Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-170/2021 19.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs), onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1976-cı il tarixdə Qazaxıstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında ünvan 1-də qeydiyyatda olmaqla yaşayan - Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirməklə, qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, xx xxxx 2021-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefona gecə saatlarında mesaj gəlməsi səbəbindən aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı başı ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən, sağ əli ilə sol göz nahiyəsindən qəsdən vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid alnın sol yarısının və burun belinin şişkinlik halında əzilməsi, sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən sol gözaltı nahiyəsinin qançırı xəsarətləri yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2008-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuşdur, ünvan 1 ünvanında müvəqqəti ceydiyyatda olmaqla arvadı və üç azyaşlı uşağı ilə birlikdə yaşayır. xx xxxx 2021-ci il tarixdə saat 22 radələrində yaşadıqları mənzildə olarkən Sveta əlində olan mobil telefon aparatı ilə uzun müddət ərzində məşğul olduğu üçün ondan mobil telefonu alıb mesaj bölümünə baxmış, bu zaman yaxın oğlan qohumlarının Svetaya “Novruz bayramı” ilə əlaqədar bayram mesajları yazdıqlarını görmüşdür. Svetadan oğlan qohumlarının ona hansı səbəbdən gecə saatlarında təbrik mesajları yazmasını soruşmuş, lakin Sveta verilən suallara cavab verməyərək söhbətdən yayınmağa çalışmışdır. O, israrla verdiyi suala ondan cavab almaq istəyən zaman Svetanı qısqandığı üçün bununla bağlı aralarında mübahisə yaranmış, nəticədə əsəbləşib başı ilə Svetanın alın nahiyəsinə və sağ əli ilə sol göz nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Xəsarət aldığı üçün Sveta ondan şikayət etmişdir. Hazırda o, Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tamamilə ödəmiş, ondan üzrxahlıq edib səmimi peşmançılığını bildirmişdir. Zərərçəkmiş şəxs onunla barışmışdır, ona qarşı heç bir tələb, şikayət və iddiası yoxdur. Barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, 2008-ci ildə Təqsirləndirilən şəxslə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyat qeyd etdirməklə ailə həyatı qurmuşlar, onların birgə nikahdan xx xxxxxx 2009-cu il təvəllüdlü qızı X2, xx xxxxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxxxx 2017-ci il təvəllüdlü X4 doğulmuşdur. Ailəlikcə ünvan 1 ünvanında yaşayırlar. Həyat yoldaşını Hafiz deyə çağırırlar. xx xxxx 2021-ci il tarixdə saat 22 radələrində yaşadıqları mənzilin qonaq otağında olarkən qohumluq əlaqəsində olan şəxslərdən onun istifadəsində olan mobil telefona “Novruz bayramı” ilə bağlı təbrik mesajı daxil olmuşdur. Həmin vaxt Hafiz qısqanclıq edərək mesajı kimin yazdığını soruşmuş və hansı səbəbdən mobil telefondan uzun müddət istifadə etdiyi üçün iradını bildirməklə mobil telefonu istəmiş, o da telefonu Hafizə vermişdir. Hafiz telefonda mesaj bölümünə baxdıqdan sonra mesajlara görə onunla mübahisə etmiş, mübahisə zamanı Hafiz əsəbləşərək başı ilə onun alın, burun nahiyyəsinə, sağ əli ilə sol göz nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Yaşadıqları mənzil iki otaqdan ibarətdir, hadisə zamanı azyaşlı uşaqları digər otaqda yatmışlar, onların müahisəsinə şahid olan olmamışdır. Hazırda özünü yaxşı hiss edir, Hafiz ona vurduğu maddi ziyanı ödəmişdir, Hafizlə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin xx xxxx 2021-ci il tarixli 229 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs alnın sol yarısının şişkinlik halında əzilməsi, sol gözaltı nahiyəsinin qançırı, burun belinin şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx xxxx 2021-ci il tarixdə alınmaları mümkündür. Dərəcələrə görə alnın və burun belinin şişkinlik halında əzilməsi, həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, sol gözaltı nahiyəsinin qançırı sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (i.v. 29-30) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 42) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi yaranmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 66-68) Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) Zərərçəkmiş şəxs ilə artıq barışdığını göstərmiş, bu barədə ərizəni məhkəməyə təqdim edərək cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) ona vurduğu ziyanı ödədiyini və barışdıqlarını göstərərək təqsirləndirilən şəxsin barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) və Zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə yazılı müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) cinayət qanunun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin təhqiqat zamanı və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs), zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilsin. Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) təhqiqat zamanı və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.W.İ.RT.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-170/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-170/2021
19.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver