Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-17/2023 23.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs - 01 avqust 1985-ci il tarixdə Ermənistan Respublikası, Noyemberyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, Mingəçevir şəhəri, Koroğlu küçəsi, ev 13-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 185-də yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.4-cü maddəsi ilə təqsirli bilinib, 11 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2004-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 01 il 07 ay 20 gün hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti olaraq 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qərarı ilə cinayət qanunvericiliyində edilmiş dəyişikliyə dair 20 oktyabr 2017-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası CM-nin 181.3.4-cü maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 181.2.1 və 181.2.5-ci maddələrinə tövsif edilmiş, həmin maddə ilə təyin edilmiş 11 il 06 ay müddətinə və CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş 12 il müddətinə azadlıqdan məhrum etmə cəzaları dəyişdirilmədən saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin 21 iyun 2018-ci il tarixli qərarı ilə sözügedən qərar cəza təyini hissəsində dəyişdirilərək CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 11 il 06 aydan 10 ilə, CMnin 67.1-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 12 ildən 11 ilə endirilmiş, Şəki penitensiar müəssisəsinin 13 noyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan (çəkilməmiş 01 ay 17 gün) azad edilmiş, məhkumluğu ödənilməmiş, 26 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 mart 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə zərərçəkmiş şəxsin cibindən çıxarmaqla təkrar oğurluq etmiş, bundan başqa satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin əldə edərək, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 yanvar 2022-ci il tarixdə saat 16:50 radələrində ünvan 1 ünvanında yerləşən “8-ci km bazarı”nın 8-ci sırasında piyada hərəkətdə olan Zərərçəkmiş şəxs1 arxadan yaxınlaşıb sonuncunun əynində olan gödəkçənin sol yan cibindən 15 manat dəyərində ***-***-**-** nömrə ilə işləyən 700 manat dəyərində “Redmi Note 9 PRO” markalı mobil telefonu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 715 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 yanvar 2022-ci il tarixdə saat 18 radələrində ünvan 1 ünvanında yerləşən “8-ci km bazarı”nda piyada hərəkətdə olan Zərərçəkmiş şəxs2 arxadan yaxınlaşıb sonuncunun əynində olan gödəkçənin sağ yan cibindən 10 manat dəyərində ***-***-**-** nömrə ilə işləyən 380 manat dəyərində “X12 9” markalı mobil telefonu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 390 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 fevral 2022-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanında yerləşən “8-ci km bazarı”nda piyada hərəkətdə olan Zərərçəkmiş şəxs3 arxadan yaxınlaşıb sonuncunun əynində olan gödəkçənin sol yan cibindən 5 manat dəyərində ***-***-**-** nömrə ilə işləyən 850 manat dəyərində “Samsung” markalı, “Galaxy A52” modelli mobil telefonu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 855 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 fevral 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 61 ünvanında 193 saylı marşurut xətti üzrə işləyən avtobusda sərnişin X1 arxadan yaxınlaşıb sonuncunun əynində olan gödəkçənin sağ yan cibindən içərisində həmin dövrün rəsmi məzənnəsi ilə 85 manat təşkil edən 50 ABŞ dolları və 20 manat nağd pul, 300 manat dəyərində qızıl üzük olan 35 manat dəyərində pul qabını çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 440 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 26 fevral 2022-ci il tarixdə Bakı şəhəri “20 Yanvar” metrostansiyası yaxınlığında istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,378 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 18 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanında rayon ərazisində oğurluq cinayətləri törətməkdə şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilmiş, xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcənin sağ yan cibindən ağ sellofana bükülmüş həmin bir ədəd bükümdə təmiz çəkisi 0,378 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun 26 fevral 2022-ci il tarixdə 24-cü polis şöbəsinin Taleh və Toğrul adlı əməkdaşları tərəfindən “8-ci km bazarı”nda saxlanılması yalandır, o, 25 fevral 2022-ci il tarixdə polislər tərəfindən tutulmuşdur. Belə ki, 25 fevral 2022-ci il tarixdə “20 Yanvar” metrosunun yanında avtobusda yerdən tanımadığı qadına məxsus pul qabı tapmışdır. Həmin pul qabını 19-cu polis bölməsinə aparıb təhvil verməyi qərara almışdır. O, pul qabını oğurlamamışdır, polislər də görmüşlər ki, heç ağzını açmamışdır. Lakin polislər “20 Yanvar” metrosunun yaxınlığında yerləşən 119 saylı avtobusun dayanacağında onu və onunla birlikdə olan xalası oğlu Seymuru 25 fevral 2022-ci il tarixdə saxlayıb 24-cü polis şöbəsinə gətirmişlər. Fevralın 25-dən polisdə saxlanıldığı halda, fevralın 26-da saxlanılması və bu zaman üzərində narkotik vasitə aşkar olunması mümkün deyil. O. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 mobil telefonlarını oğurlamamış, 23 yanvar, 25 yanvar və 19 fevral 2022-ci il tarixlərdə “8ci km bazarı”nda olmamışdır. 24-cü polis şöbəsinə gətirildikdən sonra orada Mətləb adlı polis əməkdaşı tərəfindən işgəncələrə və təhqirə məruz qalmış, üzərində narkotik vasitə olmadığı halda, guya, 24-cü polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən metamfetamin aşkar olunduğu barədə sənədləşmə aparmışlar. Onun əvvəllər məhkumluğu olduğuna görə 24-cü polis şöbəsinin açılmamış oğurluq işlərini ona “yükləmişlər”. Polislər 24-cü polis şöbəsində demişlər ki, onsuz oğurluq əməlləri sübuta yetirilməyəcək, ona görə cibinə “patı” qoymaq lazımdır ki, tutulsun. Onun istifadəsində olmuş mobil telefonun anten dairələri və kamera görüntüləri götürülərsə, onun qeyd etdikləri öz təsdiqiniu tapar. Ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəni imzalamaqdan imtina etmişdir, lakin işin faktiki halları baxımından və ifadəsinə dəqiqləşdirmə aparılması zərurətindən həmin ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, təxminən 4-5 ilə yaxındır ki, narkotik vasitələrin aludəçisidir, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 181.2.1 və 181.2.5-ci maddələri ilə azadlıqdan məhrum edilmişdir. 26 fevral 2022ci il tarixdə saat 18 radələrində ünvan 1 ünvanında yerləşən “8-ci km bazarı”nın yaxınlığında olan zaman ona iki nəfər mülki geyimdə şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları adını soruşduqdan sonra onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində olarkən ona hüquq və vəzifələri izah olunmuş, həmçinin hüquqlarını müdafiə etmək üçün vəkil də dəvət olunmuşdur. Həmin otaqda hər kəsin iştirakı ilə ona təklif olunmuşdur ki, üzərində olan qeyri-qanuni əşyaları təqdim etsin. Həmin zaman və polis şöbəsinə gətiriləndə narkotik vasitə aludəçisi olduğunu, buna görə Nizami rayonu ərazisində yerləşən “8-ci km bazarı”ndan vətəndaşların ciblərindən müəyyən vaxtlarda pul və mobil telefonlar oğurladığını etiraf etmişdir. Əynindəki qara rəngli idman gödəkcəsinin sağ yan cibindən qırmızı ağ rəngli sellofana bükülmüş vəziyyətdə olan bir ədəd bükülünü çıxardıb təqdim etmiş, həmin bükülünün içərisində olan maddənin narkotik vasitə yəni “patı” olduğunu qeyd etmişdir. Həmin narkotik vasitəni 15 manat qiymətinə “20 Yanvar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən almışdır. 5-6 ildir ki, narkotik vasitə aludəçisi olduğu üçün, həmçinin azadlığa yeni çıxdığından, narkotik vasitə almaqdan ötrü Nizami rayonu ərazisində yerləşən “8-ci km bazarı”na gedib qabaqcadan, əsasən də qadınları müşahidə edərək sıxlıqdan istifadə edib ciblərindəki mobil telefonları və pul kisələrini oğurlayıb, əldə etdiyi mobil telefonları Xırdalan şəhərində yerləşən “Araz” mobil telefon mağazasını işlədən şəxsə satıb pul əldə etmişdir. 19 fevral 2022-ci il tarixdə saat 16-17 radələrində bir nəfər qadının gödəkcəsinin sol yan cibindən “Samsung Galaxy A 52” markalı mobil telefonu, 23 yanvar 2022-ci il tarixdə saat 15-16 radələrində bir nəfər qadının əynindəki gödəkcənin sol cibindən “X13 9 pro” markalı mobil telefonu və 25 yanvar 2022-ci il tarixdə saat 17-18 radələrində bir nəfər qadının əynində olan gödəkcənin sağ yan cibindən “X13 9” markalı mobil telefonu gizli şəkildə oğurlayıb, “Araz” adlanan mobil telefon mağasına satmışdır. Birinci dəfə olmuşdur ki, həmin şəxsdən narkotik vasitə almışdır. Narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmur, həmin maddəni öz istifadəsi üçün əldə etmişdir. Başqa yerdə narkotik vasitə, yaxud psixotrop maddə saxlamır. Təqsirləndirilən şəxs ifadəsinin elan olunmasından sonra həmin ifadə ilə razı olmadığını, ifadənin müstəntiqin sözləri ilə yazıldığını, hazırda məhkəməyə verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmədə son sözlə çıxışında isə Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, qardaşının ermənilər tərəfindən qətlə yetirilməsini, yaşlı anasının olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 23 yanvar 2022-ci il tarixdə təxminən saat 16 radələrində anası Şahid1 ilə birlikdə Nizami rayonu ərazisində yerləşən “8-ci km bazarı”na getmişlər. “Redmi Note 9 PRO” markalı, ***-***-**-** GSM nömrəsi ilə işlətdiyi mobil telefonu əynindəki gödəkcəsinin sol cibində olmuşdur. Bir xeyli bazarı gəzmişlər, təxminən saat 16:50 radələrində bazarın 8-ci sırasının girişində hiss etmişdir ki, telefonu cibində yoxdur. Anasına demişdir ki, deyəsən telefonunu oğurlayıblar. Bunu eşidən paltar satan cavan oğlan ona demişdir ki, indicə başında “beysbolka” olan bir oğlan onun cibindən telefonu çıxarıb tələsik qaçıb getmişdir və həmin oğlanı onlara göstərmişdir. Onlar görmüşlər ki, satıcının göstərdiyi oğlan 4-cü, 5-ci sıraya tərəf qaçaraq gedir, onu ancaq arxadan görmüşlər, həmin oğlan onların onu gördüyünü bilməmişdir. Həmin oğlanın arxasınca getsələr də, tapa bilməmişlər. Oğurlanmış “Redmi Note 9 PRO” markalı mobil telefonunu təxminən bir il yarım əvvəl 700 manata, ***-***-**-** GSM nömrəsini isə həmin ərəfələrdə 15 manata almışdır. Buna görə də ona ümumilikdə 715 manat maddi ziyan dəymişdir. Məhkəməyə vurduğu teleqramında ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini, şikayətçi olduğunu göstərsə də, hazırda fikrini dəyişmişdir, Təqsirləndirilən şəxs ailə vəziyyətinə görə ona qarşı şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 25 yanvar 2022-ci il tarixdə əri Şahid2 ilə birlikdə bazarlıq etmək üçün Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci km bazarı”na getmişdir. Həmin vaxt özünə məxsus “X13 9” markalı, 867 406 047 582 839 və 867 406 049 562 839 imei kodlu, üzərində 070-213- 83-84 mobil nömrə olan mobil telefon aparatı əynində olan gödəkçənin sağ yan cibində olmuşdur. Bazarda meyvə-tərəvəz satışı olan yerdə bir qədər gəzişib meyvə-tərəvəzin qiyməti barədə maraqlandıqdan sonra heç nə almadan əri ilə birlikdə gəzərək Q.Qarayev prospekti ilə üzü “Neftçilər” metrostansiyası tərəfə, Q.Qarayev prospekti, 61 ünvanında yerləşən telefon satışı mağazasına getmişlər. Həmin telefon mağazasında əri Rövşən telefonlarla maraqlanan zaman, təxminən saat 18 radələrində, gödəkçəsinin sağ yan cibində saxladığı mobil telefonunu götürmək istədikdə, cibində olmadığını görüb başa düşmüşdür ki, telefonu bazarda olarkən oğurlanmışdır. Belə ki, həmin bazara girən zaman telefonunu cibindən çıxararaq baxıb yenidən əynindəki gödəkçənin sağ yan cibinə qoymuşdur. Bazardan çıxdıqdan sonra yaxınlığında heç kim olmamışdır. Bazarın içində isə insanlar çox olduğundan sıxlıq olmuş, həmin sıxlıq zamanı gödəkçəsinin cibindəki mobil telefonu oğurlanmışdır. Ona məxsus “X12 9” markalı mobil telefon aparatı saz və işlək vəziyyətdə olmuş, telefonun ekranında bir-iki sm. cızıqdan başqa diyər yerində zədə olmamışdır. Mobil telefon aparatını 2020-ci ilin dekabr ayında kreditlə 650 manata almış, oğurlanan vaxt mobil telefonun qiyməti 380 manat təşkil etmiş, həmçinin telefonun üzərində olan 070- ***-**-** saylı mobil nömrənin qiyməti 10 manat olmuş, bununla da ona ümumilikdə 390 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 30 noyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs ailə üzvləri ilə razılaşmış və təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 19 fevral 2022-ci il tarixdə saat 17 radələrində meyvə almaq üçün Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci km bazarı”na getmişdir. Həmin vaxt özünə məxsus “Samsung” markalı, “Galaxy A52” modelli, 3555 9547 1867 556 imei kodlu, üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefon aparatı əynindəki qara rəngli gödəkçənin sol yan cibində olmuşdur. Bazarda bir qədər alver etdikdən sonra gəzərək Q.Qarayev prospekti, 91 ünvanında yerləşən “Diqlas” ticarət mərkəzinin qarşısına getmişdir. Həmin ticarət mərkəzinin qarşısında, saat təxminən 17 radələrində əlini gödəkçəsinin cibinə saldıqda mobil telefonunun cibində olmadığını bilmiş, başa düşmüşdür ki, telefonu cibindən oğurlanmışdır. Dərhal telefonun üzərindəki ***-***-**-** mobil nömrəyə zəng etmiş, lakin nömrəyə zəng çatmamışdır. Bundan sonra DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək bu barədə məlumat vermişdir. Onun mobil telefonu bazarda oğurlanmışdır, belə ki, bazara girən zaman telefonu cibindən çıxararaq baxıb yenidən əynindəki gödəkçənin sol yan cibinə qoymuşdur. Bazardan çıxdıqdan sonra onun yaxınlığında heç kim olmamışdır. Bazarın içində isə insanlar çox olduğundan sıxlıq olmuş, sıxlıq zamanı gödəkçənin cibindəki mobil telefonu oğurlanmışdır. Mobil telefon aparatını 2021-ci ilin aprel ayında kreditlə 850 manata, üzərindəki ***-***-**-** mobil nömrəni isə 5 manata almışdır. Bu səbəbdən ona ümumilikdə 855 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməsə də, Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 25 fevral 2022-ci il tarixdə saat 19 radələrində şəxsi işləri ilə əlaqədar Yasamal rayonuna getmək üçün Bakı şəhəri, Moskva prospekti, 61 ünvanında yerləşən "xxxx" ASC-nin qarşısındakı dayanacaqda dayanmış 193 saylı marşurut xəttinə minmişdir. Avtobus bir qədər hərəkət etdikdən sonra pul qabının cibində olmadığını görüb ətrafdakılardan maraqlanmış və pul qabının oğurlandığını anlamışdır. Pul qabı əynindəki gödəkçəsinin sağ yan cibində olmuş, içərisində 50 ABŞ dolları və 20 manat nağd pul, eləcə də 300 manat dəyərində qızıl üzüyü olmuşdur, pul qabını isə 35 manata almışdır. Həmçinin pul qabının içərisində alış-veriş etdiyi marketdən verilmiş, üzərində anket məlumatları və telefon nömrəsi olan qırımızı rəngli kart da olmuşdur. Avtobusa minən zaman pul qabı əynindəki gödəkçəsinin sağ yan cibində olmuşdur, hesab edir ki, avtobusda sıxlıq zamanı gödəkçəsinin cibindəki pul qabı oğurlanmışdır. Oğurluq zamanı ona ümumilikdə 440 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş maddi ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş şəxs (qızı) Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında, xidməti ərazidə yerləşən “8-ci km bazarı”nda zərərçəkmiş şəxslərin ciblərindən çıxarmaqla onların əmlakını gizli yolla talayıb oğurluq edən şəxsin kimliyini və cinayət əməllərini ifşa etmək məqsədi ilə keçirilən əməliyyat-axtarış təbirləri nəticəsində 23 fevral 2022-ci il tarixdə “8-ci km bazarı”nda Zərərçəkmiş şəxs1 gödəkçəsinin sol yan cibindən “X12 9 plus” markalı mobil telefonu, 25 yanvar 2022-ci il tarixdə “8-ci km bazarı”nda Zərərçəkmiş şəxs2 əynində olan gödəkçəsinin sağ yan cibindən “X12 9” markalı mobil telefonu və 19 fevral 2022-ci il tarixdə həmin bazarda Zərərçəkmiş şəxs3 gödəkçəsinin sol yan cibindən “Samsung Galaxy A52” markalı mobil telefonu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra keçirilmiş ilkin əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək 26 fevral 2022-ci il tarixdə “8-ci km bazarı” və ətraf ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin gün saat 18:00 radələrində Təqsirləndirilən şəxs Nizami rayonu, C.Naxçıvanski küçəsi, 48 ünvanında yerləşən “8-ci km bazarı”nda piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib oğurluq etməkdə şübhəli olduğunu bildirmişlər. Saxlanılan zaman Təqsirləndirilən şəxsla apardıqları şifahi sorğu zamanı o, narkotik vasitə aludəçisi olduğunu, bazarda vətəndaşların ciblərindəki əşyaları oğurladığını etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 24-cü polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq zəruri prosessual hərəkətlər icra edilmişdir. Daha sonra isə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmasından əvvəl təhqiqatçı tərəfindən barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rənli cins şalvarın arxa sağ cibindən göy rəngli “Xiaomi Redmi” markalı mobil telefon, əynindəki qara rəngli idman gödəkçəsinin sol yan cibindən “Winchester” yazısı olan ağ rəngli siqaret qutusu, həmin gödəkçənin sağ yan cibindən ağ sellofana bükülmüş vəziyyətdə olan bükülü, üzərində olan qara rəngli dəri gödəkçənin sol iç cibindən açıq qəhvəyi rəngli qadın pul kisəsini çıxarıb təqdim etmişdir. Həmin 01 ədəd ağ rəngli sellofan bükümə baxış keçirilən zaman içərisindən ağ rəngli kristal şəklində, spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Pul kisəsinin içərisinə baxdıqda 50 ABŞ dolları, üzərində Zərərçəkmiş şəxs4, ***-***-**-**, blok 76, mənzil 13 yazıları olan qırmızı rəngli kart, 2 ədəd ödəmə qəbzi, qırmızı rəngli üzərində Bakcell yazısı yazılmış nömrə paketi aşkar edilmişdir. 01 ədəd ağ rəngli sellofan bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristal şəklində spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Soğru zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “patı” kimi tanıdığı narkotik vasitə olduğunu, 4-5 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, həmin narkotik vasitəni “20 Yanvar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manat pul müqabilində 26 fevral 2022-ci il tarixdə aldığını, heç bir yerdə işləmədiyi üçün oğurluq etdiyini, Nizami rayonu ərazisindən yerləşən “Vasmoy” bazarından cari ilin yanvar və fevral ayında vətəndaşların ciblərindən oğurluq etdikdən sonra əldə etdiyi mobil telefonları Xırdalan şəhərində “Araz” adlı mobil telefon mağazasına satdığını və həmin pulla narkotik vasitəni aldığını bildirmişdir. Bundan başqa, sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş qəhvəyi rəngli qadın pul kisəsini “20 Yanvar” metrostansiyasının yaxınlığında avtobusda olan zaman bir nəfər qadının cibindən oğurlamışdır. Aşkar olunmuş bir ədəd ağ rəngli bükümdəki narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Əlavə sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs 25 fevral 2022-ci il tarixdə saxlanılması ilə bağlı tərəflərindən əməliyyat keçirilməmişdir, həmin şəxs 26 fevral 2022-ci il tarixdə saxlanılmış, eyni tarixdə raport yazmaqla şöbə rəhbərliyinə bu barədə məlumat vermişlər. Əməliyyat tədbirində onunla birlikdə əməliyyat müvəkkili Şahid5 iştirak etmişdir, tərəflərindən həmin şəxsə qarşı qanunsuz hərəkətə yol verilməmiş, hər hansı təzyiq göstərilməmişdir. Əməliyyat tədbirində Mətləb adlı polis əməkdaşı iştirak etməmişdir. Təqsirləndirilən şəxs əməllərini səmimi olaraq etiraf etməklə bu barədə izahat vermiş, həmçinin saxlanıldığı vaxtdan müdafiəçi ilə təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid5, Şahid4la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə icraatı zamanı görülmüş müvafiq tədbirlərə, məcburi gətirilməsinə dair qərar qəbul edilərək icrası üçün çoxsaylı tədbirlər görülməsinə baxmayaraq, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 iştirakının təmin edilməsi mümkün olmamış, bununla əlaqədar həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilərkən onun zərərçəkmiş şəxs (arvadı) Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 poçt vasitəsilə teleqram göndərərək, məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Lakin həmin şahidin məhkəmə iclasında bilavasitə dindirilməsinin zəruriliyini, ifadəsinin sübut əhəmiyyətini nəzərə alaraq, onun məcburi qaydada gətirilməsinə dair ayrılıqda iki dəfə qərar qəbul olunmuş, icra olunması üçün aidiyyəti üzrə əvvəl Abşeron rayon polis idarəsinə göndərilmiş, bundan sonra həmin polis orqanına təkrarən rəsmi məktublarla, o cümlədən şifahi müraciətlər edilməsinə baxmayaraq, qərarın icrası təmin edilməmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə edilmiş rəsmi müraciətlər də nəticəsiz qalmışdır. Bununla əlaqədar həmin şahidin məcburi gətirilməsinə dair yeni qərar qəbul olunaraq icrası Nizami rayon polis idarəsinə həvalə edilmiş, lakin şahidin yeri müəyyən edilə bilmədiyindən qərarın icrası mümkün olmamışdır. Qeyd olunanlar baxımından və şahidin teleqramı nəzərə alınmaqla onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid3 sözügedən ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Araz” adlı telefon mağazasını işlədir, həmin mağazada mobil telefonların alqısatqısı və təmirini həyata keçirir. Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayının əvvəllərindən tanıyır. Belə ki, Əziz 2022-ci ilin yanvar ayının əvvələrində onun işlətdiyi mağazaya mobil telefon gətirib satmışdır. Əziz həmin mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Əzizdən mobil telefonu bazar qiymətinə aldığından o, özünün əlavə bir neçə telefonu da olduğunu və vaxtaşırı həmin telefonları da satmaq üçün gətirəcəyini bildirmişdir. Bundan sonrakı müddətlərdə, yəni, 23 yanvar 2022-ci il tarixdə saat 17 radələrində “X12 9 pro” markalı mobil telefon, 25 yanvar 2022-ci il tarixdə saat 17-18 radələrində “X12 9” və 19 fevral 2022-ci il tarixdə saat 18 radələrində “Samsung Galaxy A 52” markalı mobil telefonu onun işlətdiyi mağazaya gətirib ona satmışdır. Əzizdən həmin mobil telefonları hansı qiymətə aldığını hazırda dəqiq xatırlamasa da, mobil telefonları orta bazar qiymətinə almışdır. Əzizdən aldığı telefonları isə sonradan “Tap.az” mobil tətbiqi vasitəsi ilə tanımadığı şəxslərə satmışdır. Hazırda həmin telefonları kimlərin istifadə etdiyini bilmir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, mobil telefonlar onun özünə məxsusdur. Həmin telefonların Əziz tərəfindən oğurlanmasından məlumatsız olmuşdur. Əgər, Əzizin həmin mobil telefonları oğurlayıb ona satdığını bilmiş olsaydı, ondan telefonları almazdı. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 27 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 23 yanvar 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 9-10) - 25 yanvar 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən zərərçəkmiş şəxs X2 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 17-19) - 19 fevral 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs3 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 28-29) - 26 fevral 2022-ci il və 27 fevral 2022-ci il tarixli protokollardan görünür ki, 26 fevral 2022-ci il tarixdə saat 18:55-dan saat 19:05-dək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Belə ki, Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı X5, həmin şöbənin cinayət-axtarış üzrə əməliyyat müvəkkilləri Şahid4 və Şahid5 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində 24-cü PŞ-nin inzibati binasında xidməti otaqlardan birində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rənli cins şalvarın arxa sağ cibindən göy rəngli “Xiomi Redmi” markalı mobil telefonu, əynindən olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən “Winchester” yazılı olan ağ rəngli siqaret qutusu, həmin gödəkçənin sağ yan cibindən ağ sellofana bükülmüş vəziyyətdə olan bükülü, üzərində olan qara rəngli dəri gödəkçənin sol iç cibindən açıq qəhvəyi rəngli qadın pul kisəsini çıxarıb təqdim etmişdir. 01 ədəd ağ rəngli sellofan bükümə baxış keçirilən zaman içərisindən ağ rəngli kristal şəklində spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Pul kisəsinin içərisinə baxdıqda 50 ABŞ dolları, üzərində Zərərçəkmiş şəxs4, ***-***-**-**, blok 76 mənzil 13 yazıları olan qırmızı rəngli kart, 2 ədəd ödəmə qəbzi, qırmızı rəngli üzərində Bakcell yazısı yazılmış nömrə paketi aşkar edilmişdir. 01 ədəd ağ rəngli sellofan bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristal şəklində spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “patı” kimi tanıdığı narkotik vasitə olduğunu, 4-5 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, həmin narkotik vasitəni “20 Yanvar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manat pul müqabilində 26 fevral 2022-ci il tarixdə aldığını, heç bir yerdə işləmədiyi üçün oğurluq etdiyini, Nizami rayonu ərazisindən yerləşən “Vasmoy” bazarından cari ilin yanvar və fevral ayında vətəndaşların ciblərindən oğurluq etdikdən sonra əldə etdiyi mobil telefonları Xırdalan şəhərində “Araz” adlı mobil telefon mağazasına satdığını və həmin pulla narkotik vasitəni aldığını bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq üzərindən aşkar edilmiş qəhvəyi rəngli qadın pul kisəsini “20 Yanvar” metrostansiyasının yaxınlığında avtobusda olan zaman bir nəfər qadının cibindən oğurladığını bildirmişdir. Aşkar olunmuş bir ədəd ağ rəngli bükümdəki narkotik vasitəyə bənzər maddə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aşkar edilmiş 01 ədəd qutuda üzərində ağ rəngli “Winchester” yazısı olan siqaret qutusu iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış video görüntüyə 27 fevral 2023-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 53-54, 81-82) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 27 fevral 2022-ci il tarixli 6/1210 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №164” möhür əksi olan, “Şübhəli şəxs... Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,378 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,378 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,328 qram qalıq qalmışdır. (i.v. 68-72) - 28 fevral 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.5 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (i.v. 96-97) - 01 aprel 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 müraciəti əsasında Yasamal RPİ-nin 29-cu PŞ-də toplanmış araşdırma materialı ********* nömrəli cinayət işinə əlavə edilməklə istintaq davam etdirilmişdir. (i.v. 155-156) - 25 fevral 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs4 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 163-164) - 02 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 tanınma üçün ona təqdim edilmiş pul qabılardan 3-cü sırada olan pul qabının ona məxsus olduğunu, həmin pul qabını əlamətlərinə, yəni üzərindəki naxışların formasına və ölçülərinə görə tanıdığını bildirmişdir. (i.v. 178) - 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD diskə “HP” markalı personal kompüterdə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, diskdə 04 ədəd JPG tipli, 08 ədəd MP4 tipli olmaqla ümumilikdə 12 ədəd fayl vardır. Fayllar bir-bir açıldıqda JPG tipli fayllarda “8-ci km bazarı” ətrafında əynində qara rəngli şalvar, qara rəngli gödəkçə, qara rəngli kepka, həmçinin ağız nahiyəsində qara rəngli tibbi maska olan kişi cinsli şəxsin bazardakı ticarət obyektlərinin yaxınlığında piyada hərəkət etməsi qeydə alınmışdır. Həmin şəxsin yaxından və uzaqdan video müşahidə qurğularının kameralarında əks olunmuş foto şəkillərindən onun Təqsirləndirilən şəxs olması ehtimal edilmişdir. Bundan başqa, diskdə olan MP4 tipli fayllara baxış keçirilərkən həmin şəxsin “8-ci km bazarı”nda müxtəlif günlərdə, həmçinin 18 yanvar 2022-ci il tarixdə saat 16:40 və 16:44 dəqiqələrdə bazardakı ticarət obyektlərinin ətrafında piyada hərəkət etməsi, eyni zamanda bazarın içəri hissəsindəki ticarət obyektlərinin arasındakı yol ilə piyada hərəkət etməsi müəyyən olunmuşdur. Video görüntülərdən həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. DVD disklə bağlı protokol tərtib edilərək disklə birlikdə iş materiallarına əlavə olunmuşdur. (i.v. 203) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 may 2022-ci il tarixli 9/3524 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində markalanma göstəricilərinə dair məlumat olmayan, 8,5smx12,5sm ölçülü süni dəri materialdan hazırlanmış çəhrayı-tünd qəhvəyi rəngli pul kisəsinin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 10,0 manat müəyyən edilir. (i.v. 237-239) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin direktor müavini, Komissiya sədri İ.E.Məmmədovun, Komissiyanın üzvləri publik hüquqi şəxsin direktor müavini E.K.Abuşovun, məruzəçi-şöbə müdiri F.M.İskəndərovun və həkim-nevropatoloq A.A.Məmmədəliyevanın iştirakları ilə tərtib edilmiş 20 may 2022-ci il tarixli aktdan görünür ki, Nizami RPİ-nin istintaq şöbəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs müayinə olunmaq üçün 01 aprel 2022-ci il, 05 may 2022-ci il, 19 may 2022-ci il və 20 may 2022-ci il tarixlərdə publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına gətirilməsinə baxmayaraq ekspertin verdiyi suallara cavab verməkdən qəti surətdə imtina etmiş, bu səbəbdən Ambulator Məcburi-Narkoloji tibbi müayinənin keçirilməsi mümkün olmamışdır. (i.v. 254) - 20 may 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.5 və 234.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndi Təqsirləndirilən şəxs şamil edilməmiş, Şahid3 əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmadığından və xarakterinə görə ayrıca baxılması mümkün olduğundan Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən işə daxil edilmiş materialların siyahısı, qərarların, protokolların və digər sənədlərin surətləri əlavə edilməklə iş üzrə maddi sübut olan psixotrop maddə metamfetamini sonuncuya qanunsuz olaraq satmış şəxs və ya şəxslərin və həmin cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin barəsində araşdırma materialı ayrılaraq araşdırması davam etdirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,378 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlə çıxılmaqla təmiz qalıq çəkisi 0,328 qram olan 01 ədəd bükümdə psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd pul qabı, 50 ABŞ dolları, üzərində Zərərçəkmiş şəxs4, ***-***-**-**, blok 76, mənzil 13 yazıları olan qırmızı rəngli kart, 2 ədəd ödəmə qəbzi, qırmızı rəngli üzərində Bakcell yazısı yazılmış nömrə paketi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və sahibi Zərərçəkmiş şəxs4 təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılması haqqında 26 fevral 2022-ci il tarixli istintaq hərkətinin video çəkilişi əks etdirilmiş 01 ədəd DVD formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (i.v. 259-272) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir, irəli sürdüyü dəlilləri əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin dəlilləri məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmış, lakin öz təsdiqini tapmamış, əksinə, irəli sürülmüş ittihamın əsaslı olması işin faktiki halları ilə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 25 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında deyil, 26 fevral 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “8-ci km bazarı” ərazisində 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır, məhkəmə iclasında baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə də təsdiq olunmuşdur ki, üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs tam sərbəst olmuş, törətdiyi cinayət əməllərinə uyğun məlumatları özü, sərbəst qaydada vermiş, üzərində olan psixotrop maddəni təqdim edərək onu hansı qaydada əldə etdiyini, bundan başqa oğurladığı pul qabını onun içərisində olan pul və digər şeylərlə birlikdə təqdim edərək sonradan adını bildiyi Pərvanə adlı şəxsin cibindən hansı qaydada oğurladığını, bundan başqa, narkotik vasitə əldə etmək üçün 23 yanvar 2022-ci il, 25 yanvar 2022-ci il və 19 fevral 2022-ci il tarixlərdə “8-ci km bazarı”nda üç nəfər zərərçəkmiş şəxsin ciblərindəki mobil telefonları hansı qaydada oğurlayaraq sonradan Xırdalan şəhərində Araz adlı şəxsə satdığını ətraflı izah və təsvir etmişdir. Onun təqdim etdiyi maddə ekspertiza tədqiqatına təqdim olunaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,378 qram çəkidə psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, müdafiə tərəfinin video görüntülərə əsasən Təqsirləndirilən şəxs bazarda olmasının onun oğurluq etməsi demək olmadığı, əməllərin sübuta yetirilmədiyi barədə dəlillərinin əsası yoxdur, belə ki, təqsirləndirilən şəxsin özü də təhqiqatçı tərəfindən aparılan şəxsi axtarışın qeydə alındığı video görüntülərdə əməllərini tam olaraq etiraf etmişdir, bundan başqa, Təqsirləndirilən şəxs məhz oğurluq əməllərinin baş verdiyi tarix və vaxtlarda məhz cinayət əməllərinin baş verdiyi yerlərdə olmuşdur, video görüntülərdən də aydın görünür ki, o, həmin anlarda öz şübhəli hərəkətləri ilə xüsusi diqqət çəkir, zərərçəkmişləri ardıcıl olaraq izləyir, əməli törətdikdən sonra isə ətrafa baxaraq və sürətli qaydada hadisə yerlərini tərk edərək gedir. Digər yandan, özünün etiraf etdiyi kimi, Təqsirləndirilən şəxs oğurladığı mobil telefonları özününkü kimi təqdim etməklə Xırdalan şəhərində, Şahid3 işlətdiyi telefon mağazasına satmışdır. Bu hal, adıçəkilən şahidin ifadəsi ilə də öz təsdiqini tapmışdır. Müdafiə tərəfinin anten məlumatlarının götürülməsi barədə vəsatətinin təmin edilməsi üçün də əsas olmamışdır, ilk növbədə nəzərə alınmalıdır ki, toplanmış sübutlar baxımından buna zərurət olmamışdır, həm də təqsirləndirilən şəxsin özünün istifadəsində mobil telefon olmamışdır, digər şəxslərə aid mobil telefonları işlətmişdir, eyni zamanda belə növdə sübutun olmaması, götürülməməsi ümumiyyətlə cinayət hadisəsinin baş verməməsi, təqsirləndirilən şəxs tərəfindən oğurluq və ya şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıma cinayətlərinin törədilməməsi barədə qənaətə gəlinməsi üçün əsas hesab oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 126.2-ci maddəsinə əsasən yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Eyni Məcəllənin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin baş vermiş cinayət hadisəsi, onun səbəbləri, xarakteri, mexanizmi və ya inkişafı üzrə verdikləri ifadələri, habelə qeydə alınmış video görüntüləri mötəbər sübut qismində qəbul edir, qeyd edir ki, bu sübutlar biri digərini tamamlayır, həmin sübutların şübhə altına alınması üçün hər hansı əsas yoxdur. Bundan başqa, Təqsirləndirilən şəxs 24-cü polis şöbəsində işgəncələrə və təhqirə məruz qalması barədə irəli sürülən dəlil yoxlanılmış, müəyyən edilmişdir ki, X3, oğlu Təqsirləndirilən şəxs tutularkən 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən döyülməsi barədə müraciəti əsasında Bakı şəhəri Nizami rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı polis əməkdaşları ilə yanaşı Təqsirləndirilən şəxs özünün də izahatı alınmışdır, həmin izahatında o, 26 fevral 2022-ci il tarixdə “8-ci km bazarı”nda olduğu zaman iki nəfər polis əməkdaşı tərəfindən saxlanıldığını, həmin tarixdə “20 Yanvar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən aldığı metamfetamini şəxsi axtarış zamanı polislərə təqdim etdiyini, saxlanılarkən, polis idarəsinə gətirilərkən və sonradan polis əməkdaşları tərəfindən nə fiziki, nə də mənəvi zorakılığa məruz qalmadığını, onlar tərəfindən hər hansı işgəncə və ya döyülmə hərəkəti baş vermədiyini göstərmişdir. Bununla da, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə müraciəti əsasında aparılmış araşdırma nəticəsində cinayət hadisəsi müəyyən edilmədiyindən, Bakı şəhəri Nizami rayon prokurorluğunun 08 aprel 2022-ci il tarixli qərarı ilə, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar sonradan məhkəmə nəzarəti və digər qaydada mübahisələndirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə müdafiə tərəfinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirsiz olması, iş üzrə bəraət hökmü çıxarılmalı olması barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Halbuki, məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddələrlə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisələri baş vermişdir; əməllərdə cinayət tərkibi vardır; cinayətlərin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisələrində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Eyni zamanda məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməsə də, məhkəmədə son zözlə etdiyi çıxışında əməlindən peşman olduğunu bildirib, cəzanı yüngülləşdirən müvafiq halın nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrar; zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid4 26 fevral 2022-ci il tarixli raportundan görünür ki, oğurluq əməlləri törətməkdə şübhəli və narkotik aludəçisi olan Təqsirləndirilən şəxs 26 fevral 2022-ci il tarixdə saxlanılaraq, 24-cü PŞ-nə gətirilmişdir. (i.v. 32) - 26 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 42) - 01 mart 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 26 fevral 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 117-120) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05 aprel 2022-ci il, 26 iyul 2022-ci il tarixli tələbnamələrdən, hökmlərin və qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 02 noyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 sentyabr 2003-cü il tarixli qərarı ilə 01 il 10 ay 06 gün vaxtından əvvəl şərti azad edilmiş; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, İmişli Rayon Məhkəməsinin 02 noyabr 2001-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 01 il 10 ay 06 günü CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya qismən toplanmaqla qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2004-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 10 ay 27 gününün 06 ayı CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.4-cü maddəsi ilə təqsirli bilinib, 11 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2004-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 01 il 07 ay 20 gün hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti olaraq 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qərarı ilə cinayət qanunvericiliyində edilmiş dəyişikliyə dair 20 oktyabr 2017-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası CM-nin 181.3.4-cü maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 181.2.1 və 181.2.5-ci maddələrinə tövsif edilmiş, həmin maddə ilə təyin edilmiş 11 il 06 ay müddətinə, CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş 12 il müddətinə azadlıqdan məhrum etmə cəzaları dəyişdirilmədən saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin 21 iyun 2018-ci il tarixli qərarı ilə sözügedən qərar cəza təyini hissəsində dəyişdirilərək CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 11 il 06 aydan 10 ilə, CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 12 ildən 11 ilə endirilmiş, Şəki Penitensiar müəssisəsinin Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi ilə razılaşdırılmış 13 noyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan (çəkilməmiş 01 ay 17 gün) azad edilmişdir. (i.v. 184-186, 218-230) -Məhkəməyə təqdim edilmiş 26 aprel 2006-cı il tarixli arayışın surətindən görünür ki, X6 15 noyabr 1988-ci il tarixdə Ermənistan Respublikası, Tumanyan rayonunda ermənilər tərəfindən qətlə yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş üzrə iki nəfər zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, iki nəfər zərərçəkmiş şəxsin isə şikayətinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 7-ci hissəsinə əsasən həmin Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Hansı ki, Təqsirləndirilən şəxs təsnifatına görə ağır cinayət hesab edilən Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri təqsirli bilinərək məhkum edilmişdir, belə olan halda, baxmayaraq ki, o, sözügedən Amnistiya Qərarının 2.4-cü bəndinə (az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər) əsasən cəzasının çəkilməmiş 01 ay 17 gün hissəsindən azad edilmişdir, o, istinad olunan Qərarın 7-ci hissəsinin müddəlarının təsiri altına düşmür, məhkumluğu götürülməmiş hesab edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin residivi təhlükəli sayılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 02 noyabr 2001-ci il tarixli hökmü üzrə cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətdiyindən, Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2004-cü il il tarixli hökmü üzrə cəza təyini zamanı həmin hal cinayətlərin residivi kimi nəzərə alınmamışdır. 11 noyabr 2004-cü il tarixli hökm üzrə törədilmiş cinayət əməli ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxslə 04 avqust 2004cü il tarixdə zərərçəkmişə məxsus avtomobilin qabaq sol yan pəncərəsini daşla vurub sındıraraq, avtomobilin içərisinə qanunsuz daxil olmuş, salondan 450.000 manat dəyərində kiçik ekranlı televizoru gizli yolla oğurlayıb talayaraq zərərçəkmişə 450.000 manat məbləğində ziyan vurmuşdur. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə cinayət qanunvericiliyində həmin kateqoriyadan olan cinayətlərə görə edilmiş dəyişikliklər ona münasibətdə tətbiq edilməmişdir. Hansı ki, 01 dekabr 2017-ci il tarixdə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu qüvvəyə minmişdir, həmin Qanunun 1.61.7-ci maddəsinə əsasən CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin redaksiyasına görə Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs isə 450.000 manat, yəni yeni məzənnə ilə 90 manat dəyərində əmlakı gizli olaraq talayıb oğurluq etmişdir ki, bu məbləğ yüz manatdan aşağı məbləğ olmuşdur. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsinin olması barədə Cinayət Məcəlləsinin 10-cu maddəsinin göstərişlərini, təqsirləndirilən şəxsin mənafeyini, humanizm və ədalət prinsiplərini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, baxmayaraq ki, Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2004-cü il il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs əməli tənzimlənməmiş, yeni qanunvericiliyə uyğunlaşdırılmamışdır, həmin əməl özlüyündə atıq ictimai təhlükəliliyini, əhəmiyyətini itirmişdir, cinayət sayılmır, ona görə qeyd olunanlar təqsirləndirilən şəxsin mənafeyinə uyğun qaydada həll edilməklə cinayətlərin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Bununla da, məhkəmə hesab edir ki, hazırda qəsdən az ağır cinayət törətmiş Təqsirləndirilən şəxs əməlində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2008-ci il tarixli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2011-ci il tarixli hökmlərinə münasibətdə cinayətlərin təhlükəli residivinin olması müəyyən edilmişdir, onun hökmlərin məcmusu üzrə qeyd olunan məhkumluqları ödənilməmişdir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.5 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzalarının son həddinin (müvafiq olaraq 05 il və 03 il ) üçdə ikisindən az olmamalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 01 mart 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 26 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında onun 25 fevral 2022ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması barədə göstərdikləri öz təsdiqini tapmamışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 01 ədəd pul qabının, 50 ABŞ dolları pulun, üzərində Zərərçəkmiş şəxs4, ***-***-**-**, blok 76, mənzil 13 yazıları olan qırmızı rəngli kartın, 02 ədəd ödəmə qəbzinin, qırmızı rəngli üzərində Bakcell yazısı yazılmış nömrə paketinin məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs4 təhvil verilməsi nəzərə alınmalı, 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,328 qram psixotrop maddə metamfetamin məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93.3-cü maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Məhkəmə qeyd edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacının olub-olmaması məsələsinin yoxlanılması üçün ekspertiza təyin edilmişdir, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin müvafiq şəxsləri tərəfindən tərtib edilmiş 20 may 2022-ci il tarixli akta əsasən Təqsirləndirilən şəxs müayinə olunmaq üçün 01 aprel 2022-ci il, 05 may 2022-ci il, 19 may 2022-ci il və 20 may 2022-ci il tarixlərdə publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına gətirilməsinə baxmayaraq ekspertin verdiyi suallara cavab verməkdən qəti surətdə imtina etmiş, bu səbəbdən Ambulator Məcburi- Narkoloji tibbi müayinənin keçirilməsi mümkün olmamışdır. Ona görə məhkəmə hesab edir ki, tibbi xarakterli məcburi tədbirin tətbiqinə əsas verən rəy olmadığına görə bununla bağlı qərar qəbul edilmir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 120 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 26 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 01 ədəd pul qabının, 50 ABŞ dolları pulun, üzərində Zərərçəkmiş şəxs4, ***-***-**-**, blok 76, mənzil 13 yazıları olan qırmızı rəngli kartın, 02 ədəd ödəmə qəbzinin, qırmızı rəngli üzərində Bakcell yazısı yazılmış nömrə paketinin məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs4 təhvil verilməsi nəzərə alınsın, 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,328 qram psixotrop maddə metamfetamin məhv edilsin. Məhkəmə məsrəfi hesab olunan cəmi 160 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 120 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 müvafiq hesablaşma hesabı üzərindən 720 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-17/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-17/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver