Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-170/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: xx.xx.1959-cu il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, Zərərçəkmiş şəxs1ndə ocaqçı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixli 196 nömrəli əmək müqaviləsi ilə Zərərçəkmiş şəxs1ndə ocaqçı vəzifəsində işləməklə xx.xx.2024-cü il tarixli 18 nömrəli əmrlə müəssisədə texniki-təhlükəsizlik, qazanxananın qaz təsərrüfatına, eləcə də buxar qazanlarının texniki sazlığına, təmirinə və təhlükəsiz, istismarına cavabdeh şəxs olmaqla həmin tarixli vəzifə təlimatına əsasən Zərərçəkmiş şəxs1 MMC-nin istehsalat sahələrində istismarda olan buxar qazanlarının ümumi texniki vəziyyətini daim lazımi qaydada saxlamalı, nəzarət ölçü cihazlarının avtomatik tənzimləyicilərin və siqnalizasiya sistemlərinin işinə, buxar qazanını işə salmazdan əvvəl buxar qazanında olan suyun səviyyəsinə, yüksək təzyiqli su nasosunun işlək vəziyyətdə olmasına, qazın təzyiqinə və qazla işləyən cihazlara, iş yerində əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət etməli, buxar qazanında hər hansı bir nasazlıq aşkarlanarsa, dərhal qazanın fəaliyyətini dayandırmalı və bu barədə rəhbərliyə məlumat verməli, işin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsi, yeni texnikaların tətbiqi, əməyin təşkilinin təkmilləşdirilməsi, tikinti-quraşdırma işlərinin maya dəyərinin aşağı salınması və materialların qənaətlə işlədilməsi üçün tədbirlər həyata keçirməli, cəmiyyətin ərazisində olan qurğulara, cihazlara, həmçinin baxar qazanlarına daxili baxışın və hidravhk sınaqların keçirilməsini təmin etməli, cəmiyyətin ərazisində olan qurğularda, cihazlarda, həmçinin buxar qazanlarında texniki müayinələr zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqları aradan qaldırmalı, yaranmış nasazlıqların aradan qaldırılması mümkün olmadıqda müəssisə rəhbərliyinə məlumat verməli, sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməli, həmçinin «Suqızdıran və buxar qazanlarının quraşdırılma və təhlükəsiz istismarı qaydaları»nın 6.2.15, 6.7.4, 9.1.6 və 9.4.1 -ci bəndlərinə əsasən qazanda təzyiqin yol verilən həddən 10 faiz yuxarı qalxmasının qoruyucu klapan tərəfindən qorunmasını, qazanın çıxış kollektorunda isə 5 faizdən artıq yuxarı qalxan zaman yanacağın yanma kamerasına verilməsini dayandıran avtomatik cihazlarla qazanın təchiz edilməsini, qazanın sa/, vəziyyətdə saxlanmasını, vaxtında planlı-qabaqlayıcı təmir işlərinin aparılmasını, aşkar olunmuş nasazlıqların vaxtında aradan qaldırılmasını, qazana təlim və attestasiyadan keçmiş personal tərəfindən xidmət göstərilməsini təmin etməli, qoruyucu klapanlarda nasazlıq aşkar edilərkən və qazanın barabanında təzyiq yol verilən həddən 10 faiz yuxarı qalxdıqda qazanın işini təxirəsalınmadan dayandırmalı olduğu halda işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 MVİC-yə məxsus qənd istehsalının aparıldığı sexin qazanxanasında quraşdırılmış buxar qazanında qoruyucu klapanın və qazanın çıxış kollektorunda təzyiqin yol verilən həddən 5 faizdən artıq yuxarı qalxan zaman yanacağın yanma kamerasına verilməsini dayandıran avtomatik cihazların qeyriişlək vəziyyətdə istismar edilməsi barədə məlumatlı olmasına baxmayaraq, mövcud qüsurların aradan qaldırılması üçün MMC-nin rəhbərliyinə məlumat verilməklə texniki tədbirlər görülməsini, qazanın işinin vaxtında dayandırılmasını təmin etməmiş və bunun nəticəsində ehtiyyatsızlıqdan xx.xx.2024-cü il tarixdə saat 14 radələrində iş prosesi zamanı həmin ünvanda yerləşən suq.zdırıcı qazanının daxilində maye və buxar qarışığının təzyiq və temperaturunun qoyulmuş işçi rejimdən yuxarı qalxması zamanı qoruyucu klapanın işə düşməməsi və izafi təzyiqin təsirindən qazanın metal təbəqəsinin daxildən dağılmasına (cırılması) səbəb olan partlayışla əlaqədar qazanxana divarlarının və damının tamamilə, MMC-yə məxsus anbar binasının isə qismən dağılaraq parçalanmış tikinti materialları və buxar qazanının dəmir materiallı hissələrinin partlayış dalğasının təsirindən yaxın və uzaq məsafədə ətrafa səpələnərək həmin ünvanda yerləşən sexiıı ərazisində çalışan Zərərçəkmiş şəxs1 MMC-nin işçiləri-X11 və Zərərçəkmiş şəxs2 qızma, Zərərçəkmiş şəxs1 MMC, "xxxx" QSC və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun ərazisində olan obyektlərə dəyməklə X4 dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid ənsə sümüyünün açıq yarası ilə müşayiət olunan sol ənsə payının hemorragik kontuziyası, sol beyin yarımkürəsinin subaraxnoid qanama və hər iki beyin yarımkürəsinin diffuz ödemi, sol tərəfli subdural hemaloma ilə müşayiət olunan sol təpə və ənsə sümüyünün sol yarısının parçalı sınıqları, qopmuş fraqmentlər sol təpə-ənsə paylarına sirayət edən həmin sınıq xətlərinin aşağıda kəllə əsasına, əsas sümüyə, sol gicgah sümüyünə uzanan sınığı, oma sümüyünün arxa sakral kanala uzanan yerdəyişməmiş, sol 2-3-4-5-6-7-8-ci qabırğaların arxa hissələrində yerdəyişmiş sınıqları, sol tərəfli hidropnevmotoraks, sol tərəfli plevral maye, belin sol hissəsinin və sol baldırın yaraları, Zərərçəkmiş şəxs2 isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid baş beyin silkələnməsi ilə müşayiət olunan təpə-ənsə sərhədinin əzilmiş yarası xəsarətləri almalarına, Zərərçəkmiş şəxs1 MMC-yə məxsus həmin ünvanda yerləşən qazanxana və anbar binalarının divarlarının, həmçinin dam örtüklərinin, sanitar qovşaq hissəsinin pəncərələrinin, Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsində yerləşən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitulurun inzibati və klinika binalarının qapı və pəncərələrinin, divarlarının, lavan və döşəmə hissələrinin zədələnməsi, "xxxx" QSC-nin Nizami rayonu. Böyük Şor stansiyasında yerləşən Bakı Lokomotiv deposunun təmir sexinin dam hissəsinin beton plitə və şiferinin qırılması, pəncərə şüşələrinin sınması, divarlarında çatlar əmələ gəlməsi və deponun 5-ci yolunun üzərində olan kontakt şəbəkəsinin q rılması, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun həyətində olan Zərərçəkmiş şəxs5 məxsus “VAZ-21703 minik” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs4 məxsus “Opel Astra minik” markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin tam yararsız vəziyyətə düşməsi, ünvan 3 ünvanında olan Əhmədov Sami' Ələkbər oğluna məxsus “Nissan” markalı “Nole minik” modelli **-SD-*** dövlə qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs6 məxsus “Volvo FM12-420SZM yük' markalı **- BJ-*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs3 məxsus is “Toyota” markalı “Rav-4 Hibrid minik” modelli **-BN-*** dövlət qeydiyyat nişan avtomobillərin zədələnmoləri nəticəsində Zərərçəkmiş şəxs1 MMC-yə 20.097 mana Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiq İnstitutuna 25.152 manat 50 qəpik, "xxxx" QSC-yə 6.200 manı Zərərçəkmiş şəxs5 11.000 manat, Zərərçəkmiş şəxs4 9.6( manat, Zərərçəkmiş şəxs3 300 manat, Zərərçəkmiş şəxs6 2' manat, Zərərçəkmiş şəxs7 isə 100 manat, ümumilikdə isə 72.649 manat qəpik məbləğində külli miqdarda maddi ziyan vurulmaqla ehtiyatsızlıqdan fiziki hüquqi şəxslərin hüquqlarına, qanuni mənafelərinə, dövlətin və cəmiyyətin qanu qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ocaqçı vəzifəsində işlədiyi Zərərçəkmiş şəxs1 ünvan 4 ünvanında yerləşən sexdə qənd istehsalı ilə məşğuldur. Həmin qənd istehsalatında su buxarından istifadə edilir. Buna görə də sexin ərazisində inşa edilmiş qazanxananın içərisində buxar qazanı fəaliyyət göstərir. Həmin buxar qazanı MMC tərəfindən təxminən 3-4 il bundan əvvəl İran İslam Respublikasından ölkəyə idxal edilməklə həmin sexin istehsal fəaliyyətinə cəlb edilmişdir. O, MMC-də 2012ci ildən ocaqçı vəzifəsində işləyir. 1982-ci ildə Energetika Texnikomunu sənaye müəssisələrində istilik avadanlıqları və qurğuları ixtisası üzrə bitirmişdir. Həmçinin, bu sahədə işlədiyi üçün Azərbaycan Respublikası Fövqəladə İ lallar Nazirliyinin X10 Agentliyinin xüsusi lisenziyasını da almışdır. Bunun üçün 2023-cü ildə imtahanlara cəlb edilmiş və lisenziyasının 2026-cı ilədək etibarlılıq müddəti vardır. Ocaqçı vəzifəsində işlədiyi qənd sexində buxar qazanının fəaliyyətinə, qazanda gedən texnoloji prosesə tam şəkildə nəzarət həyata keçirmək MMC-nin rəhbərliyi tərəfindən ona həvalə edilmişdir. Bununla əlaqədar buxar qazanının demək olar ki, gündəlik fəaliyyətini izləyir, əgər buxar qazanında hər hansı nasazlıq yaranarsa, qazanın fəaliyyətini vəzifə təlimatına uyğun olaraq dayandırmaqla rəhbərliyə məlumat verir və qazanın təmir üçün fəaliyyətini dayandırır, yoxlanışlar aparılmaqla təmir həyata keçirildikdən sonra buxar qazanının fəaliyyəti yenidən bərpa edir. 04 oktyabr 2024-cü il tarixdə baş vermiş hadisədən əvvəl o, buxar qazanının texnoloji prosesini izləyərkən müəyyən etmişdir ki, sıı buxarının təzyiqini təxliyyəedici klapanlar yaxşı açılmır. Əvvəlcə bu barədə MMC-nin rəhbərliyinə məlumat verməklə buxar qazanının fəaliyyətini dayandırmaq istəsə də, hesab etmişdir ki, klapanları özü təmir edər və düzəldər. Buna görə də, o. elə 07 oktyabr 2024-cü il tarixdə səhər saatlarında işə gələrək təxliyyəedici klapanların iş rejimini bır qədər tənzimləmiş və hesab etmişdir ki, klapanlar artıq yaxşı işləyəcəklər. Həmin klapanlar buxar qazanının içərisində yaranmış təzyiq yuxarı qalxdıqca təzyiqi qazandan havaya buraxmaqla təzyiqi normallaşdırma işini yerinə yetirmişdir. Normalda buxar qazanının işçi təzyiqi 8 atmosferdir. Belə ki, qazanın içərisində təzyiq 7 atmosferə düşdükdə, qazan dərhal işə düşür və təzyiq qalxır. Təzyiq 8 atmosferdən yuxarı da qalxa bilər. Belə ki, təlimatlara görə təzyiq 13 atmosferə kimi qalxa bilər. Ancaq o, klapanları elo tənzimləmişdir ki, klapanlar hər zaman təzyiq 8 atmosferi yuxarıya doğru keçdikdə, açılmışdır. Təxliyyəedici klapanların hansı atmosfer təzyiqində işə düşməsi klapanların üzərində olan boltların sıxılması və ya boşaldılması ilə tənzimlənmişdir. O da həmin boltlar vasitəsilə elə tənzimləmişdir ki, klapanlar hər zaman təzyiq 8 atmosferi ötmək istədikdə i,sə düşərək təzyiqi aşağı salmışdır. 07 oktyabr 2024- cü il tarixdə səhər saat 08:00-da o, yenə də buxar qazanını işə salaraq qazanın texnoloji prosesinə nəzarət etməyə başlamışdır. Hər şey qaydasında olmuşdur. Saat 14 radələrində buxar qazanının üzərində olan barometr vasitəsilə buxar qazanının içərisində olan təzyiqi izlədikdə görmüşdür ki, təzyiq yularıya sürətlə qalxır. Təzyiqi göstərən barometrdəgöstəricinin 12 atmosferi sürətlə keçdiyini müşahidə etmişdir. Buxar qazanında maksimal təzyiq isə 13 atmosfer ola bilərdi. Təxliyyəedici klapanların heç birinin işə düşməməsinə görə o, dərhal qazanın fəaliyyətini dayandırmağı planlayaraq hərəkət etmək istədikdə partlayış baş vermiş və yaranmış təzyiqdən o, qazanxananın ətrafında yerə çırpılmışdır. Başının sol tərəfindən xəsarət almış, yarı huşsuz vəziyyətdə xəstəxanaya aparılmışdır. Hazırda özünü normal hiss edir. Texnoloji prosesinə nəzarət etdiyi buxar qazanının üzərində olan atmosfer təzyiqini nizamlayan təxliyyəedici klapanların nasaz olmasını baş vermiş hadisədən əvvəl müşahidə e.sə də, həmin nasazlıq barəsində müəssisənin rəhbərliyinə və ya hər hansı şəxsə məlumat verməmişdir. O, partlayışdan əvvəl 04 oktyabr 2024-cü il tarixdə iş prosesi zamanı təzyiq yuxarıya qalxdıqda, təxliyyəedici klapanın işə düşməməsinə görə başa düşmüşdür ki, klapanlar yaxşı işləmir. Lakin, hesab etmişdir ki, 07 oktyabr 2024-cü il tarixdə buxar qazanının üzərində olan təxliyyəedici klapanların nasazlığını tənzimləməklə problemi aradan qaldırmışdır. Bir daha belə bir halın baş verə biləcəyini düşünməmişdir. Ona görə də bu barədə heç kəsə məlumat verməmişdir. Həmçinin, fikirləşmişdir ki. əgər birdən təzyiq yuxarı qalxsa və klapanlar açılmasa, ən pis variantda qazın verilişini bağlamaqla qazanın işini dayandırar, təzyiq işə düşdükdən sonra yenidən qoşar. Əgər bilsəydi ki, klapanların işləməməsi bu qədər böyük bir hadisəyə səbəb olar, bu bu barədə mütləq rəhbərliyə məlumat verər və qazanın fəaliyyətini təmir üçün dayandırardı. Belə ki, 04 oktyabr 2024-cü il tarixdə yenə də texnoloji proses davam edərkən təzyiqin qəfil yuxarı qalxmasını müşahidə etmiş, təzyiq 8 atmosferi keçməsinə baxmayaraq, klapanlar işə düşməmiş, bu zaman buxar qazanının fəaliyyətini dayandırıb yenidən işə salmış və sonradan təzyiq yuxarı qalxmamışdır. Olavə hər hansı tədbir görməmiş və hesab etmişdir ki, əgər təzyiq növbəti dəfə nə zamansa qəfil yuxarıya qalxsa, qazanın fəaliyyətini dayandırmaqla hadisənin qarşısını ala bilər. Hadisə günü isə təzyiq çox sürətli bir şəkildə qalxmış və onun diqqətindən yayınmışdır. O, təzyiq artıq 13 atmosferə yaxınlaşdıqda bunu görmüşdür. Yenə də qazanının fəaliyyətini dayandırmağa cəhd etsə də, çatdıra bilməmiş, artıq gec olmuşdur. Buxar qazanının partlaması ilə əlaqədar sənədlərin böyük bir hissəsi qazanxananın içərisində olan qutuda saxlandığından partlayış nəticəsində məhv olmuşdur. Ancaq onu deyə bilər ki, tərəfindən Fövqəladə Hallar Nazirliyinin Dağ X14 Agentliyinin tələblərinə uyğun olaraq partlayışın baş verdiyi buxar qazanına texniki baxışlar keçirilmişdir. Baxışlar keçirildikdə də, buxar qazanının üzərində olan klapanlar, manometrlər, barometr və.s. bütün qurğular yoxlanılaraq texniki cəhətdən saz vəziyyət olması müəyyən edilmişdir. Rəhbərliyə də bildirilmişdir ki, qurğuda hər hansı rasazlıq yoxdur. Lakin, yalnız hadisədən bir neçə gün əvvəl, yəni 04 oktyabr 2024-cü il tarixdə o. müşahidə etmişdir ki, klapanlar yaxşı açılmır və nasazlıqları var. 04 oktyabr 2024-cü il tarixdə iş prosesi zamanı buxar qazanınır atmosfer təzyiqinin artmasının qarşısını almaq üçün buxar qazanına gedən qaz söndürmək kifayət etmişdir. O, belə etmiş, qazı söndürmüş, bir qədər gözlədikdən sonra yenidən buxar qazanını işə salmışdır. 04 oktyabr 2024-cü il tarixdə buxar qazanının iş prosesinin dayandırılması istehsal fəaliyyətini də dayandırmışdır. Ancaq çox keçmədən qazın verilişini qoşub buxar qazanını yenidən işə salmış və istehsal yenidən davam etmişdir. xx.xx.2024-cü il tarixli əmrlə Zərərçəkmiş şəxs1 MMC-nin müəssisəsində yanğın, texniki təhlükəsizlik, qazanxananın qaz təsərrüfatına, eləcə də buxar qazanlarının texniki sazlığına, təmirinə və təhlükəsiz istismarına cavabdeh şəxs təyin edilmişdir. xx.xx.2024, xx.xx.2024, 04.04^.2024. .0.05.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024- cü il tarixli texniki baxışlar illik planqrafik əsasında aparılmışdır. İllik plan-qrallkə əsasən ümumən qazanxana ləsərrafıtına, eləcə də, buxar qazanma texniki baxışlar keçirilməsi təmin edilmişdir. Həmin texniki baxışlar zamanı əgər hər hansı nöqsan aşkar edilsəydi, bu zaman nöqsanın və ya çatışmazlığın aradan qaldırılması üçün zəruri olan tədbirlər həyata keçiriləcəkdi. Lakin, həmin texniki baxışlar zamanı hər hansı nöqsan və ya çatışmazlıq aşkar olunmadığı üç.in qazanxana təsərrüfatında xüsusi təmir işlərinin aparılmasına ehtiyac görülməmişdir. Buxar qazanında quraşdırılmış qoruyucu klapan qeyd edilən texniki baxışlar zamanı öz üzərinə düşən funksiyanı lazımi qaydada yerinə yetirmişdir. Bununla əlaqədar onlar baxışlar zamanı hidravlik sınaqların da keçirilməsini təmin etmişlər. Qeyd olunan cihaz işlək vəziyyətdə olmuşdur. Keçirilmiş texniki baxışların nəticəsi barədə də rəhbərlik daim məlumatlandırılmışdır. Həmin cihaz ilk dəfə 04 oktyabr 2024-cü il tarixdə işləməmişdir. Bunu da o, istehsal prosesində aşkar etmişdir. Sadəcə olaraq ciddi nöqsan kimi qiymətləndirmədiyinə görə bu barədə rəhbərliyə məlumat verməmiş və həmin nöqsanın aradan qaldırılmasını buxar qazanına qaz verilişini dayandırmaqla aradan qaldırıb daha sonra istehsal olmadığı bir vaxtda imkanlaşdırıb təmir üçün rəhbərliyə məlumat verəcəyini düşünmüşdür. 07 oktyabr 2024- cü il tarixdə də bu qaydada təzyiqin anmasının qarşısını almağa çalışsa da, çatdırıb qazı davndıra bilməmiş, artıq partlayış baş vermişdir. Çünki, o, görəndə artıq təzyiq çox yuxarı qalxmışdır. Əlbəttə ki, buxar qazanı yanacağın yanma kamerasına verilməsini dayandıran avtomatik cihazlarla təchiz edilmişdir. Keçirilmiş texniki baxışlar zamanı dc qeyd edilən cihaz normal və işlək qaydada olmuşdur. Sadəcə olaraq 04 oktyabr 2024-cl il tarixdə nə həmin cihaz, nə də klapanlar öz üzərinə düşən funksiyanı yerinə yetirməmişdir. Düşünmüşdür ki. qazın yanma kamerasına verilməsini dayandıran avtomatik cihaz işləməsə də olar. İ ləıniı cihazlar buxar qazanının normal iş fəaliyyətinə təsir göstərmir. Sadəcə təzyiqin artması nəticəsində baş verə biləcək qəzaların qarşısını almağa xidmət edir. O, düşünmüşdür ki, klapan açılmasa da, qazın verilişini dayandıran avtomatik cihazlar işləməsə də, qazı özü mexaniki qaydada dayandırar, qəzanın qarşısını alar. Buna görə də həmin cihazların işləmədiyini rəhbərliyə bildirməmişdir. 07 oktyabr 2024-cü il tarixdə də buxar qazanını yenidən işə salmazdan əvvəl o, bir qədər qazana əl gəzdirmişdir. Ancaq buna baxmayaraq, hadisə zamanı həmin cihazlar işləməmiş və məlum hadisə baş vermişdir. Əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onların hər hansı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X4 qanuni nümayəndəsi qismində tanınıb dindirilmiş Qanuni nümayəndə Oli oğlu ifadəsində göstərmişdir ki, oğlu İlkin Ələsgərov 1999-cu il təvəllüdlüdür. İlkin Ələsgərov 2021-ci ildən Zərərçəkmiş şəxs1 MMC-də fəhlə kimi işləmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında ona İlkinin işlədiyi Zərərçəkmiş şəxs1 MMC-dən zəng olunaraq bildirilmişdir ki, MMC-nin ünvan 5 ünvanında yerləşən qənd sexində baş vermiş partlayış hadisəsi nəticəsində İlkin xəsarət almış və xəstəxanaya aparılmışdır. Dərhal “Yeni Klinika” xəstəxanasına getmişdir. Orada həkimlər İlkinin vəziyyətinin ağır olması və İlkinin baş nahiyyəsindən ciddi xəsarət alması barədə məlumat vermişlər. İlkin Ələsgərov 1 aydan çox müddət ərzində xəstəxanada qalmış, həkimlərin səyi nəticəsində həyatda qalsa da, ancaq İlkin danışa bilmir, eşitmir, evcə olanların köməkliyi ilə öz təbii ehtiyaclarını ödəyir. Hazırda da İlkin Ələsgərovun müalicəsi davam etdirilir. Baş vermiş hadisə ilə əlaqədar ona dəymiş zərər ödənildiyindən heç bir şəxsdən şikayətləri və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, “Bolluq LTD" MMC-də 2022-ci ildən etibarən operator kimi işləmişdir. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində sexin yeməkxanasından çıxaraq ofisə tərəf hərəkət edərkən birdən partlayış baş vermiş və o, partlayışın təsirindən yerə yıxılmışdır. Bu zaman başının yuxarı hissəsindən qan gəldiyini görmüşdür. Bir neçə dəqiqə sonra iş yoldaşları onu '’X16" PHŞ-yə aparmışlar. Orada müayinə və müalicə olunduqdan sonra evə buraxılmışdır. Hazırda yaxşıdır və baş vermiş hadisə il əlaqədar şikayətçi deyildir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq X8 mühasib vəzifəsində işləyir. 07 oktyabr 2024-cü il tarixdə saat 14 radələrində qeyd etdiyi idarənin l-ci mərtəbəsində öz xidməti otağında olmuşdur. İşlədiyi idarə ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 MMC-yə məxsus qənd sexi ilə qonşuluqda yerləşir. Qəfil baş vermiş partlayış nəticəsində otağın möhkəm tərzdə silkələnməsini və uğultulu partayış səsini eşitmişdir. Həmin an otağın pəncərələri, qapısı, qapı çərçivəsi qırılmışdır. Pəncərələrin şüşələri çiliklənərək yerə tökülmüşdür. Otağın içərisində olan stol üzərindəki əşyalar yaranmış təzyiq səbəbindən yerə düşmüşdür. O, əvvəlcə nə baş verdiyini başa düşməmiş, dərhal həyətə çıxmış, həyətdə olarkən başa düşmüşdür ki partlayış Bakı şəhəri, Nizami rayonu, Böyükşor qəsəbəsi, 8-ci Köndələn küçəsi : iinvmnda yerləşən Zərərçəkmiş şəxs1 MMC-nin sexində olan qazanxanada baş vermişdir. Daha sonra idarənin həyətində saxladığı tünd göy rnetalik rəngli “VAZ-21703 minik" markalı **- UN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin dağıntının altında qalmasını görmüşdür. Partlayış nəticəsində daşlar, şifer və digər irihəcmli tikinti materialları avtomobilinin üzərinə tökülmüşdür. Avtomobili tamamilə yararsız bir vəziyyətə düşmüşdür. Hadisədən sonra o, Zərərçəkmiş şəxs1 MMC-nin əməkdaşları ilə görüşmüş və avtomobilinin baş vermiş hadisə səbəbindən tamamilə yararsız vəziyyətə düşməsinə görə ona dəymiş ziyanı, avtomobilinin orta bazar qiymətini hesablayıb 11.000 manat məbləğində pul kompensasiyasını tam həcmdə ona ödəmişlər. Ona ödənilmiş pul vəsaiti də avtomobilinin orta bazar qiymətidir. Həmin qiymətlə də razıdır. Ona görə də baş vermiş hadisəyə görə ona vurulmuş zərərin ödənilməsi səbəbindən hər hansı şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin labelixiııdəki təchizat bazasında sürıicü-ekspeditor vəzifəsində işləyir. 07 oktyabr 2024-cii il tarixdə saat 14 radələrində o, qeyd etdiyi idarənin 2-ci mərtəbəsində sürücii-ekspeditorlar üçün ayrılmış xidməti otaqda olarkən qəfil baş vermiş partlayış nəticəsində otağın möhkəm tərzdə silkələnməsini və uğultulu paıtayış səsini eşitmişdir. Pəncərədən baxdıqda görmüşdür ki, partlayış nəticəsində yaranmış təzyiqdən göyə qalxmış dəmir parçaları yerə tökülür. Dərhal həyətə düşmüş və bu zaman idarənin həyətində saxladığı avtomobilin dağıntının altında qalmasını görmüşdür. Belə ki, o, işə gəldikdə özüməməxsus olan “Opel Astra” markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarənin həyətində saxlamışdır. Və 07 oktyabr 2024-cii il tarixdə saat 14 radələrində ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 MMC-nin sexində olan qazanxanada baş vermiş partlayışın təsirindən uçan hasar daşları və taxtalar, iri şalban və dam örtükləri avtomobilin üzərinə düşmüş, nəticədə avtomobili tam şəkildə istifadəyə yararsız vəziyyətə salmışdır. Hadisədən sonra o, Zərərçəkmiş şəxs1 MMC-nin əməkdaşları ilə görüşmüş və avtomobilinin baş vermiş hadisə səbəbindən tamamilə yararsız vəziyyətə düşməsinə görə ona dəymiş ziyanı, avtomobilinin orta bazar qiymətini hesablayıb 9.000 manat məbləğində pul kompensasiyasını tam həcmdə ona ödəmişlər. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, "xxxx" LTD” MMC-nin ünvan 4 ünvanında yerləşən qənd istehsalının həyata keçirildiyi sexdə mühasib köməkçisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə təxminən saat 13-14 radələıində işdə olarkən sexin qazanxanasında güclü partlayış baş vermişdir. Partlayış zamanı ofisin içərisində olmuşdur. Partlayışın səsinə görə sexin ərazisində həyətə çıxdıqda bəzi işçilərin xəsarət almasını görmüşdür. Daha sonra sexin həyətində avtomobilini saxladığı yerə gəlib baxdıqda görmüşdür ki, ona məxsus 77-BN- 242 dövlət qeydiyyat nişanlı, “Toyota'’ markalı, “Rav-4 Hibrid minik" modelli avtomobil zədələnmişdir. Sonradan avtomobili təmir etdirildiyi və ona dəymiş ziyan ödənildiyi üçün hazırda hər hansı şəxsdən şikayət və tələbi yoxdur. Baş vermiş hadisə zamanı ona məxsus avtomobilə ümumilikdə 300 manat ziyan dəymişdir. Hazırda həmin ziyan ödənilmiş və avtomobili təmir etdirilmişdir. Bu səbəbdən də hər hansı şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, tır sürücüsü kimi fərdi sahibkarlıqla məşğul olur. Ona verilmiş sifarişlər əsasında Azərbaycan Respublikasından Rusiya Federasiyasına və əks istiqamətə yiikdaşıma xidmətini həyata keçirir. Yükdaşıma xidmətini istifadəsində olan ona məxsus “Volvo F1112-420SZM yük" markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə həyata keçirir. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs1 MMC-nin ünvan 4 ünvanında yerləşən sexinin qonşuluğunda yerləşən digər ərazidə avtomobili dayandırmış, özü isə içərisində oturmuşdur. Həmin vaxt avtomobili yenicə saxlamışdır. Rusiya federasiyasından orada fəaliyyət göstərən şirkətə çatası mal gətirmişdir. Malı həmin şirkətin ərazisinə boşaldıb gedəcəkmiş. Birdən güclü partlayış səsi eşitmiş və partlayış sosini eşitdikdən sonra xeyli sayda dəmir parçaları avtomobilinin üzərinə sərt şəkildə tökülmüşdür. O, dəmirlər töküldükdən sonra avtomobildən düşüb baxdıqda görmüşdür ki, avtomobilinin qoşqusu ilə kabinəsinin arasında açıqda yerləşən soyuducusu, üzərinə düşən dəmir parçalarının təsirindən zədələnmiş, soyuducunun qapağı və süzgəci zədələnmişdir. Hadisədən sonra o. Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndələri ilə görüşmüş və ona dəymiş 200 manat məbləğində ziyanı tam həcmdə qarşılamışlar. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki,. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində nəzarətçi vəzifəsində işləyir. 07 oktyabr 2024-cü il tarixdə saat 14 radələrində “Bolluq LTD" MMCnin cənd sexində partlayış baş vermişdir. O, “Nissan Nolc" markalı **-SD-*** dövlət qeydiyyat nişanı olan avtomobilini iş yeri ilə “Bolluq LTD" MMC-nin sexinin arasından keçən yolun kənarında saxlamışdır. Partlayış nəticəsində ətrafa saçılan dəmir parçalarından biri onun avtomobilinin ban hissəsinə zədə yetirmişdir. Lakin, hal-hazırda ona vurulmuş ziyan tam həcmdə ödənilmiş və avtomobili hazırda normal vəziyyətdədir. Ona görə də hər hansı şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs "xxxx" QSC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, 2018- ci ildən "xxxx" QSCdə hüquqşünas vəzifəsində çalışır. 07 oktyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 MMCnin istehsalat sexində baş vermiş partlayış nəticəsində "xxxx" QSC və digər obyektlərə zərər zurulması faktı üzrə Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə QSC-yə ziyan vurulduğu üçün QSC zərərçəkmiş şəxs qismində tanındığından o, QSC tərəfindən zərər çəkmiş şəxsin hüquqlarının müdafiə olunmasından ötrü cinayət prosesində iştirak edəcəkdir. Zərərçəkmiş şəxs1 MMC tərəfindən aparılan təmir işləri yekunlaşdıqdan sonra QSC-nin MMC-dən və hər hansı şəxsdən şikayət və tələbi olmayacaqdır. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 MMC-də baş vermiş partlayış nəticəsində yaranmış güclü təzyiqin təsirindən ətrafa sıçrayan dəmir parçaları və müxtəlif dağılmış tikinti materialları QSC-nin Bakı Lokomotiv deposu ərazisində Bakı Lokomotiv deposunun 5-ci yolunun üzərinə düşməsi nəticəsində həmin yolun kontakt şəbəkəsini qırmış, yaranan nasazlığı aradan qaldırmaq üçün hadisə yerində işçilər həmin gün çalışmışlar. Hadisə nəticəsində dəmiryolunun elektrik təchizatı təsərrüfatına 145,51 AZN maddi ziyan dəymişdir. Eyni zamanda depo ərazisinə düşən dəmir parçası təmas xətlərini qırmış, hazırlıq sexinin nəzdində olan cərəyan qəbuledicilərin təmiri sexinin şifer damını deşərək beton piltələrdə böyük dəlik əmələ gətirmiş, nəticədə yağan yağış suları sexin içərisinə daxil olmuşdur. Hadisə nəticəsində qaldırma sexinin divarlarında çatlar əmələ gəlmiş, dövriyyə sexinin pəncərə şüşələri sınmış və dam hissəsindəki beton piltə qırılaraq yerə düşmüşdür. Baş vermiş hadisə ilə əlaqədar dəymiş zərər ödənildiyindən hər hansı şəxsdən şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi qismində dindirilmiş Nümayəndə3 ifadəsində göstərmişdir ki, 20 ilə yaxındır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat institutunun İnformasiya təminatı və Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyir. 07 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Böyükşor qəsəbəsi, 8-ci Köndələn küçəsində yerləşən Baytarlıq Elmi-Tədqiqat İnstitutunun qonşuluğunda yerləşən Zərərçəkmiş şəxs1 MMC-yə məxsus qənd sexinin qazanxanasında baş vermiş partlayış hadisəsi nəticəsində İnstitutun inzibati binasına və klinikasına ciddi zorər dəymişdir. Belə ki, partlayış zamanı yaranmış güclü təzyiq nəticəsində inzibati binanın və klinikanın qapı və pəncərələri qırılmış, tavanı zədələnmiş və bu kimi digər zərər yetirilmişdir. Lakin, hadisədən sonra qısa müddət ərzində MMC-nin ərazisində baş vermiş partlayış nəticəsində İnstituta vurulmuş ziyan aradan qaldırılmış, təmir-bərpa işləri aparılmış, inzibati bina və İnstitutun klinikasının binası öz əvvəlki vəziyyətinə qaytarılmışdır. Ona görə də baş vermiş hadisə ilə əlaqədar hər hansı şəxsdən şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 Oşrəf oğlu ifadəsində göstərmişdir ki, 10 ildən çoxdur ki, Zərərçəkmiş şəxs1 MMC-nin hüquq şöbəsinin müdiri vəzifəsində çalışır, MMC-nin məhkəmədə, polisdə və ya prokurorluq orqanlarında mənafeyini təmsil edir, hüquqlarını qoruyur. 07 oktyabr 2024-cü il tarixdə MMC-nin ünvan 7 ünvanında yerləşən istehsal aparılan sexində mövcud qazanxananın içərisində quraşdırılmış su buxarı qazanının yaranmış yüksək təzyiqinin aşağı düşməməsi nəticəsində partlaması hadisəsi ilə əlaqədar “Bolluq LTD“ MMC-nin ərazisində MMC-nin əmlakı hesab olunan qazanxananın divarları, damı, sexin ərazisində tikilmiş anbar ərazisi, həmçinin digə: tikililər müxtəlif formalarda zədələnmiş, bununla da MMC-yə maddi ziyan dəymişdir. Hazırda MMC-nin hər hansı şəxsdən, şikayət və tələbi yoxdur. Baş vermiş hadisə ilə əlaqədar MMC-yə dəymiş ziyan tam həcmdə aradan qaldırılmışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilən şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 MMC-də şirəçi vəzifəsində işləyən X12 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 MMC-də uzun müddətdir ki, şirəçi vəzifəsində işləyir. Vəzifə təlimatına əsasən ünvan 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 MMC-yə məxsus qənd sexində qəndin bişirilməsini işini görür. Belə ki, o və qazançı Şahid4 sexin qazanxanasında yerləşmiş buxar qazanında hazırlanaraq sexin istehsalat sahəsindəki kollektora ötürülmüş buxarı kəllə qəndin bişmə qazanma ötürərək kəllə qəndin hazırlanması prosesini həyata keçirirlər. O, Şahid4 köməkçisidir və sonuncunun göstərişlərini icra edir. Yəni, kollektora buxar qazanından ötürülmüş buxar kəllə qəndin bişmə qazanına boru vasitəsilə gəlir. İstehsal prosesi zamanı sexin qazanxanasında yerləşən buxar qazanı Təqsirləndirilən şəxs tərəfindən işə salınır, buxar istehsal olunaraq istehsalat yerinə, yəni nəticədə bişmə qazanlarına ötürülür. Onlar istehsal aparmalı olduqda bu barədə Təqsirləndirilən şəxs bildirirlər, Təqsirləndirilən şəxs buxar qazanını işə salaraq buxarın istehsalını təşkil edir. İstehsal prosesi başa çatdırıldıqda isə onlar Təqsirləndirilən şəxs işlərinin bitdiyini deyir, Təqsirləndirilən şəxs də öz növbəsində buxar qazanının fəaliyyətini dayandırır. Təqsirləndirilən şəxs buxar qazanının fəaliyyətini dayandırdıqdan sonra artıq istehsal da dayanır, yəni bişmə qazanlarına buxar gəlinir. 04 oktyabr 2024-cü il tarixdə onlar istehsal prosesini həyata keçirmişlər. İş prosesi zamanı təxminən günorta saatlarında buxar gəlməmişdir. İbaddan nə baş verdiyini soruşduqda, sonuncu buxar qazanının .əxliyyəedici klapanında nasazlıq olduğu üçün təzyiqin aşağı düşmədiyini, buna görə buxar qazanmın fəaliyyətini dayandırdığını demişdir. Ancaq bir müddət sonra yenə də buxar qazanı işə düşmüşdür. İbad onlara bildirmişdir ki, problemi aradan qaldırdığı üçün onlar öz. işlərinə davam edə bilərlər. 07 oktyabr 2024-cü il tarixdə isə onlar kəllə qəndin bişirildiyi qəliblərin buxarla yuyulması işlərini görmüşlər. Buna görə də həmin gün də buxar qazanı işləmişdir. Təxminən saat 14 radolərində onlar, yəni qazançı Oli Quliyev və o, yeməkxanada olarkən qəfil qazanxanada partlayış baş vermişdir. Partlayış zamanı bəzi işçilər xəsarət almışdır. Həmin işçilərə köməklik göstərməklə işçilərin xəstəxanalara aparılmasına köməklik göstərmişlər. Əli və o, həmin vaxt yeməkxanada olduqları üçün xəsarət almamışlar. 04 oktyabr 2024-cü il tarixdə iş prosesi zamanı istehsal prosesini dayandıran ocaqçı Təqsirləndirilən şəxs buxar qazanında olan toxliyəedici klapanın işləməməsi və təzyiqin qalxması barədə ona verdiyi məlumatı hər hansı şəxsə bildirməmişdir. Çünki, bu onların işi deyil. Həm də ocaqçı kimi buxar qazanmın işləməsinə nəzarət edən şəxs Təqsirləndirilən şəxs olduğundan onlar İbadın işinə qarışmamışlar. Baş vermiş hadisə zamanı MMC-də işləyən İlkin Ələsgərov ağır yaralanmış, həmçinin. Zərərçəkmiş şəxs2 da xəsarət almışdır. Digər işçilərdən hər hansı xəsarət alan olmamışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilən Zərərçəkmiş şəxs1 MMC-də şirəçi vəzifəsində işləyən Şahid4 eyniməzmunlu ifadə verərək X5 ifadəsində qeyd etdiyi xtisusaıları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilən Zərərçəkmiş şəxs1 MMC-də fəhlə işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ildən etibarən “Bolluq LTD*' MMC-nin qənd sexinin anbarında fəhlə işləyir. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində qazanxananın arxasında yerləşən sexin xammal anbarında olarkən birdən partlayış baş vermiş, nəticədə anbarın tavanında olan lambrinlər dağılmış və yerə tökülmüşdür. Anbar onun olduğu tərəfdə çox dağılmamışdır. O, anbarın içərisindən çıxdıqda başa düşmüşdür ki. partlayış qazanxanada baş vermişdir. X9 ciddi xəsarət almışdır. Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs isə yaralanmışlar. Xəsarət alanlar-İlkin Ələsgərov. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 dərhal digər işçilərin köməkliyi ilə xəstəxanalara aparılmışlar. O da ehtiyyat üçün yoxlanmaq məqsədilə onlarla birlikdə xəstəxanaya getmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilən Zərərçəkmiş şəxs1 MMC-də fəhlə işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ildən etibarən "‘Bolluq LTD’' MMC-nin anbarında fəhlə olaraq işləyir. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində sexin giriş hissəsi tərəfində olarkən birdən sexin qazanxanasında partlayış baş vermişdir. Bu zaman dərhal partlayış baş vermiş qazanxanaya tərəf qaçmışdır. Orada iş yoldaşı İlkinin yerdə uzanıqlı vəziyyətdə olmasını görmüşdür. Eyni zamanda iş yoldaşları Zərərçəkmiş şəxs2 və ocaqçı Təqsirləndirilən şəxs də yüngül yaralanmışlar. Zərərçəkmiş şəxs2, İlkin Ələsgərov və Təqsirləndirilən şəxs təcili xəstəxanalara aparmışlar. Digər işçilərdən bəziləri də profilaktika üçün yoxlanmaq məqsədilə onlarla birlikdə xəstəxanalara getmişlər. O, özü də xəstəxanada olarkən həkimlər ona də baxmışlar. Ancaq hər hansı xəsarəti olmamışdır. Daha sonra evə buraxılmışdır. Baş vermiş hadisə ilə bağlı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ittiham tərəfin vəsatəti əsasında dindirilmiş Zərərçəkmiş şəxs1 MMC-nin direktoru Şahid5 Məmməd oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 MMC qənd istehsalı ilə məşğul olan şirkətdir. Şirkətin təsisçisi də odur. xx.xx.2024cü il tarixdə saat 14 radələrində ona şirkətin ünvan 9 ünvanında yerləşən sexinin qazanxanasında partlayış baş verməsi və nəticədə bir neçə işçinin xəsarət almaqla xəstəxanalara aparılması barədə məlumat verilmişdir. Daha sonra yaralıların xəstəxanalara yerləşdirilməsi və müalicə olunmaları işləri ilə məşğul olmağa başlamışlar. ünvan 10 ünvanında yerləşən sexdə olan partlayış sexin həyətində yerləşən sahəsi 40 kvın-lik qazanxananın içərisindəki buxar qazanında baş vermişdir. Partlayış nəticəsində qazanxananın divarları tam, sexin anbar hissəsi isə qismən dağılmışdır. Həmin buxar qazanının sexin həyətində quraşdırılmasının səbəbi qazanın içərisinə gələn suyun buxar qazanına gələn təbii qazla isidilməklə əldə edilmiş su buxarının sexin istehsalat sahəsinə yönəldilməsidir. Yəni, buxar qazanına daxil olan su təbii qazla təmin edilmiş buxar qazanında qızdırılaraq buxar halına çevrilir, daha sonra həmin buxar qənd istehsalının aparılmasından ötrü borularla sexin istehsal sahəsinə ötürülür. Buxar qazanında normal olaraq 100-120 dərəcə arasında istilik olmalıdır ki, su qaynatma yolu ilə buxara çevrilsin. Buxara çevrildikdən sonra qazanın içərisində 8 atmosfer ölçüdə təzyiq formalaşır ki, həmin təzyiqə daim nəzarət olunaraq diqqətdə saxlanılır. Bunun üçün buxar qazanının üzərində nəzarət ölçü cihazları olur ki, həmin nəzarət ölçü cihazları vasitəsilə buxar qazanının içərisindəki təzyiqə və istiliyə nəzarət edilir. Bunun üçün də qazanın üzərində ayrı-ayrılıqda nəzarət ölçü cihazları quraşdırılır. Əgər təzyiq qalxarsa, bu zaman nəzarət ölçü cihazlarının işə düşməsi nəticəsində qazanda quraşdırılmış boruların ağızlığındakı klapanlar açılır və həmin borulardan buxar qazanının içərisindəki buxar, qazanın yuxarı hissəsindən havaya buraxılaraq qazanda yaranmış təzyiqi aşağı salır. Buxar qazanı təxminən 3-4 il bundan əvvəl İran İslam Respublikasından Zərərçəkmiş şəxs1 MMC tərəfindən ölkəyə idxal olunmuş və həmin məlum yerə quraşdırılmışdır. Qazan zavod üsulu ilə hazırlanmışdır. X19 Respublikasında fəaliyyət göstərən ‘"xxxx" firmasına məxsus olmuşdur. Qazana texniki baxış MMC-nin əməkdaşı tərəfindən vaxtaşırı olaraq həyata keçirilmişdir. İTN-nin aidiyyəti müxtəlif qurumları tərəfindən də qazana baxışlar keçirilmiş, nöqsanlar müəyyən edildikdə həmin nöqsanların aradan qaldırılması ilə əlaqədar tədbirlər görülmüşdür. MMC-nin fəaliyyət göstərdiyi qeyd edilən ərazidə quraşdırılmış buxar qazanının texniki təhlükəsizliyinə cavabdeh şəxs Təqsirləndirilən şəxsdir. Təqsirləndirilən şəxs, həmçinin ərazidə yanğına nəzarət edən şəxsdir. Təqsirləndirilən şəxs buxar qazanının mütəxəssisidir. İ ləftədr bir dəfə ümumi texniki baxış keçirilir. Rəsmi sənədə əsasən 07 oktyabr 2024-cü il tarixdə baş vermiş hadisədən əvvəl sonuncu dəfə buxar qazanına 23 sentyabr 2024-cü il tarixdə ocaqçı Təqsirləndirilən şəxs, baş mühəndis və istehsal sahəsinin mühəndisinin iştirakları ilə texniki baxış keçirilmiş, lakin hər hansı nasazlıq müəyyən olunmadığına görə bu barədə akt tərtib edilərək ona məruzə edilmişdir. Baş vermiş hadisədən sonra ona məlum olmuşdur ki, buxar qazanının üzərində quraşdırılmış təxliyyəedici klapanlarda nasazlıq olmuşdur. Ancaq bu barədə buxar qazanında gedən texnoloji prosesə gündəlik nəzarəti həyata keçirən Təqsirləndirilən şəxs nə ona, nə də hər hansı şəxsə bildirməmişdir. 07 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs, sexin qazanxanasında olmuş, partlayış nəticəsində də xəsarət almışdır. Təqsirləndirilən şəxs ona hadisədən sonra sağaldıqda bildirmişdir ki, İbad 04 oktyabr 2024-cü il tarixdə buxar qazanında iş prosesi gedərkən buxardan yaranmış təzyiqin qalxmasını müşahidə etmiş və təzyiqin qalxmasına baxmayaraq, təxliyəedici klapanın açılmamasını görmüşdür. Lakin, İbad həmin vaxt klapanda olan nasazlığı ona bildirmək əvəzinə qurğunun fəaliyyətini dayandırmış, daha sonra yenidən işə saldıqda eyni problem yaranmadığından düşünmüşdür ki, əgər birdə belə bir hal baş versə, yenə də buxar qazanını dayandırmaqla problemi aradan qaldırar. 07 oktyabr 2024-cü il tarixdə isə Təqsirləndirilən şəxs səhər saatlarında buxar qazanını işə salmış, buxar qazanı işləmiş, saat 14 radələrində barometrdə təzyiqin sürətlə qalxdığını və artıq 13 atmosferə yaxınlaşdığını müşahidə etmişdir. Klapanda nasazlıq olduğundan klapanın açılmayacağını bildiyi üçün Təqsirləndirilən şəxs buxar qazanına qaz verilişini dayandırmaqla problemi həll etməyə cəhd etsə də, bunu çatdıra bilməmiş, ani partlayış nəticəsində yerə yıxılmış və xəsarət almışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dağ X14 Agentliyinin qeyd etdiyi nöqsanların aradan qaldırılması ilə əlaqədar tədbirlər görülməsi məsələsi tərəfindən Təqsirləndirilən şəxs həvalə olunmuşdur. İbad bu məsələləri həll etməli, hidravlik sınaqları keçirməli, daxili baxışı aparmalı olmuş, daxili baxışı və hidravlik sınaqları İbad aparmışdır. Ekspert rəyində qeyd olunanlarla tam razı deyil. Çünki, Təqsirləndirilən şəxs kifayət qədər təcrübəli və peşəkar əməkdaşdır. Özü də bu sahədə ixtisaslı təhsil almışdır. İbad, illərdir ki, bu qazanlara nəzarət edir və bııgünədək də heç bir problem olmamışdır. Ümumiyyətlə, İbadın klapanın qeyri-işlək vəziyyətdə olmasını ona bildirmədən buxar qazanını işlətməsi, İbadın biliyinin azlığından və ya qeyripeşəkarlığından deyil, məsuliyyətsiz davranışından irəli gəlir. İbadın bilikləri də hər il olduğu kimi yoxlanılmışdır. Qazanda hər hansı nesazlıq barədə əgər İbad tərəfindən məlumat verilsəydi, əlbəttə ki, qazanın quraşdırılmasının və təmirinin ixtisaslaşdırılmış təşkilat tərəfindən həyata keçirilməsi tərəfindən təmin edilərdi. Qazanın təmiri ilə əlaqədar tərəfindən təsdiq edilmiş qrafik olmuşdur. Ancaq qrafik üzrə baxışlar keçirilərkən hər hansı nasazlıq aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı ittiham tərəfin vəsatəti əsasında dindirilmiş şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 MMC-də baş mühəndis vəzifəsində işləyən Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 MMC-də baş mühəndis kimi vəzifəsi MMC-nin istehsal sexində texniki heyətin işinə nəzarət etməkdən, texnikaya vaxtaşırı baxış keçirilməsini təşkil etməkdən, baxışlar zamanı hər hansı nöqsan və ya çatışmazlıqlar aşkar olunarsa, onların aradan qaldırılması üçün tədbirlər görməkdən ibarətdir. MMC-nin ünvan 11 ünvanında yerləşən qənd istehsalının həyata keçirildiyi sexdə buxar qazanı fəaliyyət göstərmişdir. Həmin buxar qazanı MMC-nin qeyd edilən ünvanda yerləşən sexinin ərazisində inşa edilmiş qazanxananın daxilində yerləşdirilmişdir. Buxar qazanmın funksiyası qazana daxil olan suyu yüksək temperaturda isitməklə buxara çevirməkdən ibarətdir. Bu qazanın gündəlik iş prinsipidir. Buxar qazanı İran İslam Respublikasından ölkəyə MMC tərəfindən idxal edilməklə ərazidə quraşdırılmış və qazana illik plan-qrafık əsasında vaxtaşırı texniki baxışların keçirilməsi, qazanda hidravlik sınaqların aparılması təşkil edilmiş, hər hansı nöqsan və ya çatışmazlıqlar aşkar olunduqda aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür. Lakin, buxar qazanında son zamanlarda aparılmış texniki baxışlar zamanı buxar qazanının heç bir detalında və ya hissəsmdə hər hansı çatışmazlıq müəyyən edilməmişdir. 07 oktyabr 2024-cü il tarixdə baş vermiş hadisədən sonra ona MMC-də yanğın, texniki təhlükəsizlik, qazanxananın qaz təsərrüfatına, eloco də buxar qazanlarının texniki sazlığına, təmirinə və təhlükəsiz istismarına cavabdeh şəxs olan Təqsirləndirilən şəxs bildirmişdir ki, 04 oktyabr 2024-cü il tarixdə İbad buxar qazanının üzərində təzyiq yüksələrək normanı ötdükdə təzyiqin aşağı salınması üçün açılan təxliyyəcdici klapanın işləmədiyini müşahidə etmiş, lakin, həmin gün təzyiq yüksəldikdə qazın buxar qazanına verilişini dayandırmaqla problemi aradan qaldırcığından həmin nöqsanı aradan qaldırmaq, qazanı təmir etmək üçün hər hansı tədbir görməmiş və bunu nə onlara, nə də MMC-nin rəhbərliyinə bildirməmişdir. Bunu eşitdikdə də, İbada tərəfindən ciddi irad bildirilmişdir. Təbii ki, bunu onlar bildikdə artıq hadisə baş vermişdir. xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli texniki baxışlar illik plan-qrafık əsasında keçirilmişdir. İllik plan-qrafıkə əsasən iimumən qazanxana təsərrafatına, eləcə də. buxar qazanına texniki baxışlar keçirilməsi təmin edilir. İləmin texniki baxışlar zamanı əgər hər hansı nöqsan aşkar edilərsə bu zaman nöqsanın və ya çatışmazlığın aradan qaldırılması üçün zəruri olan tədbirlər həyata keçirilir. Ancaq həmin texniki baxışlar zamanı hər hansı nöqsan və ya çatışmazlıq aşkar olunmadığı üçün qazanxana təsərrüfatında xüsusi təmir işlərinin aparılmasına ehtiyac görülməmişdir. Buxar qazanında quraşdırılmış qoruyucu klapan qeyd edilən texniki baxışlar zamanı öz üzərinə düşən funksiyanı lazımi qaydada yerinə yetirmişdir. Bununla əlaqədar onlar baxışlar zamanı hidravİK sınaqların da keçirilməsini təmin etmişlər. Qeyd olunan cihaz işlək vəziyyətdə olmuşdur. Keçirilmiş texniki baxışların nəticəsi barədə də rəhbərlik daim məlumatlandırılmışdır. Həmin cihaz ilk dəfə 04 oktyabr 2024-cü il tarixdə işləməmişdir. Bunu da Təqsirləndirilən şəxs onlara hadisədən sonra bildirmişdir. Sadəcə olaraq ciddi nöqsan kimi qiymətləndirmədiyini görə bu barədə rəhbərliyə məlumat verməmiş və həmin nöqsanın aradan qaldırılmasını buxar qazanına qaz verilişini dayandırmaqla aradan qaldırıb daha sonra istehsal olmadığı bir vaxtda imkanlaşdırıb təmir üçiin rəhbərliyə məlumat verəcəyini düşünmüşdür. 07 oktyabr 2024-cii il tarixdə də bu qaydada təzyiqin artmasının qarşısını almağa çalışsa da, çatdırıb qazı dayandıra bilməmiş, artıq partlayış baş vermişdir. İş üzrə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 M.VİC-də mühəndis vəzifəsində işləyən Şahid6 MMC-də baş mühəndis vəzifəsində işləyən Şahid7 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək sonuncu ilə eyniməzmunlu ifadə vermişdir. İş materiallarında olan 01 oktyabr 2012-ci il tarixli əmək müqaviləsindən və əmrdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında müqavilə bağlanaraq Təqsirləndirilən şəxs MMC-də ocaqçı vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 direktoru tərəfindən təsdiq edilmiş 11 mart 2024-cü il tarixli «Ocaqçının vəzifə təlimatı»ndan görünür ki, ocaqçı Zərərçəkmiş şəxs1 MMC-nin istehsalat sahələrində istismarda olan buxar qazanlarının ümumi texniki vəziyyətini daim lazımi qaydada saxlamalı, nəzarət ölçü cihazlarının avtomatik tənzimləyicilərin və siqnalizasiya sistemlərinin işinə, buxar qazanını işə salmazdan əvvəl buxar qazanında olan suyun səviyyəsinə, yüksək təzyiqli su nasosunun işlək vəziyyətdə olmasına, qazın təzyiqinə və qazla işləyən cihazlara, iş yerində əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət etməli, buxar qazanında hər hansı bir nasazlıq aşkarlanarsa, dərhal qazanın fəaliyyətini dayandırmalı və bu barədə rəhbərliyə məlumat verməli, işin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsi, yeni texnikaların tətbiqi, əməyin təşkilinin təkmilləşdirilməsi, tikinti-quraşdırma işlərinin maya dəyərinin aşağı salınması və materialların qənaətlə işlədilməsi üçün tədbirlər həyata keçirməli, cəmiyyətin ərazisində olan qurğulara, cihazlara, həmçinin buxar qazanlarına daxili baxışın və hidravlik sınaqların keçirilməsini təmin etməli, cəmiyyətin ərazisində olan qurğularda, cihazlarda, həmçinin buxa;- qazanlarında texniki müayinələr zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqları aradan qaldırmalı, yaranmış nasazlıqların aradan qaldırılması mümkün olmadıqda müəssisə rəhbərliyinə məlumat verməli, sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak elməlidir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 MMC-nin 1 İ mart 2024-cü il tarixli 18 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin əmrlə müəssisədə yanğın, texniki təhlükəsizlik, qazanxananın qaz təsərrüfatına, eləcə də. buxar qazanlarının texniki sazlığına, təmirinə və təhlükəsiz istismarına cavabdeh şəxs təyin edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 10 yanvar 2024-cü il tarixli protokolundan görünür ki, həmin tarixdə MMC-də ocaqçı vəzifəsində işləyən Təqsirləndirilən şəxs əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində bilikləri yoxlanılaraq məqbul qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin 07 noyabr 2024-cü il tarixli 3-18-2/2-12148/2024 nömrəli məktubu ilə daxil olmuş «Bakı şəhəri. Nizami rayonu, Böyük Şor qəsəbəsi 8-ci Köndələn küçəsində yerləşən "xxxx" MMC-nin qazanxanasında baş vermiş partlayışla bağlı binaların texniki vəziyyəti haqqında» 08 oktyabr 2024-cü il tarixli tərtib olunmuş aktdan görünür ki, qazanxana binası təxminən sovetlər birliyi dövründə inşa olunmuş birmərtəbəli, planda ölçüləri (10x10) m olmaqla xarici divarları 40 sm qalınlığında mişarlanmış əhəngdaşından, daxili divarlar 12 sm qalınlığında kərpicdən hörülmüşdür. Binanın dam örtüyü ağac konstruksiyalar üzərindən dalğavaıi asbesl-scment vərəqələrlə örtülmüşdür. Baş vermiş partlayış nəticəsində qazanxana yerləşən binanın dam örtüyü, divarları tamamilə dağılaraq ətrafa səpələnmişdir. Partlayış zamanı qazanxananın ətrafında yerləşən «Bolluq İ/İ İ)» MMC-yə məxsus digər binalara da ziyan dəymişdir. O cümlədən anbar binasının qazanxanaya bitişik divarı və dam örtüyünə ziyan dəymişdir. İstehsalat sexinin pəncərələrinə, dam örtüyünə və kommunikasiya xətlərinə ziyan dəymişdir. Qeyd olunanlardan əlavə qazanxana binasından 5-6 metr məsafədə yerləşən Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi- Tədqiqat İnstitutunun dördmərtəbəli binasına da ciddi ziyan dəymişdir. Binanın 5-60 pəncərəsi sınmış və 15-20 qapısı deformasiyaya uğramışdır, bəzi qapı və pəncərələr çərçivəsi ilə birlikdə yerindən çıxmışdır, binanın fasadına da ziyan dəymişdir, hətta binanın pilləkən qəfəsində olan ( 3-cü mərtəbə ilə 4-cü mərtəbə arası) pəncərənin yan divarında təxminən 0,5 kv.m sahə dağılmışdır. İnstitutun əməkdaşlarına məxsus 2 minik avtomobili dağıntılar altında qalmışlar. Qeyd olunanlara baxmayaraq, Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun dördmərtəbəli binasının yükdaşıyan konstruksiyalarında ciddi qüsur aşkarlanmamış, vəziyyəti qənaətbəxşdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizanın 04.1 1.2024-cü il tarixli 1048 saylı rəyindən görünür ki, X6 ənsə sümüyünün açıq yarası ilə müşayiət olunan sol ənsə payının hemorragik kontuziyası, sol beyin yarımkürəsinin subaraxnoid qanama və hər iki beyin yarımkürəsinin diffuz ödemi, sol tərəfli subdural hematoma ilə müşayiət olunan sol təpə və ənsə sümüyünün sol yarısının parçalı sınıqları, qopmuş fraqmentlər sol təpə-ənsə paylarına sirayət edən həmin sınıq xətlərinin aşağıda kəllə əsasına, əsas sümüyə, sol gicgah sümüyünə uzanan sınığı, oma sümüyünün arxa sakral kanala uzanan yerdəyişməmiş, sol 2-3-4-5-6-7-8-ci qabırğaların arxa hissələrində yerdəyişmiş sınıqları, sol tərəfli hidropncvmotoraks, sol tərəfli plevral maye, belin sol hissəsinin və sol baldırın yaraları-partlayış dalğasının təsirindən yaranmış bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, xx.xx.2024-cii il tarixdə alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İlkin Ələsgərovun xəsarətlərinin lokalizasiya və xüsusiyyətlərinə istinadən demək olar ki, qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdilər, lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində əmələ gəlmələri mümkün deyildir. İş materiallarında olan komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1083/KEŞ saylı rəyindən görünür ki, X11 üzərində keçirilmiş cərrahiyyə əməliyyatlarından sonra yataq vəziyyətindədir, həmçinin onda sərbəst hərəkətin və nitqin pozğunluğu vardır. X4 hazırki sağlamlıq durumu ilə əlaqədar (səbəst danışmaq, ifadə vermək, öz, hüquqlarını müdafiə etmək və vəzifələrini yerinə yetirmək) onunla istintaq hərəkətlərinin aparılması məqsədəmüvafiq hesab edilmir. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizanın xx.xx.2024-cü il tarixli 3705 saylı rəyindən görünür ki, X11 əvvəllər hər hansı bir xroniki psixi xəstəlikdən əziyyət çəkməmişdir. Hal-hazırda onda baş vermiş partlayış nəticəsində keçirilmiş ağır dərəcəli açıq kəllə-beyin travmasının nəticəsində yaranmış koqnitiv pozuntu müəyyən edilir. X6 hazırda müəyyən edilən baş vermiş partlayış nəticəsində keçirilmiş ağır dərəcəli açıq kəllə-beyin travmasının nəticəsində yaranmış koqnitiv pozuntu ilə əlaqədar onun iştirakı ilə istintaq hərəkətlərinin yerinə yetirilməsi mümkün deyildir. Qeyd edilməlidir ki, X11 hazırki psixi vəziyyətinə görə o, prosessual fəaliyyət qabiliyyətsizdir, həmçinin öz prosessual hüquqlarını şəxsən həyata keçirmək iqtidarında deyildir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizanın 21.1 1.2024-cii il tarixli 963 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 aşkar olunmuş-baş beyin silkələnməsi ilə müşayiət olunan təpə on sə sərhədinin əzilmiş yarası-partlayış dalğasının təsirindən yaranmış bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə təhlükəsizlik texnikası ekspertizasının cü il tarixli 10/7966 saylı rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 MMCnin qazanxanasında quraşdırılmış suqızdırıcı qazanın işlək vəziyyətində, qazanın daxilində maye və buxar qarışığının təzyiq və temperaturunun qoyulmuş işçi rejimdən yuxarı qalxması zamanı qoruyucu klapan işə düşməmiş və izafi təzyiqin təsirindən qazanın metal təbəqəsinin dağılması(cırılması) partlayışın baş verməsinə səbəb olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar «Sııqızdıran və buxar qazanlarının təhlükəsiz istismarı və quraşdırılma qaydaları»nın 3.1.K 5.1.1, 6.2.15, 6.7.4, 9.1.1, 9.1.6, 9.2.3, 9.2.5, 9.4.1, 9.5.1, 10.1.1 və 10.4.2 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki və ləşkilati səbəbi olmuşdur. Qazanda mövcud olmuş qüsurların aradan qaldırılması üçün rəhbərliyə məlumat verilməklə lazımi texniki tədbirlər görmədiyinə və qazanın işini vaxtında dayandırmadığına görə «Sııqızdıran və buxar qazanlarının təhlükəsiz istismarı və quraşdırılma qavdaları»nın 6.2.15, 6.7.4, 9.1.6, 9.4.1 bəndlərində göstərilmiş texniki tələblər Zərərçəkmiş şəxs1 MMC-də ocaqçı vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfındən po/.u 1 muşdur. İş materiallarında olan məhkəmə-:rasoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3/1614 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən qazanxananın üzərində sınma, qopma, əyilmə zədələri vardır. Həmin zədələr qazanxananın məruz qaldığı mexaniki təsir nəticəsində əmələ gəlmişdir. Təqdim edilən qazanxananın üzərində olan zədələrin formasına, morfoloji quruluşuna əsasən də daxildən xaricə doğru istiqamətdə olması partlayışın daxildən baş verməsinə dəlalət edir. İş materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizanın xx.xx.2024-cü il tarixli 802/2024-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunan iki ədəd çubuqlu pambıq tampon üzərində insan qanı aşkar olunmuşdur. Bu qanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və '11" antigeni alınmışdır. Bu qan ləkələri Abeta (H)/İ1/ qruplu şəxsə, o cümlədən əgər qanında müşayiətçi “İİ” antigeni varsa X7 məxsus ola bilər. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cii il tarixli 9/9431 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 məxsus 90-1 .N-968 dövlət qeydiyyat nişanlı 2013 cü buraxılış ili olan, tünd göy metalik rəngli, sedaıı tipli, 1596 kub sm. mühərrik həcmli “VAZ-21703 minik" markalı avtomobil 10.500 manat, Zərərçəkmiş şəxs4 məxsus **-FR-*** dövlət qeydiyyat nişanlı 2004-cü buraxılış ili olan, açıq boz metalik rəngli, universal tipli, 1598 kub sm. mühərrik həcmli “Opel Astra minik” markalı avtomobil isə 9.600 manat dəyərində qiymətləndirilmişdir. Zərərçəkmiş şəxs3 məxsus 2023-cü buraxılış ili olan “Toyota Rav 4" markalı avtomobilə 2024-cü ilin noyabr ayına dəymiş ziyan 300 manat, Zərərçəkmiş şəxs7 məxsus 2015-ci buraxılış ili olan “Nissan Note” markalı avtomobilə 2024-cü ilin noyabr ayına dəymiş ziyan 100 manat, Zərərçəkmiş şəxs6 məxsus “Volvo F-İ2-420SXM yük avtomobilinə 2024-cü ilin noyabr ayına dəymiş ziyan 200 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 10/9074 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun inzibati və baytarlıq klinikası binalarının tikililəri üzrə hadisədən sonrakı vəziyyət saxlanılmadığından, tikililərin konstruktiv elementləri üzrə hadisə zamanı yaranmış qüsurlar aradan qaldırıldığından, sözügedən tikililərin konstruktiv elementləri üzrə dəymiş ziyanın müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Zərərçəkmiş şəxs1 VlMC-yə məxsus ünvan 7 ünvanında yerləşən tikil i lor üzrə yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 20.097 manat məbləğində, "xxxx" QSC-nin Bakı Lokomotiv deposunun tikililəri üzrə yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 6.200 manat məbləğində müəyyən olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 314.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən iş üzrə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq onun yanğın və partlayış təhlükəsi olan obyektlərdə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edir və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 314.2-ci maddəsi ilə nəzərdə tutulmasa da həmin maddə ilə cəza təyin edərkən barəsində yanğın və partlayış təhlükəsi olan obyektlərdə müəyyən müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan ərizələrə və məhkəmə iclası zamanı verilmiş ifadələrə əsasən müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs qarşı hər hansısa şikayət və tələbləri yoxdur, onlara dəymiş zərər ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməmiş, əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və ondan heç bir şikayət və tələbinin olmamasını, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut olan hadisə yerindən “1” və “2” rəqəmləri ilə nömrələnmiş qanabənzər ləkələrdən götürülmüş steril pambıq çubuqlar, "xxxx" LTD MMC-yə məxsus sexin həyətində quraşdırılmış suqızdırıcı qazandan nümunə üçün kəsilib götürülmüş dəmir boru Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 46.2-ci maddəsi tətbiq edilərək 1 il 6 ay (bir il altı ay) müddətinə yanğın və partlayış təhlükəsi olan obyektlərdə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 03 il 06 ay (üç il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 467 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan hadisə yerindən “1” və “2” rəqəmləri ilə nömrələnmiş qanabənzər ləkələrdən götürülmüş steril pambıq çubuqlar, "xxxx" LTD MMC-yə məxsus sexin həyətində quraşdırılmış suqızdırıcı qazandan nümunə üçün kəsilib götürülmüş dəmir boru Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 473 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-170/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-170/2025
13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver