Məhkəmə qərarları › İş №1(007)-17/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-17/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-17/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx.xx.1997-ci ildə Astara rayonu, Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Astara rayonu, Ərçivan kəndində qeydiyyatda olan, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 29 iyun 2022-ci il tarixdə, saat 17 radələrində tanışı Zərərçəkmiş şəxs2 qohumu Zərərçəkmiş şəxs1 məxsus 5034 manat nağd pul vəsaitini xarici valyuta olan ABŞ dolları ilə dəyişmək istədiyini öyrənib Zərərçəkmiş şəxs2 köməklik edəcəyinə dair yalan vəd verib etibardan sui-istifadə edərək aldadıb bu adla Zərərçəkmiş şəxs1 qardaşı X3 vasitəsilə Zərərçəkmiş şəxs2 göndərdiyi 5034 manat nağd pul vəsaitini sonuncudan ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin filialının qarşısında alıb birlikdə bankın inzibati binasına daxil olduqdan sonra Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil telefona zəng gəlməsi səbəbindən telefonla danışmaq üçün binadan çıxmasından istifadə edərək öz növbəsində filialın binasını tərk edib Zərərçəkmiş şəxs1 məxsus 5034 manat məbləğində pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2lə 29 iyun 2022-ci il tarixdə tanış olmuş, məşqdə zalda olarkən Rauf ona yaxınlaşaraq Rusiya Federasiyasından adına pul gəlməli olduğunu, lakin aylıq limiti keçdiyini bildirmiş, pulun onun adına göndərilməsini və onun çıxarıb Raufa təqdim etməsini xahiş etmişdir. O da razılaşaraq bu barədə Cahandarla danışmış., Cahandar, o və Rauf birlikdə banka yaxınlaşmış, o, bankdan adına Raufun göndərtdiyi pulu çıxararaq Raufa vermişdir. Daha sonra Cahandar bankın içərisində olarkən Rauf ondan çıxardığı məbləği ABŞ dollarına çevirməyi xahiş etmiş, o da razılaşaraq banka daxil olmuş, lakin bankdan çıxdıqda Zərərçəkmiş şəxs2 orada görməmişdir. Bir neçə dəqiqiə gözləsə də, Rauf gəlməmiş, o da məşqə tələsdiyi üçün zala geri qayıtmışdır. Hazırda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəyən ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını, onunla barışdıqlarını, həmçinin vurulmuş ziyana görə iyirmi beş faizi miqdarında pul vəsaitini dövlət büdcəsinə tamamilə ödədiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 29 iyun 2022-ci tarixdə xalası oğlu Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, Rusiya Federasiyası, Moskva şəhərində yaşayan və işləyən qardaşı X3 onun üçün 9000 ABŞ dolları pul göndərmək istəyir, lakin sonuncunun adına bank sistemində limit yarandığı üçün onun adına həmin 9000 ABŞ dollarının göndərilməsini xahiş etmiş, adambaşı bank limiti 5000 ABŞ dolları həddində olduğundan İlkinə bildirmişdir ki, qardaşı Emil həmin 9000 ABŞ dollarının 3000 ABŞ dollarını tanışı Təqsirləndirilən şəxs adına, digər 3000 ABŞ dollarını tanışı Şahid1 adına göndərə bilər. İlkin də onunla razılaşmış, Cahandarın adına 3000 ABŞ dolları, Təqsirləndirilən şəxs adına ayrıca 3000 ABŞ dolları göndərilmiş, Təqsirləndirilən şəxs ilə görüşüb birlikdə Xətai rayonunda yerləşən Azərbaycan Beynəlxalq Bankının filialına yaxınlaşmış və öz adına göndərilmiş 3000 ABŞ dollarını milli valyuta ilə 5034 manat olaraq nağdlaşdırmışdır. Bundan sonra birlikdə Cahandarın idman eldiyi trenajor zalında Cahandarla görüşüb Nizami rayonu, Q.Qarayev metrostansiyasının yaxınlığında yerləşən Azərbaycan Beynəlxalq Bankının filialına gəlmişlər. Filialda o, 5034 manat pulu ABŞ dollarına dəyişmək istəsə də, filial əməkdaşı onun adında bank limiti olduğundan bu əməliyyatın mümkün olmadığını bildirmiş, Əli də ona adına bank limiti olmadığını, həmin 5034 manat pulu öz adına ABŞ dollarına dəyişdirə biləcəyini demiş, o da razılaşmış və filialın içərisində Cahandarın yanında cibindəki 5034 manat pulu çıxarıb Əliyə vermiş, bu vaxt onun telefonuna zəng gəldiyindən filialdan çıxıb özünə məxsus avtomobilə oturaraq telefonla danışmış, 10 dəqiqə sonra Cahandar ona yaxınlaşaraq Əlinin harada olduğunu soruşmuş və bildirmişdir ki, Əli çölə çıxaraq qayıdacağını bildirmiş, lakin qayıtmamışdır. Bundan sonra Əliyə dəfələrlə zəng etsə də, telefonu sönülü olduğundan onunla əlaqə saxlaya bilməmiş, DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Hadisə ilə bağlı ona ümumilikdə 5034 manat məbləğində maddi ziyan dəymişdir. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənildiyindən onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs idman zalından tanıyır, məşq yoldaşı olmuşdur. 29 iyun 2022-ci il tarixdə Nizami rayonu, Q.Qarayev metrostansiyasının yaxınlığında yerləşən sözügedən idman zalında məşq edən zaman Təqsirləndirilən şəxs ona zəng edərək adına pul gələcəyini və limiti olmadığından pulu çıxarmaqda ona köməklik etməyini xahiş etmiş, onun da Əli ilə yaxın münasibəti olduğundan onun sözündən çıxmamış və onunla razılaşmışdır. Həmin gün Təqsirləndirilən şəxs və sonradan tanıdığı Rauf adlı şəxslə Q.Qarayev metrostansiyası yaxınlığında yerləşən Beynəlxalq Bankın filialına getmişlər. Filialda adına gələn 3000 ABŞ dollarını milli valyuta ilə 5034 manat olaraq bankdan götürmüş və çölə çıxaraq avtomobildə gözləyən Raufa vermişdir. Zərərçəkmiş şəxs2 ilə hadisə günü, yəni 29 iyun 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs vasitəsilə tanış olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4yır. Rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs2 xalasıoğludur. Zərərçəkmiş şəxs2 şikayəti əsasında Nizami RPİ-də istintaq olunan cinayət işi barədə məlumatı var. Rusiya Federasiyası Moskva şəhərində yaşayan qardaşı Emil Əzimov 29 iyun 2022-ci il tarixdə onun üçün 9000 ABŞ dolları pul göndərmək istədiyini bildirmişdir. Qardaşı həmin pulu xarici valyuta ABŞ dolları şəklində göndərmək istədiyindən və onun dollar limiti olmadığından qardaşı Emilə bildirmişdir ki, pulu xalası oğlu Zərərçəkmiş şəxs2 adına göndərsin. Buna görə Raufdan xahiş etmişdir ki, pulu nağdlaşdırmaqda ona kömək etsin. Zərərçəkmiş şəxs2 də həmin 9000 ABŞ dollarını həm öz adma, həm də tanışları Təqsirləndirilən şəxs və Şahid1 adma milli valyuta manat şəklində olmaqla nağdlaşdırmış, Raufun dediyinə görə Təqsirləndirilən şəxs "xxxx" nın Nizami rayonunda fəaliyyət göstərən filialında 5034 manat pulu ABŞ dollarına dəyişdirmək adı ilə Raufdan alıb ələ keçirərək oradan uzaqlaşmışdır. 04 avqust 2022-ci il tarixdə xalasıoğlu Rauf özünə məxsus Lada Priora markalı avtomobilini satıb ona olan 5034 manat borcunu qaytarmışdır. 2022-ci ilin oktyabr ayının ortalarında, dəqiq xatırlamadığı tarixdə dostu Şahid2 ilə bilrikdə olan zaman xalasıoğlu Rauf Eltona zəng edərək bildirmişdir ki, Türkmən adlı şəxs ona zəng edərək Təqsirləndirilən şəxs məsələsi ilə bağlı Raufla görüşmək istədiyini bildirmişdir. Rauf bu barədə Eltona telefonda dedikdə onlar, yəni Eltonla özü ertəsi gün, dəqiq xatırlamadığı tarixdə Raufla birlikdə metronun Memar Əcəmi stansiyasının yaxınlığında Türkmən adlı şəxslə görüşmüşlər. Görüş zamanı Türkmən Raufa bildirmişdir ki, Əli ilə bağlı polis idarəsinə etdiyi şikayəti geri götürsün, Əli ona 2500-3000 manat pul qaytaracaq. Lakin, Rauf Türkmənə bildirmişdir ki, belə olan halda Əli onunla birlikdə polis idarəsinə gedib idarədə müstəntiqin yanında 3500 manat pul versin və pulun geri qalanını da qaytaracağına dair iltizam versin. Türkmən bu barədə Əli ilə danışaraq məsləhətləşəcəyini və bu barədə Raufa xəbər edəcəyini bildirmişdir. Metrostansiyanın yanında görüşüb bir neçə dəqiqə ayaq üstə söhbət edib ayrılmışlar. Görüş vaxtı özünə məxsus mobil telefonla kənardan Elton, Türkmən, Nurlanın birlikdə fotoşəklini çəkmiş, həmin fotoşəkli istintaqa təqdim etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs2 dostudur. Zərərçəkmiş şəxs2 şikayəti əsasında Nizami RPİ-də istintaq olunan cinayət işi barədə məlumatı var. Belə ki, 2022-ci ilin oktyabr ayının ortalarında, dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, Türkmən adlı şəxs ona zəng edərək Təqsirləndirilən şəxs məsələsi ilə bağlı onunla görüşmək istədiyini bildirmişdir. Rauf bu barədə ona bildirərək Türkmənlə birlikdə gedib görüşmələrini xahiş etmişdir. O da həmin günün ertəsi, dəqiq xatırlamadığı tarixdə Raufla birlikdə metronun Memar Əcəmi stansiyasının yaxınlığında Türkmən adlı şəxslə görüşmüşlər. Türkmən Raufa bildirmişdir ki, Əli ilə bağlı polis idarəsinə etdiyi şikayəti geri götürsün, Əli ona 2500-3000 manat pul qaytaracaq. Lakin, Rauf Türkmənə bildirmişdir ki, belə olan halda birlikdə polis idarəsinə gedib idarədə müstəntiqin yanında 3500 manat pul versin və pulun geri qalanını da qaytaracağına dair iltizam yazsın. Türkmən bu barədə Əli ilə danışıb məsləhətləşib Raufa xəbər edəcəyini bildirmişdir. Metrostansiyanın yanında görüşüb bir neçə dəqiqə ayaq üstə söhbət edib ayrılmışlar. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 6ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Odlar Yurdu Universitetində ali təhsil alır. Zərərçəkmiş şəxs2 də onunla eyni universitetdə eyni qrupda təhsil alır. Dəqiq xatırlamadığı tarixdə qrup yoldaşı Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, xarici ölkədən onun üçün pul göndərmək istəyirlər, onun adma limit olduğundan ABŞ dolları ilə onun adma pul nağdlaşdırmaq olmur, buna görə də tanışı varsa onun şəxsiyyətini təsdiq edən sənəd ilə adma pul göndərilə bilər, həmin pulu nağdlaşdıra bilər. Bu məsələdə ona köməklik etməyini bildirmişdir. O da bu barədə tanışı, onunla birlikdə Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında fəaliyyət göstərən “Qalib” idman zalından tanıdığı Təqsirləndirilən şəxs bildirmiş və sonuncudan şəxsiyyət vəsiqəsinin fotoşəklini onun telefonuna göndərməsini bildirmişdir. Bu məsələdə heç bir marağı olmamışdır. Sonradan Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Bundan sonra onların arasında olanlar barədə heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs1 təqdim etdiyi fotoşəkil ilə tanış olaraq bildirmişdir ki, həmin fotoşəkildə özüdür. Lakin, həmin vaxtı Raufla görüşəndə ona bildirmişdir ki, Əli ilə arasında olan pul məsələsində onun adını hallandırmasın. Aralarında başqa heç bir danışıq olmamışdır. Zərərçəkmiş şəxs2 adma pul göndəriləcək şəxsə hər hansı məbləğdə pul verəcəyi barədə vəd verməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. 72-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən, bu Məcəllənin 73-1.2, 73- 1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatmadığı hallarda, şəxsin həmin maddələrdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi məsələsinə baxılarkən, dövlət büdcəsinə ödəniş başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın on faizi miqdarında müəyyən olunur. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli və Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizələrinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbi yoxdur, onunla barışmışlar. İş materiallarında olan xx.xx.2024 və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən müvafiq olaraq dövlət büdcəsinə cinayət əməli nəticəsində vurulmuş ziyanın 25 faizi - ümumilikdə 1258.5 (bir min iki yüz əlli səkkiz manat 50 qəpik) manat pul vəsaiti ödənilmişdir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Hazırkı cinayət işi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə» qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, qərarın icrası ilə bağlı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyası ərazisində tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasına göndərilmişdir. CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs2 təqdim etdiyi, Təqsirləndirilən şəxs ilə aparılan telefon danışıqları zamanı qeyd edilən videogörüntünün əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərlə barışdığına, zərərçəkmiş şəxslərə dəymiş ziyanı, dəymiş ziyanın iyirmi beş faizi miqdarında pul vəsaitini dövlət büdcəsinə tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs2 təqdim etdiyi, Təqsirləndirilən şəxs ilə aparılan telefon danışıqları zamanı qeyd edilən videogörüntünün əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar