Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-170/2024 19.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərzadə Fərid Polad oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs: xx.xx.1987-ci ildə Tovuz rayonu, Sarıtala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Sarıtala kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs GİTA-170823/Sİ01 nömrəli sertifikat əsasında taxtabənd/dəmirbənd üzrə inspektor kimi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi əsasında "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında aparılan qeyri-yaşayış obyektinin tikintisi zamanı dam örtüyündə montaj və fasad işlərinin görülməsi üçün dəmir konstruksiya üzərində ayaqaltı quraşdırılmasından ötrü "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanılmış 07 iyun 2023-cü il tarixli icarə müqaviləsi, "xxxx" MMC ilə isə taxtabənd/dəmirbənd üzrə inspektor kimi onun arasında bağlanılmış “Müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərinin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsi haqqında” 01 iyul 2023-cü il tarixli, 1167 nömrəli müqavilənin 1.1 və 6.1-ci bəndlərinin tələblərinə əsasən o, müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərinin montajı və demontajı ilə bağlı xidmətlər göstərməyi, müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməsi vəzifəsini öhdəsinə götürməklə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 24 oktyabr 2016-cı il tarixli, 20/01-005 nömrəli qərarı ilə təsdiq edilmiş “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”-nın 5.27.3 və 5.27.4 bəndlərinin tələblərinə əsasən məhəcərlər və başqa qoruyucu qurğular, platformalar, döşəmələr, konsollar, dayaqlar, köndələn atılan tirlər, pilləkənlər və panduslar asan quraşdırılmalı və etibarlı bərkidilməli, dağılmadan və dayanıqlığını itirmədən saxlanmalı və istismar olunmalı olduğu halda, həmin təhlükəsizlik qaydalarının tələblərini pozaraq tikintisi aparılan obyektin birinci mərtəbəsindən dördüncü mərtəbəsinə kimi onun rəhbərliyi ilə dəmir konstruksiya üzərində quraşdırılmış ayaqaltının döşəməsinin etibarlı şəkildə bərkidilməsini təmin etməməsi səbəbindən 20 oktyabr 2023cü il tarixdə saat 17 radələrində obyektin dam örtüyündə montaj və fasad işləri aparılarkən ayaqaltının taxta döşəməsində olan taxtanın yerdəyişməsi ilə əlaqədar "xxxx" MMC-nin fəhlə köməkçisi X1 ikinci mərtəbənin döşəməsinə yıxılması nəticəsində ehtiyatsızlıqdan sonuncu həyat üçün təhlükəli olan baş beyinə subdural qansızma, sağ tərəfli hemopnevmotoraks və kontuziya ilə müşayiət olunan kəllə və üz, sağ Vİ-X qabırğalarının, çanaq sümüklərinin sınıqları xəsarətlərini almaqla sağlamlığına ağır zərər vurulmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ehtiyatsızlıqdan bu hadisəni törətmişdir. Əməlindən peşmandır. İstintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı ifadə verərək bildirmişdir ki, 2023-cü ilin may ayından etibarən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamış, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin təlimlərində iştirakından sonra 3 illik “taxtabənd/dəmirbənd üzrə inspektor” kimi sertifikat verilmiş, qeyd edilən sertifikata əsasən o, tikinti-quraşdırma işlərini həyata keçirməyə lisenziyası olan müxtəlif şirkətlərlə xidmət müqaviləsi bağlayaraq cəmiyyətlər tərəfindən təqdim olunmuş dəmirbənd və taxtabəndlərin quraşdırılmasına rəhbərlik edir və qeyd edilən qurğuların təhlükəsiz şəraitdə istismara verilməsini təmin edir, fiziki şəxs olaraq fəaliyyətə başladıqdan sonra hazırda təxminən 5-6 nəfər fəhlə və ustası vardır, o, hazırda müxtəlif şirkətlərdən taxtabənd quraşdırılması işi ilə bağlı bağladığı xidmət müqaviləsi əsasında müasir ayaqaltı, betonalt iskələ və dəmir dirəklər sistemlərinin quraşdırılması və sökülməsi işini həyata keçirir, qeyd etdiyi kimi, həmin işlərə tərəfindən rəhbərlik həyata keçirilir və işçiləri tərəfindən ayaqaltının quraşdırılması işi yekunlaşdırıldıqdan sonra ayaqaltının təhlükəsiz şəraitdə quraşdırılması tərəfindən yoxlanılır, 2023-cü ilin iyun ayının sonlarında "xxxx" MMC-nin direktoru Emin Adıgözəlov onu tanıdığı üçün müraciət edərək Naxçıvanski küçəsində tikintisi aparılan qeyri-yaşayış obyektinin tikintisinə “müasir ayaqaltı, betonalt iskələ və dəmir dirəklər sistemlərinin quraşdırılması və sökülməsi” işinin icra olunmalı olduğunu, qeyd edilən ayaqaltıların quraşdırılması işinin onun tərəfindən görülməsini istədiyini bildirmiş, bundan sonra "xxxx" MMC ilə onun arasında bu barədə xidmət müqaviləsi bağlanmış, qeyd edilən müqaviləyə əsasən tərəfindən "xxxx" MMC-nin balansında olan tikilməkdə olan qeyd edilən obyektdə zəruri hissələrinə ayaqaltıların quraşdırılması təşkil edilmiş, həmin ərazidə işlər "xxxx" MMC-nin işçiləri tərəfindən həyata keçirilmiş, quraşdırılacaq ayaqaltının yeri və hündürlüyü, ölçüsü barədə məlumatlar tikintitəmir işləri görən "xxxx" MMC və tikintinin sahibi "xxxx" MMC-nin iş icraçıları tərəfindən verilmiş, həmin müqavilə əsasında işçiləri Tural Quliyev, Şahid2 və Nurəddin Məmmədov tərəfindən qeyd edilən obyektdə fasad işlərinin görülməsi məqsədilə ayaqaltı quraşdırılmış, qeyd edilən ayaqaltılara tərəfindən baxış keçirilməklə "xxxx" MMC-nin Sərraf adlı iş icraçısı və Elçin adlı mühəndisinə təhvil verilmiş, "xxxx" MMC "xxxx" MMC ilə ayaqaltıların icarə verilməsi ilə bağlı müqavilə bağladıqdan sonra ayaqaltılar "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə icarəyə verilir, qeyd edilən ayaqaltıların quraşdırılması məqsədilə isə onunla müqavilə bağlanılır, göstərdiyi kimi tabeliyində olan adlarını qeyd etdiyi işçilər tərəfindən "xxxx" MMC-nin balansında olan tikinti obyektində ayaqaltı quraşdırma işləri görülərək təhvil verilmiş, ayaqaltı quraşdırıldıqdan sonra tərəfindən həmin ayaqaltıya baxış keçirilməklə dayanıqlılığı yoxlanılır, təhlükəsiz istismar edilməsini istisna edən hallar aradan qaldırıldıqdan sonra hər quraşdırılan ayaqaltının giriş hissəsində istifadəsinə icazə verilən yaşıl rəngli xüsusi nişan asılır və qeyd edilən nişanın üzərində ayaqaltıya baxış keçirilməsi tarixi göstərilməklə imzası təsdiq edilir, ayaqaltı quraşdırılması işi xüsusi bilik tələb etdiyindən inspektor tərəfindən həmin işə rəhbərlik edilməlidir, bu səbəbdən ustalar sadəcə quraşdırma işini həyata keçirir, o, isə mütəxəssis olaraq ayaqaltıya baxış keçirməklə təhlükəsiz qurulmasını yoxlayaraq istismara icazəsini verir, sonuncu dəfə qeyd edilən obyektdə "xxxx" MMC tərəfindən ona verilmiş sifariş əsasında adlarını qeyd etdiyi fəhlələr tərəfindən tikinti obyektinin ortasında birinci mərtəbədən üçüncü mərtəbəyə qədər ayaqaltı quraşdırıldıqdan sonra xx.xx.2023-cü il tarixdə tərəfindən qeyd edilən ayaqaltıya baxış keçirilmiş və yaşıl rəngli xüsusi nişan asılmaqla üzərində işlərin görülməsi ilə bağlı "xxxx" MMC-yə təhvil verilmiş, qeyd edilən ayaqaltının üzərində bildiyi qədəriylə "xxxx" MMC-nin əməkdaşları tərəfindən dam örtüyünün montaj işləri görülmüş, xx.xx.2023-cü il tarixdə axşam saatlarında ona "xxxx" MMC-nin adını xatırlamadığı əməkdaşı tərəfindən ayaqaltıda olan taxtanın boşa getməsi nəticəsində fəhlənin yıxılaraq xəsarət alması bildirilmiş, bundan sonra tərəfindən qeyd edilən ayaqaltıya baxış zamanı hadisənin baş verdiyi hissədə ayaqaltının tam bərkidilməməsi məlum olmuş, qeyd edilən ayaqaltının təhlükəsiz istismar edilməsi vəzifəsi olduğu halda hadisənin baş verdiyi hissədə ayaqaltıya lazımı baxış keçirilərək taxtanın kip şəkildə bərkidilməsini təmin etməmiş, etdiyi əməldən peşmandır, ayaqaltı dəmir kələpçə boru sistemi üzərində qurulur, həmin borular bir-birinə dəmir xamutlar vasitəsi ilə bağlanır, qeyd edilən ayaqaltının döşəməsi taxta və dəmir konstruksiyalardan qurulur, hadisənin baş verdiyi hissədə həmin döşəmə taxta konstruksiyadan olmuş, eyni ölçülü standartlara uyğun taxta konstruksiyalar dəmir boruların üzərində yan-yana qoyularaq boruya iplər vasitəsi ilə bərkidilir, "xxxx" MMC-nin fəhlə köməkçisi X1 yıxılaraq xəsarət alması ilə nəticələnən rəhbərliyi ilə quraşdırılmış ayaqaltının taxta döşəməsində olan taxtalar işçiləri Tural Quliyev, Şahid2 və Nurəddin Məmmədov tərəfindən 2023-cü ilin oktyabr ayının əvvəllərində quraşdırılmış, tərəfindən isə həmin ayaqaltının təhlükəsiz istismara təhvil verilməsi zamanı lazımı diqqət göstərilməyərək qeyd edilən nöqsan aşkar edilməmiş və aradan qaldırılmamış, dəmir konstruksiyaların üzərində taxtalar düzülməklə qurulmuş ayaqaltıların təhlükəsiz quraşdırılması və təhlükəsiz vəziyyətində saxlanılmasına o, cavabdehlik daşıyır, həmin ayaqaltı işçilər tərəfindən quraşdırıldıqdan sonra onun tərəfindən mütəxəssis olaraq ayaqaltıya baxış keçirilərək həmin ayaqaltının standartlara uyğun quraşdırılması yoxlanılır, lakin hadisənin baş verdiyi hissədə tərəfindən ayaqaltının dayanıqlığı yoxlanılmamışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də fəhlə köməkçisi kimi işə başlamış, həmin gündən "xxxx" MMC-nin balansında tikilməkdə olan qeyri-yaşayış obyektinin dam örtüyündə montaj işləri aparılan tikinti sahəsində olmuş, işə başlamamışdan öncə ona və digər işçilərə gündəlik təlimatlar, əməyin və tikintinin texniki təhlükəsizliyi ilə bağlı təlimatlar elan edilmiş, tərəfindən qeyd edilən sənədlərə imza edilmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində işə gəlmiş, işə gəldikdən sonra ona məxsus fərdi mühafizə vasitələri, jiletka, ayaqqabı, kəmər və dəbilqəni geyinərək işinin icrasına başlamışdır. O, fəhlə köməkçisi olaraq montajçılara kömək etmək üçün onların yanına göndərilmişdir. Bundan sonra montajçılarla işlərinin icrasını həyata keçirmək üçün ayaqaltının üzərinə çıxmış, qeyd edilən ayaqaltının üzərində ona verilmiş əyninə geyindiyi kəmərin qarmaqlarını dəmirə bərkitdikdən sonra işinin icrasına başlamış, həmin gün o, səhər saatlarından təxminən 17 radələrinə kimi montajçılar tərəfindən ona verilmiş göstərişləri icra etmiş, təxminən 17 radələrində iş prosesi zamanı laqonda lazım olduğu üçün ona montajçılardan biri tərəfindən laqonda gətirməyi tapşırılmış, həmin vaxtı laqonda qurulmuş ayaqaltının üzərində olmadığı üçün o, qeyd edilən laqondanı gətirmək üçün ayaqaltının giriş hissəsinə doğru irəliləməyə başlamış, o, ayaqaltının kənarına çatdıqda artıq az yolu qaldığı üçün kəmərinin hər iki qarmağını çıxarıb hərəkət etmiş, qəfildən ayaqaltıda olan taxta ayağının altından çıxmış və o, 2-ci mərtəbənin döşəməsinə düşmüş, həmin vaxtı o, huşunu itirmiş, bir neçə gün sonra özünə gələndə artıq xəstəxanada olduğunu görmüşdür. O, hazırda özünü yaxşı hiss edir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi və mənəvi ziyan ödənilmişdir, heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləyir. ünvan 3 ünvanında yerləşən 0.6 ha torpaq sahəsi cəmiyyətin xüsusi mülkiyyətindədir və həmin ünvanda tikinti işləri aparılır. "xxxx" MMC ilə "xxxx" MMC arasında həmin ərazidə tikinti-quraşdırma işlərinin aparılması məqsədilə müqavilə bağlanmış, qeyd edilən müqavilələrə əsasən "xxxx" MMC qeyd olunan ünvanda yerləşən "xxxx" MMC-yə məxsus tikilməkdə olan sahibkarlıq obyektində metal konstruksiya, qarajın girişinin polikarbonatla örtülməsi, fasad və dam örtüyünün bağlanması işləri aparır. Həmin işlərin görülməsi ilə bağlı işçi qüvvəsi və tikinti materiallarının təmin edilməsi "xxxx" MMC-nin öhdəliyindədir, tərəflərindən sadəcə olaraq "xxxx" MMC-yə təqdim olunmuş iş və xidmətlərə uyğun ödəniş edilir və obyektə uyğun iş şəraiti ilə təmin edilirlər, bu məqsədlə cəmiyyət tərəfindən dam örtüyündə "xxxx" MMC tərəfindən montaj işlərinin aparılması üçün metal dirəklər üzərində qurulmuş ayaqaltının qurulması zərurəti yarandığından "xxxx" MMC ilə həmin sahədə ixtisaslaşmış, müvafiq lisenziyaları olan "xxxx" MMC ilə icarə müqaviləsi bağlanmış, qeyd edilən icarə müqaviləsinin predmetinə əsasən metal konstruksiyalar üzərində qurulmuş ayaqaltıların quraşdırılması, sökülməsi və daşınması öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulmuş, "xxxx" MMC də özlüyündə ayaqaltı mütəxəssisi Təqsirləndirilən şəxsla qeyd edilən ayaqaltının quraşdırılması ilə bağlı müqavilə bağlamış, həmin müqaviləyə əsasən 2023-cü ilin oktyabr ayının əvvəllərində cəmiyyətin balansında olan yarımtikilidə dəmir konstruksiyalar üzərində ayaqaltı quraşdırılmış, belə ki, tikintinin dam hissəsində montaj hissələri aparılması məqsədilə Təqsirləndirilən şəxs işçiləri tərəfindən tikintinin “atrium” adlanan hissəsində ayaqaltı quraşdırılmış, bundan sonra həmin sahədə xüsusi biliyə malik sertifıkasiyadan keçmiş ayaqaltı mütəxəssisi Təqsirləndirilən şəxs tərəfındən yoxlanılaraq, ayaqaltının təhlükəsiz istismarına icazə verilməsinə dair xüsusi nişana imza atmış, qeyd edilən ayaqaltıya baxış zamanı Fuad tərəfindən ayaqaltının istifadəsinin tam təhlükəsiz olması müəyyən edilmişdir. Bu prosesdən sonra "xxxx" MMC-nin müvafiq əməkdaşları tərəfindən həmin ayaqaltılar üzərində dam örtüyündə montaj işləri aparılmağa başlamışdır. xx.xx.2023-cü il tarixdə axşam saat 17 radələrində obyektdə olan zaman səsküy olmasını eşitmiş, həmin vaxtı o, dərhal səs gələn tərəfə gəlmiş, orada "xxxx" MMC-nin əməkdaşı Nurlanın 2-ci mərtəbənin döşəməsinə uzanıqlı vəziyyətdə olmasının şahidi olmuş, Nurlanın ətrafında digər montajçılar olmuş, şəxslərdən nə baş verdiyini soruşduqda montajçılar ona Nurlanın laqonda gətirmək üçün ayaqaltının üzərində gəzərkən tikilidə dam hissəsinin konstruksiyalarının montajı və quraşdırılması işinin icrası məqsədilə işlərin görülməsi üçün dəmir konstruksiyaların üzərində düzülmüş taxta döşəmənin üstündə taxtaya ayağını basdığını, qeyd edilən taxta bərkidilmədiyi üçün taxtanın digər tərəfi qalxaraq Nurlanın taxtalar arasında boşluqdan aşağıya, 2-ci mərtəbənin döşəməsinə düşdüyünü bildirmiş, tərəfindən dərhal ayaqaltının qeyd edilən hissəsinə baxış keçirilən zaman ayaqaltının hadisənin baş verdiyi döşəməsində yerdəyişən taxtanın aşağıdan iplə dəmir boruya bərkidilməməsi müəyyən edilmiş, bir qədər sonra yaxınlıqda yerləşən “Məlhəm Hospitala”nın həkimləri oraya gəlmiş və Nurlan xəstəxanaya aparılmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən Təqsirləndirilən şəxs tərəfindən montajçı olaraq işə götürülməklə həmin vəzifədə işləmişdir. Montajçı olaraq vəzifəsi iskələ və qəlib sistemləri üzrə, yəni ayaqaltı qurğusunun quraşdırlmasından ibarətdir. O, montajçı olaraq Təqsirləndirilən şəxs rəhbərliyi ilə ayaqaltı qurğularını quraşdırır. Qeyd edilən işlərin görülməsi ilə bağlı fərdi mühafizə vasitələri ilə Təqsirləndirilən şəxs tərfindən təmin edilir. İşə başladığı tarixdən etibarən iş yoldaşları Tural Quliyev və Nurəddin Məmmədov ilə birlikdə Təqsirləndirilən şəxs göstərişi ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən tikilməkdə olan obyektdə ayaqaltı quraşdırmışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında iş yoldaşları və Təqsirləndirilən şəxsla birlikdə tikinti obyektinə gəlmişlər. Həmin obyektdə Təqsirləndirilən şəxs göstərişi ilə ayaqaltıları quraşdırmışlar. Qeyd edilən ayaqaltıların quraşdırılması, hansı formada bərkidilməsi barədə təlimatlar Fuad tərəfindən verilmişdir. Çünki, Təqsirləndirilən şəxs ayaqaltı mütəxəssisidir və qeyd edilən işlərin görülməsi standartları barədə o, işçiləri təlimatlandırır. Həmin ayaqaltı dəmir dirəklərin bir-birinə bərkidilməsi ilə obyektin 1-ci mərtəbəsindən 4-cü mərtəbəsinə kimi yüksəldilmiş, 4-cü mərtəbə obyektin dam hissəsində təmir işlərinin aparılması ilə bağlı dəmir və taxta konstruksiyalar yan-yana düzülməklə ayaqaltının döşəməsi quraşdırılmışdır. Qeyd edilən ayaqaltının döşəməsində olan taxta və dəmir konstruksiyalar onlar tərəfindən borulara Fuadın göstərişi ilə məftil və ya iplə bərkidilmişdir. xx.xx.2023-cü il tarixdə həmin ayaqaltı onlar tərəfindən quraşdırıldıqdan sonra Təqsirləndirilən şəxs tərəfindən təhlükəsizliyi və standartları yoxlanılmaqla təhvil verilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ayaqaltıya baxış keçirilmiş və onlara işin yekunlaşması bildirildiyi üçün oradan ayrılaraq başqa işlərin görülməsinə cəlb edilmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 Əlifalı oğlu ifadəsində bildirmişdir ki, "xxxx" MMC-də montajçı vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə təxminən 08:00 radələrində işə gələrək iş geyimini paltar dəyişmə otağında dəyişdikdən sonra ona məxsus fərdi mühafizə vasitələri, jiletka, ayaqqabı, kəmər və dəbilqəni geyinərək işinin icrasına başlamışdır. "xxxx" MMC-nin işçisi Elçin tərəfindən ümumi təlimat edildikdən sonra "xxxx" MMC-nin işçisi İntiqam tərəfindən təlimatlandırılmış, bu barədə təlimata imza çəkmişdir. Bundan sonra Muradəli tərəfindən iş bölgüsü aparılmış, montajçılar obyektin 3-cü və 4-cü mərtəbəsi arasında quraşdırılmış dəmir konstruksiyalar üzərində taxtalar düzülməklə bərkidilmiş ayaqaltının üzərində damda montaj işlərinin aparılması barədə təlimatlandırılmışlar. X2 isə fəhlə köməkçisi olaraq işlərin görülməsində onlara köməklik göstərilməsi məqsədilə təlimatlandırılmışdır. Bundan sonra onlar işlərinin icrasını həyata keçirmək üçün ayaqaltının üzərinə çıxmışlar. Qeyd edilən ayaqaltı üzərində onlar təhlükəsizlik kəmərlərini geyinərək işləmişlər. Saat təxminən 17 radələrində iş prosesi zamanı onlara laqonda lazım olduğu üçün Nurlandan laqonda gətirməsini xahiş etmişlər. Həmin vaxtı laqonda ayaqaltının üzərində olmadığı üçün Nurlan həmin laqondanı gətirmək üçün tikinti sahəsinin qırağına getməyə başlamışdır. Təxminən 1-2 dəqiqə sonra Nurlan Miraliyev gedən tərəfdən səs-küy olmasını eşitmişlər və onlar dərhal Nurlan tərəfə getmişlər. Orada Nurlanın dəmir konstruksiyaların üzərində düzülmüş taxtaların üstündə ayaqaltının döşəməsində taxtaya ayağını basdığını, qeyd edilən taxta bərkidilmədiyi üçün taxtanın digər tərəfi qalxaraq Nurlan taxtalar arasında boşluqdan aşağıya, 2-ci mərtəbənin döşəməsinə düşməsini görmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-də təhlükəsizlik mühəndisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə təxminən 08:00 radələrində işə gəlmiş, ümumi nəzarətçi Muradəli tərəfindən verilmiş iş bölgüsünə əsasən montajçılar və fəhlə köməkçisi Nurlan Miraliyevə obyektin dam örtüyünün montajı işi həvalə edildiyindən həmin şəxslərə təlimat keçmişdir. Bundan sonra həmin şəxslər obyektin 3-cü və 4-cü mərtəbəsi arasında quraşdırılmış dəmir konstruksiyalar üzərində taxtalar düzülməklə bərkidilmiş ayaqaltının üzərində damda montaj işlərinin aparılması işinə başlamışlar. Həmin şəxslər ayaqaltı üzərində təhlükəsizlik kəmərləri və digər fərdi mühafizə vasitələrini geyinərək işləmişdirlər. Saat təxminən 17 radələrində o, şirkətin digər əməkdaşları tərəfindən obyektin ön tərəfində görülən işlərə nəzarət edilməsi məqsədilə orada olan zaman səs-küy olmasını eşitmiş, həmin vaxtı dərhal səs gələn tərəfə gəlmiş, orada Nurlanın 2-ci mərtəbənin döşəməsinə uzanıqlı vəziyyətdə olmasının şahidi olmuşdur. O, işçiləri Rahimdən nə baş verdiyini soruşmuş, Rahim ona Nurlanın laqonda gətirmək üçün ayaqaltının üzərində gəzərkən dəmir konstruksiyaların üzərində düzülmüş taxta döşəmənin üstündə taxtaya ayağını basdığını, qeyd edilən taxta bərkidilmədiyi üçün taxtanın digər tərəfi qalxaraq Nurlanın taxtalar arasında boşluqdan aşağıya, 2-ci mərtəbənin döşəməsinə düşdüyünü bildirmişdir. Dərhal ayaqaltının qeyd edilən hissəsinə baxış keçirilmiş, hadisənin baş verdiyi ayaqaltının döşəməsində yerdəyişən taxtanın aşağıdan iplə dəmir boruya bərkidilmədiyini müşahidə etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə rəhbəri olduğu "xxxx" MMC ilə "xxxx" MMC arasında sonuncu cəmiyyətin balansında olan ünvan 3 ünvanında aparılan təmir tikinti işlərində istifadə olunması üçün “müasir ayaqaltı, betonalt iskələ və dəmir dirəklər sistemlərinin” icarə müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilə üzrə ayaqaltıların quraşdırılması vəzifəsi rəhbəri olduğu cəmiyyətin üzərinə qoyulmuşdur. Bundan sonra rəhbəri olduğu cəmiyyətlə qeyd edilən sahədə sertifikasiyadan keçmiş fiziki şəxs Təqsirləndirilən şəxs arasında “müasir ayaqaltı, betonalt iskələ və dəmir dirəklər sistemlərinin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsi” barədə xx.xx.2023-cü il tarixli, 1167 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilə əsasında ayaqaltı mütəxəssisi Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-yə məxsus tikilməkdə olan sahibkarlıq obyektində ayaqaltılar quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs işçiləri tərəfindən ayaqaltılar quraşdırıldıqdan sonra mütəxəssis olaraq ayaqaltılar yoxlanılmaqla təhlükəsiz şəraitdə istismar olunmasına icazə verən xüsusi qeydiyyat nişanları taxılmaqla təhvil verilmişdir. Qeyd edilən müqaviləyə əsasən ayaqaltıları etibarlı şəkildə quraşdırılmaqla təhvil verilməsi vəzifəsi Təqsirləndirilən şəxs öhdəsinə qoyulmuşdur. Sonradan baş vermiş hadisə ilə bağlı ona məlumat daxil olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə axşam saat 17 radələrində ona daxili mühafizənin rəisi tərəfindən montaj işləri aparan "xxxx" MMC-nin Nurlan adlı əməkdaşının binanın damında montaj işləri həyata keçirilən ayaqaltıdan düşdüyünü bildirmişdir. O, dərhal hadisə yerinə yaxınlaşmış, həmin vaxtı artıq həkim briqadası tərəfindən Nurlana ilkin tibbi yardım göstərilmişdir. Bu zaman ətrafda olan məsul şəxslərdən hadisənin necə baş verdiyini soruşan zaman onlar Nurlanın ayaqltının üzərində hərəkət edən zaman taxta konstruksiyanın ayağının altından çıxması səbəbindən müvazinətini itirərək yıxıldığını bildirmişdir. Həmin vaxtı Nurlana ilkin tibbi yardım göstərilməklə Məlhəm hospitalına yerləşdirilmişdir. İş üzrə şahid "xxxx" MMC-nin direktoru Şahid6 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid6 istintaqda Şahid4 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi təəfindən verilmiş əmək təhlükəsizliyinin tədqiqi ekpertizasının 3-16-16/2-10/7873 nömrəli, 20 noyabr 2023-cü il tarixli rəyinin nəticə hissəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”-nın 5.27.3 və 5.27.4 bəndlərinin tələbləri pozulmuşdur. ünvan 4 ünvanda yerləşən tikilməkdə olan qeyriyaşayış obyektində istifadə olunan ayaqaltının döşəməsinin etibarlı şəkildə bərkidilməsi təmin edilmədiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”-nın 5.27.3 və 5.27.4 bəndlərinin tələbləri həmin ayaqaltını quraşdırmış hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X7 1094 nömrəli, 04 noyabr 2023-cü il tarixli rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş N.M.Miraliyevin almış olduğu – baş beyin subdural qansızma, sağ tərəfli hemopnevmotoraks və kontuziya ilə müşayiət olunan kəllə və üz, sağ Vİ-X qabırğaların, çanaq sümüklərinin sınıqları – bərk küt əşyanın (əşyaların), təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə hündürlükdən yıxılması zamanı yaranmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli sağlamlığa ağır zərər vurmaya aiddirlər. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, iki övladı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami RPİ-i tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, evli olmasını, himayəsində iki övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində cəmiyyətdən təcrid olunmamaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan islah işləri cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs əlavə cəza - dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında Plenum qərara almışdır ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəkində tətbiq edilə bilər. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 23 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 138 manat (23x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 23 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 138 (bir yüz otuz səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-170/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-170/2024
19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver