Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-169/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, 10 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 sentyabr 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə, təqsirləndirilən şəxs – xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 129 ünvanında qeydiyyatda olan və ünvan 4anında yaşayan, 10 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 sentyabr 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, xx.xx.2024-cü il tarixdə, saat 20:30 radələrində bibisi Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanında qonaq olarkən orada sonuncuya məxsus içərisində rəsmi məzənnə ilə 6120 manat təşkil edən 3600 ABŞ dolları, rəsmi məzənnə ilə 188 manat təşkil edən 100 avro, rəsmi məzənnə ilə 535 manat təşkil edən 850 Gürcü larisi, 25 manat, 40 manat dəyərində 1 ədəd xarici pasport, 80 manat dəyərində 1 ədəd bank kartı, 20 manat dəyərində pul kisəsi olan 90 manat dəyərində 1 ədəd əl çantasını qonaq otağından götürüb əvvəlcədən aralarında olan razılığa əsasən yaşayış binasının həyətində gözləyən qrup üzvü Təqsirləndirilən şəxs2 səkkizinci mərtəbədə yerləşən həmin mənzilin pəncərəsindən tullayaraq birlikdə gizli olaraq talayıb zərərçəkıniş səxs Zərərçəkmiş şəxs qızma 7098 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq elmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, xx.xx.2024-cü il tarixdə, saat 20:30 radələrində sonuncunun bibisi Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanında qonaq olarkən Zərərçəkmiş şəxs məxsus içərisində rəsmi məzənnə ilə 6120 manat təşkil edən 3600 ABŞ dolları, rəsmi məzənnə ilə 188 manat təşkil edən 100 avro, rəsmi məzənnə ilə 535 manat təşkil edən 850 Gürcü larisi, 25 manat, 40 manat dəyərində 1 ədəd xarici pasport, 80 manat dəyərində 1 ədəd bank kartı, 20 manat dəyərində pul kisəsi olan 90 manat dəyərində 1 ədəd əl çantasını qonaq otağından götürüb əvvəlcədən aralarında olan razılığa əsasən o, binanın həyətində gözləyərkən yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən həmin mənzilin pəncərəsindən ona tullayaraq birlikdə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 7098 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək bildirmişdir ki, “İnstagram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs2 ilə 9 aya yaxındır ki, tanış olmuş və mütəmadi olaraq görüşmüşdür. Bir yerdə xərcləmək üçün Rəşadın pulu olmadığından müxtəlif yerlərə gedib əylənə bilmədikləri üçün 2024-cü ilin avqust ayının ortalarında Rəşada xx.xx.2024-cü il tarixdə bibisi Kəmalənin Gürcüstan Respublikasından gələcəyini və orada ticarətlə məşğul olduğundan pulu olacağı üçün evdə olarkən çantasından pul oğurlayıb bir yerdə xərcləyəcəklərini demişdir. Rəşad onunla razılaşmış, ehtiyatlı olmasını tövsiyə etmişdir. Lakin bibisi Kəmalə həmin tarixdə deyil, 7 sentyabr 2024-cü il tarixdə gəldiyindən, nənəsi ona qızı Kəmalənin evinə getmələrini və orada qızının gəlişi üçün yemək bişirmələrini dediyindən nənəsi ilə birlikdə bibisi Kəmalənin evinə getmişlər. Kəmalənin evinə getməsi barədə Rəşada bildirmişdir. Həmin gün saat 20 radələrində bibisi Kəmalə gələrkən əlində bir çemodan və əl çantasının olduğunu görmüşdür. Kəmalə mənzilə daxil olub görüşdükdən sonra çemodandan paltarları çıxararaq yerbə-yer etməyə başlamış, əl çantasını isə qonaq otağında kreslonun yanına qoymuşdur. Kəmalənin pulunun harada olmasını bilmək üçün uyğun bir vaxt axtarmışdır. Elə həmin vaxt Kəmalə əl çantasını açaraq içərisindən iki ədəd 50 manatlıq pul əskinazını çıxarıb anasına verdikdə, pulların əl çantasında olduğunu başa düşmüşdür. Həmin ərəfədə Kəmalə digər otağa, nənəsi çay gətirmək üçün mətbəxə, bibisi oğlu Əli isə hamama keçdikləri üçün o, qonaq otağında tək qalmış və fürsətdən istifadə edərək Rəşadın lombardda olan telefonunu götürməkdən ötrü, bibisi Kəmalənin çantasından az bir məbləğdə, yəni 2000 manat məbləğində pul götürmək fikrində olsa da, çantanı açaraq pul götürdüyü halda qohumlarının onu görəcəklərindən ehtiyat edib elə çantanın özünü olduğu 8-ci mərtəbədən aşağı tullamaq qərarına gəlmiş və bu haqda Rəşada bildirmişdir. Rəşad isə həmin vaxt dostu Həmidin avtomobilində həmin yerdə gözlədiklərindən mənzilin pəncərəsindən ehtiyatla çantanı aşağı tullamış və dərhal mətbəxə keçmişdir. Daha sonra Rəşad ona telefonun kartını sındırmasını, yazışmaların hamısını silməsini dediyi üçün, o da Rəşadın dediyi kimi telefonun kartını telefondan çıxardıb sındırmış və Rəşadla yazışmalarını silmişdir. 15 dəqiqədən sonra bibisi ona çantasını tapa bilmədiyini dedikdə o, çantadan xəbərinin olmadığını deyib, şübhə yaranmasın deyə bibisi ilə birlikdə bütün evi birlikdə axtarmağa başlamışdır. Çantanı tapmadığı üçün bibisi Kəmalə DİN-nin 102 xidmətinə məlumat vermiş və polis əməkdaşları gələrək onu 25-ci PŞ-nə aparmışlar. Polis Şöbəsində etdiyi cinayət əməlini etiraf edərək bibisi Kəmalənin əl çantasını oğurlayaraq Rəşada vermək üçün pəncərədən atdığını bildirmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənilmiş və barışmışlar. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən qeyd olunanları nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, “İnstagram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs1 ilə tanış olduqdan sonra sonuncu ilə yaxın münasibətləri yaranmışdır. Bir yerdə xərcləmək üçün pulu olmadığından və müxtəlif yerlərə gedib əylənə bilmədiklərindən 2024-cü ilin avqust ayının ortalarında Günay ona xx.xx.2024-cü il tarixdə bibisi Kəmalənin Gürcüstan Respublikasından gələcəyini və orada ticarətlə məşğul olduğu üçün pulu olacağını, gəldikdən sonra çantasından pul oğurlayıb bir yerdə xərcləyəcəklərini demişdir. O da razılaşmış və ehtiyatlı olmasını tövsiyə etmişdir. Lakin Günayın bibisi Kəmalə həmin tarixdə deyil, 2024-cü ilin sentyabr ayının 7-də gəldiyindən Günay ona yazaraq nənəsi ilə birlikdə bibisigildə olacağını bildirmişdir. Dostu Həmidin idarə etdiyi avtomobillə Günayın dediyi yerə gəldikdən sonra Günay pəncərədən çantanı aşağı tullamışdır. Günaya yenidən yazaraq telefonun danışıq kartını sındırmasını və yazışmaların hamısını silməsini demişdir. Dostu Həmid əl çantasını yerdən götürərək ona verdikdən sonra avtomobilin sükanı arxasına əyləşmiş, özü isə arxa oturacaqda əyləşmişdir. Əl çantasından qırmızı rəngli pul kisəsini götürdükdən sonra Dərnəgül yolunda çantanı zibilliyə atmış və Həmidlə birlikdə özünün yaşadığı ünvana gəlmişdir. Gedib evdə paltarını dəyişdikdən sonra pul kisəsinə baxdıqda, orada 400 ABŞ dolları, 100 avro, 2600 manat Azərbaycan manatının olduğunu görmüşdür. Bundan sonra Həmidlə Nabrana gedərək orada olan “Palenna” otelində qalıb, yeyib-içmişlər. Səhəri gün Xudat qəsəbəsinə gedərək dollar əskinazlarını manata çevirərək Həmiddən Lənkərana getmələrini istəmişdir. Birlikdə gedən zaman Salyan rayonu ərazisində yerləşən DYP postunda onları saxlamışlar və polis əməkdaşları gəlib onları 25-ci PŞ-nə gətirmişlər. Günayın törədəcəyi cinayət əməlindən Şahid1 əvvəlcədən məlumatı olmamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənilmiş və barışmışlar. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən qeyd olunanları nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törətməkdə təqsirləri öz ifadələri ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gürcüstan Respublikasında ticarətlə məşğul olur. xx.xx.2024-cü il tarixdə Gürcüstan Respublikasından yaşadığı ünvan 5 ünvana gəlmişdir. Evə daxil olarkən anası Şahid2 və qardaşı qızı Təqsirləndirilən şəxs1 da orada görmüşdür. Evə daxil olduqdan sonra içərisində 3600 ABŞ dolları, 100 avro, 850 Gürcü larisi, 25 manat pulu, xarici pasportu və bank kartları olan qara rəngli əl çantasını qonaq otağında yerə qoyaraq anası ilə görüşdükdən sonra mətbəxə keçmişdir. 15 dəqiqədən sonra qonaq otağına gəlmiş və əl çantasını qoyduğu yerdə aşkar etmədikdə axtarmağa başlamış, qardaşı qızı Günaydan da çantanı görüb-görmədiyini soruşmuşdur. Günay isə əl çantasının harada olmasından xəbərsiz olduğunu deyərək onunla birlikdə axtarmağa başlamışdır. Çantasını tapa bilmədikdə və Günayın özünü təlaşlı və şübhəli apardığını gördükdə, çantasını elə Günayın oğurladığını başa düşmüşdür. Bundan sonra anası ilə birlikdə Günayı sorğusuala tutsalar da çantadan xəbərinin olmadığını deyərək etiraf etməmişdir. Daha sonra DİN-in 102 zəng xidmət mərkəzinə zəng edərək məlumat vermiş və Nizami RPİ-nin 25-ci Polis Şöbəsindən polis əməkdaşları yaşadığı ünvana gəldikdən sonra Günay polis əməkdaşlarına etiraf edərək, çantanı oğurladığını və mənzilin pəncərəsindən tanışı Rəşada atdığını etiraf etmişdir. Günay ona qarşı törədəcəyi cinayət əməlindən Rəşadın da əvvəlcədən xəbəri olduğunu bildirmişdir. Ona ümumilikdə 7098 manat məbləğində maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə aralarında barışıq olmuş, onları bağışlamışdır. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Onlara qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Ərizəsinin çıxışı kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Zərərçəkmiş şəxs ilə oxşar məzmunda ifadə vermişlər. Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir, əlavəsi yoxdur. Məhkəmə iclaslarında işi ilə əlaqədar iştirak edə bilmir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Şahid1 istintaqda verdiyi ifadəsində bildirmişdir ki, Rəşad xx.xx.2024-cü il tarixdə axşam tərəfi ona müraciət edərək metronun “Qara Qarayev” stansiyasının qarşısına getmək lazım olduğunu və avtomobilinə yanacaq alacağını dediyi üçün o, atasına məxsus olan “Saipa” markalı, **-CN-*** dövlət nömrə nişanlı avtomobil ilə Rəşadı Dərnəgül şossesindən götürərək metronun “Qara Qarayev” stansiyası istiqamətinə yola düşmüşdür. Rəşad yolda ona tanışı Günay adlı xanımla barışmaq üçün getdiyini və sonuncunun ona çanta verəcəyini bildirmişdir. Birlikdə metronun “Qara Qarayev” stansiyasının qarşısına gəldikdən sonra Rəşad telefonla Günayla danışa-danışa yaxınlıqda yerləşən yeni tikili binanın qarşısına gəlmişlər. Günay binanın 8-ci mərtəbəsinin pəncərəsindən Rəşada əl işarəsi elədikdən sonra sonuncu ona Günayın aşağı düşə bilmədiyini və bu səbəbdən 8-ci mərtəbədən atacağı çantanı götürməsini ondan xahiş etdiyi üçün o, da Günay eyvandan atdığı çantanı yerdən götürərək avtomobildə əyləşmiş Rəşada vermiş və birlikdə oradan getmişlər. Rəşad avtomobildə əl çantasının içərisindən qırmızı rəngli pul kisəsini götürərək cibinə qoymuş, əl çantasını isə Dərnəgüldə zibil yeşiyinə atdıqdan sonra Rəşadı Binəqədi rayonunda evlərinə düşürmüşdür. Avtomobildən düşdükdən sonra Rəşad ona gözləməsini deyib, 15 dəqiqə sonra qayıdıb gəldikdən sonra ona bir yerdə istirahət etmək təklifini etmişdir. Razılığa gəldikdən sonra birlikdə Xaçmaz rayonu Nabran qəsəbəsinə getmişlər. Orada gecəni “Sprinq” otelində qalıb xərcləri Rəşad verdikdən sonra səhər Xudat qəsəbəsinə gedərək sonuncu özündə olan xarici valyutanı manata çevirmiş, daha sonra ona Lənkərana qonaq getməli olduğunu bildirmişdir. Rəşad benzin və zəhmət haqqını verəcəyini dediyi üçün onunla razılaşmışdır. Birlikdə gecə saat 3 radələrində Salyan rayonu ərazisində yerləşən DYP postuna çatdıqda onları DYPİ-nin əməkdaşları saxlamış və aradan bir saat keçmiş Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları gələrək onları şöbəyə aparmışlar. Rəşadda olan pul kisəsində nə qədər pul olduğunu görməmiş, sonuncu ona cəmi 15 manat vermiş, qalan pulları birlikdə xərcləmişlər. Rəşadın Günayla bir yerdə planladıqları cinayət əməllərindən xəbəri olmamış, məsələnin üstü açıldıqdan sonra Rəşad ona həmin çantanı Günayın öz bibisindən oğurladığını bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - qanuni nümayəndənin təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 atası X1 qanuni nümayəndəi qismində tanınmışdır. - tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4 maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4 maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Aqil Ələsgərovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs1 həbsdən azad olunmuşdur. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Aqil Ələsgərovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs2 həbsdən azad olunmuşdur. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: 2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.... 10. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.... 11. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur.....” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin çantasında 400 ABŞ dolları, 100 Avro, 2600 manat olmasına dair ifadəsində göstərdiyi xüsusat tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 24:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamasını, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, cinayəti törədən zaman yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 4anını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hüquqi yardım göstərən vəkil Müdafiəçi2 məhkəmədə iştirak etdiyi müddət cəmi 21 iş saatı müddətinə bərabər olmaqla, 18 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 108 (bir yüz səkkiz) manat (18x6) məbləğində, 3 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 33 (otuz üç) manat (3x11) məbləğində, cəmi 141(bir yüz qırx bir) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 müqavilə əsasında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsini həyata keçirmişdir, ona görə CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın və cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 24:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1(bir) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın və cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 4anını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 21 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi2 141 (bir yüz qırx bir) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-169/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-169/2025
08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver