Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-169/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci il tarixdə saat 08 radələrində texniki cəhətdən saz vəziyyətdə, etibarnamə əsasında idarə etdiyi «Opel Astra» markalı **-ZY-*** dövlət-qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə Yeni Günəşli qəsəbəsindən üzü mərkəz istiqamətində saatda 60-70 km sürətlə iki zolaqlı yolun sol zolağı ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 42 ünvanında yerləşən “X9” hospitalının qarşısındakı körpünün üzərində, yolu sağdan sola sakit qaçışla keçən piyada, Zərərçəkmiş şəxs avtomaşının sağ yan güzgüsü ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa agır zərər vurmaya aid, baş beyin silkələnməsi, başın sol təpə-gicgah yumşaq toxumasına travmatik qansızması, sol almacıq sümüyünün və almacıq qövsünün xətti sınıqları, sol İİ, İİİ, İV və V qabırğaların ön qoltuqaltı xətti üzrə və sol Vİ, Vİİ, Vİİİ və İX qabırğaların arxa qoltuqaltı xətti üzrə sınıqları, sol aşıq-baldır oynağında ayağın travmatik çıxığı, hər iki sol topuğun yerinidəyişən sınığı, sağ alın nahiyəsinin, burnun bel və sağ qanadını əhatə edən nahiyəsinin, sol almacıq nahiyəsinin, qarnın sol yarımhissəsi nahiyəsinin, sol saidin aşağı 1/3-nin arxa-bayır nahiyəsinin, sol saidin aşağı 1/3-nin ön səthinin, sol dirsək-said nahiyəsinin, sağ və sol sağrının yuxarı bayır kvadratı nahiyəsinin, büzdüm nahiyəsinin və sol dizarxası nahiyəsinin sıyrıqları və sol aşıq-baldır oynağını əhatə edən nahiyəsinin şişkinlik halında əzilməsindən ibarət xəsarətlər yetirmiş, həmin xəsarətlərdən qabırğaların sınıqları, ikitərəfli hemopnevmotoraks və ağciyərlərin travmatik zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs 29 sentyabr 2022-ci il tarixdə saat 10:25 radələrində müalicə olunduğu 3 saylı şəhər kilinik xəstəxanasında ölümünə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, təxminən 1 il 6 aydır ki, həyat yoldaşı X4 adına qeydiyyatda olan «Opel Astra» markalı **-ZY-*** dövlət-qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, qara rəngli avtomobili idarə edir. 23 sentyabr 2022-ci il tarixdə saat 8 radələrində qeyd etdiyi avtomobillə Babək prospekti ilə Yeni Günəşli qəsəbəsindən üzü mərkəz istiqamətində təxminən saatda 60-70 km surətlə yolun sol kənar zolağında hərəkətdə olarkən Nizami rayonu ərazisində Babək körpüsünə qalxdıqdan sonra qarşısında onunla eyni istiqamətdə, soldan 2-ci zolaqda hərəkətdə olan, hazırda markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil qəfildən manevr edərək zolağını dəyişmişdir. Bu zaman o, qarşısında piyada qadını təxminən 3-4 metr məsəfədən görmüş, ayağını əyləcə basıb avtomobilin sükanını sola döndərsə də, şəhər istiqamətində gedən yolun sol tərəfindən birinci zolaqda, təxminən soldan 1,5 metr məsafədə piyadanı idarə etdiyi avtomobilin sağ yan güzgüsü ilə vurmuşdur. Həmin vaxt təxminən hadisə yerindən 3 metr məsafədə maşını sola verib saxlamış, piyadanın təxminən 60 yaşlarında yolda təmizlik işlərinə baxan bir qadın olduğunu görmüşdür. O və avtomobilində qabaq sağ oturacaqda sərnişin qismində əyləşmiş xalası oğlu Şahid dərhal avtomobildən düşüb qadına yaxınlaşmış, qadını birlikdə onun idarə etdiyi avtomobilə əyləşdirmiş və 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. O, xəstəxanada özünü təqdim edərək qadını avtomobil ilə vurduğunu bildirmiş, orada qadını müayinə etmiş və ilk tibbi yardım göstərmişlər. Bir qədər keçmiş xəsarət almış qadının, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs yaxınları xəstəxanaya gəlmiş, xəstəxanada qadın ona qulağında olan sırğaların birinin düşdüyünü bildirmişdir. O, avtomobilinə baxıb qadının sırğasını tapmış və gətirib Fatmanın yaxınlarına vermişdir. Hadisə ilə əlaqədar onu Suraxanı RPİ-nə çağırmış, o da, polis idarəsinə gedib hadisə barədə izahat vermiş, bundan sonra 6 gün ərzində xəstəxanaya gedib Fatmanın müalicə xərclərini ödəmişdir. Sonradan 29 sentyabr 2022-ci il tarixdə Fatmanın xəstəxanada öldüyünü öyrənmişdir. Zərərçəkənin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş tərəfin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, fərdi həyət evində mərhum anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşamış, Zərərçəkmiş şəxs yeganə övladı olmuşdur. Anası Zərərçəkmiş şəxs Nizami rayonu ərazisində avtomobil yollarında süpürgəçi işləmişdir. 23 sentyabr 2022-ci il tarixdə səhər saatlarında ona zəng edərək anası Fatma yolda təmizlik işləri apararkən yolu keçən zaman «Opel» markalı avtomobilin onu vurduğunu və avtomobilin sürücüsünün anasını 3 saylı Sabunçu xəstəxanasına gətirdiyini bildirmişlər. O, dərhal 3 saylı Sabunçu xəstəxanasına getmiş, xəstəxanada olarkən anasının orada müalicə olunduğunu görmüşdür. Xəstəxanada olarkən anasının huşu özündə olmuş, anasını vurmuş avtomobilin sürücüsü, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs xəstəxanada görmüş, Təqsirləndirilən şəxs xəstəxanada anası Fatmanın bütün müalicə xərclərini ödəmiş, zəruri dərmanları almış və anasının itirdiyi bir ədəd sırğanın tayını avtomobildən taparaq ona qaytarmışdır. Bundan 3 gün sonra anası müalicə aldığı xəstəxanada vəfat etmiş, Ramin dəfn xərclərini və ona dəymiş maddi ziyanı tam olaraq ödəmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 23 sentyabr 2022-ci il tarixdə saat 8 radələrində xalası oğlu Təqsirləndirilən şəxs idarə etdiyi, həyat yoldaşı X4 adına olan, «Opel Astra» markalı **-ZY-*** dövlət-qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, qara rəngli avtomobilin qabaq sərnişin oturacağında əyləşib Babək prospekti ilə Yeni Günəşli qəsəbəsindən üzü mərkəz istiqamətində gedən zaman Ramin avtomobili təxminən saatda 60-70 km surətlə yolun sol kənar zolağı ilə hərəkət etdirmişdir. Nizami rayonu ərazisində Babək körpüsünə qalxdıqdan sonra qarşılarında eyni istiqamətdə, soldan 2-ci zolaqda hərəkətdə olan, hazırda markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil qəfildən manevr edərək zolağı dəyişmiş, bu zaman o, avtomobilin qarşısında piyada qadını görmüş, qadınla avtomobil arasında olan məsafə təxminən 3-4 metr olmuşdur. Ramin qəfildən əyləcə basıb avtomobilin sükanını sola döndərsə də, şəhər istiqamətində gedən yolun sol tərəfindən birinci zolaqda, təxminən soldan 1,5 metr məsafədə olan piyadanı idarə etdiyi avtomobilin sağ yan güzgüsü ilə vurmuşdur. Həmin vaxt Ramin təxminən hadisə yerindən 3 metr məsafədə maşını sola verib saxlamış, onlar dərhal avtomobildən düşüb qadına yaxınlaşmışlar. Həmin piyadanın təxminən 60 yaşlarında yolda təmizlik işlərinə baxan bır qadın olduğunu görmüş, qadını birlikdə Raminin idarə etdiyi avtomobilə əyləşdirib 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Ramin xəstəxanada özünü təqdim edərək qadını avtomobil ilə vurduğunu bildirmişdir. Xəstəxanada qadını müayinə etmiş və ilk tibbi yardım göstərmişlər. Bundan sonra Ramin bir neçə gün ərzində xəstəxanaya gedib Fatmanın müalicə xərclərini ödəmişdir. Sonradan 29 sentyabr 2022-ci il tarixdə Fatmanın xəstəxanada öldüyünü öyrənmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 161 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: baş beyin silkələnməsi, başın sol təpə-gicgah yumşaq toxumasına travmatik qansızması, sol almacıq sümüyünün və almacıq qövsünün xətti sınıqları, sol İİ, İİİ, İV və V qabırğaların ön qoltuqaltı xətti üzrə və sol Vİ, Vİİ, Vİİİ və İX qabırğaların arxa qoltuqaltı xətti üzrə sınıqları, sol aşıq-baldır oynağında ayağın travmatik çıxığı, hər iki sol topuğun yerinidəyişən sınığı, sağ alın nahiyəsinin, burnun bel və sağ qanadını əhatə edən nahiyəsinin, sol almacıq nahiyəsinin, qarnın sol yarımhissəsi nahiyəsinin, sol saidin aşağı 1/3-nin arxa-bayır nahiyəsinin, sol saidin aşağı 1/3-nin ön səthinin, sol dirsək-said nahiyəsinin, sağ və sol sağrının yuxarı bayır kvadratı nahiyəsinin, büzdüm nahiyəsinin və sol dizarxası nahiyəsinin sıyrıqları və sol aşıq-baldır oynağını əhatə edən nahiyəsinin şişkinlik halında əzilməsi. Qeyd edilən xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa AGİR zərər vurmanın əlamətlərini daşıyırlar, baş vermiş ölümlə birbaşa səbəbli əlaqələri vardır. F.A.Məmmədovanın meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş döş qəfəsinin sağ və sol yarımhissəsində drenaj yerləri, döş qəfəsinin sol yarımhissəsində və döş sümüyü proyeksiyasında defibrilyasiya izləri, sol dirsək çuxurunda yaracıqlar (iynə yerləri) - tibbi yardım (inyeksiya) yerləri hesab oluna bilər. F.A.Məmmədovanın ölümünə səbəb qabırğaların sınıqları, ikitərəfli hemopnevmotoraks və ağciyərlərin travmatik zədələnməsi nəticəsində yaranmış tənəffüs çatışmazlığı olmuşdur. X10 Mərkəzdə xx.xx.2022-ci il tarixdə saat 10:25-də baş vermişdir, hansı ki, aparılmış məhkəmə-tibbi müayinə ilə inkar olunmur. F.A.Məmmədovanın uzun müddət xəstəxanada qaldığını nəzərə alıb qan məhkəmə-kimya tədqiqat üçün götürülməmişdir. Xəstənin stasionar kartasında şəxsin alkoqol qəbul etməsinə dəlalət edən hər-hansı bir qeydiyyat aparılmayıb. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022ci il tarixli 8/3096 nömrəli ekspert rəyindən görünür ki, Opel Astra markalı, 10ZY614 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi də cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. İş üzrə müəyyən edilir ki, cinayətin törədilməsindən bilavasitə sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi, onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün onu tibb müəssisəsinə aparmışdır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş materiallarında olan AR DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X3 xx.xx.2022-ci il tarixli, 8İ-6093 reyestr nömrəli ərizəsinə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan AZE 11072556 və AZE 18167532 seriyalı şəxsiyyət vəsiqələrinin surətinə müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2010 və xx.xx.2013-cü il təvəllüdlü uşaqları var. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə köməklik göstərməsini, tibb müəssisəsinə aparılmasını, dəymiş ziyanla bağlı zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, həmçinin himayəsində 2 azyaşlı uşağının olmasının cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınmalı, hadisə zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il (dörd il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan “Opel Astra” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınsın, hadisə zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-169/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-169/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver