 Zərərçəkmiş şəxs vermiş olduğu vəsaitindən sonuncunun tələbi ilə Şahid1 tərəfindən "xxxx"a aid 4098 58** **** 8467 nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 4098 58** **** 8696 nömrəli kart hesabına köçürülmüş 1300 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs məxsus 4800 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək sonuncuya maddi ziyan vurmaqla dələduzluq etmiş və Zərərçəkmiş şəxs inandırmaq üçün istifadə etmək məqsədilə istintaqa məlum olmayan mənbədə Zərərçəkmiş şəxs guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şirvan Rayon X4 Xidmətində yanğın söndürən vəzifəsinə təyin edilməsinə dair hüquq verən, rəsmi sənəd hesab olunan 17 mart 2023-cü il tarixli 2xx/xx/4075332 nömrəli əmri qanunsuz hazırladaraq əldə edib Zərərçəkmiş şəxs verilməsi üçün 17 mart 2023-cü il tarixdə Şahid1 təqdim edərək bilə-bilə saxta sənəddən istifadə etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tamamilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-2020-ci illərdə o, ortaq tanışlarının vasitəsi ilə X5 ilə tanış olmuş və onunla normal münasibəti yaranmışdır. 2022ci ilin yay aylarında o, Soltan Əhmədovun vasitəsi ilə Şahid1lə tanış olmuşdur. Həmin ərəfələrdə Bakı şəhəri Nizami rayonu metronun “Qara Qarayev” stansiyasının yaxınlığında kafelərin birində Zabillə görüşmüşdür. Görüş zamanı Zabil tanışı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək istədiyini demiş və ona köməklik etməyin mümkün olub-olmadığını soruşmuşdur. O, Zabilə yalandan demişdir ki, onun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində tanışı var, onun vasitəsi ilə 5000 manata 1 ay müddətinə düzəldə bilər. Zabil ona razılıq vermiş və demişdir ki, “səndən əvvəl X7 Nazirliyinə Nəriman düzəldirdi, ona 5000 manat verib, iş yubandığı üçün sənə deyir, Nərimandan 5000 manatı alıb sənə verəcəkdir”. O, razılıq vermiş və bundan sonra onlar ayrılmışlar. 1-2 gün sonra o, Zabilə zəng vurub Nərimana zəng vurub deyibdemədiyini soruşmuş, Zabil zəng vurub deyəcəyini bildirmişdir. Həmin gün Zabil ona demişdir ki, “bank kartının şəkilini göndər, Nərimana deyəcəm, sənin kartına 5000 manat göndərsin”. 2022-ci ilin payız aylarında hissə-hissə olmaqla birinci dəfə 2000 manat, ikinci dəfə hissə-hissə olmaqla 1500 manat karta pul göndərilmişdir. Zabil Zərərçəkmiş şəxs işindən nə xəbər olduğunu soruşanda o, Zabilə demişdir ki, 3 ayın içində Zərərçəkmiş şəxs Fövqəladə Hallar Nazirliyinə işə qəbul olması ilə əlaqədar əmri alıb ona verəcək, yerdə qalan pulu Nərimandan alıb verər, Zabil razılıq vermişdir. 01 mart 2023-cü il tarixdə axşam tərəfi Zabil ona zəng vurub Zərərçəkmiş şəxs işinun necə olduğunu soruşmuş, sonra gəlib görüşüb söhbət etmələrini demişdir. Həmin gün axşam tərəfi Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində metronun “Qara Qarayev” stansiyasının yaxınlığında olan “Naxçıvan” kafesində görüşmüşlər. O, Zabilə yalandan demişdir ki, 1300 manat versin, Zərərçəkmiş şəxs qısa müddətə işə çıxacaqdır. Həmin vaxt Zabil razılıq vermiş və mobil telefonunda olan mobil tətbiqdən onun “Leo” kartına 1300 manat köçürmüşdür. Bundan sonra Zabil Əhmədin əmri barədə nə xəbər olmasını soruşmuşdur. 17 mart 2023-cü il tarixdə Nizami rayonu metronun “Neftçilər” stansiyasının yaxınlığında internet kulubda olan zaman tanımadığı bir nəfər cavan oğlan görmüşdür ki, komyuterdə mətn yazır. Ondan xahiş etmişdir ki, Fövqəladə Hallar Nazirliyinə işə qəbulla bağlı məktub yazsın. Həmin şəxs də razılıq vermiş və o, həmin şəxsə Zərərçəkmiş şəxs adını vermişdir. Həmin şəxs Zərərçəkmiş şəxs Fövqəladə Hallar Nazirliyinə işə qəbul olması barədə əmr yazıb və imza edib ona vermişdir. Həmin gün o, “WhatsApp” proqaramı vasitəsi ilə Zabilə Azərbaycan Respublikası X2 imza etdiyi əmrin şəkilini göndərmişdir. Həmin əmrdə yazılmışdır ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şirvan Rayon X4 Xidmətində “Yanğın söndürən” vəzifəsinə təyin olunsun. 10 aprel 2023cü il tarixdən Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq işçi ilə tam maddi məsuliyyət haqqında əmək müqaviləsi bağlansın. 10 aprel 2023-cü il tarixdə Zabil ona zəng vurub demişdir ki, Əhmədi işə çağırmamışlar. O, Zabilə yalandan demişdir ki, 10 gün müddətinə Əhməd işə çıxaracaqdır. 10 gündən sonra Zabil ona zəng vursa da, onun mobil telefon zənglərinə cavab verməmişdir. Zabillə Əhmədin işə düzəlməsi ilə əlaqədar danışıqda və ya pulun alınması zamanı Soltan Əhmədov iştrak etməmiş, onun bu işdən xəbəri olmamışdır. Sadəcə o, Zabili Soltana görə tanımışdır. Zabilə Zərərçəkmiş şəxs Fövqəladə Hallar Nazirliyinə işə qəbul olması ilə əlaqədar heç kimin adını çəkməmiş və pulun kimə çatacağını deməmişdir. O, sadəcə tanış vasitəsi ilə işi düzəldəcəyini deməmişdir. X10 Nazirliyində heç bir tanışı yoxdur, o, pulu ələ keçirmək üçün yalandan belə demişdir. Aldığı həmin pulu şəxsi ehtiyacına xərcləmişdir. Zərərçəkmiş şəxs işə düzəlməsi ilə əlaqədar əmri hazırlamış cavan oğlanı ilk dəfə görmüş, həmin vaxtdan sonra onu görməmişdir və həmin cavan oğlanı tanımamışdır. Əməlindən səmimi peşmandır. Qanunla müəyyən edilmiş cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən hər bir maddə üzrə cinayət məsuliyyətindən azad edilməsini və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hərbi xidmətdə olan zaman Salyan rayonu Peyk kəndində yaşayan və onunla birlikdə hərbi xidmət edən Şahid2lə tanış olmuş, münasibətləri yaranmış, hərbi xidmətdən sonra da Şahid2lə əlaqə saxlamışlar. 2021-ci ildə o, Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə xidmətinə işə düzəlmək istəmiş, bu barədə əsgər yoldaşı Şahinə demişdir. Şahin ona demişdir ki, əmisi oğlu Şahid1 bu işdə köməklik edər. 2021-ci ilin yay aylarında Bakı şəhəri Nizami rayonu metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən “Narın” kafesində o, Şahin və onun əmisi oğlu Zabillə görüşmüşdür. O, Zabilə demişdir ki, Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə xidmətinin Şirvan şəhər şöbəsinə işə düzəlmək istəyir. Zabil ona demişdir ki, 9000 manata 3 aya Şirvan şəhər Yanğından mühafizə şöbəsinə işə düzəldər, ancaq ona 6 ay müddət versin. O, Zabilə razılıq vermiş və Zabil ona demişdir ki, ilkin olaraq 1000 manat versin, onun işinə başlasın, hissəhissə verər, əmri veriləndən sonra pulu tam şəkildə verər. O, Zabilə razılıq vermiş və Zabilin istifadəsində olan ***-***-**-** nömrəsini götürmüş, Zabil də onun istifadəsində olan ***-***- **-** nömrəsini götürmüşdür ki, onlar mobil telefonla bir-biri ilə əlaqə saxlasınlar. Bir aydan sonra, yəni 2021-ci ilin yay aylarında o, sağlamlıq, yaşayış yeri və məhkumluq haqqında arayışları toplamış və 1000 manat götürüb Bakı şəhərinə gəlmişdir. Zabillə Bakı şəhəri Nizami rayonu metronun “Qara Qarayev” stansiyasının yaxınlığında Şahinin iştirakı ilə görüşmüşlər, o, topladığı sənədləri və 1000 manat pulu Zabilə vermişdir. Həmin vaxt Şahin bayırda mobil telefonla danışırmış və orada ikisindən başqa heç kim olmamışdır. Bir neçə gün sonra Zabil ona zəng vurub demişdir ki, 5500 manat düzədib Bakı şəhərinə gəlsin, onu Gülnarə adlı qadın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin qəbul şöbəsinə aparacaqdır. Təxminən 25-30 gün sonra o, 3000 manat düzəltmiş və Zabilə zəng vurub demişdir ki, 3000 manat düzəltmişdir. Zabil ona demişdir ki, danışıb ona bir söz deyər, səhəri gün Zabil ona zəng vurub demişdir ki, 3000 manat pulu, şəxsiyyət vəsiqəni və hərbi biletini götürsün, səhər saat 11-12 radələrində Bakı şəhəri Xətai rayonu metronun “Xətai” stansiyasının qarşısına gəlsin. Səhəri gün o, 3000 manatı götürüb qeyd olunan yerə gedib Şahid1lə görüşmüş, Zabil ona demişdir ki, pulu versin. O da metronun “Xətai” stansiyasının yaxınlığında 3000 manat pulu Zabilə vermişdir. Zabil onu metronun “Xətai” stansiyasının yaxınlığında sonradan adını Nəriman və Gülnarə bildiyi şəxslərlə tanış etmişdir. O, kənara çəkilən zaman Zabil pulu Nərimana vermiş, Gülnarə onu Fövqəladə Hallar Nazirliyinin qəbul şöbəsinə aparmış və o, qəbul şöbəsində oturmuşdur. Gülnarədən işə nə vaxt qəbul olunacağını soruşmuş, Gülnarə ona demişdir ki, tez bir zamanda əmri gələcək və işə çıxacaqdır. Bundan sonra o, Gülnarədən ayrılıb evə getmişdir. Zabil ona zəng vurub işlə maraqlanmış və o da demişdir ki, Gülnarə ilə birlikdə qəbul şöbəsinə getmişdir. Zabil ona demişdir ki, “2500 manat 5-10 günə düzəlt gətir ki, sənin iş məsələn tezləşsin”. Təxminən 10 gün sonra o, Zabilə zəng vurub demişdir ki, 2500 manatı düzəltmişdir, Bakı şəhərinə gəlir, görüşsünlər, pulu ona versin. Zabil ona razılıq vermiş və səhəri gün o, Zabilə zəng vuranda o, Bakı şəhəri Nizami rayonu, metronun “Qara Qarayev” stansiyasının yaxınlığına gəlməsini demişdir. Həmin gün o, Zabillə “Qara Qarayev” metrostansiyasının yaxınlığında görüşmüş və 2500 manatı Zabilə vermişdir. Həmin vaxt orada ikisindən başqa heç kim olmamış və pulu Zabilə verməsi ilə bağlı qəbz yazmamışdır. Zabil ona demişdir ki, o, Salyan rayonuna gedir, yol üstü gedib Nərimanla görüşsünlər, pulu ona versinlər. Bundan sonra o, Zabilin idarə etdiyi “Fiat” markalı avtomobilə əyləşmiş və onlar Şahid4 ilə görüşmək üçün Bakı şəhəri Yasamal rayonu, X9 küçəsi, 201 nömrəli ünvanda yerləşən Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin inzibati binasının yaxınlığına getmişlər. Həmin vaxt avtomobildə ikisindən başqa heç kim olmamışdır. O, “Fiat” markalı avtomobilin yanında gözləmiş, Zabil avtomobildən düşüb getmiş və orada olan çayxananın çölündə Nərimanla görüşmüşdür. Təxminən 5 dəqiqə sonra Zabil gəlmiş və idarə etdiyi avtomobillə onu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə aparmış, Zabil oradan idarə etdiyi avtomobillə Salyan rayonuna, o da taksi ilə Şirvan şəhərinə getmişdir. 6 ay tamam olandan sonra o, Zabilə zəng vurub iş barəsində soruşmuş, Zabil demişdir ki, danışıb, səbirli olsun, az qalıb. Bundan sonra o, 2022-ci ilin yaz aylarına kimi hissə-hissə olmaqla Şirvan şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən “İlkin” marketdə olan “E-manat” terminaldan Şahid1 məxsus “Leo” banka aid kart hesabına 2500 manat köçürmüşdür. 2022-ci ilin yay aylarında o, Şahid2lə birlikdə əmisi oğlu Şahid1lə Şirvan şəhərində yerləşən “Elit” ticarət mərkəzinin yaxınlığında olan çay evində əyləşmişdir. Zabil ona demişdir ki, onunla 9000 manata razılaşmışdılar, ancaq ümumilikdə 10000 manata işi bir ay müddətinə düzələcəkdir. O, Şahid2 yanında Şahid1 razılıq vermişdir. 2022-ci ilin yay ayında Zabilə məxsus “Leo” banka aid kart hesabına Şirvan şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən “İlkin” marketdə olan “Emanat” terminaldan 1000 manat da köçürmüşdür. Beləliklə o, Şahid1 işə düzəltməsilə bağlı ümumilikdə 10000 manat vermişdir. Bundan sonra o, bir neçə dəfə Şahid1 zəng vurub işlə bağlı maraqlanmış və Şahid1 ona demişdir ki, səbirli ol, düzəlir. Bu minvalla 2023-cü ilin mart ayına kimi məsələ uzanmışdır. 17 mart 2023-cü il tarixdə Şahid1 “WhatsApp” proqramı vasitəsi ilə ona X2 imza etdiyi əmrin şəkilini göndərmişdir. Həmin əmrdə yazılmışdır ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şirvan Rayon X4 Xidmətində “Yanğın söndürən” vəzifəsinə təyin olunsun. 10 aprel 2023-cü il tarixdən Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq işçi ilə tam maddi məsuliyyət haqqında əmək müqaviləsi bağlansın. O, əmrə baxandan sonra Zabilə demişdir ki, bu əmr saxtadır, əmr necə “WhatsApp” proqram vasitəsi ilə göndərilə bilər? Zabil demişdir ki, ona da belə göndəriblər. O, Zabilə demişdir ki, ona əmri göndərən şəxsin nömrəsini versin, onunla danışsın. Zabil ona ***-***-**-** nömrəsini vermiş və demişdir ki, adı Zaurdur. O, Zaur adlı şəxsə zəng vurub demişdir ki, sizin göndərdiyiniz əmr saxtadır. Zaur demişdir ki, əmr saxta deyil, səni 10 aprel 2023-cü il tarixdə işə çağıracaqlar. 10 aprel 2023-cü il tarixdə onu heç kim işə çağırmadığı üçün Zabilə zəng vurub demişdir ki, onu niyə işə çağırmırlar? Şahid1 ona demişdir ki, yoxlama gəlib, yoxlama qutarsın, səni işə çağıracaqlar. Bundan sonra Zaur adlı şəxsə zəng vurub demişdir ki, onu işə çağırmadılar. Zaur adlı şəxs də demişdir ki, yoxlama gəlib, yoxlama qurtarsın, səni işə çağıracaqlar. Bir aya kimi Zabil ona demişdir ki, yoxlama qurtaran kimi səni işə çağıracaqlar. Bir aydan sonra o, Zabilə zəng vurub demişdir ki, ona iş lazım deyil, pulunu qaytarsın. Zabil demişdir ki, darıxmasın, işin düzələcəkdir. Lakin o, Zabilə demişdir ki, ona iş lazım deyil, pulunu qaytarsın. 2023-cü ilin iyul ayında Zabil ona məxusus Kapital bank kartına ilkin olaraq 2000 manat, 2023-cü ilin iyul ayından oktyabr ayına kimi hissə-hissə olmaqla 3200 manat göndərmişdir. Zabil ümumilikdə ona 5200 manat göndərmişdir. O, Zabilə dəfələrlə demişdir ki, qalan pulu versin, yoxsa polisə məlumat verəcəkdir. Hətta Zabilin yaşadığı evə getmiş və Zabil ona qalan pulu vermədiyi üçün 03 noyabr 2023-cü il tarixdə Şirvan şəhər polis şöbəsinə gedib Şahid1 barəsində şikayət etmişdir. Şahid1 ona göndərdiyi əmrin surətini təqdim etmiş və həmin əmrin surəti dindirmə protokoluna əlavə edilmişdir. Şahid1, Şahid3, Şahid4 işə düzəltməklə əlaqədar hər hansı vəzifəli şəxsin adını çəkməmişlər və işə düzəltməklə əlaqədar hər hansı vəzifəli şəxsə pul vermələri barədə heç bir söz deməmişlər. Təqsirləndirilən şəxs şikayətçidir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs ona 4800 manat pul qaytarmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən Soltan Əhmədovu tanıyır və onunla normal münasibəti olmuşdur. Görüşüb söhbət edən zaman Soltan ona demişdir ki, onun Ucar rayonundan olan tanışı Şahid4 8000-9000 manata Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəldir. Şahid2 Teyyub oğlu onun əmisi oğludur. 2021-ci ilin yay aylarında Şahin ona demişdir ki, onun əsgər yoldaşı Zərərçəkmiş şəxs Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə xidmətinin Şirvan şəhər şöbəsinə işə düzəlmək istəyir, ona köməlik etmək olar? O, Şahinə demişdir ki, onun tanışı var, ona deyər, düzəltmək olar. Həmin vax o, Soltan Əhmədovun tanışı Şahid4 nəzərdə tutmuşdur. Ancaq o, Şahid4 görməmiş və onunla münasibəti olmamışdır. 2021-ci ilin yay aylarında əmisi oğlu Şahin və onun əsgər yoldaşı Zərərçəkmiş şəxsla Bakı şəhəri, Nizami rayonu, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında kafelərin birində görüşmüşdür. Həmin vaxt üçündən başqa heç kim olmamışdır. Həmin vaxt əmisi oğlu Şahin ona və əsgər yoldaşı Əhmədə demişdir ki, özləri ətraflı danışsınlar. O, Əhmədə demişdir ki, 9000 manata onu 6 aya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə xidmətinin Şirvan şəhər şöbəsinə işə düzəldər. Əhməd ona razılıq vermiş və o, Əhmədə demişdir ki, ilkin olaraq 1000 manat versin, onun işinə başlasın, hissə-hissə qalan pulu verər, əmri veriləndən sonra pulu tam şəkildə verər. Əhməd razılıq vermiş və o, istifadəsində olan ***-***-**-** nömrəni Əhmədə, Əhməd də istifadəsində olan ***-***-**-** nömrəni onu vermişdir ki, onlar mobil telefonla bir-biri ilə əlaqə saxlasınlar. Təxminən 15-20 gün sonra o, Soltan Əhmədovun vasitəsilə Şahid4 ilə mobil telefonla əlaqə saxlamış və Nərimana demişdir ki, onun bir tanışı var, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə xidmətinin Şirvan şəhər şöbəsinə işə düzəlmək istəyir, ona köməklik etmək olar? Nəriman demişdir ki, 9000 manata 3 aydan 6 aya kimi düzəldər, həmin şəxs sağlamlıq haqqında, yaşayış yerindən və məhkumluq haqqında arayış almalı, 9000 manat pulun 5000 manatı ilkin olaraq verilməli, əmr veriləndə də 4000 manat verilməlidir. O, bu barədə Əhmədə demişdir. Həmin vaxt fikirləşmişdir ki, Əhməd 9000 manat versə həmin puldan 1000 manat özünə qalar, 8000 manatı Şahid4 verər, Əhmədin işini düzəldər. Həmin ərəfədə o, Soltan Əhmədovla metronun “Qara Qarayev” stansiyasının yaxınlığında çay içib söhbət edən zaman Şahid4 Soltan Əhmədovun yanına gəlmiş və o, Nəriman Əzimovla tanış olmuşdur. Bir aydan sonra, yəni 2021-ci ilin yay aylarında Əhməd ona zəng vurub demişdir ki, sağlamlıq, yaşayış yeri və məhkumluq haqqında arayış almış, 1000 manat da pul düzəltmişdir, Bakı şəhərinə gəlir, görüşsünlər. O, Əhmədə demişdir ki, gəlsin, görüşərlər. “Qara Qarayev” metrostansiyasının yaxınlığında Şahin və Əhmədlə görüşmüşlər, Əhməd ona topladığı sənədləri və 1000 manat pulu vermişdir. Həmin vaxt Şahin bayırda mobil telefonla danışmış və orada ikisindən başqa heç kim olmamışdır. Həmin pul və sənədlər onda qalmış və bu barədə qəbz yazılmamışdır. O, 1000 manat barəsində Şahid4 deməmişdir. Bir neçə gün sonra Şahid4 ona zəng vurub demişdir ki, işə düzəltmək istəyən şəxsə desin, 5000 manat gətirsin, onun işə düzəlmə məsələsinə başlasın, həmin şəxs Bakı şəhəri Xətai rayonu metronun “Xətai” stansiyasının yaxınlığında yerləşən Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə xidmətinin qəbul şöbəsinə gəlib həkim komissiyasından keçsin. O, bu barədə Əhmədə bildirmiş, işə başlamaq üçün 5500 manatı gətirməsini demişdir. O, fikirləşmişdir ki, Əhməd 5500 manat gətirsə, 500 manat ona qalar və bu barədə Şahid4 deməmişdir. Təxminən bir həftə sonra Əhməd ona zəng vurmuşdur ki, pulun yarsını düzəltmişdir, yarısını isə sonra verər. Bundan sonra o, Nərimana zəng vurub demişdir ki. işə düzəlmək istəyən şəxs pulun yarsını, yəni 3000 manat düzəldib, yarısını isə sonra verəcəkdir. Nəriman demişdir ki, yox, 5000 manatı tam şəkildə verməlidir. O, bu barədə Əhmədə heç bir söz deməmişdir. Səhəri gün Nəriman ona zəng vurub demidir ki, işə düzələn şəxsə desin, 3000 manatı səhər saat 11-12 radələrində gətirsin, tez bir zamanda da 2000 manatı gətirər, Bakı şəhəri Xətai rayonu metronun “Xətai” stansiyasının yanına gələr və həkim komissiyasından keçər. O, Əhmədə zəng vurub bu barədə demişdir, Əhməd razılıq vermiş və o da, bu barədə Nərimana demişdir. O, Əhmədə Şahid4 istifadəsində olan ***-***-**-** nömrəni vermişdir ki, nə sualı olsa ona zəng vurub soruşsun. Səhəri gün saat 11-12 radələrində o, tək metronun “Xətai” stansiyasının yaxınlığına getmiş və orada Şahid4 və Nərimanın yanında olan sonradan adını Gülnarə bildiyi qadınla görüşmüşdür. Həmin vaxt Əhməd Nərimangildən aralıda durmuşdur. O, Əhmədi yanına çağırmış və Nərimanla tanış etmişdir. Həmin vaxt Gülnarə onlardan ayrılmış, Zərərçəkmiş şəxs ona işə düzəlməsi ilə bağlı 3000 manat pulu və gətirdiyi sənədləri vermiş, o da həmin pulu və sənədləri Əhmədin yanında Nərimana vermişdir. Bundan sonra onlardan ayrılıb işinin dalınca getmişdir. Təxminən 10 gün sonra Əhməd ona zəng vurub demişdir ki, 2500 manatı düzəltmişdir, gəlib Bakı şəhərinə görüşətək pulu vermək istəyir. O, Əhmədə razılıq vermiş və səhəri gün Əhməd ona zəng vurub demişdir ki, Bakı şəhərinə gəlir. O, Əhmədə demişdir ki, Bakı şəhəri, Nizami rayonu, metronun “Qara Qarayev” stansiyasının yaxınlığına gəlsin. Həmin gün o, Əhmədlə həmin stansiyanın yaxınlığında görüşmüşdür. Əhməd işə düzəlməsi ilə bağlı 2500 manat gətirdiyini demiş və həmin pulu ona vermişdir. O, Əhmədə demişdir ki, gedib Şahid4 ilə görüşsünlər, pulu ona versin. Bundan sonra Əhməd onun idarə etdiyi “Fiat” markalı “Fiorino” modelli avtomobilə əyləşmiş və onlar Şahid4 ilə görüşmək üçün Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 201 nömrəli ünvanda yerləşən Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin inzibati binasının yaxınlığına getmişlər. Həmin vaxt avtomobildə ikisindən başqa heç kim olmamışdır. Əhməd onun idarə etdiyi avtomobildə qalmış və o, tək Şahid4 ilə görüşmüşdür. Əhmədin ona verdiyi 2500 manatdan 2000 manatı Şahid4 vermiş və demişdir ki, Zərərçəkmiş şəxs işə düzəlməsi ilə əlaqədar səndə ümumilikdə 5000 manat oldu. Şahid4 ona demişdir ki, 3 aydan 6 aya kimi Zərərçəkmiş şəxs işə çıxacaq. Bundan sonra o, Şahid4 ayrılıb avtomobilə gəlmiş və Zərərçəkmiş şəxs demişdir ki, onun 2500 manat pulunu Şahid4 vermiş, Şahid4 demişdir ki, 3 aydan 6 aya kimi işi düzələcək və 6 aydan sonra o, Fövqəladə Hallar Nazirliyinin Yanğından mühalızə xidmətinə işə çıxacaqdır. O, Əhmədin 500 manat pulunun ona qalması barədə nə Əhmədə, nə də Nərimana bir söz deməmişdir. O, Salyan rayonuna getmək üçün Əhmədə demişdir ki, idarə etdiyi avtomobillə onu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində olan “Lökbatan” dairəsinə qədər aparsın. Əhməd razılaşmış və o, Əhmədi qeyd olunan yerə qədər aparmış və Əhməd avtomobildən düşmüş və o, tək Salyan rayonuna getmişdir. 6 ay tamam olandan sonra Əhməd ona zəng vurub iş barəsində soruşmuş, o da Şahid4 zəng vurub demişdir ki, Əhmədin işi necə oldu? Şahid4 demişdir ki, Zərərçəkmiş şəxs desin ki, hazırda Fövqəladə Hallar Nazirliyinə işə qəbul dayandırılmışdır, bir az səbirli olsun. O da bu barədə Əhmədə demişdir. Bundan sonra Əhməd 2022-ci ilin yaz aylarına kimi hissə-hissə olmaqla ona məxsus “Leo” banka aid kart hesabına 3500 manat köçürmüş və o, 3500 manat pulu heç kimə verməmiş, fikirləşmişdir ki, Əhmədin işi düzələn kimi Şahid4 verər. Həmin ərəfədə o, Şahid4 hər dəfə soruşmuşdur ki, Əhmədin işi necə oldu? Şahid4 hər dəfə deyirmişdir ki, düzələcək. Bundan sonra o, Soltan Əhmədova demişdir ki, Şahid4 Zərərçəkmiş şəxs işini yubadır, bunun axırı necə olacaq? Soltan Əhmədov demişdir ki, Şahid4 ilə maraqlanar, işi düzəldə bilmirsə, pulu qaytarsın. O, Soltan Əhmədovun vasitəsi ilə əvvəllər tanış olduğu Zaur adlı şəxslə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində görüşmüş və metronun “Qara Qarayev” stansiyasının yaxınlığında kafelərin birində əyləşib Zərərçəkmiş şəxs işi barəsində danışmışdır. Zaur ona demişdir ki, o, Zərərçəkmiş şəxs işini 10000 manata 1 ay müddətinə düzəldər. O, fikirləşmişdir ki, Zərərçəkmiş şəxs ona xeyir qaldığı 1500 manatı da Zaura verər, təki Zərərçəkmiş şəxs işi düzəlsin. O, Zaura razılıq vermiş və Zaur ona təklif etmişdir ki, Nərimana de, ona verdiyin 5000 manat pulu versin, iş düzələn kimi 5000 manatı verər. Bundan sonra onlar ayrılmışlar və səhəri gün Zaur ona ***-***-**-** nömrəsindən zəng vurub demişdir ki, Nərimana zəng vurub dedin? O, Zaura demişdir ki, indi zəng vurub deyir. Bundan sonra o, Şahid4 istifadəsində olan ***-***-**-** nömrəsinə “WhatsApp” proqramı vasitəsi ilə zəng vurub demişdir ki, sən Zərərçəkmiş şəxs işini düzəldə bilmədin, səndə olan 5000 manat pulu Zaura ver, o, Zərərçəkmiş şəxs iş məsələsini həll etsin. Şahid4 razılq versə də, 2022-ci ilin yay aylarında Şahid4 ona “WhatsApp” proqramı vasitəsi ilə zəng vurub demişdir ki, Zaura 3500 manat vermişdir. O, Zaura zəng vurub soruşmuşdur ki, Şahid4 sənə Zərərçəkmiş şəxs işinin düzəlməsi üçün 3500 manat veribdir? Zaur ona demişdir ki, Nəriman bu işə görə ona 2000 manat veribdir. 2022-ci ilin axırları o, görmüşdür ki, bu Zərərçəkmiş şəxs iş məsələsi yubanır və Zaura zəng vurub demişdir ki, səndə olan 2000 manat pulu qaytar. Zaur ona demişdir ki, 3 ayın içində Zərərçəkmiş şəxs Fövqəladə Hallar Nazirliyinə işə qəbul olması ilə əlaqədar əmri alıb verəcək, Nərimanda olan 3000 manatı alıb verər, sən isə ona 5000 manat verəcəksən, o, Zaura razılıq vermişdir. 17 mart 2023-cü il tarixdə Zaur “WhatsApp” proqramı vasitəsi ilə ona Azərbaycan Respublikası X2 imza etdiyi əmrin şəkilini göndərmişdir. Həmin əmrdə yazılmışdır ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şirvan Rayon X4 Xidmətində “Yanğın söndürən” vəzifəsinə təyin olunsun. 10 aprel 2023-cü il tarixdən Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq işçi ilə tam maddi məsuliyyət haqqında əmək müqaviləsi bağlansın. O da həmin əmrin şəkilini Zərərçəkmiş şəxs “WhatsApp” proqaramı vasitəsi ilə göndərmişdir. 10 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ona zəng vurub demişdir ki, onu işə çağırmamışlar. Bundan sonra o da Zaura zəng vurub demişdir ki, Zərərçəkmiş şəxs işə çağırmamışlar. 2023-cü ilin aprel ayının ortalarında Zaur ona demişdir ki, 1300 manat ver, Zərərçəkmiş şəxs işə çağırsınlar. O, razılıq vermiş və 1300 manat pulu Bakı şəhəri, Nizami rayonu, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında olan kafedə mobil telefonunda olan “Leo” bank mobil tətbiqindən Zaurun xatırlamadığı kart hesabına 1300 manat köçürmüşdür. Zaur ona söz vermişdir ki, 10 gün müddətinə Zərərçəkmiş şəxs işə çıxaracaq. 10 gündən sonra Zərərçəkmiş şəxs işə çağırmamışlar. O, başa düşmüşdür ki, Zaur onu aldadıb və o, Zərərçəkmiş şəxs zəng vurub demişdir ki, sənin 5000 manat pulunu hissə-hissə göndərəcək, əgər iş alınsa, 5000 manat geri qaytararsan. Zərərçəkmiş şəxs razılıq vermiş və onun “Kapital bank” kaıt hesabına 2000 manat köçürmüşdür. Bundan sonra o, Zaur, Nəriman və Gülnarəyə zəng vurub pulları geri tələb etmək istəsə də, onlar telefon zənglərinə cavab verməmişlər. Təxminən 10 gün sonra o, yenə Zərərçəkmiş şəxs kart hesabına 1000 manat köçürmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs ona demişdir ki, o, işə düzəlmək istəmir, onun 7000 manat pulunu versin. 2023-cü ilin aprel ayının 2-ci ongünlüyündə Zərərçəkmiş şəxsla razılaşmışdır ki, hər həftənin sonu onun kart hesabına 500 manat köçürəcək. 20 sentyabr 2023-cü il tarixə kimi hər həftənin sonu Zərərçəkmiş şəxs kartına 500 manat köçürməklə ümumilikdə 2200 manat köçürmüşdür. O, görmüşdür ki, Nəriman, Zaur və Gülnarədən pulu geri ala bilmir və 20 sentyabr 2023-cü il tarixdə o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti-zəng mərkəzinə zəng vurub Nəriman, Zaur və Gülnarə barəsində məlumat vermişdir ki, hər üçü pulu alıb, vədinə əməl etməyərək 6300 manat pulu ələ keçirmişlər. Bundan sonra onu Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinə çağırmışlar və o, ərizə ilə müraciət etmişdir ki, Nəriman, Zaur və Gülnarə 6300 manat pulu alıb vədlərinə əməl etməyərək həmin pulu ələ keçirmişlər. Təhqiqat zamanı Gülnarə gəlib izahat yazmış və 500 manat dəymiş ziyandan ödəniş etmişdir. 03 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ondan Şirvan şəhər polis şöbəsinə şikayət etmiş və o, hadisələr barədə izahat yazmışdır. Zaurun ona göndərdiyi əmrin surətini təqdim etmiş və həmin əmrin surəti dindirmə protokoluna əlavə edilmişdir. Şahid3, Şahid4 və Zaur adlı şəxs Zərərçəkmiş şəxs işə düzəltməsilə əlaqədar hər hansı vəzifəli şəxsin adı çəkməmişlər, vəzifəli şəxsə pul vermələri barədə heç bir söz deməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən Soltan Əhmədovu tanıyır və onunla normal münasibəti olubdur. 2019-cu ildə o, arada ev alqı-satıqısı ilə məşğul olmuş və həmin vaxtlarda Bakı şəhəri Yasamal rayonunun ev alqı-satqı məntəqəsində makler işləyən Gülnarə Ələsəgərova ilə tanış olmuş və onların münasibəti yaranmışdır. Şahid3 ona demişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək istəyən olsa o, 8000-9000 manata köməklik edər, ilkin olaraq 5000 manat verilməli, 6 aya əmr çıxarandan sonra qalan pul verilməlidir. 2021-ci ilin yay aylarında o, bu barədə Soltan Əhmədova demişdir ki, Gülnarə adlı qadın var, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək istəyən şəxsi 8000- 9000 manata düzəldə bilər, adam olsa xəbər edərsən. Bundan sonra Soltan Əhmədov onu tanışı Şahid1lə Bakı şəhəri Nizami rayonunda tanış etmiş və demişdir ki, Şahid1 bir nəfər tanışı var, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək istəyir. O, Şahid1 demişdir ki, adam var, danışar, 9000 manata düzəldər, ilkin olaraq 5000 manat verilməlidir, əmr çıxandan sonra qalan pul verilməlidir. Ancaq deməmişdir ki, kimin vasitəsi ilə düzəldər, həmin vaxt o, Gülarə Ələsgərovanı nəzərdə tutmuşdur. Şahid1 razılıq vermiş və demişdir ki, işə düzəlmək istəyən şəxs pulu düzəltsin, gətirib verəcək, onu Fövqəladə Hallar Nazirliyinə işə düzəldərsən. O, razılıq vermiş və demişdir ki, ilkin olaraq 5000 manat versin, qalan pulu isə işlə bağlı əmr çıxardan sonra verər. Bundan sonra o, Şahid3 ilə görüşmüş və demişdi ki, bir nəfər şəxs var, Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək istəyir, həmin şəxsin adamına demişdir ki, 9000 manata işə düzəldəcək, ilkin olaraq 5000 manat verəcək, əmr çıxandan sonra qalan pul veriləcək. Şahid3 razılq versədə kimin vasitəsi ilə Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyini deməmişdir. 2021-ci ilin yay aylarında Şahid3 ona demişdir ki, işə düzəlmək işəyən şəxsə desin, 5000 manatı düzəldib Bakı şəhəri Xətai rayonu metronun “Xətai” stansiyasının yaxınlığına gəlsin və onu qəbul şöbəsinə aparacaqdır. O, bu barədə Şahid1 zəng vurub demişdir. Şahid1 bir neçə dəqiqə sonra ona zəng vurub demişdir ki, işə düzəlmək istəyən şəxs 3000 manat düzəldib, qalan 2000 manat pulu isə 10-15 günə düzəldib verəcək. O, bu barədə Şahid3 demiş, Şahid3 razılıq vermiş və demişdir ki, işə düzəlmək istəyən şəxsə metronun “Xətai” stansiyasının yaxınlığına gəlsin. O da bu barədə Şahid1 demişdir ki, işə düzəlmək istəyən şəxsə desin, sabah saat 11-12 radələrində metronun “Xətai” stansiyasının yaxınlığına gəlsin, 3000 manatla birlikdə şəxsiyyət şəxsiyyət vəsiqəsi və hərbi biletini gətirsin. Səhər gün saat 11 radələrində o, Şahid3 ilə metronun “Xətai” stansiyasına getmiş, orada Şahid1lə görüşmüşlər və Şahid1 bir nəfər cavan oğlanla tanış etmişdir ki, Zərərçəkmiş şəxsdur, işə düzəlmək istəyən şəxsdir. Şahid3 Zərərçəkmiş şəxs demişdir ki, onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qəbul şöbəsinə aparır. Bundan sonra Gülnarə ilə Əhməd qabaqda, o və Şahid1 isə onlardan nisbətən arxada ünvan 8 ünvanda yerləşən X6 Xidmətinin inzibati binasının yaxınlığında Şahid1 ona 3000 manatı vermişdir. O da həmin pulu Şahid3 vermiş və Şahid3 Əhmədi qəbul şöbəsinə aparmışdır. Bundan sonra Şahid1 çıxıb getmiş, o, da yaşadığı evə tərəf getmişdir. Bundan sonra o, Şahid1 demişdir ki, yerdə qalan 2000 manatı tez vermək lazımdır. Təxminən 10-15 gün sonra Şahid1 ona zəng vurub harda olduğunu soruşmuş, Əhmədin qalan 2000 manat pulu gətirdiyini demişdir. O, Şahid1 demişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 201 nömrəli ünvanda yerləşən Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin inzibati binasının yaxınlığında çayxanada oturubdur. Təxminən 30 dəqiqə sonra Şahid1 oturduğu çayxanaya gəlmiş, ona 2000 manat vermiş və o, Şahid1 demişdir ki, 6 ay müddətinə Əhmədin işə qəbulla bağlı əmri çıxacaqdır. Həmin gün o, Şahid3 ilə Bakı şəhəri Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinin yaxınlığında görüşmüş və Şahid1 ona verdiyi 2000 manat pulu Şahid3 vermişdir. Pul verilməsi barədə aralarında qəbz yazılmamışdır. 6 aydan sonra iş düzəlmədiyi üçün Şahid1 ona zəng vurub Əhmədin işi ilə bağlı soruşmuşdur. O, Gülnarədən Əhmədin işini soruşmuş, Gülnarə demişdir ki, işə qəbul yoxdur, əmri gözləyirik. O da bu barədə Şahid1 demişdir. Bu minvalla 6 ay keçəndən sonra Şahid1 ona zəng vurub demişdir ki, onda olan 5000 manat pulu Zaurun kart hesabına köçürsün. Onun Zaurla yaxın münasibəti olmasa da Soltan Əhmədova görə tanımışdır. O, Şahid1 demişdir ki, səbirli ol, pul qaytarılacaq. Bundan sonra o, bu barədə Gülnarə Ələgərovaya demiş. Zaurun kartını Şahid3 göndərmişdir ki, həmin karta 5000 manat göndərsin. 2022-ci ilin yay aylarında Gülnarə Ələsgərov ilkin 2000 manat, 10-15 gündən sonra 1500 manat pulu Zaur kart hesabına Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Moskva” univermağının yanında olan terminaldan göndərmişdir. Bundan sonra o, Şahid1 zəng vurub demişdir ki, Zaurun kart hesabına 3500 manat pul göndərildi. Bundan sonra Şahid1 bir neçə dəfə zəng vurub qalan 1500 manat pulu istəmiş, o da bu barədə Şahid3 demiş, Şahid3 demişdir ki, imkan olan kimi verəcək. O da Şahid1 bu barədə demişdir. Bundan sonra 1-2 dəfə Əhməd ona zəng vurub 1500 manat pulunu istəmiş, o da Gülnarəyə demişdir ki, Əhməd zəng vurub 1500 manat pulunu isləyir. Şahid3 demişdir ki, imkan olan kimi verəcək. 2023-cü ilin sentyabr ayında Şahid3 demişdir ki, onu Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinə Əhmədin işi ilə bağlı çağırmışlar, qalmış puldan 500 manat ödəmişdir. Şahid1 onu tanıdığı üçün Zərərçəkmiş şəxs Gülnarə X1 Nazirliyinə düzəldilməsi ilə əlaqədar ona birinci dəfə 3000 manat, ikinci dəfə 2000 manat pul vermişdir. Həmin iş düzəlsəydi ona və Gülnarəyə hərəsinə 500 manat qazanc qalacaqdı. Şahid3 Əhməd X3 Nazirliyinə kimin vasitəsi ilə işə düzələdəcəyi barədə heç bir söz deməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 iştirakı mümkün olmadığı üçün həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid həmin ifadəsində göstərmişdir ki, 2020-ci ildə o, ünvan 9 ünvanda yerləşən ev alqısatqı ofisində makler işləmişdir. Həmin ərəfələrdə Şahid4 arada müştəri gətirirmiş və beləliklə onun Şahid4 ilə tanışlığı yaranmışdır. 2020-ci ildə Bənövşə Hacıyeva ona demişdir ki, Fövqəladə Hallar Nazirliyinə 8000-9000 manata düzəldə bilər, ilkin olaraq 5000 manat verilməli, 6 aya əmr çıxarandan sonra qalan pul verilməlidir. O da bu barədə Şahid4 demiş və bildirmişdir ki, adam olsa Fövqəladə Hallar Nazirliyinə işə düzəldə bilər, ilkin olaraq 5000 manat verilməli, 6 aya əmr çıxarandan sonra qalan pul verilməlidir, ancaq işə necə düzəltməyi barədə heç bir söz deməmişdir. 2021-ci ilin yay aylarında Şahid4 ona demişdir ki, bir nəfər var, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək istəyir. O, Şahid4 demişdir ki, 9000 manata düzəldər, ilkin olaraq 5000 manat verilməli, əmr çıxandan sonra qalan pul verilməlidir. Bir müddətdən sonra Şahid4 ona demişdir ki, işə düzəlmək istəyən şəxs ilkin olaraq 3000 manat verir, 10-15 günə 2000 manatı verəcək, işə düzəlməklə bağlı əmr olandan sonra 4000 manatı verəcək. O, bu barədə Bənövşə Hacıyevaya demiş, o, razılıq verdiyi üçün o da Şahid4 razılıq vermişdir. Bənövşə Hacıyeva ona demişdir ki, sabaha saat 11-12 radələrində Bakı şəhəri Xətai rayonu metronun “Xətai” stansiyasının qarşısına gəlsin, həmin şəxsi qəbul şöbəsinə aparacaq. O, bu barədə Şahid4 demişdir ki, işə düzəlmək istəyən şəxs sabah saat 11-12 radələrində Bakı şəhəri Xətai rayonu metronun “Xətai” stansiyasının qarşısına gəlsin, həmin şəxsi qəbul şöbəsinə aparacaq. Səhər gün saat 11 radələrində o, Şahid4 ilə metronun “Xətai” stansiyasına gəlmiş, sonradan adının Şahid1 bildiyi şəxslə görüşmüş və Şahid1 bir nəfər cavan oğlanla tanış etmişdir ki, Zərərçəkmiş şəxsdur, işə düzəlmək istəyən şəxsdir. Bunda sonra o, Bənövşə Hacıyevaya zəng vurub demişdir ki, o, metronun “Xətai” stansiyasının qarşısındadır, işə düzəlmək istəyən şəxs də gəlibdir. O, Zərərçəkmiş şəxs demişdir ki, onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qəbul şöbəsinə aparsın. Bundan sonra o, Əhmədlə qabaqda, Şahid4 və Şahid1 isə onlardan nisbətən arxada ünvan 8 ünvanda yerləşən X6 Xidmətinin inzibati binasının yaxınlığında Şahid4 ona 3000 manatı vermişdir. O, Zərərçəkmiş şəxs qəbul şöbəsinə aparmışdır. Qəbul şöbəsində X8 işə qəbulla bağlı ərizə yazdırmış və Əhməd getdikdən sonra o, 3000 manatı qəbul şöbəsinin qarşısında Bənövşə Hacıyevaya vermişdir. Bənövşə Hacıyeva demişdir ki, o, bir nəfər şəxslə görüşəcək, o da Bənövşə Hacıyevadan ayrılıb getmişdir. Təxminən 10-15 gün sonra Şahid4 ona zəng vurub demişdir ki, Əhməd 2000 manatı göndərib və onlar razılaşıb Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsində yerləşən “Berlin” mağazasının qarşısında görüşmüş və Şahid4 ona Əhmədin işə düzəlməsi ilə bağlı 2000 manatı vermişdir. 6 aydan sonra iş düzəlmədiyi üçün Şahid4 ona zəng vurub Əhmədin işi ilə bağlı soruşmuşdur. O da Bənövşə Hacıyevaya zəng vurub Əhmədin işə qəbulla bağlı məsələsini soruşmuş, Bənövşə Hacıyeva ona demişdir ki, işə qəbul yoxdur, dayandırılıb, işə qəbul başlayan kimi Əhmədin işi düzələcək. O da bu barədə Şahid4 demişdir. Bu minvalla 6 ay keçəndən sonra Şahid4 ona zəng vurub demişdir ki, 5000 manat pulu geri istəyirlər, işi düzəlmirsə Zaurun kart hesabına köçür. O, bu barədə Bənövşə Hacıyeva demiş və əlavə olaraq qeyd etmişdir ki, iş düzəlmir, pulu qaytarmaq lazımdır. Bənövşə Hacıyeva demişdir ki, 3000 manat pulu Fövqəladə Hallar Nazirliyində bir nəfər şəxsə vermiş, işləri gözləyir. O, Şahid4 demişdir ki, səbirli ol, pul qaytarılacaq. Bundan sonra Zaurun kartının şəkilini Şahid4 “WhatsApp” proqramı vasitəsi ilə göndərmişdir. 2022-ci ilin yay aylarında o, Bənövşə Hacıyevadan pulu geri ala bilmədiyi üçün ilkin olaraq Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 162 nömrəli ünvada yerləşən “Kapital bank”ın Yasamal filialının qarşısında olan terminaldan özünə məxsus 2000 manat, 10-15 gündən sonra ünvan 10 ünvanında yerləşən “Moskva” univermağınn yanında olan terminaldan özünə məxsus 1500 manat pulu göndərmişdir. Bundan sonra Şahid4 Şahid1 zəng vurub demişdir ki, Zaurun kart hesabına 3500 manat pul göndərilmişdir. Bundan sonra Şahid1 bir neçə dəfə Şahid4 zəng vurub qalan 1500 manat pulu istəmiş, o, Şahid4 demişdir ki, imkan olan kimi verəcək. Bundan sonra 1-2 dəfə Zərərçəkmiş şəxs ona zəng vurub 1500 manat pulunu istəmiş, o, Zərərçəkmiş şəxs demişdir ki, imkan olan kimi verəcək. 2023-cü ilin sentyabr ayında onu Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinə dəvət etmişlər. O, qeyd olunan polis şöbəsinə getmiş və orada məlum olmuşdur ki, Şahid1 ondan, Şahid4 və “Zaur” adlı şəxsdən şikayət edibdir, o, dəymiş ziyanla bağlı 500 manat pulu Şahid1 ödəmişdir. Bənövşə Hacıyeva ayrı-ayrı şəxsləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəlməsi üçün ondan 77000 manat alıbdır. Bənövşə Hacıyeva, onun və digər şəxslərin barəsində hazırda Abşeron rayon polis idarəsinin istintaq şöbəsində cinayəti işi üzrə ibtidai istintaq aparılır və o, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Əhməd X3 Nazirliyinə işə düzəlməsi ilə Şahid1 Şahid4 tandığı üçün 5000 manat pulu Şahid4 vermişdir. Zərərçəkmiş şəxs işi düzəlsəydi ona və Şahid4 hərəsinə 500 manat qazanc qalacaqdı. Qalan pul Zərərçəkmiş şəxs işinin düzəlməsi ilə bağlı xərclənəcəkdi. O, indiyə qədər kimisə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəltməmişdir. O, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzələməsi üçün tanışı Bənövşə Hacıyevaya deyəcəyini fikirləşirmiş, ancaq deməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 4) - 17 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi ayrılmış və cinayət işinə ********* nömrəsi verilmişdir. (i.v. 1) -İttiham aktında əksini tapmış, qanunsuz yolla hazırlatdırılmış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üzrə 17 mart 2023-cü il tarixli 2xx/xx/4075332 nömrəli əmrin surətindən görünür ki, həmin əmr Zərərçəkmiş şəxs guya Fövqəladə Hallar Nazirliyinin Şirvan rayon X4 Xidmətində “Yanğın söndürən” vəzifəsinə təyin edilməsi ilə bağlı verilmişdir. (i.v. 58) - 27 fevral 2024-cü il tarixli qərardan görünür ki, Şahid4 və Şahid1, Şahid3 və Zaur adlı şəxs tərəfindən törədilmiş dələduzluq cinayətində hər hansı bir formada iştirakı, əlbirliyi və Şahid4 və Şahid1 təqsirliliyi müəyyən edilmədiyindən və onların hərəkətlərində Azərbaycan Respublikası CM-nin 178.1 və 178.2.1-ci maddələrinin tərkibi əlamətləri olmadığından Şahid4 və Şahid1 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, Şahid3 və Zaur adlı şəxsin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkibi əlamətləri olmadığından Şahid3 və Zaur adlı şəxsin barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, Şahid3 və Zaur adlı şəxsin əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmişdir. (i.v. 129-138) - 17 aprel 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş və tutulması qərara alınmış, onun tutulmasınadək Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v. 202-203) -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş İdarəsinin 29 aprel 2024-cü il tarixli 3-18/2-2441/2024 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs verilən üzrə 17 mart 2023-cü il tarixli 2xx/xx/4075332 nömrəli əmr Fövqəladə Hallar Nazirliyi tərəfindən verilməmişdir. (i.v. 212) - 17 aprel 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş və tutulması qərara alınmış, onun tutulmasınadək Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v. 202-203) - 15 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə könüllü olaraq Nizami rayon polis idarəsində gələrək özünü təqdim etmişdir. (i.v. 216) - 15 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması ilə əlaqədar onun barəsindəki ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. (i.v. 214) - 25 noyabr 2024-cü il tarixli protokoldan və ona əlavə məlumatdan görünür ki, "xxxx" KB ASC-dən əldə olunmuş mədaxil və məxaric məlumatlarına baxış zamanı 01 mart 2023-cü il tarixdə saat 21:31-də Şahid1 məxsus 4098 58** **** 8467 nömrəli kartdan 1300 manat pul Təqsirləndirilən şəxs məxsus 4098 58** **** 8696 nömrəli karta köçürülmüşdür. (i.v. 282-284) - 26 noyabr 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır. (i.v. 286) - 26 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.1, 320.1 və 320.2-ci maddələrinə tövsif edilmiş, o, həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs Fövqəladə Hallar Nazirliyinin Şirvan rayon X4 Xidmətində “Yanğın söndürən” vəzifəsinə təyin olunmasına dair 17 mart 2023-ci il tarixli, 2xx/xx/4075332 nömrəli əmri Şahid1 “WhatsApp” proqramı vasitəsi ilə göndərdiyi məktub cinayət işi üzrə maddi sübut qismində tanınmış və həmin məktub cinayət işinin istintaq materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin, Şahid1 və Soltan Əhmədovun əməlində Azərbaycan Respublikası CM-nin 178.1 və 178.2.1-ci maddələrinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələbinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, 01 mart 2023-cü il tarixdə saat 21:31-də Şahid1 məxsus 4098 58** **** 8467 nömrəli kartdan 1300 manat pulun Təqsirləndirilən şəxs məxsus 4098 58** **** 8696 nömrəli karta köçürülməsinə dair məlumat olan bir ədəd CD disk cinayət işi üzrə maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilərək saxlanılmışdır. (i.v. 287-300) Eləcə də, işdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən sənədlər kimi nəzərdən keçirilmişdir: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.1, 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinib, qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli qərarı ilə cəzası 06 il 06 aya endirilmiş, 08 dekabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş; Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Hərbi Məhkəməsinin icraatındadır. (i.v. 191-193) - 15 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 242-243) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli 1(007)-166/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs, onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzrlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməyib gizləndiyindən onun haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, o, tutulanadək cinayət işi üzrə icraat dayandırılmışdır. -Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin 16 iyun 2025-ci il tarixli 3/2- 4294/25 nömrəli və 3 saylı istintaq təcridxanasının 16 iyun 2025-ci il tarixli 3-16-17/42/2- 3301/2025 nömrəli məktublarından və protokoldan görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 14 iyun 2025-ci il tarixdə tutulmuşdur. -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 1(007)-166/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs tutulduğundan cinayət işi üzrə icraat təzələnmişdir. -Bakı Hərbi Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 1-1(093)-9/2025 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4 və 320.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz olunmuşdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə cinayət əməllərinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.1, 320.1 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; - 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş biləbilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan cinayət əməli 01 mart 2023-cü il tarixdə, Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə olan cinayət əməli isə, 17 mart 2023-cü il tarixdə törədilmişdir. Bununla da, artıq cinayət əməllərinin törədildiyi gündən iki ildən artıq müddət keçmişdir. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə görə, cinayət məsuliyyətinə cəlb edilmə müddətləri şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən və cinayətin edildiyi gündən hesablanan müddətlərdir. Törədilmiş cinayətlə həmin cinayətə görə şəxsin məsuliyyətə alınması arasında müddət nə qədər çox uzanarsa, şəxsin mühakimə edilməsi və cəzalandırılması da bir o qədər lüzumsuz olur. Cəza istər xüsusi, istərsə də ümumi xəbərdarlıq baxımından əhəmiyyətini itirir. Törədilən cinayət haqqında məlumat istintaq və təhqiqat orqanlarına bəlli olmamışdırsa, yaxud cinayət bəlli olsa da, əməlin subyektinin kim olmasına dair məlumatlar olmamışdırsa, cinayət törədildikdən sonra bu əməlin subyektinin kim olmasına dair məlumatlar olmamışdırsa, cinayət törədildikdən sonra bu əməlin aid edildiyi cinayət kateqoriyasına uyğun müddətlər keçdikdə, cinayəti törədən şəxs məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Məlum olduğu kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1, 320.1 və 320.2-ci maddələri ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı 17 aprel 2024-cü il tarixdən 15 may 2024-cü il tarixədək, məhkəmə icraatı zamanı 05 mart 2025-ci il tarixdən 19 iyun 2025-ci il tarixədək Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın dayandırıldığı müddətlər nəzərə alınmaqla, cinayət əməllərinin törədildiyi gündən hal-hazıradək iki ildən artıq müddət keçmişdir. Cinayət məsuliyyətinə cəlbetmə müddətinin axımının dayanması ilə bağlı digər hallar müəyyən edilməmişdir. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmiş, bu barədə birgə ərizə vermişlər. Məhkəmə həmin halları nəzərə alaraq və qanunvericiliyin istinad edilən tələblərini rəhbər tutaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, müdafiə tərəfinin razılığı ilə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsindəki qətimkan tədbiri məsələsini həll edərkən nəzərə alır ki, həmin şəxsin haqqında Bakı Hərbi Məhkəməsinin icraatında 1- 1(093)-9/2025 nömrəli cinayət işi vardır və həmin iş üzrə 23 aprel 2025-ci il tarixli qərarla təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə hazırda cinayət işi üzrə icraata xitam verilərkən bu işə münasibətdə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, lakin yuxarıda qeyd olunan səbəbdən o, həbsdən azad edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs Fövqəladə Hallar Nazirliyinin Şirvan rayon X4 Xidmətində “Yanğın söndürən” vəzifəsinə təyin olunmasına dair Təqsirləndirilən şəxs tərəfindən hazırlatdırılmış 17 mart 2023-ci il tarixli, 2xx/xx/4075332 nömrəli “əmr” və içərisində bank məlumatları olan CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanaraq – 22 saat 6 manatdan, 4 saat 11 manatdan olmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.3, 43.3, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.3 və 43.3-cü maddələrinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, Bakı Hərbi Məhkəməsinin icraatında olan 1-1(093)-9/2025 nömrəli cinayət işi üzrə 23 aprel 2025-ci il tarixli qərarla onun barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınaraq o, həbsdən azad edilməsin. Maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs Fövqəladə Hallar Nazirliyinin Şirvan rayon X4 Xidmətində “Yanğın söndürən” vəzifəsinə təyin olunmasına dair Təqsirləndirilən şəxs tərəfindən hazırlatdırılmış 17 mart 2023-ci il tarixli, 2xx/xx/4075332 nömrəli “əmr” və içərisində bank məlumatları olan CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə dəymiş ziyanı tələb etdiyi halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ iş üzrə zərərçəkmiş şəxsə izah edilsin Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 176 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu (həbsdə olan şəxsə qərarın surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar